Məhkəmə qərarları › İş №1(101)-2322/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2322/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2322/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–2322/2023 saylı cinayət işinə məhkəmədə baxaraq, müəyyənetdi: 01 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. 1(101)–2322/2023 (ibtidai istintaqda №-si 2********) saylı həmin cinayət işi 18 iyun 2023-cü il tarixdə toplanmış təhqiqat materialı əsasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X6 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlanmış, ibtidai istintaq aparılaraq 16 oktyabr 2023-cü il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmışdır. Eyni tarixdə ittiham aktı Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilmiş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı vəsatətlə çıxış edərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84cü, 303-cü və 307-ci maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X9 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqını aparmış Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru X6 12 oktyabr 2023-cü il tarixdə yeni təyin olunmuş 11 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu da «mənə təqdim olunmuş müdafiəçi ilə tanış oldum, müdafiəçinin hüquqlarımı müdafiə etməsinə heç bir narazıçılığım yoxdur» məzmunlu fikir bildirmişdir. Bu fikir protokolda kompyuter vasitəsilə yazılmışdır. Təqsirləndirilən şəxs protokolu imza etməmiş, onun imzalamalı olduğu hissədə müstəntiq tərəfindən «səbəbsiz imtina etdi» sözləri yazılmış və bu qeyd müstəntiq tərəfindən təsdiqlənməmişdir. Bundan başqa, müstəntiq tərəfindən tarixi 12 oktyabr 2023-cü il kimi göstərilmiş, əlyazma şəklində tərtib olunmuş protokolda göstərilmişdir ki, o, həmin tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 11 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs təqdim etmiş, “təqsirləndirilən şəxs müdafiəçinin hüquqlarını qorunmasına etiraz etmədi, imza etməkdən isə səbəbsiz imtina etdi” qeydi aparılmışdır. Protokolda tərtib olunma saatı ilə bağlı məlumat yoxdur. Bundan başqa, müstəntiq tərəfindən 12 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə tərtib edildiyi görünən, kompyuterdə yazılmış növbəti protokolda göstərilib ki, təqsirləndirilən şəxs hüquqlarının 11 saylı Vəkil Bürosunun vəkili Qabil Dadaşov tərəfindən qorunmasına etiraz etmiş, ona dövlət hesabına təyin olunmuş digər müdafiəçi - 11 saylı Vəkil Bürosunun vəkili Vahid Məmmədov təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bu protokolu da imzalamamış, onun imza etməli olduğu hissədə “səbəbsiz imtina etdi” sözləri yazılmışdır. Bir müdafiəçinin iştirakına xitam verilməsini xahiş edib digər müdafiəçini qəbul edən təqsirləndirilən şəxsin müvafiq protokolu bu şəkildə imzalamaması başa düşülən deyil. Bundan başqa, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi - 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə 12 oktyabr 2023-cü il tarixdə iki ekspert rəyinin ayrıayrılıqda elan edilməsi ilə bağlı iki protokol tərtib olunmuş, hər iki protokolu təqsirləndirilən şəxs imzalamamışdır. Müstəntiq tərəfindən 12 oktyabr 2023-cü il tarixli növbəti protokol tərtib edilərək ibtidai istintaqın qurtarması barədə vəkil X4 iştirakı ilə təqsirləndirilən şəxsə məlumat verilməsi qeyd edilmiş, yenə də “səbəbsiz imtina etdi” sözləri yazılmışdır. Sonda müstəntiq tərəfindən təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında 13 oktyabr 2023-cü il tarixli protokol tərtib edilmiş, protokolun məzmununa əsasən təqsirləndirilən şəxs və müdafiəçisi X2 saat 17:00-dan 18:40 dəqiqəyədək tanış edilmişdir. X1 daxil olmuş 04 və 06 noyabr 2023-cü il tarixli məktublarda göstərilmişdir ki, X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs ilə müstəntiq X13 Müəssisəsində cəmi bir dəfə – xx.xx.2023-cü il tarixdə saat 17:17-dən 17:42-dək müdafiəçi Vahid Məmmədovun iştirakı ilə görüşmüşdür. Müalicə Müəssisəsində saxlandığı müddətdə Təqsirləndirilən şəxs hər hansı X11 köçürülməmişdir. xx.xx.2023-cü il tarixdən başqa, Təqsirləndirilən şəxs ilə heç bir müstəntiq və ya müdafiəçi görüşməmişdir. Qeyd edilənlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulmuş kobud pozuntu - təqsirləndirilən şəxsin müdafiə hüququnun və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, dövlət ittihamçısının bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə cinayət işi üzrə dövlət ittihamçısının təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etməsini, həmçinin iş üzrə əlavə istintaq hərəkətləri aparılması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X6 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.1-ci, 303.3.8-ci, 303.4-cü, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :

1. Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay uzadılsın.

3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X6 haqqında xüsusi qərar çıxarılsın.

4. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

Sədrlik edən hakim: Faiq Qəniyev

Hakimlər: Mahmud Ağalarov

Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar