Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2298/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1954-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, S.Salayev küçəsi ev 86-da qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən nömrəsiz fərdi evdə yaşamış, 25 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 27 may 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan, Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetirşdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxt və mənbədən, qanunsuz olaraq əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, nömrəsiz fərdi evinin həyətində əkilib-becərilməsi qadağan olunmuş 320 (üç yüz iyirmi) ədəd - külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə, onlara aqrotexniki qaydada qulluq göstərib, 25 may 2024-cü il tarixədək kultivasiya etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxıl olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu RPİ-nın 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2024-cü il tarixdə, saat 22:30-da keçirilmiş baxış və götürmə zamanı onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən onun tərəfindən əkilib-becərilməklə kultivasiya edilmiş, yaş vəziyyətdə ümumi təmiz, çəkisi 1110 qram olan 252 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, habelə yaş vəziyyətdə, ümumi təmiz çəkisi 5,0 qram olan 68 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür, yəni eyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdiyindən Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinin tələbləri baxımından onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs elan olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 237.2.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, faktiki işsizdir, əvvəllər narkotik maddələr qəbul etdiyi üçün 2001-ci ildə həbs edilmiş, həbsdən çıxdıqdan bir müddət sonra işsiz qalmış və gündəlik işlərdə çalışmağa başlamışdır. Son 2-3 il ərzində narkotik qəbul etmiş, pulu olmadığı üçün narkotik vasitələr ala bilməmişdir. Təxminən 1-2 il əvvəl istifadə etdiyi marixuanının toxumlarını əldə edə biləcəyi təqdirdə saxlayıb əkərək böyüdüb, pul vermədən narkotik istifadə etməsini təmin etməyi qərara almışdır. Ona görə də təxminən 2 il əvvəl bğildirmək istəmədiyi mənbədən marixuana əldə etmiş, qəbul edərkən onların toxumlarını yığmağa başlamışdır. 2024-cü ilin aprel ayının təxminən ortalarında yığdığı marixuana toxumlarını həyətindəki hasarın yanında və həyətindəki müxtəlif yerlərdə bir yerə bir neçə toxum əkməklə marixuana əkmişdir. Bundan bir müddət sonra əkdiyi toxumlar cücərməyə başlamış və o, onlara qulluq etməyə başlamışdır. Həyat yoldaşı hər gün səhər xadimə işlədiyi iş yerinə gedib, axşam qayıtdığından onun həyətdə narkotik tərkibli bitkilər əkibbecərməsindən xəbəri olmamışdır. Həmin narkotik bitkilərə mütəmadi baxaraq qulluq etmiş və diblərini yumşaldaraq suyunu vaxtında vermişdir. 2024-cü ilin payız aylarına əkdiyi narkotik tərkibli bitkilərin tam yetişəcəyini və özünün narkotik almağa pul xərcləmədən həyətində əkdiyi narkotikdən istifadə edəcəyini fikirləşmişdir. Lakin 25 may 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin önündə piyada hərəkət edən zaman iki nəfər şəxs, ona yaxınlaşıb polis əməkdaşları kimi özlərini təqdim edərək Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, özlərini təqdim etdikdən və vəsiqələrini göstərdikdən sonra üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş maddə və predmet saxlaması, həmçinin yaşadığı fərdi evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitələr olan çətənə bitkilərini əkib-becərməsi barədə onlara əməliyyat məlumatının daxil olmasını bildirmiş və onu 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş və tutulması ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona dövlət hesabına müdafiəçi dəvət edilmiş və müdafiəçisi gəldikdən sonra hüquq və vəzifələri bir daha izah edilmişdir. Bundan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Vəkilinin həmin prosesdə iştirak edərsə əleyhinə ola biləcək hər hansı hala şahid olacağını və beləliklə hüquqlarını keyfiyyətli müdafiə edə bilməyəcəyini düşündükləri üçün vəkilinin məsləhəti və özünün istəyi ilə vəkili olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmiş və bu barədə ərizəsi təhqiqalçı tərəfindən çap olunduqdan sonra ərizəsini imza etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Qeyd edilən hərəkətlərlə bağlı protokollar tərtib edilmiş və o, eyni zamanda digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt o, polis əməkdaşlarının həyətində narkotik becərdiyini bildiklərini gördüyü üçün, onsuz da həyətinə baxış keçiriləcəyim düşündüyü üçün vəkilinin iştirakı olmadan həyətinə və evinə vəkilinin iştirakı olmadan, videogörüntü ilə baxış keçirilməsi barədə ərizə ilə müraciət etmiş və bu ərizələri də çap olunduqdan sonra imza etmişdir. Bundan sonra aqronom mütəxəssis də gələrək onlarla birlikdə onun həyətyanı sahəsinə getmişlər. Həyətyanı sahəsinə baxış zaman polis əməkdaşları ondan çətənə bitkilərini yaşadığı fərdi evin həyətyanı sahəsində əkibəkmədiyimi soruşmuşlar və əkdiyi halda yerim könüllü şəkildə göstərməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifindən sonra çətənə bitkilərini əkdiyi yerləri onlara göstərmişdir. Polis əməkdaşları və onlarla birlikdə gələn aqronom bitkilərə baxış keçirmişlər. Daha sonra onları köklərindən çıxarıb toplamış və saymışlar. Onların təxminən 320 ədəd olması müəyyən edilmişdir. Bundan sonra isə həmin bitkiləri qablaşdırmışlar və protokol da tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Daha sonra evində polis əməkdaşları axtarış aparsalar da, hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir(iş vərəqə: səh. 74-76). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 12-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Müqalib oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 25 may 2024-cü il tarixdə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatla bağlı onun anket məlumatları dəqiqləşdirilmiş, onun Sabunçu rayonu, Balaxanı qəsəbəsində, 6-cı mədən ərazisində nömrəsiz evdə yaşadığı müəyyən edilmişdir. Əməliyyat məlumatının yoxlanılması üçün raportla rəhbərliyə müraciət olunmuş, razılıq alındıqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Tədbirin keçirilməsinə bitkiçilik üzrə mütəxəssis aqronom da səlb edilmişdir. Əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, əməliyyat məlumatı daxil olan gün, saat 20 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsi 6-cı mədən nömrəsiz fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və 12-ci PŞ-nə aparılmışdır. Araşdırmanın aparılması bölmənin təhqiqatçısı Ayxan Səfərova həvalə edilmiş, bütün prosessual tələblərə əməl edjilməklə Təqsirləndirilən şəxs üzərində onların iştirakı ilə axtarış aparılmış, lakin onun üzərində hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatının olmasını bildirilərkən sonuncu həyətində çətənə bitkisi əkib-becərməsini səmimi etiraf etmiş, evinə və həyətinə videoçəkilişlə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı, əməliyyat qrupunun üzvləri, tədbirə cəlb olunmuş mütəxəssis aqronom Təqsirləndirilən şəxs özü ilə birlikdə onun yaşadığı Balaxanı qəsəbəsi, 6-ci mədən küçəsində yerləşən ünvana yollanmışlar. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs həyətinə daxil olmuşlar və orada keçirilmiş baxış nəticəsində ilk olaraq gül kolunun dibində narkotik tərkibli çətənə kannabis şitilləri aşkar edilmişdir. Həmin şitillərin tərkibində narkotik vasitələr olan çətənə kannabis bitkisinə aid şitillər olduğunu mütəxəssis-aqronom təsdiq etdikdən sonra həmin şitillər toplanmışdır. Daha sonra həyət hasarının yaxınlığındakı ağacın dibindən çətənə bitkiləri aşkar etmiş və protokol iştirakçıları tərəfindən həmin kollar kökündən çıxarılmışdır. Bundan başqa evin kənarına düzülmüş dibçəkdən, daha sonra evin yan tərəfində xüsusi olaraq düzəldilmiş yerdən, diblərinə su tökülməsi aydın görünən narkotik tərkibli çətənkannabis bitkiləri aşkar edilmiş və onlar tərəfindən köklərindən çıxarılaraq toplanmışdır. Ymumilikdə Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunan narkotik tərkibli çətənə bitkisinə oxşar olan bitkilərin ümumi sayı 320 ədəd olmuş, aşkar olunan çətənə bitkiləri xüsusi qulluq edilmiş vəziyyətdə olmuşlar. Aqronom mütəxəssis həmin bitkilərdən bir qisminin orta inkişafda olmasını, bir qisminin isə cücərti şitil fazasında olmasını bildirmiş, sayını göstərməklə mütəxəssis rəyi tərtib etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş çətənə bitkiləri qablaşdırılaraq möhürlə möhürlənmiş, yekunda protokol tərtib edilmiş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü protokolu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin oradan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə Şahid qismində dindirilən Sabunçu RPİ-nin 12 PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 Müqalib oğlu ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş aqronommütəxəssis X2 ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edildi. Şahid - aqronom-mütəxəssis X3 məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, Elm və Təhsil Nazirliyinin Dendrologıya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır, alimdir, diplom ixtisası isə arqonom mütəxəssisdir. 25 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş müraciət əsasında həmin gün saat 22 radələrində 12-ci PŞ-nə getmiş və orada ona həyətyanı sahəyə baxış keçiriləcəyini, orada narkotik tərkibli çətənə bitkilərinin olmasını, onların toplanması və ilkin rəy verilməsini bildirmiş, onun da mütəxəssis kimi həmin prosesdə iştirak etməyini xahiş etmişlər. O, etiraz etməmiş, müvafiq qərarla tanış olub, hüquqları izah edildikdən sonra polis əməkdaşları ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən adlanan nömrəsiz fərdi yaşayış evinin qarşısına getmişlər. Orada polis əməkdaşları tərəfindən videoçəkilışlə baxış keçirilməzdən əvvəl şübhəli şəxs, əvvəllər görmədiyi və tanımadığı Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və sonuncu ilə birlikdə evinin həyətinə daxil olmuşlar. Orada ilk əvvəl gül kolunun dibinə baxarkən oradan narkotik tərkibli çətənəkannabis şitilləri aşkar edilmiş, həmin şitillər onlar tərəfindən toplanmışdır. Daha sonra hasarın yaxınlığındakı ağacın dibində çətənə bitkiləri aşkar edilmiş və onlar tərəfindən kökündən çıxarılaraq toplanmışdır. Bundan sonra evin kənarında dibçəkdən, daha sonra isə evin yan tərəfində xüsusi olaraq düzəldilmiş yerdə, diblərinə su tökülməsi aydın görünən yerdən narkotik tərkibli çətənə-kannabis bitkiləri onlar tərəfindən köklərindən çıxarılaraq toplanmışdır. Həmin narkotik tərkibli çətənə bitkiləri xüsusi olaraq əkilib qulluq edildiyindən, dibləri yumşaldılıb və vaxtlı-vaxtında su ilə təmin edildiyindən onlar yabanı halda bitən çətənə bitkilərinə bənzəməmişlər. Həmin çətənə bitkilərinin ümumi sayı 320 ədəd olmuşdur. O, həmin bitkilərdən 87 ədədinin orta inkişafda olmasını, 233 ədədinin isə cücərti şitil fazasında olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş çətənə bitkiləri qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar kimi protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. Şahid - aqronom-mütəxəssis Mərdan Tağıyev ifadəsinin davamında göstərmişdir ki, o, bitkilərə baxışı gecə vaxtı keçirimiş və tərtib etdiyi mütəxəssis rəyində Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş çətənə bitkilərinin ümumi sayını 320 ədəd, onlardan 87 ədədinin orta inkişaf, 233 ədədinin isə cücərti şitil fazasında olduğunu qeyd etmişdir. Lakin ekspert rəyi ilə tədqiqat aparılmış çətənə-kannabis bitkilərinin 68 ədədinin şitillər, 252 ədədinin isə çətənə bitkisi olması təsdiq olunmuşdur ki, gecə vaxtı olduğundan, xüsusi iş otağında olmadığından, xüsusi avadanlıqlar olmadan həmin bitkiləri analiz etdiyindən neçəsinin şitil, neçəsinin bitki olmasını dəqiq bildirməklə səhvə yol verməsi mümkün olandır. Odur ki, ekspert rəyi real və obyektiv kimi qəbul edilməlidir. Lakin faktiki həmin bitkilər çətənə bitkiləridir və onlara xüsusi qulluq edilib böyüdülmüşdür(iş vərəqə: səh. 109- 11). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxış və götürmə aparılması haqqında» 15 may 2024-cü il tarixli protokoldan görünür ki, araşdırmanın aparılması həvalə edilmiş təhqiqatçı Ayxan Səfərov tərəfindən saxlanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah edilir və polis əməkdaşları, dəvət edilmiş aqronom-mütəxəssis sonuncu ilə birlikdə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən, nömrəsiz fərdi evin həyətyanı sahəsinə daxil olurlar. Orada ilk əvvəl gül kolunun dibinə baxarkən oradan narkotik tərkibli çətənə-kannabis şitilləri aşkar edilir və kökündən çıxarılaraq kənara yığılır. Həmin şitillər aqronom və təhqiqatçı tərəfindən toplanır. Daha sonra hasarın yaxınlığındakı ağacın dibində çətənə-kannabis bitkiləri aşkar edilir, həmin bitkilər kökündən çıxarılır və toplanır. Bundan sonra evin kənarında dibçəkdə, daha sonra isə evin yan tərəfində xüsusi olaraq düzəldilmiş yerdə, diblərinə su tökülməsi aydın görünən yerdən narkotik tərkibli çətənə-kannabis bitkilərinə bənzər bitkilər iştiralçılar tərəfindən köklərindən çıxarılaraq toplanır. Tədqiq olunan protokoldan görünür ki, narkotik tərkibli çətənə bitkisinə oxşar olan bitkilərin ümumi sayı 320 ədəd olması aqronom və təhqiqatçı tərəfindən səslənir. Aqronom mütəxəssis həmin bitkilərdən 87 ədədinin orta inkişafda olmasını, 233 ədədinin isə cücərti şitil fazasında olmasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş çətənə bitkiləri qablaşdırılaraq möhürlə möhürlənir. Bu barədə protokol tərtib edilir və protokolun doğruluğu imzalarla təsdiq edilir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, ona məxsus həyətyanı sahəyə və yaşayış evinə baxış keçirilməsi və narkotik tərkibli bitkilər aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi üç ədəd CD formatlı disk tərtib olunan protokola və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: səh. 40-41). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Videogörıintülərə baxış keçirilməsi haqqında» 28 may 2024-cü il tarixli protokoldan görünür ki, videogörüntülərin əvvəlində Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı X5 tərəfindən saxlanılmış şəxs Təqsirləndirilən şəxs üzərinə əməliyyat müvəkkilləri iştirakı ilə şəxsi axtarış aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman həqiqətən də onun üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibəkməməsi barədə əməliyyat məlumatının olması ona bildirilərkən Təqsirləndirilən şəxs evinin həyətində çətənə bitkisi əkib becərməsini səmimi etiraf edib, evinə və həyətinə vəkilin iştirakı olmadan vıdeoçəkilişlə baxış və götürmə keçirilməsinə etiraz etməmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, digər videogörüntülərdə Təqsirləndirilən şəxs təhiqiqatçı tərəfindən hüquqları izah edilir və onunla birlikdə polis əməkdaşları, dəvət edilmiş aqronom-mütəxəssis evinin həyətinə daxıl olmuşlar. Orada ilk əvvəl gül kolunun dibinə baxarkən oradan narkotik tərkibli çətənə-kannabis şitilləri aşkar edilir və kökündən çıxarılaraq kənara yığılır. Həmin şitillər aqronom və təhqıqatçı tərəfindən toplanır. Daha sonra hasarın yaxınlığındakı ağacın dibində çətənə bitkiləri aşkar olunur və həmin bitkilər kökündən çıxarılır və toplanır. Bundan sonra evin kənarında dibçəkdə, daha sonra isə evin yan tərəfində xüsusi olaraq düzəldilmiş yerdə, diblərinə su tökülməsi aydırı görünən yerdə narkotik tərkibli çətənə-kannabis bitkilərinə bənzər bitkilər olması müəyyən edilr və həmin bitkilər iştiralçılar tərəfindən köklərindən çıxarılaraq toplanır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, narkotik tərkibli çətənə bitkisinə oxşar olan bitkilər sayılmışdır və ümumi sayının 320 ədəd olması müəyyənləşdirilərək mütəxəssis-aqronom və təhqiqatçı tərəfindən səsləndirilmişdir. Aqronom mütəxəssis həmin bitkilərdən 87 ədədinin orta inkişaf, 233 ədədinin isə cücərti şitil fazasında olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş çətənə bitkiləri qablaşdırılaraq möhürlə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir. Lakin oradan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir(iş vərəqə: səh. 88). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-7/84 İ saylı, 26 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan sintetik torbadakı ümumi sayı 252 (iki yüz əlli iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1110 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik torbadakı ümumi sayı 68 (altmış səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) şitilləridir. Tədqiq olunan rəydən görünür ki, mütəxəssis rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir(iş vərəqə: səh. 53- 56). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 iyul 2024-cıi il tarixlı, 4974 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7- ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar (1954-cü il təvəllüdlüdür) olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Amma Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh. 132-133). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 26 avqust 2024-cü il tarixli qərarına əsasən iş üzrə Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunaraq götürülmüş 252 (iki yüz əlli iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1110 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 68 (altımış səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinə aid şitilləri, 25 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə, onun evinin həyətində baxış və götürmə, həmçinin evinə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi 3 ədəd və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd – cəmi 4 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, həmin maddi sübutlardan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 1109,68 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitki nümunələri Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə, onun evinin həyətində baxış və götürmə, həmçinin evinə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi 3 ədəd və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd – cəmi 4 ədəd CD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: səh. 132-133). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16-800 ədəd (31-1550 hissə), xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 801 ədəd (1551 hissə) müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. İstər məhkəməyədək icraat və ya istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirməmiş, məhkəmədə təqsirləndirilən şəxs Abdulla Abduvllayevin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə adazlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən 07 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir (iş vərəqə: səh. 96-97). Göründüyü kimi Təqsirləndirilən şəxs yeni cinayəti törətdiyi 25 may 2024-cü il tarixə ödənilməmiş məhkumluğu olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tutuduğu əməldən səmimi peşimandır və 1954-cü il təvəllüdlü olmaqla 70 yaşını tamamlamış qocadır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs tutuduğu əməldən səmimi peşimanlığını və 70 yaşını tamamlamış qoca olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin belə qərara gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 1954-cü il təvəllüdlü olmaqla 70 yaşlı şəxs olması nəzərə alınmalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı qərarına əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Lakin məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024-cıi il tarixlı, 4974 saylı rəyi əsas götürülməklə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs faktiki olaraq polis əməkdaşları tərəfindən 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 may 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 may 2024-cü il tarixdən hesablanmışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkilməsinin əvvəli 25 may 2024cü il tarixdən hesablanmalı və onun tutulduğu və həbsdə saxlanıldığı bütün müddət onun həbsdə saxlama müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1109,68 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitki nümunələri məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə, onun evinin həyətində baxış və götürmə, həmçinin evinə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi 3 ədəd və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd – cəmi 4 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 25 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs xx xxxx 1954-cü il təvəllüdlü olması nəzərə alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1109,68 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitki nümunələri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə, onun evinin həyətində baxış və götürmə, həmçinin evinə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi 3 ədəd və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd – cəmi 4 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2298/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2298/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver