Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-229/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, X3, İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə Şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs17 Füzuli oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs18 Yəhyabala oğlunun, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs12, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 07 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmiş, həmçinin qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 06 aprel 2018-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş, dəmir darvazası olan həyətinə hasardan keçərək həyətdə yerləşən evin plastik pəncərəsini vintaçanla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq 1-ci otaqda olan dolabdan Zərərçəkmiş şəxs1 məxsus hər cütünün dəyəri 380 (üç yüz səksən) manat olan 06 cüt qızıl sırğanı, ümumi dəyəri 1796 (min yeddi doxsan altı) manat olan ümumi kütləsi 35,91 qram olan 585 əyarlı qızıldan hazırlanmış 01 ədəd üzərində 08 ədəd rəngsiz, şəffaf dairəvi cilalı qaşlı, qaş hissəsinin mərkəzində «BVLGARİ» yazılı halqa birləşdirilmiş üzük, 01 cüt üzərində «BVLGARİ» yazılmış silindr formalı elementdən və həmin silindirdən sallanan 03 ədəd zəncirdən ibarət sırğa və 01 ədəd üzərində «BVLGARİ» yazılmış silindr formalı elementdən və həmin silindirdən sallanan 03 ədəd zəncirdən ibarət boyunbağı dəstini, ümumi dəyəri 1000 (bir min) manat olan 01 cüt qızıl sırğa və 01 ədəd qızıl qolbağını, 150 (yüz əlli) manat dəyərində olan üzərində «ema» yazısı olan qızıl qolbağını, ümumi dəyəri 350 (üç yüz əlli) manat olan yaşıl muncuqlu qızıl qolbağı, üzərində qaşı olan 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl kulonu, 100 (bir yüz) manat dəyərində olan qızıl boyunbağını, çarpayının altından 6000 (altı min) manat və milli manat məzənnəsinə nisbətdə 340(üç yüz qırx) manat təşkil edən 200 (iki yüz) ABŞ dollar nağd pulu, 2-ci otaqdan qapısı açıq olmuş seyfdən Zərərçəkmiş şəxs5 məxsus 1000 (bir min) manat və milli manat məzənnəsinə nisbətdə 340 (üç yüz qırx) manat təşkil edən 200 (iki yüz) ABŞ dollar nağd pulu, 600 (altı yüz) manat dəyərində olan 01 ədəd 18 qram çəkidə olan qızıl üzük və sırğa dəstini, hər birinin dəyəri 200 (iki yüz) manat olan 05 ədəd qızıl üzüyü, hər birinin dəyəri 100 (yüz) manat olan 02 ədəd nazik qızıl boyunbağını, dəyəri 1000(bir min) manat olan 22 qram çəkidə olan qalın boyunbağını, 3-cü otaqdan yastığın altından Zərərçəkmiş şəxs5 məxsus 3000 (üç min) manat və milli manat məzənnəsinə nisbətdə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 (iki min) ABŞ dollar nağd pulu, otaqda olan dolabdan 1800 (min səkkiz yüz) manat olan brilliant qaşlı qızıl komplekti, ümumi dəyəri 800 (səkkiz yüz) manat olan 02 ədəd kişi qızıl üzüyü, 600 (altı yüz) manat dəyərində olan 01 ədəd qadın qızıl üzüyü, hər birinin dəyəri 200 (iki yüz) manat olan 03 ədəd qızıl qadın üzüyü, dəyəri 700 (yeddi yüz) manat olan 01 ədəd qızıl qolbağını, dəyəri 300 (üç yüz) manat olan 01 ədəd qızıl qolbağını, dəyəri 150 (yüz əlli) manat olan üzərində «Selin» yazısı olan qızıl uşaq qolbağını, dəyəri 250 (iki yüz əlli) manat olan 01 ədəd «Zarya» markalı bağsız qızıl saatı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 12016 (on iki min on altı) manat və Zərərçəkmiş şəxs5 ümumilikdə 15.740 (on beş min yeddi yüz qırx) manat olmaqla ümumilikdə 27.756 (iyirmi yeddi min yeddi yüz əlli altı) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 24 iyun 2018-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3, kopus 145 ünvanında yerləşən 72 №-li evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində yerləşən yataq otağının plastik pəncərəsini vintaçanla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq ikinci mərtəbədə yerləşən yataq otağında olan çarpayının ətəyindəki sandıqçadan 700 (yeddi yüz) manat dəyərində 01 (bir) ədəd qızıl boyunabağını, 100 (yüz) manat dəyərində 01 (bir) cüt qızıl sırğanı, 150 (yüz əlli) manat dəyərində 01 (bir) ədəd qızıl üzüyü, hər birinin dəyəri 500 (beş yüz) manat olan 02 (iki) ədəd 583 əyarlı qızıl kişi üzüyünü, hər birinin dəyəri 350(üç yüz əlli) manat olan 02 (iki) ədəd qızıl qolbağını, hər birinin dəyəri 150 (yüz əlli) manat olan 02 (iki) ədəd qızıl boyunbağını, hər birinin dəyəri 150 (yüz əlli) manat olan 02 (iki) cüt qızıl sırğanı, 600 (altı yüz) manat dəyərində 01 (bir) ədəd qızıl üzüyü, 1000 (bir min) manat dəyərində 01 (bir) ədəd brilliant qaşlı qızıl üzüyü, həmin otaqdan 300 (üç yüz) manat dəyərində 01 (bir) ədəd “iphone 5S” markalı mobil telefonu və qonaq otağından 100 (bir yüz) manat dəyərində 01(bir) ədəd “Sony” markalı səs gücləndiricini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 5.250 (beş min iki üz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 30 avqust 2018-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3, kopus 125 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin qonaq otağının plastik pəncərəsini vintaçanla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan güzgülü termonun 3-cü siyirməsindən 63.700 (altmış üç min yeddi yüz) manat, milli manat məzənnəsinə nisbətdə 33 (otuz üç) manat təşkil edən 50 (əlli) Gürcüstan Respublikası larisi və milli manat məzənnəsinə nisbətdə 16 (on altı) manat təşkil edən 60 (altmış) Türkiyə Respublikası lirəsi nağd pulu, 01(bir) ədəd, 585 əyarlı, 3000 (üç min) manat dəyərində qızıl qol saatı, 01 (bir) ədəd 750 əyarlı, 650 (altı yüz əlli) manat dəyərində qızıl boyunbağını, 01(bir) ədəd, 585 əyarlı, 600 (altı yüz) manat dəyərində qızıl boyunbağını, 01 (bir) ədəd, 583 əyarlı, 500 (beş yüz) manat dəyərində zəncir formalı qızıl qolbağını, 01(bir) ədəd, 750 əyarlı, “Versace” markalı, 300 (üç yüz) manat dəyərində qızıl qolbağını, 01(bir) ədəd, 585 əyarlı, qırmızı qaşlı 700 (yeddi yüz) manat dəyərində qızıl üzüyü, 01(bir) ədəd, 585 əyarlı, dördbucaq formalı bəzəyi olan 600 (altı yüz) manat dəyərində qızıl üzüyü, 01(bir) ədəd, 583 əyarlı, dairəvi formalı qırmızı rəng qaşı olan, 400 (dörd yüz) manat dəyərində qızıl üzüyü, 02(iki) ədəd, 583 əyarlı, dairəvi formalı, hər biri 350 (üç yüz əlli) manat olmaqla ümumilikdə 700 (yeddi yüz) manat dəyərində qızıl üzükləri, 01 (bir) cüt, 583 əyarlı, qırmızı qaşlı, 200 (iki yüz) manat dəyərində qızıl sırğanı, 01 (bir) cüt, 583 əyarlı, ağ rəng qaşlı, 200 (iki yüz) manat dəyərində qızıl sırğları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 71.599 (yetmiş bir min beş yüz doxsan doqquz) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 08 yanvar 2019-cu il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs18 Yəhyabala oğluna məxsus ünvan 6 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçərək həyətdə yerləşən evin qonaq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlıqları fiziki güc tədiq edib aralamış və sonra plastik pəncərəsini açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında paltar şkafının içərisində olan 01 ədəd 150 (yüz əlli) manat dəyərində 50x50 sm ölçüdə dəmir seyfi və seyfin içərisində olan milli manat məzənnəsinə nisbətdə 22.950 (iyirmi iki min doqquz yüz əlli) manat təşkil edən 13500 ABŞ dollar nağd pulu, 01 ədəd 500 (beş yüz) manat dəyərində 550 əyarlı qızıldan hazırlanmış açar kulonlu qızıl boyunbağını, 01 ədəd 4500 (dörd min beş yüz) manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış gül formalı boyunbağı, sırğa qolbağı və üzükdən ibarət dəsti, 01 ədəd 1500 (min beş yüz) manat dəyərində olan 550 əyarlı qızıldan hazırlanmış buta formalı boyunbağını, 01 cüt 1000 (min) manat dəyərində 550 əyarlı qızıldan hazırlanmış buta formalı sırğanı, 01 ədəd 500 (beş yüz) manat dəyərində 550 əyarlı qızıldan hazırlanmış düzbucaqlı formada kişi üzüyü, 01 ədəd 500 (manat) dəyərində olan qədim qadın qızıl üzüyü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs18 Yahyabala oğluna ümumilikdə 31.600 (otuz bir min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 13 yanvar 2019-cu il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs15 məxsus ünvan 7 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin plastik pəncərəsini fiziki güc tədbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında termonun üst siyirməsində olan qızıl qabından 6000 (altı min) manat dəyərində olan brilliant qaşlı qızıl qolbağından, üzükdən və sırğadan ibarət dəsti, 6500 (altı min beş yüz) manat dəyərində qızıl sırğadan və üzükdən ibarət dəsti, 01 ədəd 300 (üç yüz) manat dəyərində olan qadın qızıl üzüyü, 01 ədəd 650(altı yüz əlli» manat dəyərində brilliant qaşlı kişi qızıl üzüyü, 01 ədəd 200 (iki yüz) manat dəyərində uşaq qızıl üzüyü, 01 ədəd 500 (beş yüz) manat dəyərində üzərində «Nazim» adı yazılmış qızıl qolbağını, 01 ədəd 400 (dörd yüz) manat dəyərində qızıl kişi üzüyü, 01 ədəd 450 (dörd yüz əlli) manat dəyərində üzərində «Ayətül Kürsi» duası yazılmış qızıl qadın boyunbağını və 1000 (min) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs15 Əliağaeviçə ümumilikdə 16.000 (on altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 06 aprel 2019-cu il tarixdə saat 15:20 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3, kopus 125 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və taxta darvazası olan həyətinə taxta darvazanı aralayıb arasından keçməklə və həyətdə yerləşən evin plastik pəncərəsini vintaçanla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında paltar dolabında olan qadın çantasının içərisindən 2340 (iki min üç yüz qırx) manat nağd pulu və paltar dolabından ümumi dəyəri 100 (yüz) manat olan 01 ədəd «Lacoste» markalı qadın ətrini, 01 ədəd «Narkotik» markalı kişi ətrini, 01 ədəd «Aventus» markalı kişi ətrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 ümumilikdə 2440 (iki min dörd yüz qırx) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 30 avqust 2019-cu il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs13 məxsus ünvan 8 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə darvazadan keçməklə və həyətdə yerləşən evin ikinci mərtəbəsində yerləşən plastik pəncərəsini fiziki güc tədbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında güzgülü şkafdan 01 ədəd dəyəri 2000 (iki min) manat təşkil edən üzərində 06 ədəd brilliant qaşı olan qızıl üzüyü, 01 ədəd dəyəri 350 (üç yüz əlli) manat təşkil edən firuzə qaşlı qızıl üzüyü və 01 cüt dəyəri 1000 (min) manat təşkil edən brilliant qaşlı qızıl sırğanı gizli olaraq talayıb, zərərçəkmiş şəxs X6 ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 oktyabr 2019-cu il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 8 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin arxasında yerləşən plastik pəncərəsini fiziki güc tədbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında paltar dolabından 01 cüt 320 (üç yüz iyirmi) manat dəyərində olan «Pandora» markalı qızıl sırğanı, 01 ədəd 300 (üç yüz) manat dəyərində «Pandora» markalı qızıl üzüyü, 01 ədəd 500 (beş yüz) manat dəyərində qızıl boyunbağını, 01 ədəd 300 (üç yüz) manat dəyərində Samsung markalı mobil telefonu, 01 ədəd dəyəri olmayan üzərində «X30 Science» yazıları olan qadın üçün istifadə olunmuş kosmetik vasitəni (pudra) və 1000 (min) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 oktyabr 2019-cu il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 10 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin giriş qapısını kilid hissəsini sındırmaqla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında dolabdan 01 ədəd 700 (yeddi yüz) manat dəyərində olan qızıl qol saatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 08 noyabr 2019-cu il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 11 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin sağ tərəfindəki pəncərəsinin üzərində olan dəmir barmaqlıqları özü ilə gətirdiyi «mantirovka» ilə qırıb, plastik pəncərəni fiziki zor tədbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağından 01 ədəd 200 (iki yüz) manat dəyərində qadın qızıl üzüyü, 01 ədəd 150 (yüz əlli) manat dəyərində qadın qızıl boyunbağını, 01 ədəd 1300 (min üç yüz) manat dəyərində «Lancin» markalı qol saatı, ümumilikdə 200 (iki yüz) manat dəyərində içərisində dırnaq tutan, dırnaq təmizləyən və sair kosmetik əşyalar olan qadın dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 09 noyabr 2019-cu il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 8 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin qonaq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlıqları özü ilə gətirdiyi «mantirovka» ilə qırıb və plastik pəncərəni fiziki zor tədbiq etməklə açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında siyirtmədən 02 ədəd ümumi dəyəri 2000 (iki min) manat olan qızıl nişan üzüyü, 01 ədəd 800 (səkkiz yüz) manat dəyərində qızıl qadın boyunbağını və 250 (iki yüz əlli) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 3050 (üç min əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 09 noyabr 2019-cu il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 13 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin giriş qapısının kilidə bağlı olmamasından istifadə edib, yaşayış sahəsinə qanunsuz daxil olaraq birinci mərtəbədəki yataq otağınqda olan paltar dolabından 01 ədəd dəyəri 2400 (iki min dörd yüz) manat olan qızıl boyunbağını, 01 ədəd dəyəri 3000 (üç min) manat olan qızıl boyunbağını, 01 cüt dəyəri 500 (beş yüz) manat olan qızıl sırğanı, 01 cüt dəyəri 650 (altı yüz əlli) manat olan qızıl sırğanı, 01 ədəd dəyəri 400 (dörd yüz) manat olan qızıl üzüyü, 01 ədəd dəyəri 150 (yüz əlli) manat olan uşaq boyunbağını, 01 ədəd dəyəri 500 (beş yüz) manat olan bir qızıl bilərziyi, 01 ədəd dəyəri 35 (otuz beş) manat olan qadın saatını, 01 ədəd dəyəri 45 (qırx beş) manat olan qadın saatını, 01 ədəd dəyəri 30 (otuz) manat olan qadın saatını, evin ikinci mərtəbəsində yerləşən yataq otağında paltar dolabından 1200 (min iki yüz) manat dəyərində olan 01 ədəd boyunbağıdan, 01 ədəd üzükdən və 01 cüt sırğadan ibarət qızıl dəsti, 01 ədəd dəyəri 1000 (bir min) manat olan qızıl nişan üzüyü, 01 ədəd dəyəri 100 (yüz) manat olan qızıl uşaq bilərziyini, 01 ədəd dəyəri 100 (yüz) manat olan uşaq boyunbağısını, 235 (iki yüz otuz beş) manat dəyərində olan 925 əyarlı gümüşdən hazırlanmış, ümumi çəkisi 39,24 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan 01 ədəd kolyedən, 01 ədəd bilərzikdən və 01 cüt sırğadan ibarət dəsti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 10345 (on min üç yüz qırx beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 18 noyabr 2019-cu il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 14 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin giriş qapısının kilidə bağlı olmamasından istifadə edib, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabından hər birinin içində 3000 (üç min) manat 50 qəpiklərlə dolu olan 3 lt. 02 ədəd şüşə balonu, 500 (beş yüz) manat nəğd pulu, 01 ədəd dəyəri 360 (üç yüz altmış) manat olan kişi nişan üzüyünü, 01 ədəd 243 əyarlı qızıldan hazırlanmış dəyəri 350 (üç yüz əlli) manat olan kişi üzüyünü, 01 ədəd ümumi dəyəri 560 (beş yüz altmış) manat olan üzərində qızıl kulon olan nazik qızıl boyunbağını, 01 ədəd dəyəri 600 (altı yüz) manat olan qadın qızıl üzüyü, ümumi dəyəri 1100 (bir min yüz) manat olan 01 cüt qızıl sırğa və 01 ədəd qadın qızıl üzüyündən ibarət olan dəsti, ümumi dəyəri 600 (altı yüz) manat olan 01 cüt qızıl sırğa və 01 ədəd üzükdən ibarət dəsti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 10070 (on min yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 24 noyabr 2019-cu il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 4 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin pəncərəsinin üzərində olan dəmir barmaqlıqları həyətdən götürdüyü dəmir parçası ilə qırıb pəncərənin şüşəsini sındırmaqla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, yataq otağında yerləşən paltar dolabından qutun içərisində olan 01 ədəd üzərində 06 ədəd brilliant qaşları, içərisində “Çayka" sözləri yazılmış, qolbaq hissəsi yolka formalı, 583 əyyarlı qızıldan hazırlanmış 2000 (iki min) manat dəyərində olan qadın qol saatını, üzərində brilliant qaşları olan, sırğa və üzükdən ibarət 583 əyyarlı qızıldan hazırlanmış 1000 (bir min) manat dəyərində dəsti, üzərində 04 ədəd brilliant qaşları olan 750 əyyarlı qızıldan hazırlanmış 1500 (bir min beş yüz) manat dəyərində 01 cüt sırğanı, üzərində 01 ədəd brilliant qaşı olan, yarpaq formalı, 583 əyyarlı qızıldan hazırlanmış 1000 (bir min) manat dəyərində 01 cüt sırğanı, ağ qızıldan hazırlanmış, ortasında bir ədəd iri və kənarlaqrında xırda brillinat qaşları olan tək qaş adlanan 1500 (bir min beş yüz) manat dəyərində üzüyü, ortasında bir ədəd göy və kənarlaqında 04 ədəd sapflr qaşlar olan, 750 əyyarlı qızıldan hazırlanmış 1150 (min yüz əlli) manat dəyərində 01 ədəd qadın üzüyü, 01 ədəd üzərində bir ədəd brilliant qaşı olan, 583 əyyarlı qızıldan hazırlanmış 550 (beş yüz əlli) manat dəyərində kişi nişan üzüyü, 01 ədəd halqa formalı, 583 əyyarlı qızıldan hazırlanmış 150 (yüz əlli) manat dəyərində üzüyü, 01 ədəd üzərində sadə qaşları olan iki üzüyün birləşməsinə oxşar 585 əyyarlı qızıldan hazırlanmış 950(doqquz yüz əlli) manat dəyərində üzüyü, üzərində 7 ədəd sadə qaşları olan, 583 əyyarlı qızıldan hazırlanmış gül formalı 1500 (bir min beş yüz) manat dəyərindən qızıl üzüyü, üzərində 03 ədəd brilliant qaşları olan, romb formalı, 583 əyyarlı qızıldan hazırlanmış 1050 (min əlli) manat dəyərində üzüyü, 01 ədəd 583 əyyarlı qızıldan hazırlanmış üzərində xırda, paxlava formalı sadə qaşı olan 100 (bir yüz) manat dəyərində qadın üzüyü, 01 ədəd üzərində yarpaq formalı, fianit qaşları olan 583 əyyarlı qızıldan hazırlanmış 130(yüz otuz) manat dəyərində qadın üzüyü, 02 ədəd hər birinin dəyəri 100 manat olan 583 əyyarlı qızıldan hazırlanmış üzərində sadə xırda qaşları olan qadın üzükləri, üzərində fianit qaşları olan, təkqaş formalı, 583 əyyarlı qızıldan hazırlanmış 250 (iki yüz əlli) manat dəyərində 01 cüt sırğa dəstini, üzərində “at nalı” formalı klon olan 583 əyyarlı qızıldan hazırlanmış sıx toxunuşlu 400 (dörd yüz) manat dəyərində qızıl boyunbağını, 01 ədəd 583 əyyarlı qızıldan hazırlanmış nazik zəncir formalı 100 (yüz) manat dəyərində boyunbağını, 01 ədəd ortasında göz muncuğu olan 585 əyyarlı qızıldan hazırlanmış 50 (əlli) manat dəyərində kulonu, 01 ədəd 585 əyyarlı qızıldan hazırlanmış, yarpaq formalı, 100 (yüz) manat dəyərində olan qolbağını, 01 ədəd ayı formalı (mişka), üzərində göz muncuğu olan, sancağa keçirilmiş, 583 əyyarlı qızıldan hazırlanmış, 120 (yüz iyirmi) manat dəyərində kulonu, 01 ədəd ürək və yarpaq formalı, 585 əyyarlı qızıdjan hazırlanmış bir tərəfində sadə qaşları olan 100 (yüz) manat dəyərində kulonu, 01 ədəd 583 əyyarlıqızıldan hazırlanmış “İmperial" adlanan 700 (yeddi yüz) manat dəyərində kulonu, 01 ədəd 750 əyyarlı qızıldan hazırlanmış, üzərində baş-başa “Fil” şəkli döyülmüş 300 (üç yüz) manat dəyərində üzüyü, 01 ədəd 583 əyyarlı qızıldan hazırlanmış 400 (dörd yüz) manat dəyərində qızıl “beşlik” kulonu, 01 ədəd üzərində zümrüd qaşları olan, üzük, sırğa, boyunbağı və kulondan ibarət 340 (üç yüz qırx) manat dəyərində gümüş dəsti, 01 ədəd qoyunbağı və bilərsikdən ibarət “Kolye” adlanan, üzərində bənövşəyi rəngə çalan xırda səpmə qaşları olan 150 (yüz əlli) manat dəyərində gümüş dəsti, 01 ədəd sırğa və üzükdən ibarət 100 (yüz) manat dəyərində gümüş dəsti, 01 ədəd üzərində Ərəb dilində “Allah” sözləri yazılmış, 585 əyyarlı qızıldan hazırlanmış 130 (yüz otuz) manat dəyərində kulonu, 01 ədəd üzərində “ay-ulduz” formalı, 585 əyyarlı qızıldan hazırlanmış 150 (yüz əlli) manat dəyərində olan kulonu, 01 ədəd 10 (on) manat dəyərində üzərində «Rolex» yazıları olan, gümüşü rəngli, dəmir qolbaqlı qol saatını, pul qabının içərisində olan milli manat məzənnəsinə nisbətdə 425 (dörd yüz iyirmi beş) manat təşkil edən 250 ABŞ dolları, sənədləri yığmaq üçün olan çantanın içərisindən milli manat məzənnəsinə nisbətdə 188,08 (yüz səksən səkkiz manat səkkiz qəpik) manat təşkil edən 100 avro və milli manat məzənnəsinə nisbətdə 340 (üç yüz qırx) manat təşkil edən 200 ABŞ dolları, könhə pul qabının içərisində olan milli manat məzənnəsinə nisbətdə 255 (iki yüz əlli beş) manat təşkil edən 150 ABŞ dolları və uşaq otağında olan dolabın siyirməsində olan milli manat məzənnəsinə nisbətdə 85 (səksən beş) manat təşkil edən 50 ABŞ dollar nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 17473,08 (on yeddi min dörd yüz yetmiş üç manat səkkiz qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 27 dekabr 2019-cu il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs17 Füzuli oğluna məxsus ünvan 16 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin plastik pəncərənin dəmir barmaqlıqlarını əlində olan alətlə sındırıb vintaçanla pəncərəni açaraq, yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan çarpayının altındakı taxta mücrünün içərisindən ümumi dəyəri 1800 (min səkkiz yüz) manat olan 02 ədəd qızıl boyunbağı, 01 cüt qızıl sırğa, qızıl kulon və qızıl üzükdən ibarət dəsti, 6800 (altı min səkkiz yüz) manat nağd pulu, çarpayının altında 03 ədəd şüşə balonda cəmi 700 (yeddi yüz) manat təşkil edən qəpik pulu, evin birinci mərtəbəsində quraşdırılmış videomüşahidə kamerasının 1300 (bir min üç yüz) manat dəyərində yaddaş aparatını və masanın üzərində olan 28 (iyirmi səkkiz) manat dəyərində ağ rəngli uşaq köynəyini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs17 Füzuli oğluna ümumilikdə 10628 (on min altı yüz iyrmi səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 30 dekabr 2019-cu il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs16 məxsus ünvan 17 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin zirzəmisinin pəncərəsinin üzərində olan dəmir barmaqlıqlarını çıxarıb fiziki güc tədbiq etməklə pəncərəni açaraq, yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağında olan 01 ədəd dəyəri 2500 (iki min beş yüz) manat olan «NİKON» markalı fotoaparatı və 01 ədəd dəyəri 35 (otuz beş) manat olan «Escam» markalı, «G02» modelli, 3,6 mm linzalı müşahidə kamerasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 ümumilikdə 2535 (iki min otuz beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 04 yanvar 2020-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs14 Məzahir oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə və həyətdə yerləşən evin pəncərəsinin üzərində olan dəmir barmaqlıqlarını özü ilə gətirdiyi «montirovka» vasitəsi ilə qırıb, fiziki güc tədbiq etməklə plastik pəncərəni açaraq, yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 cüt dəyəri 112 (yüz on iki) manat olan 585 əyarlı qızıldan hazrlanmış halqa formalı sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs14 Məzahir oğluna 112 (yüz on iki) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu il ərzində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, dəstəyin üzərindəki düyməcik irəli və arxaya doğru sıxıldıqda tiyəsi avtomatik olaraq dəstəkdən çıxıb və dəstəyə daxil olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını, 01 ədəd fənərlə təhciz olunmaqla, dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahı və 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı təkrarən əldə etmiş, üzərində gəzdirmiş və yaşadığı ünvan 18 ünvanında saxlamış və oğurluq cinayətini törətməkdə şübhəli bilindiyindən təxirəsalınmaz istintaq hərəkətləri olaraq Təqsirləndirilən şəxs razılığı ilə axtarış və götürmə aparılan zaman 07 yanvar 2020-ci il tarixdə saat 15:40-da ünvan 18 ünvanında Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X10 tərəfindən qeyd olunan soyuq silahlar aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd olunun bu hərəkəti ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs yuxarıda göstərilən, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin hər birini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar oğurluq və qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayətlərini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən, CM-nin 228.4-cü maddəsi ilə isə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-in 339.1, 329.2.2, 180.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə 3 dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2017-ci ildə həbsdən azad olunmuşdur. Əvvəllər məkum olunduğu üçün heç bir yerdə işləyə bilmir, bu səbəbdən ailəsinin maddi ehtiyacını təmin etmək üçün oğurluq etmək məcburiyyətində qalmışdır. O, müxtəlif tarixlərdə Binəqədi rayonu ərazisində müxtəlif ünvanlardan oğurluq etmişdir. Belə ki, 06 aprel 2018ci il tarixdə saat 20 radələrində oğurluq etmək məqsədi ilə çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Ə.Qarayev küçəsinə gəlmişdir. Orada həyət evlərinin ara küçələrində gəzərkən, bir evin işıqlarının sönülü olması diqqətini çəkmişdir. Ətrafa fikir verib heç kəsin olmamasına əmin olub həyətin hasarının üzərinə qalxıb həyətə düşmüşdür. Həyətdə olan evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb içəri daxil olmuşdur. Evdə birinci otağa daxil olub oranı axtarmağa başlamışdır. Həmin otaqda 6000 manat və 200 ABŞ dolları nağd pul, müxtəlif qızıl-zinət əşyalarını aşkar etmiş və aşkar etdiyi pulları və qızılları götürmüşdür. Sonra ikinci otağa keçmiş və orada bir seyf aşkar etmişdir. Seyfin qapısını yoxlamış və görmüş ki, qapısı kilidlə bağlanmamışdır. Seyfin qapısını açıb içərisində 1000 manat və 200 ABŞ dolları nağd pul və müxtəlif qızıl zinət əşyalarını aşkar etmişdir. Həmin pullar və qızıllarıda götürmüşdür. Sonra 3-cü otağa keçmiş və orada çarpayıda yastığında altından 3000 manat və 2000 ABŞ dolları aşkar etmişdir. Həmçinin paltar dolabında müxtəlif qızıl-zinət əşyalarını aşkar etmişdir. Həmin pulları və qızıllarıda götürmüşdür. Bundan sonra evi tərk etmiş və oradan yaşadığı evə getmişdir. Pulları ailəsindən gizli özünə və evə xərcləmişdir. Sonra isə qızılları Moskva Univermağında və Mərkəzi Univermağında qızılların özünə məxsus olduğunu bildirməklə tanımadığı şəxslərə sənədlisənədsiz satıb əldə etdiyi pulları xərcləmişdir. Bundan başqa, təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2018-ci ilin iyun ayının axırlarında, saat 23 radələrində yaşadıgı evdən oğurluq etmək məqsədi ilə çıxıb Binəqədi rayonu, Mədən 3 deyilən əraziyə gəlmişdir. Orada həyət evlərinin ara küçələrində gəzərkən, iki mərtəbəli evin işıqlarının sönülü olması diqqətini çəkmişdir. Ətrafa fikir verib heç kəsin olmamasına əmin olub həyətin hasarının üzərinə qalxıb oradan həyətə düşmüşdür. Orada iki mərtəbəli evin arxasına keçmiş və birinci mərətbəsində plastik pəncərəsini vintaçanla açıb evin yataq otağına düşmüşdür. Birinci mərtəbədə yerləşən otaqlarda heç bir şey tapmayıb ikinci mərtəbəyə qalxmışdır. Sol tərəfdə yerləşən yataq otağına daxil olmuşdur. Orada çarpayının yanında olan sandıqçada qara rəngli çantanın içərisində müxtəlif qızıl əşyaların olduğunu görmüşdür. Tez çantanın içərisində olan qızılları götürmüşdür. Həmin otaqda həmçinin bir ədəd «İphone» markalı mobil telefonu aşkar etmiş və həmin telefonuda götürmüşdür. Bundan sonra qonaq otağına keçmiş və orada bir ədəd markasını xatırlamadığı səsgücləndiricini götürüb girdiyi pəncərədən çölə çıxmışdır. Oradan evə qayıtmışdır. Bir neçə gündən sonra Gənclik Univermağına getmiş və orada qızılların özünə məxsus olduğunu bildirməklə tanımadığı şəxsə qızılları 3700 manata satmışdır. Qızılların satışından əldə etdiyi pulları öz ehtiyacı üçün xərcləmişdir. Oğurladığı «İphone» markalı telefon kodda olduğundan telefonu satmağa qorxmuşdur. Bu səbəbdən həmin telefonu xatırlamadığı yerdə zibil qutusuna atmışdr. Həmçinin oğurladığı səsgücləndirici dəyərsiz olduğundan onuda xatırlamadığı yerdə zibil qutusuna atmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, 2018-ci ilin avqust ayının son gunlərində, gecə saat 02 radələrində yaşadıgı evdən oğurluq etmək məqsədi ilə çıxıb Binəqədi rayonu, Mədən 3 deyilən ünvana gəlmişdir. Orada həyət evlərinin ara küçələrində gəzərkən, həyətin işığının yandığını, evin işıqlarının sönülü olması diqqətini çəkmişdir. Ətrafa fikir verib heç kəsin olmamasına əmin olub həyətin hasarının üzərinə qalxıb oradan qonşu həyət tərəfdən aşaraq həyətə düşmüşdür. Həyətdə balaca su çəni və başqa müxtəlif əşyalar var idi. O, su çəninin üzərinə qalxıb bir mərtəbəli evin plastik pəncərəsini vint açanla açıb evin qonaq otağına düşmüşdür. Qonaq otağına baxıb heç bir şey tapmayıb yataq otagına girmişdir. Həmin yataq otağında ağ rəngli yataq dəsti var idi. Güzgülü rəfin siyirməsini açarkən qara rəngli dəri materiallı balaca çantada xeyli miqdarda pul və müxtəlif qızıl əşyaların olduğunu görmüşdür. Çantanın içərisində olan pulları və qzılları götürüb girdiyi pəncərədən çölə çıxmışdır. Oradanda yaşadığı evə getmişdir. O, evə gələndə ailə üzvüləri yatdığı üçün gizlincə oğurladığı əşyalara baxmışdır. Müəyyən etmiş ki, həmin evdən müxtəlif əskinazlarda təxminən 63000 manat, müxtəlif əskinazlarda 50 Gürcü larisi, müxtəlif əskinazlarda 60 türk lirəsi və müxtəlif qızıllar oğurlamışdır. Pulu ailəsindən gizli özünə və evə xərcləmişdir. Sonra isə qızılları, hissə-hissə Moskva Univermağında və Mərkəzi Univermaqda tanımadığı şəxslərə sənədli-sənədsiz satıb əldə etdiyi pulları xərcləmişdir. Gürcü larisi və türk lirəsi manata çevirəndə az bir məbləq təşkil etdiyindən həmin pulları xərcləməmiş və evdə saxlamışdır. Sonradan polis əməkdaşları tərəfindən yaşadığı evdə axtarış aparılan zaman o, həmin gürcü larisi və türk lirəsini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, 08 yanvar 2019-cu il tarixdə saat 17 radələrində evdən çıxıb yenidən oğurluq məqsədi ilə Binəqədi rayonu, Binəqədəi qəsəbəsinə gəlmiş və orada mədənlərin arasında yerləşən evlərin yanından keçməyə başlamış ki, hansısa evə daxil olub oradan oğurluq etsin. Saat 19 radələrində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 4-cü korpus deyilən ərazidən keçdiyi zaman orada iki mərtəbəli həyət evini görmüşdür. Həmin evin işıqları yanmırmış və o, başa düşmüş ki, evdə heç kim yoxdur. Evin xarici görnüşü onu qane etdiyinə görə o, həmin evə daxil olmaq istəmişdir. Əmin olanda ki, ətrafda onu görən yoxdur o, həmin evə daxil olmaq üçün hasardan aşıb evin həyətinə düşmüşdür. Evin həyətinə daxil olanda o, evin ətrafında gəzib dəmir barmaqlıları yoxlamağa başlamışdır. Barmaqlıqların birində boşluğu müəyyən edib onu əlilə özünə tərəf dartmağa başlamışdır. Fiziki güc tətbiq edib barmaqlığı dartıb onu yerindən aralamış və plastik pəncərəni fiziki güc tədbiş etməklə açıb evin içərisinə daxil olmuşdur. Evə daxil olanda birinci mərtəbədə o, heçnə tapa bilməmiş və evin ikinci mərtəbəsinə qalxmışdır. Orada o, otaqların birinə daxil olub müəyyən etmiş ki, həmin otaq yataq otağıdır və orada dolabı görmüşdür. Dolabı açdıqda orada təxminən 50x50 sm ölçüdə olan dəmir metal rəngdə elektron kilidli seyf aşkar etmiş və seyfi götürmüşdür. Seyf ağır olmadığından o, rahat onu götürə bilmişdir. Seyfi götürəndən sonra o, evin digər otaqlarını yoxlamadan evi tərk etmişdir. Oğurladığı seyfi o, evinin həyətində gizlətmiş və səhərisi günü dəmir alətlərlə onu sındırıb seyfin içərisindən 13500 ABŞ dolları və müxtəlif qızıl zinət əşyaları olduğunu görmüşdür. Pulları o, öz ehtiyyaclarına xərcləmişdir. Qızılların bir hissəsini Mərkəzi Univermaqında, digər hissəsini isə Moskva Univermaqında tanımadığı qızıl almaq istəyən şəxslərə satmışdır. Əldə etdiyi pullarıda xərcləmişdir. Seyfin özünüdə o, Binəqədi rayonun ərazisində evindən uzağ məsafədə zibil qablarının birinə tullamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, yenidən oğurluq etmək üçün 2019-cu ilin yanvar ayının təxminən 13-də evdən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 68 adlanan əraziyə gəlmişdir. Ara məhəllələr ilə piyada gəzərəkən saat 13 radələrində yaşıl rəngli dam örtüyü və tünd yaşıl rəngli darvazası olan evin qapsının açıldığını, həyətdən iki qadının, iki kişinin və 1 uşağın həyətdən çıxıb qapını bağlayaraq getdiklərini görmüşdür. O, başa düşmüş ki, həmin evdə heç kim yoxdur, bir neçə dəqiqə gözləmiş və tam əmin olmuş ki, ev sahibləri evə yaxın 1 saat ərzində qayıtmayacıqlar. Ətrafda heç kəsin olmadığını görüb dərhal evin darvazasından aşaraq həyətə düşmüşdür. Həmin ev 1 mərtəbəli idi. Evin yan tərəfindəki plastik pəncərəni fiziki güc tədbiq edərək açmış və oradan içəri daxil olmuşdur. Evin içərisində dağıntı etmədən yataq otağına keçmiş, orada termo kimi dolab var idi. Dolabın üst siyirməsini açdıqda oranı axtarıb pul və qızıl zinyət əşyaları görmüşdür. Pulların içərisində 200 manatlıq, 100 manatlıq və 20, 50 manatlıq əskinaslar var idi. Pulları saymadan və qızılları götürüb evdən çıxmışdır. Pulları şəxsi ehtiyacımna xərcləmişdir. Qızılları isə tanımadığım və xatırlamadığım yerlərdə qızıl alanlara satdım. Həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin aprel ayının əvəllərində saat təxminən 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədədən, kopus 125 ünvanında oğurluq etmək üçün evlərin arası ilə gəzən zaman görmüş ki, təxmini tanıdığı adını Könül bildiyi qadın yaşadığı evin taxtadan olan giriş qapısını qıfılla bağlayaraq qonşuluqda olan evə getmişdir. O, da həmin fürsətdən istifadə edib arxa tərəfdən həmin həyətin taxtadan olan hasarını aralayaraq Könül adlı qadının həyətinə daxil olmuş və evin giriş qapısının sol tərəfində yerləşən plastik pəncərəsini özü ilə apardığı vint açanla açaraq evə daxil olmuşdur. Yataq otağında paltar dolabının içərisində olan qadın əl çantasını götürmüşdür. Çantanın içərisində qara rəngli pul kisəsi və 02 ədəd dəftər aşkar etmişdir. Dəftərlərin arasına baxan zaman pul olduğunu görüb dərhal pulu götürüb cibinə qoymuş və paltar dolabının digər hissəsinə baxmış, orada olan adlarını dəqiq xatırlamadığı ətirləri götürüb həmin otağın yanında olan uşaq otağına daxil olmuşdur. Oranı axtarmağa başlamışdır. Lakin bir şey tapmadığı üçün ev sahibinin geri qayıda biləcəyini düşünüb dərhal gəldiyi yerdən çölə çıxıb qaçaraq ordan uzaqlaşıb getmişdir. Evdən oğurladığı pulları sonradan saydıqda 2340 manat pul olduğunu müəyyən etmişdir. Həmin oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Ətirləri isə özü istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 30 avqust 2019-cu il tarixdə təxminən saat 19:00 radələrində o, yenə həmişəki kimi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsinə gəlmişdir. Küçə ilə gəzdiyi zaman, evin içərisində işıqların yanmadığını görmüş və ona məlum olmuş ki, həmin evdə heç kim yoxdur. O. həmin evin qapısını döymüş və qapını heç kim açmayanda o. dəqiqliklə əmin olmuş ki, evin içərisində heç kim yoxdur. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığını biləndə, həmin evin qapısının üstünə çıxaraq, həyətə düşmüşdür. O, pilləkənlərlə həyətdən evin ikinci mərtəbəsinə qalxmış və qonaq otağına açılan pənçərəni güc tətbiq etməklə açmış və evin içərisinə daxil olmuşdur. O, evin yataq otağına girəndən sonra güzgülü dolabı açmış və orada olan 02 ədəd qızıl üzüyü və 01 cüt sırğanı götürüb əynində olan şalvarının cibinə qoymuşdur. Bundan sonra o, bütün evin içərisini axtarsada, həmin qızıllardan başqa qiymətli əşya tapa bilmədiyi üçün həmin evdən çıxıb getmişdir. Bir neçə gündən sonra o, həmin oğurladığı qızılları ümumlikdə 400 (dörd yüz) manata Bakı şəhəri, Nəsimi rayonu ərazisində Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satmışdır. Əldə etdiyim pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayının 27-də axşam saat 19 radələrində Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 8 ünvanda küçə ilə hərəkət etdiyi zaman həyət evinin işıqlarının yanmamasından bilmiş ki, evdə heç kim yoxdur. Qaranlıq olduğundan evin həyətinin hasarından aşmaqla həyətə daxil olmuşdur. Evin arxasındakı pəncərənin plastik pəncərəsini dartmaqla açıb oradan evə daxil olmuşdur. Evin yataq otağındakı şkafın qapısını açıb oradakı pal-paltarı axtarmağa başlamışdır. Dolabda pul və müxtəlif qızıl zinət əşyaları aşkar etmişdir. Pulları və qızılları götürüb cibinə qoymuşdur. Həmçinin 01 ədəd kiçik plastik qab aşkar etmiş və onun dəyərli olduğu fikirləşib həmin qabıda götürmüşdür. Dolabın yanında bir ədəd Samsunq markalı mobil telefon var idi. O, həmin mobil telefonuda götürüb cibinə qoyaraq dərhal həyətə çıxmış, oradan da evi tərk etmişdir. Oradan yaşadığı evə getmişdir. Evdə gizlincə oğurladığı qızıl-zinyət əyşyalarına baxmışdır. Onlar bir ədəd üzük, bir ədəd boyunbağı və bir cüt sırğadan ibrət idi, oğurladığı pulları isə saymış, 1000 manat idi. Həmçinin oğurladığı balaca plastik qaba baxdıqda görmüş ki, həmin qab istifadə edilmiş pudra qabıdır. Pudra qabı dəyərsiz olduğundan onu evdə əşyaların arasına atmışdır. Səhərisi gün o, həmin qızıl-zinət əşyalarının hamısını Bakı şəhəri, Əcəmi metrosunun yaxınlığında yerləşən Moskva Univermağının yaxınlığında, qızıl-zinyət əyşalarını alan tanımadığı şəxsə 300 manata satmış, pulları isə öz ehtyiacları üçün xərcləmişdir. Mobil telefonu isə işlədə bilmədiyi üçün tullamışdır. Sonradan polis əməkdaşları evində axtarış apardıqları zaman o, həmin evdən oğurladığı pudra qabını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 31 oktyabr 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən Qəbirsanlığın yaxınlığından keçdiyi zaman oğurluq etmək qərarına gəlmişdir. Həmin zaman qəbirsanlığın yaxınlığında yerləşən nömrəsini bilmədiyi evin qarşısına gəlmişdir. O, görmüş ki, evin heç bir işığı yanmır və məlum olmuş ki, evdə heç bir şəxs yoxdur. O, həmin zaman ətrafa baxmış və ətrafda heç kimin olmadığını biləndən sonra həmin evin hasarının üstünə çıxmış və hasarın üstündən aşaraq həyətə daxil olmuşdur. O, evin giriş qapısının kilit hissəsini sındırmış və evə daxil olmuşdur. O, önçə yataq otağına daxil olmuş, yataq otağını axtarmış və yataq otağında olan dolabdan bir ədəd qızıl qol saatını tapmışdır. O, həmin qol saatını götürüb əynində olan şalvarının çibinə qoymuş və həmin evin bütün otaqlarını axtarsada, heç bir qiymətli əşya tapa bilməmişdir. Sonra o, həmin evdən çıxıb öz yaşadığı evinə getmişdir. Həmin günün səhəri günü o, oğurladığı qızıl qol saatını Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva Univermağında” qızıl alışı mağazasına 300 (üç yüz) manata satmışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayının 8-də gecə saat 23 radələrində o, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi ilə hərəkət etdiyi zaman həyət evinin işıqlarının yanmamasından bilmiş ki, evdə heç kim yoxdur. Qaranlıq olduğundan evin hasarından aşmaqla həyətə daxil olmuşdur. Evin pəncərəsinin dəmir barmaqlığını özü ilə götürdüyü montirovka ilə sındıraraq evə daxil olmuşdur. Evin yataq otağından o, qol saatı, qızıl-zinyət əşyalarını, həmçinin kosmetik dəsti oğurlamışdır. Sonra evi axtarsa da başqa qızıl-zinyət əşyaları və pul aşkar etməmişdir. O, dərhal həyətə çıxmış, oradan da evi tərk etmişdir. Səhərisi gün o, həmin oğurladığı qızıl-zinyət əşyalarının hamısını Bakı şəhəri, Əcəmi metrosunun yaxınlığında yerləşən Moskva univermağnın yaxınlığında, qızıl-zinət əyşalarını alan tanımadığı şəxsə 250 manata satmış, pulları isə öz ehtyiacı üçün xərcləmişdir. Oğurladığı içərisində dırnaq tutan və sair kosmetik vasitələr olan dəsti dəyəri olmadığından xatırlamadığı yerdə tullamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 09 noyabr 2019-cu il tarixdə saat 20 radələrində o, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında küçə ilə hərəkət etdiyi zaman həyət evinin işıqlarının yanmamasından bilmiş ki, evdə heç kim yoxdur. Qaranlıq olduğundan evin həyətinin darvazasından aşmaqla həyətə daxil olmuşdur. Evin pəncərəsinin dəmir barmaqlığını özü ilə götürdüyü montirovka ilə sındıraraq evə daxil olmuşdur. Evin yataq otağındakı siyirməni açmışdır. Orada pul və qızıl-zinət əyşaları var idi. Belə ki, o. iki ədəd qızıl üzüyü və bir ədəd boyunbağını, eləcə də siyirmədəki 250 manat pulu götürərək cibinə qoymuşdur. Sonra evi yenə də axtarsa da başqa qızıl-zinyət əşyaları və pul aşkar etməmişdir. Sonra isə o. dərhal həyətə çıxmış, oradan da evi tərk etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 09 noyabr 2019-cu il tarixdə saat 20 radələrində 1-ci mədən, korpus 8 ünvanında yerləşən evdən oğurluq etdikdən sonra, oğurladığı qızılların az olması və pulun 250 manat olması səbəbindən bir evədə girmək qərarına gəlmişdir. 09.11.2019-cu il tarixdə saat 23:00 radələrində Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsinə gəlmişdir. Orada bir ev diqqətini çəkmişdir. Evin işıqlarının yanmamadığından başa düşmüş ki, evdə heç kəs yoxdur. Həyət evi ilə üzbə-üz duranda hasarın sol tərəfi bir az alçaq idi. O, hasara qalxaraq həyətə tullanmışdır. Nə həyətdə nə də evdə heç kim yox idir. O, həyətdən evin qabağına keçmişdir. Evin qapısı bağlı olsa da lakin evin qapıları kilidə bağlı deyildir. O, qapını açmış və evə daxil olmuşdur. Ev iki mərtəbədən ibarət idi. Birinci mərtəbədə heç nə yox idi. Sonradan o, evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbədə o. yalnız yataq otağına keçmişdir. Orada olan divar şkafının qapısını açmışdır. Həmin yerdə çoxlu sayda qızıllar aşkar etmişdir. O, onları götürüb ciblərinə yerləşdirmişdir. Onu deyə bilər ki, götürdüyü qızılların arasında çoxlu sayda seplər, bilərziklər və üzüklər var idi. O, onların hamısını götürmüş və evi gəldiyi kimi də tərk etmişdir. Evdən təxminən bir 200 metr kənarda taksi avtomobili tutub və yaşadığı ünvana getmişdir. 10 noyabr 2019-cu il tarixdə o, təxminən saat 12:00 radələrində Bakı şəhərində yerləşən və Moskva Univermağı kimi tanınan yerdə iki evdən oğurladığı qızılları aparıb təxminən 2700 manata satıb pul əldə etmişdir. Pulları da öz ehtiyaclarına xərcləmişdir. Oğurladığı qızlların arasında qolbağı, boyunbağı və sırğa dəsti gümüşdən olduğundan onları satmamış və evdə saxlamışdır. Sonradan yaşadığı evdə polis əməkdaşları tərəfindən axtarış aparılan zaman həmin dəsti polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 18 noyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində yaşadıgı evdən oğurluq etmək məqsədi ilə çıxıb Binəqədi rayonu, mədən 3 deyilən ünvana gəlmişdir. Orada həyət evlərinin ara küçələrində gəzərkən, həyətin işığının yandığını, evin işıqlarının sönülü olması diqqətini çəkmişdir. Ətrafa fikir verib heç kəsin olmamasına əmin olub həyətin hasarının üzərinə qalxıb həyətə düşmüşdür. Həyətdə olan evin giriş qapısına yaxınlaşmış və giriş qapsının yoxladıqda qapının açıq olmasını görmüşdür. Giriş qapısını açıb içəri daxil olmuşdur. Yataq otağında paltar dolabının içərisində iki 3 litirlik ballon dolu 50 qəpik pul aşkar etmişdir. Həmin qəpikləri özü ilə gətirdiyi çantaya boşaltmışdır. Sonra həmin otaqda 500 manat pul və müxtəlif qızıl-zinət əşyalarını aşkar etmiş və onlarıda çantaya qoymuşdur. Bundan sonra evi tərk etmiş və oradan yaşadığı evə getmişdir. Pulu ailəsindən gizli özünə və evə xərcləmişdir. Sonra isə qızılları Moskva Univermağında və Mərkəzi Univermaqda qızılların özünə məxsus olduğunu bildirməklə tanımadığı şəxslərə sənədli-sənədsiz lom şəklində satıb xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, yenə də 24.11.2019cu il tarixə saat 02 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 4 ünvanına gələrək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Həmin vaxt o, qeyd olunan ünvanda yerləşən həyət evlərindən birinin işıqlarının yanmadığını görmüş, həmin vaxt ona məlum olmuş ki, qeyd olunan evdə heç kim yoxdur. Buna görə də bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra evin hasarına qalxaraq həyətə düşmüşdür. Bundan sonra o, yerdən tapdığı dəmir parçası ilə evin plastik pəncərəsinin dəmir barmaqlığını qırıb pəncərəni açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evdə olan əşyaları dağıdaraq axtarış aparmağa başlamış və yataq otağında olan paltar dolabının içərisindəki qutun içərisinə baxan zaman orada çoxlu sayda qızı-zinyət əşyalarının olduğunu görüb götürmüşdür. Bundan sonra o, dolabın içərisində olan pul qabının və çantanın içərisindən sayını xatırlamadığı xarici valyutadan ibarət pulların olmasını görüb götürmüşdür. Dolabda olan dəmir metal materialdan olan kişi qol saatınıda qiymətli hesab edib götürmüşdür. Bundan sonra o, evdə olan uşaq otağına daxil olub orada axtarış aparan zaman orada olan dolabın siyirməsinin içərisindən 50 ABŞ dolları pul aşkar edərək götürmüşdür. Bunda sonra o, evdə axtarış aparsa da qiymətli heçnə tapa bilməyib evə daxil olduğu pəncərədən çıxaraq həyətə, oradan da küçəyə çıxaraq uzaqlaşıb çıxrb getmişdir. Səhəri gün oğurladığı qızıl-zinyət əşyaılarını Bakı şəhəri ərazisində tanımadığı şəxslərə özünə məxsus olduğunu bildirib satmışdır. Əldə etdiyi pulları isə şəxsi işlərinə xərcləmişdir. Qeyd olunan mənzildən sayını bilməsə də şoxlu sayda qızıl zinət əyaları oğurlamış və həmin əşyaların təxminən dəyəri 15000 manat olardı. Oğurladığı pullar təxminən 650 ABŞ dolları və 100 avro olmuşdur. Belə ki, pulların içərisindən 1 ədəd 100-lük əskinasdan ibarət 100 avro pul olmuşdur. Həmin evdən oğurladığı kişi qol saatı ucuz olduğundan sata bilmədiyi üçün evdə qalmışdrı. Sonradan polis əməkdaşları tərəfindən evində axtarış aparılan zaman evdən oğurladığı kişi qol saatını polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 27 dekabr 2019-cu il tarixdə saat 19:30 radələrində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus ərazisində olan zaman 22 nömrəli iki mərtəbəli yaşayış evində heç kimin olmadığını görmüşdür. O, həmin evin sağ tərəfində yerləşən həyətə qapı yerinə yığılmış mişar daşlarının üstündən keçmiş, 22 nömrəli evin arxa sol hissəsində gizlində olan pəncərənin üzərinə vurulmuş dəmir barmaqlıqları əlində olan dəmir alətlə açmaq istəmiş, o, həmin dəmir barmaqlıqları yerindən tərpətsədə sağ tərəfdə dikin üstündə olan evin pəncərəsindən həmin yer görsəndiyi üçün oradan evə girməyin təhlükəli olduğunu fikirləşmiş, ona görə də evin sağ tərəfinə fırlanmış, oradan hasardan həyətə keçmiş, giriş dəmir qapını açmaq üçün internetdən öyrəndiyi üsulla özü bağlanan şrupu qapının qıfılının bağlama mexanizminə bağlamış, lakin qıfılın bağlama mexanizmini sındıra bilməyəndən sonra həmin qapının sağ tərəfində yerləşən pəncərənin dəmir barmaqlıqlarını əlində olan dəmir manitirovka ilə divardan qoparıb açmış, daha sonra vintaçanla pəncərəni açaraq evin birinci mərtəbəsinə daxil olmuş, həmin otaqda sağ tərəfdə divarın küncündə olan televizorun arxasında taxta üzərində olan video müşahidə kamerasının yaddaş aparatını görmüş, həmin apparatı çıxanda götürəcəyini fikirləşmiş, daha sonra evin ikinci mərtəbəsində olan yataq otağından çarpayının altından taxta mücrünün içərisində olan 100 manat pulu və onun yanında olan 3 bankada olan qəpik pulları götürmüş, bankaların hasardan keçən zaman qırılacağını fikirləşdiyi üçün evin birinci mərtəbəsində olan otaqdan uşaq ağ rəngdə koftasını götürüb bankanın birini onun içərisinə boşaltmış, daha sonra yerləşməyəcəyini fikirləşdiyi üçün üzərində şahmat damasına oxşar naxışlar olan süfrəni götürüb həmin qəpikləri banka qarışıq onun içərisinə yığmış, daha sonra kameranın yaddaş aparatını şəbəkədən ayırıb götürmüş, sonra həyətə çıxmış, sağ tərəfdə olan yay mətbəxinin içərisindəki kisəni boşaldıb əşyaları ora yığmaq istəsədə kisə çirkli olduğu üçün yığmamış və oğurladıqlarını götürüb həyətdən çıxmış, daha sonra bir qədər aralıda yerləşən səhv etmirəsə adı «Eşqin» market olan marketə yaxınlaşmış, orada başı hicablı qadından bərk selofan torba istəmiş, o da ona etiraz etməyərək razılaşmış və düyü torbasını ona vermiş, o, marketdən çıxandan sonra əşyaları torbaya yığmış, kameranın yaddaş aparatını iki hissəyə bölərək hərəsini bir yerə atmış və qalan əşyaları götürüb getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 30 dekabr 2019-cu il tarixdə gecə saat 04 radələrində o, oğurluq etmək məqsədi ilə evdən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mədən, korpus 24 ünvanına gəlmişdir. Orada həyət evlərinin ara küçələrində gəzərkən, bir evin işıqlarının sönülü olması diqqətini çəkmişdir. Ətrafa fikir verib heç kəsin olmamasına əmin olub həyətin hasarının üzərinə qalxıb həyətə düşmüşdür. Həyətdə olan evin zirzəmisinin pəncərəsinin üzərində olan dəmir barmaqlıqları dartıb yerindən çıxarmışdır. Sonra itələyib pəncərini açıb içəri daxil olmuşdur. Zirzəmidən evə girmişdir. Evi axtarmış, lakin qızıl-zinət əşayaları və pul tapa bilməmişdir. Evdən əliboş getməmək üçün tapdığı fotoapparatı və ağ rəngli kameranı götürmüşdür. Bundan sonra evi tərk etmiş və oradan yaşadığı evə getmişdir. Bir neçə gündən sonra oğurladığı fotoaparatı 20 yanvar metrosunun yanında tanımadığı şəxsə 100 manata satmışdır. Oğurladığı ağ rəngli kameranı isə dəyəri olmadığından evdə saxlamışdır. Sonradan polis əməkdaşları tərəfindən evində axtarış aparılan zaman həmin kameranı polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 04.01.2020-ci il tarixdə saat təxminən 18 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən-1 korpus 9 ünvanında sement zavodun yaxınlığında evlərin arası ilə gəzərək oğurluq etmək üçün ev axtaran zaman görmüş ki, iki mərtəbəli daşdan tikilmiş evin işıqları yanmır. İlk öncə evin ətrafını gəzərək oradan kimin olub-olmamsını dəqiqləşdirmişdir. Həmin vaxt görmüş ki, evin darvazası bağlıdır, lakin evə üzbə-üz baxan zaman sol tərəfdə yerləşən yarım tikilinin həmin evə baxan hissəsində hasarın alçaq olduğunu görmüş və həmin hasardan həyətə daxil olmuş və dərhal dəmir darvazanı həyətdən yəni içəri tərəfdən bağlamış ki, kimsə gəlsə bundan xəbəri olsun və daxil olduğu yerdə evin birinci mərtəbəsinin onun həyətə girdiyi tərəfə baxan pəncərəsinin dəmir barmaqlığının özülə apardığı yaşıl rəngli mantirovka ilə dəmir barmaqlığın bir tərəfini yerindən sökərək plastik pəncərəni özündə olan vint açanla açaraq evə daxil olmuşdur. Daxil olduğu otaq qonaq otağı olduğundan orada heç bir əşyaya toxunmadan dərhal evin içərisində olan pilləkənlə ikinci mərtəbəyə qalxmış və əlində olan alışqanın işığı ilə otaqlara nəzar salmışdır. İkinci mərtəbəyə qalxan zaman pilləkənlə üz-üzə olan yataq otağı olduğunu görüb həmin otağı axtarmağa başlamış orada olan paltar dolabını və siyirtmələri axtarmış oradan 01 cüt qızıl sırğa tapmışdır. Evə səliqəli baxıb başqa heç bir şey tapa bilməyib evə girdiyi pəncərədən çıxaraq oradan uzaqlaşıb getmişdir. Oğurladığı 01 cüt qızıl sırğanı dəyəri az olduğu üçün evində saxlamışdır. Sonradan polis əməkdaşları evində axtarış apardıqları zaman o, həmin sırğanı onlara təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 07 yanvar 2020-ci il tarixdə o, polis əməkdaşları tərəfindən 27.12.2019-cu il tarixdə törətdiyi oğurluq cinayətinə görə saxlanılmışdır. Şahid qismində dindirildiyi zaman o, 27.12.2019-cu il tarixdə törətdiyi oğurluq cinayətini etiraf etmiş və maddi sübutların yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra o, yaşadığı evdə axtarış və götürmə aparılmasına etiraz etmədiyi barədə ərizə yazmışdır. Sonra həmin gün saat 15:40 radələrində polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına gəlmişlər. Evində aparılan axtarış zamanı 03 ədəd kişi papağı, 2 cüt 42 ölçüdə kişi ayaqqabısı, 1 dəst «Adidas» firmasının idman geyimi, 1 cüt fəhlə əlcəyi, 01 ədəd balta, 1 ədəd fanarlı dəyənək, 1 ədəd qara dəstəkli bıçaq, 6 künclü açar dəsti, 1 ədəd İpone 6s markalı mobil telefon, 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd nokia markalı mobil telefon, 2 ədəd Samsung A 20 markalı mobil telefonun qutusu, Escam markalı videomüşahidə kamerası, 01 ədəd balaca qara rəngli əl çantası, 01 ədəd qara rəngli dəri materialdan pul qabı, M-star markalı video müşahidə kamerasının yaddaş apparatı, 8 ədəd saç bağlayan, 2 ədəd qara dəri kəməri olan qadın qol saatı, 1 ədəd ağ rəngli metaldan qadın qol saatı, 1 ədəd ağ rəngli metaldan kişi qol saatı, 01 ədəd cib saatı, 01 ədəd qara rəngli üzərində Miss Fidi yazısı olan pudra, 10 ədəd müxtəlif metallardan qolbaq, 05 ədəd müxtəlif metaldan boyunbağı, 16 ədəd müxtəlif metallardan üzük, 08 cüt müxtəlif metallardan sırğa, 01 ədəd üzərində ərəb dilində yazıları olan kulon, 05 ədəd qatlanan bıçaq, 01 ədəd beşbarmaq, 03 ədəd vintaçan, 01 ədəd ucu əyilmiş vintaçan, 23 ədəd flaşkart, 06 ədəd mikrokart, 01 ədəd alışqan, 01 ədəd vint, 01 ədəd tək tay sırğa, 01 ədəd kulon, 01 ədəd əzilmiş sırğa tayı, 178 ədəd 50 qəpiklik, 615 ədəd 20 qəpiklik, 395 ədəd 10 qəpiklik, 01 ədəd 126657 nömrəli məcburi köçkün vəsiqəsi, 01 ədəd 100 manatlıq pul, 60 türk lirəsi, 1000 rus rublu, 50 gürcü larisi, 2 ABŞ dolları, 6 qətər rialı, 01 ədəd Samsung markalı mobil telefon, 1 ədəd Seagate markalı yaddaş aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 06.04.2018-ci il tarixdə təxminən saat 21:00 radələrində işdən çıxıb qardaşının qayınanasıgilə getmişdi. Ailəsi də orada idi. Orada 15-20 dəqiqə oturduqdan sonra, bacısı oğlu Anar ona zəng etib və bildiribdi ki, evilərinə oğru girib. O, ailəsinə deyib və dərhal evə qayıdıblar. Yolda olarkən o, polisə zəng edib. Onlar həyətə daxil olublar, ancaq evin içərisinə daxil olmayıbdılar. Polis əməkdaşları gəldikdən sonra evə daxil olublar. Evə baxarkən müəyyən olundu ki, 1-ci otaqda dolabdan 8 cüt sırğa, 3 ədəd boyunbağı, 3 ədəd qolbağ, 1 üzük, 2 ədəd klon və çarpayının altından 6000 (altı min) manat və 200 ABŞ dolları oğurlanmışdır. 2-ci otağa baxış keçirərkən müəyyən olundu ki, otaqda yerləşən seyfdən 1000 (min) manat, 200 (iki yüz) ABŞ dolları, 1 komplekt, 5 üzük, 1 qalın boyunbağı və 2 nazik boyunbağı oğurlanmışdır. 3-cü otağa baxış keçirərkən yastığın altından 3000 (üç min) manat, 2000 (iki min) ABŞ dolları, həmin otaqda yerləşən dolabdan isə, 2 ədəd kişi üzüyü, 3 ədəd qadın üzüyü, 1 ədəd brilyant komplekt, 2 ədəd qolbaq, 1 ədəd üzərində “Selin” yazısı olan uşaq qolbağı, 1 ədəd qızıl saat oğurlanmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, 1 dəst yaşıl və ağ emaldan ibarət kənarları qızıl dəst, 1 ədəd “Bulgary” brendinə aid sirğa və boyunbağı sırğanın rəngli daşları yaşıl, göy- mavi rəngdə idi, boyunbağda isə 3 ədəd bənövşəyi, mavi yaşıl daşlar var idi, sırğanın biri tam sadə qızıl, digəri isə zəncurvari idi. Digər sırğa halqavari daşlı idi, o biri sırğa uzunsov dairəvi ortasiında topaz daş var idi, üzüyü sadə qaşlardan bir ədəd yasəmən rəngli topaz daş var idi. 1 ədəd sadə boyunbağı, bir ədəd üzərində hərfi olan klon boyunbağı idi, digər boyunbağısı isə kəpənək formalı üstü rəngli idi. Bundan başqa mənzildən oğurlanmış nağd puldan 6000 (altı min) manat və 200 (iki yüz) ABŞ dolları ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs1 Sizə məxsus qeyd olunan qızıl- zinnət əşyalarının əyyarı və çəkisi barədə nə deyə bilərsiniz sualına cavab olaraq göstərmişdir ki, 1-ci otaqdakı 8 cüt qızıl sırğadan 6 cütünün əyarı 750, ikisinin isə əyarı 585 olmuşdur. Həmin sırğalardan dördünün çəkisi təxminən 5 qram, qalan dördünün çəkisi isə 6.5 qram olmuşdur. 750 əyarlı sırğaların hər cütünün dəyəri təxminən 380 manat, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğa dəyəri 1360 manat dəyərində, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl qolbağ dəyəri 1000 manat dəyərində, 1 ədəd üzərində “ema” yazılan 150 manat dəyərində qızıl qolbaq, 1 ədəd 350 manat dəyərində olan yaşıl muncuqlu qızıl qolbaq, üzərində qaşı olan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klon, 1 ədəd 100 manat dəyərində olan qızıl boyunbağı oğurlanmışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 16.04.2018-ci il tarixdə 01:00 radələrində “İnstagram” sosial şəbəkəsində “gold baku online” səhifəsində qızıl-zinyət əşyalarının şəkilləri olmaqla satıldığı elanının yerləşdirildiyini görmüşdü. Elanın yerləşdiyini görərək həmin vaxt 102-yə zəng etmişdi. Həmin şəkillərə baxdıqda 06.04.2018-ci il tarixdə yaşadığı mənzildən oğurlanmış özünə məxsus qızıllara oxşadığını müəyyən edib dəqiqləşdirmək məqsədilə 16.04.2018-ci il tarixdə 4-cü polis şöbəsinin əməkdaşları ilə birlikdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən “Moskva“ univermağına getmişdi. O, içəri daxil olmuş orada işləyən oğlana bildirmişdi ki, “İnstagram” sosial şəbəkəsində qızıllar görübdü ona baxmaq istəyir. Oğlan bildiribdi ki, qızıllar seyfdədi müdür gəlsin ona göstərsin. Oğlan zəng edib və müdür 5-10 dəqiqəyə gəlmişdi. Gəldikdən sonra seyfi açmış və o, qızılları gördükdən sonra əmin olmuşdu ki, həmin qızıllar ona məxsusdur. O, qızılları gördükdən sonra polis əməkdaşlarına qızılların ona məxsus olduğunu bildirmişdi. Məhkəməyədək icraat mərhələsində iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, oğlu ikinci mərtədə ailəsi ilə birlikdə yaşayır, özü isə həyat yoldaşı və qızlarıyla birlikdə 1-ci mərtəbədə yaşayır. Yaşadığı ev həyət evidir və evin qapısının üzərində domofon var. Həmin cihaz səs də yazır və hətta görüntüsü də var. 06.04.2018-ci il tarixdə saat 18:40 radələrində o, qızı Musayeva Sara, həyat yoldaşı Musayeva Ayna ilə birlikdə qudasıgilə getmişdilər. X28 və ailəsi 1 həftədir ki, qaynanasıgildə yaşayır. Qızı Zərərçəkmiş şəxs1 işdən çıxıb qudasıgilə gələcəydi. Onlar orada olarkən nəvəsi X9 Elmiraya zəng edib bildirmişdi ki, evin pəncərəsi açıqdır və evə oğru girib. Onlar da dərhal evə qayıtmışdılar. Görmüşdülər ki, 1-ci mərtəbədəki plastik pəncərə açılıb. Yolda olarkən onlar polisə zəng etmidilər. Evə çatdıqdan sonra polis əməkdaşları onların evinə gəlibdilər. Sonra onlar polis əməkdaşları ilə birlikdə evin içərisinə daxil olubdular. Evə baxarkən müəyyə olunubdu ki, 1-ci otaqda şfonerdən 8 cüt sırğa, 3 ədəd boyunbağı, 3 ədəd qolbağ, 1 üzük, 2 ədəd klon və kravatın altından 6000 (altı min) manat və 200 ABŞ dolları oğurlanıb. 2-ci otağa baxış keçirərkən müəyyən olunubdu ki, otaqda yerləşən seyfdən 1000 (min) manat, 200 (iki yüz) ABŞ dolları, 1 komplekt, 5 üzük, 1 qalın sep və 2 nazik sep oğurlanıb. 3-cü otağa baxış keçirərkən yastığın altından 3000 (üç min) manat, 2000(iki min) ABŞ dolları, həmin otaqda yerləşən şfonerdən isə, 2 ədəd qadın üzüyü, 1 ədəd brilyant komplekt, 2 ədəd qolbaq, 1 ədəd üzərində “Selin” yazısı olan uşaq qolbaq, 1 ədəd qızıl saat oğurlanıb. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsinin davamında göstərmişdir ki, 1-ci otaqdakı 8 cüt qızıl sırğadan 6 cütünün hər cütünün dəyəri 380 manat, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğa dəyəri 1360 manat dəyərində, 1 cüt qızıl sırğa və 1ədəd qızıl qolbağ dəyəri 1000 manat dəyərində, 1 ədəd üzərində “ema” yazılan 150 manat dəyərində qızıl qolbaq, 1 ədəd 350 manat dəyərində olan yaşıl muncuqlu qızıl qolbaq, üzərində qaşı nolan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klon, 1 ədəd 100 manat dəyərində olan qızıl boyunbağı oğurlanmışdır. 2-ci otaqdakı 600 manat dəyərində olan 1 ədəd 18 qram olan sadə qızıl komplekt (komplektdə üzük və sırğa var), 5 ədəd üzük hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 1000 manat, 2 nazik sep hər birinin dəyəri 100 manat olmaqla 200 manat, 1 ədəd 22 qram olan qalın sep dəyəri 1000 manat olmaqla əmlak oğurlanmışdır. 3cü otaqdakı brilyant komplekt dəyəri 1800 manat, 2 ədəd kişi üçün qızıl üzük ümumilikdə 800 manat olan, 1 ədəd 600 manat dəyərində olan qadın üzüyü, 3 ədəd qadın üzüyü hər birinin dəyəri 200 manat olmaqla ümümilikdə 600 manat, 2 ədəd qolbaq birinin dəyəri 700 manat, digərinin dəyəri 300 manat, bir ədəd 150 manat dəyərində üzərində “Selin” yazısı olan və 1 ədəd 250 manat dəyərində olan bağsiz qadın üçün ”Zarya” markalı qızıl saat oğurlanmışdır. İş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 24.06.2018-ci il tarixdə saat 16 radələrində ailə üzvüləriylə bilrlikdə yaşadığı Binəqədi rayonu, Mədən 3, Korpus 145 ünvanında yerləşən 69 nömrəli evlərindən çıxaraq Nəsimi rayonu, 3-cü MKR-da yerləşən “Niel” şadlıq sarayına baldızı oğlunun toyuna getmişdilər. Həmin gün ailəvi şəkildə toyda iştirak edəndən sonra həyat yoldaşıyla birlikdə 25.06.2018-ci il tarixdə saat 01 radələrində yaşadığı ev gəlmişdi. O, arvadı X12 ilə birlikdə evə daxil olaraq yataq otaqlarına keçən zaman görmüşlər ki, yataq otaqlarının ağ rəngli plastik pəncərəsi açıqdır. Bu zaman evlərinə baxış keçirərəkən görüb ki, evlərində bəzi əşyalar dağıdılıb. Bundan sonra o, dərhal evlərinin ikinci mərtəbəsinə çıxan zaman görüb ki, evinin ikinci mərtəbəsinə çıxarkən sol tərəfində yerləşən yataq otağının əşyaları dağıdılaraq orada olan çarpayının ətəyindəki sandıqçadan 01 ədəd 700 manat dəyərində qızıl boyunabağı, 01 ədəd 100 manat dəyərində bir cüt qızıl sırğa, 01 ədəd 150 manat dəyərində qızıl üzük, 02 ədəd 583 əyarlı hər birinin qiyməti 500 manat olan qızıl kişi üzüyü, 02 ədəd hər biri 350 manat dəyərində iki ədəd qızıl qolbağı, 02 ədəd hər biri 150 manat dəyərində qızıl boyunbağı, 02 ədəd hər biri 150 manat olmaqla 02 cüt qızıl sırğa, 01 ədəd 600 manat dəyərində qızıl üzük, 01 ədəd 1000 manat dəyərində birliyant qaşlı qızıl üzük və həmin otaqdan 01 ədəd 300 manat dəyərində olan “iphone 5S” markalı mobil telefon oğurlanmışdır. Həmçinin evinin qonaq otağından isə 01 ədəd 100 manat dəyərində “Sony” markalı səs gücləndirici oğurlanmışdır. Bundan başqa evindən heç bir əşyası oğurlanmamışdır. O, evinə baxış keçirdikdən dərhal sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 29.08.2018-ci il tarixdə saat 19:30 radələrində ailə üzvüləriylə bilrlikdə yaşadığı Binəqədi rayonu, Mədən 3, korpus 125, ünvanında yerləşən evindən çıxıb Xırdalan şəhərinə getmişdi. Həmin günü gecədə daxil olmaqla səhərə kimi Xırdalan dairəsi ətradfında olan kafelərdə oturaraq sabahlamışdı. 30.08.2018ci il tarixdə saat 10 radələrində yaşadığı evə gələrək evdən sürücülük vəsiqəsini götürüb çıxmaq istəyən zaman içərisində iki nəfərlik çarpayı olan yataq otağında əşyaların dağınıq olduğunu görmüşdü. İlk öncə düşünmüşdü ki yəqin evdən çıxan zaman dağınıqlıq etmişdi. Lakin həmin otağa daxil olaraq içərisinə baxan zaman görüb ki, otağa girərkən sağ tərəfdə yerləşən güzgülü termonun üç ədəd siyirməsi açıqdır və içərisində olan sənəd və digər əşyalar dağınıq vəziyətdədir. Dərhal həmişə pul və qiymətli əşyalarlarını saxladıqları həmin siyirmənin ən alt hissəsində yerləşən üçüncü gözünə baxan zaman görüb ki, orada saxladığı ümumilikdə 63.700 (altmış üç min yeddi yüz manat) nağd pul, 50 Gürcü larisi, 60 Türk lirəsi və 01 ədəd 585 əyarlı 3000 manat dəyərində qızıl qol saatı, 01 ədəd 75 əyarlı 650 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 585 əyarlı 600 manat dəyərind qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 500 manat dəyərində zəncir formalı qızıl qolbağ, 01 ədəd 750 əyarlı “Versace” markalı 300 manat dəyərində qızıl qolbağı, 01 ədəd 585 əyarlı qırmızı qaşlı 700 manat dəyərində qızıl üzük, 01 ədəd 585 əyarlı dördbucaq formalı bəzəyi olan 600 manat dəyərində qızıl üzük, 01 ədəd 583 əyarlı dairəvi formalı qırımızı rəngli qaşı olan 400 manat dəyərində qızıl üzük, 02 ədəd 583 əyarlı dairəvi formalı hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində qızıl üzüklər, 01 cüt 583 əyarlı qırmızı qaşlı 200 manat dəyərində qızıl sırğa, 01 cüt 583 əyarlı ağ rəng qaşlı 200 manat dəyərində qızıl sırğalar oğurlanmışdır. Dərhal evə ətraflı baxaraq başqa heç nəyinin oğurlanmadığına əmin olduqdan sonra DİN-in 102 xidmətinə zən edərək bu barədə məlumat vermişdi. Daha sonra evinə baxan zaman görüb ki, evin qonaq otağındakı qonşunun həyətinə baxan plastik pəncərə açıqdır və həmin pəncərənin qarşsında olan oturacaq divanının üzərindəki qırmızı örtüyün üstündə toz halında ayaq izləri vardır. Bundan sonra başa düşübdür ki, evinə oğru həmi pəncərədən daxil olmuşdur. Həmin pəncərənin yerləşdiyi tərfdən qonşuda 29.08.2018-ci il tarixdən 30.08.2018-ci il tarixə kimi evdə olub olmadıqlarını soruşduqda onlar həmin müddət ərzində evdə olmadıqlarını, rayonda toyda olduqlarını bildirmişdilər. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Bundan başqa, məhkəməyədək icraat mərhələsində iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, ünvan 32 ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Qeyd edib ki, evi iki mərtəbəlidir, birinci mərtəbədə 4 otaq, ikinci mərtəbədə isə 4 otaqdan ibarətdir. Hadisə ilə bağlı onu bildirmək istəyib ki, 08.01.2019-cu il tarixdə, saat 15 radələrindən sonra anası ilə birlikdə yaşadığı evdən çıxıblar. Həmin gün saat təxminən, 21:00 radələrində yaşadığı evə gələn zaman evinin qonaq otağının pəncərəsinin açıq olduğunu pəncərənin dəmir barmaqlıqlarının qırıq olduğunu görmüşdü. Bundan sonra evə daxil olub baxış keçirən zaman məlum olubdu ki, naməlum şəxs və ya şəxslər ona məxsus evdən oğurluq etmişdir. Belə ki, yataq otağındaki paltar şkafının içərisində olan 150 manat dəyərində 50x50 sm ölçüsündə olan dəmir seyf yerində yoxdur. Bildirirəm ki, həmin seyfin içərisində 13500 ABŞ dolları, bir ədəd 500 manat dəyərində 550 əyyarlı açar klonlu qızıl boyunbağı, dəyəri 4500 manat olan gül formalı boyunbağı, sırğa, qolbaq üzükdən bir komplekt 750 əyyarlı ağ qızıl, dəyəri 1500 manat olan 550 əyyarlı buta formalı sarı qızıldan ibarət olan bir ədəd boyunbağı dəyəri 1000 manat olan 550 əyyarlı buta formalı sarı qızıldan ibarət bir cüt sırqa, bir ədəd 500 manat dəyərində 550 əyyarlı düzbucaqlı formasında kişi üzüyü və 01 ədəd 500 manat dəyərində olan qədim qadın qızıl üzüyü var idi. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, evlərdən birində o, yoldaşı və uşağı, digərində isə atası, anası qaradaşı və onun yoldaşı yaşayır. Hadisə onun evində baş verib. Belə ki, 13.01.2019-cu il tarixdə yoldaşının əmisi arvadının yas mərasimi ilə əlaqədar, o, yoldaşı, uşağı, anası və qardaşı saat 13 radələrində evdən çıxıb Mərdəkana gediblər və saat 17 radələrində də yaşadıqları evə qyadıbdılar. O, ailə üzvlərini yaşadığı evə yola salıb və özü də işə getmişdi. Axşam saat 20 radələrində yoldaşı ona zəng edib deyibdi ki, evdən oğurluq olub. O, nə baş verdiyini nə oğurlanmasını soruşanda deyibdi ki, qızıl-zinət əşyaları oğurlanıb. Bundan sonra o, dərhal evə gəlibdi. Görüb ki, anası, qardaşı və atası onun yaşadığı evdədirlər və nə oğurlanmasını öyrənmək üçün axtarırlar. Səhərisi gün ərazi polis bölməsinə gedibdi. Hadisə barədə şikayət etmişdi. Baş vermiş hadisə ilə əlaqədar deyə bilər ki, o, evə gəldiyi zaman evdə dağıntı olmadığını müəyyən etmişdi. Yaşadığı ev həyət evidir və 3 otaqlıdır. 1 zal, 2 yataq otağı var. Evin yataq otağındakı termonun üst siyirməsindəki qızıl qabından 01 ədəd 200 manatlıq, 06 ədəd 100 manat və digərləri isə 5, 20, 50 və 1 manatlıq əskinazlardan ibarət 1000 manat pul, birliant qaşlı qızıl komplekt (qolbaq, üzük, sırğa), rus istehsalı komplekt (sırğa üzük), qadın üçün qızıl üzük, 1 ədəd ağ qızıl kişi üzüyü, 1 ədəd uşaq üzüyü və uşaq qolbağı (həmin qolbağın üzərində oğlunun adı-Nazim- yazılmışdı), 01 ədəd qızıl kişi üzüyü, 01 ədəd qızıl qadın boyunbağısı (üstündə Ayətül kürsi duası yazılmışdı) oğurlanmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus-125 ünvanında 2007-ci ildə qeydiyyatsız yaşayır. 06.04.2019-cu il tarixdə saat 15:10 radələrində yaxınlıqda yaşayan Rəfiqəsi Xoşqədəm glə qonaq getmişdi. Təxminən 15- 20 dəqiqə sonra qonşuları Cavid adlı şəxs onun mobil telefonuna zəngvuraraq onlara məxsus dam örtüyündən olan hasarın iki hissədən aralandığını bildirmiş, bunu eşidən kimi, dərhal Xoşqədəmgildən çıxaraq yaşadığı evə tərəf qaçmağa başlamışdı. Evə gəlib çatıb həyətin giriş qapısını yəni darvazanın qıfılını açıb həyətə daxil olmuş, həyətdə həqiqətəndə qonşu Cavidin dediyi kimi mənzərənin şahidi olmuşdu. Daha sonra evin qapısını açıb evə daxil olmaq istəyən zaman giriş qapının sol tərəfində yerləşən plastik pəncərənin açıq vəziyyətdə olduğunu və otağın pərdəsinin çölə sallandığını görmüş və Cavidi köməyə çağırmışdı. Onunla birlikdə dəhlizə daxil olan zaman yerdə əvvəldən çantanın içərisində qoyduğu qırmızı rəngli qələmin yerdə olduğunu görən kimi dərhal hiss etmişdi ki, evdən oğurluq olubdu. Bundan sonra yataq otağına daxil olub çantasını qoyduğu paltar dolabının gözünü açdıqda görübdü ki, çantanın ağzı açıq, içərisində olan 1-ədəd qara rəngli pul kisəsi, 2- ədəd lotoreya oynadığı şəxslərin siyahısı olan dəftər, 1ədəd alver etdiyi dəftəri və lotereya dəftərinin arasında 2340 manat pulun yerində olmadığını naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdim. Bundan sonra oğurluq hadisəsinin baş veridyini görüb dərhal həmin dolabda olan içərisində qızıl ziynət əşyaları olan digər əl çantasına baxmış, lakin çanta və qızıllar yerində idi heç biri oğurlanmamışdır. Həmin paltar dolabının digər hissəsinə baxdıqda gördüm ki, orada olan əvəldən satmaq üçün qoyduğum ümumi dəyəri 100 manat olan 1-ədəd Lacoste markalı qadın ətri, 1-ədəd Narkotik markalı, 1-ədəd Aventus markalı kişi ətrinin oğurlandığını aşkar etmişdi və bundan sonra uşqalarının istifadəsində olan otağa keçdikdə böyük oğlunun yatdığı çarpayının dağınıq vəziyyətdə olduğunu, oradan heçbir qiymətli əşya yaxud və pulun oğurlanmadığını lakin, evin əşyalarının dağılmış vəziyyətdə olduğunu aşkar etmişdi. Bir müddət keçdikdən sonra əri X7 evə gəlmişdi və bundan sonra polisə müraciət edmişlər. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, 30 avqust 2019-cu il tarixdə təxminən saat 08:30 radələrində o, yaşadığı ünvan 34 ünvanda yerləşən mənzilindən çıxarakən evin qapısını bağlamış və qardaşının yanına xəstəxanaya getmişdir. Həmin günü yəni, 30 avqust 2019-cu il tarixdə təxminən saat 23:00 radələrində o, yaşadığı evə gəlmiş və evin qapısını açıb, mənzilinə daxil olmuşdur. Onun yaşadığı ev həyət evidir və iki mərtəbədən ibarətdir. Mənzilin 2-ci mərtəbəsinə həyətdə olan pilləkənlarla daxil olunur. O, həyətdən ikinci mərtəbəyə qalxmış və yataq otağına daxil olan zaman görmüş ki, yataq otaqında olan güzgülü şkafın yəni, (teremonun) üstündə kəlbətin vardır. O, dərhal oğlu Müşviq Hacızadədən kəlbətinin buraya kimin qoymasını soruşanda, oğlu ona bildirmiş ki, onun bu barədə heç bir məlumatı yoxdur. Həmin zaman o, qonaq otağına baxanda görmüş ki, evin qonaq otağının pəncərəsi açıq vəziyyətdədir. Həmin zaman ona məlum olmuş ki, onun evinə kimsə pənçərədən daxil olmuşdur. O, yenidən yataq otağına daxil olmuş və güzgülü şkafa baxan zaman görmüş ki, şkafa qoyduğu özünə məxsus qızıl əşyaları yerində yoxdur. O, bilmiş ki, o, evdə olmayan zaman naməlum şəxs onun mənzilinə daxil olub ona məxsus qızıllarını oğurlamışdır. O, mənzilə baxış keçirmiş və görmüş ki, mənzilindən qızıl əşyalarından başqa heç bir əşya oğurlanmamışdır. Həmin zaman o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq məlumat vermişdir. Daha sonra Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları onun yaşadığı evinə gəlmişlər və mənzilə baxış keçirildikdən sonra o, hadisə ilə bağlı olaraq şikayət ərizəsi yazmışdır. Daha sonra məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, 27 oktyabr 2019-cu il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 8 ünvandakı fərdi yaşayış evindən uşaqlarıyla birlikdə çıxmış və məscidə getmişdi. Həmin günü axşam saat 20:30 radələrində isə evə qayıdan zaman həyətə keçmiş, evin giriş qapısını açmaq istəsə də, qapının içəridən bağlı olduğunu aşkar etmişdi. Sonra evə daxil olduqda, evin yataq otağının dağınıq halda olmasını görüb DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdi. Sonra isə məlum olmuşdur ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evin arxa pəncərəsindən mənzilə daxil olaraq yataq otağından paltar dolabındakı özünə məxsus pandorra markalı 320 manat dəyərində bir cüt sırğa, bir ədəd pandorra markalı 300 manat dəyərində qızıl üzük, bir ədəd 500 manat dəyərində qızıl boyunbağı, bir ədəd 300 manat dəyərində Samsunq markalı mobil telefon, bir ədəd pudra qabı və 1000 manat nəğd pulu oğurlanmışdır. Oğurlanmış 1000 manat nəğd pulla birlikdə baş vermiş oğurluq nəticəsində ona ümumlikdə 2440 (iki min dörd qırx iyirmi) manat maddi ziyan dəymişdir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, 31 oktyabr 2019-cu il tarixdə təxminən saat 17:15 radələrində yaşadığı ünvan 36 ünvanda yerləşən evindən çıxıb öz şəxsi işlərinin arxasınca getmişdi. Həmin günü təxminən saat 19:30 radələrində yaşadığı evə gələn zaman görüb ki, mənzilinin giriş qapısının kilit hissəsi sındırılmış vəziyyətdədir. O, dərhal mənzilə daxil olaraq görmüş ki, mənzilin itaqları dağınıq vəziyyətdədir. Qeyd edib ki, mənzildə olan yataq otağında olan dolaba baxanda görüb ki, həmin dolabdan ona məxsus bir ədəd qəzıl qol saatı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdi. Daha sonra hadisə yerinə Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşları gəlmişdilər. Mənzilinə baxış keçirildikdən sonra baş vermiş hadisə ilə əlaqədar olaraq ərizə və izahat yazmışdı. Daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 07 noyabr 2019-cu il tarixdə saat 14 radələrində özünə məxsus olan yaşadığı Bakı şəhəri, Binəqədi nrayonu, Binəqədi qəsəbəsi fərdi yaşayış evindən çıxaraq Nərimanov rayonu ərazisində yaşayan valideynlərinin yaşadıqları evə gəlmişdi. 09 noyabr 2019-cu il tarixdə isə saat 00:40 radələrində yaşadığı evə qayıtmışdı. Həmin vaxt ərzində evdə heç kəs olmamışdır. Evə açarı daxil edib qapını açmaq istədikdə, qapının açılmadığını görmüşdü. Sonra baxıb evin sağ tərəfdəki pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdü. Başa düşmüşdü ki, evə naməlum şəxs daxil olaraq oğurluq etmişdir. Odur ki, bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdi. Evə baxdıqda yataq otağından bir ədəd 200 manat dəyərində qadın qızıl üzüyünün və bir ədəd 150 manat dəyərində qadına məxsus qızıldan boyunbağını və bir ədəd özünə məxsus 1300 manat dəyərində Lancin markalı qol saatımın, 200 manat dəyərində bir ədəd içərisində dırnaq tutan, dırnaq təmizləyən və s. əşyalar olan qadın dəsti oğurlandığını aşkar etmişdi. Baş vermiş oğulruq nəticəsində ona 1850 manat maddi ziyan dəymişdir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 3 ilə yaxındır ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, Korpus 8 ünvanda ailəsiylə birlikdə yaşayır. Heç kəslə düşmənçiliyi və ədavəti yoxdur. 09 noyabr 2019-cu il tarixdə saat 12 radələrində qeyd olunan ünvanda ailəsiylə birlikdə çıxıb və həmin günü saat 22 radələrində isə evə qayıtmışdılar. Evə gələn zaman aşkar etmişdi ki, mənzilin qonaq otağının pəncərəsinin dəmir barmaqlıqları sındırılmış, evə daxil olunmuş və evin yataq otağının siyirtməsində içərisində 02 ədəd ümumi dəyəri 2000 manat olan ona və həyat yoldaşına məxsus qızıl nişan üzüyü, bir ədəd 800 manat dəyərində qızıl qadın boyunbağı və 250 manat pul oğurlanmışdır. Odur ki, bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdi və bir qədər sonra hadisə yerinə Binəqədi RPİnin 43-cü PB-nin əməkdaşları gəlmişdilər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3050 manat maddi ziyan dəymişdir. Daha sonra, məhkəməyədək icraat mərhələsində iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 09 noyabr 2019-cu il tarixdə günorta təxminən saat 14 radələrində arvadı X19, övladları 2008-ci il təvəllüdlü qızı Aysun, 2009-cu il təvəllüdlü qızı Nəzrin və 2013-cü il təvəllüdlü oğlu Ömər ilə birlikdə hazırda qeydiyyatda olduğu ünvan 38 ünvanında yaşayan anasıgilə qonaq getmişdi. Evdə heç kim qalmamışdır. 2019-cu il noyabrın 09-dan 10-na keçən gecə, təxminən saat 01 radələrində onlar evlərinə qayıtmışdı. Həyətə daxil olan kimi görübdü ki, evin birinci mərtəbəsində olan və həyətə çıxan pancərələr açıqdır. Lakin pəncərələrin dəmir barmaqlıları yerində və zədələnməmiş vəziyyətdə olmuşdur. Bu ona şübhəli gəlmişdi. Arvadı evin dəmirdən olan giriş seyf qapısına yaxınlaşaraq giriş qapısını açıq olmasını ona bildiribdi. Arvadı ona deyəndə ki, evin giriş qapısı açıqdır, o, başa düşübdü ki, evlərinə kənar şəxs daxil olub. Dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edib evlərindən oğurluq hadisəsi olması barədə telefon məlumatı veribdi. Onların evləri iki mərtəbədən ibarətdir. O, evin birinci mərtəbəsinə keçəndə görübdü ki, birinci mərtəbədəki yataq otağınqda olan paltar şkafının qapıları açıqdır, şkafın sıyırmaları çıxarılıb, şkafdaki paltarlar otaqda polun üstündədir. O, həmin şkafda saxlanılan qızıl-zinət əşyalarını nəzərdən keçirəndə görübdü ki, şkafda saxladıqları: iki ədəd qızıl sep, sepin birinin qiyməti 2400 manat, ikincisinin qiyməti isə 3000 manat, iki ədəd qızıl sırğa, sırğanın birinin qiyməti 500 manat, ikincisinin qiyməti 650 manat, 400 manat dəyərində bir ədəd qızıl üzük, 150 manat dəyərində bir ədəd uşaq sepi, 500 manat dəyərində bir ədəd qızıl bilərzik, 35 manat dəyərində olan bir ədəd qadın saatı, 45 manat dəyərində ikinci qadın saatı və 30 manat dəyərində üçüncü qadın saatı yerində yoxdular. Bundan sonra o, evin ikinci mərtəbəsində yerləşən yataq otağına qalxanda, görübdü ki, həmin yataq otağında olan paltar şkafının da qapıları açıqdır, sıyırmaları yerindən çıxarılıb, şkafdaki paltarlar yerə tökülüb. Həmin şkafda da saxladıqları qızıl-zinət əşyalarını nəzərdən kecirəndə görübdü ki, şkafda saxladıqları bir ədəd septən, bir ədəd üzüydən və bir cüt sırğadan ibarət 1200 manat dəyərində bir ədəd qızıl komlekt, 1000 manat dəyərində bir ədəd qızıl nişan üzüyü, 100 manat dəyərində bir ədəd uşaq bilərziyi, 100 manat dəyərində bir ədəd qızıl uşaq boyunbağısı, bir ədəd septən, bir ədəd üzüydən, bir ədəd bilərziydən və bir cüt sırğadan ibarət 350 manat dəyərində bir ədəd gümüş komlekt yerində yoxdur. Bundan sonra onlara Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları gəlmişdilər. O, rəsmi olaraq ərizə ilə həmin Polis Bölməsinə müraciət etmişdi. Polis işçiləri hadisə yerinə baxış keçirib çıxıb getmişdilər. Daha sonra, məhkəməyədək icraat mərhələsində iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, yaşadıqları ev 3 sot torpaq sahəsinin daxilində, dörd tərəfdən hasarlı 11 daş hündürlüyündə inşa edilmiş mişar daşlarla hasarlanmaqla, dəmir darvazalı fərdi yaşayış evindən ibarətdir. Evirinin giriş qapısı dəmir seyf, plastik və dəmir barmaqlıqlarla əhatələnmiş pəncərələri var. Bildirmək istəyir ki, 17.11.2019-cu il tarixdə saat 05 radələrində ailəsi ilə birlikdə Qəbələ rayonuna toya getmişdilər. Onlar gedərkən, evin giriş qapısını kilidləyərək gedib heç kəsə bu barədə heç bir söz deməmişdilər. 19.11.2019-cu il tarixdə saat 18 radələrində evə qayıdarkən evin giriş qapısının qıfılının açar seçmə yolu ilə açıldığını, mənzilə naməlum şəxslərin daxil olduğunu aşkar etmişdilər. Evə daxil olarkən əvvəl qapını kilidləməkləri unudduqlarını düşünübdülər. Lakin evə girib baxış keçirərkən evin yataq otağında olan paltar dolabında hər birinin içində təxminən 3000(üç min) manat 50 qəpiklərlə dolu olan 3 lt 2 ədəd şüşə balonun, 500 (beş yüz) manat nəğd pulun, 01 ədəd dəyəri 360 manat olan kişi nişan üzüyünün, 01 ədəd köhnə 243 əyarlı qızıldan hazırlanmış dəyəri 350 manat dəyərində olan kişi üzüyünün, 01 ədəd ümumi dəyəri 560 manat olan üzərində qızıl klon olan nazik qızıl boyunbağının, 01 ədəd qadın qızıl üzüyü dəyəri 600 manatın, ümumi dəyəri 1100 manat olan bir cüt sırğanın və 01 ədəd qadın qızıl üzüydən ibarət olan qızıl dəstiin, ümumi dəyəri 600 manat olan 01 cüt qızıl sırğa və 01 ədəd üzükdən ibarət olan qızıl zinət əşyalarının oğurlandığını aşkar etmişdilər. Hadisə zamanı ona ümumikdə 10070 (on min yetmiş) manat maddi ziyan dəymişdir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də təsərüfat işləri üzrə menecer vəzifəsində işləyir. O, hər gün saat 07 radələrində yaşadığı evdən çıaxaraq işlədiyi MMC-yə işə gedir. Arvadı Şahid6 da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 ünvanında yerləşən “Gəlinlik paltarları” mağazasında işləyir və o da hər gün saat 10 radələrində evdən çıxaraq işə gedir. Mahiyəti üzrə bildirir ki, 22 noyabr 2019- cu il tarixdə həmişəki kimi saat 07 radələrində yaşadığı evdən çıxaraq işə getmişdi. Həmin gün saat 10 radələrində arvadı İlahə də evdən çıxaraq işə getmişdir. Həmin gün Ağdaş rayonuna gedəcəklərinə görə saat 17 radələrində İlahə ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşərək Ağdaş rayonuna getmişdilər. 24 noyabr 2019-cu il tarixdə saat 07:40-da bir məhəlldə qonşuluqda yaşayan Mətləb adlı şəxs istifadəsində olan mobil nömrəsinə zəng vuraraq yaşadıqları evin plastik pəncərəsinin dəmir barmaqlığının və pəncərənin qırtıldığını, evə naməlum şəxslərin girməsindən şübhələndiyini bildirmişdi. Bundan sonra o, Bakı şəhərində yaşayan qaynanası Azadəyə zəng vuraraq yaşadıqları evə getməsini xahiş edərək DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdi. Bundan sonra o, İlahə ilə birlikdə Ağdaş rayonundan çıxaraq Bakı şəhərində yaşadıqları evə qayıtmışdılar. Həmin vavt artıq polis əməkdaşları yaşadıqları evdə olduqları və hadisə yerini müayinə edərək baxış keçirdiklərini görmüşdü. Bundan sonra onlar yaşadıqları evdən nələrin oğurlandığına baxan zaman yataq otağındakı paltar dolabının içərisində qutunun içərisində olan 1 ədəd üzərində 06 ədəd birliant qaşları içərisində “Çayka" sözləri yazılmış qolbaq hissəsi yolka formalı 583 əyyarlı 2000 manat dəyərində olan qadın qol saatının, üzərində briliant qaşları olan sırğa və üzükdən ibarət 583 əyyarlı 1000 manat dəyərində qızıl dəsti, üzərində 4 ədəd brliant qaşları olan 750 əyyarlı 1500 manat dəyərində 01 cüt sırğanın, üzərində 1 ədəd brliant qaşı olan yarpaq formalı 583 əyyarlı 1000 manat dəyərində 01 cüt sırğanın, ağ qızıldan ortasında bir ədəd iri və kənarlarında xırda brilinat qaşları olan tək qaş adlanan 1500 manat dəyərində üzüyün, ortasında bir ədəd göy və kənarlaqında 4 ədəd sapflr qaşlar olan 750 əyyarlı 1150 manat dəyrində 01 ədəd qadın üzüyünün. 01 ədəd üzərində bir ədəd briliant qaşı olan 583 əyyarlı 550 manat dəyərində kişi nişan üzüyünün, 01 ədəd halqa formalı 583 əyyarlı 150 manat dəyərində üzük, 01 ədəd üzərində sadə qaşları olan iki üzüyün birləşməsinə oxşar 585 əyyarlı 950 manat dəyərində üzüyün, üzərində 7 ədəd sadə qaşları olan 583 əyyarlı gül formalı 1500 manat dəyərindən qızıl üzüyün, üzərində 3 ədəd briliant qaşları olan romb formalı 583 əyyarlı 1050 manat dəyərində 01 ədəd üzük, 583 əyyarlı üzərində xırda paxlava formalı sadə qaşı olan 100 manat dəyərində qadını üzüyünün, 01 ədəd üzərində yarpaq formalı fianit qaşları olan 583 əyyarlı 130 manat dəyərində qadın üzüyünün, 02 ədəd hər biri 100 manat olmaqla 583 əyyarlı üzərində sadə xırda qaşları olan 200 manat dəyərində qadın üzüklərinin, üzərində fianit qaşları olan təkqaş formalı 583 əyyarlı 250 manat dəyərində 01 cüt sırğa dəstinin, üzərində “at nalı” formalı klon olan 583 əyyarlı sıx toxunuşlu 400 manat dəyərində qızıl boyunbağının, 01 ədəd 583 əyyarlı nazik zəncir formalı 100 manat dəyərində boyunbağının, 01 ədəd ortasında göz muncuğu olan 585 əyyarlı 50 manat dəyərində qızıl klonun, 01 ədəd 585 əyyarlı yarpaq formalı, 100 manat dəyərində olan qızıl qolbağın, 01 ədəd ayı formalı (mişka) üzərində göz muncuğu olan sancağa keçirilmiş 583 əyyarlı 120 manat dəyərində qızıl klounun, 01 ədəd ürək və yarpaq formalı 585 əyyarlı bir tərəfində sadə qaşları olan 100 manat dəyərində qızıl klounun, 01 ədəd 583 əyyarlı “İmperial" adlanan 700 manat dəyərində qızıl klounun, 01 ədəd 750 əyyarlı üzərində başbaşa “Fil” şəkli döyülmüş 300 manat dəyərində üzüyün, 01 ədəd 583 əyyarlı 400 manat dəyərində qızıl “beşlik” klounun, 01 ədəd üzərində zümrüd qaşları olan, üzük, sırğa, boyunbağı və klonundan ibarət 340 manat dəyərində gümüş dəstinin, 01 ədəd qoyunbağı və bilərsizdən ibarət “Kolye” adlanan üzərində bənövşəyi rəngə çalan xırda səpmə qaşları olan 150 manat dəyərində gümüş dəstinin, 01 ədəd sırğa və üzükdən ibarət 100 manat dəyərində gümüş dəstinin, 01 dəd üzərində Ərəb dilində “Allah” sözləri yazılmış 585 əyyarlı 130 manat dəyərində klounun, 01 ədəd üzərində “ay-ulduz” formalı 585 əyyarlı 150 manat dəyərində olan klounun, 01 ədəd 35 manat dəyərində Rolexs markalı ağ dəmir metaldan kişi qol saatı, pul qabının içərisində olan 250 ABŞ dollarının, həmçinin sənədləri yığmaq üçün olan çantanın içərisindəki 100 Evro və 200 ABŞ dolları, könhə pul qabının içərisində olan 150 ABŞ dolları və uşaq otağında olan dolabın siyirməsində olan 50 ABŞ dolları pulun yerində olmadığını aşkar etmişdi. Həmin vaxt məlum olmuşdu ki, naməlum şəxs və ya şəxslər evdə olmadıqları müddət ərzində evə daxil olaraq oradan ona məxsus 16170 manat dəyərində qızıl-zinət əşyarnı, 650 ABŞ dollarını və 100 Euro pulları oğurlamışlar. Buna görə də baş vermiş hadisə barədə 43-cü PB-nə ərizə ilə müraciət etmişdi. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 17475 manat maddi ziyan dəymişdir. Daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs17 Füzuli oğlu ifadəsində göstərdi ki, ünvan 40 ünvanında yerləşən ev ona məxsusdur. Həmin evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı aşağıdakıları göstərə bilər. Oğurluq hadisəsi ilə bağlı polisə ərizə vermiş X4 onun arvadıdır. Belə ki, 26 dekabr 2019-cu ildə işləriylə bağlı Qusar rayonuna getmişdi, saat 06:45 radələrində yaşadığı evdən çıxmış, ondan təxminən bir neçə saat sonra saat 09:30 radələrində yoldaşı Ofeliya övladlarıyla birlikdə Ağsu şəhərində yaşayan qaynıgilə qonaq getmişlər. 28 dekabr 2019-cu ildə 07:15 radələrində yoldaşımgil evə gəlib həyət darvazasını çöldən qıfılla açsalarda qapı açılmamış, bu zaman böyük oğlu Elçin hasardan keçəndə görmüşdür ki, darvazanın arxadan cəftəsi ilə bağlanılmış və evin ön hisəssində giriş qapısının sağ tərəfində olan pəncərənin dəmir barmaqlığı sındırılaraq aralanmış, pəncərə isə açılmışdır. Bundan sonra evə keçib içəri baxanda görmüşlər ki, ikinci mərtəbədə olan yataq otağının taxtının altında saxladığımız mücrü taxtın üstündə açıq vəziyyətdədir və kənardan baxdıqda görmüşlər ki, içərisində saxladığımız 6800 manat pul və 1800 manat dəyərində 1 cüt sır, üzük, kulon dəsti və 2 ədəd boyunbağı yerində yoxdur. Bundan başqa 3 ədəd bankalarda içərisində ümumilikdə 700 manat pul olan qəpik pullar oğurlanmışdır. Həmin qəpik pullardan ikisi balaca bankada olduğu üçün banka ilə birlikdə aparılmışdır, biri isə nisbətən böyük banka olduğundan içərisində olan qəpiklər götürıilsədə bankanın özü orada qalmışdır. Həmçinin evə quraşdırdığım videomüşahidə kamerasının yaddaş aparatı oğurlanımşdır. O, dərhal yoldaşına demiş ki, heç nəyə əl vurmasınlar və özü dərhal DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdi. Evlərindən oğurlanan yaddaş aparatının dəyəri 1300 manat təşkil edirdi. Evlərinin giriş qapısının qıfılının sındırılması nəticəsində ona 50 manat, pəncərənin dəmir barmaqlıqlarının sındırılması nəticəsində 50 manat, həmçinin jaluz pərdənin sındırılması nəticəsində 90 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyaların hamısı mənim pulumla alındığı üçün maddi ziyan mənə dəymişdir. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, onun onlara məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 24, ev 220-də baş vermiş oğrluq hadiməsi barədə bildirirəm ki, həmin ev mənim adımadı. 30 dekabr 2019-cu il tarixdə səhər saat 08 radələrində həyat yoldaşı Səməndər oğlu üçün yaşadıqları həyətdə tikdiyikləri evə baş çəkəndə görübdü ki, evin arxa tərəfindəki pəncərənin reşotkası çıxarılaraq yerə qoyulmuş, pəncərə açıq vəziyyətdədir. Evdə oğurluq olduğunu başa düşüb evə gəlmiş və o biri oğlu Samir Rəhimov 102 xidmətinə zəng vuraraq məlumat vermişdi. Ondan sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçiriblər, sonra isə bu barədə şikayət ərizəsi yazıbdılar. O, əvvəl yataq otağında balaca mücrünün içərisinə baxıb qızıllarını tapa bilməyibdir. Bu səbəbdən oğlu Samir şikayət ərizəsi yazanda evdən 5000 manat dəyərində qızıl zinət əyşaları orğurlandığını bildirmişdir. Qeyd edərək göstəribdir ki, hadisədən sonra evə baxanda çox həyəcan keçirdiyindən halı pisləşib, ona təcili yardım çağırıbdılar, ona görə də evə diqqətlə baxa bilməyibdi. Lakin bir neçə gündən sonra yenə qızılların dəqiq yerini axtarıbdır, evi axtararkən görübdü ki, qızıllar yerindədir, oğurlanmayıb, lakin evdən bir ədəd müşahidə kamerası və bir ədəd 2500 manat dəyərində «NİKON» markalı fotoaparat oğurlanmışdır. Sizin evinizdən oğurlanmış bir ədəd kamera və fotoaparat nə vaxt və hansı qiymətə alınmışdır sualına cavab olaraq göstərmişdir ki, evdən oğurlanmış «NİKON» markalı fotoaparat təxminən 5 il əvvəl 2500 manata, kamera isə təxminən 3 il əvvəl 80 manata alınmşıdı. Onların hazırki qiymətlərini bilmədiyini gösğtərmişdir. Daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, yaşadığı ev 3 sot torpaq sahəsinin daxilində, dörd tərəfdən hasarlı, 11 daş hündürlüyündə inşa edilmiş mişar daşlarla hasarlanmaqla, dəmir darvazalı fərdi yaşayış evindən ibarətdir. Evilərinin giriş qapısı dəmir seyf, plastik və dəmir barmaqlıqlarla əhatələnmiş pəncərələri var. Bildirmək istəyir ki, qayınatası Həsənov Natiq ilə eyni küçədə yaşayır. 04.01.2020-ci il tarixdə axşam saat 18 radələrində bərbərxanaya getmişdi. X2 həmin vaxtı az yaşlı oğlu ilə qayınatası gilə getmişdir. Yoldaşı saat 19:00-da evə qayıdarkən evin qonaq otağının dəmir barmaqlıqlarını qırıq vəziyyətdə görüb tez bu barədə DİN-ni 102 xidmətinə məlumat vermişdir. Özüdə tez salondan çıxaraq evə gəlmiş və həqiqətən dəmir barmaqlıqların yerindən qoparıldığının şahidi oldu. Biraz sonra polis əməkdaşları gələrək evə baxış keçirmişdilər. Baxış zamanı 01 cüt sırğa oğurlandığı müəyyən edilmişdi. Zərərçəkmiş şəxs14 Siz ərizənizdə yaşadığınız evdən qızıl-zinyət əşyalarının oğurlandığını göstərmisiniz. Lakin hal hazırda isə 01 cüt qızıl sırğanın oğurlandığını qeyd edirsiniz sualına cavab olaraq göstərmişdir ki, ilkin olaraq ərizəsində qızılların hammısının götürülməsini qeyd etsədə, sonradan baxış zamanı 01 cüt sırğanın oğurlandığı məlum olmuşdu. Bundan başqa onlara hər hansı bir maddi ziyan dəyməmişdir. Mməhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, onun yaşadığı evin qarşısında marketi vardır. Həmin marketdə satıcı yoxdur. O. özü orada satıcı kimi oturur. Səhf eləmirsə, 2019-cu ilin dekabr ayının 27 də axşam saatlarında işlədiyi mağazada olan zaman təxminən 35-37 yaşlarında, orta bədən qurluşlu, təxminən 170-175 sm boylarında bir nəfər mağazaya girib və ondan bəzi boş torba istəmişdi. O, ondan torbanı ne etməsi ilə maraqlanan zaman, cavabında ona rayondan pendir gəlməsini, həmin pendirin bir hissəsini Masazır qəsəbəsində bacısı gilə aparmaq istədiyini və bu səbəbdən ondan bərk bir torba istəyir. O, da fikirləşmiş ki, adi torbalar bunu saxlamaz və bu səbəbdən yük torbasını boşaldıb ona vermişdir. Ona demişdir ki, əyər pendir satırsansa oda alar. O, isə ona demiş ki, xeyir satdıq deyil. Bundan sonra yük torbasını ondan götürüb çıxıb getmişdir. Ancaq onun torbanın içərisinə nə yığmasından xəbəri olmamışdır. Həmin şəxsi əvvəllər görməmiş, onunla heç bir tanışlığı olmamışdır, adını belə bilməyir. Şahid – Təqsirləndirilən şəxs arvadı Şahid2 məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsindən görünür ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ilin dekabr ayının 27-də ailə həyatı qurmuş, birgə nigahlarından 1 övladları dünyaya gəlmişdir. Ailə qurandan sonra bir il müddətində qaynatasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yerləşən evdə yaşamış, həmin evdə qaynanası, baldızı Vüsalə, qayn Elşən, Elşənin həyat yoldaşı Fəridə, iki uşağı və qaynatasıyla birlikdə yaşayıblar. Vüsalla ailə quranda onun əvvəllər məhkum olunmasını bilyib, ailə qurandan təxminən 2 ay sonra əri Vüsal ona deyibdi ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə 3 dəfə məhkum olunubur. Bir il ailə qurandan sonra qaynatasıgillə münasibətləri korlanıb, bu səbəbdən evdən çıxası olublar, belə olduqda bir müddət Abşeron rayonu, Xırdalan şəhəri, «Fresco» marketin üstündə 11 ci mərtəbədə kirayə qalıblar. Həmin evdə təxminən 1 ay müddətində kirayə qalıbdılar. Orada kirayə qaldıqları zaman artıq övladları dünyaya gəlmişdi. Orada kirayə qaldıqları müddətdə bir dəfə Vüsal evə bir aliminium tozu rəngdə seyf gətirmiş, həmin seyfi onun əlində görəndə onun yenə də oğurluq etdiyini fikirləşmiş, ancaq ondan bu barədə heç bir söz soruşmamışdı. Həmin vaxt uşaq ağladığı üçün o, digər otağa keçib və uşağı sakitləşdirməklə məşğul olmuşdu, bir qədər sonra Vüsal o, olan otağın qapısını açıb və içəri keçərək əlində xeyli sayda ABŞ dollarını göstərərək 10000 ABŞ dolları olduğunu və həmin pulu seyfdən çıxardığını bildirmişdi. Bundan sonra pulu özündə saxlamış, daha sonra özü ilə gətirdiyi seyfi götürüb çıxıb getmişdi. Bu təxminən bir il bundan qabaq baş vermişdir. onlar həmin evdə qalandan sonra baldızı Vüsaləyə məxsus Abşeron rayonu, Xırdlalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evə köçüb və orada yaşamağa başlayıblar. Həmin evdə əri Vüsal və azyaşlı övladları ilə birlikdə yaşayıbdılar. Onların oraya köçmələri baldızına görə olmuşdu, belə ki, baldızı qardaşına demişdi ki, gedib kirayədə qalmasın, gəlib onun evində yaşasınlar, özü isə atasıgillə yaşamağa gedəcəkdir. Onlar da etiraz etməyərək razılaşıblar. Bundan sonra 2019-cu ilin dekabr ayının axırlarında evdə uşağıyla birlikdə olan zaman Vüsal əlində bir düyü torbası ilə evə gəlmiş və həmin torbanı evin qonaq otağında olan divanın üstünə qoymuş, içərisini açdıqda görübdür ki, həmin torbanın içərisində bir üzəri şahmat damaları kimi olan süfrənin arasında iki bankada qəpik vardır, bundan başqa ağ rəngli təxminən 12-14 yaşlarında oğlan uşağına məxsus koftanın arasında bir xeyli sayda qəpik var. O, həmin vaxt Vüsalın yenə də oğurluq etdiyini bilsədə bu barədə ondan heç nə soruşmamışdı. Bundan sonra həmin qəpikləri ayırıb, qəpiklərin arasında 50 qəpiklik, 20 qəpiklik, o cümlədən 10 qəpikliklərdən ibarət qəpiklər var idi. Vüsal qəpikləri ayırandan sonra evdən ayrıca selofan torbalar götürüb həmin qəpikləri onların içərisinə ayıraraq yığmış və bir hissəsini həmin otaqda divanın altına qoyub, qalanlarını isə həmin otaqda olan şkafın içərisinə yığmışdı. Sonradan həmin qəpiklərin bir hissəsini xərcləyib xərcləməməsini bilməmişdi. 07 yanvar 2020-ci ildə onların razılıqları ilə evlərinə baxış keçirən zaman Vüsal həmin qəpikləri polis əməkdaşlarına təqdim etmişdi. O qəpiklərdən xərcləyib xərcləməməsini o, bilmir. Şahid2 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 07 yanvar 2020-ci il tarixdə evlərinə baxış keçirilən zaman oradan bir ədəd «beş barmaq» deyilən əşya aşkar edilərək götürülmüşdür, həmin əşyanın kimə məxsus olması və haradan əldə etməsi barədə sualına cavab olaraq bildirmişdir ki, həmin əşya Vüsala məxsusdur, Vüsal həmin əşyanın beş barmaq olduğunu ona bildirmişdi və təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində Vüsal onu evlərinə gətirmişdir, Vüsaldan onu haradan əldə etməsini soruşduqda Vüsal demiş ki, dükandan alıb, ancaq hansı dükandan alması barədə heç bir söz deməmişdi. O da daha dərindən soruşmamışdı. Şahid2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, yaşadıqları evə baxış keçirilən zaman çoxlu sayda açılıb bağlanan bıçaqlar aşkar edilmişdir. Həmin bıçaqların kimə məxsus olması barədə sualına cavab olaraq bildirmişdir ki, həmin bıçaqların da hamısı Vüsala məxsusdur və təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində Vüsal beş barmağı gətirəndə gətirmişdir, bıçaqları da haradan əldə etməsini soruşduqda Vüsal ona demiş ki, evdə lazım olar deyərək saxlamışdı. Bundan başqa yaşadıqları evə baxış keçirilən zaman bir ədəd qara rəngli dəstəyi olan bıçaq və balta aşkar edilmişdir. Həmin bıçaq və baltanın kimə məxsus olması barədə suala cavab olaraq bildirmişdir ki, həmin bıçaq və baltada Vüsala məxsusdur, həmin bıçaq və baltanı Vüsal «Sədərək Ticarət Mərkəzi»nə təxminən 3 və ya 4 ay bundan qabaq gedib gələndə gətirmişdi və Sədərəkdən aldığını bildirib və evə qoymuşdu. Şahid2 tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, onda olan məlumata görə Vüsal oğurluq cinayətini həmişə tək gedib törətmişdir. Vüsalın onu döyüb, öldürə biləcəyindn qorxaraq polisə məlumat verməmişdir. Vüsalın istifadəsində ***-***-**-** nömrəsi olmuş, həmin nömrədən başqa Vüsalın istifadəsində əvvəllər də mobil telefon nömrəsi olmuşdur ki, o, həmin nömrəni hazırda xatırlamır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 1996-cı ildən etibarən Gənclik Univermağının qızıl bölməsində zərgərlik fəaliyyəti ilə məşğul olur. Özü Univermağın giriş qapısının sağ kənarında qızıl və gümüş məmulatlarının təmiri ilə məşğul olur. Səhər tezdən işə gedir, axşam 18:00 da işdən çıxır. Təqsirləndirilən şəxs sifətdən tanımır, onun deməsinə görə 2018-ci ilin son aylarında ona qızıl satdığını dəqiq xatırlamır. Lakin onun israrına görə sənədlərin arasına baxıb, onun ona qızıl satıb- satmadığını dəqiqləşdirə bilər. Özü orada qızıl alqı- satqısı ilə muşğul olmasada, ona qızıl satanlar müraciət elədikdə univermaqda tanış qızıl alqı- satqısı ilə məşğul olanlara müraciət edir. Özü şəxsən qızıl alqı- satqısını həyata keçirmir. Lakin özünə təmir üçün qızıl lazım olanda əridib istifadə etmək üçün qızıl çəki ilə lom şəklində alır. Həmin zaman şəxslərin şəxsiyyət vəsiqələrini mütləq götürüb özündə saxlayır. Təqsirləndirilən şəxsda şəxsiyyət vəsiqəsini baxıb sənədlərin arasında olsa təqdim edə bilər. Bir daha bildirdi ki, Təqsirləndirilən şəxs sifətdən şəxsən tanımır, onun ona qızıl satdığını da xatırlaya bilmir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2010-cu ildən etibarən fiziki şəxs kimi qeydiyyatdan keçib qızıl-alqı satqısı ilə məşğul olur. 2019-cu ildən etibarən Yasamal rayonu, Nizami küçəsində yerləşən Mərkəzi Univermağın birinci mərtəbəsində qapının qarşısında yerləşən zərgərlik bölməsini icarə əsasında icarəyə götürərək sahibkar kimi fəaliyyət göstərir. İşlədiyi bölməyə gələn Təqsirləndirilən şəxs sifətdən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 noyabr 2019-cu ildə gələrək öz şəxsiyyət vəsiqəsini təqdim edib, ona qızıl ziynət əşyaları satmışdır. O, onun təqdim etdiyi qızıllara baxarkən müxtəlif qadın qolbağları və boyunbağları olduğunu müəyyən etmişdir. Onunla razılaşıb 37,7 qram çəkidə 583 əyarlı qızılları ümumilikdə lom halında 1700 manata ala biləcəyini bildirmişdi. Vüsalda onunla razılaşıb müqavilə bağlayaraq qızılları 1700 manata ona satmışdır. Onun sənədinin nömrələrini və mobil nömrəsini müqavilədə qeyd edərək özünə oxuması üçün vermiş, Vüsal da müqaviləni oxuyub imzalamışdır. Pulu alandan sonra Vüsal mağazadan çıxıb getmiş, sonra onu mağazada görməmişdir. Vüsala aid sənədin surətini istintaqa təqdim etmişdir. Bundan sonra, iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 1 il yarımdır ki, o, “Moskva” univermağında bibisioğlunun yanında işləyir. İşlədiyi yeri bibisioğlu icarəyə götürüb. 15.04.2018-ci il tarixdə saat 10:30 radələrində orta boylu, kök, başında papağı olan, qara pencəyli, cins şalvarlı 35-40 aralarında bir kişi onun iş yerinə gəlib ona satlıq qızılları olduğunu demişdir. Şəxsin təqdim etdiyi qızıllara baxdıqdan sonra 860 (səkkiz yüz altmış ) manat pul verə biləcəyini demişdir. O, sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, lakin həmin şəxsiyyət vəsiqəsinin lombartda olduğunu demişdir. Bundan sonra həmin şəxs telefonla anasına zəng etmiş, anası ona xəstələri olduğunu, pula ehtiyacları olduğunu bildirmiş, puldan bir az saxlamağı xahiş etmiş, növbəti gün şəxsiyyət vəsiqəsini gətirəcəyinə söz vermişdir. Həmin vaxt kassada pul olmadığından iş yoldaşı Rahildən 830 (səkkiz yüz otuz) manat pul alıb həmin şəxsə vermişdir. Həmin şəxs pulları aldıqdan sonra çıxıb getmişdir. O, Həmin şəxsi bir daha görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Mansur oğlu ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, Mməhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid7 Fəyyaz oğlunun məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 07 yanvar 2020-ci ildə, saat 15:00 radələrində işiylə əlaqədar Abşeron rayonunun Xırdalan şəhərinə getmiş, yolda gedərkən bir nəfər mülkü geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb yaxınlıqda olan evdə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini təklif etmişdir. O, polis əməkdaşının təklifini qəbul edib birlikdə ünvan 41 ünvana getmişdir. Daha bir nəfərdə hal şahidi dəvət olunmuşdur. Baxış keçirilən ev bir mətbəxt, bir sanitar qovşağı və üç otaqdan ibarət olmuşdur. Polis əməkdaşları əvvəllər görmədiyi və tanımadığı şəxs olan Təqsirləndirilən şəxs evində cinayət xarakterli əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs giriş qapısının sağ tərəfindəki otağa keçərək orada olan dolabın içərisindən bir ədəd salafan torbanı təqdim etmişdir. Həmin salafan torbanın içərisində 595 ədəd 10 qəpiklik aşkar olunmuşdur. Sonra həmin yerdən Təqsirləndirilən şəxs bir ədəd balta və bıçaq təqdim etmişdir. Bundan başqa həmin yerdən Samsung markalı mobil telefon qutusu, Samsung və Nokia markalı mobil telefonlar aşkar edilmişdir. Həmin otaqda olan divanın altından selofan torbada 178 ədəd 50 qəpiklik, digər selofan torbada 615 ədəd 20 qəpiklik aşkar edilmişdir. Bundan başqa həmin yerdə qara rəngli əl çantasının içərisindən 5 ədəd bıçaq, 4 ədəd vint açan, 01 ədəd alışqan, 01 ədəd beş barmaq, 01 ədəd 100 manat və 01 ədəd pul kisəsi aşkar edilmişdi. Pul kisəsi açıldıqda içərisindən 2 ədəd 1 əskinazlıq ABŞ dolları, 6 Qətər rialı, 2 ədəd 20, 1 ədəd 10 Türk lirəsi, 1000 Rus rublu, 01 ədəd 20, 01 ədəd 10, 4 ədəd 5 Gürcü larisi aşkar edilmişdi. Digər əl çantasının içərisindən 23 ədəd Fleş kart, 6 ədəd mini kart aşkar edilmişdi. Bundan başqa çəhrayı rəngli və qara rəngli kiçik torbaların içərisindən müxtəlif formalı, rəngli zinət əşyaları, qadın və kişi saatı və açar dəsti aşkar olunmuşdur. Bundan başqa divanın altından bir ədəd qara rəngli dəyənək aşkar edilmişdir. Həmin otaqda dolabdan ağ rəngli müşahidə kamerası, 01 ədəd müşahidə kamerasının yaddaş aparatı aşkar edilərək götürülmüşdür. Şahid7 ifadəsində daha sonra göstərdi ki, qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs bir ədəd narıncı əlcəyi təqdim edib oğurluq edən zaman həmin əlcəkdən istifadə etdiyini bildirmişdi. Həmçinin Təqsirləndirilən şəxs idman geyim dəstini, 3 ədəd papağı, iki cüt ayaqqabını təqdim edərək bildirmişdi ki, oğurluq zamanı həmin geyim əşyalarından istifadə etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən qeyd etdiyi əşyalar və sair əşyalar qablaşdırılaraq götürülmüşdü. Bu barədə protokol tərtib olunmuş və həmin protokol baxış iştirakçıları tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Daha sonra iş üzrə şahid qismində dindirilən Şahid8 Şahid7 Fəyyaz oğlunun ifadəsi ilə oxşar məzmunda ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 07 yanvar 2020-ci il, 13 yanvar 2020-ci il, 14 yanvar 2020-ci il, 15 yanvar 2020-ci il, 16 yanvar 2020-ci il, 17 yanvar 2020-ci il, 18 yanvar 2020-ci il, 19 yanvar 2020-ci il, 20 yanvar 2020-ci il, 19 fevral 2020-ci il, 21 fevral 2020-ci il, 22 fevral 2020-ci il və 14 mart 2020-ci il tarixli protokollardan görünür ki, qeyd olunan tarixlərdə ayrı-ayrı ünvanlarda keçirilən istintaq hərəkəti zaman Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 199-204, cild İİ, 52-58, 128-131, 216-219, cild İİİ, səh. 130-136, 193-194, 246-247, cild İV, 44-46, 68-71, 101-104, 163-166, 239-244, cild V, səh. 62-71, 106-109, 205-207, cild Vİ, səh. 140-143). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsin fotoşəkil üzrə tanınması haqqında 08.01.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 tanınmaya 04 ədəd fotoşəkil təqdim olunmuş, Şahid1 Təqsirləndirilən şəxs aid 02 nömrəli fotoşəkili göstərərək 27.12.2019-cu il tarixdə axşam saatlarında həmin şəxsin ondan düyü torbasını aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 221-223). Daha sonra məhkəmə baxışı zamanı elan işdə olan axtarış və götürmə aparılması haqqında 07.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 18 ünvanından istintaq orqanı tərəfindən 3 ədəd kişi papağı, 2 cüt 42 ölçüdə kişi ayaqqabısı, 1 dəst «Adidas» firmasının idman geyimi, 1 cüt fəhlə əlcəyi, 01 ədəd balta, 1 ədəd fanarlı dəyənək, 1 ədəd qara dəstəkli bıçaq, 6 künclü açar dəsti, 1 ədəd «İpone 6s» markalı mobil telefon, 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd nokia markalı mobil telefon, 2 ədəd «Samsung A 20» markalı mobil telefonun qutusu, «Escam» markalı videomüşahidə kamerası, 01 ədəd balaca qara rəngli əl çantası, 01 ədəd qara rəngli dəri materialdan pul qabı, «M-star» markalı video müşahidə kamerasının yaddaş apparatı, 8 ədəd saç bağlayan, 2 ədəd qara dəri kəməri olan qadın qol saatı, 1 ədəd ağ rəngli metaldan qadın qol saatı, 1 ədəd ağ rəngli metaldan kişi qol saatı, 01 ədəd cib saatı, 01 ədəd qara rəngli üzərində «Miss Fidi» yazısı olan pudra, 10 ədəd müxtəlif metallardan qolbaq, 05 ədəd müxtəlif metaldan boyunbağı, 16 ədəd müxtəlif metallardan üzük, 08 cüt müxtəlif metallardan sırğa, 01 ədəd üzərində ərəb dilində yazıları olan kulon, 05 ədəd qatlanan bıçaq, 01 ədəd beşbarmaq, 03 ədəd vintaçan, 01 ədəd ucu əyilmiş vintaçan, 23 ədəd flaşkart, 06 ədəd mikrokart, 01 ədəd alışqan, 01 ədəd vint, 01 ədəd tək tay sırğa, 01 ədəd kulon, 01 ədəd əzilmiş sırğa tayı, 178 ədəd 50 qəpiklik, 615 ədəd 20 qəpiklik, 395 ədəd 10 qəpiklik, 01 ədəd 126657 nömrəli məcburi köçkün vəsiqəsi, 01 ədəd 100 manatlıq pul, 60 türk lirəsi, 1000 rus rublu, 50 gürcü larisi, 2 ABŞ dolları, 6 qətər rialı, 01 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd «Seagate» markalı yaddaş apparatı aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 179-182). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 27.06.2018-ci il tarixli «Alış aktı»ndan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Firuddin oğlu 583 əyarlı qızılı lom şəklində 3700 (üç min yeddi yüz) manata Nizami Məmmədova satmışdır(iş vərəqə: cild İİ, səh. 149). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 10.11.2019-cu il tarixli «Alış aktı»ndan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Firuddin oğlu 37,7 qram çəkidə 583 əyarlı qızılı lom şəklində 1700 (min yeddi yüz) manata Şahid4 satmışdır(iş vərəqə: cild İİ, səh. 174). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan götürmə aparılması haqqında 16.04.2018-ci il tarixli qərar və eyni tarixli protokoldan görünür ki, Binəqədi RPİ İŞ-nin istintaq orqanı tərəfindən Şahid5 Bakı şəhəri, Nəsimi rayonu, “Moskva“ univermağınında 01 dəst (boyunbağı və bir cüt sırğa) 1 cüt üzərində mavi, yaşılımtıl rəngli armudvari daşları olan və üzərində 1 ədəd “Bulgari” yazılmış halqası olan sarı rəngli metaldan qadın sırğası və 1 ədəd boyunbağı - üzərində 3 ədəd bənövşəyi, mavi, yaşılımtıl, açıq çəhrayı rəngli armudvari daşları və nazik boyunbağının arasında olan bənövşəyi, sarımtıl rəngli daşları üzərində «GOLDBAKU» sözü yazılmış etiketli sarı rəngli metaldan olan qadın boyunbağı, 1 ədəd üzük-üzərində 8 balaca ağ rəngli daşdan qaşları olan və üzərində 1 ədəd “Bulgari” yazılmış sarı rəngli metaldan halqası və ona bərkidilmiş 1 ədəd yumru, bənövşəyi rəngli daşı, sarı metaldan olan qadın üzüyü götürülmüşdür (iş vərəqə: cild İİİ, səh. 46-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi haqqında 21.02.2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs6 tanınmaya təqdim edilən saatlar arasında özünə məxsus «ROLEX» markalı qol saatını tanımışdır(iş vərəqə: cild İİİ, səh. 153). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi haqqında 24.02.2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 tanınmaya təqdim edilən pudralar arasında özünə məxsus üzərində «X30 Science» yazıları olan qadın üçün istifadə olunmuş pudranı tanımışdır(iş vərəqə: cild İV, səh. 65). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi haqqında 25.02.2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 tanınmaya təqdim edilən dəstlər arasında özünə məxsus gümüşü rəngli metaldan, üzərində şəffaf qaşları olan kolye, bilərzik, sırğa cütü dəstini tanımışdır(iş vərəqə: cild İV, səh. 269). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi haqqında 25.02.2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 Məzahir oğlu tanınmaya təqdim edilən sırğalar arasında özünə məxsus halqa formalı sırğanı tanımışdır(iş vərəqə: cild Vİ, səh. 240). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi haqqında 02.03.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs16 tanınmaya təqdim edilən kameralar arasında özünə məxsus «Escam» markalı müşahidə kamerasını tanımışdır(iş vərəqə: cild V, səh. 110). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkriminalistik ekspertizasının 10.02.2020-ci il tarixli, 2001 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1”, “2”, “3”, “6” rəqəmləri ilə işarələnmiş bıçaqlar - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçaqlarıdır, soyuq silah hesab edilmirlər. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş “4” və “5” rəqəmi ilə işarələnmiş bıçaqlar - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan olan ümumi təyinatlı ov bıçaqlarıdır və soyuq silah hesab edilirlər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş ”İİ” rəqəmi ilə işarələnmiş 1(bir) ədəd predmet, kustar üsulu ilə hazırlanmış təsərüffat-məişət təyinatlı, bir tərəfi kəsici-çapıcı, digər tərəfi deşici xassəyə malik baltadır, soyuq silah hesab edilmir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş “İİİ” rəqəmi ilə işarələnmiş 1(bir) ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş “İV” rəqəmi ilə işarələnmiş 1 (bir) ədəd predmet fənərlə təchiz olunmaqla, dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır(iş vərəqə: cild V, səh. 225-229). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 26.02.2020-ci il tarixli, 1977 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "...Hadisə yerindən müayinəsi zamanı cinayətkarların daxili olduğu pəncərənin səthindən 01 ədəd yapışqan lentdə mikrohissəciklər..” yazısı olan paketdəki bir ədəd yapışqan lentin üzərində kənar lif mikrohissəciləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəcikərinin arasında, - yapışqan lentin üzərindən tapılmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs göy rəngli idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər; - yapışqan lentin üzərindən tapılmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının tərkib liflərinə uyğun gəlirlər(iş vərəqə: cild V, səh. 228-243). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 24.02.2020-ci il tarixli, 2000 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən qıfılın silindrik mexanizmi üzərində olan yuxarıda təsvir edilən iz və zədələr vardır. Silindrik mexanizmin üzərində olan zədələrin yerləşmə sahəsinə, forma və istiqamətinə əsasən həmin zədələr silindrik mexanizmini kənar bərk predmetin (məs. kəlbətin və s.) vasitəsilə sındırılması nəticəsində əmələ gələ bilər(iş vərəqə: cild V, səh. 230-233). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 26.02.2020-ci il tarixli, 1999 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qips basmasının səthində olan iz ayaqqabının sağ tayının altlıq hissəsindən qalmağa xarakterikdir. Gips basmasının səthində əks olunan iz və əlamətlərinə – ölçüsünə, relyef naxışlarının formasına və s. əsasın uyğun gəlir. Lakin təqdim edilmiş ayaqqabının sağ tayının altlıq hissəsindən götürülmüş gips basmasının səthində əks olunan izlərdə xüsusi əlamətlər əks edilmədiyindən həmin izlərin konkret olaraq tədqiqata təqdim edilmiş iki cüt ayaqqabının sağ taylarının altlıq hissələrindən yaranmasını müəyyən etmək mümkün deyildir(iş vərəqə: cild V, səh. 234-237). Məhkəmə istintaqı zamanı tədqiq olunan kompleks məhkəmə-əmtəəşünaslıq və zərgərlik məmulatların kriminalistik ekspertizasının 15.05.2020-ci il tarixli, 6/643-9/1146 №li rəydən görünür ki, təqdim edilən məmulatların metalı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Təqdim olunan məmulatlar kustar üsulla hazırlanmışdır. Məmulatlar üzərində qaşların sonradan dəyişdirilməyə məruz qalma əlamətləri aşkar edilmədi. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 850,0 manat müəyyən olunur. Ayrı-ayrılıqda qiymətlər tədqiqi hissədə göstərilmişdir(iş vərəqə: cild Vİ, səh. 157-165). Daha sonra məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 04.06.2020-ci il tarixli, 3/400 №-li rəydən görünür ki, Tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarından bir ədəd sarımtıl rəngli metal materialdan hazırlanmış düzbucaqlı formaya malik sırğa tayının və sarımtıl rəngli metal materialdan hazırlanmış bir ədəd qolbağın səhtində kənar bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik zədələr vardır. Həmin zədələrdə xüsusi əlamətlər əks olunmadığından təqdim edilən sırğa tayının və qolbağın səthindəki zədələrin konkret hansı predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyil(iş vərəqə: cild Vİ, səh. 166-170). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.06.2020-ci il tarixli, 9/1041 №-li rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 27 adda müxtəlif markalı malların 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 534,50 manat müəyyən edilir. Təqdim edilən digər 2 adda mallar isə qiymətsiz müəyyən edilir. Qiymətləndirlən malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir(iş vərəqə: cild Vİ, səh. 171-174). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan kompleks materialların məhkəmə ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizasının 28 iyun 2018-ci il tarixli 15828/15829 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 35,91 qram kütləli üzük-sırğa cütü və boyunbağı dəsti 585 əyarlı qızıldan hazırlanmışdır. Üzərində olan qaşlar və muncuqlar qiymətli qaşlara aid deyildir. Dəst kustar (sex) üsul ilə hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatların nəticəsi nəzərə alınmaqla tədqiqata təqdim edilmiş ümumi kütləsi 35,91 qram olan 585 əyarlı dəstin respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 1796,00 (bir min yeddi yüz doxsan altı) manat müəyyən edilir(iş vərəqə: cild İİİ, səh. 56-59). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 05.05.2020-ci il tarixli, 818 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırlda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xəsiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild Vİ, səh.175-178). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən oğurluq, həmçinin qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.3.2 və 228.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 177.3.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə bəzi oğurluq epizodlarında təqsirli bilməməsi barədə göstərdiklərini, ziddiyyətli ifadələrini onun özünü müdafiə üçün seçmiş olduğu taktika kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər həm zərər çəkmiş şəxslərin məhkəməyədək və məhkəmə icraatı zamanı vermiş olduğu ifadələri, həm digər şahid ifadələri, həm də məhkəmə baxışı zamanı araşdırılan digər mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 aprel 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 329.2.2, 339.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə, Nəsimi Rayon Məhkəməsinin 17 mart 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə, Abşeron Rayon Məhkəməsinin 03.06.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 07.10.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 8 ay 23 gün hissəsindən vaxtından əvvəl azad edilmiş, 30.06.2017-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: cild V, səh.75-80). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 aprel 2003-cü il tarixli və Nəsimi Rayon Məhkəməsinin 17 mart 2009-cu il tarixli hökmləri üzrə olan məhkumluqları Cinayət Məcəlləsinə əsasən ödənilsə də, onun Abşeron Rayon Məhkəməsinin 03 iyun 2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə törətmiş olduğu ilk cinayət epizodu 06 aprel 2018-ci il tarixə təsadüf edir, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aiddir və cəzasını çəkib qurtardığı gündən iki il keçməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 03 iyun 2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum edilmiş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və bu hal cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə (Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri) əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi (Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi) cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamış, könüllü olaraq Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslərə vurulmuş maddi zərər ödənilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən, onun əməlinin cinayətlərin residivini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə cinayətlərin təkrar törədilməsi cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddəsinə əsasən isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 228.4-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu və residivə görə cəza təyinetmənin prinsiplərinə əməl etməklə, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən onun əməlinin cinayətlərin residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, onlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun 07 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 07 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 yanvar 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinin tələbləri baxımından baxılan cinayət işi üzrə mülki iddiaya dair məsələni müzairə edib belə nəticəyə gəlir ki, məhkəmə istintaqı başlananadək zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 qanunla müəyyən olunan qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan 3.050 (üç min əlli) manat məbləğində maddi zərərin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərərin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan 2.440 (iki min dörd yüz qırx) manat məbləğində maddi zərərin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan 85.000 (səksən beş min) manat məbləğində maddi zərərin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 isə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan 17.700 (on yeddi min yeddi yüz) manat məbləğində maddi, 5.000 (beş min) manat məbləğində isə mənəvi zərərin Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 3.050 (üç min əlli) manat maddi zərər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 2.440 (iki min dörd yüz qırx) manat məbləğində maddi zərər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 71.599 (yetmiş bir min beş yüz doxsan doqquz) manat məbləğində maddi zərər və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 17473,08 (on yeddi min dörd yüz yetmiş üç manat səkkiz qəpik) manat məbləğində zərər yetirilməsi, yetirilmiş maddi zərərlərin ödənilməmiş qalması, həmçinin zərər çəkmiş şəxslər tərəfindən mülki iddia ərizəsi ilə bağlı 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı 3.050 (üç min əlli) manat pul tələbinə dair mülki iddiası tam təmin olunmalı, 3.050 (üç min əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ödənilməlidir; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs qarşı 2.420 (iki min dörd yüz iyirmi) manat pul tələbinə dair mülki iddiası tam təmin olunmalı, 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ödənilməlidir; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs qarşı 2.440 (iki min dörd yüz qırx) manat pul tələbinə dair mülki iddiası tam təmin olunmalı, 2.440 (iki min dörd yüz qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ödənilməlidir; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 85.000 (səksən beş min) manat pul tələbinə dair mülki iddiası qismən təmin olunmalı, 71.599 (yetmiş bir min beş yüz doxsan doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilməlidir; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı 17.700 (on yeddi min yeddi yüz) manat məbləğində maddi və 5.000 (beş min) manat məbləğində mənəvi ziyana görə pul tələbinə dair mülki iddiası qismən təmin olunmalı, 17473,08 (on yeddi min dörd yüz yetmiş üç manat səkkiz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ödənilməli, mülki iddia qalan hissədə təmin olunmadan rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-354.1.3-cü madələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə saxlanılması üçün Binəqədi RPİ-yə saxlanca verilmiş Zərərçəkmiş şəxs6 məxsus «ROLEX» markalı kişi qol saatı, Zərərçəkmiş şəxs9 məxsus üzərində «X30 Science» yazıları olan qadın üçün istifadə olunmuş kosmetik vasitə (pudra), Zərərçəkmiş şəxs11 məxsus, gümüşdən olan kolye, bilərzik, sırğa cütü dəsti, Zərərçəkmiş şəxs14 Məzahir oğluna məxsus halqa formalı sırğa cütü, Zərərçəkmiş şəxs16 məxsus «Escam» markalı müşahidə kamerası, Zərərçəkmiş şəxs17 Füzuli oğluna məxsus 178 ədəd 50 qəpiklik, 615 ədəd 20 qəpiklik, 395 ədəd 10 qəpiklik, 100 manatlıq əskinaz, İbrahimov Hüseyn Şahsevən oğluna məxsus 60 türk lirəsi, 50 gürcü larisi zərər çəkmiş şəxslərin özlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs oğurluq hadisələrini törətdiyi zaman əynində olmuş 03 ədəd kişi paprağı, 02 cüt 42 ölçülü kişi ayaqqabıları, 01 dəst «Adidas» markalı idman geyimi, Təqsirləndirilən şəxs oğurluq zamanı istifadə etdiyi 01 cüt fəhlə əlcəyi, 06 künclü açar dəsti, 03 ədəd vintaçan, 01 ədəd ucu əyilmiş vintaçan, Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah və 01 ədəd fənərlə təhciz olunmaqla, dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus üzük-sırğa cütünün, boyunbağı dəstinin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 615,90 (altı yüz on beş manat, 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 8 (səkkiz) il, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubilkası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddia məsələsi aşağıdakı qaydada həll edilsin: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkum Təqsirləndirilən şəxs qarşı 3.050 (üç min əlli) manat pul tələbinə dair mülki iddiası tam təmin olunsun, 3.050 (üç min əlli) manat məbləğində pul məhkum Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ödənilsin; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 məhkum Təqsirləndirilən şəxs qarşı 2.420 (iki min dörd yüz iyirmi) manat pul tələbinə dair mülki iddiası tam təmin olunsun, 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul məhkum Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ödənilsin; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 məhkum Təqsirləndirilən şəxs qarşı 2.440 (iki min dörd yüz qırx) manat pul tələbinə dair mülki iddiası tam təmin olunsun, 2.440 (iki min dörd yüz qırx) manat məbləğində pul məhkum Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ödənilsin; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkum Təqsirləndirilən şəxs qarşı 85.000 (səksən beş min) manat pul tələbinə dair mülki iddiası qismən təmin olunsun, 71.599 (yetmiş bir min beş yüz doxsan doqquz) manat məbləğində pul məhkum Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilsin; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkum Təqsirləndirilən şəxs qarşı 17.700 (on yeddi min yeddi yüz) manat məbləğində maddi və 5.000 (beş min) manat məbləğində mənəvi ziyana görə pul tələbinə dair mülki iddiası qismən təmin olunsun, 17.473,08 (on yeddi min dörd yüz yetmiş üç manat səkkiz qəpik) manat məbləğində pul məhkum Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ödənilsin, mülki iddia qalan hissədə təmin olunmadan rədd edilsin. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Saxlanılması üçün Binəqədi RPİ-yə saxlanca verilmiş Zərərçəkmiş şəxs6 məxsus «ROLEX» markalı kişi qol saatı, Zərərçəkmiş şəxs9 məxsus üzərində «X30 Science» yazıları olan qadın üçün istifadə olunmuş kosmetik vasitə (pudra), Zərərçəkmiş şəxs11 məxsus, gümüşdən olan kolye, bilərzik, sırğa cütü dəsti, Zərərçəkmiş şəxs14 Məzahir oğluna məxsus halqa formalı sırğa cütü, Zərərçəkmiş şəxs16 məxsus «Escam» markalı müşahidə kamerası, Zərərçəkmiş şəxs17 Füzuli oğluna məxsus 178 ədəd 50 qəpiklik, 615 ədəd 20 qəpiklik, 395 ədəd 10 qəpiklik, 100 manatlıq əskinaz, İbrahimov Hüseyn Şahsevən oğluna məxsus 60 türk lirəsi, 50 gürcü larisi zərər çəkmiş şəxslərin özlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs oğurluq hadisələrini törətdiyi zaman əynində olmuş 03 ədəd kişi paprağı, 02 cüt 42 ölçülü kişi ayaqqabıları, 01 dəst «Adidas» markalı idman geyimi, Təqsirləndirilən şəxs oğurluq zamanı istifadə etdiyi 01 cüt fəhlə əlcəyi, 06 künclü açar dəsti, 03 ədəd vintaçan, 01 ədəd ucu əyilmiş vintaçan, Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah və 01 ədəd fənərlə təhciz olunmaqla, dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah məhv edilsin; - Zərərçəkmiş şəxs1 məxsus üzük-sırğa cütünün, boyunbağı dəstinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 615,90 (altı yüz on beş manat, 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-229/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-229/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver