Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2299/2023 26.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X8 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küşəsi 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 iyul 2023-cü il tarixdə, saat 23:40-da Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4 ünvanında yerləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə gətirilərək hal şahidlərinin, müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış-götürmə zamanı sağ əlində saxladığı qəhvəyi rəngli kağız paketdəki bir ədəd açıq rəngli sellofan bağlamanın içərisində külli miqdarda, təmiz çəkisi 3504,6 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, anası məhkum olunduğundan nənəsinin himayəsində yaşamışdır. Təxminən 1 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Nənəsi vəfat etdikdən sonra Maştağa qəsəbəsində kirayədə tək yaşamağa başlamışdır. Daimi iş yeri olmamış, dolanışığını yaxın qohumlarının köməyi ilə həyata keçirmişdir. Yasamal rayonu ərazisindəki “Qurd qapısı” restoranında işləyən Mehdi adlı şəxslə tanış olmuş, Mehdi bir neçə dəfə “patı”, “kola” adı ilə tanınan narkotik vasitələri ona pulsuz vermişdir. Maddi imkanı zəif olduğundan Mehdi ona bir İran İslam Respublikasının vətəndaşının telefon nömrəsini vermiş, o da həmin şəxslə telefonda danışmışdır. Həmin şəxs onu sual-cavab etmiş, əlaqə saxlayacağını demişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 16-17 radələrində adını bilmədiyi həmin şəxs “Watsapp” tətbiqi vasitəsi ilə onunla əlaqə saxlayaraq ünvan 6 binanın yaxınlığında telefonuna göndərəcəyi məkandan 1 bükümdə, 500 qram, “kakos” kimi tanınan narkotik vasitə heroini götürərək sonradan onun deyəcəyi yerə qoymağı, bunun üçün də 700 manat pul verəcəyini demişdir. O da pula ehtiyacı olduğundan ona edilən təkliflə razılaşmışdır. Xətai rayon ərazisini tanımadığından qonşuluqda yaşayan və münasibəti olan Şahid1 zəng edərək onunla bərabər taksi vasitəsilə ona deyilən ünvana getməsini xahiş etmişdir. Qadir və o təxminən saat 23:30 radələrində Qadirin tanışının idarə etdiyi “Toyoto Pirus” markalı taksi vasitəsi ilə telefonuna göndərilmiş məkana getmişlər. Həmin ünvana gedən zaman, taksidə olarkən narkotik vasitəni götürməyə getməsini Qadirə bildirmiş, Qadir ona mane olmağa çalışsa da pul qazanmaq niyyətində olduğundan ona əhəmiyyət verməmişdir. Avtomobildən düşərək telefonuna göndərilmiş ünvana yaxınlaşmış, yerdə olan qəhvəyi rəngli kağız paketi götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayan zaman paket əlində olmamışdır, çünki polis əməkdaşları tərəfindən saxlanıldığından həmin paketi götürməyə imkan tapmamışdır. Polis əməkdaşları onu, Qadiri və taksi sürücüsünü polis bölməsinə gətirmişlər. Orada onun üzərinə baxış keçirilmiş, paket ona verilərək təqdim etməsi bildirilmiş, həmin zaman paketdə 500 qram yox, 4 kiloqrama yaxın narkotik vasitə olduğunu bilmişdir. O adətən “patı” kimi tanınan metamfetamindən istifadə etmişdir. Qadirlə bir neçə dəfə bir yerdə metamfetamindən isitfadə etmişlər. Qadir anasını tanımış, belə ki, anası o tutulmazdan 2 gün əvvəl azadlığa buraxılmış və onun yanında qalmışdır. Gecə evdən gedən zaman anası onun hara getdiyini bilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Etdiyi hərəkətin ağır cinayət əməli olduğunu bilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi üzrə baş əməliyyat müvəkkili Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 07 iyul 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı müvafiq prosessual qərarlar qəbul edilmiş və 4 nəfərdən, ondan, Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları Zakir Bəhramovdan, Əli Axundovdan, Həsən Seyiddən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyata rəhbərlik onun tərəfindən həyata keçirilmişdir. 07 iyul 2023-cü il tarixdə, saat təxminən 23:40-da ünvan 6 ünvanın qarşısında olarkən zahiri əlamətlərinə əsasən Təqsirləndirilən şəxs görmüşlər. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs də narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və həmin vaxtı onun yanında olan taksi sürücüsü Şahid2 ilə Şahid1 da Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədikdən sonra 36-cı Polis Şöbəsinə apararaq barələrində araşdırma aparılması üçün təhqiqatçı X9 təhvil vermişlər. X11 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində və əlində tutduğu kağız paketə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilən zaman X12 Bağırzadəyə təklif etmişdir ki, üzərində və əlində tutduğu kağız paketin içərisində qeyri-qanuni maddə və ya əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də sağ əlində tutaraq saxladığı qəhvəyi rəngli bir ədəd kağız paketi masanın üzərinə qoyub həmin paketin içərisində narkotik vasitə heroin olduğunu və həmin heroini adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp" internet tətbiqi vasitəsi ilə danışdıqdan sonra onun sözlərinə əsasən Xətai rayonu, M.Hadi küçəsi 113 saylı ünvanın yaxınlığından götürüb hissələrə bölməklə ayrı-ayrı şəxslərə çatdırması qarşılığında 700 (yedi yüz) manat pul alacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qəhvəyi rəngli kağız paketin içərisində olan və üzəri şəffaf yapışqan lentlə bağlanmaqla bükülmüş bir ədəd bükümün içərisindəki narkotik vasitə yapışqan lentlə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə 3825 qram olması görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən digər heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar, həmçinin də onun tərəfindən imzalanmışdır. Araşdırma müddətində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun əlində kağız paket olmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin Cinayət – Axtarış Şöbəsi üzrə əməliyyat müvəkkili Şahid5 da Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulmamışdan təxminən 4-5 ay əvvəl tanımışdır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Xəyal” ticarət mərkəzində ət satışı dükanında qəssab işləmişdir. Hal-hazırda Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 1 il 06 ay müddətinə azadlıqdan mərhum edilmişdir. Uzun müddətdir ki, narkotik vasitədən istifadə edir, yeni başladığı vaxtlarda narkotik vasitə sayılan qurudulmuş marixuana istifadə etmiş, sonradan heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs onların həyətində nənəsi ilə kirayədə yaşamışdır. Dünyaxanımın nənəsi vəfat edən zaman bir qonşu kimi dəfn mərasimini təşkil etmişdir. Bundan sonra Dünyaxanım ilə münasibəti yaranmışdır. Özü narkotik vasitədən istifadə etsə də Dünyaxanımla birlikdə heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 07 iyul 2023-cü il tarixdə, gecə saatlarına Dünyaxanım ona zəng edərək Həzi Aslanov metrostansiyası tərəfə taksi ilə gedib-gəlmələrini xahiş etmiş və ondan avtomobil tapmağını istəmişdir. O da yaşadığı qəsəbədən tanıdığı taksi sürücüsü Şahid2 ilə əlaqə saxlayaraq bir ünvana gedib gələcəklərini bildirib gəlməsini xahiş etmiş, Vasif də idarə etdiyi “Toyota Prius” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadıqları ünvan 7 ünvanın qarşısına gəlmişdir. Dünyaxanım ilə o avtomobilə əyləşmişlər. Yolda olan zaman Dünyaxanım ona İran İslam Respublikası vətəndaşı ilə “İnstaqram” sosial şəbəkəsində tanış olmasını, həmin şəxsin istəyi əsasında narkotik vasitəni götürərək başqa ünvana qoyub qarşılığında pul əldə edəcəyini demiş, o isə Dünyaxanıma bunu etməməsini dəfələrlə bildirsə də sonuncu buna məhəl qoymamışdır. Bu məzmunda aralarında danışa-danışa metronun “Həzi Aslanov” stansiyası yaxınlığına çatmışlar. Saat 23:30 radələrində Xətai rayonu, M.Hadi 113 ünvanında olarkən Dünyaxanım taksidən düşmüş və bir neçə dəqiqə sonra bağlamanı götürüb gələrkən saat 23:40 radələrində mülki geyimdə olan polis əməkdaşları onları saxlamışlar. Həmin zaman onun da üzərində günorta vaxtı tanımadığı şəxsdən öz istifadəsi üçün aldığı narkotik vasitə olan “kakos” olmuşdur. O Təqsirləndirilən şəxs narkotik vasitəni götürməyə getməsini yalnız avtomobildə olan zaman bilmiş, hətta Dünyaxanıma getməməkdə israr etmişdir. Onun həmin narkotik vasitədən heç bir məlumatı olmamışdır. Dünyaxanımın anasını saxlanılmamışdan 2 gün əvvəl tanımışdır. Dünyaxanımı tanıyan zaman Dünyaxanım artıq narkotik vasitələrdən istifadə edirdi və onun tərəfindən Dünyaxanım nə narkotk vasitənin satışına, nə də istifadəsinə cəlb edilməmişdir. Həmçinin onun tərəfindən Dünyaxanıma hər hansı formada hədə-qorxu tətbiq edilməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Özünə məxsus “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Şahid1 uzun müddətdir ki, qonşu kimi tanıyır. Hadisə baş verən gün, yəni 07 iyul 2023-cü il tarixdə, gecə saatlarında Qadir ona zəng edərək taksi lazım olduğunu, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığına getmək lazım olduğunu demişdir. O Təqsirləndirilən şəxs həmin gün Qadirin yanında görmüşdür. Qadirlə Dünyaxanım onun maşınına əyləşmiş, əvvəlcə onlar arxa oturacaqlarda əyləşsələr də benzin doldurma məntəqəsində Qadir öndəki oturacağa əyləşmiş, Dünyaxanım isə arxada otumuşdur. O, Dünyaxanımla Qadirin arasında olan söhbəti eşitməmiş, aralarında olan söhbətə qulaq asmamışdır. Gedəcəkləri ünvanı Dünyaxanımgil göstərmiş, o da onları dedikləri yerə aparmışdır. Dünyaxanım maşından düşmüş, binalara tərəf getmişdir. O Dünyaxanımın hansı istiqamətə getdiyinə dəqiqliklə baxmamışdır. O və Qadir maşında qalmışlar. Qəflətən onları polis əməkdaşları saxlamışlar. Həmin vaxt hava qaranlıq olmuş, o, Dünyaxanımın tutulmağını görməmişdir. Daha sonra yanında polis əməkdaşı əyləşərək onu öz maşını ilə polis idarəsinə aparmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxış iclasında əlavə şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Özü Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş, qızı Dünyaxanım tutulmamışdan 2 gün əvvəl azadlığa buraxılmışdır. Cəzaçəkdiyi dövrdə övladları ilə əlaqə yarada bilməmişdir. Oğlu ilə heç bir əlaqəsi olmasa da qızı anası rəhmətə gedənə kimi anasının yanında yaşamışdır. Dünyaxanım narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Dünyaxanımı narkotik vasitədən istifadəyə Qadir öyrətmişdir. 07 iyul 2023-cü il tarixdə gecə saatlarında Dünyaxanım Qadirlə birlikdə evdən çıxan zaman hara getdiyini soruşmuş, Qadir ona bazarlıq edib gələcəklərini demişdir. Dünyaxanım tutulan zaman Qadir hədə-qorxu gələrək bütün olanları boynuna götürməsini tələb etmişdir. Onun qızının heç bir günahı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı X15 tərəfindən tərtib olunmuş, Bakı şəhəri, Xətai rayon Polis İdarəsin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili X10, hal şahidləri Şahid3, X6, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin təhqiqatçısı X4, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü , Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən imzalanmış 08 iyul 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:40-da ünvan 9 ünvanın yaxınlığında saxlanılaraq Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində olan bir ədəd açıq rəngli sellofan bağlamada bükülmüş, içində qəhvəyi rəngli toz şəkilli narkotik maddəyə bənzər bağlamanı təqdim etmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş, həmin sellofandakı toz şəkilli kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 3.825 kiloqram olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarın arxa sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddənin Whatsapp ilə danışdığı, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı tərəfindən mobil telefonda məkan konum vasitəsi ilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Xətai rayonu, M.Hadi küçəsi 113 saylı ünvanın yaxınlığında əvvəlcədən qoyulmuş yerdən götürdüyünü və həmin narkotik vasitəyə bənzər maddəni digər şəxslərə çatdıracağı təqdirdə İran İslam Respublikası vətəndaşından 700 manat pul alacaq olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhülənərək götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, saat 00:40-da başladı və 01:10-da başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (cild 1, i/v 31-34). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 08 iyul 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3684 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 3504,6 qram (3kq 504,6qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi – 3504,6 qram olmuş, 0,2 qram tədqiqata sərf edilmiş, 3504,4 qram qalıq qalmışdır (cild 1, i/v 76-78). - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3504,6 qram (3kq 504,6qr) narkotik vasitə olan heroin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 3504,4 qram (3kq 504,4qr) narkotik vasitə olan heroinin saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsinin nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video görüntülər olan 01 ədəd CD disk iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, i/v 193-201). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-443/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 20, 121-122). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 xx.xx.2023-cü il tarixli, 5338 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 154-155). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 138-139). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” siyahılara, həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini satış məqsədi ilə külli miqdarda əldə edib saxlaması özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitəni 700 manat müqabilində bir yerdən başqa yerə aparmaq üçün əldə etməsi, çəkisinin 500 qram olmasını güman etməsi, narkotik vasitə olan kağız paketi götürmədən polis əməkdaşları tərəfindən saxlanılması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxsi qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 3504,4 qram (3kq 504,4qr) narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video görüntülər olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 3504,4 qram (3kq 504,4qr) narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video görüntülər olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-2299/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2299/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver