Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2294/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu ildə Gürcüstan Respublikası, Marneulli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 2 ünvanında qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Abdurəhman oğlu ilə aralarında yaranmış şəxsi mübahisə zamanı sonuncunun ondan ayrılıb getməsini özünə qarşı çox ciddi rüsvayçılıq kimi qəbul edərək, onun bu hərəkətinə görə hisslərini cilovlaya bilməyib, qisas məqsədi ilə stolun üzərindən götürdüyü bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol döş qəfəsindən bir dəfə qəsdən vuraraq sonuncuya sol tərəfli hemotoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.1-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, anası Şahid, iki azyaşlı qızı və bir oğlu ilə birlikdə yaşayırlar. 11 yaşlı oğlu Həsən Manafov serebral illic diaqnozu ilə əlildir, anası Şahid isə birinci qrup əlildir. Uşaqlarının hər üçü və anası onun himayəsindədir. Belə ki, iki dəfə ailə həyatı qurmuş, birinci həyat yoldaşından bir qızı, ikinci həyat yoldaşından isə iki uşağı olmuşdur. İkinci əri Vüqar adlı şəxsdən ayrılmış və uşaqları tək başına saxlamışdır. Zərərçəkmiş şəxs Abdurəhman oğlu ilə hadisədən təxminən 4 ay əvvəl “Tik Tok” internet platformasında tanış olmuş, sonra aralarında isti münasibət yaranmış və qeyri-rəsmi olaraq ər-arvad kimi bir yerdə yaşamağa qərar vermişlər. Lakin o, Sabirin ailəli və bir oğlu olduğunu bilməmiş, Sabir özünü ona subay kimi tanıtmışdır. Məlum hadisə ilə bağlı o, Polis idarəsində söhbət əsnasında Sabirin evli olduğunu öyrənib bilmişdir. X4rda yaşamasına razı olmadığından onlar qonşuluqda olan bir həyət evini kirayə götürmüş və Sabirlə bir yerdə yaşamağa başlamışlar. O, Sabirlə əsasən həmin evdə bir yerdə yaşasa da, gecələri gedib öz evlərində anası və uşaqlarının yanında qalmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 10 aprel 2024-cü il tarixdə «Ramazan bayramı» günü münasibətilə anasının razılığı ilə gedib Sabiri daimi yaşadıqları evlərinə gətirmiş və axşam bayramı bir yerdə qeyd etmişlər. Bəzi qohumları da bayramla əlaqədar həmin gün onlara gəlmiş və həmin axşam qohum-əqraba Sabiri tanımış, onun onunla bir yerdə yaşadıqlarını bilmişlər. Belə ki, Sabir hamının yanında ona qarşı fikrinin ciddi olduğunu, onunla ailə qurmaq istədiyini bildirmiş, hər kəsin bilməsini istəmişdir. Sabir onun xalasıgillə tanış olmuş, onlara fikrinin ciddi olduğunu və ailə qurmaq istədiyini demişdir. Onun qohumları Sabirə onun boşanmış 3 uşaqlı qadın olduğunu, onunsa subay olduğunu bildirmiş, onun valideynlərinin qəbul edib-etməyəcəyini soruşmuşlar. Həmin vaxt Sabir onlara valideynlərinin Türkiyədə olduğunu, nənəsinin onu böyütdüyünü və özünün hər şeyi bildiyini, Sumqayıtda evinin olduğunu, ailə qurmaq istədiyini bildirmişdir. Bundan sonra qohumlar yedi-içmişlər. Həmin gecə məclis başa çatdıqdan sonra Sabir də onlarda qalmışdır. Səhər açılanda isə anası Aşa, onlar hələ yuxudan oyanmamış, qonaq olan qohumlarla birlikdə evi tərk edib qardaşı gilə getmişdir. Qızı Fatimə səhər tezdən Sabir onlarda qaldığını öyrənib ona acıqlanmış, Sabirin onlarda gecələməsinə bərk narazılıq eləmişdir. Sabir Fatimə ilə onun söhbətini eşitmişdir. Elə həmin vaxt iki yaşlı qızı Sevgi yataq otağından keçmiş həyat yoldaşı Vüqarın yarısı cırılmış fotoşəklini hardansa tapıb gətirmişdir. Sabir bunu görüb, Vüqarın saqqallı şəkli onun indiki saqqallı vəziyyətinə oxşadığından bir növü onu qısqanmış, həmçinin Fatimə ilə onun arasında olan söhbəti xatırlamış, bunu onun hələ də keçmiş həyat yoldaşı Vüqarı yaddan çıxartmadığına, Vüqara oxşadığına görə onunla münasibət saxladığına işarə etmiş və onu birdəfəlik tərk edib gedəcəyini demiş, onu itələyərək ona əxlaqsız qadın olduğunu, özünü ona nahaq tanıtdığını, ondan diksindiyini demiş və evi tərk etməyə cəhd etmişdir. O, Sabiri istədiyi üçün onun onu tərk etməsinə heç cür razı ola bilməmiş və Sabirin bu cür hərəkəti onu özündən çıxartmışdır. O, Sabiri tutub saxlamağa çalışmış və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sabir onu acı sözlərlə təhqir edib ona “belə... qadınsan, şərəfini, namusunu qorumaq istəyirsənsə, təmizlə namusunu, mən bilirəm ki, sən qürurlu qadınsan, qürursuz deyilsən” deyib qapıdan çıxmaq istəyəndə o, Sabirə “axı sən bir gecə də bizdə qalmısan, qohum-əqrəbam da artıq bizim bir yerdə yaşadığımızı bilir, mənim namusumla oynayıb hara gedirsən?” kimi bir sual verdikdə, Sabir onun sözlərinə əhəmiyyət verməmiş, onu təhqir edərək arxasını çevirib evdən çıxmaq istəmişdir. Belə olduqda o, içində olan qəzəbi boğa bilməmiş və stolun üstündə olan qara dəstəkli mətbəx bıçağını götürüb Sabirin sol arxa çiyin nahiyəsindən bir dəfə vurmuş və ona “haram olsun sənə namusum” demişdir. Sabiri vuran kimi o, səhv bir hərəkət etdiyini dərk etmiş və təcili tibbi-yardım çağırmaq istəmişdir. Sabir ona tərəf dönərkən o, Sabirin qolunun qanadığını görüb ona «məni bağışla» demişdir. Sabir həmin vaxt onu silkələyərək sakitləşməyini istəmiş və yaxşı olduğunu ona demişdir. O, özü tez 102-ni yığmış, lakin Sabir təcili yardımın lazım olmadığını, problem olacağını, çıxıb taksi ilə özünün xəstəxanaya gedəcəyini bildirmiş, polis gələn zaman isə onlara hadisə ilə bağlı məlumatının olmadığını bildirməyi tapşırmış və şikayətçi olmayacağını deyərək onun alnından öpüb ondan üzr istəmiş və evi tərk edərək çıxıb getmişdir. Sabir taksi çağırıb 3 saylı Şəhər klinik xəstəxanasına getməsi ona sonra məlum olmuşdur. Həmin gün o da xəstəxanaya getmiş və cərrahi əməliyyatdan çıxandan sonra palatada Sabirin yanında qalmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Sabir iki gün xəstəxanada qaldığı müddətdə o da Sabirin yanında qalmış, xəstəxanadan çıxandan sonra isə o, Sabiri evlərinə gətirib ona qulluq etməyə başlamışdır. Xəstəxanadan çıxarkən hadisə vaxtı Sabirin əynində olan tünd göy rəngli gödəkçəni tibb bacısı ona vermiş və o, həmin gödəkçəni evlərinə gətirmişdir. Hadisədən sonra o, Sabirin xahişi ilə hadisəni boynuna almadığından polisdə təzyiqlərə məruz qalmış, lakin sonra hər şeyi olduğu kimi etiraf etmişdir. Polis tərəfindən onun iştirakı ilə evlərinə baxış keçirilərkən o, hadisə zamanı Sabirin əynində olmuş gödəkçəni və özünün Sabiri vurduğu mətbəxdə istifadə edilən qara dəstəkli yağ bıçağını polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş və bu barədə protokol tərtib edilmişdir. Hazırda Zərərçəkmiş şəxs Abdurəhman oğlu ilə barışmışdır, çox yaxşı münasibətləri vardır və qeyri rəsmi olaraq ər- arvad kimi bir yerdə kirayə tutduqları evdə yaşayırlar. Tutduğu əməldən səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmiş, həmçinin hadisənin baş vermə səbəbləri, motivləri barədə məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə vermişdir. İstintaq hərəkəti fotoşəkillərdə əks olunmuş və protokola əlavə edilmişdir (iş vərəqə: səh. 167-169). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Abdurəhman oğlu ifadəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsiq edib öz ifadəsində göstərdi ki, 2020-ci il tarixdə ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuş və Fizuli, Xocavənd, Cəbrayılın azad edilməsinə görə medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxs ilə hadisədən təxminən 4 ay əvvəl “Tik Tok” internet platformasında tanış olmuş, sonra aralarında isti münasibət yaranmışdır və kirayə ev tutub qeyri-rəsmi olaraq bir yerdə yaşamağa başldamışlar. 10 aprel 2024-cü il tarixdə işdən gələndən sonra axşam tərəfi qaldıqları evdə istirahət edərkən bayram gününü bir yerdə qeyd etmək üçün Təranə onu anasının evinə dəvət etmiş və birlikdə Təranənin anası gilə gedib, axşam bayram süfrəsini bir yerdə açmışlar. Təranənin bəzi qohumları da onlarda olmuş və orada onlar onu tanımış, Təranə ilə yaxın münasibətləri olduğunu bilmişlər. Həmin gecə Təranənin anasının da razılığı ilə Təranəgildə qalmışdır. 11 aprel 2024-cü il tarixdə Təranin anası Aşa hələ onlar yuxudan oyanmamış evdən çıxıb harasa getmişdir. Təranə qızı Fatimə ilə söhbət etdiyi zaman o, Təranənin ayrılacağını dediyini eşitmişdir. Elə həmin vaxt Təranənin balaca qızı Sevgi də yataq otağından atası Vüqarın, yəni Təranənin boşandığı ərinin yarısı da cırılmış fotoşəklini gətirib göstərmişdir. O, saqqal saxladığından Vüqarın da şəkildə saqqallı olduğunu görüb ona oxşadığını fikirləşib əsəbləşmiş, həm də Fatimə ilə Təranənin arasında olan söhbəti Təranəyə xatırladıb ona “sən hələ də keçmiş həyat yoldaşın Vüqarı yaddan çıxartmamısan, Vüqara oxşadığıma görə mənimlə münasibət saxlayırsan, bu səbəbdən səni birdəfəlik tərk edib gedəcəyəm” demişdir. Təranə onu tutub saxlamağa çalışarkən aralarında mübahisə yaranmış, o, əsəbləşdiyindən Təranənin ünvanına çox pis söyüş söyüb, çıxıb getmək istəmişdir. Belə ki, o, müharibədə iştirak etdiyindən onda tez-tez özündən çıxma halları baş vermişdir. O, acı sözlərlə Təranəni təhqir edib qapıdan çıxmaq istəyəndə Təranə ona “axı sən bir gecə də bizdə qalmısan, qohum-əqrəbamda da bizim bir yerdə yaşadığımızı bilir, indi mənim namusumla oynayıb hara gedirsən?” kimi bir sual vermiş, ona «ya mənimsən, ya heç kimin» deyərək stolun üstündə olan qara dəstəkli mətbəx bıçağını götürüb onu vura biləcəyini demişdir. Onu vura bilib-bilməyəcəyi ilə bağlı aralarında sözlü dartışma getmiş, o, Təranəyə «səndə o qeyrət yoxdur ki, məni vurasan» demişdir. Bundan sonra gödəkçəsini əyninə geyinib qapıdan çıxmaq istərkən Təranə bıçağı yelləmək kimi etmişdir. O, bıçağın ona dəyib-dəymədiyini hiss etməmiş, lakin qapıdan çıxarkən qolunun qanadığını görmüşdür. Təranə vəziyyəti görüb, tibbi yardım çağırmaq istəmiş, lakin o, «burda nə var ki, tibbi yardım çağıraq» demiş, onunla razılaşmamışdır. Bundan sonra o, evdən çıxmış və tanışı, Təranə ilə qonşuluqda yaşayan Ataş adlı şəxsin evinə getmişdir. O, Ataşın yaşadığı evin qapısını döyüb bıçaqlanmağı barədə məlumat vermişdir. Ataş onu kimin vurması ilə maraqlandığında o, Təranənin onu vurduğunu bildirmişdir. Sonra Ataşa onu xəstəxanaya aparmasını təklif etsə də, lakin o, ləng tərpəndiyindən o özü taksi sifariş edib X2 getmiş və əməliyyat olunmuşdur. Əməliyyatdan çıxıb palataya yerləşdirılərkən Təranə də onun yanına gəlmiş və onu tək buraxmayıb yanında qalmışdır. Xəstəxanadan buraxıldıqdan sonra isə Təranə onu evlərinə aparmış, sağalması üçün ona qulluq etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abdurəhman oğlu ifadəsində daha sonra göstərdi ki, hadisə vaxtı onun əynində tünd göy rəngli gödəkçə olmuş, aldığı bıçaq xəsarətindən həmin gödəkçə də zədələnib yararsız hala düşmüşdür. Təranə onu xəstəxanadan çıxardarkən həmin gödəkçəni də xəstəxanadan götürmüş, sonra hadisə ilə bağlı Təranənin evinə baxış keçirilərkən sonuncu hadisə vaxtı onun əynində olmuş həmin gödəkçəni və onu vurub xəsarət yetirdiyi bıçağı istintaqa təhvil verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abdurəhman oğlu ifadəsində, həmçinin göstərdi ki, o, xəstəxanada və ilk dəfə polisdə izahat verərkən hadisəni gizlətmək istəmiş, odur ki, yıxıldığını və bədəninə məftil girdiyini bildirmişdir. Lakin sonradan Təranə özü hadisəni etiraf etdiyindən o da həqiqəti danışmışdır. Hadisə ilə bağlı onlar küsülü olmamış, o, ilk gündən Təranəni bağışlamışdır. Təranəyə qarşı şikayət və tələbi qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid Soyin qızı Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin və Azərbaycan Respublikası CPM 20-ci maddəsinin tələbləri baxımından qızı – Təqsirləndirilən şəxs əleyinə ifadə verməkdən imtina etdiyindən, Şahid cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, hazırda qızı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır, İ qrup əlildir. Təranənin üç azyaşlı uşağı vardır, o, və üç azyaşlı uşaq birlikdə Təranənin himayəsindədir. Qızı Təranə həyat yoldaşı Vüqardan ayrılandan sonra azyaşlı uşaqlarını tək böyütmüşdür. Hadisədən təxminən 4-5 ay əvvəl Təranə Zərərçəkmiş şəxs adlı oğlanla tanış olmuş və evlərindən bır az aralıda kirayə ev tutaraq orada yaşamağa başlamışlar. O, Təranənin Sabirnən bu cür yaşayışına həmişə etiraz etmiş, ancaq Təranə ilə Sabir birgə yaşamağa qəti olaraq razılaşdıqları üçün ondan aslı olan heç nə qalmamışdır. Şahid tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 2024-cü ilin aprel ayının 10-da evlərində bayram süfrəsi açılmış, bir-iki qohum-əqraba da onlara qonaq gəlmişdir. Həmin gün ilk dəfə olaraq Təranə Sabiri də evlərinə gətirmiş və axşam hamısı bir yerdə oturub mehriban şəkildə bayramı qeyd etmişlər. Uşaqlar yatandan sonra onlar da gecənin bir vaxtına qədər söhbət edib yatmağa getmişlər. O, səhər saat 8 radələrində qohumları ilə birlikdə evdən çıxıb qardaşı Telmangilə getmişdir. Həmin gün saat 11 radələrində qızı Təranə ona zəng edib, ağlaya-ağlaya Sabirlə aralarında səhər mübahisə olduğunu və əsəbləşib evdəki yağ bıçağı ilə Sabiri çiynindən vurduğunu bildirmişdir. Təranə Sabirin taksi ilə 3 saylı şəhər xəstəxanasına getdiyini demiş, ona görə özününe də Sabirin yanma getməli olduğunu bildirmişdir. Odur ki, o, evə gəlib uşaqların yanında qalmış, Təranə isə xəstəxanaya getmişdir. Həmin vaxt böyük nəvəsi Fatimə hazırlıq kursuna getdiyinə görə evdə olmamışdır. Sabir cərrahi əməliyyatdan çıxandan sonra da Təranə onun yanında qalmışdır. Bu hadisə ilə bağlı əvvəlcə Sabunçu RPİ-də araşdırma aparılmış, sonra isə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən araşdırma aparılmış, polis əməkdaşları evlərinə gələrək baxış keçirmişlər, baxış zamanı Təranənin Sabiri vurduğu bir ədəd mətbəxdə istifadə olunan yağ bıçağını protokol tərtib edərək götürmüşlər. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X3 ifadəsi elan edilməklə tədqiq edildi. Şahid Sehran Əliyev tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş Zərərçəkmiş şəxs 10 ildən çox bir müddətdə tanımış, onunla əvvəllər Sumqayıtda bir ünvanda yaşamışlar. Adı Sehran olsa da o, onu tanıyanlar arasında Ataş kimi çağrılmışdır. Sabirin onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə münasibətlərinin olduğunu bilmişdir. 11 aprel 2024-cü il tarixdə işdən evə gəlib uzanıb istirahət edərkən qapının bərk döyüldüyünü eşitmiş, qapını açdığı zaman Sabirin yaralı vəziyyətdə olduğunu, köynəyinin qolunun cırıq olduğunu və çiynindən qan axdığını görmüşdür. Həmin vaxt Sabir ondan yaralı olması barədə təcili tibbi-yardı xəstəxanasına məlumat verməyi xahiş etmiş, o isə cavabında Suraxanı rayonuna yeni köçdüyünü, xəstəxananın harada olduğunu bilmədiyini demişdir. Bundan sonra Sabir öz telefonu ilə xəstəxanaya getmək üçün taksi sifariş vermişdir. O, Sabirdən nə olduğunu, niyə yaralandığını soruşduqda Sabir Təranə ilə aralarında mübahisə düşdüyünü və Təranənin onu bıçaqla vurduğunu bildirmişdir. Daha sonra taksi gəlmiş və Sabir taksiyə oturub xəstəxanaya getmişdir. Sabirin özünün sərbəst hərəkət etməsini görüb yüngül xəsarət almasını güman etmiş, bıçaq xəsarətinin ağır olmasını düşünməmişdir (iş vərəqə: səh.106-107). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yerin ünvan 2, yəni iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin giriş qapısından içəridə olan mətbəxin sağ tərəfindəki stolun altında bir ədəd sellofan torbada saxladığı bir ədəd tünd göy rəngli kişi gödəkçəsini və bir ədəd qara rəngli dəstəyi olan bıçağı təqdim edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abdurəhman oğlunu həmin bıçaqla vurub xəsarətləndirdiyini və hadisə zamanı Zərərçəkmiş şəxs əynində təqdim etdiyi həmin gödəkçənin olmasını bildirmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sol arxa hissəsində cırılmış- deşilmiş xəsarət izi olan kişi gödəkçəsi və bir ədəd qara rəngli dəstəyi olan bıçaq maddi sübut qismində götürülmüşdür(iş vərəqə: səh.21-24). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 310 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Abdurəhman oğlunda sol tərəfli hemotoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və şaritdə bıçaqla yetirilə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir(iş vərəqə: səh.108- 110). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-bioloji-trassoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli, 327/2024- MTBŞ saylı rəyinə əsasən:
1. Zərərçəkmiş şəxs Abdurəhman oğlunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: A (İİ).
2. Ekspertizaya təqdim olunmuş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antıgem alındı. Beləliklə, qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, həmçinin SA.Hacıyevə məxsus ola bilər.
3. Hadisə yerinə baxış keçirilərkən təqsirləndirilən şəxs tərəfindən təqdim edilməklə götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmamışdır(iş vərəqə: səh.113-117). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-biolojitrassoloji ekspertizasının 21 iyun 2024-cü il tarixli, 223/2024-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Abdurəhman oğluna məxsus gödəkçənin arxa səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənmişdir(iş vərəqə: səh.118-121). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməkriminalistik ekspertizanın xx.xx.2024-cü tarixli, 417-2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşicikəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur(iş vərəqə: səh.157- 161). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 22 avqust 2024-cü il tarixli, 2445 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: səh.162-164). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətldəndirilməsi haqqında» 07 sentyabr 2024-cü il tarixli qərarına əsasən cinayət hadisəsinin törədilməsi zaman Təqsirləndirilən şəxs istifadə etdiyi mətbəx bıçağı cinayətin aləti və hadisə zamanı Zərərçəkmiş şəxs Abdurəhman oğlunun əynində olmuş bir ədəd gödəkçə predmeti kimi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir(iş vərəqə: səh.170- 178). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abdurəhman oğlunun sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmiş, təqsirsizliyi ilə bağlı hər hansı dəlil gətirməmiş, məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 avqust 2020-ci il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.132-133). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İstər cinayət işinin məhkəməyədək icraatı mərhələsində və istərsə də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abdurəhman oğlu Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onu bağışladığını və birgə yaşadıqlarını bildirmiş, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir (iş vərəqə: səh. 169, iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı, biri yetkinlik yaşına çatmayan müvafiq olaraq 2007, 2013 və 2021-ci il təvəllüdlü olmaqla üç uşağı, 1955-ci il təvəllüdlü olmaqla 69 yaşında İİ qrup əlilliyi olan anası (Vəsiqə № 62939) vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının 14 mart 2024-cü il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü oğlu X5 «sinir köklərinin və kələflərinin digər zədələnmələri» diaqnozu ilə xəstə olmaqla İİİ dərəcəli əlildir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində olan azyaşlı uşağının İİİ qrup, yaşlı anasının isə İİ qrup əlil olmaqla Təqsirləndirilən şəxs himayəsində olmalarını, sonuncunun əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması; - həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 02 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 may 2024-cü il tarixdə isə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Daha sonra ibtidai istintaq orqanının 21 avqust 2024cü il tarixli qərarına əsasən onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu qətimkan təçdbiri məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Püstə Məmmədova barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan Zərərçəkmiş şəxs Abdurəhman oğluna məxsus təyinatını itirmiş bir ədəd gödəkçə və cinayətin aləti hesab olunan bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərcləri müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan zərər çəkmiş şəxsi Zərərçəkmiş şəxs Abdurəhman oğluna məxsus təyinatını itirmiş bir ədəd gödəkçə və cinayətin aləti hesab olunan bir ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.