Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-229/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X46 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi5, Müdafiəçi4, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Ermənistan Respublikası, Göyçə mahalı, Çəmbərək rayonu, Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu ödənilmiş, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Batabat küçəsi, ev 5-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, xx xxxx 1986-cı ildə Cəlilabad rayonu, Məlikqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmayan, “Youtube.com” internet video platformasında qeydiyyatdan keçmiş "xxxx"-nin direktor müavini vəzifəsində işləmiş, Cəlilabad rayonu, Məlikqasımlı kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X37 nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət olaraq təkrarən istəməklə almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, şəxsən və əlbir olduğu qrupun üzvü vasitəsilə maddi neməti istəməklə almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifdə etməklə ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə o, Azərbaycan X34 Agentliyi (köhnə adı "xxxx" ASC) tərəfindən 2010-2015-ci illər ərzində həyata keçirilən “Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun tikintisi” layihəsi ilə əlaqədar Yevlax rayonunun Aşağı Qarxun kəndinin inzibati ərazisində yerləşən Şahid3 məxsus əmlakın yolun tikinti sahəsinə düşən hissəsinə görə hesablanmış 3.500 (üç min beş yüz) manat məbləğində kompensasiya ilə razı olmayan və kompensasiyanı almaqdan imtina etməklə yanacaq doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi və əldən çıxmış gəlirin hesablanmasına dair iddia tələbi ilə əvvəlcə Şəki İnzibati Məhkəməsinə, daha sonra isə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından narazı olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş Şahid3 Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından narazı qalmaqla 2021-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs1 müraciət edərək qeyd edilən mülki mübahisənin ictimailəşdirilməklə xeyrinə həll olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” internet kanalını, https://www.xural.com/ xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edərək Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun (xx.xx.2021-ci il tarixli Media haqqında Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür) 1-ci, 10-cu və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununun 1, 13-2 və 18-ci maddələrinə əsasən qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq, kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarını formalaşdırmaq, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunmasına, informasiyanın mühafizəsinə cavabdeh olmaq, informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək və buna görə məsuliyyət daşımaq, qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verməmək və digər səlahiyyət və vəzifələrə malik vəzifəli şəxs kimi, Şahid3 özünün baş redaktoru və rəhbəri olduğu və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında yerləşən “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” adlı kanalın redaksiyasında təşkil edəcəyi canlı yayıma dəvət etmiş və şikayəti ilə bağlı orada danışmasını bildirmiş və razılaşmanın nəticəsi olaraq o, “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” adlı kanalda xx.xx.2021ci il tarixdə "Siyasət meydanı"#956 “Saleh Məmmədov iş adamının torpağını necə mənimsədi?” adlı, xx.xx.2021-ci il tarixdə isə “Siyasət meydanı"#971 İŞ ADAMİ: “Məhkəmələr qanunları necə tapdalayır?!” adlı silsilə verilişlər hazırlamış və Şahid3 həmin verilişlərinə qonaq qismində dəvət edərək mülki qaydada məhkəmədə baxılmış müraciətini ictimailəşdirmiş və Azərbaycan X34 Agentliyi X51 rəhbər vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri ilə bağlı tənqidi fikirlər səsləndirməklə bunu geniş internet istifadəçiləri arasında yaymışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan X34 Agentliyi X51 inzibati binasına gəlməklə orada Şahid3 məhkəmə işi ilə əlaqədar Agentliyin rəhbər vəzifəli şəxsləri ilə görüşmək istədiyini bildirmişdir. Müraciətin nədən ibarət olmasını öyrənmək məqsədilə Azərbaycan Avtomobil Yolları X15 Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahid1 onu Agentliyin inzibati binasında olan xidməti otağında qəbul etmiş və sonuncuya özünü nüfuzlu jurnalist olmaqla, geniş oxucu kütləsinə malik şəxs, “youtube.com” sosial platformasında olan “Xural TV” kanalının baş redaktoru və rəhbəri kimi təqdim edib, Azərbaycan X34 Agentliyi X54 barədə dəfələrlə verilişlər aparması, sonuncu verilişlərinin vətəndaş Şahid3 iştirakı ilə apardığını və geniş izləyici kütləsinin narazılığına səbəb olduğunu bildirərək Şahid1 gələcəkdə də, eyni məzmunlu verilişlər hazırlamaqla Dövlət Agentliyindən narazı olan bütün şəxsləri efirə çıxaracağını, Şahid1 və Dövlət Agentliyinin bütün vəzifəli şəxsləri, habelə hüquqi şəxs qismində Dövlət Agentliyinin özünün işgüzar nüfuzunu ləkələyəcəyini, barələrində rüsvayedici məlumatlar yaymaqla ictimaiyyətdə onların fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdıracağını, fikirlərini davam etdirərək Şahid1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ona verildiyi halda rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 və Dövlət Agentliyinin digər vəxifəli şəxslərinin xeyrinə edəcəyi hərəkətə görə yəni, Şahid3 şikayəti ilə əlaqəli hər hansı verlişlər hazırlamayacağını, habelə bu mövzuda Agentliyin vəzifəli şəxslərinin barəsində çıxışlar etməyəcəyinin, eləcə də, Şahid1 özü barədə rəhbərlik etdiyi redaksiyaya daxil olmuş çoxsaylı şikayət xarakterli məlumatları xəbər portalında yaymayacağını bildirərək 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə rüşvət kimi istəmişdir. Hədə-qorxunu real qəbul edən Şahid1 onunla razılaşaraq 25 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan X34 Agentliyi X51 inzibati binasında yerləşən xidməti otağında külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini hədə-qorxu təsiri altında rüşvət qismində Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək özü üçün birbaşa yolla Şahid1 külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində maddi neməti rüşvət olaraq istəməklə almışdır. Bundan başqa, o, media subyekti olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, habelə xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində ********** nömrəli VÖEN-lə, hüquqi ünvanı ünvan 3gər nəşrlərin, o cümlədən lüğət və ensiklopediyaların nəşri ilə məşğul olan "xxxx" MMC-ni təsis edib həmin Cəmiyyətin baş direktoru olmaqla, xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” internet kanalını, “https: //www.xural.com/” xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edərək “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununun 1, 13-2 və 18-ci maddələrinə əsasən informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarını formalaşdırmaq, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunmasına, informasiyanın mühafizəsinə cavabdeh olmaq, informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək və buna görə məsuliyyət daşımaq və digər səlahiyyət və vəzifələrə malik olan vəzifəli şəxs kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4samal rayonu, Mətbuat prospekti, ev 529 olan, ictimai, siyasi, kütləvi yayım kanalı kimi fəaliyyətlə məşğul olan "xxxx" MMC-də jurnalist, müxbir və faktiki olaraq direktorun müavini vəzifəsində işləyən, habelə “Youtube.com” internet video platformasında qeydiyyatdan keçirilmiş “https: //www.youtube.com/SədaTV” internet kanalında jurnalist, müxbir qismində fərqli şəxslərdən müsahibələr almaqla media subyekti kimi fəaliyyət göstərən dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayarkən, Təqsirləndirilən şəxs2 ona 2022-ci ilin yanvar ayında tanışı X9 qohumu Şahid4 yaşadığı ünvan 34-in arxa tərəfində olan boş torpaq sahəsinin Şahid4 xeyrinə özəlləşdirilərək orada iaşə obyekti-mağaza tikilməsi üçün Sumqayıt şəhəri İcra hakimiyyətindən müvafiq icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırmış, “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə tikinti aparılacaq ərazinin fotoşəklini xx.xx.2022-ci il tarixdə ona göndərmiş və Teymur Rəhimov tərəfindən Şahid4 xx.xx.2021-ci il tarixdə alınmış 7.000 manat, xx.xx.2021-ci il tarixdə alınmış 70 manat olmaqla, cəmi 7.070 manat məbləğində pulun həmin məsələnin həll olunması müqabilində aralarında böləcəklərini vəd etmişdir. O, Təqsirləndirilən şəxs2 “Youtube.com” internet platformasında qeydiyyatdan keçirdiyi https://www.youtube.com/c/XuralTV adlı kanalı və “https: //www.xural.com/” xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da həmin güman edilən təsir imkanından istifadə edib maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində həmin sənədin alınmasını təşkil edə biləcəyini bildirməklə X26 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Cinayətkar sövdələşməyə uyğun olaraq o, Təqsirləndirilən şəxs2 verdiyi tapşırıq əsasında sonuncu qrup üzvü Teymur Rəhimov vasitəsi ilə 2022-ci ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin giriş qapısı qarşısında Şahid4 əlavə olaraq 4.000 manat məbləğində pul vəsaitini almış, eyni zamanda əldə edilmiş pulun məbləği ilə bağlı Təqsirləndirilən şəxs2 onu məlumatlandırmışdır. Hazırladıqları cinayətkar planın davamı olaraq Təqsirləndirilən şəxs1 “www.youtube.com” sosial şəbəkədə yayımlanan "xxxx" və “Xural TV” internet kanalının adından, habelə özlərinin güman edilən təsir imkanlarından yararlanmaqla 2022-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə cinayətdən xəbərsiz özünün tanışı olan vəzifəli şəxs vasitəsilə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı ilə əlaqə yaratmaqla Şahid4 qohumu kimi təqdim edib sonuncunun yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin arxa tərəfində olan boş torpaq sahəsinin özəlləşdirilərək iaşə obyekti tikilməsinə dair icazə verilməsini xahiş edib bu barədə qərarın qəbul edilməsinə qanunsuz təsir göstərmiş və Təqsirləndirilən şəxs2 vasitəsi ilə Şahid4 qərarın icrası ilə bağlı tələb olunan həmin sənədlərin hazır olduğunu, Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən götürməsini bildirmişdir. Şahid4 isə 2022-ci ilin mart ayında ünvan 6 ünvanda yerləşən Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə gedərək idarədə kargüzar işləyən Şahid11 Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 124 nömrəli sərəncamı və layihə sənədlərini əldə etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 X26 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvləri üçün birbaşa yolla, əlbir olduğu qrupun üzvü Teymur Rəhimov vasitəsilə maddi neməti olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitini Şahid4 istəyib almaqla nüfuz alveri cinayət əməlini törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləməklə qeyd olunan səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4samal rayonu, Mətbuat prospekti, ev 529 olan, ictimai, siyasi, kütləvi yayım kanalı kimi fəaliyyətlə məşğul olan "xxxx" MMC-də jurnalist, müxbir və faktiki olaraq direktorun müavini vəzifəsində işləyən, habelə “Youtube.com” internet video platformasında qeydiyyatdan keçirilmiş “https: //www.youtube.com/c/SədaTV” internet kanalında jurnalist, müxbir qismində fərqli şəxslərdən müsahibələr almaqla media subyekti kimi fəaliyyətlə məşğul olan, dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə sonuncunun istifadəsində olan ***-***-**-** nömrə ilə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrə vasitəsi ilə əlaqə saxlayarkən, Təqsirləndirilən şəxs2 ona 2022-ci il fevral ayının əvvəllərində dostu Zərərçəkmiş şəxs ünvan 8 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətindən icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırmış, eləcə də həmin ilin fevral ayının 11-də tikinti aparılacaq ərazinin fotoşəklini, habelə Şahid14 haqqında məlumatları “Whatsaap messenger” mobil telefon tətbiqi vasitəsilə ona göndərərək Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısından bu məsələnin həll olunmasına dair köməklik göstərilməsi üçün müraciət etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 “Youtube.com” internet platformasında qeydiyyatdan keçirdiyi https://www.youtube.com/c/XuralTV adlı kanalı və “https: //www.xural.com/” xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da istədikləri razılığı ala biləcəyini qeyd edib, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya tikintinin aparılmasına icazənin verilməsi qarşılığında Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti başçısı Şahid13 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə bilə-bilə qanunsuz qərarın qəbul edilməsi məqsədilə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin verilməli olmasını sonuncuya bildirməsini Təqsirləndirilən şəxs2 tapşıraraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edən Təqsirləndirilən şəxs2 onun tapşırığı əsasında və hazırladıqları cinayətkar plana uyğun olaraq 2022-ci ilin fevral ayının ortalarında tanışı Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq ünvan 8 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13 razılıq alındığını, bunun üçün vəzifəli şəxslərə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirməklə aldatmış, Zərərçəkmiş şəxs isə bununla razılaşmışdır. Bundan sonra o, dələduzluq yolu ilə ələ keçirmək istədikləri pul vəsaitindən Şahid13 vermək niyyəti olmadan tanışlıq münasibətlərindən istifadə edərək 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısının istifadəsində olan mobil telefon nömrəsinə zəng etməklə Şahid14 onun qohumu olmasını və ünvan 8 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikintisinin aparılması üçün hər hansı sənədləşmə aparılmadan qanunsuz icazə verməsini xahiş etmişdir. Daha sonra ünvan 8 ünvanında yerləşən torpaq sahəsində iaşə obyekti-mağazanın tikintisinə maneə olunmamasına dair Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid15 tapşırığın verilməsinə və nəticədə tikintinin 2022-ci ilin fevral ayının sonlarında başa çatdırılmasına nail olmuş, həmin ərəfədə, qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə müvafiq olaraq istintaqla müəyyən edilməyən tarixdə Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanının yaxınlığında Zərərçəkmiş şəxslə görüşərək sonuncudan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib öz aralarında bölmüşlər. Bununla da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifdə etməklə ələ keçirib dələduzluq etmiş və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə qeyd olunan səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4samal rayonu, Mətbuat prospekti, məhəllə 529 olan, ictimai, siyasi, kütləvi yayım kanalı kimi fəaliyyətlə məşğul olan "xxxx" MMC-də jurnalist, müxbir və faktiki olaraq direktorun müavini vəzifəsində işləyən, habelə “Youtube.com” internet video platformasında qeydiyyatdan keçirilmiş “https: //www.youtube.com/c/SədaTV” internet kanalında jurnalist, müxbir qismində fərqli şəxslərdən müsahibələr almaqla media subyekti kimi fəaliyyətlə məşğul olan, dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayarkən, Təqsirləndirilən şəxs2 ona daşınmaz əmlak alqı-satqısında vasitəçi xidməti göstərən tanışı Şahid18 2022-ci il may ayının sonlarında telefonla Təqsirləndirilən şəxs2 zəng edib sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişməsində yerləşən Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 603 nömrəli sərəncamı ilə idman-sağlamlıq tikintisinin lahiyələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə ayrılmış 1.62 hektar torpaq sahəsinin icarə hüququnun satılmasında vasitəçilik etdiyini, lakin ayrılan ərazinin faktiki olaraq 1.5 hektar olduğu və həmin torpaq sahəsinin 5768.4 kv.m hissəsinin və içərisində 168 kv.m ölçüdə tikilinin Bakı şəhər İcra hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmasını, qeyd olunan daşınmaz əmlakın özəlləşdirmə prosesinə etirazının olmaması barədə icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırmaqla ondan Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin rəhbərliyinə güman edilən təsir etmə imkanının olub olmamasını soruşmuşdur. O isə Təqsirləndirilən şəxs2 “Youtube.com” internet video paylaşım platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” adlı kanalı və “https: //www.xural.com/” xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da həmin güman edilən təsir imkanından istifadə edib həmin sənədin alınmasını ona maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində təşkil edə biləcəyini bildirməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Hazırladıqları cinayətkar sövdələşməyə və Təqsirləndirilən şəxs2 verdiyi tapşırığa uyğun olaraq sonuncu 2022-ci ilin may ayında tanışı Şahid18 zəng edib qeyd olunan torpaq sahəsinin içərisində olan tikili ilə birlikdə özəlləşdirilməsinə etirazın olmaması ilə bağlı rəsmi sənədin Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətində işləyən səlahiyyətli vəzifəli şəxs olan tanışlarından xahiş edərək alınmasının mümkün olacağını, bunun müqabilində 120.000 manat pul verməli olduğunu bildirmişdir. Şahid18 isə 120.000 manat pulun çox olduğunu, 50.000 manat pulun müvafiq razılıq məktubu alınan zaman, 40.000 manat pulun isə torpağın satışından sonra olmaqla, cəmi 90.000 manat pul verə biləcəyini bildirməklə razılaşmışdır. Planın davamı olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı əsasında xx.xx.2022-ci il tarixdə səhər saatlarında tələb edilən sənədin hazırlanması məqsədilə ünvan 10 ünvanında yerləşən Suraxanı rayon İcra hakimiyyətinin rəhbər vəzifəli şəxsi ilə görüşərək Təqsirləndirilən şəxs1 və özünün adından Suraxanı rayonu ərazisində yerləşən qeyd olunan 5768.4 kv.m və içərisində 168 kv.m ölçüdə tikilinin özəlləşdirilməsinə etirazın olmaması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmalı olan məktubun hazırlanması ilə bağlı müvafiq götərişin verilməsini xahiş etmiş və bu barədə həmin rəhbər vəzifəli şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Şahid24 müvafiq göstərişin verilməsinə nail olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 tapşırığı əsasında Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 10:00-11:00 radələrində ünvan 12 ünvanında yerləşən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin inzibati binasına gedib, “www.youtube.com” sosial şəbəkəsində yayımlanan "xxxx" və “Xural TV” internet kanalının adından, habelə özlərinin güman edilən təsir imkanlarından yararlanıb birliyin rəisi Şahid24 qeyd olunan məktubun hazırlanmasını xahiş etməklə bu barədə qərarın qəbul edilməsinə qanunsuz təsir göstərmişdir. Plana uyğun olaraq Təqsirləndirilən şəxs2 həmin gün saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zahid Əliyev küçəsində “Neftçilər” adlanan parkın yaxınlığında Şahid18lə görüşüb sonuncudan 50.000 manat pulu özü və qrupun üzvü üçün birbaşa yolla şəxsən qəbul edərək yenidən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qayıdıb Şahid24 adından tərtib edilən, imza və möhürü ilə təsdiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış, "xxxx" MMCnin istifadəsində olan torpaq sahəsinin 5768.4 kv.m sahəsinin və 168 kv.m ölçüdə inşa edilmiş tikilinin özəlləşdirilməsinə etirazının olmamasına dair xx.xx.2022-ci il tarixli 01-21/153 nömrəli məktubu Şahid24 xidməti otağında şəxsən qəbul edib Şahid18 çatdırmış və əldə etdiyi pulu Təqsirləndirilən şəxs2la aralarında bölmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, əlbir olduğu qrupun üzvü vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitini istəyib 50.000 manat hissəsini Şahid18 almaqla təkrarən nüfuz alveri cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə qeyd olunan səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi “X56” şirkətinin müşahidə şurasının sabiq sədri vəzifəsində işləmiş Şahid34 və sonuncunun ailə üzvləri barəsində tənqidi, təhqiredici məlumatlar və məqalələr, videosujetlər hazırlayaraq xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli və digər çoxsaylı yayımlarında qeyri məhdud internet istifadəçilərinə ünvanlamaqla ictimailəşdirdikdən sonra 2022-ci ilin avqust ayının sonlarında Şahid34 arvadı Məmmədova (Nəcəfova) Mehriban İslam qızının xahişi əsasında Şahid34 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil və uzun müddət şəxsi tanışlıq münasibətləri olan Şahid33 öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və həmin nömrə ilə, habelə istifadəsində olan +18-654-415-447 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp messenger” mobil tətbiqi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, ondan Şahid34 və sonuncunun ailə üzvləri barədə verilişlər hazırlamamasını və tənqidi, təhqiredici məlumatlar və məqalələr yayımlamamasını xahiş etmişdir. O isə Şahid34 Azərbaycan Respublikasında metallurgiya sənayesini bərbad vəziyyətə saldığını, bundan sonra da Şahid34 və sonuncunun ailə üzvləri barədə rüsvayedici məlumatları paylaşmağa davam edəcəyini bildirmiş, lakin Şahid30 (Nəcəfova) tərəfindən ona 20.000 (iyirmi min) manat pul vəsaitinin verilməsi qarşılığında rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid34 və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəyi hərəkətə görə, yəni Şahid34 və ailə üzvləri barəsində bir daha təhqiredici məqalələr dərc etməyəcəyini, sonuncular barəsində “Youtube.com” sosial şəbəkəsində olan “Xural TV” xəbər portalında təhqiredici, nüfuzdan salan verilişlər hazırlamayacağını, əksinə Şahid34 barəsində müsbət imic formalaşdıracaq verilişlər hazırlayacağını bildirərək rüsvayedici məlumatların yayımlanmaması qarşılığında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitlərinin rüşvət qismində verilməsini hədə-qorxu gəlməklə tələb etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:00- 14:00 radələrində o, Şahid34 müdafiəçisi Şahid33 ilə ünvan 14 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X58 küçəsinə olan çıxışının qarşısında görüşərək Şahid33 xx.xx.2022-ci il tarixdə, saat 17:00-18:00 radələrində ünvan 15 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin yaxınlığında Məmmədova (Nəcəfova) Mehriban İslam qızının sürücüsü Şahid35 götürdüyü Məmmədova (Nəcəfova) Mehriban İslam qızına məxsus 100 ədəd 200 manatlıq əsginaslardan ibarət 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini rüşvət qismində Şahid33 almışdır. Bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək özü üçün birbaşa yolla Məmmədova (Nəcəfova) Mehriban İslam qızından vasitəçidən istifadə etməklə külli miqdar təşkil edən 20.000 (iyirmi min) manat məbləğində maddi neməti rüşvət olaraq istəməklə almışdır. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün, birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəməklə almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə o, media subyekti olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4samal rayonu, Mətbuat prospekti, ev 529 olan, ictimai, siyasi, kütləvi yayım kanalı kimi fəaliyyətlə məşğul olan "xxxx" MMC-də jurnalist, müxbir və faktiki olaraq direktorun müavini vəzifəsində işləyən zaman davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) kimi səlahiyyətləri icra edərkən, “Youtube.com” internet video platformasında qeydiyyatdan keçirilmiş “https: //www.youtube.com/c/SədaTV” internet kanalında jurnalist, müxbir qismində fərqli şəxslərdən müsahibələr almasını əks etdirən çoxsaylı videoyayımları həmin kanalda yerləşdirməklə istənilən vəzifəli şəxs barəsində müraciətləri təmsil etdiyi xəbər agentliyində yaymaqla, şərh etməklə ictimai rəy formalaşdırılması kimi güman etdiyi təsir imkanlarından yararlanıb 2022-ci ilin yanvar ayında tanışı X9 yaxını Şahid4 yaşadığı ünvan 34-in arxa tərəfində olan boş torpaq sahəsinin Şahid4 xeyrinə özəlləşdirilərək orada iaşə obyekti-mağaza tikilməsi üçün Sumqayıt şəhəri İcra hakimiyyətindən müvafiq icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini media subyekti olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, habelə xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində ********** nömrəli VÖEN-lə, hüquqi ünvanı ünvan 17igər nəşrlərin, o cümlədən lüğət və ensiklopediyaların nəşri ilə məşğul olan "xxxx" MMC-ni təsis edib həmin Cəmiyyətin baş direktoru olmaqla, xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/ XuralTV” internet kanalını, “https: //www.xural.com/” xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edən, uzun müddət dostluq münasibəti olan Təqsirləndirilən şəxs1 çatdırmış və “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə tikinti aparılacaq ərazinin fotoşəklini xx.xx.2022-ci il tarixdə ona göndərərək Teymur Rəhimov tərəfindən Şahid4 xx.xx.2021-ci il tarixdə alınmış 7.000 manat, xx.xx.2021-ci il tarixdə alınmış 70 manat olmaqla, cəmi 7.070 (yeddi min yetmiş) manat məbləğində pulun həmin məsələnin həll olunması müqabilində aralarında böləcəklərini vəd etmişdir. Təqsirləndirilən şəxs1 “Youtube.com” internet platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” adlı kanalı və “https: //www.xural.com/” xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da həmin güman edilən təsir imkanından istifadə edib maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində həmin sənədin alınmasını təşkil edə biləcəyini bildirməklə onunla və X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Cinayətkar sövdələşməyə uyğun olaraq Təqsirləndirilən şəxs1 verdiyi tapşırıq əsasında Təqsirləndirilən şəxs2 qrup üzvü Teymur Rəhimov vasitəsi ilə 2022-ci ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin giriş qapısı qarşısında Şahid4 əlavə olaraq 4.000 manat məbləğində pul vəsaitini almış, eyni zamanda əldə edilmiş pulun məbləği ilə bağlı Təqsirləndirilən şəxs1 məlumatlandırmışdır. Hazırladıqları cinayətkar planın davamı olaraq, Təqsirləndirilən şəxs1 “www.youtube.com” sosial şəbəkədə yayımlanan "xxxx" və “Xural TV” internet kanalının adından, habelə özlərinin güman edilən təsir imkanlarından yararlanmaqla 2022-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə cinayətdən xəbərsiz özünün tanışı olan vəzifəli şəxs vasitəsilə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı ilə əlaqə yaratmaqla Şahid4 qohumu kimi təqdim edib sonuncunun yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin arxa tərəfində olan boş torpaq sahəsinin özəlləşdirilərək iaşə obyekti tikilməsinə dair icazə verilməsini xahiş edib bu barədə qərarın qəbul edilməsinə qanunsuz təsir göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 Şahid4 qərarın icrası ilə bağlı tələb olunan həmin sənədlərin hazır olduğunu, Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən götürməsini bildirmişdir. Şahid4 isə 2022-ci ilin mart ayında ünvan 6 ünvanında yerləşən Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə gedərək idarədə kargüzar işləyən Şahid11 Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin təyinatının dəyişdirilərək qeyri yaşayış sahəsinə keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 124 nömrəli sərəncamı və layihə sənədlərini əldə etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 X26 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvləri üçün, birbaşa yolla, əlbir olduğu qrupun üzvü Teymur Rəhimov vasitəsilə maddi nemət olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitini Şahid4 istəyib almaqla nüfuz alveri cinayət əməlini törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləməklə qeyd olunan səlahiyyətlərə malik şəxs kimi 2022-ci il fevral ayının əvvəllərində dostu Zərərçəkmiş şəxs zəng edərək atası Şahid14 ünvan 8 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətindən icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini uzun müddət dostluq münasibətində olduğu, media subyekti olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, habelə xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində ********** nömrəli VÖEN-lə, hüquqi ünvanı ünvan 17igər nəşrlərin, o cümlədən lüğət və ensiklopediyaların nəşri ilə məşğul olan "xxxx" MMC-ni təsis edib həmin Cəmiyyətin baş direktoru olmaqla, xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” internet kanalını, “https: //www.xural.com/” xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edən Təqsirləndirilən şəxs1 sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq sonuncuya çatdırmış, eləcə də həmin ilin fevral ayının 11-də tikinti aparılacaq ərazinin fotoşəklini, habelə Şahid14 haqqında məlumatları “Whatsapp messenger” mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 göndərərək Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısından bu məsələnin həll olunmasına dair köməklik göstərilməsi üçün müraciət etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə ona “Youtube.com” internet platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” adlı kanalı və “https: //www.xural.com/” xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da istədikləri razılığı ala biləcəyini qeyd edib, qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya tikintinin aparılmasına icazənin verilməsi qarşılığında Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti başçısı Şahid13 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə bilə-bilə qanunsuz qərarın qəbul edilməsi məqsədilə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin verilməli olmasını Zərərçəkmiş şəxs bildirməsini ona tapşıraraq Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı əsasında və hazırladıqları cinayətkar plana uyğun olaraq 2022-ci ilin fevral ayının ortalarında tanışı Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq ünvan 8 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13 razılıq alındığını, bunun üçün vəzifəli şəxslərə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirməklə aldatmış, Zərərçəkmiş şəxs isə bununla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə ələ keçirmək istədikləri pul vəsaitindən Şahid13 vermək niyyəti olmadan tanışlıq münasibətlərindən istifadə edərək 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısının istifadəsində olan mobil telefon nömrəsinə zəng etməklə Şahid14 onun qohumu olmasını və ünvan 8 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikintisinin aparılması üçün hər hansı sənədləşmə aparılmadan qanunsuz icazə verməsini xahiş etmiş və bu barədə Təqsirləndirilən şəxs2 məlumatlandırmışdır. Daha sonra ünvan 8 ünvanında yerləşən torpaq sahəsində iaşə obyekti - mağazanın tikintisinə mane olunmamasına dair Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid15 tapşırığın verilməsinə və nəticədə tikintinin 2022-ci ilin fevral ayının sonlarında başa çatdırılmasına nail olmuşdur. Həmin ərəfədə, qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə müvafiq olaraq istintaqla müəyyən edilməyən tarixdə Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanının yaxınlığında Zərərçəkmiş şəxslə görüşərək sonuncudan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib Təqsirləndirilən şəxs1la öz aralarında bölmüşlər. Bununla da Şükürov X21 Əvəz Tapdıq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmiş və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə qeyd olunan səlahiyyətlərə malik olan şəxs kimi, istifadəsində olan ***-***-**-** nömrəsi ilə dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən, sonuncuya daşınmaz əmlak alqı-satqısında vasitəçi xidməti göstərən tanışı Şahid18 2022-ci il may ayının sonlarında telefonla zəng edərək ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişməsində yerləşən Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 603 nömrəli sərəncamı ilə idman-sağlamlıq tikintisinin lahiyələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə ayrılmış 1.62 hektar torpaq sahəsinin icarə hüququnun satılmasında vasitəçilik etdiyini, lakin ayrılan ərazinin faktiki olaraq 1.5 hektar olduğu və həmin torpaq sahəsinin 5768.4 kv.m hissəsinin və içərisində 168 kv.m ölçüdə tikilinin Bakı şəhər İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmasını, qeyd olunan daşınmaz əmlakın özəlləşdirmə prosesinə etirazının olmaması barədə icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırmaqla Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin rəhbərliyinə güman edilən təsir etmə imkanının olub olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə ona “Youtube.com” internet video paylaşım platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” adlı kanalı və “https: //www.xural.com/” xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da həmin güman edilən təsir imkanından istifadə edib həmin sənədin alınmasını maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində təşkil edə biləcəyini bildirməklə onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Hazırladıqları cinayətkar sövdələşməyə və Təqsirləndirilən şəxs1 aldığı tapşırığa uyğun olaraq o, 2022-ci ilin may ayında tanışı Şahid18 zəng edib qeyd olunan torpaq sahəsinin içərisində olan tikili ilə birlikdə özəlləşdirilməsinə etirazın olmaması ilə bağlı rəsmi sənədin Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətində işləyən səlahiyyətli vəzifəli şəxs olan tanışlarından xahiş edərək alınmasının mümkün olacağını, bunun müqabilində 120.000 manat pul verməli olduğunu bildirmişdir. Şahid18 isə 120.000 manat pulun çox olduğunu, 50.000 manat pulun müvafiq razılıq məktubu alınan zaman, 40.000 manat pulun isə torpağın satışından sonra olmaqla, cəmi 90.000 manat pul verə biləcəyini bildirməklə razılaşmışdır. Planın davamı olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı əsasında 06 iyun 2022-ci il tarixdə səhər saatlarında tələb edilən sənədin hazırlanması məqsədilə ünvan 10 ünvanında yerləşən Suraxanı rayon İcra hakimiyyətinin rəhbər vəzifəli şəxsi ilə görüşərək Təqsirləndirilən şəxs1 və özünün adından Suraxanı rayonu ərazisində yerləşən qeyd olunan 5768.4 kv.m və içərisində 168 kv.m ölçüdə tikilinin özəlləşdirilməsinə etirazın olmaması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmalı olan məktubun hazırlanması ilə bağlı müvafiq götərişin verilməsini xahiş etmiş və bu barədə həmin rəhbər vəzifəli şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Şahid24 müvafiq göstərişin verilməsinə nail olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 tapşırığı əsasında Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 10:00-11:00 radələrində ünvan 12 ünvanında yerləşən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasına gedib, “www.youtube.com” sosial şəbəkəsində yayımlanan "xxxx" və “Xural TV” internet kanalının adından, habelə özlərinin güman edilən təsir imkanlarından yararlanıb birliyin rəisi Şahid24 qeyd olunan məktubun hazırlanmasını xahiş etməklə bu barədə qərarın qəbul edilməsinə qanunsuz təsir göstərmişdir. Plana uyğun olaraq Təqsirləndirilən şəxs2 həmin gün saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zahid Əliyev küçəsində “Neftçilər” adlanan parkın yaxınlığında Şahid18lə görüşüb sonuncudan 50.000 manat pulu özü və qabaqcadan əlbir olduğu qrupun üzvü Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən qəbul edərək yenidən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qayıdıb Şahid24 adından tərtib edilən, imza və möhürü ilə təsdiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış, "xxxx" MMC-in istifadəsində olan torpaq sahəsinin 5768.4 kv.m sahəsinin və 168 kv.m ölçüdə inşa edilmiş tikilinin özəlləşdirilməsinə etirazın olmamasına dair xx.xx.2022ci il tarixli 01-21/153 nömrəli məktubu Şahid24 xidməti otağında şəxsən qəbul edib Şahid18 çatdırmış və əldə etdiyi pulu Təqsirləndirilən şəxs1la aralarında bölmüşdür. Bununla da Şükürov X21 Əvəz Tapdıq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, şəxsən maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitini istəyib 50.000 manat hissəsini Şahid18 almaqla təkrarən nüfuz alveri cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi (iri həcmli ifadə vermiş, lakin ifadəsində göstərdiyi halların əksəriyyəti hazırkı ittihamla bağlı olmadığından yalnız ittihamla bağlı hissəsi göstərilir) ki, o, ibtidai istintaq zamanı ifadə verməmişdir. Bunun səbəbi isə ondan ibarətdir ki, o, irəli sürülmüş ittihamla razı deyil və hesab edir ki, irəli sürülmüş ittiham onun peşə fəaliyyəti ilə bağlıdır, ona görə də ittihamı qanunsuz və əsassız hesab edir. Ona qarşı 5 (beş) epizod, digər təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 qarşı isə 3 (üç) epizodla bağlı ittiham irəli sürülsə də, bu ittihamlar qanunsuz və əsassızdır. O, heç kəslə cinayət əlaqəsinə girməmiş, heç kəslə cinayət barədə sövdələşməmiş, heç kəsdən pul istəməmiş və almamışdır. O, jurnalistdir və onun peşə fəaliyyəti kütləvi informasiya vasitələri ilə bağlıdır. Belə olduğu təqdirdə o, vəzifəli şəxs kimi qəbul edilə bilməz. Bu səbəbdən də o, heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi (iri həcmli ifadə vermiş, lakin ifadəsində göstərdiyi halların əksəriyyəti hazırkı ittihamla bağlı olmadığından yalnız ittihamla bağlı hissəsi göstərilir) ki, o, xx.xx.2022-ci il tarixdə, gecə saat 23:00 radələrində 12 (on iki) nəfər şəxs tərəfindən Nərimanov rayonunda yerləşən parkdan oğurlanmış və oğurlandığı zaman ona verilən sual “Əvəz Zeynallının “iadə” edəcəyəm” adlı sənədləri haradadır?” olmuşdur. O da, həmin şəxslərdən nə sənəd olduğunu soruşduqda, həmin şəxslər bu sənədin onda olduğunu demişlər. Həmin şəxslər ona demişlər ki, “Əvəz Zeynallı həbs olunarkən, sən də, Əvəz Zeynallının həbs olunduğu yerdə olmusan. Buna görə də həmin sənəd səndədir”. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, yəni gecə saat 01:00-də “Səda” televiziyasının ofisinə aparılmışdır. Orada o, etiraz edərək demişdir ki, “Bu internet televiziyasının rəhbəri var, mən burada sadəcə işçiyəm, adama zəng edək, rəhbərlik gəlsin. Mülk sahibi həmin şəxsdir.” Lakin onun sözlərinə məhəl qoyan olmamışdır. Həmin şəxslər “Səda” televiziyasının ofisində yoxlamalar aparmışlar və hər dəfə də ondan “Əvəz Zeynallının verdiyi sənəd haradadır?” deyə soruşmuşlar. Lakin o, belə sənədin onda olmadığını bildirmişdir. Bundan sonra onu prokurorluq orqanına aparmışlar. Sonra gecə saat 03:00 radələrində o, qanunsuz olaraq özünün yaşadığı evə aparılmış və orada da axtarış keçirilmişdir. O, gecə vaxtı evində axtarış aparılmasına etiraz etsə də, prokurorluq əməkdaşları onun sözlərinə məhəl qoymamışlar. O, ittiham aktında yazılanların heç birini qəbul etmir, çünki ittiham aktı başdan-ayağa yalandan ibarətdir. İttiham aktında qeyd edilir ki, Zərərçəkmiş şəxs ondan şikayətçidir. Lakin məhkəmə iclasında da məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan heç vaxt şikayətçi olmamışdır. Zərərçəkmiş şəxs olmadığını da dəfələrlə demişdir. Bütün proseslər onun telefonundan başlamışdır. Həmin şəxslər onu Nərimanov parkında oğurladıqları zaman dərhal onun telefonunu da ələ keçirmişlər. Bundan sonra onu Binəqədi Rayon Polis İdarəsinə aparmışlar. Onun üzərindən aşkar edilən əşyalara dair Binəqədi RPİ-də akt tərtib edilmişdir. Həmin aktda onun üzərindən aşkar edilən əşyaların, yəni bel kəməri, ev açarları, maşın açarlarının olduğu qeyd edilmişdir. Həmin aktdan da görünür ki, onun üzərindən telefon aşkar edilməmişdir. Çünki o, oğurlanarkən telefonu ondan dərhal qanunsuz olaraq götürülmüşdür. xx.xx.2022-ci ildə o, yenidən prokurorluğa aparılmışdır. Orada prokurorluq əməkdaşları ona demişlər ki, “Təqsirləndirilən şəxs2, sən ya həbs olunmalısan, ya da ki, yalandan və dediyimiz formada Əvəz Zeynallının üzünə durmalısan”. O, heç kimin əleyhinə heç nə deməyəcəyini bildirmişdir. Lakin ondan tələb olunan yalnız Əvəz Zeynallının üzünə durması olmuşdur. O, bundan qəti şəkildə imtina etmişdir. Hətta prokurorluqda ona demişlər ki, “sənin qardaşlarını da prokurorluğa çağırmışıq, sən Əvəz Zeynallının üzünə durmalısan, yoxsa sənin ailə üzvlərin də cəzalandırılacaq”. O, xx.xx.2022-ci il tarixdə dövlət məmurunun göstərişi ilə tutulmuşdur. O, özünü heç bir epizod üzrə təqsirli bilmir, həmin epizodlar üzrə heç kimə pul verməmiş, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs1 ona heç bir göstəriş verməmişdir. Onlar sadəcə ictimaiyyət nümayəndələridirlər. Əgər ibtidai istintaq zamanı o, Təqsirləndirilən şəxs1 üzünə dursaydı, bu hadisələr onun başına gəlməzdi. O, heç kəslə cinayət əlaqəsinə girməmiş və heç bir cinayət əməlini törətməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı külli miqdarda maddi neməti rüşvət olaraq təkrarən istəməklə almaması, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, şəxsən və əlbir olduğu qrupun üzvü vasitəsilə maddi neməti istəməklə almaması, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməməsi, habelə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəməklə almaması, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməməsi, o cümlədən göstərilən cinayət əməllərinə aidiyyətlarının olmaması ilə bağlı hissədə vermiş olduqları ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2la uzun illərdir ki, tanışdır. Belə ki, onların arasında dostluq və yoldaşlıq münasibətləri var. Cinayət işi üzrə o, deyə bilər ki, Təqsirləndirilən şəxs2 şikayətçi deyil. O, sadəcə baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. O, Bakı şəhəri, Sabunçu rayonunda yaşayır və Sabunçu rayonu ərazisində özünə obyekt tikdirmişdir. O, tikinti ilə bağlı Elnura müraciət etmişdir ki, sonuncu tikintini başa çatdırmaq üçün köməklik göstərsin. Təqsirləndirilən şəxs2 də ona tikinti ilə bağlı köməklik göstərmişdir. O, digər Təqsirləndirilən şəxs1 tanımır və heç vaxt onların arasında münasibət olmamışdır. O, təqsirləndirilən şəxslərlə barışmış və ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin nəzərə alınaraq onunla bağlı ittiham üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 2009-cu ildən tanıyır. Belə ki, o, Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən maşın ehtiyat hissələri satışı ilə məşğul olan mağazada satıcı işləmişdir. Elnur isə həmin vaxt işi ilə bağlı onlardan alış-veriş etmiş, münasibətləri yaranmışdır. Elnurla münasibətləri normaldır, heç bir düşmənçiliyi, qohumluğu və ədavəti olmamışdır. Onun yaşadığı ünvan 19 ünvanında olan evinin qarşısında boş torpaq sahəsi olmuş və atası həmin evdə yaşadığı vaxtdan orada mağaza tikdirmək istəmişdir. Lakin atası səlahiyyətli orqanlardan müvafiq icazə ala bilmədiyindən mağaza tikdirə bilməmişdir. O da, həmin yerdə mağazanı tikdirmək üçün icazə almaq məqsədilə ətrafındakı dost-tanışlarından soraqlaşmağa başlamışdır. Bu məqsədlə də o, 2022-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs2 müraciət edərək icra hakimiyyətindən icazə almaq üçün kömək etməsini xahiş etmişdir. Elnur da ona Təqsirləndirilən şəxs1 adlı jurnalistin Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13lə yaxın münasibətlərinin olduğunu, bu barədə Təqsirləndirilən şəxs1 deyəcəyini və işi həll edə bilsə ona xəbər edəcəyini demişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Elnur onunla “Whatsapp messenger” proqramı vasitəsilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1la danışdığını, sonuncunun Şahid13lə danışaraq tikintinin aparılması üçün icazə ala biləcəyini demişdir. Elnur ona bu sözləri istifadəsində olan ***-***-**-** nömrəsinin “Whatsapp” proqramı vasitəsilə zəng edərək özünün istifadəsində olan ***-***-**-** nömrəsi ilə danışan zaman demişdir. Habelə Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, bu işin həll olunması üçün icra hakimiyyətinin başçısına 7.000 manat pul verilməlidir ki, o, həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 çatdırsın, sonuncu da öz növbəsində həmin pulu Sabunçu rayon İcra hakimiyyətinin başçısına versin. O da, Elnurla razılaşmışdır. Bundan sonra evin ünvanını, atasının mobil telefon nömrəsini, adını və soyadını Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whatsapp”ına özünün istifadəsində olan ***-***-**-** nömrəsi vasitəsilə xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində göndərmişdir. Elnur da ona narahat olmamasını və işi həll edəcəyini demişdir. Bundan sonra təxminən 2022-ci ilin fevral ayının 11-də Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 Sabunçu rayon İcra hakimiyyətinin başçısı ilə danışdığını və başçının həmin mağazanın tikintisi üçün şifahi icazə verdiyini demişdir. Elnur həmçinin icra başçısı Şahid13 Sabunçu rayon bələdiyyəsinə, Sabunçu Rayon Polis İdarəsinə və İcra hakimiyyətinə həmin tikintiyə icazə vermələrini tapşırdığını, yalnız Azərbaycan Dövlət Neft Şirkətindən müvafiq icazə almağını demişdir. O da, narahat olmamasını, həmin yerdən keçən qaz kəmərinin heç bir problem yaratmadığını demişdir. Bundan təxminən 1-2 gün sonra Sabunçu rayon İcra hakimiyyətinin nümayəndəsi olan, adını bilmədiyi cavan yaşlı bir nəfər şəxs gələrək həmin yerə baxış keçirmiş və Şahid13 tikintiyə icazə verdiyini bildirmişdir. İcazə verildikdən sonra dərhal orada tikinti işlərinə hazırda xatırlamadığı, fəhlə bazarından tapdığı işçilərlə başlamışdır. Orada təxminən 4X12 metr ölçülərində, bir mərtəbəli mağaza tikmiş, mağazanın tikintisi təxminən 2 həftəyə qurtarmışdır. Tikinti gedən ərəfədə, yəni 21 fevral 2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin Orxan adlı sahə müvəkkili gələrək tikintiyə icazəsinin olmadığını demiş və tikintinin aparılması üçün icazə verməmişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp”ından Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsinin “Whatsapp”ına zəng edərək sahə müvəkkilinin hərəkətləri barədə məlumat vermişdir. Elnur da Təqsirləndirilən şəxs1 ilə danışaraq bu barədə bildirdiyini demişdir. Təqsirləndirilən şəxs1 da Elnura “Whatsapp” proqramı vasitəsilə səs ataraq Şahid13lə danışdığını və Sabunçu Rayon Polis İdarəsinə tapşırdığını bildirmişdir. Elnur da Təqsirləndirilən şəxs1 həmin səs yazısını həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində ona göndərmişdir. Təqsirləndirilən şəxs1 tapşırdıqdan sonra “Orxan” adlı sahə müvəkkili tikintidən elə həmin gün uzaqlaşmış və bir daha tikinti ilə bağlı onu narahat etməmişdir. Mağazanın tikintisi 2022-ci ilin fevral ayının sonlarında yekunlaşmış, tikinti yekunlaşdıqdan sonra o, Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermiş və söz verdiyi kimi 7.000 (yeddi min) manat pulu verə biləcəyini Elnura demişdir. Elnur da ondan pulu götürmək üçün 2022-ci ilin fevral ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta radələrində özünə məxsus ağ rəngli “Hyundai” markalı avtomobillə onun yaşadığı evin, yəni ünvan 19 ünvanının qarşısına gəlmişdir. O, Təqsirləndirilən şəxs2 ora gəldiyi dövlət qeydiyyat nişanının nömrəsini və seriyasını xatırlamadığı ağ rəngli “Hyundai” markalı avtomobilinin ön tərəfdəki sərnişin oturacağına əyləşərək orada Təqsirləndirilən şəxs2 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini vermişdir. Elnur da pulu ondan alaraq təşəkkür etmişdir. Təqsirləndirilən şəxs2 ona jurnalist Təqsirləndirilən şəxs1 Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13lə münasibətininn olduğunu, Təqsirləndirilən şəxs1 Şahid13lə danışdığını və Şahid13 tikintinin aparılması üçün icazə aldığını demişdir. Elnur həmçinin bu işin həll olunması üçün icra hakimiyyətinin başçısı Şahid13 7.000 (yeddi min) manat pul verilməli olduğunu deyərək ondan aldığı 7.000 (yeddi min) pulu Təqsirləndirilən şəxs1 vasitəsilə Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13 veriləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 şəxsən tanımamış, sadəcə sosial şəbəkələrdə və “Youtube”da görmüş, eləcə də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la dost olduqlarını və bir yerdə işlədiklərini bilmişdir. Onun Təqsirləndirilən şəxs1la heç vaxt heç bir münasibəti olmamışdır. Lakin o, Sabunçu Rayon Polis İdarəsinin Orxan adlı sahə müvəkkilinin tikintiyə icazə verməməsi barədə Təqsirləndirilən şəxs2 məlumat verdikdə, sonuncu bu barədə Təqsirləndirilən şəxs1la danışmış və Təqsirləndirilən şəxs1 Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13 məlumat verməsi barədə Elnura atdığı səs yazısını Elnur ona göndərmişdir. Həmin 7.000 (yeddi min) manat pul ona məxsus olmuş və o, həmin pulu evdən götürmüşdür. Onun tikintiyə icazə almaq üçün 7.000 (yeddi min) manat pul verməsini evdən yalnız atası Şahid14 bilmişdir. Lakin o, həmin pulu konkret olaraq kimə verməsini atasına dəqiq deməmişdir. Onun Elnur ilə ilkin razılaşmasına əsasən Elnur sadəcə Təqsirləndirilən şəxs1 vasitəsilə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13 şifahi qaydada icazə alacağını ona bildirmiş, lakin Təqsirləndirilən şəxs1 icazə aldıqdan sonra ona bildirmişdir ki, Sabunçu rayon İcra hakimiyyətinin başçısı Şahid13 tikintinin aparılmasına qarışmamaları üçün Sabunçu rayon bələdiyyəsinə, Sabunçu Rayon Polis İdarəsinə və icra hakimiyyətinə tapşırıq vermişdir. Tikinti aparılan torpaq bələdiyyənin mülkiyyətində olmuş və heç kimin istifadəsində olmamışdır. Həmin torpaq sahəsi onun evinin, yəni Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 2, ev 17 ünvanının tam qarşısıdır. Orada tikilmiş mağazanın eni 4 metr, uzunluğu 12 metr, hündürlüyü isə 3 metr olmaqla, bir mərtəbəli tikilidir. Tikinti aparılan ərəfədə torpağa dair hər hansı bir sənədi olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı məsələnin həlli üçün ona köməklik etməmiş və ya ona əvvəllər hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə işlədiyi orqanda xidməti iş otağında olmuşdur. Həmin gün təxminən saat 16:00-17:00 radələrində xidməti telefonuna agentliyin sədr köməkçisi Şahid2 tərəfindən zəng gəlmişdir. Çingiz ona aşağıda bir nəfərin yaxınlaşdığını və mühafizə polisinin yanında əyləşdiyini, həmin şəxsin jurnalist Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Çingiz ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmə işi ilə bağlı agentliyə yaxınlaşmış və sədrlə görüşmək istəyir. Lakin sədr agentlikdə olmadığı üçün Çingiz ondan Təqsirləndirilən şəxs1 qəbul etməsini xahiş etmişdir. O da, mühafizə polisinə zəng edərək Təqsirləndirilən şəxs1 onun olduğu 263 nömrəli xidməti otağa gəlməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 çəkdiyi tənqidi videolardan tanımışdır. Lakin həmin günədək o, heç vaxt Təqsirləndirilən şəxs1la görüşməmişdir. Təqsirləndirilən şəxs1 onun xidməti otağına gəldikdən sonra o, Əvəzdən hansı səbəbə görə gəldiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona Şahid3 Agentliklə əlaqədar məhkəmə işi olduğunu və ona görə də Şahid3 şikayəti əsasında gəldiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə işi ilə bağlı araşdırma apardığını və həmin işlə bağlı özü üçün də məlumat toplamaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 çəkdiyi tənqidi videolara baxdığını, həmin videolarda Şahid3 ilə bağlı fikirlər səsləndirdiyini bildirmişdir. Həmçinin Şahid3 mülki məhkəmə işinin davam etdiyini Təqsirləndirilən şəxs1 bildirərək maraqlandıran sualları ona verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə əsəbi halda onların haqqında gerçək olmayan məlumatlar söyləməyə başlamışdır. Təqsirləndirilən şəxs1 ona Agentliyin sədri Saleh Məmmədovun sahibkarların haqqını tapdaladığını, eləcə də onların çoxsaylı özbaşınalıqlar etdiklərini, məhkəmə işləri zamanı məhkəmələrə qanunsuz təsir göstərdiklərini və bu özbaşınalıqlar haqqında əlində kifayət qədər məlumatın olduğunu bildirmişdir. O, bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 natiqlik qabiliyyətindən məharətlə istifadə edərək əsassız ittihamlar irəli sürmüşdür. Həmçinin onlarla bağlı sosial şəbəkələrdə və digər platformalarda paylaşımlar edəcəyini vurğulamışdır. O da, bunun qarşılığında bildirmişdir ki, “sizin yayımlarınıza baxmışam, yenidən belə bir video yayım etmək istəsəniz, bizi də dəvət edin və orada müzakirələr aparaq”. Təqsirləndirilən şəxs1 isə ona artıq bu məsələni ictimailəşdirəcəyini, cəmiyyətin nəzərinə çatdıracağını, hətta ölkə başçısına bununla bağlı şikayətlər edəcəyini bildirmişdir. O, bunun qarşılığında Təqsirləndirilən şəxs1 nə istədiyini və bura gəlməsində əsas səbəbin nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 da ona əməkdaşlıq etmələrini təklif etmişdir. O, Təqsirləndirilən şəxs1 əməkdaşlıq təklifi dedikdə, nəyi nəzərdə tutduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 ona “özünüz başa düşün də, mənə 8.000 manat pul verin, mən də sizin barənizdə video materiallar yayımlamayım”. O, bir daha nəyə görə 8.000 manat istədiyini Təqsirləndirilən şəxs1 soruşduqda, sonuncu onların haqqında topladığı materialları paylaşacağını, hətta böyük izləyici kütləsinə sahib olduğunu və onların barəsində topladığı materialları yayımlayacağını bildirmişdir. Həqiqətən də Təqsirləndirilən şəxs1 natiqlik qabiliyyətindən istifadə edərək insanı təsir altına ala bildiyi üçün o da, Əvəzin söylədiklərindən sonra təsir altına düşərək Əvəzlə razılaşmışdır. O, Təqsirləndirilən şəxs1 tələb etdiyi 8.000 manat pulu Təqsirləndirilən şəxs1 ödədikdən sonra Təqsirləndirilən şəxs1 onların barəsində topladığını bildirdiyi məlumatları paylaşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2008-ci ildən etibarən AAYDA-da müxtəlif vəzifələrdə işləmişdir. Hazırda o, AAYDA-nın idarə heyətinin sədrinin köməkçisi vəzifəsində işləyir. O, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsində də qeyd etmişdir ki, 2021-ci ilin iyun ayının 25-də Agentliyin mühafizəçisi ona zəng edərək Təqsirləndirilən şəxs1 Agentliyə gəldiyini bildirmişdir. Hansı səbəbdən Təqsirləndirilən şəxs1 gəldiyini o, mühafizəçidən soruşduqda, mühafizəçi Təqsirləndirilən şəxs1 məhkəmə işi ilə əlaqədar gəlib sədrlə görüşmək istədiyini ona bildirmişdir. O, sədrin AAYDA-da olmaması və Təqsirləndirilən şəxs1 Agentliyə məhkəmə işi ilə əlaqədar gəlməsi səbəbindən bu barədə hüquq idarəsinin rəisi Şahid1 məlumat vermişdir. Çünki məhkəmə işləri ilə hüquq idarəsinin əməkdaşları məşğul olurlar. O, Şahid1 Təqsirləndirilən şəxs1 məhkəmə işi ilə əlaqədar gəldiyini və sədrlə görüşmək istədiyni bildirib sədr işdə olmadığı üçün Şahid1 Təqsirləndirilən şəxs1la görüşməsini xahiş etmişdir. Şahid1 da Təqsirləndirilən şəxs1la görüşəcəyini bildirmişdir. Təxminən 1 (bir) saatdan sonra o, yenidən Şahid1 ilə əlaqə saxlamış və həmin vaxt Şahid1 hər şeyin qaydasında olduğunu ona bildirmişdir. O, bugünə qədər Təqsirləndirilən şəxs1 görməmişdir. O, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında olan pul məsələsini ibtidai istintaqa dəvət olunan zaman orada öyrənmişdir. Onun başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi ilə bağlı heç bir məlumatı yoxdur. Onun Bakı-Qazax magistral yolunun 270-ci km-də yanacaq doldurma və qaz-maye məntəqəsi var. AAYDA onun məntəqəsinin yaxınlığında yol çəkilməsi ilə əlaqədar onun mülkiyyət hüququnu pozmuşdur. Hətta onun mülkiyyət hüququnun pozulması ilə bağlı onda AAYDA-nın rəsmi etiraf məktubu da var. Həmin hadisə ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təzyiq göstərilərək onun lehinə qərar qəbul edilməsinə icazə verilməmişdir. Bu səbəbdən də onun məhkəmə işi Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsində keçirilən məhkəmə iclasları zamanı iki dəfə ekspertiza keçirilmiş və rəsmi şəkildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi də işə əlavə edilmişdir. X52 Məhkəməsinin hakimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 86.1-ci maddəsinə və öz daxili inamına əsasən qərar qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsi də Şəki İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Son çarə olaraq, o, Ali Məhkəməyə mülkiyyət hüququnun pozulması ilə bağlı şikayət etmişdir. O, vəkili ilə məsləhətləşdikdən sonra qərara gəlmişdir ki, televiziya proqramları vasitəsilə öz səsini ictimaiyyətə çatdırsın. Bu səbəbdən də o, əvvəllər “Kommunist Nəşriyyatı” binası kimi tanıdığı binaya getmiş və orada mühafizə polisinə yaxınlaşaraq televiziya proqramlarında çıxış etmək istədiyini bildirmişdir. Mühafizə polisi isə ona yuxarı mərtəbəyə qalxmasını və orada istənilən televiziya proqramı keçirilən otaqlardan birinə yaxınlaşaraq çıxış edə biləcəyini bildirmişdir. O da, həmin binanın yuxarı mərtəbəsinə qalxmış və həmin mərtəbədə otaqlardan birinin qapısının üzərində “Xural TV” yazıldığını görmüşdür. O, televiziya proqramı olduğu üçün qapını döymüşdür. Qapını bir xanım açaraq ona hal-hazırda yayım aparıldığını deyib bir qədər gözləməyini təklif etmişdir. O da, bununla razılaşaraq gözləmişdir. Qısa müddət ərzində Təqsirləndirilən şəxs1 onu qəbul etmiş və o, düşdüyü vəziyyət ilə bağlı Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona vaxt təyin edərək həmin vaxtda gələrək çıxış etməyini, hətta vaxtından biraz tez gəlməyini bildirmişdir. O da, Təqsirləndirilən şəxs1 dediyinə əsasən çıxış edəcəyi gün “Xural TV”-yə biraz tez getmişdir. Canlı yayım keçirilənə qədər Təqsirləndirilən şəxs1 ona canlı yayım vaxtı etik qaydalara riayət etməyini, nalayiq ifadələr, səbrsizlik, əsəbilik nümayiş etdirməməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 həyatının böyük bir hissəsini məhkəmə proseslərində keçirdiyini bildirərək etik qaydalara riayət edəcəyi ilə bağlı narahat olmamasını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 yanında ümumilikdə 2 (iki) dəfə çıxış etmişdir. İlk dəfə o, çıxış edən zaman AAYDA-nın qanunsuz əməlləri barədə danışmışdır. İkinci dəfə isə o, məhkəmənin qanunsuz qərar qəbul etməsi barədə çıxış etmidir. Hətta o, ümidsizcəsinə Ali Məhkəmənin də onun əleyhinə qərar qəbul edəcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs1 ona “Qardaş, sən narahat olma. Ali Məhkəmə sənin haqlı olduğun qənaətinə gələrək sənin lehinə qərar qəbul edəcək” demişdir. Həqiqətən də Ali Məhkəmə onun işini Şəki Apellyasiya Məhkəməsinə geri qaytarmışdır. Sonra isə Şəki Apellyasiya Məhkəməsi də məhkəmə işini Şəki İnzibati Məhkəməsinə geri qaytarmışdır. Lakin o, Şəki İnzibati Məhkəməsinin qərarı ilə yenidən razı deyil. Çünki həmin qərarda onun yanacaq doldurma məntəqəsinin başqa bir əraziyə köçürülməsi üçün lazım olan kompensasiya məbləği çox aşağı olmuşdur. AAYDA-nın sədri Saleh Məmmədov şəxsən onun mülkiyyət hüququnu pozmuşdur. O, bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət etsə də, oradan ona prokurorluq orqanına şikayət etməyini bildirmişlər. Lakin o, hər hansı bir araşdırma aparılması zərurəti olduğu təqdirdə prokurorluq orqanına şikayət edildiyini, Saleh Məmmədovun onun mülkiyyət hüququnu pozması ilə əlaqədar onda sübutların və rəsmi sənədlərin olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 20 ünvanının qarşısında boş ərazi olmuşdur. Onun yaşadığı binanın digər pəncərələrinin qarşısında obyekt tikildiyi üçün onun mənzilinin pəncərəsinin qarşısı boş olmuşdur. Həmin ərazi boş olduğu üçün insanların çoxu həmin ərazini zibil yerinə çevirmişdir. Hətta həmin ərazidə dayanaraq nalayiq ifadələr işlədənlərin də sayı çox olmuşdur. O da, pəncərəsinin qarşısını digərləri kimi bağlayaraq obyekt etmək qərarına gəlmişdir. Çünki onun qızı evdə olan zaman o, qızının pəncərə qarşısına çıxmasına belə narahat olmuşdur. Bir gün o, qardaşı Mübarizə bildirmişdir ki, həmin ərazini rəsmi qaydada sənədli şəkildə almaq istəyir. Qardaşı da bununla bağlı nə edə biləcəklərini soruşmuş, o da, qardaşına yerliləri olan Teymur adlı şəxsin yeznəsinin Sumqayıt şəhər İcra hakimiyyətində işlədiyini və onlara köməklik göstərə biləcəyini bildirmişdir. Sonra qardaşı Mübariz Teymurla danışmış və həmin vaxt Teymur Mübarizə artıq yeznəsinin işləmədiyini, lakin hələ də Sumqayıt şəhər İcra hakimiyyətində onlara köməklik göstərə biləcək şəxslərin olduğunu demişdir. Teymur həmin şəxslərdən onun xeyrinə xahiş edə biləcəyini bildirmişdir. Qısa müddət keçdikdən sonra Teymur onun qardaşı ilə danışaraq məsələni həll edə biləcəyini deyib rəsmi sənədləşmə işlərinin aparılması və həmin ərazinin qanuni qaydada ona verilməsi qarşılığında 14.000 manat məbləğində pul istəmişdir. O, 14.000 manat məbləğində pulunun olmadığını, 10.000- 12.000 manat arasında pul verə biləcəyini demişdir. Lakin o, dəfələrlə hər şeyin rəsmi qaydada həyata keçirilməsini istədiyini bildirmişdir. Teymur ərazidə olan ağacın kəsilməsi üçün binada yaşayan digər qonşulardan ərizə almışdır. Lakin sonradan Teymurdan uzun müddət ərzində xəbər çıxmamışdır. Teymur onlara heç kimə pul verməmələrini, hər şeyi özünün həll edəcəyini bildirmişdir. Bir gün Teymur onun oğluna zəng edərək sənədləşmə işlərinə başladığını və buna görə də pul verilməsini bildirmişdir. O da, Teymura pul vermələri ilə bağlı əllərində sübutun olması məqsədilə pulu Teymura bank vasitəsilə göndərmək qərarına gəlmişdir. Sonra onun oğlu Teymurun kart hesabına 7.000 manat məbləğində pul göndərmişdir. Yenə uzun müddət Teymurdan səs-soraq gəlməmişdir. O, narahat olduğu üçün hətta Teymurdan pulu geri almaq istəmişdir. Daha sonra Teymur artıq məsələnin həll olunduğunu və istədikləri obyekti tikə biləcəklərini bildirmişdir. Lakin o, Teymura sənəd olmadan heç bir obyekt tikə bilməyəcəklərini demişdir. Bir müddət keçdikdən sonra Teymur onlara verdiyi vədi dəyişərək, bir anda onlarla guya sənəd verilməsi ilə bağlı sövdələşmə etmədiyini bildirmişdir. O da, əsəbiləşərək heç bir sənəd istəmədiyini bildirib Teymurdan göndərdikləri pulun geri qaytarmasını tələb etmişdir. Bir gün o, işə gedərkən mənzilinin qarşısındakı ağacın budandığını görmüş və buna məhəl qoymayaraq işə getmişdir. Axşam işdən çıxıb evə qayıdan zaman o, mənzilin qarşısında olan ağacın artıq kəsildiyini görmüşdür. Qısa müddət ərzində polis əməkdaşları mənzilin qarşısına gələrək ağacı kimin kəsdiyini soruşmuşlar. O, polis əməkdaşlarına ağacın kimin tərəfindən kəsildiyini bilmədiyini demişdir. Bundan sonra o, daha da narahat olmuş və əgər pulu geri qaytarmasa Sumqayıt şəhər İcra hakimiyyətinə gedərək oradakı şəxslərin adından istifadə edərək onu aldadıb pul alması ilə bağlı şikayət edəcəyini Teymura bildirmişdir. Sonra o, Sumqayıt şəhəri, 9-cu mikrorayona gedərək şikayət etmək məqsədilə icra başçısının qəbuluna yazılmışdır. Yolda olarkən oğlu ona zəng edərək demişdir ki, “Teymur zəng edib ki, İcra hakimiyyətinə gedib sənədi götürə bilərsiniz”. O da, Teymurun yenidən onları aldada biləcəyindən qorxaraq heç bir sənəd istəmədiyini və İcra hakimiyyətinə gedərək şikayət edəcəyini bildirmişdir. Daha sonra oğlu ona zəng edərək Elnur adlı şəxsin yaşadıqları mənzilə gələrək Teymurun onları aldatdığını bildirib sənədin hazır olduğunu və İcra hakimiyyətinə gedərək sənədi götürə biləcəklərini bildirmişdir. Elnur yenidən onun oğlu ilə əlaqə saxlayaraq İcra hakimiyyətinə getdiyini, onlar üçün orada xahiş etdiyini və rəsmi qaydada sənədin hazır olduğunu, həmin sənədi götürə biləcəklərini demişdir. O, yenə də şikayət edəcəyini bildirmişdir. Buna baxmayaraq, Elnur onun işlətdiyi mağazaya yaxınlaşaraq “Nəzakət bibi, vallah sənəd qanuni şəkildə hazırlanıb, xahiş edirəm sənədinizi gedib götürün” deyə ona bildirmişdir. O, artıq sənəd istəmədiyini bildirsə də, Elnur ona “Mən icra başçısının yanına gedərək ondan xahiş etmişəm. Məni onun yanında pis etməyin” demişdir. Elnur ona bunu dedikdən sonra o, İcra hakimiyyətinə gedərək sənədi götürmüşdür. Sonra o, Teymura xəbər göndərmişdir ki, “Mən sənədi götürsəm də, sənin barəndə mütləq şikayət edəcəm”. Daha sonra Teymurun işlədiyi şirkətin əməkdaşı onun qardaşına zəng edərək Teymurun Türkiyəyə qaçdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs2 ilə əvvəl işguzar münasibətləri olmuşdur. O, təxminən 2007-ci ildən Elnuru tanıyır. Elnur ilə onun arasında bugünədək heç bir problem olmamışdır. Onun Teymur adlı tanışı da var. Teymur ondan öz bacısına məxsus torpaq sahəsində tikilməli olan obyektlə bağlı köməklik göstərməyini xahiş etmişdir. Teymur ondan bu məsələ ilə bağlı köməklik göstərə biləcək tanışının olub-olmadığını soruşmuşdur. O da, Teymura bacısına məxsus torpaq sahəsində obyekt tikilməsi barədə köməklik göstərə biləcək tanışının olmadığını demişdir. Daha sonra Elnur onun yadına düşmüşdür. Çünki Elnur ona hər hansı bir çətinliyi yaranarsa yaxud da köməyə ehtiyacı olarsa, müraciət edə biləcəyini demişdir. Elnur bu sözləri ona bir insan və dost kimi demişdir. Elnurla onun arasında başqa işlər görülməmiş, Elnur hər zaman çalışmışdır ki, ona dostluq xatirinə köməklik göstərsin. Teymur həmçinin ona bacısının obyekt tikdirmək istədiyi torpaq sahəsində ağac olduğunu və həmin ağacın da oradan kəsilərək götürülməli olduğunu demişdir. Buna görə də o, Elnurdan Teymura köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Elnur da Teymura torpaq sahəsində obyektin tikilməsi ilə bağlı kömək edə biləcəyini demişdir. Elnur da sağ olsun, Sumqayıt şəhər İcra hakimiyyətinə gedərək Teymurun bacısına məxsus torpaq sahəsində obyektin tikilməsi barədə məsələni həll etmişdir. O, Elnurun bu məsələni hansı qaydada həll etdiyini bilmir. Çünki onun belə işlərdən başı çıxmır. O, tamamilə başqa bir işlə məşğuldur. O, sadəcə Teymurla bacısının obyekt tikmək məsələsinə köməklik göstərməsi üçün Elnura məlumat vermişdir. Onun işi sadəcə bundan ibarət olmuşdur. Sonradan o, bilmişdir ki, Təqsirləndirilən şəxs2 bu məsələlərlə bağlı cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. O da, bir dost kimi Təqsirləndirilən şəxs2 həbsi məsələsi ilə bağlı maraqlanmışdır. Bu vaxt Şahid4 oğlu ona demişdir ki, “Teymur Azərbaycanda yoxdur, Teymur qaçıb gedib”. Həmçinin Nəzakətin oğlu demişdir ki, “Teymur bizdən obyektin tikilməsi ilə bağlı pul alıb, lakin aldığı pulu geri qaytarmayaraq qaçıb gedib”. Onun bildirdikləri bundan ibarətdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid4 onun anasıdır. O, ünvan 34-də yaşayır. Yaşadığı evin arxa pəncərəsindən bazara baxan hissədə açıq ərazidə torpaq sahəsi yerləşir. Həmin ərazi hər kəsə açıq olduğu üçün müxtəlif şəxslər orada toplaşırlar və bunun da nəticəsində yaşadığı evin yanında səs-küy yaranır, bu da onları narahat etmişdir. Bu halların qarşısını almaq üçün onlar həmin ərazini alıb orada obyekt tikdirmək istəmişlər. Həmin ərazini almaqda onlara kömək etməsi üçün onlar dayısının dostu, soyadını dəqiq xatırlamadığı, adının isə Teymur olduğunu bildiyi şəxsə müraciət etmişlər. Onların məqsədi həmin ərazini alaraq yaşadıqları evə birləşdirmək olmuşdur. Bu məsələ ilə bağlı onlar bir neçə dəfə Teymurla danışmışlar. Teymurla olan “Whatsapp” yazışmaları da onların telefonunda mövcuddur. Həmin ərazinin alınmasına və ərazidə yerləşən ağacın kəsilməsinə görə rüsum barədə məsələləri və digər məsələləri həll etmək üçün əvvəlcə Teymur onlardan 14.000 (on dörd min) manat məbləğində pul istəmişdir. Onlar isə Teymura 14.000 manata güclərinin çatmadığını demişlər. Aradan biraz müddət keçdikdən sonra Teymur onlara zəng edərək ağacın gecə vaxtı kəsilməsi ilə bağlı məlumat vermişdir. Onlar axşam işdən çıxıb evə getdikdən sonra ağacın yerləşdiyi əraziyə baxaraq görmüşlər ki, həmin ağac həqiqətən də kəsilmişdir. Onlar almaq istədikləri ərazi ilə bağlı məsələləri həll etmək üçün Teymura əvvəlcə 7.000 (yeddi min) manat məbləğində pul vermişlər. Ağac kəsildikdən sonra isə Teymur onlardan əlavə olaraq 4.000 (dörd min) manat məbləğində pul istəmişdir. Onlar da Teymura almaq istədikləri ərazi ilə bağlı 7.000 (yeddi min) manat pul verdiklərini, həmin ərazinin sənədləşmə işini həll etdikdən sonra isə daha 4.000 (dörd min) manat pul verəcəklərini demişdir. Teymur da kəsilən ağaclarla bağlı rüsum ödənilməli olduğunu bildirmiş və israrla 4.000 (dörd min) manat məbləğində pul istəmişdir. Teymur onlara demişdir ki, “ağac artıq kəsilib, ağacın kəsilməsinə görə cərimə var, həmin cərimə veriməlidir”. Bundan sonra onun anası da cərimə məsələsi ilə bağlı Teymura 4.000 (dörd min) manat məbləğində pul vermişdir. Anası 4.000 (dörd min) manatı Teymura verərkən o, işdə olmuşdur. Teymur bir müddət sonra onların yaşadığı evə gələrək artıq həmin ərazidə tikinti işləri apara biləcəklərini demişdir. Onlar da sənədləşmə məsələsi həll olunmadığı halda həmin ərazidə heç bir tikinti işləri aparmayacaqlarını və bunun özbaşınalıq olduğunu bildirmişlər. Daha sonra Teymur onun anası ilə danışaraq sənədləşmə işlərinin alınmayacığını bildirmişdir. Onlar da həmin ərazidə heç bir tikinti işləri aparmamışlar. Anası sənədləşmə işlərində onları aldatdığına görə Teymurun barəsində əvvəlcə prokurorluğa şikayət etmişdir. Həmin şikayətdə onun anası Teymurun onların evinin yaxınlığında yerləşən və almaq istədikləri ərazi ilə bağlı sənədləşmə işlərinin həll edilməsi ilə əlaqədar onlardan pul aldığını, lakin heç bir sənədləşmə işini aparmadığını bildirmişdir. Daha doğrusu bunları anası öz şikayətində bildirmişdir. Sonra isə onun anası Teymurdan şikayət etmək üçün Sumqayıt şəhər İcra hakimiyyətinə getmişdir. Anası Sumqayıt şəhər İcra hakimiyyətində olarkən yaşadıqları evin yaxınlığındakı ərazinin sənədləşmə işlərini həll etmək adı ilə Teymurun onlardan pul aldığını, lakin heç bir sənədləşmə işini aparmadığını bildirmişdir. Bundan sora Teymur ona zəng etmiş və şikayət edildikdən sonra verdikləri 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitini qaytarmaq üçün onlardan 28 aprelə qədər vaxt istədiyini demişdir. Teymura ödədikləri 11.070 manat barədə o, deyə bilər ki, əvvəlcə Teymurun kart hesabına 7.000 (yeddi min) manat məbləğində pul köçürmüşdür. Köçürmədən sonra Teymur ona zəng edərək 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini başqa adamın kartına köçürəcəyini, köçürmə zamanı isə ondan 70 (yetmiş) manat məbləğində pulun komissiya şəklində tutulacağı üçün öz kartına əlavə 70 (yetmiş) manat da köçürməli olduğunu ona demişdir. O da, yenidən 70 (yetmiş) manat pulu Teymurun kartına 7.000 (yeddi min) manat pulu köçürdükdən 2 (iki) gün ərzində köçürmüşdür. Bundan sonra Teymur onlarla əlaqə saxlayaraq sənədləşmə işində artıq kömək edə bilməyəciyini bildirmişdir. Buna görə də onun anası problemi həll etmək üçün Sumqayıt şəhər İcra hakimiyyətinə getmişdir. Anası Sumqayıt şəhər İcra hakimiyyətinin başçısını görməsə də, orada olan digər vəzifəli şəxslərə baş verənləri bildirmişdir. Həmin şəxslər də onun anasına narahat olmağa heç bir əsas olmadığını və işin həll olunacağını demişlər. O, Teymurun Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq şöbəsində necə bir şəxs kimi tanındığını bilmir, lakin bunu bilir ki, həmin memarlıq şöbəsindən Teymura zəng edərək onların almaq istədikləri ərazinin sənədlərinin hazır olduğunu bildirmişlər. Teymur da buna görə onlara zəng vuraraq torpaq sahəsi ilə bağlı sənədlərin artıq hazır olduğunu, və gedib həmin sənədləri götürə biləcəklərini demişdir. O da, Teymura bu işi anasının Sumqayıt şəhər İcra hakimiyyətinə gedərək özünün həll etdiyini, bununla da Teymurun heç bir iş görmədiyini bildirmişdir. Bundan sonra o, Teymurdan verdikləri 11.070 (on bir min yetmiş) manat məbləğində pulun geri ödəməsini istəmişdir. Teymur da, pulun geri qaytarılması ilə bağlı onunla razılaşmışdır. Daha sonra Teymur onun dayısı Şahid5 ilə rayonda görüşüb bu barədə danışmışdır. Teymur onun dayısından Teymura verdikləri 11.070 (on bir min yetmiş) manatı geri qaytarmaq üçün 28 aprelə qədər vaxt istəmişdir. Pulu qaytarmaq vədlərinə baxmayaraq, Teymur onlara heç bir ödəniş etməmişdir. Daha sonra isə X31 şəhərinə qaçmışdır. Sonra onlar Teymurun müdiri ilə danışaraq baş verənləri bildirmişlər. Teymurun müdiri də Teymurun şirkətin kassasından pul oğurlayaraq Ankaraya qaçdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şahid4 onun bacısıdır. Şahid4 yaşadığı evin yanında bir torpaq sahəsi alaraq həmin torpaq sahəsində obyekt tikdirmək istəmişdir. Nəzakətin tikdirmək istədiyi obyektin və həmin torpaq sahəsinin sənəd işlərinə kömək etməsi ilə əlaqədar o, dostu Teymura müraciət etmişdir. Yəni o, bu məsələ ilə bağlı bacısı Şahid4 və dostu Teymur Rəhimov arasında vasitəçi rolunu oynamışdır. Teymur Rəhimov onun yerlisi, həm də dostu olmuşdur. Teymurun yeznəsinın adı Tərlandır. Tərlan Sumqayıt şəhər İcra hakimiyyətində sürücü vəzifəsində çalışdığı üçün o, Teymurun həmin torpaq sahəsinə və obyektə dair sənədləşmə işində bacısı Nəzakətə kömək edə biləcəyini düşünmüşdür. O, Teymur Rəhimovla bacısı Nəzakətin almaq istədiyi torpaq sahəsi və tikdirmək istədiyi obyektin sənəd işlərinə görə ödəniləcək pullar, dövlət rüsumu ilə əlaqədar heç bir söhbət aparmamışdır. Onun vasitəçiliyi ilə Teymurla bu barədə bacısı Şahid4 danışmışdır. O, sadəcə Teymur Rəhimova sonuncunun yeznəsinin Sumqayıt şəhər İcra hakimiyyətində işləməsi ilə əlaqədar bacısı Nəzakətə kömək etməsi ilə üçün müraciət etmişdir. O, Teymurla danışdığı vaxt sən demə, Teymurun yeznəsi artıq Sumqayıt şəhər İcra hakimiyyətində işləməmişdir. Teymur Rəhimov özü də oan demişdir ki, yeznəsi artıq icra hakimiyyətində işləmir. Lakin Teymur demişdir ki, Nəzakətin almaq istədiyi torpaq sahəsi və tikdirmək istədiyi obyektin sənədləşmə işini həll edə biləcək başqa tanışları var. Rəhimov Teymur uzun müddətdir Sumqayıtda yaşadığını bildirərək ona həmin sənədləşmə işini həll edə biləcəyini demişdir. O da, Teymurun uzun müddət Sumqayıt şəhərində yaşadığını bildiyi üçün Teymura inanmış və bacısı Nəzakətin almaq istədiyi torpaq sahəsinin sənədləşmə işləri ilə əlaqədar bacısı Nəzakətlə Teymur arasında vasitəçilik etmişdir. Lakin Teymur onun inamından sui-istifadə edərək naxələflik etmişdir. Teymur onun bacısı Nəzakətin almaq istədiyi torpaq sahəsi ilə bağlı Nəzakətdən müəyyən miqdarda pul almışdır. O, həmin pulun məbləği ilə əlaqədar məlumatlıdır. Nəzakətin oğlu Hacıbaba Rəhimov əvvəlcə bank kartı vasitəsilə 7.070 (yeddi min yetmiş) manat məbləğində pulu Teymurun bank kartına ödəmişdir. Daha sonra Teymur yenidən onun bacısı Nəzakətdən 4.000 manat məbləğində pul almışdır. Teymur 4.000 manat pulu həmin torpaq sahəsində olan ağacın kəsilməsinə görə cərimə olaraq almışdır. Teymur onun bacısı Nəzakətin almaq istədiyi torpaq sahəsi və tikdirmək istədiyi obyektin sənədləşmə işləri ilə bağlı ümumilikdə Nəzakətdən 11.070 (on bir min yetmiş) manat məbləğində pul almışdır. Rəhimov Teymur həmin pulun 4.000 manatını evin yaxınlığında yerləşən torpaq sahəsindəki ağacın kəsilməsi ilə əlaqədar müəyyən qurumlara ödəniş etməsi ilə əlaqədar istəyib almışdır. Nəzakət də iaşə obyekti tikdirmək istədiyi torpaq sahəsini qanunla, yəni sənədləşmə işləri həyata keçirilərək almaq istədiyi üçün Teymurun istədiyi pulları sonuncuya vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, məhkəmədə baxılan iş üzrə heç bir prosesin iştirakçısı olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadəsinə heç bir əlavəsi yoxdur. Eyni zamanda o, bildirmək istəyir ki, 1998-ci ildən etibarən Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsində katib və kargüzar vəzifəsində işləyir. Onun Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsində gördüyü işlər idarəyə göndərilən ərizə və məktubları aidiyyəti üzrə göndərildiyi şöbələrə təhvil vermək, ərizə və məktubları çap etmək, eləcə də həmin sənədləri aidiyyəti üzrə göndərməkdən ibarətdir. Memarlıq və Şəhərsalma idarəsinin müdiriyyəti, yəni Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin rəisi Şahid10dir. O, Şahid10 üçün yazı və dərkənarları hazırlayır. Hadisə ilə əlaqədar o, deyə bilər ki, Şahid4 tərəfindən Sumqayıt şəhər İcra hakimiyyətinə özünün yaşadığı yerin yaxınlığında yerləşən yaşayış sahəsi ilə bağlı layihədə dəyişiklik edilməsi, yəni həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı müraciəti daxil olmuşdur. Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin müdiriyyəti tərəfindən verilən məlumata əsasən Şahid4 adlı şəxsin Sumqayıt şəhər İcra hakimiyyətinə etdiyi müraciəti əsasında qəbul edilmiş sərəncamın bir nüsxəsinin Şahid4 vermək tapşırılmışdır. O da, verilmiş tapşırığa əsasən həmin sərəncamı Şahid4 təqdim etmişdir. O, təkcə Şahid4 müraciəti ilə bağlı deyil, ümumiyyətlə Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə Sumqayıt şəhər İcra hakimiyyətindən daxil olan sərəncamların aidiyyəti üzrə müraciət edən şəxslərə verilməsini təmin edir. Yəni Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamların bir nüsxəsi Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilir, o da, həmin sərəncamları aidiyyəti olan vətəndaşlara təqdim edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhərində yaşayır və hazırda Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin rəisi vəzifəsində işləyir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və hadisə ilə bağlı deyə bilər ki, Şahid4 tərəfindən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə çevrilməsi barədə sərəncam verilməsi üçün Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət edilmişdir. Həmin müraciət əsasında da Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə şifahi sorğu daxil olmuşdur. O da, Şahid4 müraciəti ilə bağlı daxil olan sorğu əsasında yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncam verilməsi üçün müraciət edilmiş əraziyə nümayəndə göndərmişdir. Həmin yaşayış sahəsinin dəqiq ünvanı barədə onun məlumatı yoxdur. Həmin ünvanla bağlı qısaca onu deyə bilər ki, həmin mənzil Şahid4 məxsusdur. Sumqayıt şəhər İcra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyən Adil müəllim var. Adil müəllim yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məsələlər olduqda, ona yaxud onun müavininə zəng edərək həmin halların araşdırılması barədə nəzarətçi göndərilməsini bildirir. O da, zəng əsasında Şahid4 məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi üçün müraciət edilmiş yaşayış sahəsinə baxış keçirilməsi məqsədi ilə nümayəndə ayırmışdır. Yaşayış sahəsinə keçirilən baxış nəticəsində müəyyən edilmişdir ki, həmin yaşayış sahəsi həqiqətən də mövcuddur və ərazi barəsində qeyri-yaşayış sahəsinə çevrilmə barədə sərəncam verilə bilər. Baxış keçirildikdən sonra baxış keçirilmiş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə Şahid4 şifahi razılıq verilmişdir. Yekunda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncam qəbul edilmişdir. Həmin sərəncam Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının imzası ilə təsdiq edilmişdir. Daha sonra həmin sərəncamın möhürlə təsdiq edilmiş nüsxəsi onun rəisi olduğu Sumqayıt şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin kargüzarlıq şöbəsinə göndərilmişdir. Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin kargüzarı işləyən Gülşən xanım tərəfindən həmin yaşayış sahəsinin sahibinə və ya yaşayış sahəsinin sahibinin etibarnamə verdiyi şəxsə sərəncamın bir nüsxəsi verilir. Hadisə ilə bağlı onun deyəcəkləri bu qədərdir. Onun başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 2018-ci ilin may ayından hazırkı vaxtadək Sumqayıt şəhər İcra hakimiyyətində tikinti şöbəsinin rəisi vəzifəsində işləyir. Şöbə rəisi kimi onun vəzifə səlahiyyətlərinə şəhərdə aparılan tikintilərə icazələrin verilməsi, tikintilərə nəzarət və bununla bağlı qanunvericilikdə nəzərdə tutulan sənədləşmə işlərinin aparılması aiddir. Hazırkı işlə bağlı o, deyə bilər ki, Memarlıq və Şəhərsalma idarəsinin mühafizə xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 onun qəbuluna gəlmək istəməsi barədə ona məlumat verilmişdir. Əvvəlcə o, Təqsirləndirilən şəxs2 kim olduğunu bilmədiyindən Təqsirləndirilən şəxs2 tabeliyində olan idarə rəisinə yönəltmək istəmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs2 məhz onunla görüşmək istəməsi barədə ona məlumat verilmiş, o da, öz növbəsində Təqsirləndirilən şəxs2 onun qəbuluna gəlmək istəməsi barədə icra başçısına məruzə etmişdir. İcra başçısı da ona Təqsirləndirilən şəxs2 mətbuat işçisi olduğundan sonuncunu qəbul edib dinləməyini və köməklik etməyini demişdir. O, icra başçısının danışığından başa düşmüşdür ki, Təqsirləndirilən şəxs2 onun qəbuluna gəlmək istəməsi barədə icra başçısının məlumatı var. Bundan sonra o, Təqsirləndirilən şəxs2 qəbul etmişdir. Təqsirləndirilən şəxs2 onun qəbuluna tanımadığı bir nəfər kişi ilə gəlmişdir. Qəbul zamanı Təqsirləndirilən şəxs2 ona bibisinin Sumqayıt şəhərində yerləşən evinin arxa tərəfindəki yaşayış sahəsini qeyriyaşayış sahəsinə çevirmək istədiyini bildirmişdir. Belə ki, Sumqayıt şəhər İcra hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə dair sərəncam vermək səlahiyyəti var. Onlar belə sərəncam verdikdə, həmin yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilir. Bundan sonra o, Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalam idarəsinin rəisi Şahid10 tikinti aparılacaq əraziyə baxış keçirilməsi barədə göstəriş vermiş və həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə ona məlumat verilməsini tapşırmışdır. Sonra Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşları tərəfindən həmin sahəyə baxış keçirilmiş və nəticədə heç bir problem olmadığı bildirilmişdir. Hətta həmin binada bütün pəncərələr sökülərək yerlərində qapılar quraşdırılmış, yəni binanın birinci mərtəbəsindəki bütün yaşayış sahələri demək olar ki, qeyri-yaşayış sahəsinə çevrilmişdir. Sonra o, Memarlıq və Şəhərsalam idarəsinin rəisi Şahid10 müvafiq sənədləri hazırlaması barədə göstəriş vermişdir. Bundan sonra müvafiq sənədlər toplanmaqla ona təhvil verilmiş və hazır olan sənədlər icra başçısına təqdim edilmişdir. İcra başçısı tərəfindən həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Sonra o, həmin sənədləri və icazəni Memarlıq və Şəhərsalma idarəsinə göndərmişdir. O, Sumqayıt şəhər İcra hakmiyyətində vəzifə səlahiyyətlərini icra edir, sadəcə Memarlıq və Şəhərsalma idarəsi onun ərazisində olduğu üçün Memarlıq və Şəhərsalma idarəsinə də gəlib-gedir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs2 Memarlıq və Şəhərsalma idarəsindəki otağında qəbul etmişdir. Tikinti quraşdırma işləri aparılan zaman Təqsirləndirilən şəxs2 “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla 2 (iki) dəfə əlaqə saxlayaraq digər qurumların əməkdaşlarının tikinti quraşdırma işlərinə maneə yaratmamaları ilə bağlı həmin şəxslərə tapşırıq verilməsini ondan xahiş etmişdir. O da, öz növbəsində Memarlıq və Şəhərsalma idarəsinin rəisi Şahid10lə danışaraq tapşırıq vermişdir ki, tikintiyə istənilən qurum əməkdaşı tərəfindən mane yaradılmaması məsələsinə nəzarət etsin, eləcə də həmin əraziyə kimsə yaxınlaşsa həmin şəxslə danışıb tikinti-quraşdırma işlərinin sərbəst həyata keçirilməsi üçün köməklik göstərsin. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, Sabunçu rayon İcra hakimiyyətinin başçısının Sabunçu qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Onun və müavininin vəzifə səlahiyyətləri Sabunçu qəsəbəsinin ərazisində tikilən qanunsuz tikililərin qarşısını almaqdan ibarətdir. Sabunçu qəsəbəsində yerləşən Elşən Mehdiyev küçəsində dəfələrlə fərqli-fərqli şəxslər tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına cəhdlər edilmişdir. O, dəfələrlə həmin tikinti işlərini aparan şəxslərə yaxınlaşaraq həmin tikintinin qanuni və ya qanunsuz həyata keçirilməsini yoxlamaq məqsədilə tikintini həyata keçirən şəxslərdən müvafiq sənədləri tələb etmişdir. Baxılan iş üzrə də sözügedən obyektin tikintisi ilə bağlı həmin cəhdin qarşısı onun tərəfindən alınmış, habelə tikilmiş olan qanunsuz tikinti bir dəfə sökülmüşdür. Bundan sonra isə Sabunçu rayon İcra hakimiyyətinin başçısı ona bildirmişdir ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində tikintini həyata keçirən şəxs Təqsirləndirilən şəxs1 qohumudur və həmin tikintinin ümumi sahəsi 30 kv.m-dən ibarətdir. Həmçinin icra başçısı həmin obyektə onlar tərəfindən heç bir müdaxilənin etməməsini ona tapşırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, ibtidai istindaq zamanı verdiyi ifadədə qeyd etdiyi tarixdə Sabunçu rayon İcra hakimiyyətinin qəsəbə icra nümayəndəsi ona məlumat verərək bildirmişdir ki, Sabunçu rayonu ərazisində bir tikinti həyata keçirilir və onlar da həmin tikintini söküblər. Lakin daha sonra həmin ərazidə tikinti işləri yenidən aparılmağa başlanılmışdır. İcra nümayəndələri bir daha həmin tikintinin həyata keçirilməsinə müdaxilə etmişlər və həmin vaxt tikintini həyata keçirən şəxslərlə Sabunçu RİH-nin Sabunçu qəsəbə icra nümayəndəliyinin əməkdaşları arasında qarşıdurma olmuşdur. Nəticədə tikinti işlərinin həyata keçiriməsi Sabunçu RİH-nin Sabunçu qəsəbə icra nümayəndəliyinin əməkdaşları tərəfindən dayandırılmışdır. Bu hadisələrin üstündən 10-15 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 ona telefon zəngi edərək həmin tikintiyə Sabunçu RİH-nin Sabunçu qəsəbə icra nümayəndəliyinin əməkdaşları tərəfindən müdaxilə olunmamasını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin zəng zamanı ona bildirmişdir ki, tikintinin həyata keçirildiyi yer, yəni həmin torpaq sahəsi Dövlət Neft Şirkətinin balansındadır, buna görə də Sabunçu RİH-nin Sabunçu qəsəbə icra nümayəndəliyinin əməkdaşlarının tikinti işlərini dayandırmaq və ya sökmək hüququ yoxdur. O da, öz növbəsində Təqsirləndirilən şəxs1 xahişini nəzərə alaraq Sabunçu RİH-nin Sabunçu qəsəbə icra nümayəndəsinə tikintiyə müdaxilə etməməsi üçün göstəriş vermişdir. Bu məsələ bununla da bitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, o, əvvəllər "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Onlar Hövsan qəsəbəsində "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin satılmasını planlaşdırmışlar. Bundan sonra Salman adlı bir şəxsin vasitəçiliyi ilə həmin torpaq sahəsinin alınması ilə bağlı onunla əlaqə saxlamışlar. O, əlaqə saxlayan şəxsə həmin torpaq sahəsini şirkət kimi almalarını təklif etsə də, həmin şəxslər onunla razılaşmayaraq həmin torpaq sahəsinin çıxarışını istədiklərini bildirmişlər. Lakin həmin torpaq sahəsinin çıxarışı olmadığından onlar bununla bağlı Azərcaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli olmuşlar. Bu səbəbdən də o, torpaq sahəsini şirkət olaraq satmaq istədiklərini və çıxarış almaqla bağlı əlavə vəsait xərcləmək istəmədiklərini Salmana bildirmişdir. Lakin Salman ozü bu məsələni həll edəcəyini və həmin torpaq sahəsinin çıxarışını alacağını bildirmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin və həmin sahədə olan, hal-hazırda tam dəqiq xatırlamasa da 152-157 kv.m sahədə inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi özəlləşdirilməli olmuşdur. Onlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər ki, həmin torpaq sahəsini özəlləşdirsinlər. Lakin Azərcaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən onlara imtina cavabı verilərək bildirilmişdir ki, həmin torpaq sahəsi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan onlara həmin torpaq sahəsini özəlləşdirməyə icazə yalnız Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin icazə məktubu olduğu təqdirdə verilə bilər. Buna görə də Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən özəlləşdirməyə etiraz edilməməsinə dair məktub almaq lazım olmuşdur. Çünki bu halda qanuna müvafiq qaydada torpağın icarəsinə dair müqavilənin bağlanması mümkün olmuşdur. Daha sonra Salman kiminsə vasitəsilə 120.000 manat qarşılığında bu məsələni həll edə biləcəyini bildirmişdir. O, bu barədə vəkili ilə məsləhətləşdikdən sonra Salmanın təklifi ilə razılaşmamışdır. Daha sonra Salman 120.000 manat məbləğində pulu alıcı və satıcının yarı-yarıya verməsini təklif etmişdir. Lakin o, bu təkliflə də razılaşmamışdır. Bundan sonra Salman və Aydın özlərinin bu məsələni həll edəcəklərini bildirmişlər. Daha sonra ona zəng edib Xətai rayonunda yerləşən bir yerə dəvət etmişlər və "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin sənədlərini gətirməyini bildirmişlər. Zəng edən şəxs həmin sənədlərə baxacaqlarını, sonra isə həmin sənədləri İcra hakimiyyətinə verəcəklərini və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan ərazinin onların şirkətinin balansına keçəcəyini bildirmişlər. Daha sonra o, Təqsirləndirilən şəxs2la görüşmüşdür. Lakin onun Elnurla daha əvvəl heç bir əlaqəsi və telefon danışığı olmamışdır. Ümumiyyətlə o, Elnuru əvvəllər tanımamışdır. Belə ki, onlar kafedə oturduqları vaxt Salman ona sellofan torbada gətirdiyi 50.000 manat məbləğində pulu göstərmiş və həmin pulu torpaq üçün sənəd almaq məqsədi ilə Elnura verəcəyini demişdir. X41 hansı məbləğdə razılaşmaları barədə onun məlumatı olmamışdır. Həmin vaxt kafedə o, Salman və Aydın olmuşdur. Daha sonra onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “Aura” şadlıq evinin yaxınlığında görüşmüşlər. Həmin görüş zamanı Elnur məktubu Salmana vermişdir. Bundan sonra Salman Elnurla sağollaşıb onun idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt Salman Elnurdan aldığı məktubu ona göstərmiş, lakin Salman həmin məktubun əslini özündə saxlamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinə həmin məktubu təqdim etməli olduğu vaxt Salman ona həmin məktubun surətini vermişdir. Daha sonra o, avtomobilini satmaqla bağlı notariat ofisində olarkən Əmlak Məsələləri Dövlət Xidmətindən bir nəfər şəxs ona zəng edərək Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən ünvanlanmış məktubun əslinin xidmətə təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. O da, Salmana zəng edərək bu barədə məlumat vermişdir. Salman da ona Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən ünvanlanmış məktubun əslini çatdıracağını bildirmişdir. Daha sonra notariat ofisinin daxilində Salman ona Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən əldə etdiyi məktubun əslini vermişdir. O da, notariat ofisindən çıxaraq Əmlak Məsələləri Dövlət Xidmətinə gedərək məktubu həmin xidmətə təqdim etmiş və sonra bu barədə Salmana məlumat vermişdir. Salman da ona may ayının sonunadək alqı-satqı müqaviləsinin bağlanacağını bildirmişdir. Lakin bu məsələ avqust ayının sonunadək uzanmışdır. Onlar da avqust ayının sonunda Salmana 10 sentyabradək qeyd edilən məsələni başa vurmaq üçün vaxt vermişlər, əlavə olaraq Salmana həmin torpaq sahəsini şirkət kimi verə biləcəklərini dediyini, lakin ondan çıxarış istədiklərini bildirmişdir. Salman da onları "xxxx" və “Xural TV-yə” şikayət edəcəyini bildirmişdir. Onlar da Salmana hara istəyirsə şikayət edə biləcəyini demişlər. O, Salmana demişdir ki, “bizim torpaq sahəsi və şirkətlə bağlı sizinlə danışığımız aprel ayından başlayıb və hazırda sentyabr ayıdır, siz bu işin icrası ilə bağlı indiyənədək heç nə etməmisiniz”. Bir müddət sonra Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsindən ona zəng gəlmiş və onu prokurorluğa ifadə vermək üçün dəvət etmişlər. Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində ondan Təqsirləndirilən şəxs1 tanıyıb-tanımadığını soruşmuşlar. O da, Təqsirləndirilən şəxs1 tanımadığını və Təqsirləndirilən şəxs1 yalnız sosial şəbəkələrdə nə vaxtsa gördüyünü bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, o, 2016-cı ilin oktyabr ayından hazırkı vaxta qədər Sabunçu rayon Sabunçu qəsəbəsinin bələdiyyə sədri vəzifəsində işləyir. İş üzrə Zərərçəkmiş şəxs barədə deyə bilər ki, Ruslan adlı şəxs atası ilə birlikdə ona yaxınlaşaraq 68 kv.m-dən ibarət olan qaraj tipli əmlaklarını vergi qeydiyyatına salmaq istədiklərini bildirmişlər. O da, öz növbəsində öz muavinini həmin əmlaka baxış keçirməsi üçün göndərmişdir. Daha sonra Sabunçu qəsəbəsi bələdiyyəsində Ruslan ərizə yazaraq könüllü şəkildə vergi qeydiyyatına alınmışdır. Şahid17 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2016-cı ildən Sabunçu bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. O, Zərərçəkmiş şəxs şəxsən tanımır. Bələdiyyədə Zərərçəkmiş şəxs ərizəsinə əsasən və öz xahişi ilə könüllü olaraq özbaşına tikdirdiyi 68 k.m yaşayış evinin vergi qeydiyyatına alınmışdır. 2022-ci ilin fevral ayının sonlarında ünvan 21 ünvanında yaşayan Şahid14 Sabunçu bələdiyyəsinin inzibati binasına gəlmiş, dəhlizdə onu görərək görüşmüş və ona E.Mehdiyev küçəsi, döngə 2, ev 17 ünvanında yaşadığını, orada oğlu Ruslan üçün ev tikdiyini və həmin evi qeydiyyata aldırmaq istədiyini demişdir. O, Ruslanı öz müavini Ələmdar Nəbiyevin yanına göndərmiş, bundan sonra onun göstərişi ilə Ələmdar Nəbiyevin rəhbərliyi ilə inventarlaşma komissiyası yerində gedib həmin ərazidə tikiliyə baxış keçirmişlə və həmin tikilinin eskiz sxemini tərtib etmişlər. Daha sonra vətəndaş Şahid14 oğlu Zərərçəkmiş şəxs könüllü şəkildə ərizə verərək özbaşına tikdirdiyi 68 kv.m yaşayış evinin vergi qeydiyyatına alınmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Sabunçu bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə verilmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, sonuncularla heç bir münasibəti olmamışdır. Şahid14 tikinti apardığı ünvan 23 ünvanındakı torpaq sahəsi Sabunçu rayonunun ərazisi sayılır və həmin torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinin balansındadır. O, Şahid14lə torpaq sahəsinin icarəsi üçün heç bir müqavilə imzalamamış, sonuncunun istəyi ilə könüllü olaraq ərizəsinə əsasən Zərərçəkmiş şəxs vergi qeydiyyatına almış və vətəndaşın 300 (üç yüz) manat məbləğində pul vəsaitini bələdiyyə büdcəsinə ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 jurnalist kimi sosial şəbəkələrdən tanıyır. Hər kəsə məlumdur ki, 2020-ci ildə ordumuz haqlı zəfər yürüşünə başlamışdır. 2020-ci ildə də, sonrakı illərdə də, həmçinin son antiterror əməliyyatında bir çox şəhid və qazilərimiz olmuşdur. Onlar da Suraxanı rayon İcra hakimiyyəti olaraq şəhidlərin dəfni, hüzr mərasimlərinin təşkili və digər məsələlərlə məşğul olurlar. Suraxanı rayonunun ərazisi böyük və əhalisi çox olduğundan demək olar ki, onlar hər gün qeyd edilən işlərlə məşqul olurlar. Təqsirləndirilən şəxs2 "xxxx"-nin əməkdaşları ilə birlikdə onların həyata keçirdikləri bu tədbirlərin bir çoxunda iştirak etmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin may ayının sonları, iyun ayının əvvəllində Suraxanı rayonunda təşkil edilmiş, hazırda xatırlamadığı şəhid tədbirlərinin birində ona yaxınlaşaraq Bakı şəhəri İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhmədov və Qasımov küçələrinin kəsişməsində sağlamlıq kompleksinin tikintisinin lahiyələndirilməsi üçün 1.62 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nə verildiyini bildirmişdir. "xxxx" MMC bu məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Elnur ona Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinə baxış keçirilməsi zamanı Cəmiyyətə ayrılmış 1.62 ha torpaq sahəsinin ərazisində təxminən 57 sot torpaq sahəsi və həmin sahədəki 168 kv.m-dən ibarət yarımçıq tikilinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmasının müəyyən edildiyini bildirmişdir. Buna görə də, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən həmin əmlakın özəlləşdirilməsi üçün razılıq məktubunun verilməsinin lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin rəhbərinin Təqsirləndirilən şəxs1 yaxın qohumu olduğunu və Təqsirləndirilən şəxs1 Suraxanı rayon Mənzil Kommunat Təsərrüfatı Birliyi tərəfindən "xxxx" MMC-nə lazım olan razılıq məktubunun verilməsində kömək etməyini xahiş etdiyini ona bildirmişdir. "xxxx" MMC-nin rəhbərliyinin qeyd etdiyi məsələ ilə bağlı Suraxanı rayon İcra hakimiyyətinə heç bir müraciəti daxil olmamışdır. Lakin Təqsirləndirilən şəxs2 tərəfindən bir neçə dəfə bu işlə bağlı müraciət edilmişdir. O, Elnura bu məsələ ilə bağlı kömək edə bilməyəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək Suraxanı rayon İcra hakimiyyətinin inzibatı binasında olduğunu bildirmişdir. O da, həmin gün Elnuru qəbul etmişdir. Təqsirləndirilən şəxs2 yenidən israrla "xxxx" MMC-nin rəhbərinin Təqsirləndirilən şəxs1 yaxın qohumu olduğunu və Təqsirləndirilən şəxs1 bu məsələnin həll olunması üçün xahiş etdiyini ona demişdir. Təqsirləndirilən şəxs2 onun qəbulunda olan zaman o, istifadəsində olan mobil telefon nömrəsindən Suraxanı rayon Mənzil Kommunat Təsərrüfatı Birliyinin rəisi Şahid24 istifadəsində olan mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs2 Şahid24 yanına gələcəyini, Təqsirləndirilən şəxs2 təqdim edəcəyi sənədlərə baxmasını və əgər qanuna zidd olmadığı təqdirdə Təqsirləndirilən şəxs2 kömək etməsini Şahid24 xahiş etmişdir. Daha öncə “YouTube” kanallarında Təqsirləndirilən şəxs2 tərəfindən onun ünvanına neqativ şərhlər verilmişdir. Buna baxmayaraq, o, bu məsələ ilə bağlı qanuna zidd hər hansı bir məsələ olmadığı təqdirdə Təqsirləndirilən şəxs2 köməklik göstərməsini Şahid24 xahiş etmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə Şahid24 ona zəng edərək hüquqşünasla Təqsirləndirilən şəxs2 gətirdiyi sənədlərə baxış keçirdiklərini bildirmişdir. Əlavə olaraq Şahid24 ona bildirmişdir ki, həmin sənədlərdə qanuna zidd olan bir şey yoxdur və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi razılıq məktubunu verə bilər, lakin əvvəlcə "xxxx" MMC-nin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət məktubu göndərməsi zəruridir. Bundan sonra "xxxx" MMC tərəfindən zəruri məktub verilmiş və həmin məktub əsasında Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən razılıq məktubu verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, səhv etmirsə saat 11:00 radələrində Suraxanı rayon İcra hakimiyyəti başçısı Şahid23 ona telefonla zəng edərək “sənin yanına Təqsirləndirilən şəxs2 adlı jurnalist gələcək, onu dinlə, sənədlərinə bax və köməklik göstər” deyə göstəriş vermişdir. O da, öz növbəsində köməklik göstərəcəyini bildirmişdir. Bununla da Şahid23 onunla sağollaşıb telefonu söndürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 onun qəbuluna gəlmişdir. Qəbulda olarkən Təqsirləndirilən şəxs2 ona özü ilə gətirdiyi Bakı şəhər İcra hakimiyyətinin sərəncamını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 sərəncam barədə ümumi məlumat verərək həmin sərəncamla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 1,62 hektar torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verildiyini müəyyən etmişdir. Enur Şükürov ondan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etməsi üçün icazə məktubu istəmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 demişdir ki, "xxxx" MMC tərəfindən ona müraciət məktubu təqdim edilməlidir. Təqsirləndirilən şəxs2 ona icazə məktubunu verməyini, bir qədər sonra isə müraciət məktubunu gətirəcəyini demişdir. O da, Təqsirləndirilən şəxs2 icazə məktubu verməyərək demişdir ki, "xxxx" MMC tərəfindən mənə müraciət məktubu gətirin”. Bundan sonra həmin tarixdə, səhv etmirsə, saat 15:00 radələrində Təqsirləndirilən şəxs2 yenidən onun qəbuluna gəlmişdir. Təqsirləndirilən şəxs2 yenidən onun qəbuluna gəldiyi zaman özü ilə gətirdiyi "xxxx" MMC-nin direktoru tərəfindən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış və onun istədiyi məzmunda olan müraciət məktubunu ona təqdim emtişdir. O da, öz növbəsində Elnurun gətirdiyi məktuba baxmış və bundan sonra Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanacaq Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyininin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinin "xxxx" MMC tərəfindən özəlləşdirilməsinə etiraz edilməməsi barədə məktubu hazırlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 yola salmışdır. O, əvvəllər heç vaxt Təqsirləndirilən şəxs2 görməmiş və tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı ifadə verdiyi zaman ondan soruşulan sualları cavablandırmışdır. Ondan ibtidai istintaq zamanı ifadə verərkən məktubla bağlı suallar verilmişdir. Ona verilən suallardan biri - Şahid24 görüb-görməməsindən ibarət olmuşdur. O da, bildirmişdir ki, “bəli, həmin məktubu Şahid24 verən şəxsi görmüşəm”. Həmin məktubun məzmunu "xxxx" MMCnə Bakı şəhəri İcra hakimiyyəti başçısının sərəncamı ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə köməklik edilməsinin xahiş olunduğu qeyd edilmişdir. Qeyd etdiyi məktubu Şahid24 həmin vaxt Şahid24 otağında olan tanımadığı şəxs təqdim etmişdir. O, həmin şəxsi ilk dəfə idi ki, görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır. O, bu işlə bağlı olaraq Baş Prokurorluğun İstintaq İdarəsində dindirilmişdir. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə heç vaxt əlaqəsi olmamışdır. Belə ki, o, "xxxx" MMC-nin təsisçisidir, lakin "xxxx" MMC ilə bağlı işləri Cəmiyyətin direkotoru Şahid21 həyata keçirmişdir. Bu işlə bağlı olaraq tərəflərlə "xxxx" MMC-nin direktoru Şahid21 görüşmüş və danışmışdır. Onun isə bu işdən heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1.5 hektar olan torpaq sahəsini almaq istəmişlər. Həmin torpaq sahəsini almaq məqsədilə o, Salman adlı şəxslə əlaqə saxlamışdır. Salman həmin torpaq sahəsinin Aydın adlı şəxsə məxsus olduğunu bildirmiş və daha sonra isə onu Aydınla tanış etmişdir. Görüş zamanı Aydın ona həmin torpaq sahəsinin çıxarışının olmadığını, lakin bir müddət sonra torpaq sahəsinə çıxarış ala biləcəyini bildirmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə "xxxx" MMCnə ayrılmışdır. Aydın özünü Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin mülkiyyətçisi kimi tanıtmışdır. O, Aydına torpaq sahəsinin rəsmişləşdirilməsi üçün ilkin olaraq nağd formada 20.000 manat məbləğində beh vermişdir. Lakin torpaq sahəsinin rəsmişləşdirilməsi prosesi uzanmışdır. Bu məsələni Aydın həll etməli olmuşdur. Çünki Aydın özünü həmin torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim etmişdir. Daha sonra o, Salman ilə “Zabitlər parkı” adlanan parkın yaxınlığında görüşmüşdür. Həmin vaxt Salman ora Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlmişdir. Həmin görüşdən əvvəl o, Təqsirləndirilən şəxs2 kim olduğunu bilməmişdir. Görüş zamanı o, belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs2 da Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin satılması ilə bağlı məsələ ilə əlaqəsi var və Təqsirləndirilən şəxs2 alıcının nə qədər ciddi olub-olmadığını öyrənmək istəyir. Görüş bitdikdən sonra o, Salmangili ilə sağollaşarkən Salman ona sakitcə Elnurun “Xural”-ın müavini olduğunu demişdir. O, həmin vaxt “Xural”-ın nə olduğunu bilməmişdir. Lakin daha sonra o, internetdə “Xural” adı ilə axtarış apararaq Xuralın adına “youtube”-da “Xural TV” kanalının və “Xural” qəzetinin olmasını müəyyən etmişdir. Həmin görüş zamanı Elnur heç bir danışıqda iştirak etməmişdir. Həmin görüşdə o, Salman ilə söhbət etmişdir. Lakin onlar ikinci dəfə “Park Bulvar”-da olan kafelərin birində görüşmüşlər və həmin görüş zamanı Elnur da mövzuya müdaxilə etmişdir. Təqsirləndirilən şəxs2 Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin rəsmiləşdirməsi ilə bağlı xərc çəkdiyini, lakin məsələnin uzandığını və buna görə də onun səbr etməli olduğunu bildirmişdir. Həmin görüşdə Salman və Aydın da iştirak etmişlər və məsələnin həlli ilə bağlı canfəşanlıq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı ifadə vermiş və hazırda həmin ifadəni təsdiq edir. O, bir müddət əvvəl insult keçirtmiş və hazırda sağlamlığı ilə bağlı problemləri var. Ona görə də o, səhhəti ilə bağlı məhkəmədə ifadə verəcək vəziyyətdə deyil. Şahid18 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2019-cu ildə polis orqanlarından təqaüdə çıxdıqdan sonra Suraxanı rayon İcra hakimiyyəti başçısının Hövsan qəsəbə nümayəndəliyində ixtisasçı vəzifəsində işləmişdir. O, təxminən 8 ay həmin vəzifədə işlədikdən sonra səhhəti ilə əlaqədar öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxtdan hazıradək o, heç bir yerdə işləmir, aldığı təqaüd ilə ailəsinin maddi ehtiyaclarını ödəyir. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki rəhbərlərini tanıyır. Həmin Cəmiyyətin direktoru Şahid21dur. O, Əjdəri 2022-ci ilin aprel ayında tanımışdır. Həmin Cəmiyyətin faktiki rəhbərlərindən biri də Ələskər Hüseynlidir. O, Ələskəri də 2022-ci ilin aprel ayından etibarən tanımışdır. Qeyd olunan Cəmiyyətin digər rəhbərləri barədə onun məlumatı olmamışdır. Həmin Cəmiyyətin istifadəsində olan torpaq sahəsinin alqı-satqısında o, iştirak etmişdir. Onunla birlikdə həmin alqı-satqı prosesində dostu, fərdi qaydada alqı-satqı ilə məşğul olan Şahid19 da iştirak etmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində dostu Aydın Axudov ona zəng edərək Hövsan qəsəbəsi ərazisində yolun kənarında 1,62 hektar torpaq sahəsinin satıldığını, həmin torpaq sahəsinin 1.000.000 manata satıldığını, onda həmin torpağın icarə əsasında "xxxx" MMC-nə ayrılmasına dair Bakı Şəhər İcra hakimiyyətinin başçısının sərəncamının surətinin olduğunu bildirmiş, müştəri olarsa ona bu barədə məlumat verməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra, təxminən 2022-ci ilin aprel ayının ortalarında uzun müddətdir ki, tanıdığı Şahid22 adlı tanışı ona Hövsan qəsəbəsindəki idman meydançası olan torpaq sahəsini satılıb-satılmadığını soruşmuşdur. O da, Fəridə həmin torpaq sahəsinin satıldığını və dostu Aydında həmin torpağa dair sərəncamın surətinin olduğunu demiş, eləcə də Aydın ona əvvəlcədən bildirdiyindən o, Fəridə torpağın 1.100.000 manata satıldığını demişdir. Bundan sonra Fəridin xahişinə əsasən o, görüşüb alqı-satqı ilə danışması üçün Fəridi Aydınla əlaqələndirmişdir. Sonrakı tarixlərin birində Aydının ona bildirməsinə görə ona məlum olmuşdur ki, X57 Qarayev metrostansiyasının yaxınlığında görüşmüş, görüş zamanı Şahid22 həmin torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra hakimiyyətinin başçısının sərəncamının surətini təqdim edib torpağın satış qiymətini 1.100.000 manat kimi demiş, Fərid isə həmin qiymətə torpaq sahəsini satın almağa razılaşmışdır. Bundan sonra o, Şahid19la birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyini axtarmışdır. Həmin görüşdən təxminən 4-5 gün keçdikdən sonra ətrafdakı, yadında qalmayan tanışları vasitəsi ilə o və Aydın Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında yaşayan "xxxx" MMC-nin direktoru Şahid21 yaşadığı ünvanının yerini öyrənib sonuncunun yaşadığı ünvana getmiş və həmin yerdə əvvəllər tanımadığı Əjdərlə görüşmüşdür. Görüş zamanı Aydın bir qədər kənarda durmuş, o isə Əjdərlə söhbət edərək görüşməkdə məqsədinin satışa qoyduğu torpaq sahəsini almaq istəməyi ilə bağlı olduğunu demişdir. Həmin vaxt onunla Əjdərin arasında olan söhbət əsnasında o, Əjdərə ad çəkmədən torpağı tanışının satın almaq istədiyini və bunun üçün 600.000 manat pul verə biləcəyini demişdir. Əjdər isə ona torpağın icarə hüquqlarını 7.000 manata satmağı düşündüklərini, bununla bağlı bütün sənədləşmə barədə detalları bilmədiyi üçün vəkili Ələskər Hüseynli ilə danışmalı olduğunu, razılaşacaqları təqdirdə qiymətdə endirim də edə biləcəyini demişdir. O da, Əjdərin təklifi ilə razılaşmışdır. Söhbət zamanı torpağın sənədi kimi Əjdər yalnız özündə Bakı Şəhər İcra hakimiyyəti başçısının torpağın direktoru olduğu MMC-nə ayrılmasına dair sərəncamı olduğunu, torpağın çıxarışının olmadığını, torpağın icarə hüquqlarını satdığını bildirdiyindən o, məhz buna görə torpağı 600.000 manat pula almaq istədiyini demişdir. Belə ki, o, torpağın sənədlərinin düzəldilməsi, yəni müvafiq çıxarışın alınması üçün də xərcinin çıxacağını düşünmüş, lakin həmin xərcin nədən ibarət olacağını bilməmişdir. Ümumi razılığa əsasən 19 aprel 2022-ci il tarixdə o, Aydın ilə brilikdə Əjdərin öz vəkili kimi təqdim etdiyi, əvvəllər tanımadığı Ələskər adlı vəkillə Bakı şəhəri, Bülbül prospekti 56a ünvanında yerləşən ofisində görüşmüşdür. Görüş zaman Ələskər onun xahişinə əsasən torpağın sərəncamının əslini, eləcə də "xxxx" MMC-nin reyestrdən çıxarışını göstərmiş və növbəti tarixlərin birində Əjdərin də iştirakı ilə alqı-satqıya dair söhbət etmək üçün görüşməyə razılaşmışdır. Alqısatqıya dair söhbət etmək üçün bu danışıqdan 2-3 gün sonra, yəni təxminən 2022-ci ilin aprel ayının sonlarında, günorta saatlarında o, Aydın, Əjdər və sonuncunun vəkili Ələskər ilə birlikdə yenidən Ələskərin ofisində görüşmüşdür. Görüş zamanı o və Aydın Əjdər və vəkili Ələskərə torpağın alqı-satqısında vasitəçi olduğunu bildirmiş, lakin torpağı kimin satın alacağını deməmişdir. Belə ki, o, həmin şəxslərin Fəridlə birbaşa əlaqə saxlamalarını və öz aralarında razılaşaraq onu kənarda qoymalarını istəməmişdir. Göstərdiyi görüş zamanı aralarında olan razılaşmaya əsasən Əjdər torpağı 650.000 manat pula satdığını demiş, həmin məbləğə torpağı satın almağa razılıq vermişdir. Həmçinin danışıq zamanı o və Aydın onlara alqı-satqı zamanı bütün rüsumları, eləcə də vergilərin torpağı alan şəxsin ödəyəcəyini bildirmişdir. Bundan başqa, Fəridin istəyinə uyğun olaraq o, Əjdərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək icarə müqaviləsi bağlayıb müqavilə əsasında icarəyə dair çıxarış almasını, sonra isə notarial qaydada alqı-satqı etməyini və həmin proseslə də bağlı bütün vergi və rüsumları ödəyəcəyini demişdir. Belə ki, Fəridlə əvvəlcədən aralarında olmuş danışıq zamanı Fərid torpağın alqı-satqısına dair bütün rəsmiləşdirmə xərclərini özünün ödəcəyini, eləcə də alqısatqının da yalnız çıxarış əsasında həyata keçirilməsini istədiyini bildirmişdir. Söhbət əsnasında Ələskər Fəridə istədiyi təqdirdə bu mərhələləri gözləməmək üçün "xxxx" MMC-nin bütün təsis payını həmin qiymətə tam şəkildə satın ala biləcəyini, MMC-nin balansında digər əmlak olmadığını, belə olan halda torpağın faktiki olaraq şirkəti satın alacaq şəxsin istifadəsinə keçəcəyini bildirmişdir. Lakin o, Fəridin buna razılıq verməyəcəyini bildiyi üçün adını qeyd etmədən torpağı satın almaq istəyən alıcının yalnız torpağın icarə hüququnu çıxarış əsasında satın almaq istədiyini deyib bu təkliflə razılaşmamışdır. Bu məzmunda aralarında olan razılaşmadan sonra o, sağollaşıb oradan ayrılmışdır. Daha sonra, elə həmin tarixdə o və Aydın Şahid22la əlaqə saxlayıb hazırda xatırlaya bilmədiyi ünvanda Fəridlər görüşmüşdür. Görüş zamanı o və Aydın Fəridə "xxxx" MMC-nin direktoru Əjdər və sonuncunun vəkili Ələskərlə aralarında olan bütün söhbətlər barədə, o cümlədən torpağın 650.000 manata satılması barədə məlumat vermişdir. Fərid də, torpağın hansı qiymətə satılmasından asılı olmayaraq, əvvəlcədən razılaşdığı kimi satışla bağlı 1.100.000 manat pul verəcəyini, eləcə də həmin pulla alqı-satqı ilə bağlı bütün vergi və digər rəsmiləşdirmə xərclərinin ödəniləcəyini, bundan sonra qalacaq pulun gəliri olacağını demişdir. Bununla da o, göstərdiyi qaydada Fəridlə torpağın alqı-satqısını həyata keçirməyə razılaşmışdır. Bundan başqa, həmin vaxt Şahid22 icarə müqaviləsi bağlanılması üçün zəruri olan torpaq sahəsinə, eləcə də torpağın ayrıldığı MMC-nə aid sənədlərin surətlərini götürüb Əmlak Məsələləri Dövlət Xidmətinə gedərək orada işləyən Ramiz adlı şəxsə təqdim etməyini bildirmiş və razılaşmışdır. Daha sonra o, Əjdərə zəng edərək bu barədə məlumat verib Əjdərə torpağa aid olan bütün sənədləri hazırlamasını və həmin sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edəcəyini demişdir. Təxminən 2022-ci may ayının ortalarında Əjdər icarə müqaviləsi bağlanılması üçün zəruri olan sənədləri, xatırladığı qədəri ilə "xxxx" MMC-nin təsis sənədlərinin və torpağa dair sərəncamın surətlərini hazırlamış və ona zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra isə həmin tarixdə günorta saatlarında hər üçü Bakı şəhəri, Neftçilər prospektində yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinə getmişdir. Orada o, xidmətin binasının qarşısında gözləmişdir. Aydın isə Şahid21la birlikdə Ramiz adlı şəxsin yanına qalxmışdır. Sonrada hər ikisinin ona dediyinə görə Aydın və Əjdər Ramizin qəbulunda olarkən Əjdər topladığı bütün sənədləri təqdim etmiş, Ramiz adlı şəxs də həmin sənədlərə baxmış, sonra Ramiz adlı şəxs Əjdərə sənədləri xidmətin dəftərxanasına verməsini, torpağın rəsmiləşdirməsinin aparılması üçün araşdırma gedəcəyini və tezliklə xidmətin əməkdaşlarının əlaqə saxlayacağını demiş, sonra Aydın və Əjdər Ramizin xidməti otağından ayrılmışlar, Əjdər topladığı sənədləri xidmətin dəftərxanasına təqdim etdikdən sonra oradan ayrılmışlar. Təxminən 2022-ci ilin may ayının sonlarında Əmlak Məsələləri Dövlət Xidmətində icarə müqaviləsinin bağlanması üçün araşdırma aparılmış və onun satışını həyata keçirmək istədiyi torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Həmin baxış zamanı "xxxx" MMC-nə ayrılmış 1,62 ha torpaq sahəsinin daxilində təxminən 57 sot torpaq sahəsi və həmin sahədəki 168 kv.m-dən ibarət olan 1 (bir) mərtəbəli tikilinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olması müəyyən edilmişdir. Göstərdiyi hal barədə məlumatı olan Şahid22 təxminən 2022-ci ilin may ayının sonlarında günorta saatlarında Aydına zəng edərək Şahid21la birlikdə yenidən Ramiz adlı şəxsin yanına getmələrini və həmin məsələni orada aydınlaşdırmaqlarını istəmişdir. Sonradan Aydın ona bildirmişdir ki, Şahid21la əlaqə saxlayıb həmin tarixdə Əjdər ilə birlikdə yenidən Ramiz adlı şəxsin yanına getmiş, görüş zamanı Ramiz adlı şəxs "xxxx" MMC-nin istifadəsinə ayrılmış 57 sot torpaq sahəsinin və həmin sahədə olan 168 kv.m inşa edilmiş bir mərtəbəli tikilinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğunu demiş, eləcə də həmin birlikdən özəlləşdirməyə etiraz edilməməsinə dair məktub almaq lazım olduğunu, yalnız bu halda qanuna müvafiq qaydada torpağın icarəsinə dair müqavilənin bağlanılmasının mümkün olduğunu bildirmişdir. Bu barədə məlumatlandıqdan sonra o, Aydınla birlikdə Şahid22la əlaqə saxlayıb sonuncu ilə hazırda xatırlaya bilmədiyi ünvanda görüşmüşdür. Görüş zamanı Aydın Ramiz adlı şəxsin dediklərini Şahid22 bildirmişdir. Fərid isə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən özəlləşdirməyə etiraz olmamasına dair məktubun mütləq qaydada alınmalı olduğunu, əks halda rəsmiləşdirmə aparılmasının mümkün olmayacağını, habelə özünün həmin məktubu düzəldə biləcək hər hansı tanışının olmadığını demişdir. O və Aydın həmin məktubun alınması ilə bağlı çarə tapacağı ümid etdiyini Fəridə deyib sağollaşaraq yanından ayrılmışdır. Bir-iki gün sonra, təxminən 2022-ci ilin iyun ayının əvvəllərində o, tanışı Təqsirləndirilən şəxs2 zəng edərək alqı-satqısını həyata keçirmək istədiyi torpaq sahəsi barədə məlumat vermiş və Elnurdan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən alınmalı olan həmin məktubu ala bilib-bilməyəcəyi ilə maraqlanmışdır. Belə ki, o, Elnurun jurnalist olduğunu bildiyindən Elnurun həmin məktubun alınması ilə bağlı hansısa tanışının ola biləcəyini düşünmüşdür. Onun sözlərindən sonra Təqsirləndirilən şəxs2 ona kim olmasını və vəzifəsini bildirmədən özünün Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətində işləyən tanışının olduğunu və həmin əlaqəsindən istifadə edərək lazım olan sənədi ala biləcəyini demişdir. O da, bu barədə Aydına məlumat vermişdir. Həmin vaxta qədər Aydın onun Təqsirləndirilən şəxs2 adlı jurnalist tanışının olmasından məlumatsız olmuşdur. Təxminən 2022-ci ilin iyun ayının əvvəlində günorta saatlarında o, X49 metro stansiyasının yaxınlığında yerləşən yaşadığı binanın qarşısında görüşmüşdür. Həmin vaxt razılığa əsasən torpağın satışı ilə bağlı detalları söhbət etmək üçün Əjdərlə görüşməli olmuşdur. O, Aydınla görüşdükdən təxminən 30-40 dəqiqə sonra Əjdər onunla görüşə gəlmiş və həmin ərazidə yerləşən adını bilmədiyi kafelərin birində bir masa arxasında əyləşmişdir. Bir qədər sonra Elnur ona zəng etmiş və o, bir qədər kənara çəkilib Elnurla danışmışdır. Danışıq zamanı Elnur ona torpaq sahəsinin özəlləşdirilməsinə etirazın olmamasına dair məktubun alınması üçün 120.000 manat pulun verilməli olduğunu, əgər həmin məbləğdə pulu Elnura verərsə, istədiyi məktubu ala biləcəyini demişdir. Lakin Elnur ona həmin pulu kimə verəcəyi, kimin həmin pulu istəməsini bildirməmişdir. O da, Elnura bu məsələni torpağı satan və alan şəxslərlə danışıb sonradan Elnura məlumat verəcəyini deyib zəngi sonlandırmışdır. Sonra isə o, Aydın və Əjdərin yanına geri qayıdıb Əjdərə demişdir ki, “torpaq sahəsinin özəlləşdirilməsinə etirazın olmamasına dair məktubun alınması üçün 120.000 manat pul lazımdır, həmin pulun 60.000 manatını sən ver, 60.000 manatını da torpağı alan Fəridlə danışaq ki, Fərid versin”. Əjdər isə ona etiraz edərək bunun mümkün olmadığını, onsuz da torpağı ucuz qiymətə satdıqlarını, buna görə əlavə heç nəyə xərc çəkmək istəmədiklərini demişdir. O da, Əjdərə “onda biz özümüz fikirləşək görək nə qərar veririk, qərar verib sənə məlumat verəcəm” deyə bildirmiş, bundan sonra aralarında əlavə söhbət olmamış və kafedən ayrılmışdır. Əjdər onun yanından ayrıldıqdan sonra Aydın Əjdərdən 120.000 manat pulu kimin istədiyini soruşmuşdur. Əjdər isə kafedə əyləşən zaman Elnurun zəng etdiyini və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən satışını həyata keçirmək istədiyi torpaq sahəsinin özəlləşdirilməsinə etirazın olmamasına dair məktubun alınması üçün 120.000 manat pulun lazım olduğunu, həmin pulu Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətində işləyən öz tanışına verəcəyini və lazım olan məktubu alıb gətirəcəyini dediyini bildirmişdir. Əjdərlə görüşdüyü tarixin növbəti günü o və Aydın axşam saatlarında Əjdərin vəkili Ələskərə zəng edərək sonuncu ilə Pirşağı qəsəbəsində yerləşən bağ evinin qarşısında görüşmüşlər. Görüş zamanı onlar Ələskərə təfərrüatları, yəni pulu kimin istəməsi, kimə veriləcəyi, nə üçün lazım olması və sair bildirmədən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubunun əldə edilməsi üçün 120.000 manat pulun lazım olduğunu demişlər, həmin pulun 60.000 manatını özlərinin, 60.000 manatını isə torpağı alan Fəridin verməsini təklif etmiş, lakin Ələskər onların təklifi ilə razılaşmayaraq heç kimə pul verməyəcəklərini demişdir. Bundan sonra o, Ələskərə “birdən biz sənədi hazır edərik, siz isə torpağı başqasına satarsınız” deyə öz narahatçılığını bildirdikdə, Ələskər ona belə şeyin mümkün olmadığını, heç kimin belə hallara yol verə bilməyəcəyini, bu barədə narahatçılıq çəkməməsini bildirmişdir. Bundan sonra o, Ələskərlə sağollaşıb yanından ayrılmışdır. Növbəti gün, yəni 2022-ci ilin iyun ayının əvvəllərində səhər saatlarında o, Aydınla birlikdə baş verənləri danışmaq üçün Şahid22la görüşmüşdür. Görüş zamanı o və Aydın Şahid22 Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubunun əldə edilməsi üçün 120.000 manat pulun lazım olduğunu, mümkün olduğu təqdirdə həmin məbləğdə pulu əvvəlcədən verməsini, torpağın satışı zamanı həmin pulun rəsmiləşdirmə xərcindən çıxılacağını demişdir. Lakin Fərid bu vaxta kimi artıq Aydına 20.000 manat pul verdiyini, alqı-satqı olmamış hər hansı bir məbləğdə pul verə bilməyəcəyini, özünün həmin məsələni həll etməli olduğunu bildirmişdir. O, Fəridə həmin məktubu kimin alacağı və istənilən pulun kimə veriləcəyi barədə məlumat verməmişdir. O, Fəridə sadəcə ad çəkmədən bir nəfər tanışının olduğunu və bu məsələni həmin şəxsin özünün həll edəcəyini demişdir. Göstərdiyi kimi Fərid pul verməyə razılaşmadığı üçün o, Aydınla birlikdə əlavə qazanc əldə etmək üçün, yəni alqı-satqı prosesinin baş tutması üçün ətrafdakı tanışlarından borc istəməyi qərarlaşdırmışdır. Lakin o, 120.000 manat məbləğində pulu toplaya bilməyəcəyini anladığından Elnurla danışıb sonuncunun istədiyi pulun məbləğini həm aşağı salmağı, həm də pulun 50.000 manatını əvvəlcədən, qalan hissəsini isə alqı-satqı baş tutduqdan sonra ödəyə biləcəyini təklif etməyi qərarlaşdırmış və həmin tarixdə o, Aydının yanında mobil telefonunda quraşdırılmış “Votsap” proqramı vasitəsi ilə Elnura zəng edərək bu barədə təklifini bildirmişdir. Həmin vaxt Elnur əvvəlcə onun təklifinə etiraz edərək 120.000 manat pulun məbləğini aşağı sala bilməyəcəyini demiş, lakin onun çoxsaylı təkidlərindən sonra Elnur istədiyi pulun məbləğini endirərək Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən özəlləşdirilməyə etiraz etməmələrinə dair məktub alınması üçün əvvəlcədən 50.000 manat və alqı-satqı bitdikdən sonra isə 40.000 manat pulun verilməsi şərti ilə qeyd olunan məktubu alıb verəcəyi ilə razılaşmışdır. Bununla yanaşı, o, Elnurdan etdiyi ödənişlə bağlı qəbz verilib-verilməyəcəyini soruşduqda, Elnur həmin pulun rəsmi dövlət rüsumu olduğunu, buna görə isə yalnız 90.000 manatı tam ödəniş etdiyi təqdirdə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən qəbz veriləcəyini, həmin qəbzi də təqdim edəcəyini demişdir. O da, Elnurun təklifi ilə razılaşmışdır. Bu barədə razılıq əldə etdikdən sonra o, Elnura vermək məqsədi ilə 50.000 manat məbləğində pulu hazırlamaq üçün Şahid27 20.000 manat, Şahid28 14.500 manat borc pul almış, həmin pulun üzərinə isə əvvəlki tarixlərdə Şahid22 notarial qaydada borc aldığı 20.000 manat puldan 15.500 manat hissəsini qoymuş və beləliklə də, Elnura vermək üçün 50.000 manat pul düzəltmişdir. Onun hazırladığı cəmi 50.000 manat pulu isə Aydın özündə saxlamış və həmin pulu kağıza bükməklə sellofan torbaya qoymuşdur. O da, öz növbəsində Elnura zəng edərək 50.000 manat pulu hazırlaması ilə bağlı Elnura məlumat vermiş və həmin pulun Elnura verilməsi, Elnurun isə öz növbəsində lazım olan məktubu alması üçün xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Neftçilər” adlanan parkın yaxınlığında görüşməyə razılaşmışdır. 06 iyun 2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində o, Aydınla birlikdə görüş yerinə getmək üçün yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində “kvadratlar” deyilən binanın yaxınlığında görüşmüşdür. O, Aydınla görüşməsindən əvvəl Elnurun ona zəng edərək 57 sotla bağlı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən özəlləşdirməyə etiraz etməmələrinə dair məktub alınması üçün Əjdərin həmin birliyə ərizə ilə müraciət etməli olduğunu bildirmiş, eləcə də Elnur ərizənin hansı məzmunda yazılması ilə bağlı “Votsap” proqramı vasitəsi ilə ona audio səs göndərmişdir. O da, Əjdərlə danışaraq həmin audio səsi “Votsap” proqramı vasitəsi ilə Əjdərə göndərib səs yazısında deyilən məzmunda Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlanacaq ərizə yazaraq çatdırmasını demişdir. Aydınla görüşən zaman o, bu barədə Aydına da məlumat vermiş, bundan sonra həmin tarixdə saat 12:00 radələrində Əjdər ona zəng edərək ərizənin hazır olduğunu demiş və onunla təxminən 10-15 dəqiqə sonra Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Neftçilər” adlanan parkın yaxınlığında görüşmüşdür. Həmin vaxt o, Aydın və Əjdərin yanından Elnura zəng edərək “qardaş, mən burdayam, ərizə və digər sənədlər məndədi” deyə bildirmişdir. O, Elnura “digər sənəd” dedikdə, 50.000 manat pulu nəzərdə tutmuşdur. Bundan sonra onun təklifi ilə o, Aydın və Əjdər birlikdə “Neftçilər” adlanan parkın daxilində olan, adını bilmədiyi kafedə bir masa arxasında əyləşib çay içmişdir. Təxminən 10-15 dəqiqə sonra əyləşdiyi kafedən təxminən 10-15 metr aralıda avtomobil yolunda ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı, markasını bilmədiyi “sedan” tipli maşın dayanmışdır. Elə bu zaman Elnur ona zəng etmiş və həmin maşında onu gözlədiyini bildirmişdir. Bundan sonra o, Aydından kağıza bükməklə sellofan torbaya qoyduğu 50.000 manat pulu almış və həm pulu, həm də Əjdərdən götürdüyü ərizə ilə birlikdə Elnurun olduğu maşına tərəf getmişdir. Maşının dayandığı yer Bakı şəhəri, Suraxanı rayonu, Zahid Əliyev küçəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin inzibati binası ilə, eləcə də əyləşdiyi “Neftçilər” adlanan park ilə üzbəüz olan avtomobil yolunun parka tərəf olan hissəsi olmuşdur. O, Elnurun olduğu avtomobilə yaxınlaşıb sağ ön qapısının açıq olan şüşəsindən əlində olan pulu və sənədi avomobildə əyləşən Elnura vermişdir. Elnur da ondan pulu və sənədi alıb Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə gedəcəyini və oradan lazım olan məktubu alıb geri qayıdacağını demişdir. Bundan sonra o, Əjdər və Aydının yanına geri qayıdıb bu barədə məlumat vermişdir. Bundan sonra o, Elnurun məktubu alıb gətirməsini gözləməyə başlamışdır. Bu hadisədən təxminən 1 saat sonra Elnur ona zəng edərək Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubu aldığını deyib onun əyləşdiyi parkdan bir qədər aralıda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən “Aura” şadlıq evinin qarşısına gələrək sənədi götürməsini istəmişdir. Buna görə də o, Əjdərin idarə etdiyi dövlət nömrə nişanını bilmədiyi “BMW” markalı avtomobillə “Aura” şadlıq evinin qarşısına getmişdir. Həmin yerdə o, Elnurun onunla görüşə gəldiyi maşında gözlədiyini görmüş və Əjdər idarə etdiyi avtomobili Elnurun olduğu avtomobilin yaxınlığında saxlamışdır. Bu zaman o və Aydın maşından düşüb Elnurun avtomobilinə yaxınlaşdıqda, Elnur avtomobildən düşmədən avtomobilin ön qapısının şüşəsini aşağı salıb məktubu ona vermişdir. O, məktuba baxdıqda, məktubun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov və Qasımov küçələrinin kəsişməsindəki 57 sot torpaq sahəsinin və 168 kv.m inşa edilmiş tikilinin özəlləşdirilməsinə etiraz etməmələri məzmununda məktub olmasını və məktubun birliyin rəisi tərəfindən imzalanmaqla möhürlənməsini görmüşdür. Bundan sonra o, Elnurla sağollaşıb Əjdərin idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt o, məktubu Əjdərə göstərmiş və məktubu Əjdərə vermədən sonuncuya məktubun surətini növbəti gün Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli olduğunu demişdir. Daha sonra o, həmin yerdən ayrılmışdır. Növbəti gün o, Aydın və Əjdər ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə getmiş və orada X42 rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən aldığı məktubun surətini xidmətin dəftərxanasına təqdim etmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətində torpağın çıxarışının verilməsi üçün müvafiq rəsmiləşdirmə işlərinin aparılmasını gözləməyə başlamışdır. Təxminən xx.xx.2022-ci il tarixdə Əjdər ona zəng edərək Əmlak Məsələləri Dövlət Xidmətindən bir nəfər əməkdaşın zəng edərək Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən həmin xidmətə ünvanlanmış məktubun əslinin xidmətə təqdim edilməsinin zəruri olduğunu bildirdiyini demişdir. O da, məktubun əslini gün ərzində Əjdərə çatdıracağını demişdir. Həmin tarixdə saat 18:00 radələrində o, Əjdərlə əlaqə saxlayıb sonuncunun yerini öyrənmiş və şəxsi işləri ilə bağlı “Xətai” metrostansiyasının yaxınlığındakı notariat ofisində olan Əjdərin yanına gedib orada sonuncu ilə görüşmüşdür. Həmin vaxt notariat ofisinin daxilində o, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Elnurun əldə etdiyi məktubun əslini Əjdərə vermişdir. Əjdər də onun yanından ayrılıb məktubu təqdim etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə getmiş və bir qədər sonra ona zəng edərək məktubu təqdim etdiyini bildirmişdir. Həmin ərəfədə Əjdər tez-tez ona zəng edərək icarə müqaviləsinin bağlanılması üçün hansı vaxtda Əmlak Məsələləri Dövlət Xidmətinə dəvət olunacağı ilə maraqlanmışdır. Eyni müddətdə Elnur da mütəmadi olaraq onunla, eləcə də Aydınla telefonla əlaqə saxlayıb guya kimdənsə 40.000 manat pul borc alıb həmin pulu da Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubun alması üçün ad çəkmədən kiməsə verdiyini deyərək həmin pulun özünə geri qaytarmağını tələb etmişdir. O, eləcə də Aydın Elnura torpaq sahəsinin sənədləri düzəldikdən və satışı həyata keçirildikdən sonra Elnura pulunu artıqlaması ilə verəcəyini demişdir. Təxminən 2022-ci ilin avqust ayının sonlarında saat 10:00-11:00 radələrində o, Əjdərə zəng edərək icarə müqaviləsinin bağlanılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən əlavə sənədlər istənildiyini, direktor vəzifəsinə təyin olmasına dair müvafiq əmrdən çıxarış, eləcə də dövlət reyestrindən çıxarış təqdim edilməli olduğunu demişdir. Bu barədə ona Fərid məlumat vermişdir. Onun bu sözlərinə Əjdər əsəbiləşərək daha torpaq sahəsini satmadığını, fikrini dəyişdiyini bildirmişdir. O isə Əjdərə “belə şey etmək olmaz, mən bu məsələni belə qoymaram, mən bu qədər əziyyət çəkib sənəd hazırlatmışam” deyə bildirmişdir. Əjdər isə onun Əjdəri aldatdığını, hər dəfə sənədləşmənin vaxtını uzatdığını, buna görə də artıq torpağı satmaq istəmədiyini demiş və zəngi sonlandırmışdır. Bundan sonra o və Aydın Əjdər və vəkili Ələskərin vasitə ilə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən satdıqları torpaq sahəsinə çıxarışın alınmasına zəruri olan məktubu əldə etdikdən sonra guya torpağın sənədlərinin hazırlanmasının gecikməsi bəhanəsi ilə aldadaraq torpağı vasitəsi olmadan satacaqlarını düşündüyündən bu məsələni Elnurla müzakirə edib məsləhətləşmək qərarına gəlmişdir. Buna görə o, Əjdərlə telefonla danışdığı tarixdə günorta saatlarında Elnura zəng edərək torpaq satışı ilə bağlı məsləhətləşmək üçün görüşmək istədiyini bildirmişdir. Elnur da razılaşdıqdan sonra həmin tarixdə o, Bakıxanov qəsəbəsi ərazisində “Aygün Mall” adlanan ticarət mərkəzinin arxa hissəsində yerləşən “Şaurma” kafesində Elnurla görüşmüşdür. Görüş zamanı aralarında olan söhbət əsnasında o, Elnura Əjdərlə olan danışığı barədə məlumat verib Əjdərin artıq bəhanə ilə vasitə ilə torpağı satmaq istəmədiyini demiş və bununla bağlı nə edə biləcəyini Elnurdan soruşmuşdur. Elnur isə həm ona, həm də Aydına “youtube.com” internet video portalında fəaliyyət göstərən “Xural TV”nin rəhbəri Təqsirləndirilən şəxs1la yaxın dost olduğunu, özünün də Əvəzin müavini kimi işlədiyini, Əjdərə zəng edərək əgər torpağı satmayacağı təqdirdə bu məsələni Xural TV-də ictimailəşdirəcəyini və Əjdərdən şikayət edəcəyini deyərək Əjdəri bu yolla torpağı satmağa razı salmasını bildirmişdir. Aydın isə Elnurdan “Xural TV”nin nə olmasını soruşduqda, Elnur Aydına izah edərək “youtube.com” internet video portalında həmin adı yazaraq baxmasını bildirmişdir. Buna görə də Aydın “Huawei” markalı mobil telefonu ilə “youtube.com” internet video portalında “Xural TV”nin axtarışını etmiş və qarşısına çıxan videolara baxmışdır. Videolarda veriliş aparan bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs1 müxtəlif icra başçılarını tənqid etdiyi görüntülər olmuş, həmin vaxt Elnur da videoda danışan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, Əvəzin çox nüfuzlu şəxs olduğunu bildirmişdir. Aydın da, Elnurun təklifi ilə razılaşıb bu görüşün növbəti günü birlikdə səhər saatlarında Ələskərin ofisinə gedərək orada Əjdər və Ələskərlə görüşmüşdür. Görüş zamanı Aydın hər ikisinə “mən bu məsələni ictimailəşdirəcəm, Xural TVyə şikayət edəcəm, şirkətinizin adını hallandıracam, mən və Salmanın Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubu almaq üçün çoxlu xərcimiz çıxıb, amma siz bizi aldadıb torpağı bizə satmırsınız, hətta mən burdan çıxıb DTX-ya da gedib bu barədə müraciət edəcəm” deyə bildirmişdir. Aydının bu sözlərindən sonra Ələskər Aydını sakitləşdirmiş. Həm Ələskər, həm də Əjdər sənədləşməni tamamlayaraq alqı-satqını həyata keçirmək üçün son müddət kimi xx.xx.2022-ci il tarixədək gözləyə biləcəklərini, əgər həmin müddətdə alqı-satqı olmasa aralarında olan razılaşmanın pozulacağını demişlər. Həmçinin Ələskər həmin vaxtadək aralarında alqı-satqının baş tutacağı son günü müəyyən edən saziş bağlanılmasını istədiyindən o, Fəridə zəng edərək saziş barədə məlumat vermişdir. Lakin Fərid ondan mobil nömrəsini satıcıya verməsini, özünün saziş barədə bir-iki gün ərzində məlumat verəcəyini bildirmişdir. O da, Əjdər və Ələskərə Fəridin istifadəsində olan 050- 204-74-98 saylı mobil nömrəni vermişdir. Həmçinin həmin görüş zamanı Əjdər torpağın satış qiymətini qaldıraraq torpağı 650.000 manata deyil, 700.000 manata satdığını demiş, həmin qiymətlə razılaşmışdır. Buna baxmayaraq, həmin vaxt həm o, həm də Aydın Əjdər və Ələskərə “özünüz Fəridlə danışın alqı-satqını edin, bizə yalnız çəkdiyimiz xərci qaytarın, bizə əlavə pul lazım deyil” deyə bildirmişdir. Əjdər və Ələskər də bu təkliflə razılaşmışdır. Bundan sonrakı tarixlərdə də o və Aydın torpaq sahəsinin sənədlərinin hazırlanmasını və torpağın satışının həyata keçirilməsini gözləmişdir. Həmin ərəfədə də Elnur mütəmadi olaraq Aydınla, əsasən də onunla telefonla əlaqə saxlayıb eyni xüsusatla bağlı, yəni guya kimdənsə 40.000 manat pul borc alıb, həmin pulu da Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubun alması üçün ad çəkmədən kiməsə verdiyini deyərək həmin pulun geri qaytarmağını tələb etmişdir. O və Aydın da, Elnurun təkidlə pulu istəməsindən, bununla bağlı dediyi sözlərə inanmadığını, yəni guya Fəriddən hansısa məbləğdə pul alıb verməyi vəd etdiyi pulu vermədiyini düşündüyünü anlamışdır. Belə ki, Elnur həm onunla, həm də Aydınla danışığı zaman təkidlə Elnuru Fəridlə görüşdürməyini və görüş zamanı özünün Fəriddən məktuba çəkdiyi xərci istəyəcəyini bildirmişdir. Buna görə də təxminən 2022-ci ilin avqust ayının sonlarında o, Elnura zəng edərək torpağın alqı-satqısı ilə bağlı söhbət etmək istədiyini bildirdikdə, Fərid onunla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Zabitlər parkı” adlanan parkda görüş təyin etmişdir. Həmin tarixdə o, Elnurla birlikdə Fəridlə “Zabitlər parkı” adlanan parkda görüşmüşdür. Görüş zamanı o, Fəridi Elnurla tanış edərək Fəridə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən razılıq məktubu almaq üçün Elnurdan borc aldığını, Elnurun ondan borcunu geri istədiyini, Elnuru da özü ilə birlikdə görüşə məhz Fəridi inandırmaq üçün gətirdiyini demişdir. Fərid isə yalnız torpaq sahəsinin sənədləri hazır olduqdan və alqı-satqı zamanı ödəniş edə biləcəyini bildirmişdir. Bundan sonra isə o, Fəriddən Əmlak Məsələləri Dövlət Xidmətindən həmin sənədlərin hazırlanmasının tezləşdirilməsi üçün köməklik etməsini xahiş etmişdir. Lakin 10 sentyabr 2022-ci il tarixin keçməsinə baxmayaraq, onun bilmədiyi səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətində rəsmiləşdirmə işləri başa çatmamışdır. Həmin ərəfədə əlavə müddət istəmək üçün o, Ələskərə zəng etdikdə, Ələskər ona alqı-satqının aparılmasının çox uzandığını, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən aldığı məktubu beh kimi qəbul etdiklərini, behin də batdığını bildirmişdir. Bundan sonra onların arasında narazılıq başlamış və Ələskərlə Əjdərin onunla Aydını kənarda saxlamaq istədiyini, Şahid22la özünün razılaşdığını düşünmüşdür. Buna görə də məsələləri aydınlaşdırmaq üçün o, Fəridə zəng edərək sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Fərid də xx.xx.2022-ci il tarixə, saat 09:00-da “Park Bulvar” ticarət mərkəzinin yanında görüş təyin etmişdir. O da, bu görüş barədə həm Aydına, həm də Elnura məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 09:00-da o, Aydın ilə birlikdə “Park Bulvar” ticarət mərkəzinin qarşısına getmişdir. Həmin yerə çatdıqda, o, Elnurun da artıq onlardan əvvəl “Park Bulvar” ticarət mərkəzinin qarşısında olmasını görmüşdür. Bundan sonra o, orada Elnurla görüşmüş, sonra isə Fəridə zəng edərək sonuncudan harada olmasını soruşmuşdur. Fərid yerini izah etmiş və bundan sonra onlar “Park Bulvar” ticarət mərkəzinin arxasında bulvar istiqamətində olan çöl tərəfdəki hissəsində yerləşən “Gloria Jeans” adlı kafedə Fəridlə görüşmüşlər. Görüş zamanı əvvəlcə o və Aydın hansı səbəbdən hələ də satışını həyata keçirmək istədikləri torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətində rəsmiləşdirmə işlərinin aparılmamasını soruşmuşdur. Fərid isə tezliklə rəsmiləşdirmə işlərinin həyata keçiriləcəyini demişdir. Bundan sonra Elnur Fəridə satışını həyata keçirmək istədiyi torpaq sahəsinin özəlləşdirilməsinə etiraz edilməməsinə dair razılıq məktubunu Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən özünün aldığını, həmin sənədi almaq üçün borca girdiyini deyib Fəriddən torpaq sahəsinə dair çıxarışın tezliklə alınması üçün köməklik etməsini istəmişdir. Fərid isə ona torpaq sahəsinin sənədlərinin tezliklə düzələcəyini və alqısatqı zamanı o, torpağın satışı ilə bağlı bütün pulu verəcəyini demişdir. O, Elnurun Fəridə dəqiqliklə torpaq sahəsinin özəlləşdirilməsinə etiraz edilməməsinə dair razılıq məktubunu Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən özünün aldığını, həmin sənədi almaq üçün borca girdiyini dediyini xatırlasa da, onun Fəridə konkret olaraq hansısa məbləğdə borca girməsini dediyini xatırlamır. Göstərdiklərindən sonra aralarında hər hansı danışıq olmamış və oradan ayrılmışdır. Bundan sonra o və Aydın həmin tarixdə axşam saatlarında aralarında olan söhbət zamanı Əmlak Məsələləri Dövlət Xidmətində torpağın sənədlərinin düzəlməyəcəyini yəqin etmiş, Elnura verdiyi 50.000 manat pulunun isə batacağını və Elnurdan pulunu geri ala bilməcəyini anlamış, bu işlərin araşdırılması üçün Baş prokurorluğa ərizə ilə müraciət etməyi qərarlaşdırmışdır. Bunun üçün əlində Elnura 50.000 manat pul verməyinə dair sübut olsun deyə Elnurla telefonla danışıb səsini qeydə almağı qərarlaşdırmışdır. Bununla bağlı birlikdə əvvəlcə həmin tarixdə saat 20:30 radələrində Baş prokurorluğa getmək üçün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisinə getmişdir. Həmin ərazidə prokurorluğa getməmişdən öncə o, istifadəsində olan “Samsung” markalı mobil telefonunda quraşdırılmış “Whatsapp” proqramı vasitəsi ilə Elnura zəng edərək danışmışdır. Həmin danışığı isə Aydın öz istifadəsində olan “Huawei” markalı mobil telefonun səsyazma funksiyası vasitəsi ilə qeydə almışdır. Danışıq zamanı o, Elnura guya Fəridlə görüşə getdiyini və sonuncudan pul alacağını dedikdə, Elnur ona Fəriddən 150.000 manat pul almağını, torpaqla bağlı məktubun alınmasında Əvəzin böyük rolunun olduğunu, buna görə də həmin puldan 10.000 manatını hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 arvadına verəcəyini, həmçinin alınan puldan 10.000 manatını Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Şahid24 verəcəyini demişdir. Eləcə də, o, Elnura bu iş üçün Elnura əvvəlcədən 50.000 manat pul verdiyini dedikdə, Elnur bu halı təsdiq etmişdir. Bu məzmunda danışıqdan sonra o, zəngi sonlandırmışdır. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində o, Elnurla Bakıxanov qəsəbəsi ərazisində “Aygün Mall” adlanan ticarət mərkəzinin arxa hissəsində yerləşən “Şaurma №1” adlanan kafedə görüşdüyü zaman Elnur ona məhz “Xural TV”-nin rəhbəri Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətində işləyən hansısa vəzifəli şəxsdən etdiyi xahişinə əsasən satışını həyata keçirtmək istədiyi torpaq sahəsinin özəlləşdirilməsinə etiraz edilməməsinə dair məktubun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Elnura verildiyini, buna görə də həmin torpağın satışından sonra Əvəzə də 10.000 manat pul verilməli olduğunu bildirmişdir. O da, artıqlaması ilə qazancı olacağı üçün Elnura etiraz etməmişdir. Göstərdiklərindən sonra Aydın da, Elnura zəng etmək məqsədi ilə Elnurun şübhə etməməsi üçün bir müddət gözləməyi qərarlaşdırmışdır. Buna görə də təxminən saat 22:00 radələrində Aydın istifadəsində olan “Huawei” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqramı vasitəsi ilə Elnura zəng edərək sonuncu ilə danışmışdır. Həmin danışığı isə o, istifadəsində olan “Samsung” markalı mobil telefonun səsyazma funksiyası vasitəsi ilə qeydə almışdır. Danışıq zamanı Aydın da Elnura guya onun Fəridlə görüşə getdiyini və sonuncudan pul alacağını dedikdə, X44 150.000 manat pul almağını bildirməsini, torpaqla bağlı məktubu Əvəzin aldığını, buna görə də həmin puldan Təqsirləndirilən şəxs1 da verəcəyini, həmçinin alınan puldan 10.000 manatını Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Şahid24 verəcəyini demişdir. Bu barədə danışıqları qeyd etdikdən sonra o və Aydın öz telefonlarındakı olan səsləri hər birini ayrı disklərə köçürmüş və Dərnəgül metrostansiyasının yaxınlığındakı Baş prokurorluğa gələrək ərizə ilə müraciət etmişdir. İfadəsində göstərdiyi danışıq barədə səs yazısının qeyd olunduğu 01 ədəd diski ifadəsinə əlavə etmişdir. xx.xx.2022-ci il tarixdə onun və Aydının Elnurla olan danışığınadək Aydının Təqsirləndirilən şəxs1 Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubun alınmasında rolunun olmasını və bu işlə bağlı Təqsirləndirilən şəxs1 da pul veriləcəyindən məlumatsız olmuşdur. Buna görə də göstərdiyi danışıqlardan sonra Aydın ondan Təqsirləndirilən şəxs1 Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məktubun alınmasında rolunun nədən ibarət olmasını soruşmuşdur. O da, yuxarıda göstərdiyi Elnurla olan görüşü zamanı Elnurun dediklərini Aydına bildirmişdir. Hazırkı vaxta qədər alqı-satqı baş tutmamış və verdiyi pul geri qaytarılmamışdır. Elnur özü ona və Aydına “Xural TV”-nin rəhbəri Təqsirləndirilən şəxs1 yaxın dostu olduğunu, özünün də Əvəzin müavini kimi işlədiyini demişdir. Nə o, nə də ki, Aydın Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Şahid24 qəbulunda olmamış və Şahid24 tanımırlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nə Bakı şəhər İcra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə ayrılmış və Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinin alqı-satqı prosesində makler kimi iştirak etmişdir. Həmin torpaq sahəsinin satıcısı Əjdər adında şəxs olmuş, torpağı almaq istəyən şəxs isə Şahid22 olmuşdur. O, Şahid22 ilə Əjdəri görüşdürmək istəsə də, Fərid bu görüşdən imtina etmişdir. Lakin daha sonra Şahid22 və Şahid21 "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinin qiymətini 850.000 manat olması barədə razılıq əldə etmişlər. Həmin alqı-satqı prosesinə dair zəruri sənədləri Şahid22 qaydaya salacaqdı. Görüşdükləri zaman Şahid22 Şahid21 "xxxx" MMC-nin torpaq sahəsinin sənədlərinin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməsini bildirmişdir. Torpaq sahəsinin sənədləri ƏMDXdə olan zaman Şahid22 ona "xxxx" MMC-nə icarəyə verilmiş torpaq sahəsinin 57 sot hissəsinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olduğunu və Suraxanı rayon MKTB-nin balansından torpaq sahəsinin çıxarılması üçün icazə kağızı almaq lazım olduğunu bildirmişdir. O isə Suraxanı rayon İcra hakimiyyətində tanışı olmadığı üçün dostu Şahid18 ilə əlaqə saxlayaraq Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən "xxxx" MMC-nə ayrılmış və Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinin satılması üçün sənəd almaq lazım olduğunu bildirmişdir. Salman isə iki gündən sonra bu barədə bir nəfərə məlumat verdiyini və həmin şəxsin də Təqsirləndirilən şəxs2 olduğunu demişdir. O, əvvəllər Təqsirləndirilən şəxs2 tanımamışdır. O, Təqsirləndirilən şəxs2 Salmanın vasitəsilə tanımışdır. Bundan sonra Salman ona "xxxx" MMC-nə ayrılmış və Hövsan qəsəbəsində yerləşən torpaq sahəsini satmaq üçün lazımi icazə sənədini almağa görə 120.000 manat pulun lazım olduğunu və bunun Salmana Təqsirləndirilən şəxs2 dediyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 sonuncu həbs olunmamışdan 2-3 ay qabaq Salmanın vasitəsi ilə tanımışdır. Sonra icazə sənədini almaq üçün onlardan 120.000 manat istənildiyini o, Şahid22 bildirmişdir. Şahid22 isə öz növbəsində həmin məbləğdə pulu ödəməyəcəyini, yalnız alqı-satqı zamanı həmin pulu ödəyə biləcəyini demişdir. Bundan sonra isə Şahid22 onları notariat ofisinə dəvət etmiş və o, Salman və Əjdər ilə birlikdə həmin notariat ofisinə getmişdir. Şahid22 torpaq sahəsinin sənədlərini alaraq notariusla birlikdə yoxladıqdan sonra sənədlərin qaydasında olduğunu bildirib ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O, şəxsiyyət vəsiqəsinin nəyə görə lazım olduğunu soruşduqda, Şahid22 2 (iki) həftə ərzində ölkədə olmayacağını, yəni xaricdə olacağını bildirmişdir. Fərid ona 20.000 manat məbləğində pulu borc müqaviləsi ilə verəcəyini və həmin pulu daha sonra deyəcəyi yerə ödəyəcəyini ona demişdir. O isə uşağının 9 (doqquz) ildir ki, komada olması və əməliyyata ehtiyyac duyduğu üçün həmin pulu götürməyə məcbur qalmışdır. Bundan sonra Salman icazə sənədini almaq üçün ilkin olaraq 50.000 manat məbləğində pulun lazım olduğunu, lakin ümümi məbləğin geri qalan hissəsini isə alqısatqı baş tutduqdan sonra verəcəklərini bildirmişdir. Daha sonra Salman 15.000 manat pulu həmyerlisi Akif adlı şəxsdən, 20.000 manat pulu Şahid27 borc almışdır. Sonra onlar həmin pulu Şahid22 ona verdiyi 20.000 manat pulun üstünə qoymuşlar və nəticədə 55.000 manat pul olmuşdur. Lakin Akif adlı şəxsə pul lazım olduğu üçün Salmana verdiyi 15.000 manatın 500 manat məbləğini o, Salmandan geri götürmüşdür. Sonra o, geridə qalan 54.500 manat məbləğində pulun 50.000 manat hissəni paketə qoyaraq Salman ilə brilikdə Qaraçuxurda yerləşən “Neftçilər” parkı adlanan yerə getmişdir. Pulları paketə o, yerləşdirmişdir. “Neftçilər” parkında o və Salman "xxxx" MMC-nin direktoru Əjdər ilə görüşmüşlər. Salman Təqsirləndirilən şəxs2 onların olduqları yerə dəvət etmişdir. Biraz sonra Təqsirləndirilən şəxs2 ağ rəngli minik avtomobili ilə Qaraçuxurda yerləşən “Neftçilər” parkına gəlmişdir. Onun qeyd etdiyi “Neftçilər” parkı Qaraçuxur qəsəbəsində yerləşir. Həmin vaxt pullar onda olmuş və o, maşında oturmuşdur. Salman Elnur ilə söhbət etdikdən sonra ona zəng edib pulları Salmana aparmağını demişdir. Görüş zamanı Təqsirləndirilən şəxs2 maşından düşməmişdir. O, 50.000 manatı aparıb Salmana təhvil vermiş, Salman isə öz növbəsində həmin pulu Təqsirləndirilən şəxs2 vermişdir. O, Salmanın Təqsirləndirilən şəxs2 50.000 manatı verdiyini görmüşdür. Təqsirləndirilən şəxs2 pulu Salmandan alıb getdikdən təxminən 40-45 dəqiqə sonra onları “Aura” restoranının qabağına dəvət edərək icazə sənədini "xxxx" MMC-nin direktoru Əjdərə təqdim etmişdir. Səhəri gün, yəni sentyabr ayının 11-də Təqsirləndirilən şəxs2, Salman, Şahid22 və o, “Bulvar” ərazisində görüşmüşlər. Görüşdükləri zaman ortada heç bir pulun olmadığı ortaya çıxmışdır. Bu zaman Şahid22 sentyabr ayının 19-da alqısatqının baş tutacağını və buna görə də narahat olmağa ehtiyyac olmadığını bildirmişdir. Bundan sonra hamı evə getmiş və elə həmin gün, yəni evə gedənə kimi prokurorluq orqanından ona zəng gəlmişdir. O da, olub bitənlərin ona qarşı oyun olduğunu düşünərək daha öncədən prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti Şahid22 qarşı olmuşdur. O, həmin şikayətində Şahid22 ona qarşı oyun oynadığını və nəticədə aldadıldığını bildirmişdir. O, borc müqaviləsi ilə 20.000 manat məbləğində pulu aldıqdan sonra şübhələnmiş və ona görə də prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərdi ki, Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı ona zəng edərək ifadə verməli olduğunu bildirmişdir. O da, öz növbəsində Baş Prokurorluğun İstintaq İdarəsinə gedərək orada ifadə vermişdir. O, ifadə verdiyi zaman müstəntiq ondan Salman və Aydını tanıyıb-tanımadığını soruşmuşdur. O da, müstəntiqə həm Salmanı, həm də Aydını tanıdığını demişdir. Daha sonra müstəntiq ondan Salman və ya Aydına hər hansı bir məqsədlə borca pul veribvermədiyini soruşmuşdur. O da, müstəntiqə Aydına borca pul vermədiyini, lakin Salmanın bir dəfə sənəd işi ilə bağlı ondan 20.000 manat borc pul istədiyini bildirmişdir. O da, Salmanın xahişini yerə salmayaraq Salmana 20.000 manat borc pul verdiyini demişdir. Salman ondan borc aldığı zaman həmin pulu kimə verəcəyini ona deməmişdir. Salman ona yalnız sənəd düzəltdiyinə görə pul istədiyini demiş, o da, Salmana 20.000 manat məbləğində pul vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərdi ki, Salman onun uşaqlıq dostudur, onlar eyni orta məktəbdə eyni sinifdə təhsil almışlar. Onun hal-hazırda da Salman ilə yaxın dostluq münasibəti var. Salman hansısa bir torpaq sahəsini sənədləşdirmək üçün rüsum ödəməli olduğunu, lakin yetəri qədər pulunun olmadığını ona bildirib borc pul verməyini ondan istəmişdir. Lakin Salman torpaq sahəsinin harada yerləşməsi barədə ona heç bir söz deməmiş, onun da bu barədə məlumatı yoxdur. Salman ondan 15.000 manat məbləğində borc pul verə bilib-bilməyəcəyini soruşmuş, o da, Salmana həmin məbləği verə biləcəyini bildirmişdir. 2 (iki) gün sonra isə o, Salmana 15.000 manat məbləğində borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Salman aldığı borcu tam şəkildə 1 (bir) ay sonra qaytaracaqdı. Lakin Salman həmin 15.000 manat məbləğində borc pulu hələ də ona qaytarmayıb. Həm aralarında olan razılaşmaya əsasən, həm də maddi vəziyyəti pisləşdiyinə görə o, 1 (bir) ay sonra Salmandan borcu geri qaytarmasını istəmiş, lakin Salman borcu geri qaytarmayaraq 5-6 gündən sonra borcu qaytaracağını bildirmişdir. Lakin həmin müddət də yubandıqca yubanmışdır. Bu məsələ ilə ələqadar əvvəlcə Salman və Aydını, sonra isə onu Salmana borca pul verdiyinə Baş Prokurorluğun İstintaq İdarəsinə ifadə verməyə çağırmışlar. O, Salman ilə uşaqlıq vaxtlarından yaxın dostluq münasibətlərində olduğundan Salmana etiraz etməyərək istədiyi 15.000 manat məbləğində pulu borc olaraq Salmana vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid37 ifadəsində göstərdi ki, onun ürək xəstəliyi var və xəstəliyi ilə əlaqədar 3 (üç) ildir ki, müalicə alır. Təqsirləndirilən şəxs2 tutulduğu gündən bir gün sonra ona Baş Prokurorluğun İstintaq İdarəsində ifadə verməyi ilə bağlı zəng gəlmişdir. Həmin vaxt müalicəsi ilə əlaqədar o, sistem qoşdurmuş olsa da, Baş Prokurorluğun İstintaq İdarəsinə ifadə vermək üçün getmişdir. İstintaq İdarəsinin inzibati binasında o, 1 saat 30 dəqiqə gözlədikdən sonra təxminən 2 saata yaxın müddət ərzində ifadə vermişdir. Həmin ifadədə o, soruşulan bütün məsələləri cavablandırmışdır. Lakin 1 ilə yaxın bir müddət keçdiyindən o, hal-hazırda həmin ifadəsində qeyd etdiklərini dəqiq olaraq xatırlamır. Şahid37 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2019-cu ildə ictimai, siyasi, kütləvi yayım kanalı kimi fəaliyyətlə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib həmin vaxtdan cəmiyyətin direktoru kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs2 həmyerlisi kimi uzun müddət tanımış, təxminən 15 il müddətində Təqsirləndirilən şəxs2 onunla birlikdə xüsusi müxbir işləmiş, həmçinin "xxxx" MMC tərtib edildiyi vaxtdan Təqsirləndirilən şəxs2 faktiki olaraq cəmiyyətin direktor müavini vəzifəsində işləmişdir. Hazırda cəmiyyətin fəaliyyəti maddi durumu ilə əlaqədar “dondurulmuş” vəziyyətdədir. "xxxx" MMC hazırkı vaxta qədər “Youtube” sosial şəbəkəsində "xxxx" adı ilə ictimai, siyasi, kütləvi yayım kanalı kimi ölkənin müxtəlif sahələrində fəaliyyət göstərir. Elnurun "xxxx" yayım kanalında davamlı şəkildə hadisələr barədə məlumat toplamaq, xəbər hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) kimi səlahiyyətləri olub. Onun Təqsirləndirilən şəxs2 hər hansı cinayətin törədilməsində, ümumiyyətlə hər hansı torpaq sahəsinin qanunsuz sənədləşdirilməsi, rüşvət alınması və verilməsində iştirakından xəbəri olmamışdır. Habelə Elnurun "xxxx" vasitəsilə reket jurnalist kimi fəaliyyət göstərməsi yaxud jurnalist adından istifadə etməsi barədə məlumatı olmamışdır. Elnurun hüquq mühafizə orqanları tərəfindən saxlanılmasını o, xx.xx.2022-ci ildə iş yerinə gələndə bilmişdir. Belə ki, o, otaqda iki ədəd notbuk tipli kompüter və iki ədəd kompüterin yaddaş blokunun götürüldüyü görəndə, bu barədə inzibati binanın mühafizəsini təşkil edən polis əməkdaşlarından maraqlanmış və bu zaman məhkəmə qərarı əsasında Elnurun iştirakı ilə axşam saatlarında iş otağında axtarış aparıldığını öyrənmişdir. Bundan sonra isə o, Elnurun ailəsi ilə danışıb maraqlandıqda, Elnurun saxlanıldığını öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə həmkərdır, yəni Təqsirləndirilən şəxs1 da, o da, jurnalistdir. Ara-sıra onun Təqsirləndirilən şəxs1 ilə ünsiyyəti olmuşdur. Hətta onun Təqsirləndirilən şəxs1 ilə bir həmkar kimi yoldaşlıq münasibəti də olmuşdur. O, arzu edərdi ki, jurnalistlər qəfəsdə olmasınlar. O, Təqsirləndirilən şəxs1 tezliklə azadlığa çıxmağını arzu edir. Hazırkı işlə bağlı ilk növbədə deyə bilər ki, o, “X56” şirkətinin sahibi Şahid34la məktəb illərindən yaxın dost olmuşdur. Şahid34 həbs edildiyi gün o, dərhal Şahid34 evinə getmişdir. Çünki bu onun bir dostluq borcum olmuşdur. O, Şahid34 həyat yoldaşı Şahid30 da yaxından tanıyır. Onun Şahid30 ilə də uşaqlıq illərindən tanışlığı olmuşdur. O, Şahid34 evinə çatdıqda, Şahid30 Şahid34 hüquqlarını qorumaq məqsədilə tanışı olan bir vəkili, yəni Şahid33 məsləhət görmüşdür. Sonra o, Şahid33 Şahid34 evinə şəxsən özü dəvət etmiş və tövsiyyə etmişdir ki, Şahid34 hüquqlarını Şahid33 qorusun. Ara-sıra Şahid34 evində onun, Şahid30 və Şahid33 iştirakı ilə Şahid34 hüquqi müdafiəsi barədə müzakirələr aparılmışdır. Şahid34 həbs edildikdən təxminən 7-10 gün sonra, səhər saatlarında Şahid33 ona zəng etmişdir. Həmin gün həftənin bazar günü olmuşdur. Şahid33 ona telefon zəngi açanda isə o, yatmışdır. Həmin telefon zəngində Şahid33 ona ilk olaraq “Sən də bu Əvəzi görürsən də!” söyləmişdir. O isə “hələ nəyin baş verdiyini anlamıram” deyərək Şahid33 məsələni tam şəkildə izah etməsini istəmişdir. Şahid33 telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 gileylənməyə davam edərək, “Bu qədər Əvəzə yaxşılıq etmişəm, gedib-gəlmişəm”, yəni bu tipli sair sözlər işlətmişdir. Təqsirləndirilən şəxs1 hazırkı həbsindən əvvəl də həbs edildiyindən həmin vaxt Əvəzin müdafiəçisi Şahid33 olmuşdur. O, yenidən Şahid33 məsələni tam şəkildə izah etməsini xahiş etmiş, çünki o, hələ də nəyin baş verdiyini anlamamışdır. Daha sonra Şahid33 Şahid30 Təqsirləndirilən şəxs1 öz verilişlərində həyat yoldaşı Şahid34 ünvanına sərt tənqidlər yağdırmasından dolayı narahat olduğunu, həmçinin Şahid30 Şahid33 Təqsirləndirilən şəxs1 ilə danışaraq həmin tənqidləri dayandırmasını xahiş etdiyini bildirmişdir. O, dərhal Şahid33 çox nahaq bu işi gördüyünü bildirmişdir. Çünki o, Təqsirləndirilən şəxs1 verilişlərini izlədiyindən Təqsirləndirilən şəxs1 Şahid34 nisbətdə necə bir sərt mövqedə olduğunu bilmişdir. Yəni Şahid34 qarşı ən sərt mövqeyə sahib olan şəxs bircə Təqsirləndirilən şəxs1 olmuşdur. Şahid33 isə ona Təqsirləndirilən şəxs1 ilə görüşüb danışdığını və Təqsirləndirilən şəxs1 Şahid34 əleyhinə danışmamasını xahiş etdiyi bildirmişdir. Bundan sonra Elçin ona demişdir ki, Təqsirləndirilən şəxs1 Şahid33 deyib ki, “Elçin, sən Şahid34 qonorar alırsanmı?” Şahid33 da öz növbəsində Təqsirləndirilən şəxs1 cavab olaraq Şahid34 qonorar aldığını bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 Şahid33 demişdir ki, “Mən də qonorar almaq istəyirəm”. O da, bu vaxt Şahid33 “və?” formasına sual verərək Elçinin fikrini davam etdirməsini gözləmişdir. Bu vaxt Şahid33 ona Təqsirləndirilən şəxs1 Şahid34 tənqid etməməsi müqabilində 20.000 (iyirmi min) manat pul istədiyini bildirmişdir. Bundan sonra o, Şahid33 bir daha “sən çox nahaq bu işi görmüsən!” deyə tənqid etmişdir. Əlavə olaraq da, o, Şahid33 Təqsirləndirilən şəxs1 Şahid34 tənqid etməkdən ibarət olan mövqeyindən çəkinəcəyini düşünmədiyini demişdir. Çünki Təqsirləndirilən şəxs1 2 (iki) ilə yaxın bir müddətdir ki, vaxtaşırı öz verilişlərində Şahid34 tənqid etmişdir. Şahid33la onun arasında olan bu telefon söhbətindən təxminən iki-üç gün sonra Təqsirləndirilən şəxs1 yenidən öz verilişində Şahid34 çox sərt bir şəkildə tənqid etmişdir. Bundan sonra o, Şahid33 zəng etmiş və zəng etdiyi zaman Şahid33 sükan arxasında olmuşdur. Zəng zamanı o, Şahid33 əgər Təqsirləndirilən şəxs1 ilə razılaşıbsa, hansı səbəbdən Təqsirləndirilən şəxs1 yenidən efir vasitəsilə Şahid34 sərt şəkildə tənqid etdiyini soruşmuşdur. Şahid33 əvvəlcə ona inanmayaraq, Təqsirləndirilən şəxs1 yenidən Şahid34 sərt şəkildə tənqid edəcəyinin mümkün olmadığını bildirmişdir. Daha sonra isə o, Şahid33 Təqsirləndirilən şəxs1 Şahid34 sərt şəkildə tənqid etdiyi həmin verilişinin “youtube”-dakı linkini göndərmiş və Şahid33 bu zaman şok vəziyyətində düşmüşdür. O, Şahid33 onu çox pis bir vəziyyətə qoyduğunu bildirmişdir. Çünki Şahid34 həbs olunduqdan sonra o, Rasimin ailəsi barədə məsuliyyət daşıyır. Daha sonra zəng zamanı o, Şahid33 sərt şəkildə dərhal 1 (bir) saat ərzində həmin 20.000 manatı Şahid34 ailəsinə qaytarmalı olduğunu demişdir. Şahid33 da onunla razılaşaraq Təqsirləndirilən şəxs1 ilə danışacağını və pulu Şahid34 ailəsinə geri qaytaracaqlarını bildirmişdir. 2 (iki) saat sonra o, Şahid33 bir daha zəng edərək pulu Şahid34 ailəsinə qaytarıb-qaytarmadığını soruşmuşdur. Şahid33 isə zəng zamanı cavab olaraq ona 20.000 manat məbləğində pulu Şahid34 ailəsinə axşama qədər qaytaracağını bildirmişdir. Daha sonra o, Şahid34 ailə üzvlərinə zəng edərək əvvəlcə həmin şəxlsərin onunla məsləhətləşmədən qeyd edilən məsələni etdiklərinə görə öz iradını bildirmiş, bundan sonra isə pulun geri qaytarılıb-qaytarılmadığını soruşmuşdur. Həmin vaxt o, öyrənmişdir ki, pul hələ də Şahid34 ailəsinə qaytarılmamışdır. Daha sonra Şahid34 ailəsi ona Şahid33 göndərdiyi səs yazısını göndərmişlər. Həmin səs yazısında Şahid33 və Təqsirləndirilən şəxs1 danışıqları olmuşdur. Bundan sonra o, həmin səs yazısını Şahid33 göndərərək səs yazısında olan danışıqlar barədə soruşmuş və həmin səs yazısında pulun Şahid34 ailəsinə qaytarılması barədə danışığın olmadığına görə Şahid33 öz iradını bildirərək demişdir ki, “pul Şahid34 ailəsinə qaytarılmalıdır”. Daha sonra o, Şahid33 düşüncələr içində olduğunu və qəti fikir bildirmədiyini hiss edərək Şahid33 həmin səs yazısını onun əlində olan resurs vasitəsi ilə yayımlayacağını bildirmişdir. Həmin vaxt onun Şahid33 ilə çox sərt danışığı olmuşdur. O, Şahid33 vəkil peşəsinə yaraşmayan hərəkət etdiyini və onu pis vəziyyətə saldığını demişdir. O, Elçinə demişdir ki, “sən həm vəkil etikasına, həm də vəkil peşəsinə yaraşmayan hərəkət etmisən”. Bu söhbətdən sonra o, Şahid33 Şahid34 ailəsinə atdığı səs yazısını yayımlamışdır. O, həmin səs yazısını yayımladıqdan bir qədər sonra, təxminən saat 22:00-23:00 radələrində Şahid34 ailə üzvləri ona zəng edərək Şahid33 20.000 manat məbləğində pulu gətirərək geri qaytardığını bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid32 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də reklam şöbəsində işləyir. Hadisə ilə bağlı o, deyə bilər ki, Şahid29 ona video linki göndərərək həmin linki “YouTube” platformasında yerləşdirməsini istəmişdir. Axşam vaxtı olduğuna görə artıq ofisdə heç kim olmamışdır. Şahid29 ondan xahiş etdiyinə, eləcə də işlədiyi ofisin yaxınlığında olduğuma və “YouTube” platformasında video paylaşmağı bacardığına görə o, linki Şahid29 alıb “YouTube” platformasında paylaşmışdır. O, Təqsirləndirilən şəxs1 tanımamışdır. Şahid29 “YouTube” platformasında paylaşılmalı olan bir video materialın da olduğunu ona bildirmişdir. Həmin vaxt işlədiyi ofisdə ondan başqa heç kim bunu bacarmadığı üçün o, həmin videonu paylaşmışdır. O, həmin videonu “YouTube” platformasında paylaşarkən videoya baxmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid35 ifadəsində göstərdi ki, onun təqsirləndirilən şəxslərlə heç bir əlaqəsi və heç bir ədavəti yoxdur. O, Şahid34 sürücüsüdür. Şahid34 arvadı Şahid30 onu Mərdəkan qəsəbəsində yerləşən bağ evinə dəvət etmişdir. O, həmin bağ evinə öz şəxsi avtomobili ilə getmişdir. Orada Şahid30 ona bir zərf vermişdir. O, zərfin içində nə olduğunu bilməsə də, zərfin içindəkinin pul əsginaslarına oxşadığını hiss etmişdir. O da, öz növbəsində həmin zərfi soyadını bilmədiyi Şahid34 vəkili Şahid33 vermişdir. Əvvəlcə o, Elçinə zəng edərək mobil telefon vasitəsilə əlaqə saxlamış, daha sonra isə Nizami Rayon Polis İdarəsinin qarşısında Elçinlə görüşərək həmin zərfi sonuncuya vermişdir. Görüş zamanı Şahid33 Polis İdarəsinin qarşısında öz avtomobilində onu gözləmişdir. O, həmin zərfi Şahid33 verdikdən sonra həmin ərazidən geri qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid34 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onu tanımaya-tanımaya onun barəsində “YouTube” internet platformasında danışaraq ən çox pislik edən şəxs olmuşdur. Təqsirləndirilən şəxs1 “YouTube” internet platformasında onun barəsində çıxış edərək Loğman Zülfüqarlını həbs etdirdiyini və nəticədə Loğman Zülfüqarlıya məxsus zavodları ələ keçirdiyini bildirmişdir. Əvvəlcə qeyd etmək istəyir ki, Loğman Zülfüqarlı 2005-ci ildə həbs edilmiş və o, həmin vaxt Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işləmişdir. O, ümumiyyətlə Loğman Zülfüqarlının 2012-ci ildə tanımışdır. O, heç vaxt Loğman Zülfüqarlıdan zavod almamışdır. O, Bakı Polad Tökmə Zavodunu tamamilə başqa adamdan almış və bildirmək istəyir ki, Bakı Polad Tökmə Zavodunda bugün də Loğman Zülfüqarlının 18 faizlik pay hissəsi var. Bundan başqa, Təqsirləndirilən şəxs1 “YouTube” internet platformasında onun barəsində çıxış edərək bildirmişdir ki, guya Nazim Bəydəmirlidən zavod alıb sonra həmin zavodu dağıtmışdır. Bu məsələyə cavab olaraq o, dəfələrlə Nazim Bəydəmirlidən hansı zavodu aldığını, aldığı təqdirdə həmin zavodun harada olduğunu göstərməklərini bildirmişdir. Lakin bunu edən olmamışdır. Demək ki, bu fikirlər də yalan məlumatlardır. Daha sonra o, həbsdə olduğu zaman Təqsirləndirilən şəxs1 onun kimdən nələri aldığını, kimlərə nə qədər pul verdiyini öz dəftərinə yazdığını və həmin dəftərdə yazılan hər şeyi açıqlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 onun barəsində elə danışıb sanki onlar birlikdə işləmişlər. Bir belə məlumatı Təqsirləndirilən şəxs1 haradan əldə etmişdir?! Bu məsələlər doğrudan da ona maraqlıdır. Bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 arvadının onun barəsində olan bir çıxışını gətirib ona göstərmişlər. Həmin çıxışda yazılmışdır ki, guya onun uşaqlarının adına şirkətlər açılmışdır. Lakin onun övladlarının və yoldaşının adına heç bir şirkət yoxdur. O, “X56” şirkətini milliyətcə yahudi olan iki şəxsdən almışdır. O, “X56” şirkətini Təqsirləndirilən şəxs1 yozaraq dediyi şəxslərdən almamışdır. “X56” şirkətini Paulo Pərviz adında şəxsdən alan şəxslər yəhudi Beni Şteynmets və Aleksandr Maskeviç olmuşdur. O da, “X56” şirkətini yəhudi şəxslərdən almışdır. Təqsirləndirilən şəxs1 isə nə gəldi çıxıb danışmışdır. O, 2020-ci ildə Təqsirləndirilən şəxs1 və “Reaksiya TV”-dən Zaur adlı jurnalisti məhkəmə qaydasında şikayət etmişdir. Elə jurnalistlər var ki, onunla olan danışıqlarını “YouTube” internet platformasına yerləşdirmişlər. Qeyd etdiyi jurnalistlərin arasında Aslan İsmayılov da olmuşdur. X20 barəsində yazılan xəbərlərin yalan olduğunu gördükdən sonra onunla görüşərək üzr istəyib demişdir ki, “Rasim müəllim, yazılan yazıların hamısı yalandır”. Lakin Təqsirləndirilən şəxs1 “YouTube” internet platformasında onun barəsində çıxışlar etmişdir. Təqsirləndirilən şəxs1 “YouTube” internet platforması vasitəsilə onun barəsində səsləndirdiyi çıxışlar həqiqəti əks etdirmir, hamısı yalandır. Təqsirləndirilən şəxs1 onu tənqid etdiyini bildirsə də, o, düşünür ki, Əvəzin onun barəsində bildirdikləri tənqid deyil, təhqirdir. Təqsirləndirilən şəxs1 bəzi şəxslərin adını çəkərək onun həmin şəxslərlə pul böldüyünü bildirir. O, heç vaxt Təqsirləndirilən şəxs1 dedikləri şəxsləri tanımır. Təqsirləndirilən şəxs1 əlinə “Youtube” kanalı düşmüş və həmin kanaldan istədiyi kimi istifadə etmiş, istədiyi şəxslərə qarşı istədiyi fikirləri səsləndirmişdir. 2020-ci ildə o, Təqsirləndirilən şəxs1 və onun barəsində əsassız çıxışlar edən digər jurnalistləri məhkəmə qaydasında şikayət etmiş, lakin daha sonra ona edilən xahişlər əsasında bu məsələni davam etdirməmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs1 yenidən onun barəsində əsassız fikirlər səsləndirməyə davam etmişdir. Təqsirləndirilən şəxs1 “YouTube” internet platforması vasitəsilə onun barəsində çıxışlar etməməsinin qarşığında onun qohumlarından pul almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Şahid33 vasitəsi ilə onun qohumlarından 20.000 manat məbləğində pul almışdır. O, bunu sonradan, yəni hər şey olub bitəndən sonra öyrənmişdir. Təqsirləndirilən şəxs1 onun qohumlarından aldığı 20.000 manat məbləğində pulu bugünədək geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid31 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı ifadə vermiş və həmin vaxt pul vermək barədə dindirilmişdir. Hazırkı işlə bağlı o, bildirmək istəyir ki, Şahid34 onun xalasıqızının əridir. Şahid34 barəsində mətbuatda tənqidi fikirlər səsləndilmiş və tənqidi fikirlərin səsləndirilməməsi, eləcə də mətbuatda Şahid34 barəsində danışılmaması üçün müəyyən məbləğdə pul verilmişdir. Şahid31 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 2022-ci ilin avqust ayının əvvəllərindən başlayaraq Təqsirləndirilən şəxs1 kimi özünü təqdim edən, sonradan əsl ad və soyadının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs, özünə məxsus “Xural TV” adlı youtube kanalında onun xalası qızının əri Şahid34 və sonuncunun ailəsi haqqında təhqiramiz ifadələr işlədərək daim Şahid34 barədə öz izləyicilərinin gözündə cinayətkar obrazı yaratmışdır. Buna görə də, ailə daxilində, yəni xalası qızı olan Şahid34 həyat yoldaşı Şahid30 və digər ailə üzvləri daim Təqsirləndirilən şəxs1 “Xural TV” adlı youtube kanalında Rasim haqqında gedən mövzular barədə müzakirələr aparmış, bu şəxsin hansı formada şər və böhtan xarakterli məlumatlarının dayandırılmasının yollarını axtarmışdır. Müzakirələr zamanı xalası qızı Şahid30 müəyyən etmişdir ki, Şahid34 müdafiəçisi Şahid33 Təqsirləndirilən şəxs1la yaxın münasibəti var, həmçinin əvvəlki işində də Şahid33 Təqsirləndirilən şəxs1 müdafiəçisi olmuşdur. Bu səbəbdən də Şahid30 Elçin X16 danışmasını xahiş etmişdir. Lakin Əvəz mütəmadi olaraq öz youtube kanalında belə demək olarsa, çirkin iftira kampaniyasına davam etməkdə olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının sonlarına doğru xalası qızı Şahid30 artıq hər gün Əvəzin “youtube.com” kanalında Rasim barədə olan çıxışlarının göndərilməsindən bezərək öz aralarında bu xəbərlərin hər hansı bir formada tamamilə kəsilməsinin yollarını düşünməli və həll etməli olduğunu bildirmişdir. O, xalası qızına aid ünvan 31 ünvanında yerləşən bağ evində müdafiəçi Elçinlə görüşərək sonuncu ilə olan söhbət zamanı Təqsirləndirilən şəxs1 ilə danışmasını xahiş etmişdir. O, Elçindən Təqsirləndirilən şəxs1 ilə danışaraq Əvəzin Şahid34 barədə hər hansı bir xəbər və ya məlumat paylaşmaması üçün danışmasını istəmişdir. Habelə Təqsirləndirilən şəxs1 2020-ci ilin noyabr ayından həm öz “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” kanalında, həm də məqalələrində Şahid34 və ailəsini dəfələrlə təhqir etmiş, əleyhinə çıxış etməmək üçün Şahid34 5.000 manat məbləğində pul verməsini də tələb etmişdir. O, bu barədə ailədə dəqiq gəzən söz-söhbət əsnasında eşitmiş, lakin dəqiq olaraq kimdən eşitdiyini xatırlamır. Elçinlə olan söhbətindən sonra Təqsirləndirilən şəxs1 Şahid34 və ailəsi barədə danışdıqlarını tam olaraq dayandırması üçün müdafiəçi Şahid33la xəbər göndərmiş və bu məqsədlə, yəni nə Şahid34, nə dəki, Şahid34 ailə üzvləri barədə danışmaması üçün 20.000 manat pul tələb etmiş, əks halda Şahid34 barədə daha rüsvayedici məlumatlar paylaşacağını, Təqsirləndirilən şəxs1 sözü ilə desə Şahid34 “ağzını cıracağını” bildirmişdir. Onun Şahid30 ilə qeyd olunan danışıqları 2022-ci ilin avqust ayının təxminən 26-27-si tarixlərinə təsadüf etmişdir. Bundan bir neçə gün sonra, təxminən sentyabr ayının 1-i və ya 2si 20.000 manat məbləğində pul vəsaitini xalası qızı Şahid30 ilə danışdığı zaman sonuncu Təqsirləndirilən şəxs1 verməsi məqsədi ilə 20.000 manat pulu 01 (bir) ədəd ağ rəngli zərfə qoyaraq sürücü Şahid35 vasitəsilə müdafiəçi Şahid33 göndərmiş, qeyd olunan zərfdə 100 (yüz) ədəd 200 (iki yüz) manatlıq pul əsginaslarının olduğunu demişdir. Daha sonra isə Şahid35 müdafiəçi Şahid33la Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin yaxınlığında görüşdüyünü və Təqsirləndirilən şəxs1 çatdırması üçün 20.000 manat pulu Şahid33 verdiyini bildirmişdir. Bundan sonra, yəni sentyabr ayının 5-də o, Şahid34 məhkəmə prosesindən sonra Təqsirləndirilən şəxs1 Şahid34 barədə danışmağını gördüyü üçün Təqsirləndirilən şəxs1 pul vəsaitini alaraq vədinə riayət etməsi, yəni pul vəsaitini aldıqdan sonra Şahid34 və sonuncunun ailə üzvləri barədə danışmaması ilə bağlı ailəsində söhbət etmişdir. 2022-ci ilin sentyabr ayının 7-də xalası qızı Şahid30 ailə dostu Eynulla müəllim zəng edərək Əvəzin yenə öz youtube kanalında Rasim və ailəsi barədə xoşagəlməz ifadələr işlətdiyini bildirmişdir. Şahid30 Eynulla müəllimə baş verənləri, yəni bir neçə gün əvvəl Şahid34 müdafiəçisi olan Şahid33 vasitəsilə Təqsirləndirilən şəxs1 youtube kanalında Rasim barədə hər hansı bir söhbət aparmaması, danışmaması və ya məlumat yaymaması müqabilində 20.000 manat pul verdiyini bildirmişdir. Eynulla müəllim məsələyə sərt reaksiya verərək dərhal verilmiş pulun geri tələb edilməsini demişdir. Buna görə də, Şahid33 Təqsirləndirilən şəxs1 yenidən öz youtube kanalında Rasimin barəsində danışdığını və öz vədinə əməl etmədiyini bildirmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 yenə də müdafiəçi Şahid33 vasitəsi ilə guya bu yolla Rasimin “piar”ını, yəni reklamını, təbliğini aparmasını desə də, Əvəzin youtube kanalında Şahid34 barədə bildirdikləri, elə əvvəlki qarayaxma kampaniyasının davamı olmuşdur. Müəyyən təkidlərdən və Eynulla müəllimin Təqsirləndirilən şəxs1 ifşa etməsindən sonra artıq həmin günün sonunda Təqsirləndirilən şəxs1 müdafiəçi Şahid33 vasitəsilə aldığı 20.000 manat pulu Şahid30 qaytarmışdır. Bu zaman Şahid30 artıq Bakı şəhərində olan evlərində, yəni Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən, Bakı Dövlət Sirkinin yanındakı yeni tikilmiş çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən olan evinə köçmüş, yəni bağ evindən şəhərə qayıtmış və Şahid33 qeyd olunan 20.000 manat pulu Şahid30 orada qaytarmışdır. Artıq həmin vaxt Eynulla müəllim Əvəzin həmin səs yazısını da sosial şəbəkədə efirə vermişdir. Əvəz Rasimi uzun müddət şantaj edərək Rasimdən pul alacağına əmin olmuş və bu oyuna gələrək səhv addım atıb Əvəzin tələb etdiyi 20.000 manat pul vermişdir. Lakin Əvəz bu pulu alanda bir daha Şahid34 barədə danışmayacağına dair verdiyi vədinə əməl etməmiş, əksinə vədini pozaraq Şahid34 əleyhinə danışmışdır. Şahid29 Təqsirləndirilən şəxs1 ifşa etməsindən sonra da məsuliyyətdən boyun qaçıra biləcəyi düşüncəsi ilə Şahid33 vasitəsilə almış olduğu pulları geri qaytarmışdır. İlkin olaraq xalası qızı Şahid30 adının ümumiyyətlə hallanmaması üçün Şahid33la Təqsirləndirilən şəxs1 Şahid34 və ailə üzvləri barədə danışmaması məqsədi ilə 20.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 verməsi barədə özünün Şahid33la danışdığını bildirmişdir. Lakin indi o, bildirir ki, Təqsirləndirilən şəxs1la danışması barədə danışıqlar Şahid30 ilə Şahid33 arasında olmuş, həmin ərəfədə Şahid30 ilə Şahid33 və ailəsinin digər üzvləri arasında danışıqlar gedən zaman o da, bu məsələlərdən agah olmuş və bir ya iki dəfə bu barədə Şahid33la aparılan söhbətlərdə özü də iştirak etmişdir. Şahid33 verilən 20.000 manat pul vəsaitini isə xalası qızı Şahid30 sürücü Şahid35 almış və sonra Şahid33 vermişdir. Təqsirləndirilən şəxs1 verilməsi üçün Şahid33 göndərilmiş 20.000 manat məbləğində pul vəsaitinin Şahid35 dəqiq olaraq Şahid30 tərəfindən harada verildiyini o, soruşmamış, lakin Şahid30 həmin zaman hələ ünvan 32 ünvanında olan bağ evində qaldığı üçün pul vəsaitini Şahid35 elə orada verdiyini düşünür. Xalası qızı Şahid30 adının iş üzrə çəkilməməsi üçün o, pul vəsaitini özünün verdiyini bildirmiş, pul vəsaitini sentyabr ayının əvvəli deyil, avqust ayının sonlarında verdiyini bildirməyinin səbəbi Şahid30 avqust ayının sonunda Şahid33 aylıq məvacib verməsi və bu səbəbdən pul vəsaitini verdiyi ünvanı səhv salması və ona görə də bu barədə səhv bildirməsi olmuşdur. Belə ki, 20.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 Şahid34 və ailəsi barədə ümumiyyətlə danışmaması üçün Əvəzin tələbi və istəyi ilə Şahid30 tərəfindən sürücü Şahid35 vasitəsilə müdafiəçi Şahid33 göndərilmiş, Şahid33 həmin pulu götürərək Təqsirləndirilən şəxs1 verməsi və Təqsirləndirilən şəxs1 Şahid34 və ailəsi barədə danışmayacağı barədə söz verdiyini Şahid30 bildirmişdir. 07 sentyabr 2022-ci il tarixdə Şahid30 ailə dostu Eynulla müəllim zəng edərək Əvəzin yenə öz youtube kanalında Rasim və ailəsi barədə xoşagəlməz ifadələr işlətdiyini bildirmiş, Şahid30 Eynulla müəllimə baş verənləri, yəni bir neçə gün əvvəl Şahid34 müdafiəçisi olan Şahid33 vasitəsilə Təqsirləndirilən şəxs1 youtube kanalında Rasim barədə hər hansı bir söhbət aparmaması, danışmaması və ya məlumat yaymaması müqabilində 20.000 manat pul verdiyini bildirmişdir. Şahid29 məsələyə sərt reaksiya verərək dərhal verilmiş pulun geri tələb edilməsini demiş, buna görə də, Şahid33 Təqsirləndirilən şəxs1 yenidən öz youtube kanalında Rasimin barəsində danışdığını və öz vədinə əməl etmədiyini bildirmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 yenə də müdafiəçi Şahid33 vasitəsi ilə guya bu yolla Rasimin “piar”ını, yəni reklamını, təbliğini aparmasını desə də, əslində Əvəzin “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” kanalında Şahid34 barədə bildirdikləri, elə onun əvvəlki qarayaxma kampaniyasının davamı olmuşdur. Müəyyən təkidlərdən və Eynulla müəllimin Təqsirləndirilən şəxs1 ifşa etməsindən sonra artıq həmin günün sonunda Təqsirləndirilən şəxs1 müdafiəçi Şahid33 vasitəsilə aldığı 20.000 manat pulu Şahid30 qaytarmışdır. Artıq həmin vaxt Eynulla müəllim Əvəzin həmin səs yazısını da sosial şəbəkədə efirə vermişdir. Əvəz Rasimi uzun müddət şantaj edərək ondan pul alacağına əmin olmuş və onun bu oyununa gələrək səhv addım atıb ona tələb etdiyi 20.000 manat pulu ona vermişdir. Lakin Əvəz bu pulu alanda bir daha Şahid34 barədə danışmayacağına dair verdiyi vədinə əməl etməmiş, əksinə vədini pozaraq Şahid34 əleyhinə danışmış, Şahid33 Əvəzdən nə səbəbə görə belə etməsi ilə bağlı maraqlandığı zaman Şahid34 “piar”ını, təbliğini apardığını bildirmiş, razılaşmanı pozmadığına israr etmişdir. Bildiyi qədəri ilə xalası qızı Şahid30 oğlu Cəmil Məmmədovun təhsil haqqını ödəmək üçün həmin 20.000 manat məbləğində pul vəsaitini İsveçrəyə göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilməsi nəzərdə tutulmuş Şahid33 məhkəmədə dindirilməsinin onun müdafiə hüququnun pozulmasına yol açacağını iddia edərək bu əsasla məhkəmədə ifadə verməmişdir. Onun iddia etdiyi hallar müdafiə hüququ ilə sıx bağlı olduğundan məhkəmə onun dindirilməməsini məqbul saymışdır. Bu səbəbdən də Şahid33 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Şahid33 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2022-ci ilin avqust ayından Şahid34 Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə Şahid34 vəkili qismində prosesə qoşulmuşdur. Qeyd olunan iş təkcə Şahid34 təqsirləndirilməsi barədədir. İşlə bağlı o, Şahid34 arvadı Şahid30 ilə görüşmüş və sonuncu ilə görüşlərə həyat yoldaşı Zibeydə Sadıqova ilə birlikdə getmişdir. Zibeydə Sadıqova da vəkildir və 2022-ci ilin fevral ayından Şahid34 müdafiəçisi olmuşdur. O isə ancaq cinayət işi məhkəmə baxışına verildikdən sonra prosesə qoşulmuşdur. Hazırlıq iclası xx.xx.2022-ci il tarixdə olmuş və hazırlıq iclasından əvvəl o, Zibeydə Sadıqova ilə Şahid34 həyat yoldaşı Şahid30 ilə sonuncunun yaşadığı Mərdəkan qəsəbəsində olan Z.Tağıyev küçəsi 1102 ünvanında görüşmüşdür. Qeyd olunan görüşdə Mehriban xanımla o, tək görüşmüş və evə daxil olmadan həyətdə olan yay evinin çöl hissəsində olan masa və stulda əyləşmişdir. Orada işlə bağlı söhbət etdiyi zaman Şahid30 bildirmişdir ki, özünə qohumlarından tanımadığı və adını bilmədiyi bir şəxs Təqsirləndirilən şəxs1 adlı jurnalistin Şahid34 və öz oğlu Ramiz barəsində mənfi, rüsvayedici məzmunlu danışığını əks etdirən video göndərmişdir. Şahid30 ona yenə tanımadığı və adını bilmədiyi qohumunun Təqsirləndirilən şəxs1 kitab təqdimatında onunla birlikdə olmağı barədə də video göndərdiyini və Şahid33 Təqsirləndirilən şəxs1la münasibətinin olduğunu bildirməklə, Elçindən Təqsirləndirilən şəxs1la danışmasını xahiş etmişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs1 da hüquqlarını müdafiə etdiyini və sonuncu ilə yaxın yoldaşlıq münasibətinin olduğunu Şahid30 bildirmişdir. Bu zaman Şahid30 ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs1la danışaraq Təqsirləndirilən şəxs1 Şahid34 və ailəsi barədə danışmamasını xahiş etmişdir. Bu zaman hətta danışmaması üçün Təqsirləndirilən şəxs1 hörmət də edə biləcəyini bildirmişdir. O isə Şahid30 heç nə lazım olmadığını, özünün Təqsirləndirilən şəxs1 Şahid34 barədə danışmamasını xahiş edəcəyini bildirmiş və elə orada, yəni Şahid30 yanında Təqsirləndirilən şəxs1 onda olan “Whatsapp messenger” sosial proqramında qeydiyyatdan keçdiyi nömrəsi ilə, hazırda dəqiq xatırlamadığı xarici nömrəsi ilə qeydiyyatdan keçdiyi platformadan zəng etmişdir. Danışığı zamanı Təqsirləndirilən şəxs1 Şahid33 heç bir problemin olmadığını bildirmişdir. Aralarında bu söhbət xx.xx.2022-ci il tarixdən, yəni Şahid34 hazırlıq məhkəmə iclası olmamışdan bir neçə gün əvvəl olmuşdur. Hazırlıq məhkəmə iclası olduqdan sonra axşam saatlarında Təqsirləndirilən şəxs1 “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” xəbər portalında paylaşım etmiş, həmin paylaşımda Təqsirləndirilən şəxs1 Şahid34 və ailə üzvləri barədə rüsvayedici məlumatlar paylaşmağa davam etməklə yanaşı, hətta onun adını çəkmədən Şahid34 müdafiə planını quranların “tupoy”, yəni savadsız, key olduqlarını bildirmişdir. Bundan sonra o, özü də artıq Təqsirləndirilən şəxs1 paylaşımlarının müdafiəsini qurduğu işə mane olacağını düşünərək narahat olmağa başlamışdır. Habelə o, Şahid30 ilə danışarkən hər dəfə Şahid30 ondan israrla Təqsirləndirilən şəxs1la danışmağını və sonuncunun Şahid34 və ailə üzvləri barədə ümumiyyətlə danışmamasını, susmasını istədiyini bildirmişdir. Şahid30 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 video paylaşımları Şahid30 ailəsinin nüfuzuna təsir etmiş və gözdən salmışdır. Bu onun da müdafiəçisi olduğu işə ziyan olduğunu düşündüyü üçün o, Təqsirləndirilən şəxs1la danışacağını bildirmişdir. Bundan bir neçə gün sonra o, xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1la “Whatsapp messenger” sosial proqramında zəng edərək danışmış, Şahid34, sonuncunun ailəsi barədə, habelə Şahid34 cinayət işi barədə heç nə paylaşmaması, yazmaması, xüsusilə də neqativ məlumatları danışmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da, ona “2 dənə hörmət eləsələr bu barədə danışmayacağını, əks halda eyni məzmunlu mənfi xarakterli məlumatları paylaşmağa və Şahid34la ailəsini rüsvay etməyə davam edəcəyini demişdir. O da, “2 dənə” ifadəsinin 20.000 manat olmasını başa düşmüş və bu barədə Mehriban xanıma elə həmin gün “Whatsapp messenger” sosial proqramında zəng edərək danışmaqla bildirmiş, Təqsirləndirilən şəxs1 susması üçün 20.000 manat məbləğində pul istədiyini demişdir. Mehriban xanım da ona qeyd olunan pul vəsaitini göndərəcəyini və bu məsələnin tezliklə bağlanmasını istədiyini bildirmişdir. Bundan bir neçə gün sonra, səhv etmirsə, xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri Nizami RPİ-nin yanında Şahid30 sürücüsü olan və daha əvvəl Şahid34 ailəsinin sürücüsü kimi tanıdığı “Elnur” adlı şəxslə görüşmüş və sonuncu iki ədəd zərfi ona vermiş, zərfin birində iş üzrə fotoşəkillər, digərində isə pul olmuşdur. Pul olan zərfə yandan baxdıqda, o, zərfdə 200 manatlıq əsginaslarla 1 “paçka”, yəni 100 ədəd Azərbaycan Respublikası manatı olduğunu görmüşdür. O da, həmin zərfdə 20.000 manat pulun olduğunu düşünərək qəbul etmiş və artıq həmin pul vəsaitini saymamışdır. O, Şahid30 hazırda xatırlamadığı nömrəsinə “Whatsapp messenger” sosial proqramında zəng etmiş, Mehriban xanım ondan həmin pulu Təqsirləndirilən şəxs1 çatdırmasını, sonuncunun Şahid34 və ailə üzvləri barədə yazmaması barədə xahiş etmişdir. Bundan sonra səhv etmirsə, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə “Elit” Ticarət Mərkəzinin yaxınlığında, sonradan dəqiqləşdirdiyi qədər Bakı şəhəri, Binəqədi rayonu, X58 küçəsi ilə Əcəmi Naxçivani küçələrinin, habelə Əcəmi Naxçivani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən, rəsmi ünvanı Koroğlu Rəhimov küçəsi 76 olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X58 küçəsinə olan çıxışının qarşısında Təqsirləndirilən şəxs1la görüşmüşdür. Belə ki, bu müddət ərzində o, Təqsirləndirilən şəxs1la bir dəfə, “Whatsapp messenger” sosial proqramında xatırlamadığı tarixdə və vaxtda danışaraq sonuncu ilə “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ilə qeyd olunan yerdə təxminən günorta radələrində görüşmüşdür. Həmin vaxt o, düşdüyü və arxa hissəsində bir qədər əzilmiş **-EO- *** dövlət qeydiyyat nişanlı “Hyundai Santa-Fe” markalı avtomobilini ustaya göstərmişdir. Bu zaman Təqsirləndirilən şəxs1la görüşmək üçün avtomobil ustasının yanından ayrılaraq avtomobildə olan, içərisində 20.000 manat məbləğində pul vəsaiti olan, Şahid30 sürücüsü Elnurun ona vermiş olduğu zərfi də Təqsirləndirilən şəxs1 vermək üçün özü ilə götürmüşdür. Qeyd etdiyi yerdə o, ayaq üstə Təqsirləndirilən şəxs1la görüşmüş və 2-3 dəqiqə söhbət etdiyi zaman içərisində pul olan zərfi Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 həmin zaman avtomobilini bir qədər yuxarıda saxlamaqla görüşə piyada gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1la olan söhbət zamanı o, Əvəzin maşınını bir qədər aralıda saxlamaqla piyada gəldiyini öyrənmişdir. Söhbət apardıqları zaman o, bir daha Təqsirləndirilən şəxs1 Şahid34, sonuncunun ailə üzvləri, habelə onun və vəkili olduğu cinayət işi barədə heç nə danışmamasını, sujet, veriliş hazırlamamasını xahiş etmiş və Təqsirləndirilən şəxs1 razılıq edərək zərfi götürməklə sağollaşıb oradan getmişdir. Həmin zaman o, pul vəsaitini Təqsirləndirilən şəxs1 verdikdən sonra hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid34 barədə mənfi və neqativ məlumatlar paylaşmayacaqdır. Təqsirləndirilən şəxs1la sağollaşdıqdan sonra o, daha 10-15 dəqiqə orada qalmış və avtomobilinə ustaların baxmasından sonra evə getmişdir. 05 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid34 işi üzrə hazırlıq iclasının davamı olmuş, 05-06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Şahid34 barədə paylaşım etməmiş və o, aralarında olan razılığın artıq qüvvəsində olmasını düşünmüşdür. xx.xx.2022-ci il tarixdə, axşam saat 19:00 radələrində Şahid30 ona xatırladığı qədəri ilə “Whatsapp messenger” sosial proqramında olan, xatırlamadığı nömrəsi ilə zəng edərək Təqsirləndirilən şəxs1 yenə Şahid34 barədə video paylaşdığını və yenə də həmin videoda Şahid34 barədə mənfi danışdığını bildirmişdir. Şahid30 ona videonun linkini də göndərmişdir. Həmin ərəfədə Şahid29 də ona zəng edərək Təqsirləndirilən şəxs1 Şahid34 barədə mənfi video yaydığını bildirmişdir. Həmin ərəfədə o, həm Şahid30, həm də Şahid29lə bir neçə dəfə danışmış və həmin şəxslərə qeyd olunan məsələləri aydınlaşdıracağını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 “Whatsapp messenger” sosial proqramında “məni biabır elədin” məzmunlu mesaj yazmış, Əvəz Zeynalov isə cavab olaraq ona səs yazısı göndərmişdir. Qeyd olunan səs yazısında Təqsirləndirilən şəxs1 ondan pul vəsaitini almasını dolayısı ilə etiraf edərək Şahid34 müdafiə etdiyini, Şahid34 barəsində mətbuatda yayılmış məlumatları oxuduğunu, lazım gələrsə, verdiyi pul vəsaitlərini iadə edə biləcəyini ona üstüörtülü şəkildə bildirmişdir. O, qeyd olunan səs yazısını dərhal Şahid30 göndərmişdir ki, həmin səs yazısının məzmunu ilə Şahid30 ona verdiyi pul vəsaitni Təqsirləndirilən şəxs1 verməsi, Təqsirləndirilən şəxs1 həmin pul vəsaitini götürməsi, lakin vədinə sadiq qalmaması aydın olur. Qeyd olunan səs yazısı Şahid29 sosial şəbəkələrdə yaymış olduğu səs yazısıdır. O, həmin ərəfədə Təqsirləndirilən şəxs1la “Whatsapp messenger” sosial proqramı ilə əlaqə saxlamış və Əvəzə vermiş olduğu 20.000 manat məbləğində pul vəsaitini geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə ona pul vəsaitini qısa vaxt ərzində qaytarmaq barədə söz verdiyi üçün evində olan, özünə məxsus 20.000 manat məbləğində pul vəsaitini zərfə qoyaraq Şahid30 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan evlərinə həyat yoldaşı Zibeydə Sadıqova ilə gedərək geri qaytarmışdır. X5 Şahid30 pul götürməsi, Təqsirləndirilən şəxs1la danışması, habelə Şahid30 qaytardığı sellofanda pul olması barədə məlumatı olmamışdır. Bundan sonra o, Şahid29 onun Şahid30 göndərdiyi səs yazısını sosial şəbəkələrdə yaydığını görmüşdür. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 Surxanı rayon İcra hakimiyyətinin Mənzil-İstismar Birliyinə apamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəlcə telefonla ona zəngi edərək Suraxanı rayon İcra hakimiyyətinin Mənzil-İstismar Birliyinin ünvanını soruşmuş, o isə Elnura birliyin ünvanını telefon vasitəsi ilə izah edə bilməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək Elnuru Suraxanı rayon İcra hakimiyyətinin Mənzil-İstismar Birliyinə aparmasını xahiş etmişdir. O da, Təqsirləndirilən şəxs2 öz avtomobili ilə Suraxanı rayon İcra hakimiyyətinin Mənzil-İstismar Birliyinə aparmışdır. Onun avtomobili ağ rəngli “Hyundai Accent” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Lakin o, Elnuru Suraxanı rayon İcra hakimiyyətinin Mənzil- İstismar Birliyinə apardığı tarixi xatırlamır. Həmin vaxt Təqsirləndirilən şəxs2 tək olmuşdur. Sonra ora onun tanımadığı bir nəfər şəxs də gəlmiş və həmin şəxs başqa bir nəfərin də ora gələcəyini demişdir. Onlar əvvəlcə həmin şəxslərlə “Aura” şadlıq evinin yanında görüşmüşlər. Həmin adam gəldikdən sonra o, Elnurgili Suraxanı rayon İcra hakimiyyətinin Mənzil-İstismar Birliyinə aparmışdır. Ora çatdıqdan sonra digər 2 (iki) nəfər avtomobildə qalmış, Təqsirləndirilən şəxs2 isə onun avtomobilindən enib “Peugeot” markalı avtomobilə minmişdir. Elnur onların yanına geri qayıtdığı zaman əlində kağız olmuşdur. Sonra Elnur gətirdiyi kağızı avtomobilində olan digər 2 (iki) şəxsə vermişdir. Sonra o, Elnurgili “Aura” şadlıq evinin yanına aparmış və orada Elnurgili avtomobildən düşmüşlər. O, Təqsirləndirilən şəxs2 verdiyi kağızın əvəzində maşında oturan şəxslərdən hər hansı bir şey aldığının şahidi olmamışdır. Təqsirləndirilən şəxs2 avtomobildə qarşı oturacaqda oturmuş, digər şəxslər isə arxa oturacaqda oturmuşlar. Onun yanında digər 2 (iki) şəxs Elnura heç nə verməmişdir. Təqsirləndirilən şəxs2 görüşdüyü şəxslər təxminən 40-55 yaşlarında olmuşlar. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 “Youtube.com” internet səhifəsində yayımlanan “Xural TV”-nin aparıcısı kimi tanıyır. 2022-ci ilin fevral ayında istifadəsində olan mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng gəlmişdir. O, zəngə cavab verərkən qarşı tərəfdə olan şəxs özünü “Xural TV”-nin aparıcısı Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş və ona bir nəfər Elnur adlı tanışının Sumqayıt şəhər İcra hakimiyyətində nəsə probleminin olduğunu bildirib həmin Elnur adlı şəxsi tapşırmasını xahiş etmişdir. Onun Təqsirləndirilən şəxs1 ilə münasibətlərinin olmamasına baxmayaraq, o, Təqsirləndirilən şəxs1 dediyi Elnur adlı şəxsi tapşırmaq qərarına gəlmiş və istifadəsində olan mobil telefon nömrəsindən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının mobil telefonuna zəng edərək Təqsirləndirilən şəxs1 ona zəng etdiyini, Elnur adlı tanışının nəsə probleminin olduğunu bildirib, Elnuru baş memar Adilin qəbul etməsini və tələbinin qanuni olacağı halda həmin şəxsə köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, zəng edib bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Daha sonra isə onun Elnur adlı şəxsin Sumqayıt şəhər İcra hakimiyyətində qəbula gedib-getməməsindən, eləcə də həmin şəxsin xahişinin icra edilib-edilməməsindən məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs2 tanımır, Təqsirləndirilən şəxs2la heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs1 ona zəng edərkən Sumqayıt şəhərində hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı sərəncam alınmalı olması barədə heç nə deməmiş, Təqsirləndirilən şəxs1 yalnız Elnur adlı tanışının nəsə probleminin olduğunu demiş, bundan başqa, X13 tanımır, X32 adlı qadından sərəncamla bağlı 11.070 manat məbləğində pul alması barədə onun məlumatı yoxdur. Şahid12 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2000-ci ildən X23 xidmət edir, 2012-ci ildən hazırkı vaxtadək Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-də polis sahə rəisi vəzifəsində işləyir. Polis sahə rəisi kimi vəzifə səlahiyyətinə xidmət göstərdiyi inzibati ərazidə ictimai asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması və sair vəzifələr aiddir. Bundan başqa, bölmə rəisinin şifahi tapşırığına əsasən o, hər bir sahə rəisi kimi xidmət etdiyi ərazidə qanunsuz tikinti-quraşdırma işlərinin aparılmaması ilə bağlı əraziyə nəzarət etmişdir. Belə ki, ünvan 34 ünvanı onun xidmət etdiyi inzibati ərazidir və ona məlumdur ki, həmin ünvanda Şahid4 oğlu Şahid6la birlikdə yaşayır. Həmçinin həmin mənzil Şahid4 mülkiyyətində olmasını o, bilmişdir. Bundan başqa, həmin mənzil Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzinin yaxınlığında yerləşdiyindən orada demək olar ki, əksər vaxtlarda insan və nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunmuşdur. Bu ərazidə ondan başqa, Sumqayıt şəhər Pİ-nin İctimai Təhlükəsizlik şöbəsinin, PPXB-nin komandirləri, polis nəfərləri, eləcə əməliyyat qrupları üzvləri xidmət aparır. 2022-ci ilin iyun ayının təxminən ortalarında günorta saatlarında o, xidməti ərazini gəzərkən Şahid4 yaşadığı yuxarıda qeyd etdiyi ünvandakı mənzilinin arxa tərəfində 2-3 nəfər fəhlənin işlədiyini, eyni zamanda qaz və su xətlərində yerdəyişmə işlərinin aparıldığını görmüşdür. Şahid4 yaşadığı 17/18 saylı evin birinci mərtəbəsində yaşayan sakinlərin demək olar ki, hamısı artıq uzun müddətdir ki, mənzillərinin arxa tərəfində iaşə obyektləri tikmişlər və yalnız Nəzakətin mənzilinin qarşısı boş sahə kimi qalmışdır. Bununla bağlı Şahid4 özü də əvvəllər bir neçə dəfə onu ərazidə görəndə şifahi qaydada müraciət edib mənzilinin qarşısındakı boş sahəyə ətrafdakı iaşə obyektlərinin sahibləri tərəfindən məişət tullantılarının yığılması, eləcə də bazarda işləyən arabaçıların həmin boş sahəyə yığışıb səs-küy salmaları, təhqiramiz ifadələr işlətməsi və bunun da onu narahat etməsini bildirmişdir. O, həmin fəhlələri görən kimi həmin fəhlələrə yaxınlaşıb nə iş gördüklərini soruşmuşdur. Bu zaman orada iş görən fəhlələr ona ev sahibi Şahid4 tikinti işləri aparması ilə bağlı hazırlıq işləri gördüyünü demişlər. O, tikintiyə dair sənədləri tələb etdikdə, fəhlələr həmin sənədlərin Şahid4 olduğunu, lakin sonuncunun evdə olmadığını demişlər. O, həmin günün sonu xidməti ərazidə olarkən Şahid4 tikinti-quraşdırma işlərinin aparması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərinin mövcud olub-olmamasını yoxlamaq məqsədilə yenidən tikinti aparılan sahəyə yaxınlaşmışdır. Bu zaman fəhlələr ona artıq Nəzakətin evdə olduğunu bildirmişlər. O, Nəzakətin yaşadığı mənzilin qapısına yaxınlaşmış və sonuncudan tikintiyə dair sənədlərini təqdim etməsini xahiş etmişdir. Bu zaman Şahid4 ona tikinti işlərinin aparılması ilə bağlı eskiz layihə sənədlərini, eləcə də sərəncamı təqdim etmişdir. O, həmin sənədlərlə tanış olduqda məlum olmuşdur ki, həqiqətən də həmin sahədə aparılan tikinti işləri ilə bağlı Şahid4 Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihə sənədləri, eləcə də icra başçısının imzası olan sərəncam verilmişdir. O, sənədlərin qaydasında olduğunu görüb xidmətini davam etdirmişdir. Onunla Şahid4 arasında hər hansı bir başqa dialoq olmamışdır. 2022-ci ilin may ayında Şahid4 yaşadığı mənzilin arxa tərəfində heç bir tikinti-quraşdırma işləri aparılmamış, əgər belə hal olsaydı o, bunu görərdi. Orada tikinti-quraşdırma işləri 2022-ci ilin iyun ayında başlanılmışdır. O, Şahid4 izahat verməsini tələb etməmiş, habelə Nəzakətdən Təqsirləndirilən şəxs1 barəsində heç nə soruşmamışdır. O, yalnız Şahid4 ona təqdim etdiyi sənədləri yoxladıqdan sonra hər şeyin qaydasında olduğunu görüb xidmətini davam etdirmişdir. O, düşünür ki, Şahid4 onu həmin ərazidə xidmət etmiş başqa polis əməkdaşı ilə səhv salmışdır. Belə ki, Şahid4 evinin arxa tərəfində aparılan tikinti-quraşdırma işləri ilə bağlı hansısa başqa polis əməkdaşı Nəzakətə yaxınlaşmış və sonuncudan Təqsirləndirilən şəxs1 barəsində maraqlanmış, Şahid4 da onu həmin polis əməkdaşı ilə səhv salmışdır. O, ümumiyyətlə Təqsirləndirilən şəxs1 son zamanlar “Facebook” sosial şəbəkəsində xəbərlərlə maraqlanarkən görmüş və oradan həbs olunması xəbərini bilmişdir. Onun Təqsirləndirilən şəxs1la heç bir münasibəti olmamışdır. O, X13 tanımır, eləcə də Teymur Rəhimovla heç bir münasibəti, düşmənçilik və ədavəti olmamışdır. O, X9 Şahid4 sərəncamla bağlı 11.070 manat məbləğində pul almasını istintaq orqanından eşitmişdir. O, Təqsirləndirilən şəxs2 da tanımır, onun Təqsirləndirilən şəxs2la heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Şahid14 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 35 ünvanında yaşayır. Yaşadığı evin qarşısında, yəni ünvan 19 ünvanına köçdüyü gündən bəri mağaza tikmək istəmişdir. Lakin mağazanın tikilməsi üçün kimdən icazə ala biləcəyini bilmədiyindən orada heç nə tikə bilməmişdir. Buna görə də, oğlu Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında evə gələrək bildirmişdir ki, mağazanın tikilməsi üçün Elnur adlı bir tanışı vasitəsilə Sabunçu rayon İcra hakimiyyətindən icazə almışdır. Ruslan bu sözü ona dedikdən təxminən 2-3 gün sonra Sabunçu rayon İcra hakimiyyətindən cavan bir nəfər oğlan gələrək həmin yerdə ölçü aparmış və ona İcra hakimiyyətinin başçısı Şahid13 məlumatı olmasını, burada mağaza tikə biləcəyini demişdir. Bundan sonra o, tanıdığı 3 (üç) nəfər fəhlə gətirərək orada tikinti işləri aparmağa başlamışdır. Həmçinin o, Sabunçu bələdiyyəsinə gedərək orada bələdiyyə sədri olan Şahid17la görüşmüş və sonuncuya ünvan 36 ünvanında mağaza tikintisi üçün icazə aldığını və həmin torpağa müvafiq çıxarış alınması üçün gəldiyini bildirmişdir. Şahid17 da bu barədə məlumatlı olduğunu deyərək onu öz müavini Ələmdar Nəbiyevin yanına göndərmişdir. Ələmdar Nəbiyev də ona həmin torpağa dair 99 il müddətinə icarə müqaviləsi bağlaya biləcəyini bildirmiş və bələdiyyənin bir nəfər nümayəndəsini onunla birlikdə həmin ünvana göndərmişdir. Həmin şəxs orada müvafiq ölçü işləri apardıqdan sonra o, yenidən bələdiyyəyə qayıtmış və təxminən 2-3 gün sonra Ələmdarla əlaqə saxlamışdır. Ələmdar ona sənədlərin hazır olduğunu demişdir. Bundan sonra o, Sabunçu bələdiyyəsinə gedərək orada Ələmdarla görüşmüş və həmin vaxt Ələmdar ona torpağın icarəyə verilməsinə dair icarə müqaviləsini təqdim etmişdir. O da, həmin müqaviləni imzalamışdır. Ona icarəyə verilmiş torpaq sahəsi 5X20 metr ölçüdə olmuşdur. O, müqaviləni bağladıqdan sonra təxminən 300 manat məbləğində pulu bələdiyyənin kassasına ödəmiş, müqavilənin bağlanması üçün bələdiyyədən kiməsə əlavə pul ödəməmişdir. Bundan başqa, tikinti gedən ərəfədə, yəni 21 fevral 2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin Orxan adlı sahə müvəkkili gələrək ona tikintiyə icazəsinin olmadığını demiş və tikintinin aparılması üçün icazə verməmişdir. O, Orxan adlı polis əməkdaşına Sabunçu rayon İcra hakimiyyətinin başçısının tikinti aparması üçün icazə verdiyini desə də, Orxan polisə bu barədə məlumat verilmədiyini demişdir. Bundan sonra o, bu barədə oğlu Ruslana məlumat vermiş və Orxanın telefon nömrəsini alaraq oğlu Ruslana vermişdir. Ruslan da bu barədə dostu Elnura məlumat vermiş və bundan sonra Orxan adlı polis əməkdaşı bir daha tikinti ilə bağlı ora gəlməmiş, eləcə də onları narahat etməmişdir. 2022-ci ilin fevral ayının sonlarında, yəni tikinti qurtardıqdan sonra dəqiq xatırlamadığı vaxtda oğlu Ruslan evə gələrək evdən 7.000 manat pul götürmüş və həmin pulu tikintiyə icazə almış Elnur adlı tanışına verəcəyini bildirmişdir. Həmin gün o, oğlu Ruslanla bu barədə danışdıqda, Ruslan həmin pulu Elnur adlı tanışına verdiyini demişdir. O, şəxsən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Lakin oğlu Ruslanın Təqsirləndirilən şəxs2la tanışlığı var. O, Elnurun tikintiyə hansı formada və kimin vasitəsilə icazə almasını bilməmişdir. Sadəcə oğlu Ruslan Elnurla danışdıqdan sonra Sabunçu rayon İcra hakimiyyətinin başçısı tikintinin aparılması üçün şifahi icazə vermişdir. Şahid16 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayına kimi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində sahə müvəkkili işləmişdir. Təhkim olunduğu ərazi Sabunçu rayonun Elşən Mehdiyev və şəhər şosesi küçələri olmuşdur. 2022-ci ilin fevral ayının ortalarında o, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, döngə 2, ev 17 ünvanında qanunsuz tikintinin aparılmasını müşahidə etmişdir. Belə ki, həmin vaxt tikintidə üç daş qoyulmuşdur. Buna görə də, o, həmin tikintini aparan, yəni tikinti ilə üzbəüz evdə yaşayan Şahid14 adlı şəxsi çağıraraq orada tikintinin aparılması üçün hər hansı sənədin olub-olmamasını soruşmuşdur. Telman da, ona sənədinin olduğunu bildirmişdir. Bundan sonra o, Sabunçu rayon İcra hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal adlı şəxsin yanına getmiş və Vüsala həmin tikinti barədə məlumat vermişdir. Vüsal da, ona həmin tikintinin gedişatına dəyməməsini, özünün tikintiyə baxacağını və nəzarət edəcəyini bildirmişdir. Bir gün sonra o, yenidən tikintinin davam etdiyini aşkar etmiş və Şahid14 tikintini dayandırmasını bildirmişdir. Bundan sonra o, tikinti sənədlərini anlamadığı üçün Sabunçu rayon Polis İdarəsində tikintiyə nəzarət edən, hazırda xatırlamadığı əməkdaşına məlumat vermişdir. Həmin əməkdaş da, bu barədə Sabunçu rayon İcra hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal adlı əməkdaşı ilə danışacağını bildirmişdir. Bundan sonra həmin ərazidə yaşayan, hazırda xatırlamadığı vətəndaşlardan biri 102 qaynar xəttə zəng edərək qanunsuz tikintinin aparılması barədə məlumat verdiyindən o, yenidən həmin əraziyə getmiş və vətəndaşa bir daha xəbərdarlıq etmişdir ki, qanunsuz tikinti aparmasın. Sonra o, oradan uzaqlaşmışdır. Daha sonra tikintiyə nəzarət edən, hazırda adını xatırlamadığı əməkdaşlar əraziyə gedərək Şahid14 tikinti aparılması üçün müvafiq icazəsinin olub-olmadığını yoxlamışlar. İcazənin olmaması müəyyən edildikdə, həmin əməkdaşlar Telmana qanunsuz tikintinin aparılmasına dair müvafiq protokol tərtib etməsini bildirmişlər. Bundan sonra o, həmin əraziyə gələrək tikintini dayandırmış və Şahid14 izahatını almışdır. Təxminən 1 gün sonra o, yenidən Şahid14 həmin ərazidə tikinti ilə məşğul olduğunu görüb post patrul xidmətini həmin əraziyə göndərmiş və tikintini dayandırmışdır. Lakin buna baxmayaraq, bölməyə aid işlərinin çoxluğundan o, həmin yerə nəzarət edə bilməmişdir. O, növbəti günlərdə vətəndaşın orada tikinti apardığını bilməmişdir. Sonuncu xəbərdarlıqdan sonra tikinti dayanmışdır. Lakin sonradan vətəndaş Şahid14 tikintini dayandırmamış və əksinə o, sonradan tikintinin yekunlaşdırmasını görmüşdür. O, həmin qanunsuz tikintinin aparılması ilə bağlı müvafiq protokol tərtib edib Sabunçu rayon İcra hakimiyyətinə göndərdiyindən icra hakimiyyətinin bununla bağlı tədbir görəcəyini, həqiqətən qanunsuzdursa sökəcəyini təxmin etmiş, lakin həmin tikili sonradan sökülməmişdir. Bundan başqa, o, şəxsən Zərərçəkmiş şəxs tanımır. O, Zərərçəkmiş şəxs və sonuncunun atası Şahid14 tikinti işlərinin aparılmasına dair heç vaxt icazə verməmişdir. Şahid26 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1998-ci il tarixdən hazıradək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. O, xx.xx.2020-ci il tarixdən hazıradək isə həmin xidmətin Dövlət Əmlaklarının Özəlləşdirilməsi şöbəsinin X2 sektorunun müdiri vəzifəsində işləyir. Sektor müdiri kimi vəzifəsi dövlət torpaqlarının özəlləşdirilməsinin təmin edilməsi, bu sahədə normativ hüquqi aktların hazırlanması və bununla bağlı bütün vətəndaşların müraciətlərinin cavablandırımasından ibarətdir. Tabeliyində 8 (səkkiz) nəfər işçi var və həmin işçilərin birbaşa rəhbəri olmaqla, bu işçilərin fəaliyyətinə nəzarəti həyata keçirir. O, xx.xx.1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş Şahid19, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş Şahid21, xx.xx.1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş Şahid18, xx.xx.1986-cı il tarixdə Cəlilabad rayonunun Məlikqasımlı kəndində Təqsirləndirilən şəxs2 və xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş Şahid22 yalnız Şahid22 tanıyır, digər şəxsləri isə tanımır, həmin şəxslərlə hər hansı münasibəti olmamışdır. O, Şahid22 təxminən 2021-ci ildən tanıyır və Fəridin özünün təsis etdiyi "xxxx" MMC-nin direktoru olduğunu bilir. Həmçinin o, Fəridi rəsmi və ya qeyri rəsmi olduğunu bilməsə də, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitseprezidenti Adnan Əhmədzadənin nümayəndəsi kimi tanıyır. Belə ki, onun bildiyi qədəri ilə Fərid təsis etdiyi şirkətin adından Bakı şəhəri və ətraf rayonlarda müxtəlif yerlərdə torpaq sahələrini satın almaqla, həmin ərazilərdə “Rahat market” şəbəkəsinin marketlərinin tikintisini həyata keçirir və həmin marketlər şəbəkəsi də Adnan Əhmədzadəyə bağlıdır. Məhz bu hallara görə, yəni satın alınmış torpaq sahələrinin özəlləşdirilməsi bağlı Fərid bir neçə dəfə işlədiyi Əmlak Məsələləri Dövlət Xidmətinə gələrək onun qəbulunda olmuş və rəhbərlikdən də ona məhz Adnan Əhmədzadənin nümayəndəsi kimi Fəridə hörmətlə yanaşmağı tapşırıldığından o, daim Fəridi hörmətlə qəbul edib səlahiyyətləri daxilində sənədləşdirmə işlərinin aparılmasında köməklik göstərmişdir. Göstərdiyi hallara görə də, onun Fəridlə yaxşı münasibətləri yaranmış, aralarında heç vaxt düşmənçilik, ədavət və ya hər hansı problem olmamışdır. O, Fəridlə dəfələrlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışmaqla, yaxud onun qəbulunda olduğu zamanlarda əlaqələri olmuş, bütün münasibətləri də xidməti işi ilə bağlı olmuşdur. Fəridin Əmlak Məsələləri Dövlət Xidmətində apardığı bütün özəlləşdirmə işləri qanunamüvafiq olmuş, heç vaxt nə o, nə digər hər hansı şəxs Fəridin hər hansı torpaq sahəsini özəlləşdirməsi ilə bağlı ona pul və ya digər maddi nemət verməmişdir. O, da bununla bağlı heç vaxt, heç kimdən pul və ya digər maddi nemət istəməmiş, eləcə də almamışdır. "xxxx" MMC-nə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı rəhbəri olduğu sektora müraciət olunub-olunmaması, müsbət halda göstərilən məsələ ilə bağlı kimin, hansı tarixdə və hansı əsasla müraciət etməsi və həmin məsələ ilə bağlı digər xüsusatlarla bağlı bildirmişdir ki, təxminən 2022-ci ilin yanvar və ya fevral aylarının birində günorta saatlarında Şahid22 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlaklarının özəlləşdirilməsi şöbəsinin X2 sektoruna qəbuluna gələrək ona Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişməsində boş torpaq sahəsinin olmasını müşahidə etdiyini, lakin həmin torpaq sahəsinin dövlətin, yaxud hər hansı şəxsin mülkiyyətində olub-olmamasını bilmədiyini, həmin sahənin “Rahat market” şəbəkəsinin marketlərindən birinin tikilməsinə uyğun olduğunu, buna görə həmin torpaq sahəsini satın almaq istədiyini bildirib ondan həmin torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etməkdə köməklik etməsini xahiş etmişdir. O da, Fəridin xahişinə əsasən “Daşınmaz əmlakların milli qeydiyyat sistemi”ndə axtarış etsə də, Fəridin bildirdiyi torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən edə bilməmişdir. Göstərdiyi hadisədən bir neçə ay sonra, yəni 2022-ci ilin aprel ayının ortalarında Fərid yenidən onun qəbuluna gələrək ad çəkmədən ona qeyd olunan ünvanda müşahidə etdiyi torpaq sahəsini satan şəxsi tapdığını, həmin sahəni satın alıb sonradan isə özəlləşdirmək istədiyini demiş və özü ilə gətirdiyi "xxxx" MMC-nə qeyd olunan ünvanda 1,62 ha torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra hakimiyyətinin sabiq başçısının xx.xx.2017-ci il tarixli 603 nömrəli sərəncamının surətini ona təqdim edərək həmin sənədin həqiqi olub-olmadığını yoxlamağını ondan xahiş etmişdir. O isə Fəridə yalnız həmin Cəmiyyətin direktorunun müraciəti əsasında Bakı şəhər İcra hakimiyyətinə sorğu edilərək sərəncamın qanuni olub-olmadığını yoxlaya biləcəyini, bunun üçün isə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı "xxxx" MMC-nin direktorunun müvafiq sənədlərlə birlikdə müraciət etməli olduğunu bildirmişdir. Həmçinin o, Fəridə izah verərək həmin torpaq sahəsinin özəlləşdirilməsinin mümkün olması üçün yalnız həmin sahədə hüququ tanınmış tikili olmalı olduğunu demişdir. Fərid də ona torpağı satan şəxslərə özəlləşdirmə ilə bağlı rəsmi müraciət etmələrini bildirəcəyini demiş və sağollaşaraq onun yanından ayrılmışdır. Bu danışıqdan sonra təxminən 2022-ci ilin may ayının ortalarında adı çəkilən torpaq sahəsində hər hansı hüququ tanınmış tikili olmadığından "xxxx" MMC-nin direktoru müvafiq sənədlərini, yəni ərizə, təsis sənədləri və torpağın ayrılmasına dair sərəncamın surətlərini Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmişdir. Bununla bağlı Fərid ona məlumat vermişdir. Bundan sonra xidmətdə icarə müqaviləsinin bağlanılması üçün araşdırma aparılmış və əraziyə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı tərəfindən baxış keçirilmişdir. Həmin baxış zamanı isə "xxxx" MMC-nə ayrılmış 1,62 ha torpaq sahəsinin daxilində təxminən 57 sot torpaq sahəsi və həmin sahədəki 168 kv.m 1 mərtəbəli tikilinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmasını müəyyən edilmişdir. Göstərilən haldan sonra Şahid22 təxminən 2022-ci ilin may ayının sonlarında hansısa işi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində olarkən onun da qəbuluna gəlmiş və ondan necə qanunamüvafiq qaydada "xxxx" MMC-nin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 57 sot torpaq sahəsi də daxil olmaqla, "xxxx" MMC-nə ayrılmış bütün torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasının mümkün olduğunu soruşmuşdur. O da, Fəridə izah verərək yalnız Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanacaq, məzmununda isə balansında olan 57 sot torpaq sahəsi və 1 mərtəbəli tikilinin özəlləşdirilməsinə etiraz edilməməsinə dair məktub göndəriləcəyi halda bunun qanunamüvafiq qaydada rəsmiləşdirilməsinin mümkün olduğunu, belə olan halda isə 57 sot torpaq sahəsi üçün ayrı, yerdə qalan digər sahə üçün isə ayrı olmaqla, cəmi 2 (iki) icarə müqaviləsinin bağlanılacağını bildirmişdir. Fərid də ona bu barədə torpağı satan şəxslərə məlumat verəcəyini deyərək onun yanından ayrılmışdır. Fəridin yönləndirməsi ilə 2022-ci ilin may ayının sonlarında əvvəllər tanımadığı, özünü ona "xxxx" MMC-nin direktoru kimi təqdim edən şəxs, eləcə də yanında "xxxx" MMC ilə hansı bağlılığının olmasını bilmədiyi şəxs onun qəbuluna gəlmişdir. Həmin vaxt hər iki şəxs də ona Fəridin onun qəbuluna göndərdiyi demiş və ondan "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinə dair hansı qaydada icarə müqaviləsi bağlaya biləcəklərini, sonra isə bununla bağlı çıxarış ala biləcəklərini soruşmuşlar. O, həmin şəxslərə də, Fəridə izah etdiyi qaydada izah verərək Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanacaq, məzmununda isə balansında olan 57 sot torpaq sahəsi və 1 mərtəbəli tikilinin özəlləşdirilməsinə etiraz edilməməsi dair məktub göndəriləcəyi halda bunun qanunamüvafiq qaydada rəsmiləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra isə həmin şəxslər onun yanından ayrılmışlar. Bu hadisədən sonra təxminən 2022-ci ilin iyun ayının əvvələrində səhər saatlarında əvvəl onun qəbulunda olmuş həmin şəxslər, yəni "xxxx" MMC-nin direktoru və həmin şəxsin yanında gəlmiş şəxs yenidən onun qəbuluna gəlmişlər və özləri ilə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış, həmin birliyin rəisi tərəfindən imzalanaraq möhürlənmiş, məzmununda isə birliyin balansında olan 5768.4 kv.m sahənin və 168 kv.m inşa edilmiş yardımçı otaqların özəlləşdirilməsinə etiraz edilməməsinə dair məktubu ona təqdim etmiş və həmin şəxslərə həm Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan sahə və tikilinin, həm də "xxxx" MMC-nə ayrılmış, yerdə qalan torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərməsini xahiş etmişlər. O da, həmin şəxslərə "xxxx" MMC-nə ayrılmış, yerdə qalan torpaq sahəsinin hüququ tanınmış tikili olmadığı üçün bunun mümkün olmayacağını demişdir. Daha sonra "xxxx" MMC-nin direktoru ondan həmin sahələrə icarə müqaviləsinin bağlanılmasında köməklik etməsini xahiş etdiyindən o, buna səlahiyyəti olmadığı üçün həmin şəxslərə müvafiq sənədlərini Əmlak Məsələləri Dövlət Xidmətinə ümumi şöbəsinə təqdim etmələrini və müraciətlərinə baxılacağını demişdir. Bundan sonra hər iki şəxs onun yanından ayrılmışdır. Sonrakı tarixlərdə Fəridin ona bildirməsinə əsasən o, "xxxx" MMC-nin direktorunun icarə müqaviləsi bağlanılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanladığını, lakin hələ də müsbət nəticə olmadığını və alqı-satqını həyata keçirə bilməməsindən məlumatı olmuşdur. Onda olan məlumata görə 2022-ci ilin sentyabr ayının ortalarında "xxxx" MMC ilə icarə müqaviləsinin bağlanılmasından imtina edilməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətində qərar qəbul edilmişdir. Lakin o, imtinanın dəqiqliklə hansı əsasla olduğunu bilməmişdir. Nə Fərid, nə də ki, digər hər hansı şəxs ona "xxxx" MMCnə ayrılmış torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi, yaxud bununla bağlı digər hər hansı məsələ üçün pul və ya digər maddi nemət verməmiş, habelə təklif etməmişdir. O da, həmin xüsusatlarla bağlı heç kimdən pul və ya digər maddi nemət istəməmiş və almamışdır. Onun Fəridlə münasibəti yaxşı olduğundan, habelə X24 nümayəndəsi kimi qəbul etdiyindən, ifadəsində göstərdiyi sənədləşdirmə işi ilə bağlı izahları o, həm Fəridə, həm də Fəridin yönəltməsi ilə onun qəbuluna gəlmiş "xxxx" MMC-nin direktoruna izah etmişdir. Bütün hallarda o, hər hansı qanunsuz iş görməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi” haqqında xx.xx.2007-ci il tarixli 586 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi tərəfindən faktiki olaraq səmərəli istifadə edilməyən və birliyinin balansında olan daşınmaz əmlak və onun xidməti fəaliyyəti üçün nəzərdə tutulmuş torpaq sahəsi səmərəli istifadə edilməsinin təmini üçün gələcəkdə özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilə bilər. Bu kimi hallarda da adətən bütün dövlət müəssisə və təşkilatlarından Əmlak Məsələləri Dövlət Xidmətinə daşınmaz əmlak və onun xidməti fəaliyyəti üçün nəzərdə tutulmuş torpaq sahəsinin səmərəli istifadəsinin təmini üçün özəlləşdirilməsinə etirazedilməməsi ilə bağlı məktub göndərilir. Şahid Məmmədova (Nəcəfova) Mehriban İslam qızının məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 2011-ci ildən başlayaraq “youtube.com” sosial şəbəkəsindən “Xural TV” xəbər portalının redaktoru olan Təqsirləndirilən şəxs1 onun əri Şahid34 barəsində xoşagəlməz, təhqiredici xəbərlər yaymış, mütəmadi olaraq Şahid34 müxtəlif verilişlərini həsr etməklə onun narahatlığına səbəb olmuşdur. Lakin əri Şahid34 həbs olunduqdan sonra Təqsirləndirilən şəxs1nın bu məzmunda paylaşımlar etməsi, xüsusilə də ərini cinayətkar, “Azərbaycan metallurgiya sənayenisi məhv edən şəxs” kimi adlandırması, habelə Rasimlə bərabər son çıxışlarında artıq onun azyaşlı övladlarından da yazmağa, övladlarının adını hallandırmağa başlaması onu çox narahat etməyə başlamışdır. Bu səbəbdən də o, bu məqsədlə ailə daxilində müzakirələr aparmış, hansısa yolla Təqsirləndirilən şəxs1nın susmasına nail olmaq lazım olduğunu bildirmişdir. Əri Şahid34 məhkəmədə olan işi ilə bağlı o, müdafiəçilərlə mütəmadi olaraq müzakirələr apardığı üçün bu barədə müdafiəçi Şahid33 da yanında danışmışdır. Avqust ayının 20-22-si arası bu barədə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X33 küçəsi 1102 ünvanında söhbət olmuş, Şahid33 həmin vaxt Təqsirləndirilən şəxs1 ilə yaxın olduğunu, Təqsirləndirilən şəxs1 məhkəmədə olmuş olan cinayət işində müdafiəçisi olduğunu və bu barədə Əvəzdən xahiş edəcəyini ona bildirmişdir. Elçinlə olan danışıqlar zamanı o, Elçinə lazım gələrsə, hörmət də edə biləcəyini bildirmiş və Elçin heç nə lazım olmadığını, özünün Əvəzdən xahiş edəcəyini demişdir. Həmçinin ailəsində gedən bu söz-söhbətlərdə ona qardaş kimi olan xalası oğlu Şahid31 də iştirak etmişdir. Belə ki, Şahid31 mütəmadi olaraq onun evinə gəlib-getmiş və məsələlərlə yaxından maraqlanmışdır. Təxminən bir neçə gündən sonra Elçin ona Təqsirləndirilən şəxs1la danışdığını və sonuncunun əri Şahid34 və ailəsi barədə rüsvayedici, mənfi rəy yaradan, təhqir edən verilişlər hazırlamaması, ümumiyyətlə Şahid34 və ailəsi haqqında danışmaması üçün 20.000 manat məbləğində pul vəsaiti istədiyini ona bildirmişdir. O da, həmin pulları verəcəyini, lakin Təqsirləndirilən şəxs1 onun ailəsi və Şahid34 barədə bir daha danışmamasını Elçindən xahiş etmişdir. Bundan bir neçə gün sonra, yəni 2022-ci ilin sentyabr ayının əvvəllərində 100 ədəd 200 manatlıq əsginaslarla, içərisində 20.000 manat məbləğində pul vəsaiti olan bir ədəd və içərisində Şahid34 müxtəlif şəxslərlə fotoşəkilləri olan digər, cəmi 2 (iki) ədəd zərfi o, ailənin sürücüsü olan Şahid35 vermiş və sonuncudan müdafiəçi Şahid33la əlaqə saxlayaraq Şahid33 verməsini Elnurdan xahiş etmişdir. Habelə o, Şahid35 Şahid33 istifadəsində olan, hazırda xatırlamadığı nömrəsini də bildirmiş və Elçin ilə əlaqə saxlayaraq olduğu yerdə görüşməklə Elçinə verməsini xahiş etmişdir. Bir qədər sonra Şahid35 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ona zəng edərək müdafiəçi Şahid33la Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin yaxınlığında görüşərək onun Elnura verdiyi hər 2 (iki) zərfi Şahid33 verdiyini bildirmişdir. Təxminən bir-iki saat sonra Şahid33 ya onun istifadəsində olan mobil telefon nömrəsinə birbaşa, ya da “Whatsapp messenger” sosial proqramı vasitəsilə zəng edərək pul vəsaitini Təqsirləndirilən şəxs1 çatdıracağını və bu məsələdən artıq narahat olmamasını bildirmişdir. Bundan sonra o, rahat şəkildə öz işləri ilə məşğul olmağa başlamış və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Rasimin məhkəmə prosesi olduqdan sonra evdə yığışaraq mətbuatda yazılanlara baxdığı zaman Təqsirləndirilən şəxs1 Rasimin məhkəməsi barədə heç nə yazmadığını görərək sevinmiş və artıq razılaşmanın qaydasında olduğunu qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “youtube.com” sosial şəbəkəsində redaktoru olduğu “Xural TV” xəbər portalında “ŞOK: Şahid34 kimi işarə edir?!” başlıqlı verilişində Təqsirləndirilən şəxs1 Şahid34 bir daha tənqid etmiş, Rasimi cinayətkar adlandırmış və təhqir etmişdir. Qeyd olunan video fayl ona hazırda xatırlamadığı qohumları tərəfindən göndərilmişdir. Bundan bir qədər sonra əri Şahid34 yaxın dostu və sinif yoldaşı olan Şahid29 ona istifadəsində olan mobil telefon və ya “Whatsapp messenger” proqramı vasitəsilə zəng edərək Təqsirləndirilən şəxs1 Şahid34 barədə danışmaması üçün pul verdiyindən məlumatlı olduğunu, lakin əvvəldən Əvəzin vədinə sadiq qalmayacağını bildiyini, sadəcə olaraq onu narahat etmək istəmədiyini bildirmiş, eləcə də bu məsələyə qarışmamağını, pul vəsaitinin alınaraq qaytarılacağına köməklik göstərəcəyini demişdir. Bundan sonra Şahid29lə onun arasında bir neçə dəfə “Whatsapp messenger” sosial şəbəkəsində yazışmalar və danışıqlar olmuşdur. Lakin təəssüf olsun ki, hazırda qeyd olunan yazışmalar silindiyi üçün onun istifadəsində olan mobil telefonda bu yazışmalar qalmamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 videosunda bir daha Şahid34 danışmasının səbəbini, pulu Təqsirləndirilən şəxs1 verib-verməməsini Şahid33 soruşmuşdur. Şahid33 da həmin vaxt yolda olduğunu, videoya baxmadığını, məsələ ilə maraqlanaraq ona məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra Şahid33 ona “Whatsapp messenger” sosial proqramında səs göndərmiş və həmin səs Təqsirləndirilən şəxs1 səsi olmuşdur. Qeyd olunan səs yazısında Təqsirləndirilən şəxs1 Rasim Sadıqovun reklamını, təbliğini, öz sözü ilə desə “piar”ını apardığını bildirmiş, əgər onun həmin şəkildə danışmağı sərf etmirsə, götürdüklərini iadə edə biləcəyini qeyd etmişdir. Bundan sonra Şahid33 onunla “Whatsapp messenger” sosial proqramında zəng edərək qeyd olunan səs yazısının onun verdiyi pul vəsaitini Təqsirləndirilən şəxs1 verməsinin təsdiqinin olduğunu və pul vəsaitini Təqsirləndirilən şəxs1 alaraq ona geri qaytaracağını bildirmişdir. Həmin ərəfədə o, qeyd olunan səs yazısını Şahid29 həmin məsələ ilə məşğul olduğunu ona bildirdiyi üçün Şahid29 göndərmişdir. Həmin gün axşam saatlarında, saat 21:00-22:00 radələrində Şahid33 arvadı Zibeydə Sadıqova ilə birlikdə onun yaşadığı ünvan 39 ünvanına gəlmiş və 20.000 manat məbləğində pul vəsaitini ona geri qaytarmışdır. Sonra isə o, öyrənmişdir ki, Şahid29 artıq həmin səs yazısını sosial şəbəkələrdə paylaşmışdır. Əvvəlki ifadəsini verməmişdən əvvəl xalası oğlu Şahid31 işdə onun adının hallanmaması üçün pul vəsaitini özünün verdiyini bildirmişdir. Lakin qeyd olunan pul vəsaitini o, 1 (bir) ədəd zərfə qoyaraq 2022-ci ilin əvvəllərində olduğu ünvan 40 ünvanında yerləşən bağ evində vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 9-10) görünür ki, Şahid31 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək “youtube.com” sosial şəbəkəsində “Xural TV” kanalının baş redaktoru Təqsirləndirilən şəxs1 tərəfindən həm kanalda, həm də digər media vasitələrində Şahid34 təhqiredici və tənqidedici, rüsvayedici məlumatların paylaşılması səbəbindən adını çəkmək istəmədiyi şəxs vasitəsilə 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs1 verilməsi üçün 20.000 manat məlbəğində pul verdiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 12) görünür ki, Şahid30 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək “youtube.com” sosial şəbəkəsində “Xural TV” kanalının baş redaktoru Təqsirləndirilən şəxs1 tərəfindən həm kanalda, həm də digər media vasitələrində əri Şahid34 təhqiredici və tənqidedici, rüsvayedici məlumatların paylaşılması səbəbindən adını çəkmək istəmədiyi şəxs vasitəsilə 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs1 verilməsi üçün 20.000 manat məbləğində pul verdiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ayrı-ayrı onlayn media subyektlərinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 13-19) görünür ki, “Qafqazinfo.az” saytında “Təqsirləndirilən şəxs1 Şahid34 ailəsindən 20 min alıb? - Yenilənib” başlıqlı məqalə yerləşdirilmişdir. Həmin məqalədə aşağıdakılar qeyd olunmuşdur: “Xural TV-nin rəhbəri, tanınmış jurnalist Təqsirləndirilən şəxs1 həbsdə olan iş adamı Şahid34 ailəsindən 20.000 manat pul alması barədə iddialar irəli sürülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az saytında yazılıb. Təqsirləndirilən şəxs1 Şahid34 yaxınlarından sonuncunu tənqid etməyi dayandıracağı müqabilində pul aldığı bildirilir. Lakin Təqsirləndirilən şəxs1 üzərinə düşdüyü öhdəliyi pozduğu üçün Şahid34 ailəsinin pulu geri tələb etdiyi qeyd olunur. Bununla bağlı səs yazısı da saytda yayımlanıb”. Bundan başqa, müəyyən edildi ki, məqalənin altında aşağıdakı məzmunda yazı dərc edilmişdir: “Şahid34 vəkili Şahid33 isə Gununsesi.info-ya açıqlamasında bu haqda deyib: “Mən də bu xəbəri oxuyandan sonra Şahid34 ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Şahid34 günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”. “Təqsirləndirilən şəxs1 “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək. “Şahid33 açıqlamasına haqqin.az saytının rəhbəri Şahid29 isə "Elə etmə ki, sənin də səsini yayım!" deyə reaksiya verib.” Məqalənin sonunda aşağıdakı məzmunda yazılar qeyd olunmuşdur: “Qeyd edək ki, "X56” şirkətinin sabiq rəhbəri Şahid34 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinir”. Bundan başqa, müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə “qafqazinfo.az” saytında video məlumat yerləşdirilmişdir. Həmin videoya baxış keçirilərkən müəyyən edildi ki, videoda “Xural TV” youtube kanalının rəhbəri Təqsirləndirilən şəxs1 yalnız şəkli görünür və mahiyyəti üzrə videogörüntülər mövcud deyil. Lakin videoya baxılarkən aşkar şəkildə müəyyən edildi ki, orada Təqsirləndirilən şəxs1 1 dəqiqədən ibarət səs yazısı vardır. Həmin səs yazısı olduğu kimi sözlə protokola aşağıdakı kimi qeyd edilir: “Salam ay qardaş niyə biabır olursanki”, "Xəbərdə oxumuşam da, bütün mediya xəbər verir, xəbər oxumuşam”, "Demişəm ki, kimi işarə edir, əksinə müdafiə eləmişəm, kimi işarə edir Şahid34, Şahid34 qorumaq lazımdır”, “Yox qardaş, onda belə olursa elə olmaz ki, mən onu müdafiə edəsi deyiləm ki”, “Xəbər verirəm, xəbəri oxuyuram”, “Biabır zad olunursa mənə elə şey demə, biabır olursa bir görüşək qaytarım, şey eliyim yəni problem yoxdu ki”, “Mən adama piyar eləyirəm e, mən o adama nabarod deyirəm ki, o adam danışır, o adamı qorumaq lazımdır”, “Bə mən nə deyirəm, müdafiə eliyim? Olan şeyi danışıram özü də mediada gedən şeyi oxuyuram, nədi adı xəbəri oxumuşam qardaş”, “Mən başqa eliyə bilmərəm, heç bir problem yoxdur, əgər elədirsə görüşək o məsələni mən iadə eliyim, qaytarım”. Bundan başqa, “qafqazinfo.az” saytında həmin məsələ ilə bağlı “Pulu Təqsirləndirilən şəxs1 Şahid33 verib” başlıqlı məqalə yerləşdirildiyi müəyyən edilmişdir. Həmin məqalədə aşağıdakılar qeyd olunmuşdur: “Xəbər verdiyimiz kimi, Xural TV-nin rəhbəri, tanınmış jurnalist Təqsirləndirilən şəxs1 həbsdə olan iş adamı Şahid34 ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb. Qafqazinfo haqqin.az-a istinadən xəbər verir ki, həmin məbləğ artıq Şahid34 ailəsinə qaytarılıb. Bu barədə sözügedən saytın baş redaktoru Şahid29 açıqlama verib: “Şahid34 ailəsi mənə pul köçürməsinin baş tutduğunu bildirdi. Üstəlik pulu Təqsirləndirilən şəxs1 adına Şahid33 özü köçürüb. Yeri gəlmişkən, sentyabrın 7-də saat 20:00 radələrində vəkilin özü məbləği qaytarıb. Hesab edirəm ki, vəkil əməlinin nəticələrindən qorxduğu üçün bu addımı atıb”. Daha sonra təsisçisi və faktiki rəhbəri Şahid29 olan "xxxx" saytına baxış keçirilmişdir. Müəyyən edildi ki, internet şəbəkəsində yayımlanan "xxxx" saytı rus dilində dərc edilir. Həmin saytda “Şahid29: Təqsirləndirilən şəxs1ya pulu vəkil Şahid33 verib” başlıqlı məqalə dərc edilmişdir. Məqalədə qeyd olunmuş rus dilində olan yazılar tərcüməçi tərəfindən aşağıdakı məzmunda tərcümə olunmuşdur: “Aztirajlı “Günün səsi” qəzetinə müsahibə verən vəkil Şahid33 jurnalist Təqsirləndirilən şəxs1nun iş adamı Şahid34 ailəsindən hədə-qorxu gələrək pul alması faktını təkzib etməyə çalışıb. Xatırladaq ki, bir neçə saat əvvəl haqqin.az “X56”nin həbsdə olan sabiq rəhbəri Şahid34 tənqid etməmək öhdəliyinə görə 20 min manat alan jurnalist Təqsirləndirilən şəxs1 müraciətinin audio yazısını yayıb. Bir neçə saat sonra jurnalist Şahid34 ünvanına sərt tənqidlər səsləndirərək qanunsuz sövdələşməni pozdu. Məmmədovun ailəsi ödənilən məbləğin qaytarılmasını tələb edib. Lakin vəkil Şahid33 öz Facebook səhifəsində aşkar faktı təkzib etməyə çalışıb. Öz növbəsində haqqin.az saytının rəhbəri, Şahid34 yaxın dostu Şahid29 həqiqəti işıqlandırıb: "Özünü jurnalist adlandıran bir adamın adını belə biabırçılıqla ört-basdır etməsinə çox təəssüf edirəm. Rasimin ailəsi mənə pul köçürməsinin baş tutduğunu bildirdi. Üstəlik pulu Təqsirləndirilən şəxs1 adına Şahid33 özü köçürüb. Yeri gəlmişkən, sentyabrın 7-də saat 20:00 radələrində vəkilin özü məbləği qaytarıb. Hesab edirəm ki, vəkil əməlinin nəticələrindən qorxduğu üçün bu addımı atıb. Allah şahiddir! Biz isə jurnalistika sıralarında təmizlik uğrunda mübarizə aparmalı, belə dələduzları sıralarımızdan qovmalıyıq. Ən əsası, Azərbaycan ictimaiyyəti cəmiyyətdəki hörmətli insanları şantaj və böhtan atmağa çalışan jurnalistciyin əsl simasını gördü.” Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" saytında Təqsirləndirilən şəxs1 barədə dərc edilmiş məqalədə də “Qafqazinfo.az” saytında yerləşdirilmiş səs yazıları eyni qaydada paylaşılmışdır. Daha sonra müəyyən edildi ki, "xxxx" saytında “Jurnalist Təqsirləndirilən şəxs1 iş adamı Şahid34 ailəsini şantaj edir: 20 min manat” başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə qeyd olunmuş rus dilində olan yazılar tərcüməçi tərəfindən aşağıdakı məzmunda tərcümə olunmuşdur: “Şənbə günü, sentyabrın 3-də jurnalist Təqsirləndirilən şəxs1 şantaj, hədə-qorxu və böhtan yolu ilə həbsdə olan iş adamı Şahid34 ailəsindən 20 min manat pul almağa çalışıb. Qeyd edək ki, Təqsirləndirilən şəxs1 məmurların və hakim elita nümayəndələrinin ardıcıl tənqidçisi kimi çıxış edir. Və vaxtilə Təqsirləndirilən şəxs1 dəfələrlə Şahid34 fəaliyyətini tənqid edib, şantaj və hədə-qorxu ilə iş adamından pul almağa çalışıb. Təqsirləndirilən şəxs1 bu dəfə həbsdə olan iş adamının ailəsinə, övladlarına böhtan ataraq daha əxlaqsız, bitib-tükənməyən hərəkət edib. Təqsirləndirilən şəxs1 Şahid34 onu tənqid etməsinə son qoyması müqabilində onun qohumlarından pul almağa nail olub. Lakin Təqsirləndirilən şəxs1 üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı alan jurnalist, daha doğrusu, jurnalist peşəsini rüsvay edən reket Məmmədovu “Azərbaycan metallurgiya sənayesinin qatili” adlandıraraq təhqir və tənqid etməkdə davam edib. Buna cavab olaraq Şahid34 yaxın qohumları pullarını geri tələb ediblər. Haqqin.az Təqsirləndirilən şəxs1 Şahid34 yaxın adamlarına ünvanlanan səsli mesaj əldə edib. Jurnalist bəyan edir ki, Şahid34 deyilənlərin əksinə olaraq Şahid34 təbliğ edir, ondan “qurban” obrazını canlandırır. Və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər”. xx.xx.2022-ci mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 58-70) görünür ki, Şahid29 iştirakı ilə sonuncuya məxsus “İphone 11 pro” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Şahid29 bildirmişdir ki, Şahid30 “Whatsapp” mobil tətbiqi proqram təminatı vasitəsilə məhz +**********7 nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 19:13-də onun istifadəsində olan telefonun “Whatsapp” mobil tətbiqi proqram təminatına Təqsirləndirilən şəxs1 səs yazısını göndərmişdir. Lakin Şahid30 göndərdiyi həmin səs yazısını onunla olan “Whatsapp” əlaqəsi yerindən sonradan silmişdir. Həmin mesajın silindiyini Şahid29 xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində telefonuna baxarkən bilmişdir. Lakin Şahid29 həmin səs yazısını sonradan Şahid30 tərəfindən silinəcəyini ehtimal etdiyindən və öz telefonunun yaddaşında saxlamaq üçün xx.xx.2022-ci il tarixdə, saat 19:14-də "xxxx" saytının əməkdaşı Tamella Əliyevanın istifadəsində olan ***-***-**-** nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Baxış zamanı həqiqətən müəyyən edildi ki, Şahid29 telefonunun “Whatsapp” proqramından Tamella Əliyevanın ***-***-**-** nömrəli telefonuna “Whatsapp” vasitəsilə səs yazısı göndərilmişdir. Həmin səs yazısına qulaq asılaraq müəyyən edilmişdir ki, səs yazısı 1 (bir) dəqiqədən ibarətdir. Səs yazısında Təqsirləndirilən şəxs1 aşağıdakı sözləri demişdir: “Salam ay qardaş niyə biabır olursanki”, “Xəbərdə oxumuşam da, bütün mediya xəbər verir, xəbər oxumuşam”, “Demişəm ki, kimi işarə edir, əksinə müdafiə eləmişəm, kimi işarə edir Şahid34, Şahid34 qorumaq lazımdır”, “Yox qardaş, onda belə olursa elə olmaz ki, mən onu müdafiə edəsi deyiləm ki”, “Xəbər verirəm, xəbəri oxuyuram”, “Biabır zad olunursa mənə elə şey demə, biabr olursa bir görüşək qaytarım, şey eliyim yəni problem yoxdu ki”, “Mən adama piyar eləyirəm e, mən o adama nabarod deyirəm ki, o adam danışır, o adamı qorumaq lazımdır”, “Bə mən nə deyirəm, müdafiə eliyim? Olan şeyi danışıram özü də mediada gedən şeyi oxuyuram, nədi adı xəbəri oxumuşam qardaş”, “Mən başqa eliyə bilmərəm, heç bir problem yoxdur, əgər elədirsə görüşək o məsələni mən iadə edim, qaytarım”. xx.xx.2022-ci tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********464300 nömrəli məktubdan və məktuba əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 137-138) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərmişdir. Habelə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində ********** nömrəli VÖEN-lə, hüquqi ünvanı ünvan 17igər nəşrlərin, o cümlədən lüğət və ensiklopediyaların nəşri ilə məşğul olan "xxxx" MMC-ni təsis etmiş və həmin Cəmiyyətin baş direktoru vəzifəsində işləyir. Bundan başqa, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi https: //www.youtube.com/c/XuralTV internet kanalını və https: //www.xural.com/ xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik etmişdir. xx.xx.2022-ci il tarixli jurnalist Təqsirləndirilən şəxs1 “youtube.com” sosial şəbəkəsində və “xural.com” internet saytında Şahid34 barəsində yayımladığı videomateriallara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 167-194) görünür ki, Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi “xural.com” internet xəbər saytında “axtarış” bölməsində Şahid34 adı qeyd edilməklə, aşağıdakı başlıqlı və məzmunlu xəbərlər aşkar edilmişdir. Onlardan aşağıdakı paylaşımlar əhəmiyyət kəsb edir: “Əsas Səhifə/GÜNDƏM/DTX Şahid34 mənimsəmə və talamada ittiham edir. xx.xx.2021. “X56” MMC-nin Müşahidə şurasının sədri Şahid34 tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb. Virtualaz.orgun DTX-nin saytına istinadən məlumatına görə, başlanılmış cinayət işi üzrə Şahid34 müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “X56” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub. Şahid34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaqəməliyyat tədbirləri davam etdirilir.” 1.“Əsas Səhifə/CƏMİYYƏT/Həbsdə olan zavod direktoru Ramiz Mehdiyev və Bəylər Əyyubovla nəyi razılaşdırıb? 06 sentyabr 2022. Şahid34 deyir ki, DTX əməkdaşları kimə nə qədər pul verdiyini yazdığı qeyd kitabçası və flaşkaları götürsələr də, işə əlavə olunmayıb. “X56” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır ki, həbsdə olan Şahid34 bildirib ki, 2011-ci ildə zavodu yaradanda Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla üçlükdə görüşləri olub. Bundan sonra ötən 10 il ərzində də yüksək vəzifəli şəxslərlə dəfələrlə görüşləri, danışıqları olub. Bu müddətdə kimlərlə hansı söhbətlər etdiyini, kimə nə qədər pul verdiyini saxlandığı kamerada yazdığı kitabda göstərib. Bütün bunları Şahid34 Bakı Ağır Cinayətlər Məhkəməsində deyib. X50-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası bu məhkəmədə onun işinə baxır. Məhkəmənin hazırlıq iclasında Şahid34 vəkilləri onun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyməsi, onun ev dustaqlığına buraxılması, əmlakları üzərinə həbs qoyulmuş qohumlarının üçüncü tərəf kimi bu prosesə cəlb olunması, hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılması və sair vəsatətlər qaldırıb. Şahid34 özü də bildirib ki, onu həbs edərək zavodunu, başqa əmlaklarını əlindən alıblar. Onun sözlərinə görə, özüylə kifayətlənməyib, qohumlarının da əmlaklarına əl qoyublar: “O zavodu özüm qurub yaratmışam. İndi deyirlər, “sənin deyil”. Qohumlarımınsa əmlakına həbs qoyublar ki, Rasimindir. Mənim olana deyirlər, sənin deyil. Mənim olmayana deyirlər, sənindir...” Şahid34 bildirib ki, zavodun necə yaranması, ötən illər ərzində kimlərlə pay bölgüsü olması və sair məsələlərin hamısını bir-bir açıqlayacaq. Onun sözlərinə görə, razılaşma əsasında fəaliyyət göstərib, kimsənin də narazılığı olmayıb. “Hələ də anlamıram, nə baş verdi ki, qəfil hər şey dəyişdi? Bütün bu biabırçılıqlar kimə, nəyə lazım idi? Sakit-sakit işləyirdik, hamı da qazanırdı.” Sabiq zavod rəhbəri deyir ki, kimin qalmaqal yaratdığı ona məlumdur. O, həmçinin öz ünvanına səslənən qeyri-rəsmi ittihamdan da danışıb: “Məni prezidentə xəyanətdə ittiham edirlər. Yalandır. Mən danışacam, onda bilinəcək ki, kim kimə necə xəyanət edib.” Şahid34 ilkin razılaşmanın onunla Ramiz Mehdiyev və Bəylər Əyyubov arasında olduğunu iddia edir. Vəkili də Ramiz Mehdiyevin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb. “Düzdü, vəkilimin vəsatətini müdafiə edirəm. Amma qoca kişidir, 85 yaşı var, qoy oturub”, - vəkilinin vəsatətinə iş adamının münasibəti belə olub. Vəkil onu da bildirib ki, Şahid34 DTX əməkdaşları tərəfindən saxlanılarkən onun evindən və iş kabinetindən qeyd kitabçaları, 2 (iki) flaşkart götürülüb. Orada 2011-ci ildən bu yana Şahid34 kimə nə qədər pul verdiyi barədə qeydlər olub. Amma həmin kitabça və flaşkartlar iş materialları arasında yoxdur. “Mən o kitabçaların üzə çıxmasını istəyirəm. Orda kimlərin adı var. Mən məhdud çərçivədə olan söhbətləri açıqlamaq istəməzdim. Amma buna məcbur edirlər. 20 aydır DTX-da 15 kvadratmetrlik otaqda qalıram. Orada qeydlər aparıram, kitab yazıram. Mənim orada qalmağıma görə bu gün azadlıqda olanlar narahat olsun. Ötən 10 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını orada detallı şəkildə yazıram. Mən dövlətin malını, pulunu yeməmişəm. Özüm öz pulumu qazanıb, yemişəm. Üstəlik, başqaları da gəlib qazancıma şərik olub. Məhkəmədə hamısının bir-bir deyəcəm”, - Şahid34 bildirib. Vəkillər həmçinin evdə, iş yerində axtarışda iştirak edən hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. Belə əsaslandırıblar ki, hal şahidlərinin eyni vaxtda müxtəlif yerlərdə şahidlik etməsi rəsmiləşdirilib. Bu isə mümkün deyil. Hakimlər vəsatətlərin heç birini təmin etməyib. Şahid34 etirazlarından biri də qardaşı Süleyman Məmmədovla bağlı məsələyə olub: “İttihamda yazıblar ki, baş direktorun vəzifəsini mənimsəmişəm. Gülməlidir. Zavod mənim, baş direktoru da doğma qardaşımdı. Mən öz əlimlə qurduğum zavodda doğma qardaşımın vəzifəsini mənimsəmişəm?” Məhkəmədə o da, məlum olub ki, Şahid34 isveçrəli vəkilləri var. Onların məhkəmədə vəkil kimi iştirakına Azərbaycan qanunvericiliyi imkan verməsə də, məhkəmədə iştirak edib, prosesi izləyə bilərlər. Azərbaycanlı vəkillər gileylənib ki, isveçrəli həmkarları məhkəmə prosesinə buraxılmır. Hakim isə bildirib ki, məhkəmə prosesi açıq keçirilir, istənilən şəxs iştirak edə bilər, məhdudiyyət yoxdur. Bu iş üzrə məhkəmə istintaqı sentyabrın 9-da başlayacaq. 1976-cı il təvəllüdlü Şahid34 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Şahid34 “X56” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir. Şahid34 Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Şahid34 ittihamları qəbul etmir, özünü təqsirli bilmir.” 2.“Əsas Səhifə/CƏMİYYƏT/Poladəritmə zavodunun həbsdə olan sabiq rəhbəri: “19 ayda xəbərim olmayıb ki, ittihamda nə yazılıb” yayımlandı: 26 avqust 2022-ci il saat 14:03 “55 milyonluq yeyintidə ittiham olunan Şahid34 məhkəməsi başladı”, “X56” şirkətinin - poladəritmə zavodunun sabiq rəhbəri, 1 il 7 aydır həbsdə olan Şahid34 məhkəməsi başlayıb. 55 milyonluq mənimsəmə və israfetmədə ittiham olunan şirkət rəhbərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Avqustun 26-da X50-Məmmədovanın sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Şahid34 vəkili Şahid33 cinayət işinin materiallarıyla tanış olmaq üçün iki həftə vaxt istəyib. O, bildirib ki, nə özü, nə də müvəkkili materiallarla tanışdır: “Əgər mən iş materiallarında nə yazıldığını, söhbətin nədən getdiyini bilmirəmsə, müdafiə işini necə qurum?”. Şahid34 özü də deyir ki, nəinki iş materiallarıyla tanış deyil, heç ona ittiham aktı da verilməyib: “Nə ittiham aktı, nə də başqa sənəd görmüşəm. 19 ay ərzində xəbərim olmayıb ki, o ittihamda nə yazıblar...”. Vəkilləri deyir ki, o, 1 il 7 ay ərzində cəmi üç dəfə dindirilib, amma məhkəməyə onunla bağlı 13 cildlik iş göndərilib. Hakim iş materiallarıyla tanışlıq üçün müdafiə tərəfinə 1 həftə vaxt verib. Vəkil Şahid33 daha bir vəsatəti isə Şahid34 məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması haqda olub. O, vəsatətini əsaslandırarkən müvəkkilinin üç övladının olması, onlardan birinin yetkinlik yaşına çatmaması, səhhətindəki problemləri vurğulayıb: “Yaşayış yeri məlumdur, artıq istintaq başa çatıb, kiməsə təsir göstərmək imkanı yoxdur. Yəni həbs qətimkan tədbiri seçilməsi üçün göstərilən hallar aradan qalxıb”. Məhkəmə bu vəsatəti təmin etməyib. Vəkil həmçinin bu məhkəmə prosesinin audio və video yazı aparılmaqla keçirilməsi, Şahid34 şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsinə imkan verilməsi kimi vəsatətlər də qaldırıb. Lakin bu vəsatətlər baxılmamış saxlanılıb. Məhkəmə bu məsələlərə hazırlıq iclasının yekun qərarında münasibətini açıqlayacaq. Məhkəmənin hazırlıq iclası isə sentyabrın 2-də davam edəcək. 1976-cı il təvəllüdlü Şahid34 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Şahid34 “X56” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir. Şahid34 Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Şahid34 ittihamları qəbul etmir, özünü təqsirli bilmir”. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 1-3) görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid34 arvadı Şahid30 yaşadığı ünvan 41 ünvanında aparılan axtarış zamanı götürülən qara rəngli DVR yaddaş qurğusuna baxış keçirilmiş və həmin vaxt müəyyən edilmişdir ki, videogörüntünün 20:27:51 dəqiqəsindən 20:28:01 dəqiqəsinə qədər olan müddət ərzində Şahid33 arvadı X10 ilə birlikdə ünvan 41 ünvanında yerləşən binanın blok girişinə daxil olaraq liftə minir. Videogörüntünün 22:04:40 dəqiqəsindən 22:04:48 dəqiqəsinə qədər olan müddət ərzində görünür ki, Şahid33 arvadı X10 ilə birlikdə ünvan 41 ünvanında yerləşən binanın liftindən çıxaraq çıxışa doğru hərkət edir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 2, iş vərəqə 41-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham elan edilmiş, lakin o, ittihamla razılaşmadığından göstərilən qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 2, iş vərəqə 67-69) görünür ki, həmin gün Şahid33 müdafiəçilərin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,311.3.3-cü maddəsi ilə ittiham elan edilmiş və o, göstərilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1034/2022 saylı qərarından (cild 2, iş vərəqə 101-108) həmin gün Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1035/2022 saylı qərarından (cild 2, iş vərəqə 109-116) həmin gün Şahid33 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 133) görünür ki, Şahid18 Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət edərək Bakı şəhər İcra hakimiyyəti tərəfindən "xxxx" MMC-nə ayrılmış və Bakı şəhər İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balasından olan, içərisində yarımçıq tikilisi olan, cəmi 57 sot torpaq sahəsinin özəlləşdirilməsinə etiraz edilməməsinə dair məzmunda yazılacaq və Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanacaq məktubun alınması üçün 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, “Aura” şadlıq evinin qarşısında Təqsirləndirilən şəxs2 ilə görüşərək sonuncunun istədiyi 120.000 manat məbləğində pul vəsaitindən 50.000 manat hissəsini Təqsirləndirilən şəxs2 verdiyini bildirib həmin faktın araşdırılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 248) görünür ki, Şahid4 Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət edərək mülkiyyətində olan Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18 ünvanında yerləşən 25 saylı mənzilin arxa tərəfində boş torpaq sahəsində iaşə obyekti, yəni mağaza tikintisinin aparılması üçün X14 2021-cilin noyabr ayında 7.070 manat, 2022-ci ilin fevral ayında isə 4.000 manat verdiyini, sənədlərin götürülməsi üçün Teymurla yanaşı, Elnur adlı şəxsin də onunla əlaqə saxladığını və sənədlərin hazırlanmasına iştirak etdiyini bildirərək həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolundan çıxarışdan (cild 3, iş vərəqə 228-230) görünür ki, Baş Prokurorluğun İstintaq İdarəsinə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məktub göndərilmiş, həmin məktubda Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid34 Azərbaycan Respublikası CM-in 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılan məhkəmə baxışı zamanı Şahid34 jurnalist Təqsirləndirilən şəxs1 2005-ci ildən başlayaraq mütəmadi şəkildə onun barəsində işgüzar nüfuzdan salan, rüsvayedici məlumatlar yaymaması müqabilində, eləcə də ailə üzvləri ilə hədələməklə pul tələb etməsi barədə ifadə verməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 16) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsindən həmin Məcəllənin 311.3.3 və 312-1.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 3, iş vərəqə 30- 31) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 3, iş vərəqə 32-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 61-63) görünür ki, Şahid18 ibtidai istintaq zamanı ifadəsinə əlavə etdiyi 01 ədəd, içərisində səs yazısının olduğu diskə sonuncunun iştirakı ilə baxış keçirilmiş və həmin vaxt müəyyən edilmişdir ki, diskdə “recording2022-09-12 20-27-32” adlı “.m4a” formatlı audio yazı var. Qeyd olunan fayl açıldıqda, həmin audio yazıda 5 dəqiqə 01 saniyə müddətində davam edən 2 (iki) nəfər kişi cinsli şəxsin aralarında aparılan telefon danışığının olması müəyyən edilmişdir. Şahid18 bildirmişdir ki, qeyd olunan danışıq tanışı Təqsirləndirilən şəxs2 ilə onun arasında aparılmış, audio yazıda birinci səsi eşidilən şəxs Təqsirləndirilən şəxs2, ikinci səs isə ona məxsusdur. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 77-79) görünür ki, Şahid19 istintaq zamanı ifadəsinə əlavə etdiyi 01 ədəd, içərisində səs yazısının olduğu diskə sonuncunun iştirakı ilə baxış keçirilmiş və həmin vaxt müəyyən edilmişdir ki, diskdə “recording2022-09-12 22-08-44” və “recording2022-09-12 22-09-21” adlı 2 (iki) ədəd “.m4a” formatlı audio faylların olması müəyyən edilmişdir. Recording2022-09-12 22-08-44” adlı fayl açıldıqda həmin audio yazıda 29 saniyə müddətində davam edən 2 (iki) nəfər kişi cinsli şəxsin aralarında aparılan telefon danışığının olması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid19 bildirmişdir ki, qeyd olunan danışıq onunla tanışı Təqsirləndirilən şəxs2 arasında aparılmış, həmin audio yazıda birinci eşidilən səs Təqsirləndirilən şəxs2, ikinci eşidilən səs isə ona məxsusdur. xx.xx.2022-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 101) görüner ki, Zərərçəkmiş şəxs Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət edərək ünvan 19 ünvanında yerləşən evin qarşısında mağaza tikdirmək məqsədi ilə Sabunçu rayon İcra hakimiyyətindən icazə alınması üçün jurnalist Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayında yaşadığı evin qarşısında 7.000 manat verdiyini, Təqsirləndirilən şəxs2 da həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsi ilə Sabunçu rayon İcra hakimiyyətinə çatdıracağını bildirərək iş üzrə araşdırma aparılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 3, iş vərəqə 170-172) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham elan edilmiş, lakin o, ittihamla razılaşmayaraq göstərilən qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1058/2022 saylı qərarından (cild 3, iş vərəqə 196-203) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Binəqədi Rayon Polis İdarəsinin 059-38225 nömrəli məktubundan (cild 3, iş vərəqə 232) görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin MSY-nə gətirildikdən sonra keçirilmiş axtarış zamanı üzərindən 01 ədəd “Samsung A32” markalı mobil telefon, 20 manat pul və 01 ədəd mexaniki qol saatı, 01 ədəd bel kəməri götürülərək protokollaşdırılmışdır. xx.xx.2022-ci il tarixli ərizədən (cild 03, iş vərəqə 101) görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət edərək yaşadığı ünvan 8 ünvanının qarşısında mağaza tikdirmək məqsədi ilə müvafiq icazənin Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətindən alınması məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında, sonuncunun gəlmiş olduğu avtomobilin daxilində 7.000 (yeddi min) manat məbləğində nağd pul vəsaitini Təqsirləndirilən şəxs2 verdiyini, Təqsirləndirilən şəxs2 da həmin pul vəsaitini jurnalist Təqsirləndirilən şəxs1 vasitəsilə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinə verəcəyini bildirdiyini göstərərək araşdırma aparılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan (cild 4, iş vərəqə 111-114) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 ilə digər təqsirləndirilən şəxs Şahid33 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid33 ifadəsində bildirdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı Şahid34, sonuncunun ailə üzvləri və barəsində məhkəmə baxışı aparılan cinayət işi üzrə heç bir paylaşım etməməsi üçün Şahid34 arvadı Şahid30 xahişini Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə çatdırdığı zaman Təqsirləndirilən şəxs1 Şahid30 bu məqsədlə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə istəməsi, Şahid33 isə Təqsirləndirilən şəxs1 bildirdiklərini Şahid30 çatdırmasından sonra sonuncunun sürücüsü vasitəsilə göndərdiyi içərisində 100 ədəd 200 manatlıq əskinasların olduğu, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti olan zərfi Təqsirləndirilən şəxs1la görüşməklə sonuncuya verdiyini, Təqsirləndirilən şəxs1 həmin pul vəsaitini götürdüyünü, lakin vədinə sadiq qalmayaraq bir daha Şahid34 və sonuncunun ailə üzvləri barədə danışdığını, bu səbəbdən də Təqsirləndirilən şəxs1 ona göndərdiyi səs yazısını Şahid30 almış olduğu pul vəsaitini Təqsirləndirilən şəxs1 çatdırmasının sübutu kimi Şahid30 göndərdiyini demişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2228/2022 saylı qərarından (cild 4, iş vərəqə 116-118) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung A32” markalı mobil telefon, telefonun içərisində olan mobil nömrələr və yaddaş kartının götürülməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli axtarış zamanı götürülmüş əşyalara və sənədlərə baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 121-216) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmasından sonra saxlanması üçün təhvil verildiyi Bakı şəhəri Binəqədi RPİ-nin MSY-də üzərinə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş, istifadəsində olan “Samsung A32” markalı mobil telefon Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-2228/2022 nömrəli qərarı əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən daxilində olan mobil telefon nömrəsi və yaddaş kartı ilə birlikdə götürülmüş və mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun “Whatsapp Messenger” proqramında Təqsirləndirilən şəxs2la çoxsaylı şəxslərlə danışması, habelə həmin proqramda +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə və “Təqsirləndirilən şəxs1” adı ilə qeyd olunmuş, Təqsirləndirilən şəxs1 ilə də çoxsaylı danışıqlar aparması müəyyən edilmişdir. Qeyd olunan danışıqlardan Sumqayıt şəhərində Şahid4 tərəfindən yaşadığı mənzilin arxa hissəsində olan boş torpaq sahəsində iaşə obyekti – mağaza tiktirməsinə icarə alması xüsusatı ilə bağlı Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında aşağıdakı məzmunda yazıların olması müəyyən edilmişdir: “30.01.22 12:38 - ....:İMG-20220130-WA0013.jpg 30.01.22 12:38 - ....: İMG-20220130-WA0016.jpg 30.01.22 12:38 - ....: Şahid4 30.01.22 12:38 - ....: Sumqayıt şəhəri, 29 cür məhəllə, bina 17/18, mənzil
25. 30.01.22 12:38 - ....: PTT-20220130-WA0017.opus - açdıqda 13 saniyədir. “Elnur bax, atmışam oranın şəkillərini atdılar mənə atdım sənə, yəni elə bil ki, görürsən hamısı obyekt edib artırıb obyekt edib, yəqin bu da qabağını artıracaq, yəqin ki, obyekt edər də.” 01.02.22 22:13 - ....: PTT-20220201-WA0084.opus - açdıqda 41 saniyədir. “Bir də axşamın xeyir əziz qardaş, sən hamısından yaxşı danış ora ilə, Sumqayıt ilə, tapşır mən özüm gedim orda həll edim gəlim o məsələni sabah qurtarım həll edim gəlim. Ən yaxşı variant budur. Denən mənim qohumumdur, Təqsirləndirilən şəxs2 gələcək ora, onun bir məsələsi var, onu həll etmək lazımdır. Mən də özüm gedim onu həll edim orada qurtarım gəlim. Məncə belə məsləhətdir, ya məsləhət deyilsə, yaxşı, özün danış, onların adını verək getsin. Ancaq onlar məndən cavab gözləyir də ya hə de, ya yox deyək onlara. Beş dəfədir mənə zəng edirlər.” 01.02.22 22:15 - ....: PTT-20220201-WA0085.opus - açdıqda 37 saniyədir. “Sən denən, mənim atnaşeniyam yoxdu da Zakirlə. Sən danış Zakirlə denən ya mənim iş yoldaşım gələcək ya qohumum gələcək, mən gedib girim özüm Zakirin yanına, vəziyyəti izah edim Zakir müəllimə, ondan ok'eyin alım, onları da başa salım nədi, nə deyil, ondan çıxım gəlim bu tərəfə. Ordan da o şirinliyi götürüm gətirim verim sənə. Ancaq onlara biz bir cavab deyək ee, mütləq bir cavab deyək. Sən canın səhlənkarlıq eləmə bu işdə, bir az operativni məşğul ol, mənə xəbər elə, qoy mən də onlara bir söz deyim.” 02.02.22 09:16 - PTT-20220202-WA0001.opus açdıqda 11 saniyədir. “Elnur onu bugün danışıb sənə deyəcəm həsini yoxunu. İndi Qisuri dayının vəziyyəti ağırdır, skoriy pomiş çağırmışam, xəstəxanaya götürürəm, qoy başım açılsın edəcəm.” 02.02.22 16:07 - Təqsirləndirilən şəxs1: Şahid8.vcf 04.02.22 11:00 - ....: Salam Qardaş necəsən 04.02.22 11:00 - ....: Vaxtın olsa mənə zəg edersən 05.02.22 11:09 - ....: Salam Qardaş necəsən 06.02.22 11:25 - ....: PTT-20220206-WA0002.opus - açdıqda 33 saniyədir “Bir də Əvəz müəllim, qoy sənə bir məsələni deyim. Birdən də işdi-şayət İmamverdi zad zəng edər sənə falan, denən həmən günü o məsələ həll olmalı idi, Zakir müəllim deyib ki, həll olmalıdır, ama çox təəssüf ki hələ ki həll olmayıb, yəni qoy məlumat üçün deyim, biləsən. Çünki orda dərhal o dedi ki, gedin bu məsələni bugün həll edin qurtarın mən iki həftə burda olmayacam, hə bu məsələ həll olmalıdır, amma hələ ki uzadırlar. Yəni bunu nəzərində qalsın deyərsən, birdən də işdi-şayət zəng vurar edər, sənin diqqətində qalsın.” 06.02.22 11:29 - Təqsirləndirilən şəxs1: Oldu 07.02.22 20:53 - Təqsirləndirilən şəxs1: PTT-20220207- WA0044.opus - açdıqda 11 saniyədir. “Ay mənim əziz qardaşım, səndən xəbər çıxmadı, a qardaşım qardaşım” 07.02.22 21:13 - ....: PTT-20220207-WA0047.opus - açdıqda 04 saniyədir. “İndi gedirəm evə and olsun Allaha Əvəz, bax bu dəqiqə Sumqayıtdan tərpəndim gedirəm evə.” 09.02.22 09:49 -....:PTT-20220209-WA0006.opus - açdıqda 36 saniyədir. “Salam qardaş salam, sabahın xeyir, nətərsən nə var nə yox canın başın. Görürsən də səhər tezdəndən gəlmişəm Sumqayıta burdayam. Qardaş mən burda əməlli-başlı başım ağrıdı ha, inanırsan bu günləri düzəldi düzəldi, düzəlmədi da fso bu işin başın buraxacam. İndi də həmən yerdən dedilər yerin altından qaz xətti keçir. Bu gün düzəldi düzəldi, düzəlmədi bu işin başını buraxacağam getsin. O biri işlər də töküldü, qaldı. Əməlli-başlı inanırsan and olsun Allaha girinc olmuşam, burdayam, görək nə olacaq bu günləri” 09.02.22 09:50 - ....:PTT- 20220209-WA0007.opus - açdıqda 36 saniyədir. “Sən burda söz verməsəydin, elə dərhal başını buraxardım gedərdi. Burda qarşı tərəfə oğlana söz verdiyimə görə dostuma dedim qardaş bugün də alındı alındı, alınmadı, Allah köməyin olsun da alınmadı da nağayraq mümkün deyil, demək mümkün deyil.” 09.02.22 10:05 - Təqsirləndirilən şəxs1: PTT- 20220209-WA0008.opus - açdıqda 25 saniyədir. “Heç bir söz, söhbət, nə söz verdim, nə flan elədim. Alınmırsa rədd elə, zəng elə İmamverdiyə, denən çox sağolun bir gün içində düzələcək işi düzəltmədiniz. Mən də denən indiyə kimi Əvəz müəllimə heç nə deməmişəm, demişəm düzəldi. İndi mən bilmirəm ona nə deyəcəm, üzünüz denən ağ olsun, mən ta bu işdən əl çəkdim qardaş siz məni öldürdünüz. Bax beləcə də de çıx gəl.” 09.02.22 10:05 - ....: PTT-20220209-WA0009.opus - açdıqda 56 saniyədir. “Hə e qardaş, demək tamamilə doğru deyirsən. O deyir pişiyin ağzı ətə çatmayanda deyir acıdır. Nə mus Mustafa deyirlər, nə də mus mus deyirlər. Ə qardaş bezdik də belə şey olar. Şeydən, nədi, memarlıqdan belə, o şey jekdən belə hamısının nömrəsin veriblər mənə qayıdıb mənə deyir ki, getməlisən Bakıda nə bilim. Deyrəm qardaş mən gündə bu yollarda qalası deyiləm ee. Hə, gözləyirəm saat 11-12-ə kimi, həll oldu həll olmadı. Dedim ə tüpürüm sizə də, sizin işinizə də, girinc olmuşam and olsun. Sabunçuda mənim gül kimi işim tökülüb qalıb orda, axşam da oğlan mənə zəng eləmişdi. Dedim başım qarışıqdı, görüm nə edəcəm. Belə biabırçılıq olar. Oldu qardaş, narahat olma, bütün hallarda mən indi sənə deyəcəm. İndi 1-2 saata məsələ buranın qaz idarəsi elədi-elədi, eləmədi Allah bunların işini avand eləsin.” 09.02.22 10:08 - Təqsirləndirilən şəxs1: PTT-20220209-WA0010.opus - açdıqda 59 saniyədir. “Yox yox. Allah onların işini heç avand eləməyəcək. Sən bu işin içindəsən, gör bu süründürməçiliyi gör, vətəndaşın başına nə oyun açırlar, mən zəng eləmişəm, sən də 3 gündü, 4 gündü bu işin dalındasan. Bir vətəndaşın işi həll olunmursa, gör indi o vətəndaş özü ortaya girərsə nə olar da. Deməli hər şey konkret rüşvətə bağlıdı da, apar pulunu ver, hər şeydən də icazə al, elə çıxır da. Ona görə də elə gördüyün yaxşıdır. Zəng elə İmamverdiyə denən Vallah mən Əvəz müəllimə dedim ki, məsələ həll olundu, ona indiyə qədər heçnə deməmişəm. Amma denən o qədər biabırçılıqlarla üzləşdim ki, mən də denən heç nə lazım deyil, peşman olduq, indicə də müəllimə zəng edəcəm ki, Əvəz müəllim, da bunlar bizi adam yerinə qoymadılar. De, telefonu da vur, çıx gəl, ondan sonra mən bilirəm onların ağzını necə cıracam.” 09.02.22 10:14 - ....: PTT-20220209-WA0011.opus - açdıqda 15 saniyədir. “Yaxşı qardaş, yaxşı. Qoy gözləyim indi bir saata, saat yarıma görüm burdan nə xəbər çıxır. Ondan mən sən deyəni edib çıxıb gələrəm o birisi işlərin dalınca. Gələcəm elə sənin tərəfə, gəlib səninlə görüşəcəm, gəlim o biri işləri danışarıq İnşallah, ondan onu yoluna qoyum getsin.” 15.02.22 18:11 – Təqsirləndirilən şəxs1: Sumqayıt işi də qaldı, eləmi?) 15.02.22 18:12 - ....:Sumqayıtın sabah vaxtdi gedecəm 15.02.22 18:31 - ....: Sabah gedim görüm Sumqayıt nolur onuda deyəcəm sənə əyər oda alınmasa bunların başını buraxmaq lazımdır. 24.02.22 16:23 - Təqsirləndirilən şəxs1: Sumqayıtdakı işdən xəbər çıxmadı? 18.03.22 12:00 - Təqsirləndirilən şəxs1: PTT- 20220318-WA0013.opus - açdıqda 11 saniyədir. “Qardaş, bu Sumqayıt işini sən həll edə bildinmi, yoxsa biz bundan əməlli başlıcana gözümüzü çəkəkmi sənin o aktiv və gözəl fəaliyyətinin nəticəsində.” 18.03.22 12:01 - ....:PTT-20220318-WA0014.opus - açdıqda 39 saniyədir. “Salam qardaş salam, sabahın xeyir, nətərsən nə var nə yox. Yox, əl çəkmək lazım deyil, məsələləri düzəldəcik, bir az səbrli ol, onu yoluna qoyacam, yəni sənin iş qutarır, hə yəni burda sənədləşməni də həll eliyək, o oğlan da mənə söz verdi ki, o gəlinin qardaşı biz o şərəfsizdən materialı verəcik sənə. Bir balaca səbrli olmaq lazımdır, onsuz da bu iş gedib, İnşallah Allahın iznilə yaxın bir zamanda alacam mən ondan. Bütün hər söhbətləri eləmişəm, da indi sən də mənim başıma qaxma da bu yarıtmaz fəaliyyəti, burda böyük yanlışlıqlar eləmişəm, bilirəm, ama səbrli ol həll edəcəm Allahın iznilə.” 18.03.22 12:02 - ....: PTT- 20220318-WA0015.opus - açdıqda 44 saniyədir. “Heç əl zad çəkib eləmə, qardaşın ortalıqda varsa, narahat olma. İndi üç gün o yana, iki gün bu yana bunu həll eliyəcəm narahat olma. Mənim diqqətimdədi, özüm bu işin içindəyəm artıq, bütün söhbətləri də eləmişəm, getdim evin yiyəsini tapdım, dedim qardaş, bu bizim əziyyətimizdir, bizim zülmlərimiz var burda, maşennik kimdisə deyə bilmərəm, ondan alın əmanətinizi qardaş, onluq heç nə yoxdur burda. İndi özüm düşmüşəm qabağa layihəsini də hazırlatdıracam. İndi İlqar müəllim layihə ilə məşğuldu, alıb hazırlatdırım verim bunların özünə. Onnan inşallah Allahın iznilə əmanəti də verəcəklər mənə. Prosto bir balaca səbrli ol, da onsuz da bu iş gəlib də mənim başıma, bir az səbr elə həll eliyəcəm qardaş.” 18.03.22 12:07 - ....: PTT-20220318-WA0016.opus açdıqda 19 saniyədir. “Bütün hallarda səhv mənim səhvimdir, mən etibar eləmişəm, indi eybi yox da mənim də səhvimi düzəltməyə bir az zaman ver, qardaş deyilsən, mənə bir az zaman ver mən İnşallah bu işləri yoluna qoyacam Allahın iznilə. Qəti narahat olub eləmə. Ölməmişəm ki, özüm dağ kimi yanındayam, narahat olub eləmə.” 18.03.22 12:08 - Təqsirləndirilən şəxs1: PTT-20220318-WA0017.opus - açdıqda 36 saniyədir. “Deməli o əmanəti də veriblərmiş, eləmi. Ay Elnur ay sənin başına dönüm, mən sənə bəlkə 10 dəfə dedim ee, bəlkə 10 dəfə dedim ki. Deməli səni ortada olan adam pulu alır sənə iş gördürür, ay Elnur. Sənin başına dönüm, 10 min, 5 min, 3 min dollardan söhbət getmir a kişi ayə söhbət ondan gedir ki mən sənə bunu demişəm axı. Ə ortada olan hansı düdük vələddüzna köpəkoğludur, ki bizi işlədir, özü ordan pul alır, o hansı axmaq, hansı şərəfsizdir ay Elnur.” 18.03.22 12:08 - Təqsirləndirilən şəxs1: Eşq olsun. 18.03.22 12:08 - ....: PTT-20220318- WA0018.opus - açdıqda 01 dəqiqə 26 saniyədir. “Hələ Əvəz məsələ burasındadır ki, söhbət bəli o 5 min 10 min 100 mindən söhbət getmir e, bunlar bizim üçün heçnədir, and olsun Allaha elə bir axşamdan başımdan ağrı tutub, elə bir əsəbləşmişəm, axşam söhbətin üstü açılır ki qızın qardaşı deyir ki a qardaş, bu ağac kəsilən günü bu gəlib mən buna 4 min pul vermişəm ki, ağac kəsilib. Gəlib deyib ki ağac kəsilib pul istəyirlər. Deyrəm nə danışırsan a kişi, nə pul nə para. Nəsə də opşi də yəni mən bilirəm burda böyük bir səhv elədim. Mən bu işi Sabunçu kimi həll eləməliydim qabaqcadan pulu almalı idim, işi həll eləməli idim. Mən burda yanlışlıq eləmişəm. Eybi yoxdu da, nolar indi həyatdı. Həyatda belə şeyləri görməsən, elə adam, mənim kimi adam hamıya inanmalıdır. Mənim bu inam məsələm mənim başıma hər zaman problem gətirib, problem də açır. Nəysə, eybi yoxdu indi qardaşının səhvinə görə mənə kömək eləməlisən, dəstək ol ki, mən bu səhvi aradan qaldıra bilim. Görək, inşallah yaxşı olar və sən mənə bir az dəstək ver mən bir dənə bu səhvi aradan qaldırım, sən canın bir az mənə kömək elə, mənəvi dəstək ol ki mən bu məsələni aradan qaldırım. Yəqin çox güman ki aradan qaldıracam Allahın iznilə, 100 faiz qaldıracam, indi danışıqlar da gedib, hamısını axşam danışmışam, söhbət eləmişəm, görək Allahın iznilə.” 18.03.22 12:11 - ...:PTT-20220318-WA0019.opus - açdıqda 57 saniyədir. “Əvəz, bu mənə özünü o arada olan adam yox aa o ki qızın qardaşı kimi özünü təqdim edən şərəfsiz, özünü tanımayan, dədəsindən nənəsindən bixəbər o..aş bu oyunları gətirib mənim başıma. Məsələ burasındadır, əlbəttə ki, söhbət ondan getmir, söhbət o adam bizi hərif yerinə saymağı, bizi nəbilim ortada hambal kimi, mən neçə dəfə getdim Sumqayıta gəldim, gecə bilmədim, gündüz bilmədim, işlərimi atdım. Yəni məni lokkudduki ortada o kobud desəm, mənə o təsir edir, mən onu qoymaram hec vaxt onda qala, onun ağzını cıraram mən onu qoymaram onda qala, nə danışırsan sən, sən demişkən, söhbət o puldan paradan getmir. O ki məni fırlatdı ha mən onu heç vaxt ona bağışlamaram. İndi düşüb ələ ayağa yalvarır. Dedim davay camaatın pulunun qaytar ver özünə. Görək inşallah yaxşı olacaq Allahın izni ilə, ya qismət.” 18.03.22 12:17 - Təqsirləndirilən şəxs1: PTT-20220318-WA0021.opus - açdıqda 01 dəqiqə 07 saniyədir. “Can qardaş, can qardaş, dəstək nədi, flan nədi. Mən sənin yanındayam, sənin tərəfindəyəm, pul para da cəhənnəm olsun. Ama belə adamların adama ənayi yerinə qoymasına adam şey olur. Axı mən sənə dedim də, mən sənə ilk gündən dedim ki, o mərət nədirsə, al əlində qalsın, sonra düzələr düzələcək, düzəlməsə də qaytarıb verəcəyik də. Elnur, mən bu şeylərdə saç ağartmışam da indi, milyonunu görmüşəm belə mən bilirəm ki, ortada oturan kimdi ki ə özünü. Mən onun başına oyun açaram və mən bircə kəlmə deyərəm onun yeri ilə göyü bilinməz heç o Sumqayıtda. Onu götürərlər soxarlar içəri, ama yəni belə şeylərin böyüməsinə ehtiyac yoxdur. Ona görə də rahat ol, amma o məsələni həll elə, rahat ol, heç dünyanı vecinə də alma, hə, həll oluna bilərsə həll elə, oluna bilməzsə də ki, da indi onu mən nə deyim. Amma narahat olma, problem yoxdu.” 18.03.22 12:23 - ....: PTT- 20220318-WA0022.opus - açdıqda 01 dəqiqə 18 saniyə. “Sağol Əvəz, sağol. Muradın Yusifin canı, bilirsən də mənimçün həyatda hər şey boş şeydi, bunu sən demişkən, görə-görə gəlmişik. Prosta ki mən çox pis səhv bir addım atdım bəli, nəysə, yox həll eləmək nədi, nə danışırsan sən, prosta mən məsələnin sən demişkən böyüməyini istəmirəm. And olsun Allaha, and olsun Allaha ona mən imkan vermərəm, nə danışırsan sən. Prosta ki qoy bunların sənədləşmə işləri qurtarsın. Bunlar da gördülər ki ortada mən, bizim məsələn mənim sənin ad söhbəti ki adın yoxdu ki, mənim təmizliyim, işin mən tərəfindən getməsi, bunlar özləri də görəndən sonra düşüblər indi onun üstünə ona vaxt qoyublar konkret, həə flan vaxtda əmanət çatmaldır özümüzə, dedim qardaş qaytarın özünüz alın, özü də bu qədər mənim zülmlərimi görürsüz, mən atmışam işimi-gücümü düşmüşəm Sumqayıtın küçələrinə, alın əmanətinizi, ondan sonra Allah işinizi avand eləsin. Dedi müəllim narahat olma, biz ondan alırıq, özümüz alırıq heç sizin də adınız olmasın. Ondan zəng edirik gəl görüşək, problem deyil. Hə indi ona görə mənim bir az zaman ehtiyacım var, inşallah, inşallah yoluna qoyacam Allahın iznilə, Allah köməyin olsun, qardaşlıqdan dostluqdan əksik olmayasan. Allah razı olsun, İnşallah da bu səhvdi də mən uje düşmüşəm mənə burda bir az mənəvi dəstək ol inşallah mən bu səhvdən çıxım.” 18.03.22 12:28 - Təqsirləndirilən şəxs1: Öpürəm 12.04.22 22:32 - ....: Allah bunları biyabır eləsin yəqinki sabaha çıxar məndə gələndə əlidolu gələrəm”. Daha sonra mobil telefonda olan “Whatsapp messenger” sosial proqramında “Nəzakət Bibi Sumqayıt” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs2un arasında olan danışıqlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, onların arasında aşağıdakı məzmunda iş üçün əhəmiyyətli olan danışıqlar olmuşdur: “17.05.22 14:29 - Nəzakət Bibi Sumqayıt: Salam, Elnur, sənin bizə yaxşılığın keçib mən bildiyim qədər, itirmərəm, bircə o alçaq pulu qaytarsın mən heç kimin qarşısında nə aciz nə də borclu qalan biri deyiləm. sənə yazmağımın səbəbi uçaskovunun bu barədə mənnən izahat istəməsidi mənə Təqsirləndirilən şəxs1 adinda bir jurnalistin bu məsələdə iştirakı barədə soruşdu, mən dedim tanımıram, o adamı mənim tanıdıgım teymurdu pulu da o alıb mənnən. İndi qulaq as bir söz soruşum, mən izahatda icranin adın hallandırmaq istəmirəm eləcə deyim mənnən rüsum adıynan pulu alıb nə məsləhət görürsən? 17.05.22 14:31 - Nəzakət Bibi Sumqayıt: Gəlməlidi saat 5-6 radələrində 17.05.22 14:31 - ....:PTT-20220517- WA0034.opus “Salam, salam Nəzakət xanım, necəsiniz nə var nə yox?. Vallah sizdən kim nə alıb onu Allah da bilir, bəndəsi də bilir. Sadəcə olaraq biz tapşırmışıq, xahiş eləmişik ki, adamlar bizə yaxın adamdı, kömək olunsu. Sağolsun İcra Hakimiyyəti də bizi eşidib sizə kömək eləyiblər. Sizi kim aldadıb, sizdən kim pul alıbsa onu da bilirsiniz ki, Teymurdu, Teymur da eşitdiyimə görə, çatan məlumata görə tək sizi yox, bir neçə nəfəri aldadıbdır. Bax belə. İcra Hakimiyyəti sizdən pul istəyib deyin pul istəyib, para istəyib deyin para istəyib, onlar sizdən məncə heç nə istəməyiblər. Sizi aldadan Teymurdu. Teymur da eşitdiyimə görə burda, Maştağada da çox adamı aldadıbdır, ona görə də əlinizdən nə gəlir eləyin o adama qarşı, o adam bu gün sizi aldadıb, sabahda başqasını aldada bilər. Mənim biraz başım qarışıqdır, tədbirlər var. Sözün düzü Mübariz də mənə zəng eləmişdi, dedim ay Mübariz mənim başım qarışıqdır, özümüz danışarıq, inşallah.” 17.05.22 14:32 - Nəzakət Bibi Sumqayıt: Deyir ağaca görə ekalogiya məhkəməyə verib cərimə vərilməlidi. 17.05.22 14:32 - ....:PTT-20220517- WA0035.opus “Qaldı ki, orda.. nədi bu Əvəz müəllimin adıdı, bunlar boş-boş şeylərdir, orda onun adını kim hallandırırsa səf edir, yalnışlığa yol verir, orda özləri bilər. Əvəzin adını burda heç kim ortalığa ata bilməz, siz nə Əvəz tanımırsınız, nə də qeyrisini. Sadəcə olaraq burda mən tanışlıq baxımından, Allaha xatir biz də əlimizdən gələni elədik, tapşırdıq, xahiş elədik, çox sağolsunlar rəhbərlik də bizim xahişimizi eşitdilər, sizə orda maqsimum nə lazımdırsa şərait yaradılacaqdır. İndi ağacla bağlı da, sən ağac kəsməsisən ki, səni də məhkəməyə versinlər..ağacı kəsən təşkilat var, qurum var. Getsin kim kəsibsə o da özləri bilərlər. Yəni nə sən ağac kəsməmisən, nə biz ağac kəsməmişik, nə də kimsə ağac kəsməmişdir.” Daha sonra mobil telefonda olan “Whatsapp messenger” sosial proqramında “Adil M Sumqayıt Memarlıq 3” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs2 arasında olan danışıqlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, onların arasında aşağıdakı məzmunda danışıqlar olmuşdur: “04.02.22 13:07 - ....:Salam müəllim 16.03.22 18:10 - Adil M Sumqayıt Memarlıq 3: PTT-20220316-WA0043.opus 16.03.22 18:10 - ....: İMG-20220316-WA0045.jpg 16.03.22 18:11 - ....: İMG-20220316- WA0047.jpg 16.03.22 18:11 - Adil M Sumqayıt Memarlıq 3: PTT-20220316-WA0048.opus 07.06.22 14:44 - ....: Nəzakət Bibi Sumqayıt.vcf 07.06.22 14:45 - Adil M Sumqayıt Memarlıq 3: PTT-20220607-WA0068.opus 08.06.22 17:22 - ....: ***-***-**-** Sabir 08.06.22 17:23 - ....: Qardaş buna deyin əl çəkdə o xanımdan 08.06.22 17:39 - ....: PTT-20220608-WA0097.opus 08.06.22 17:39 - ....:PTT-20220608-WA0099.opus 08.06.22 17:52 - Adil M Sumqayıt Memarlıq 3: AUD-20220608-WA0101.opus 08.06.22 17:52 - Adil M Sumqayıt Memarlıq 3: AUD-20220608-WA0102.opus 13.06.22 11:10 - ....: ***-***-**-** 13.06.22 11:10 - ....: Fövqəladədən gələnin nömrəsidi 13.06.22 13:10 - ....: Qardaş nə xəbər var? 16.06.22 12:44 - ....:PTT-20220616-WA0145.opus 16.06.22 12:44 -....:PTT-20220616-WA0146.opus” Onlar arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunlu səs yazılarının göndərilməsi müəyyən edildi: “PTT-20220316-WA0043.opus - Hə, qardaş, vso, əla. Mən salam yazmamış sən atdın mənə. Tezdənə girim yazım, günortayacan qolladıb verərəm. PTT-20220316- WA0048.opus -Bəs elədi, bəs elədi, daha lazım deyil, elə əsas bizə o çıxarışın üzü lazım idi, götürdük. PTT-20220607-WA0068.opus -Elnur dedim ee, polisin müavininə dedim, bilmirdi xəbəri yox idi.., yəqin onu bölmə aparıb ee.., elə o da mən deyəni dedi, dedi qardaş bizim nə işimiz var gedək gətirək.., yəqinki məktub daxil olub, biz də məktubla əlaqəli getmişik dəvət eləmişik.., indi qoy görək daa, öyrənsin görək nə məsələdi. Bunu ekologiya ilə həll eləmək lazımdır ee..., polisdik deyil bu..., ekologiyada kimsə var tanıdığın?. PTT-20220608- WA0097.opus - Yox, indi Elnur müəllim, dünənki söhbət nətəri olacaq, onlar dedi ki, biz ekologiyanı bağlamalıyıq, onlara şey eləməliyikda apardığımı.., Bu isə deyir ki, yalandır, kimsə sizi aldadıb sənə çek verib. Dedim yox çek zad yoxdur...Bilmirəm ee başıma nə oyun gəlir, bu nədir.. PTT-20220608-WA0099.opus -Elnur, indi sən mənə deyirsən ee o böyük ağac əvəz eləyəcək, bununla da bitəcək.., mən ona sual verdim ki, o böyük ağac məsələsin getdim həll elədim axı?. Deyir ki, o hələ heç nə həll olunmayıb, o məhkəmədədir, bu da odur..AUD-20220608-WA0101.opus - Adil müəllim, bu deyir ki, biz onu yollamışıq respublika prokurorluğuna, yəni bu min manat cəriməni ödəməklə o respublika prokurorluğun məsələsi həll deyil də.., bu ikinci dəfə biz ora ağaclar əkmişdik.. ağacları çıxardıblar.. biz onun yerinə təzdən min manatlıq cərimə yazırıq ki.., guya biz bu ağacları aparıb başqa yerdə... vətəndaş çıxarıb aparıb başqa yerdə əkmişik.., o böyük ağacın problemin deyir uje yollamışıq respublika prokurorluğuna, onlar orda nə qərar verəcəklər, neyləyəcəklər... daha o bizlik deyil. Amma deyir bu məsələ, burdakı məsələsi AUD-20220608-WA0102.opus - Burdakı məsələsi deyir tutaq ki, min manatlıq cərimə yazacayıq, iki dəfəyə beş yüz manat, beş yüz manat aparıb ödəyər, daha biz getməyəcəyik da ora, tikintisin tiksin qurtarsın. PTT- 20220616-WA0145.opus -Oğlan ona deyib ki, gəlmişdi da fövqəladadan. Deyib onlar mülki geyimli fövqəladadır, biz hərbi geyimli fövqəladəyik. Başa düşmədim ee, bunlar eyni şey deyil ki?. PTT-20220616-WA0146.opus - Elnur, indi həmin adam zəng eləmişdir, onunla danışırdım. Mən deyirəm ki, bəz memarlıq Adil müəllim danışıb sizin müdriyyət ilə. Deyir yox, o mülkünün müdriyyətidir, bizim müdriyyət deyil. Bizdə isə Dövlət Yanğın Xidmətinin sədri var, Kərim müəllim. İstəyir onunla əlaqə saxlasın danışsın, nə deyə biz də onu edərik. Yəni özü əlaqə saxlasın Adil müəllim, bizim özün fərqi yoxdur da.” Habelə mobil telefondakı “Whatsapp messenger” sosial proqramında “Vüsal Taksi Sumqayıt” adlı +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs2 arasında olan danışıqlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, onların arasında aşağıdakı məzmunda danışıqlar olmuşdur: “29.01.22 22:07 - ....: Salam Qardaş necəsən 29.01.22 22:07 - ....: Kefin əhvalın? 29.01.22 22:08 - ....: Vaxtın olsa mənə vaçapda zəg elə 30.01.22 12:10 - Vüsal Taksi sumqayıt: İMG-20220130-WA0013.jpg 30.01.22 12:10 - Vüsal Taksi sumqayıt: İMG- 20220130-WA0016.jpg 30.01.22 12:13 - Vüsal Taksi sumqayıt: PTT-20220130- WA0017.opus “Elnur bax oranın şəkillərin mənə atıblar, mən sənə atdım, yəni görürsən hamısı obyekt eləyib, yəqinki bu da qabağın artıracaq obyekt eləyəcək.” 30.01.22 12:28 - ....:PTT-20220130-WA0018.opus “Oranın mənə ünvanın yaz, ünvanın, hansı rayon, hansı küçə, birdə vətəndaşın ad-soyadın yaz mənə.” 30.01.22 12:37 – Vüsal Taksi sumqayıt: Sumqayıt şəhəri, 29 cü məhəllə, bina 17/18 ,mənzil 25 30.01.22 12:37 - Vüsal Taksi sumqayıt: Şahid4 04.02.22 07:37 - ....: PTT-20220204-WA0006.opus “Necəsən qardaş, nə var nə yox, canın-başın, biz saat 11-də görüşəcəyik, yoxsa 10-da, 12-də, mənə tez xəbər elə işimi bilim. Birdə həmin yerin get şəkillərin çək, çıxartdır fotoda əlində hazır qalsın, arxasında da ünvanın yazmaq lazımdır, ünvan 34. Bax bunu da onun dalına yazmaq lazımdır. Bir-iki dənə şəkil çıxart əlində hazır qalsın.” 04.02.22 13:35 - ....: Qardaş çalış məni yola salın 04.02.22 13:43 - Vüsal Taksi sumqayıt: Nece oldu qardas 16.02.22 12:25 - Vüsal Taksi sumqayıt: AUD-20220216-WA0013.opus “Sabahın xeyir Vüsal, nətərsən? Atası xəstədi, mən özüm sabah ya bürüsügün gedirəm rayonu, bunlar onsuz da hələ saxlayıblar da, bu dəqiqə tikmirlər, gedirəm rayonu, oturum söhbət eliyim deyim hal vəziyyət belədi də, camaat şey eliyir, adam aldatdı məni, gedib açıq danışacam onunla, gələr, Elnura deyərəm gedib qızla söhbət eliyər, yaxşı? Bir az səbirli ol, yoluna qoyacam, narahat olma. Yoluna qoyacam. Alacam onlardan pulu verəcəm ona narahat olma” 16.02.22 12:25 - Vüsal Taksi sumqayıt: PTT-20220216-WA0014.opus “Salam Elnur necəsən, nə var nə yox, ə bunu bu oğraş atdı mənə, alçaq.” 17.02.22 18:14 -....: Salam Qardaş necəsən 17.02.22 20:41 -....: Qardaş nə xəbər 18.02.22 19:34 - ....: Salam Qardaş necəsən 19.02.22 11:16 - ....: Sen Qardaş o şərəfsizə heçnə demə 19.02.22 11:24 - Vüsal Taksi sumqayıt: PTT-20220219-WA0017.opus “Yox ee Elnur yox, heç nə demirəm, nə deyəcəm. Nömrəsin zadın siləcəm mən onun” 19.02.22 11:28 - ....: PTT-20220219-WA0018.opus “Yaxşı mən də çıxmışam, gəlirəm yavaşyavaş. Görüşək orda bir yerdə..” 04.03.22 00:16 - Vüsal Taksi sumqayıt: PTT-20220304- WA0001 .opus “Elnur axşamın xeyir qardaş, necəsən, nə var nə yox. Bayaq getdik, zülümlə getdik çıxdıq ora, çox intresni yerdədi, daha belə çəkmişik, bundan artıq heç nə çəkə bilmədik qardaş” 04.03.22 06:28 -....:PTT-20220304-WA0007.opus “Yəqinki fotoşəkillər var da, əsas şəkillər lazımdır, video boş şeydir. Fotoşəkillər çoxlu olsun bizdə” 09.04.22 16:16 - Vüsal Taksi sumqayıt: PTT-20220409-WA0025.opus “Qardaş necəsən, nə var nə yox, kefin halın, vəziyyətin. Neyləyə bildin qardaş bunlarla, xəbər-ətər yoxdur?”. 09.04.22 17:53 - ....: PTT-20220409-WA0027.opus “Yox qardaş xəbər yoxdur hələki. Özləri bilər də, yəqinki bizim bu qədər əziyyətimizi hədər eləməzlər. Xəbər yoxdur hələki” 18.04.22 19:42 - ....: PTT- 20220418-WA0045.opus “Hər şey qaydasındadır, onlar deyəsən orda işləmək istəyirlər yavaş-yavaş çatan məlumata görə. Ancaq puldan-paradan bir xəbər demillər nəsə”. xx.xx.2022-ci il tarixli pul vəsaitlərinin saxlanılması üçün depozitə qoyulması haqqında qərardan (cild 4, iş vərəqə 217) görünür ki, “Xural TV”-nin rəhbəri Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 43 ünvanında axtarış aparılan zaman aşkar edilərək götürülmüş 16.150 manat, 3.350 Avro və 140 türk lirəsi ayrı-ayrılıqda qablaşdırılmaqla saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığının depozit seyfinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qeyri-yaşayış sahəsinə baxış keçirilməsi haqqında protokoldan (cild 5, iş vərəqə 155-156) görünür ki, həmin gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Ərazi İdarəsinin əməkdaşının iştirakı ilə ünvan 34 ünvanının arxasında olan, Şahid4 təqdim etdiyi qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsi ünvan 44 ünvanında, “Karvan” ticarət mərkəzi ilə üzbəüz yerləşir. Obyekt ilə üzbəüz dayanan zaman sağ tərəfindən üzərində “Məktəbli, kserokopiya” sözləri yazılan kitab mağazası, sol tərəfindən isə üzərində hər hansı bir ifadə olmayan məişət mağazasının olması müəyyən edildi. Şahid4 təqdim etdiyi yerin yola baxan hissədə divarı və qapısı şüşə materialdandır. Obyekt özlüyündə işlək deyil, daxili hissədən divarları ağ rənglə ağardılmış vəziyyətdədir və boşdur. Obyektin ümumi sahəsi 40 kvadrat metrdir. Baxış zamanı “Krimbler R8” markalı GPS qurğusu vasitəsilə obyektin X387751,657; Y4494161,124 və X 387747,611; Y 4494156,474 kordinatlarında yerləşməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 5, iş vərəqə 159- 165) görünür ki, ibtidai istintaq zamanı ünvan 8 ünvanına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin obyekt ərzaq mağazası olaraq fəaliyyət göstərir, binanın tikintisinin alt sahəsi 68,8 kv.m, pilləkən sahəsi 15,7 kv.m, hündürlüyü 3,30 metrdir. Ərzaq mağazası olaraq fəaliyyət göstərən obyektin sol kənarından 25 sm məsafədə diametri 0,3 metr olan qaz xətti keçir. Həmçinin obyektin üzərindən müxtəlif gərginlikdə bir neçə elektrik xətti mövcuddur. xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)- 593/2022 saylı qərarından (cild 5, iş vərəqə 173-189) görünür ki, həmin gün Şahid33 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 70-71) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 312-1.1-ci maddələrindən həmin Məcəllənin 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 93-100) görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, lakin Təqsirləndirilən şəxs1 ittihamla razılaşmayaraq göstərilən qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 112-117) görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, lakin Təqsirləndirilən şəxs2 ittihamla razılaşmayaraq göstərilən qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 137-139) görünür ki, həmin gün X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham elan edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 147-149) görünür ki, X9 barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********77 nömrəli məktubundan (cild 7, iş vərəqə 118-119) görünür ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18 ünvanında yerləşən 25 saylı mənzilin üzərində Şahid4 tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət qeydiyyata alınmış, vətəndaşın sözügedən ünvanda istifadəsində olan 0,0045 ha torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X51 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi tərəfindən prokurorluğun əməkdaşları ilə birgə baxış keçirilmiş və elektron kadastr məlumat bazasına əsasən 0,0045 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov və E.Qasımov küçələrinin kəsişməsində yerləşən 1,62 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsinə prokurorluğun əməkdaşları ilə birgə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X51 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilərkən müvafiq çöl-ölçmə işləri aparılmış və həmin ərazinin elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətində olduğu müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatı tərəfindən verilmiş 1537 nömrəli məktubdan (cild 8, iş vərəqə 4) görünür ki, vətəndaş Şahid4 Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət edərək və qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim edərək, ünvan 34 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmiş, vətəndaş Şahid4 müraciəti, təqdim edilmiş sənədlər Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin təklifi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21-ci maddələri, “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.11-ci bəndi rəhbər tutularaq, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 17 mart 2022-ci il tarixli, 124 nömrəli sərəncamı ilə vətəndaş Şahid4 mülkiyyətində olan Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18 nömrəli binada yerləşən 25 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Sumqayıt şəhər İcra hakimiyyətinə 14 iyul 2022-ci il tarixdə daxil olmuş **********30 nömrəli müraciətdə qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 29cu məhəllə, 20 Yanvar küçəsində vətəndaş Şahid4 tərəfindən təxminən 0,0020 ha dövlət mülkiyyətinə aid torpaq sahəsində qeyri-yaşayış obyektinin tikinti işlərinin aparılması faktı müəyyən edilmişdir. Qeyd olunan müraciətə əsasən Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, vətəndaş Şahid4 tərəfindən mənzilin sağ və sol hissələrində yerləşən qonşuları tərəfindən edilmiş artırmalara uyğunlaşdırılaraq, qanunsuz torpaq sahəsi zəbt olunaraq, buna müvafiq icazə sənədləri olmadan, özbaşına qeyri-yaşayış obyekti inşa edildiyi aşkar edilmişdir. Vətəndaş Şahid4 qanunsuz apardığı tikinti işlərini dayandırmaq, özbaşına zəbt etdiyi torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi tövsiyə olunaraq, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən aşkar olunmuş pozuntu barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə 04 avqust 2022-ci il tarixli 326 nömrəli yazılı məlumat göndərilmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 7, iş vərəqə 223- 227) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xx.xx.2022-ci il tarixli **********22 nömrəli məktubla daxil olmuş 02 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, birinci diskdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə aid Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Nissan X-Trail” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, Şahid33 istifadəsində olmuş “Hyundai Santafe” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı və “BMW” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkətlərinin qeydiyyata alındığı bir neçə ünvanlardan fotoşəkilləri var. Şahid33 istifadəsində olan “BMW” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, “Hyundai Santafe” markalı, **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs1 isə istifadəsində olan “Nissan X-Trail” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə hərəkətdə olmuşdur. Şahid33 istifadəsində olan “Hyundai Santafe” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən də xx.xx.2022-ci il tarixdə arxa baqaj hissədə əzik vəziyyətdə olmuşdur. Habelə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə eyni saatlarda Şahid33 qeydə alındığı ünvan 45 ünvanında və Bakı şəhəri, Baksol yolu, Dərnəgül istiqamətində hərəkətdə olmuşdur. İkinci diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə xx.xx.2022xx.xx.2022-ci il tarixinə aid kamera görüntüləri əks olunmuşdur. Diskdə olan “TŞ8-0041- 2022-09-03_13h30min00s000ms” adlı video faylla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Nissan X-Trail” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində quraşdırılmış TŞ8-004 saylı kameranın görüntü dairəsində qeydə alınmaqla, saat 13:30-da Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ilə “Bravo” supermarketin qarşısından keçməklə Cəfər Xəndan küçəsindən hərəkət etməsi müəyyən edilmişdir. Bundan başqa, “TŞ8-004 2-2022- 09-03_13h30min00s000ms” və “TŞ8-004 3-2022-09-03_13h30min00s000ms” adlı video fayllarla qeyd olunan hərəkət bir daha təsdiq edilmişdir. Diskdə olan “TŞ8-0062-2022-09- 03_13h30min00s000ms”, “TŞ8-0063-2022-09-03_12h21min00s000ms”, “TŞ8-0063-2022- 09-03_13h30min00s000ms”, “TŞ8-0751-2022-09-03_12h22min00s000ms”,“TŞ8-0752-2022- 0903_12h22min00s000ms” və “TŞ8-0753-2022-09-03_12h22min 00s000ms” adlı videogörüntülərə baxış keçirilmiş və görüntülərin Şahid33 istifadəsində olan “Hyundai Santafe” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 12:20 radələrində hərəkətdə olması müşahidə edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti başçısının birinci müavinindən daxil olmuş 1/2252 nömrəli cavab məktubundan (cild 8, iş vərəqə 47) görünür ki, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin təyinatı, mülkiyyət növü və hansı əsaslarla istifadəyə verilməsi ilə bağlı Sabunçu rayon İcra hakimiyyətində hər hansı məlumat mövcud deyil. ünvan 8 ünvanında aparılan tikinti-quraşdırma işləri isə şəhərsalma və tikinti normalarının tələbləri pozulmaqla, özbaşına şəkildə həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli “youtube.com” sosial şəbəkəsində “Xural TV” internet kanalında iş adamı Şahid34, habelə onunla əlaqədar yayımlanmış verilişlərə baxış keçirilməsi haqqında protokoldan (cild 8, iş vərəqə 169-170) görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən idarə olunan “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” kanalında Şahid34 barəsində aşağıdakı adlı və məzmunlu videolar paylaşılmışdır: 07 sentyabr 2022-ci il tarixdə “Şok: Şahid34 Kimi işarə edir?!” adlı https: //www.youtube.com/watch?v= BjJRk_Z7QA8&t=1s linkdə paylaşılmış 12 dəqiqə 14 saniyə müddətli videoya baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 videonu Şahid34 barədə “Azərbaycan metallurgiya sənayesini bədbəxt edən, Azərbaycana metallurgiya sənayesinə qan udduran” kimi ifadələr işlədir və məhkəmə baxışı zamanı Şahid34 ifadəsində qeyd etdiklərini oxuyur. Habelə qeyd edir ki, qeyd olunan yazılar “meydan tv” və oradan götürülməklə özünə aid “xural.com” saytından oxuduğunu bildirir. Xəbərləri oxuduqdan sonra Təqsirləndirilən şəxs1 Şahid34 ifadəsində müxtəlif vəzifəli şəxslərin adlarını çəkməklə və baş verən hadisələri danışacağını bildirməsi ilə Şahid34 təhlükə olduğunu, siyasi məhbus olduğunu qeyd edir, bir daha Şahid34 metallurgiya sənayesinin qatili və monopolisti adlandırır, lakin Şahid34 həyati təhlükəsinin olduğunu, onu qorumaq lazım olduğunu bildirir. Daha sonra Şahid34 kimə nə qədər pul verdiyini dərhal açıqlamalı olduğunu, onu qorumaq lazım olduğunu qeyd edir. Daha sonra baxış qeyd olunan kanalda xx.xx.2022-ci il tarixdə “Ramiz Mehdiyevin adamı metallurgiyanı necə dagıdıb” adlı https: //www.youtube.com/watch?v=9bcOGicNTn8 linklə paylaşılmış 6 dəqiqə müddətində olan video ilə davam etdirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin videoda Şahid34 Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutmuş məhkəmə prosesi barədə mətbuatda paylaşılmış məqalələri oxumuş, daha sonra Rasim X1 bildiyi adam olduğunu, ölkədə metallurgiya sahəsinin darmadağın edilməsində rol oynadığını qeyd etmiş, Azərbaycanın onlarla iş adamlarını bədbəxt etdiyini, haqq-hüquq tanımadığını, savadsız olduğunu, İsveçrədən vəkil gətirdiyini, Şahid34 diqqətində qalacağını qeyd etmişdir. Daha sonra baxış qeyd olunan kanalda xx.xx.2022-ci il tarixdə edilmiş “X11rdaslarını bu adamın əli ilə sıradan çıxarmışdı” adlı https: //www.youtube.com/watch?v=4rlİyZOAkB8&t=24s linklə paylaşılmış 6 dəqiqə 36 saniyə müddətində olan video faylla davam etdirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Rasim X18 bir nömrəli adamı, Azərbaycanda dəmir və armatur istehsalı ilə məşğul olan hər kəsin uzun müddətlik “qənimi” adlandırmış, ardı ilə onun barəsində mətbuatda paylaşılmış məqaləni oxumuş, X43 Məmmədova “oğlum” dediyini və Şahid34 oğlunun adını da Ramiz Mehdiyevə görə Ramiz adlandırdığını qeyd edir, Şahid34 Azərbaycanda olan bütün dəmir zavodları, sexlərini məhv etdiyini, o cümlədən Zülfüqarlıların 100 milyonlarla əmlakını mənimsədiyini bildirmişdir. Daha sonra Şahid34 məhkum olunmalı olduğunu, müxtəlif zərər vurduqları şəxslərin hüquqlarının bərpa olunmalı olduğunu demişdir. xx.xx.2022-ci tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 8, iş vərəqə 171-175) görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair telefon danışıq məlumatları əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan telefon nömrəsinin anteni xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə Sumqayıt şəhəri ərazisində quraşdırılmış müxtəlif antenlərin dairəsində qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan telefon nömrəsinin anteni 2022-ci ilin yanvar-fevral ayları ərzində, habelə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Zabrat qes.”, “Bakı şeh. Sabunçu r-nu, Zabrat qes.” və “Abseron r-nu, Zabrat dairesi, Sahbazov küç 29” ünvanında olan antenlərin dairəsində qeydə alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 09:34-də Suraxanı rayon İcra hakimiyyətinin inzibati binasının yaxınlığında, yəni “Baki seh, Suraxani qes., Park kuc 18. "Sport Hall" anten dairəsində olmuşdur. Qeyd olunan ünvanların yerləşmə yerlərinin müəyyən edilməsi məqsədi ilə “Google Maps” adlı proqram vasitəsilə ərazinin kosmik görüntülərinə baxış keçirilmiş və Suraxanı rayon İcra hakimiyyətinin inzibati binasının "Sport Hall" adlanan yerin yaxınlığında yerləşmişdir. Bundan başqa, “antena19317-2022” adlandırılmış fayla baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə, saat 10:05-də “Baki sh., Qaracuxur qes., 4041-ci meh.”, saat 10:41də “Guneshli”, saat 10:54-də “Qaracuxur qes”, saat 11:16-da “Gunesli, Şadlinski kuc, Qaracuxur”, saat 11:24-də “Gunesli, Sadlinski kuc, Qaracuxur” anten dairələrində, habelə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin həmin tarixdə saat 09:58də “Qaracuxur qes.”, saat 10:06-da “Baki sh., Qaracuxur qes.,4041-ci meh.,”, saat 10:33 və 10:39-da “İlqar Musayev kuc”, saat 10:58-də “Qaracuxur qes”, saat 11:34-də “Gunesli, Sadlinski kuc,Qaracuxur”, saat 11:49-da “Qaracuxur qes” anten dairələrində olması müəyyən edilmişdir. Yuxarıda göstərilən məlumatlar təhlil edildikdə, müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 saat 09:34-də əvvəlcə Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin inzibati binasının yaxınlığında olmaqla həmin vaxtdan saat 11:49-dək olan müddət ərzində Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binalarının, habelə aralarında olan razılığa əsasən Şahid18 50.000 manat pul aldığı Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki “Neftçilər” adlanan parkın yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin ərazisində olmuşdur. Bundan başqa, “antena19317-2022” adlandırılmış fayla baxış zamanı Şahid21 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə, saat 12:19-da “Gunesli, Sadlinski kuc, Qaracuxur” anten dairəsində, Şahid24 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin isə xx.xx.2022-ci il tarixdə saat 09:06-da, 09:11-də, 09:13-də “Gunesli, Şadlinski kuc, Qaracuxur” anten dairəsində, saat 09:54-də, saat 11:16-da, saat 11:47-də, saat 11:49-da “İlqar Musayev kuc” anten dairəsində olması müəyyən edilmişdir. Qeyd olunan məlumatlar təhlil edildikdə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Şahid24 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə (saat 09:54dən saat 11:16-dək) Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi (saat 10:33-dən saat 10:39-dək) eyni anten dairəsində, yəni “İlqar Musayev kuc” anten dairəsində olmuşlar. xx.xx.2022-ci il tarixli ərizədən (cild 9, iş vərəqə 19-20) görünür ki, Azərbaycan Avtomobil Yolları X15 Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahid1 Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayında iş adamı Şahid3 “youtube.com” sosial platformasında olan “Xural TV” kanalında olan verilişlərə dəvət etməklə "Siyasət meydanı"#956 “Saleh Məmmədov iş adamının torpağını necə mənimsədi?” və “Siyasət meydanı"#971 İŞ ADAMİ: “Məhkəmələr qanunları necə tapdalayır?!” adlı verilişlər hazırlamış, verilişlərdə Şahid3 Azərbaycan X34 X7 sədri Saleh Məmmədovun əleyhinə danışmasını təmin etmişdir. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yerləşən Azərbaycan X34 Agentliyinin inzibati binasına gəlmiş, Təqsirləndirilən şəxs1 qəbul edən zaman Təqsirləndirilən şəxs1 ona hədəqorxu gələrək Azərbaycan X34 Agentliyinin vəzifəli şəxsləri, habelə onun özünün tərəfindən qanunsuzluqlar edilməsi ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu bildirmiş və ondan 8.000 (səkkiz min) manat məbləğində pul verməyini tələb etmişdir. Təqsirləndirilən şəxs1 ona 8.000 (səkkiz min) manat məbləğində pul verməcəyi halda barəsində və Azərbaycan X34 Agentliyinin vəzifəli şəxsləri barədə dayanmadan rüsvayedici məlumatlar paylaşacağını, onu və Agentliyi nüfuzdan salacaq verilişlər hazırlamaqla “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” adlı kanalda yayımlayacağını, lakin pul verəcəyi halda Azərbaycan X34 Agentliyi və onun vəzifəli şəxsləri barədə bir daha heç bir paylaşım etməyəcəyini bildirmişdir. O da, həmin zaman Təqsirləndirilən şəxs1 tərəfindən sosial şəbəkələrdə ediləcək paylaşımlarla özünün və Azərbaycan X34 Agentliyinin işgüzar nüfuzuna zərər dəyəcəyini düşünərək öz üzərində olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vermişdir. xx.xx.2022-ci il tarixli “Azercell” Telekomdan daxil olmuş diskə və internet resurslarına baxış keçirilməsi haqqında protokoldan (cild 9, iş vərəqə 122-123) görünür ki, ibtidai istintaq zamanı Azərbaycan Avtomobil Yolları X15 Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahid1 daxil olmuş müraciətin və sonuncunun şahid qismində verdiyi ifadəsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrəsinə dair telefon danışıq məlumatlarını əks etdirən, “Azercell” mobil operatorundan xx.xx.2022-ci il tarixli 18457 nömrəli məktubla daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin antenası 2021-ci il ərzində yalnız xx.xx.2021-ci il tarixdə, saat 16:58-dən saat 18:44-dək olan müddət ərzində ünvan 48 ünvanda yerləşən antenanın dairəsində qeydə alınmışdır. Daha sonra ünvan 49 ünvanının Azərbaycan X34 Agentliyinin yaxınlığında yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə “Google Maps” adlı proqram vasitəsilə ərazinin kosmik görüntülərinə baxış keçirilmiş və Azərbaycan Avtomobil Yolları X8 xəstəxanasına və 3-cü Dağlıq küçəsinə yaxın yerləşməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan (cild 9, iş vərəqə 182-186) görünür ki, həmin gün Şahid22 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə Şahid22 Təqsirləndirilən şəxs2 üzünə qarşı istintaq zamanı ifadəsində göstərdiklərini deməklə ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan (cild 9, iş vərəqə 222-238) görünür ki, həmin gün Şahid19 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid19 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin və orada inşa edilmiş tikilinin özəlləşdirilməsinə etirazın olmamasına dair müvafiq məktubun alınması üçün Təqsirləndirilən şəxs2 ondan özü üçün 120.000 manat məbləğində pul vəsaitini istəməsi, onların həmin işin qarşılığında Təqsirləndirilən şəxs2 90.000 manat məbləğində pul vermələrinə dair razılaşmaları və 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində “Neftçilər” adlandırılan parkın yaxınlığında Şahid18 Təqsirləndirilən şəxs2 aralarında olan razılığa əsasən həmin pul vəsaitindən 50.000 (əlli min) manat məbləğində pul vəsaitini verdiyini, onun isə həmin zaman bir qədər kənarda Şahid21la birlikdə “Neftçilər” parkında əyləşməklə bunu müşahidə etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan (cild 9, iş vərəqə 239-254) görünür ki, həmin gün Şahid18 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid18 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı Bakı şəhəri, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin və orada inşa edilmiş tikilinin özəlləşdirilməsinə etirazın olmamasına dair müvafiq məktubun alınması üçün Təqsirləndirilən şəxs2 ondan özü üçün 120.000 manat məbləğində pul vəsaitini istəməsi, onların həmin işin qarşılığında Təqsirləndirilən şəxs2 90.000 manat məbləğində pul vermələrinə dair razılaşmaları və 06.062022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində “Neftçilər” adlandırılan parkın yaxınlığında Təqsirləndirilən şəxs2 aralarında olan razılığa əsasən 50.000 (əlli min) manat məbləğində pul vəsaitini verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1818-4/1850 nömrəli ekspertiza rəyindən (cild 10, iş vərəqə 129- 162) görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən, tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissəsində verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid19 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən, tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissəsində verilən yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid7 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K4” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K5” kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid13 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K7” kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid18 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K8” kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid21 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “K11” kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilən yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid4 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd abv markalı CD diskdə tədqiqata təqdim olunmuş 36 ədəd AUD...OPUS formatlı (qəbul edilən səsli mesajlardan ibarət fonoqramlarda) və 315 ədəd PTT... OPUS formatlı (göndərilən səsli mesajlardan ibarət fonoqramlarda) fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Fayl-fonoqramlar "Whatsapp messenger" proqramı vasitəsi ilə yazılaraq göndərildiyindən fayl-fonoqranların yazılmasında istifadə olunan yazı qurğusunun marka ve modeli haqqında məlumatları müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd abv markalı CD diskdə tədqiqata təqdim olunmuş "recording2022-09-12 22- 08-44", "recording2022-09-12 22-09-21" və "recording2022-09-12 20-27-32" adlı fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. "recording2022-09-12 22-08-44" və "recording2022-09-12 22-09-21" adlı fayl-fonoqramlar tədqiqata təqdim olunmuş "Samsung A32" markalı mobil telefon vasitəsi ilə qeydə alınmışdır. "recording2022-09-12 20-27-32" adlı fayl-fonoqramın fayl strukturunda fonoqramın hazırlanmasında istifadə olunan yazı qurğusu haqqında məlumatlar müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd abv markalı CD diskdə tədqiqata təqdim olunmuş "X53 Məmmədovu şantaj edib, 20 min manat pul aldı..." adlı fayl-videofonoqramdakı audiosiqnalın "WhatsApp Audio 2022-09-07.ogg" adlı fonoqramdakı audiosiqnalla osilloqrafik-spaektral təsvirlərinə və fonoqramlardakı danışıqlarının məzmununa görə tam eynilik təşkil edir. "X53 Məmmədovu şantaj edib, 20 min manat pul aldı..." adlı fayl-videofonoqram "WhatsApp Audio 2022-09-07.ogg" adlı fonoqramdakı audiosiqnalın sabit videokadrlardan ibarət videocığıra sintezi yolu ilə əldə olunmuşdur. "X53 Məmmədovu şantaj edib, 20 min manat pul aldı..." adlı videofonoqramda ve "WhatsApp Audio 2022-09-07.ogg" adlı fonoqramlarda olan danışıqlarda montaj əlamətləri müəyyən olmamışdır.. "X53 Məmmədovu şantaj edib, 20 min manat pul aldı..." adlı videofonoqram internet resuslarından əldə olunduğundan, "WhatsApp Audio 2022-09- 07.ogg" adlı fonoqram ise "Whatsapp messenger" proqramı vasitəsi ilə yazılaraq göndərildiyindən fayl-fonoqranların yazılmasında istifadə olunan yazı qurğusunun marka və modeli haqqında məlumatları müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan (cild 10, iş vərəqə 167-170) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 verəcəyi və sonuncunun da Bakı şəhəri Sabunçu İcra hakimiyyətinin başçısına çatdıracağı adı ilə ondan 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti istədiyini, onun isə həqiqətən də işin görülməsi üçün icra başçısına pul vəsaitinin verilməsinin lazım olduğunu düşünməsi səbəbindən razılaşdığını və həqiqətən də tikintini aparıb başa çatdırmasına icazə verilməsini görərək mağazanı tam inşa edib bitirdikdən sonra Təqsirləndirilən şəxs2la əlaqə saxlamaqla danışdıqları kimi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 verə biləcəyini dediyini və Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayının sonlarında onun yaşadığı ünvan 19 ünvanının qarşısına gələrək ondan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini aldığını, aldığı pul vəsaitini sonradan Təqsirləndirilən şəxs1 verəcəyini və Təqsirləndirilən şəxs1 da həmin pul vəsaitini Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısına çatdıracağı bildirmiş, bununla da istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli internet resurslarına baxış keçirilməsi haqqında protokoldan (cild 10, iş vərəqə 172-176) görünür ki, “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” internet kanalında yayımlanmış xx.xx.2021-ci il tarixdə "Siyasət meydanı"#956 “Saleh Məmmədov iş adamının torpağını necə mənimsədi?” adlı, xx.xx.2021-ci il tarixdə isə “Siyasət meydanı"#971 İŞ ADAMİ: “Məhkəmələr qanunları necə tapdalayır?!” adlı verilişlərə baxış keçirilmişdir. Baxış ilkin olaraq “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” internet kanalında xx.xx.2021-ci il tarixdə yayımlanmış "Siyasət meydanı"#956 “Saleh Məmmədov iş adamının torpağını necə mənimsədi?” adlı paylaşımla başlanmış və müəyyən edilmişdir ki, qeyd olunan linkdə olan video 50 dəqiqə 10 saniyə müddətindədir. Videoda Təqsirləndirilən şəxs1 gündəlik xəbərləri bildirməklə təxminən 09 dəqiqə danışdıqdan sonra verilişinə qonaq dəvət etdiyi Şahid3 müraciət edərək nə olduğunu, “Xural TV”-ə nə məqsədlə gəldiyini soruşur. Bundan sonra Şahid3 ümumi olaraq Bakı-Qazax yolunun 272-ci kilometrinin Bakı şəhəri istiqamətində yanacaq doldurma məntəqəsinin olduğunu, yolun genişləndirilməsi ilə bağlı yolun üzərinə düşən əmlakların komissiyalar tərəfindən müvafiq baxışlar keçirildikdən sonra daşınmasının mümkün olub-olmaması ilə bağlı qərarlar verilmiş, ona aid olan yanacaq doldurma məntəqəsinin də yolun mərkəzi xəttindən 30 metr məsafədən yaxında, yəni yolun mühafizə zolağında olmasının müəyyən olunduğunu bildirdi. Qeyd edir ki, 2015-ci ildə "xxxx" ASC-ə sədr kimi Saleh Məmmədov gəldikdən sonra yaxını olan şəxslər Saleh Məmmədovla görüşmüş, sonuncu da həmin zaman Bakı Olimpiya Oyunlarının keçirildiyini bildirərək, oyunlardan sonra onlara köməklik edəcəyini, kompensasiya veriləcəyini bildirmişdir. Hətta Şahid3 Saleh Məmmədovu ASC-nin sədri olmamışdan əvvəl tanıdığını, sonuncunun onlara köməklik də etdiyini bildirir. Bundan sonra bir qədər ümumi məsələlərdən danışırlar, daha sonra mövzuya qayıdaraq Bakı Olimpiya Oyunları bitdikdən sonra Saleh Məmmədovun onların zənglərinə cavab vermədiyini gördükdən sonra ona "xxxx"-dan müraciətlərinə cavab gəlmiş və orada onlarla bu barədə müzakirələr aparılacağı göstərilmişdir. Bundan sonra da bir qədər gözləmiş və heç bir məlumat daxil olmadığı üçün məhkəməyə iddia ilə müraciət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 müdaxilə edərək həmin halların Saleh Məmmədovun dövründə baş verdiyini soruşur və Nağı İsmayıl təsdiq edərək bu məsələlərin hamısının Saleh Məmmədovun dövründə baş verdiyini təsdiq edir. Daha sonra Nağı İsmayıl onun mülkiyyətində olan torpaq sahəsinin 2,5 sot hissəsinin yolun xəttinə düşdüyünü, əlavə olaraq mülkiyyətində olan yanacaq doldurma məntəqəsinin və torpaq sahəsinin yarıdan çox hissəsinin də yolun mühafizə zolağına düşməsi səbəbindən o, məhkəmədə onun mülkiyyətində olan obyektin köçürülməsi üçün ona kompensasiya verilməsi və ya yolun və mühafizə zolağının onun mülkiyyətində olan obyektdən kənarlaşdırılması ilə bağlı iddia qaldırdığını bildirmişdir. Bundan sonra məhkəmədə ekspertiza təyin olunduğunu, lakin məhkəmənin işə inzibati məhkəmənin baxmalı olması barədə qərardad çıxarıldığını, habelə keçirilmiş ekspertizalar nəticəsində təxminən bütün xərclər daxil olmaqla ona 300.000 manat kompensasiya ödənilməli olduğunu bildirmişdilər. Bundan sonra o, Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, sonra məhkəmə "xxxx" ASC-nin xeyrinə qərar çıxarmışdır. O isə daha sonra apellyasiya məhkəməsinə və Ali Məhkəməyə müraciət etmiş və bundan sonra iş yenidən yerli məhkəməyə qayıtmışdır. 2018-ci ildə iş ikinci dəfə ekspertizaya göndərilmiş, cavabı isə 2019-cu ildə gəlmişdir. Ekspertizada əldən çıxmış fayda ilə bağlı da sual qoyulmuşdur. Daha sonra ekspertiza ilə bağlı məhkəmədən ona xərcləri ilə bağlı sənədləri təqdim etməsinə dair sorğu daxil olmuş, 2018-ci ildə isə o, logistika şirkətləri ilə müqavilə bağlamış, satış həyata keçirtməyə başlamış, 01 aylıq dövriyyəsi olmuşdur. Lakin daha sonra “Socar”-dan onu dəvət edərək onun yanacaq doldurma məntəqəsinin təhlükəli olmasını və yola yaxın olmasını bildirmişlər, o da, fəaliyyətini saxlamışdır. Bundan sonra o, bir aylıq dövriyyəsinə dair sənədləri məhkəməyə təqdim etmiş, ekspertizada isə onun illik gəlirinin 240.000 manat olması barədə rəy verilmiş, ekspertiza rəyində yanacaq doldurma məntəqəsinin qalıb işləməsinin təhlükəli olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 ona yanacaq doldurma məntəqəsinin bir qədər arxaya çəkilməsinin mümkün olub-olmadığını soruşmuş, Şahid3 isə bunun baha başa gəldiyini və bu səbəbdən kompensasiya istədiyini qeyd etmişdir. Daha sonra məhkəmə prosesinə Yevlax rayonundan bir sakinin onun barəsində torpaq sahəsini qanunsuz özəlləşdirməsi ilə bağlı müraciətinin daxil olduğunu və təxminən bir il müddətinə də həmin məsələyə baxıldığını qeyd etmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 - "xxxx" sizin başınıza əməlli oyun açıb” deyə bildirir, habelə "xxxx"un Şahid3 kompensasiya ödəməməsi üçün 5 il müddətində işi uzatdığını bildirir. Şahid3 işin 2020-ci ilədək uzandığını, hakimin dəyişdiyini və yeni gəlmiş hakim İlqar Cabbarovun iddianın rədd olunması haqqında qərar qəbul etdiyini bildirir. Təqsirləndirilən şəxs1 qərarın "xxxx"-un xeyrinə çıxartdığını bildirir. Şahid3 məhkəmə qərarını oxuyaraq hakimin qərarda daxili inamına əsaslanaraq iddianı rədd etdiyini bildirir. Bu zaman Təqsirləndirilən şəxs1 hakimin işi hazırlıqdan da keçirmədiyini, qısa vaxtda daxili inamın hansı şəkildə yarandığının onda maraq yaratdığını qeyd edərək “o Saleh Məmmədovun paralarıdır, yəqin onda daxili inamı yaradan” deyə bildirir və videoda Saleh Məmmədovun şəkili paylaşılır. Daha sonra Təqsirləndirilən şəxs1 məsələnin hazırda hansı vəziyyətdə olduğunu soruşur və Şahid3 həmin qərarın apellyasiya məhkəməsi tərəfindən təsdiq olunduğunu bildirir, 2021-ci ilin iyul ayının 14-də Ali Məhkəmədə məsələyə baxılacağını qeyd edir. Təqsirləndirilən şəxs1 Şahid3 təşəkkür edərək həmin işi şəxsi nəzarətinə götürdüyünü bildirərək qeyd edir: “Bu dəhşətli bir prosesdir əziz tamaşaçılar, 5 il əvvəldən bu proses başlayıb, 2 dəfə dövlətin Ədliyyə Nazirliyinin ekspertizası keçirilib, gedib yerində baxılıb, hakim araşdırması aparılıb, illər keçib, "xxxx" hiylə işlədəyək, səlahiyyətlərindən istifadə edərək vəkili işi uzada-uzada, iş adamını bezdirib, yəni canından bezdirib dedizdirmək istəyir ki, əşşi rədd olsun, Azərbaycanda olur axı bu şeylər, uzadıb, uzadıb, uzadıb, artıq qanuni məqam gəlib dirənəndə, Nağı müəllim də dirənəndə ümumiyyətlə deyib ki, bu torpaq səhv verilib. Yevlaxdan araşdırıblar ki, özəlləşdirmədə səhv verilməyib. Bu zaman Saleh Məmmədovun dərin, virtual, möhtəşəm zəkası işə düşüb ki, ümumiyyətlə bu torpaq sahəsi sənin deyil”. Bu anda bir daha Saleh Məmmədovun şəkili göstərilir. Davam edir: “Ümumiyyətlə bu torpaq sənin deyil, ala bu 3.500 manatı. İş adamlarını və sahibkarları bu dərəcədə təhqir eləmək. Və ondan sonra görüblər ki, yox bu iş adamı sakit dayanmır, bu iş adamı yenə hüquqlarını müdafiə edir, burada nə qərar çıxardıblar? Təzə hakim gəlib, məhkəməyə baxmadan, işin hallarına baxmadan, birdən-birə qanunda oxuyub ki, orda bir daxili inam var, tez onu götürüb kopyalayıb ora. Bu daxili inamı da onda yaradan Saleh Məmmədovun sonsuz qüdrətidir, puludur, parasıdır, biz bilirik hakimlərin daxili inamını nə formalaşdırır Azərbaycanda. Ümumiyyətlə, hakim götürüb deyib ki, bilirsiz nə var, mən sizin iddianızı rədd edirəm. Birbaşa ölkə rəhbərliyinin diqqətinə çatdırıram bu məsələni və biz də çalışacayıq ki, hüquq-mühafizə orqanlarının da diqqətinə çatdıraq”. Təqsirləndirilən şəxs1 Şahid3 təşəkkür edərək Ali Məhkəmənin də məsələyə baxmayacağını və apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayacağını bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 bu işin bir saatlıq iş olduğunu, Saleh Məmmədovun bir saat öz işi ilə məşğul olaraq adamın pulunu verməsini bildirir. Habelə Təqsirləndirilən şəxs1 qısa yekun verərək verilişi yekunlaşdırır. Daha sonra baxış “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” internet kanalında xx.xx.2021-ci il tarixdə yayımlanmış “Siyasət meydanı"#971 İŞ ADAMİ: “Məhkəmələr qanunları necə tapdalayır?!” adlı verilişlə davam etdirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan veriliş 24 dəqiqə 25 saniyə müddətindədir. Danışığın əvvəlindən Təqsirləndirilən şəxs1 Şahid3 müraciət edərək əvvəlki çıxışlarının səs-küyə səbəb olduğunu bildirməklə sözü Şahid3 vermiş, sonuncu da keçən verilişin narahatçılıqlara səbəb olduğunu, Saleh Məmmədovun onun qohumuna zəng edərək onu “banditizm”ə apartdıracağı ilə hədələyərək onun nə dövlətdən, nə də Saleh Məmmədovdan 1 manat da ala bilməyəcəyini qeyd etmişdir. Daha sonra Şahid3 bir daha Şəki İnzibati Məhkəməsinin qərarını oxuyaraq həmin qərarın qanunsuz olmasından danışır. Təqsirləndirilən şəxs1 iş adamı Şahid3la bağlı olan məsələni nəzarətdə saxlayacaqlarını bildirir. Şahid3 da, əlavə olaraq Saleh Məmmədovun onunla nə qərəzliyinin olduğunu bilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs1 bir daha qeyd olunan məsələni bir daha müzakirə edəcəklərini, Şahid3 da bir daha dəvət edəcəyini bildirir və verilişi yekunlaşdırır. Bundan başqa, “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” internet kanalında yayımlanmış digər videolara da baxış keçirilməklə həmin kanalda “Azərbaycan X34 Agentliyi” X54 və sədri Saleh Məmmədov barədə neqativ məzmunlu videoların da paylaşılması müşahidə edildi, lakin Şahid3 iştirakı ilə digər hansı bir verilişin hazırlanmaması, habelə Şahid3 qaldırdığı məsələyə bir daha toxunulmaması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Azercell” Telekomdan daxil olmuş diskə və internet resurslarına baxış keçirilməsi haqqında protokoldan (cild 10, iş vərəqə 178-180) görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid33 adına qeydiyyatdadır. Habelə Şahid33 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri Nizami RPİ-nin yaxınlığında, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən “Sevinc” kinoteatrının üzərində qurulmuş “Azercell” mobil şəbəkəsinə aid anten dairəsində, xx.xx.2022-ci il tarixdə, saat 13:00-15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən “Röya” şadlıq sarayının üzərində quraşdırılmış “Azercell” mobil şəbəkəsinə aid anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aid olan anten dairəsinə dair məlumatlarla da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə, saat 13:00-15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən “Röya” şadlıq sarayının üzərində quraşdırılmış “Azercell” mobil şəbəkəsinə aid anten dairəsində olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində olan "Röya" şadlıq sarayı ilə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X58 küçəsinə olan çıxışının arasında olan məsafənin müəyyən edilməsi məqsədi ilə “Google Maps” adlı proqram vasitəsilə ərazinin kosmik görüntülərinə baxış keçirilmiş və qeyd olunan ünvanların arasında təxminən 800 metr hava məsafəsinin olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma və cinayət işinə əlavə etmə haqqında qərardan (cild 10, iş vərəqə 213-214) görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-2228/2022 saylı qərarı əsasında həmin gün Binəqədi RPİ-nin MSY-dən Təqsirləndirilən şəxs2 istifadəsində olan 01 ədəd “Samsung A32” markalı mobil telefon, həmin telefonda olan mobil nömrə və yaddaş kartı maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2023-cü sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 11, iş vərəqə 1- 172) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4, 32.5, 312.1, 32.4, 312.2 və 312-1.1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, Şahid33 32.5, 312.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb eidlməsi haqqında yeni qərarın qəbul edilməsi və onun barəsində axtarış elan edilməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs tərəfindən rüşvət vermə haqqında dövlət orqanlarına könüllü məlumat verilməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublilası CPM-nin 40.3-cü maddəsinin tələbinə əsasən xitam verilməsi və barəsində törədilmiş dələduzluq cinayət əməli üzrə zərərçəkmiş şəxs qismində tanınması, Şahid1 tərəfindən rüşvət vermə haqqında dövlət orqanlarına könüllü məlumat verilməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublilası CPM-nin 40.3-cü maddəsinin tələbinə əsasən xitam verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərardan (cild 11, iş vərəqə 175-177) görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 11, iş vərəqə 183-192) görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2, 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, lakin Təqsirləndirilən şəxs1 yenidən ittihamla razılaşmayaraq göstərilən qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 11, iş vərəqə 213-219) görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, lakin Təqsirləndirilən şəxs2 ittihamla razılaşmayaraq göstərilən qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan (cild 11, iş vərəqə 249) görünür ki, Zərərçəkmiş şəxs hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 11, iş vərəqə 259-261) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Şahid33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 312.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 11, iş vərəqə 278-281) görünür ki, X26 və Şahid33 barəsində, habelə iş üzrə müəyyən edilmiş bütün digər xüsusatlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 312.1 və 312-1.1-ci maddələri ilə cnayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 13, iş vərəqə 166) görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam şəkildə ona ödənildiyini və onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını, eləcə də təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan X34 Agentliyinin cavab məktubundan (cild 14, iş vərəqə 177) görünür ki, həmin müəssisədə müşahidə kameraları işlək vəziyyətdə olsa da, kameralarının texniki parametrlərinə əsas vide görüntüləri saxlama müddəti 26 gün müəyyən edildiyindən, xx.xx.2021-ci il tarixdə, saat 16:00-19:00 radələrində qeydə alınmış görüntülərin əldə edilməsi mümkün deyil. xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzindən (cild 15, iş vərəqə 220) görünür ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın 25 faizi həcmində, yəni 1.750 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Xasiyyətnamədən (cild 11, iş vərəqə 286) görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla, yanaşı himayəsində 2 (iki) azyaşlı uşağı, İİ qrup əlil anası və atası var, habelə müsbət xatakterizə olunur. Xasiyyətnamədən (cild, iş vərəqə 287) görünür ki, Təqsirləndirilən şəxs1 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalmış, 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1999-cu ildə təhsili başa çatdırdıqdan sonra Azərbaycan Respublikasına geri qayıtmış, habelə müsbət xarakterizə olunur. xx.xx.2010-cu il tarixli B seriyalı 197938 nömrəli diplomun surətindən (cild 3, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs2 Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin filologiya fakültəsini bitirmişdir. xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci ildə Murad Şükürov adlı övladı anadan olmuşdur. xx.xx.2013-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2013 saylı hökmündən (cild 5, iş vərəqə 52-82) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4, 306.2 və 213.1-cim maddələri ilə təqsirli bilinməklə ona Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə 1 il müddətə əlavə cəza ilə yanaşı 3 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə 1 il müddətə əlavə cəza ilə yanaşı 1 il 6 ay müddətə azadlıqdna məhrum etmə cəzası təyin edilmiş, Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən ona 1 il müddətə əlavə cəza ilə yanaşı 9 il müddətə azadlıqdna məhrum etmə cəzası təyin edilmiş, eləcə də cəzasının əvvəlinin xx.xx.2011-ci il tarixdən hesablanmışdır. xx.xx.2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 544/2013 saylı qərarından (cild 5, iş vərəqə 37-51) görnür ki, müdafiəçi Şahid33 və Bakı şəhəri Vergilər Departamentinin rəis müavinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağr Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1021/2013 saylı qərarından (cild 5, iş vərəqə 83-94) görünür ki, kassasiya şikayətləri təmin edilməmiş və Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü ildə Yusif adlı övladı anadan olmuşdur. xx.xx.2019-cu il tarixli arayışdan (cild 3, iş vərəqə 15) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci ildən “Haqqın sədası press” qəzetində baş redaktorun müavini vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixli Füzuli rayon X19 Hüquqi Şəxs tərəfindən verilmiş arayışdan (cild 15, iş vərəqə 128) görünür ki, Səda TV direktor müavini Təqsirləndirilən şəxs2 Füzuli rayon Mərkəzi Xəstəxanasına humanitar yardım göstərmişdir. xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 44) görünür ki, Təqsirləndirilən şəxs2 ilə X35 arasında nikah bağlanmışdır. xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 124 nömrəli sərəncamından (cild 5, iş vərəqə 212) görünür ki, Şahid4 mülkiyyətində olan Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18 nömrəli binada yerləşən 25 nömrəli yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən (cild 2, iş vərəqə 177) görünür ki, Şahid22 ilə Şahid19 arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Şahid22 20.000 manat məbləğində pul vəsaitini Şahid19 3 ay müddətə, yəni xx.xx.2022-ci il tarixədək vermişdir. xx.xx.2022-ci il tarixli 01-21/153 nömrəli Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin məktubundan (cild 3, iş vərəqə 87) görünür ki, "xxxx" MMC-nin icarəsinə verilmiş Hövsan qəsəbəsi, İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişməsində yerləşən 5768.4 kv.m sahədən ibarət idman meydançası və 168 kv.m-də inşa edilmiş yardımçı otaqların (119.8 kv.m) özəlləşdirilməsinə etiraz edilməmişdir. Tibbi arayışdan (cild 13, iş vərəqə 80-87) görünür ki, Təqsirləndirilən şəxs1 OU-fəsadlı diabetik katarakta, OD - makulyar ödem diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar və müxtəlif vəsatətlər vermişlər, eləcə də irəli sürülmüş ittihamı ayrı-ayrılıqda bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın ayrıayrılıqda mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın bir hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən və dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara həm məcmu halda, həm də ayrı-ayrılıqda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə bağlı irəli sürülmüş ittiham üzrə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı bu epizod üzrə itithamın qanuni və əsaslı olması, habelə ibtidai istintaq orqanının qeyd edilən hissədə gəldiyi nəticənin işin halları ilə üst-üstə düşməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi “https: //www.youtube.com/c/SədaTV” internet kanalında jurnalist, müxbir qismində fərqli şəxslərdən müsahibələr almaqla media subyekti kimi fəaliyyətlə məşğul olan, dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə sonuncunun istifadəsində olan ***-***-**-** nömrə ilə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrə vasitəsi ilə əlaqə saxlayarkən, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 2022-ci il fevral ayının əvvəllərində dostu Zərərçəkmiş şəxs ünvan 8 ünvanında yerləşən evinin qarşısında mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətindən icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırmış, habelə həmin ilin fevral ayının 11-də Təqsirləndirilən şəxs2 tikinti aparılacaq ərazinin fotoşəklini, müraciət etmiş Zərərçəkmiş şəxs atası Şahid14 haqqında məlumatları “Whatsapp messenger” mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 göndərərək Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısından bu məsələnin həll olunmasına dair köməklik göstərilməsi üçün müraciət etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “youtube.com” internet platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” adlı kanalı və “https: //www.xural.com/” xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da istədikləri razılığı ala biləcəyini qeyd edib, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya tikintinin aparılmasına icazənin verilməsi qarşılığında Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə bilə-bilə qanunsuz qərarın qəbul edilməsi məqsədilə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin verilməli olmasını sonuncuya bildirməsini Təqsirləndirilən şəxs2 tapşıraraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı əsasında və hazırladıqları cinayətkar plana uyğun olaraq 2022-ci ilin fevral ayının ortalarında tanışı Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq ünvan 8 ünvanında yerləşən evinin qarşısında mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısından razılıq alındığını, bunun üçün vəzifəli şəxslərə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirməklə aldatmışdır. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs2 dediklərinə inanaraq razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə ələ keçirmək istədikləri pul vəsaitindən icra başçısına vermək niyyəti olmadan tanışlıq münasibətlərindən istifadə edərək 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısının istifadəsində olan mobil telefon nömrəsinə zəng etməklə Şahid14 onun qohumu olmasını və ünvan 8 ünvanında yerləşən evinin qarşısında mağaza tikintisi aparılması üçün qanunsuz icazə verməsini xahiş etmişdir. Nəticədə Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yerləşən torpaq sahəsində mağazanın tikintisinə maneə olunmamasına dair Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid15 tapşırığın verilməsinə və nəticədə tikintinin 2022-ci ilin fevral ayının sonlarında başa çatdırılmasına nail olmuş, həmin ərəfədə qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə müvafiq olaraq istintaqla müəyyən edilməyən tarixdə Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanının yaxınlığında Zərərçəkmiş şəxslə görüşərək sonuncudan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib sonradan öz aralarında bölmüşlər. Bununla da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək ünvan 8 ünvanında yerləşən torpaq sahəsində mağazanın tikintisinə müvafiq icazənin alınması və bundan irəli gələn məsələlər ilə əlaqədar Təqsirləndirilən şəxs2 cəmi 7.000 manat məbləğində pul vəsaitini verdiyini təsdiq etsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadədən bir qədər fərqli məzmunda məhkəmədə ifadə verərək iş üzrə əhəmiyyət kəsb edən halları faktiki olaraq təkzib etmişdir. Lakin Zərərçəkmiş şəxs onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdə, o, həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə dostluq münasibətlərində olduğundan Zərərçəkmiş şəxs məhkəmədə Təqsirləndirilən şəxs2la üz-üzə gələrkən sonuncunun əleyhinə ifadə vermək istəməmiş və bir qədər fərqli məzmunda ifadə verib iş üzrə əhəmiyyət kəsb edən halları təhrif etməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mümkün qədər məsuliyyətdən azad olunmasına nail olmaq istəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmədə ifadə verdikdən sonra təqsirləndirilən şəxslərlə barışdığını, ona qarşı heç bir cinayət törədilmədiyini və bu səbəbdən də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona qarşı cinayət törədilmədiyini bildirməklə təqsirləndirilən şəxslərin məsuliyyətdən azad olunması məqsədi güddüyündən və faktiki olaraq təqsirləndirilən şəxslərlə ayrı-ayrılıqda barışdığından, eləcə də təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirdiyindən bu hallar təqsirləndirilən şəxslərin xeyrinə şərh edilməklə iş üzrə tərəflərin barışması, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbin olmaması kimi qiymətləndirilməlidir. Odur ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərin barışması, dələduzluq cinayəti nəticəsində vurulmuş ziyanın ödənilməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmaması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 yaxın qohumları tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə pul vəsaiti ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25 faizi həcmində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini bildirib bu halın məhkəmə tərəfindən nəzərə alınmaqla həm ona, həm də digər Təqsirləndirilən şəxs1 nisbətdə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq cinayətini törətmələri, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilmiş hesab edilməsi və Təqsirləndirilən şəxs2 yaxın qohumu tərəfindən vurulmuş ziyanın 25 faizi həcmində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi halları təsdiq olunduğundan məhkəmə hesab edir ki, göstərilən şərtlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə uyğundur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətsələr də, sonradan Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri tam şəkildə icra olunduğundan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalıdırlar. Təqsirləndirilən şəxs1 digər əməllərinin tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, hər hansı hərəkətin edilməsinə görə vəzifəli şəxsin maddi və ya sair neməti almasına düzgün hüquqi qiymət verilməsi üçün əvvəlcə bu hərəkətin onun xidməti vəzifəsinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid olub-olmamasına dair bütün mötəbər sübutlar tam və ətraflı şəkildə araşdırılmalı və həmin sübutlar qanuna müvafiq qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayət tərkibi kimi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə bu cinayətin obyektiv cəhəti - vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən istifadə etməklə rüşvətin predmetini bilavasitə istəmədə və ya almaqda ifadə olunur. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası dedikdə isə bilavasitə tutduğu vəzifə səlahiyyətləri daxilində yerinə yetirməli olduğu vəzifələr başa düşülür. Vəzifəli şəxsin xidmət üzrə ümumi himayədarlığı dedikdə rüşvətalanın tutduğu vəzifənin əhəmiyyəti və mötəbərliyi sayəsində tabeçiliyində və ya nəzarəti altında olan başqa vəzifəli şəxslər tərəfindən rüşvətverənin xeyrinə müəyyən hərkətlərin edilməsinin mümkünlüyü başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan və ya onun öz qulluq mövqeyinə görə yardım edə bildiyi hərəkətləri (hərəkətsizliyi) etməsinə görə, yaxud xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə verilir. Burada vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan hərəkətlər (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə gəldikdə isə qeyd edilməlidir ki, rüşvət alma korrupsiyanın ən geniş yayılmış və təhlükəli formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Rüşvət alma cinayətinin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal keçirilməsini təmin edən ictimai münasibətlərdir. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdaki əməllərin törədilməsi ilə xarakterizə olunur: - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi, - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması, - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyazı və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Təhlil edilən cinayətin obyektiv cəhətinə daxil olan əməl kimi rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsindən, almasından və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsindən ibarət hərəkətlər başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə himayədarlığa və ya laqeydliyə görə verilir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə irəli sürülmüş ittihamı mübahisələndirmiş və göstərilən maddələr ilə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 göstərilən maddələr üzrə ittihamın qanunsuz və əsassız olmasını aşağıdakı dəlillərlə izah etmişdir: - özünün vəzifəli şəxs olmaması, - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin obyektiv tərəfinin icra edilməsinə yönəlmiş heç bir hərəkət etməməsi, - göstərilən cinayətlər üzrə ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutların yolverilməzliyinə görə mötəbər sübut təşkil etməməsi. Məhkəmə müdafiə tərəfinin bu hissədə irəli sürdüyü dəlillərlə razılaşmayaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 göstərilən cinayətlər üzrə özünü təqsirli bilməməklə və inkaredici məzmunda ifadə verməklə səmimi olmamış, işin halları ilə bağlı məhkəməyə təhrif edilmiş məlumatlar vermiş və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan X34 Agentliyi (köhnə adı "xxxx" ASC) tərəfindən 2010- 2015-ci illər ərzində həyata keçirilən “Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun tikintisi” layihəsi ilə əlaqədar Yevlax rayonunun Aşağı Qarxun kəndinin inzibati ərazisində yerləşən Şahid3 məxsus əmlakın yolun tikinti sahəsinə düşən hissəsinə görə hesablanmış 3.500 manat məbləğində kompensasiya ilə razı olmayan və kompensasiyanı almaqdan imtina etməklə yanacaq doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi və əldən çıxmış gəlirin hesablanmasına dair iddia tələbi ilə əvvəlcə Şəki İnzibati Məhkəməsinə, daha sonra isə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından narazı olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş Şahid3 Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından narazı qalmaqla 2021-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs1 müraciət edərək qeyd edilən mülki mübahisənin ictimailəşdirilməklə xeyrinə həll olunmasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, 02 aprel 2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https://www.youtube.com/c/XuralTV” internet kanalını, https://www.xural.com/ xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edərək Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun (xx.xx.2021-ci il tarixli Media haqqında Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür) 1-ci, 10-cu və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununun 1, 13-2 və 18-ci maddələrinə əsasən qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq, kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarını formalaşdırmaq, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunmasına, informasiyanın mühafizəsinə cavabdeh olmaq, informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək və buna görə məsuliyyət daşımaq, qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verməmək və digər səlahiyyət və vəzifələrə malik vəzifəli şəxs kimi, Şahid3 özünün baş redaktoru və rəhbəri olduğu və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında yerləşən “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” adlı kanalın redaksiyasında təşkil edəcəyi canlı yayıma dəvət etmiş və şikayəti ilə bağlı orada danışmasını bildirmiş və razılaşmanın nəticəsi olaraq o, “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” adlı kanalda xx.xx.2021ci il tarixdə "Siyasət meydanı"#956 “Saleh Məmmədov iş adamının torpağını necə mənimsədi?” adlı, xx.xx.2021-ci il tarixdə isə “Siyasət meydanı"#971 İŞ ADAMİ: “Məhkəmələr qanunları necə tapdalayır?!” adlı silsilə verilişlər hazırlamış və Şahid3 həmin verilişlərinə qonaq qismində dəvət edərək mülki qaydada məhkəmədə baxılmış müraciətini ictimailəşdirmiş və Azərbaycan X34 Agentliyi X51 rəhbər vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri ilə bağlı tənqidi fikirlər səsləndirməklə bunu geniş internet istifadəçiləri arasında yaymışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan X34 Agentliyi X51 inzibati binasına gəlməklə orada Şahid3 məhkəmə işi ilə əlaqədar Agentliyin rəhbər vəzifəli şəxsləri ilə görüşmək istədiyini bildirmişdir. Müraciətin nədən ibarət olmasını öyrənmək məqsədilə Azərbaycan Avtomobil Yolları X15 Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahid1 onu Agentliyin inzibati binasında olan xidməti otağında qəbul etmiş və sonuncuya özünü nüfuzlu jurnalist olmaqla, geniş oxucu kütləsinə malik şəxs, “youtube.com” sosial platformasında olan “Xural TV” kanalının baş redaktoru və rəhbəri kimi təqdim edib, Azərbaycan X34 Agentliyi X54 barədə dəfələrlə verilişlər aparması, sonuncu verilişlərinin vətəndaş Şahid3 iştirakı ilə apardığını və geniş izləyici kütləsinin narazılığına səbəb olduğunu bildirərək Şahid1 gələcəkdə də, eyni məzmunlu verilişlər hazırlamaqla Dövlət Agentliyindən narazı olan bütün şəxsləri efirə çıxaracağını, Şahid1 və Dövlət Agentliyinin bütün vəzifəli şəxsləri, habelə hüquqi şəxs qismində Dövlət Agentliyinin özünün işgüzar nüfuzunu ləkələyəcəyini, barələrində rüsvayedici məlumatlar yaymaqla ictimaiyyətdə onların fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdıracağını, fikirlərini davam etdirərək Şahid1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ona verildiyi halda rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 və Dövlət Agentliyinin digər vəxifəli şəxslərinin xeyrinə edəcəyi hərəkətə görə, yəni Şahid3 şikayəti ilə əlaqəli hər hansı verlişlər hazırlamayacağını, habelə bu mövzuda Agentliyin vəzifəli şəxslərinin barəsində çıxışlar etməyəcəyinin, eləcə də, Şahid1 özü barədə rəhbərlik etdiyi redaksiyaya daxil olmuş çoxsaylı şikayət xarakterli məlumatları xəbər portalında yaymayacağını bildirərək 8.000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə rüşvət kimi istəmişdir. Hədə-qorxunu real qəbul edən Şahid1 onunla razılaşaraq xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan X34 Agentliyi X51 inzibati binasında yerləşən xidməti otağında külli miqdar təşkil edən 8.000 manat məbləğində pul vəsaitini hədə-qorxu təsiri altında rüşvət qismində Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək özü üçün birbaşa yolla Şahid1 külli miqdarda, yəni 8.000 manat məbləğində maddi neməti rüşvət olaraq istəməklə almışdır. Məhkəmə belə nəticəyə gələrkən digər sübutlarla yanaşı, həmçinin məhkəmədə dindirilmiş Şahid1 ifadəsini əsas tutmuşdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə işlədiyi orqanda xidməti iş otağında olmuş, həmin gün təxminən saat 16:00-17:00 radələrində xidməti otağında olan telefona agentliyin sədr köməkçisi Şahid2 zəng edərək jurnalist Təqsirləndirilən şəxs1 Agentliyə gəlib Agentliyin rəhbəri ilə görüşmək istədiyini, lakin Agentliyin rəhbəri işdə olmadığından Təqsirləndirilən şəxs1 qəbul etməsini ondan xahiş etmiş, bundan sonra 263 nömrəli xidməti otağından Təqsirləndirilən şəxs1 qəbul etmiş, həmin vaxt sonuncu Şahid3 Agentliklə əlaqədar məhkəmə işinin olduğunu və ona görə də Şahid3 şikayəti əsasında gəldiyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 natiqlik qabiliyyətindən məharətlə istifadə edərək əsassız ittihamlar irəli sürmüş, həmçinin agentlik və agentliyin vəzifəli şəxsləri barədə sosial şəbəkələrdə və digər platformalarda paylaşımlar edəcəyini vurğulamış, Təqsirləndirilən şəxs1 bunu etməməsininq arşılığında ondan 8.000 manat pul istəmiş, Təqsirləndirilən şəxs1 natiqlik qabiliyyətindən istifadə edərək insanı təsir altına ala bildiyi üçün Əvəzin söylədiklərindən sonra təsir altına düşərək Əvəzlə razılaşmış, sonra Təqsirləndirilən şəxs1 tələb etdiyi 8.000 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 8.000 manat pulu aldıqdan sonra çıxıb getmiş və sonradan onların barəsində topladığını bildirdiyi məlumatları paylaşmamışdır. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 məhkəməyə bildirdiklərini təsdiq etmiş və Təqsirləndirilən şəxs1 Şahid1 8.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə alması barədə məlumatın sonradan Şahid1 tərəfindən ona verildiyini bildirmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təkrarən, həmin vəzifədə işləməklə qeyd olunan səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi “X56” şirkətinin müşahidə şurasının sabiq sədri vəzifəsində işləmiş Şahid34 və sonuncunun ailə üzvləri barəsində tənqidi, təhqiredici məlumatlar və məqalələr, videosujetlər hazırlayaraq xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və digər çoxsaylı yayımlarında qeyri məhdud internet istifadəçilərinə ünvanlamaqla ictimailəşdirdikdən sonra 2022-ci ilin avqust ayının sonlarında Şahid34 arvadı Şahid30 xahişi əsasında Şahid34 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil və uzun müddət şəxsi tanışlıq münasibətləri olan Şahid33 öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və həmin nömrə ilə, habelə istifadəsində olan +18-654-415-447 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp messenger” mobil tətbiqi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, ondan Şahid34 və sonuncunun ailə üzvləri barədə verilişlər hazırlamamasını və tənqidi, təhqiredici məlumatlar və məqalələr yayımlamamasını xahiş etmişdir. O isə Şahid34 Azərbaycan Respublikasında metallurgiya sənayesini bərbad vəziyyətə saldığını, bundan sonra da Şahid34 və sonuncunun ailə üzvləri barədə rüsvayedici məlumatları paylaşmağa davam edəcəyini bildirmiş, lakin Şahid30 tərəfindən ona 20.000 manat pul vəsaitinin verilməsi qarşılığında rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid34 və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəyi hərəkətə görə, yəni Şahid34 və ailə üzvləri barəsində bir daha təhqiredici məqalələr dərc etməyəcəyini, sonuncular barəsində “Youtube.com” sosial şəbəkəsində olan “Xural TV” xəbər portalında təhqiredici, nüfuzdan salan verilişlər hazırlamayacağını, əksinə Şahid34 barəsində müsbət imic formalaşdıracaq verilişlər hazırlayacağını bildirərək rüsvayedici məlumatların yayımlanmaması qarşılığında 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini hədə-qorxu gəlməklə tələb etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:00-14:00 radələrində o, Şahid34 müdafiəçisi Şahid33 ilə ünvan 14 ünvanda yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X58 küçəsinə olan çıxışının qarşısında görüşərək Şahid33 xx.xx.2022-ci il tarixdə, saat 17:00-18:00 radələrində ünvan 15 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin yaxınlığında Şahid30 sürücüsü Şahid35 götürdüyü Şahid30 məxsus 100 ədəd 200 manatlıq əsginaslardan ibarət 20.000 manat məbləğində pul vəsaitini rüşvət qismində Şahid33 almışdır. Bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək özü üçün birbaşa yolla Şahid30 vasitəçidən istifadə etməklə külli miqdar təşkil edən 20.000 manat məbləğində maddi neməti rüşvət olaraq istəməklə almışdır. Bu epizodla, yəni “X56” şirkətinin müşahidə şurasının sabiq sədri vəzifəsində işləmiş Şahid34 ilə bağlı hissədə qeyd edilməlidir ki, Şahid34 arvadı Şahid30 tərəfindən başqa şəxs vasitəsi ilə hazırkı iş üzrə şahid qismində çıxış edən Şahid33 20.000 manat məbləğində pul vəsaitinin çatdırılması, Şahid33 isə Şahid34la bağlı məsələ üzrə Şahid30 göndərdiyi 20.000 manat məbləğində pul vəsaitini alması, göstərilən pul vəsaiti ilə bağlı KİV-də və müxtəlif internet portallarında məlumatlar yayıldıqdan sonra Şahid33 arvadı Zibeydə Sadıqova ilə Şahid30 yaşadığı ünvana gedərək 20.000 manat məbləğində pul vəsaitini geri qaytarması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Göstərilən epizod üzrə mübahisəli məsələlər - Şahid33la Təqsirləndirilən şəxs1 arasında Şahid34 və sonuncunun ailəsi haqqında müxtəlif məlumatların Təqsirləndirilən şəxs1 tərəfindən yayılmaması barədə razılaşmanın olub-olmaması, yəni bu barədə danışıq aparıb-aparmaması, danışıq aparıldığı halda razılaşmanın mahiyyətinin nədən ibarət olması, razılaşmanın predmetinin pul vəsaiti olub-olmaması, Şahid33 aldığı 20.000 manat məbləğində pul vəsaitini həqiqətən də Təqsirləndirilən şəxs1 verib-verməməsindən ibarətdir. Mübahisəli məsələlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şahid34, sonuncunun arvadı Şahid30, Şahid34 digər tanışları və qohumları ilə Təqsirləndirilən şəxs1 arasında 20.000 manat ilə bağlı birbaşa münasibətlər yaranmamışdır. Bu səbəbdən də göstərilən mübahisəli məsələlərin aydınlaşdırılmasında və Təqsirləndirilən şəxs1 iddia etdiyi dəlillərin yoxlanılmasında ən vacib məsələ Şahid33 göstərdiyi məlumatlar təşkil edir. İlk növbədə qeyd edilməlidir ki, Şahid33 əvvəlcə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ibtidai araşdırma zamanı qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərar əsasında onun barəsində ayrıca icraata cinayət işi ayrılmış, ona görə də Şahid33 əvvəllər bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq, barəsində ayrıca icraata cinayət işi ayrıldığından bu iş üzrə şahid statusunda çıxış etmişdir. Dindirilməsi məqsədi ilə Şahid33 dəfələrlə məhkəmə iclasına dəvət olunsa da, o, hazırkı iş üzrə əvvəllər təqsirləndirilən şəxs qismində çıxış etməsi səbəbindən hazırkı iş üzrə şahid qismində çıxış etməsinin qanunsuz olmasını bildirərək faktiki olaraq məhkəmədə ifadə verməkdən imtina etmişdir. Şahid33 məhkəmədə ifadə verməkdən imtina etməsini onunla əsaslandırmışdır ki, onun barəsində hazırkı cinayət işindən ayrıca icraata ayrılmış iş olduğundan və həmin iş üzrə təqsirləndirilən şəxs qismində çıxış etdiyindən onun özü barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs kimi susmaq və ifadə verməkdən imtina etmək hüququ olduğu halda, hazırkı iş üzrə şahid qismində çıxış edəcəyi halda yalan ifadə vermək və ifadə verməkdən imtina ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi təhlükəsi var. Yəni o, hazırkı iş üzrə şahid qismində ifadə verəcəyi halda özünə qarşı ifadə vermək məcburiyyətində qalacaq, bu hal isə onun barəsində olan başqa cinayət işi üzrə əleyhinə istifadə edilə bilər. Bu isə onun müdafiə hüququna qəsddir. Eyni zamanda Təqsirləndirilən şəxs1 və müdafiəçiləri də məhkəmədə dəfələrlə vəsatət verərək Şahid33 məhkəmədə ifadə verməsinin əleyhinə çıxmışlar və vəsatətlərinin əsaslılığını yuxarıda göstərilən, faktiki olaraq Şahid33 eyni dəlilləri ilə əlaqələndirmişlər. Məhkəmə yaranmış vəziyyəti təhlil edərək belə nəticəyə gəlmişdir ki, Şahid33 yuxarıda göstərilən dəlillər əsasında gələcəkdə özünə qarşı sübutun əmələ gəlməsinin qarşısını almaq istəmiş, Təqsirləndirilən şəxs1 isə (müdafiə tərəfi) Şahid33 məhkəmədə ifadə verməsinin əleyhinə çıxaraq ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutun sübutlar siyahısından çıxarılmasına, başqa sözlə, göstərilən epizod üzrə Təqsirləndirilən şəxs1 qarşı əldə edilmiş ən vacib sübutun aradan qaldırılmasını istəmişdir. Məhkəmə Şahid33 barəsində başqa cinayət işi üzrə onun müdafiə hüququnun üstün tutaraq onun məhkəmədə ifadə verməməsini imtina kimi qəbul etməmiş və nəticədə onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsini tədqiq etməklə araşdırmaq məcburiyyətində qalmışdır. Bir daha qeyd edilməlidir ki, məhkəmə göstərilən nəticəyə gələrkən Şahid33 başqa cinayət işi üzrə müdafiə hüququnu əsas tutmuşdur. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş Şahid33 ifadəsi onun ibtidai istintaq orqanına təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən ibarətdir. Belə ki, Şahid33 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2022-ci ilin avqust ayından Şahid34 Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə Şahid34 vəkili qismində prosesə qoşulmuşdur. İşlə bağlı o, Şahid34 arvadı Şahid30 ilə görüşmüş və sonuncu ilə görüşlərə həyat yoldaşı Zibeydə Sadıqova ilə birlikdə getmişdir. Zibeydə Sadıqova da vəkildir və 2022-ci ilin fevral ayından Şahid34 müdafiəçisi olmuşdur. O isə ancaq cinayət işi məhkəmə baxışına verildikdən sonra prosesə qoşulmuşdur. Hazırlıq iclası 26 avqust 2022-ci il tarixdə olmuş və hazırlıq iclasından əvvəl o, Zibeydə Sadıqova ilə Şahid34 həyat yoldaşı Şahid30 ilə sonuncunun yaşadığı Mərdəkan qəsəbəsində olan Z.Tağıyev küçəsi 1102 ünvanında görüşmüşdür. Bu görüşdə o, Mehriban xanımla tək görüşmüş və evə daxil olmadan həyətdə olan yay evinin çöl hissəsində olan masa və stulda əyləşmişdir. Orada işlə bağlı söhbət etdiyi zaman Şahid30 bildirmişdir ki, özünə qohumlarından tanımadığı və adını bilmədiyi bir şəxs Təqsirləndirilən şəxs1 adlı jurnalistin Şahid34 və oğlu Ramiz barəsində mənfi, rüsvayedici məzmunlu danışığını əks etdirən video göndərmişdir. Şahid30 ona yenə tanımadığı və adını bilmədiyi qohumunun Təqsirləndirilən şəxs1 kitab təqdimatında onunla birlikdə olmağı barədə də video göndərdiyini və Şahid33 Təqsirləndirilən şəxs1la münasibətinin olduğunu bildirməklə, Elçindən Təqsirləndirilən şəxs1la danışmasını xahiş etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 da hüquqlarını müdafiə etdiyini və sonuncu ilə yaxın yoldaşlıq münasibətinin olduğunu Şahid30 bildirmişdir. Bu zaman Şahid30 ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs1la danışaraq Təqsirləndirilən şəxs1 Şahid34 və ailəsi barədə danışmamasını xahiş etsin. Bu zaman hətta danışmaması üçün Təqsirləndirilən şəxs1 hörmət də edə biləcəyini bildirmişdir. O isə Şahid30 heç nə lazım olmadığını, özünün Təqsirləndirilən şəxs1 Şahid34 barədə danışmamasını xahiş edəcəyini bildirmiş və elə orada, yəni Şahid30 yanında Təqsirləndirilən şəxs1 onda olan “Whatsapp messenger” sosial proqramında qeydiyyatdan keçdiyi nömrəsi ilə, hazırda dəqiq xatırlamadığı xarici nömrəsi ilə qeydiyyatdan keçdiyi platformadan zəng etmişdir. Danışığı zamanı Təqsirləndirilən şəxs1 Şahid33 heç bir problemin olmadığını bildirmişdir. Aralarında bu söhbət 26 avqust 2022-ci il tarixindən, yəni Şahid34 hazırlıq məhkəmə iclası olmamışdan bir neçə gün əvvəl olmuşdur. Hazırlıq məhkəmə iclası olduqdan sonra axşam saatlarında Təqsirləndirilən şəxs1 “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” xəbər portalında paylaşım etmiş, həmin paylaşımda Təqsirləndirilən şəxs1 Şahid34 və sonuncunun ailə üzvləri barədə rüsvayedici məlumatlar paylaşmağa davam etməklə yanaşı, hətta onun adını çəkmədən Şahid34 müdafiə planını quranların “tupoy”, yəni savadsız, key olduqlarını bildirmişdir. Bundan sonra o, özü də artıq Təqsirləndirilən şəxs1 paylaşımlarının müdafiəsini qurduğu işə mane olacağını düşünərək narahat olmağa başlamışdır. O, Şahid30 ilə danışarkən hər dəfə Şahid30 ondan israrla Təqsirləndirilən şəxs1la danışmağını və sonuncunun Şahid34 və ailə üzvləri barədə ümumiyyətlə danışmamasını, susmasını istədiyini bildirmişdir. Şahid30 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 video paylaşımları Şahid30 ailəsinin nüfuzuna təsir etmiş və gözdən salmışdır. Bu onun da müdafiəçisi olduğu işə ziyan olduğunu düşündüyü üçün o, Təqsirləndirilən şəxs1la danışacağını bildirmişdir. Bundan bir neçə gün sonra o, xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1la “Whatsapp messenger” sosial proqramında zəng edərək danışmış, Şahid34, sonuncunun ailəsi barədə, habelə Şahid34 cinayət işi barədə heç nə paylaşmaması, yazmaması, xüsusilə də neqativ məlumatları danışmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da 2 (iki) dənə hörmət eləsələr bu barədə danışmayacağını, əks halda eyni məzmunlu mənfi xarakterli məlumatları paylaşmağa və Şahid34la ailəsini rüsvay etməyə davam edəcəyini ona demişdir. O da, “2 dənə” ifadəsinin 20.000 manat olmasını başa düşmüş və bu barədə Mehriban xanıma elə həmin gün “Whatsapp messenger” sosial proqramında zəng edərək danışmaqla bildirmiş, Təqsirləndirilən şəxs1 susması üçün 20.000 manat məbləğində pul istədiyini demişdir. Mehriban da ona qeyd olunan pul vəsaitini göndərəcəyini və bu məsələnin tezliklə bağlanmasını istədiyini bildirmişdir. Bundan bir neçə gün sonra, səhv etmirsə, 02 sentyabr 2022-ci il tarixdə o, Bakı şəhəri Nizami RPİ-nin yanında Şahid30 sürücüsü olan və daha əvvəl Şahid34 ailəsinin sürücüsü kimi tanıdığı “Elnur” adlı şəxslə görüşmüş və sonuncu iki ədəd zərfi ona vermiş, zərfin birində iş üzrə fotoşəkillər, digərində isə pul olmuşdur. Pul olan zərfə yandan baxdıqda, o, zərfdə 200 manatlıq əsginaslarla 1 “paçka”, yəni 100 ədəd Azərbaycan Respublikası manatı olduğunu görmüşdür. O da, həmin zərfdə 20.000 manat pulun olduğunu düşünərək qəbul etmiş və artıq həmin pul vəsaitini saymamışdır. O, Şahid30 hazırda xatırlamadığı nömrəsinə “Whatsapp messenger” sosial proqramında zəng etmiş, Mehriban xanım ondan həmin pulu Təqsirləndirilən şəxs1 çatdırmasını, sonuncunun Şahid34 və ailə üzvləri barədə yazmaması barədə xahiş etmişdir. Bundan sonra səhv etmirsə, səhəri gün, yəni 03 sentyabr 2022-ci il tarixdə “Elit” Ticarət Mərkəzinin yaxınlığında, sonradan dəqiqləşdirdiyi qədər Bakı şəhəri, Binəqədi rayonu, X58 küçəsi ilə Əcəmi Naxçivani küçələrinin, habelə Əcəmi Naxçivani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən, rəsmi ünvanı Koroğlu Rəhimov küçəsi 76 olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin X58 küçəsinə olan çıxışının qarşısında Təqsirləndirilən şəxs1la görüşmüşdür. Belə ki, bu müddət ərzində o, Təqsirləndirilən şəxs1la bir dəfə, “Whatsapp messenger” sosial proqramında xatırlamadığı tarixdə və vaxtda danışaraq sonuncu ilə “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ilə qeyd olunan yerdə təxminən günorta radələrində görüşmüşdür. Həmin vaxt o, düşdüyü və arxa hissəsində bir qədər əzilmiş **-EO- *** dövlət qeydiyyat nişanlı “Hyundai Santa-Fe” markalı avtomobilini ustaya göstərmişdir. Bu zaman Təqsirləndirilən şəxs1la görüşmək üçün avtomobil ustasının yanından ayrılaraq avtomobildə olan, içərisində 20.000 manat məbləğində pul vəsaiti olan, Şahid30 sürücüsü Elnurun ona vermiş olduğu zərfi də Təqsirləndirilən şəxs1 vermək üçün özü ilə götürmüşdür. Qeyd etdiyi yerdə o, ayaq üstə Təqsirləndirilən şəxs1la görüşmüş və 2-3 dəqiqə söhbət etdiyi zaman içərisində pul olan zərfi Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 həmin zaman avtomobilini bir qədər yuxarıda saxlamaqla görüşə piyada gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1la olan söhbət zamanı o, Əvəzin maşınını bir qədər aralıda saxlamaqla piyada gəldiyini öyrənmişdir. Söhbət apardıqları zaman o, bir daha Təqsirləndirilən şəxs1 Şahid34, sonuncunun ailə üzvləri, habelə onun və vəkili olduğu cinayət işi barədə heç nə danışmamasını, sujet, veriliş hazırlamamasını xahiş etmiş və Təqsirləndirilən şəxs1 razılıq edərək zərfi götürməklə sağollaşıb oradan getmişdir. Həmin vaxt o, pul vəsaitini Təqsirləndirilən şəxs1 verdikdən sonra hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid34 barədə mənfi və neqativ məlumatlar paylaşmayacaqdır. Təqsirləndirilən şəxs1la sağollaşdıqdan sonra o, daha 10-15 dəqiqə orada qalmış və avtomobilinə ustaların baxmasından sonra evə getmişdir. 05 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid34 işi üzrə hazırlıq iclasının davamı olmuş, 05-06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Şahid34 barədə paylaşım etməmiş və o, aralarında olan razılığın artıq qüvvəsində olmasını düşünmüşdür. 07 sentyabr 2022-ci il tarixdə, axşam saat 19:00 radələrində Şahid30 ona xatırladığı qədəri ilə “Whatsapp messenger” sosial proqramında olan, xatırlamadığı nömrəsi ilə zəng edərək Təqsirləndirilən şəxs1 yenə Şahid34 barədə video paylaşdığını və yenə də həmin videoda Şahid34 barədə mənfi danışdığını bildirmişdir. Şahid30 ona videonun linkini də göndərmişdir. Həmin ərəfədə Şahid29 də, ona zəng edərək Təqsirləndirilən şəxs1 Şahid34 barədə mənfi video yaydığını bildirmişdir. Həmin ərəfədə o, həm Şahid30, həm də Şahid29lə bir neçə dəfə danışmış və həmin şəxslərə qeyd olunan məsələləri aydınlaşdıracağını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 “Whatsapp messenger” sosial proqramında “məni biabır elədin” məzmunlu mesaj yazmış, Təqsirləndirilən şəxs1 isə cavab olaraq ona səs yazısı göndərmişdir. Qeyd olunan səs yazısında Təqsirləndirilən şəxs1 ondan pul vəsaitini almasını dolayısı ilə etiraf edərək Şahid34 müdafiə etdiyini, Şahid34 barəsində mətbuatda yayılmış məlumatları oxuduğunu, lazım gələrsə, verdiyi pul vəsaitlərini iadə edə biləcəyini ona üstüörtülü şəkildə bildirmişdir. Qeyd olunan səs yazısını o, dərhal Şahid30 göndərmişdir ki, həmin səs yazısının məzmunu ilə Şahid30 ona verdiyi pul vəsaitni Təqsirləndirilən şəxs1 verməsi, Təqsirləndirilən şəxs1 həmin pul vəsaitini götürməsi, lakin vədinə sadiq qalmaması aydın olur. Qeyd olunan səs yazısı Şahid29 sosial şəbəkələrdə yaymış olduğu səs yazısıdır. O, həmin ərəfədə Təqsirləndirilən şəxs1la “Whatsapp messenger” sosial proqramı ilə əlaqə saxlamış və Əvəzə vermiş olduğu 20.000 manat məbləğində pul vəsaitini geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə ona pul vəsaitini qısa vaxt ərzində qaytarmaq barədə söz verdiyi üçün o, evində olan, özünə məxsus 20.000 manat məbləğində pul vəsaitini zərfə qoyaraq Şahid30 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan evlərinə həyat yoldaşı Zibeydə Sadıqova ilə gedərək geri qaytarmışdır. X5 Şahid30 pul götürməsi, Təqsirləndirilən şəxs1la danışması, habelə Şahid30 qaytardığı sellofanda pul olması barədə məlumatı olmamışdır. Bundan sonra o, Şahid29 onun Şahid30 göndərdiyi səs yazısını sosial şəbəkələrdə yaydığını görmüşdür. Göründüyü kimi Şahid33 ibtidai istintaq zamanı ifadə verərək həqiqətən də Şahid30 20.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 rüşvət qismində çatdırmaq üçün aldığını etiraf etməklə yanaşı, aldığı həmin pulu Təqsirləndirilən şəxs1 əvvəlcədən əldə edilmiş razılığa əsasən verdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə Şahid33 ibtidai isitntaq zamanı vermiş olduğu ifadəsindəki məsələləri inkar edərək bildirmişdir ki, onunla Şahid33 arasında Şahid34 və sonuncunun ailə üzvləri barədə bu və ya digər şəkildə hərəkətlər etməməsi barədə danışıq olsa da, bu danışıqda o, heç kəsdən rüşvət istəməmiş və rüşvət qismində hər hansı pul vəsaiti almamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 Şahid33 “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi səs yazısında “iadə” kimi işlətdiyi sözün arxasında pul vəsaiti deyil, Şahid33 Şahid34la bağlı ona sənədin (ittiham aktını) verilməsini və məhz həmin sənədin “iadə” etməsini (türk dilində iadə sözü azərbaycan dilində geri qaytarma mənası daşıyır) nəzərdə tutduğunu bildirmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə bu ittihamı mübahisələndirsə və Şahid33 Şahid34la bağlı rüşvət qismində pul istəmədiyini və rüşvət qismində həmin məsələ ilə bağlı pul almadığını bildirsə də, onun “iadə” ilə bağlı bildirdiyi məlumatda Şahid33 Şahid34la bağlı prosessual sənədin aldığını, yəni faktiki olaraq Şahid33la onun arasında Şahid34la bağlı danışığın və razılığın əldə olunduğunu etiraf etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, həqiqətən də Təqsirləndirilən şəxs1 ilə Şahid33 arasında Şahid34la bağlı bu və ya digər şəkildə məlumatların yayılmaması barədə danışıq aparılmaqla razılaşma əldə olunmuş, razılaşmanın əsas şərti isə Təqsirləndirilən şəxs1 rüşvət istəməsi və sonradan 20.000 manat məbləğində pul vəsaitini rüşvət qismində alması ilə bağlı olmuşdur. Məhkəməyə belə nəticəyə gələrkən Şahid33 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə yanaşı, həmçinin onu əsas tutmuşdur ki, o, ibtidai istintaq zamanı bir neçə dəfə ifadə verərək yuxarıda göstərilən və məhkəmənin gəldiyi nəticəni təsdiq edərək 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini rüşvət qismində Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, sonradan isə, yəni ibtidai araşdırma zamanı göstərilən ifadəsini təkzib etməmiş, iddia etdiyi halların əksi ilə bağlı yeni dəlillər gətirməmişdir. Əksinə Şahid33 məhkəmədə ifadə verməsə də, bir neçə dəfə şifahi şəkildə ibtidai istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini açıq şəkildə bəyan etmişdir. Bu isə Şahid33 ibtidai istintaq zamanı vermiş olduğu məlumatların həqiqət olmasını təsdiq edən başlıca amildir. Təqsirləndirilən şəxs1 “iadə” ilə bağlı Şahid34 aid prosessual sənədi götürməsini və sonradan geri qaytarmasını bildirməsinə gəldikdə isə məhkəmə hesab edir ki, o, əslində 20.000 (iyirmi min) manat məbləğində pulu Şahid33 alsa da, pul vəsaitinin əvəzinə prosessual sənəd aldığını iddia edərkən səmimi olmamış, əksinə qanunsuz hərəkətlərini örtbasdır etməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Ona görə də göstərilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə bu hissədə yalan ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, onun vəzifəli şəxs statusunda olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq olunur. Belə ki, həmin qərarda göstərilmişdir ki, “Yeni redaksiyaya görə CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar”. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Hakimiyyət nümayəndəsinin funksiyasının və fəaliyyətinin xarakteri onun təmsil etdiyi orqanın qarşısında duran vəzifələrlə müəyyən olunur. Hakimiyyət nümayəndəsinin fəaliyyəti onun inzibati tabeçiliyində olan və ya olmayan qeyri-müəyyən həddə şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər. Müstəqil əlamət kimi vəzifəli şəxsin çalışdığı orqanın, təşkilatın mənsubiyyəti çıxış edir. Qanuna görə bu, dövlət orqanları, yerli özünüidarə orqanları, dövlət və ya bələdiyyə qurumları, kommersiya və qeyri-kommersiya təşkilatları ola bilər. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, 02 aprel 2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” internet kanalını, https: //www.xural.com/ xəbər saytını təsis etməklə vəzifəli şəxs qismində çıxış etmişdir. Beləliklə, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət olaraq təkrarən istəməklə almışdır. Bundan başqa, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 X26 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvləri üçün birbaşa yolla, əlbir olduğu qrupun üzvü Teymur Rəhimov vasitəsilə maddi neməti olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitini Şahid4 istəyib almaqla nüfuz alveri cinayət əməlini törətmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş əməl mahiyyət etibarı ilə nüfuzun satılmasından ibarətdir. Ona görə də bu cinayətin obyektiv tərəfi şəxsin özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir edəcəyi ilə müqabilində özü və yaxud üçüncü şəxslər birbaşa və ya dolayı yolla şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt istəməsi və ya almasında, yaxud bu barədə təklifi və ya vədi qəbul etməsində ifadə olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 təkrarən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, əlbir olduğu qrupun üzvü vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitini istəyib 50.000 manat hissəsini Şahid18 almaqla təkrarən nüfuz alveri cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət olaraq təkrarən istəməklə alması, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, şəxsən və əlbir olduğu qrupun üzvü vasitəsilə maddi neməti istəməklə alması təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün, birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəməklə alması təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri tam şəkildə icra olunduğundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə nisbətdə əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələr üzrə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların hər birinin şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ali təhsilli və evli olmalarını, Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) azyaşlı və xəstə uşağının, Təqsirləndirilən şəxs2 himayəsində ağır xəstəlikdən əziyyət çəkən arvadı və valideynlərinin olmalarını, hər iki təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmalarını hər birinə aid hissədə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə işin bütün müəyyən edilmiş hallarını, habelə Təqsirləndirilən şəxs1 irəli sürülmüş və məhkəmə istintaqında təsdiq edilmiş epizodların ümumi sayını (5 epizod), bu epizodlar üzrə ələ keçirilmiş pul vəsaitinin məbləğini məcmu halda nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin məcmusu var. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri üzrə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu əlavə cəza ona təyin ediləcək qəti əsas cəza ilə Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və xüsusilə ağır cinayətlər daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Bundan başqa, məhkəmə işin bütün müəyyən edilmiş hallarını, habelə Təqsirləndirilən şəxs2 Tapdıq oğluna irəli sürülmüş və məhkəmə istintaqında təsdiq edilmiş epizodların ümumi sayını (3 epizod), bu epizodlar üzrə cinayətin törədilməsinin təşəbbüskarı olmasını və ələ keçirilmiş pul vəsaitinin məbləğini məcmu halda nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində göstərilən cinayət əməli isə həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tapdıq oğlu onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tapdıq oğlunun həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs1 təyin ediləcək qəti əsas cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli isə xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung A32” markalı mobil telefon həmin telefonda olan mobil nömrə və yaddaş kartı ilə birlikdə onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) müsadirə edilməklə əvəzsiz qaydada dövlət nəfinə alınmalıdır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığının depozit seyfinə təhvil verilmiş (Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 43 ünvanında axtarış aparılan zaman aşkar edilərək götürülmüş) 16.150 manat, 3.350 avro və 140 türk lirəsi dövlət nəfinə əvəzsiz şəkildə xüsusi müsadirə edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 (üç yüz əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə 2 (iki) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzaları qismən toplamaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 2 (iki) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qəti əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsinlər. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan “Samsung A32” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 43 ünvanında axtarış aparılan zaman aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığının depozit seyfinə təhvil verilmiş 16.150 manat, 3.350 avro və 140 türk lirəsi xüsusi müsadirə edilməklə əvəzsiz qaydada dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə rəsmi qaydada təqdim edildiyi 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Əli Məmmədov
Hakimlər Səbinə Məmmədzadə
Azad Məcidov