Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-233/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X5 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, yəni 2,216 qram narkotik vasitə heroin və ümumi çəkisi 5010 qram (5 kq 10 qram) narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxlamaqla daşımış, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi və Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının əvvəlcədən əldə etdikləri əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı 02 aprel 2021-ci il tarixdə, saat 06:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 13 ünvanında, “Dünya Market”in qarşısında saxlanılaraq ünvan 2sına gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki parça materialdan, üzərində “LV” yazıları olan qadın idman paltarının gödəkçəsinin sağ yan cibindən qara rəngli dəri materialdan olan, üzərindəki metal hissəyə “Bossi” yazısı həkk edilmiş pul qabının iç hissəsindəki cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,216 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin götürülmüşdür. Tədbirlərin davamı olaraq 03 aprel 2021-ci il tarixdə saat 17:15-də yaşadığı ünvan 1 ünvanında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı əsasında Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keşirilmiş axtarış, baxış və götürmə zamanı mənzilin yataq otağındakı paltar dolabından bir ədəd, çarpayının alt hissəsində isə iki ədəd ağ rəngli sellofan torbada saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 1655 qram, 1720 qram və 1635 qram, ümumi çəkisi 5010 qram (5 kq 10 qram) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisi deyil, lakin arada istifadə edir. Onun bu vəziyyətə düşməsinə səbəb olan şəxs Tələtdir. O, narkotik vasitələri Tələtdən almışdır. O, Tələt ilə “whatsapp”la Amerika nömrəsi ilə əlaqə saxladığına görə əvvəllər onun İran İslam Respublikası vətəndaşı olduğunu zənn etmişdir. O, Tələtə narkotik vasitə istədiyini yazmış və Tələtin kartına pul göndərməklə ödəniş etmişdir. Tələt də onun narkotik vasitəni götürməyi üçün müəyyən yerlərə qoyub ona məlumat vermişdir. O, daha sonra Tələtlə tanış olmuş və Tələtlə münasibətləri yaranmışdır. Belə ki, Tələt onunla ailə həyatı qurmaq istəmişdir. Onun Balaxanı ərazisində bağ evi vardır. Onun qonşusu və Tələtin qardaşı ona Tələtə güvənməməyini, çünki Tələtin onun mülkündə gözü olduğunu demişdir. Hətta Tələtin qardaşı ona Tələtin polislə birlikdə işlədiyini bildirmişdir. X17 Respublikası vətəndaşı olan şəxsdən narkotik vasitə almış, lakin pulunu ödəməmişdir. Buna görə də Tələt həmin şəxslə danışmaqdan qorxmuşdur. Onun Tələtə 1000 manat borcu olmuş və Tələt ona 1000 manat borcunu siləcəyini vəd verərək İran İslam Respublikası vətəndaşı olan həmin şəxslə danışıb metamfetamin əldə etməsini demişdir. Beləliklə də, Tələt onun 1000 manat borcunu siləcəkmiş. O, Tələtlə razılaşmamış və qorxduğunu bildirmişdir. Lakin o, həmin İran İslam Respublikası vətəndaşının nömrəsini özündə saxlamış və arada 2 qram heroin sifariş vermiş və bunun qarşılığı olaraq da 120 manat pul ödəmişdir. Saxlanıldığı vaxt barədə onu bildirmək istəyir ki, Tələt həmin gecə saat 12 radələrində onun evinə gəlmiş və onunla barışmaq istədiyini bildirmişdir. O da qızının yuxu vaxtının gəldiyini və evdə onunla danışa bilməyəcəyini bildirmişdir. Bu zaman Tələt ondan maşını ilə özünü evinə aparmağını xahiş etmişdir. O da Tələti evdən uzaqlaşdırmaq üçün razılaşmış, onlar yolda hərəkət edən zaman Tələt maşını saxlatdırıb aşağı düşmüş və telefonla danışmağa başlamışdır. Daha sonra Tələt maşına minmiş və onlar Bibiheybət istiqamətində hərəkət etmişlər. Bibiheybət yolunda bir Polis Patrul Xidməti əməkdaşı maşını saxlatmış, polis əməkdaşı onları maska taxmadıqlarına görə saxladığını bildirmiş və daha sonra onlar üzrxahlıq edib yola davam etmişlər. Tələt ona maşını marketin qarşısında saxlamağını demişdir. O, maşını saxlayan kimi polis əməkdaşı maşının qapısını sıxmış, ona maşından enməyə imkan verməmiş və maşının açarını tələb etmişdir. O da polis əməkdaşının dediyi kimi etmiş və müqavimət göstərməmişdir. Polis əməkdaşı onu başqa maşına mindirib Səbail rayon Polis İdarəsinə aparmışdır. Polis idarəsinin kamerasında onu içəriyə necə apardıqları əks olunmuşdur. Belə ki, polis əməkdaşı onu saçından sürüyərək və belinə zərbələr vuraraq idarənin içərisinə salmışdır. Tələtlə onu ayrı otaqlara aparmışlar və bir müddət sonra onun maşında olan pul qabını gətirib onun olub-olmadığını soruşmuşlar. O, təsdiq etdikdən sonra pul qabını açıb içərisinə baxmışlar. Pul qabının içərisində onun və qızının şəxsiyyət vəsiqəsi olmuşdur. Əlavə olaraq pul qabının içərisindən narkotik vasitə də çıxmışdır, lakin həmin narkotik vasitə ona aid olmamışdır. O, polis əməkdaşlarına narkotik vasitəni oraya Tələtin qoya bilmə ehtimalı olmasını bildirmək istəsə də polislər ona imkan verməmişlər və onu vurmuşlar. O, polis əməkdaşlarına evdə qızının tək olduğunu bildirmişdir. Polis əməkdaşları ona tanıdığı narkobaron barədə məlumat verməyini demiş, o isə elə birisini tanımadığını bildirmişdir. Daha sonra Tələti də onun olduğu otağa gətirmişlər və Tələtə də eyni şeyi demişlər. Tələt isə elə birisini tanıdığını, onun tutulmasında köməklik edəcəyini demiş və Tələti buraxmışlar. O isə bölmədə qalmış və səhərisi gün onun üzərinə videoçəkilişlə baxış keçirmişlər. Polis əməkdaşları zorla onun cibinə siqaret qutuları qoymuşlar. Saxlanıldığı günün səhərisi Tələt onun maşını ilə evinə gedib onun açarı ilə qapını açıb qızını aldadaraq götürüb öz evinə aparmış, qızının gözü qarşısında narkotik vasitəni inyeksiya yolu ilə qəbul edib, həmçinin qızını vurmuşdur. Bütün bunları ona qızı demişdir. Onun üzərində və evində aşkar edilmiş narkotik vasitələr ona məxsus deyil. O, pul qabında narkotik vasitə şaxlamamışdır. Həmin narkotik vasitəni Tələt nə vaxtsa ondan xəbərsiz pul qabına qoymuşdur. Evindən aşkar edilmiş narkotik vasitəni də onun evinə Tələt qoymuşdur. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ünvan 1 ünvanında 15 yaşlı qızı Şəbinə Qasımova ilə birlikdə yaşayır və “Lalafo" sosial şəbəkə vasitəsilə itlərin alqı- satqısı ilə fərdi qaydada məşğul olur. Üzərindən adını “kakos” kimi bildiyi narkotik vasitə heroinin aşkar olunması ilə əlaqədar göstərir ki, 2 ay olar ki, heç kimin xəbəri olmadan və qızından gizli “kakos” adlandırdığı heroini və adını “şüşə” kimi bildiyi psixotrop maddə olan metamfetamini dəmir falqa üzərində yandırıb tüstüsünü könüllü qəbul edir. Buna onu heç kim təhrik etməsə də, əvvəllər narkotik vasitələri tanıdığı və şəxsiyyətləri haqqında məlumatı olan şəxslərdən almışdır. 01 aprel 2021-ci il tarixdə, axşam saatlarında sosial şəbəkə vasitəsilə tanış olduğu və adını Məmməd kimi bildiyi şəxslə “Whatsapp” vasitəsilə yazışıb, onda narkotik vasitə “kakos” və ya “şüşə” olub-olmamasını soruşmuş və 2 qramını ona verməsini xahiş etmişdir. Həmin şəxs üzərində “şüşə” olmadığını, lakin “kakos”un olduğunu bildirmiş və 2 qramını 125 manata razılaşmışdır. Həmin şəxs narkotik maddəni, yəni 2 qram “kakos”u Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “OBA” marketlə üzbəüz su sayğacının altına qoyacağını və 2 saatdan sonra gedib götürməyini, pulu isə bank kartına göndərməyini demişdir. O, həmin gün Badamdar qəsəbəsində yerləşən “Araz” marketin içərisindəki ödəmə terminalından Məmmədin “Whatsapp” vasitəsilə onun telefonuna göndərdiyi bank kart nömrəsinə 125 manat pul göndərmiş və qəbzin şəkilini həmin şəxsə göndərmiş, həmin şəxs isə “kakos”u qoyacağı yerin şəklini ona göndərmişdir. Təxminən 3 saat sonra o, deyilən yerə yaxınlaşmış və “OBA” marketlə üzbəüz su sayğacının altına qoyulmuş, içərisində “kakos” adlanan narkotik maddə heroin olan sellofan bükülünü götürmüş və əynindəki idman gödəkçəsinin cibində gəzdirdiyi qara rəngli dəri pul qabının iç hissəsindəki sepli cibə qoyub, oradan uzaqlaşmışdır. 02 aprel 2021-ci il tarixdə səhər saatlarında saat 06:15 radələrində Səbail rayonu, 20-ci sahədə işi olduğu üçün taksiyə əyləşib həmin yerə gəlmiş və “Dünya Market”in qarşısında taksidən düşüb piyada gedən zaman 3 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını və birlikdə Səbail rayon Polis İdarəsinə gedəcəyini bildirmişlər. O, çıxış yolu olmadığını dərk etdiyindən səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti İlə həmin idarənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Bundan sonra həmin 2 nəfər kişi və 1 nəfər qadın polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda, mobil telefonla videoçəkiliş aparılmaqla hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində olan əşyaları çıxarıb, masanın üstünə könüllü qoymağı təklif ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki dəst qadın idman paltarının gödəkçəsinin sol bayır yan cibindən “Prima” markalı sarı rəngli 2 qutu siqareti, həmin gödəkçənin sağ bayır yan cibindən “Prima” markalı göy rəngli 1 qutu siqareti və 1 ədəd qara rəngli dəri materialdan olan “Bossi" markalı pul qabını, sonra əynindəki idman şalvarının sol yan cibindən 1 ədəd “Zavira” markalı sarı rəngli alışqanını masanın üzərinə qoyduqdan sonra həmin pul qabını açıb iç hissəsindəki sepli cibin zamokunu açmış və həmin cibin içərisində olan şəffaf selofana bükülmüş, ağız hissəsi iplə bağlı 1 (bir) ədəd bükümü və digər əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra o, şəffaf sellofana bükülmüş və qəhvəyi rəngli iplə bağlanmış şəkildə 1 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olmasını, həmin maddəni 02 aprel 2021-ci il tarixdə tanımadığı iranlıdan “Whatsapp” sosial şəbəkə vasitəsilə zəng edərək, həmin şəxsin bank kartına 125 (bir yüz iyirmi beş) manat pul göndərdikdən sonra Biləcəri qəsəbəsində “OBA" marketin yanında su sayğacının altından götürdüyünü, özünə məxsus olduğunu və həyat yoldaşı üçün aldığını, üzərində saxlayıb, gəzdirdiyini bildirmişdir. Sonra bükülünü açıb içərisindəki qəhvəyi rəngdə, toz şəkilli, spesifik iyə malik olan maddəni göstərmişdir. Sonda üzərindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş şəkildə olan bükümdəki “kakos” adlandırdığı narkotik vasitəni ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imza edərək təsdiq etmişdir. Əməlindən peşmandır. Göstərilən tarixdə və yerdə üzərindən narkotik vasitə heroin aşkar olunan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç kim zor tətbiq etməmişlər. O, üzərinə baxış keçirilən zaman könüllü olaraq 1 (bir) ədəd şəffaf sellofana bükülmüş şəkildə olan, içərisində “kakos” adlandırdığı narkotik vasitə heroini əynindəki gödəkçədə gəzdirdiyi özünə məxsus pul qabından çıxarıb polis əməkdaşlarına təhvil vermiş və həmin narkotik maddənin özünə məxsus olduğunu bildirməklə, öz istifadəsi və həyat yoldaşı üçün üzərində saxladığını demişdir. Onun istifadəsində 1 mobil telefon vardır, həmin telefonda 070-511-11- 69 nömrədən istifadə edir və “Whatsapp” sosial şəbəkəsində həmin nömrə altında qeydiyyatdan keçmiş və həmin şəxslə “Whatsapp” sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Həmin şəxs ona adının Məmməd və İran vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxsi üzdən tanımasa da, mobil telefon nömrəsinin +98***-***-**-** olduğunu bilir, soyadını və atasının adını bilmir. Onun konkret yaşayış ünvanı və digər əlaqələri haqqında məlumatı yoxdur. O, həmin şəxslə əvvəllər də 3-4 dəfə “Whatsapp” vasitəsilə yazışıb, ondan eyni qaydada narkotik maddəheroin almış, lakin hər dəfə narkotik maddəni yalnız özü əvvəlcədən bildirdiyi ünvanlarda qaz və ya su sayğaclarının qutularına, altına qoymaqla ona çatdırmışdır. Həmin şəxslə başqa hər hansı əlaqəsi və canlı görüşü olmamışdır (cild 1, iş vərəqi 38-41, 67-71). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 aprel 2021-ci il tarixdə idarəyə “Leyla” adlı şəxsin Səbail rayonu, Salyan yolu 13-də yerləşən 20-ci sahə dairəsi ətrafında narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar İdarənin rəisi tərəfindən 02 aprel 2021-ci il tarixdə təsdiq edilmişdir. O, Çinar Nuriyev və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, “Leyla” adlı şəxsin zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanda yerləşən 20-ci sahə dairəsi ətrafında əməliyyat mövqeyi müəyyən edilmişdir. 02 aprel 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 13 ünvanda yerləşən 20-ci sahə dairəsi yaxınığında zahiri əlamətləri “Leyla” adlı şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşdıq, ona Səbail rayon Polis İdarəsinin əməkdaşı olduqlarını bildirib həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdır. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın olması və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparılacağı izah edildikdən sonra sonuncunu ünvan 2sına gətirmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs özünə məxsus olan pul qabını açaraq, iç hissəsindəki sepli cibin zamokunu açıb həmin cibin içərisində olan şəffaf sellofana bükülmüş 1 ədəd bükümü və pul qabının ayrı-ayrı ciblərində olan Şahid5 məxsus şəxsiyyət vəsiqəsi, “Mersedes-BENZ E 320” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs pul qabından çıxartdığı şəffaf sellofana bükülmüş şəkildə olan 1 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra şəxsi axtarış davam etdirilsə də onun üzərində heç nə aşkar edilməmişdir və Təqsirləndirilən şəxs aşkar edilmiş içində narkotik vasitəyə bənzər maddə olan sellofan büküm zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın 03 aprel 2021-ci il tarixli qərarına əsasən həmin tarixdə saat 17 radələrində videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə İstintaq şöbəsinin müstəntiqi, Çinar Nuriyev və CAŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə aparılmışdır. Axtarış zamanı mənzilin yataq otağında olan paltar dolabında bir ədəd, çarpayının alt hissəsində isə iki ədəd içində yaşıl rəngli spesifik iyə malik ot qurusu olan bağlamalar aşkar edilmiş, həmin bükülülərdə nə olması və kimə məxsus olması sualına cavab olaraq isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülülərdə olan ot qurusu ona məxsusdur, həmin otları müalicə məqsədi ilə saxlayır ki, xəstələnərkən qaynadıb içsin. Axtarış zamanı həmçinin mənzilin dəhlizindən sonra gələn otaqda divanın altından bir ədəd sınıq vəziyyətdə olan elektron tərəzi, 9 ədəd siqaretin gümüşü kağızı, pəncərənin qarşısından iki ədəd və masanın üzərindən bir ədəd bank kartları və bir ədəd istifadə olunmuş şpris aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 bildirdi ki, Leylanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı narkotik vasitə istifadəçisi olan adını xatırlamadığı oğlan bildirmiş, Leyla saxlanılan zaman yanında kimsə olmamış, Leyla saxlanıldığı yerə taksi ilə gəlmiş, Leyla narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş, Leylanın evindən çıxan otlar marixuana olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs saxlanılması, üzərinə şəxsi axtarış keçirilməsi, üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı Şahid1 ifadələrini tam təsdiq etdi. Şahid2 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs pul qabından çıxartdığı şəffaf selofana bükülmüş 1 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olmasını, həmin maddənin bir gün əvvəl tanımadığı İran vətəndaşından “whatsapp” sosial şəbəkə vasitəsilə zəng edərək həmin şəxsin bank kartına 125 manat pul yüklədikdən sonra Biləcəri qəsəbəsində “OBA” marketin yanında su sayğacının altından götürdüyünü, özünə məxsus olduğunu və həyat yoldaşı üçün aldığını, üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs saxlayarkən onun yanında maşın görməmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman piyada olmuşdur. O, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir. 2 il əvvəl tanışı vasitəsilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanımışdır. O, hər gün Təqsirləndirilən şəxs evinə gedib ondan 15-25 manata 1 qram çəkidə heroin almışdır. O, narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs evinə gedəndə qapını Leylanın qızı açmışdır. O, sonuncu dəfə Leylanın evinə narkotik vasitə almaq üçün gedəndə qapını heç kim açmamış və ona sonradan Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıldığı məlum olmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid3 bildirdi ki, o, ailəli olduğu üçün Təqsirləndirilən şəxs ilə heç bir yaxın münasibəti olmamışdır, Təqsirləndirilən şəxs evinə narkotik vasitə almaq üçün getmiş, Təqsirləndirilən şəxs ilə bəzən gündə 3 dəfə narkotik vasitə almaq üçün görüşmüşdür. O, Təqsirləndirilən şəxs evinə gedəndə sonuncunun evində narkomanlar olmuşdur. Leylanın qızı Səbinənin yanında narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman o, sonuncunun yanında olmamışdır. Təqsirləndirilən şəxs evinə narkotik vasitəni o, qoymamış, polis əməkdaşlarına Təqsirləndirilən şəxs evinin açarını o, verməmiş, Təqsirləndirilən şəxs pul qabına narkotik vasitəni o, qoymamışdır. Onun hər hansısa İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs maşını ilə heç bir yerə getməmiş və maşınını sürməmişdir. Osman adlı şəxsi tanımır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs övladıdır. Anası atası ilə illər əvvəl ayrılmışlar və o, anası ilə birlikdə yaşayır. Anası it alqı-satqısı ilə məşğul olmuşdur. O, qonşuluqda yaşayanlardan anasının narkotik vasitə satışı ilə məşğul olduğunu eşitmiş, lakin doğruluğuna inanmamışdır, çünki daim anasının yanında olmuşdur. Anası ilə birlikdə olmadığı vaxt ona dayəsi baxmış və məktəbə dayəsinin həyat yoldaşı aparıb gətirmişdir. Hadisənin baş verdiyi gün anasının tanışı olan Tələt əmi axşam onlara gəlmiş, gecə saat 01 radələrində anası ona Tələt əmini maşını ilə evinə qoyub gələcəyini demiş və Tələt əmi ilə birlikdə evdən çıxaraq qapını kilidləmişdir. Daha sonra o, yatmışdır. O, yatan zaman qapının səsinə oyanmış və Tələt əmini görmüşdür. Tələt əmi ona anasının öz evində olduğunu demişdir. Evlərinin və anasının maşınının açarının Tələt əmidə olduğuna görə təəccüblənmişdir, çünki anası heç vaxt açarları başqasına verməmişdir. Tələt əmi onu götürüb anasının maşını ilə öz evlərinə aparmışdır. Tələt əmi onu aparan zaman sonuncunun oğlu maşında onları gözləmişdir. O, evdən çıxmış, Tələt əmi isə evin qapısını bağlayıb onu maşına mindirərək Badamdar qəsəbəsində yerləşən evinə aparmışdır. O, anasının orada olmadığını görüb anasının harada olduğunu soruşmuş, Tələt əmi isə anasının bir azdan gələcəyini bildirmişdir. Tələt əminin oğlu ona gülərək “anan hələ ki görsənə bilməyəcək” demişdir. O, 2-3 gün Tələt əmigildə qalmışdır. O, anasının harada olduğunu soruşsa da ona cavab verməmişlər. Nəhayət, Tələt əminin həyat yoldaşı ona anasının tutulduğunu demişdir. Daha sonra o, Tələt əmi ilə birlikdə Səbail rayonunda yerləşən polis idarəsinə getmiş, idarənin qarşısında olarkən Tələt əmi ilə polis əməkdaşının danışığını eşitmişdir. Polis əməkdaşı Tələt əmidən evlərinə baxış keçirmək üçün açarı istəmiş, Tələt əmi polis əməkdaşına yalandan evin açarının onda olmadığını, açarların Yasamal rayonunda Leylanın anası Nəzirə xanımda olduğunu demişdir. O, Tələt əminin açarın onda ola-ola nə üçün belə dediyinə təəccüblənmiş, bu zaman da Tələt əmi ona gözünü ağardaraq susmasını istəmişdir. Tələt əmi polis əməkdaşlarından işin necə olacağını soruşduqda polis əməkdaşları bu məsələni onun yanında danışmamışdır. Onlar polis əməkdaşlarından uzaqlaşdıqda Tələt əmidən evin açarlarını nə üçün polis əməkdaşlarına vermədiyini soruşduqda Tələt əmi ona “elə lazımdır” demişdir. O, idarədə olanda Tələt əminin oğlu Murad da oraya gəlmiş, Tələt əmi polis əməkdaşlarına “oğlumla Səbinə Yasamal rayonuna gedib evin açarını götürsünlər, daha sonra da Leylanın evinə getsinlər” demişdir. Bundan sonra Tələt əmi evin açarlarını Murada verib onu Muradla birlikdə taksi ilə evlərinə göndərmiş, özü isə yaşadığı evə getmişdir. Onlar taksi ilə evə getmiş, oradan o, dayəsigilə getmiş, Murad onların evində qalmış, qayıdanda artıq polis əməkdaşlarının evə gəldiyini görmüşdür. Evin qapısını Murad açmışdır. Polislər ona içəriyə daxil olmağa icazə verməmişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid5 bildirdi ki, o, Tələtin onların evlərinə gəlib nə isə qoyduğunu eşitməmişdir. O, anasından narkotik vasitə istifadə etməsini və ya satışı ilə məşğul olmasını eşitməmiş, anasının narkotik vasitə istifadə etməsini və ya satmasını görməmişdir. Lakin qonşuluqda yaşayan Tahir əmidən anasının narkomanları narkotik vasitə ilə təmin etdiyini eşitmişdir. O, anasına eşitdiklərini dedikdə anası təəccüblənmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs ilə evliliyi ikinci evliliyidir, Leylanın birinci evliliyindən Səbinə adlı qızı vardır. Leylanın istifadəsində “Mercedes” markalı avtomobili vardır. Leylanın Tələt adlı şəxslə münasibətinin olduğunu eşitmişdir. Leyla saxlanılan zaman o, oğurluq cinayəti törətdiyinə görə 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Onun Leyla ilə telefon əlaqəsi olduğuna görə Leyla ona maşınını Tələtin götürdüyünü bildirmiş, o, cəzaçəkmə müəssisəsində olduğuna görə maşını Tələtdən götürə bilməyəcəyinə görə dostları olan Samir və Raminə bu barədə demiş, Samir və Ramin Tələtin yaşadığı evə gedib maşını soruşduqda Tələt onlara sabah gəlmələrini demişdir. Dostları səhərisi gün gedib Tələtdən maşını almışlar. Daha sonra dostları maşını ona təhvil vermişlər, o da maşını Biləcəri qəsəbəsində yerləşən dayanacağa təhvil vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02.04.2021-ci il tarixli, 149 nömrəli raportun məzmunundan görünür ki, alınmış əməliyyat məlumatına əsasən Leyla adlı şəxs Səbail rayonu, Salyan yolu 13-də yerləşən, 20-ci sahə dairəsi ətrafında narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olur. Leyla adlı şəxs xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsi, ev 8, mənzil 27 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxsdır (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02.04.2021-ci il tarixli raportun məzmunundan görünür ki, alınmış əməliyyat məlumatına əsasən narkotik vasitələrin alqısatqısında şübhəli bilinən xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsi, ev 8, mənzil 27 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu, Salyan yolu 13-də yerləşən “Dünya Market” adlı mağazanın qarşısında olarkən 02.04.2021-ci il tarixdə saat 06:15-də saxlanılaraq Səbail RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 02.04.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, həmin gün saat 07:40-da videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki parça materialdan, üzərində "LV” yazıları olan dəst qadın idman paltarının gödəkçəsinin sağ bayır yan cibindən qara rəngli dəri materialdan olan, üzərindəki dəmir hissəyə “Bossi” yazısı həkk edilmiş pul qabını təqdim etmiş, həmin pul qabının iç hissəsindəki sepli cibindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş şəkildə, qəhvəyi rəngli iplə bağlı, içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş və müvafiq qaydada götürülmüşdür. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddəni bir gün əvvəl, yəni 01 aprel 2021-ci il tarixdə tanımadığı İran vətəndaşından “Whatsapp” sosial şəbəkə vasitəsilə zəng edərək həmin şəxsin bank kartına 125 (yüz iyirmi beş) manat pul yüklədikdən sonra Biləcəri qəsəbəsində “OBA” marketin yanında su sayğacının altından götürdüyünü, özünə məxsus olduğunu və həyat yoldaşı üçün aldığını, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 32-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspetizasının 02.04.2021-ci il tarixli, 6/1299 saylı nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2,216 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 42-46). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış və götürmənin aparılması haqqında 03.04.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.04.2021-ci il tarixli qərarı əsasında həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış aparılmış, axtarış zamanı mənzilin yataq otağındakı paltar dolabından bir ədəd, çarpayının alt hissəsində isə iki ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 92-93, 108-109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04.04.2021-ci il tarixli, 6/315 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs 3 ədəd bağlamada..." yazısı və imzalar olan 03 (üç) ədəd polietilen bağlamalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 1655 qram; 1720qram; 1635 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5010 qramdır. Aparılmış tədqiqatın dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 116-119). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 02.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd "Red Mi" markalı mobil telefon aparatına baxış keçirilən zaman müəyyən edilmişdir ki, "Red Ml" markalı mobil telefon aparatı android versiyalı smartfon telefondur, telefon aparatı qara rəngli korpusa malikdir və texniki cəhətdən işlək vəziyyətdədir. Telefon aparatının yaddaş kartı və daxili yaddaşı vardır. Mobil telefonda bir neçə proqram təminatı vardır. İsmarıc bölməsində Təqsirləndirilən şəxs “Sovet”, “Haddi dost İran” və “Cavid mehle” adı altında telefonda qeyd edilmiş şəxslərlə sms yazışması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsini təsdiq edən məzmunda yazışmalar vardır. Həmin yazışmalar iş üçün əhəmiyyət kəsb edən məlumat olduğundan fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 50-52). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında 05.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə məlumatları özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş diskdəki məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, diskdə "SMS tarixçəsi_**********1525", "SMS tarixçəsi_**********1529", "zənglerin detallaşdırıılması", "zəngələrin məxsusluq" adlı fayllar vardır. "SMS tarixçəsi_**********1525" adlı fayl açılmış və 12, 13 və 14-cü səhifələrdə iş üzrə əhəmiyyət kəsb edən Leylaya ünvanlanmış aşağıdakı məzmunda mesajlar müəyyən edilmişdir: - 10-03-2021 22:53:19 10-03-2021 22:53:19 1.1.**********45 1.1.**********69 4 dene kola 22den 2 dene pencere 35den menim ucun duzeler; - 14-03-2021 17:58:43 14-03-2021 17:58:44 1.1.**********87 1.1.**********69 YARİM P1 QRAMDA KOLA; - 31-03-2021 01:11:19 31-03-2021 01:11:20 1.1.**********87 1.1.**********69 Leyla valla lomkadayam gəlim. Qeyd edilən mesajlar çap edilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 196- 199). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə məlumatlara baxış keçirilməsi haqqında 13.09.2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş və ekspertizadan sonra qablaşdırlmış narkotik vasitə qurudulmuş marixuanaya Ədliyyə Nazirliyinin Məhkəmə X4 Ekspertiza şöbəsinin rəisi X2 iştirakı ilə yenidən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qablaşdırmanın içərisində 3 ədəd ağ rəngli sellofan torba vardır. Həmin torbaların birinin içərisindəki ot kütləsi torbanın həcminin təxminən yarısını, digər torbadakı ot kütləsi torbanın həcminin 1/3-ni, digərindəki ot kütləsi isə torbanın həcminin 1/4-ni təşkil edir. Baxış prosesində iştirak edən ekspert maddi sübutun ekspertizaya təqdim edilərkən qablaşdırmada preslənmiş vəziyyətdə olduğunu, tədqiqat zamanı dağınıq hala salındığından həcmində fərq yarana biləcəyini bildirmişdir (cild 2, iş vərəqi 41-44). İşdə olan 17.09.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 58-60). İşdə olan 23.09.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 63-65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16.06.2021-ci il tarixli, 1910 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 30.06.2021-ci il tarixli, 1405 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə özünü əsəbi şəxs kimi xarakterizə edərək onda əsəbilik, hövsələsizlik olması, əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, əsəbiliyi ilə əlaqədar 2018-ci ildə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında qısa müddət müalicədə olması, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, əsəbiliyi, emosional dayanıqsızlığı və s.) təsdiq edir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə kəsb etməsi müəyyən edilməmişdir (cild 2, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN X6 Xidmətinin 15.09.2021-ci il tarixli, 003-9894-1221 saylı məktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlama müddəti bitdiyindən (1 ay) üzərində az **-GY-*** dövlət qeydiyyat nişanını gəzdirən avtomobilin 02 aprel 2021-ci il tarixdən 05 aprel 2021-ci il tarixədək olan vaxt ərzində hərəkəti barədə məlumatların təqdim edilməsi mümkün deyildir (cild 2, iş vərəqi 45). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid Rzayev X8 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin 01 aprel 2021-ci il tarix saat 00:01-dən 04 aprel 23:59-dək olan müddət ərzində hansı anten dairələrində istifadə edilməsi barədə "xxxx" MMC-dən götürülmüş məlumatlardan görünür ki, həmin müddət ərzində şahid Rzayev X15 həmin telefonları Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə saxlandığı ərazidə istifadə olunmamışdır (cild 3, iş vərəqi 93, 96-97, 99-113). İşdə olan əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında 16.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 2,216 qram olan narkotik vasitə-heroin yaşadığı evdən aşkar edilmiş 5010qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus "Red Ml" markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,166 qram çəkidə narkotik vasitə heroin, 5009,7 qram qurudulmuş marixuana və "Red Ml" markalı mobil telefon saxlanmasından ötrü Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. "xxxx" MMC-dən 26.04.2021-ci il tarixli məktubla göndərilmiş məlumatları əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən 16.09.2021-ci il tarixli məktubla göndərilmiş məlumatları əks etdirən 01 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 53; cild 2, iş vərəqi 95). İşdə olan maddi sübut kimi tanıma haqqında 12.09.2021-ci il tarixli qərardan görünür ki, 02 aprel 2021-ci il tarixdə Səbail RPİ-də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın, həmçinin 03 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş axtarış və götürmənin videogörüntüsünü əks etsirən DVD disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 39). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X12 11.06.2021-ci il tarixli, 5007 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə 07.05.2018-ci ildə qeyd edilən xəstəxanaya qəbul olunub. 08.05.2018-ci il tarixdə diaqnoz dəqiqləşdirilmədən, tam müayinə olunmadan xəstəxanadan evə yazılıb (cild 1, iş vərəqi 187). İşdə olan cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə Səbail rayon prokurorluğunun 14.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də əsassız cinayət təqibi aparılması, təzyiqlər edilməsi, işgəncə verilməsi və digər qanunsuzluqlara dair faktları təsdiqini tapmadığından göstərilən xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 47-50). İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Səbinə adlı qızı var, yaşayış yeri üzrə MKİS-ə barəsində şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 185-186). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 23.09.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 74). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs, üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələrin onun pul qabına və evinə Şahid3 tərəfindən qoyulması, özünün narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, eyni zamanda onun ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edib, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayətlərin məhz onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs qadın olması, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 70-ci maddəsi tətbiq edilməklə 03 il şərti sınaq müddəti təyin edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 iyul 2018-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 126-128, 178-183). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti başa çatdığından qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndiriilə bilməz. Təqsirləndirilən şəxsnun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxsnun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 aprel 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 85-87, 223-224). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxsnun cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 02 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan 2,166 qram çəkidə narkotik vasitə heroin, 5009,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, "xxxx" MMC-dən və "xxxx" MMCdən əldə edilmiş 02 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın, həmçinin yaşadığı evdə keçirilmiş axtarış və götürmənin videogörüntüsünü əks etsirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan bir ədəd “Red Ml” markalı mobil telefon cihazı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 192,82 (yüz doxsan iki manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan 2,166 qram çəkidə narkotik vasitə heroin, 5009,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan bir ədəd “Red Ml” markalı mobil telefon cihazı onun yaxın qohumlarından birinə qaytarılsın. - "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın, həmçinin yaşadığı evdə keçirilmiş axtarış və götürmənin videogörüntüsünü əks etsirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 192,82 (yüz doxsan iki manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-233/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-233/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver