Məhkəmə qərarları › İş №1(101)-232/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-232/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-232/2025 31.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X9, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, 09 avqust 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, yetkinlik yaşına çatmayan 2 (iki) uşağı olan, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə tanışı Zərərçəkmiş şəxs2 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla, sonuncu dəfə ünvan 2 ünvanında ümumilikdə 19000 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs2 19000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefonların Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs13 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayının sonlarına qədər olan müddət ərzində ünvan 2 ünvanında ümumilikdə 1400 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs13 1400 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefonların Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə tanışı Zərərçəkmiş şəxs11 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil- təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunacaq “qazanc”dan gəliri 2023-cü ilin iyun ayından etibarən verəcəyini bildirməklə özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 2023- cü ilin may ayı ərzində Yasamal rayonu, M.Xiyabani küçəsi bina 10c, mənzil 104 ünvanında 585 əyarlı ümumilikdə 180 qram çəkidə olan 15000 manat dəyərində qızıl- zinyət əşyalarını və 10000 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs11 25000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefonların Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs12 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil- təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayına qədər olan müddət ərzində ünvan 2 ünvanında ümumilikdə 21000 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs12 21000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq “iphone 13 Pro Max”, “Samsung A 54, “Samsung A 53” və Samsung A 13” markalı mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs8 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil- təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayının əvvəllərinə qədər olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla, sonuncu dəfə ünvan 2 ünvanında ümumilikdə 41846 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs8 41846 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 7-8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs4 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil- təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq vahid niyyətlə əhatə olunan qəsdlə 06 aprel 2023-cü il tarixdən 2023- cü ilin iyun ayının sonuna qədər olan müddət ərzində ünvan 2 ünvanında ümumilikdə 8574 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs4 8574 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən alınacaq 585 əyarlı qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib qısa müddət ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarmaqla 585 əyarlı qızıl-zinyət əşyalarının hər qramı üçün 5-7 mariat arası qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs7 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün ilkin zamanlarda nisyə əldə etdiyi qızılzinyət əşyalarının bir hissəsinin pulunu qısa müddət ərzində ödəyib yenidən nisyə adı ilə qızıl-zinyət əşyalarını almaqla 2023-cü ilin may ayının əvvəllərindən 2023-cü ilin iyun ayının əvvəllərinə qədər olan müddət ərzində Bakı şəhəri Nəsimi Rayonu 2-ci mikrorayon X27 15 A ünvanında yerləşən “Moskva Ticarət Mərkəzi"ndə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə 106 qram çəkidə 585 əyarlı 9010 manat dəyərində, ikinci dəfə 163 qram çəkidə 585 əyarlı 13855 manat dəyərində, sonuncu dəfə isə 166,3 qram çəkidə 585 əyarlı 14135 manat dəyərində qızıl-zinyət əşyalarını ondan alıb qısa müddət ərzində aldığı ümumilikdə qızıl-zinyət əşyalarının dəyərini təşkil edən 37000 manat pulu və üzərində “qazanc” adı ilə 2176,5 - 3047,10 manat arası gəlir verəcəyinə inandırmaqla etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib həmin müddətdə özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ümumilikdə 37000 manat dəyərində 435,3 qram çəkidə 585 əyarlı qızıl-zinyət əşyalarını etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs7 37000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən alınacaq 585 əyarlı qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib 585 əyarlı qızıl-zinyət əşyalarının hər qramı üçün 84 manat 15 qəpik əvəzinə 88 manata satıb qısa müddət ərzində sərmayənin maya dəyərini təşkil edən pul vəsaitini tam geri qaytarmaqla qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs5 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün ilkin zamanlarda nisyə əldə etdiyi qızıl-zinyət əşyalarının bir hissəsinin pulunu qısa müddət ərzində ödəyib yenidən nisyə adı ilə qızıl-zinyət əşyalarını almaqla ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 09 may 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Nəsimi Rayonu 2-ci mikrorayon X27 15 A ünvanında yerləşən yerləşən “Moskva Ticarət Mərkəzi”ndə 585 əyarlı 36145 manat dəyərində qızıl-zinyət əşyalarını etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs5 36145 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq “İphone 13 Pro Max”, “Samsung A 54, “Samsung A 53” və Samsung A 13” markalı mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs10 qabaqcadan yalan vəd verib aldadaraq iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil- təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 12 mart 2023- cü il tarixdən 07 iyun 2023-cü il tarixdək olan müddət ərzində ünvan 2 ünvanında 583 əyarlı 1020 manat dəyərində qızıl-zinyət əşyalarını 22730 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs10 23750 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs9 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 18 yanvar 2023- cü il tarixdən 08 iyun 2023-cü il tarixədək olan müddət ərzində 112000 manat pul vəsaitini və Zərərçəkmiş şəxs9 məxsus olan Abşeron rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0,06 HA torpaq sahəsini “gördüyü işə” investisiya məqsədi ilə 20000 manat pulu yatıracağı qarşılığında 15 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs9la anası X12 arasında həqiqəti əks etdirməyən “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi”nin bağlanmasına nail olaraq torpaq sahəsini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs9 132000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs1 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil- təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayının əvvəllərindən 11 iyun 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla, sonuncu dəfə ünvan 2 ünvanında ümumilikdə 180000 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs1 180000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs3 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayından 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla, sonuncu dəfə ünvan 2 ünvanında ümumilikdə 50000 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs3 50000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq “iphone 13 Pro Max”, “Samsung A54, “Samsung A53” və Samsung A 13” markalı mobil telefon və qızıl-zinyət əşyalarının Gəncə şəhərində “əl krediti” formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə Zərərçəkmiş şəxs6 qabaqcadan yalan vəd verib aldadaraq, iş görüntüsü yaratmaqla inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib etdirib aldatmaqla cinayətkar niyyətini pərdələyib ört-basdır etməklə sonadək başa çatdırması üçün guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan “qazanc”dan gəlir adı ilə müxtəlif məbləğlərdə pullar verib özü barədə zərərçəkmiş şəxsin nəzərində “etibarlı tərəfdaş” təəsüratı yaradaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə 06 noyabr 2022-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla, sonuncu dəfə ünvan 2 ünvanında ümumilikdə 51120 manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirərək Zərərçəkmiş şəxs6 52120 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə 2022-ci ilin əvvəllərində alver etmişdir. Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və X16 ilə iki ay müddətində alver etmiş, onların bu işdə heç bir günahları olmamış, onlara aid hissədə borcu qəbul edir və onların borcunu qaytaracaqadır. Digər zərərçəkmiş şəxslərlə 01 il 04 ay işləmiş, aralarında heç bir problem olmamışdır. Bir müddət sonra fosmajor bir vəziyyətin yaranmasına görə telefonunu söndürmüşdür. Buna görə də, Zərərçəkmiş şəxs1 camaatı vəlvələyə salmışdır. Nəticədə isə əməliyyatçılar onu idarəyə aparmışlar və barəsində cinyət işinin açıldığını bildirmişlər. İstintaq zamanı bir qism ödəniş etmişdir, lakin müstəntiq həmin pulu heç bir əsas olmadan Zərərçəkmiş şəxs1 vermişdir. O, mobil telefon və qızıl alveri ilə məşğul olmuşdur. Telefonu söndürməsinin səbəbi daxili problemləri ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs4 epizodu üzrə də borcunu qəbul edir. Məsələnin bu yerə çatmasına səbəb olan və camaatı şikayət etməyə vadar edən şəxs Zərərçəkmiş şəxs1 olmuşdur. Sabit və Mirələmə aid hissədə məbləğ çox yazılmış, digər şəxslərdə isə yazılmış məbləği qəbul etmiş və onlarla alver etmiş və heç bir cinayət törətməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadələrində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən bir ildir ki, tanıyır. Sabit ilə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən bərbərxanada bərbər işlədiyi vaxtdan tanıyır. Sabit işlədiyi bərbərxananı icarəyə götürən “Nahid” adlı şəxsin tanışı olmuşdur. Sabit müştəri kimi yanına gəlibgetdiyi vaxtda münasibəti yaranmışdır. Bərbərlik fəaliyyətindən başqa əlavə qazanc kimi mobil telefonların Bakı şəhərində topdan satış məntəqələrindən alınıb Gəncə şəhərində pərakəndə qayadada daxili kredit şərtləri ilə satılması işi ilə də məşğul olurmuş. Bərbərxananın müdiri olan Nahidi də, həmin işə qoşmuş və ondan da, pul almışdır. Bakı şəhəri Nizami rayonu ərazisində “Neftçilər” dairəsindən üzü “Xalqlar Dostluğu” yarmarkası istiqamətində gedərkən dairədən 30 metr irəlidə, yolun sağ kənarında fəaliyyət göstərən mobil telefonların topdan satış məntəqəsini işlədən “Edik” adlı şəxsə nağd pul verərək “Samsung A 53” və “İphone 13" və İphone 13 Pro Max” markalı mobil telefonları alıb Bakı-Gəncə marşrutu üzrə fəaliyyət göstərən taksi avtomobilləri ilə həmin mobil telefonları Gəncə şəhərinə göndərirmiş. Qeyd edilən mobil telefonları birbaşa onu tanıyan və mobil telefon ticarəti ilə məşğul olduğunu bilən müştərilərə göndərirmiş. “Samsung A 53” markalı mobil telefona görə 8 ay ərzində 150 manat, “İphone 13” markalı mobil telefona görə 6 ay ərzində 400 manat, “iphone 13 Pro Max” markalı mobil telefona görə isə 6 ay ərzində 600 manat kredit şərtləri altında mobil telefonların satışını həyata keçirmişdir. Əlavə olaraq “İphone 13” və “iphone 13 Pro Max” markalı mobil telefonlara görə müştərilərdən ilkin ödəniş qismində müvafiq olaraq 800 və 1000 manat məbləğində pullar alırmış. Müştərilər onu mobil telefon alverçisi kimi tanıdıqlarına görə öz tanışlarına, dostlarına, qohumlarına da kreditlə mobil telefon lazım olanda birbaşa ona zəng edərək mobil telefon istəyir, bundan sonra o, Bakı şəhərində sifariş etdiyi mobil telefonları alaraq telefonların dəyərinin 40%-ni üzərinə gəlməklə kredit şərtləri altında satılması üçün Gəncəyə göndərirmiş. Nahidi mobil telefon ticarəti işinə qoşsa da, aralarında pul üstündə mübahisəli vəziyyət vardır. Nahiddən hissə-hissə olmaqla müxtəlif xatırlamadığı məbləğlərdə pullar almışdır ki, kreditə mobil telefon satışını həyata keçirsinlər. Həmin ticarətdən qazanc əldə etsə də, həmin qazancı Nahidə verməyərək öz şəxsi xərclərinə sərf etmişdir. Nahidə məxsus pulla özbaşına qızıl-zinət əşyaları almışdır ki, onları lombarda qoyub nağd pul əldə etsin. Bunun müqabilində lombarddan pul alsa da, həmin pulu Nahidə verməmiş və şəxsi problemlərinə sərf etmişdir. Ona görə də Nahidə bu gün də pul borcludur. Bundan başqa soyad və ata adlarını bilmədiyi “Heydər” və “Sevindik” adlı şəxslərdən də eyni qaydada mobil telefon ticarəti ilə məşğul olub pul qazandırmaq adı ilə müxtəlif xatırlamadığı məbləğlərdə pullar alsa da, bəzi şəxsi problemlər ucbatından verdiyi vədə sadiq çıxa bilməmişdir. Onun müxtəlif şəxslərdən iş qurmaq adı ilə aldığı pulların dəqiq məbləğləri, mobil telefonları satdığı şəxslər, aldığı aylıq ödənişlər və ona qalan borclar barədə xüsusi qeydiyyat dəftərçəsi vardır. Həmin dəftərçə Gəncə şəhərində qaldığı üçün hazırda onu istintaqa təqdim edə bilmir. Bundan başqa Zərərçəkmiş şəxs1 mobil telefonların Bakı şəhərindən topdan qiymətə alınıb Gəncə şəhərində kreditlə satılması və yüksək gəlir əldə olunması işini təklif etmişdir. Sabitin razılığı əsasında 2022-ci ilin əvvəllərindən 2023-cü ilin aprel ayına qədər olan müddət ərzində ondan təxminən 30000 (otuz min) manat məbləğində pul almışdır. Həmin pulla neçə ədəd mobil telefon aldığını, mobil telefonların hansı markalı olmasını və konkret olaraq hansı şəxslərə satılmasını, hansı məbləğdə ödənişləri aldığı, hansı məbləğdə borcun qalmasını xatırlamır. Bircə onu bilir ki, həmin mobil telefonları həmişəki kimi “Edik” adlı tanışından almışdır. Dəftərçəsində bu barədə qeydiyyatlar olduğu üçün yalnız oraya baxdıqdan sonra məlumat verə bilər. Sabitdən aldığı bütün pula mobil telefon alıb kredit şərtləri altında Gəncə şəhərində yaşayan müştərilərə satmışdır. Sabitin ona verdiyi pulun əvəzində 17000 manat məbləğində qazanc vermişdir. Bundan əlavə 2022-ci ilin mart ayında borca 5000 manat pul verməsini Sabitdən xahiş etmişdir. Sabit isə həmin pulu ona vermədiyi üçün əsəbləşib mobil telefonlarını söndürmüş və əlaqələri kəsmişdir. Sabitin barəsində polisə şikayət etdiyini və axtarışa verildiyini bilirmiş. Buna görə də, ailə üzvləri ilə vidalaşmaq üçün Gəncə şəhərinə getmişdir ki, orada polisə təslim olsun. Gəncə şəhərində olduğu vaxt 24 iyun 2023cü il tarixdə günorta saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. “Edik” adlı şəxsin soyadını, ata adını, yaşadığı ünvanı bilmir, habelə mobil telefon nömrəsini də əzbərdən bilmir. Bu məlumatları öyrənib gələcəkdə istintaqa xəbər verəcəkdir. Əlavə olaraq bildirmişdir ki, Sabitdən 30000 manatdan çox pul almamışdır, hər telefon satışından 50 manat qazancı olacaqmış. Qayını olan “Bayram” və onun dostu “Rövşən” əvvəl onunla birlikdə bu işlə məşğul olacaqlarını bildirsələr də, sonradan istəməmişdilər. Həmin şəxslər Gəncə şəhərində müğənnilik edirlər. Ona görə də mən Sabitin puluna alınan mobil telefonları özü satmışdır. “Bayram” və “Rövşən”lə hər-hansı danışığı və ya sövdələşməsi olmamışdır. O, onsuzda bu işləri təkbaşına görəcəkmiş.Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxslərin iddia etdiyi məbləğin şişirdilmiş olması, onlarla bir il ərzində ticarət etdiyini, 17 iyun 2023-cü il tarixə kimi heç bir problemlərinin olmadığını, 4 gün telefonunu söndürdüyü üçün ondan şikayət etdiklərini, zərərçəkmiş şəxslərə qazanc verdiyini və pullarının mayasını qazandıqlarını, bundan sonra əlavə yatırım etdiklərini və bu təklifi özlərinin verdiyini və gələcəkdə hesabat dəftərini təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qohumu Nahidin vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 barəsində etdiyi şikayət həqiqətə uyğun deyil, belə ki, təxminən həbs zamana qədər bir il ərzində Sabit ilə ticarət fəaliyyəti ilə məşğul olmuş və hər ay Sabitə gəlirini ödəmişdir. Onlar ticarət etməmişdən razılıq əldə etmişlər ki, dəftərlər tərtib edəcəklər həmin dəftərlərdə hər bir hesabatı aparılacaq və verdiyi gəlir və aldığı pullar ilə bağlı imzalarla təsdiq ediləcəkdir. Elə bu qaydada onla işləmişlər. Zərərçəkmiş şəxs1 ilə işləri və razılaşman ondan ibarət olmuşdur ki, o, Bakı şəhərində topdan satış yerlərindən maya dəyərinə mobil telefonları alıb, Gəncə, Şəmkir və Göy-Göl şəhərlərində kreditlə satışını təşkil edəcəkdir və satışını etdiyi şəxslərdən gəlir əldə edərək Sabitə hər ay ödəniş edəcəkdir. Bu qaydada bir il ərzində Sabit ilə işləmiş, Sabitin ona verdiyi pulları qurduqları işə yönəltmiş və ona ayba-ay olmaqla ümumilikdə tutulana qədər hissə-hissə olmaqla 40100 manat pul vermişdir. Mobil telefon biznesi ilə məşğul olduğu müddətdə hər bir mobil telefonun kreditə satışından nəticədə ona 100 manat xeyir qalmalı imiş. Çünki bütün işi o görür və hər bir kreditin ödənilməsini o, öhdəsinə götürübmüş, əsas gəlir isə Sabitə məxsus olmuşdur. Sabitin ümumilikdə verdiyi 40100 manat pula mobil telefon işi yanaşı qızılzinyət əşyalarının satışı ilə bağlı olan işləri də, daxil olmuşdur. Yəni həmin pula daxil olan 18000 manat pul qızıl-zinyət əşyalarının alış-satışı ilə bağlı olmuşdur. Həqiqətən ələ ucuz qiymətə qızılzinyət əşyaları düşən zaman müxtəlif şəxslərdən alıb sonradan baha qiymətə satmış və gəlirini də, Sabitin özünə vermişdir. Həmin ümumilikdə 40100 manat pulun yarısından çox məbləğini o, hər ay olmaqla Sabitə qaytarmışdır. Bu barədə hər ikisinin birlikdə tərtib etdikləri dəftərdə olan cədvələ imza edib hesabatlarını təsdiq etmişdir. Tutulmamışdan bir neçə gün qabaq yəni 10 iyun 2023-cü ilin tarixdə X18 “Qismət" şadlıq sarayının yaxınlığında kirayə yaşadığı evdə görüşüb 4650 manat pul vermişdir. Bundan sonra Şamaxı rayonunda istirahət etmək üçün getmiş, cəmi 4 gün mobil telefonunu bağlamış və bu zamana qədər Sabitə bu qədər gəlir verməyinə baxmayaraq cəmi 4 gün telefonu bağlı olmasını səbəb gətirərək guya aldatdığını bildirib əsassız və məbləği şişirdilmiş həqiqətə uyğun olmayan formada polisə ərizə ilə müraciət etmişdir. Sabitdən qeyd etdiyi məbləğdən başqa pul məbləği almamışdır. Zərərçəkmiş şəxs4 ilə həqiqətən Zərərçəkmiş şəxs1 ilə məşğul olduğu kimi, mobil telefon ticarəti işini görmüş, Zərərçəkmiş şəxs4 ona ümumilikdə 20000 manat pul vermiş, həmin pulun yarısını hər ay müştərilərdən pul aldıqca Zərərçəkmiş şəxs4 ödəmiş, ona dəymiş maddi ziyanla bağlı və aldatmağı ilə bağlı göstərdikləri yalandır. Zərərçəkmiş şəxs4 təxminən 10000 manata yaxın borcu qalmışdır. Tutulduğu üçün müştərilərdən pulu zamanında toplaya bilməmiş bu səbəblə borcları verə bilməmiş, tutulduqdan sonra İbrahim kimi digər şəxslər də, əsassız olaraq ondan şikayət etmişlər. Heç kimi aldatmaq niyyəti qabaqcadan olmamış, hazırda ondan şikayət etmiş şəxslərlə daimi ticarət münasibətində olmuş, tutulduğu gündən 4-5 günə qədər hər biri ilə əlaqəsi olmuş və ödənişləri müştərilərdən toplayaraq zamanında ödəmişdir. Zərərçəkmiş şəxs2 ilə həqiqətən Zərərçəkmiş şəxs1 ilə məşğul olduğu kimi, mobil telefon ticarəti işini görmüş, Zərərçəkmiş şəxs2 ona ümumilikdə bir il ərzində hissə-hissə olmaqla 30000 manata yaxın pul vermiş, həmin pulun yarısını hər ay müştərilərimdən pul aldıqca hissə-hissə olmaqla ödəmiş, dəymiş maddi ziyanla bağlı və onu aldatmağı ilə bağlı göstərdikləri yalandır. Zərərçəkmiş şəxs2 təxminən 19000 manata yaxın borcu qalmışdır. Tutulduğu üçün müştərilərdən pulu zamanında toplaya bilməmiş bu səbəblə borcları verə bilməmişdir, Neymət ilə tutulduğu 4-5 günə qədər əlaqəsi olmuş və ödənişləri müştərilərdən toplayaraq zamanında ödəmişdir. Zərərçəkmiş şəxs3 dedikləri tamamilə yalandır. Nazim ilə heç bir ticarət əlaqəsi olmamış, ondan hər hansı bir məbləğdə pul almamış, Nemətin qardaşı kimi tanımış, ondan nə üçün şikayət etdiyini səbəbi ona məlum deyil. X10 ilə təxminən 2023-cü ilin mart ayından etibarən 3-4 ay ərzində ondan nisyə qaydada qızıl-zinyət əşyalarının ticarəti ilə məşğul olmuşdur. Ruhiyyə ilə ticarət dövriyyəsi təxminən ümumilikdə 70-80 min arası dəyərində olmuş və Ruhiyyəyə pulunun yarısından çoxunu razılaşdıqları müddətdə qaytarmışdır. 36000 manata yaxın Ruhiyyəyə borcu qalmışdır. Ticarətləri ondan ibarət olmuşdur ki, Ruhiyyədən qızıl-zinyət əşyalarını nisyə formada alıb bir ay ərzində həmin əşyaların kreditlə satışını həyata keçirib gəliri ilə birlikdə qaytarmaq, Ruhiyyənin hər nəzərdə tutulmuş müddətdə ödənişini etdikdə yenidən ticarətlərini davam etdirirlərmiş. Ruhiyyəyə birgə ticarətdən borcu qalmışdır, tutulduğu üçün ödənişləri edə bilməmiş və Ruhiyyə də, şikayət etmişdir. X2 dedikləri tamamilə yalandır. Vəzir ilə heç bir ticarət əlaqəsi olmamış, hər hansı bir məbləğdə pul almamış, Neymətin qohumu kimi tanımış, ondan nə üçün şikayət edib səbəbi məlum deyil. Zərərçəkmiş şəxs6 Hüseynağa oğlu ilə ilk ticarət etməyə başlamış, Nahidin hesabına digər şəxsləri də, tanıyıb Nahidin təklifi ilə həmin şəxslərlə ticarət etmişdir. Nahid ilə yalnız mobil telefon ticarəti ilə məşğul olmuş, tutulduğu zamana qədər bir il ərzində 27940 manat olmaqla hissə-hissə Nahid ona pul məbləği vermiş, həmin pul məbləğləri ilə bağlı müvafiq olaraq mobil telefonları Bakı şəhərindən alıb rayonlarda müştərilərə əl krediti formasında satıb Nahidə bir il ərzində gəlir vermiş, nəticədə təxminən 20000 manata yaxın borcu qalmışdır. Nahidin ərizəsində qeyd etdiyi qədər pulu olmamışdır, o qədər imkanı olmamışdır ki, ona qeyd etdiyi qədər pul verə bilsin. Həmçinin Nahid onun kirayə yaşadığı evdən tutulduqdan sonra gedib bütün qeydiyyat dəftərlərini götürmüşdür. Nahid ilə telefon ticarətindən başqa qızıl-zinyət əşyaları və yaxud başqa bir ticarət növü ilə məşğul olmamış, Nahidin göstərdikləri yalandır. Zərərçəkmiş şəxs8 ərizəsində göstərdikləri yalandır. Heydər də, Nahidin və Sabitin qohumudur. Heydər ilə həqiqətən telefon ticarəti ilə məşğul olub, bütün borcları gəliri ilə birlikdə ödəmiş, Heydər ilə tutulduğu zamana 2 aya qədər qızıl-zinyət əşyalarının ticarəti ilə məşğul olmuş, Heydərə 14000 manata yaxın borcu qalmışdır. Ümumilikdə Heydərin ərizəsində qeyd etdiyi kimi 86626 manat ticarət dövriyyələri olmamışdır, bu yalandır, heç bir həqiqətə uyğun deyil. Zərərçəkmiş şəxs9 ilə mobil telefon və qızıl-zinyət əşyalarının ticarəti ilə məşğul olmuşdur. Mürsəl hissə-hissə olmaqla cəmi mənə 47000 manat pul vermiş, kredit ödənişlərini aldıqca tutulduğum zamana 8 aya qədər ödənişləri etmiş Mürsələ təxminən 33000 manata yaxın borcu qalmışdır. Mürsəlin şikayətində göstərdiyi 135000 manat məbləğ yalandır, o qədər Mürsəlin pulu olmamışdır, bu şişirdilmiş və həqiqətə uyğun olmayan məbləğdir. Zərərçəkmiş şəxs10 ilə mobil telefon biznesi ilə məşğul olmuş, Qədir onunla işlədiyi yerdə bərbər işləmişdir. Qədir ona hissə-hissə olmaqla 13000 manata yaxın pul vermişdir, nəticədə Qədirə qazancı ilə birlikdə verdiyi pulun iki qatı olan 26000 manata yaxın borcu qalmışdır. Tutulduğu üçün müştərilərdə pulları yığıb borcunu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs13 ilə telefon biznesi ilə məşğul olmuş, Anar Zərərçəkmiş şəxs2 qohumudur. Ümumilikdə bir il ərzində hissə-hissə olmaqla ona 15000 manat pul vermiş, hissə-hissə olmaqla 6000 manat ödəniş etmiş, tutulduğu üçün müştərilərdə pulları yığıb borcu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs11 yaxın münasibətdə olduğu qadın olmuşdur. Aytənə heç bir vəd verməmiş, heç bir ticarəti olmamış, sadəcə yaxın münasibətdə olduğu üçün borca 10000 manat pul almış, sonradan 3000 manatını qaytarmış, 7000 manat borcu qalmışdır. Bundan başqa Aytən özü qohumu Ruhiyyədən gedib 15000 manat dəyərində qızıl-zinyət əşyalarını nisyə alıb onun vasitəsilə kreditə satışını etmişdir. Aytən ilə heç bir ticarət etməmiş, onu aldatmamış, tutulmağı səbəbi ilə ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs7 ilə heç bir ticarət əlaqəsi olmamışdır. Günel ilə Zərərçəkmiş şəxs11 özü ticarət etmişdir, Aytən Günelin pulunu verməmiş Günel Aytəndən pulunu tələb edən zaman bildirmişdir ki, “get Samirdədir pulun ondan al” dediyindən Günel ondan şikayət etmişdir. Günelin onun barəsində şikayəti əsassızdır, heç bir ticarət əlaqəsi olmamışdır, Aytənin hesabına tanıdığı rəfiqəsi, tanışı olmuşdur, Güneldən hər hansı bir qızıl-zinyət əşyası və yaxud pul almamışdır. Əlavə olaraq bildirmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış bütün şəxslərin şikayətlərində guya qabaqcadan dələduzluq niyyətinin olması ilə bağlı aldadıb pullarını ələ keçirməyinə dair göstərdikləri və pul məbləğləri həqiqətə uyğun olmayan formada göstərilmişdir. Heç bir şəxsdən pulları birdəfəyə almamış, ticarət etmiş, ticarət zamanında ödənişləri verdikçə özləri ticarət dövriyyəsini artırmaq üçün əlavə pul vermişlər. Ona necə mənə hissə-hissə pul verilibsə danışdıqları və razılaşdıqları müddətdə, həmçinin aralarında tərtib etdikləri hesabat dəftərlərinə uyğun olaraq zamanında ödənişləri etmişdir. Dələduzluq niyyəti olsa nə üçün həmin şəxslərə hər ay ödəniş edirmiş. Ödənişdən başqa hər bir qeyd olunan şəxsə gəlir vermiş, hər biri gəlirləri nəzərə almadan özləri üçün bir məbləğ hesablayıb ondan əsassız şikayət etmişlər. Həmçinin yaşadığı kirayə evin açarları Heydər və Nahiddə olmuşdur, tutulduqdan sonra gedib yaşadığı ünvandan bütün qeydiyyat dəftərlərini götürmüşlər. Hazırda həmin dəftərlər onda olmadığından bütün ödənişləri dəqiq tarixləri və məbləğləri ilə qeyd edə bilmir, həmçinin ifadəsində göstərdiyi bütün xüsusatlar doğrudur və həqiqətdir. Bundan başqa ifadəsinə əlyazma qaydasında öz xətti ilə yazdığı 03 vərəqi əlavə etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, istintaqa əvvəllər verdiyi ifadələrini təsdiq edir. Üzləşdirmələr zamanı zərərçəkmiş şəxslərə göstərdiyi borcları ilə bağlı miqdarlara onlara vəd verdiyi qazanc pulları da daxildir. Həmçinin ona cinayət işinin materiallarında olan “whatsapp” yazışmaları və zərərçəkmiş şəxslərlə olan ticarətlərini əks etdirən imzaları olan dəftərlər təqdim edilmiş yazışmalar və dəftərlər onun ilə ondan şikayət edən ticarət etdiyi şəxslər arasında olan münasibətlərin sübutudur ki, ticarət ilə məşğul olmuşlar, dəfələrlə artıq qazanclar vermiş, lakin ondan əsassız şikayət etmişlər. Dəftərlərdə imzalar yalnız iki nəfərin yəni onun və qarşı tərəfin imzası olduğu halda ödəniş təsdiqi kimi qəbul edilə bilərmiş. Həmin zərərçəkmiş şəxslərin dəftərlərdən olan pullardan başqa iddiaları tam əsassızdır. Çünki imzalar olan halda ödənişlər təsdiq olunmuş olurdu. Hazırda cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin yəni dəftərçələrin surətlərində olan imzalar da, ona məxsusdur. Zərərçəkmiş şəxslər verdikləri pulları artıqlaması ilə qazanmış, bu onların dəftərlərindən də, görünür ki, bir mobil telefona görə aylar ərzində 70 faiz qazanc vermişdir, özü isə hər telefon satışında 50 manat gəliri olmuşdur, bütün məsuliyyət isə üzərində olmuşdur. Şikayət etmiş şəxslər əsassız şikayət etmişlər, Heç kimi aldatmamış, heç kimə qarşı dələduzluq etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, X15 vasitəsi ilə tanımışdır. Aytənin xahişi və məsləhəti ilə Samirə qızıl vermişdir. 1-2 ay may-iyun aylarında bir yerdə qızıl alveri ilə məşğul olmuşlar. Samir malın pulunu 10 gündən bir gətirib vermişdir. Bir müddət keçdikdən sonra Samir ortalıqdan itmişdir. Buna görə də Aytəndən pulunu tələb etmişdir. Samirin 36150 manat məbləğində borcu olmuşdur. 36150 manat məbləğində pulu Samirə qızıl şəkildə hissəhissə vermişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva Univermağının ikinci mərtəbəsində hər ay icarə pulu ödəməklə ticarət üçün yer götürmüşdür. Həmin yerdə qızıl-zinyət əşyalarının ticarəti ilə məşğul olur. 10 ildən çoxdur ki, həmin univermaqda ticarət ilə məşğul olur. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında tanımışdır. Təqsirləndirilən şəxs uzaq qohumu Aytənin vasitəsilə tanımışdır. 2023- cü ilin aprel ayında Aytən ona Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, Samirin onunla birgə nikaha daxil olmaq üçün söz verdiyini demişdir. Təqsirləndirilən şəxs özünü Aytənə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant rütbəsində olan şəxs kimi təqdim etmişdir. Həmçinin Samir əlavə olaraq Aytənə demişdir ki, Gəncə və Şəmkir şəhərlərində Bayram adlı qohumu vasitəsilə mobil telefon və qızıl-zinyət əşyalarının satışı ilə məşğul olur. 2023-cü ilin aprel ayından sonra Təqsirləndirilən şəxs və qohumu Aytən ilə birlikdə iş yeri olan Moskva Univermağına gəlmişlər. Orada Təqsirləndirilən şəxs ilə ilk dəfə tanış olmuş və Samir ona Aytənin onun barədə dediklərini bir daha təsdiq edərək bildirmişdir ki, o, Müdafiə Nazirliyinin əməkdaşıdır, polkovnik-leytenantdır, bundan başqa uzun illərdir Gəncə və Şəmkir şəhərlərində qızıl-zinyət əşyalarının və mobil telefonların kreditlə satışını həyata keçirir. Samir elə orada təklif etmişdir ki, qızıl-zinyət əşyalarını nisyə verdiyi halda 5 ay ərzində ona gəlir verəcəkdir. O, Samirə demişdir ki, 585 əyarlı qızılın bir qramını özü 49,5 ABŞ dollarına yəni, 84 manat 15 qəpiyə əldə edir, bəs bunu neçəyə alıb satacaq ki, ona daha böyük gəlir verməyi vəd verir. Samir demişdir ki, 585 əyarlı qızılın qramını ondan nisyə olaraq 88 manata alacaq və aldığı malın pulunu 5 ay ərzində qaytaracaqdır. O, bu barədə düşünüb ona bir söz deyəcəyini demişdir. Həmin zaman Samir onun istifadəsində olan +**********06 mobil nömrəsini qeydə almış və özü +**********88 mobil nömrəsini ona vermişdir ki, əlaqə saxlaya bilsin. Bu hadisədən bir-iki gün sonra Aytən və Samir hər ikisi onların birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, “Qismət” şadlıq evinin yanında kirayə yaşadıqları ünvana dəvət etmişlər. Həmin mənzildə qonaq olarkən orada Müdafiə Nazirliyinin əməkdaşlarının gündəlik geyim formasını və həmin formanın üzərində polkovnik-leytenant rütbəsinin olduğunu görmüşdür. Elə formaya baxarkən Samir demişdir ki, özünün formasıdır. Samir bir də, ona təklif etmişdir ki, birlikdə iş görsünlər. Moskva Univermağında satışını həyata keçirdiyi qızıl-zinyət əşyalarından Təqsirləndirilən şəxs nisyə qaydada vəd verdiyi formada satmaq qərarına gəlmişdir. 2023-cü ilin may ayının əvvəllərindən 11 iyun 2023-cü il tarixə qədər o, ümumilikdə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını nisyə olaraq vermişdir. Lakin son olaraq artıq Samirin ondan daima böyük məbləğlərdə qızıl-zinət əşyalarını istəməsi və ona gəlir adı ilə pul verdiyi zaman elə həmin günü yenidən eyni miqdarda və yaxud verdiyi puldan daha baha miqdarda və yaxud bir az miqdarda qızıl-zinət əşyalarını nisyə alması şübhə yaratmağa başlamışdır. Çünki gəlir adı ilə bir dəfə 10000 manat pul vermiş, elə həmin zaman yenə də, onu inandırıb həmin qiymətə yaxın dəyərdə qızıl-zinyət əşyalarını nisyə almışdır. Həmin zaman artıq başa düşmüşdür ki, Samirin ondan aldığı qızıl-zinyət əşyalarının pulunu tam ödəməyəcək və onu aldadıb bu formada hər dəfə müəyyən məbləğlərdə pul verərək guya məşğul olduğu “ticarət” həcmini böyüdərək daha böyük məbləğdə dəyərə malik qızıl-zinyət əşyalarını ələ keçirəcəkdir. Çünki artıq son zamanlarda Samir ondan başqa digər şəxslərin də, pulunu və qızıl-zinyət əşyalarını aldığını eşidirmiş. Son olaraq Samir onun ümumilikdə 36145 manat dəyərində qızıl-zinyət əşyalarını nisyə alıb, itdi və mobil telefonları söndürmüşdür. Sonradan bilmişdir ki, Samir ondan və digər şəxslərdən aldığı qızıl-zinyət əşyalarını ticarət etmək üçün deyil, müxtəlif lombardlara girov qoyaraq pul əldə etmiş və özü ondan başqa onlarla şəxslərdən aldığı pullar və əmlakların qarşılığında guya ticarət etdiyi barədə görüntü yaratmaqdan ötrü müəyyən zamanlarda pul məbləğlərini gəlir adı ilə vermişdir ki, daha etibarlı münasibət görüntüsü yaradıb daha böyük miqdarda pul və əmlak ələ keçirə bilsin. Həmçinin bu yaxınlarda bilmişdir ki, Samir heç bir qurumun əməkdaşı deyil, özünü onun kimi müxtəlif şəxslərə guya Müdafiə Nazirliyində işləyən şəxs kimi təqdim etmişdir, bundan başqa o, əvvəllər dələduzluq maddəsi ilə məhkum olunmuşdur. Əlavə olaraq Samirin özünə və ya Aytənin vasitəsilə Samirə sonuncunun vədi əsasında nisyə satdığı qızıl-zinyət əşyalarını Samirin onu necə hansı sxem üzrə aldatdığına dair kitabçasında olan qeydləri 4 səhifədə ifadəsinə əlavə edir. Belə ki, ilkin zamanlarda qeydiyyat aparmasa da, növbəti günlərdə mən qeydiyyat aparmışdır. Belə ki, Samir 09 may 2023-cü il tarixdə 153,1 qram, 11 may 2023-cü il tarixdə 160,63 qram, 12 may 2023-cü il tarixdə 138,42 qram, 14 may 2023-cü il tarixdə 32,53 qram çəkidə 585 əyarlı müxtəlif qızıl-zinət əşyalarını pulunu sonradan ödəyib gəlir verəcəyi adı ilə nisyə formada 44331 manat pula razılaşıb ondan nisyə almış, növbəti gün yəni 15 may 2023-cü il tarixdə isə 8500 manat pul, 16 may 2023-cü il tarixdə 6000 manat ödəmiş, 16 may 2023-cü il tarixdə yenidən 120,87 qram çəkidə 11240 manat dəyərində 585 əyarlı qızıl-zinyət əşyası götürmüş, 17 may 2023-cü il tarixdə 17000 manat pul verib, yenidən həmin tarixdə 57,44 qram çəkidə 5342 manat dəyərində 585 əyarlı qızıl-zinyət əşyaları götürmüş, 18 may 2023-cü il tarixdə 5000 manat pul ödəmiş yenidən həmin tarixdə 197,99 qram çəkidə 18413 manat və 26,78 qram çəkidə 2490 manat dəyərində 585 əyarlı qızıl-zinət əşyaları götürmüş, 19 may 2023cü il tarixdə 24,22 qram çəkidə 2252 manat dəyərində 585 əyarlı qızıl-zinət əşyaları götürmüş, 21 may 2023-cü il tarixdə 10000 manat ödəyərək elə həmin günü 17.392 manat dəyərində 585 əyarlı qızıl-zinət əşyaları götürmüş, 23 may 2023-cü il tarixdə 30000 manat ödəyərək 254,46 qram çəkidə 23665 manat dəyərində və 29,95 qram çəkidə 2785 manat dəyərində 585 əyarlı qızıl-zinət əşyaları götürmüş, 24 may 2023-cü il tarixdə 5000 manat ödəyərək yenidən həmin günü 166,79 qram çəkidə 15,511 manat dəyərində 585 əyarlı qızıl-zinət əşyaları götürmüş, 27 may 2023-cü il tarixdə 30000 manat ödəyərək yenidən həmin günü 147,72 qram çəkidə 13738 manat dəyərində 585 əyarlı qızılzinət əşyaları götürmüş, 30 may 2023-cü il tarixdə 103,50 qram çəkidə 9625 manat 585 əyarlı qızılzinət əşyaları götürmüş, 01 iyun 2023-cü il tarixdə 10000 manat və 02 iyun 2023-cü il tarixdə 10000 manat olmaqla ödənişlər etmiş, 04 iyun 2023-cü il tarixdə 153,33 qram çəkidə 14260 manat dəyərində 585 əyarlı qızıl-zinət əşyaları götürmüş, 05 iyun 2023-cü il tarixdə 3400 manat pulu ödəmişdir. Bundan sonra Samirdən çox az xəbər almağa başlamış onun bu tezliklərlə ondan qızılzinyət əşyalarını alıb elə həmin günü yenidən mal götürməsi şübhələr yaratmağa başlamışdır. Sonuncu dəfə artıq Samirin bütün hərəkətlərindən şübhə etməyə başlamışdır. Çünki Samir ondan daha böyük çəkidə qızıl-zinət əşyaları istəməyə başlamışdır. Samirlə münasibəti pozmamaq və artıq Samirin qurduğu bu yalançı işə daxil olub qızıl-zinət əşyaları verdiyi üçün demişdir ki, heç olmasa bir əsas məbləğdən pul versin ki, əlavə qızıl verə bilsin, çünki son olaraq 46145 manat dəyərində qızıl-zinyət əşyalarından verməli olduğu pul qalmışdı. Hazırda dəftərçəsindən real misalları vermişdir. Halbu ki, may ayının əvvəllərində Samirə bir neçə günün içərisində 5000-10000 manat arası qızıl-zinyət əşyalarını nisyə satmağa başlamışdırsa artıq iyun ayının əvvəllərində Samirin ona 46145 manat verəcəyi olmuşdur. Samirə öz pulunu qaytarmaq üçün demişdir ki, ödəniş etməlidir. 12 iyun 2023-cü il tarixdə Samir ona 10000 manat pul vermiş və həmin gündən onu tapa bilməmişdir. Çünki ona 10000 pul verdiyi gün düşünürmüş ki, yenə həmişəki kimi qızıl-zinyət əşyalarını nisyə adı ilə alacaqdır. O, Samirə demişdir ki, “bax məndə artıq qızıl qalmayıb başqalarından mən qızıl götürüb verə bilmərəm, pulumu ödəməlidir ki, mən görüm mənimlə doğru işləyir ya yox”. İstəyinə nail ola bilməyən kimi Samirin bütün dələduz niyyəti üzə çıxmış olmuş və məlum olmuşdur ki, qabaqcadan niyyəti aldatmaq olmuşdur. Nəticə olaraq qeyd etdiyi üsulla Təqsirləndirilən şəxs onun 36145 manat dəyərində 585 əyarlı qızıl-zinyət əşyalarını gəlir əldə etmək adı ilə qanunsuz ələ keçirmişdir. Həmin qızıl zinyət əşyalarının çəkisini dəqiq deyə bilmir, təxminən 400 qram ətrafında 585 əyarlı qızıl-zinyət əşyaları olmuşdur, çünki ay ərzində qızılın bazarda qiyməti dəyişdiyindən 84 manatdan 93 manata qədər olan qiymət aralığında Samirə nisyə satmışdır. Sonradan isə bilmişdir ki, Samir onun kimi digər şəxsləri də, qızıl və mobil telefon biznesi adı ilə aldatmış, özünə dələduz piramidası qurmuş və müxtəlif şəxslərə gəlir adı ilə bir şəxsdən aldığı pulu digər şəxsə vermiş, daha sonra pul aldığı şəxslərdə bu yolla iş görüntüsü yaradaraq etibar qazanmaqla daha böyük miqdarda pullar və yaxud qızıl-zinyət əşyalarını alıb ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Samiri Aytənin vasitəsi ilə tanımış və az bir müddət birlikdə işləmişlər. Aytənin xahişi ilə Samirə 37800 manat dəyərində mal yəni qızıl vermişdir. Samir isə 4-5 gün ərzində pulu qaytaracağını demişdir. Samir ilə bir dəfə iş görmüş daha sonra onunla işləməmişdir. Qızıl alış-verişi ilə məşğul olmuşdur. Başqa partnyorlarla birlikdə iş görürmüşdür. Yəni onlara qızıl vermiş bunun müaqbilində pulunu almışdır. Samirə qızılları verdikdən bir müddət sonra onunla əlaqə saxlaya bilməmişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva Univermağının birinci mərtəbəsində hər ay icarə pulu ödəməklə ticarət üçün yer götürmüş, həmin yerdə qızıl-zinyət əşyalarının ticarəti ilə məşğul olur. 8 ildən çoxdur ki, həmin univermaqda ticarət ilə məşğul olur. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının sonlarında tanımışdır. Təqsirləndirilən şəxs birlikdə işlədiyi Ruhiyyə Bağırovanın qohumu olan Aytənin vasitəsilə tanımışdır. 2023-cü ilin may ayında Aytən demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur, Samir onunla birgə nikaha daxil olacaqdır, hazırda bir yerdə yaşayırlar. 2023-cü ilin aprel ayında Aytən ona Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, Samirin onunla birgə nikaha daxil olmaq üçün söz verdiyini demişdir. Təqsirləndirilən şəxs özünü Aytənə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant rütbəsində olan şəxs kimi təqdim etmişdir. Həmçinin Samir əlavə olaraq Aytənə demişdir ki, Gəncə və Şəmkir şəhərlərində Bayram adlı qohumu vasitəsilə mobil telefon və qızıl-zinyət əşyalarının satışı ilə məşğul olur. 2023-cü ilin may ayında artıq Samirin bir neçə dəfə Ruhiyyədən qızıl-zinyət əşyalarını nisyə formada almasının şahidi olmuşdur. Aytəndən bu işdə gəlirinin nə qədər olacağını soruşduqda Aytən dedi ki, Samir ən azı 585 əyarlı qızıl-zinyət əşyalarının hər qramında 5-7 manat gəlir verəcəkdir. Bundan sonra Samirə nisyə qızıl-zinyət əşyaları verəcəyimi bildirmişdir.Həmin zaman mənim tanışı Ruhiyyə artıq Samir ilə ticarət edir, hər hansı bir narazılıq görməmişdir, ilk dəfə Samir ilə görüşən zaman Aytənin dediyi hər biri sözü təsdiq etmişdir. Ondan aldığı qızıl-zinyət əşyalarını Gəncə və Gəncə ətrafı rayonlarda nisyə formada əl krediti formasında satacaq və hər ay ona gəlir verəcəkdir. Bundan sonra dəqiq tarixləri yadında deyil 2023-cü ilin may ayının sonlarından həmin ilin iyun ayının əvvəllərinə qədər olan müddət ərzində həm Aytənin vasitəsilə həm də, şəxsən Samirin özünə ümumilikdə 37000 manat dəyərində qızıl-zinyət əşyalarını satıb gəlir verəcəyi vədi əsasında vermişdir. Samir onun istifadəsində olan +**********00 mobil nömrəsini qeydə alıb, özü +**********88 mobil nömrəsini vermişdir ki, əlaqə saxlasınlar. Lakin son olaraq artıq Samirin ondan daima böyük məbləğlərdə qızıl-zinət əşyalarını istəməsi və gəlir adı ilə pul verdiyi zaman elə həmin günü yenidən eyni miqdarda və yaxud verdiyi puldan daha baha miqdarda və yaxud bir az miqdarda qızıl-zinət əşyalarını nisyə alması şübhə yaratmışdır. Son zamanlarda Samirin ondan başqa digər şəxslərin də, pulunu və qızıl- zinyət əşyalarını aldığını eşidirmiş. Son olaraq Samir onun ümumilikdə 37000 manat dəyərində qızıl-zinyət əşyalarını nisyə alıb, itmiş və mobil telefonları söndürmüşdür. Aytəndən Samir barədə soruşduqda demişdir ki, Samir onu da, aldatmışdır, Samiri tapa bilmir. Sonradan bilmişdir ki, Samir ondan və digər şəxslərdən aldığı qızıl-zinyət əşyalarını ticarət etmək üçün deyil, müxtəlif lombardlara girov qoyaraq pul əldə etmiş və ondan başqa onlarla şəxslərdən aldığı pullar və əmlakların qarşılığında guya ticarət etdiyi barədə görüntü yaratmaqdan ötrü müəyyən zamanlarda pul məbləğlərini gəlir adı ilə vermişdir ki, daha etibarlı münasibət görüntüsü yaradıb daha böyük miqdarda pul və əmlak ələ keçirə bilsin. Sonuncu dəfə isə 2023-cü ilin iyun ayının əvvəllərində şəxsən Samirin özünə Moskva Univermağında mal vermişdir. Təqdim etdiyi yazışmalardan da, görünür ki, Aytən Samirin verdiyi təlimatlar əsasında hərəkət etmişdir. Bildiyi qədər Aytənin özünü də, Samir aldatmış və əmlakını ələ keçirmişdir. Samir özünü Aytənə və ona Müdafiə Nazirliyinin əməkdaşı kimi yüksək rütbəli şəxs kimi təqdim etmişdir. Samir vəd vermişdir ki, 585 əyarlı qızıl-zinyət əşyalarının hər qramında ən azı 5-7 manat gəliri ona verəcəkdir. Təqsirləndirilən şəxs ümumilikdə 37000 manat dəyərində qızıl-zinyət əşyalarını dələduzluq edərək ələ keçirmişdir. Bu işdən heç qazancı olmamışdır. 2023-cü ilin may ayının sonlarından 2023- cü ilin iyun ayının əvvəllərində qədər olan müddətdə bir neçə dəfəyə olmaqla yəni, birinci dəfə hər bir qramı 85 manat hesabı ilə ümumilikdə 106 qram çəkidə 585 əyarlı 9010 manat dəyərində, ikinci dəfə hər bir qramı 85 manat hesabı ilə ümumilikdə 163 qram çəkidə 585 əyarlı 13855 manat dəyərində, üçüncü dəfə hər bir qramı 85 manat hesabı ilə ümumilikdə 166,3 qram çəkidə 585 əyarlı 14135 manat dəyərində olan qızıl-zinyət əşyalarını Samirin vədinə əsasən ona vermişdir. Birinci və ikinci dəfə qeyd olunan miqdarda qızıl-zinyət əşyalarını Aytənin vasitəsilə, sonuncu dəfə isə Samirin özünə əlbə-əl olaraq vermiş və bütün hadisələr Moskva Univermağında baş vermişdir. Samirə ümumilikdə 37000 manat dəyərində 435,3 qram çəkidə 585 əyarlı qızılların hər birinin qramını 85 manata nisyə vermişdir ki, üzərində hər bir qramı üçün 5-7 manat gəlir verəcəkdir. Samirin vədi bundan ibarət olmuşdur. Samirə verdiyi 37000 manat dəyərində qızılların qarşılığında verdiyi qızılların pulunu tam qaytarmaqla bərabər ona 2176,5-3047,10 manat arası gəlir verməli imiş. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında tanımışdır. İşlə bağlı ilk təklifi Nahid etmiş, lakin sonralar Samir özü əlaqə yaratmışdır. Bir müddət birlikdə işləmişlər. Əvvəlcə telefon daha sonra qızıl alveri ilə məşğul olmuşlar. Telefon alveri ilə məşğul olan vaxtı Samir ona telefonları əl krediti vasitəsi ilə Gəncə və Samuxda qaynı Bayram ilə bərabər satdığını demişdir. Gəncədə olan zaman Bayram ilə görüşməmişdir. Samir ortadan itdikdən sonra Gəncəyə gedərək Bayram adlı şəxsi tapmışdır. Bayram Samir ilə birlikdə alver etmədiyini demişdir. Samirin 118000 manat məbləğində borcu olmuşdur. Sonuncu dəfə 80000 və 18000 manat məbləğində pul vermişdir. Pulları Sevindiyin vasitəsi ilə vermişdir. Qızıldan əldə etdiyi qazancı xatırlamamış və dəftərdə olduğunu qeyd etmişdir. Telefon alverinin qeydləri onda olmuş lakin qızıl alverinin məbləğləri isə öz aralarında olmuşdur. Qızıl alveri zamanı Samir 10000 manat məbləğində lom qızıl alaraq onu Gəncədə Bayramın vasitəçiliyi ilə əridərək satmışdır. İlk alverə başlayan zaman 1 ay içində 8000 manat məbləğində pul vermişdir. Sonralar 10000 və 34000 manat məbləğində pullar vermişdir. Sevindik vasitəsi ilə böyük məbləğli pulları 55000, 60000 və 11000 ABŞ dolları məbləğində pulları göndərmişdir. Samir xırda məbləğləri əldə etdikdən sonra ödəniş etmiş lakin böyük məbləğli ödənişlərdən sonra yoxa çıxmışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, evlidir 2 azyaşlı övladı var, əvəllər məhkum olunmamışdır, barəsində təqsirləndirici material yoxdur, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində elektronika dükanı işlədir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin yanvar ayında tanımışdır. Təqsirləndirilən şəxs ilə bərbərxanada tanış olmuşdur. Belə ki, dostu Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, “Azpetrol” yanacaq doldurmaq məntəqəsinin yaxınlığında yerləşən yeni tikili binada qeyri-yaşayış sahəsi vardır, orada bərbərxana işlədir. Təqsirləndirilən şəxs da, həmin bərbərxanada saç ustası olaraq işləyirmiş. Zərərçəkmiş şəxs6 ona demişdir ki, Təqsirləndirilən şəxs vədi əsasında pul vermişdir ki, mobil telefon ticarəti ilə məşğul olsun və gəlir əldə etsin. Nahid ilə bu işlə maraqlanan zaman olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhərindən nağd qiymətə mobil telefonlar alır, Gəncə şəhərində olan tanışlarına göndərir və orada tanışları vasitəsilə kreditlə satışını həyata keçirir. Zərərçəkmiş şəxs6 ona bunları dedikdən sonra Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla danışıq zamanı bildirmişdir ki, həqiqətən də, Zərərçəkmiş şəxs6 dediyi kimidir, Samirə pul verilən zaman Bakı şəhərində mobil telefonları alıb Gəncə şəhərində “Bayram” və “Rövşən” adlı şəxslərə göndərir həmin şəxslər ilə Gəncə və Gəncə ətrafında olan şəxslərə “əl krediti” deyilən formada kreditə pərakəndə formada satırlar və hər ay yığılan pullar ona göndərilir. Bu yolla investisiya olduğu halda ona da, pul qazandıra biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu işdə olan detalları ona danışmasını dedikdə bildirdi ki, ona 5000 manat pul verdiyi halda 8 ay ərzində ona 10200 manat pul qaytaracaqdır. Bu 8 ay ərzində ilk 3 ay verdiyi pulu qaytaracaq, qalan aylar isə qeyd etdiyi kimi 5200 manat pul verəcəkdir. Təqsirləndirilən şəxs isə bu işdə hər telefonun üzərində 50 manat pul qazanacağını demişdir. Təqsirləndirilən şəxs bu işi görməyə görə hər telefon üçün 50 manat onun qazanc pulu da 10200 manat pula daxil olmuşdur. Bu hadisə zamanı Zərərçəkmiş şəxs6 da, onun yanında olmuş və hadisənin şahidi olmuşdur. Həmin zaman artıq Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs inanıb vədinə əsasən pul vermiş artıq birlikdə iş görürmüşlər. Təqsirləndirilən şəxs da, həmin zaman Nahidi ona misal çəkərək göstərdi ki, “görürsən birlikdə işləyirik qazanırıq heç bir problem yoxdur”. O, ilkin olaraq Təqsirləndirilən şəxs vədinə əsasən ilkin olaraq 5000 manat pul vermək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilk dəfə Zərərçəkmiş şəxs6 işlətdiyi bərbərxanada 5000 manat pulu Zərərçəkmiş şəxs6 şahidliyi ilə əlbə-əl sayıb vermişdir. Bundan sonra müxtəlif zamanlarda yəni, 2022-ci ilin yanvar ayında 2023-cü ilin iyun ayına qədər olan müddət ərzində müxtəlif məbləğlərdə hiss-hissə olmaqla əsasən Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs ümumilikdə 100000 manat pul vermişdir. Təqsirləndirilən şəxs bu müddət ərzində ona gəlir adı ilə müəyyən məbləğlərdə pulu vermiş, səhəri günü isə yenidən gəlir adı ilə verdiyi pulu almışdır ki, yeni sifarişlər vardır, işin “həcmi”ni və guya “maya”nı böyüdür. Bu müddət ərzində ən azından qeyd etdiyi kimi onu tam özünə inandırmaq və işgüzar şəxs olduğunu göstərmək, görüntü xatirinə gəlir adı ilə hər hansı verdiyi məbləği ortalığa çıxarmışdır ki, guya ona pul qazandırır. Halbu ki, elə özü verdiyi pulunu ona qaytarmış və sonradan qeyd etdiyi kimi guya yeni sifarişlərin olması bəhanəsi ilə həmin pulu ondan almışdır. O, 05 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Yasamal rayonu ərazisində görüşüb ona əlbə-əl 80000 manat pulu vermişdir və 10 iyun 2023-cü il tarixdə yenidən 88000 manat pul qaytarmışdır və həmin günü ona verdiyi pulun 80000 manatını yenidən istəmişdir. O, Təqsirləndirilən şəxs bu barədə düşünüb bir söz deyəcəyini bildirmişdir. 11 iyun 2023-cü il tarixdə son olaraq Təqsirləndirilən şəxsla yenidən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində görüşüb 80000 manat pulu əlbə-əl vermişdir. Bundan sonra onun Təqsirləndirilən şəxsla əlaqəsi itmiş və onu tapa bilməmişdir. Təqsirləndirilən şəxs ondan 100000 manat pulu Gəncə şəhərində “Bayram” və “Rövşən” adlı şəxslərin köməyi ilə mobil telefonların kreditlə satışını həyata keçirib ona qazanc verəcəyi adı ilə almış, 80000 manat pulunu isə Gəncə şəhərində “Bayram” və “Rövşən” adlı şəxslərin köməyi ilə qızıl-zinyət əşyalarının satışını həyata keçirib qazanc verəcəyi adı ilə almışdır. Təqsirləndirilən şəxs qaçıb gizlənmişdir, onu harada axtarsa da, mobil telefonlarına zəng etsəm də, hamısı bağlı olmuşdur. Təqsirləndirilən şəxs bu əməlləri tək etdiyinə inanmır, adlarını daima çəkdiyi danışdığı “Bayram” adlı şəxslə cinayət əlaqəsində olduğundan şübhə edir. Təqsirləndirilən şəxs daima onu şirnikləşdirmiş, guya həqiqətən mobil telefon və qızıl alveri ilə məşğul olduğunun görüntüsünü yaratmış, verdiyi pulları yenidən özünə qısa müddətdə qaytarıb, işi böyütmək adı ilə geri alması və sonda birdən itməsi onun qabaqcadan aldatmaq niyyətində olmasını bildirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Samir ilə Qədir vasitəsilə tanış olmuşdur. 2023-cü ilin dekabr ayından Samir ilə telefon alverinə başlamışdır.Telefonların hər birindən ona 50 manat pul verilməli idi. İki telefona 5000 manat pul vermişdir.Daha sonra qızıl alveri ilə məşğul olmuşlar.Qızıl alveri üçün həm bankdan pul götürmüş həm də torpağını sataraq 3000 manat məbləğində pul vermişdir.132.000 manat məbləğində ziyan dəymişdir.İlk vaxt 5000 manat məbləğində pulu Qədirin yanında Samirə vermişdir.Samir aldığı telefonları qaynına satmaq üçün göndərmişdir.Sonuncu dəfə 32.000 manat məbləğində pulu bankdan götürərək vermişdir.Samir ona hər hansı bir mağaza və ya obyekt göstərməmişdir.Samirə ancaq pul vermiş özü də telefon almağa cəhd etmək istəyən zaman Samir imkan yaratmamışdır. Samirə pulları hissə-hissə vermişdir. Verdiyi pulların nə vaxta qədər verdiyini xatırlamamış, Samirin dəftərində qeyd edildiyini demişdir. Samir müəyyən aylarda pul vermiş lakin pul vermədiyi aylar çox olmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Bakı Beynəlxalq Avtovağzalında kafe işlədir və bu yolla çörək pulu qazanır. Təqsirləndirilən şəxs 2022-ci ildən tanışı Qədir Qəniyev vasitəsilə tammışdır.Qədir və Samir eyni bərbərxanada işləyirdi. Həmin bərbərxana Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, “Ətçilər” adlanan yerə yaxın ərazidə binanın birinci mərtəbəsində yerləşir. O, Qədirin daimi müştərisi olmuşdur. Qədirin yanına gedib-gələndə daima Samir ona ticarətlə, yəni telefon alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Samir təklif etmişdir ki, əgər Samirə 1 mobil telefonun dəyər qiyməti qədər pul versə, 8 ay ərzində həmin məbləği əsas pul ilə birgə və onun payına düşən əlavə qazanc əldə olunmuş pul ilə qaytaracaqdır. Yəni, Samirin biznesinə pul yatırımı edəcək, Samirdə, həmin pul ilə mobil telefonları alacaq və telefonların satışından əldə olunan qazancı böləcək və əvvəlcədən danışılmış məbləği 8 ay ərzində hər ay ona ödəyəcəkdir. O, Samirlə razılaşmış və tərəfindən Samirə hissə-hissə müəyyən məbləğlərdə pul verilmişdir. Nəticə etibarilə, Samir dələduzluq, yəni aldatma yolu ilə ondan 132000 manat məbləğində pul almış və geri qaytarmamışdır. İlkin olaraq ərizə və izahatında ona dəymiş maddi zərəri səhvən 135000 manat bildirmiş, Samirin vurduğu maddi ziyan 132000 manat və Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 6 sot torpaq sahəsi olmuşdur. Belə ki, ilkin olaraq telefon satışı ilə bağlı Samirə Qədirin vasitəsilə xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü il tarixdə «İphone 14» markalı 1 ədəd telefon üçün 2900 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, 25.01,2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 7 ədəd telefon üçün 4340 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 660 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 720 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 1 ədəd telefon üçün 790 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A- 53» markalı 1 ədəd telefon üçün 7200 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 9 ədəd telefon üçün 5580 manat, xx.xx.2023-cü il tarixdə «İphone 14» Pro markalı 2 ədəd telefon üçün 2900 manat, xx.xx.2023-cü il tarixdə «İphone 14» Pro 128 GB markalı 1 ədəd telefon üçün 2900 manat, xx.xx.2023- cü il tarixdə «İphone 14» Pro 128 GB markalı 1 ədəd telefon üçün 1450 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 3100 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markal 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 3100 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 6 ədəd telefon üçün 3720 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 1 ədəd telefon üçün 360 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 7 ədəd telefon üçün 3100 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 6 ədəd telefon üçün 3720 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «iphone 14» pro markalı 1 ədəd telefon üçün 1900 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 3100 manat, xx.xx.2023-cü il tarixdə A-13 markalı 3 ədəd telefon üçün 930 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü «SAMSUNG A- 53» markalı 3 ədəd telefon üçün 1880 manat, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 3100 manat, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1860 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 2480 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 7 ədəd telefon üçün 4340 manat, xx.xx.2023-cü il tarixdə A-13 markalı 3 ədəd telefon üçün 930 manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1240 manat pulu Qədirin vasitəsilə, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1040 manat, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 8 ədəd telefon üçün 4160 manat, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1040 manat, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 10 ədəd telefon üçün 5200 manat, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 6 ədəd telefon üçün 3120 manat, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 11 ədəd telefon üçün 5720 manat, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 1 ədəd telefon üçün 520 manat, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 17 ədəd telefon üçün 8840 manat, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 06 ədəd telefon üçün 3120 manat, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 15 ədəd telefon üçün 7800 manat pulu isə özü Samirə vermişdir. 2023-cü ilin aprel ayında Samir təklif etmişdir ki, telefon kimi, qızıl-zinyət əşyalarının da, əl krediti ilə satışı ilə məşğuldur. Bu barədə Qədirdən soruşduqda cavabında Samirə vermək üçün pulunun olmadığını demiş, Samir isə Qədiri guya həmin işə yaxın buraxmadığını bildirmişdir. Samir dedi ki, bu qızıl-zinyət əşyalarının satışını qayını Bayramın vasitəsilə edəcəkdir. Samir ilə razılaşmış qızıl işi üçün xx.xx.2023-cü il tarixdə, 100 qram çəkidə 14 k əyarlı qızıl üçün 7781 manat, xx.xx.2023-cü il tarixdə, 59 qram çəkidə 14 k əyarlı qızıl üçün 4548 manat, xx.xx.2023cü il tarixdə, 76 qram çəkidə 14 k əyarlı qızıl üçün 6430 manat, xx.xx.2023-cü il tarixdə, 60 qram çəkidə 14 k əyarlı qızıl üçün 4740 manat, xx.xx.2023-cü il tarixdə, 100 qram çəkidə 14 k əyarlı qızıl üçün 8200 manat, xx.xx.2023-cü il tarixdə, 104 qram çəkidə 14 k əyarlı qızıl üçün 7488 manat, xx.xx.2023-cü il tarixdə, 145 qram çəkidə 14 k əyarlı qızıl üçün 10500 manat, xx.xx.2023-cü il tarixdə, 415.48 qram çəkidə 14 k əyarlı qızıl üçün 31989 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün verilən 2480 manatdan 3000 manat ödəniş edilib (5 ay ərzində), xx.xx.2023-cü 11 tarixdə «İphone 14» markalı 1 ədəd telefon üçün 2900 manat üçün 3000 manat ödəniş edilib (5 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 2250 manat (5 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1500 manat (5 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 7 ədəd telefon üçün 5250 manat (5 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 700 manat (5 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1500 manat (5 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 1 ədəd telefon üçün 750 manat (5 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 1 ədəd telefon üçün 750 manat (5 ay ərzində), 01,02.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 9 ədəd telefon üçün 5400 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «iphone 14» Pro markalı 2 ədəd telefon üçün 4800 manat (4 ay ərzində), xx.xx.2023- cü il tarixdə «İphone 14» Pro 128 GB markalı 1 ədəd telefon üçün 2400 manat (4 ay ərzində), xx.xx.2023- cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1200 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1800 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1800 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1800 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1800 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1800 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 1800 manat (3 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 2250 manat (3 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 1800 manat (4 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 2200 manat (3 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 6 ədəd telefon üçün 2700 manat (3 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 900 manat (3 ay ərzində), xx.xx.2023-cü il tarixdə A-13 markalı 1 ədəd telefon üçün 210 manat (3 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 7 ədəd telefon üçün 3150 manat (3 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 6 ədəd telefon üçün 2700 manat (3 ay ərizndə), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 1200 (2 ay ərizndə) manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 (2 ay ərzində) manat, xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 900 manat (2 ay ərzində), xx.xx.2023-cü il tarixdə «İphone 14» pro markalı 1 ədəd telefon üçün 1200 manat (2 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 manat (2 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 1500 manat (2 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 420 manat (2 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 1200 manat (2 ay ərzində), xx.xx.2023-cü «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 900 manat (2 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 1200 manat (2 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 5 ədəd telefon üçün 1500 manat (2 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 manat (2 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 3 ədəd telefon üçün 900 manat (2ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 manat (2ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 manat (2ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1200 manat (2 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 manat (2 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 600 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 300 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 4 ədəd telefon üçün 600 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 7 ədəd telefon üçün 1050 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə A-13 markalı 3 ədəd telefon üçün 210 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 300 manat (1 ay ərzində) Samir tərəfindən ona pul verilmişdir. Samirin birbaşa özünə xx.xx.2023- cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 manat (2 ay ərzində), xx.xx.2023- cü il «SAMSUNG A-53» markalı 8 ədəd telefon üçün 400 manat (2 ay ərzində), xx.xx.2023- CÜ il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 1040 manat, xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 2 ədəd telefon üçün 600 manat (2 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 10 ədəd telefon üçün 1500 manat (1 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 6 ədəd telefon üçün 900 manat (1 ay ərzində), xx.xx.2023-cü il «SAMSUNG A-53» markalı 11 ədəd telefon üçün 1650 manat (1 ay ərzində) ödəniş edilmişdir. xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 1 ədəd telefon, xx.xx.2023-cü il «SAMSUNG A- 54» markalı 17 ədəd telefon, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 06 ədəd telefon, xx.xx.2023-cü il «SAMSUNG A-54» markalı 15 ədəd telefon üçün heç bir ödəniş edilməmişdir. Samir telefon işi ilə bağlı pullardan hissə-hissə olmaqla ilkin zamanlarda verdiyi vədinə uyğun olaraq gəlir adı ilə ona nəzərdə tutulmuş vaxtlarda pul məbləğlərini versə də, bir müddətdən sonra isə nəinki gəlir, verdiyi ana məbləğ pulların belə tamamını qaytarmamış, get-gedə daha az pul verməyə başlamışdır, ifadəsində göstərdiyi zaman ərzində Samirin ona verdiyi pulların məbləğlərindən də, bu görünür. Qızıl işi üçün xx.xx.2023-cü il tarixdə, 100 qram çəkidə qızıl üçün 2570 manat (2 ay ərzində), xx.xx.2023-cü il tarixdə, 590 qram çəkidə 14 k əyarlı qızıl üçün 1348 manat (1 ay ərzində), xx.xx.2023- cü il tarixdə, 76 qram çəkidə 14 k əyarlı qızıl üçün 1737 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə, 60 qram çəkidə 14 k əyarlı qızıl üçün 1371 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə, 100 qram çəkidə 14 k əyarlı qızıl üçün 2285 manat (1 ay ərzində), xx.xx.2023-cü il tarixdə, 104 qram çəkidə 14 k əyarlı qızıl üçün , xx.xx.2023-cü il tarixdə, 145 qram çəkidə 14 k əyarlı qızıl üçün, xx.xx.2023-cü il tarixdə, 415,48 qram çəkidə 14 k əyarlı qızıl üçün isə Samir heç bir ödəniş etməmişdir. Artıq Samir qeyd etdiyi kimi, ondan aldığı pulların qarşılığında ilkin olaraq gəlir adı ilə müxtəlif məbləğlərdə pul versə də, buradan da, görünür ki, onun məqsədi məni bu yolla inandırıb daha çox pulunu ələ keçirmək məqsədilə olmuşdur. Beləliklə Samir onun etibarından sui-istifadə və aldatma yolu ilə guya Gəncə və Gəncə ətrafı şəhər və rayonlarda Bakı şəhərindən alacağı mobil telefon və qızıl-zinyət əşyalarının daha baha qiymətə “əl krediti” adı ilə satıb gəlir verəcəyi adı ilə ümumilikdə 132000 manat pulunu ələ keçirmişdir. Bu 132000 manat pul Samirin ona ödəniş adı verdiyi pul məbləğləri çıxılmaqla hesablanılmışdır. Yəni gəlir adı verilən pulları da, ümumi verdiyi pul məbləğindən çıxmışdır. Həmçinin bu 132000 manat pul məbləğlərinin içərisinə Samirə verdiyi torpaq sahəsi də, daxildir. Belə ki, 2023-cü ilin mart ayında Samir ondan pul istəyən zaman pulunun olmadığını bildirmişdir. Samir demişdir ki, əgər pul verməsə bu iş dayanacaqdır, qazanc verə bilməyəcəkdir. Samirə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində olan 6 sot torpaq sahəsinin olduğunu demiş, torpaq sahəsinin dəyərini soruşduqda o, 30000 manat olduğunu demiş, Samir isə 20000 manata ala biləcəyini bildirmişdir. Samir torpaq sahəsini 20000 manata alacaq və həmin pulu da, guya gördüyü biznesə yatıracaqdır. Həmin torpaq sahəsinə o, Samir, Qədir, Samirin atası, Samirin anası ilə birlikdə gedib baxmışlar. Samir torpaq sahəsini anasının adına rəsmiləşdiriləcəyini demişdir. Bundan sonra o, Samirin anası X12 ilə 15 mart 2023-cü il tarixdə 43 saylı notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 6 sot çıxarışlı torpaq sahəsini satmaq barədə formal müqavilə bağlamışdır. Həmin torpaq sahəsi Suraxanı rayonu ərazisində yerləşsə də, Abşeron rayonunun balansında hesab edilir. Torpaq sahəsinin qiyməti 30000 manat olsa da, Samir həmin zaman üzərində 10000 manat olduğunu demiş və bildirmişdir ki, qalan 10000 manatı da, özü onunla görülən işlə bağlı haqq-hesab edəcəkdir. Kassadan o, rəsmi olaraq 10000 manat almış, həmin günü notariusun qarşısında Qədirin və həmin zaman Samirə onun kimi iş adı ilə pul vermiş olan Heydər və Nahid adlı şəxslərin şahidliyi 10000 manat pulu Samirin özünə vermişdir. Daha sonra isə Samir dedi ki, onsuz da, onda bu qədər pulu var əlavə 10000 manatı da, elə hesab etdi ki, əvəzimə bu işə qoyur, hissə-hissə telefonları aldıqca dəftərdə yazaram qol çəkər. Samir vəd verdi ki, torpağa görə əlavə 10000 manatı da, gördüyü işə onun adından yatıracaqdır. Bu müqavilə formal xarakterli, Samirin təklifinə əsasən olmuşdur, bütün proseslərdə anası Bənövşə formal olaraq iştirak etmişdir. Samir ona həmin torpaq sahəsini özü üçün aldığını bildirmiş, faktiki həmin torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar bütün danışıqlar Samir ilə aparmış, kassadan götürdüyü 10000 manat pulu isə Samirin vədi və tələbi ilə özünə tərəfindən verilmişdir. Hazırda həmin torpaq sahəsi həmin vaxtı da indi də 10000 qiymətindən bahadır. Bu bir daha həmin müqavilənin etibarsız olduğunu bildirir. Həmin torpaq Samirin qəsdən anasının adına rəsmiləşdirilib ki, sonradan əməlləri aşkar olunan zaman öz adında əmlak olmasın. O, torpaq sahəsinin dəyərini 20000 manat hesab edib 132000 manat ümumi maddi ziyana daxil etmişdir. Torpaq sahəsinin real qiyməti 30000 manat olsa da, Samirlə 20000 manata razılaşmışdır, maddi ziyanın torpaqla bağlı hissəsi 20000 manat olaraq dəyərləndirilməsini xahiş etmişdir. Samirin vədinə görə verdiyi pul məbləğləri İlə bağlı “Access Bank”dan 50000 manat kredit pulu Samirin gözünün qarşısında götürüb, həmin 50000 manatı da hissə-hissə olmaqla Samirə vermişdir. Hazıda, həmin kreditə görə aylıq 2560 manat banka faiz pulu ödəyir. Bundan başqa oğlu X13 da 5000 manat Beynəlxalq Bankdan kredit götürüb. Həmin krediti də ödəyir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyatında olan bir insan olmuşdur. 15000 manat məbləğində olan şəxsi qızıllarını və 10000 manat məbləğində pulu Samirə vermişdir. Ona 25000 manat məbləğində ziyan dəymişdir. Qızıllarını könüllü şəkildə kömək məqsədi ilə Samirə vermişdir. Pulları və qızılları may-iyun aylarında Yasamalda qaldığı evdə vermişdir. Həmin evdə özü də ara sıra qalmışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla 2023-cü ilin aprel ayında Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında lazerepilyasiya kursuna gedən zaman yolda olarkən tanış olmuşdur. Bundan sonra onunla münasibəti yaranmışdır. Bundan sonra bir neçə dəfə Samir ilə görüşmüş, Samir ona özünü Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin əməkdaşı, polis polkovnik- leytenantı kimi təqdim etmişdir. Samir bildirmişdir ki, arvadından boşanmışdır, Fatimə adına 13 yaşında bir qızı vardır. Samirə ərinin rəhmətə getdiyini, subay olduğunu demiş, Samir ona fikrinin ciddi olduğunu onunla ciddi münasibətdə olmaq istədiyini və evlənmək istədiyini bildirmişdir. Bir müddətdən sonra Samir onu ünvan 5 ünvanında olan mənzilə dəvət etmiş və demişdir ki, işləri ilə bağlı həmin mənzilə köçmüşdür. Samir etibarını qazanmaq məqsədi ilə həm ciddi münasibətdə olduğunu bildirməklə bərabər ona məcbur etmişdir ki, bütün qohumlarına bildirsin ki, onun üçün elçi gələcəkdir. X19 ilə Samiri tanış edib Samirin yaşadığı ünvana dəvət etmişdir. Həmin zaman Samir Ruhiyənin qızıl- zinyət əşyalarının Moskva uhivermağında satışını həyata keçirdiyini bilib ona iş təklif etmişdir. Samir bildirmişdir ki, Gəncə və Şəmkir rayonlarında müxtəlif şəxslərə daha baha qiymətə qızıl-zinyət əşyaları əgər Ruhiyyə ona nisyə qızıl-zinyət əşyaları versə satıb ona gəlir verə bilər. Bundan sonra onların münasibəti yarandı Samir onu da, arxayın etmişdir ki, o, real olaraq bu işlə və mobil telefonların əl krediti formasında satışı ilə məşğul olaraq pul qazanır. Həmçinin Samirin özünün qeydiyyat kitabçaları var idi, həmin kitabçalarda bütün ticarətini əks etdirən qeydiyyatını aparırdı. Bu hadisədən sonra Samir Ruhiyyə ilə iş görməyə başladılar, sadəcə o, onların arasında tanışlıq üçün vasitə olmuş, konkret olaraq Samir Ruhiyədən aldığı qızılların aqibətini dəqiq bilməmişdir ki, aparıb kimə satır və yaxud nə iş görür. Bu hadisədən sonra Ruhiyyə ilə eyni yerdə işləyən və Ruhiyyənin vasitəsilə tanış olduğu Günel ona demişdir ki, tanışı Samir ilə Ruhiyyə iş görür onları da, tanış etsin birlikdə iş görsülər. Bu barədə o, Samirə demiş, onları tanış etmiş və özləri aralarında danışaraq iş görməyə başlamışlar. Olub ki, bəzən Samirin Güneldən götürməli olduğu qızıl-zinyət əşyalarını Güneldən alıb aparıb Samirə vermişdir. Lakin qızıl işindən anlayışı olmadığı üçün bu işin təfərrüatını bilməmişdir. Həmçinin Samir özü ondan 10000 manat nağd pul və 15000 manat dəyərində qızıl-zinyət əşyalarını alıb ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, qardşına 50000 manat məbləğində pul vermişdir. Qardaşı həmin pulu işlə bağlı Samirə vermişdir. Samir 90000 manat məbləğində pul verməli olmuşdur. Həmin pulun 5000 manatı özünün qalan 40000 manatı isə qardaşı ilə başqa qohumunun pulu olmuşdur. Samirin hansı işlə məşğul olduğunu evlərinin yaxınlığında işlədiyi üçün bilmişdir. Pulu qardaşına qazanc məqsədi ilə vermişdir. Samirin kitabında borcun qardaşının adına 50000 manat məbləğində olduğu qeyd edilmişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 1 ildən bir qədər artıq müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır. Samir Yasamal rayonu ərazisində A.M.Şərifzadə küçəsi ilə M.Xiyabani küçələrinin kəsişməsində yolun kənarında yerləşən bərbərxanada saç ustası işləyirmiş. Dəfələrlə onun yanına gedib saçınnı kəsdirmişdir. Samirin yanında olarkən demişdir ki, “Bayram” adlı qaynı Gəncə şəhəri ərazisində kütləvi şəkildə mobil telefon, qızıl-zinət əyalarının, habelə cehizlik malların kreditlə satışını həyata keçirir, böyük həcmli və yüksək gəlirli işlər görmüş. Onun qardaşı Nemət Dünyamalıyev də Samirlə tanış imiş və daha səmimi münasibətlərdə olmuşlar. Eyni vədləri Samir qardaşı Neymətə də vermişdir. Samir müxtəlif mobil telefonların, qızıl-zinət əşyalarının və digər cehizlik məişət avadanlıqlarının fotoşəkillərini, müştərilərin və ona borclu olan şəxslərin siyahısını ona və qardaşı Neymətə göstərərək bu işdə yaxşı gəlirin olduğunu demişdir. Samir tez-tez kiminləsə mobil telefonda danışıqlar aparır, özünü işgüzar şəxs kimi göstərirmiş. 2022-ci ilin oktyabr ayından başlayaraq qardaşı Neymətin vasitəsi ilə Samirə hissə-hissə olmaqla ümumilikdə 50000 (əlli min) manat pul vermişdir. Bütün pul vəsaitləri qardaşı Neymət tərəfindən Samirin işlədiyi bərbərxananın içərisində Samirə verilmişdir. Neymət Samirlə daha sıx və isti münasibətlərdə olduğuna görə pulları Neymətin vasitəsi ilə göndərirmiş. Sonuncu dəfə qardaşı Nemət 12 iyun 2023-cü il tarixdə ona məxsus 31500 (otuz bir min beş yüz) manat məbləğində pulu aparıb Samirə vermişdir. Sonuncu dəfə verilmiş puldan savayı əvvəllər verilmiş pulun tarixlərini dəqiq bilmir. Bununla da nəticə etibarı ilə Samirə 50000 manat pul verilmiş olmuşdur. Samir pulları hər dəfə alanda deyirmiş ki, həmin pula Bakı şəhərində işləyən tanışlarından “Samsung A 53” və “iphone 13” markalı mobil telefonlar, habelə müxtəlif çeşidli qızıl-zinət əşyaları alaraq üstünə əlavə pul qoyub kredit şərtləri altında satılması üçün Gəncə şəhərində yaşayan qayını Bayrama göndərmişdir. Samir bir neçə dəfə guya iş birliyindən əldə olunan qazanc adı ilə qardaşına müxtəlif məbləğlərdə pullar vermiş, lakin hər dəfəsində elə həmin günü verdiyi pulları yeni partiya malların sifariş verilməsi üçün əlavə pul lazım olması adı ilə geri götürmüşdür. Ona görə o, ümumiyyətlə qazanc əldə etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Yeni yasamalda yaşamışdır. Samirdə orada fəaliyyət göstərmişdir. Tanışlarının vasitəçiliyi ilə Samirin qızıl alveri ilə məşğul olduğunu bilmişdir. Bu məqsədlə Samirə 20000 manat məbləğində pul vermişdir. Samir isə 6 ay müddətində 5713 manat məbləğində pul qaytarmalı olmuşdur. 2 ay müddətində pulun bir hissəsini qaytarmışdır. Daha sonra Samirin ortalarda olmadığını bilib şikayət etmişdir.Ş ikayət etməkdə məqsədi Samirin qorxub pulu qaytarması məqsədi ilə olmuşdur. Samirə pulu aprel ayında vermişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin aprel ayında qonşuları Neymət və Anar adlı şəxslər vasitəsi ilə tanımışdır. Əvvəllər Samirlə tanışlığı olmamış, hər hansı ədavət və düşmənçiliyi yoxdur. Belə ki, Samirlə onu tanış edən qonşuları Neymət və Anar bildirmişlər ki, Samir qızıl-zinət əşyaları və “iphone” markalı mobil telefonların alqı-satqısını həyata keçirir, Samirin atası, dayısı, qardaşı ilə Bakı şəhərində birlikdə görüşüb yeyib-içiblər. Həmin şəxslərin də bu işdən məlumatlı olduğunu, onların da görüş zamanı bu işdə heç bir risk olmadığını bildirdiklərini ona demişlər. O, bir müddətdir ki, işsiz olduğu üçün maddi durumunu yaxşılaşdırmaq məqsədi ilə əvvəlcədən Neymətə qazanc verə biləcək hər hansı iş olsa, məşğul olmaq istədiyini demişdir. Həmin vaxt ona məxsus olan ünvan 6 ünvanını satdığı üçün əlində müəyyən qədər pul var olmuşdur və həmin puldan 20000 manatı sərmayə şəklində qazanc əldə etmək məqsədi ilə Neymət və Anarın dediyi kimi Samirin qızıl-zinət əşyalarının alqı- satqısını işinə verə biləcəyini düşünmüşdür. Həmçinin Neymət və Anan da uzun müddətdir tanıyır və danışıq zamanı onlar da Samirlə birlikdə alqı-satqı işləri ilə məşğul olduqlarını deyib qazanc əldə etdiklərini, heç bir problem olmadığını bildirmişlər. Samir qeyd olunan kimi həqiqətən də qızıl-zinət əşyaları və “iphone” markalı mobil telefonlarının alqı-satqısı işi ilə məşğul olub sərmayə şəklində həmin işə qazanc əldə etmək məqsədi ilə pul yatırımı edən şəxslərə qazanc verir. Həmin vaxtdan 4-5 gün sonra o, Nemət, Anar və Samirlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən hazırda adını dəqiq xatırlamadığı kafelərdən birində həmin iş məsələsini müzakirə etmək məqsədi ilə görüşmüşlər. Görüş zamanı o, ilk dəfə Samiri görmüşdür. Samir ortaboylu, qarayanız, ayağı bir qədər axsaq bədən quruluşlu, təxminən 40-45 yaşlarında biri olmuşdur. Həmçinin Samirin istifadəsində “Kia” markalı dövlət qeydiyyat nişanının sonu 064 olan avtomobil olmuşdur. Görüş zamanı Samir ondan qızıl-zinət əşyalarına yoxsa “iphone” markalı mobil telofonların alqı-satqısına yatırım etmək istədiyini soruşmuş o da, Samirə qızıl-zinət əşyalarının alqısatqısı üçün pul yatırım etmək istədiyini bildirmişdir. Samir də onunla razılaşmışdır. Həmçinin Samirdən konkret olaraq qızıl-zinət əşyalarını şəxsən özünün və ya başqa şəxslər tərəfindən alqısatqısının təşkil olunmasını, haradan alınıb, haraya satılması ilə maraqlanmışdır. Samir də demişdir ki, Türkiyədən qohumları qızıl-zinət əşyalarını Bakı şəhərinə göndərir. Samir də öz növbəsində göndərilənlərin bir hissəsini Bakı şəhərində qızıl alveri ilə məşğul olan mağazalara payladığını, bir hissəsini isə satışına təşkil etmək üçün Gəncə şəhərində olan qohumlarına göndərdiyini demişdir. Həmin qohumlarını özü şəxsən tanımasa da, Samirdən eşitdiyinə görə onlardan biri Samirin həyat yoldaşının qardaş Bayram adlı şəxs, digəri Samirin qızının həyat yoldaşı olmuşdur. Samir həmçinin onu əmin etmişdir ki, bütün bu işi görənlər onun qohumlarıdır. Bu işdə hər hansı özgə bir nəfər yoxdur. Yəni bu işə olunan yatırım heç bir halda itirilə bilməz. O, da artıq Samirə etibar edib inanmağa başlamış, həmin görüş zamanı o, qeyd etdiyi kimi qızıl- zinət əşyalarının alqı-satqısına görə 20000 (iyirmi min) manat pul yatırım edə biləcəyini də Samirə demişdir. Samir də həmin pul müqabilində aylıq 5713 (beş min yeddi yüz on üç) manat ona qazanc verməli imiş. Bundan başqa Samir hər ay 5713 (beş min yeddi yüz on üç) manat pulu 7 ay ərzində ona qazanc kimi verəcək, həmçinin 7 ayın sonunda ona verdiyi sərmayə olan 20000 manat pulu da geri qaytaracaq. Samir bildirdi ki, ilk 7 aylıq dövriyyədən sonra hətta onui şirnikləndirmək məqsədi ilə daha çox pul sərmayə edib daha çox pul qazana biləcəyini də demişdir. Samirin bu sözündən sonra ona qarşı tam əminlik yaranmışdır. Bundan sonra 06 aprel 2023-cü il tarixdə Samir öz istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** GSM mobil nömrəsi ilə əlaqə saxlamışdır. Guya qızıl-zinət əşyalarının gəldiyini, həmin qızıl-zinət əşyalarının pulunu verərək satışını təşkil etmək məqsədi ilə rayona aparacağını, həmçinin mənim qazanc əldə etmək istədiyi üçün guya onu düşünüb pul qazanmağı üçün sərmayə pulunu verməsini demişdir. Həmin 20000 manat pulu verdikdən sonra o, da həmin işlə qeyd etdiyi qazancı verə biləcəyini demişdir. 06 aprel 2023-cü il tarixdə Samir dəfələrlə onunla pulu verməyi üçün əlaqə saxlamışdır. Yənə də demişdir ki, pulu verdiyi halda hər ayın 7-də qazanc olaraq pulu verəcəkdir. Bundan sonra yaşadığı ünvan 7 ünvanının yaxınlığında Neymət, Anar və Samirlə Samirə məxsus “Kia” markalı avtomobildə görüşmüşlər. Avtomobilin salonunda o, Samirə qızıl-zinət əşyalarının alqı-satqısından qazanc əldə etmək məqsədi ilə milli valyutada olan 20000 manat pulu vermişdir. Həmin pulu Samir avtomobilin salonunda onun, Anar və Neymətin iştirakı ilə sayıb götürmüşdür. Həmin pulun 10000 manatını Samir özü saymış, 10000 manatını isə Neymət sayıb Samirə vermişdir. Samir bir daha pulu alandan sonra yənə də onu əmin etmişdir ki, bu işdə heç bir problem olmayacaq, vaxtlı-vaxtında qazanc olaraq görüş zamanı qeyd etdiyi kimi bütün qazanc və sərmayə şəklində olan pulu verəcəkdir. Avtomobildə olan zaman Samir öz xətti ilə yazdığı bir ədəd dəftəri oma vermişdir. Həmin dəftərin içərisində onun verdiyi pula ekvivalent olan qızıl-zinət əşyalarının çəkisi, aylıq olaraq qazanc olaraq ona verilməli olan pul barədə qeydlər olmuşdur. Samir ona bildirdi ki, hər ayın 7-si qazanc olaraq verilməli pulu ona şəxsən özü verəcək, pulu verən zaman həm özü, həm də mən Samirin ona verdiyi dəftərdə müvafiq imza edəcəklər. O, mütəmadi olaraq Samirlə əlaqə saxlayıb, işlərin gedişatı barədə soruşur, Samir də, ona hər şeyin qaydasında olduğunu, heç bir problem olmadığını deyirmiş. Bundan sonra 07 may 2023- cü il tarixdə Samirin dediyi kimi ilkin olaraq verməli olduğu qazancdan 5713 (beş min yeddi yüz on üç) ona vermişdir. Həmçinin 07 iyun 2023-cü il tarixdə də, yənə də eyni yerdə Samir ona qazanc olaraq verməli olduğu 5713 (beş min yeddi yüz on üç) manat pu vermişdir. Bir müddət sonra Anar onunla mobil telefonla əlaqə saxlayıb bildirmişdir ki, Samiri tapa bilmir, Samir mobil telefonu söndürüb, onun harada olmasından da məlumatsızdır. Bundan sonra o, Anar və Nemət Samirin harada olmağı barədə maraqlananda öyrənmişdir ki, Samir dələduzluq etdiyinə görə həbs edilib. Həmin vaxt başa düşmüşdür ki, Samir onu da dələduzluq yolu ilə aldadıb pulunu ələ keçirmişdir. Samirin ona qaytardığı pullar da elə verdiyi sərmayə şəklində olan pullar olmuşdur. Çünki may və iyun aylarının 7-si tarixlərində Samir ona pulları qaytaran zaman hər dəfəsində təkidlə tələb edirmiş ki, qazanc olaraq verilən 5713 manat puldan guya 3000 manatını Samirə qaytarsa, onun sərmayə kimi verdiyi pul daha da artacaq və gələcəkdə daha çox qazanc əldə edəcəkdir. Lakin o buna ra zılaşmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, Samirə hissəhissə olmaqla 13.000-14.000 manat məbləğində pulu telefon alveri üçün vermişdir.Hər ay vaxtlı vaxtında pulu ödəmişdir.Sonuncu dəfə iyun ayında ödəmişdir.8 ay müddətində hər telefondan 380 manat pul əldə etmişdir.Samirə verdiyi pulun bir hissəsini başqa bir adamdan götürmüşdür.Hadisələrdən sonra həmin şəxs pulunu Samirdən tələb etməmişdir.Samirin ona 1400 manat məbləğində borcu qalmışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ildən bərbər olaraq tanımışdır. Həmin zamanlar rieltor olaraq işləyib ailəsinə çörək pulu qazanmaq üçün özümə arendaya kiçik bir ofis axtarırmış. Həmin zaman Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində yerləşən yeni tikili binanın birinci mərtəbəsində illərdir tanıdığı Zərərçəkmiş şəxs10 bərbər işlədiyi yerdə arendaya həmin yerin bir hissəsinin verildiyini bərbərxananın qapısının üzərində olan elandan görmüşdür. Həmin nömrəyə zəng etmiş və Təqsirləndirilən şəxs adlı şəxslə danışdığını öyrənmişdir. Bərbərxanada məlum olmuşdur ki, Nahid adlı şəxs özü həmin bərbərxananı arendaya götürüb Samirə sonradan üzərinə əlavə pul məbləği qoymaqla arendaya vermişdir. Samir bildirmişdir ki, özü bərbərxananın içərisində bir hissə ayırmışdır, onun ev alqı-satqı işi üçün uyğundur, hər ayını 150 manata mənə kirayə verə bilər. O, Samir ilə razılaşmış və həmin bərbərxananın da, olduğu ünvanda ev alq-satqısı ofisini qurmuşdur. Orada işləyən zaman Qədirin Samir ilə telefon ticarəti işini gördüyünü və Samir Qədirə verdiyi pulların qarşılığında mobil telefon satışını həyata keçirib gəlir verəcəyini vəd verdiyini bilmişdir. Bu hadisə 2022-ci ilin oktyabr ayında olmuşdur. Qədir və Samir barədə nə işi gördüklərini soruşduqda Samir cavabında Bakı şəhərində mobil telefonları alıb Gəncə şəhərinə göndərdiyini və orada olan müştərilərə “əl krediti" deyilən formada kreditə pərakəndə satışını etdiyini, hər ay yığılan pulların ona verildiyini bildirmişdir. Samirdən işin detalları barədə soruşduqda ona Qədir kimi pul verəcəyi halda nağd alınan mobil telefonun pulunu kreditlə 8 aya çıxarılır demək olar ki, yarı-yarı gəlir əldə edəcəyəni bildirmişdir. Samir 'İphone 13 Pro Max”, “Samsung A 54, “Samsung A 53” və Samsung A 13” markalı mobil telefonların kreditlə satışını həyata keçirəcək ‘İphone” markalı mobil telefonları 6 aya, “Samsung” markalı mobil telefonları isə 7-8 aya kreditə satacaq və bu müddət ərzində pulu kim ona versə artıqlaması ilə gəliri ilə birlikdə tam qaytaracağına vəd vermişdir. Samirin vədinə əsasən 2022-ci ilin oktyabr ayından başlayaraq işlədiyi ünvanda Samir dedikçə ona hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul verməyə başlamışdır. Samir hər ay ona verdiyi müxtəlif məbləğlərin qarşısında bir miqdar pullar versə də, elə həmin ayı artıqlaması ilə yenidən pul almışdır ki, guya yeni sifarişlər vardır. 25 dekabr 2022-ci il tarixdə oğlu Nurlan Nağıyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin zamana qədər Samirə ümumilikdə verdiyi 15000 manat pulun çox hissəsini vermişdir. Oğlu rəhmətə getdikdən sonra Samirə bildirmişdir ki, artıq oğlu rəhmətə gedib hər ay istədiyin qədər pul verə bilməyəcəyəm, pullarını qaytarsın həmin pulların üzərindən kiçik məbləğləri imkan olduqca yenidən verər. 2023-cü ilin may ayının sonuna qədər Samir hər ay verdiyi pullardan böyük məbləğlərini qaytarmağa başladı, yeni mobil telefonları almaq adı ilə isə verdiyi pulun üzərindən kiçik məbləğləri Samirə verirmiş. Lakin həmin məbləğlərinin içərisinə qazanc daxil deyilmiş, çünki Samir deyirdi ki, guya ona gəlirlə birlikdə ən birinci ayların pullarına alınmış mobil telefonların pulunu verir, hər bir telefonun ödəniş zamanı fərqlidir. O, Samirdən verdiyi pulların yəni ümumilikdə 15000 manatın 13600 manat hissəsini ala bilmiş qalan 1400 manat pulunu isə etibarımdan sui-istifadə edərək aldadıb ələ keçirmişdir. Ərizə ilə polisə müraciət edən və ilkin izahat yazan zaman həyəcanlı olmuş, dəqiq hesablama apara bilməmiş bu səbəblə ona 5000-6000 manat maddi zərər dəydiyini bildirmişdir. Lakin bu səhvən olmuşdur, Samir ona 1400 manat maddi ziyan vurmuşdur. Samir ona heç bir gəlir verməmişdir. Həmçinin Samir ilə aralarında bu işlə əlaqədar bir dəftərçə tərtib etmiş, halbu ki, Samir də, həmin dəftərçəni özü təklif etmişdir ki, hər şey şəffafdır, nə qədər pul alınır verilir görünsün. Sonradan anlamışdır ki, bunların hamısı etibar qazanmaq üçün bir üsul kimi Samir istifadə etmişdir. O, pulu daima Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində Samirin işlədiyi bərbəxanada Samirə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Samir onun obyektində olan zaman ətrafında olan insanların bəziləri Samiri tanımışdır. Samir ondan xəbərsiz ətrafında olan insanlardan pul almışdır. İlk zaman telefonu Samirə Qədir vermiş daha sonrada özü vermişdir. Samirə hissə-hissə 52220 manat məbləğində pul vermişdir. Samirə əvvəllər telefon üçün pul verilmişdir. Son iki ayda qızıl işi ilə məşğul olmuş və buna görə 30000 manat məbləğində pul vermişdir. Sonuncu dəfə verdiyi məbləğ 30000 manat olmuşdur. Samir onun yanında 2 il 6 ay işləmişdir. 1 il 2 ay alver etmişlər. Samsung markalı telefondan 50 manat iphone markalı telefondan isə 100 manat məbləğində qazanc əldə edilmişdir. Alınan və verilən pulların hər biri dəftərdə qeyd edilmişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanıyır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində yerləşən yeni tikili binanın birinci mərtəbəsində 100 kvadrat metr sahəsi olan obyekti mən icarəyə götürmüşdür. Həmin obyekti təmir etdirib, içərisini bərbərxana vəziyyətinə gətirmək üçün lazımi avadanlıqlar ilə təmin etmişdir. Özü həmin obyekti icarəyə götürmüş, qeyd etdiyi formada bərbərxana biznesi vəziyyətinə gətirib bərbərlərə bir az baha qiymətə hər bir bərbər stulunu icarəyə verir. Həmçinin rəsmi olaraq Azərbaycan Elmlər Akademiyasının Seysmologiya İnstitutunda texnik olaraq çalışır. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs bərbərlərə icarəyə verdiyim obyektə gəlmiş və aylıq 300 manata icarə verərək işləməyə başlamışdır. Samirlə tanışlığı bu formada olmuşdur. Samir bu hadisədən 2 ay sonra ona demişdir ki, obyekti tamamilə 1100 manata icarəyə versin. Samir ilə razılaşmış söz verdiyi zamanda ödənişlərini edirmiş. 2022-ci ilin noyabr ayında Samir təklif etmişdir ki, Bakı şəhərində mobil telefonları alıb Gəncə şəhərində ''Bayram" və “Rövşən” adlı şəxslərə göndərir onlar ilə Gəncə və Gəncə ətrafında olan müştərilərə “əl krediti” deyilən formada kreditə pərakəndə satırlar və hər ay yığılan pullar ona göndərilir. Bu yolla investisiya olduğu halda ona da, pul qazandıra biləcəyini bildirdi. Samirdən bu vəd verdiyi işə nə qədər pul lazım olduğunu soruşduqda, cavabında “nə verərsən verərsən” sözünü demişdir. Samirdən işin detalları barədə soruşduqda bildirdi ki, nağd alınan mobil telefonun pulunu kreditlə 8 aya çıxarılır demək olar ki, yarı-yarı gəlir əldə edəcəkdir. Samir “iphone 13 Pro Max”, “Samsung A 54, “Samsung A 53” və Samsung A 13” markalı mobil telefonların kreditlə satışını həyata keçirdiyini “iphone” markalı mobil telefonları 6 aya, “Samsung” markalı mobil telefonları isə 7-8 aya kreditə satacağını və bu müddət ərzində mənim pulumu artıqlaması ilə gəliri ilə birlikdə tam qaytaracağını bildirdi. İlkin olaraq xx.xx.2022-ci il tarixdə Samirə 2400 manat, xx.xx.2022-ci il tarixdə 620 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 1240 manat, xx.xx.2022-ci il tarixdə 570 manat, xx.xx.2022- ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 570 manat, xx.xx.2022-ci il tarixdə 1140 manat, xx.xx.2022-ci il tarixdə 930 manat, xx.xx.2022-ci il tarixdə 1710 manat, xx.xx.2022-ci il tarixdə 1140 manat, 09.01,2023-cü il tarixdə 1710 manat, xx.xx.2023- cü il tarixdə 1710 manat, xx.xx.2023-cü il tarixdə 1140 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 620 manat, xx.xx.2023-cü il tarixdə 320 manat, xx.xx.2023-cü il tarixdə 1140 manat, xx.xx.2023-cü il tarixdə 1280 manat, xx.xx.2023-cü il tarixdə 2280 manat, xx.xx.2023-cü il tarixdə 1140 manat, xx.xx.2023-cü il tarixdə 1710, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 1710 manat, xx.xx.2023-cü il tarixdə 1140 manat, xx.xx.2023-cü il tarixdə 620 manat, xx.xx.2023-cü il tarixdə 2280 manat, xx.xx.2023-cü il tarixdə 3600 manat, xx.xx.2023-cü il tarixdə 1140 manat, xx.xx.2023-cü il tarixdə 1710 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 3990 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, 2023-cü ilin iyun ayının əvvəllərində isə hissə-hissə olmaqla ümumilikdə 26790 manat pul vermişdir. Qeyd edilən telefon işi ilə bağlı Samirə verdiyi pul məbləğləri cəmi 76290 manat olmuş həmin puldan son olaraq göründüyü kimi əvvəllər istəmədiyi məbləğlərdə böyük məbləğlərdə pulları almış, müəyyən məbləğləri ödəmiş və telefon biznesi adı ilə 22120 manat pulumu ələ keçirmişdir. Bütün bunlardan başqa 11 iyun 2023-cü il tarixdə Samir ondan qızıl-zinyət əşyalarının ticarəti ilə Bayram adlı qohumun vasitəsilə məşğul olub gəlir verəcəyi adı ilə 10000 manat, yenə həmin vəd ilə 13 iyun 2023- cü il tarixdə 20000 manat pul istəmiş və mən həmin vədə əsasən qeyd olunan tarixlərdə ona həmin məbləğlərdə pulları vermişdir. Daima Samir ilə görüş yerləri işlətdiyi bərbəxanada olmuş, ona qeyd olunan pul məbləğlərini həmin ünvanda əlbə-əl vermişdir. Təqsirləndirilən şəxs ifadəmdə qeyd etdiyim kimi, telefon ticarəti ilə məşğul olmaq adı ilə mənim 22120 manat, qızıl-zinyət əşyalarının ticarəti ilə məşğul olub gəlir vermək vədi ilə isə 30000 manat, ümumilikdə isə 52120 manat pulunu ələ keçirmişdir. Ərizə yazan zaman Samirin vurduğu maddi zərəri 52520 manat olaraq hesab etmişdir. Sonradan evdə tam dəqiq qeyd dəftərləri ilə hesabat aparan zaman zərərin 52120 manat olduğunu müəyyən etmişdir. Bütün pullar göründüyü kimi, çox zaman eyni məbləğdə, hətta eyni gündə fərqli məbləğlərlə konkret olaraq mobil telefon biznesi ilə məşğul olub mənə gəlir verməsi məqsədilə Samirin vədinə əsasən ona vermişdir. Çünki Samir hər telefon modeli üçün konkret qiymət müəyyən etmiş və pul ona verilən zaman hər telefona və yaxud eyni model telefonlara görə ayrı-ayrı alınır, bu səbəblə eyni gündə verilən pulları ayrı-ayrı qeyd etmişdir. Samir telefon işi ilə bağlı pullardan hissə-hissə olmaqla 12 mart 2023-cü il tarixə kimi verdiyi vədinə uyğun olaraq gəliri ilə birlikdə ona pul vermişdir. Həmin tarixdən sonra isə nəinki gəlir, verdiyi ana məbləğ pulların belə tamamını qaytarmamış, get-gedə daha az pul verməyə başlamışdır. Sonradan anlamışdır ki, Samir bu metodla onun və digər tanış şəxslərin etibarını qazanmış, ortaya bir “nümunə” qoymuşdur ki, “baxın adama pul qazandırıram”, bundan sonra daha çox məbləğdə pulu etibardan sui-istifadə və dələduzluq yolu ilə ələ keçirmək məqsədilə mənim kimi digər şəxslərdən böyük məbləğlərdə pulları bir-birinə çox yaxın tarixlərdə alıb bütün əlaqələri kəsmişdir. Samir ilk baxışda özünü çox etibarlı, sadə həyat tərzi keçirən, israfçılıq etməyən şəxs kimi göstərmiş və etibarını qazanmışdır. Bütün şəxslərdən fərqli olaraq Samir ona ilkin zamanlarda daha çox ödəniş etmişdir ki, onun vasitəsilə tanış olduğu şəxslərdən daha çox pul ala bilsin. X32 və Heydər onun vasitəsilə tanımışdır. Samirin bu qədər pulu iyun ayının əvvəllərində alıb hara xərcləməsi və yaxud harada gizlətməsi ilə bağlı konkret bir xəbəri olmasa da, Samir bu əməlləri etdiyi müddət ərzində anasının adına Yeni Ramana qəsəbəsində 6 sot torpaq sahəsi almış, Gəncə şəhərində ata evini təmir etdirmişdir. Samirin bacısının əri olan Bayram və qızının əri ilan Rövşən adlı şəxslər ilə hadisə baş verən zamanlarda heç vaxt əlaqədə olmamış, onlarla görüşməmişdir, Samir onlarla iş gördüyünü bildirmişdir. O, bir dəfə Bayramla Samiri axtaran zaman Gəncə şəhərində görüşmüşdür. Bayram bu işin ona heç bir aidiyyəti olmadığını, Samirin onun barəsində dedikləri yalan olduğunu bildirmişdir. Bayramın mobil telefon nömrəsi ***-***-**-**-dur. Rövşən isə Samirin qızının əridir. Bildiyi qədər Bayram və Rövşən müğənnilik edirlər və özləri də, mobil telefon alqı-satqısı ilə məşğuldurlar. Bayramla danışan zaman özlərinin xırda telefon ticarəti etdiklərini, Samirin onlara heç bir aidiyyəti olmadığını demişdir. Həmçinin Samir bu iş barədə ona və yaxud digər zərərçəkmiş şəxslərə heç bir biznes planı təqdim etməmiş, sırf onunla yaranmış etibardan sui-istifadə etmiş və yalandan onu şirnikləşdirərək aldatmışdır. Sonuncu iyun ayında ondan aldığı pullardan heç bir məbləğ ödəməmiş və birdən onunla bütün əlaqələri kəsilmişdir. Samir o və digər şəxslərdən aldığı pulları götürüb gedib Gəncə şəhərində gizlənmişdir. Samir onun kimi digər şəxsləri də, qızıl və mobil telefon biznesi adı ilə aldatmış, özünə dələduz piramidası qurmuş və müxtəlif şəxslərə gəlir adı ilə bir şəxsdən aldığı pulu digər şəxsə vermiş, daha sonra pul aldığı şəxslərdə bu yolla iş görüntüsü yaradaraq etibar qazanmaqla daha böyük miqdarda pullar və yaxud qızıl-zinyət əşyalarını qanunsuz ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, Samirə 50000 manat məbləğindən çox pul vermişdir. 23000 manat məbləğindən çox borcu qalmışdır. Samirə pulu telefon alveri məqsədi ilə vermişdir. Samir pulu əvvəllər vaxtlı-vaxtında hətda bəzən vaxtından tez ödəmişdir. Samir telefonları Gəncəyə göndərmiş və əl krediti vasitəsilə satmışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində yerləşən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 işlətdiyi bərbərxanada saç ustası olaraq işləyir. Həmin iş yerində Təqsirləndirilən şəxs ilə 2022-ci ilin yay aylarından başlayaraq bir yerdə işləmişlər. İşlədiyi müddətdə ilkin zamanlarda Samir ondan bir neçə dəfə onun üçün yeni “Samsung A52" markalı yeni mobil telefonu alıb ona verməsini, bunun qarşılığında isə icarə haqqını ödəyəcəyini bildirmişdir. Belə ki, bir tanışından nisyə mobil telefon ala bildiyini Samir bilmiş və ondan xahiş etmişdir ki, onun üçün bu formada mobil telefon alsın. Samirin xahişi ilə mobil telefonları ona alıb vermiş, özü icarə haqqı əvəzinə mobil telefonun nisyə borcunu ödəmiş, Samir isə icarə haqqından çıxmışdır ki, Nahid ilə haqq hesab edəcəkdir. Bundan sonra Samir ona təklif etmişdir ki, mobil telefonların Gəncə və Gəncə ətrafı rayonlarda qayını olan Bayram adlı şəxs ilə birlikdə nisyə formada əl krediti adlanan qaydada satışını həyata keçirib iki qat gəlir əldə etmək olar. 2022-ci ilin sentyabr ayından etibarən Samirə periodik olaraq hər ay müxtəlif məbləğlərdə pul verməyə başlamışdır. Samirin dediyi Bayram adlı şəxsi görməmiş, münasibəti olmamış, Samirin deməsinə əsasən o, heç bir qarışmayacaq qohumu Bayram ilə birlikdə bu işləri həll edəcəkmiş. Samir ilə eyni yerdə işlədiyiklərindən həmçinin əvvəllər nisyə aldığı mobil telefonların pulunu ödədiyindən onda etibar qazanmışdır. 2023-cü ilin may ayına qədər ümumilikdə Samirə 56.000 manat pul vermişdir. Həmin pul məbləğinin içərisində 1360 manat dəyərində 583 əyarlı müxtəlif növ qızıl zinyət əşyaları da olmuşdur. May ayına qədər olan müddətdə Samir ona verdiyi vədi ilə bağlı normal bir məbləğdə pul vermişdisə yenidən çox qısa müddət sonra həmin pul məbləğinə yaxın və yaxud ondan daha böyük məbləğdə pullar almışdır. Bu yolla Samir müddət qazanmışdır. Belə ki, xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Samirə 32.060 manat pul vermiş, həmin müddət ərzində Samir 21.150 manat geri qaytarmış və 10.900 manat qalıq qalmışdır. Sonra isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər 9880 manat pul vermiş, heç bir manatda geri qaytarmamışdır. Bundan başqa qeyd etdiyi qızıl-zinyət əşyalarının pulundan ona 340 manat geri qaytarmış həmin puldan 1020 manat qalmış, əlavə olaraq Samirin vədinə əsasən nisyə aldığı mobil telefonlara görə ödənişləri etməmiş və 1950 manatda oradan qalmışdır. Samir onun qızıl-zinyət əşyalarını eyni qaydada guya telefon işi gördüyü kimi nisyə formada qızılları da satıb gəlir verəcəyi adı ilə almışdır. Nəticədə Samir onun 23.750 manat pulunu dələduzluq yolu ilə keçirmişidir. Onun kimi Samirin aldatdığı digər şəxslərə vədi eyni olmuş, bildirmişdir ki, guya qohumu olan Bayram adlı şəxsin vasitəsilə nisyə formada əl krediti adlandırdığı qaydada telefon və qızıl-zinyət əşyalarının satışını edib gəlir verəcəyi adı ilə qanunsuz olaraq ələ keçirmişdir. Samir elə oyun qurmuşdu ki, o, bilmirmiş ki, Nahidə də, vəd verib, Nahid bilmirdi ki, onun Samir ilə bu qeyd etdiyi işi vardır. Samir elə edirdi ki, iş gördüyü adamların bir-biri ilə əlaqəsi olmurdu. Məsələn ondan aldığı pula alınan mobil telefonun bir ədədini guya digər şikayətçi Zərərçəkmiş şəxs13 kreditə verdiyini bildirsə də, əslində Nahidə də, eyni sözü demişdir ki, guya Nahidə eyni zamanda verdiyi pulu Anardan alıb verib. Həmçinin şahidi olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 Ramana qəsəbəsində olan torpaq sahəsini ələ keçirmişdir. Həmin torpaq sahəsini iş görmək adı ilə guya özünün anasını alıcı qismində göstərək həmin alqı-satqı zamanı banka qoyulmuş pulu yenidən Mürsəldən almışdır. Yəni Mürsəl ilə Samirin anası arasında olan alqısatqı formal olmuşdur, Mürsələ heç bir ödəniş edilməmişdir. O, bu prosesdə şəxsən iştirak etmiş, sonradan Samirin xahişi ilə anasının adına keçirdiyi torpaq sahəsinə dair çıxarışı almaq üçün həmin formal alqı-satqı prosesi getmiş notariusda anasının adından ona çıxarış almaq üçün etibarnamə verilmişdir. Samir xahiş etmişdi ki, özünün adına olan sosial ödəniş birdən torpaq sahəsi ilə bağlı kəsilər, anası hər dəfə Gəncədən gəlib gedə bilmir o, anasının əvəzində gedib çıxarışı alar. O da, yoldaş kimi onun xahişini yerinə yetirmişdir. Qeyd etdiyi pul məbləğinə heç bir gəlir məbləği daxil edilməmiş, yalnız öz verdiyi pulun eynisini yəni mayasını ifadəsində qeyd etmişdir. 2023-cü ilin yaz aylarına qədər Samir verdiyi vədinə uyğun olaraq ona pul vermişdir. Həmin tarixdən sonra isə nəinki gəlir, verdiyi ana məbləğ pulların belə tamamını qaytarmamışdır. Samir onun etibarından sui-istifadə edərək 23.750 manat pulunu ələ keçirmişdir. Əvvəllər ərizə yazan zaman düzgün hesablama aparmadığı üçün dəymiş zərərin 26.000 manat olduğunu bildirmişdir. Hazır ki, ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, telefon alış-verişi məqsədi ilə Samirə 25000 manat pul vermişdir. Samirin iş yeri onların məhəlləsinə yaxın olmuşdur. Samir bərbər fəaliyyəti ilə məşğul olmuşdur. Samir bununla yanaşı telefon alqı-satqısı ilə də məşğul olmuşdur. Bundan xəbəri olduqdan sonra Samirlə iş görüb qazanc əldə etmək üçün ona pul vermişdir. X20 adlanan yerdə işləmişdir. Samir telefon alqı-satqısı ilə məşğul olduğu barəsində ona məlumat vermişdir. Daha sonra pulu Samirə hissə-hissə olaraq vermişdir. Samirdə olan dəftərdə verilmiş pul ilə bağlı məlumatlar yazılmışdır. Samir ilə neçə ay işlədiklərini xatırlamır. Samir hər ay mütəmadi olaraq pul verməmişdir.Gəlir əldə etdikcə pulu qaytarmışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ildən bərbər olaraq tanıyırmış, Samirin xidmətindən istifadə etməsə də, qohumları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və tanışı Zərərçəkmiş şəxs13 vasitəsilə tanımışdır. Sonradan bilmişdir ki, Nazim, Neymət və Anar Təqsirləndirilən şəxsla telefon ticarəti işini görürlər və Samir onlara verdiyi pulların qarşılığında mobil telefon satışını həyata keçirib gəlir verəcəyini vəd vermişdir. Samir Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində yerləşən yeni tikili binanın birinci mərtəbəsində yerləşən bərbərxanada saç ustası işləyirmiş. Həmin ünvandan keçəndə Samir ilə görüşüb salamlaşırmış. 2023-cü ilin əvvəllərində Nazim və Neymət ona Samir ilə gördükləri işlər barədə danışmış və o da, Samir ilə görüşüb işin təfərrüatları ilə maraqlanmışdır. Samir ona demişdir ki, Bakı şəhərində mobil telefonları alıb Gəncə şəhərinə göndərir və orada olan müştərilərə “əl krediti” deyilən formada kreditə pərakəndə satışını edir. Hər ay yığılan pullar ona göndərilir. Samir eyni ilə həmin vədi Neymət, Nazim və Anara da vermiş və hər ay onlar Samirə pul verirmiş. Samirdən işin detalları barədə soruşduqda demişdir ki, nağd alınan mobil telefonun pulunu kreditlə 8 aya çıxarılır demək olar ki, yarı-yarı gəlir əldə edəcəkdir. Samir “iphone 13 Pro Max”, “Samsung A 54, “Samsung A 53” və Samsung A 13” markalı mobil telefonların kreditlə satışını həyata keçirəcək “iphone” markalı mobil telefonları 6 aya, “Samsung” markalı mobil telefonları isə 7- 8 aya kreditə satacaq və bu müddət ərzində pulu kim ona versə artıqlaması ilə gəliri ilə birlikdə tam qaytaracağına vəd vermişdir. 2023-cü ilin fevral ayında Samirə vədinə əsasən pul verməyə başlamışdır. Pulu Samirin deməsinə uyğun olaraq hər ay ya özü bərbərxanasının qarşısında keçəndə, ya da Neymətin vasitəsilə verirmiş. Samir hər ay ona verdiyi müxtəlif məbləğlərin qarşısında bir miqdar pullar versə də, elə həmin ayı artıqlaması ilə yenidən ondan pul alırmış ki, guya yeni sifarişlər vardır. 2023-cü ilin iyun ayının əvvəllərinə qədər Samirə pul verməyə davam etmiş, nəticədə 2023-cü ilin fevral ayından iyun ayına qədər olan müddətdə mən Samirə ümumilikdə 21000 manat pul vermişdir. Bu pul məbləğinə Samirin ona gəlir adı ilə verib sonradan artıqlaması ilə aldığı məbləğlərdə, daxil imiş. Samir ona heç bir gəlir verməmişdir. Onun kimi digər tanışları da, Samirə pul verməyə davam etdiyindən şübhələnməmiş və düşünürmüş ki, Samir etibarlı adamdır ki, bu qədər adamla iş görür. Lakin reallıqda isə heç bir biznes olmamış, elə ondan və yaxud digər şəxslərdən aldığı pulları gəlir adı ilə müvəqqəti ona verib ticarət görüntüsü yaratmışdır ki, guya iş görür. Həmçinin Samir bu iş barədə ona və yaxud digər zərərçəkmiş şəxslərə heç bir biznes planı təqdim etməmiş, sırf onunla öz arasında yaranmış etibardan sui-istifadə etmiş və şirnikləşdirərək aldatmışdır. Daima Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində Samirin işlədiyi bərbəxanada Samirə vermiş, ya da, Neymət pulunu aparıb həmin ünvanda çatdırmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, Samiri Yasamalda dostunun obyektində tanımışdır. Dostu ilə Samir telefon və qızıl alışı-satışı ilə məşğul olmuşdular. Samir ona bir yerdə alver etmələri ilə bağlı təklif irəli sürmüşdür. O, isə qəbul etməmişdir. 1-2 ay keçdikdən sonra Samir yenidən təklif etmişdir. Bu təklifdən sonra bəzi arşdırmalar etdikdən sonra təklifi qəbul etmişdir. Samirlə alverə başlamış və ona telefon vermişdir. Samir aldığı telefonları kreditlə satmış əldə etdiyi gəlirdən həm ona pul vermiş həm də özü götürmüşdür. Samirə verdiyi telefonları sayını xatırlamamışdır. Samir hər ay vaxtında pulu ödəmişdir. Bəzən ödənişləri 10 gün öncədən etmişdir. Samirlə 1-2 ilə yaxındır ki, iş görmüşdür. Aralarında olan alver ilə əlaqədər Samir öz dəftərində qeydlər aparmışdır. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs6 vasitəsilə 2022-ci ilin əvvəllərində tanımışdır. Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində yerləşən yeni tikili binanın birinci mərtəbəsində icarəyə götürüb işlədir və həmin obyekti təmir etdirib, bərbərxana olaraq işlədir. 2022ci ilin yanvar ayında Təqsirləndirilən şəxs Nahidin işlətdiyi bərbərxanaya işə düzəlmişdir. 2022-ci ilin sonlarında Samir Nahidə təklif etdi ki, Bakı şəhərində mobil telefonları alıb Gəncə şəhərində “Bayram” və “Rövşən” adlı şəxslərə göndərir onlar ilə Gəncə və Gəncə ətrafında olan müştərilərə “əl krediti" deyilən formada kreditə pərakəndə satırlar və hər ay yığılan pullar ona göndərilir. Bu hadisənin şahidi özü olmuş, Nahid ilə daima görüşür onun bərbərxanasına gedib- gəlirmiş. Samir Nahidə qeyd etdiyi yolla investisiya olduğu halda ona da, pul qazandıra biləcəyini bildirmişdir. O və Nahid Samirdən işin detalları barədə soruşduqda demişdir ki, nağd alınan mobil telefonun pulunu kreditlə 8 aya çıxarılır demək olar ki, yarı-yarı gəlir əldə edəcəkdir. Samir “iphone 13 Pro Max”, “Samsung A 54, “Samsung A 53” və Samsung A 13” markalı mobil telefonların kreditlə satışını həyata keçirəcək “İphone” markalı mobil telefonları 6 aya, “Samsung” markalı mobil telefonları isə 7- 8 aya kreditə satacaq və bu müddət ərzində pulu kim ona versə artıqlaması ilə gəliri ilə birlikdə tam qaytaracağına vəd vermişdir. 2022-ci ilin noyabr ayından Nahid, həmin ilin dekabr ayından isə o, Samirə vədinə əsasən pul verməyə başlamışdır. Bunlardan başqa 2023-cü ilin may ayından Samir ondan qızıl-zinyət əşyalarının ticarəti ilə Bayram adlı qohunun vasitəsilə məşğul olub gəlir verəcəyi adı ilə pul almağa başlamışdır. 2023-cü ilin yay aylarına kimi Samir verdiyi vədinə uyğun olaraq gəliri ilə birlikdə pul vermişdir. Həmin tarixdən sonra isə nəinki gəlir, verdiyi ana məbləğ pulların belə tamamını qaytarmamış, get-gedə daha az pul verməyə başlamışdır. Samir ilk baxışda özünü çox etibarlı, sadə həyat tərzi keçirən, israfçılıq etməyən şəxs kimi göstərmiş, onun və ətrafımda olan digər zərərçəkmiş şəxslərin etibarını qazanmışdır. Sonuncu iyun ayında ondan aldığı pullardan heç bir məbləğ ödəməmiş və birdən onunla bütün əlaqələri kəsmişdir. Samir ümumilikdə ona 86626 manat maddi ziyan vurmuşdur. Əlavə dindirilən zaman bildirmişdir ki, daima Samirə pul məbləğlərini həmin zaman Samirin işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsində yerləşən yeni tikili binanın birinci mərtəbəsində yerləşən bərbərxanada vermişdir. Ümumilikdə Samir 41.846 manat pulunu ələ keçirmişdir. Əvvəllər istintaqa ifadə verən zaman Samir ilə birlikdə tərtib etdikləri imzaları olan dəftərlərdə hesablamaları texniki olaraq səhv etməklə aparmış və bilmədən bu səhvi edib yanlışlığa yol vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Samirə 30.000 manat məbləğində pul vermişdir. Həmin pulun 19000 manat məbləği ödənilmədən qalmışdır. Samir bərbər işlədiyi üçün onu tanımışdır. Samir telefon və qızıl alveri ilə məşğul olduğu üçün ona qazanc məqsədi ilə pul vermişdir. Samir hər ay pulu ödəmiş lakin daha sonra lazım olduğunu deyərək yenidən almışdır. Samirə dəftərdən kənar 30000 manat məbləğində pul vermişdir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 1 ildən bir qədər artıq müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır. O, Yasamal rayonu ərazisində A.M.Şərifzadə küçəsi ilə M.Xiyabani küçələrinin kəsişməsində yolun kənarında yerləşən bərbərxanada saç ustası işləyirmiş. Dəfələrlə onun yanına gedib saçını kəsdirmişdir. Samirin yanında olarkən demişdir ki, “Bayram” adlı qaynı Gəncə şəhəri ərazisində kütləvi şəkildə mobil telefon, qızıl-zinət əyalarmın, habelə cehizlik malların kreditlə satışını həyata keçirir, böyük həcmli və yüksək gəlirli işlər görür. Onun qardaşı Zərərçəkmiş şəxs3 də Samirlə tanış imiş, lakin o, Samirlə daha səmimi münasibətlərdə olmuşdur. Eyni vədləri Samir qardaşı Nazimə də vermişdir. Samir müxtəlif mobil telefonların, qızıl-zinət əşyalarının və digər cehizlik məişət avadanlıqlarının fotoşəkillərini, müştərilərin və ona borclu olan şəxslərin siyahısını ona və qardaşı Nazimə göstərərək bu işdə yaxşı gəlirin olduğunu demişdir. Samir tez-tez kiminləsə mobil telefonda danışıqlar aparır, özünü işgüzar şəxs kimi göstərirmiş. Ona görə də saç ustasından savayı Samirin bizneslə məşğul olaraq pul qazanmasına şübhəsi qalmamışdır. Bu barədə tez-tez qardaşı Nazimlə birlikdə olarkən müzakirələr aparır və Samirlə birlikdə həmin işə qoşulub pul qazanmağı düşünürmüş. Yekun nəticədə qərara gəlmişlər ilə Samir ilə iş görsünlər. 2022-ci ilin oktyabr ayından başlayaraq 2023-cü ilin may ayına qədər olan müddət ərzində Samirə hissə-hissə olmaqla ümumilikdə 19000 (on doqquz min) manat pul vermişdir. Eyni vaxtda qardaşı Nazim və yeznəsi Vəzir də ona pul vermişlər ki, eyni işə yatırım etməsi üçün Samirə pulları çatdırsın. Bütün pul vəsaitləri onun tərəfindən Samirin işlədiyi bərbərxananın içərisində Samirə verilmişdir. Qardaşı Nazimə məxsus 50000 (əlli min) manat, yeznəsi Vəzirə məxsus 21000 (iyirmi bir min) manat pulu hissə-hissə olmaqla Samirə şəxsən özü əlbəəl vermişdir. Sonuncu dəfə 12 iyun 2023-cü il tarixdə qardaşı Nazimə məxsus 31500 (otuz bir min beş yüz) manat məbləğində pulu aparıb Samirə vermişdir. Sonuncu dəfə verilmiş puldan savayı əvvəllər verilmiş pulun tarixləri ona məxsus qeydiyyat dəftərçələrində vardır. Samir pulları hər dəfə alanda deyirmiş ki, həmin pula Bakı şəhərində işləyən tanışlarından “Samsung A 53” və “İphone 13” markalı mobil telefonlar, habelə müxtəlif çeşidli qızıl-zinət əşyaları alaraq üstünə əlavə pul qoyub kredit şərtləri altında satılması üçün Gəncə şəhərində yaşayan qaynı Bayrama göndərmişdir. Samir bir neçə dəfə guya iş birliyindən əldə olunan qazanc adı ilə ona müxtəlif məbləğlərdə pullar vermiş, lakin hər dəfəsində elə həmin günü verdiyi pulları yeni partiya malların sifariş verilməsi üçün əlavə pul lazım olması adı ilə geri götürmüşdür. Ona görə də o, ümumiyyətlə 1 (bir) manat belə olsun qazanc əldə etməmişdir. Qardaşı Nazim ona demişdir ki, Samirin verəcəyi qazancı onun üçün yığsın və iş birliyi üçün əlavə pul lazım olarsa Samirə versin. Maraqlısı budur ki, 12 iyun 2023-cü il tarixdə son vəsaiti aldıqdan bir gün sonra, yəni 13 iyun 2023-cü il tarixdə Samir istifadəsində olan mobil telefon nömrəsini qəfildən söndürərək yoxa çıxmışdır. Onun iş yerin getsə də orada da tapa bilməmişdir. Bir neçə gün sonra isə xəbər almışdır ki, Samir pulu aldıqdan sonra Gəncə şəhərinə getmiş və orada olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Milli Konservatoriya nəzdində Musiqi kollecini bitirmiş, musiqi sənəti ilə, yəni musiqi ifaçı lığ ı məşğul olaraq çörək pulu qazanır. Təqsirləndirilən şəxs bacısı X4 əridir. 2023-cü ilin yay aylarının əvvəllərində istifadəsində olan 055-693-09- 49 mobil nömrəsinə müxtəlif şəxslər mütəmadi olaraq zəng edərək onu Bakı şəhərindən narahat etdiklərini, guya Samirin onunla birlikdə etdiyi ticarət nəticəsində maddi ziyan dəydiyini bildirmişlər. O isə cavabında heç bir ticarət fəaliyyəti ilə, həmçinin Təqsirləndirilən şəxs özü ilə heç bir iş görmədiyini, bunun həqiqətə uyğun olmadığını demişdir. Onun ticarətdən anlayışı yoxdur, ticarət ilə məşğul olmamış, qeyd etdiyi kimi musiqi sənəti ilə məşğuldur və bu yolla özünə çörək pulu qazanır. Bir müddətdən sonra müxtəlif adlarını bilmədiyi və ilk dəfə gördüyü şəxslər Samirin atası Sahib Nəsibovun evinə gəlmiş və ona ora dəvət etmişlər. Həmin şəxslər Samirdə pullarının olduğunu, pullarını telefon və qızıl biznesi üçün ona verdiklərini və onu tapa bilmədiklərini bildirmişlər. Samirin həmin şəxslərə deməsinə əsasən guya onunla birgə ticarət etdiyini demişdir. Öz növbəsində həmin şəxslərə kim olduğunu, nə iş ilə məşğul olduğunu bildirmiş və demişdir ki, “məni indi görürsünüz, indiyə kimi mənimlə danışmısınızmı, əlaqəniz olubmu, Samirə pul verən zaman mənimlə danışmısınızmı, sizə vəd vermişəmmi?. Həmin şəxslər isə “Samirin sözünə görə belə deyirik” sözlərini demişlər. Samirdən şikayət etmiş şəxslərin heç birini qeyd etdiyi günə qədər görməmiş, münasibəti olmamış, heç kimə ticarət ilə məşğul olub gəlir vermə barədə vəd verməmiş, Samir ilə heç bir iş birliyi olmamışdır. Samirin pul aldığı şəxslərə nə üçün onun adını dediyi ona məlum deyil. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 əmisi oğludur. 2023-cü ilin yanvar ayından Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı ilə mobil telefon biznesi ilə məşğul olur. Sabit ondan xahiş etmişdir ki, ona borca pul versin ki, Təqsirləndirilən şəxs ilə ticarətini böyüdə bilsin. Zərərçəkmiş şəxs1 ilə qohum olmaqdan başqa həm də, yaxın dostdur, Sabit özü Sədərək ticarət mərkəzində elektronika dükanı işlədir, həmin zamana qədər ondan bir neçə dəfə borca pul almış, işlərini görmüş və zamanında qaytarmışdır. Sabitə istədikcə 2023-cü ilin yanvar ayından 2023-cü ilin yay aylarına qədər olan müddətdə hissə-hissə olmaqla ümumilikdə Samirlə iş görməsi üçün 120000 manat pul vermişdir. 2023-cü ilin yay ayının əvvəllərində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun kimi onlarla şəxsi guya mobil telefon və qızıl-zinyət əşyalarının ticarəti ilə məşğul olub gəlir vermək adı ilə aldatmışdır. Zərərçəkmiş şəxs1 ilə olan borc məsələsini öz aralarında həll etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə iş görmüşdür və ona maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs1 verdiyi 120000 manat borc pul ilə bağlı Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində saxlanılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Regional Musiqi kollecini bitirmişdir, musiqi sənəti ilə, yəni xanəndəliklə məşğul olaraq çörək pulu qazanır. Şahid2 ilə birlikdə tədbirlərə gedir. Təqsirləndirilən şəxs nişanlısı X5 atasıdır. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs qohumları onun yol-nəqliyyat hadisəsi törətdiyinə görə həbs olunduğunu bildirmişlər. Bir müddət əvvəl ünvanına çağırış vərəqəsi gəlmiş, həmin zaman bilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq maddəsi ilə həbs olunmuşdur. Samirdən şikayət etmiş şəxslərin heç birini tanımır, münasibətim olmamış, heç kimə ticarət ilə məşğul olub gəlir vermə barədə vəd verməmiş, Samir ilə heç bir iş birliyim olmamışdır. Hadisənin mahiyyətini isə hazırda bilir. Samirin pul aldığı şəxslərə nə üçün onun adını dediyi ona məlum deyil. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, müraciət (ərizə) əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 178.4, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “maddi ziyanın ödənilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 3100 (üç min yüz) manat pul verilmişdir. xx.xx.2023-cü il tarixli “maddi ziyanın ödənilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 10000 (on min) manat pul təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli könüllü təqdim edilmiş “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs4 təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş pul vəsaitlərini təsdiq edən sonuncunun imzaları olan 01 vərəqdən ibarət cədvəli təqdim etmişdir. xx.xx.2023-cü il tarixli könüllü təqdim edilmiş “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki,Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verilmiş pul vəsaitlərini təsdiq edən sonuncunun imzaları olan 13 vərəqdən ibarət cədvəli təqdim etmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş pul vəsaitlərini təsdiq edən sonuncunun imzaları olan cədvəlləri və “whatsapp” ani mesajlaşma proqramında etdikləri danışıqları foto halında ekran şəkilləri və səsli mesajlar formasında 01 ədəd “CD” diskdə təqdim etmişdir. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokolda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş pul vəsaitlərini təsdiq edən ödəniş qəbzlərinin olduğu “whatsapp” ani mesajlaşma proqramında etdikləri danışıqları əks etdirən foto halında ekran şəkilləri və səsli mesajlar formasında 01 ədəd “CD” diskdə təqdim etmişdir. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokolda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskdə 44 dəqiqə 13 saniyə ərzində davam edən video faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “whatsapp” ani mesajlaşma proqramında etdikləri danışıqların məzmunu ilə Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokolda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs vədinə əsasən sonuncu tərəfindən ələ keçirilmiş pul vəsaitlərini təsdiq edən digər Zərərçəkmiş şəxs11 ilə aralarında etdikləri danışıqlara dair 70 ədəd “whatsapp” sosial şəbəkəsində etdikləri danışıqları əks etdirən ekran şəkillərini 01 ədəd “CD” diskdə təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dələduzluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X23rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs sonuncu dəfə Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü (CM-in 66.5, 263-1.1 - Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü) maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən isə həmin hökmə əsasən təqsirli bilindiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Bundan sonra isə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən o, cəzadan 08 ay 05 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində hər hansı hökm və ya məhkəmə qərarı idarəyə daxil olmamışdır. Cinayət işinin materiallarında olan Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş məktublardan müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü icraata götürülsə də, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirməsi barədə məlumat verilmişdir. Bundan əlavə Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü haqqında məlumat idarəyə daxil olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş əlavə cəza icra olunmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd olunan qərara (Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli) əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə görə, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs ona təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin məhkumluğu ödənilməsə də, əməlində cinayətin residivi yaranmır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində qeyd olunan cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Bununla yanaşı, iş materiallarından görünür ki, digər zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən şikayətçidirlər. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin vurulmuş ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələbinin olamamasını, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, və digər halları, həmçinin cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində hər hansı hökm və ya məhkəmə qərarı idarəyə daxil olmamışdır. Cinayət işinin materiallarında olan Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş məktublardan müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü icraata götürülsə də, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirməsi barədə məlumat verilmişdir. Bundan əlavə Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü haqqında məlumat idarəyə daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə görə, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 vərəqdən ibarət cədvəl, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 13 vərəqdən ibarət cədvəl və 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 15 vərəqdən ibarət cədvəl, Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs11 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bundan əlavə, cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai araşdırma orqanı tərəfindən Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha sahəsi xüsusi müsadirə edilməli olan əmlak kimi təklif olunmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, X7 adına 15 mart 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab 769, səh 5) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardan (cild 2, səh 245) müəyyən olunur ki, həmin əmlaka dair yalnız icarə hüququ X1. Sadalananlardan da, göründüyü kimi 15 mart 2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********73 reyestr bnömrəli, ********** qeydiyyat nömrəli (kitab 769, səh 5) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə” əsasən Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüququ X1. Bununla yanaşı, cinayət işinin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan (cild 3, səh 119-120) müəyyən olunur ki, X14 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüququnu xx.xx.2023-cü il tarixdə hər birinə 0,02 ha olmaqla 3 ayrı fiziki şəxsə satmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinin tələblərinə görə xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Yuxarıda sadalanan hüquq normalarından da göründüyü kimi, xüsusi müsadirə cinayəthüquqi tədbirinin predmeti (obyekti) şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi ola bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.1-ci maddəsinin tələblərinə görə müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. 99-3.2. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1, 99-2 və 99-3-cü maddələrinin tələblərindən müəyyən olunur ki, icarə hüququnun xüsusi müsadirənin predmeti olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırkı cinayət işinin materiallarından isə müəyən olunur ki, xüsusi müsadirə edilməsi təklif olunan əmlak ümumiyyətlə X7 mülkiyyətində olmamış, o, yalnız həmin əmlaka dair icarə hüququnu alqı-satqı yolu ilə əldə etmişdir (özününkiləşdirmişdir). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha sahəsi X7 mülkiyətində olmadığından, icarə hüququ isə xüsusi müsadirənin predmeti (obyekti) kimi nəzərdə tutulmadığından həmin əmlak və ya icarə hüququ barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa, cinayət işinin materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs9 ibtidai araşdırma orqanına mülki iddia ərizəsi ilə müraciət etsə də mülki iddia üzrə ödənilməli olan dövlət rüsumunu ödəməmişdir. (müvafiq sənəd iş materillarına əlavə edilməmişdir). Qeyd olunan mülki iddia ərizəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs9 iddia ərizəsi üzrə təqsirləndirilən şəxsdən əlavə olaraq digər fiziki şəxslərə qarşı da iddia irəli sürmüşdür. Cinayət işinin materiallarında olan 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 mülki iddiaçı qismində tanınsa da, mülki cavabdeh qismində heç kim tanınmamışdır. Məhkəmə iclasında zətərçəkmiş şəxsə mülki iddaya görə dövlət rüsumunun ödənilməsi təklif olunsa da, o, dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, X7 adına 15 mart 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab 769, səh 5) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.Qeyd olunan qərardan (cild 2, səh 245) müəyyən olunur ki, həmin əmlaka dair yalnız icarə hüququ X1. Sadalananlardan da, göründüyü kimi 15 mart 2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********73 reyestr bnömrəli, ********** qeydiyyat nömrəli (kitab 769, səh 5) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə” əsasən Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin yalnız icarə hüququ X1. Bununla yanaşı, cinayət işinin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan (cild 3, səh 119-120) müəyyən olunur ki, X14 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüququnu xx.xx.2023-cü il tarixdə hər birinə 0,02 ha olmaqla 3 ayrı fiziki şəxsə satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci maddəsinin tələblərinə görə mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci maddəsinin tələblərinə görə iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0-ci maddəsinin tələblərinə görə məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələblərinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələblərinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.6-ci maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı dövlət əmlakının mühafizəsi, habelə mülki iddia vermək hüququ olan fiziki şəxsin öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda, prokuror onların hüquqlarının müdafiəsi üçün mülki iddia verir və onu müdafiə edir. Mənəvi ziyanın ödənilməsinə dair iddianı prokuror yalnız zərər çəkmiş şəxsin xahişi ilə verə bilər. 181.7. Cinayət mühakimə icraatı zamanı prokuror təqsirləndirilən şəxsə və ya onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı aşağıdakı hallarda iddia verir və onu müdafiə edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Göründüyü kimi, cinayət mühakimə icraatı zamanı prokuror (CPM-181.7) təqsirləndirilən şəxsə və ya onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı iddia verir, digər şəxslər tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia (CPM-183.2) təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı verilir. Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddia ərizəsindən isə müəyyən olunur ki, o, CPM-nin 181.7 və 183.2-ci maddələrinə riayət etməyərək təqsirləndirilən şəxsdən əlavə olaraq digər fiziki şəxslərə qarşı da iddia tələbi irəli sürmüşdür. Qeyd olunanlara əsasən, yəni məhkəmə iclasında zərərçəkmiş şəxsə mülki iddaya görə dövlət rüsumunun ödənilməsi təklif olunsa da, o, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi (qəbzi) məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından müəyyən olunur ki, X7 adına 15 mart 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab 769, səh 5) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 18.3-cü maddəsinin tələblərinə görə cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.1 və 248.1.1-ci maddəsinin tələblərinə görə əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 254.1-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). 346.1.18. cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olubolmadığı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər və ya arbitraj mübahisəsinin tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılır və həll edilir. 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İşin yuxarıda sadalanan hallarını və məhkəmə kollegiyasının mülki iddiaya və xüsusi müsadirəyə dair məsələ ilə bağlı mövqeyi nəzərə alınaraq məhkənə hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə dəymiş ziyanın ödənilməsi ilə bağlı olaraq zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə Ekspertiza xərci yoxdur. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə digər zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi2) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə (Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü) təyin edilmiş 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza (cəzasını çəkilməmiş hissəsi) Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu əlavə cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 vərəqdən ibarət cədvəl, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 13 vərəqdən ibarət cədvəl və 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 15 vərəqdən ibarət cədvəl, Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk, Zərərçəkmiş şəxs11 tərəfindən təqdim edilmiş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. X7 adına 15 mart 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab 769, səh 5) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha sahəsi X7 mülkiyyətində olmadığından (icarə hüququ isə xüsusi müsadirənin predmeti (obyekti) kimi nəzərdə tutulmadığından) həmin əmlak barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(011)-832/2022 nömrəli qərarına əsasən (230200035 nömrəli cinayət işi üzrə) X7 adına 15 mart 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (kitab 769, səh 5) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin (götürülsün). Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddia baxlmamış saxlanılsın. Hazırkı cinayət işi üzrə dəymiş ziyanın ödənilməsi ilə bağlı olaraq zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə ekspertiza xərcinin, digər zərərçəkmiş şəxslərin mülki iddiasının və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar