Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-229/2025 09.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X4, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X5, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri, Nizami rayon məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs naməlum vaxtda başqa mənbədən satış məqsədilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,461 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3000 qram narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 882,41 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitələrin bir hissəsini üzərində, bir hissəsini isə həmin ünvanda saxlamış, bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs naməlum vaxtda Sabirabad rayonu ərazisində naməlum mənbədən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 31,461 qram narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 3000 qram narkotik vasitə tiryək və külli miqdarda ümumi təmiz çəkisi 882,41 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitələrin bir hissəsini üzərində, bir hissəsini isə həmin evdə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 18 noyabr 2023-ci il tarixdə saat 14:00 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 24cü PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 31,461 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd sellofan bükümdə 36,31 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində onun yaşadığı ünvan 6 ünvanına onun iştirakı ilə keçirilmiş baxış zamanı mənzilin yataq otağından 1 (bir) ədəd sellofan bağlamanın içərisində olan külli miqarda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 48,17 qram, 47,93 qram, 200 qram və 550 qram olmaqla ümumi təmiz çəkisi 846,1 qram olan xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 1 (bir) ədəd sellofan bağlamanın içərisində olan külli miqarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 2000 qram, ümumi təmiz çəkisi 3000 qram olan tünd qəhvəyi rəngli maddə kütləvi kimyəvi kompanetlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərində tiryək izləri olan 01 ədəd ağ rəngli elektron tərəzi və üzərində heroin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. 18 noyabr 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 18 noyabr 2023-cü il tarixdə, saat 14:00 dəqiqədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 noyabr 2023-cü il tarixli qərara əsasən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümlərin birini açdıqda içərisində digər sellofan büküm görünmüş və həmin bükümdə spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə aşkar olunmuşdur. Təqdim olunan ikinci sellofan bükümü açıqda içərisində spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, üzərində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 36 (otuz altı) qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisi 40 (qırx) qram olmuşdur. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər vasitə və heroinə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi və mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən Cəlilabad rayonunda yerləşən yol kənarından əldə etdiyini, yaşadığı mənzildə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur.
4. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 noyabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 18 noyabr 2023-cü il tarixdə, saat 14:00 dəqiqədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Evə baxış və götürmə aparılması haqqında» 18 noyabr 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı yataq otağından 2 (iki) ədəd ağ rəngli sellofan torbaları təqdim etmişdir. Həmin sellofan torbaların birinin içərisindən 1 (bir) ədəd, üzərində “1k” yazısı olan şəffaf rəngli sellofan bağlamadan spesifik iyə malik, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 1 (bir) ədəd, üzərində “2k” yazısı olan şəffaf rəngli sellofan bağlamadan spesifik iyə malik, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə və 1 (bir) ədəd böyük ölçülü tərəzi aşkar olunmuşdur. Digər ağ rəngli sellofan bağlamanın içərisindən, 4 (dörd) ədəd şəffaf rəngli sellofan bağlamadan spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr və 1 (bir) ədəd kiçik ölçülü tərəzi aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər maddələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 3072 (üç min yetmiş iki) qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 940 (doqquz yüz qırx) qram olmuşdur. Daha sonra aşkar olunmuş maddələr və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş vasitələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, istifadə etmək üçün əldə etdiyini, aşkar olunmuş maddələri Sabirabad rayonu ərazisindən tanımadığı şəxsdən əldə etdiyini, arvadı Aliyə Məmmədovanın nə üzərində, nə də ki, yaşadığı evdən aşkar olunmuş narkotik vasitədən xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, baxışda iştirak edən X7 yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrdən xəbərinin olmadığını, lakin ərinin narkotik vasitə istifadə etdiyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitdə keçirilmiş, baxış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol latın qrafikası ilə, kompüter vasitəsi ilə düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur.
5. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış video çəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoyur. Həmin bükümlərin birini açdıqda içərisində digər sellofan büküm görünür və həmin bükümdə spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə aşkar olunur. Təqdim olunan ikinci sellofan bükümü açıqda içərisində spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, üzərində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilir və çəkisi otuz altı qram olur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkilir və çəkisi qırx qram olur. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər vasitə və heroinə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi və mobil telefon bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən Cəlilabad rayonunda yerləşən yolun kənarından əldə etdiyini, yaşadığı mənzildə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd edir.
6. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman aparılmış video çəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı video yazıdan göründüyü kimi, Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında pərdənin arxasında olan 2 ədəd ağ rəngli sellofan torbaları çıxarıb təqdim edir. Həmin sellofan torbaların birinin içərisindən 1 ədəd, üzərində “1k” yazısı olan şəffaf sellofan bağlamadan spesifik iyə malik, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 1 ədəd, üzərində “2k” yazısı olan şəffaf sellofan bağlamadan spesifik iyə malik, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə və 1 ədəd böyük ölçülü tərəzi aşkar olunur. Digər ağ rəngli sellofan bağlamanın içərisindən, 4 ədəd şəffaf sellofan bağlamadan spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr və 1 ədəd kiçik ölçülü tərəzi aşkar edilir. Aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər maddələr elektron tərəzidə çəkilir və ümumilikdə çəkisi 3072 qram olur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr elektron tərəzidə çəkilir və ümumilikdə çəkisi 940 qram olur. Daha sonra aşkar olunmuş maddələr və 2 ədəd elektron tərəzi qablaşdırılır, möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilir. Mənzildən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq mənzildə əmanət pul olduğunu bildirir və yataq otağında olan çarpayının üzərindəki balışın altındakı ağ rəngli zərfi çıxararaq təqdim edir. Zərfin içərisinə baxış keçirildikdə 48 ədəd 50 manatlıq, 6 ədəd 100 manatlıq əskinazlardan ibarət ümumilikdə 3000 manat nağd pul aşkar olunur. Təqsirləndirilən şəxs həmin pulları tanışı tərəfindən əmanət olaraq verildiyini, həmin pulların narkotik vasitələrlə bağlı heç bir əlaqəsinin olmadığını bildirir. Pullar sayıldıqdan sonra tam olaraq mənzilə baxışda iştirak edən Təqsirləndirilən şəxs həyat yoldaşı X6 təhvil verilir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq aşkar olunmuş vasitələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, istifadə etmək üçün əldə etdiyini, aşkar olunmuş maddələri Sabirabad rayonu ərazisindən tanımadığı şəxsdən əldə etdiyini, həyat yoldaşının nə üzərində, nə də ki, yaşadığı evdən aşkar olunmuş narkotik vasitədən xəbəri olmadığını qeyd edir.
7. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəyini müəyyən etmək məqsədi ilə təhqiqat araşdırması zamanı sonuncudan götürülmüş, üzərində 070- ***-**-** və ***-***-**-** GSM nömrələr olan “Samsung” markalı, qara rəngli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda olan «Qalereya» bölməsində narkotik vasitənin elektron tərəzidə çəkilməsi əks olunmuş fotoşəkil aşkar edilmişdir.
8. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 2 ədəd DVD disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur.
9. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 2 ədəd DVD disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur.
10. Məhkəmə fiziki-bioloji ekspertizasının 19 noyabr 2023-cü il tarixli 3- 16-16/2-7/1584 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evindən...» sözləri yazılmış skoçla bağlanmış polietilen torbada 03 (üç) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 48,17 qram, 2) 47,93 qram, 3) 200,0 qram və skoçla bağlanmış bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 550,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 846,1 qramdır. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 36,31 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdık.
11. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6061 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7» dairəvi möhür əksləri olan bir ədəd kağız paketdə və iki ədəd polietilen torbada qablaşdırılmış: - üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazıları, soyad və imzalar olan paketin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 31,461 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...» yazıları, soyad və imzalar olan torbanın içərisində 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 2000 qram ümumi təmiz çəkisi 3000 qram olan tünd qəhvəyi rəngli maddə kütlələri kimyəvi kompanent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. - üzərində «Şübhəli şəxs (imza)...» yazıları və imzalar olan torbanın içərisində bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus, bir ədəd ağ rəngli elektron tərəzinin üzərində narkotik vasitə tiryəkə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və bağlamalarda olan narkotik vasitələrlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin və tiryək fərqli narkotik vasitələr olduqlarından onlar arasında müqayisəli tədqiqat aparılmamışdır.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satşı ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 18 noyabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48 ünvanının yaxınlığında saat 14:00 radələrində həmin şəxsə yaxınlaşmışlar. Ona özlərini təqdim edib ona onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə şöbəyə gəldi. Şöbədə Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı onun üzərindən 36 qrama yaxın marixuana və 40 qrama yaxın heroin aşkar olundu. Şifahi sorğu zamanı narkotik vasitəni iranlıdan aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana onun həyat yoldaşının iştirakı ilə baxış keçirildi. Baxış zamanı mənzilin yataq otağından 1 kq-a yaxın narkotik vasitə qurudulmuş marixuana və 3 kq-a yaxın tiryək aşkar olunaraq, götürüldüö Təqsirləndirilən şəxs həmin narkotik vasitələri iranlıdan aldığını və “zaklatka” yolu ilə iranlının dediyi yerlərə qoyacağını bildirdi. Sənanın Evindən təxminən 945 qram marixuana və 3 kq tiryək aşkar olundu. Əvvəllər şəxs saxlanıldıqda yerində üzərinə baxış keçirilmirdi, ya yaxınlıqdakı bölməyə, ya da Baş idarəyə aparılırdı. Sənanı bölməyə apararkən ondan narkotik vasitəni haradan əldə etməsini soruşdular, o isə iranlıdan aldığını və iranlının dediyi yerlərə qoyduğunu bildirdi. Sənan evində narkotik vasitə olduğunu özü bildirdi. Onlarda da Sənanda narkotik vasitənin çox olması barədə məlumat var idi. Təhqiqatçının iştirakı ilə evə baxış keçirmişlər. Narkotik vasitə yataq otağından aşkar olundu. Marixuana və tiryək eyni otaqdan aşkar olundu. Bağlamanın sayını xatırlamır. Üzərindən aşkar olunan narkotik vasitələrin şalvarın və ya gödəkçənin cibindən aşkar olunması yadında deyil. Səhv etmirsə, narkotik vasitə çarpayının altından aşkar olundu. Keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən etdilər ki, Sənan narkotik vasitələri “zaklatka” yolu ilə iranlının dediyi yerlərə qoyur. Evə baxış keçirilərkən kompyuterlə sənədləşmə aparılıbaparılmaması yadında deyil. Sənan evə baxış keçirilərkən narkotik vasitənin yerini özü göstərdi. Evin digər hissələrinə baxıldı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 18 noyabr 2023cü il tarixdə Təqsirləndirilən şəxsı Nizami rayonu ərazisində saxladılar və onu Nizami RPİ-nin 24-cü PŞ-nə apardılar. Şöbədə otaqların birində Təqsirləndirilən şəxs barəsində vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm marixuana və bir büküm heroin aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni qalan hissəsinin evində olduğunu bildirdi. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana onun həyat yoldaşının iştirakı ilə baxış keçirildi. Baxış zamanı mənzilin yataq otağından 1 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana, 3 kiloqrama yaxın tiryək və 2 ədəd tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Cəlilabad rayonu ərazisindən əldə etdiyini bildirdi. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdu. Əməliyyata üç nəfər getmişlər. Təhqiqatçının kim olması yadında deyil. Günorta saat 14-15 radələrində Sənanı saxlamışlar. Saxlanılarkən üzərinə baxış keçirmədilər. Sənan saxlanılarkən müqavimət göstərməmişdir. Saxladıqdan bir saat sonra vəkil gəlmişdir. Onlar şəxsi saxlayandan sonra məruzə etdilər, sonra təhqiqatçı gəldir. Sənanın əynindəki gödəkçədən narkotik vasitə aşkar olundu. Hansı cibindən olması yadında deyil. Üzərindən iki büküm narkotik vasitə aşkar olundu. Bükümlərdə marixuana və heroin var idi. Evdən iki büküm tiryək, dörd büküm marixuana aşkar olundu. Narkotik vasitələrin yerini Sənan özü göstərdi. Evə baxış keçirilməsi barədə məhkəmə qərarını görməmişdir. Sənanın həyat yoldaşı ərizə yazmışdı. Sənan məqsədinin iranlının dediyi yerlərə narkotik vasitələri qoyub, pul almaq olduğunu bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.
14. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7882 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
15. Sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 31,461 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə 36,31 qram narkotik vasitə olan qurudulmuş marixuana, onun yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı mənzildəki yataq otağından aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 48,17 qram, 47,93 qram, 200 qram və 550 qram olmaqla ümumi təmiz çəkisi 846,1 qram olan narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1000 qram və 2000 qram, ümumi təmiz çəkisi 3000 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərində tiryək izləri olan 01 ədəd ağ rəngli elektron tərəzi və üzərində heroin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,25 qram sərf edildikdən sonra 882,16 qram qurudulmuş marixuananın qalığı, tədqiqata 0,1 qram sərf edildikdən sonra 31,361 qram heroinin qalığı, tədqiqata 0,2 qram sərf edildikdən sonra 2999,8 qram tiryəkin qalığı və 02 ədəd elektron tərəzilər saxlanması üçün Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təqsirləndirildiyi ittihamla razı deyil. Narkotik vasitənin istifadəçisi olmuş, narktotik vasitənin satışı ilə məşğul olmamış və ittihamda göstərilən narkotik vasitənin satışı ilə məşğul olmağıyla bağlı fakt olmamışdır. 18 noyabr 2023-cü il tarixdə evdən çıxan zaman blokun yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üç kilo narkotik vasitə olan tiryəki təsadüfən yaxşı şərait alındığına görə almışdır. Telefondakı elektron tərəzinin şəkli narkotik vasitəni aldığı zaman çəkisini müəyyən etmək üçün istifadə etdikdə çəkib. Evinə polis əməkdaşları tərəfindən baxış keçirilib. Əvvəllər “Kombi Servis” də işlətmişdir. Narkotik vasitələrdən istifadə edir. Üzərindən narkotik vasitə marixuana aşkar edilmişdir, lakin miqdarını xatırlamır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışının sonrakı mərhələlərində verdiyi ifadələrində göstərdi ki, onun üzərindən çıxan narkotik vasitələrin hamısını polislər özləri qoymuşdular, həmçinin evinə də narkotik vasitələri polislər özləri qoymuşdular. O, zorakılıqlar nəticəsində qəbul narkotiki qəbul etmişdir. Onun vəkili onu düzgün yönləndirməmişdi. Ona hədə-qorxu olundu, zorakılıq göstərdilər, yoldaşı ilə təhdid etdilər. Onun döyüldüyünü videoda görmək mümkündür. Ona ancaq bir büküm marixuana aiddir, qalanları ona aid olmayıb. O, ittihamı qəbul etmir, təhqiqatçı özü narkotik vasitələri onun cibinə qoymuşdu, sonrada video çəkilişlə həmin narkotik vasitələri çıxartdırdı. Polis əməkdaşları narkotik vasitələri pərdənin arxasına qoydular. Onu səhər saat 10-11 radələrində saxlamışlar. Saxlanılarkən polis əməkdaşları 8-9 nəfər olublar. Onu saxlayandan sonra evinə girmişlər. Birinci dəfə evə baxış keçirilərkən təhqiatçı yox idi. Dörd-beş nəfər polis əməkdaşı onun evində qalmışdır. Uşaqlarını evdən göndərdilər. Saxlanmağı ilə evə baxış keçirilməsi arasında çox vaxt keçmişdi. Onun evində pul çox idi, lakin 3500 manat çıxardılar. Narkotik vasitələr ona məxsus deyil. Narkotik vasitələri təhqiqatçı ona vermişdir. İkinci dəfə evə gələndə narkotik vasitələr evdə idi. İfadələrinə başqa əlavəsi yoxdur.
17. Müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin arvadı X7 əlavə şahid qismində dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs onun əridir. Sənan saxlanılarkən o, evdə idi. Sənan saat 13:00 radələrində dayısıgilə getmək üçün evdən çıxdı, 10 dəqiqə sonra qapı döyüldü, o kim olduğunu soruşduqda, Sənanın halının pisləşdiyini bildirdilər. Onlara inanıb, qapını açdı. Həmin vaxt qızı da evdə idi, onlar onun qızını itələyib divana yıxdılar, sonra telefonlarını onların əlindən aldılar. Sonra kök bir oğlan yoldaşı Sənana yumruqla zərbə vurdu. Sonra onları bir otağa saldılar. Evə girən şəxslər 8 nəfər idilər. Həmin vaxt çəkiliş aparmadılar, lakin evdə axtarış apardılar. Evdən nəsə tapdıqlarını görmədi. Sonra həmin şəxslər Sənanı aparıb getdilər, lakin iki nəfər evdə qaldı. Evdə qalan şəxslərdən birinin adı Roman idi. Həmin şəxslər saat 18-dək evlərində qaldılar. Həmin vaxt qızı evdə idi, oğlu isə hazırlıqda idi. Sonra saat 18 radələrində polis əməkdaşları Sənanı evə gətirdilər. Evdə çəkiliş etdilər. Roman adlı şəxs çəkiliş zamanı yox idi. Uşaqlarını göndərdilər ki, çəkilişə düşməsinlər. Çəkiliş qurtardıqdan sonra uşaqlarına zəng edib, evə gəlmələrini bildirdi. Evə gəlməmişdən əvvəl təhqiqatçı ona heç bir sənədi imzalatmadı. Onu da PB-nə apardılar. PB-də ona sənəd imzalatdılar. Həmin sənədi o, oxumamışdır. Bölmədə uşaqlarına zəng etmişdir. O, evdar qadındır. O, evdə şirniyyat bişirərək satır. Onun mətbəx tərəzisini polis əməkdaşları götürdülər. Polis əməkdaşları evlərindən pullarını götürdülər və Elməddin adlı şəxs ona dedi ki, “qızılın varsa gətir sonra qaytaracayıq, o isə qızılının olmadığını bildirdi. Sənan saxlanılan günün axşamı təhqiqatçı ona zəng edib, Sənanın maşınını aparacağını bildirdi. Sonra evlərinə gəlib, maşının açarını aldı və Sənanın maşınını sürüb apardı. Təhqiqatçı onun ***-**-** saylı nömrəsinə zəng etmişdi. Səhərisi gün təhqiqatçı qayınatasına zəng edərək, Sənanın maşınını gəlib aparmasını bildirdi.
18. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə ibtidai istintaq zamanı DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı işləmiş, polis kapitanı Şahid3 əlavə şahid qismində dindirilmişdir. O, ifadəsində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında saxlanılıb. Sənan saxlanılarkən o, orada olmamışdır. Sənan yaşadığı evin yaxınlığında saxlanılıb. Ona raportla məlumat verilmişdir. Sənan saxlanılarkən o, Baş Narkotiklərlə Mübarizə İdarəsində işləmişdir. Təqsirləndirilən şəxs saxlanılanda ona məlumat verildi. İdarədən Nizami RPİ-nin 24-cü PŞ-nə təqribi 20 dəqiqəyə çatmışdır. Sənana Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmişdir. Nizami rayonunda yerləşən 6 saylı Vəkil Bürosu Baş Narkotiklərlə Mübarizə İdarəsinin işləri ilə əlaqədar vəkil təyin etmir. Vəkil təyin olunması haqqında qərarı o göndərmişdir. Vəkil təyin olunması haqqında qərarı nömrələmişdir. Vəkilin nə qədər sonra gəldiyini xatırlamır. Şübhəli şəxsin atası ilə telefonla danışmışdır. İfadələrinə başqa əlavəsi yoxdur.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
19. CM-nin 234.4.3. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
20. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
21. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
22. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
24. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
27. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
28. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
32. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
33. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
34. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
35. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
36. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
37. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
38. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
39. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
40. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
41. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
42. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
43. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin mobil telefonunun qalereya bölməsindən aşkar olunmuş narkotik vasitələrin tərəzi vasitəsi ilə çəkilməsini əks elətdirən fotoşəkillərin mövcudluğu, həmçinin narkotik vasitələrin növlərinin müxtəlif və şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla bükümlər halında olması, bundan əlavə, Təqsirləndirilən şəxs 2 ədəd elektron tərəzi aşkar olunması təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.
44. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 28-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
45. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 33-37-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
46. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-ardıcıl və bir-birini tamamlamayan ifadələr verərək ilkin ifadələrində üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar edilmədiyini, 3000 qram narkotik vasitənin təsadüfən elə alındığı üçün aldığını, elektron tərəziləri narkotik vasitəni alarkan aldanmamaq üçün istifadə etdiyin bildirməsinə baxmayaraq, məhkəmə baxışının sonrakı mərhələlərində narkotik vasitələrdən yalnız 01 ədəd bükümdə qurudulmuş marixuananın ona məxsus olduğunu, digər narkotik vasitələrdən xəbərinin olmadığını, onun üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixoloji təsir göstərildiyini, döyüldüyünü, tərəzilərin isə mətbəx tərəzisi olduğunu bildirərək özünü təqsirli bilməmişdir.
47. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının müxtəlif mərhələlərində vermiş olduğu qeyri-ardıcıl, ziddiyətli, bir-biriylə uzlaşmayan, heç bir əsasa söykənməyən və işin faktiki halları ilə uzlaşmayan ifadələrinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri öz müdafiəsinə yönəlmiş və bu məqsədlə verilmiş ifadələrdir.
48. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin iddiaları ancaq məhkəmədə bəyan etmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
49. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 30, 40, 41, 42, 42-ci bəndlərindəki aktlara əsasən).
50. Anoloji dəyərləndirmədən çıxış edərək məhkəmə təqsirləndirilən şəxsin onu müdafiə etmək üçün şahid kimi dəvət etdiyi arvadı X3 ifadələrini də həqiqətə uyğun olmayan və yaxın qohumuna qarşı ifadə verməkdə sərbəstlik hüququndan bəhrələnib ərinin müdafiəsi məqsədilə verilmiş ifadə kimi dəyərləndirir.
51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, üzərindən həmçinin elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi).
53. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 20, 21 və 22-ci bəndləri).
55. Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır.
55. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması, himayəsində 02 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması, ailənin yeganə qazanc mənbəyi olması, ibtidai istintaq zamanı tam və məhkəmənin ilkin mərhələsində isə qismən etirafedici ifadələr verib təqsirli bilindiyi cinayətin açılmasında iştirak etməsi müəyyən olundu.
56. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 23-cü bəndi).
60. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 20 noyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 24 və 30-cu bəndləri).
61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 18 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 882,16 qram qurudulmuş marixuananın qalığı, 31,361 qram heroinin qalığı, 2999,8 qram tiryəkin qalığı və 02 ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı, həmçinin, evinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 31-ci bəndi).
64. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (qərarın 14-cü bəndi).
65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 169 ( yüz altmış doqquz )manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi).
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 169 ( yüz altmış doqquz ) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 31,361 qram narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 2999,8 qram narkotik vasitə tiryək və külli miqdarda ümumi təmiz çəkisi 882,16 qram narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim: Novruz Kərimov
Hakimlər Rasim Sadıxov
Leyla Əsgərova-Məmmədova