Məhkəmə qərarları › İş №1(101)-231/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-231/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-231/2021 11.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 61-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Binəqədi rayonu İ.Hacıyev küçəsi ev 134-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu İ.Hacıyev küçəsində tanışı Təqsirləndirilən şəxs2 60 manat məbləğində pula, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm - 1,872 qram çəkidə narkotik vasitə olan heroini alaraq, əldə edib, üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 18:00 dəqiqədə DİN BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanın qarşısında şübhəli göründüyü üçün saxlanılaraq, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 17 ünvanda yerləşən DİN-nin BNMİ-nin inzibati binasına aparılaraq orada videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülü formada olan qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üstündə saxladığı təmiz çəkisi-1,872 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2, satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə oian heroini qanunsuz olaraq satmışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Mərdəkan qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan “Seymur” adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 65,048 qr narkotik vasitə olan heroin və 1,092 qr psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, əldə etdiyi həmin narkotik vasitə olan heroindən 1,872 qramını xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu İ.Hacıyev küçəsində Təqsirləndirilən şəxs1 60 manat məbləğində pula qanunsuz olaraq satmış, həmin gün saat 18 radələrində DİN BNMİ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən DİN BNMİ-nin inzibati binasına aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülü formada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,872 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, xx xxxx 2020-ci il tarixdə saat 23:30 radələrində DİN BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu İ.Hacıyev küçəsi ev 134- ün qarşısında saxlanılaraq Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən DİN BNMİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda əldə edib üzərində saxladığı, tərkibindəki komponentlərinə görə Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə heroinin komponentləri ilə eynilik təşkil edən 1 bükümdə təmiz çəkisi 63,176 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 bükümdə təmiz çəkisi 1,092 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 3 ildən artıq müddətdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmuş, tutulana qədər də narkotik vasitə olan heroini qəbul etmişdir. Bədənində möhkəm ağrılar olmuş, bu ağrılardan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış, Kubinka adlanan ərazidə bir yerdə yaşamışlar, sonralar Azərgil Binəqədiyə köçmüşdür. Azərdən bu günə qədər 2-3 dəfə narkotik vasitə olan heroin alıb istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17-18 radələrində, Bakı şəhəri Binəqədi rayonu İlham Hacıyev küçəsi ilə hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, narkotik vasitə əldə edib üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Onun üzərinə baxış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Hadisədən təxminən yarım saat qabaq Azər adlı şəxsdən Azərin yaşadığı Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evinin yanında 60 manat müqabilində narkotik vasitə olan heroin almış və heroin üzərində olmuşdur. Polis əməkdaşları onun yanında olduğu üçün üzərində olan narkotik vasitə olan heroini tullaya bilməmişdir. Orada dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı ondan üzərində olan qanunsuz hər hansı əşya olub-olmaması soruşulmuş, həmin vaxt əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən ona məxsus şəxsiyyət vəsiqəsini, daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Nokia” markalı telefonu çıxardaraq təqdim etmişdir. Bundan sonra isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş formada olan narkotik vasitə olan heroin kimi bildiyi maddəni çıxardaraq təqdim etmişdir. Həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş narkotik vasitə olan heroin ekspertizaya göndərilmişdir. Bundan sonra həmin maddəni kimdən və nə zaman aldığı soruşulmuş, həmin maddəni saxlandığı vaxtdan təxminən 30 dəqiqə əvvəl, ünvan 4 saylı ünvanında yaşayan Azərdən öz istifadəsi üçün 60 manata aldığını bildirmişdir. Narkotik vasitələrdən yalnız heroin və «şüşədən» istifadə etmişdir, əvvəllər Azərdən 2-3 dəfə narkotik vasitə olan heroin almış, Azər onu uşaqlıqdan tanıdığı üçün ona etibar etmişdir və ona görə də lazım olanda ona satmışdır. Azərdən başqa tanımadığı şəxslərdən də narkotik vasitə heroin alıb istifadə etmişdir. Ona qarşı heç bir fiziki-psixi təzyiq edilməmiş, heç kimdən şikayəti yoxdur, heroin ona məxsusdur, istifadə etmək üçün üzərində gəzdirmişdir. Heroini bədənində olan ağrıları sakitləşdirmək məqsədilə qəbul etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı ünvanda atası və anası ilə birlikdə yaşamış, qardaşı Ağasəlim Əlizadə 4-5 ay olar ki, Sabunçu rayonundan narkotik vasitələrin qeyriqanuni dövriyyəsinə görə həbs edilmiş, özü də əvvəllər yəni 2014-cü ildə Yasamal polisi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə tutulmuş, 2016-cı ildə azadlığa çıxmış, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımış, əvvəllər Kubinka adlanan ərazidə yaşamış, sonra isə Kirov qəsəbəsinə köçmüş, həbs olunmamışdan qabaq, azadlığa çıxandan sonra da narkotik vasitələrin qəbulu ilə məşğul olmuş, lazım olanda narkotik vasitələrin satışını da həyata keçirmişdir. Bədənində möhkəm ağrılar olur, bu ağrılardan əziyyət çəkdiyinə görə də təxminən 3 ildir ki, narkotik vasitə heroin istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində, yaşadığı ünvan 5 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmiş, onun üzərinə baxış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olmuş və polis əməkdaşları onun yanında olduğu üçün üzərində olan narkotik vasitələri tullaya bilməmişdir. Orada xidməti otaqların birində dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qanunsuz hər hansı əşya olub-olmaması soruşulduqda həmin vaxt əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən doğum haqqında şəhadətnaməni çıxardaraq təqdim etmiş, daha sonra əynində olan həmin göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini çıxardaraq təqdim etmiş, daha sonra həmin cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan ağ rəngli, psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Həmin maddələrin nə olduğu soruşulduqda birinci bükümdə olanı narkotik vasitə olan heroin, ikinci bükümdə olanı isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin ekspertizaya göndərilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş həmin maddələri kimdən və nə zaman adığı soruşulduqda həmin maddələri təxminən 5-6 gün bundan öncə adını “Seymur” kimi bildiyi Mərdəkan qəsəbə sakinindən satmaq üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir neçə saat qabaq tanışı Nicata yaşadığı evin yaxınılığında 60 manat müqabilində 2 qrama yaxın narkotik vasitə olan heroin satmışdır. Nicata heroin satandan sonra Nicat da polis əməkdaşları tərəfindən tutularaq BNMİ-yə gətirilmiş və Nicata satdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları bu barədə soruşduqda səmimi olaraq vəkilin yanında etiraf etmişdir ki, həqiqətən də Nicatın üzərindən aşkar olunmuş narkotik vasitəni Nicata satmışdır. Həmin narkotik vasitəni də «Seymur» adlı şəxsdən satmaq üçün almışdır. Yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə saxlamamış, Seymur adlı şəxsi üzdən tanımış, 180 sm hündürlükdə, hündürboylu, qara saçlı 30-35 yaşlarında olan bir şəxsdir, Seymurdan ilk dəfə idi ki, narkotik vasitə almışdır. Əvvəllər əldə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Nicatı uşaqlıqdan tanıdığı üçün etibar etmiş və bu səbəbdən də Nicata tutulmamışa qədər də 2-3 dəfə heroin satmışdır. Ona qarşı heç bir fiziki-psixi təzyiq edilməmiş, heç kimdən şikayəti yoxdur, narkotik vasitə heroin və metamfetamin ona məxsusdur, şəxsi istifadəsi və satmaq üçün üzərində gəzdirmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün möhkəm ağrıları olmuş və buna görə də yalnız heroindən istifadə etmişdir. Əməlindən peşmandır. Cinayət işinin 103-cü vərəqində olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmiş, Təqsirləndirilən şəxs2 Nicatın göstərdikləri ilə razı olduğunu bildirib xx xxxx 2020-ci il tarixdə saat təxminən 16-17 radələrində 2 qrama yaxın çəkidə narkotik vasitə olan heroini 60 manat müqabilində Nicata satdığını bir daha təsdiqləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, DİN BNMİ-nin İİEƏTŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, xx xxxx 2020-ci il tarixdə DİN BNMİ-yə Nəsimi rayonu “Kubinka” adlanan ərazidə yaşayan Nicat adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyatı məlumatı daxil olmuş, Nicatın satış məqsədi ilə narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə əməliyyat axtarış tədbirləri həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində, digər əməkdaşlar polis polkovnik-leytenantı Şahid3 və polis kapitanı Şahid2 ilə birgə Binəqədi rayonu İ.Hacıyev küçəsi 132 ünvanın qarşısında olarkən zahiri əlamətləri əvvəlcədən məlum olan Nicat adlı şəxsi görmüş, bu zaman Nicata yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələri göstərib qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilməsi üçün DİN BNMİ-yə dəvət etmişlər. Orada xidməti otaqda şəxsin şəxsiyyətini müəyyənləşdirdikdə məlum olmuşdur ki, bu şəxs 1988-ci il təvəllüdlü, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 61-də yaşayan Təqsirləndirilən şəxs1dur. Həmin xidməti otaqda Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə polis əməkdaşı Şahid2 mobil telefonu vasitəsilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli gödəkçəsinin sol iç cibindən şəxsiyyət vəsiqəsini, daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Nokia” markalı telefonu çıxardaraq təqdim etmiş, bundan sonra isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş formada olan tünd qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxardaraq təqdim etmiş, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 həmin maddəni kimdən və nə zaman adığı barədə soruşulduqda həmin maddəni həmin gün yəni, xx.xx.2020-ci il tarixdə saxlandığı vaxtdan təxminən 30 dəqiqə əvvəl, ünvan 4 saylı ünvanda yaşayan Azər adlı şəxsdən öz istifadəsi üçün 60 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmiş, aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddə qablaşdırılaraq ekspertizaya göndərilmiş, ekspertizadan alınmış rəydən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlə - 1,872 qram çəkidə narkotik vasitə olan heroindir. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmış ünvan 4 saylı ünvanda yaşayan Azər adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyənləşdirmək üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azər adlı şəxsin 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın qarşısında görmüş və yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və narkotik vasitə satışında şübhəli olduğundan üzərinə baxış keçirilməsi məqsədilə DİN BNMİ-yə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə polis əməkdaşı Şahid2 mobil telefonu vasitəsilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən doğum haqqında şəhadətnaməsini, daha sonra əynində olan həmin göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroin kimi bildiyi maddəni çıxardaraq təqdim etmiş, daha sonra həmin cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan ağ rəngli, psixotrop maddə olan metamfetamin kimi bildiyi maddəni çıxardaraq təqdim etmişdir. Həmin maddələrin birinci bükümdə olanı narkotik vasitə olan heroin, ikinci bükümdə olanı isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələri kimdən və nə zaman aldığı barədə soruşulduqda həmin maddələri təxminən 5-6 gün bundan öncə adını “Seymur” kimi bildiyi, Mərdəkan qəsəbə sakinindən satıb pul qazanmaq üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş heroin və metamfetamin qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 aşkar olunmuş 1 büküm - 63,176 qram çəkidə narkotik vasitə olan heroin və 1 büküm - 1,092 qram çəkidə psixotrop maddə metamfetamindir. Bundan sonra müvafiq sənədləşmə aparıldıqdan sonra toplanmış material şəxslərlə birlikdə Səbail RPİ-nə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2 qızı və 1 oğlu var, oğlu Təqsirləndirilən şəxs1 kiçik övladıdır, əri 1990-cı ildə rəhmətə getmişdir. Oğlu Nicat 4 ildir ki, işləməmiş, işsiz olmuş, ali təhsillidir, əvvəllər ali təhsil müəssisəsində həmkarlar ittifaqında işləmişdir. Təxminən 2-3 il olar ki, narkotik vasitələrdən istifadə etmişdir, lakin ondan gizlətmişdir. Bir neçə dəfə müalicə etdirmişlər, lakin iradəsi olmadığından müalicəsinin müsbət nəticəsi olmamışdır. Qeyd etmişdir ki, oğlu Nicatın istifadəsində olan 055 *** ** ** saylı mobil nömrə onun adınadır, həmin nömrəni təxminən 10 il olar ki almış və təxminən 2 il olar ki, Nicatın istifadəsindədir. Cinayət işinin 31-33, 60-62-ci vərəqlərində olan protokollardan görünür ki, DİN BNMİnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üstündən narkotik vasitə və ona həmin narkotik vasitəni satmış Təqsirləndirilən şəxs2 üstündən narkotik vasitə və psixotrop maddə götürülmüşdür. Cinayət işinin 82, 93-cü vərəqlərində olan protokollardan görünür ki. Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş narkotik vasitənin,eləcə də ona həmin narkotik vasitəni satmış Təqsirləndirilən şəxs2 üstündən narkotik vasitənin və psixotrop maddənin götürülməsini videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 2 ədəd «DVD» diskə baxış keçirilmişdir. Cinayət işinin 70-73-cü vərəqlərində olan materialların məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi xx xxxx 2020-ci il tarixli 6/331 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,872 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi - 1,872 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,822 qram). Cinayət işinin 74-77-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi xx xxxx 2020-ci il tarixli 6/332 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş iki ədəd bükümdə təmiz çəkisi 63,176 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 1,092 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (heroinin təmiz çəkisi - 63,176 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 63,026 qram, metamfetaminin təmiz çəkisi - 1,092 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,042 qram). Cinayət işinin 195-199-cu vərəqlərində olan əlavə məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi xx xxxxx 2020-ci il tarixli 6/406 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş heroin, Təqsirləndirilən şəxs2 götürülmüş heroinlə tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin 200-201-ci vərəqlərində üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2020-ci il tarixli 1637 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Cinayət işinin 202-203-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2020-ci il tarixli 1687 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Cinayət işinin 204-205-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, təmiz çəkiləri 1,872 qram narkotik vasitə heroin, 63,176 qram narkotik vasitə heroin və 1,092 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış 1,792 qram heroin, 62,996 qram heroin və 1,042 qram metamfetamin saxlanılması üçün Səbail RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20 və 120-122-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 50 və 128-130-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 133-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır Cinayət işinin 135 və 162-ci vərəqlərində olan tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. AR CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə məhkumluğu ödənildiyindən həmin hökm məhkumluqla əlaqədar heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs1 əməlindən peşiman olması və cinayətin açılmasına, onun digər iştirakçısının ifşa edilməsinə kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 əməlindən peşiman olunması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 42 AZN (qırx iki manat), Təqsirləndirilən şəxs2 300 AZN (üç yüz manat) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut – Bakı şəhər Səbail RPİ-nin saxlanc anbarına təhvil verilmiş təmiz çəkilən 1,872 qram, ekspertiza tədqiqatından sonra 1,792 qram narkotik vasitə heroin, 63,176 qram, ekspertiza tədqiqatından sonra 62,996 qram narkotik vasitə heroin və 1,092 qram ekspertiza tədqiqatından sonra 1,042 qram psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat), Müdafiəçi2 üçün 240 AZN (iki yüz qırx manat) olmaqla ümumilikdə 480 AZN (dörd yüz səksən manat) fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 42 AZN (qırx iki manat), Təqsirləndirilən şəxs2 300 AZN (üç yüz manat) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – Bakı şəhər Səbail RPİ-nin saxlanc anbarına təhvil verilmiş təmiz çəkilən 1,872 qram, ekspertiza tədqiqatından sonra 1,792 qram narkotik vasitə heroin, 63,176 qram, ekspertiza tədqiqatından sonra 62,996 qram narkotik vasitə heroin və 1,092 qram ekspertiza tədqiqatından sonra 1,042 qram psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat), Müdafiəçi2 üçün 240 AZN (iki yüz qırx manat) olmaqla ümumilikdə 480 AZN (dörd yüz səksən manat) fəaliyyət göstərdikləri Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar