Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-233/2020 16.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2020-ci il Bakı şəhərində xx.xx.1977-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azayaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi,ev 18-də qeydiyyatda olmaqla Nardaran qəsəbəsi, bağlar massivi 18-nömrəli bağ evində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq lüləsi və qundağının kustar üsulla kəsilməsi nəticəsində öz təyinatını itirmiş və atəş üçün yararlı olan, «D-1118» nömrəli, İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, 16 mm kalibrli, İjB-36 modelli, daxili çaxmaqlı, qoşalüləli odlu yivsiz silah hesab olunan ov tüfəngini, həmin kalibirə malik yivsiz odlu ov tüfəngində döyüş sursatı kimi istifadə edilməsi üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, istifadə üçün yararlı olan 05 ədəd patron əldə edərək yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, 18 nömrəli bağ evinə daşıyaraq orada yataq otağında çarpayının altında saxlamışdır. Bundan başqa yaşadığı evin həyətində yerləşən istixanada qanunsuz olaraq əkilib becərilməsi qadağan edilmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda, yəni 107 ədəd kollar əkib yetişdirməklə kultivasiya etmiş, satış məqsədi ilə onlardan 53 kökünün boğazından kəsib götürərək kustar üsulla qurudub evin yataq otağında yerləşən çarpayının altında, 54 ədədini isə istixanada əkilmiş vəziyyətdə saxlamışdır. xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində Sabunçu RPİnin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun iştirakı və icazəsi ilə yaşadığı evin həyətinə baxış keçirilən zaman çəkisi 15525,0 qram (15kq 525 qram) olan, əkilib becərilməsi qadağan edilmiş, aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda, yəni 54 (əlli dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri kökü ilə birlikdə, çəkisi 1180,0qram (1kq 180 qr) olan əkilib becərilməsi qadağan edilmiş, aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda, yəni 53 (əlli üç) ədəd çətənə (kannabis) bitkilərinin kökləri, evin yataq otağında yerləşən çarpayının altından külli miqdarda satış məqsədilə qurudub saxladığı, ümumi çəkisi 1745,0 qram (1 kq 745 qram) təşkil edən, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, elektron tərəzi və qanunsuz olaraq əldə edib saxladığı odlu yivsiz silah hesab olunan, həmin ov tüfəngi və həmin ov tüfəngində döyüş sursatı kimi istifadə edilməsi üçün nəzərdə tutulan, 05 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildə saat 14 radəllərində Nardalan qəsəbəsi bağlar massivində olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edib yaşadığı evdə qanunsuz narkotik bitkilər əkməkdə, narkotik vasitə və odlu silah saxlamaqda şübhəli olduğunu deyiblər. O, ifşa olunduğunu görüb, yaşadığı evə polis əməkdaşlarının baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı evin həyətindəki istixanada kiçik bir yerdə çətənə kolları əkdiyini polis əməkdaşlarına göstərmişdir. Baxışda iştirak edən aqronom polis əməkdaşlarına həmin bitkilərin çətənə bitkisi olduğunu bildirmiş, sonra polis əməkdaşları həmin bitkiləri köklərindən çıxardaraq saymışlar və ümumi sayı 107 ədəd olmuşdur. Sonra polis əməkdaşları ilə birlikdə evə baxış keçirtmişlər. Çarpayının altında sellafon torbada qoşalüləli ov tüfəngini və elektron tərəzini polis əməkdaşları özləri qoymuşlar, ov tüfəngi və beş ədəd patronlar ona məxsus deyil. O, məcbur olub bildirmişdir ki, həmin ov tüfəngini 10 il bundan qabaq Nardaeran qəsəbəsində, dəniz kənarında aşkar etmiş, lüləsini özü kəsmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evin həyətində və evdən narkotik tərkibli çətənə kollarını və ov tüfənginin aşkar edilməsi ilə əlaqədar protokol tərtib etmişlər, protokol ucadan oxunmuş və doğruluğunu imzamları ilə təsdiq etmişlər. Aşkar edilmiş çətənə kolları, ov tüfəngi və ov tüfənginə aid patronlar qablaşdırılaraq götürülmüşdür. Sonra polis əməkdaşları ilə Sabunçu RPİnin 42-ci PB-nə gəlmiş, orada videoçəkilişlə izahatı alınarkən bir daha çətənə kollarını özü əkdiyini və ov tüfəngini isə tapdıgını bildirmişdir. O, narkotik vasitəyə olan təlabatını təmin etmək üçün həmin çətənə bitkilərini əkmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmir və narkotik vasitəni satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin qismən də olsa etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbə sakini, Ağaverdi adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlaması və daşıması, eyni zamanda qanunsuz olaraq silah saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq üçün, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü Sabunçu RPİ-nin 42-ci PB-nin bölmənin rəisi, polis mayoru Tərxan Əhmədovun adına raport yazmışdır. Əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 42-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə saat 14 radələrində keçirilmiş tədbirlər zamanı Ağaverdi adlı şəxs Nardaran qəsəbəsi, bağlar massivində, yaşadığı evin yaxınlığında saxlanılmış, müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur, ona yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib becərməkdə və qanunsuz olaraq silah saxlamaqda şübhəli bilindiyindən yaşadığı evin həyətinə və mənzilinə baxış keçiriləcəyini ona bildirmiş və Sabunçu RPİ-nin 42-ci PB-nə aparmışlar. Ona dövlət hesabına müdafiəçi təyin edilmiş və həmin vaxt Ağaverdi vəkilin iştirakı olmadan yaşadığı evə baxışın keçirilməsini xahiş etməklə əlaqədar ərizə yazmışdır. Bundan sonra bir yerdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Videoçəkilişlə baxış keçirilmiş, üzərinə poletilen örtük örtülmüş istixanaya daxil olub, kənarları mişar daşı ilə hörülmüş kiçik yerdə narkotik tərkibli çətənə kollarının əkilməsi aşkar olunmuşdur. Baxış zamanı mütəxəssis X4 həmin aşkar olunmuş kollara baxış keçirmiş və 2,5x20 metr sahədə olan kolların narkotik tərkibli çətənə bitkisi olmaqla xüsusi qulluq edildiyi barədə rəy vermişdir. Çətənə bitkilərinə damcı suvarma borulları çəkilmiş, aqrotexniki və kultivasiya tədbirləri yerinə yetirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özünün əkdiyini bildirmişdir. Həmin çətənə kolları kökündən çıxarılaraq 107 ədəd olduğu və kollardan 53 ədədi kök hissəsinə yaxın yerdən kəsilib götürüldüyünü, qalan 54 ədədinin isə kəsilmədiyini müəyyən etmişlər. Bitkilər müxtəlif hündürlükdə ortalama 0,75-1,90 metr hündürlükdə olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs kəsilmiş çətənə bitkilərinin harada olduğunu soruşarkən, o, kəsilmiş çətənə kollarını qurutmaq üçün yaşadığı evin yataq otağnda, çarpayının altında gizlətdiyini bildirmiş, ona görədə onun yaşadığı evə daxil olmaqla yataq otağına baxış keçirtmişlər. Çarpayının altına baxarkən, orada böyük şəffaf rəngli sellafon bükülü olduğunu görüb büklünü açıb baxdıqda, narkotik vasitəyə bənzər, spesifik iyə malik kütlə və bir ədəd qarmaqlı asma tərəzi olduğunu görmüşlər. X4 həmin yaşıl kütlə çətənə kollarından kəsilmiş qurudulmuş marixuana olduğunu demişdir. Baxış zamanı həmin sellafon bükülünün içərisində göy rəngli başqa bükülü aşkar etmişlər, onun içərisinə baxarkən içərisində lüləsi və qundağ hissəlləri kəsilmiş ov tüfəngi və beş ədəd patron aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin ov tünfənginin kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşarkən o, həmin ov silahının özünə məxsus olduğunu, 10-12 il əvvəl dəniz kənarından tapdığını, sonradan lüləsini və qundağını kəsdiyini bildirmişdir. Baxış zamanı aşkar edilən çətənə kolları və quruldulmuş marixuana və ov silahı qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra protokolu iştirakçılarla birlikdə imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 14625 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş iki ədədə ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 54 (əlli dörd) ədəd, ümumi təmiz çəkisi 15525,0qram olan bitki nümnəlləri, əkilib–becərilməsi qadagan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkillərdir.Aqranom (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur.Tədqiqata təqdim olunmuş üçüncü ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 53 (əlli üç) ədəd, ümumi təmiz çəkisi -1180,0qram olan bitki kökləri əkilib-becərilməsi qadagan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin kökləridir. Tədqiqata təqdim olunmuş bir ədəd üzəri skoçla bağlanmış qara rəngli politelin baglamadan təmiz çəkisi -1745,0qram bitki mənşəlli kütlə , tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş 54 ədd çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi - 15525,0qramdır.Tədqiqata sərfedildi cəmi -1,8qram ( hər obyektdən 0,02qram)qallıq 15523,92 qramdır. Marixuananın təmiz çəkisi -1745,0 qram, tədqiqata sərf edildi -0,02qram,qalıq-1744,98 qramdır. Məhkəmə-ballistik ekspertizasının xx xxxx 2019-cu il tarixli 15897 saylı rəyindən görünür ki, təqdim edilmiş silah - zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatagının içərisindəki metal lövhə üzərində “ P 302” lüləaltı qarmagının və qəlibinin alt səthinin üzərinə “ D 1118” uygun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “ij- B 36» modelli, Daxili çaxmaqlı, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, lakin konstruktiv dəyişikliyə məruz qalaraq lüləsi sonradan kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir və odlu silah hesab edilir, texniki cəhətdən nasazdır, atəşaçmaq üçün yararlıdır.Tədqiqata təqdim olunmuş üç ədəd predmet 16 kalibirli olmaqla, həmin kalibirə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır, istifadə üçün yararlıdırlar. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 1671 saylı rəyindən görünür ki, , X2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında nümayiş edilən DVD diskdən görünür ki, çəkiliş Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi, 18 nömrəli bağ evinin qarşısından başlayır, Təqsirləndirilən şəxs yanında polis əməkdaşları və aqronom vardır. Polis əməkdaşları və aqronom özlərini təqdim edir və Təqsirləndirilən şəxs həmin ünvanda yaşayıb-yaşamaması bir daha soruşulur, sonuncu isə polis əmkdaşlarına həmin ünvanda yaşadığını bildirir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq çətənə kollarını açmaqda şübhəli bilinməsi ilə əlaqədar evə baxış keçirəcəklərni bildirmiş, o da etiraz etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdşaları ilə birlikdə daravazadan həyətə daxil olub. Poletilen örtüklə örtülmüş istixanada kənarları mişar daşı ilə hörülmüş kiçik bir yerdə çoxlu sayda çətənə bitkilrinə oxşar bitkilər əkilmişdir. Təqsirləndirilən şəxs bildirir ki, həmin bitkilər çətənə kollardır, özü əkibdir. X4 bildirir ki, aşkar edilən bitkilər çətənə kollarıdır, aqrotexniki qaydada qulluq olunmuşdur. Onlardan bir neçəsinin başı kəsilmişdir. Təqsirləndirilən şəxs kəsilmiş çətənə kollarının harada olduğu soruşularkən o, kəsilmiş kolların yaşadığı evdə olduğunu bildirir. Sonra həmin bitkilər kökündən çıxarılaraq bir kənara yığılır və onlar ümumi sayı 104 ədəd müəyyən edilir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evə daxil olur, yataq otağında Təqsirləndirilən şəxs çarpayını göstərərək kəsilmiş çətənə kollarını orada saxlayıb qurutduğunu bildirmişdir. Çarpayının altında şəffaf rəngli iri sellafon torba aşkar edilmiş, onu açıb baxarkən içərisində yaşıl rəngli kütlə aşkar edilmiş, X4 bildirir ki, həmin kütlə çətənə kollarından yığılmış hazır materialdır, qurudulmuş marixuanadır. Baxış zamanı həmin bükülünün içərisindən göy rəngli sellafon torbaya bükülmüş bükülü də aşkar edilir. Polis əməkdaşları açıb onun içərisinə baxarkən içərisindən lüləsi və qundağı kəsilmiş ov tüfəngi və beş ədəd patron aşkar edirlər. M.Ş.Muradovdan ov silahının kimə məxsus olduğu və haradan əldə edildiyi soruşularkən o, ov tüfənginin özünə məxsus olduğunu, 10 il əvvəl dəniz kənarında tapdığı və lüləsi ilə qundağını özünün kəsdiyini bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Muradov X3 rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-2, 23-1 maddələri ilə təqsirli bilinib 1 il 9 ay 20 gün müddətində azadlıqdan məhrum edilmiş, həmin cəza xx.xx.2000-ci ildə cərimə cəzası ilə əvəz edilmişdir. Bundan başqa o, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o,Azərbaycan Respubilkası CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə Xəzər rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təqsirli bilinərək 03 il 2 ay müddətinə azadlıqdan mərhum edilmiş, xx-xx-2015-ci ildə cəzanın sonu ilə azadlığa buraxılmış və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı və odlu silahın, patronların, tərəzi və qurudulmuş marixuanaların ona məxsus olmadığı barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- Sabunçu rayon polis idarəsində saxlanılan ümumi çəkisi 6973,3 qram çəkidə 54 ədəd çətənə (kannabis) bitkilərinin kökü və 53 ədəd çətənə bitkisi kökləri, 1744,93 qram çəkidə qurudulmuş marixuana, bir ədəd tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd yivsiz ov tüfəngi və beş ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli və 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərcləri 195 manat 46 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Sabunçu rayon polis idarəsində saxlanılan ümumi çəkisi 6973,3 qram çəkidə 54 ədəd çətənə (kannabis) bitkilərinin kökü və 53 ədəd çətənə bitkisi kökləri, 1744,93 qram çəkidə qurudulmuş marixuana, bir ədəd tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd yivsiz ov tüfəngi, beş ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 195 manat 46 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-233/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-233/2020
16.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver