Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2330/2023 28.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 12:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsın, onun müdafiəçisi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, 27 iyul 1983-cü il tarixdə Çin Xalq Respublikasının Sichuan şəhərində anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-yə məxsus metal tökmə müəssisəsində qəlibçi işləmiş, Çin Xalq Respublikasının Sichuan şəhəri, Mao parkı rayonu, 4-cü bölgə, 2-ci ev, 17-ci binada qeydiyyata olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika küçəsi ev 3-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Çin Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsn qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirib ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının 13-dən 14-nə keçən gecə saat 00:30 radələrində arvadı Gu Yongqiong və iş yoldaşları ilə birgə yaşadıqları ünvan 1 ünvanda yerləşən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus metal tökmə müəssisəsinin ərazisindəki yataqxananın sanitar qovşağının çıxışındakı dəhlizdən arvadı Gu Yongqiongun qışqıraraq onu köməyə çağırdığını eşidib, yataq otağından dəhlizə çıxaraq həmin yataqxanada yaşayan iş yoldaşı, Çin Xalq Respublikasının vətəndaşı Zərərçəkmiş şəxsn alt paltarında arvadı Gu Yongqiongu qucaqladığını görüb, sonuncunu buraxmasını tələb etdikdə, Pan Yuanliang onun ünvanına nalayiq ifadələr işlətdikdən sonra Pan Yuanliangla aralarında baş vermiş mübahisə və münaqişə zamanı o, qısqanclıq zəminində, qisas almaq niyyəti ilə döşəmədə olan təsərrüfat-məişət təyinatlı metal borunu götürüb, həmin boru ilə Zərərçəkmiş şəxsn baş nahiyyəsindən 2 dəfə, sinə nahiyyəsindən isə 1 dəfə vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərini daşıyan baş beyin kəskin əzilməsi, sol alın-təpə-gicgah nahiyyəsinin kəskin subdural hematoması, baş beyinə, qişlarına və mədəciklərinə qansızma ilə müşayiət olunan sol gicgah-təpə sümüklərinin xətti sınığı, sol təpə və sol gicgah-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sağ almacıq nahiyyəsinin döş qəfəsinin ön səthinin və ön-sol nahiyyələrinin, sol saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları və sol əlin İİİ barmağının arxa səthinin qançırları xəsarətlərini yetirmiş, Pan Yuanliang isə 17 iyul 2023-cü il tarixdə müalicə olunduğu Respublika Neyrocərrahiyə Xəstəxanasında saat 23:50 radələrində onun yetirdiyi və ölümü ilə bilavasitə səbəbli əlaqədə olan sol gicgah-təpə sümüyünün xətti sınığı, sol alın-təpə nahiyyəsinin kəskin subdural hematoması ilə müşayiət olunan baş beyinə və onun qişlarına və mədəciklərinə qansızma ilə nəticələnən başın ağır küt travması xəsarətlərindən ölmüş, bununla da o, Zərərçəkmiş şəxsn ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, xx xxxx 1987-ci il tarixdə Çin Xalq Respublikası Sichuan şəhərində anadan olmuş, Çində olarkən iki dəfə evlənmiş, arvadı Gu Yongqionq ilə birlikdə həmin şəhərdə, Kuigecun küçəsi ev 14, mənzil 34-də yaşamış, Çin Xalq Respublikasından Bakı şəhərinə təyyarə ilə 13 mart 2023-cü il tarixdə arvadı ilə birlikdə gəlmişdir. O, 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşməklə ona Azərbaycan Respublikasında yaşamaq icazəsi verilmiş, arvadı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşamışlar. Həmin yerdə o, elektrik mühəndisi, arvadı isə aşbaz kimi işləmişdir. Həmin zavodun ərazisindəki yataqxanada onlardan başqa Çin Xalq Respublikasının digər vətəndaşları Jian Xianfun, Şahid2, Şahid3, Jiang Yindong, Yuanliang Pan, Weigang Liu onunla birlikdə həmin yataqxanada ayrı-ayrı otaqlarda yaşamışlar. Onları Bakı şəhərinə işləməyə gətirən Pan Yuanliang olmuş, hamısı işə saat 08:00-da başlamış, saat 17:00-da işdən çıxmışdır. Yuanliang Pan iş yoldaşı olmuş və teztez sərxoş vəziyyətdə olmaqda xarakterizə edilmiş, 13 iyul 2023-cü il tarixdə axşam saat 10-da arvadı ilə birlikdə yataqxanada yatmış, qaldıqları yataqxanada cəmi bir tualet olduğundan 14 iyul 2023-cü il tarixdə gecə saat 00:20-də arvadı tualetə getmək üçün otaqdan çıxmış, o isə telefonu otağı işıqlandırmaq üçün arvadına vermişdir. Bir müddət sonra koridorun sonundakı tualetdən arvadının səsi gəldiyini eşitmiş, buna görə də koridora çıxmış, koridora çıxan zaman iş yoldaşı Panın yalnız alt paltarında, əynində mayka olmadan, sərxoş vəziyyətdə koridorda olduğunu, arvadını qucaqlamaq istədiyini görmüşdür. Pandan arvadını buraxmasını istəmiş, Pan isə arvadını buraxmamış, bu zaman Panla onun arasında sözlü mübahisə baş vermiş, Pan ilk olaraq onu yumruq zərbəsi ilə vurmuş, o da Pana qarşılıq vermişdir. Panla əlbəyaxa dalaşan zaman Pan yerdən dəmir parçası götürərək onu vurmuş və o da bunun qarşılığında süpürgə götürərək, Pana zərbə endirmiş, həmin dəmiri Panın əlindən almağa çalışmışdır. Həmin dəmir parçasını Panın əlindən aldıqdan sonra Pan yenidən yerdən başqa bir dəmir parçası götürərək ona hücum etmiş və bu zaman o, məcbur qalaraq Panın əlindən aldığı dəmir parçası ilə Pana zərbə endirmişdir. O, həmin zaman həyəcanlı olduğundan Pana neçə dəfə zərbə endirdiyini bilməmişdir. Bundan sonra Yuanliang Pan yerə yıxılmış və həmin vaxt huşsuz vəziyyətdə olmuş, Pan yerə yıxıldıqdan sonra yataqxanada qalan Jian Xianfun, Şahid2, Şahid3, Jiang Yindong, Weigang Liu koridora çıxmış, həmin şəxslərin hamısı hadisə törədiləndən sonra koridora çıxmış və onların heç biri hadisəni görməmişlər. Həmin vaxt Çin Xalq Respublikasında olan müdirləri Guna Yungqiounga zəng etmiş, o isə Elxan adlı şəxsə məlumat vermiş, hadisə yerinə təcili yardımın gəlməsini gözləyərək, yaralı vəziyyətdə olan Pana kömək etmiş, daha sonra təcili yardım qrupu gəlmiş və onlar Panı xəstəxanaya aparmışlar. O, azərbaycan dilini bilmədiyi üçün təcili yardımı dərhal çağıra bilməmişdir. Zərərçəkmiş şəxs vurmaqda məqsədi arvadını təcavüzdən qorumaq olmuşdur. X5 öz hərəkətlərinə davam edərək, onun özünə zərbələr endirdiyi üçün o, məcbur qalaraq özünü müdafiə etmişdir. Həyəcanlı vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxsn hansı nahiyyəsindən zərbə vurduğunu anlamamışdır. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Pan yerə yıxıldıqdan sonra o, Pana kömək etməyə çalışmışdır. O, sonradan Panın öldüyünü eşitmiş və buna görə dərin sarsıntı keçirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Yang Guangying ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 27 oktyabr 1975-ci il tarixdə Çin Xalq Respublikasının Chongqınq şəhərində anadan olmuş, Pan Yuanliang əri olmuş, əri ilə 1997-ci ildə nigaha girmişlər, birgə nigahlarından bir oğlan övladları var, onlar birlikdə X3 yaşamış, əri təxminən 9 ilə yaxındır ki, Azərbaycan Respublikasında işləyir, özü də daha əvvəl bir dəfə 2016-cı ildə Azərbaycan Respublikasında olmuş, əri xasiyyətcə mülayim və yaxşı adam olmuş, onun ölümü onu və ailəsini kədərləndirmiş, qardaşı da keçən il vəfat etdiyindən ərinin rəhmətə getməsi onu daha da sarsıtmış, ona görə də işin daha ədalətli araşdırılmasını xahiş edir. Əri sonuncu dəfə Azərbaycana bu ilin iyun ayında gəlmiş və Çin Xalq Respublikasından olan digər şəxslər ilə birlikdə bir zavodda işləmiş, sonuncu dəfə əri ilə 13 iyul 2023-cü il tarixdə danışmışdır. Çinlə Azərbaycan arasında saat fərqi olduğuna görə və danışdıqları vaxt Azərbaycanda axşam vaxtı olduğuna görə sonradan əri ilə danışmamış, əri sonuncu dəfə onunla danışan zaman ərinin əhval ruhiyyəsi yaxşı olmuşdur. Hadisə haqda sonradan məlumatı olmuş, baş vermiş hadisəni həmin yataqxanada yaşayan digər həmyerlilərindən öyrənmiş, ona görə də 16 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş, ərinin xəstəxanada ölməsini isə 17 iyul 2023cü il tarixdə bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 Xalq Respublikasında olduğundan onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamış, məhkəmə iclasında onunla telefon əlaqəsi yaradılmış, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gu Yongqionq ifadəsində göstərdi ki, xx xxxx 1987- ci il tarixdə Çin Xalq Respublikası Sichuan şəhərində anadan olmuş, Çində olarkən əri Təqsirləndirilən şəxsla birlikdə həmin şəhərdə Kuigecun küçəsi, ev 14 mənzil 34-də yaşamışlar. Çin Xalq Respublikasından Bakı şəhərinə 13 mart 2023-cü il tarixdə təyyarə ilə birlikdə gəlmiş, 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatda düşmüşlər. Bundan sonra onlara yaşamaq icazəsi verilmiş, o, əri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşamışlar. O, orada aşbaz işləmiş, əri isə Polad əritmə zavodunda elektrik mühəndisi vəzifəsində işləmiş, onlardan başqa həmin zavodun ərazisindəki yataqxanada iş yoldaşları Jian Xianfun, Şahid2, Şahid3, Jiang Yindong, Yuanliang Pan, Weigang Liu onlarla birlikdə həmin yataqxanada ayrı-ayrı otaqlarda yaşamışlar. Onları Bakı şəhərinə işləməyə gətirən Pan Yuanliang olmuş, hamısı işə saat 08:00-da başlamış, saat 17:00-da isə işdən çıxmış, mərhum Yuanliang Pan daha əvvəllər də ona sataşmış, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Yuanliang Pan hətta onun «whatsapp» nömrəsinə də bu haqda yazmış, lakin o, həmin məsajları silmiş, Yuanliang Pan 12 iyul 2023-cü il tarixdə onların yaşadıqları evə gəlmiş və onu qucaqlamaq istəmiş, lakin o, Yuanliang Pana bunu etməyə icazə verməmiş və bu hadisə haqqında əri Təqsirləndirilən şəxsa elə həmin gün demiş, əri Təqsirləndirilən şəxsın bu barədə Yuanliang Pana nə deyib demədiyini bilmir. O, 13 iyul 2023-cü il tarixdə axşam saat 10 radələrində əri ilə birlikdə yatmış, qaldıqları yataqxanada cəmi bir tualet olduğundan o, 14 iyul 2023-cü il tarixdə gecə saat 00:20 radələrində tualetə getmək üçün otaqdan çıxmış, həmin vaxt əri Təqsirləndirilən şəxs ona telefon verərək dəhlizi işıqlandırmasını istəmiş, o, tualetə girdikdən sonra qapını bağlamış, tualetdən çıxan zaman o, Yuanliang Panın tualetin qapısının qarşısında olduğunu görmüşdür. Həmin vaxt Yuanliang Pan onu sevdiyini, onunla cinsi əlaqədə olmaq istədiyini bildirirmiş, Yuanliang Pan ona arvadının uzaqda olmasını, arvadsız qaldığını bildirmiş, Yuanliang Pan həmin vaxt içkili olmuş, o, bunu Yuanliang Panın hərəkətlərindən, davranışından və danışığından bilmiş, Yuanliang Pan onu qucaqlayaraq öpmək istədikdə o, qışqırmışdır. X2 əl çəkmək istəməmiş, onun səsinə əri Təqsirləndirilən şəxs koridora çıxmış, əri Yuan Təqsirləndirilən şəxsliang Pandan nə etdiyini soruşduqda Yuanliang Pan heçnə deməmiş, həmin vaxt Yuanliang Panın əynində yalnız trusik olmuşdur. Əri Yuan Təqsirləndirilən şəxsliang Pandan onu buraxmasını istəmiş, sonra əri Yuan Təqsirləndirilən şəxsliang Pana yumruq vurmuş, həmin yumruq Yuanliang Panın sinəsinə dəymiş, Yuanliang Pan həmin vaxt onu itələyərək buraxmış, daha sonra əri Təqsirləndirilən şəxsla Yuanliang Pan əlbəyaxa dalaşmış, Pan Yuanliang yerdən dəmir parçası götürərək, ərini vurmağa başlamış, həmin vaxt əri Təqsirləndirilən şəxs süpürgəni əlinə alaraq Yuanliang Panı vurmuş, həmin dəmir aləti Panın əlindən almışdır. Bundan sonra Pan Yuanliang yerdən daha bir dəmir parçası götürərək, onun əri Təqsirləndirilən şəxsa hücum etmiş və bu zaman əri Təqsirləndirilən şəxs məcbur qalaraq əlindəki dəmirlə Pan Yuanlianga zərbə endirmişdir. Yuanliang Pan yerə yıxıldıqdan sonra koridora orada olan Jian Xianfun, Şahid2, Şahid3, Jiang Yindong, Weigang Liu həmin vaxt koridora çıxmışlar, həmin şəxslərin hamısı hadisə törədiləndən sonra koridora çıxmış, yəni heç biri hadisəni görməmişlər. O, həmin vaxt müdirləri Guna Yungqiounga zəng etmiş, həmin vaxt artıq Yuanliang Pan huşsuz vəziyyətdə yerdə olmuş, daha sonra Elxan adlı şəxsə məlumat verilmiş, həmin vaxt hadisə yerinə artıq təcili yardım qrupu gəlmiş, Yuanliang Pan xəstəxanaya aparılmış, əri Təqsirləndirilən şəxs isə polis idarəsinə getmişdir. Pan Yuanliang yerə yıxıldıqdan sonra əri Təqsirləndirilən şəxs onu vurmağa davam etməmişdir. Pan Yuanliang xəstəxanada olan zaman gedib ona baş çəkmək istəsələr də onun yanına buraxılmamışlar. Zərərçəkmiş şəxsn ölməsi onlara pis təsir etmişdir. Pan Yuanliang əvvəllər ona təcavüz etməyə cəhd etməmiş, lakin, ondan xoşu gəldiyini, onunla cinsi əlaqədə olmaq istədiyini mesajla yazmış, o, Pan Yuanlianga sərt cavab verdikdən sonra Pan Yuanliang bu barədə heç kimə deməməsini, mesajları silməsini xahiş etmiş, bir daha onu narahat etməyəcəyinə söz vermiş və o, Pana inanaraq mesajları silmişdir. Əri Təqsirləndirilən şəxsla ölən şəxs Pan Yuanliang in arasında əvvəllər hər hansı münaqişə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Liu Weiqinag ifadəsində göstərdi ki, 21 fevral 1973-ci il tarixdə Çin Xalq Respublikası Henan şəhərində anadan olmuş, Çində olarkən həmin şəhərdə yaşamış, Çin Xalq Respublikasından sonuncu dəfə Bakı şəhərinə 20 mart 2023-cü il tarixdə təyyarə ilə gəlmişdir. Onu Bakı şəhərində işləməyə Yuanliang Pan dəvət etmiş, Bakı şəhərində onun kimi çoxlu çinli işləmiş, o, Azərbaycana gələn zaman Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşərək burada müvəqqəti yaşamaq icazəsi almış, onun müvafiq sənədlərini Yuanliang Pan düzəltmiş, buna görə də o, Yuanliang Panın təşkilatçılığı ilə Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanada yaşayaraq həmin zavodda işləmiş, onlar həmin zavodda dəmir əritmə işi ilə məşğul olmuşdur. Ondan başqa həmin zavodun ərazisindəki yataqxanada iş yoldaşları Şahid2, Jiang Yindong, Yuanliang Pan, Təqsirləndirilən şəxs, Jian Xianfu, Liu Weigang qalmışalr və həmin zavodda işləmişlər. Təqsirləndirilən şəxsın arvadı Gu Yongqiong isə onlara ənənəvi çin yeməkləri bişirmək üçün yataqxanada aşpaz kimi işləmiş, onları Bakı şəhərinə işləməyə gətirən Pan Yuanliang olmuş, işə saat 08:00-da başlamış, saat 17:00-da isə işdən çıxmışlar. 13 iyul 2023-cü il tarixdə o, yataqxanada qaldığı otaqda Jaing Yindong və Xu Min ilə birlikdə yatmış, gecə saat 00:30 radələrində qaldıqları yerin yataqxanasından möhkəm səs küy gəldiyini eşidərək digər işçilər kimi oyanıb koridora çıxmış, koridora çıxarkən Yuanliang Panın yerdə uzanıqlı vəziyyətdə olduğunu, başından qan axdığını və Təqsirləndirilən şəxsın əlində dəmir boru olduğunu görmüşdür. Təqsirləndirilən şəxsın dəmir boru ilə Yuanliang Panı vurmasını başa düşmüş, həmin vaxt Gu Yongqiong telefonla müdirlərinə yığaraq hadisə haqqında məlumat vermiş, hadisə yerinə Elxan müəllim gəlmiş, hadisədən sonra Təcili Yardım maşınına zəng edilmiş, Təcili yardım maşını yataqxanaya gəlib Yuanliang Panı yerdən xüsusi tibbi yatağa qoyaraq xəstəxanaya aparmış, Yuanliang Pan 2 gün xəstəxana qaldıqdan sonra 18 iyulda xəstəxanada ölmüş, hadisənin bilavasitə şahidi olmasa da hadisənin X6 Tiangangın arvadı Gu Yongqionga sataşması zəminində baş verməsini eşitmiş, koridora çıxan vaxt Yuanliang Pan huşsuz vəziyyətdə yerdə olmuş, Təqsirləndirilən şəxs özü dəmirlə Yuanliang Panı vurduğunu, Yuanliang Panın arvadı Gu Yongqionga sataşdığını onlara bildirmiş, sonradan o, hadisənin X6 Tiangangın arvadı Gu Yongqiongu tualetdən çıxan zaman qucaqlaması səbəbindən baş verməsini öyrənmiş, daha doğrusu X6 Tiangangın arasında həmin vaxt mübahisə olmuş və Təqsirləndirilən şəxs dəmir parçası ilə Yuanliang Panın başından vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 13 yanvar 1987-ci il tarixdə Çin Xalq Respublikası Hebei şəhərində anadan olmuş, Çində olarkən həmin şəhərdə yaşamış, Çin Xalq Respublikasından Bakı şəhərinə 30 aprel 2023-cü il tarixdə təyyarə ilə gəlmiş, onu Bakı şəhərində işləməyə Yuanliang Pan adlı çinli dəvət etmiş, Bakı şəhərində onun kimi çoxlu çinli işləmiş, o, Azərbaycana gələn zaman Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşərək burada müvəqqəti yaşamaq icazəsi almış, onun müvafiq sənədlərini Yuanliang Pan düzəltmiş, buna görə də o, Yuanliang Panın təşkilatçılığı ilə Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşayaraq həmin zavodda işləmiş, onlar zavodda dəmir əritmə işi ilə məşğul olmuş, ondan başqa həmin zavodun ərazisindəki yataqxanada iş yoldaşları Jian Xianfun, Şahid3, Jiang Yindong, Yuanliang Pan, Weigang Liu, Təqsirləndirilən şəxs qalmışlar və həmin zavodda işləmişlər. Təqsirləndirilən şəxsın arvadı Gu Yongqiong isə onlara ənənəvi çin yeməkləri bişirmək üçün yataqxanada aşpaz kimi işləmiş, onları Bakı şəhərinə işləməyə gətirən Pan Yuanliang olmuş, onlar hamısı işə saat 08:00-da başlamış və saat 17:00-da işdən çıxmış, 13 iyul 2023-cü il tarixdə o, yataqxanada qaldığı otaqda yatmış, həmin otaqda onunla birlikdə 3 nəfər işçi yatmış, gecə saat 00:30 radələrində o, qaldıqları yataqxananın koridorundan möhkəm səs-küy gəldiyini eşitmiş, buna görə də o, digər işçilər kimi oyanaraq koridora çıxmışdır. Koridora çıxan zaman o, artıq Yuanliang Panın yerə uzanmasını, başından qan axmasını və Təqsirləndirilən şəxsın əlində dəmir boru olduğunu görmüş, o, Təqsirləndirilən şəxsın dəmir boru ilə Yuanliang Panı vurmasını anlamış, həmin vaxt Gu Yongqiong telefonla müdirlərinə yığaraq hadisə haqqında məlumat vermiş, hadisə yerinə Elxan müəllim gəlmiş, hadisədən sonra Təcili Yardım maşınına zəng edilmiş və Təcili yardım maşını yataqxanaya gəlmiş və Yuanliang Pan yerdən xüsusi tibbi yatağa qoyularaq xəstəxanaya aparılmış, Yuanliang Pan 2 gün xəstəxana qaldıqdan sonra 18 iyulda xəstəxanada ölmüşdür. O, hadisənin bilvasitə şahidi olmasa da hadisənin X6 Tiangangın arvadı Gu Yongqionga sataşması zəmnində mübahisə vaxtı baş verməsini eşitmiş, o, koridora çıxan vaxt Yuanliang Pan huşsuz vəziyyətdə olmuş, o, Jian Xianfun və Weigang Liu hadisə törədiləndən sonra koridora çıxmışlar, Yuanliang Panı yerdə yıxılmış, huşsuz vəziyyətdə görmüşlər, onlar koridorda olan zaman Təqsirləndirilən şəxs özü dəmirlə Yuanliang Panı vurmasını, Yuanliang Panın arvadı Gu Yongqionga sataşmasını bildirmiş, sonradan o, hadisənin X6 Tiangangın arvadı Gu Yongqiongu tualetdən çıxan zaman qucaqlaması səbəbindən baş verməsini öyrənmiş, X6 Tiangangın arasında həmin vaxt mübahisə olmuş və Təqsirləndirilən şəxs dəmir parçası ilə Yuanliang Panın başından vurmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 12 fevral 1979-cu il tarixdə Çin Xalq Respublikası Heilongjiang şəhərində anadan olmuş, Çində olarkən həmin şəhərdə yaşamış, o, ilk dəfə Bakı şəhərinə keçən il gəlmiş, həmin vaxt Suraxanıda adını bilmədiyi zavodda istehsalata cavabdeh şəxs kimi işləmiş, Çin Xalq Respublikasından sonuncu dəfə Bakı şəhərinə 30 aprel 2023-cü il tarixdə təyyarə ilə gəlmiş, onu Bakı şəhərində işləməyə Yuanliang Pan adlı çinli dəvət etmişdir. Bakı şəhərində onun kimi çoxlu çinli işləmiş, o, Azərbaycana gələn zaman Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatda düşərək, burada müvəqqəti yaşamaq icazəsi almış, onun müvafiq sənədlərini Yuanliang Pan düzəltmiş, buna görə də o, Yuanliang Panın təşkilatçılığı ilə Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşayaraq həmin zavodda işləmiş, onlar zavodda dəmir əritmə işi ilə məşğul olmuş, ondan başqa həmin zavodun ərazisindəki yataqxanada iş yoldaşları Jian Xianfun, Şahid2, Jiang Yindong, Yuanliang Pan, Weigang Liu, Təqsirləndirilən şəxs qalmışlar və həmin zavodda işləmişlər. Təqsirləndirilən şəxsın arvadı Gu Yongqiong isə onlara ənənəvi çin yeməkləri bişirmək üçün yataqxanada aşpaz kimi işləmiş, onları Bakı şəhərinə işləməyə gətirən Pan Yuanliang olmuş, onların hamısı işə saat 08:00-da başlamış və saat 17:00-da işdən çıxmış, 13 iyul 2023- cü il tarixdə o, yataqxanada qaldığı otaqda yatmış, həmin otaqda onunla birlikdə 3 nəfər işçi yatmış, gecə saat 00:30 radələrində qaldıqları yataqxananın koridorundan möhkəm səs-küy gəldiyini eşitmiş, buna görə də digər işçilər kimi oyanaraq koridora çıxmışdır. Koridorda artıq Yuanliang Panın yerə uzandığını, başından qan axdığını, Təqsirləndirilən şəxsın isə əlində dəmir boru olduğunu görmüş, Təqsirləndirilən şəxsın dəmir boru ilə Yuanliang Panı vurmasını anlamış, Həmin vaxt Gu Yongqiong telefonla müdirlərinə yığaraq hadisə haqqında məlumat vermiş, hadisə yerinə Elxan müəllim gəlmiş, hadisədən sonra X7 zəng edilmiş, Təcili yardım maşını yataqxanaya gəlmiş və Yuanliang Pan yerdən götürülüb xüsusi tibbi yatağa qoyularaq xəstəxanaya aparılmış, Yuanliang Pan 2 gün xəstəxana qaldıqdan sonra 18 iyulda xəstəxanada ölmüşdür. O, hadisənin bilavasitə şahidi olmasa da hadisənin X6 Tiangangın arvadı Gu Yongqionga sataşması zəmnində olan mübahisə vaxtı baş verməsini eşitmiş, o, koridora çıxan vaxt Yuanliang Pan huşsuz vəziyyətdə olmuş, hadisə törədiləndən sonra koridora çıxmış və Yuanliang Panı yerdə yıxılmış, huşsuz vəziyyətdə görmüş və hadisəni görməmiş, koridorda olan zaman Təqsirləndirilən şəxs özü dəmirlə Yuanliang Panı vurduğunu, Yuanliang Panın arvadı Gu Yongqionga sataşdığını bildirmiş, sonradan o, hadisənin X6 Tiangangın arvadı Gu Yongqiongu tualetdən çıxan zaman qucaqlaması səbəbindən baş verdiyini öyrənmiş, X6 Tiangangla arasında həmin vaxt mübahisə olmuş və Təqsirləndirilən şəxs dəmir parçası ilə Yuanliang Panın başından vurmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş şahid Jian Xianfu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 03 noyabr 1967-ci il tarixdə Çin Xalq Respublikası Chongqing şəhərində anadan olmuş, Çində olarkən həmin şəhərdə yaşamış, Çin Xalq Respublikasından sonuncu dəfə Bakı şəhərinə xx.xx.2023-cü il tarixdə təyyarə ilə gəlmişdir. Onu Bakı şəhərində işləməyə Yuanliang Pan adlı çinli dəvət etmiş, Bakı şəhərində onun kimi çoxlu çinli işləmiş, o, Azərbaycana gələn zaman Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatda düşərək burada müvəqqəti yaşamaq icazəsi almış, onun müvafiq sənədlərini Yuanliang Pan düzəltmiş, buna görə də o, Yuanliang Panın təşkilatçılığı ilə Nizami rayonu, Keşlə ŞTQ, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşayaraq həmin zavodda işləmiş, onlar zavodda dəmir əritmə işi ilə məşğul olmuşlar, ondan başqa həmin zavodun ərazisindəki yataqxanada iş yoldaşları Şahid2 , Jiang Yindong, Yuanliang Pan, Weigang Liu, Təqsirləndirilən şəxs qalıb həmin zavodda işləmişlər. Təqsirləndirilən şəxsın arvadı Gu Yongqiong isə onlara ənənəvi çin yeməkləri bişirmək üçün yataqxanada aşpaz kimi işləmiş, onları Bakı şəhərinə işləməyə gətirən Pan Yuanliang olmuş, işə saat 08:00-da başlamış və saat 17:00-da işdən çıxmışlar. 13 iyul 2023-cü il tarixdə o, yataqxanada qaldığı otaqda yatmış, onunla birlikdə həmin otaqda Jaing Yindong və Xu Min də yatmış, gecə saat 00:30 radələrində o, qaldıqları yerin yataqxanasından möhkəm səs küy gəldiyini eşidib digər işçilər ilə birlikdə oyanaraq koridora çıxmış, koridora çıxan zaman o, artıq Yuanliang Panın yerdə uzandığını, başından qan axdığını, Təqsirləndirilən şəxsın isə əlində dəmir boru olduğunu görmüşdür. Təqsirləndirilən şəxsın dəmir boru ilə Yuanliang Panı vurmasını anlamış, həmin vaxt Gu Yongqiong telefonla müdirlərinə yığaraq hadisə haqqında məlumat vermiş, hadisə yerinə Elxan müəllim gəlmiş, sonra Təcili Yardım maşınına zəng edilmiş, Təcili yardım maşını yataqxanaya gəlmiş və Yuanliang Panı yerdən xüsusi tibbi yatağa qoyularaq xəstəxanaya aparılmış, Yuanliang Pan 2 gün xəstəxanada qaldıqdan sonra 18 iyulda ölmüş, o, hadisənin bilavasitə şahidi olmasa da hadisənin X6 Tiangangın arvadı Gu Yongqionga sataşması zəminində mübahisə vaxtı baş verməsini eşitmiş, o, koridora çıxan vaxt Yuanliang Pan huşsuz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs özü dəmirlə Yuanliang Panı vurduğunu, Yuanliang Panın arvadı Gu Yongqionga sataşdığını bildirmiş, sonradan o, hadisənin X6 Tiangangın arvadı Gu Yongqiongu tualetdən çıxan zaman qucaqlaması səbəbindən baş verməsini öyrənmiş, daha doğrusu X6 Tiangangın arasında həmin vaxt mübahisə olmuş və Təqsirləndirilən şəxs dəmir parçası ilə Yuanliang Panın başından vurmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru vəzifəsində işləyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 13 oktyabr 2022-ci il tarixli “Bakı Körpü Tünel ASC” ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən müəssisəni işlədir, həmin müəssisə müxtəlif qəlibli dəmir konstruksiyalar hazırlayaraq sənayedə istifadə olunmaq üçün müxtəlif şəxslərə satır. Müəssisədə dəmir konstruksiyalarla işləmək xüsusi bacarıq tələb etdiyindən müəssisə yalnız Çin Xalq Respublikası vətəndaşları olmaqla xüsusi bacarıqlara malik olan elektrik, dəmirçi və qalayçı işlərini bacaran şəxslər dəvət edərək onları işlədir. Bu işçiləri isə müəssisə tanımadığından Çin Xalq Respublikasının vətəndaşı olan Pan Yuanliangla aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli xidmət müqavilə əsasında həmin işçiləri Pan Yuanliang Azərbaycana dəvət edir. Pan Yuanliang uzun müddət Azərbaycan Respublikasında bu işlərlə məşğul olduğu üçün müəssisə həmin şəxslə xidmət müqaviləsi bağlamış, xidmət müqaviləsinin şərtlərinə əsasən müəssisə Pan Yuanliang bu işləri görmək üçün pul ödəmiş, o isə müxtəlif işçiləri Çin Xalq Respublikasından dəvət edərək onlarla müqavilə bağlayaraq gördükləri işin müqabilində onlara əmək haqqı ödəmiş, buna görə də onların işlətdiyi müəssisədə çalışan şəxslərin hamısını Pan dəvət etmişdir. Onlara Azərbaycanda yaşamaq və işləmək icazəsi almış, həmin işçilərin əmək haqqı da Pan tərəfindən Çin yuanı ilə ödəmişdir. Təqsirləndirilən şəxs da Pnanın işçisi olmuş, Pan tərəfindən Azərbaycana dəvət edilmiş, Yuan Tiangdan başqa həmin müəssisədə Şahid2, Yuanliang Pan, Təqsirləndirilən şəxs, Jian Xianfu çalışmış, müəssisənin yerləşdiyi zavodun ərazisindəki yataqxanada qalmışlar. Hadisə haqqında sonradan məlumatı olmuş, hadisəni baş verdiyi gün çinli partnyorlarının zənginə görə bilmiş, ona deyilənə görə 14 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanında yerləşən yataqxanada Çin Xalq Respublikasının vətəndaşları xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxsın qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı iş yoldaşı xx.xx.1975-ci il təvəllüdlü X10 dəmir parçası ilə vuraraq sonuncuya xəsarətlər yetirmişdir. Buna görə dərhal hadisə yerinə gəlmiş, Pan əvvəlcə Sabunçu rayon xəstəxanasına, daha sonra isə Respublika Nevrocərrahiyə xəstəxanasına aparmışlar. Pan 18 iyul 2023-cü il tarixdə vəfat etmiş onu Azərbaycanda Suraxanı qəbirsanlığında dəfn etmişlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 avqust 2023-cü il tarixli, 150 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxsn meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyin kəskin əzilməsi, sol alın-təpə- gicgah nahiyəsinin kəskin subdural hematoması, baş beyinə, qişalarına və mədəciklərinə qansızma ilə müşayiət olunan sol gigcah-təpə sümüklərinin xətti sınığı, sol təpə və sol gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ almacıq nahiyəsinin, döş qəfəsinin ön səthinin və ön-sol nahiyələrinin, sol saidin aşağı 1/3-nin arxa səthinin sıyrqları və sol əlin İİİ barmağının arxa səthinin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, Zərərçəkmiş şəxsn Respublika Neyrocərrahiyyə Xəstəxanaya müraciət etdikdən az əvvəl, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqələri vardır. Zərərçəkmiş şəxsn ölümünə səbəb sol gicgah-təpə sümüyünün xətti sınığı, baş beyinin əzilməsi, sol alın- təpə-gicgah nahiyəsinin kəskin subdural hematoması ilə müşayiət olunan baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma ilə nəticələnən başın ağır küt travması olmuşdur. Ölüm Respublika Neyrocərrahiyyə Xəstəxanasında xx.xx.2023-cü il, saat 23:50 baş vermişdir, hansı ki. aparılmış məhkəmətibbi müayinə ilə inkar olunmur. Zərərçəkmiş şəxsn meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiapipen törəmələri və salısilatlar aşkar edilməmişdir. (iş vərəqə 251-258) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 21 iyul 2023-cü il tarixli, 664 nömrəli rəyindən görünür ki, 1983-cu il təvəllüdlü Təqsirləndirilən şəxsın alının, sağ qaşüstü nahiyənin sıyrıqları, sol əlin V barmağının şişkinlik halında əzilməsi xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 14 iyul 2023-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (iş vərəqə 247-249) İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 08 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1200 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bej rəngli, metaldan slindrik formada hazırlanmış 1 ədəd predmet təsərrüfat-məişət təyinatlı borudur. (iş vərəqə 260-261) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 sentyabr 2023-ci il tarixli 2744 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malik olması, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməmiş, ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxsda ona ittiham olunan cinayət əməlindən sonra hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsın hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və ya 22.1-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxsda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxsın əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur, inadkarlıq, tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxsın emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxsın cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, emosionallıq yaranmış, həmin halın yaranması xarakterik xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxsın cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (iş vərəqə 263-266) İş materiallarında olan «Hadisə yerinə baxış keçirilməsi» haqqında 16 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən yataqxanadır. Həmin yataqxana iki mərtəbəli olmaqla orta təmirlidir. Hadisə yerinə baxışında iştirak edən Gu Yongqiong ərinin Yuanliang Panı vurduğu dəmir borunu göstərərək istintaqa təqdim etmiş, həmin dəmir boru iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. (iş vərəqə 43-48) İş materiallarında olan «baxış keçirilməsi» haqqında 18 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Yuanliang Panın meyiti Azərbaycan Respublikası Nevrocərrahiyə xəstəxanasının əməliyyat bölməsinin girişindəki çarpayıdadır. Həmin protokola əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Yuanliang Pan ünvan 3 ünvanda yerləşən yataqxanada dəmirlə vurulduqdan sonra həmin xəstəxanaya gətirilmiş və 2 gün xəstəxanada qaldıqdan sonra ölmüş, meyitin əynində 1 ədəd bez vardır. Yuanliang Panın meyiti daxili və xarici müayinə olunmasından ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Nizami rayon şöbəsinə göndərilmişdir. (iş vərəqə 83-88) İş materiallarında olan «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərində pampersdən başqa hər hansı bir geyim əşyası olmayan arxası üstə meyit uzadılmışdır. Başında tənzifdən ibarət sirkulyar şəkilli sarğı vardır. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 170 sm- dir. Meyit əllədikdə soyuqdur, dəri örtüyü solğundur, zəif sarımtıl rəngdədir. Meyitin qacıması bütün qrup əzələlərində kafi dərəcədə inkişafdadır. Meyit ləkələri bədənin arxa-yan hissələrində yerləşməklə yayılmış şəkildədir, bənövşəyimtil rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itmir. Baş tükləri tünd şabalıdlı rəngdədir, uzunluqları 1-2 sm-ə qədərdir, sağ, orta və arxa nahiyəsində qırxılmışdır. Əl və ayaq dırnaqları təmizdir. Gözləri qapalıdır, bəbəklər bərabər şəkildə genəlmişlər, 0.5 sm diametrindədir, buynuz qişa cüzi bulanıqdır, ağlı qişası isə ağımtıldır-qırmızımtıldır. Güzehlı qişa qəhvəyimtil rəngdədir. Burun dəlikləri və qulaq keçəcəkləri sərbəst keçiricidir. Başın sağ təpə nahiyəsinə əllədikdə boşluq və cüzi şişkinlik qeyd olunur. Kəllə tağının digər sahələrdə və üz skeletində əllədikdə patoloji hərəkətlilik və krepitasiya müşahidə olunmur. Ağzı qapalıdır, dodaq haşiyələri solğun göyümtül-bənövşəyimtil rəngdədir. Üst və alt çənədə görünən dişlər təbii olub, ağımtıl rəngdədirlər, zədəsizdirlər. Dili diş xəttindən arxada sərbəst yerləşir. Boynu bədəninə müvafiqdir, az hərəkətlidir. Döş qəfəsi silindrikdir, simmetrikdir, normostenik tiplidir, əllədikdə döş sümüyündə və qabırğalarda patoloji hərəkətlilik və krepitasiya qeyd olunur, Onurğa sütununda patoloji əyrilik yoxdur, əllədikdə fəqərələrdə sınıq hiss olunmur. Qarnı döş qəfəsi səviyyəsindən bir qədər aşağı səviyyəsində yerləşir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün kişi tipli inkişaf etmişdir, xəstəlik və zədə əlamətləri yoxdur. Hər iki xaya xayalıqdadır, əllədikdə adi konsistenisyalıdır. Ətrafların uzunborulu sümükləri əllədikdə tamdırlar. Sağ dirsək çuxurunda 0,1x0,1 sm ölçüdə, sıxdıqda cüzi qanayan yaracıq (iynə yerin izi) vardır. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: 1) Sol təpə nahiyəsində, sol qaşdan 9,5 sm məsafədə çəp-boyama istiqamətində yerləşən qeyri-düz xətt şəkilli, 6,0xü. 1 sm ölçüdə kənarları nahamar, ucları bır qədər kütvari qurtaran, üzərində cərrahı tikişləri olan yara vardır. Yaranın sol kənarını əhatə etməklə, eni 1,0 sm-ə qədər olan tünd bənövşəyimtil-boz rəngdə qançırlı sahə qeyd olunur. 2) Sol gicgah-ənsə nahiyəsində, 1 saylı yaradan 6,0 sm aşağıda və sol qulaq seyvanın sərbəst kənarından 4,0 sm yuxarıda azacıq çəp-boylama istiqamətdə yerləşən uzunsov formalı, 6,5x0,2 sm ölçüdə, üzərində cərrahi tikişləri olan eyni xarakterli yara yardır. Yara kənarların əhatə etməklə, eni 1.1 sm-ə qədər olan tünd bənövşəyimtil-boz rəngdə qançırlı sahə qeyd olunur. 3) Sağ alın, təpə və gicgah nahiyələrini əhatə edən, üzərində çoxsaylı cərrahi tikişləri olan nalvari şəklində, kənarları hamar olan kəsik vardır (cərrahı əməliyyatın yeri) vardır. Kəsik alnın orta nahiyəsindən, sağ qaşdan 5.5 sm məsafədə başlayaraq boylama istiqamətdə təpə nahiyəsinə doğru davam edir, sonra qövsvari şəklində əyilərək sağ gicgah nahiyəsinə keçməklə önə doğru davam edir və sağ qulaqönü nahiyəsində tamamlanır. Meyiti çevrirərkən həmin nahiyədən beyin toxuması az miqdarda xaric edir. 4) Sağ almacıq nahiyəsində qeyri- müəyyən formalı, 4.0x23 sm ölçüdə dəri səviyyəsindən yuxarıda zərif tünd qonur rəngli qartmaqla örtülü, bəzi yerlərdə qartmağın kənarlarının altı qopmuş olan sıyrıqlar vardır. 5) Döş qəfəsinin ön səthinin aşağı hissəsində ortada uzunsov, natamam halqavari formalı, əsası sola doğru açılan, bütün perimetr üzrə uzunluğu 23,0 sm, eni isə 0,5 sm-dən 1,5 sm-ə qədər olan “i” xarakterli sıyrıq vardır. 6) Döş qəfəsinin ön səthində, döş sümüyü cisminin proyeksiyasında yerləşən 2,4x1,5 çəpköndələn istiqamətli, mərkəzində fasiləli, zolaq şəkilli eyni xarakterli sıyrıq vardır. 7) Döş qəfəsinin sol yarısının ön sətində, sol məmə giləsindən 8,5 sm aşağıda və bir qədər sağda bir ədəd qeyri-düz xətt şəkilli, 4,0x0,3 sm ölçüdə eyni xarakterli sıyrıq vardır. 8) Sol saidin aşağı 1/3-nin arxa səthində 0,7x0.6 sm ölçüdə qeyri-müəyyən formalı eyni xarakterli sıyrıq vardır. 9) Sol əlin İİİ barmağının arxa səthində 1,1x0,8 sm ölçüdə qeyri-müəyyən formalı, bənövşəyimtil-boz rəngdə qançır vardır. Meyitin bədən səthində başqa xəsarət və xəsarət izləri aşkar olunmamışdır. (iş vərəqə 133-135) Məhkəmə tərkibi, Təqsirləndirilən şəxsın özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirli bilməsi, zərərçəkmiş şəxsi zəruri müdafiə həddini aşmaqla törətməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyaraq həqiqəti əks etdirmir. Məhkəmə tərkibi, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsın yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə-tibb ekspertizasının 16 avqust 2023-cü il tarixli, 150 nömrəli, məhkəmə-tibb ekspertizasının 21 iyul 2023-cü il tarixli, 664 nömrəli, məhkəmə ballistik ekspertizasının 08 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1200 saylı, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 sentyabr 2023-ci il tarixli 2744 saylı rəyləri, «Hadisə yerinə baxış keçirilməsi» haqqında 16 iyul 2023-cü il tarixli, «baxış keçirilməsi» haqqında 18 iyul 2021-ci il tarixli, «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2023-ci il tarixli protokollar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam təsdiq edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 126.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. AR CM-in 126.3-cü maddəsi qarışıq tərkibli cinayət əməlini özündə ehtiva edir. Təqsirkarın qəsdən sağlamlığa ağır zərər vurma ilə əlaqədar hərəkətləri qəsd formasında olsa da, onun baş vermiş nəticəyə, yəni ölümə münasibəti təqsirin ehtiyatsızlıq formasında özünü büruzə verir. Təqsirləndirilən şəxsın törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 240) İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində müəssisəyə yazılı və ya şifahi hər hansı şikayət daxil olmamış, iş yeri üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 245) İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxsın himayəsində 2004, 2007-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan, 2017 və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxsın cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində törətməsi, eləcə də, hadisə yerində təcili yardımın gəlməsini gözləyərək, yaralı vəziyyətdə olan zərərçəkmiş şəxs Pana kömək etməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda da, cinayət hadisəsinin baş vermə səbəbi kimi zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxsın arvadına etdiyi əxlaqsız təkliflər, hərəkətlər göstərilmiş, eləcə də, Təqsirləndirilən şəxsın hadisə yerinə təcili yardımın gəlməsini gözləyərək, yaralı vəziyyətdə olan Pana kömək etməsi qeyd edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenum qərarının 5-1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxsın müsbət xarakterizə olunmasını, AR CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, AR CM-in 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, AR CM-in 59.1.11-ci maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərəri azaltmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.11-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təqsirləndirilən şəxs Yuan Tiangana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsın cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxsa Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)- 307/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxsın barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 30; 75-78) Odur ki, Təqsirləndirilən şəxsın cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsın barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsın cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxsın barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon Prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd metal boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxsın müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Çin Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxsa Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin, Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsın cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsın barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon Prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd metal boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxsın müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsa isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev Hakimlər: imza: Telman Hüseynov imza: Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-2330/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2330/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver