Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-231/2023 09.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6 və Hüseynova Aytac Faiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X7 və X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs müdafiəçiləri: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxx 1959-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan taxta materiallarının gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs4 2012-ci ilin iyun ayının sonunda ünvan 2 ünvanında yerləşən ofisdə 40.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin iyul ayının ilk ongünlüyündə həmin ünvanda 20.000 manat məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi 60.000 manat məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs1 2012-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri metronun 20 yanvar stansiyasının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 3.925 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Bakı şəhəri, Binəqədi rayonu H.Babaşov küçəsində yerləşən adsız kafedə həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ortalarında Abşeron rayonu, Xocasən qəsəbəsində yerləşən kartof anbarının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının sonunda Bakı şəhəri metronun Xətai stansiyasının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 7 850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 27.475 manat təşkil edən 35.000 ABŞ dolları məbləğində nağd pulunu aldatma və etibardan sui- istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına satış üçün un məmulatının gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs3 2012ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün siti” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 22.000 manat məbləğində nağd pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi 68.000 manat məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 və "xxxx" MMC-nin etibarından sui- istifadə edib sonunculari inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək onların sifarişləri əsasında Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onları aldatmış, "xxxx" MMC Təqsirləndirilən şəxs verilməsi üçün Zərərçəkmiş şəxs2 həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 241.155 manat təşkil edən 230.000 ABŞ dolları məbləğində nağd pul vermiş, sonuncu həmin məbləğdə pulu götürərək özündə olan həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 146.790 manat təşkil edən 140.000 ABŞ dolları məbləğində nağd pulu da onun üzərinə qoymaqla ümumilikdə həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 387.945 manat təşkil edən 370.000 ABŞ dolları məbləğində nağd pulu hazırladıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2015-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 73.395 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində nağd pulu, 2015-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri metronun N.Nərimanov stansiyasının yaxınlığında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 209.700 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu, 2015-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospekti 2076-cı məhəllə ünvanında yerləşən tikinti materiallarının satışı bazarında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 52.425 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində nağd pulu və 2015-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2076-cı məhəllə ünvanında yerləşən tikinti materiallarının satışı bazarında həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 52.425 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində nağd pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 387.945 manat təşkil edən 370.000 ABŞ dolları məbləğində nağd pullarını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda yəni cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 146.790 manat təşkil edən 140 000 ABŞ dolları məbləğində, digər zərərçəkmiş şəxs "xxxx" MMC-nə külli miqdarda yəni cəmi həmin dövr ücün Azərbaycan manatına olan məzənnəsi ilə 241.155 manat təşkil edən 230.000 ABŞ dolları məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun ibtidai istintaq materiallarında olan ifadəsi həqiqəti əks etdirmir, təhrif olunmuş formada, bəzədilmiş şəkildə yazılmışdır. O, dələduzluq etməmişdir, özünü dələduzluqla təqsirli bilmir. O, zərərçəkmiş şəxslərdən aldığı pulla mal vurmuşdur. Zərərçəkmiş şəxs3 Ukraynadan Azərbaycana satış üçün un məmulatları gətirmək məqsədilə 2012-ci ilin oktyabr ayının sonunda “Aygün siti” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayında Maştağa qəsəbəsində yerləşən “Palma” ticarət mərkəzinin yaxınlığında 23.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının ortalarında yenə həmin yerdə 22.000 manat məbləğində nağd pulunu, 68.000 manat məbləğində nağd pulunu almış, ona qarşı dələduzluq etməmişdir. Həmin pulları iş qurmaq üçün almışdır. Məbləğin 60.000 manatını 5-6 il öncə qohumları vasitəsilə geri qaytarmışdır, ona cəmi 8000 manat borcu qalsada sonrada o puluda qaytarmışdır. O, zərərçəkmiş şəxslərdən iş görmək üçün pul almışdır, həmin şəxslər gəlib onun anbarındakı malları da görmüşlər. Onun axtarışda olmağı barədə məlumatı olmamışdır, yalandır. Zərərçəkmiş şəxs4 2012-ci ilin iyun ayının sonunda ünvan 5 ünvanında yerləşən ofisdə 40.000 manat məbləğində nağd pulunu və 2012-ci ilin iyul ayının ilk ongünlüyündə həmin ünvanda 20.000 manat məbləğində nağd pulunu, ümumilikdə cəmi 60.000 manat məbləğində nağd pulunu iş görmək adı ilə almışdır. O Sadiqə qarşı dələduzluq etməmişdir. Həmin məbləği Zərərçəkmiş şəxs4 Ukraynadan un məhsulları gətirmək üçün almışdır, lakin biznesi alınmadığı, iş batdığı üçün ona həmin məbləği qaytara bilmirmiş. Sonradan həmin pulu ona 1 il, 1 il yarım müddətində qaytarmışdır. Zərərçəkmiş şəxs1 Litvadan Azərbaycana topdan satış üçün kartof gətirilmək məqsədilə 2012-ci ilin oktyabr ayının sonunda metronun 20 yanvar stansiyasının yaxınlığında həmin vaxt dövr 3.925 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində nağd pulu, 2012-ci ilin noyabr ayında Binəqədi rayonunda yerləşən bir kafedə həmin vaxt 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, 2012-ci ilin noyabr ayının Xocasən qəsəbəsində yerləşən kartof anbarının yaxınlığında həmin vaxt 7.850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu və 2012-ci ilin noyabr ayının sonunda metronun Xətai stansiyasının yaxınlığında həmin vaxt 7 850 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində nağd pulunu, ümumilikdə 27.475 manat təşkil edən 35.000 ABŞ dolları məbləğində nağd pulunu almışdır. Həmin məbləği ona imkanı olmadığı üçün yaxınlarda qaytarmışdır. Zərərçəkmiş şəxs1 qarşı da heç bir dələduzluq etməmişdir. "xxxx" MMC-dən heç vaxt heç bir məqsədlə pul almamışdır, elə bir şirkətin varlığından xəbəri olmayıb. Zərərçəkmiş şəxs2 Litvadan Azərbaycana topdan kartof satışını həyata keçirmək məqsədilə 370.000 ABŞ dolları məbləğində nağd pul almış, aldığı pulun hamısını Füzuliyə geri qaytarmışdır. Onu polislər tutmamışdır. Qardaşı və dostu ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onu axtardıqlarını dedikləri üçün özü İdarəyə getmişdir. İdarəyə gedən zaman 6 ya da 7 may tarixi olmuşdur. Zərərçəkmişlərin hər biri ilə biznes fəaliyyətləri olmuşdur, onlardan bu məqsədlə pul almışdır. Biznesi Ukraynadan Azərbaycana un məmulatlarının satış üçün topdan gətirilməsi və Litvadan Azərbaycana topdan kartof satışının həyata keçirilməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxslər onun Meyvəli ticarət mərkəzinin yanında yerləşən anbarını da görmüşdülər, həmin anbarı mallar üçün istifadə edirmiş. Şirkəti və ya VÖEN-i olmayıb, monopolistin adından biznes fəaliyyəti göstərmişdir. Zərərçəkmiş şəxs2 Titan MMC ilə əlaqəsindən xəbəri yoxdur. İbtidai istintaq zamanı axtarışda olduğunu, nə də ki qaçıb gizləndiyini deməmişdir. Zərərçəkmiş şəxslərdən pulları almışdır, ancaq dələduzluq etməmiş, onun anbarda malları olmuşdur, zərərçəkmişlər də bilirmiş ki o pulları ancaq biznes üçün istifadə edir. Pullarını qaytarmadığı müddətdə zərərçəkmiş şəxslərlə əlaqə saxlayırmış, onlar onun vəziyyətini bildiyi üçün pullarını tələb etmirmişlər. Polisə gedənə qədər zərərçəkmişlərin bütün pullarını ödəyə bilməmişdir, qismən ödənməmiş hissəsi qalırmış. "xxxx" MMC-dən başqa digər zərərçəkmiş şəxslərdən aldığı pullar düzdür. Qardaşı ona onu axtardıqları barədə məlumat verdiyi üçün polisə getmişdir. Füzuli ilə 2015-ci ildə tanış olmuşdur, ona xaricdən Azərbaycana topdan satış üçün kartof gətirmək barədə danışdıqda o bu biznesə sərmayə qoya biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 ilk dəfə 27000 ABŞ dolları məbləğində nağd pulu alaraq, Litva və Belarusiyadan 27000 ABŞ dolları dəyərində kartof məhsulu gətizdirmişdir. Füzuli ona hissə-hissə 450.000 ABŞ dolları pul vermişdir. Füzuli 2015-ci ilin sentyabr ayında Meyvəli Ticarət mərkəzində ona 70.000 ABŞ dolları pul vermişdir. 2015-ci ilin sentyabr ayının sonunda Füzuli ona əlavə olaraq 200.000 ABŞ dolları pul vermişdir. Həm 70.000, həm də 200.000-i verən zaman onların yanın heç kim olmamışdır. 2015-ci ilin oktyabr ayında Füzuli ona 50.000 ABŞ dolları pul vermişdir. Sonuncu dəfə isə ona 150.000 ABŞ dolları pul vermişdir. Kartof məhsulu Azərbaycana gəldikdə təxminən 293000 manat dəyərində olan hissəsini Füzuliyə vermişdir, qalan hissəsini isə satmışdır. Füzulini aldatmamışdır, pulunu dələduzluqla ələ keçirməmişdir. Onun ölkəyə gətirdiyi mallarla bağlı gömrük sənədləri də var, təxminən 1000 ton kartof məhsulu Potidə qaldığı üçün o ziyan etmiş, buna görə də pulu qaytara bilməmişdir. Füzulidən 450.000 ABŞ dolları pul almış, ona 370.000 ABŞ dolları borcu qalmışdır. Azərbaycana 300.000 ABŞ dolları dəyərində kartof məhsulu gəlmişdir, qalanı isə Potidə qalmışdır. Aldığı pulları mal alışına xərcləmişdir. Zərərçəkmiş şəxslər özləri Potiyə gedib görmüşdülər ki, mal xarab olub. 1000 ton malı Azərbaycana gətirmişdir. Mal monopolist şirkətin adından qəbul edilmişdir. Monopolist şirkətin adı AF Business olmuşdur. AF Business malı qəbul etmişdir. Malı başqa adam qəbul edə bilməzdi. Malı Azərbaycana gətirdiyini təsdiq edən gömrük sənədləri də var. Mallar xarab olduğu üçün atılmışdır. O, dələduzluq etməmişdir, iş görmək üçün pul almışdır. Onu polis əməkdaşları tutmamışdır, o özü polis idarəsinə könüllü getmişdir. Bunu təsdiqləyən idarənin videokamerasında da görüntü var. O "xxxx" MMC-ni tanımır, pulu Füzulidən almışdır. Füzuli ona pul verəndə pulun "xxxx" MMC-ə məxsus olduğunu deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 izahatında göstərmişdir ki, o 2021-ci ildən Leqat Hüquq MMC-nin hüquqşünası işləyir. Titan SSA MMC-in nümayəndəsi qismində iştirak edir. Titan SSA MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şirkətdir. Fəaliyyətləri də müxtəlif məhsulların Azərbaycan Respublikasına gətirilməsi, həmin məhsulların Respublika ərazisində topdan və pərakəndə satışının təşkil olunmasından ibarətdir. Onlar Təqsirləndirilən şəxs tanımamışlar, Zərərçəkmiş şəxs2 tanımışlar. Zərərçəkmiş şəxs2 şirkət nümayəndələrinə müraciət edərək Təqsirləndirilən şəxs adlı tanışı olduğunu bildirib və həmin şəxsin xarici dövlətlərdən topdan kartof məhsulları gətirə biləcəyini demişdir. Şirkət nümayəndələri ilə razılıq əldə olunduqdan sonra ilkin olaraq Zərərçəkmiş şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs müəyyən məbləğ verilib və o həmin məbləğin müqabilində xaricdən Azərbaycana kartof məhsullarının gətirilməsini həyata keçirib. İlk partiyadan yaxşı gəlir əldə olunduğu üçün növbəti dəfə üçün də Zərərçəkmiş şəxs2 230.000 dollar məbləğində pul vəsaiti verilib. Həmin məbləği Zərərçəkmiş şəxs2 kimə verməsi barədə məlumatları yoxdur. Daha sonra arada mülki mübahisələr yaranmışdır. Həmin məbləğin verilməsi 2012-2013-cu illərdə olmuşdur, mübahisələr isə 2015-2016-cı ildən yaranmağa başlamışdır. Bu mübahisələrə görə sonradan Füzuli Nəsirov qardaşına məxsus olan X5 yerləşən 4 sot torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli evi arada olan şifahi razılaşmaya əsasən şirkətdən aldığı pulun müqabilində Vüqar Nəbiyevin adına rəsmiləşdirmişdir. Notarial qaydada ev 50.000 qiymətləndirilsə də, öz aralarında ev 89000 dollar, yəni 150.000 manat kimi qiymətləndirilmişdir. Geridə isə Zərərçəkmiş şəxs2 şirkətə 141.765 dollar borcu qalmışdır. Onların şirkəti adından Təqsirləndirilən şəxs axtarışda olduğu müddətdə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktublar da ünvanlanmışdır. Həmin orqanlardan Təqsirləndirilən şəxs axtarışda olması barədə cavab məktubları da gəlmişdir. Şirkət nümayəndələri Təqsirləndirilən şəxs axtarışda olan zaman onun qohumları ilə də əlaqə saxlamışlar. Şirkətə dəymiş ziyandan 141 765 dollar ödənilməmiş olaraq qalır. Şirkətin heç bir nümayəndəsi ilə qalan məbləğin ödənilməsi barədə notarial razılıq və ya şifahi razılaşma da əldə olunmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etməmişdir, onlar şirkət olaraq onu yox Zərərçəkmiş şəxs2 tanımışlar. 89.000 dollar şirkətə qaytarılmışdır, Qalan məbləğ 141.765 dollardır. Onlar vaxtilə həm Zərərçəkmiş şəxs2, həm də Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişlər. Zərərçəkmiş şəxs2 şirkət nümayəndələrinə məlumat vermişdir ki, onun özünün də pulları Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilib. Şirkətə olan borcun 89.000 dollarlıq hissəsini Maştağa qəsəbəsindəki evlə əvəzləşdirilməsində Zərərçəkmiş şəxs2 iştirak edib, Təqsirləndirilən şəxs yox. Ev Füzulinin qardaşına məxsus olmuşdur. Şirkətə həm Zərərçəkmiş şəxs2, həm də Təqsirləndirilən şəxs tərəfindən ziyan vurulub. Təqsirləndirilən şəxs onların şirkəti ilə yanaşı Zərərçəkmiş şəxs2 da maddi ziyan vurmuşdur. Onlar şirkətə dəymiş ziyanı təqsirləndirilən şəxsdən tələb edirlər. Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs xaricdən kartof gətizdirəcəyini bildirərək şirkət nümayəndələri ilə aralarında olan şifahi sövdələşmə əsasında 230.000 ABŞ dolları pul almışdır. 230.000 ABŞ dolları şirkət tərəfindən verilən zaman dolların məzənnəsi 0.78 AZN olmuşdur. Onlar Füzuliyə 300.000 ABŞ dollar pul vermişlər. Füzulinin borcunun əvəzi olaraq verdiyi ev 88.240 ABŞ dolları, yəni 150.000 manat dəyərində olmuşdur. Evin razılaşmaya uyğun olaraq dəyəri bu imiş. Füzuli onlara 100.000 ABŞ dolları nağd pul qaytarmamışdır. Onlar pulu Əlövsətə yox, Füzuliyə vermişdir. O heç Əlövsəti tanımır, onunla heç bir iş ortaqlıqları olmayıb. Onlara pul ödənilməyib, ev verilmişdir. Ev qiymətləndirilib və evin dəyəri borcu tam ödəmədiyi üçün, onlara 141.850 ABŞ dollar borcu qalmışdır. Onlar pulu Təqsirləndirilən şəxs tələb edirlər. Onların nümayəndələri pulu Zərərçəkmiş şəxs2 vermişdir. Onlar şikayət etmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu halı araşdırmış və Füzuli ifadə vermişdir ki, pulu Təqsirləndirilən şəxs verib. O, pul veriləndə Təqsirləndirilən şəxs tanımırmış. Ancaq 2016-cı ildə istintaq dövründə Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, hüquqşünasları notariusa getmişlər və Təqsirləndirilən şəxs onların hüquqşünası və Bağırlı Hacının yanında borcunu səmimi etiraf etmiş, etibarnamə vermiş və həqiqətən 370.000 Füzuliyə borclu olduğunu, həmin borcu qaytarcağını bildirmişdir. Onlar da bu səbəbdən pulu Əlövsətdən tələb edirlər. Pul veriləndə şirkət Əlövsəti tanımamışdır. Onlar pulu həm Füzulidən, həm də Əlövsətdən tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC adlı hüquqi şəxsi tanımır. 2015-ci ilə qədər monopolist Əbülfəzin işçisi olmuşdur. Onun icazəsi olmadan ölkəyə nəinki kartof, heç bir çöp belə heç kəs gətirə bilməzdi. Onun özünün müəyyən qədər vəsaiti var imiş. Bir gün Təqsirləndirilən şəxslə tanış olmuşdur. Əlövsət Belarusiyadan ölkəyə kartof gətirdiyini bildirmişdir. Əlövsətlə birgə Belarusiyadan ölkəyə 4-5 vaqon kartof gətirmişlər. Həmin mallar satılmış və qazanc əldə edilmişdir. Əlövsət daha çox maya qoymaqla çox qazanc əldə etməyin mümkün olduğunu bildirərək, 450.000 ABŞ dolları pul verməyini təklif etmişdir. Özündə 150.000 ABŞ dolları pul var imiş. Bundan əlavə Əbülfəzə də bu barədə bildirmişdir. Əbülfəzin işçisi 300.000 ABŞ dolları pul vermişdir. O həmin pulun üzərinə özündə olan 150.000 ABŞ dolları pulu əlavə edib Əlövsətə vermişdir. Bir müddətdən sonra malların gəlməsi gecikirmiş. Əlövsətdən malların hansı səbəbdən bu qədər gec gəldiyini soruşmuşdur. Əbülfəzlə o Gürcüstan Respublikasının Poti şəhərinə getmişlər ki, kartoflara nə olduğunu görsünlər. Orada Əlövsətlə də görüşmüşlər. Baş verənlərə özləri canlı şahid olmuşlar. Gəmilər küləkli hava şəraiti ilə əlaqədar gec, yəni 1 aya gəlib çıxmışdır. Onlar vaqonları açıb baxanda görmüşlər ki, bütün kartoflar xarab olub. O hətta kartofların şəklini də çəkmişdir. O Təqsirləndirilən şəxs umumilikdə 450.000 ABŞ dolları pul vermişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2016-cı ildə araşdırma olmuşdur. Əlövsətə 2014-cü ildə pul vermişdir. Həmin vaxt ABŞ dollarının məzənnəsi 0.78 manat ekvivalentində imiş. Lakin o pulu qaytaranda ABŞ dollarının məzənnəsi 1.7 manat olmuşdur. "xxxx" MMCnin rəhbəri Əbülfəz olmuşdur, lakin o bunu bilmirmiş. O Əbülfəzdən 300.000 ABŞ dolları pul almışdır. O Əbülfəzə 150.000 ABŞ dolları məbləğində ev və əlavə olaraq 100.000 ABŞ dolları pul vermişdir. Əbülfəz ilə aralarında onlara verdiyi evin 150.000 ABŞ dolları dəyərində olması barədə razılaşma olmuşdur. Əbülfəzə 50.000 ABŞ dolları borcu var. O, Əbülfəzlə borcunun əvəzi olaraq 150.000 ABŞ dolları məbləğinin silinməsi barədə razılaşmışdır. Evin dəyəri 150.000 manat deyildi, daha çox idi. Onun pulu verdiyini təsdiq edən sənədi yoxdur, pulu razılaşmaya uyğun olaraq vermişdir. Ona birinci dəfə 80.000, ikinci dəfə 20.000 ABŞ dolları pul vermişdir. Qəbz şirkətinin özündədir. Sənədi tələb etsə də ona verməmişlər. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" MMC ondan pulunu istəyir. Onun "xxxx" MMC-ə onların istədikləri qədər borcu yoxdur. O, Təqsirləndirilən şəxs pul verəndə pulun "xxxx" MMC-ə məxsus olduğunu deməmişdir. Məhkəmənin hazırlıq qiclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X8 və Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı şəkildə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X8 və Zərərçəkmiş şəxs1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən tanışı Seyidağa Mirzəyevin vasitəsi ilə tanımışdır. Onu həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış edib bildirmişlər ki, Əlövsət bazar dəyərindən aşağı qiymətə Ukrayna Respublikasından kartof məhsulunu, taxta və un məmulatlarını gətirir. O özü də həmin vaxtı tikinti işi ilə məşğul olurmuş və tikinti işi ilə bağlı inşaat materiallarını başqa şəxslərdən alırmış. 2012-ci ilin iyun ayında tanışı Seyidağanın ona apardığı tikinti işləri ilə bağlı lazım olacaq taxta məmulatlarını Əlövsətdən ucuz qiymətə götürə bilməsini, belə ki, Əlövsətin Ukraynadan ucuz qiymətə taxta materiallarını gətirərək satmasını və onun özünün də Əlövsətdən taxta materialı alacağını bildirmişdir. O bu məqsəd ilə Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin vaxtı aralarında olan razılığa görə Əlövsət onun üçün Ukraynadan 60.000 manat dəyərində taxta materialı gətirməli idi. Əlövsət həmin vaxtı onu əmin edərək onun bu işə pul qoyacağı təqdirdə külli miqdarda xeyir götürəcəyini bildirmişdir. Həmin materiallar ona bazar dəyərindən aşağı qiymətə başa gəldiyindən o Əlövsətin təklifi ilə razılaşmışdır. Bundan sonra Əlövsətin Ukraynadan taxta materialı gətirməsi üçün Əlövsətə 2012-ci ilin iyun ayının sonunda Seyidağanın əyləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən ofisində görüşərək onun üçün Ukraynadan taxta materialları gətirməyinə görə 40.000 manat pul vermişdir. Əlövsətlə aralarında olan razılığa görə Əlövsətin göndərəcəyi həmin taxta materialları pul verəndən bir ay müddətində gəlməli idi. Bunun üzərindən 1 həftə sonra o Türkiyədə olduğu zaman 2012-ci ilin iyul ayının ilk ongünlüyündə Ukraynadan taxta materialları gətirilməsi üçün Əlövsətlə Seyidağa Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən ofisində görüşərək Seyidağa onun üçün Ukraynadan taxta materiallarının gətirilməsinə görə 20.000 manat pul vermişdir. Yəni Seyidağada onun pulu olduğu üçün Əlövsətə 20.000 manat verməsini bildirmişdir. Ümumilikdə o Əlövsətə bu iş üçün 60.000 manat pul vermişdir. Əlövsət pulu aldıqdan sonra taxtanın artıq gəldiyini və gömrükdə olmasını bildirmişdir. Deyilən müddət gəldikdə vəd verdiyi taxta materiallarını təşkü etməmişdir. O bundan sonra Əlövsətdən taxta materialları üçün verdiyi 60.000 manat pulu tələb etsə də ona müxtəlif bəhanələr gətirərək onu bir neçə müddət ərzində aldatmağa başlamışdır. Mən bundan sonra Əlövsətdənona verdiyi 60.000 manat pulu tələb etdikdə o müxtəlif bəhanələrdə pulu qaytarmaqdan yayınmağa başlamış və daha sonrada onun verdiyi pulu batırmasını bildirmişdir. Əlövsət onun arxayın olması üçün 60,000 manat pulun ona borclu olması barədə ona borc müaqaviləsi bağlatmışdır ki, o, puldan narahat olmasın. Sonradan ondan xarici dövlətdən taxta materialları gətirəcəyi barədə yalan vəd verərək aldığı puldan 8500 manatını qaytarmış, lakin 51.500 manat pulu indiyə qədər qaytarmamışdır. Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində əlavə dindirmə zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan 60 000 manat pulu aldıqdan sonra vəd verdiyi taxta materiallarını Azərbaycan gömrüyünə gətizdirməsi, gömrükdən həmin materialları özünün götürməsi, lakin ona verməməsi, həmin materialları ondan xəbərsiz özünün sataraq daha çox mal gətirilməsi üçün yenidən Ukrayna Respublikasına adını bilmədiyi şirkətin hesabına köçürməsi, lakin həmin pulların Ukrayna Respublikasında adını bilmədiyi şirkət tərəfindən mənimsənilməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu inandıraraq taxta materialları gətirəcəyi barədə yalan vəd verərək onun 60 000 manat pulunu ələ keçirmişdir. Lakin onun həmin taxta materiallarını Azərbaycan gömrüyünə gətirməsi, həmin materialları özünün götürməsi, onun məlumatı olmadan satması, əldə olunan pulları yenidən onun məlumatı olmadan Ukrayna Respublikasına göndərməsi barədə ümumiyyətlə məlumatı və razılığı olmamışdır. Əlövsətlə aralarında olan razılıq ancaq vəd verdiyi taxta materiallarını gətirərək ona verməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə etməklə Ukrayna Respublikasından taxta materialları gətirmək adı ilə onu aldadaraq aldığı 60 000 manat puldan 8500 manat pul ödəmişdir. Qalan 51 500 manat ziyanlığı hazıra qədər ödəməmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin payız aylarından Təqsirləndirilən şəxs tanışı Eminin vasitəsi ilə tanımışdır. Həmn vaxt onu Əlövsətlə tanış edib bazar dəyərindən aşağı qiymətə Ukraynadan un məmulatını gətirməsini bildirmişlər. O da Əlövsətlə görüşmüş, görüş zamanı ona Biləcəri qəsəbəsində dəmiryolunda unla yüklənmiş vaqonları göstərdikdən sonra onun Əlövsətə inamı yaranmışdır. Əlövsətlə həmin vaxtı aralarında olan razılığa görə Əlövsət onun üçün 68.000 manat dəyərində un məmulatı gətirməli idi. Əlövsət həmin vaxtı onu əmin edərək bildirmişdir ki, onun bu işə pul qoyacağı təqdirdə birlikdə külli miqdarda qazanc götürəcəklər. Həmin məhsul ona bazar qiymətindən aşağı qiymətə başa gəldiyindən o Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdın Bundan sonra Əlövsətin Ukraynadan un məmulatı gətirməyi üçün Əlövsətə 2012-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığında görüşərək Əlövsətə un məmulatının gətirilib satılması üçün 23.000 manat pul vermişdir. Bunun üstündən bir həftə sonra 2012-ci ilin noyabr ayının ilk ongünlüyndə o Əlövsətlə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən “Palma” marketin yaxınlığında tanışı Eminin ofisində görüşərək un məmulatının gətirilməsi üçün ona əlavə olaraq 23.000 manat pul vermişdir. Bundan bir neçə gün sonra 2012-ci ilin noyabr ayının ortalarında o yenə də Əlövsətlə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən “Palma" marketin yaxınlığında tanışı Eminin ofisində görüşərək un məmulatının gətirilməsi üçün Əlövsətə 22.000 manat pul vermişdir. Əlövsətlə aralarında olan razılığa görə göndərəcəyi un məmulatını pul verəndən bir həftə sonra gəlməli və həmin un məmulatının satılmasını Əlövsət özü təşkil etməli idi. Deyilən müddət gəldikdə pulunu alaraq söz verdiyi un məmulatını təşkil etməmişdir. Ona yalnız Ukraynadan alınmış unla dolu bir vaqounun satılmasını bildirərək 1500 manat xeyir olduğunu bildirmiş və ona həmin pulu vermişdir. O bundan sonra Əlövsətdən un məmulatının gətirilib satılması üçün verdiyi pulu tələb etsədə Əlövsət bir neçə müddət ərzində müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Lakin sonradan Əlövsət ondan un gətirmək adı ilə aldığı 68.000 manat puldan 57.000 manatını qaytarmış və 11.000 manat qaytaracaq pul qalmışdır. Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində əlavə ifadəsində Təqsirləndirilən şəxs ondan 68 000 manat pulu aldıqdan sonra vəd verdiyi un məmulatını Azərbaycan gömrüyünə gətizdirməsi, gömrükdən həmin un məmulatlarını özünün götürməsi, lakin ona verməməsi, həmin məmulatları ondan xəbərsiz özünün sataraq daha çox mal gətirilməsi üçün yenidən Ukrayna Respublikasına adını bilmədiyi şirkətin hesabına köçürməsi, lakin həmin pulların Ukrayna Respublikasında adını bilmədiyi şirkət tərəfindən mənimsənilməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu inandıraraq un məmulatları gətirəcəyi barədə yalan vəd verərək 68 000 manat pulunu ələ keçirmişdir. Lakin onun həmin un məmulatlarını Azərbaycan gömrüyünə gətirməsi, həmin məmulatları özünün götürməsi, onun məlumatı olmadan satması, əldə olunan pulları yenidən onun məlumatı olmadan Ukrayna Respublikasına göndərməsi barədə onun ümumiyyətlə məlumatı və razılığı olmamışdır. Onunla aralarında olan razılıq ancaq vəd verdiyi un məmulatlarını gətirərək ona verməsi ilə bağlı olmuşdur. Əlövsətin qeyd etdikləri ilə bağlı onun ümumiyyətlə heç bir məlumatım olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə etməklə xarici ölkədən un məmulatı gətirmək adı ilə onu aldadaraq aldığı 68 000 manat puldan 57 000 manatını əvvəl ödənmişdir. Qalan pulu isə sonradan ailə üzvləri tərəfindən ödənilmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs onun etibarından sui istifadə etməklə aldatma yolu ilə aldığı 68 000 manat pul ona tam olaraq ödəilmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2012-ci ilin payız aylarında Təqsirləndirilən şəxs tanıdığını, Əlövsəti onun qızının qaynatası Ələsgərin vasitəsi ilə tanıdığını, Təqsirləndirilən şəxsla tanış olan zaman onun həmin ərəfələrdə avtomaşın ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu bildirmişdir. Onu həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış edib, onun bazar dəyərindən aşağı qiymətə xarici ölkələrdən Litva, Polşa və Belarusiyadan kartof məhsulunu gətirdiyini bildirmişlər. Təqsirləndirilən şəxslə görüşmüş, görüş zamanı Əlövsətin ona Xocasən qəsəbəsində olan kartof anbarını da ona göstərməsindən sonra onun Əlövsətə inamının yaranmışdır. Onunla həmin vaxtı aralarında olan razılığa görə Təqsirləndirilən şəxs onun üçün 35 000 ABŞ dolları dəyərində kartof məhsulu gətirməli idi. Əlövsət həmin vaxtı onu əmin edərək bildirmişdir ki, bu işə pul qoyacağı təqdirdə külli miqdarda xeyir götürəcəkdir. Həmin məhsul ona bazar qiymətindən aşağı qiymətə başa gəldiyindən o Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Bundan sonra Əlövsətin xaricdən topdan kartof məhsulunun gətirilməsi üçün ilk olaraq 2012-ci ilin oktyabr ayının sonunda Əlövsətlə metronun 20 Yanvar stansiyasının yaxınlığında görüşərək ona məzənnəsi 3,925 manat təşkil edən 5 000 ABŞ dollan pul vermişdir. Bunun üstündən bir neçə gün sonra 2012-ci ilin noyabr ayının ilk ongünlüyündə Əlövsətlə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsində yerləşən adsız kafedə görüşərək kartof məhsulunun gətirilməsi üçün ona əlavə olaraq məzənnəsi 7850 manat təşkil edən 10 000 ABŞ dollan pul vermişdir. Bundan bir neçə gün sonra 2012-ci ilin noyabr ayının ortalarında yenə də Əlövsətlə Xocasən qəsəbəsində yerləşən kartof anbarında görüşərək ona kartof gətirilməsi üçün məzənnəsi 7850 manat təşkil edən 10 000 ABŞ dolları pul vermişdir. Sonuncu dəfə 2012-ci ilin noyabr ayının sonunda Əlövsətlə onun işlədiyi Bakı şəhəri metronun Xətai stansiyasının yaxınlığında yerləşən ofisində görüşərək kartof məhsulunun gətirilməsi üçün ona əlavə olaraq məzənnəsi 7850 manat təşkil edən 10 000 ABŞ dolları pul vermişdir. Əlövsətlə aralarında olan razılığa əsasən onun göndərəcəyi kartof məhsulu pul verdiyi vaxtdan bir həftə sonra gəlməli idi. Deyilən müddət gəldikdə Əlövsət pulunu alaraq vəd verdiyi kartof məhsulunu göndərməmişdir. Bundan sonra Əlövsətdən pul alıb göndərmədiyi kartof məhsulunu tələb etsə də o müxtəlif bəhanələr gətirərək kartof məhsulunu sonrakı müddətlərdə gətirəcəyini bildirməklə onu aldatmağa başlamışdır. Bundan sonra Əlövsətdən ona xaricdən kartof məhsulu gətirməsi üçün verdiyi 35 000 ABŞ dolları pulu qaytarmasını tələb etdikdə o müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa başlamış və sonda ona verdiyi pulu batırmasını bildirmişdir. Sonradan Əlövsətin ondan başqa digər şəxsləri də onlara kartof məhsulu gətirməsi adı ilə aldadaraq pullarını ələ keçirdiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 35 000 ABŞ dollan pulu aldıqdan sonra vəd verdiyi kartof məhsulunu Azərbaycan gömrüyünə gətizdirməsi, gömrükdən həmin məhsulları özünün götürməsi, lakin ona verməməsi, həmin məhsulları ondan xəbərsiz özünün sataraq un məmulatı gətirilməsi üçün yenidən Ukrayna Respublikasına adını bilmədiyi şirkətin hesabına köçürməsi, lakin həmin pulların Ukrayna Respublikasında adını bilmədiyi şirkət tərəfindən mənimsənilməsi barədə onun ümumiyyətlə məlumatının və razılığının olmadığını, aralarında olan razılığın ancaq vəd verdiyi kartof məhsullarını gətirərək ona verməsi ilə bağlı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs tutulduqdan sonra ailə üzvləri tərəfindən ona dəymiş ziyanlığın tam olaraq ödənildiyini qeyd etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X8, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, onlara dəymiş ziyanın ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbləri olmadığını bildirmişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edildiyini qeyd etsədə, məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək, onun sifarişləri əsasında Litva Respublikasından Azərbaycan Respublikasına satış üçün topdan kartof məhsulunun gətirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib onu aldatmasına münasibət bildirərək, hesab edir ki, ibtidai istintaq orqanı düzgün olmayaraq, "xxxx" MMC-ni Təqsirləndirilən şəxs münasibətdə zərərçəkmiş kimi tanımışdır, ona qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmalı, və Təqsirləndirilən şəxs münasibətdə "xxxx" MMC zərərçəkmiş kimi iştirakına xitam verilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqında zərərçəkmiş kimi tanınan "xxxx" MMC-nin nümayəndəsi ifadəsində bildirmişdir ki, "xxxx" MMC pulu digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vermişdir və pulu vərərkən MMC Təqsirləndirilən şəxs tanımamışdır, Zərərçəkmiş şəxs2 da öz növbəsində ifadəsində pulu Təqsirləndirilən şəxs verərkən, verdiyi pulun müəyyən məbləğinin "xxxx" MMC-yə məxsus olduğunu bildirməmiş, həm də təqsirləndirilən şəxs Nəsirov X3 aldığı pulun müəyyən məbləğinin "xxxx" MMC-yə məxsus oluğunu bilməmiş, eyni zamanda ümumiyyətlə "xxxx" MMC-ni tanımamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq deyiləndə, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2014-cü il tarixli qərarında bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin “cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs” və 87.1-ci maddəsinin“cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır”müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə mənəvi, fiziki və ya maddi ziyanın vurulmasını və müvafiq qaydada şəxsin zərər çəkmiş şəxs qismində tanınmasını və ya tanına bilməsini ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarında bildirilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Göründüyü kimi hazırki cinayət işi üzrə nə zərərçəkmiş kimi tanınan "xxxx" MMC Təqsirləndirilən şəxs tanımamış, nə də Təqsirləndirilən şəxs zərərçəkmiş kimi tanınan "xxxx" MMC-ni tanımamışdır, ona görə də Təqsirləndirilən şəxs birbaşa "xxxx" MMC-yə maddi ziyan vurmadığından, onun etibarından sui-istifadə etmədiyindən, aralarında etibarlı münasibətlər olmadığından, məhkəmə hesab edir ki, "xxxx" MMC Təqsirləndirilən şəxs münasibətdə zərərçəkmiş kimi tanına bilməz və "xxxx" MMC hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs münasibətdə zərərçəkmiş kimi qalmasına əsaslar omadığı üçün, ona qarşı irəli sürülmüş ümumi ittihamdan həmin bənd çıxarılmalı və "xxxx" MMC zərərçəkmiş kimi iştirakına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan xx.xx.2017-ci tarixli Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs “AKT”-ın məzmunundan görünür ki, Zərərçəkmiş şəxs2 2015-ci ilin sonuna qədər qaytarmaq şərti ilə 370.000(üç yüz yetmiş min) ABŞ dolları Təqsirləndirilən şəxs vermişdir. Akt imzalanan tarixədək, yəni xx.xx.2017-ci ilə qədər Nəsirov X4 Füzuli Valeh oğluna heç bir məbləğ qaytarmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məcburi gətirilmə haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədiyindən və cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən barəsində məcburi gətirilmə barədə qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ittiham elan etmək üçün şəxsin tutulması və axtarış elan etmək haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsinə baxmayaraq onun məcburi qaydada istintaqa gətirilməsini təmin etmək mümkün olmadığından barəsində axtarış elan edilməklə tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş və barəsində olan cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-535/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci ilədək müddətə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim olunmuş arayışdan görünür ki, Nəsirov Təqsirləndirilən şəxs Sevda Qulam qızı ilə rəsmi nikahda olmaqla həmin nikahdan X11 və X9 adlı iki övladları vardır. Cinayət işi materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə kənd icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarında bildirilir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs elan olunmuş ümumi ittihamdan "xxxx" MMC-nə aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək külli miqdarda yəni cəmi həmin dövr üçün Azərbaycan manatına olan məzənnəsi ilə 241.155 manat təşkil edən 230.000 ABŞ dolları məbləğində ziyan vurmaqla dələduzluq etməsinə dair bənd çıxarılsın. "xxxx" MMC-nin Təqsirləndirilən şəxs münasibətdə zərərçəkmiş kimi iştirakına xitam verilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-231/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-231/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver