Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2320/2024 02.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş saxlamış və daşımışdır. 2.Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs qrupun digər naməlum üzvləri tərəfindən istintaqa məlum olmayan vaxta və yerdə gizlədilmiş külli miqdarda - təmiz çəkisi 2,509 qram psixotrop maddə metamfetamini götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının tapşırığına əsasən ünvan 2 ünvanın qarşısına təyin olunmuş yerə üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin X3 daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 iyun 2024-cü il tarixdə, saat 18:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib həmin gün saat 19:35-dən etibarən qeyd olunan İdarənin inzibati binasının xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli dama-dama şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,509 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, ayın 9-da səhər saatlarında polislər tərəfindən tutulmuşdur. Polislər tərəfindən saxlanılan zaman üzərində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyi yarım qramdan da az kakos və metamfetamin olmuşdur. Onun üzərində göstərilən çəkidə narkotik olmamışdır. Polislər tərəfindən təzyiqə məruz qalmış, onların dedikləri ilə razılaşmasa ailə üvlərinin də tutulacağlı ilə hədələnmişdir. O, 65 yaşlı anasıyla birgə yaşayır, qardaşı onlarla birgə yaşamır. Polislər ona üzərindən çıxardıqları kimi gedib evdən də narkotik vasitə çıxaracaqlarını demişlər. Hal-hazırda bildirdiklərini sanksiya məhkəməsində bildirməmiş, orada dindirilməmişdir. O, narkotik vasitə satışı ilə məşğul olmamışdır. İran vətəndaşının göndərdiyi məkandan nəsə götürməsini polis yazmış, onun belə bir yazışması olmamışdır. O, ifadəsinə oxumadan qol çəkmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, hazırda heç bir yerdə işləmir, uzun illərdir ki, psixotrop maddə hesab edilən metamfetamini çəkmək üsulu ilə istifadə edir, 08 iyun 2024-cü il tarixdə səhər saatlarında istifadə etdiyi mobil telefon vasitəsi ilə anket məlumatını və adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi şəxslə «WhatsApp» yazışması aparmış, həmin şəxs ona bildirmişdir ki, Bakı şəhərində olan əlverişli bir yerə psixotrop maddə hesab edilən metamfetamini qoyacaq, o, ilkin öncə həmin şəxsin bank hesabına 100 manat ödəyəcək, sonra isə həmin şəxsin göstərdiyi yerə gedərək qoyulmuş psixotrop maddəni götürəcəkdir, o da həmin şəxsin bank hesabına 100 manat pul ödəyəndən sonra sonuncu «WhatsApp» vasitəsi ilə ona məkan göndərmiş və o, həmin yerə gedərək həmin şəxsin qeyd etdiyi yerdən bir ədəd şəffaf sellofana bükülmüş bükümü götürüb yaşadığı evə getmiş, əldə etdiyi psixotrop maddənin bir qədərini istifadə etmiş, qalanını isə üzərində saxlamış, həmin gün saat 18 radələrində yaşadığı evdən çıxıb gedən zaman iki nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal rayon Polis İdarəsinə aprmış, Polis İdarəsinin xidməti otaqlarının birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan bükümü çıxardıb könüllü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamindir və həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin adını və anket məlumatını bilmədiyi şəxsin deməsinə uyğun olaraq yerdən götürüb üzərində saxlamış, sonra ondan aşkar edilmiş bir ədəd büklüdə olan psixotrop maddə müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmış, həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır (İ cild, səh. 67-69). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 08 iyun 2024-cü il tarixdə narkotik vasitələrin dövriyyəsi ilə bağlı Şahid2 daxil olmuş məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxs İlqar İsmayılov küçəsi 25 saylı ünvanın yaxınlığında saxlanılaraq binaya dəvət edilmiş, idarədə üzərinə videoçəkilişlə və vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən zaman üzərindən metafmetamin aşkar edilərək götürülmüş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Əməliyyat tədbirində onunla Şahid2 iştirak etmişdir. Məlumat narkotik vasitələrin istifadəsi barədə olmuşdur. Şəxs saxlanıldıqdan sonra və bölməyə gətiriləndək daim yanında olmuş, şəxsə hansısa ona məxsus olmayan narkotikin verilməsi halı qətiyyən olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq göstərilməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 08 iyun 2024-cü il tarixdə Yasamal RPİnə xx.xx.1992-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmiş, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyun 2024-cü il tarixdə, saat 18:00-da ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadəsində şübhəli bilindiyini izah edib Yasamal RPİ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs buna etiraz etməyib, onlarla birlikdə Polis İdarəsinə yollanmış, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı nömrə olan 01 ədəd göy rəngli «Huawei» markalı mobil telefonu, həmçinin şalvarının arxa sağ cibindən 93 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı ilə «Vhatsapp» vasitəsilə əlaqə saxlayıb kartına 100 manat göndərdikdən sonra, sonuncunun göndərdiyi «məkan» vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndindən götürdüyünü bildirmiş, həmin büküm açıldıqda içərisində ağ kristal halında olan maddə aşkar edilmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilərək iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli «Huawei» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan sonuncuya izah olunaraq ağ rəngli kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb götürülmüş, 93 manat pul isə şübhəli şəxs Təqsirləndirilən şəxs özünə qaytarılmışdır (İ cild, səh. 137- 139). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 08 iyun 2024-cü il tarixdə İlqar İsmayılov küçəsi 25 ünvanında keçirilmiş əməliyyat tədbirləri nəticəsində şəxs onlar tərəfindən saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, idarədə videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsin üzərindən özünə məxsus metamfetamin, “Huawei” markalı telefon və az miqdarda pul aşkar edilmişdir. Aşkar edilən maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. O, məlumatın kimə daxil olmasını xatırlamır, əməliyyat tədbirində iki nəfər iştirak etmişlər. Məlumat şəxsin narktotik vasitələri üzərində daşıması barədə olmuşdur. Saxlanılandan üzərinə baxış keçirilənə kimi daim şəxsin yanında olmuş, təqsirləndirilən şəxsə qarşı hansısa psixoloji təzyiqin şahidi olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq göstərilməmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 140-142). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3181 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №42” möhür əksi, “ /imza/” Təqsirləndirilən şəxs; /imza/ Mahmudov V; /imza/ Şahid2; /imza/ Şahid1; Təhqiqatçı: /imza/ Ariz Qədiməliyev” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 2,509 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 42-46). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 12 avqust 2024-cü il tarixli 5518 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (İ cild, səh. 146-147). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 19 avqust 2024-cü il tarixli, 2415 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükələliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 148-150). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 iyun 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli dama-dama şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı nömrə olan 01 ədəd göy rəngli «Huawei» markalı mobil telefonu, həmçinin şalvarının arxa sağ cibindən 93 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ kristal halında olan maddə aşkar olunmuş, maddənin nədən ibarət olduğunu soruşduqa Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı ilə «WhatsApp» vasitəsilə əlaqə saxlayaraq konum göndərdiyini və Maştağa kəndində 100 manat ödəyərək götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim etmək üçün bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqim etdiyi göy rəngli «Huawei» markalı mobil telefon bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüş, 93 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır (İ cild, səh. 33-34). 13.«Mobil telefona baxış keçirilməsi haqqında» 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, «Huawei» markalı mobil telefonun üzərində ***-***-**-** saylı nömrə vardır. Telefonun «galareya» bölməsinə baxış keçirilərkən elektron tərəzi və tərəzi üzərində içərisində narkotik vasitə olması ehtimal edilən büküm olması müəyyən edilən 04 ədəd foto şəkil aşkar edilir. Telefonun «kontaktlar», «sms» və «Whatsapp» bölməsinə baxış keçirilərkən iş üçün sübut əhəmiyyətinə malik hər-hansı bir məlumat və ya fayl aşkar edilmir (İ cild, səh. 95). 14.«Maddi sübut kimi tanımaq haqqında» 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,509 qram psixotrop maddə metamfetamin iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq çəkisi 2,409 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 85-86). 15.«Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü olan bir ədəd «DVD» formatlı disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Huawei» markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 151-160). 16.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 23). 17.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 4(004)- 540/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 80-84). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 1(006)-199/2018 nömrəli hökmündən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(006)-310/2018 nömrəli hökmündən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(004)-309/2021 nömrəli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 7(003)- 205/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 12 mart 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 3.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 15 sentyabr 2023-cü il tarixdə cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (İ cild, səh. 110-112, 120-128, 133-136). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
23. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.
24. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 25.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 26.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham vermişdir. 27.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, telefona baxış protokolu, maddi sübutlar və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin özünün ilkin izahatı və etirafedici ifadələri ifadələri ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin etirafedici ifadələrin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən ilkin izahatı və etirafedici ifadə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi bütün izahat və ifadələrində psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etdiyinə dair bir söz işlətməmişlər. 28.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri kimi «şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, telefona baxış protokolunu» qeyd etmişdir. İş materiallarında olan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən hər hansı bir fakt müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növləri Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq etmir. 29.Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi «maddi sübutlar»ı göstərmişdir. «Maddi sübut kimi tanımaq haqqında» 10 iyun 2024-cü il tarixli və «Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 14 sentyabr 2024-cü il tarixli qərarlardan göründüyü kimi cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,509 qram psixotrop maddə metamfetamin, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü olan bir ədəd «DVD» formatlı disk, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Huawei» markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən psixotrop maddənin mövcudluğunu, eləcə də həmin psixotrop maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. 30.İstintaq orqanının istinad etdiyi ekspert rəyinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü kimi göstərilən ekspert rəyinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3181 nömrəli nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin psixotrop maddə metamfetamin olmasını təsdiq etsə də həmin psixotrop maddənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. 31.Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «digər iş materialları» ilə tam sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də işin digər hallarının nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi «digər iş materialları» müəyyən edilməmişdir. 32.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 33.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 34.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 35.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 36."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 37.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 38.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 39.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 40.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 41.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə - 2,509 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarının külli miqdar təşkil etməsi həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 42.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin Ambulator X4 barədə 12 avqust 2024cü il tarixli 5518 nömrəli nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 43.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 44.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 46.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 48.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 49.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 50.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 51.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,509 qram çəkidə psixotrop maddə metamfetamin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 52.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 53.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 54.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 55.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 56.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 57.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 58.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 59.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 61.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 64.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 65.Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmünə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(004)-309/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 15 sentyabr 2023-cü il tarixdə cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 08 iyun 2024-cü il tarixdə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 66.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli və 25 oktyabr 2018-ci il tarixli il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 68.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 70.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 71.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 73.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 74.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 76.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 77.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 78.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 79.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 80.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 81.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 08 iyun 2024-cü il tarixdən hesablanmalıdır. 82.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 83.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. 84.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 85.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,409 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Huawei» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 86.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 87.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 88.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 89.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 90.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 91.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 33 saylıVəkil Bürosunun hesabına ödənilməlidir. 92.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 08 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,409 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Huawei» markalı markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev