Məhkəmə qərarları › İş №1(101)-231/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-231/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-231/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Zabrat qəsəbəsi, döngə 3, məhəllə 27 ev 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayında Bakı şəhərində istintaqla müəyyən edilməmiş yerdən və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 508,981 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin əldə edərək daşıyıb yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, döngə 3, məhəllə 27-də yerləşən 7 nömrəli evin yataq otağında saxlamış, 23.01.2019-cu ildə həmin heroinin bir hissəsini 0, 581 qramını kağız parçasına qablaşdırıb şalvarının cibinə qoyub özündə daşıyarkən saat 16 radələrində Sabunçu RPİ-nin 15-ci Polis bölməsi əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri zamanı Zabrat qəsəbəsi yeni yaşayış massivində saxlanılmış və polis bölməsinə gətirilib üstünə baxış keçirərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli kağız bağlamada 0,581 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, daha sonra həmin tarixdə saat 18:00-da yaşadığı evin yataq otağına keçirilən baxış zamanı otaqdakı qutunun üstündə ağ rəngli politelen torbada qalan 508,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 yanvar 2019-cu ildə yaşadığı evdən özünə iş axtarmaq üçün getmişdir. Həyət darvazasından çıxanda onu 15-ci Polis bölməsinin əməkdaşları saxlamış və avtomobildə polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçı İsmayıl ona bildirmişdir ki, onu oğurluqlar etməsinə görə bölməyə gətirmişlər. O da etiraf etmişdir ki, «Şöhrət» kimi tanıdığı Şaiqin mağazasında dükançı kassanı 2 dəqiqəlik qoyub çıxan zaman kassadan 370 manat pul oğurlamışdır. Polislər isə iddia edirdilər ki, o, başqa bir mağazadan da siqaret və araq oğurlamışdır. Hətta polis əməkdaşları evinə gedib anasını sorğu-sual etmiş, anası onlara bildirmişdir ki, siqareti ona özü alır, evdə başqa heç bir şey yoxdur. Lakin polislər bilirdi ki, o, narkotik vasitə olan heroinin istifadəçisidir. Hətta onlar onun kiminlə birlikdə heroin istifadə etməsini də bilirdilər. Bu səbəbdən polis bölməsində cibinə bir büküm heroin qoyub hal şahidləri dəvət edərək üzərinə baxış keçirib özlərinin qoyduğu bükümü aşkar olunmuş narkotik vasitə kimi rəsmiləşdirmişlər. Həmçinin evindən aşkar olunmuş yarım kiloqrama yaxın heroini də yataq otağına polilər özləri qoymuş və eyni hal şahidlərinin iştirakı ilə aşkar etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Həmin ifadələri əməliyyatçıların təsiri altında özünə qarşı vermişdir. Hadisənin baş verməsi barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhəkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, Təqsirləndirilən şəxs ilk ittiham üzrə 25.01.2019-cu il tarixdə dindirilərərkən ona istinad olunan ittihamı tam etiraf etmiş və göstərmişdir ki, təxminən 6 ildir ki, narkotik vasitə qəbul edir. Narkotik vasitənin heroin növündən inyeksiya yolu ilə istifadə edir. Onunla hərbidə ximət edən tanışlarını tapmaq üçün 21.01.2019-cu ildə Lənkəran şəhərinə getmişdir. Onlarla uzun müddət əlaqəsi olmadığı üçün telefon nömrələrini bilmirdi. Həm də fikirləşmişdir ki, Lənkəran şəhərindən ucuz qiymətə narkotik ala bilər. 21.01.2019-cu ildə yol maşını ilə Lənkərana getmişdir. Lənkərana çatandan sonra şəhəri gəzməyə başlamışdır. Günorta vaxtlarında tanımadığı küçələrin birində bir nəfər yaxınlaşıb, heroin təklif etmişdir. Bahadur ona bildirmişdir ki, 1000 manatlıq almaq istəyir. Həmin şəxs də göy rəngli polietilen torbada olan heroini Bahadura vermişdir. Həmin torbanın içərisində ağ rəngli polietilen torba da olmuşdur. Satan şəxs yarım kilodan artıq olmasını demişdir. 1000 manatı ona verib heroini almış və tanışlarından heç kimi görmədiyi üçün özündə heroin olduğundan təcili Bakı şəhərinə qayıtmağı qərara almışdır. Lənkəran avtovağzalından VAZ markalı maşınla Bakı şəhərinə gəlmişdir. Heroini evindəki yataq otağındakı dolabın yanına qoymuşdur. Həmin heroindən inyeksiya yolu ilə bir neçə dəfə qəbul etmişdir. 23 yanvar 2019-cu ildə səhər yenə qəbul etmişdir. Bir hissəsini isə kağıza büküb cibinə qoymuşdur ki, özü ilə aparsın və ehtiyacı olsa qəbul etsin, 23.01.2019-cu il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi yeni massiv ilə yol kənarı ilə gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdılar. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib, soyadını, adını və ata adını soruşmuşdular. O, Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə 15-ci Polis bölməsinə gəlmişdir. Polis bölməsində şəxsiyyətini dəqiqləşdirdikdən sonra, bölmədə olduğu xidməti otağa iki nəfər şəxs dəvət etmişdilər. Bahadura məlumat vermişlər ki, həmin şəxsləri hal şahidi kimi dəvət ediliblər və həmin şəxslərin iştirakı ilə üstünə baxış keçiriləcəkdir. Bundan sonra Polis əməkdaşları üstündə qanunla qadağan edilən əşya və predetmetin olub-olmadığını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. Bahadur heç bir etiraz etmədən əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş içərisində heroin olan bükülünü təqdim emiş, bildirmişdir ki, həmin bükülüdə ki, narkotik vasitə olan heroindir, həmin maddəni bir neçə gün əvvəl öz istifadəsi üçün Lənkəran rayonundan tanımadığı şəxsdən almışdır. Aşkar olunmuş heroin dərhal zərfə qablaşdırılmış, zərf möhürlənmiş və baxışda iştirak edənlər tərəfindən imzalanmışdır. Bundan sonra sorğu sual zamanı etiraf etmişdir ki, üstündə aşkarlanmış narkotik vasitə olan heroinin bir qismini də, Zabrat qəsəbəsi yeni massivində yaşadığı evin yataq otağındadır. Dərhal polis əməkdaşları onun razılığı ilə və hal şahidlərinin iştirakı ilə yaşadığı Sabunçu raoynu, Zabrat qəsəbəsi, döngə 3, məhəllə 27-də yerləşən 7 nömrəli ünvanına gəlmişlər. Polis əməkdaşları bir daha onun və x15nın razılığını aldıqdan sonra evə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşlarına verdiyi istiqamət əsasında yataq otağında olan güzgülü paltar dolabının yanındakı göy rəngli selofan torbanı təqdim edərək bildirmişdir ki, torbanın içərisində olan maddə heroindir. Bundan sonra digər sənədləşmə işləri aparılmasından ötrü Polis bölməsinə qayıtmışlar. Narkotiki satmaq məqsədi olmayıb. Bir hissəsini götürmüşdür ki, ehtiyacı olsa istifadə etsin. Narkotik vasitənin qiyməti ucuz olduğu üçün çox almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İlyas oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis bölməsində cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi məlumatı olmuş, hətta bir neçə dəfə onunla profilaktiki söhbətlər aparmış, onu narkotik vasitələrinin istifadə etməsindən uzaqlaşdırmağa çalışmışdır. 23.01.2019-cu ildə ona məxfi mənbədən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan çıxıb Zabrat qəsəbəsi yeni yaşayış massivinə doğru hərəkət edir və onun üzərində narkotik vasitə ola bilər. Dərhal rəhbərliyə məlumat vermiş, əməliyyatın keçirilməsinə dair qərar qəbul edilmiş, qərara əsasən əməliyyat qrupu yaradılmış və həmin gün saat 16 radələrində qrup əraziyə, yəni Zabrat qəsəbəsi yeni yaşayış massivinə çıxmış və Təqsirləndirilən şəxs yerini müəyyən edərək onu saxlayıb polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs yaxınlaşdıqda özlərini təqdim etmiş, Bahadurun üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bildirmişlər. Sonuncu üzərində bir çet heroin olmasını təsdiqləmiş və bölməyə getmək təklifini qəbul etmiş, heç bir etiraz və müqavimət göstərməmişdir. Əksinə bölmədə təhqiqatçının, hal şahidləri və müdafiəçinin iştirakları ilə üzərinə keçirilmiş baxış zamanı şalvarının cibindən gümüşü rəngdə olan siqaret kağızına bükülmüş toz şəklində olan maddəni təqdim etmiş və bildirmişdir ki, bu maddə heroindir, hətta evində yataq otağında da heroin saxlayır, həmin heroini yaxın günlərdə Lənkəranda tanımadığı bir şəxsdən 1000 manat ödəyərək almışdır. Bundan dərhal sonra əməliyyat qrupu, təhqiqatçı Şahid4 və hal şahidləri Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, həmin ünvanda Bahadurun anası olmuş, Bahadurun və anasının razılığı əsasında evə baxış keçirmişlər və Bahadurun yaşadığı həyət evinin yataq otağında güzgülü dolabın üstündə göy rəngli polietilen torba müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, heroin həmin torbadadır. Torba açıldıqda içərsində toz şəklində, narkotikə oxşar maddə aşkar edilmişdir. Polietilen torba təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Bu barədə təhqiqatçı protokol tərtib etmiş, baxışda iştirak edənlər, o cümlədən Təqsirləndirilən şəxs heç bir təzyiq olmadan protokolu imzalamışlar. Təqsirləndirilən şəxs evində də izah etmişdir ki, narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi üçün əldə etmişdir. Qeyd etmək istəyir ki, Bahadurun x15 baxışın nəticələrini öz gözü ilə görmüş və heç bir etiraz bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 verdiyi ifadəsinə uyğun ifadə verərək, Təqsirləndirilən şəxs barəsində Şahid2 daxil olmuş məxfi məlumata əsasən sonuncunun saxlanılmasında, bölməyə gətirilməsində, bölmədə hal şahidlərinin iştirakı ilə üzərindən bir çet narkotik vasitəyə bənzər maddənin aşkar olunmasında, Təqsirləndirilən şəxs öz təklifi əsasında sonuncunun yaşadığı ünvana getməsini, evin yataq otağında əlavə olaraq sellofan torbada mövcud olan toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddənin aşkar edilməsində iştirak etmişdir. Keçirilmiş tədbir zamanı bütün sənədləşməni bölmənin təhqiqatçısı Şahid4 həyata keçirmiş, Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq edilməmişdir. Əksinə Bahadur özü onlarla əməkdaşlıq etmiş, üzərində və evində saxladığı narkotik maddələri özü heç bir təzyiq olmadan təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalnız polis bölməsində görmüş, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, Zabrat qəsəbəsində yaşayır, təmir işləri ilə məşğuldur. 23 yanvar 2019-cu il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin yaxınlığında yerləşən «Ucuzluq» marketdən çıxıb evinə gedən zaman hal-hazırda məhkəmədə gördüyü Şahid2 ona yaxınlaşaraq polis vəsiqəsini təqdim edərək narkotiklə tutulmuş bir şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə dəvət etmişdir. O, buna etiraz etməmiş və bölməyə Şahid2la daxil olmuş, növbətçi hissənin yanından bölmənin ikinci mərtəbəsinə qalxaraq Şahid2 dəvət etdiyi xidməti otağa daxil olmuş və hal-hazırda müttəhimlər kürsüsündə əyləşmiş Təqsirləndirilən şəxs görmüşdür. Həmin otağa daha bir nəfər hal şahidi dəvət olunmuş və hər ikisinə hüquq və vəzifələri izah edilmişdir. Bildirmək istəyir ki, o, ilk dəfə idi ki, polis orqanının keçirdiyi əməliyyatda hal şahidi qismində iştirak etmişdir. Həmçinin digər hüquq-mühafizə orqanlarının dəvəti ilə hal şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş və Təqsirləndirilən şəxs özü könüllü olaraq bildirmişdir ki, üstündə bir büküm heroin var və şalvarının sağ yan cibindən qara rəngli kağız bağlamanı çıxarıb təqdim etmişdir. Bağlama açılanda içərisində qəhvəyi rəngli toz şəklində maddə aşkar olunmuşdur. Ona verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, Lənkərandan 1000 manat ödəyərək heroin əldə etmiş, üzərindən aşkar olunan vasitədən savayı yaşadığı evdə yataq otağında da heroin vardır. Bölmədə aşkar olunmuş narkotik vasitə dərhal zərfə qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar, o cümlədən də Təqsirləndirilən şəxs tərəfindən zərf imzalanmışdır. Təqsirləndirilən şəxs üstündə narkotikə oxşar maddə aşkar olunması barədə protokol tərtib edilmişdir. Protokol iştirak edənlər tərəfindən imzalanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığını bildirmiş, sonuncu buna etiraz etməyərək bu barədə ərizə vermişdir. Bundan sonra onu və digər hal şahidi Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etməyə dəvət etmişlər. Evə baxış keçirmək üçün Təqsirləndirilən şəxs, polis əməkdaşları və o, yəni hal-şahidləri Bahadurun yaşadığı fərdi evinə, yəni Zabrat qəsəbəsinə getmişlər. Onları Təqsirləndirilən şəxs yaşadığı evdə anası Axundova Yeganə qarşılamışdır. x6 evə baxış keçirməli olduqlarını elan etmiş, Bahadurun anası baxışın keçirilməsminə etiraz etməmiş və buna dair ərizə yazmışdır. Bundan sonra otaqlara baxış keçirilmiş və yataq otağında güzgülü dolabın üstündə göy rəngi polietilen torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, heroin həmin torbadadır. Torba açılanda içərsində qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar edilmişdir. Polietilen torba qablaşdırılmış və götürülmüşdür. Baxışın nəticələrinə dair təhqiqatçı protokol tərtib etmiş və həmin protokolu Təqsirləndirilən şəxs daxil olmaqla bütün iştirakçılar imzalamışdır. Onun iştirakı ilə bölmədə və evdə keçirilmiş baxış zamanı, baxışın sənədləşdirilməsi zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və ya psixi təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu ailə quraraq Rusiyada yaşamış, bir övladı var. Lakin ailəsindən boşanaraq yanına qayıtmış, təsadüfi işlərdə işləmişdir. Oğlu narkotik vasitə olan marixuananın aludəçisidir. Onu müalicə etdirməyə imkanı olmamışdı. Oğlu Rusiyadan qayıtdığı 2 il ərzində evində satılası nə əşya vardısa, satıb narkotik alıb istifadə etmişdir. 23 yanvar 2019-cu ildə oğlu evdən səhər tezdən çıxaraq iş axtarmağa getdiyini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra darvazanın döyülməsini eşitmiş, səsə çıxaraq görmüşdür ki, bir nəfər şəxs hasarın üstünə çıxmış, həyətə tullanmaq istəyir. Həmin şəxsdən kim olduğunu və nə etmək istədiyini soruşmuşdur. Sonuncu bildirmişdir ki, polis əməkdaşıdır, Bahadura görə gəlmişlər və darvazanı açmağı təklif etmişdir. O, elə bilmişdir ki, oğlunun xəstəliyi ilə, yəni narkotik istifadəçisi olduğuna görə gəlmişlər. Darvazanı açaraq bayırda gözləyən 4-5 nəfər mülki geyimdə olan polisləri həyətə buraxmışdır. Həmin şəxslər ondan Bahadurun yerini soruşmuşlar, o, Bahadurun evdə olmadığını bildirdikdə polislər inanmayıb evə keçib otaqları nəzərdən keçirib çıxmışlar. Polislər çıxıb getmişlər. Günorta vaxtı isə bir nəfər polis əməkdaşı gəlmiş, Bahadurun tutulmasını barədə məlumat verərək Bahadurun şəxsiyyyət vəsiqəsini istəmişdir. Lakin o, oğlunun şəxsiyyət vəsiqəsinin yerini bilmədiyi üçün vəsiqəni verə bilməmişdir. Həmin gün saat 20 radələrində evinə təxminən 10-a yaxın polis əməkdaşları gəlmişdir. Onlar evə baxış keçirəcəklərini bildirərək ondan buna icazə istəmişlər. O da heç bir şeydən şübhələnməyərək ərizə yazıb icazə vermişdir. Bundan sonra polislər evə baxış keçirmiş, polislərdən bir nəfər küçəyə çıxaraq Bahadurla evə qayıtmış, onunla birlikdə Bahadurun yataq otağına keçmişdir. Bundan sonra polis əməkdaşları və oğlu evi tərk etmişlər. Ona heç bir şey deməmişlər. Bir neçə gün sonra Bahadur ona təcridxanadan zəng edərək bildirmişdir ki, guya evdən, Bahadurun yataq otağından külli miqdarda narkotik aşkar olunmuş, lakin həmin narkotik ona məxsus deyildir. O, Bahadurdan narkotikin haradan tapıldığını soruşduqda oğlu bildirmişdir ki, narkotik yataq otağında, dolabın yanındakı torbalardan taplmışdır. Bildirmək istəyir ki, oğlu onunla birlikdə qonaq otağında yerdə yer salıb yatırdı. Yataq otağındakı dolabın yanındakı torbaları o özü həmin yerə yığmış, torbalarda qanunsuz heç bir şey olmamışdır. Hesab edir ki, oğluna qarşı qanunsuz hərəkətlər edilmiş, məhkəmdən işə düzgün baxılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Şahid4 Fizuli oğlu ifadəsində göstərmişdir ki, 23 yanvar 2019-cu il tarixdə bölmənin əməkdaşları Şahid2 və Şahid3 bölməyə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs gətirmişlər. Bu məqamdan sənədləşmə işini o aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasına dair qərar və protokolu, təqdim olunmuş siyahı üzrə müdafiəçinin seçilməsi, Təqsirləndirilən şəxs özünün təqdim olunmuş siyahıdan seçdiyi müdafiəçinin dəvət olunmasını, hal şahidlərinin dəvət olunmasını təmin etmiş, bundan sonra xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bundan əvvəl sonuncuya təklif etmişdir ki, üzərində hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, cibində bir büküm heroin var, özü könüllü olaraq şalvarının cibindən kağız bağlamasını çıxarıb təqdim etmişdir. Həmin bağlamanı o açmış və bağlamadakı toz rəngli, spesifik iyə malik olan maddəni hal şahidlərinə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni haradan və nə məqsədlə əldə etməsini soruşmuş, sonuncu bildirmişdir ki, narkotik vasitəni Lənkəran şəhərindən tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etmişdir. Hətta özü könüllü olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş bir büküm heroindən başqa yaşadığı evində yataq otağında bundan daha çox miqdarda narkotik vasitə vardır. Üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı sənədləşməni yekunlaşdıraraq əməliyyat qrupunun üzvləri, hal şahidləri və Təqsirləndirilən şəxs özü ilə birlikdə maşınla sonuncunun yaşadığı ünvana getmişlər.Hətta evinə olan yolu Bahadurun özü yolboyu izah etmişdir. Təqsirləndirilən şəxs vəkilin evindəki baxışda ərizə yazaraq iştirakından imtina etmişdir. Bahadurun yaşadığı Zabrat qəsəbəsindəki fərdi həyət evinə çatdıqda hasar qapısını döymüş, qapını Bahadurun x15 açmışdır. Kimliyini təqdim edərək evə baxış keçirmək üçün gəldiklərini ona bildirmiş, o, buna etiraz etmədiyi üçün yazılı ərizəsini almış, bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə göstərdiyi yataq otağına baxış keçirmişlər. Təqsirləndirilən şəxs şəxsən özü otaqdakı qutunun üstündəki ağ rəngli polietilen torbanı göstərərək torbanın içindəki maddənin heroin olmasını bildirmişdir. Həmin torba tərəfindən açıldıqda içində toz halında ağımtıl rəngli kəskin iyi olan maddə aşkar olunmuşdur. Təxmini olaraq torbada yarım kiloqrama yaxın narkotik vasitə olmuşdur. Bundan sonra müvafiq protokol tərtib edilmiş, həmin protokolu baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs imzalamışdır. x15 xahiş etmişdir ki, adı protokola salınmasın, bu səbəbdən onun adını protokolda göstərməmişdir. Təqsirləndirilən şəxs evinə yalnız bir dəfə gedilib və onun özünün iştirakı ilə evə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhlə sakini kimi tanıyır, münasibətləri yaxşıdır. O, avtobus sürücüsüdür, buna baxmayaraq narkotik vasitə aludəçisidir, Təqsirləndirilən şəxsla məhz narkotik vasitələrin birgə istifadəçiləri olmuşlar. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs istifadə etdiyi telefondan onun telefonuna daxil olmuş və ondan Təqsirləndirilən şəxs telefonuna göndərilmiş SMS mətnləri məhz narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş x12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci polis bölməsində görmüşdür. Belə ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 23 yanvar 2019-cu il tarixdə saat 17 radələrində həmin bölmənin yaxınlığından piyada keçərkən mülki geyimli şəxs ona yaxınlaşaraq polis vəsiqəsini təqdim edərək narkotiklə tutulmuş bir şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə dəvət etmişdir. O, buna etiraz etməmiş və bölməyə daxil olmuş, növbətçi hissənin yanından bölmənin ikinci mərtəbəsinə qalxaraq xidməti otağa daxil olmuş və hal-hazırda müttəhimlər kürsüsündə əyləşmiş Təqsirləndirilən şəxs görmüşdür. Həmin otağa daha bir nəfər hal şahidi dəvət olunmuş və hər ikisinə hüquq və vəzifələri izah edilmişdir. Bildirmək istəyir ki, o, ilk dəfə idi ki, polis orqanının keçirdiyi əməliyyatda hal şahidi qismində iştirak etmişdir. Həmçinin digər hüquq-mühafizə orqanlarının dəvəti ilə hal şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş və Təqsirləndirilən şəxs özü könüllü olaraq bildirmişdir ki, üstündə bir büküm heroin var və şalvarının sağ yan cibindən qara rəngli kağız bağlamanı çıxarıb təqdim etmişdir. Bağlama açılanda içərisində qəhvəyi rəngli toz şəklində maddə aşkar olunmuşdur. Ona verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, Lənkərandan 1000 manat ödəyərək heroin əldə etmiş, üzərindən aşkar olunan vasitədən savayı yaşadığı evdə yataq otağında da heroin vardır. Bölmədə aşkar olunmuş narkotik vasitə dərhal zərfə qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar, o cümlədən də Təqsirləndirilən şəxs tərəfindən zərf imzalanmışdır. Təqsirləndirilən şəxs üstündə narkotikə oxşar maddə aşkar olunması barədə protokol tərtib edilmişdir. Protokol iştirak edənlər tərəfindən imzalanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığını bildirmiş, sonuncu buna etiraz etməyərək bu barədə ərizə vermişdir. Bundan sonra onu və digər hal şahidi Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etməyə dəvət etmişlər. Evə baxış keçirmək üçün Təqsirləndirilən şəxs, polis əməkdaşları və o, yəni hal-şahidləri Bahadurun yaşadığı fərdi evinə, yəni Zabrat qəsəbəsinə getmişlər. Onları Təqsirləndirilən şəxs yaşadığı evdə anası Axundova Yeganə qarşılamışdır. x6 evə baxış keçirməli olduqlarını elan etmiş, Bahadurun anası baxışın keçirilməsminə etiraz etməmiş və buna dair ərizə yazmışdır. Bundan sonra otaqlara baxış keçirilmiş və yataq otağında güzgülü dolabın üstündə göy rəngi polietilen torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, heroin həmin torbadadır. Torba açılanda içərsində qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar edilmişdir. Polietilen torba qablaşdırılmış və götürülmüşdür. Baxışın nəticələrinə dair təhqiqatçı protokol tərtib etmiş və həmin protokolu Təqsirləndirilən şəxs daxil olmaqla bütün iştirakçılar imzalamışdır. Onun iştirakı ilə bölmədə və evdə keçirilmiş baxış zamanı, baxışın sənədləşdirilməsi zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və ya psixi təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, yəni hər ikisi Zabrat qəsəbəsində yaşayırlar. Təqsirləndirilən şəxs ilə münasibətləri hər zaman yaxşı olmuşdur, hal-hazırda da yaxşıdır. Zabrat qəsəbəsində yaşadığı evin qarşısında geyim mağazası vardır. Həmin mağazada oğlu Şaiq satııcı işləyir. 2018-ci ilin sonunda, dəqiq tarixi xatırlamır, nahar vaxtı evə çörək yeməyə getmiş, Şaiq isə mağazada qalmışdır, ona el arasında Şakir deyirlər. Nahardan qayıtmaq istəyən zaman telefonuna zəng gəlmişdir. Zəng edən oğlu Şaiq olmuşdur. Şaiq bildirmişdir ki, mağazaya gələn Bahabur kassadan 370 manat pul götürmüşdür. Belə ki, Bahadur Şaiqin mağazadan bir anlıq çölə çıxmasından istifadə edərək həmin pulu götürüb mağazanı tərk etmişdir. Bunınla əlaqədar o, polis bölməsinə 2019-cu ilin yanvar ayında xatırlamadığı tarixdə saat 11-12 radələrində müraciət etmiş, onun şikayəti əsasında polis əməkdaşları Təqsirləndirilən şəxs bölməyə dəvət edərək yanındaca sorğu-sual etmişlər, Bahadur pulu götürdüyünü etiraf etmiş və söz vermişdir ki, pulu qaytaracaqdır. Bu səbəbə görə o, Bahaduru bağışlamış, bu məsələ orada qapanmışdır. Bahadurun polis bölməsinə çağırıldığı tarixi xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Zabrat qəsəbəsində qonşusudur, münasibətləri yaxşıdır. Zabrat qəsəbəsində yaşadıqları evin qarşısında atasına məxsus geyim mağazası vardır. 2018-ci ilin sonunda, dəqiq tarixi xatırlamır, nahar vaxtı atası evə çörək yeməyə getmiş, o isə mağazada qalmışdır. Ona el arasında Şakir deyirlər. Mağazada olan zaman mağazaya gələn Bahabur onun çölə çıxmasından istifadə edərək kassadan 370 manat pul götürüb mağazanı tərk etmişdir. O, kassada pulun olmamasını gördükdə dərlah Bahadurun arxasınca getmiş, ondan pulu tələb etmişdir. Lakin Bahadur pulu verməmişdir. Hadisə haqqında atasına demiş və atası polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilinin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanan 23.01.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, 23 yanvar 2019-cu ildə Bahadur adlı şəxsin oğurluq cinayəti və narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilinin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanan 23.01.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, 23.01.2019-cu il tarixdə, saat 16:00 radələrində Axundov x5 rayonu, Zabrat qəsəbəsi, yeni məhəllədə saxlanılaraq RB-nə gətirilmişdir. Məhkəmədə tədqiq olunmuş «baxış keçirilməsi barədə» protokoldan müəyyən olunur ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən Təqsirləndirilən şəxs şalvarının cibindən kağız bağlama təqdim edərək bağlamada narkotik vasitə heroin olmasını, bir hisəsəsinin isə evində saxlamasını bildirmişdir. 6 ildir ki, narkotik vasitə heroindən ineksiya yolu ilə istifadə edir. Üzərində aşkar edilmiş narkotik vasitəni 2-3 gün bundan əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 100 manata almışdır. Məhkəmədə tədqiq olunmuş «baxış keçirilməsi və götürmə haqqında» 23.01.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs evində yaşayan x15nın razılığı ilə yaşadığı Zabrat qəsəbəsi döngə 3, məhəllə 27-də yerləşən 7 nömrəli evinə baxış keçirilərkən yataq otağındakı güzgülü paltar dolabının üzərində göy rəngli selofan torbadakı ağ rəngli selofan torbada da narkotikə oxşar maddə aşkar olunub götürülərək qablaşdırılmışdır. Məhkəmədə tədqiq olunmuş «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 24.01.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25.01.2019-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 yanvar 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 2024 saylı, 23.01.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Bahıdur Axundovun üstündə və yaşadığı evdə aşkar olunmuş maddələrin eyni tərkibli olmaqla 0,581 qram və 508,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın 597 saylı, 27.03.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı var. Məhkəmədə tədqiq olunmuş 27.07.2019-cu il tarixli «baxış keçirilməsi barədə» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş mobil telefona baxış keçirilmişdir. Qəbul olunan və göndərilən SMS-lərdən məlum olur ki, Təqsirləndirilən şəxs tanışları ilə narkotik vasitənin əldə olunması, qəbul edilməsi, bir-birlərinə verməklə yayması ilə məşğul olur. Məsələn, Təqsirləndirilən şəxs 055 ***-**-** nömrəli abonentə 16.01.2019-cu ildə saat 12:41:52-də göndərdiyi: « ay qağa malı tökdüm şüşəyə yarısı qaldı kağızda. Mama tualetin qapısını açan kimi kağız aşdı tualetin qapağına», həmin abonentdən 05.01.2019-cu ildə saat 01:41:29-da göndərilən «Bir tikə mənə bəsdir burbayam bayaqdan», eyni abonentdən 06.01.2019-cu ildə saat 22:34:33-də qəbul edilmiş «3 sutkadı yatmıram səhər görmədin qırğını ölürəm yuxu bir yandan lomka bir yandan gəl Balaxanı yoluna ya harasa gedək götürək tez ol», 11.01.2019-cu ildə saat 18:19:14-də həmin abonentdən qəbul edilmiş «bax ümidim sənədir heç nə edə bilmirəm çıxart məni bu vəziyyətdən», 14.01.2019-cu ildə saat 02:10:31-də qəbul edilmiş «sən ananın canı mən bir şey saxla yoldayam gəlirəm» kimi SMS-lər müştərilərin Təqsirləndirilən şəxs narkotik vasitə istəmələrinə işarə edir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 14.11.2019-cu il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 508,881qram olan narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, bir ədəd CD disk cinayət işinin materiallarına ləavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmədə guya 23.01.2019-cu il tarixdə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar deyil, qonşusu x8 məxsus mağazadan pul oğlurluğu ilə əlaqədar saxlanılıb polis bölməsinə gətirilməsi barədə ifadəsi təsdiqini tapmamışdır. Belə ki, cinayət işində olan 17.10.2019-cu il tarixli «telefon məlumatlarına baxış keçirilməsi barədə» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona 13.01.2019-cu il tarixdə, saat 22:34:58-də Şaiq İsmayılovun istifadə etdiyi ***-***-**-** saylı telefon nömrədən SMS məlumatı gəlmişdir. Məlumat aşağıdakı mətndən ibarətdir: «vallah bilmirəm xala nə olub ona, amma mənim obyektimdən oğurluq edib, onu polisə vermişəm, tutduracağam». Bu SMS-lə bağlı ibtidai araşdırma zamanı ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 13.01.2019-cu il tarixdə Şaiq İsmayılov etdiyi oğurluğa görə onu polisə verdiyi üçün bu səpkidə telefonda yazışmaları olmuşdur. Bununla da sübuta yetirilmişdir ki, törətdiyi oğurluq əməli ilə əlaqədar Təqsirləndirilən şəxs polis bölməsinə 13.01.2019-cu il tarixdən gec olmayaraq dəvət edilmiş, məhz həmin tarixdə oğurluq etdiyi mağazanın sahibi x9 ilə bölmədə görüşmüşdür. 23.01.2019-cu il tarixdə isə onun məhz narkotik vasitələrin qanunusuz olaraq külli miqdarda əldə etməsi, saxlaması və daşıması ilə bağlı olmuşdur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs evindən və üstündən götürülmüş narkotik vasitənin miqdarı 508,981 qram külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 23 yanvar 2019-cu il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 508,881qram olan narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili x4, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi x4 üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə 480 (dörd yüz səksən) manat, müdafəçi Müdafiəçi üçün isə 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 508,881qram olan narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi x4 üçün 480 (dörd yüz səksən) manat pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar