Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-229/2022 11.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Mərkəzi küçədə nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Nurəddin oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Nurəddin oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Xutor” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4,770 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 28 may 2021-ci il tarixdə, saat 15:20-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən 43-cü Polis bölməsinə gətirilmiş və orada saat 17:00-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 4,770 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o subadır, valideynləri 2020-ci ildə vəfat etmiş, bu səbəbdən Bakıda fəhlə kimi işləyib günü 2-3 manata olan müxtəlif evlərdə kirayə qalırdı. Sonuncu dəfə Binəqədi rayonu, Mərkəzi küçədə nömrəsiz bir evdə qalmışdır. Sol qolundan uşaq vaxtından zədə aldığı üçün onu hərbi xidmətə aparmamışlar. Bədənində ağrılar olduğundan onları sakitləşdirmək üçün təxminən 3-4 ildir ki, narkotik vasitə heroin əldə edib iyləmə yolu ilə istifadə edir. Hadisə haqqında onu bildirir ki, 27 may 2021-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Xutor adlanan yerdən şəxsi istifadəsi üçün tanımadığı bir şəxsdən 70 manata bir büküm narkotik vasitə olan heroin almış və 28 may 2021-ci il tarixdə saat təxminən 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində olan məscidin qarşısından piyada gedərkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onlarla birlikdə Polis Bölməsinə getməsini təklif etmişlər. O, etiraz etməyib onlarla birlikdə 43-cü Polis Bölməsinə getmiş, orada o, təhqiqatçıya təhvil verilmiş, sonuncu dövlət hesabına ona vəkil dəvət etmiş və sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Onun üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçıya üzərindən aşkar olunmuş narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin heroin ağ zərfə qoyulub möhürlənmiş, sonra protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. 070 430 13 53 saylı nömrə ona məxsusdur. Narkotik qəbul edən tanışları onun da narkotik istifadə etdiyini bildikləri üçün onunla telefon əlaqəsi saxlayaraq ondan narkotik istəmişlər, lakin o, heç kimə narkotik satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 28 may 2021-ci il tarixdə həmkarı Şahid1 Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar yaradılmış qrupa rəhbər kimi Şahid1, qrupun üzvü kimi isə o təyin edilmişlər. Həmin tarixdə saat 15:20-də o və Şahid1 Təqsirləndirilən şəxs ola biləcəyi ünvana, yəni, Binəqədi rayonu, 2-ci Mədən deyilən əraziyə çıxaraq zahiri əlamətləri artıq onlara məlum olan Təqsirləndirilən şəxs həmin ərazidə, yəni Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində məscidin yaxınlığında görərək ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər, həmçinin tədbirin keçirilməsinə dair qərarı ona təqdim edərək narkotik vasitələrin qanqunsuz dövriyyəsində şübhəli bilindiyini ona deyərək onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmiş, həmçinin şifahi sorğu-sual zamanı narkotik vasitəsi olan heroinin istifadəçisi olduğunu da etiraf etmişdir. X5 Babayevi bölmənin təhqiqatçısı polis baş leytenantı Sənan Quliyevə təhvil vermişlər. Bundan sonrakı sənədləşməni təhqiqatçı aparmış, yalnız Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində o və Şahid1 iştirak etmişlər. Baxışda həmçinin təhqiqatçı tərəfindən dəvət olunmuş müdafiəçi də iştirak etmişdir. Baxışı videogörüntüyə isə inspektor –kriminalist Nəsimi İsmayılov lentə almışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardıb masanın üzərinə qoymuş, həmin bükümü təhqiqatçı açdıqda içərisində qəhvəyi rəngli kütlə olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onda olan bükümü haradan və kimdən alması barədə dediklərini artıq xatırlamır, lakin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış protokolunda göstərilən xüsusatları təsdiq edir. Ona ibtidai istintaq zamanı tərtib olunmuş 28 may 2021ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokol elan edilir. Məhkəmə iclasında ibtidai istintaq şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 28 may 2021-ci il tarixdə X4 rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə yaxınlığında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə bölmə rəhbərliyinə məruzə etmiş və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildikdən sonra ondan və 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2021-ci il tarixdə saat 15:20-də Babayev X2 qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində məscidin yaxınlığında saxlanılaraq 43-cü Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sorğu əsasında cavab olaraq onun üzərində başqa hər hansı qanunsuz əşyanın olmamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açıldıqda onun içərisində qəhvəyi rəngli kütlə olduğu aşkar edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir və onu Xutor adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata almışdır. Təhqiqatçı tərəfindən içərisində heroinə bənzər kütlə olan büküm ağ zərfə qoyulub möhürlənmiş, daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs Nurəddin oğlunun ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin rəisinə ünvanlanan 28.05.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə yaxınlığında yaşayan Təqsirləndirilən şəxs Nurəddin oğlunun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlmat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanlanan 29.05.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Nurəddin oğlu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılıb Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və üstünə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd gümüşü rəngli kağız bükülüdə ümumi çəkisi 4,770 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs Nurəddin oğlu könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni bir gün əvvəl saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Xutor adlanan yerdən adını bilmədiyi şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 28.05.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Nurəddin oğlu tutulmuş, 30 may 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan seçilməklə azad edilmişdir. Belələiklə Təqsirləndirilən şəxs Nurəddin oğlu 28.05.2021-ci il tarixdən-30.05.2021ciil tarixədə-03 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binqdi rayon məhkəməsinin 01.06.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Nurəddin oğlunun barəsində həbsetmənin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021ci il tarixli, 6/2145 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oglunun üzərində aşkar edilmiş narkotik vasitə bir ədəd bükümdə təmiz çəkisi 4,770 qram kustar üsulla hazırlanmış narkotik vəsitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublilasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublilasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata– 0,100 qram sərf edilmiş, 4,670 qram qalıq qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2021-ci il tarixli, 2770 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 iyul 2021-ci il tarixli, 2215 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl bərəsində anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 21.1ci və 21.3-cü maddəsinin təsiri altına düşmür, bərəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 30.05.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən aparılmış video çəkilişin yazıldığı diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə saat 15:20də 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq Polis bölməsinə gətirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşur və əgər varsa masanın üzərinə qoymağı təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoyur. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynində olan paltarların digər ciblərini və ayaqqabılarını çıxarıb göstərir, həmçinin polis əməkdaşı onun üzərində şəxsi axtarış aparır və üzərində başqa heç bir əşya olmadığı müəyyən olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olduğunu soruşur. Təqsirləndirilən şəxs bükümdə narkotik hesab olunan “kakos”, yəni heroin olduğunu bildirir. Büküm açıldıqda orada qəhvəyi rəngli maddə olduğu məlum olur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotiki bir gün əvvəl saat 12-də Binəqədi rayonu, Xutor adlanan yerdə tanımadığı şəxsdən 70 manata öz istifadəsi üçün aldığını və özünün də narkotik istifadəçisi olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə olan həmin bükümü ağ zərfə qoyub möhürləyir və zərfin üzərinə iştirakçılar imza edirlər. Daha sonra təhqiqatçı həmin maddənin ekspertizaya göndəriləcəyini bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs hər hansı etirazının olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Məhkəmədə elan edilib araşdırılmış “sənədə baxış keçirilməsi haqqında” 20.08.2021ci il tarixli protokoldan müəyyən olunur ki, «Azerfon» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına olan 070 982 86 37, 077 577 06 04, 070 845 90 22 və 070 430 13 53 saylı mobil nömrələrinə 01 yanvar 2020-ci il tarixdən 29 may 2021-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 070 430 13 53 saylı mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan onun müxtəlif şəxslərlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təsdiq edən mesajlar aşkar edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 18.09.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 4,670 qram olan narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs Nurəddin oğlunun məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum olunmamışdır. Elektron məhkəmə sistemində Təqsirləndirilən şəxs Nurəddin oğlunun əlilliyi ilə bağlı heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Nurəddin oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyi barədə ifadələrinə tənqidi yanaşır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində etiraf etmişdir ki¸ ona narkotik vasitələrin satışı ilə əlaqədar telefon zəngləri olmuş, həmçinin cinayət işində olan Təqsirləndirilən şəxs məxsus telefona baxış protokollarından da müəyyən olunur ki, onun mobil telefonuna narkotik vasitələrin alqı-satqısını təsdiq edən çoxsaylı mesajlar var. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs Nurəddin oğlunun üstündən götürülmüş narkotik vasitənin miqdarı 4,770 qram olmaqla istehlak miqdarından dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Nurəddin oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Nurəddin oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Nurəddin oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 01 iyun 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nurəddin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Nurəddin oğlu oğlunun 03 gün ərzində, yəni 28.05.2021-ci il tarixdən 30.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 4,670 qram olan narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs Nurəddin oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Nurəddin oğlunun məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Nurəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Nurəddin oğlunun 28.05.2021-ci il tarixdən 30.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı – 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nurəddin oğlunun barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqdi RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 4,670 qram qram olan narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs Nurəddin oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Nurəddin oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-229/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-229/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver