Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2329/2024 10.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixatrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədilə 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 4015 qram olan külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd şəffaf sellofan bağlamada 10 ədəd üzərində “ulduz” şəkili həkk olunmuş açıq narıncı rəngli və 8 ədəd altıbucaq formalı açıq yaşıl rəngli kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli, MDMA təsiredici maddəsinin ümumi miqdarı 3,08 qram olmaqla xeyli miqdar təşkil edən ümumilikdə 18 ədəd həbləri (“ekstazi”), (10 ədəd açıq narıncı rəngli həblərdə 1,74 qram və 8 ədəd açıq yaşıl rəngli həblərdə 1,34 qram), əldə edib üzərində saxlamaqla daşımış, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin və KMCQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyun 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları 1 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan bir ədəd qara çantanın içərisində 01 ədəd qararəngli sellofan bağlamada təmiz çəkisi 4015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və həmin çantanın içərisində bir ədəd şəffaf sellofan bağlamada 10 ədəd üzərində “ulduz” şəkili həkk olunmuş açıq narıncı rəngli və 8 ədəd altıbucaq formalı açıq yaşıl rəngli kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli, MDMA təsiredici maddəsinin ümumi miqdarı 3,08 qram olmaqla xeyli miqdar təşkil edən ümumilikdə 18 ədəd həblər (“ekstazi”), (10 ədəd açıq narıncı rəngli həblərdə 1,74 qram və 8 ədəd açıq yaşıl rəngli həblərdə 1,34 qram) aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran vətəndaşı ona narkotik vasitəni pul müqabilində bir yerdən digər yerə qoyması üçün yazmışdır. Həmçinin həmin narkotik vasitədən öz istifadəsi üçün də götürəcəkmiş. Ona konumda 4 kq marixuana olacağı deyilmiş, lakin ekstazi həblərindən xəbəri olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, iranlı şəxs narkotik vasitəni konumdan götürüb başqa yerə qoymaq üçün ona 500 manat verəcəkdi. Birinci dəfədir ki, narkotik vasitəni götürüb başqa yerə aparacaqmış. Ona öz istifadəsi üçün 5-10 qram marixuana götürməsinə icazə vermişdir. O yalnız marixuana istifadə edir. Onun ekstazi həblərindən xəbəri yoxdur, telefonda da həblərlə bağlı yazışma olmamışdır. O özü avtoyumada işləmiş, həm də ofisiantlıq etmişdir. Aylıq gəliri təxminən 500-600 manat arası olmuşdur. Narkotik vasitəni şəhərdə İranlı şəxsin qoyduğu müxtəlif yerlərdən götürürmüş. O əvvəllər 5-10 qram marixuana alırmış. Marixuanaya görə 10-20 manat verirmiş. Əvvəllər məhkumluğu olmamışdır. Tutulan zaman ona qarşı fiziki təsir və təzyiq olmamışdır. Həmin vaxt onu 8 nəfər polis əməkdaşı saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 4 ünvanda yaşayır. Bir müddətdir ki, narkotik vasitə olan marixuananı istifadə edir. O, narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Təxminən 1 ay əvvəl özünü X5 vətəndaşı Amir adlı şəxs kimi tanıdan bir nəfərlə instaqram vasitəsi ilə tanış olmuşdur. Onunla tanış olandan sonra Whatsapp vasitəsi ilə onunla əlaqə yaratmışdır. Amir ona narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə həmin Amir adlı şəxs ona təklif etmişdir ki, narkotik vasitə olan bağlamanı dediyi yerdən götürüb başqa ünvana aparsın və bunun müqabilində 500 manat pul və narkotik vastələrdən müəyyən miqdarda verəcəyini vəd etmişdir. Amir ona göndərəcəyi ünvana çanta qoyacağı və içərisində marixuana olacağını bildirmiş və ayrı məlumat verməmişdir. Amir ona həm Whatsapp vasitəsi ilə xəritədə də ünvanı işarəliyib göndərmiş, həmdə narkotik vasitəni gizlətdiyi yerin şəkillərini çəkib işarələyərək göndərirmiş. O bildirmişdir ki, çantanı götürüb ona məlumat verdikdə çantanı aparmalı olduğu ünvan barədə də məlumat verəcəkdir. O da Amir adlı şəxsin bu təklifini qəbul edərək xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində ona Whatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi ünvana yəni, Səbail rayonu, Əlibəyov qardaşları 1 ünvanın qarşısına gəlmiş, onun dediyi yerdən 01 ədəd qara rəngli dəri idman çantasını götürmüş və oradan uzaqlaşmaq istədikdə Səbail rayonu, Bayıl qəsəbəsi Əlibəyov qardaşları küçəsi 1 saylı evin qarşısında olan zaman iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək onu narkotik vasitələrin qəbulunda və saxlanmasında şübhəli bilib Səbail RPİ-nə dəvət etmişlər. O, ifşa olunacağını başa düşüb onlarla razılaşmış və birlikdə Səbail Rayon Polis idarəsinə gəlmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O da həmin an ilk öncə üzərində olan əynindəki boz rəngli şalvarın sağ cibindən Samsung markalı mobil telefonu çıxarıb polisə təqdim etmiş, sonra isə çantanın içindəki narkotik vasitəni gizlətməyin mümkün olmadığını başa düşdüyündən özü ilə götürdüyü hansı ki, İran vətəndaşının ona konumla qeyd etdiyi ünvandan götürdüyü həmin qara rəngli çantanı açmış və içindəkiləri təqdim etmişdir. Çantanı açdıqda içərisində bir ədəd qara böyük bağlama olduğunu görmüş, həmin bağlama Amirin ona dediyi narkotik vasitə marixuana olmuş, bundan başqa həmçinin çantanın içərisində başqa bir bağlama daha olmuşdur, bunlardan başqa həmçinin cəmi 18 ədəd yaşıl və narıncı həblər olan kiçik sellofan bağlama da olmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş bağlamalar gözünün qarşısında qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişdirlər. O həmin narkotik vasitə və psixotrop maddələri sosial şəbəkə vasitəsi ilə tanıdığı İran vətəndaşı olduğunu bildirən Amir adlı şəxsin ona bildirdiyi ünvandan, yəni xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Səbail rayonu Əlibəyov Qardaşlar 1 ünvanından götürmüşdür. O, həmin narkotik vasitə və psixotrop maddələr olan çantanı Amirin ona bildirəcəyi ünvana aparıb təhvil verməli və qarşılığında 500 manat pul və öz istifadəsi üçün müəyyən miqdar marixuana almalı idi. O, 3-4 aya yaxındır ki, narkotik vasitə olan marixuana istifadə edir, sonuncu dəfə 1 ay əvvəl istifadə etmişdir. Onun istifadəsində ***-***-**-** nömrəsi və ***-***-**-** mobil nömrəsi olmuşdur, Whatsapp mobil tətbiqini isə ***-***-**-** mobil nömrəsi ilə istifadə edirmiş. Amir adlı şəxslə də bu nömrə vasitəsi ilə əlaqə saxlayırmışdır. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, sonuncu dəfə də həmin Amir adlı şəxs ona sadəcə olaraq həmin çantadakı marixuananı lazım olan ünvana çatdıracağını və öz pulunu alacağını bildirmişdir. Amir adlı şəxs ona həmin çantanın içərisində 3 kiloqram marixuana olacağını demiş, lakin Amir ona həblər və ikinci bağlama haqqında nəsə deməmişdir. Buna baxmayaraq onsuzda çantanı açıb içinə baxmalı olmamış, sadəcə həmin çantanı Amirin ona göndərəcəyi ünvana çatdırmalı olmuşdur. Narkotik vasitələrdən istifadə etməyi və narkotik vasitələrin aludəçisi olmağı barədə hər hansı şəxsin məlumatı olub-olmaması barədə heç nə deyə bilməz. Narkotik vasitələrdən qəbul edilməsinin və dövriyyəsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşmandır. Polis tərəfindən saxlanılan zaman və ya üzərinə baxış keçirilərkən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmamışdır. (cild 1, iş vərəqə 71-73) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq təqirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, o çantanın içinə baxmamış, bu səbəbdən çantanın içində nə olduğunu görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Səbail RPİ-nin KMCQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin iyun ayında daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanan zaman Təqsirləndirilən şəxs əlində çanta olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək şəxsi idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. İdarədə təhqiqatçının otağında şəxsi axtarış keçirilmiş və çantanın içindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu o və Şahid2 ibarət olmuş, əməliyyat qrupunun rəhbəri isə o olmuşdur. Təqsirləndirilən şəxs Bayıl qəsəbəsi ərazisində gecə saat 01-02 radələrində yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs piyada olmuş, yanında heç bir nəqliyyat vasitəsi yox olmamışdır. Təqsirləndirilən şəxs çantasından 2 böyük büküm çıxmışdır. Bükümlərdən birində ot, digərində qəhvəyi rəngli toz maddə olmuş, həmçinin, çantadan qəhvəyi və yaşıl rəngli həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən telefon da aşkar edilmişdir. Saxlanılan zaman və sonra Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs deməsinə görə İran vətəndaşının atdığı konuma əsasən narkotik vasitəni götürüb müxtəlif yerlərə qoymalı imiş. Bunun qarşılığında isə 500- 600 manat pul alacaqmış. Çanta bağlı vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs çantanın içindən nəsə götürdüyünün və ya çantaya nəsə qoyduğunun şahidi olmamışlar. Təqsirləndirilən şəxs 8 nəfər yox, 2 nəfər, yəni o və digər polis əməkdaşı Şahid2 saxlamışlar. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 7 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Səbail RPİ-nin KMCQ-nin baş əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə 13 iyun 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün Səbail rayonu ərazində əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanılmışdır. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində ünvan 9 ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Səbail rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib həmin şəxsi Səbail RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq birlikdə Polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Videoçəkiliş aparılmaqla müdafiəçisinin və onların iştirakları ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd özünə məxsus tünd göy rəngli «Samsung» markalı olan mobil telefonu, özü ilə daşıdığı 01 ədəd qara rəngli dəri idman çantasının içərisində 02 ədəd bağlama və 01 ədəd şəffaf sellofana yerləşdirilmiş həblər təqdim etmişdir. Baxış zamanı 01 ədəd böyük ölçülü qara rəngli sellofana bükülmüş bağlama açıldıqda içərisində spesifik iyə malik olan yaşıl ota bənzər narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, 01 ədəd kiçik ölçülü bağlamanın içərisində toz şəkilli qəhvəyi rəngli, spesifik iyə malik olan maddə, 01 ədəd şəffaf sellofan bükümünün içərisində 10 ədəd çəhrayı rəngli, 08 ədəd yaşıl rəngli həblər aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu, nə vaxt, harada, kimdən əldə etməsini soruşduqda sonuncu, çantasında aşkar edilmiş 01 ədəd böyük ölçülü qara rəngli sellofana bükülmüş bağlamanın içərisində olan kütlənin narkotik vasitə olan marixuana, 01 ədəd kiçik ölçülü bağlamanın içərisində olan maddə narkotik vasitə olan heroini olduğunu, həmin marixuana və heroini 01 ədəd şəffaf sellofanın içərisində olan 18 ədəd həbləri təxminən bir ay əvvəl sosial şəbəkədə tanış olduğu İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən «Amir» adlı şəxsin sifarişi əsasında 500 manat və istifadəsi üçün müəyyən miqdarda narkotik vasitə müqabilində məkan göstərərək ünvan 10 ünvanda götürüb, onun digər məkan ilə göstərəcəyi ünvana aparmasını tapşırdığını bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Səbail rayonu Bayıl qəsəbəsi Əlibəyov Qardaşları küçəsi 1 saylı ünvanın qarşısından həmin narkotik vasitələri və psixotrop maddələri götürərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd böyük ölçülü qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə, 01 ədəd kiçik ölçülü bağlamanın içərisində toz şəkilli qəhvəyi rəngli, spesifik iyə malik olan maddə, 01 ədəd şəffaf sellofanın içərisində 18 ədəd həblərin çəkildikdə ümumi çəkisi 7 kq təşkil etdi. Aşkar olunmuş maddələr iş üzrə sübüti əhəmiyyətə malik olduqlarından aşkar olunduqları 1 ədəd qara rəngli dəri idman çantasının içərisinə yerləşdirilib müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmçinin bir ədəd «Samsung» markalı mobil telefon zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 130-132) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 11 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2024-cü il tarixli, 3-1-48/Ə178/2024 saylı “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupunun yaradılması barədə” əmrdən və həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında Bakı şəhəri, Səbail rayonu ərazisində qanunsuz əməllərini ifşa etmək məqsədi ilə əməliyyat tədbirləri keçirilməklə yaxalanmasından ötrü Səbail RPİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 01:00 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 13 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 4) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 01:30-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 iyun 2024-cü il tarixdən, saat 01:00-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 19) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 15 ünvanın qarşısında Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 02:15-dən başlayaraq videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd tünd göy rəngli «Samsung» markalı olan mobil telefonu, yanında olan 01 ədəd qara rəngli dəri idman çantanı və həmin çantanın içərisində 02 ədəd bağlama və 01 ədəd şəffaf sellofanın içərisində həbləri təqdim etməsi, baxış zamanı 01 ədəd böyük sellofana bükülmüş bağlama açıldıqda içərisində spesifik iyə malik yaşıl ota bənzər narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, 01 ədəd kiçik ölçülü bağlamanın içərisində toz şəkilli qəhvəyi rəngli maddə, 01 ədəd şəffaf sellofan bükümün içərisində 10 ədəd çəhrayı rəngli, 08 ədəd yaşıl rəngli aşkar olunaraq qablaşdırılaraq möhürlərək götürülməsi barədə iki nəfər polis əməkdaşlarının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 32, 34-36) Məhkəmə-bioloji ekspertizasının 14 iyun 2024-cü il tarixli 3-16-16-2-7/983 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “üzərində Təqsirləndirilən şəxsK” və S. soyadlar, imzalar olan Təqsirləndirilən şəxs götürülmüş qara rəngli idman çantasındakı qara rəngli sellofon torbanın içərisində 01 (bir) ədəd qara rəngli sellofon bağlamada təmiz çəkisi-4015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Metamfetaminin təmiz çəkisi 4015 qram, cəmi tədqiqata istifadə olundu 0,2 qram, qalıq 4014,8 qram. (Cild 1, iş vərəqə 43-45) Məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3264 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “üzərində Təqsirləndirilən şəxsK” və S. soyadlar, imzalar olan qara rəngli idman çantasındakı -10 ədəd üzərində “ulduz” şəkili həkk olunmuş açıq narıncı rəngli həblər və 8 ədəd altıbucaq formalı açıq yaşıl rəngli həblər kustar üsulla hazlırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir, (ekstazi) və ümümilikdə 18 ədəd həbdən ibarət MDMA təsir edici maddəsinin ümümi miqdarı 3,08 qram təşkil edir (10 ədəd açıq narıncı rəngli həblərdə 1,74 qram və 8 ədəd açıq yaşıl rəngli həblərdə 1,34 qram). Tədqiqata ümumilikdə 4 həb sərf edilmiş, 14 həb (6 həb açıq yaşıl rəngli və 8 həb açıq narıncı rəngli) qalıq qalmışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, MDMA Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in 1 siyahısına daxildir - 1 (bir) ədəd bağlamadakı təmiz çəkisi 2830 qram tünd qəhvəyi rəngli toz şəkilli maddə kütləsinin tərkibində kofeyin və asetaminofen maddələrin olması müəyyən edilmişdir. Tədqiqata 0,25 qram sərf edilmiş, 2829,75 qram maddə qalıq qalmışdır. Kofeyin və asetaminofen 28 iyun 2005-ci il tarixli AR Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vastələrin pisixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları” na və 18 mart 2016-cı il tarixli “güclü təsir edən maddələrin və onların küllü miqdarının siyahısı” na daxil deyirdilər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (cild 1, iş vərəqə 46-51) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 62-63) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 84-87) Maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş qara rəngli idman çantasındakı qara rəngli sellofon torbanın içərisində 01 (bir) ədəd qara rəngli sellofon bağlamada təmiz çəkisi-4015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli 10 ədəd üzərlərində «ulduz» şəkili həkk olunmuş açıq rəngli həblər və 8 ədəd altıbucaq formalı açıq yaşıl rəngli həblər (“ekstazi”) və MDMA təsiredici maddəsinin ümumi miqdarı 3,08 qram (10 ədəd açıq narıncı rəngli həblərdə 1,74 qram və 8 ədəd açıq yaşıl rəngli həblərdə 1,34 qram) təşkil edən ümumilikdə 18 ədəd həblər iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra 4014,8 qram qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədiqatına MDMA tərkibli 4 ədəd həb sərf edildikdən sonra 14 ədəd (6 həb açıq yaşıl rəngli və 8 həb açıq narıncı rəngli) həblər saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. (cild 1, iş vərəqə 88-91) Mobil telefona baxış keçirilməsi haqqında 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A20S” markalı olmaqla ön tərəfi ekran arxa tərəfi və yanları isə tünd göy rəngdədir. Mobil telefon ön ekran hissəsində olan qoruyucu şüşə qırıq vəziyyətdədir. Mobil telefonun arxa orta hissəsində yuxarıda “SAMSUNG” yazısı vardır. Mobil telefonun arxa hissəsində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil telefonun ekranın fonunda başı ağ papaqlı gödəkçəsinin arxasında 23 yazısı olan insan fotosu yerləşdirilmişdir. Beləliklə mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açdıqda və daxilinə baxış keçirdikdə ***-***-**-** nömrəasi ilə qeydiyyatdan keçirilmiş whatsapp mobil tətbiqində “Amir” kimi +98-***-***-**-** mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 20:03-də “Abi Mali catirdim” mesajı gəlmiş, 14 iyun 2024-cü il tarixdə saat 00:31-də eyni şəxsdən cavabsız zəng gəlmiş, həmin saatda “E nuldy yiğ mana” mesajı gəlmiş və ardnca da təkrarən cavabsız zəng gəlmişdir. Amir adlı şəxslə olan əvvəlki mesajlar silinmişdir. Media hissəsində isə Amir adlı şəxsin Təqsirləndirilən şəxs göndərdiyi işarələnmiş qara çanta və həmin çantanın qoyulduğu ünvanın foto şəkilləri vardır. Whatsapp mobil tətbiqində istintaq üçün sübut əhəmiyyətli başqa məlumatlar müəyyən edilməmişdir. Mobil telefonun qalereya yəni şəkil və videolar olan hissəsinə baxış keçirdikdə bir neçə bank kartları, işarələnmiş ünvan, və ödəniş qəbzlərinin şəkilləri müəyyən edilmişdir, bundan əlavə “Whatsapp” mobil tətbiqində “Şəbnəm” və “Vüqar Xırdalanlı” kimi qeyd olunmuş şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısına dair mesajlaşmanın ekran şəklinin qeyd olunduğu müəyyən edilmişdir. Qeyd olunan fotoşəkillər çap olunaraq protokola əlavə olunmuşdur. Mobil telefona baxış keçirilərkən əlavə olaraq istintaq üçün sübut əhəmiyyətli məlumat müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs götürülmüş «Samsung A20S» markalı mobil telefon maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 92-108) DVD disk üzrə videoyazısı məlumatlarına baxış keçirilmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X3, Səbail RPİ-nin KMCQ-nin baş əməliyyat müvəkkili Şahid1 və NMB-nin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini elan etməklə, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilməsi, daha sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri,qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd tünd göy rəngli «Samsung» markalı olan mobil telefonu, yanında olan 01 ədəd qara rəngli dəri idman çantanı və həmin çantanın içərisində 02 ədəd bağlama və 01 ədəd şəffaf sellofanın içərisində həbləri təqdim etməsi, baxış zamanı 01 ədəd böyük sellofana bükülmüş bağlama açıldıqda içərisində yaşıl ota bənzər narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, 01 ədəd kiçik ölçülü bağlamanın içərisində toz şəkilli qəhvəyi rəngli maddə, 01 ədəd şəffaf sellofanın bükümün içərisində 10 ədəd çəhrayı rəngli, 08 ədəd yaşıl rəngli aşkar olunması, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi çantada və üzərində şəxsi axtarış keçirilməsi, çantadan və onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmaması, Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu, nə vaxt, harada, kimdən əldə etməsi barədə soruşduqda o, çantasında aşkar edilmiş 01 ədəd böyük ölçülü sellofana bükülmüş bağlamanın içərisində narkotik vasitə marixuana, 01 ədəd kiçik ölçülü bağlamanın içərisində narkotik vasitə heroin olduğunu, 01 ədəd şəffaf sellofanın içərisində olan həblərin nədən ibarət olduğunu bilmədiyi, çantasında təqdim etdiyi həmin vasitə və maddələri bir ay əvvəl sosial şəbəkədə tanış olduğu İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən «Amir» adlı şəxsin sifarişi əsasında 500 manat və istifadəsi üçün müəyyən miqdarda narkotik vasitə müqabilində məkan göstərərək ünvan 10 ünvanda götürdüyünü, onun digər məkan ilə göstərəcəyi ünvana aparmasını tapşırmasını, lakin xx.xx.2024-cü il tarixdə Səbail rayonu Bayıl qəsəbəsi Əlibəyov Qardaşları küçəsi 1 saylı ünvanın qarqşısından həmin narkotik vasitələri və maddələri götürərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bilməsi, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd böyük ölçülü qara rəngli sellofana bükülmüş bağlamanın içərisində narkotik vasitə olan marixuana oxşar kütlə, 01 ədəd kiçik ölçülü bağlamanın içərisində toz şəkilli qəhvəyi rəngli maddə çəkildikdə ümumi çəkiləri 7 kq təşkil etməsi, aşkar olunmuş həmin 2 ədəd bağlamalar və 1 ədəd selofan bükümdə olan 18 ədəd həblər aşkar olunduqları 1 ədəd qara rəngli dəri idman çantasının içərisinə yerləşdirilib müvafiq qaydada qablaşdırılması və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalaması, həmçinin bir ədəd «Samsung» markalı mobil telefon zərfə qoyularaq qablaşdırılaraq götürülməsi, daha sonra müdafiəçi tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və psixi təsir göstərilməsi soruşulduqda ona heç bir zor və psixi təsir göstərilməməsini bildirməsi müşahidə olunur. (cild 1, iş vərəqə 119-120) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 133-134) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin Ambulator X2 xx.xx.2024-cü il tarixli, 4831 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 145-146) Sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.2, 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş «Samsung A20S» markalı mobil telefon iş üçün sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qohumlarından birinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılarkən götürülmüş qara rəngli idman çantasındakı qara rəngli sellofon torbanın içərisində 01(bir) ədəd qara rəngli sellofon bağlamada təmiz çəkisi - 4015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli 10 ədəd üzərlərində «ulduz» şəkili həkk olunmuş açıq rəngli həblər və 8 ədəd altıbucaq formalı açıq yaşıl rəngli həblər (“ekstazi”) və MDMA təsiredici maddəsinin ümumi miqdarı 3,08 qram (10 ədəd açıq narıncı rəngli həblərdə 1,74 qram və 8 ədəd açıq yaşıl rəngli həblərdə 1,34 qram) təşkil edən ümumilikdə 18 ədəd həblərin iş üzrə xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra 4014,8 qram qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədiqatına MDMA tərkibli 4 ədəd həb sərf edildikdən sonra 14 ədəd ( 6 həb açıq yaşıl rəngli və 8 həb açıq narıncı rəngli) həblər saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsi nəzərə alınmış, 1 ədəd bağlamada narkotik vasitə və psixlotrop maddə hesab edilməyən tərkibində kofein və asetaminofen maddələri olan təmiz çəkisi 2830 qram tünd qəhvəyi rəngli toz şəkilli maddə kütləsi xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin “saxlanc otağı”na təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 2829,75 qram çəkidə tərkibində kofein və asetaminofen maddələri olan tünd qəhvəyi rəngli toz şəkilli maddə kütləsinin saxlanc otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin elektron məlumat daşıyıcıları olan 1 ədəd “DVD-R” formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən istintaqa daxil olmuş, 1 ədəd CD disk elektron məlumat daşıyıcısında heç bir sübut əhəmiyyətli heç bir məlumat müəyyən olunmadığından iş üzrə maddi sübut kimi tanınmamaqla cinayət işinin materiallarında saxlanılmış, xx.xx.2024-cü tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə metamfetamin könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin, narkotik vasitə qanunsuz satdığı və ya satmağa hazırlaşdığı şəxslərin və şahidlərin müəyyən edilməsi, ifadələrində göstərdiyi istintaqa məluma olmayan İran İslam Respublikası vətəndaşı “Amir” adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək və sair istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrü hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması haqqında müvafiq qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 148-162) Ayrıca icraata cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin, o cümlədən mobil operatorlardan götürülmüş məlumatlarda göstərilən şəxslərə narkotik vasitə və psixotrop maddəni qanunsuz satdığı və ya satmağa hazırlaşdığı şəxslərin və şahidlərin müəyyən edilməsi, ifadələrində göstərdiyi istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşı “Amir” adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək və sair istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrü hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmaqla bu istiqamətdə ibtidai istintaq davam etdirilmişdir. (cild 1, iş vərəqə 164-165) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona konumda 4 kq narkotik vasitə marixuana olacağı deyildiyini, ekstazi həblərindən xəbəri olmadığını və tutulan zaman 8 nəfər polis əməkdaşının onu saxladıqlarını söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ondan aşkar edilmiş ekstazi həblərindən xəbərinin olmadığını və tutulan zaman 8 nəfər polis əməkdaşının onu saxladıqlarını söyləmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində olmuş “Samsung Galaxy A20S” markalı mobil telefona baxış keçirilməsi haqqında 18 iyun 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillər məhkəmə iclasında tədqiq edilən zaman müəyyən edilmişdir ki, mobil telefonu açdıqda və daxilinə baxış keçirdikdə ***-***-**-** nömrəasi ilə qeydiyyatdan keçirilmiş whatsapp mobil tətbiqində “Amir” kimi +98-***-***-**-** mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 20:03-də “Abi Mali catirdim” mesajı gəlmiş, 14 iyun 2024-cü il tarixdə saat 00:31-də eyni şəxsdən cavabsız zəng gəlmiş, həmin saatda “E nuldy yiğ mana” mesajı gəlmiş və ardnca da təkrarən cavabsız zəng gəlmişdir. Amir adlı şəxslə olan əvvəlki mesajlar silinmişdir. Media hissəsində isə Amir adlı şəxsin Təqsirləndirilən şəxs göndərdiyi işarələnmiş qara çanta və həmin çantanın qoyulduğu ünvanın foto şəkilləri vardır. Həmçinin mobil telefonun qalereya yəni şəkil və videolar olan hissəsinə baxış keçirdikdə bir neçə bank kartları, işarələnmiş ünvan və ödəniş qəbzlərinin şəkilləri müəyyən edilmişdir, bundan əlavə “Whatsapp” mobil tətbiqində “Şəbnəm” və “Vüqar Xırdalanlı” kimi qeyd olunmuş şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısına dair mesajlaşmanın ekran şəklinin qeyd olunduğu müəyyən edilmişdir. Qeyd olunan fotoşəkillər çap olunaraq protokola əlavə olunmuşdur. (Cild 1, iş vərəqə 92-108) Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin KMCQ-nin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, əməliyyat qrupu o və Şahid2 ibarət olmuş, Təqsirləndirilən şəxs 8 nəfər yox, 2 nəfər, yəni o və digər polis əməkdaşı Şahid2 saxlamış, sonuncunun çantasından 2 böyük büküm aşkar olunmuş, bükümlərdən birində ot, digərində qəhvəyi rəngli toz maddə, həmçinin, çantadan qəhvəyi və yaşıl rəngli həblər aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixatrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəlilərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni üzərindən aşkar edilmiş ekstazi həblərindən onun xəbərinin olmaması və tutulan zaman 8 nəfər polis əməkdaşı tərəfindən saxlanılması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidin ifadəsi, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı ilə bağlı qeyd edir ki, tam, obyektiv və hərtərəfli məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixatrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının təqdim etdiyi sübutların özləri də təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin dispozitiv əlamətlərinin məhz bunlardan ibarət olmasını təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən də müəyyən olunur ki, o üzərindən aşkar olunan narkotik vasitəni və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində X5 vətəndaşı Amir adlı şəxsin ona Whatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi ünvandan yəni, Səbail rayonu, Əlibəyov qardaşları 1 ünvanın qarşısından götürdüyünü, həmçinin çantanı götürüb Amir adlı şəxsə məlumat verdikdə sonuncu ona çantanı aparmalı olduğu ünvan barədə də məlumat verəcəyini bildirmişdir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət epizodlarına münasibətdə əməllərinin obyektiv cəhətinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlayaraq daşıması nəticəsinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verərək təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 4015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, içərisində bir ədəd şəffaf sellofan bağlamada 10 ədəd üzərində “ulduz” şəkili həkk olunmuş açıq narıncı rəngli və 8 ədəd altıbucaq formalı açıq yaşıl rəngli kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli, MDMA təsiredici maddəsinin ümumi miqdarı 3,08 qram olmaqla xeyli miqdar təşkil edən ümumilikdə 18 ədəd həblər (“ekstazi”), ( 10 ədəd açıq narıncı rəngli həblərdə 1,74 qram və 8 ədəd açıq yaşıl rəngli həblərdə 1,34 qram) aşkar edilməsi və mobil telefonunda narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı sms, işarələnmiş qara çanta və həmin çantanın qoyulduğu ünvanın foto şəkilləri, həmçinin mobil telefonun qalereya yəni şəkil və videolar olan hissəsində bir neçə bank kartları, işarələnmiş ünvan və ödəniş qəbzlərinin şəkilləri, “Whatsapp” mobil tətbiqində “Şəbnəm” və “Vüqar Xırdalanlı” kimi qeyd olunmuş şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısına dair mesajlaşmanın ekran şəklinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin, habelə işarələnmiş qara çanta və həmin çantanın qoyulduğu ünvanın foto şəkilləri, həmçinin mobil telefonun qalereya yəni şəkil və videolar olan hissəsində bir neçə bank kartları, işarələnmiş ünvan və ödəniş qəbzlərinin şəkilləri, “Whatsapp” mobil tətbiqində “Şəbnəm” və “Vüqar Xırdalanlı” kimi qeyd olunmuş şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısına dair mesajlaşmanın ekran şəklinin aşkar edilməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitənin və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, istifadəsində olmuş “Whatsapp” proqramı vasitəsilə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsini əks etdirən yazışmanın olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 14 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4014,8 qram narkotik vasitə qurudulmuş marixuana və MDMA tərkibli 14 ədəd (6 həb açıq yaşıl rəngli və 8 həb açıq narıncı rəngli) həblər məhv edilməli, şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin olduğu 01 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş “Samsung A20S” markalı mobil telefonun maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin Ambulator X2 xx.xx.2024-cü il tarixli, 4831 nömrəli rəyi ilə müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 145-146) Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4014,8 qram narkotik vasitə qurudulmuş marixuana və MDMA tərkibli 14 ədəd (6 həb açıq yaşıl rəngli və 8 həb açıq narıncı rəngli) həblər məhv edilsin, şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş “Samsung A20S” markalı mobil telefonun maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-2329/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2329/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver