Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-233/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, üzərində ödənilməmiş məhkumluğu olan, Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 113-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 2-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2, 228.4, 234.1, 66.2, 68.2, 67.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına və 3.400 manat cərimə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qardaşı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan «Əmi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə «Əmi» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda ümumi təmiz çəkisi 3673,017 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1550 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 230 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan 390 ədəd narkotik vasitə metadon həbini və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 24.480 manat pulu əldə edib narkotik vasitə heroinin külli miqdarda 8,817 qram çəkidə hissəsini üzərində, külli miqdarda 14,200 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda 3650 qram heroini, külli miqdarda 1550 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 230 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan 390 ədəd narkotik vasitə metadon həbini və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 24.480 manat pulu Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 may 2022-ci il tarixdə, saat 18:50-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,817 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,200 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 15 may 2022-ci il tarixdə, saat 22:30-dən etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 könüllü razılığı və birlikdə iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman həmin mənzilin girişindən sağ tərəfdə yerləşən qonaq otağındaki taxta divanın altından 1 (bir) ədəd bağlamanın içərisindən sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə əldə edib daşıyaraq saxladıqları 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram və 1000 qram olmaqla, ümumilikdə 1550 qram çəkidə öz aralarında xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 (bir) ədəd kassanın içərisində olan 1 (bir) ədəd bükümdə külli miqdarda 230 qram çəkidə psixotrop maddə metamfetamin, 2 (iki) ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1550 qram və 2100 qram olmaqla, ümumiliklə 3650 qram çəkidə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan üzərində “Methadone 40” markalanma göstəricisi olan 39 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla ümumilikdə 390 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həbləri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 24.480 manat pul və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, Neftçala Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 185.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 6 ay 6 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qardaşı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan «Əmi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə «Əmi» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda ümumi təmiz çəkisi 3673,017 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1550 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 230 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan 390 ədəd narkotik vasitə metadon həbini və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 24480 manat pulu əldə edib narkotik vasitə heroinin külli miqdarda 14,200 qram çəkidə hissəsini öz üzərində, külli miqdarda 8,817 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, qalan külli miqdarda 3650 qram heroini, külli miqdarda 1550 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 230 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan 390 ədəd narkotik vasitə metadon həbini və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 24.480 manat pulu Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 may 2022-ci il tarixdə, saat 18:50-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,817 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,200 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 15 may 2022-ci il tarixdə, saat 22:30-dən etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman həmin mənzilin girişindən sağ tərəfdə yerləşən qonaq otağındaki taxta divanın altından Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi ilə əldə edib daşıyaraq saxladıqları 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram və 1000 qram olmaqla, ümumilikdə 1550 qram çəkidə öz aralarında xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 (bir) ədəd kassanın içərisində olan 1 (bir) ədəd bükümdə külli miqdarda 230 qram çəkidə psixotrop maddə metamfetamin, 2 (iki) ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1550 qram və 2100 qram olmaqla, ümumiliklə 3650 qram çəkidə həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram olan üzərində “Methadone 40” markalanma göstəricisi olan 39 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla ümumilikdə 390 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həbləri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 24.480 manat pul və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Qardaşı Pərvizin “Əmi” ləqəbli şəxs ilə danışıqları barədə onun məlumatı olmamışdır. O, yaşadığı ünvan 2-da çoxlu sayda narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetaminin olduğunu bilmişdir. Lakin o, evdən aşkar edilmiş kütlələrin bu qədər çəkidə olduğunu bilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Pərvizin yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin o, Pərvizin yaşadığı evə narkotik vasitələr gətirdiyini bilmişdir. O, özü də narkomaniya xəstəsi olduğundan lazım olduqda, Pərvizin evə gətirdiyi narkotik vasitələrdən az-az götürərək istifadə etmişdir. Buna baxmayaraq, onlar narkotik vasitələrin satışı ilə məşğul olmamışlar. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun qardaşı Təqsirləndirilən şəxs2 narkotik vasitəni deyilmiş ünvandan götürərkən həmin vaxt o, Pərvizin yanında olmamışdır. Lakin o, bilmişdir ki, qardaşı Pərviz tez-tez “Əmi” ləqəbli şəxslə danışır və Pərvizə lazım olduqda, “Əmi” lazımı qədər narkotik vasitə verir. O, heç vaxt “Əmi” ləqəbli şəxs ilə danışmamışdır. Lakin Pərvizin “Əmi” ilə danışması barədə onun məlumatı olmuşdur. O, 1 il 6 aydır ki, narkotik vasitə istifadə edir. Evdə olan kassa kod ilə kilitlənmişdir. O, kassanın kodunu bildiyindən arabir kassadan narkotik vasitə götürüb istifadə etmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs1 ittihama bağlı mövqeyini dəyişərək ona qarşı irəli sürülmüş ittihamın saxta və qanunsuz olduğunu, tutularkən polis əməkdaşlarının ona qarşı zorakılıq etdiklərini, dəfələrlə polis əməkdaşları tərəfindən döyüldüyünü, ittiham aktında göstərilmiş narkotik vasitələr və psixotrop maddələrə aidiyyətinin olmadığını, mənzildən həqiqətən də 24.480 manat məbləğində pulun aşkar edildiyini, lakin qeyd edilən məbləğdə pulun narkotik vasitələrə və psixotrop maddələrə aid olmadığını, əksinə həmin pulun onun nənəsi tərəfindən yığılaraq mənzil alınması məqsədi ilə ona və qardaşı Pərvizə verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözlə məhkəmədə çıxış edərək əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitələrin müxtəlif növündən istifadə edir. O, narkomaniya xəstəsidir. Hətta o, bir dəfə narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Lakin o, azadlığa çıxdıqdan sonra narkotik vasitədən uzaq dura bilməmiş və yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. Buna baxmayaraq, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə lazım olduqda, o, internet vasitəsi ilə narkotik vasitə satan şəxs axtarmışdır. Bir dəfə o, “Əmi” ləqəbli şəxslə tanış olmuşdur. “Əmi” ləqəbli şəxs Bakıda yaşamışdır. O, bir neçə dəfə “Əmi” ləqəbli şəxsdən narkotik vasitə almışdır. 2022-ci ilin yanvar ayında “Əmi” ləqəbli şəxs telefonla onunla əlaqə saxlayaraq narkotik vasitəni dediyi ünvanlara yerləşdirməyi ona təklif etmişdir. “Əmi” bunun müqabilində ona pul təklif etmişdir. O da “Əmi” ilə razlaşmışdır. Lakin onlar pulun məbləğini öz aralarında razılaşdırmamışlar. “Əmi” ləqəbli şəxsin göstərişi ilə o, 4 ay əvvəl Bakıda fəaliyyət göstərən aeroporta gedən enli yolun kənarında gizlədilən yerdən narkotik vasitələri götürmüşdür. O, bu işin təhlükəli olduğunu bildiyindən götürdüyü narkotik vasitəni qardaşı Təbrizin yaşadığı evdə divanın altında gizlətmişdir. Ona görə də o, narkotik vasitəni “Əmi” ləqəbli şəxsin dediyi ünvanlara yerləşdirməmişdir. O, narkotik vasitədən istifadə etmək istədikdə, həmin narkotik vasitədən az-az götürüb istifadə etmişdir. 25 may 2022-ci il tarixdə o, öz ailəsi ilə birlikdə Təbrizin yaşadığı ünvana getmişdir. Evə gəldikdən sonra o, biraz narkotik vasitə götürərək istifadə etmişdir. Sonra isə o, qardaşı Təbrizlə birlikdə gəzmək məqsədi ilə evdən çıxmışdır. Həmin gün saat 18:50-də o, qardaşı Təbrizlə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi ilə piyada gedərkən bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onların barəsində əməliyyat məlumatının daxil olduğunu bildirərək onları tutmuşlar. Sonra həmin mülki geyimdə olan polis əməkdaşları onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onlar da polislərdən qorxaraq polislərə etiraz etməmişlər və polislərlə birlikdə Baş İdarəyə getmişlər. Orada onları şübhəli şəxs qismində tutmuşlar və üzərlərinə baxış keçirmişlər. Baxış zamanı qardaşı Təbriz əynində olan şalvarının cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan başqa, Təbrizin üzərindən 2 (iki) ədəd mobil telefon, 25 manat pul və 1 (bir) ədəd açar aşkar olunmuşdur. Sonra Təbrizin üzərindən çıxmış narkotik vasitə polislər tərəfindən götürülmüşdür. Bundan sonra o, əynində olan şalvarının cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxararaq polislərə təqdim etmişdir. Eyni zamanda onun əynində olan şalvarının cibindən “Samsung” markalı mobil telefon və 10 manat pul çıxmışdır. Sonra o və Təbriz polislərlə birlikdə Təbrizin yaşadığı ünvan 2 ünvanına getmişlər və həmin vaxt Təbrizin yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin sağ tərəfdə yerləşən qonaq otağındakı divanın altından 1 (bir) ədəd seyf, 1 (bir) ədəd paket və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin paket açıldıqda, paketin içindən 1 (bir) ədəd bükümdə narkotik vasitə tiryək, seyfin içərisindən isə 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin, 2 (iki) ədəd bükümdə narkotik vasitə tiryək, 2 (iki) ədəd bükümdə narkotik vasitə heroin, 390 ədəd metadon tableti və 24.480 manat pul aşkar olunmuşdur. Sonra aşkar edilmiş əşyalar götürülmüşdür. Təbrizin yaşadığı evdən bu əşyalar çıxsa da, nə o, nədə ki, onun qardaşı Təbriz bu vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq o, “Əmi” adlı şəxsin göndərdiyi narkotik vasitələri öz şəxsi istifadəsi üçün “Əminin” dediyi yerlərdən götürmüşdür. Onların ailəsinin bütün kişi üzvləri həbsdədir. Belə ki, onun atası da, qardaşı Təbriz də, o da hazırda həbsdədir. Verilmiş sualllara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, narkotik vasitəni ona Bakı şəhərində yaşayan “Əmi” adlı şəxs vermişdir. Həmin şəxs ona gizli nömrə ilə zəng vurmuşdur. Ona görə də o, həmin şəxsin kimliyini bilmir. “Əmi” onun nömrəsini onları tanıyan yaxın bir adamdan aldığını demiş, lakin “Əmi” kimdən onun nömrəsini aldığı şəxsin adını ona deməmişdir. O, narkotik vasitənin nə qədər olduğunu bilmir. Lakin “Əminin” göndərdiyi bükümlər həm böyük olmuş, həm də çox olmuşdur. O, narkotik vasitəni Həzi Aslanovda yerləşən binanın qabağından götürüb Təbrizlə birlikdə kirayədə yaşadığı mənzilə aparmalı olmuşdur. Onlar “Əmi” adlı şəxs tərəfindən narkotik vasitəni dediyi ünvanlara çatdırmaq müqabilində ona çatacaq pul barədə razılaşmamışlar. “Əmi” demişdir ki, sonradan açıq nömrə ilə ona zəng edib “malı” hara təhvil verəcəyini, həmçinin onun nömrəsini həmin şəxsə kimin verməsini deyəcəkdi. Lakin “zaklatkaya” görə pul barədə onlar danışmamışlar. Evdən aşkar olunmuş 24.480 manat pul onun ana nənəsinə məxsusdur. Nənəsi həmin pulu pensiyasından yığıb ona vermişdir. O da nənəsini bədbəxt etmişdir. Nənəsi yaşlı qadındır, özü üçün “qara günə” görə pul yığmışdır. O, tutularkən və Baş İdarədə olarkən ona heç bir zorakılıq olmamışdır. O, polis əməkdaşları tərəfindən döyülməmişdir. Çünki onlar iki qardaş olaraq birlikdə etiraf etmişlər ki, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr onlara məxsusdur. Ona görə də polislər onlara qarşı kobud davranmamışlar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. Ona görə də o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. “Əmi” adlı şəxs ilə onun əlaqəsi olmuşdur. O, həmin şəxslə mobil telefonla danışmışdır. Evə baxış keçirilən zaman elektron tərəzi də aşkar olunmuşdur. O, həmin tərəzidən narkotik vasitə istifadə edərkən elə istifadə etmişdir ki, doza çox olmasın. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, evdə və üzərində aşkar olunan narkotik vasitələri o, “Əmi” ləqəbli şəxsdən öz istifadəsi üçün onun dediyi yerdən götürmüşdür. O, bir neçə dəfə “Əminin” dediyi yerlərdən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürərək Bakı şəhərində digər müxtəlif yerlərə qoymuşdur. “Əmi” bu xidmətin müqabilində ona pul verməmişdir. Belə ki, həmin şəxs ona öz istifadəsi üçün narkotik vasitə verərək bu işə cəlb etməyə çalışmışdır. Nəticədə o, tutulmuşdur. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən imtina edərək ittiham aktında göstərilmiş narkotik vasitələrə və psixotrop maddələrə aidiyyətinin olmadığını, tutularkən polis əməkdaşlarının fiziki təzyiqinə və işgəncəyə məruz qaldığını, evdən aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə onun aidiyyətinin olmadığını, lakin evdən 24.480 manat məbləğində pulun ona və qardaşına məxsus olduğunu, qeyd edilən məbləğdə pulun nənəsi tərəfindən pensiya hesabına yığılaraq onlara göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 son sözlə məhkəmədə çıxış edərək əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması, tutularkən üzərlərində qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələrin olmaması, evdən narkotik vasitə və psixotrop maddələrin aşkar olunmaması, tutularkən və tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə və işgəncəyə məruz qalmaları, evdən aşkar edilmiş 24.480 manat məbləğində pulun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilməməsi ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması, tutularkən üzərlərində qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələrin olmaması, evdən narkotik vasitələr və psixotrop maddələrin aşkar olunmaması, tutularkən və tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə və işgəncəyə məruz qalmaları, evdən aşkar edilmiş 24.480 manat məbləğində pulun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilməməsi barədə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları, habelə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Sonra o, digər polis əməkdaşları ilə birlikdə Bayıl qəsəbəsi tərəfdə hər iki şəxsi (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) saxlayaraq BNMİ-yə aparmışlar. Baş İdarədə hər iki şəxsə müdafiəçi təyin edilmişdir. Hər iki şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 onlara məlumat vermişdir ki, həmin narkotik vasitəni “Əmi” ləqəbli şəxsdən əldə etmiş, yəni “Əmi” adlı şəxs narkotik vasitələri qoyduğu yerin şəkillərini Təbrizə atmış, Təbriz də həmin yerdən gedib narkotik vasitələri götürmüşdür. Təqsirləndirilən şəxs2 isə bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir və Təbrizin “Əmi” ləqəbli şəxsdən əldə etdiyi narkotik vasitədən istifadə edir. Bundan sonra Təbriz bildirmişdir ki, narkotik vasitənin qalan hissəsini Xətai rayonunda yerləşən və iki qardaşın birlikdə kirayədə yaşadığı evdə saxlayırlar. Bundan sonra onlar həmin ünvana yollanmışlar. Həmin vaxt evdə 2 (iki) xanım olmuş və bu xanımlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həyat yoldaşları olduqlarını bildirmişlər. Orada Təbriz narkotik vasitəni onlara təqdim etmiş və çəkilişlə evə baxış keçirilmişdir. Evdən psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək, narkotik vasitə heroin, metadon həbləri və narkotik vasitələrin üstünə bağlanmış 25.000 manata yaxın pul aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş predmetlər qablaşdırılmaqla götürülmüşdür. Həmin vaxt Təbriz onlara demişdir ki, bundan başqa, Təbrizgilin Salyan rayonunda yaşadıqları ünvanda silah var və həmin silahı polislərə təqdim edə bilər. Bundan sonra onlar Təbriz və Pərviz qardaşları ilə birlikdə Salyan rayonuna yollanmışlar və orada yerləşən evə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı evdən silah aşkar edilərək götürülmüşdür. Sonra bu barədə sənədləşmə işi aparılmışdır. İstintaq zamanı müəyyən olunmuşdur ki, Salyan rayonunda yerləşən evdən götürülmüş silaha oxşar predmet silah deyil. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə eyni ünvanda saxlamışlar. Təqsirləndirilən şəxslərə qarşı tərəflərindən qanunsuz təsir və fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxslərin üzərinə baxış videoçəkiliş və müdafiəçilərin iştirakı ilə həyata keçirilmişdir. O, təqsirləndirilən şəxsləri hadisə vaxtı ilk dəfə görmüş, bundan əvvəl həmin şəxslər ilə tanışlığı olmamışdır. Təqsirləndirilən şəxslərə polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Hər iki ünvanda yerləşən evə baxış keçirilən zamanı hər iki təqsirləndirilən şəxs orada iştirak etmişdir. Həmçinin o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 113 ünvanında qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 11) görünür ki, həmin gün saat 18:50-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmışlar. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarlardan (cild 1, iş vərəqə 46-47) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 48-52) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 18:50-də ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq BNMİ-nə dəvət olunmuşlar, orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Qeyd edilən prosessual hərəkətlər şübhəli şəxs qismində tutulmuş şəxsləri müdafiə etmək məqsədi ilə dəvət edilmiş və həmin şəxslərə təqdim edilmiş müdafiəçilərin iştirakı ilə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə keçirilmiş və aparılan prosessual hərəkətlər sonradan diskə köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ərizələrdən (cild 1, iş vərəqə 53-54) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda müraciət edərək ünvan 6 ünvanına baxış keçirilməsinə etiraz etməmişlər. xx.xx.2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 55) görünür ki, ünvan 2 ünvanına baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli X2 tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 57) görünür ki, o, polis əməkdaşları tərəfindən ünvan 6 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 58-60) görünür ki, həmin gün saat 22:30-dən etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü razılığı və onların birgə iştirakı ilə ünvan 2 ünvanına baxış keçirilmiş, həmin vaxt mənzilin girişindən sağ tərəfdə yerləşən qonaq otağındakı taxta divanın altından 1 (bir) ədəd bağlamanın içərisindən 2 (iki) ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, 1 (bir) ədəd kassanın içərisindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 390 ədəd narkotik vasitə metadon həblərinə bənzər, 24.480 manat pul və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən prosessual hərəkət şübhəli şəxs qismində tutulmuş şəxslərin müdafiə etmək məqsədi ilə dəvət edilmiş və həmin şəxslərə təqdim edilmiş müdafiəçilərin iştirakı ilə həyata keçirilmişdir. Həmçinin qeyd edilən prosessual hərəkətdə şübhəli şəxs qismində tutulmuş şəxslərin faktiki olaraq ərarvad münasibətlərində olduqları şəxslərin iştirakı ilə həyata keçirilmişdir. Mənzilə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmiş və sonradan diskə köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən (cild 01, iş vərəqə 62) görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən Salyan şəhəri, Plasmas qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 01, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən Salyan şəhəri, Plasmas qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 01, iş vərəqə 64) görünür ki, Salyan şəhəri, Plasmas qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli evə baxış keçiirlməsi və götürmə aparılması haqqında qərardan (cild 01, iş vərəqə 65) görünür ki, Salyan şəhəri, Plasmas qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 66-68) görünür ki, Salyan şəhəri, Plasmas qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 həmin evdə taxta konstruksiyalı dolabın altında gizlətdiyi 1 (bir) ədəd odlu silaha oxşar tapancanı və həmin silaha məxsus darağı təqdim etmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Evin digər otaqlarına və hissələrinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən başqa əşya, predmet və maddə aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2976 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 88-91) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki üzərində “Təbriz” yazısı olan bükümdə təmiz çəkisi 8,817 qram qəhvəyi rəngli tozşəkilli maddə və üzərində “Pərviz” yazısı olan bükümdə təmiz çəkisi 14,200 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1550 qram və 2100 qram, ümumi təmiz çəkisi 3650 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 550 qram və 1000 qram, ümumi təmiz çəkisi 1550 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 230 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone40” markalanma göstəricisi olan 39 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 390 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 390 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 15,6 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən hər bir həbdə 0,04 qram metadon olmaqla) Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. Üzərindəki: “QZ-161 5000g x 1g/177 oz. X 0.1 Og” yazısı olan ağ rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 3658,817 qram (3 kq 658,817 qr) təşkil edir və həmin heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Vət.Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqi 123-125) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqi 138-140) görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqi 162-168) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadəsini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-620/2022 saylı qərarından (cild 01, iş vərəqi 188-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 25 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-619/2022 saylı qərarından (cild 01, iş vərəqi 193-198) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 25 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından (cild 01, iş vərəqi 206-208) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/710 saylı rəyindən (cild 2, iş vərəqə 62-63) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd nömrəsi silinmiş tapanca, Rusiyada zavod üsulu ilə hazırlanmış, pnevmatik (sıxılmış hava təzyiqi) iş prinsipinə malik 4,5 mm kalibrli “Baikal MP-654K” modelli, təlim-məşq təyinatlı pnevmatik tapancadır, odlu silah, qaz silahı hesab edilmir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş zavod üsulu ilə hazırlanmış, bir ədəd sandıqça və daxilində olan balon (sıxılmış hava təzyiqli) iş prinsipinə malik, pnevmatik tapancada istifadə etmək üçün nəzərdə tutulmuş sandıqçadır və hava balonudur. xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 01, iş vərəqi 209-211) görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,717 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,100 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3649,8 qram olan narkotik vasitə heroin, 229,8 qram olan psixotrop maddə metamfetamin, 1549,8 qram olan narkotik vasitə tiryək, 380 ədəd metadon həbi və 1 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün BMCMİ-nə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli nağd pulun maddi sübut kimi tanınaraq depozit hesabına təhvil verilməsi haqqında qərardan (cild 1, iş vərəqə 214-215) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 24.480 manat məbləğində pulun maddi sübut kimi tanınması və saxlanması üçün Azərbaycan DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Salyan rayon İHB-nin Salyan şəhər İnzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, iş vərəqi 233) görünür ki, Təqsirləndirilən şəxs1 Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 113-də yaşadığı müddət ərzində onun barəsində şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli Salyan rayon İHB-nin Salyan şəhər İnzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, iş vərəqi 234) görünür ki, Təqsirləndirilən şəxs2 Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 113-də yaşadığı müddət ərzində onun barəsində şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli Salyan rayon İHB-nin Salyan şəhər İnzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan (cild 01, iş vərəqi 235) görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 113-də yaşayır və ailə tərkibi anası Vüsalə Rəhmanova, atası Rövşən Rəhmanovdan ibarətdir. xx.xx.2022-ci il tarixli Salyan rayon İHB-nin Salyan şəhər İnzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan (cild 01, iş vərəqi 236) görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 113-də yaşayır və ailə tərkibi anası Vüsalə Rəhmanova, atası Rövşən Rəhmanovdan ibarətdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin 3360 saylı rəyindən (cild 2, iş vərəqə 64-65) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin 3374 saylı rəyindən (cild 2, iş vərəqə 66-67) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən (cild 2, iş vərəqə 1-3) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə isə Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2, 228.4, 234.1, 66.2, 68.2, 67.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.400 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DlN BƏSİİ-dən daxil olmuş tələbnamədən (cild 2, iş vərəqə 4-6) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə isə Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 06 ay 16 gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. xx.xx.2022-ci il tarixli “Telefon danışıqlarına baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş çıxarışdan (cild 02, iş vərəqə 9-12) görünür ki, baxış zamanı aşağıdakı məzmunda mesajlar (sms-lər) aşkar edilmişdir: Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil nömrə var. xx.xx.2022-ci il tarixdə, saat 20:19:27də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Perviz neçin açmirsan bide 04 mal veresen o gore ay qaqa”, xx.xx.2022-ci il tarixdə, saat 15:55:37də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Perviz men senen 5 manadiğ aliram pati qaqa ya yarim qiram yada 15 manadiğ her gun se 30 .40 manat xeyir verem”, xx.xx.2022-ci il tarixdə, saat 13:10:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bide 1 qiram kola yarim pati 45 verecem bide nese di mene telesirem”, xx.xx.2022-ci il tarixdə, saat 20:43:59-da ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bide kola 1 qiram yarimda pati neqede gelsen 045 manat var nese versen ya kimese yigim, Perviz didiyim ayniyonari versen bide soz didala, Elebil 2 qiram ayri ayri kola 1 qiramda pati yarim yarim ele oda xarabada alla yetirib suz acmiyasuz", xx.xx.2022-ci il tarixdə, saat 04:21:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “GELMİSEN ALA FİRİLLAG. BİR DENE YARİ TORPAĞ 5-MANATDA DA$ DüZELER?”. xx.xx.2022-ci il tarixli “Telefon danışıqlarına baxış keçirilməsi” haqqında protokoldan (cild 2, iş vərəqə 16-19) görünür ki, baxış zamanı aşağıdakı məzmunda mesajlar (sms-lər) aşkar edilmişdir: Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** saylı mobil nömrə var. xx.xx.2022-ci il tarixdə, saat 18:39:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “ALAHA. AND OLSUN. O DAŞİN. YERİNƏ. 1. DƏNƏ. TORPAQ. DÜZ. QOŞDƏ QAQAY”, xx.xx.2022-ci il tarixdə, saat 23:19:59-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “QAQA. AXŞAMUN. XEYİR. ƏMİİ OQLU. MƏNƏ. 1. LİST. TƏKƏR. LAZİMDİ. BİR”, xx.xx.2022-ci il tarixdə, saat 13:24:01-də ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “AXİ.GƏL.DAŞİVU.APAR.CAMATİN.PULUN.BERİM”, xx.xx.2022-ci il tarixdə, saat 15:54:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “GƏLƏNDƏ. 1. DƏNƏ. KOLA.GƏTİR. 25. MANAT. BAR”, xx.xx.2022-ci il tarixdə, saat 16:59:59-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “ÖZÜMDƏ. LOMKADAYAM. PULUM. HAZİRDİ. HEC OLMASA. PULUMLA. MAL VER. ÖLMƏYİM”, xx.xx.2022-ci il tarixdə, saat 19:38:09-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa srochni 15 20 dene cola nechiye verersen qaqia, 10 yada 15 denede kolada sen qardash cani bidene gör neynirsen”, xx.xx.2022-ci il tarixdə, saat 18:30:26-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay tebriz acmirsande derdimi deyim sene 300 de cay lazimdi alinar he yox dede bide, Qaqa gelmişem bakıdayam 3 teker 1 torpağ lazimdi isdeyen var xeber”. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 68-85) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ititham elan edilməsi, aşkar edilmiş külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə edilməsi mənbəyinin müəyyən edilməsi, “Əmi” adlı şəxs və qeyriləri barəsində ayrıca icraata cinayət işinin ayrılması, ekspertiza tədqiqatından sonra qalıqları qalmış narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də 24.480 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınmasının nəzərə alınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 02, iş vərəqi 94-96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 02, iş vərəqi 115-117) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli, 008-6906-1222 saylı əməliyyat tapşırığına dair verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 23) görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladıqlarını, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində “Əmi” adlı şəxslə birgə əlaqəsinin olmasına və fəaliyyət göstərməsinə, "Əmi" adlı şəxsin həmin narkotik vasitələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə göndərdiyinə, sonuncuların narkotik vasitələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına, həmçinin aşkar edilərək götürülmüş 24.480 manat pulun narkotik vasitənin qanunsuz dövriyyəsindən əldə olunmuş pul vəsaiti olmasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin "Əmi" adlı şəxsin, onun İran İslam Respublikasının və ya digər xarici ölkənin vətəndaşı olub-olmamasını, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin və şəxsiyyətlərinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli Salyan RMX tərəfindən verilmiş 226 saylı arayışdan (cild 03, iş vərəqə 232) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixdə “sol ağ ciyərin yuxarı payının infiltrativ vvərəmi sorulma mərhələsi” diaqnozu ilə Salyan Vərəm dispanserində qeydiyyata alınmış və müalicəyə cəlb olunmuşdur. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 832-X-22 nömrəli cavab məktubundan (cild 03, iş vərəqi 31) görünür ki, həmin prokurorluqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi faktına görə hər hansı material araşdırılmamışdır. xx.xx.2022-ci il tarixli Müalicə Müəssisəsinin xx-xx/2161 nömrəli cavab məktubundan (cild 03, iş vərəqi 30) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə “Kəskin qarın diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüş, orada müayinədən keçdikdən sonra göndərilmə diaqnozu təsdiq edilmiş və xəstə üzərində təcili olaraq “Laparotomiya, perforativ mədə yarasının tikilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr ağırlaşmasız keçmiş, yara birincili sağalmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 stasionar müalicəsi başa çatmış və o, nisbi kafi vəziyyətdə gətirildiyi müəssisəyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan (cild 03, iş vərəqi 82-85) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmaları barədə müraciət əsasında toplanmış 07- C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Buna əsas kimi təqsirləndirilən şəxslərin barəsində keçirilmiş ekspertiza tədqiqatına dair xx.xx.2023-cü il tarixli 82 nömrəli və 83 nömrəli ekspertiza rəyləri çıxış etmişdir. Belə ki, qeyd edilən rəylərdən məlum olmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Salyan rayon icra və probasiya şöbəsinin cavab məktubundan (cild 03, iş vərəqə 104) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 il 3 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(011)-172/2020 saylı qərarına əsasən 6 ay 16 gün müddətə cəzadan vaxtından əvvəl azad edilmiş məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə cəzasını tam qaydada çəkib qurtarmış, habelə Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(057)-23/2014 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkib qurtarmış, lakin onun üzərində 3.400 manat cərimə cəzası ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(05)-131/2023 saylı qərarından (cild 03, iş vərəqə 110-114) görünür ki, Müdafiəçi2 tərəfindən verilmiş şikayət təmin edilərək Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar Təqsirləndirilən şəxs1 münasibətdə qanunsuz hesab edilməklə ləğv edilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə müraciət əsasında Bakı şəhəri Nərimanov rayon prokurorluğundan toplanmış və 07-c-23 nömrəli materialdan (cild 03, iş vərəqə 177- 222) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülüb-döyülməmələri barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(05)-131/2023 saylı qərarı əsasında əlavə araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə yenidən cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Göstərilən qərarın çıxarılmasına digər əsaslarla yanaşı, həmçinin xx.xx.2023-cü il tarixli 82 və 83 saylı məhkəmə-tibbi ekspertizaları barədə rəylər əsas olmuşdur. Belə ki, göstərilən ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədəni səthi üzərində xx.xx.2022-ci il tarixə təsadüf edən xəsarət və xəsarət izləri aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 769 saylı arayışdan (cild 03, iş vərəqə 228) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur (uşağın və atanın soyadlarının fərqli olması uşağın anasının deməsinə görə aparılmış qeydiyyata uyğundur). xx.xx.2023-cü il tarixli Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 768 saylı arayışdan (cild 03, iş vərəqə 229) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il təvəllüdlü X12 adlı övladı anadan olmuşdur (uşağın və atanın soyadlarının fərqli olması uşağın anasının deməsinə görə aparılmış qeydiyyata uyğundur). xx.xx.2018-ci il tarixli Salyan Rayon Məhkəməsinin 1(057)-83/2018 saylı hökmündən (cild 02, iş vərəqi 49-55) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 il 3 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci il tarixli Salyan Rayon Məhkəməsinin 1(057)-105/2018 saylı hökmündən (cild 02, iş vərəqi 25-33) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə, həmin Məcəllənin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qeyd edilən hökmlə təyin edilmiş cəza Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3.500 manat cərimə cəzasının çəkilməmiş qalan 3.400 manat hissəsi ilə tam birləşdirilərək üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.400 manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-172/2020 saylı qərarından (cild 02, iş vərəqi 56-59) görünür ki, Təqsirləndirilən şəxs2 28 iyun 2018-ci il tarixli Salyan Rayon Məhkəməsinin 1(057)-83/2018 saylı hökmü ilə ona təyin edilmiş, lakin çəkilməmiş 6 ay 16 gün müddət cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs1 aid şəxsi işdən, tibbi kitabçadan və göstərilən materiala əlavə edilmiş sənədlərdən (cild 02, iş vərəqi 227-242) görünür ki, o, 27 may 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarətin olması barədə qeydiyyat aparılmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə, saat 04:05 radələrində təcili konvoy vasitəsi ilə əlil arabasında kəskin qarın ağrısı ilə əlaqədar Bakı İstintaq Təcridxanasından Müliacə Müəssisəsinə köçürülmüşdür. Təqsirləndirilən şəxs2 aid şəxsi işdən, tibbi kitabçadan və göstərilən materiala əlavə edilmiş sənədlərdən (cild 02, iş vərəqi 243-256) görünür ki, o, 27 may 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarətin olması barədə qeydiyyat aparılmamışdır. Lakin o, xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində mədəsində ağrıların olması barədə müraciət etmiş və rentgenoloji müayinədən keçirilən zaman onun mədəsində 1 (bir) ədəd metal (çay qaşığı) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 fakt üzrə bildirmişdir ki, mədəsində aşkar edilmiş 1 (bir) ədəd metalı (çay qaşığı) həbs edilməmişdən əvvəl saxlanılmasına etiraz əlaməti olaraq udmuş və bu barədə heç kəsə məlumat verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər, o cümlədən müxtəlif vəsatətlər verərək irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiklərindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara ayrı-ayrılıqda hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı özlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək dəfələrlə etirafedici ifadələr verib törətmiş olduqları cinayətlərin üsulu və mexanizmi barədə ətraflı məlumatlar vermişlər, habelə cinayət əlaqəsinə girdikləri “Əmi” ləqəbli şəxsi tanıdıqlarını, sonuncunun dediyi yerlərdən müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürüb başqa yerlərə yerləşdirmələrini, narkotik vasitələrdən istifadə etdiklərinə görə “Əmi” ləqəbli şəxsin göndərdiyi narkotik vasitələr və psixotrop maddələrdən lazım olduqda az-az istifadə etmələrini, kirayədə yaşadıqları mənzildən aşkar edilmiş 24.480 manat məbləğində pulun məhz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələrin qanunsuz realizəsindən əldə etdiklərini, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmalarını bütün təfərrüatı ilə bildirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında əvvəlcə özlərini qismən təqsirli bilməklə qismən etirafedici ifadə verərək şəxsi axtarış zamanı üzərlərindən və mənzildən narkotik vasitələr və psixotrop maddələrin aşkar edildiyini, həmin narkotik vasitələri və psixotrop maddələri öz istifadələri üçün əldə etdiklərini, heç vaxt narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, mənzildən aşkar edilmiş 24.480 manat məbləğində pulun onların nənəsinə məxsus olduğunu və mənzil almaq üçün onlara göndərildiyini bildirmişlər. Lakin məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxslər mövqelərini tamamilə dəyişərək inkaredici məzmunda ifadə verməklə ittiham aktında göstərilən narkotik vasitələr və psixotrop maddələrin onlara məxsus olmadığını, eləcə də tutularkən üzərlərində narkotik vasitənin olmadığını, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyüldüklərini, işgəncə altında etirafedici ifadə verdiklərini, mənzildə narkotik vasitələr və psixotrop maddələr olmadığını və bununla da irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu iddia etmişlər. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının gedişində əvvəlki mövqelərindən imtina edərək tamamilə yeni məzmunda ifadə verənədək ifadələrində (sonuncu ifadələrində) göstərdikləri hallar ilə bağlı heç bir dövlət orqanına müraciət etməmişlər. Sonuncu ifadələrdə göstərilmiş dəlillər bilavasitə ittihamın qanuniliyinə və əsaslılığına təsir edən hallar olduğundan məhkəmə bu dəlilləri yoxlayıb hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülüb-döyülməmələri və sair formada qeyri-insani rəftara və işgəncəyə məruz qalıbqalmamaları barədə aidiyyəti üzrə, yəni Nərimanov rayon prokurorluğuna müraciət edilmişdir. Məhkəmənin müraciəti əsasında daxil olmuş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 832-X-22 nömrəli cavab məktubundan aydın olmuşdur ki, həmin prokurorluqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi faktına görə hər hansı material araşdırılmamışdır. Bundan sonra məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə aid şəxsi iş materialları, tibbi kitabçalar və bununla bağlı sair tibbi sənəddlər onların saxlanıldıqları istintaq təcridxanasından tələb olunmuş və göstərilən sənədlər məhkəməyə daxil olduqdan sonra məhkəmə iclasında həmin sənədlər tədqiq edilmişdir. Sözügedən sənədlər tədqiq edildikdən sonra aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, göstərilən müəssisəyə daxil olarkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt onun üzərində hər hansı xəsarət və xəsarət izinin olması barədə heç bir qeydiyyat aparılmamışdır. Eyni zamanda göstərilən tibbi sənədlər əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 da xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, göstərilən müəssisəyə daxil olarkən tibbi müayinədən keçmiş, lakin onun üzərində hər hansı xəsarət və xəsarət izinin olması barədə heç bir qeydiyyat aparılmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına təhvil verilərkən üzərlərində xəsarət izlərinin qeydə alınmaması ona dəlalət edir ki, həmin vaxt onların üzərində hər hansı xəsarət və xəsarət izi olmamışdır. Belə ki, şəxsin üzərində xəsarət izi və ya izləri olduğu halda bu barədə səlahiyyətli şəxs tərəfindən qeydiyyat aparılmaması qanunsuz olduğu kimi, həmçinin ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına təhvil verilərkən onların üzərində xəsarət izlərinin olması barədə qeydiyyatın aparılmaması, başqa sözlə, onların üzərində döyülmə, işgəncə və sair formada qeyri-insani rəftarla bağlı hərəkətlərin nəticəsi kimi xəsarət izlərinin olmaması kifayət edir ki, onların məhkəmə istintaqında iddia etdikləri hallar, yəni polis əməkdaşları tərəfindən tutularkən və tutulduqdan sonra fiziki zorakılığa məruz qalmaları barədə verdikləri məlumatlar yalan məlumat kimi qiymətləndirilsin. Buna baxmayaraq, məhkəmə təqsirləndirilən şəxslərin iddia etdikləri bu dəlillərlə bağlı araşdırmanın aparılmasını zəruri hesab etmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 aid şəxsi işdən, tibbi kitabçadan və həmin sənədlərə əlavə edilmiş tibbi sənədlərdən məlum olmuşdur ki, o, xx.xx.2022-ci il tarixdə, saat 04:05 radələrində saxlanıldığı Bakı İstintaq Təcridxanasından təcili konvoy vasitəsi ilə kəskin qarın ağrısı ilə müliacə müəssisəsinə köçürülmüşdür. Həmçinin 22 dekabr 2022-ci il tarixli Müalicə Müəssisəsinin xx-xx/2161 nömrəli cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həqiqətən də xx.xx.2022ci il tarixdə “Kəskin qarın” diaqnozu ilə müalicə müəssisəsinə köçürülmüş, orada müayinədən keçdikdən sonra göndərilmə diaqnozu təsdiq edilmiş və xəstə üzərində təcili olaraq “Laparotomiya, perforativ mədə yarasının tikilməs” cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr ağırlaşmasız keçmiş, yara birincili sağalmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 stasionar müalicəsi başa çatmış və o, nisbi kafi vəziyyətdə gətirildiyi müəssisəyə göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 aid şəxsi işdən, tibbi kitabçadan və həmin sənədlərə əlavə edilmiş tibbi sənədlərdən məlum olmuşdur ki, o, xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində mədəsində ağrıların olması barədə müraciət etmiş və rentgenoloji müayinədən keçirilən zaman onun mədəsində 1 (bir) ədəd metal (çay qaşığı) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 fakt üzrə bildirmişdir ki, mədəsində aşkar edilmiş 1 (bir) ədəd metalı (çay qaşığı) həbs edilməmişdən əvvəl saxlanılmasına etiraz əlaməti olaraq udmuş və bu barədə heç kəsə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar, yəni Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə “Kəskin qarın” diaqnozu ilə müalicə müəssisəsinə yerləşdirilməsi, habelə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində mədəsində ağrıların olması barədə müraciət etməsi və rentgenoloji müayinədən keçirilən zaman onun mədəsində 1 (bir) ədəd metal (çay qaşığı) aşkar olunması halları onların iddia etdiyi kimi polis əməkdaşları tərəfindən döyülməsini təsdiq edən dəlillər kimi çıxış edə bilməz. Belə ki, məhkəmə göstərilən məsələlər ilə bağlı Nərimanov rayon prokurorluğuna müraciət etmiş və məhkəmənin təşəbbüsü ilə göstərilən prokurorluq orqanında araşdırma aparılmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin iddia etdiyi hallarla bağlı məhkəmə tərəfindən Nərimanov rayon prokurorluğuna müraciət edildikdən sonra aparılmış araşdırmanın nəticəsi barədə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmaları barədə toplanmış 07-C-23 saylı material üzrə fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov rayon prokurorluğu belə nəticəyə gələrkən təqsirləndirilən şəxslərin barəsində keçirilmiş ekspertiza tədqiqatına dair xx.xx.2023-cü il tarixli 82 nömrəli və 83 nömrəli ekspertiza rəylərinə əsaslanmışdır. Belə ki, qeyd edilən rəylərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədən səthində onların tutulduğu günə, yəni xx.xx.2022-ci il tarixə təsadüf edən hər hansı xəsarət izi aşkar edilməmişdir. Məhkəmənin təşəbbüsü ilə prokurorluq orqanında aparılmış araşdırmanın nəticəsinə görə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə müalicə müəssisəsinə yerləşdirilməsinə səbəb olmuş halın, habelə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə mədəsində metal aşkar olunmasının səbəbinin döyülmə və işgəncənin təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. Bu həm də ona görə mümkün olmamışdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə isitntaq təcridxanasına keçirilmişlər və yalnız bundan təxminən 1 (bir) həftə sonra yuxarıda göstərildiyi kimi onlar müalicə müəssisəsinə köçürülmüşlər. Yəni onlar saxlanıldıqdan sonra müalicə müəssisəsinə köçürülənədək polis əməkdaşları tərəfindən döyülmələri və işgəncəyə məruz qalmaları barədə heç bir orqana müraciət etməmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təbriz Rahamnov və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının gedişində verdikləri yeni ifadələri, yəni tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyülmələri və işgəncə altında etirafedici ifadələr vermələri həqiqəti əks etdirmir. Buna baxmayaraq, müdafiə tərəfi Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarını məhkəmə nəzarəti qaydasında mübahisələndirmək istədiyindən məhkəmə qeyd edilən hissədə nəticəni gözləmək məcburiyyətində qalmışdır. Sonradan məhkəməyə daxil olmuş məhkəmə qərarından məlum olmuşdur ki, Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından verilmiş şikayət təmin edilmiş və nəticədə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Təqsirləndirilən şəxs1 nisbətdə qanunsuz hesab edilməklə ləğv edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(05)- 131/2023 saylı qərarı ilə 2 (iki) məsələyə aydınlıq gətirilmişdir. Birincisi odur ki, həmin qərar ilə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi təsdiq olunmamış və ona görə də onun barəsində əlavə araşdırmanın aparılması qərara alınmamışdır. İkincisi isə odur ki, həmin qərar yalnız Təqsirləndirilən şəxs1 şamil edilmiş və məhz ona nisbətdə əlavə araşdırmanın aparılması nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə yenidən Nərimanov rayon prokurorluğunda Təqsirləndirilən şəxs1 nisbətdə əlavə araşdırmanın aparılaraq bu hissədə nəticəni gözləmək məcburiyyətində qalmışdır ki, bu da kifayət qədər uzun müddət tələb etmişdir. Nərimanov rayon prokurorluğunun əlavə araşdırma aparması nəticəsində xx.xx.2023-cü il tarixdə yenidən cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Nərimanov rayon prokurorluğu bu barədə qərarın çıxarılmasını digər sübutlarla yanaşı, həmçinin xx.xx.2023-cü il tarixli 82 və 83 saylı ekspertiza rəyləri ilə əsaslandırmışdır. Bu hissədə qeyd edilməlidir ki, prokurorluq orqanının göstərilən məzmunda qəbul etdiyi prosessual qərarlar Azərbaycan Respublikası CPM-nin müddəalarına əsasən dəfələrlə yuxarı prokuror və məhkəmə nəzarəti qaydasında ləğv edilə bilər və bu kimi hallar əlavə araşdırmanın aparılmasına, bununla da cinayət işinin uzun müddət ərzində məhkəmədə baxılmasına səbəb ola bilər. Bu hallar isə prosessual qənaət prinsipinə ziddiyyət təşkil edir. Qeyd edilməlidir ki, müdafiə tərəfi bir neçə dəfə məhkəmədə vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs1 “Kəskin qarın” diaqnozunun səbəbinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi və komisyon məhkəmə-tibbi ekspertizaların keçirilməsini xahiş etmişdir. Məhkəmə isə qeyd edilən vəsatətləri əsassız hesab edərək həmin vəsatətləri təmin etməmişdir. Məhkəmə göstərilən vəsatətləri təmin etməyərkən ilk növbədə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsini rəhbər tutmuşdur. Belə ki, həmin normanın tələbinə əsasən məhkəmə cinayət işinə irəli sürülmüş ittiham həddində baxaraq iş üzrə nəticəyə gəlir. Təqsirləndirilən şəxs1 tutulduqdan sonrakı müddət ərzində “Kəskin qarın” diaqnozu ilə müalicə müəssisəsinə aparılması və orada cərrahiyyə əməliyyatına məruz qalması hallarının aydınlaşdıırlması və buna hüquqi qiymət verilməsi isə CPM-nin 318.1-ci maddəsinə nisbətdə cinayət işinə irəli sürülmüş ittiham həddində baxılmasını istisna edir. Məhz bu səbəbdən məhkəmə hər iki təqsirləndirilən şəxsə aid tibbi sənədləri əldə edərək məhkəmə istintaqında tədqiq etmiş və nəticədə Nərimanov rayon prokurorluğuna müraciət edərək təqsirləndirilən şəxslərin döyülmələri və fiziki təzyiqə məruz qalmaları barədə araşdırmanın aparılmasını tələb etmişdir. Prokurorluq orqanında da bu hissədə araşdırma aparılmış və araşdırma zamanı keçirilmiş ekspertiza rəyləri ilə hər iki təqsirləndirilən şəxsin bədəni səthi üzərində onların tutulduğu günə, yəni xx.xx.2022-ci il tarixə təsadüf edən xəsarət izləri aşkar edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, yuxarıda göstərilən nəticə əsasında məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində xəsarət izləri aşkar edilmədiyindən onların polis əməkdaşları tərəfindən döyülmələri, işgəncəyə və sair formada qeyri-insani rəftara məruz qalmaları barədə nəticəyə gəlmək mümkün olmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülmələri və işgəncəyə məruz qalmaları barədə verdikləri ifadə yalan ifadə olduğundan mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələrdə iddia etdikləri halların həqiqət kimi qəbul edilməsi üçün ancaq onların ifadələri kifayət etmir. Məhkəmə onların iddia etdikləri halları (ifadələrində göstərdikləri halları) yalnız digər obyektiv sübutlarla təsdiq edildiyi halda həqiqət kimi qəbul edə bilər. Cinayət işinin materiallarında ibtidai istintaq orqanının gəldiyi nəticəni və ittihamla bağlı halları təkzib edəcək sübutlar olmadığından, bu məsələlərlə bağlı müdafiə tərəfi məhkəməyə yeni sübutlar təqdim etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri yalan ifadə kimi qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, ittiham qanuni və əsaslıdır. Məhkəmə belə nəticəyə gələrkən aşağıdakılara əsaslanmışdır: - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr və psixotrop maddələrin əldə etmələri, daşımaları, saxlamaları və satışı ilə məşğul olmaları barədə əməliyyat orqanına əməliyyat məlumatının daxil olması, - təqsirləndirilən şəxslərin barəsində əməliyyat orqanı tərəfindən qəbul edilmiş və səlahiyyətli vəzifəli şəxs tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyinin məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən təsdiq olunması, - təqsirləndirilən şəxslərin ifadələrində polis əməkdaşları tərəfindən döyülmələri və işgəncəyə məruz qalmaları barədə iddia etdiklərin dəlillərin məhkəmə istintaqında təsdiq edilməməsi, - təqsirləndirilən şəxslərin istifadəsində olmuş mobil telefonlara baxış keçirilməsi barədə protokollarda müxtəlif şəxslərin Təbriz və Pərvizə müxtəlif növdə, müxtəlif çəkidə, müxtəlif narkotik vasitələr və psixotrop maddələrin alınması barədə mesajlar yazması, həmin mesajların onların tutulduğu gündən bir neçə gün əvvələ, o cümlədən tutulduqları günə təsadüf etməsi, - yuxarıda göstərilən mesajların məzmununda müxtəlif şəxslərin bilavasitə Təbriz və Pərvizə onların adları ilə müraciət edərək jarqon terminlər vasitəsilə müxtəlif narkotik vasitələr və psixotrop maddələr istəməsi, - şəxsi axtarış və mənzildə axtarış aparılması zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququnun təmin edilməsi, yəni qeyd edilən prosessual hərəkətlərdə onların müdafiəçilərinin iştirak etməsi, - şəxsi axtarış və mənzildə axtarış aparılmasını əks etdirən videogörüntülərdə təqsirləndirilən şəxslərə bu və ya digər formada fiziki və sair təzyiqin edilməməsi, - aşkarlanmış vasitə və maddələrin külli miqdarda, bir neçə bağlamada və növdə olması, - külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələrlə yanaşı, həmçinin 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi, - ibtidai araşdırma zamanı, eləcə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin “Əmi” ləqəbli şəxsi tanımaları, sonuncunun onlara narkotik vasitə və psixotrop maddələrin olduğu yerlərin şəkillərinin çəkib atması, təqsirləndirilən şəxslərin də həmin narkotik vasitə və psixotrop maddələri deyilmiş və izahı verilmiş yerlərdən gedib götürmələri, habelə lazım olduqda onların həmin vasitə və maddələrdən istifadə etmələri barədə vermiş olduqları məlumatlar, - mənzildən külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin olduğu yerdən 24.480 manat məbləğində pul vəsaitinin aşkar edilməsi, həmin pulun psixotrop maddəyə skoçla bağlanması və birlikdə saxlanılması, - 24.480 manat məbləğində pulun təqsirləndirilən şəxslərin nənəsi tərəfindən yığılmasının və onlara verilməsinin inandırıcı olmaması (müdafiə tərəfi həmin pulun təqsirləndirilən şəxsin nənəsinə məxsus olması, hansı vesait hesabına nənəsinin həmin məbləğdə pul yığması, hansı tarixdə və hansı məqsədlə onlara verilməsi barədə ağlabatan dəlil irəli sürə bilmədi, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi). Göstərilən hissədə təqsirləndirilən şəxslər iddia etmişlər ki, onlar kirayədə yaşadıqlarından nənələri öz təqaüdü hesabına, eləcə də ev şəraitində müxtəlif meyvə və tərəvəzləri tədarük etməklə pul yığmış və sonradan həmin pulu mənzil almaq üçün onlara vermişdir. Pul vəsaitinin mənzildən aşkar edilmiş psixotrop maddəyə skoçla bağlanmış vəziyyətdə aşkar edilməsi təqsirləndirilən şəxslərin iddia etdikləri halın yalan olmasına dəlalət edir. Yuxarıda göstərilən nəticə bir daha ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının gedişində əvvəlki ifadələrindən fərqli məzmunda ifadə verməklə qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da məsuliyyətdən yayınmaq məqsədi güdmüşlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin iddia etdikləri dəlillərin həqiqət olmasını müəyyən etmək mümkün olmadığından, ibtidai araşdırma zamanı toplanılmış sübutların həqiqiliyinə və mötəbərliyinə şübhə yaradacaq hallar məhkəmə istintaqında müəyyən edilmədiyindən, toplanılmış sübutlar ittihamın qiymətləndirilməsinə kifayət etdiyindən məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə araşdırması nəticəsində sübutetmə mərhələsində ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi sübutlar nəticəsində hasil olunmuş nəticədən fərqli nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər məhkəmə istintaqında vermiş olduqları ifadələrdə irəli sürülmüş ittiham üzrə halları mübahisələndirsələr də, şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə müdafiəçilərinin iştirakı və videoçəkiliş vasitəsi ilə keçirilmiş prosessual hərəkətlər zamanı onlarda ayrı-ayrılıqda aşkarlanmış narkotik vasitənin növünü, həmin vasitənin olduğu bükümlərin sayını, çəkisini, eləcə də mənzildən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin növünü, çəkisi, saxlanıldıqları bağlamaların sayını və iş üçün sair əhəmiyyət kəsb edən halları mübahisələndirməmişlər. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, başqa sözlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışlar. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində məhz onlar təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki olaraq evli olmalarını, hər birinin himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, ailədə yeganə qazanc gətirən şəxs olmalarını, Təqsirləndirilən şəxs2 vərəm xəstəliyindən əziyyət çəkməsini hər birinə nisbətdə cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cinayətlərin sadə residivini cəzanı ağırlaşdıran hal kimi məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, onlar ayrı-ayrılıqda qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələrinə baxmayaraq, cəzadan azad olunduqdan sonra məhkumluqları ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişlər. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində ödənilməmiş məhkumluğu olsa da, onun çəkilməmiş cəzası qalmamışdır. Lakin Təqsirləndirilən şəxs1 üzərində 3.400 manat məbləğində ödənilməmiş cərimə cəzası var. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən onun üzərində 3.400 manat məbləğində çəkilməmiş cərimə cəzasının qalması mütləq qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə əsasən təyin edilməli, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə cəza həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə əsasən təyin edilməli və təyin ediləcək cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 3.400 manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq azadlıqdan mərhum etmə cəzası və cərimə cəzası təyin edilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cərimə cəzası müstəqil icra olunmalıdır. Belə ki, Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli tutulduqları vaxtdan, yəni 25 may 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan 20 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 3360 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa, cinayət işində olan 20 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 3374 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi BMCBİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,717 qram təşkil edən narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,100 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3649,8 qram təşkil edən narkotik vasitə heroin, 229,8 qram təşkil edən psixotrop maddə metamfetamin, 1549,8 qram təşkil edən narkotik vasitə tiryək, 380 ədəd metadon həbi və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini, mənzildə axtarışı özündə əks etdirən 2 (iki) ədəd DVD disk və 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış 2 (iki) ədəd mobil telefon Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 178 (yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Xüsusi müsadirə edilməli olan əmlaka gəldikdə isə məhkəmə hesab edir ki, mənzildə axtarış aparılarkən və külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə ilə yanaşı, həmçinin 24.480 manat məbləğində pul vəsaiti aşkar edildiyindən, həmin pul vəsaitinin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsindən hasil olunmuş pul vəsaitinə aid olduğu məhkəmə istintaqında sübuta yetirildiyindən məhkəmə hesab edir ki, 24.480 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlak olduğundan həmin pul vəsaiti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(057)-105/2018 saylı hökmü ilə təyin edilmiş 3.400 (üç min dörd yüz) manat cərimə cəzasına tam birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.400 (üç min dörd yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 3.400 (üç min dörd yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCBİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,717 qram təşkil edən narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,100 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3649,8 qram təşkil edən narkotik vasitə heroin, 229,8 qram təşkil edən psixotrop maddə metamfetamin, 1549,8 qram təşkil edən narkotik vasitə tiryək, 380 ədəd metadon həbi və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini, mənzildə axtarışı özündə əks etdirən 2 (iki) ədəd DVD disk və 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, maddi sübut kimi tanınmış 2 (iki) ədəd mobil telefon Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan şöbəsinə təhvil verilmiş 24.480 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsaəsn xüsusi müsadirə qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-233/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-233/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver