Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-232/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 13, mənzil 48-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndində yaşamış, 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin əldə edib sataraq mənfəət əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan vaxtda və mənbədən bir ədəd bükümdə təmiz çəkisi 3,259 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib satış məqsədi ilə saxlayıb daşıyarkən, 14 may 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Məmmədli kəndində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ, 18-ci Polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,259 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir, lakin heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu yükləmişlər. Belə ki, saxlanılan zaman onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Bölməyə gətirildikdən sonra polis işçiləri ona təzyiqlər göstərmiş, onu döymüş, o da, təzyiqlərə dözməyərək polislərin verdiyi narkotiki cibinə qoyub çəkiliş vaxtı stolun üstünə qoymuş və özünə məxsus olduğunu bildirmişdir. O, barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə də döyülməyini və narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 13, mənzil 48də qeydiyyatda olsa da, təxminən üç ildir ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin qəbulu ilə məşğul olur. Saxlanılmazdan bir neçə gün əvvəl «kakos» almaq üçün pula ehtiyacı olduğuna görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir neçə ünvandan gizlincə su sayğacı söküb oğurlamışdır. Həmin sayğacları tanımadığı müxtəlif şəxslərə satıb ümumilikdə 50-60 manat pul əldə edərək «kakos» almağa sərf etmişdir. Belə ki, 12 may 2022-ci il tarixdə internetdə tanımadığı şəxs tərəfindən «kakos» satılmasına dair elan yerləşdirildiyini görüb 40 (qırx) manat müqabilində öz şəxsi istifadəsi üçün «kakos» sifariş etmiş, pulunu isə həmin şəxsin ona dediyi, lakin hazırda xatırlamadığı kart hesabına göndərmişdir. Pulu hesaba köçürdükdən sonra «kakos» bükümünü həmin şəxsin deməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Life Center» binasının arxasında gizlədilmiş yerdən aşkar edib götürmüş və daha sonra istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 14 may 2022-ci il tarixdə saat 12:30 radələrində Abşeron rayonu, Məmmədli kəndində qonşusu və tanışı X7 ilə birlikdə olan zaman qəflətən mülki geyimli iki nəfər şəxs onlara yaxınlaşıb Nərimanov rayon polis idarəsi 18-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək onları həmin şöbəyə dəvət etmişlər. Həmin vaxt əynindəki gödəkcəsinin cibində gizlətdiyi narkotik vasitəyə görə həbs olunacağını başa düşsə də, polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb həmin bükümü kənara tullaya bilməmiş və etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə 18ci polis şöbəsinə getmişdir. Şöbədə təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunsuz əşya varsa, onlara təqdim etməyi təklif etdikdə, əynindəki gödəkcəsinin sağ cibində gizlətdiyi heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin heroini haradan və nə məqsədlə əldə etdiyini soruşduqda, səmimi etiraf edərək həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün 40 (qırx) manata alıb saxladığını bildirmişdir. Polis əməkdaşları üstündə axtarış aparılması ilə əlaqədar sənədləşmə apararaq protokol tərtib etmişlər və üstündən aşkar olunmuş həmin narkotik vasitə heroini zərfə qoyub qablaşdırmışlar. Həmin protokolu və zərfi imzalamışdır. Sosil şəbəkədə “kakos” satan, 40 (qırx) manat müqabilində “kakos” aldığı həmin şəxsi tanımır, onun adını, harada yaşamasını və əlaqə telefonunu bilmir. Əvvəllər qəbul etmək üçün haradan və ya kimdən “kakos” əldə etməyini xatırlamır. ***-***-**-** mobil telefon nömrəsini 2022-ci ilin təxminən aprel ayında Abşeron rayonu, Məmmədli kəndində yerləşən mobil telefon köşkündən almışdır. Həmin vaxt X7 ilə birlikdə olmuş və şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə İlyas İlyasov nömrənin rəsmiləşməsi üçün öz şəxsiyyət vəsiqəsini onun xahişi ilə satıcıya təqdim etmişdir. Bu səbəbdən həmin nömrə X4 adına qeydiyyata alınmışdır. ***-***-**-** mobil telefon nömrəsindən yalnız özü istifadə etmişdir. Həmin nömrədən başqa heç kəs istifadə etməmişdir (cild 1, iş vərəqi 78-82, 234-239). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini, narkotiki polis əməkdaşlarının ona verdiyini və onların sözünə görə videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoyduğunu, həmin polis əməkdaşlarının kim olduqlarını bilmədiyini, qeyd olunan ifadələri polis işçilərinin təzyiqi ilə verdiyini bildirdi. Sənədlərin tədqiqi mərhələsində Təqsirləndirilən şəxs həbs edilməmişdən qabaq istifadəsində olan mobil telefonla müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair apardığı çoxsaylı SMS yazışmalarının məzmunu barədə verilmiş suallara cavab verməkdən yayınmış, bəzən həmin yazışmalarla bağlı sualları cavablandırmaq istəmədiyini, bəzi hallarda isə yazışmalar apardığı şəxslərin kim olmasını, nə üçün onunla belə yazışmalar aparıldığını demək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs həmkəndlisi İlyas İlyasovla Bakı şəhəri, Nərimanov rayonu ərazisində müxtəlif ünvanlardan su sayğaclarını oğurlamaları, habelə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə 18-ci Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və özünün rəhbərliyi ilə 18-ci polis şöbəsinin polis sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 14 may 2022-ci il tarixdə saat 12:30 radələrində onlar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və X5 Abşeron rayonu, Məmmədli kəndində piyada hərəkət edən zaman saxlayaraq 18-ci polis şöbəsinə gətirmişlər. Şöbədə təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, saat 14 radələrində onun, Şahid2 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs özü ona edilmiş təklifə əsasən əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd gümüşü rəngli folqa bükümü çıxarıb stoluna üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni internet vasitəsilə 40 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş bir ədəd gümüşü rəngli folqa bükümündə olan maddə təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş, zərfin üzəri və protokol şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin polis sahə inspektoru Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs və X4 14 may 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində müəyyən edilərək saxlanılması, Nərimanov RPİ, 18-ci Polis şöbəsinə gətirilərək şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunub götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin təhqiqatçısı Şahid3 Bakı şəhəri, Nərimanov rayonu ərazisində müxtəlif ünvanlardan su sayğaclarının oğurlanmasıqda, habelə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs və X1 rayonu, Məmmədli kəndində saxlanılaraq 18-ci Polis şöbəsinə gətirildikdən sonra həmin şəxslərin şübhəli şəxs qismində tutulmaları, onların müdafiə hüquqları təmin edilməklə videoçəkilişlə üzərinə şəxsi axtarışların keçirilməsi, bu zaman Təqsirləndirilən şəxs üzərində bir bükümdə narkotik vasitə heroinə bənzər maddənin aşkar olunub götürülməsi tədbirlərini həyata keçirdiyini bildirərək, əməliyyat qrupunun üzvləri Şahid1 və Şahid2 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd gümüşü rəngli folqa bükümündə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün olduğu bir ədəd DVD disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 34-35). Cinayət işində olan 15 may 2022-ci il tarixli baxış protokolundan görünür ki, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərə baxış zamanı həmin diskdə Nərimanov RPİ, 18-ci Polis şöbəsinin təhqiqatçısı Şahid3 tərəfindən 14 may 2022-ci il tarixdə saat 14:00-dan 14:20-dək həmin şöbədə yerləşən xidməti otaqda Bakı şəhəri, 20 saylı vəkil bürosunun vəkili X8, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Nərimanov RPİ, 18-ci Polis şöbəsinin polis sahə inspektoru Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş bir ədəd gümüşü rəngli folqa bükümündə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsinin götürülməsinə dair videogörüntünün mövcud olduğu müəyyən edilir (cild 1, iş vərəqi 61-62). Məhkəmə-kimyəvi ekspertizasının 15 may 2022-ci il tarixli 6/2791 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,259 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 46-50). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyun 2022-ci il tarixli 2284 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik tibbi müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən və psixi fəaliyyətin müvəqqəti pozulmasından əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 220-223). Ambulator məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli 3805 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 224-225). İbtidai istintaq orqanının 04 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,259 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,209 qram heroin Bakı şəhəri, Nərimanov RPİ-nin saxlancına verilmişdir (cild 1, iş vərəqi 252-270). Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 252-270). İş materiallarına əlavə edilmiş 20 iyul 2022-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs məxsus 077 ***-**-** mobil telefon nömrəsi ilə 01 mart 2022ci il tarixdən 15 may 2022-ci il tarixədək olan müddət ərzində aparılan danışıqlara dair götürülmüş məlumatlara baxış keçirilmiş, həmin məlumatların (zəng tarixçələrindən çıxarışlar - daxil olan və çıxan zənglər, SMS-lərin mətni, anten məlumatları və abunəçilərin anket məlumatları və s.) nəticələri protokollaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 077 ***-**-** mobil telefon nömrəsindən 01 mart 2022-ci il tarixdən 15 may 2022-ci il tarixədək olan müddət ərzində digər abunəçilərə aşağıdakı məzmunda SMS-lərin ötürülməsi aşkar olunmuşdur: - 27-03-2022, 19:20:13, 077 332-00-06 - **********, “Brat menim nömremdi anar mehemedli yaz qeyd ele özünde opurem özünen muqayet ol”; - 28-03-2022, 05:40:43, ********** - **********, «Brat istiyirsen bölüm getirim seninücün qapiya he brat»; - 28-03-2022, 06:10:06, ********** - **********, «Senin bextinen hami yuxudan durdu mali piwirmeye hazir elemeye caliwirdim darixma indi piwirib getırecem sebirli ol gelirem pataloklSd»; - 28-03-2022, 06:40:16, ********** - **********, «Geldim brat adamin iwi ters getirmiye de bew deyqeye qapiya geldim catim viziv atim cix»; - 28-03-2022, 13:41:45, ********** - **********29, «Brat salam alekum necesen?qaqaw senen derman gÖtürmüwdüm yaqin ki yadiva düwdü onan mene lazimiydi hel eliye bilersen? List lazimdi normal qiymete düzüb qowa bilersen?yaxin uwaq var eskeriye caqriblar gedir onunda lomkasi var onan cixmaqa lazimdi bir ikidenede mene qret eliyecek eger qiymete gücü çatsa bax gör alinar»; - 28-03-2022, 14:14:37, ********** - **********, «Hecolmasa bew alinar? birde qiymetde biraz awaqa saldira bilersen?akwinan daniwmiwam ordanda götrerdim burdanda bax mene cavab yazda zehmet olmasa»; - 28-03-2022, 17:14:14, ********** - **********, «Cixmisan ev? cixmamisansa mene yaz bilim men evdeyem bele daniwa bilmirem cixim daniwaq men taksi hara zakaz verim birdenede lOm duz lazimdi biraz imkanvarsa dobriy cavab yaz»; - 28-03-2022, 17:18:35 ********** - **********, «He brat men indi cixsam catib ordan götürüb gede bilerem?»; - 28-03-2022, 18:24:42, ********** - **********, «Gedecem yari goturme»; - 28-03-2022, 18:52:13, ********** - **********, «Brat yari kolada lazim olacaq alinar?»; - 28-03-2022, 21:55:56, **********-**********, «Qaqaw bew manatin var 10kola»; - 28-03-2022, 22:00:17, ********** - **********, «Qaqaw var bewdiy sene 10manatiq kola verim nerimanovdayam he yox yaz cavab»; - 28-03-2022, 22:29:26, ********** - 055712579, «Brat bax gör bew manat kimde var men dobriy lOkola tema vererdim»; - 31-03-2022, 17:27:40, ********** - **********, «Ay brat sende meti durur gelim götürüm»; - 31-03-2022, 17:32:58, ********** - **********, «Mene ikidene lazimdi bimi bölüb atariq hara gelim»; - 31-03-2022, 17:36:43, ********** - **********, «İndi alindira bilirsen?gelim götürüm bawadüwdüm20mnatdi»; - 31-03-2022, 18:18:29, ********** - **********, «Brat nuw olsun veziyet yaxwi deyil brat yari birde 10m obirsinen tapa bilersen men gelim oterefe»; - xx-xx-2022, 13:02:42, ********** - **********, «Brat cet var istiyirsen ?bratka puluynan qaqaw oturub yanimda gele mene»; - 08-04-2022, 10:41:20, ********** - **********, «Ay qaqaw men pulnan gelmiwem mal götürek sen mene ne deyirsen utanmirsan?»; - 10-04-2022, 17:04:27, ********** - **********, «Brat indi cixim?ikidene yarim lazimdi isteyirsen birinen 6tini cixarsan patida lazimdi»; - 10-04-2022, 17:10:37, ********** - **********, «Brat men indi cixiram yari kola yari pati neqede vermeliyem?»; - 11-04-2022, 16:15:58, ********** - **********, «Brat allaha andolsun tema yoxumdu özümde pasteldeyem hekim caqriblar olürem brat özüve care qil yaqinki meni malicaye aparacaqlar saqol»; - 16-04-2022, 11:19:16, **********-**********, «Brat mende birdene yari var adam olsaydi vererdiy birine getsin var elebil adam?»; - 16-04-2022, 11:39:18, ********** - **********, «Brat isteseler gelib vermek olar wehere yada adam var weherde deyerem naxadu görüwer kimnen lazimdi esas tema isteyen olsun»; - xx-xx-2022, 08:13:08, ********** - **********, «3dene yari kol bide»; - xx-xx-2022, 15:17:00, ********** - ********** «Brat men sms deri şaxlamıram silirem hamsini sen gönderdiyinde silinib nese vajniy varsa tezeden yaz oxuyum»; - xx-xx-2022, 16:55:17, ********** - **********, «Brat pamidor olsaydi deyiwerdik temaya var pamidor»; - xx-xx-2022, 16:42:28, ********** - **********, «Brat men gelirem wehere mene ucdene lazimdi pul neqeder verecem?birde hara gelim görüwek men bir saata weherde olacam belke tez mawin düwse mene cavab yaz bilim»; - 20-04-2022, 00:26:50, ********** - **********, «Brat yarim kola imkan var hemiweki kimi birazda pati ucdene meti birazda limon duzu»; - 21-04-2022, 01:27:42, ********** - **********, «Brat yatmirsansa cixaq hereket eliyek cekmeye patimda var ne deyirsen?»; - 21-04-2022, 01:34:23, ********** - **********, «Onda mene birdene wpris ver brat birde puzirek soxumda men gedim hereket eleyim sehere»; - 28-04-2022, 17:41:15, ********** - **********, «Brat mende rovna20m pulum var alinar yarim birazda pati alinarsa?men nerimanovdayam mene he yox de bilim yoxdusa bawka yerde axtarim cavab yaz Goture bilerem»; - 03-05-2022, 11:41:57, ********** - **********, «sene daha neyniyek bele alindi yaxwi alinmadi ama brat sene söz verirem iki dene kanfet men sene pulsuz verecem arxayin ol özün bilirsen söz verdimse demeci hel eliyecem brat allaha andolsun pis oldum dedim indi elnur fikirewecek anar eledi,mümkün deyil hecvaxt men ele werefsizdiy elemerem»; - xx-xx-2022, 22:14:28, ********** - **********, «Bratka mene ikidene derman tewkil elemek olar»; - 13-05-2022, 16:42:40, ********** - **********, «Ay brat qardawimsam 20m pul var yarim alinar he yox yaz mene alinmirsa bawka yerde axtarim veziyet yaxwi deyil cavab yaz». Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə 01 mart 2022-ci il tarixdən 15 may 2022-ci il tarixədək olan müddət ərzində digər abunəçilər tərəfindən aşağıdakı məzmunda SMS-lərin ötürülməsi aşkar olunmuşdur: - 28-03-2022, 18:24:37, **********-**********, «Gedecem yari goturmeye goturum prablem deyil»; - 28-03-2022, 18:34:41, **********-**********, «Brat 7 ucun goturmeliyem narahat olma goturen kimi xeber eliyerem gelersen cixariq vezyetden»; - 28-03-2022, 18:47:45, ********** - **********, «Adam varsa bomba kimi konturum kutarir sene yixacam deyersen getirer»; - 28-03-2022, 18:52:14, **********-**********, «Brat yari kolada laz»; - 29-03-2022, 21:19:27, ********** - **********, «Uwaqlarin canina and ola anar mene qarsi duz elemirsen ama niye elisen qaqas mala gore elemersen niyede axi»; - 30-03-2022, 18:13:22, ********** - **********, «Nolub qaqaw tema var»; - 30-03-2022, 19:25:15, ********** - **********, «Qaqaw mene birdene y»; - 31-03-2022, 17:32:59, ********** - **********, «Mene ikidene lazimdi»; - 31-03-2022, 18:07:07, ********** - **********, «Uşaxlara götürürəm həzidən 1-dənə 10-nuxx çet uşaxlardan götürərikk»; - 01-04-2022, 00:36:22, ********** - **********, «Vuqardi. Mene lOman»; - 01-04-2022, 04:05:21,********** - **********, «Bratka meti tapabile»; - 01-04-2022, 18:25:44, ********** - **********, «Anar yari de qaqaw 10 daw de 40 manat var»; - 01-04-2022, 18:48:18, ********** - **********, «Tema tapa bilirsen?»; - 02-04-2022, 23:59:10, ********** - **********, «Anar emi men yoxam nermanov da emim gildeyem 20 milik das 5 dik kola alindirmaq olar yaxin usax var o isdiyir alinirsa caliyib gotur ver senin ozuvede nese qalsin sənəddə billemki pisdi gor alinirsa calasdirim size»; . xx-xx-2022, 13:02:43, ********** - **********, «Brat cet var istiyir»; - xx-xx-2022, 13:08:26, ********** - **********, «Brat veziyetim cox pisdi.berk agriyiram tualetde qalmisam.mendeki puluda balkondan atim sene ise yariyarsa nese eleye bilersen? 5-10 tocka vurub evden cixardim?»; _ xx-xx-2022, 22:14:35, ********** - **********, «25m nese eliye biler»; - 05-04-2022, 07:58:37, ********** - **********, «Anar məndə gəlirəm butqaya,uşaxdaki 30- 40dəyqəyə gəlir gözdəsən 1-dənə qramgötürüb narmalni çett verərəm sənə»; - 05-04-2022, 09:58:30, ********** - **********, «Ay brat mende 20 var»; - 05-04-2022, 11:26:17, ********** - **********, «Qaqas amanati goturmusem bir kelme he yox denen»; - 07-04-2022, 16:43:52, ********** - **********, «Brat yari alinar bir»; - 07-04-2022, 18:26:16, ********** - **********, «He brat 20di senen h»; - 08-04-2022, 15:07:53, ********** - **********, «Brat mene derman laz»; - 08-04-2022, 20:19:35, ********** - **********, «Tema tapabilersen? Y»; - 10-04-2022, 16:00:38, ********** - **********, «Tema tapa bilersen?»; - 15-04-2022, 12:54:52, ********** - **********, «Mende 13 var 20 olsa yiqaram xelile yari alinir ancaq»; - 15-04-2022, 13:57:53, ********** - **********, «Zeng elirem acmir bu alindir sen 20 var»; - 16-04-2022, 23:40:27, ********** - **********, «Qaqas o yuxu dermaninnan qalib sen cani gelim verde mene yata bilmirem bawva donum»; _ xx-xx-2022, 08:13:05, ********** - **********, «3dene yari kol bide pati 5diy»; - xx-xx-2022, 08:15:44, ********** - **********, «Obwi yol pulunan elave SOmanat verey ona patini cox elesinde brat»; - xx-xx-2022, 09:30:28, ********** - **********, «Noldu anar acmir teli yiqda qardawimsan sen daniw lap men gedib gelerem sen isdirahet ele sen allahun alindir pisdewirem ged gede»; - xx-xx-2022, 16:37:21, ********** - **********, «Qaqaw imkan var lomk»; - xx-xx-2022, 19:06:30, ********** - ********** «Can. Yetim. Sen hardasan e. Narahat idim. Vüqarda tutulub dalinca 4 neferi dartib. Ele uwaglardan soruwurdum, anar aralarinda yox idi. Dua eleyirdim olmiyasan.»; - 20-04-2022, 00:26:51,********** - **********, «Brat yarim kola imk»; - 20-04-2022, 01:06:40, ********** - **********, «Ay brat pul düzeldi»; - 20-04-2022, 19:21:28, ********** - **********, «Qaqas bildimde ustumdedi brat cixda oldum soyuğdan mene balaca birwey ver verim sene hereket elede»; - 21-04-2022, 01:29:04, ********** - **********, «QAQAŞİM problem deil e cixag Qaqas Patini harda cekeciyiy bu kuleyde Mawin yoxdu Allaha and olsun brat»; - 21-04-2022, 01:31:04, ********** - **********, «Onda vuraq Qaqas vurag e kolasiz pis eliyer axi elemez qaqas bir damci kola olsaydi yene brat Ela olardi»; - 21-04-2022, 01:35:45, ********** - **********, «Qaqas verim problem deil e o Gel qapiya werait yaradim burda biwir lap hami yatib onsuz brat kiwide evde yoxdu menede 10 tocka ver gelirsen??»; - 28-04-2022, 17:41:20, ********** - **********, «Brat mende rovna20m»; - 28-04-2022, 18:03:33, ********** - **********, «Goture bilerem»; - 29-04-2022, 08:07:38, ********** - **********, «Brat sdelay 10-y üeluö,i eyjay s nastroeniem.Nepojeleeşğ.kupi pojaluysta vafli ƏŞKİNO Na 1 man,i zajiqalku barabannuö 2şt.doexal pozvo»; - 01-05-2022, 01:37:25, ********** - **********, «Anar qurban sene nolar gelde biz terefe sene bir dene zor corey arasi duzeldirem katlet pamidor xiyar gobeley ay ble nolar gelde brat cox xais edirem yalvariram»; - xx-xx-2022, 12:54:21,********** - **********, «Brat mne dve rovna p»; xx-xx-2022, 22:14:29, ********** - **********, «Bratka mene ikidene». (cild 1, iş vərəqi 175-218). İbtidai istintaq orqanının 04 avqust 2022-ci il tarixli qərarı ilə öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs məxsus 077 ***-**-** mobil telefon nömrəsi ilə ötürülən məlumatlara dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 252-270). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsinin 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin statistikinformasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 141). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, özünün narkotik vasitə istifadəçisi olduğunu, lakin heç vaxt narkotiklərin satışı ilə məşğul olmadğını, polis əməkdaşlarının onu yüklədiklərini, saxlanılan zaman onun üzərində ümumiyyətlə narkotik vasitə olmadığını, bölməyə gətirildikdən sonra polis işçilərinin ona təzyiqlər göstərdiklərini, onu döydüklərini, onun da təzyiqlərə dözməyərək polislərin verdiyi narkotiki cibinə qoyub çəkiliş vaxtı stolun üstünə qoyduğunu və özünə məxsus olduğunu bildirdiyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə də döyülməyini və narkotik vasitənin ona məxsus olmadığını söylədiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, lakin həmin narkotiki şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərindən aşkar olunmuş narkotik vasitəni məhz məqsədi ilə əldə etməsi onun istifadəsində olmuş 077 ***-**-** mobil telefon nömrəsindən 01 mart 2022-ci il tarixdən 15 may 2022-ci il tarixədək olan müddət ərzində digər abunəçilərlə aparılmış çoxsaylı SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Hazırkı hökmün təsviri hissəsində sadalanmış yazışmaların məzmunundan görünür ki, Təqsirləndirilən şəxslə əlaqə saxlayan şəxslər ona narkotik və psixotrop maddələrin satıcısı kimi müraciət edirlər, sonuncu isə, həmin şəxslərə narkotik vasitələri hansı qiymətə əldə edib hansı yolla çatdıracağı barədə məlumatlandırır, narkotik vasitələrin müxtəlif alıcıları isə bu xidmətlərinə görə Təqsirləndirilən şəxs razılığını bildirirlər. Sənədlərin tədqiqi mərhələsində Təqsirləndirilən şəxs həbs edilməmişdən qabaq istifadəsində olan mobil telefonla müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair apardığı çoxsaylı SMS yazışmalarının məzmunu barədə verilmiş suallara cavab verməkdən yayınmış, bəzən həmin yazışmalarla bağlı sualları cavablandırmaq istəmədiyini, bəzi hallarda isə yazışmalar apardığı şəxslərin kim olmasını, nə üçün onunla belə yazışmalar aparıldığını demək istəmədiyini bildirmişdir. Bundan əlavə, məhkəmə iclasında Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyüldüyünü, bununla bağlı prokurorluq əməkdaşları tərəfindən izahatının alındığını, məhkəmədə qətimkan tədbiri seçilərkən döyülməsi barədə hakimə də dediyini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs müraciəti ilə bağlı aparılmış araşdırma üzrə qəbul edilmiş qərarın surətinin Bakı şəhəri, Nərimanov rayon prokurorluğundan əldə edilməsi üçün müvafiq sorğu verilmişdir. Nərimanov rayon prokurorluğundan məhkəməyə daxil olmuş 11 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 642 saylı rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Bununla bağlı araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs Nərimanov RPİ, 18 Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən heç bir işgəncəyə, fiziki təzyiqə məruz qalmadığını, əsəbi olduğundan və törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq üçün bu cür ərizə verdiyini bildirmişdir. Məhkəmə iclasında həmin sənədlərin tədqiqi zamanı suallara cavab verən Təqsirləndirilən şəxs prokurorluğa verdiyi izahatında göstərdiyi kimi, əsəbi olduğuna görə və məsuliyyətini yüngülləşdirmək üçün məhkəmədə də ilkin ifadə verərkən bu cür bildirdiyini, əslində onun döyülmədiyini və heç bir işgincəyə məruz qalmadığını bildirdi. Qeyd olunan araşdırma materiallarına əsasən Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərilən xüsusatlarla əlaqədar material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti maraqlı şəxslərə göndərilərək ondan şikayət vermək hüququnun olması izah edilmişdir. Lakin keçən müddət ərzində nə Təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən qeyd olunan qərar mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman polis əməkdaşları tərəfindən döyülməyi və narkotik vasitənin ona məxsus olmadığını söyləməsi barədə gətirdiyi dəlillə bağlı məhkəmə qeyd edir ki, cinayət işində olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, həmin məhkəmə iclasında izahat verən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hallarla bağlı heç nə bildirməmiş, yalnız məhkəmədən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün döyülərək təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli 3805 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübut - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 2,209 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 30 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 180 (yüz səksən) manat məbləğində pul vəsaiti "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,209 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri olan bir ədəd DVD disk, həmçinin ona məxsus 077 ***-**-** mobil telefon nömrəsi ilə ötürülən məlumatlara dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 180 (yüz səksən) manat məbləğində pul vəsaiti "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-232/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-232/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver