Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-232/2022 27.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hafiz oğlunun və Zərərçəkmiş şəxs iştirakı ilə, 6 avqust 2001-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 45, mənzil 36-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur: belə ki, o, 29 may 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 45 №-li yaşayış binasının həyətində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə fəhlə kimi gördükləri işin müqabilində sonuncunun zəhmət haqqı kimi aldığı puldan ona verilməli olan 10 manat pulu verməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı üzərində olan təsərrüfat təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın və əl nahiyyələrindən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarıın ön divarının daxilə nüfuz edərək böyük piyliyin eventurasiyası (xaricə çıxması) və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 1 ədəd deşilmiş kəsilmiş yarası, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlin ovuc səthinin 1 ədəd səthi deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 27 may 2021-ci il tarixində saat 22 radələrində atasının zənginə əsasən tanışı Siruzun təklif etdiyi işi görmək üçün Nizami rayonu Çobanzadə küçəsində yerləşən “Sapfir” restoranın qarşısında Siruzla görüşmüş, həmin gecə “Sapfir” restoranının həyətində quraşdılrılan səhnənin yerini daşla doldurmağa başlamış, restoranda işiəyən zaman Siruzun iş görmədiyini görüb sonuncuya irad bildirsə də, Siruz işləməkdən yayındığına görə aralarında mübahisələri olmuş, 28 may 2021-ci il tarixdə saat 07 radələrinə qədər işlədikdən sonra evə getmiş, Siruz ona 30 manat pul verməli olmuş, lakin evə gedərkən Siruz ona səmi 20 manat pul vermiş, qalan 10 manatını isə işin pulunu tam aldıqdan sonra gətirib yaşadığı ünvanda ona verəcəyini demişdir. 28 may 2021-ci il arixdə saat təxminən 18 radələrində Siruza mobil telefonla zəng edərək harada olmasını və ona çatacaq 10 manat pulu nə vaxt gətirəcəyini soruşduqda, Siruz onun ünvanına nalayiq ifadələr işlədərək pul verməyəcəyini bildirmiş və: “Nə bilirsən et”,- deyə ona cavab vermişdir. O, da Siruzun dediyi söyüşləri sonuncuya «qaytarmışdır». 29 may 2021-ci il tarixdə saat 02 radələrində Siruz ona zəng edib ünvanına söyüş söyərək aşağı düşməsini bildirmişdir; Siruz geçə yarısı yaşadığı ünvana gəlib onu təhqir edərək həyətə çağırmasını, Siruzun ondan cüssəli və fiziki cəhətdən güclü olmasını, eyni zamanda sonuncunun üstündə bıçaq olmasını düşünüb, lazım gələrsə özünü müdafiə etmək məqsədlə evdən mətbəx bıçağını götürüb həyətə düşmüşdür; həyətə düşən zaman Siruzun mobil telefonla danışdığını görmüş, yaxınlaşıb salamlaşmaq istədikdə Siruz onun boğazından tutaraq boğmağa başlamışdır. Boğularkən gözləri qaralmış və anidən özündən aslı olmayaraq əlində olan bıçaqla Siruzun qarnından bir dəfə vurmuşdur. Siruzu vurduğu mətbəx bıçağını 29 may 2021-ci il tarixdə Nizami RPl-nin 24-cü polis şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 ilə yaxın tanımış, aralarında dostluq münaisbətləri olmuş, “Sapfir” restoranınn həyətində quraşdırılan səhnənin alt hissəsini daşla doldurmaq işini görmək üçün iş icraçısı Həsən adlı şəxzslə 60 manata danışmışdır; 27 may 2021-ci il tarixdə yaşadığı binanın həyətində Allahverdinin atası Şirvana “Sapfir” restoranında yük boşaltma işinin olmasını və ona kömək edəcək adam tapmasını xahiş etmiş, Şirvan oğlu Allahverdinin ona kömək edə biləcəyini və Allahverdi ilə əlaqə saxlamasını bildirmişdir. 27 may 2021-ci il tarixində saat 21 radələrində Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Sapfir” restoranında olmuş, təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs oraya gəlmişdir. 28 may 2021 -ci il tarixdə saat 06 radələrinə qədər restoranda işlədikdən sonra Allahverdi evə getmək istədiyini bildirmiş, sonuncuya hələ işlərinin qutarmadığı üçün getməməsini desə də, Allahverdi çıxıb getmişdir, «Sapfir» restoranında görəcəkləri işi iş icraçısı Həsən adlı şəxslə 60 manata danışmış, Allaverdi evə gedərkən sonuncuya 20 manat vermiş, 10 manat borcu qalmışdır. Gördükləri işin pulunu tam aldıqdan sonra Allahverdinin atası Şirvana mobil telefonla zəng edərək Allahverdinin işi tam görməyərək getdiyini və sonra ondan pul istəməyə haqqı olmadığını demiş, Şirvan isə ona heç bir problem olmadığını bildirmişdir; 28 may 2021-ci il tarixdə axşam saatlarında şəhərdə olan zaman Allahverdi mobil telefonla zəng edərək nalayiq ifadələrlə ona 10 manat borcu olmasını və həmin pulu çatdırmalı olduğunu bildirmişdir. Allahverdinin işlətdiyi nalayiq ifadələri sonuncunun «özünə qaytarmış» və atası Şirvana zəng edərək oğlu Allahverdinin onu təhqir etməsini demiş, Şirvan isə Allaverdinin adından ondan üzr istəmişdir. 29 may 2021-ci il tarixdə saat 01 radələrində Allahverdi yenidən ona zəng edərək onun ünvanına nalayiq ifadələr işlədərək harada olduğunu soruşmuş və onu məhlədə gözləməsini bildirmişdir. Allaverdiyə «28 May» qəsəbəsində olduğunu bildirmiş, təxminən 1 saatdan sonra Allahverdinin yaşadığı məhləyə gəlmiş, Allahverdinin məhlədə olmadığını görüb yaşadığı mənzilə getmək qərarına gəlmiş, binaya yaxınlaşan zaman Allahverdi binanın blokundan çıxaraq yaxınlaşıb ona çatası olan10 manatını istəmiş, Allhverdidən nə üçün onu təhqir etməsini soruşmuş, Allahverdi yenidən onu söyüb təhqir etdiyi üçün sonuncunun boğaz nahiyyəsindən tutmuş və həmin zaman qarın nahiyəsində ağrı hiss etmiş və Allahverdinin bıçaqla onun qarnından vurmasını bilmişdir; bundan sonra Allahverdi ondan uzaqlaşmış, o isə qarın nahiyəsindən tutaraq yaşadığı mənzilə qalxmış və təcili tibbi yardıma zəng etmiş, həkim briqadası gələrək onu 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, 5-6 ilə yaxındır ki, Siruz adlı şəxsi tanıyır. 27 may 2021-ci il tarixdə Siruz ona mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, iş vardır, Allahverdi də onunla getsin. O, isə olmamasını bildirərək özünün Allahverdi ilə danışacağını bildirmişdir. 28 may 2021-ci il tarixdə axşam saatlarında Siruz ona zəng vuraraq oğlu Allahverdinin «var-yox» söyüşü söyməsini demiş, o, isə oğlunun adından Siruzdan üzr istəmişdir; gecə ona məlum olmuşdur ki, Allahverdi ilə Siruz aralarında mübahisə olmuş və Allahverdi Siruzu bıçaqla vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan ifadənin yerində yoxlanılması haqqında 6 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı X1 ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə təsdiq etmişdir (1-ci cild iş vərəqi 105-106). İşdə olan 6 iyul 2021-ci il tarixli üzləşdirmə protokulndan görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilərkən ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (1-ci cild iş vərəqi 101-102). İşdə olan götürmə haqqında 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd bıçaq götürülmüşdür (1-ci cild iş vərəqi 4-6). İşdə olan əşyanın tanınmaya təqdim edilməsi barədə 14 avqust 2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş əşyanın tanınması zamanı Zərərçəkmiş şəxs tərəfindən ona təqdim edilmiş bıçaq tanınmışdır (1-ci cild iş vərəqi 126). İşdə olan məhkəmə-tibb ekspetrtizası üzrə 28 iyun 2021-ci il tarixli 503 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının daxilə nüfuz edərək piyliyin eventurasiyası (xaricə çıxması) və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin ovuc səthin 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur; qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 29 may 2021-ci il tarixdə alınmaları mümkündür; dərəcəsinə görə daxilə nüfuz edən qarnın ön divarının deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli ola sağlamlığa ağır zərər vurmaya, sağ əlin ovuc səthinin yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; xəsarətlərin lokalkizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil (1-ci cild iş vərəqi 78- 79). İşdə olan kompleks məhkəmə-psixololi və psixatrik ekspetrtiza üzrə 08 iyul 2021-ci il tarixi 1492 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır; Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur; Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gərilik əlamətləri aşkar olunmur; intellektual imkanlarına görə hadisə zamanı öz hərəkətlərini ölçüb biçmək qabiliyyətinə malik olmuşdur; Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qıcığa qarşı həssaslıq, kobudluq, tez özündən çıxmaq, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir; fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müşahidə olunmadı Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır; Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (1-ci cild iş vərəqi 118-121). İşdə olan məhkəmə-kriminalistik ekspetrtizası üzrə 07 iyul 2021-ci il tarixi 3/1086 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (1-ci cild iş vərəqi 115-117). İşdə olan toplanmış sübutların qiymətləndirilməsi barədə 15 avqust 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd bıçaq maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 128- 133). İşdə əlavə məhkəmə-tibb ekspertizası üzrə 14 avqust 2021-ci il tarixli 26/503 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının daxilə nüfuz edərək böyük piyliyin eventirasiyası (xaricə çıxması) və nazik bağırsağın yaralanması ilə müşaiyət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin ovuç səthinin 1 ədəd səthi deşilmişkəsilmiş yarası olmuşdur; qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür; dərəcəsinə daxilə nüfuz edən qarnın öndivarının deşilmiş- kəsilmiş yarayı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; sağ əlin ovuc səthinin yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; sağ əlin ovuc səthində aşkar edilmiş sətğhi kəsilmiş yara müxtəlif şəraitlərdə törənə bilərdi, o cümlədən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi şəraitdə, yəni Allahverdinin onu bıçaqla qarnına vurmasını görüb, ikinci dəfə də bıçaqla vura biləcəyindən qorxaraq sağ əli ilə bıçağın tiyəsindən tutduğu zaman törənə bilərdi (1-ci cild iş vərəqi 123-125). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 21 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (1-ci cild iş vərəqi 96). İşdə olan şübhəli şəxsin tutulması haqqında 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 may 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir (1-ci cild iş vərəqi 16, 25). İşdə olan Nizami Rayon Məhkəməsinin 1 iyun 2021-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 5 iyul 2021-ci il tarixli qərarı və Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin 1 avqust 2021-ci il tarixli qərarından görünür ki, Nizami Rayon Məhkəməsinin 1 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 1 iyun 2021-ci il tarixdən hesablanmış, həbs qətimkan tədbiri Bakı Apellyasiya Məhkəməsinin 5 iyul 2021ci il tarixli qərarı ilə eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin 1 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 16, 25, 28-29, 30-31, 48-49, 85-89, 108-109). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdən 30 may 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət – 1 (bir) gün, 1 iyun 2021-ci il tarixdən 1 avqust 2021-ci il tarixədək həbsdə olduğu və ev dustaqlığında olduğu müddət – 2 (iki) ay müddət, cəmi 2 (iki) ay 1 (bir) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 29 may 2021-ci il tarixdən 30 may 2021ci il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət – 1 (bir) gün, 1 iyun 2021-ci il tarixdən 1 avqust 2021-ci il tarixədək həbsdə olduğu və ev dustaqlığında olduğu müddət – 2 (iki) ay müddət, cəmi 2 (iki) ay 1 (bir) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, cəza təyin edilərkən həmin müddətin nəzərə alınmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Nizami RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 1 ədəd bıçaq məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-ballistik ekspertiza üzrə tədqiqatın dəyəri 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin ona 3 (üc) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdən 30 may 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət – 1 (bir) gün, 1 iyun 2021-ci il tarixdən 1 avqust 2021-ci il tarixədək həbsdə olduğu və ev dustaqlığında olduğu müddət – 2 (iki) ay müddət, cəmi 2 (iki) ay 1 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 2 (iki) il 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Nizami RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 1 ədəd bıçaq məhv edilsin. Məhkəmə hesab edir ki, məhkəmə-ballistik ekspertiza üzrə tədqiqatın dəyəri 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-232/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-232/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver