Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-230/2022 02.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «ProBono» Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1997-ci ildə Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Baksol yolu» yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 127.2.1, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib şəxslər üzərində zor tətbiq olunması, eləcə də silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən şəxslərə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 29 may 2020-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «Baksol» yaşayış massivində yerləşən «Baksol Market»in yaxınlığında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 təkrarən siqaret istəməsi ilə bağlı sonuncunun iradını bəhanə edib, heç bir əsaslı səbəb olmadan şəxsin üzərində zor tətbiq edib yumruq və təpiklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, burun əsasının, sol gözaltı nahiyənin, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin, sol mil-bilək oynağı nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, xuliqanlıq hərəkətlərini davam etdirib, hadisə yerinə gəlmiş həmin ərazinin sakini Zərərçəkmiş şəxs2 onun qanuna zidd hərəkətlərinə irad bildirdiyinə görə əlində olan deşici xüsusiyyətə malik əşyadan silah qismində istifadə edib, sonuncunun sol qolundan bir dəfə vuraraq sol bazu nahiyəsində səthi deşilmiş yaralar kimi sağlamlığa zərər vurmayan xəsarət yetirdikdən sonra hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, xuliqanlıq hərəkətlərini davam etdirərək yaşadığı evə qaçıb gətirdiyi silah qismində istifadə etdiyi bıçaqla hadisə yerinə gəlib, ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən həmin ərazinin sakini Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq sol bazu və sol bud nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, dizaltı arteriya və venanın, incik və qamış sinirlərinin kəsilməsi ilə müşaiyət olunan sol dizaltı çuxuruna nüfuz edən sol-baldır nahiyəsinin dəlib-keçən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır, ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən digər sakin Zərərçəkmiş şəxs4 bıcaqla vuraraq sağ saidin əzələ və vətərlərinin kəsilməsi və sağ əlin İV-V barmaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin126.2.2, 127.2.1, 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayından ailəsi ilə birlikdə «Baksol» yaşayış massivində olan mal-qara fermasına köçmüşdür. Orada həm işləmiş, yəni mal-qaraya baxmış, həm də fermanın həyətində olan evdə yaşamışlar. 29 may 2020-ci il tarixdə, saat 16:30 radələrində «Baksol Market»in yaxınlığında qadın paltarlarının səyyari satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 siqaret istəmiş, Abas ona bir ədəd siqaret vermiş, ondan aralanandan təxminən on-on beş dəqiqə sonra yolda yenə onunla həmin yerin yaxınlığında rastlaşmış və bir daha siqaret istəmiş, Abas bu dəfə ona kobud cavab verərək «get işinlə məşğul ol, cibinə siqaret al qoy» deyib, ünvanına söyərək onu təhqir etmiş, aralarında mübahisə yaranmış, bir-birlərini yumruqla vurmuşlar. Bu zaman orada olan tanımadığı şəxslər onları ayırmışlar. Mübahisə zamanı onları ayıran Zərərçəkmiş şəxs2 nə üstündə dalaşdıqlarını soruşanda səbəbi demiş, bu dəfə Ramillə bir-birlərini itələmişlər, lakin vurmamışlar. Sonra Ramil kiməsə zəng vurmuş, o isə aralanıb evinə getmişdir. Bundan təxminən beş dəqiqə sonra məhəllədə səs eşitmiş, dörd-beş nəfər oğlan onu çağırmışlar, yanlarına gedəndə hamısı ustünə tökülüşüb, onu döyməyə başlamışlar. Səsə bacısı Aysel gəlmiş, onları ayırmağa çalışarkən oradakı uşaqlardan biri bacısını itələmiş, uca səslə onun ünvanına nalayiq ifadələr işlətmiş və üstünə cummuşdurlar. Əvvəlcə zibillikdə olan çəngəl kimi aləti götürüb üstünə gələn Ramili qolundan vurmuş, lakin onların yenə də üstünə gəldiklərini görüb, qaçaraq evdən mətbəx bıçağını götürüb küçəyə çıxanda onların bacısına söydüklərini eşitmiş, bacısına evə girməyi demiş, bu vaxt həmin oğlanlar yenə onun üstünə cumub onu döyməyə başlamışlar. Onlarla dalaşanda özünü müdafiə etmək üçün kəmərinə keçirdiyi bıçağı çıxarıb havada yelləyərək özünü qorumaq istəyərkən bıçaq həmin şəxslərdən ikisinə dəymiş, lakin bıçağın onların harasına dəyməsini bilməmişdir. Beləliklə onlardan canını qurtarıb aralanmış, bıçağı həyətdə olan hamamın üstünə atıb, göl tərəfə gedib daş sexinin yanında təxminən bir saat qaldıqdan sonra «20 Yanvar» metrosunun yaxınlığında yaşayan qohumugilə gedib, gecəni orada qalmışdır. Qohumugilə hadisə barədə danışmamışdır. Səhəri gün saat 09 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gedib təslim olmuşdur. Sonradan məlum olmuşdur ki, hadisə zamanı bıçaqla xəsarət yetirdiyi şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 olmuşlar və onlara bacardığı qədər maddi yardım göstərmişdir. Belə ki, Fuada xəstəxana xərci olaraq 300 (üç yüz) manat, Elminə isə əməliyyat xərci olaraq 2.000 (iki min) manata yaxın pul vermiş, onlarla barışıq əldə etmişdir. Fuadla Elmini qəsdən bıçaqla vurmamış, onun üstünə gəldikləri və bacısını əllə vurduqları üçün özünü müdafiə etmişdir. Hadisə zamanı döyülərkən qabaq dişi sınmış, dodağı partlamış, sağ qolunun bir neçə yerindən xəsarət almışdır. Ətrafa adlarını dəqiq xatırlamadığı xeyli sayda qonşular toplanmışlar. Davanı ilk olaraq hadisə yerinə gələn oğlanlar başlamış, onu vuraraq, bacısının ünvanına nalayiq ifadələr işlətmişlər, ona görə də özünü müdafiə etmişdir. Xəsarət yetirdiyi Ramil, Elmin, Fuad onu əvvəlcə vurub xəsarət yetirmişlər, Elmin onun dişini sındırmış, digərlərinin isə konkret hansı nahiyəsindən vurmasını bilməmişdir. Məhkəmə ittiham elan olunmuş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, şahidin ifadələrini dinləyib, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 127.2.1, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, səyyar olaraq qadın-uşaq geyimlərinin satışı ilə məşğul olur. 29 may 2020-ci il tarixdə, saat 18:30 radələrində «Baksol Market»in yaxınlığında öz işləri ilə məşğul olduğu vaxt əvvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs ona yaxınlaşaraq siqaret istəmiş, ona bir ədəd siqaret vermiş, Röyal əlində içdiyi «GO» spirtli içkisindən ona təklif etmiş, istəmədiyini deyəndən sonra aralanıb getmişdir. Həmin vaxt Royala «cibinə siqaret al qoy», «posyak» və sair kimi kobud və qıcıqlandırıcı ifadələr işlətməmişdir. Röyal siqareti alıb gedəndən təxminən on beş dəqiqə sonra yenidən ona yaxınlaşaraq, «buraya gəl səninlə işim var» demiş, onunla nə işi ola biləcəyini, öz işi ilə məşğul olmasını deyəndə, gözləmədiyi halda qəfildən yumruqla onun sol gözündən vurmuş, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Yerdə olduğu vaxtda da Röyal onu yumruqla döyməkdə və bədəninin müxtəlif yerlərinə vurmaqda davam etmiş, canını qurtarmaq üçün qışqırmağa başlamış və səsinə yaxınlıqda olan qonşular çıxmışlar. Bu vaxt tanımadığı cavan bir oğlan yaxınlaşıb Röyalı ondan aralamış, sonra huşunu itirdiyindən nə baş verdiyini bilməmişdir. Ətrafdakı adamlar ona su gətirmiş, içib özünə gəldikdən sonra oradakı adamlar Röyalın ora gələn başqa iki nəfərə də bıçaqla vurub xəsarət yetirməsini demişlər. Öz mobil telefonu ilə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, az sonra oraya 4-cü Polis Şöbəsinin əməkdaşları gəlmiş, onu şöbəyə aparmışlar. Şöbədə ərizə yazaraq protokolu imzalamış, daha sonra evə getmiş və yolda özünə aptekdən dərman almışdır. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Röyalla arasında bacısı barədə mübahisə olmamış, onlara qarşı hər hansı bir təhqiramiz, nalayiq ifadələr işlətməmiş, Röyal onu vuran zaman yaxınlıqda olan uşaqları tanımamış, hadisədən sonra 102 xidmətindən başqa heç kimə məlumat verməmişdir, Röyalın bıçaqla vurub xəsarət yetirdiyi Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onların hansı səbəbdən və şəraitdə bıçaqlanması barədə məlumatı olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayətçi deyil, ona qarşı hər hansı bir iddia və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 may 2020-ci il tarixdə, saat 17 radələrində evdə olarkən küçədə səs-küy eşidib çıxanda evinin yaxınlığında pal-paltar satan Zərərçəkmiş şəxs1 üzdən tanıdığı Təqsirləndirilən şəxs döyməsini, Abasın sifətinin pis vəziyyətdə olmasını görüb, yaxınlaşaraq Ramili Abasdan kənarlaşdırmış, Röyal isə sakitləşmək əvəzinə onun da üstünə cummuş, lakin Röyal onu vurmamış və heç bir xəsarət yetirməmişdir. Bu vaxt orada olan qonşu onu öz dükanına salmış, Röyal getdikdən sonra o, dükandan çıxmış və bir qədər aralıda saxladığı «Lada Qranta» markalı maşina əyləşib geri qayıdanda maşını Abasın yanında saxlayıb ona yaxınlaşmış, oraya toplaşan qadınlar polis çağırmalarını demiş, özləri bilər deyib, yenidən maşina əyləşib evə tərəf gedəndə döngədə Röyalın bacısı ilə birlikdə gələrək maşının qabağına çıxdıqlarını görüb maşını saxlayıb düşmüş, Röyal bacısı ilə onun üstünə cummuş, Röyala bacısını kənara çəkməsini demiş, Röyal isə onun üstünə cumub əl-qol atmağa, o isə özünü müdafiə etməyə başlamışdır. Röyalın cibindən nə vaxt bıçaq kimi əşya çıxarmasını görməmiş, Röyal qəflətən onun sol qolunun yuxarı hissəsindən vurmuşdur. Röyalın onu vurduğu alət ikibaşlı çəngəl kimi olmuş, həmin alət ilişib onun qolunda qalmış, çıxarıb yerə tullamışdır. Bu vaxt onlardan bir az aralıda olan anası Şahid2 onun qolundan qan axmasını görüb ürəyi getmiş, ətrafdakı adamlar anasını evə aparmış, o da evə getmiş, evdə anasını ayıltmışlar, onun yarasını sarımış və sonra anası onu küçəyə çıxmağa qoymamışdır. Təxminən on-on beş dəqiqədən sonra yenə küçədə qışqırıq səsi eşitmiş, kimsə «bıçaqladılar» demiş, kimin bıçaqlanmasını bilməmişdir. Bir neçə dəqiqədən sonra küçəyə çıxanda qonşular Röyalın Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs4 bıçaqla vurub xəsarət yetirməsini və onları xəstəxanaya apardıqlarını demişlər. Bir qədər küçədə gözlədikdən sonra polis əməkdaşları gəlmiş, onlarla birlikdə bir qədər aralıda olan dükana gedib kameraya baxmışlar, lakin hadisə kameraya düşməmişdir. Sonra maşınla xəstəxanaya Elminin yanına getmiş, Elmin əməliyyatda olmuş və əməliyyatdan çıxdıqdan sonra onun vəziyyətinin yaxşı olduğunu öyrənib evə getmişdir. Elminlə uşaqlıq dostu olduqlarından o, xəstəxanada olanda yanına gedib, ona baş çəkmişdir. Hadisə zamanı Röyal içkili vəziyyətdə olmuş, belə ki, onu qiyabi tanıdığından hadisədən on beş dəqiqə əvvəl «GO» adlı spirtli içki içməsini görmüş, Röyalla Abasın arasında mübahisə siqaret üstündə baş vermiş, Röyal onunla mübahisə edib onu vuranda Röyalın bacısına və özünə qarşı heç kim heç bir hərəkət etməmiş, kimsəni köməyə çağırmamış, Röyalgili heç kim döyməmişdir. Röyalın onu alətlə vurması üçün heç bir səbəb olmamış, aldığı xəsarətlə əlaqədar tibbi yardım almaq üçün tibb müəssisəsinə müraciət etməmiş, evdə dərman qoyub yarasını sarıdıqlarından həkimə getməyə ehtiyac olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını və ona qarşı hər hansı bir iddia və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, «Baksol» yaşayış massivində nömrəsiz evdə valideyinləri ilə birlikdə yaşayır. Hadisə barədə onu demişdir ki, həmin vaxt oraya təsadüfən gəlmiş və hadisənin səbəbi barədə bilməmişdir. Belə ki, 29 may 2020-ci il tarixdə, saat 17-18 radələrində dükandan evə gələrkən yola toplaşmış adamlara yaxınlaşanda qonşusu Zərərçəkmiş şəxs2 sol qolundan xəsarət almasını, bu vaxt kimliyini sonradan bildiyi Təqsirləndirilən şəxs əlində bıçaq onlara tərəf gəlməsini görüb, yaxınlaşaraq əli ilə onun sinəsindən vuraraq bıçağı tullamasını demiş, bu vaxt Röyal bıçaqla onun sol qolundan iki dəfə vurmuşdur. Röyalın onun bədəninin digər nahiyələrinə vurmaması üçün özünü yerə yıxmış və yerdə olarkən ayaqları ilə müqavimət göstərmişdir. Bu vaxt Röyal bıçaqla onun sol ayağından vurub xəsarət yetirmiş, ətrafdakı qonşular yaxınlaşıb ona kömək etmişlər, həmçinin bir məhəllədə yaşadıqları Zərərçəkmiş şəxs4 da ona yaxınlaşıb aralamaq istəmişdir. Pis vəziyyətdə olduğuna görə Röyalın Fuadı vurmasını görməmiş, sonradan onu da qolundan vurmasını bilmişdir. Ətrafa toplaşan qonşular onu maşınla «Məlikov» adına xəstəxanaya, oradan isə kliniki tibbi mərkəzə aparmışlar. KTM-də xəsarətinə baxıb qəbul etmədiklərindən təcili yardımla «Topçubaşov» adına xəstəxanaya aparılmış və orada əməliyyat edilmiş, bir aydan artıq orada müalicə olunduqdan sonra evə buraxılmışdır. Müalicə olunan zaman Röyalın valideynləri 1.500 (bir min beş yüz) manat əməliyyat xərcini vermiş, bundan sonra müalicəsinə 2.000 (iki min) manat xərci çıxmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayətçi deyil, ona qarşı hər hansı bir iddia və ya tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində, valideynləri isə ünvan 3 ünvanda yaşayırlar. 29 may 2020-ci il tarixdə səhər saatlarında atasıgilə gəlmiş, saat təxminən 17 radələrində qonşu Şahid1 ilə həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olduqları vaxt məhəllədə səs-küy eşidib, nə baş verməsi ilə maraqlanmaq məqsədilə küçəyə çıxmışlar. Atasıgilin evindən təxminən qırx metr aralıda küçədə olan yolayrıcında on beş nəfərə yaxın adamın toplaşmasını görmüş, oraya yaxınlaşanda qonşuları Şahid2 qırmızı rəngli «Vaz-2102» markalı nömrə nişanına fikir vermədiyi avtomobilin qabaq motorxana hissəsinin üzərində huşsuz halda uzanmış vəziyyətdə olmasını görmüşdür. Şəhriyarla o, gələnə kimi qadına hələ heç kim yardım etməmiş, ikisi köməkləşib onu üzərinə uzandığı avtomobilin arxa otaracağına əyləşdirib ayıltmağa çalışmışlar, qonşu uşaqlardan hansısa biri qaçıb su gətirmişdir. Züleyxa bir qədər özünə gələndən sonra avtomobildən düşəndə Təqsirləndirilən şəxs əlində bıçaqla «hanı o» deyə-deyə ona tərəf gələrək kimisə axtardığını görmüşdür. Röyalı əvvəllər tanımamışdır. Diqqətlə baxdıqda Röyalın sağ əlində tutduğu uc hissəsi nisbətən şiş formalı olan təxminən 20 sm. uzunluğunda bıçaqla Zərərçəkmiş şəxs3 üzərinə hücum edib onu vurmaq istəməsini görmüşdür. O, hələ avtomobildə Züleyxaya kömək edən vaxt maşının kənarında dava getmiş, söyüş söyüldüyünü eşitmiş, sadəcə qarışdığı üçün tam fikir verə bilməmişdir. Artıq maşından düşəndən sonra həmin dalaşan şəxslərin Röyalla Elmin olduğunu bilmişdir. Röyal Elmini bıçaqla vurmağa cəhd edən vaxt onları aralaşdırmaq istəyərkən Röyal sağ əlində tutduğu bıçaqla onun sağ qolundan dirsəkdən aşağı hissədən bir dəfə vurmuş, bu zərbədən sornra sağ qolunu hiss etməmiş, güman ki, vətərləri kəsildiyindən sağ biləyi sallanmış və məcbur olaraq Röyalla Elminin ortasından çəkilmişdir. Həmin vaxt Elminin artıq yerə yıxılmış, Röyal isə əlindəki bıçaqla onu yerdə vurmağa cəhd etmişdir. Elmin yerdə uzanmış vəziyyətdə sol ayağını havada sağa-sola yellədib, özünü müdafiə edərək Röyalın onun üstünə gəlməsinə mane olmağa çalışmışdır. Röyalın Elminin sol ayağından bıçaqla vurmasını görsədə də, əlavə neçə zərbə vurmasının şahidi olmamışdır. Getdikcə onun qolundan qan daha güclü axmağa başladığından Şəhriyar onu qonşunun avtomobili ilə «Məlikov» adına xəstəxanaya gətirmişdir. Röyalla Elminin davasının necə sonlandığını görə bilməmişdir. Xəstəxanadan təcili yardımla travmotologiya institutuna aparılmış, orada ona tibbi yardım göstərilmiş, növbəti gün isə «Sity Hospital»da əməliyyat olunmuşdur. Əməliyyata 3.000 (üç min) manat xərci çıxmışdır. Hadisədən sonra Röyal ona baş çəkməmiş, üzrxahlıq etməmiş, bibisi onunla telefonla əlaqəsi saxlamış, ona telefonda əməliyyatına 3.000 (üç min) manat xərci çıxdığını demiş və sonuncu terminal vasitəsilə onun bank kartına 300 (üç yüz) manat pul göndərərək, qalan məbləği də ödəyəcəyini demiş, lakin o vaxtdan sonra bir manat da olsun gdəməmişdir. Sonradan məlum olmuşdur ki, hadisə baş verən gün Röyalın ilk əvvəl Zərərçəkmiş şəxs1la mübahisəsi düşmüş, bu zaman qonşu Züleyxanın oğlu Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. Ramili hadisə yerində görməmişdir. Röyalla Abas və Ramilin arasında baş vermiş münaqişənin səbəblərini bilməmişdir. Hadisə vaxtı Röyalın içkili olubolmaması barədə bilmir. Zərərçəkmiş şəxs4 ifadəsinin sonunda hazırda Təqsirləndirilən şəxs şikayətçi olmadığını, lakin ona dəymiş ziyana görə tələbi olmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən 29 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olmamış, qonşusu ona zəng vurub yaşadıqları məhəllədə dava baş verdiyini və oğlu Zərərçəkmiş şəxs2 da orada olduğunu demiş, tez məhəlləyə qayıtmışdır. Evinin qarşısında qızını görüb, ondan Ramilin harada olduğunu soruşduqda qızı Ramilin evdə olduğunu demişdir. Evlərindən bir qədər aralıda, yem dükanının qarşısında xeyli adamın toplaşdığını görüb, evinə girmədən oraya gedərək həmin ərazidə səyyar şəkildə paltar satan Zərərçəkmiş şəxs1 sifətinin xəsarət almış vəziyyətdə olduğunu görmüş, nə baş verdiyini soruşduqda məlum olmuşdur ki, qonşuluqda olan fermanın fəhləsi Təqsirləndirilən şəxs Abbası döymüş, Ramil də səs-küyü eşidib onları ayırmışdır. Həmin vaxt polisə zəng vurmaq istəyəndə yenə dava olması barədə kiminsə qışqırmasını eşitmiş, çevrilib geri baxanda onların evlərindən iki ev əks tərəfə doğru dava getdiyini görmüş və Ramil də orada olmuşdur. Qaçaraq həmin yerə özünü çatdıranda Röyalın bacısı Ayselin Ramillə dalaşmasını və ona nalayiq sözlər deməsini görmüş, tez araya keçib Ayselin yaxasından tutmuş, Ramilin onun oğlu olmasını və ona kimi söyməsini demişdir. Aysel bilmədiyini deyib kənara çəkilmiş, Röyal da onun arxasında olmuşdur. Onlar Ramilin onun oğlu olduğunu biləndə başlarını aşağı salmışlar, Röyal çox pis olmuşdur. Çevrilib Ramilə baxanda onun sol qolunun qanamış vəziyyətdə olduğunu görmüş, Ramil Röyalın onu bıçaqla vurmasını demişdir. Ramilin qolunu qanamış vəziyyətdə, rənginin də ağardığını görüb özünü çox pis hiss etmiş, yerə yıxılmamaq üçün yaxınlıqdakı qara rəngli maşının üstünə başını qoymuş, sonra huşu getmiş və kimin ona kömək etdiyini bilməmişdir. Özünə gələndə orada dayanmış qırmızı rəngli «Vaz» markalı avtomaşının arxa oturacağında olmuşdur, yanında isə heç kim yox idi. Birtəhər maşından düşüb Ramili axtaranda artıq sakitlik olmasını görmüş, kimsə onun qolundan tutub evinə aparmış, Ramilin evdə olduğunu görüb sakitləşmişdir. Bir qədər sonra bayıra çıxanda oraya toplaşmış adamlar o, huşunu itirəndən sonra Röyalın oraya gələn Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 bıçaqla vurmasını ona demişlər. Fuad həmin vaxt ona kömək edirmiş. Fuad və Elmin xəstəxanaya aparıldıqlarından onları görə bilməmiş, ətrafdakı adamlardan polisə məlumat verilib-verilmədiyini soruşduqda məlumat vermədiklərini demişlər. Öz mobil telefonu ilə 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat vermişdir. Evə qayıdıb Ramilə Fuadgilin bıçaqlandığını deyəndə Ramil bu barədə məlumatı olmadığını demişdir. Belə ki, qonşulardan kimsə davaya girməməsi üçün Ramili içəri salmışdır. Abası uzun müddətdir tanıyır, sakit təbiətli insandır, Röyal isə qonşunun fermasında mal-qaraya baxan zəhmətkeş oğlandır və onların arasındakı mübahisənin səbəbini bilməmişdir. Röyal Ramilə çəngəllə xəsarət yetirmiş, həmin çəngəli özü polisə təqdim etmişdir. Röyalın kimisə vurmasını gözləri ilə görməmiş, onun əvvəllər də kiməsə qarşı mənfi hərəkətinin şahidi olmamışdır. Hadisə vaxtı onu kimsə vurmamış, oğlunun qolunun qanadığını görəndə özünü pis hiss edərək huşunu itirmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, ailə üzvlərilə birlikdə yaşayır. 29 may 2020-ci il tarixdə, saat 17 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs4 evinin həyətində olan zaman məhəllədə səsküy eşidib, nə baş verməsi ilə maraqlanmaq məqsədilə küçəyə çıxdıqda Fuadgilin evindən təxminən qırx metr aralıda küçədə olan yolayrıcında on-on beş nəfərə yaxın adamın toplaşmasını görmüşlər. Onlar həmin yerə yaxınlaşanda qonşu Züleyxa adlı qadının qırmızı rəngli «Vaz-2102» markalı nömrə nişanına fikir vermədiyi avtomobilin qabaq motorxana hissəsinin üzərində huşsuz halda uzanmış vəziyyətdə olmasını görmüşlər. Fuadla köməkləşib həmin qadını üzərinə uzandığı avtomobilin arxa otaracağına əyləşdirmiş və onu ayıltmağa çalışmışlar, bu zaman qonşu uşaqlardan kimsə su gətirmişdir. Qadın bir qədər özünə gələndən sonra Fuad maşından düşmüş və həmin zaman qonşuluqda yaşayan Röyal adlı cavan oğlanın əlində bıçaq olduğunu görmüşdür. Həmin yer qarışıqlıq olmuş, nə baş verdiyini diqqətlə izləyə bilməmişdir. Bir də Fuadın sağ qolundan qan axmasını görmüş, Fuad Röyalın onu bıçaqla vurduğunu demişdir. Fuadın sağ biləyi sallanmış və onun qolundan qan daha güclü axmağa başlamışdır. Buna görə də Fuadı qonşu Vüqarın maşınına əyləşdirib, «Məlikov» adına xəstəxanaya, oradan da təcili yardımla travmotologiya institutuna aparmış və orada Fuada tibbi yardım göstərilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Röyalın Fuadı hansı səbəbdən vurmasını dəqiq bilməmiş, amma Röyalın başqa adamla dava edərkən Fuad araya keçəndə onu da vurmasını başa düşmüşdür. Davanın tam detallarını bilməmiş, qarışıqlıq olduğu üçün görə bilməmişdir. Münaqişə yerində adlarını bilmədiyi üzdən tanıdığı xeyli adam olmuşdur (cild 02, i.v. 38-40). Bundan başqa, iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin 29.05.2020-ci il tarixli raportundan görünür ki, həmin gün saat 16:47 radələrində DİN-in 102 xidmətindən daxil olmuş məlumatda Nərimanov rayonu, Montin qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Qraş oğlunun Rəsulzadə qəsəbəsi, «Baksol Market»in yanında bir nəfər kişi tərəfindən döyülməsi nəticəsində baş və üz nahiyəsindən xəsarət alması bildirlmişdir (cild 01, i.v. 04). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin 29.05.2020-ci il tarixli raportundan görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, «Baksol» yaşayış massivindəki «Baksol Market» in yanında yaşayan Şahid2 bir nəfər naməlum şəxsin üç-dörd nəfər şəxsə müxtəlif bıçaq xəsarəti yetirməsi, habelə bir nəfər şəxsi döyməsi barədə məlumat vermişdir (cild 01, i.v. 06). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin 29.05.2020-ci il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 18:10 radələrində 6 saylı «Məlikov» adına BŞX-ın həkimi Z.Hacızadə məlumat vermişdir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, «Baksol» yaşayış massivində yaşayan 1995-ci il təvəllüdlü X8 və Nəsimi rayonu, «28 may» küçəsi 14/40-da yaşayan Zərərçəkmiş şəxs4 «Baksol» yolunda, «Baksol market»in yaxınlığında xəsarət alması ilə bağlı müraciət etmişdir (cild 01, i.v. 07). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 29.05.2020-ci il tarixli protokolundan görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qatlanmayan bıçaq hadisə yerinin yaxınlığında yerləşən yaşadığı fermanın həyətində olan hamamın damından aşkar edilib götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmişdir (cild 01, i.v. 08). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 30.05.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 16:35-də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 22-23). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 01.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 01, i.v. 64). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 01.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, bu barədə iltizam imzalamışdır (cild 01, i.v. 85-87). İş materiallarındakı Zərərçəkmiş şəxs1 01.06.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs valideynləri ona dəymiş ziyanı ödədikləri üçün barışmışlar və Röyala qarşı şikayət və ya tələbi yoxdur (cild 01, i.v. 90, 110). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 08.06.2020 və 26.04.2021-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur (cild 01, i.v. 91; 237). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 820 nömrəli 08.06.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər- sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları, burun əsasının, sol gözaltı nahiyənin, sol bazının, sol dirsək oynağı nahiyəsinin, sol saidin, sol mil-bilək oynacı nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən iki-üç gün əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 29.05.2020-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə yetirilə bilərdilər, xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 01, i.v. 98-99). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin30.06.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 121-124). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin01.07.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 139-141). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin03.07.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə (Təqsirləndirilən şəxs səhhətində yaranmış problemlə əlaqədar müalicə olunduğundan istintaqa gələ bilmədiyi üçün) əsasən dayandırılmışdır (cild 01, i.v. 142). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/781 nömrəli 07.08.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəğ bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir; aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir (cild 01, i.v. 145-146). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 01.09.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından icraat təzələnmişdir (cild 01, i.v. 147-148). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 05.09.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə (Təqsirləndirilən şəxs səhhətində yaranmış problemlə əlaqədar müalicə olunduğundan istintaqa gələ bilmədiyi üçün) əsasən dayandırılmışdır (cild 01, i.v. 163). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 1043 nömrəli 08.08.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki,Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər- dizaltı arteriya və venanın, incik və qamış sinirlərinin kəsilməsi ilə müşaiyət olunan sol dizaltı çuxuruna nüfuz edən sol baldır nahiyəsinin dəlib keçən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) deşici-kəsici təsirindən, sol bazu nahiyəsinin və sol bud nahiyəsinin kəsilmiş yaraları isə kəsici əşyanın (alətin) kəsici təsirindən təsirindən onun tibbi yardım üçün Akademik M.A.Topçubaşov adına X3 müraciət etdiyi 29.05.2020-ci il, saat 18:00dan bir qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sol bazu nahiyəsinin və sol bud nahiyəsinin kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, dizaltı arteriya və venanın, incik və qamış sinirlərinin kəsilməsi ilə müşaiyət olunan sol dizaltı çuxuruna nüfuz edən sol baldır nahiyəsinin dəlib keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 29.05.2020-ci il tarixdə bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya bu günə qədər (08.08.2020-ci il) maddi sübut (bıçaq) təqdim edilmədiyindən Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin həmin bıçaqla yetirilməsini təyin etmək mümkün olmamışdır (cild 01, i.v. 167-169). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 929 nömrəli 17.07.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki,Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarət- sağ saidin əzələ vətərlərinin kəsilməsi və sağ əlin İV-V barmaqlarında hərəkət məhdudluğu ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün Ə.D.Məlikov adına 6 saylı BŞX-na müraciət etdiyi 29.05.2020-ci il tərixdən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 29.05.2020-ci il tarixdə bıçaqla yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya bu günə qədər (17.07.2020-ci il) maddi sübut (bıçaq) təqdim edilmədiyindən Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlərin həmin bıçaqla yetirilməsini təyin etmək mümkün olmamışdır (cild 01, i.v. 170-171). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 16.0.2020-ci il tarixli 1828 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri- xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meyilli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, həmçinin hazırki müayinə zamanı əhvalruhiyyəsinin dəyişkənliyi, emosional dayanaqsızlığı və sair təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Bu şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək qabiliyyətində olmuşdur, buna görə də, törətdiyi əməl bərasəndə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək qabiliyyətindədir, əməli Azərbaycan Ruspublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, i.v. 175-176). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 30.09.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından icraat təzələnmişdir (cild 01, i.v. 177-178). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin30.09.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinə (təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların araşdırılması və bundan sonra əməlinə yekun hüquqi qiymət verilməsi üçün əlavə şahidlərin dindirilməsi zərurəti yarandığından) əsasən dayandırılmışdır (cild 01, i.v. 183). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 1679 nömrəli 12.10.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər-sol bazu nahiyəsindəki çapıqlar səihi deşilmiş yaraların izləri olmaqla deşici əşyanın (əşyaların) təsirindən müayinədən bir ay, bir ay yarım əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən 29.05.2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən çəngəllə vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər (cild 01, i.v. 186-187). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsin 19.09.2020-ci il tarixli 6316 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (cild 01, i.v. 188). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin16.11.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından icraat təzələnmişdir (cild 01, i.v. 189-190). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 50/1043 nömrəli 18.11.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi istisna olunmur (cild 01, i.v. 200-202). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 51/929 nömrəli 18.11.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi istisna olunmur (cild 01, i.v. 204-206). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 23.11.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə (Təqsirləndirilən şəxs səhhətində yaranmış problemlə əlaqədar müalicə olunduğundan istintaqa gələ bilmədiyi üçün) əsasən dayandırılmışdır (cild 01, i.v. 209). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 04.12.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından icraat təzələnmişdir (cild 01, i.v. 211-212). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 07.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir (cild 01, i.v. 217). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 07.12.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi mükün olmadığından) əsasən dayandırılmışdır (cild 01, i.v. 218). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhər prokurorunun 05.04.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 07.12.2020-ci il tarixli «cinayət işi üzrə icraatın dayandırılması haqqında» qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək iş üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.2.1, 126.2.2 və 221.3-cü maddələrinə tövsif edilərək cinayət işi əlavə istintaqın aparılmasının təmin edilməsi üçün Binəqədi Rayon Prokurorluğu vasitəsilə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 01, i.v. 221-225). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 13.04.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi mükün olmadığından) əsasən dayandırılmışdır (cild 01, i.v. 235). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 28.07.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından icraat təzələnmişdir (cild 01, i.v. 243). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 28.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 126.2.2, 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 01, i.v. 245-246). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 28.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmiş və tutulduqda Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v. 247-248). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 28.07.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə (təqsirləndirilən şəxs tutulana kimi) əsasən dayandırılmışdır (cild 01, i.v. 250-251). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 30.07.2021-ci il tarixli 059-27652 nömrəli məktubundan görünür ki,Təqsirləndirilən şəxs barəsində 29.07.2021-ci il tarixdə 41102/21 nömrəli axtarış işi açılmışdır (cild 01, i.v. 253). İş materiallarındakıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin 30.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutlmuşdur (cild 02, i.v. 02). İşmateriallarındakıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin30.07.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından icraat təzələnmişdir (cild 02, i.v. 03-04). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-786/2021 nömrəli 31.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 24-29). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 02.09.2021-ci il tarixli protokolundan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bıçaq Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs4 təqdim edilən bıçağı tanıyaraq Təqsirləndirilən şəxs 29.05.2020-ci il tarixdə həmin bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. (cild 02, i.v. 41). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi barədə 22.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qatlanmayan bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 02, i.v. 47-58). Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 19.11.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyil, lakin ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar tələbi var. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 25.01.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs bağışlamışdır, ona qarşı hər hansı bir tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 11.02.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 11.02.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «ProBono» Vəkil Bürosunun vəkili X4 məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 55 (əlli beş) saat müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.2, 127.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin sözügedən maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə özünü qismən təqsirli bilməsinə, yəni hadisə zamanı iki avtomobildə dörd-beş nəfərdən çox şəxsin ona və bacısına hücum etmələri, məcbur qalıb onlar çox olduğu üçün özünü və bacısını müdafiə etməsi, həyəcanlı olması, kiməsə qəsdən xəsarət yetirmək istəməməsi, qorxu və həyəcanın təsiri altında özlərini müdafiə və onları qorxutmaq üçün hərəkət etməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi kimi qiymətləndirir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23.03.2004-cü il tarixli 1 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Bu Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış özünün qismən etirafedici, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə baxış, üzləşdirmə, əşyanı tanınmaya təqdim etmə kimi istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etməsi, onlardan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar tələbi olduğunu bildirsə də, bu barədə mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası CPM-nin yuxarıda istinad olunan 180.2-ci maddəsinin məzmununda nəzərdə tutulan hüququ izah olunmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.4-cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qatlanmayan bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Azərbaycan RespublikasıVəkillər Kollegiyasının «ProBono» Vəkil Bürosunun nəfinə 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi iləəlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.2, 127.2.1, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 126.2.2-ci maddə ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 127.2.1-ci maddə ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «ProBono» Vəkil Bürosunun nəfinə 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qatlanmayan bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-230/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-230/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver