Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-231/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1970-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir şəhəri, Nizami küçəsi ev 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.1 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində və rəsmi sənədə bilə- bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, qohumu Şahid2 və “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən tanışı Şahid1 ilə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, şəxsən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olan Şahid1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə məsləhət və məlumatları ilə yardım etməklə, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə Zərərçəkmiş şəxs3 məxsus olan 0,04 ha torpaq sahəsində inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının və oradakı mənzillərin faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildikləri halda, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq bacanağı Şahid2 guya həmin binanın 2-ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzilin mülkiyyətçisi olduğunu və mənzili 80.000 manata satdığını mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 yalandan bildirib özlərinə olan İnam və etibardan sui-istifadə etməklə, 28 sentyabr 2015-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, “Heydər Əliyev” adına parkda Şahid2 tərəfindən Zərərçəkmiş şəxs1 80.000 manat məbləğində pul vəsaiti alınıb, qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs1 satılması görüntüsü yaratmaq üçün mənzilin sonuncunun adına rəsmiləşdirilməsi ilə bağlı özünün şəxsən Şahid1 verdiyi məsləhətləri və məlumatları ilə sonuncu tərəfindən məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatların daxil edildiyi rəsmi sənədlərin Zərərçəkmiş şəxs1 təqdim edilməsində ifadə olunan köməkçiliyi ilə Şahid1 tərəfindən vəzifə saxtakarlığı ilə hazırlanmış - guya Zərərçəkmiş şəxs2 məxsus mənzilin Zərərçəkmiş şəxs1 satılmasını özündə əks etdirən 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsi barədə Zərərçəkmiş şəxs1 adına verilmiş eyni tarixli və nömrəli maliyyə arayışını Şahid1 alıb qeyd edilən tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, “Heydər Əliyev” adına parkda Zərərçəkmiş şəxs1 təqdim etməklə, həmin pulu Şahid1 və Şahid2lə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda - 80.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə Şahid1 Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 əmlakdan maneəsiz istifadə etmək, ona sahiblik etmək hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etməsində və rəsmi sənədə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1995-ci ildə Rusiya Federasiyasına köçmüş, orada meyvə-tərəvəz bazarında işləmişdir. 2013-cü ildə qətl hadisəsi olmuş, dövlət də bütün mallarını əlindən almış, müflis olmuşlar. Bundan sonra ailəsini də götürüb Bakıya gəlmiş və bacanağı Şahid2 ilə Həzi Aslanovda kirayə ev tutmuşdur. Lənkəranda olan tanışı vasitəsilə 1 il yarım müdir sürücüsü işləmişdir. O, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və eyni zamanda, sədri Şahid1 uzun müddət əvvəl tanımış, normal münasibətləri olmuşdur. Şahid1 özünün deməsinə görə Bakı şəhəri ərazisində yüksəkmərtəbəli bina tikintisi ilə məşğul olmuşdur. Ancaq onun Şahid1la şərikliyi olmamış, onunla birgə biznes fəaliyyəti ilə məşğul olmamış, həmçinin, ona pul və ya digər əmlak şəklində borc verməmiş, ondan borc almamışdır. Bacanağı Şahid2 Zərərçəkmiş şəxs1 adlı şəxsə pul borcunun olduğunu bildirmiş, ondan xahiş etmişdir ki, onun vasitəsilə tanış olduğu Şahid1la danışsın və o, ona məxsus olan binaların birində Azərə Əliyevə mənzil sahəsi versin ki, o da borcunun əvəzində Zərərçəkmiş şəxs1 versin. Şahid2 nağd 10.000 manat məbləğində pulu olduğunu, Şahid1 ona mənzil sahəsi verəcəyi təqdirdə həmin pulu ilkin ödəniş kimi ödəyib qalanını da hissəhissə ödəyə biləcəyini bildirmişdir. O, da bu barədə Şahid1la danışmış və Telman Şahid2 mənzil verməyə razılaşmışdır. Bundan sonra o, Şahid2 və Şahid1la Bakı şəhəri ərazisində görüşmüş və Azərin yanında Telmana demişdir ki, “Azər 10.000 manat ilkin ödəniş verəcək, pulun qalan hissəsini isə 5-6 ay ərzində ödəyəcək. O, həmin pulun ödəniləcəyinə zamin durur”. Lakin Şahid1 Şahid2 hansı ünvanda mənzil verəcəyini bilməmiş, maraqlanmamış, sadəcə olaraq Telmanla Azəri razılaşdırandan sonra Bakı şəhəri ərazisində Şahid2, 10.000 manat pulu alıb həmin ərəfələrdə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində yerləşən çayxanada Şahid1la görüşərək ona vermişdir. Şahid1 isə Şahid2 zəng edib “Azər 10.000 manatı Fikrət mənə verdi, pul məndədi” demişdir. Bundan sonra o, bir daha həmin məsələ ilə məşğul olmamış, maraqlanmamışdır. O cümlədən, Şahid1 söz verdiyi mənzil sahəsinin rəsmiləşdirilməsinə dair Şahid2 müqavilə və maliyyə arayışı verib-vermədiyini, o cümlədən, həmin sənədləri Şahid2, yaxud, Zərərçəkmiş şəxs1 adına verməsi barədə məlumatı olmamışdır. Belə hesab edir ki, Şahid2 Şahid1 verdiyi mənzili Zərərçəkmiş şəxs1 verməklə Azərə olan borcunu ödəmiş, Telmana da mənzilə görə ödənişlərini etmişdir. Sonradan iş yeri bağlanmış və o, Moskvaya getmişdir. Bir müddətdən sonra bacanağı Şahid2 də probleminin olduğunu bildirərək yanına gəlmiş və o, sonradan Türkiyəyə gedəndə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Şahid1 barəsində istintaq olunan cinayət işi üzrə Şahid2lə barəsində axtarış elan olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “X7” MMC-nin direktoru Şahid1 tərəfindən ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 m2 olan, 2 otaqlı, 7 nömrəli mənzil 28 sentyabr 2015-ci il tarixdə 80.000 manata ona satılaraq həmin tarixli 51 nömrəli müqavilə tərtib olunmaqla adına rəsmiləşdirilmiş, lakin mənzil ona təhvil verilməmişdir. Sonradan bildiyinə görə həmin binanın “X7” MMC-yə, həmin MMC-nin direktoru Şahid1 heç bir aidiyyəti olmayıb və onun həmin mənzili satmağa səlahiyyəti olmamışdır. Yəni, Şahid1 7 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi barədə saxta müqavilə tərtib edib vermişdir. Belə ki, 2015-ci ildə Bakı şəhəri ərazisində mənzil almaq niyyətində olduğunu bilən, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu olan, bina tikməklə məşğul olduğunu güman etdiyi Şahid2 adlı şəxs hansısa bina üçün qapı pəncərə düzəltdiyinə görə ona mənzil verildiyini, həmin mənzilin hər m2 1500 manata olmasına baxmayaraq, ona 1000 manata sata biləcəyini söyləmiş, 2015-ci il sentyabr ayının əvvəllərində Azərlə birlikdə ünvan 1də yerləşən 3 mərtəbəli yaşayış binasının yanına getmişdir. Bundan sonra Azər binanın 1-ci blokunda 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 m2 olan 2 otaqlı, 7 nömrəli mənzili təqdim edərək satıldığını, binanın “X7” MMC-yə məxsus olduğunu, MMC-nin Yeni Yasamal yaşayış massivindəki binasının qapı pəncərələrini quraşdırdığını, hazırkı binanın qapı pəncərələrini də quraşdıracağını, həmin xidmətinin əvəzində 7 nömrəli mənzilin ona verildiyini bildirmiş, o da inanmışdır. Mənzilə baxanda orada şirkətin işçilərindən, rəhbərliyindən heç kimi görməmişdir. Mənzili bəyənmiş və almaq qərarına gəlmişdir. Azər mənzili özünün satdığını dediyinə görə Şahid1la görüşüb nə isə danışmağa ehtiyac duymamışdır. 2015-ci ilin sentyabr ayının 27-dən 28-nə keçən gecə, Azərlə telefonla zəngləşib gecə saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, “Ukrayna dairəsi” deyilən yerin yaxınlığında, “Heydər Əliyev” adına parkda ikilikdə görüşüb şəxsiyyət vəsiqəsini, həmçinin 40.000 manat pulu ona məxsus olan “Hyundai” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sayaraq Azərə vermişdir. O da mənzili adına rəsmiləşdirilməsinə dair müqaviləni səhəri gün verəcəyini bildirmiş və ayrılmışlar. 28 sentyabr 2015-ci il tarixdə axşam saat 21 radələrində yenə də Azərlə zəngləşib həmin yerdə görüşəndə o, “X7” MMC-nin direktoru vəzifəsində işləyən Şahid1 ilə aralarında bağlanmış, 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqaviləni, həmin tarixli və nömrəli maliyyə arayışını, eləcə də, həmin tarixli 420633 nömrəli etibarnaməni ona vermişdir. Müqavilənin məzmununda göstərilmişdir ki, ünvan 1 ünvanında 3 mərtəbəli yaşayış binasında 1-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 80 m2 olan, 2 otaqlı, 7 nömrəli mənzil ona pay kimi verilir. Mənzilin hər m2 1000 manatdan olmaqla cəmi 80.000 manat olan dəyərinin elə həmin gün, yəni 28 sentyabr 2015-ci il tarixdə tam ödənildiyi əlyazma ilə yazılmışdır. Müqavilə möhürlə də təsdiq edilmişdir. Maliyyə arayışı da, Şahid1 imzası, həmçinin MMCnin möhürü ilə təsdiq olunmuş və həmin arayışda onun 7 saylı mənzilin dəyərini tam şəkildə ödədiyi göstərilmişdir. 28 sentyabr 2015-ci il tarixli, 420633 nömrəli etibarnamə həmin mənzilə dair Şahid1 tərəfindən onun adına verilmişdir. Mənzil aldığını güman edib arxayın olmuşdur. Belə ki, Azər bildirmişdir ki, bina bir ilə təhvil veriləcək. Ancaq bir il keçməsinə baxmayaraq bina təhvil verilməmişdir. Uzun müddət ərzində Azərlə müntəzəm olaraq telefonla danışmış, o isə hər dəfə “Narahat olma, bina tikilib təhvil veriləcək” demişdir. Hətta bir dəfə onunla təsadüfən görüşəndə də binanın yaxın zamanda təhvil veriləcəyini bildirmişdir. Sonradan o, cərrahiyə əməliyyatı keçirmiş və təxminən 6-7 ay əvvəldən başlayaraq isə Azərə zəng çatmamış, eşitdiyinə görə Türkiyəyə köçmüşdür. Son zamanlar isə Şahid1 ümumiyyətlə həmin binadan mənzil satmağa səlahiyyəti olmadığını eşidəndə aldadıldığını anlayıb şikayət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı ifadəsi elan olunmuş Şahid3 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü ildə ünvan 1də 4 mərtəbəli fərdi yaşayış evi inşa etməyə başlamış, binanın birinci mərtəbəsini tikib başa çatdırandan sonra, pulu olmadığına görə Zərərçəkmiş şəxs3 adlı şəxsdən borc pul almış, buna görə də, binanın yerləşdiyi 0,04 ha sahəsi olan torpaq sahəsi elə əvvəlki sahibinin adından Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmişdir. Hətta, rayon İcra Hakimiyyəti başçısının bina tikintisi üçün sərəncamı da, Zərərçəkmiş şəxs3 adına verilmişdir. Bina tikintisi üçün beton tədarük edən Nizami adlı şəxsin yanında tikinti sahəsinə gəlib-gedən, Nizaminin mühəndis kimi təqdim etdiyi Şahid1 tikintinin necə aparılmasına dair şifahi məsləhətlər verməyə cəhd etməsinə baxmayaraq, o, həmin məsləhətlərin heç biri ilə razılaşmamış, Şahid1 qeyd olunan binanın tikintisində heç bir fəaliyyət göstərməmiş, orada hansısa iş görməmiş, yaxud işlərə rəhbərlik etməsinə dair aralarında hansısa şifahi və ya yazılı razılaşma olmamış, podrat və s. müqavilə bağlanmamışdır. 2015-ci ilin yayında, binanın 4-cü mərtəbəsinin inşası başa çatanda xatırlamadığı gün ora gələn Şahid1 həmin binadan 200 m2 ölçüdə yaşayış sahəsi almaq istədiyini demiş, o, tikinti və sənədləşmə tam başa çatandan sonra orada yaşayış sahəsi satmaq barədə düşünə biləcəyini bildirmiş, Şahid1 isə “biz kişiyik, mən sənə inanıram, heç bir problem yoxdur. Binada 200 m2 yaşayış sahəsi almaq istəyirəm və bəri başdan sənə 10.000 manat pul verirəm. Bundan sonra da, sənə 160.000 manat pul verəcəm” demiş, o, bina tam hazır olandan və 10.000 manatdan əlavə 160.000 manatı da ödəyəndən sonra 200 m2 yaşayış sahəsinin Telmanın adına rəsmiləşdirilməsini təmin edəcəyini deyəndə Telman razılaşmışdır. Şahid1 həmin 200 m2 ölçüdəki yaşayış sahəsinin gələcəkdə, bina tam hazır olandan sonra ona satılacağına, adma rəsmiləşdiriləcəyinə, eləcə də, ilkin olaraq 10.000 manat məbləğində pul ödəməsinə dair müqavilə tərtib etdiyini bildirib müvafiq qrafalarda imza etməyi xahiş etmiş, o, Telmana inandığına görə təqdim etdiyi sənədlərdə, göstərdiyi yerlərdə imza etmiş, sonuncunun məhz hansı müqavilələri tərtib etdiyinə, özünün konkret olaraq nəyə imza etdiyinə fikir verməmiş, imza etdiyi sənədlərin hansısa nüsxəsini Telman ona verməmişdir. 2015-ci ilin yayından sonra isə maddi imkanı olmadığına görə tikintini davam etdirə bilməmişdir. ünvan 1də Zərərçəkmiş şəxs3 adına olan torpaq sahəsində tərəfindən inşa olunmuş binanın inşasında Şahid1 heç bir xidməti, əməyi olmamış, eləcə də, ona hansısa məbləğdə borc pul verməmişdir. Zərərçəkmiş şəxs1 adlı şəxsi tanımır, həmin şəxsə mənzil satmamış, ona mənzil satmasına dair Şahid1 hansısa razılıq verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs və ya Şahid2 adlı şəxsləri də tanımır, həmin şəxslərin də qeyd olunan binada hansısa xidmətləri olmamış, orada heç bir iş görməmişlər. Şahid1, Təqsirləndirilən şəxs və ya Şahid2 adlı şəxslərin Zərərçəkmiş şəxs1 adlı şəxsdən ona məxsus binadakı hansısa yaşayış sahəsinə görə hansısa məbləğdə pul almaqlarından məlumatı olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Şahid2 adlı şəxsləri tanımır. ünvan 1də 0,04 ha torpaq sahəsini 2015-ci ilin əvvəllərində satın almış, tanışı Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsində onun üçün fərdi yaşayış evinin tikintisini həyata keçirməsi barədə razılaşmış, ancaq, bunun üçün hər-hansı müqavilə bağlamamış, təxmini hesablamışlar ki, həmin binanın tikintisinə 327320 ABŞ dolları ekvivalenti olan 343686 manat xərc çıxa bilər. Ona görə də, 03.03.2015-ci il tarixdə həmin məbləğdə borc müqaviləsi bağlamışlar ki, guya həmin məbləğdə pulu Zərərçəkmiş şəxs2 borc vermişdir. Hazırda həmin tikinti zirzəmi və 3 mərtəbəsi yarımçıq tikilmiş, Zərərçəkmiş şəxs2 öhdəliyi yerinə yetirməmişdir. Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini və yaxud tikilini, tikilinin bir hissəsini, hansısa ölçüdə yaşayış sahəsini kiminsə adına rəsmiləşdirib- rəsmiləşdirməməsi, tikintini davam etdirmək üçün sonradan kiminlə isə razılaşması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nizami rayonu ərazisində 4 mərtəbəli, fərdi yaşayış evi tikdirdiyini bildirmiş və həmin binanı tikməyi ona tapşırmışdır. Həmin ərəfədə əslən Şəmkir rayonundan olan Təqsirləndirilən şəxs deyəndə o, bina üçün özünün tikinti materialları tədarük etməsini və binanın tikintisini tamamlamasını təklif etmiş, bu barədə şifahi razılaşmışlar. Fikrət həmin binada faktiki olaraq heç bir iş görməmişdir. Fikrətlə birlikdə, bacanağı kimi təqdim etdiyi Şahid2 də ora gəlib getmişdir. 2015-ci ildə Təqsirləndirilən şəxs binada 80 m2 sahəni Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirməyi, həmin sahənin pulunu hesablaşanda nəzərə almağı təklif etmişdir. Mənzil rəsmiləşdirməsinə dair müqavilə tərtib etməsi üçün Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxsla Şahid2 ona vermiş, o, Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsi 4085-ci məhəllədə yerləşən 4 mərtəbəli yaşayış binasının 1-ci blokunda 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 m2 olan 2 otaqlı, 7 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 adına, hər kv/metri 1000 manatdan olmaqla, ümumilikdə 80.000 manata rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə, həmin tarixli və nömrəli maliyyə arayışı, eləcə də, qeyd olunan yaşayış sahəsinə dair həmin tarixli 420633 nömrəli etibarnaməni Təqsirləndirilən şəxs vermişdir. Mənzilin dəyəri ödənilmədiyi halda ödənilməsi barədə maliyyə arayışını Təqsirləndirilən şəxs və Şahid2 xahişi ilə vermişdir. Etibarnaməni isə Təqsirləndirilən şəxsla Şahid2 bina üçün material tədarük edəcəklərini vəd etdiklərinə görə vermişdir. Müqaviləni, maliyyə arayışını özü tərtib edib imzalamış, həmin sənədlərdəki əlyazmalarını da özü yazmışdır. Müqavilədə Zərərçəkmiş şəxs1 əvəzində, onun ad-soyadının qarşısında isə Təqsirləndirilən şəxs imza etmişdir. Təqsirləndirilən şəxs görəcəyi işin dəyəri az olduğundan, qeyri-rəsmi olaraq ona təxminən 17.000 manat pul vermişdir. Şahid2 özü də həmin binada bir sıra işlər görəcəyini, belə ki, binanın qapı-pəncərə işlərini, üzlük vurulması işlərini özünün yerinə yetirəcəyini söz vermiş, bu barədə təxminən 160.000 manatlıq smeta da tutub vermişdir. O, qeyd olunan binadan 80 m2 mənzil sahəsini Şahid2 satmamış, Şahid2 ondan mənzil almamış, Şahid2 və ya ailə üzvlərinin qarşısında onun heç bir öhdəçiliyi olmamışdır. 80 m2 yaşayış sahəsini Təqsirləndirilən şəxs xahişi əsasında Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirmiş, bu barədə müqaviləni Təqsirləndirilən şəxs verəndə o ona təxminən 17.000 manat məbləğində pul vermişdir. Ancaq, Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs1 pul alıb-almaması barədə məlumatı olmamışdır. Sadəcə olaraq Fikrət vəd vermişdir ki, binada görəcəyi işlərlə həmin mənzil sahəsinin dəyərini əvəzləşdirəcək. Təqsirləndirilən şəxsla Şahid2 arasında nə kimi münasibətlərin olması, onların bir-birilərinə pul və ya digər əmlak şəklində borclarının olmasından məlumatı olmamışdır. Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsi 4085-ci məhəllədə yerləşən 4 mərtəbəli yaşayış binasının ona məxsus olmadığını, Zərərçəkmiş şəxs2 məxsus olduğunu, İlqar ilə razılaşmasına əsasən həmin binanın tikintisini həyata keçirdiyini Şahid2 və Təqsirləndirilən şəxs demiş, onlar həmin binanın ona məxsus olmadığını və oradan mənzil satmağa onun ixtiyarının olmadığını bilmişlər. Sonra bu anlaşılmazlıqlar meydana gəldikdə Fikrətə zəng çatmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən əvvəlki dəqiq xatırlamadığı tarixdə bacanağı Təqsirləndirilən şəxs ilə xatırlamadığı səbəbdən aralarında borc münasibəti yaranmış, Təqsirləndirilən şəxs ona məbləğini xatırlamadığı, külli miqdarda borcu yaranmışdır. Təqsirləndirilən şəxs deməsinə görə Şahid1 adlı şəxslə nə isə iş görmüş və həmin İşin əvəzində Şahid1 ona Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının 2ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzili vermişdir. Ancaq, həmin mənzilin Təqsirləndirilən şəxs adına Şahid1 və ya başqa şəxs tərəfindən rəsmiləşdirilməsi barədə hansısa müqavilə görməmişdir. Fikrətlə, sonuncunun mənzili onun adına keçirəcəyi, borcunun qalan hissəsini isə pul şəklində ödəyəcəyi barədə razılaşmışlar. Şahid1la bacanağı Təqsirləndirilən şəxs nə münasibətinin olması, Şahid1 mənzili Təqsirləndirilən şəxs hansı səbəbə görə verdiyini konkret olaraq bilməmiş, sadəcə olaraq bacanağının ona olan pul borcunun bir hissəsinin əvəzində həmin mənzilin arvadının adına rəsmiləşdirilməsinə razılıq vermişdir. 2015-ci ildə xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs vasitəsi ilə Şahid1la tanış olmuş, birlikdə qeyd olunan ünvana getmiş, binanı Şahid1la Təqsirləndirilən şəxs ona göstərmişlər. Şahid1 həmin binanın tikintisi və oradan mənzil satışı ilə özünün məşğul olduğunu demişdir. O, hazırda Türkiyə Respublikasında yaşayan arvadı X3 adından öz adına etibarnamə aldığından, mənzil sahəsinin arvadının adına rəsmiləşdirilməsini xahiş etmiş, Şahid1 mənzilin Sevinc Əliyevanın adına rəsmiləşdirilməsinə dair özünün təsisçisi və direktoru olduğu “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından, özünün imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş müqavilə verəcəyini bildirmişdir. Onun mənzillə bağlı X6 adına etibarnamə verilməsi tələbi ilə Şahid1 razılaşmış və 2015-ci ilin aprel-may aylarında, dəqiq xatırlamadığı tarixdə Şahid1la birlikdə Bakı şəhəri ərazisində, Bakı metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında dəqiq ünvanını və nömrəsini xatırlamadığı notariat kontoruna getmişlər. Orada Şahid1 qiymətini 80.000 manat yazdığı mənzilin Sevinc Əliyevanın adına rəsmiləşdirilməsinə dair özünün imzası və “X7” MMC-nin möhürü ilə təsdiq etdiyi, tarixini xatırlamadığı müqaviləni, maliyyə arayışını, daha sonra mənzillə bağlı Sevinc Əliyevanın adına olan etibarnaməni ona vermişdir. Şahid1 həmin binanın tikintisinin 3 ay müddətində başa çatacağını, mənzilin təhvil veriləcəyini demişdir. Həmin binanın, eləcə də binanın yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması, Şahid1 həmin binaya nə kimi aidiyyətinin olması barədə heç bir dəqiq məlumatı olmamış, sadəcə olaraq Fikrətin sözlərindən belə anlamışdır ki, həmin bina Şahid1 məxsusdur və həmin binanı o inşa edir. Telman özü də binanı göstərəndə demişdir ki, “binanı mən tikirəm, özümündür”. Mənzilin X6 adına rəsmiləşdirilməsi barədə sonuncuya bildirməmişdir. 2015-ci ilin yay aylarında o, əvvəllər qonşusu olmuş Zərərçəkmiş şəxs1 mənzil almaq istədiyini biləndə həmin mənzili 30.000 manata almasını təklif etmiş, xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1la birlikdə həmin ünvana gedib mənzili göstərib özünə məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxs1 mənzilə baxıb bəyənərək almağa razılaşmışdır. 2015-ci ilin sentyabr ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1la görüşüb, şəxsiyyət vəsiqəsini almışdır ki, Şahid1 versin, Telman mənzili Azərin adına rəsmiləşdirsin. Həmin ərəfələrdə isə Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini Şahid1 vermişdir. 2015-ci il sentyabr ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Bakı metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığındakı, xatırlamadığı notariat kontorunda Telman Sələmovla görüşmüş və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 80 m5 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzilin X6 adına rəsmiləşdirilməsinə dair tarixini və nömrəsini xatırlamadığı müqaviləni, maliyyə arayışını və etibarnaməni Şahid1 vermiş, Şahid1 isə özündə olan, həmin mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsinə dair özünün imzası, həmçinin direktoru olduğu MMC-nin möhürü ilə təsdiq olunmuş tarixini və nömrəsini xatırlamadığı müqaviləni, Zərərçəkmiş şəxs1 adına yazdığı maliyyə arayışını və Azərin şəxsiyyət vəsiqəsini ona vermişdir. Şahid1 mənzillə bağlı öz adından Zərərçəkmiş şəxs1 adına etibarnamə də vermişdir. X6 adına olan müqavilənin, maliyyə arayışının, eləcə də etibarnamənin surəti onda qalmamışdır. Şahid1 qeyd etdiyi sənədləri alandan sonra Zərərçəkmiş şəxs1la əlaqə saxlamış, mənzilin adına rəsmiləşdirilməsi barədə müqavilənin və s. sənədlərin özündə olduğunu demiş, 2015-ci il sentyabr ayının təxminən 28-də axşam saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində, “Ukrayna dairəsi”nin yaxınlığında Zərərçəkmiş şəxs1la ikilikdə görüşmüş və mənzilin adına rəsmiləşdirilməsi haqqında müqaviləni, maliyyə arayışını, eləcə də, etibarnaməni ona verib, 50 və 100 manatlıq əskinaslardan ibarət olan 30.000 manat məbləğində pulu ondan almışdır. Təqsirləndirilən şəxs ona olan, miqdarını xatırlamadığı borcunun əvəzində arvadının adına mənzil rəsmiləşdirildiyi və həmin mənzilin dəyərinin 80.000 manat göstərildiyi halda, sonradan həmin mənzili Zərərçəkmiş şəxs1 30.000 manata, yəni 50.000 manat az məbləğə satmağını nə ilə izah etməsi barədə suala cavabında göstərmişdir ki, mənzili alanda qiymətinin 80.000 manat yazılmasında məqsədi ondan ibarət olmuşdur ki, sonradan bina tikiləndə mənzilin dəyəri qalxacaq və Şahid1 mənzili geri tələb edə bilər, yaxud əlavə vəsait tələb edə bilər. 80.000 manat məbləğində borcun əvəzində aldığı mənzili 30.000 manata satmaqla faktiki olaraq 50.000 manat itirməsi, belə olan halda mənzili geri qaytarıb Fikrətdən borcunu niyə tələb etmədiyini nə ilə izah etməsi barədə suala isə “əslində Telman mənzili arvadımın adına rəsmiləşdirəndə Təqsirləndirilən şəxs 17.000 manat məbləğində pul vermişdim ki, Telmana versin. Belə ki, Telman mənzilin dəyərindən ilkin olaraq 17.000 manat pul ödəməyi tələb etmişdi. Şahid1 özü də sonradan mənə demişdi ki, həmin pul ona çatıb. Fikrətlə isə belə razılaşmışdıq ki, mən mənzili nə vaxt, neçəyə satsam, həmin məbləği onun mənə olan borcundan çıxacağıq. Həmin mənzil mənə lazım deyildi. Mənim əsas məqsədim Fikrətin mənə olan borcunun ödənilməsindən ibarət idi” deyə cavab vermiş, elə olan halda, mənzilin dəyərindən 17.000 manat pulu ona borclu olan Təqsirləndirilən şəxs ödəməsini tələb etməyib, məhz özünün ödədiyini isə Fikrətin 17.000 manat ödəniləndən sonra ona mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı veriləcəyini deməsi ilə, həmçinin, həmin pulu ödəməyə Fikrətin imkanının olmaması ilə izah etmişdir. İfadəsində mənzilin Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verildiyini göstərdiyi halda, ümumiyyətlə, niyə görə Telmana 17.000 manat pul ödəməsi barədə suala konkret cavab verməkdən yayınaraq, Fikrətin binanın Telmanın olduğunu, lakin, həmin minimal məbləği ödəyərsə mənzilə dair, tam ödəniş barədə maliyyə arayışı verilə biləcəyini deməklə kifayətlənmişdir. Şahid1 ifadəsində Təqsirləndirilən şəxs qeyd olunan bina üçün tikinti materialları tədarük etməsi, binanın tikintisini tamamlaması barədə razılaşması, sonuncu ilə birlikdə onun da, binaya gəlib getdiyi, Təqsirləndirilən şəxs binada 80 m2 sahəni Zərərçəkmiş şəxs1 adlı şəxsin adına rəsmiləşdirməyi, pulunu isə onunla hesablaşanda nəzərə alacağını təklif etdiyini, mənzilin Zərərçəkmiş şəxs1 adına 80.000 manata rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə, həmin tarixli və nömrəli maliyyə arayışı, eləcə də, 80 m2 sahəyə dair öz adından Zərərçəkmiş şəxs1 adına həmin tarixli 420633 nömrəli etibarnaməni Təqsirləndirilən şəxs və ona verdiyini, məhz ondan 17.000 manat pul aldığını, mənzilin dəyəri tam ödənilmədiyi halda bu barədə maliyyə arayışını məhz Fikrətin və onun xahişiylə verdiyini, müqavilədə Zərərçəkmiş şəxs1 əvəzində, onun ad- familiyasının qarşısında Təqsirləndirilən şəxs imza etdiyini, lakin, Fikrət öhdəliyini yerinə yetirmədiyinə, 80.000 manat pul ödənilmədiyinə görə mənzilin təhvil verilmədiyini göstərməsi ilə bağlı göstərmişdir ki, o 17.000 manat pulu mənzil sahəsi X6 adına rəsmiləşdiriləndə Fikrətə vermiş, sonuncunun həmin pulu Telmana verib-vermədiyini bilməmiş, mənzili özü alaraq, sonradan Zərərçəkmiş şəxs1 satmışdır. Zərərçəkmiş şəxs1 mənzilə görə 30.000 manat pul aldığı, yəni mənzili ona özünün satdığı, Zərərçəkmiş şəxs1la Şahid1 bir-birilərini tanımadıqları halda, sonradan mənzilin Zərərçəkmiş şəxs1 təhvil verilməməsi, yəni satdığı mənzil sahəsinin faktiki olaraq onun mülkiyyətinə verilməməsinin səbəbi ilə maraqlanmadığını Şahid1 Zərərçəkmiş şəxs1 adına müqavilə, maliyyə arayışı və etibarnamə verməsi ilə, eyni zamanda mənzili özünün mülkiyyəti hesab edib satdığı ilə izah etmişdir. Mənzil arvadının adına rəsmiləşdiriləndə dəyəri 80.000 manat yazıldığına görə Zərərçəkmiş şəxs1 adına rəsmiləşdiriləndə də dəyəri 80.000 manat yazılmışdır. Şahid1 binanın 3 aya təhvil veriləcəyini bildirdiyi, özünün isə bina tikilib hazır olanda mənzilin dəyərinin qalxdığını əsas gətirib əlavə pul tələb etməməsi üçün müqavilədə mənzilin dəyərinin 80.000 manat göstərilməsinə nail olduğunu göstərdiyi, Zərərçəkmiş şəxs1 mənzili 30.000 manata satdığını göstərdiyi halda Zərərçəkmiş şəxs1 sonradan əlavə pul ödəyəcəyinə dair razılaşmadıqlarını, sadəcə olaraq real vermiş olduğu 17.000 manat pul batmasın deyə həmin mənzili 30.000 manata satdığını göstərmişdir. Belə ki, faktiki 17.000 manat verdiyi mənzili 30.000 manata satanda 17.000 manat pulu çıxmış, əlavə də 13.000 manat pulu da Fikrətin borcundan çıxacağını göstərmişdir. “X7” MMC-nin direktoru Şahid1 imzası, həmçinin MMC-nin möhürü ilə təsdiq olunmuş 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə və maliyyə arayışı, eləcə də, həmin tarixli 420633 nömrəli etibarnamə ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsində yerləşən, faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 3 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşməklə, 80 kv/metr sahəsi olan, 2 otaqlı 7 nömrəli mənzil “X7” MMC-nin direktoru Şahid1 tərəfindən hər m2 1000 manatdan olmaqla cəmi 80.000 manata Zərərçəkmiş şəxs1 Məmmədrəsui oğlunun adına satılmaqla rəsmiləşdirilmiş, mənzilin dəyəri tam şəkildə ödənilmiş, bundan başqa, qeyd olunan sahəyə dair Şahid1 adından Zərərçəkmiş şəxs1 adına etibarnamə verilmişdir. Qeyd olunan sənədlərlə həmçinin müəyyən olunmuşdur ki, Şahid1 ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsində yerləşən, faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 3 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşməklə, 80 m2 sahəsi olan, 2 otaqlı 7 nömrəli mənzili qanunsuz olaraq Zərərçəkmiş şəxs1 Məmmədrəsui oğlunun adına rəsmiləşdirmişdir. İş materiallarına əlavə edilmiş, ünvan 1də yerləşən 3 mərtəbəli yaşayış binasının 1ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 m2 olan, 2 otaqlı, 7 nömrəli mənzilin 80.000 manat müqabilində Zərərçəkmiş şəxs1 Məmmədrəsui oğlunun adına rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilənin əsli, həmin mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışının əsli, həmin tarixli 420633 nömrəli etibarnamə, “X7” MMC-yə məxsus ştamp və möhürüzərlərində cinayətin izlərini əks etdirdiyi və sübut əhəmiyyəti kəsb etdiyi nəzə alınaraq, ********* №-li cinayət işinin ibtidai istintaqı zamanı 23 oktyabr 2018-ci il tarixli qərarımla maddi sübut kimi tanınmışdır. İbtidai istintaq zamanı toplanmış sübutlara əsasən, istintaq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində və rəsmi sənədə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o Zərərçəkmiş şəxs3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə yerləşən 0,04 ha torpaq sahəsində inşa olunan, əslində Zərərçəkmiş şəxs2 məxsus olan 3 mərtəbəli fərdi yaşayış binasının “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Şahid1 məxsus olmadığını və sonuncunun həmin binadan yaşayış və ya qeyriyaşayış sahəsi satmağa səlahiyyətinin olmadığını bildiyi halda, Şahid2 və Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs1 Məmmədrəsui oğluna həmin MMC-nin adından tərtib edilmiş saxta müqavilə və saxta maliyyə arayışı təqdim edərək, binanın 2-ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzili satmaq adı ilə aldadaraq sonuncunun 80.000 manat pulunu ələ keçirmişdir. İşin faktiki halları ilə təhlil olunarkən, istintaq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öz əməllərinin (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. O, talama cinayət əməlini birbaşa qəsdlə törətdiyi və niyyətinə nail olduğu üçün cinayət başa çatmış cinayətdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməməsinə dair vəsatəti özünümüdafiə xarakteri daşımaqla, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmiş, həmin dəlilləri özünümüdafiə kimi qiymətləndirilməklə sübut kimi qəbul olunmamışdır. Belə ki, istintaq zamanı şahid ifadələri, üzləşdirmə protokolları və digər dəlillərlə müəyyən edilmişdir ki, Səlimov X4 Azər Məmədrəsul oğlunun adına Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsində yerləşən tikilidən 80 kv/metr mənzil sahəsini rəsmiləşdirərkən Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs2 məxsus olan həmin tikilidən hansısa mənzil sahəsini satmağa, özgəninkiləşdirməyə heç bir səlahiyyətinin olmadığını bilmiş, yəni, mənzil sahəsinin özünə və ya Şahid2 məxsus olmadığını və Zərərçəkmiş şəxs1 satmağa ixtiyarının olmadığını dərk etdiyi halda həmin mənzil sahəsini satmaq adı ilə sonuncudan 80.000 manat məbləğində pul almışdır. Bundan başqa, Şahid1 ********* nömrəli cinayət işinin istintaqı zamanı mənzil sahəsini Təqsirləndirilən şəxs və Şahid2 xahişləri ilə rəsmiləşdirdiyini, bu görə pul almadığını ifadəsində göstərməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2la arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən, mənzil rəsmiləşdirilməsinə dair tərtib və təsdiq etdiyi müqaviləni və maliyyə arayışını Təqsirləndirilən şəxsla Şahid2 verəndə sonuncuların ona 17.000 manat məbləğində pul ödədiklərini göstərmiş, ********* nömrəli cinayət işinin istintaqı zamanı şahid qismində dindirilərkən, həmçinin Şahid2lə arasında üzləşdirmə istintaq hərəkəti aparıarkən isə Təqsirləndirilən şəxs ona 17.000 deyil, 18.000 manat verdiyini, lakin, həmin pulu mənzil rəsmiləşdirdiyinə görə deyil, aralarındakı işgüzar münasibətlərlə bağlı verdiyini, Təqsirləndirilən şəxsla Şahid2 arasında borc münasibətinin olmasından, o cümlədən Şahid2 qeyd olunan məzil sahəsi ilə bağlı Zərərçəkmiş şəxs1 pul almasından, mənzili sonuncuya satmasından məlumatsız olduğunu göstərmişdir. Bundan başqa, ********* nömrəli cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid2 bacanağı Təqsirləndirilən şəxs ona pul borcunun olmasını və məhz həmin borcun əvəzində sonuncunun Şahid1 tərəfindən özünə verilmiş mənzili ona verdiyini, özünün isə Təqsirləndirilən şəxs vasitəsi ilə Şahid1 17.000 manat pul verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 borcunun olmadığını, sonuncunun Zərərçəkmiş şəxs1 pul borcunun olmasını bildirib, onun vasitəsi ilə həmin borcun əvəzində Zərərçəkmiş şəxs1 vermək məqsədi ilə Şahid1 mənzil aldığını, onun vasitəsi ilə Şahid1 ilkin ödəniş olaraq 10.000 manat məbləğində və ya bir qədər artıq məbləğdə pul ödədiyini göstərmiş, lakin, Şahid2lə və Şahid1la arasında üzləşdirmə istintaq hərəkətinin aparılmasından imtina etmişdir. Şəmkir Rayon Konsultativ poliklinikasından verilmiş 10.09.2021-ci il tarixli 814 nömrəli arayışdan görünür ki, Qasımov X1 poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetində dispanser qeydiyyatda yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iistintaqı zamanı da öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.1 və 32.5, 313-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına daxildir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə olan halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ittiham edildiyi vəzifə saxtakarlığı cinayətləri törətdiyi gündən 2 il keçdiyinə görə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə onun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə görə həmin maddə ilə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağın olması, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş və əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən qismən də olsa səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 1 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, o, 01.09.2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 sentyabr 2021 -ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş üzrə ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə olunmuş, Nizami rayonu, Elşən Süleymanov küçəsi 4085-ci məhəllədə yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan, 2 otaqlı, 7 nömrəli mənzilin 80.000 manat müqabilində Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi barədə 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə, həmin mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışı, həmin tarixli 420633 nömrəli etibarnamə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.1, 32.5, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Şəmkir rayon icra və probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş 28 sentyabr 2015-ci il tarixli, 51 nömrəli müqavilə, mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışı, həmin tarixli 420633 nömrəli etibarnamə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-231/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-231/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver