Məhkəmə qərarları › İş №1(101)-230/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-230/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-230/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X11 Əsgərovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1982-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qaraburc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Şərur rayonu, Qaraburc kəndində qeydiyyatda olub Bakı şəhəri. Suraxanı rayonu. Binə qəsəbəsi, X18, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq təcridxansında saxlanılan, Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X14 yerləşən nömrəsiz fərdi yaşayış evində oğlu Ümid Rəsulovu oxuduğu orta məktəbin müəllimi tərəfindən dərslərinə zəif hazırlaşdığına görə ona verilmiş məlumatla əlaqədar əli ilə Ümüdü vurduğuna görə arvadı Zərərçəkmiş şəxs müdaxilə edib oğlunun vurulmasına görə iradını bildirməsi səbəbindən onula mübahisə edərəkən azyaşlı uşaqları 27 avqust 2008-ci il təvüllüdlü oğlu Şahid1 və 14 iyu 2013-cü il təvəllüdlü qızı Şahid2 gözü qarşısında, yəni xüsusi amansızlıqla evdə olan dəmir dabankeşlə Zeynəb Rəsulovanın baş nahiyəsinə, əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq Zeynəb Rəsulovaya qapalı kəlli beyin travması, baş beyin silkələnməsi, sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı (hematoması), sağ göz ətrafı yumşaq toxumaların qançırı, təpə nahiyəsinin səthi əzilmiş yarası, sol qıılaqönü və boyun nahiyəsinin hematoması. çənəaltı nahiyənin, döş qəfəsinin və burunun qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, İV-V qabırğaların az yerdəyişən sınığı, sağ tərəfin hemopnevmotoraks kimi sağlamığın uzunmüddətli pozulmasına səbəb olan dərəcəsinə görə az ağır zərərvurmaya aid xəsarətələr yetirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, məhkmədə ona zərərçəkmiş şəxs kimi təqdim olunan X7 onun hayət yolaşıdır. Onunla münasibətləri daima yaxşı olmuşdur. Evli olduqları bütün müddət ərzində aralarında heç bir ciddi münaqişə yaşanmamışdır. Onunla Zeynəb arasında baş vermiş mübahisədən bir gün əvvəl oğlu Ümüdin müəllimi onunla telefon əlaqəsi saxlayaraq Ümüdin dərslərindən geri qaldığını, dərslərini oxumadığını və nadinclik etməsini dedi. Bununla bağlı o, Ümüdə hirslənərək dərslərini oxumaması ilə bağlı irad bildirəndə Zeynəb araya girərək Ümüdi döyməyə mane olduğu üçün ona əsəbləşib Zeynəbə bir sillə ilə vurmuşdur. Zərbədən Zeynəb yerə yıxıldı və başı yatağın taxtasına dəydi. O, Ümüdə hirslənmişdir, lakin onu da döyməmişdir. Həyat yoldaşı uşağı qoruyurdu deyə yoldaşını vurmuşdur. Uşaq məktəbdə tərbiyəsizlik etmişdi, o da onu tərbiyələndirmək istəmişdir, lakin yoldaşı ona icazə verməmişdir. O, Zeynəbi dabankeşlə vurmamışdır. O, Zeynəbə bir sillə vurmuşdur, o da onun təsirindən yerə yıxıldı. O, Zeynəblə əvvəl yataq otağına keçib orada sözlə mübahisə etmişlər. Uşağın məktəbdə sinif yoldaşı ilə dalaşması ilə bağlı sinif rəhbəri əvvəllcə onun yoldaşı Zeynəbə də xəbər vermişdi. Yoldaşı ondan bu məlumatı gizlətmişdi. Zeynəbin aldığı xəsarətləri başı yatağın taxtasına dəyəndə alıb. O, Zeynəbə silləni öz yataq otaqlarında vurmuşdur. O, uşaqların gözü qarşısında Zeynəbə sillə vurmamışdır. Onun uşaqlarına iztirab və ya əziyyət fikri olmamışdır. Zeynəbə qarşı da amansız olmamışdır. Ümüdü tanbeh edəndə yoldaşı Zeynəb araya girdiyinə görə əsəbləşib ona bir sillə vurmuşdur. Onu sillə ilə vurmağa görə peşimandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə elan edilən ittihamda nəzərdə tutlan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, 2007-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki azyaşlı övladı var. Oğlu Şahid1 xx.xx.2008-ci il tarixdə, qızı Şahid2 isə xx.xx.2011-ci il tarixdə dünyaya gəlmişlər. Həyat yoldaşı Zeynab ilə münasibətləri daima yaxşı olmuş, evli olduqları bütün bu müddət ərzində aralarında heç bir zaman ciddi münaqişə yaşanmamışdır. Lakin, xx.xx.2022-ci il tarixdə işdə olduğu zaman oğlu Ümüdin müəllimi onunla telefon əlaqəsi saxlayaraq Ümüdin dərslərində geri qaldığını, dərslərini oxumadığını və nadinclik etməsini demişdir. Həmin gün axşam saatlarında işdən evə gec qayıtdığı üçün bu barədə oğlu ilə danışa bilməmişdir. Növbəli gün, yəni 23 oktyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində evə gəlmiş, evə gəldikdən sonra yemək yeyərək bir qədər spirtli içki qəbul etmişdir. Evdə olduğu zaman oğlu Ümüdə hirslənərək dərslərini oxumaması ilə bağlı irad bildirmişdir. Bir qədər sonra əsəbləşərək oğlu Ümüdi sillə ilə üzündən vurmuşdur. Bu zaman Zeynab araya girərək Ümüdi döyməyinə mane olduğu üçün o, daha da əsəbləşmişdir. Buna görə də o, Zeynabı da əli ilə üzündən vurmuşdur .Zərbədən Zeynab yerə yıxılmış və başı yatağın taxtasına dəymişdir. Daha sonra o, Zeynabı dəmir dabankeç, əl və ayaqla döyməyə başlamışdır. Sərxoş olduğundan ondan sonra olanları xatırlamamışdır. Daha sonra evdən çıxaraq marketə gedib «Hell» alıb içmiş evə gəldiyi vaxt evdə heç kim olmamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X8 ifadələrində göstsrdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 23 oktyabr 2022-ci il tarixində saat 12:00 radələrində evdə olan zaman oğlu Ümüd məktəbdən gəldiyi vaxtdan təxminən bir-iki saat sonra Amil evə gəldi. Amil Ümüdü yanına çağıraraq ona müəlliməsi tərəfindən şikayət olduğunu deyib dərslərini yaxşı oxumamağı ilə əlaqədar hirsləndi və dabankeşlə Ümüdü vurmağa başladı. O da onların aralarına girərək Amilə “uşağı vurma” demişdir. Amil də onu öz yataq otağlarında bir dəfə sillə ilə vurdu. İndi də Amil ilə barışmışdır. Amildən şikayətçi deyil. Heç bir tələbi yoxdur. Amil onu dabankeşlə vurmayıb, bir dəfə sillə ilə vurub. Amil onu vuranda uşaqlar onların yanında olmayıb. Amil onu öz yataq otaqlarında vurub. On altı ildir ki, Amil ilə ailə həyatı qurublar. İndiyə kimi belə münaqişə olmayıb. O, Amil ilə ayrılmaq istəmir. Məktəbdə Ümüd daima nadinclik edirdi, ona görə Amil ona əsəbləşirdi. Amil Ümüdü tərbiyələndirmək istəyirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahlarından iki azyaşlı uşaqlan oğlum xx.xx.2008ci il təvəllüdlü Şahid1, xx.xx.2011-ci il il təvəllüdlü qızı Şahid2 doğulmuşdur.Həyat yoldaşı Amillə münasibətləri daima yaxşı olmuş, evli olduqları bütün bu müddət ərzində aralarında heç bir zaman ciddi münaqişə yaşanmamışdır. xx.xx.2022-ci il tarixində saat 12 radələrində evdə olan zaman oğlu Ümüd məktəbdən gəldiyi vaxtdan təxminən 1 saldan sonra həyat yoldaşı Amil evə gəlmişdir. Həmin vaxt Amil içkili olmuş evə gəldikdən sonra yemək yedikdə də spirtli içki qəbul etmişdir. Amil sonradan oğlu Ümüdü yanma çağıraraq onun bu gün müəlliməsi tərəfindən şikayət olunmasını və dərslərini yaxşı oxumamağı ilə əlaqədar hirslənmiş və qızı Ayana evdəki dəmir dabankeşi gətirməsini demişdir.Həmin vaxt kiçik qızı Ayan dabankeşi gətirmək istəməsə də Ayanm üstünə çığırmışdır.Daha sonra Amil özü dabankeşi əlinə götürərək oğlu Ümüdü vurmağa başladığı vaxt o, aralarına girərək uşağı vurmamasını bildirmişdir.Həmin vaxt Amil uşağı buraxıb onun üzərinə gəlmiş və dabankeşlə başımdan vurmuş, daha sonra əli və ayağı ilə döyməyə başlamışdır. O, yerə yıxıldıqdan sonra başını döşəməyə bir neçə dəfə çırpmış və saçından tutaraq sürütdüyüb yataq otağına aparmışdır.Yataq otağında onu dabankeşlə döyməyinə davam edib onu boğmağa başlamışdır .Həmin vaxt Amilə zəng gəlmiş o telefonla danışandan sonra oğluna taksi sifariş verməyi demişdir.Taksi gəldikdən sonra isə evdən çıxıb getmişdir.Oğlum Ümüd yanına gələrək onu yerdən ayağa qaldırmışdır.O, özündə olmadığı üçün Ümüdə qardaşına zəng etməsini demişdir. Qardaşı evə gələrək təcili yartım çağırmış və onlar Sabunçu Xəstəxanasına getmişlər.Orada müayinə edilmiş, Amilin onu döyməsi nəticəsində o, ağır xəsarət almışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun atası, zərərçəkmiş şəxs kimi təqdim olunan X7 onun anasıdır. 23 oktyabr 2022-ci il tarixində saat 12:00 radələrində dərsdən evə qayıtmışdır. Bundan bir saat sonra atası evə gəlib ondan müəllimin şikayət etdiyini deyib yanına çağırıb ona hirsələnib dabankeşlə onu vurmaq istəyəndə anası Zeynəb araya girib onları ayırmışdır. O da evdən çıxmışdır. Evə qayıdanda atasının anasını vurduğunu bilmişdir. O, atasının anasının döydüyünü görməmişdir. O, ancaq evə qayıdanda anasının vəziyyətinin pis olduğunu görmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun atası, zərərçəkmiş şəxs kimi təqdim olunan X7 onun anasıdır. 23 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində evdə olan zaman qardaşı Ümüd məktəbdən gəldi. Bundan təxminən bir saat sonra atası Amil də evə gəldi və Ümüdü yanına çağıraraq müəlliməsi tərəfindən ondan şikayət olunduğunu deyib ondan dərsini yaxşı oxumamasının səbəbini soruşub ona hirsləndi. Bundan sonra atası ona dabankeşi gətirməyi tapşırdı. O da atasının istədiyinə görə dabankeşi gətirərərk atasına verib həyətdə oynamağa getmişdir. Atası da dabankeşi əlinə götürərək Ümüdü vurmaq istədi. Anası Zeynəb onlarını aralarına girərək atasına “Ümüdü vurma” dedi. O, atasının anasını döydüyünü görməmişdir. Atası onun gözünün qarşısında dabankeşlə heç kimi vurmamışdır. O, evə su içməyə qayıdanda anasını döyüləndən sonra görmüşdür. O da anası döyüləndən sonra, anasını görərək ağlamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs bacısı X3 həyat yoldaşıdır. 23 oktyabr 2022-ci il tarixində bacısı oğlu Şahid1 ona zəng edib atası Amilin anası Zeynəbi döydüyünü bildirib “təcili gəl” dedi. O da bacısı Zeynəbin Suraxanı rayonu, Binə qəsəbəsi, X12 yaşadığı evə getmişdir. O, evə daxil olduqda Zeynəbın huşsuz vəziyyətdə olduğunu görüb təcili yardıma zəng etmişdir. Təcili yardım gəlib Zeynəbi xəstəxanaya apardı. Sonradan ona yeznəsi Amilin sərxoş vəziyyətdə oğlu Ümüdü döyməsi səbəbindən Zeynəb araya girib, Amil də Zeynəbi döyüb. O, Amilin Zeynəbi döyməsinin şahidi olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunumuş məhkəmə- tibb ekspertinin 19 noyabr 2022-ci il tarixli 1243 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - dərialtı emfızema ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks, sağda İİİ- İV-V qabırğaların sınıqları, baş beyin silkələnməsi, sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı (hematoması), sağ göz ətrafı yumşaq toxumaların qançırı, təpə nahiyəsinin səthi əzilmiş yarası, sol qulaqönü və boyun nahiyəsinin hematomasn çənəaltı nahiyənin, döş qəfəsinin, burunun qançırlar aşkar edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən 22 oktyabr 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasma və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Şahid X9 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır, zərərçəkmiş şəxs kimi təqdim olunan X3 barəsində tibbi eksperiza keçirib. Onunla yaxınlığı və ədavəti olmayıb. Müayinə zamanı Zeynəb Rəsulovanın bədən səthində xəsarət kimi dərialtı emfizema ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks, sağda İİİ-İV-V qabırğaların sınıqları, baş beyin silkələnməsi, sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı, sağ göz ətrafı yumuşaq toxumaların qançırı, təpə nahiyəsinin səthi əzilmiş yarası, sol qulaq önü və boyun nahiyəsinin hematoması, çənəaltı nahiyənin, döş qəfəsinin, burunun qançırları müəyyən olunmuşdu. Ağır xəsarət kimi dərialtı emfizema ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks və sağda İİİ-İV-V qabırğaların sınıqları müəyyən olunmuşdu. O, rəyi həm Zeynəb Rəsulovanı ilkin müayinə etmiş həkimin qoyduğu diaqnoza əsasən, həm də Zeynəbin özünü əyani olaraq görərək vəziyyətini nəzərə alıb bu nəticəyə gəlmişdir. Hemopnevmotoraks döş boşluğuna qan ilə havanın toplanmasıdır. Bu hal həyat üçün təhlükəlidir. Zeynəb xanım stasionar müalicə olunaraq iyirmi gün stasionar müalicədə olub. Onun dediyi xəsarətlər birbaşa ölümlə nəticələnə bilən xəsarətlərdir. Baş beyin silkələnməsi xarici görünüşdən müəyyən oluna bilmir. Məhkəmədə elan olunub araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 fevral 2023-cü il tarixli 379 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21- ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş «təqdim etmə və götürmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxsın təqdim etdiyi bir ədəd dəmir dabankeş maddi sübut kimi tanınıb saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməllərini zərərçəkmiş şəxs X5 xüsusi amansızlıqla ağır bədən xəsarətləri yetirmə kimi qiymətləndirib Azərbaycan Respublikasının CM-nin 126.2.3cü maddəsi tövsif etmişdir. Məhkəmədə ittiham tərəfinin ittihamı təsdiq edən sübutlar kimi təqdim etdiyi hallar araşdırılarkən Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmişi dabankeşlə vurmadığını, onu sillə ilə vuranda sonuncunun yıxılıb başının yataq dəstininin taxtına dəydiyini göstərdi. Zərərçəkmiş şəxs da həmin halı təsdiq etdi. Şahidlər Şahid1 qızı və Şahid2 isə atasının anasını döyməsini görmədiyini göstərdilər. Məhkəmədə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 qızının və Şahid2 ifadələrini onların ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və işin faktiki halları ilə müqayisəli təhlil edib onların ibtidai istintaq zamanı verdiyi ifadələrinin işin faktiki hallarına uyğun olduğu qənaətinə gəlir və onların məhkəmədəki ifadələrinin Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadələr olaraq qiymətləndirir, onların ibtidai istintaq zamanı ifadələrində göstərdiyi halları nəzərə alır. Çünkü onların ilkin ifadələrində Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsinin baş verməsinin vaxtı, yeri, halları və vizual nəticələri öz əksini tapmışdır. Həmin hallar da məhkəmədə öz təsdiqini tapdı. Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin onların təqsirləndirilən şəxsin yaxın qohumları olub, ona qarşı ittihamedici ifadələr verməməkdə sərbəst olmaq hüququndan istifadə edib təqsirləndirilən şəxsin müdafiəsinə yararlı olmaq kimi qiymətləndirir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunumuş məhkəmə- tibb ekspertinin 19 noyabr 2022-ci il tarixli 1243 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər, dərialtı emfızema ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks, sağda İİİ- İV-V qabırğaların sınıqları, baş beyin silkələnməsi, sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı (hematoması), sağ göz ətrafı yumşaq toxumaların qançırı, təpə nahiyəsinin səthi əzilmiş yarası, sol qulaqönü və boyun nahiyəsinin hematoması çənəaltı nahiyənin, döş qəfəsinin, burunun qançırların dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid olduğunun göstərildiyi müəyyən olundu. Məhkəmədə araşdırılmış məhkəmə tibbi ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1243 saylı rəyinə əsəasən yetirilmiş xəsaərətlərin ,ümumilikdə, ağır zərərvurmaya aid edilməsi əsaslı şübhələrlə müşahidə olundu, çünkü ümümi anlamda ağır xəsarət dedikdə dəqiq olaraq hansı xəsarətin ağır zərərvurmaya aid olunması ehtiva olunur. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadələrində zərərçəkmiş şəxs X7 barəsində məhkəmə tibbi eksperiza keçirdiyini, Zeynəb Rəsulovanın bədən səthində dərialtı emfizema ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks, sağda İİİ-İV-V qabırğaların sınıqları, baş beyin silkələnməsi, sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı, sağ göz ətrafı yumuşaq toxumaların qançırı, təpə nahiyəsinin səthi əzilmiş yarası, sol qulaq önü və boyun nahiyəsinin hematoması, çənəaltı nahiyənin, döş qəfəsinin, burunun qançırları müəyyən olunduğunu, ağır xəsarət kimi dərialtı emfizema ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks və sağda İİİ- İV-V qabırğaların sınıqları müəyyən olunduğunu, rəyi həm Zeynəb Rəsulovanı ilkin müayinə etmiş həkimin qoyduğu diaqnoza əsasən, həm də Zeynəbin özünü əyani olaraq görərək vəziyyətini nəzərə alıb verdiyini göstərdi. Məhkəmədə elan olunub araşdırılmış 05 sentyabr 2023-cü il tarixli 584 saylı rəyindən görünür ki, X3 adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suala uyğun olaraq onun bədənində sağda İV-V qabırğaların az yerdəyişən sınığı, sağ tərəfli hemopnevmotoraks, qapalı kəllə beyin travması, beyin silkələnməsi, sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı (hematoması), sağ göz ətrafı yumşaq toxumaların qançırı, təpə nahiyəsinin səthi əzilmiş yarası, sol qulaqönü və boyun nahiyəsinin hematoması, çənəaltı nahiyyənin, döş qəfəsinin, burunun qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dabankeşlə yetirilə bilərdi, dərəcəsinə görə sağda İV-V qabırğaların az yerdəyişən sınığı, sağ tərəfli hemopnevmotoraks sağlamlğının uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, digər xəsatərlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə elan olunub araşdırılmış 28 noyabr 2023-cü il tarixli 828 saylı rəyindən görünür ki, X3 adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsasən X1 İİİ-V qabırğaların az yerdəyişən sınığı, sağ tərəfli hemopnevmotoraks, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol göz ətrafı yumşaq toxumaların şişkinlik və qançırı (hematoması), sağ göz ətrafı yumşaq toxumaların qançırı, təpə nahiyəsinin səthi əzilmiş yarası, sol qulaqönü və boyun nahiyəsinin hematoması, çənəaltı nahiyənin, döş qəfəsinin , burunun qançırları olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən dəmir materialdan olan dabankeş ilə zərbə yetirilməsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə sağda İV-V qabırğaların az yerdəyişən sınığı, sağ tərəfli hemopnevmotoraks sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə, zərərçəkmiş şəxs X7 barəsində keçirilmiş təkrar məhkəmə tibbi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 584 saylı , 28 noyabr 2023-cü il tarixli 828 saylı rəyləri ilə X3 bədən səthində aşkar olunmuş yuxarıda sadalanan xəsarətlərdən sağda İV-V qabırğaların az yerdəyişən sınığıı, sağ tərəfli hemopnevmotorokas sağlamığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığı AZ AĞİR zərərvurmaya, digər xəsəarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın YÜNGÜL zərərvurmaya aid olması müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 qızının və Şahid2 ibtidai istintaq zamanı ifadələrində göstərdiyi halları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsinin baş verməsinin səbəbini, vaxtını, yerini, hallarını, şəratini müəyyən edən sübutlar kimi, məhkəmə tibbi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 584 saylı, 28 noyabr 2023-cü il tarixli 828 saylı rəylərini isə Rəsulova Zeynəb qızına yetirilmiş bədən xəsaətələrinin dərəcəsini müəyyən edən sübüt kimi qiymətləndirir. Məhkəmə, bədən xəsərətlrinin dərəcəsinin məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunduğunu nəzərə alır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X5 yetirilmiş xəsarətlərin az ağır və yüngül zərərvurmaya aid olunan xəsarətlər kimi qiymətləndirir. Çünkü məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, şahidlər Şahid1, Şahid2 yetkinlik yaşına çatmadıqları səbəbindən ətraflarında baş verən hadisələrə, xüsusən də, cinayət əməlini özündə nəzərdə tutulan əməllərə münasibətdə həssas olduqlarını nəzərə alaraq ümumi anlamda onların qarşısında ataları tərəfindən analarının döyülməsinin onlara iztirab və mənəvi əziyyət verdiyini və əməlin həm onlara, həm də cinayətin qurbanına münasibətdə xüsusi amansızlıqda törədildiyini qəbul edir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs da həyat yoldaşı X6 uşaqlarının gözünün qarşısında döyərkən həmin əməlinin xüsusi amansızlıqla və uşaqlarına ağır iztirablar verməklə törətdiyini dərk etmiş və buna yol vermişdir. Məhkəmənin bu qənəaəti Təqsirləndirilən şəxs barəsində keçirilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 12 fevral 2023-cü il tarixli 379 saylı rəyi baxımından da əsaslıdır. Ekspertizanıın həmin rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinə tövsif edilməsini təklif etdi. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxsunun əməlini xüsusi amansızlıqda Zərərçəkmiş şəxs YÜNGÜL VƏ AZ AĞİR zərərvurmaya aid xəsarətlər yetirdiyini sübuta yetirildiyi qənəatinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alır və onun əməlini həmin maddəyə tövsif edib ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CMnin 126.2.3-cü maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs onun tərəfindən törədilməsi sübuta yetirilən əməli qəsdən törətməsi qənəaətinə gəlib, onun təqsirli olması qənaətinə gəlir və bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada onun cəzalanmalı olmasını əsaslı sayır. Çünkü onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə maddi sübutları mahiyyəti üzrə həll edərkən bir ədəd dabankeşi istehlak dəyərini itirmiş əmlak kimi məhv edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən o, əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış zərərçəkmiş şəxs X7 Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 ilə barışmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun əvvəllər məhkum olmamasını, törətdiyi əməldən peşiman olmasını, onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməli ailə münaqişəsi zəminində törətməsi, münaqişənin səbəbinin onun uşağı Ümüdün dərslərinə yaxşı hazırlaşmaması, məktəbdə özünü intizamlı aparmaması, təhsil aldığı məktəbdə intizam qaydalarını pozması, bunları zərərçəkmiş şəxsin bilib ondan gizlətlməsi nəticəsində yaranmış şəraitdə baş verməsi müəyyən olundu. Məhkəmə, uşağın təlim tərbiyəsi ilə hər iki valideynin məşğul olmaq vəzifəsi daşıdığını nəzərə alır. Uşağın neqativ hərəkətləri barəsində hər iki valideynin delikt öhdəliklə məsuliyyət daşıdığını və bu səbəbdən də onların uşağın tərbiyəsi ilə məşğul olmalarını qanunauyğun hesab edir, təqsirləndirilən şəxsin törətdyi əməli məişət mübahisəsi zəminində töərdilən əməl kimi qiymətləndirir və bu halı cəza təyin edərkən nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin ər-arvad olduqlarını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ayrılmaq istəmədiyini, onunla barışmasını, onların himayəsində iki nəfər yetkinlik yaşlarına çatmayan uşaqlarının olmasını, təyin ediləcək cəzanın hər iki tərəfin mənəvi və iqtisadi maraqlarına neqativ təsir göstərmək ehtimalını nəzərə alıb, sadalanan və digər hallarla təyin ediləcək cəzanın növü arasında mütənasibliyini təmin etmək məqsədi ilə ailə üzvlərini ayırmağa xidmət edən cəza təyin edilməsini cinayət qanunu ilə müəyyən edilmiş təyin ediləcək cəzanın məqsədinə uyğun olmaması qənəaətinə gəlib ona təqsirli bilindiyi maddənin sanksiyasınında nəzərdə tutulumuş azadlıqdan məhrumetmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasınıın təyin olunmasını əsaslı sayır. Məhkəmənin qənəaətinə görə bu cəza Təqsirləndirilən şəxsn islah olunmasına, təyin edilən cəzanın məqsəinə nail olmağa kifayət edən hüquqi məcbur etmə vasitəsidir. Çünkü ona daha ağır cəzanın təyin edilməsi ailənin sonrakı vəziyyətinə daha mənfi təsir göstərib ailə daxil münaqişələrin daha da dərinləşməsinə səbəb olardı. Məhkəmə, hesab edir ki, bu hallar Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olub, səmimi ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi baxmından da əsaslıdır. Məhkəmə, sadalanan halları nəzərə alıb Təqsirləndirilən şəxs davranışına intensiv fasiləsiz müdaxilə olmadan onun islah olunması və cəmiyyətə reinteqrasiyasını mümkün sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqəlar olmayan cəza təyin edilməsi qərarına gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin ləğv edilməsini, barəsində başqa yerə getməmək haqqında iltizam seçilməsini və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs qətimkan tədbiri seçilərək hazırkı vaxta qədər həbsdə saxlanılır.O, həbsdə olduğu müddətdə onun əməli Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsinə tövsif edilmişdir. Məhkəmə, cinayət prosessual qanunun tələblərinə görə həbs qətimkan tədbirin cəza müddətinə daxil olunduğu və həbsin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərarbər tutulduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç ) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı onun probasiya qeydiyyatına alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs həbsdə olduğu 1 (bir) il 2(iki) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən , onun həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs tərəfindən çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının qalıq hissəsi 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs qətimkan tədbiri ləğv olunsun, o dərhal məhkəmə zalında həbsdən azad olunsun və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd dəmir dabankeş istehlak dəyərini itirdiyi üçün məhv edilsin. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün sürəti ona təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar