Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-234/2020 04.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: x5, x2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 2012-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid6 Qürbət oğlundan küsüb 19 iyul 2019-cu il tarixdən bacısı Şahid1 kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsindəki nömrəsiz fərdi evində qalan digər bacısı Zərərçəkmiş şəxs 24 iyul 2019-cu il tarixdə axşam vaxtı təkbaşına dənizə getməsinə etiraz etməsinə baxmayaraq, sonunucunun onun həyatına qarışmaması və dənizə gedəcəyi barədə cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edərək, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə öz davranışı ilə cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, həmin gün saat 20 radələrində həmin evin həyətindəki şkafın üzərindən bıçağı götürüb evdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə evə daxil olaraq bacısı Şahid1 gözləri qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuraraq sonuncuya sağ budun bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid olan, eləcə də iki tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin hər iki yarısının plevra boşluqlarına nüfuz edən üç ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirmiş, Şahid1 müdaxilə edərək onu əli ilə itələyib oradan uzaqlaşdırdığından və Zərərçəkmiş şəxs vaxtında təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməmiş, bununla da xuliqanlıq niyyəti və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri və iki qardaşı ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Bacısı Zərərçəkmiş şəxs beş ildir ailə qurub, bir övladı var. Səbinənin əri Şahid6 Qürbət oğlu ailəsi ilə maraqlanmadığından həmişə bacısına köməklik göstərmişdir. Ondan başqa Səbinə ilə nə atası, nə də qardaşları maraqlanmışlar. Ümumiyyətlə ailə üzvlərinin hər birinə qarşı daim qayğı ilə yanaşmışdır. 20 iyul 2019-cu il tarixdə digər bacısı Şahid1 qızı Fatimənin ad günü olduğundan işdən sonra bazarlıq edib onlara getmiş, həmin vaxt o biri bacısı Səbinə Samirəgildə olmadığı üçün öz mobil telefonu işləmədiyindən Samirənin mobil telefonundan Səbinəyə zəng edib harada olduğu ilə maraqlanmış, Səbinə evə getdiyini deyəndə ona «gecə vaxtı evə necə gedəcəksən gəl Samirəgilə, mən sabah səni evinizə yola salaram» demiş, Səbinə bu dəfə «101 nömrəli məktəbin yanındayam, gəl məni apar» deyə bildirmiş, məktəbin yanına gedəndə Səbinəni orada görmədiyindən yenidən Samirəgilə qayıdıb sonuncunun mobil telefonundan Səbinəyə zəng vurub «niyə mənə yalan deyirsən, mən məktəbin yanına gəldim sən orada yox idin» deyib irad bildirmiş, Səbinə onunla acı danışaraq telefonu söndürmüş, ona dəfələrlə zəng etməsinə baxmayaraq telefonu açmamışdır. Az sonra yenidən Səbinəyə zəng etmiş, sonuncu telefonda «məni dəniz qırağına aparıb döyərək orada atıb çıxıb getdilər» demişdir. Telefonda Səbinəni dənizə aparanları söymüş, həmin vaxt Səbinə həmin adamların avtomobilində olmuşdur. Bir qədər sonra ona zəng gəlmiş, telefona cavab verəndə zəng edən şəxs «bizi niyə söymüsən» deyə soruşmuş, o da zəng edənin kim olduğunu soruşmuş, cavabında «biz sən söydüyün adamlarıq» deyilmiş, söhbəti aydınlaşdırmaq üçün görüşə çağırılmışdır. Həmin şəxsləri əvvəllər tanımamışdır. Görüşəcəkləri yerə gələndə həmin adamlar avtomobildə olmuşlar və onların təklifi ilə parkda söhbəti həll etmək üçün avtomobilə əyləşmişdir. Parkda Səbinə, Səbinənin oğlu Murad və özünün birgə işlədiyi Şahid8 parkda olduqlarını görüb Səbinədən ona məktəbin yanında olduğu barədə yalan danışmasının səbəbini soruşmuş, bu zaman söhbəti həll edəcəyi oğlanlar da onlara yaxınlaşdıqlarından Səbinədən cavab almadan onu evə göndərmiş, daha sonra oğlanlardan Səbinəni dəniz qırağına aparıb döymələrinin səbəbini soruşmuş, onlar da cavab vermişlər ki, «Səbinə bizə dedi ki, məni kruqdan parka aparın, biz də Səbinəni parka gətirdik, onu dəniz qırağına aparıb döyməmişik». Bununla da məsələni mübahisə və dava-dalaş olmadan öz aralarında həll edib, aralanmışlar. Həmin vaxt üzərində özünü müdafiə etmək üçün götürdüyü bıçaq olsa da, həmin bıçaqdan heç kimə, o cümlədən Səbinəyə qarşı istifadə etməmiş, Səbinə parkda ona əsəbiləşdiyi üçün ondan polisə şikayət etdiyi və oraya polis gəldiyindən bıçağı parkda atmışdır. Səbinənin parkdan çıxandan sonra polis avtomobilinə minib-minmədiyini görməmişdir. 24 iyul 2019-cu il tarixdə Səbinədən ondan polisə şikayət etməsinin səbəbini soruşmaq üçün Samirəgilə gedəndə, Səbinənin harasa getməyə hazırlaşdığını görüb hara getməsi ilə maraqlanmış, Səbinə uşaqlarla dənizə getmək istədiyini deyəndə etiraz etmiş, Səbinə də əri Mürvətlə dalaşdığından bütün əsəbini onun üstünə tökmüş, hər zaman Səbinəyə kömək etdiyindən sonuncunun qadına layiq olmayan hərəkətlər etməsi ona pis təsir etdiyi, həmçinin onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbləşərək evin həyətindəki şkafdan götürdüyü bıçaqla onu vurmuşdur. Səbinəni bıçaqla vurarkən otaqda ikisindən başqa heç kim olmamış, Səbinəni bıçaqlayıb otaqdan çıxanda sonuncu ayaq üstə olmuş, otaqdan çıxandan sonra Samirəyə Səbinəni bıçaqla vurduğunu deyib, təcili tibbi yardım çağırmağı xahiş etmişdir. Səbinəni öldürmək niyyəti olmamışdır, əgər belə niyyəti olsa idi, hadisə baş verən an bunu həyata keçirməsinə mane ola biləcək kimsə olmamışdır və daha bir neçə bıçaq zərbəsi vurmaqla Səbinəni öldürə bilərdi. Səbinənin Əfruzla dənizə getməsinə dair məlumatı olmamış, bu barədə ilk dəfə məhkəmə istintaqı zamanı bilmişdir. Səbinəni bıçaqla vurandan sonra evlərinə gedib valideynlərinə bu barədə məlumat vermiş, atası da demişdir ki, «gözlə qardaşın gəlib səni polisə aparsın». Səbinənin elə də ağır xəsarət almaması barədə də ilk məlumatı qardaşı ona vermişdir. Səbinə də daxil olmaqla ailə üzvlərinin hər biri ilə aralarında mehriban münasibət olmuşdur, onlara, xüsusilə bacılarına hər zaman yaxşılıq etməsinə baxmayaraq sonuncuların ona qarşı ifadə vermələrinin səbəbini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadələrini oxumadan imzaladığı üçün həmin ifadələri təsdiq etmir. Məhkəmədə iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildən Şahid6 Qürbət oğlu ilə qeyri-rəsmi ər-arvad kimi yaşayır, 2014-cü ildə oğlu Murad dünyaya gəlmişdir. Ər-arvad kimi münasibətləri normal olmuşdur. Özü işləmir, Mürvət isə evlərdə təmir işləri ilə məşğul olur. 20 iyul 2020-ci il tarixdə bacısı Şahid1 qızı Fatimənin ad günü münasibətilə onlara getmiş, gün ərzində bacısına kömək etmiş, yeznəsi Taleh İsmayılov ad gününə iş yoldaşlarını da dəvət etdiyindən oğlu Muradı da götürüb parka getmişdir. Parka gedəndə gecə saat 02 radələri idi. Qardaşı Təqsirləndirilən şəxs parka gəlib gecə vaxtı parkda nə etdiyini soruşaraq evə getməyi tələb etmiş, bu zaman aralarında mübahisə olmuş və polisə zəng vurmuşdur. Həmin vaxtdan Baba ilə danışmamışdır. Bundan bir neçə gün sonra əri Murvətlə aralarında ailə söz-söhbəti üstündə mübahisə olduğuna görə ondan küsüb oğlu Muradla birlikdə Samirənin evinə getmişdir. 23 iyul 2019-cu il tarixdə Babanın dostu Şahid8 zəng edərək Samirə ilə ona dənizə getməyi təklif etmiş, ancaq Samirə getdiyi halda dənizə getməyə razılaşmışdır. Dənizə getməyə hazırlaşanda Baba dənizə getmələrinə etiraz edərək uşağını götürüb evinə qayıtmağı demiş, həyətdə mübahisə etmişlər. Sonra evə keçib divanın qarşısında oğlunun paltarlarını səliqəyə salmağa başlamış, bu vaxt Baba otağa girib divanda oturmuş, o da işinə davam etmişdir. Baba ona yenə demişdir ki, «dənizə getməyəcəksən, oğlunu da götür, evinə qayıt». Buna görə aralarında yenidən mübahisə yaranmış, Babaya cavab qaytararaq «bir də mənim işlərimə qarışma» demişdir. Bu sözlərindən sonra Baba divandan qalxıb çölə çıxaraq bir neçə saniyədən sonra içəri girib əlindəki bıçaqla ona üç-dörd zərbə vurmuşdur. Babanın bıçağı haradan götürdüyünü görməmişdir. Baba onu bıçaqla vuranda otaqda ikisindən başqa heç kim olmamış, Samirə uşaqların paltarlarını hazırlayır, uşaqlar isə həyətdə oynayırdılar. Buna görə də Babanın onu bıçaqla vurmasını heç kim görməmişdir. Babanın onu öldürmək niyyəti olsa idi bunu edə bilərdi, yəni ona mane olacaq kimsə, nəsə olmamışdır. Baba onu bıçaqla vuranda ayaq üstə olmuş, qapıya tərəf getmiş lakin qapıya çatanda yerə yıxılmış, halı özündə olmadığından Baba onu bıçaqla vurandan sonra hara getdiyini bilməmişdir. Samirənin qonşularının köməyi ilə təcili tibbi yadım maşını ilə xəstəxanaya aparılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı bir iddia və ya tələbi yoxdur, ondan şikayətçi deyildir. Məhkəmədə iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Taleh İsmayılov ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, iki övladı var. 2019-cu ilin aprel ayından ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz bir otaqlı həyət evində yaşayır, adətən evin qapısı qıfıllanmamış vəziyyətdə, örtülü olur. Bacısı Zərərçəkmiş şəxs əri Şahid6 Qürbət oğlu ilə aralarında yaranmış söz-söhbətə görə küsdüyündən öz azyaşlı uşağı ilə birlikdə gəlib onun yanında qalmışdır. Hadisə baş verən gün, yəni 24 iyul 2019-cu il tarixdə Səbinə və uşaqlarla yaşadığı evdə olmuş, əri Taleh günorta vaxtı işi ilə əlaqədar Hacıqabul rayonuna getmişdir. Təxminən saat 19 radələrində qardaşı Təqsirləndirilən şəxs onlara gəlib həyətdə Səbinə və onun uşaqları ilə oynamağa başlamış, sonra Səbinəyə polisə çağırıldığını demiş, Səbinə isə ona narahat olmamağı, polis bir də ona zəng vursa gedib şikayətini geri götürəcəyini bildirmişdir. Səbinənin Babadan polisə şikayət etməsinə səbəb bundan təxminən bir həftə əvvəl qızı Fatimənin ad gününə gələn Səbinənin həmin gün oğlu Muradla axşam saatlarında parka getməsi olmuşdur. Əri Taleh qızının ad gününə iş yoldaşlarını da dəvət etdiyindən Səbinə oğlunu da götürüb parka getmişdir. Ad günündə qardaşları İbrahim və Həmid də iştirak etmişdir. Həmin vaxt Baba Səbinənin arxasınca parka gedib ona bu saatda parkda nə işi olduğunu deyib irad bildirmiş və aralarında mübahisə başlamış, Səbinə də Babadan polisə şikayət etmişdir. Baba ilə birlikdə həyətdə olduqları vaxt sonuncunun iş yoldaşı Əkbərov x4 mobil telefonuna zəng vurub ona dənizə getməyi təklif etmiş, Səbinə etiraz etmiş, bu vaxt Səbinədən telefonu alıb Əfruza acıqlıacıqlı Səbinəni dənizə dəvət etməsinə narazılığını bildirərək «bu yaxşı deyil, sən bizə bacı deyirsən» demişdir. Bu vaxt Baba ilə Səbinənin arasında mübahisə başlamış, Səbinə Babanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Həmin vaxt uşaqlar həyətdə oynayırdılar. Uşağına geyindirmək üçün paltar götürməyə görə evə girmiş, sonra Səbinə də içəri girib divanın qarşısında əyləşib uşağının paltarlarını yığışdırmağa başlamış, elə bu vaxt Səbinənin qışqırıq səsini eşitmiş, arxaya çevriləndə Babanın Səbinəni bıçaqla vurmasını görüb Babaya tərəf qaçıb əli ilə onu itələyərək çölə çıxartmış, Səbinəyə isə qapını arxadan bağlamağı tapşırmışdır. Babanın Səbinəni vurduğu bıçaq hadisədən əvvəl balkonda stolun üstündə olmuşdur. Babanın Səbinəni bıçaqla vurduğu anı nə uşaqlar, nə də o görmüşdür. Səbinə bıçaqlanandan sonra ona nəsə olsa uşağına baxmağı xahiş etmişdir. Hadisədən sonra Baba həyətə çıxıb ağlaya-ağlaya həyətdə bir qədər gəzəndən sonra evə getmiş, o isə atasına zəng vurub Babanın Səbinəni bıçaqladığını demişdir. Səbinə bədənindən qan axa-axa çölə çıxaraq, qonşulara Babanın onu bıçaqla vurduğunu demiş, qonşular səsə yığılmışlar. Yaxınlıqda yaşayan Şahid5 köməyə gəlmiş, onun evdən gətirdiyi pambığı Səbinənin yarasına qoymuşdur. Həyəcandan özündən getmiş, ayılanda təcili tibbi yardım maşınının gəldiyini görmüş, həkimlər Səbinəni Sabunçu xəstəxanasına aparmışlar. Xəstəxanada Səbinənin mobil telefonu ilə Mürvətə zəng edib hadisə barədə xəbər vermişdir. Xəstəxanada Səbinənin vəziyyəti pis olmamışdır. Səbinə xəstəxanada olduğu müddətdə uşağına o baxmışdır. İbtidai istintaq zamanı təsir altında olduğu üçün yazılan ifadəni oxumadan imza etmişdir, məhkəmədə verdiyi ifadəsi doğrudur. Məhkəmədə iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, arvadı x9, oğlanları İbrahim, Həmid və Təqsirləndirilən şəxslə birlikdə uzun illərdir ünvan 1 ünvanında yaşayır. Qızları Səbinə öz ailəsi ilə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayədə, Samirə isə öz ailəsi ilə Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yaşayır. Baba işgüzardır, hərbi xidmətdən qayıdandan fəhləlik edib onları saxlamış və bacılarına köməklik etmişdir. Hadisə ilə bağlı ona deyə bilər ki, 24 iyul 2019-cu il tarixdə axşam saatlarında Baba evə gəlib Səbinəni bıçaqla vurduğunu demiş, həmin vaxt arvadı Fəridə də evdə olmuş, Babadan Səbinəni bıçaqlamasının səbəbini soruşduqda, cavab vermişdir ki, Səbinə özbaşına dənizə getmək istəmiş, ona narazılığını bildirəndə onun sözlərinə məhəl qoymayaraq, işinə qarışmamağı, öz həyatı olduğu üçün özü nə istəsə onu da edəcəyini deyib mübahisə etdiyi üçün onu bıçaqla vurmuşdur. Səbinənin dənizə kimlə getdiyini bilməmiş, ümumiyyətlə bu barədə nə Baba, nə də qızları bir söz deməmişlər. Baba Səbinəni bıçaqla vuranda yanlarında heç kim olmamış, uşaqlar həyətdə oynamışlar. Özü də Babanın Səbinəni bıçaqla vurmasının şahidi olmamışdır. Baba Səbinəni bıçaqla vurduğu barədə məlumat verəndən sonra paltarlarını dəyişib təslim olmaq üçün polisə gedəcəyini demiş, oğlu Əbülfəzə və Babanın ən yaxın dostu Şahid8 zəng vurub onları evə çağırmışdır. Onlar gələndən bir neçə dəqiqə sonra polislər gəlib Babanı polisə aparmışlar. Polislər gəlməmişdən əvvəl Baba özü könüllü bölməyə gedib təslim olmaq istəmiş, lakin o gedənə qədər polislər evlərinə gəlmişlər. Babanın Səbinəni bıçaqla vurmaq fikri olmamış, sadəcə ona cavab qaytardığı üçün onu qorxutmaq istəmişdir. Bundan başqa 21 iyul 2019-cu il tarixdə gecə radələrində oğlu Baba, dostu Əfruz və uzaq qohumları Qurban ilə birlikdə onlara gəlib bildirmişlər ki, təxminən bir saat əvvəl Suraxanı parkının girişində Baba ilə Səbinənin arasında mübahisə olmuşdur. Həmin vaxt Babanın Səbinəyə bıçaqla hədə-qorxu gəldiyini, Səbinənin polisə şikayət etməsini bilməmişdir. Səbinə ailə qurduqdan sonra onlara gəlib-getsə də, Baba ilə aralarında yaxşı münasibət olsa da, onun özünün Səbinə ilə münasibəti yaxşı olmamışdır. Hazırda Baba ilə Səbinə barışıblar və sonuncu Babadan şikayətçi deyil. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, anası və səkkiz yaşlı qızı ilə dörd aydır Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yaşayır və satıcı işləyir. 24 iyul 2019-cu il tarixdə, axşam saat 21 radələrində işdən çıxıb evə gedərkən Göl küçəsində bir nəfər qadının dəmir darvazanın qarşısında «öldüm, balam yetim qaldı» sözləri dediyini eşidib, geri qayıtmış, həmin evdə kirayədə yaşayan Şahid1 bacısı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Həmin vaxt Səbinə darvazanın çölündə, küçədə stulda oturmuşdu və halı yaxşı deyildi. Baba orada yox idi və Samirənin dediyinə görə Baba Səbinəni vurandan sonra oradan qaçmışdır. Dərhal Səbinəni yerə uzadıb Samirənin evdən gətirdiyi pambıqla tampon düzəldib onun yaralarına yerləşdirdikdən sonra təcili tibbi yardıma zəng vurmuş, oraya gələn təcili tibbi yardım maşını ilə Səbinəni 3 saylı x6 aparmışlar. Ondan əvvəl digər qonşuları da təcili tibbi yardıma zəng etmişlər. Xəstəxanada Səbinədən onu kimin vurduğunu soruşanda qardaşı Baba ilə qısqanclıq zəminində sözləri çəpləşdiyindən sonuncu tərəfindən bıçaqladığını bildirmiş, ona hadisə barədə ətraflı danışmamışdır. Səbinə epilepsiya xəstəsi olduğundan epilepsiya keçdikdən sonra danışa bilirmiş. Səbinənin ərinə zəng edib baş verən hadisə barədə məlumat vermiş, həkimlər Səbinəyə tibbi yardım göstərməyə başlayandan sonra isə evinə getmişdir. Samirə ilə Səbinəni məlum hadisədən əvvəl tanımamışdır. Məhkəmədə iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə yeddi ildir qeyri-rəsmi ər-arvad kimi yaşayır, 2014-cü il təvəllüdlü Murad adlı oğlu var. Ər-arvad kimi münasibətləri yaxşı olmuş, aralarında ciddi münaqişə, mübahisə olmamışdır. Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayırlar, fərdi qaydada usta işləyir, Səbinə isə isləmir, evdar qadındır. Baldızı Şahid1 qızı Fatimənin ad günü olduğundan Səbinə onlara getmək istəmiş, Səbinəni oğlu ilə birlikdə baldızıgilə yola salmışdır. Səbinə artıq bir həftə idi ki, bacısı Samirənin Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində kirayədə yaşadığı evində qalırdı. 24 iyul 2019-cu il tarixdə Samirə Səbinənin mobil telefonu ilə zəng vurub Səbinə ilə qardaşı Təqsirləndirilən şəxs onun evində dalaşdıqları, Babanın Səbinəni bıçaqla vurduğu, sonuncunun xəstəxanada olduğunu bildirmiş, dərhal taksi ilə Sabunçu xəstəxanasına getmişdir. x3 qısqanclıq zəminində, yəni onu dənizə getmək istədiyi üçün bıçaqla vurmasını bildirmişdir. Səbinə Samirə ilə dənizə getməli olmuş, lakin ondan icazə almamışdır. Sonra həkimlərin ona dedikləri zəruri dərmanları alıb Səbinənin müalicəsinə başlamışlar. Məhkəmədə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə ilə hazırki ifadəsi arasında yaranan ziddiyyətlə əlaqədar onun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə son zamanlar ailədaxili bəzi problemlər yaranmış, 19 iyul 2019-cu il tarixdə Səbinə ilə aralarında sözlü mübahisə olduğuna görə sonuncu oğlu Muradı da götürüb Samirəgilə getmişdir. İki gün sonra baldızı Samirənin qızı Fatimənin ad günü qeyd olunarkən onların yaşadığı evə Samirənin əri Talehin iş yoldaşlarının gəlməsi və həmin vaxt da Səbinənin də qonaqlara qulluq göstərməsi səbəbinə görə Səbinəyə acığı tutmuş, lakin həmin müddət ərzində barışmaq istəsə də, Səbinə onun sözlərinə qulaq asmayıb evlərinə qayıtmamışdır. Səbinə bir qədər hövsələsiz, tez özündən çıxan biri olmuş, ona görə də, fikirləşmişdir ki, bir müddət sonra sakitləşəcək və onlar yenidən barışacaqlar. Səbinə Samirəgildə qaldığı müddətdə o, kirayədə yaşadığı evdə qalmışdır. 24 iyul 2019-cu il tarixdə, saat 16 radələrində işlə əlaqədar Quba rayonuna getmiş, axşam saat 21 radələrində Samirə ona Səbinənin mobil telefonu ilə zəng vurub Babanın onların evində Səbinəni bıçaqla vurduğunu və hazırda Səbinənin xəstəxanada olduğunu demiş, taksi ilə təxminən iki saata Bakıya çatmış və birbaşa 3 saylı Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanada Səbinə ilə görüşəndə Səbinə ona Baba ilə aralarında mübahisə olduğunu və Babanın onu Samirənin gözü qarşısında bıçaqla vurduğunu demiş, Səbinədən Baba ilə nə üstündə mübahisə etdiyini soruşanda Səbinə özünü pis hiss etdiyini deyib əlavə məlumat verməmişdir. Sonradan ona demişdir ki, 24 iyul 2019-cu il tarixdə Baba onun dənizə getmək istəməsi ilə əlaqəlar onunla mübahisə etmiş və bu vaxt otaqda bacısı Samirənin gözləri qarşısında əlində olan bıçaqla ona zərbələr vurmuş, lakin sonradan Samirə Babanı əlləri ilə itələyib otaqdan bayıra çıxarmışdır (01-ci cild, iş vərəqi 202-205). Şahid6 ifadələri arasında yaranan ziddiyyəti ibtidai istintaq zamanı təsir altında olduğu üçün yazılan ifadəni oxumadan imza etməsi ilə əlaqələndirməklə, məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 1997-ci ildən ailə üzvləri ilə birlikdə Lənkəran rayonundan Bakı şəhərinə gələrək əvvəlcə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsində kirayədə yaşamış, 2010-cu ildən hazırkı vaxtda Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, dalan 10 ünvanında yaşayır, ailəlidir, iki övladı var, fərdi qaydada evlərdə təmir işləri ilə məşğul olur. Bu işlərdə ailəvi tanışı Təqsirləndirilən şəxs da ona köməklik edir. Baba ilə aralarında yoldaşlıq münasibəti olduğundan valideynlərini və bacı-qardaşlarını tanıyır. 20 iyul 2019cu il tarixdə axşam saatlarında Baba ilə Yeni Suraxanı qəsəbəsində yerləşən «Titanik» kafesində işdən sonra oturub çay içərkən Babanın bacısı Şahid1 zəng vurub bildirmişdir ki, bir neçə saat əvvəl qızı Fatimənin ad günündə əri Talehin dostları iştirak etmiş və ad günündə bacısı Zərərçəkmiş şəxs ilə qardaşı Şahid4 arasında mübahisə olmuş, Səbinə də oğlu Muradla birlikdə evdən çıxıb harasa getmişdir. Baba ondan birlikdə Samirəgilə getməyi xahiş etmiş, etiraz etməmiş və birlikdə Samirəgilə getmişlər. Baba onun mobil telefonundan Səbinəyə zəng vurub harada olduğunu soruşanda Səbinə ona Talehin övladının ad günündə iştirak etmiş dostlarının onu dənizə aparıb atdıqlarını bildirmiş, Baba da Səbinənin və onu dənizə aparan şəxslərin ünvanına nalayiq sözlər işlətmiş, bundan on beş-iyirmi dəqiqə sonra sonradan Şahid7 kimi tanıdığı şəxs Babaya zəng vurub onu görüşə dəvət etmişdir. Baba ona «artıq sənlik burada bir iş yoxdur, bu iş mənim şəxsi məsələmdir» deyib onu yola salmışdır. Evə gedərkən Səbinə ona zəng vurub Heydər Əliyev abidəsinin yanında tək olduğunu və gəlib onu aparmağı xahiş etmiş, Babaya zəng vurub Səbinənin ona zəng edib köməyə çağırdığını bildirəndə, Baba ona «mən bir yolla gedəcəm sən digər yolla get, Səbinənin sənə dediyi ünvanda rastlaşarıq» demişdir. Səbinənin dediyi yerə, yəni Yeni Suraxanının giriş hissəsindəki Məscidin qarşısında Suraxanı parkına çatanda Səbinənin öz uşağı ilə gəldiyini görüb ona yaxınlaşmışdır. Səbinə həmin vaxt ağlamış, birlikdə Suraxanı parkına daxil olub üç-beş dəqiqə söhbət etmişlər. Səbinədən orada olmasının səbəbini soruşsa da cavab ala bilməmişdir. Bir neçə dəqiqədən sonra parkın yaxınlığında Baba «Mercedes» markalı avtomobildən düşüb onlara tərəf gəlmiş, Əli də maşından düşmüş, onlara tərəf yaxınlaşıb nə baş verdiyini soruşanda Əli Baba ilə aralarında sonuncunun kimin ünvanına söyməsi barədə məsələ olduğunu və artıq aydınlaşdırdıqlarını demişdir. Əliyə Babanın onun bacısını dənizə aparanları söydüyünü, onları söymədiyini bildirmiş, Əli ona Səbinəni dənizə yox, 101 nömrəli orta məktəbin yanında maşından düşürtüyünü və Babanın onlara söyüş söyməsini isə Səbinənin onlara dediyini bildirmişdir. Əli maşına minib oradan getdikdən sonra Baba Səbinəyə yaxınlaşıb «get evinizə, gecə vaxtı nə işin var burda» demiş, Səbinə isə Babanın ünvanına nalayiq sözlər demişdir. Səbinəni sakitləşdirməyə çalışa da sonuncu Babanın ünvanına nalayiq sözlər söyməyə davam etmiş, Baba belindən bıçaq çıxarıb Səbinəyə «get evinə, yoxsa səni öldürəcəm» demiş, amma Baba bıçaqla Səbinənin üstünə getməmiş, ona bıçaqla heç bir xəsarət yetirməmiş, ümumiyyətlə Babanın Səbinəyə xəsarət yetirmək fikri olmamış, sadəcə onu qorxutmaq istəmişdir. Səbinə kiminləsə dənizə getdiyi üçün Baba parkda onunla mübahisə etmişdir. Həmin vaxt təsadüfən yoldan keçən kənd sakini Qurban Babagili tanıdığından onlara yaxınlaşıb sakitləşdirməyə çalışmış, Səbinə polisə zəng vurduğu üçün bir qədər sonra polis maşını gəlmiş, Səbinə polislərə tərəf gedib maşına minmiş, onlar isə Babagilə gedib hadisə barədə Babanın atası Şahid2 məlumat vermişlər. Baba onun telefonundan əvvəllər Səbinə və Samirə ilə danışmışdır. Bundan sonra 23 iyul 2019-cu il tarixdə Baba ilə işdə olarkən Samirə onun telefonuna zəng vuraraq Babaya zəng çatmadığını, ona görə də ona zəng etdiyini bildirib evə gedəndə atasına çörək və siqaret almağı tapşırmış, eyni zamanda nə səbəbdən işdən gec qaldıqlarını soruşmuş, bu günə evi sahibinə təhvil verməli olduqlarını, pulu alıb sabah anası və arvadını dənizə aparacağını bildirmişdir. Samirə Səbinə ilə onu da dənizə aparmağı xahiş etmiş, etiraz etməmiş və 24 iyul 2019-cu il tarixdə zəngləşib ailəvi dənizə gedəcəklərini demişdir. 24 iyul 2019-cu il tarixdə işin sonuna yaxın ev sahibinin ona pul verməməsi səbəbinə görə dənizə getməyi təxirə salıb bu barədə Samirəyə zəng vurub bildirmiş, Samirə isə artıq dənizə getməyə hazır olduqlarını, ona görə də özlərinin dənizə gedəcəklərini bildirmişdir. Artıq dənizə getmək planları alınmadığından, həmçinin Babanın bacılarının dənizə getmək istəməsinə əsəbiləşə biləcəyindən ehtiyat edib ona heç bir söz deməmişdir. İşdən sonra axşam saat 18 radələrində Baba ilə Yeni Suraxanıda yerləşən «Titanik» kafesinə gedib çay içdikdən sonra Baba evə gedəcəyini deyib getmiş, bundan sonra dənizə gedə bilməyəcəyini demək üçün Səbinəyə zəng vurmuş, lakin telefona Samirə cavab vermiş və Səbinənin harasa getdiyini demişdir. Təxminən bir-iki saatdan sonra Samirə onun telefonuna zəng vurub telefonla həqiqətən də ailəvi, qardaş-bacı kimi dənizə getmək fikrinin olub-olmadığını soruşmuş və sanki qəsdən kiminsə bunları eşitməsi üçün soruşduğunu hiss etmişdir. O, da Samirəyə doğrudan da ailəvi, anası və arvadı ilə dənizə getmək fikrinin olduğunu təkrar bildirəndə, Samirənin telefonu sönmüş, Səbinənin telefonuna zəng vurmuş, lakin telefona cavab verən Samirə ona Babanın Səbinəni bıçaqla vurub qaçdığını demişdir. Samirəgil tərəfə gedəndə Səbinəni həmin evin ümumi qapısının qarşısında küçədə, yerdə yarı uzanıqlı vəziyyətdə idi, köynəyində qan ləkələri olmuş, lakin çox deyildi. Babanın atası Vaqif ona zəng vurub Babanın bacısı Səbinəni vurduğunu və hazırda onlarda olduğunu dedikdə, Babagilə getmiş və Babanı orada görüb hadisə barəsində ondan soruşmuşdur. Baba ona Səbinənin dənizə getməsinə etirazını bildirəndə Səbinə onun sözlərinə məhəl qoymamış, onun işinə qarışmamağı demiş, Səbinənin bu hərəkətlərinə görə əsəbiləşdiyi üçün onu bıçaqla vurmuşdur. Baba Samirəni təhqir etməmiş, sadəcə hərəkətlərinə əsəbləşdiyi üçün qorxutmaq istəmişdir. Babanın Səbinəni bıçaqla vurmasını görməmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, anadan olandan ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayır. «Coco-Cola» şirkətinin deposunda fəhlə işləyir. Təqsirləndirilən şəxs Yeni Suraxanı qəsəbəsinin sakini kimi tanıyır, aralarında dostluq münasibətləri olmasa da, bir-birlərini görəndə salamlaşmışlar, heç vaxt mübahisə və ya dava-dalaşları olmamışdır. 20 iyul 2019-cu il tarixdə dostu Taleh İsmayılov ona zəng vurub qızının ad günü olduğunu bildirmiş, həmin vaxt Talehə Seymurla dənizə balıq tutmağa getdiyini demiş, Taleh ondan balıq tuta bilsələr onlara gəlmələrini və birlikdə ad gününü qeyd etmələrini xahiş etmişdir. Razılaşaraq Seymurun da onunla birlikdə gələcəyini bildirəndə Taleh etiraz etməmişdir. Eyni zamanda Talehin qızının ad gününə onun əmisi oğlu Alayar Qəribov da dəvət olunmuşdur. Həmin günü axşam saat 20 radələrində dənizdən altı-yeddi ədəd kütüm balığı tutub Seymur və Alayarla birlikdə Talehin ailəsi ilə yaşadığı Yeni Suraxanı qəsəbəsi, Göl küçəsindəki evinə getmiş, evdə həmin vaxt Taleh, onun arvadı Şahid1, Samirənin bacısı Zərərçəkmiş şəxs və azyaşlı uşaqlar olmuşlar. Bir qədər sonra Talehin sonradan adını bildiyi qayını Şahid4 onlara gəlmiş və Taleh onları tanış etdikdən sonra Həmid onlarla birlikdə süfrə arxasında oturmuşdur. Talehin qızının ad gününü qeyd etdikdən təxminən iki saat sonra Həmid getmiş, ondan qısa müddət sonra isə Seymur və Alayarla birlikdə onlardan çıxmışlar. Alayar öz evinə getmiş, o, isə Seymurla məhəlləyə düşmüşdür. Təxminən qırx dəqiqədən sonra Talehin baldızı Səbinə onun mobil telefonuna zəng vurub ondan onu harasa aparmağı xahiş etmiş və ona etiraz etməyib dostu Seymurun idarə etdiyi «Mercedes» markalı avtomaşınla Talehgilə tərəf getmişlər. Onlar həmin küçəyə çatanda Səbinəni öz azyaşlı uşağı ilə artıq məhəllənin aşağı hissəsində görmüş və Səbinə uşağı ilə həmin maşına oturub onları parkda düşürməyi xahiş etmişdir. Yolda isə Səbinə onun telefonu ilə qardaşı Təqsirləndirilən şəxs ilə danışmış, onların nə danışdığını bilməsə də, telefon danışığından sonra Səbinəni onun xahişi ilə 101 nömrəli məktəbin yaxınlığında düşürmüşlər. Onlar Səbinəni 101 nömrəli orta məktəbin yaxınlığında düşürdükdən sonra Babanın niyə onun ünvanına söydüyünü aydınlaşdırmaq üçün Babaya zəng vurmuş və onu görüşə dəvət etmişdir. x15 qəsəbənin girişində olduğunu demiş, yaxın məsafədə olduqlarından onlar Baba ilə qəsəbənin girişində görüşmüşlər. Baba maşına əyləşəndə, ondan niyə onun ünvanına söydüyünü soruşmuş, Baba isə onun ünvanına söymədiyini, bacısı Səbinənin ona zəng vurub Talehin dostlarının onu dənizə aparıb atdıqlarını dediyini, buna görə də Səbinəni dənizə aparanların ünvanına söydüyünü bildirmişdir. Babaya Səbinəni ilk dəfə Talehgildə gördüyünü, Səbinənin əvvəlcə parkın yanında, daha sonra isə 101 nömrəli məktəbin yanında düşürməyi xahiş etdiyini, Səbinəni heç vaxt dənizə aparmadığını demiş və bununla da onların aralarındakı məsələ aydınlaşdırıldıqdan sonra Baba Suraxanı parkının yaxınlığında maşından düşmüşdür. Həmin vaxt parkda Yeni Suraxanı qəsəbə sakini kimi tanıdığı Şahid8 görüb avtomobildən düşmüş, Seymur isə maşında qalmışdır. Əfruz ondan Baba ilə aralarında nə problem olduğunu soruşanda ona heç bir problem olmadığını, aralarındakı məsələnin artıq aydınlaşdırıldığını, Babanın onların deyil, bacısı Səbinəni dənizə aparanların ünvanına söydüyünü demişdir. Bundan sonra sağollaşıb maşına minib oradan getmişdir. Sonradan baş verənlər barədə məlumatı olmamışdır. Həmin vaxtdan sonra Səbinə ona zəng vurmamış, onunla aralarında hər hansı danışıq, görüş olmamış, 24 iyul 2019-cu il tarixdə Babanın bacısı Səbinəni bıçaqla vurmasını Suraxanı sakinlərindən eşitsə də, nə üstündə bıçaqladığını bilməmişdir. İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 24 iyul 2019-cu il tarixli təqrirdən görünür ki, 24.07.2019-cu il tarixdə saat 21 radələrində Suraxanı RPİ-nin 31-ci PB-dən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsindəki nömrəsiz evdən vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı Sabunçu x6 aparılması barədə rayon prokurorluğuna məlumat daxil olmuş, aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, 24.07.2019-cu il tarixdə saat 20 radələrində vətəndaş Şahid1 kirayədə yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsindəki nömrəsiz evdə sonuncunun qardaşı Təqsirləndirilən şəxs qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həmin evə qonaq gəlmiş digər bacısı Zərərçəkmiş şəxs özündə olan bıçaqla bədəninin sağ və sol döş qəfəsi nahiyələrindən iki ədəd daxilə nüyuz edən, bir ədəd qarın nahiyəsindən, bir ədəd sağ ayaq nahiyəsindən bıçaq zərbələri vuraraq sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd göstərmişdir (01-ci cild, iş vərəqi 04). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 24 iyul 2019-cu il tarixli protokoldan görünür ki, baxış keçirilmiş hadisə yeri Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz həyət tipli bir otaqlı evdir; fotocədvəllər protokola əlavə olunmuşdur (01-ci cild, iş vərəqi 05-12). İş materiallarındakı 3 saylı x12 Xəstəxanasının tərtib etdiyi 24 iyul 2019-cu il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin çoxsaylı hər iki plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ bud nahiyəsinin yarası ilə həmin xəstəxanaya qəbul olunmuşdur (01-ci cild, iş vərəqi 13). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 24 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə, saat 2325-də tutulmuşdur (01-ci cild, iş vərəqi 23). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 25 iyul 2019-cu il tarixli protokoldan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş paltarlara- bir ədəd üzərində «don't put mi»; ««DHGGME», LXL. made in Turkey» sözləri yazılmış tünd yaşıl rəngli qadın qısaqol köynəyinə və bir ədəd üzərində «NİKE» sözləri yazılmış bir ədəd qara rəngli qadın brici-şalvarına keçirilmiş baxış zamanı köynəyin sol yan yuxarı qoltuğaltı sahəsində 15 mm ölçüdə, ondan 30 mm sağda 30 mm ölçüdə, sol yan aşağı ətək sahəsində 10 mm ölçüdə, sağ qoltuqaltı sahədə 15 mm ölçüdə, ondan 170 mm aşağıda 15 mm ölçüdə, uzunluğu 700 mm, bel hissəsinin eni 300 mm olan qara rəngli idman şalvarının yan orta hissəsində 20 mm ölçüdə zədələr aşkar olunmuşdur (01-ci cild, iş vərəqi 31-32). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 26 iyul 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (01-ci cild, iş vərəqi 45-46). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 26 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani olaraq göstərərək təsdiq etməklə, cinayətin törədilməsində istifadə etdiyi bıçağı atdığı yeri göstərmiş, bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüş; fotocədvəllər protokola əlavə olunmuşdur (01-ci cild, iş vərəqi 60-64). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 26 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı bacısı Zərərçəkmiş şəxs zərbə yetirdiyi bıçağa keçirilmiş baxış zamanı bıçağın dəstəyinin tünd qırmızı rəngdə, uzunluğunun təxminən 18 sm olması müəyyən edilmiş, lakin üzərində heç bir qan, zədə və digər zəruri əlamətlər aşkar edilməmişdir (01-ci cild, iş vərəqi 65-66). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 4(010)-87/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2019-cu il iyulun 24-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (01-ci cild, iş vərəqi 73-75). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 21 iyul 2019-cu il tarixli raportdan görünür ki, 102 xidmətinə həmin tarixdə saat 0351-də vətəndaş Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs onu Yeni Suraxanı qəsəbəsində yerləşən parkın yanında bıçaqla hədələməsi barədə məlumat vermişdir (01-ci cild, iş vərəqi 97). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 24 iyul 2019-cu il tarixli raportdan görünür ki, 102 xidmətinə həmin tarixdə saat 2053-də Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yaşayan vətəndaş Şahid1 qardaşı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs bıçaqlaması barədə məlumat vermişdir (01-ci cild, iş vərəqi 98). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi 24 iyul 2019-cu il tarixli raportdan görünür ki, 3 saylı x12 Xəstəxanasından bölməyə Zərərçəkmiş şəxs qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir (01-ci cild, iş vərəqi 99). İş materiallarındakı vətəndaş Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə ünvanladığı 21 iyul 2019-cu il tarixli ərizə və izahatından görünür ki, həmin tarixdə saat 0330 radələrində qardaşı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncu əlində olan bıçaqla onun üzərinə gələrək vuracağı ilə hədə-qorxu gəlmişdir və bununla əlaqədar Babanın barəsində tədbir görüb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir (01-ci cild, iş vərəqi 100-101). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 26 iyul 2019-cu il tarixli protokoldan görünür ki, istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunluğu 640 mm, çiyin hissəsinin eni 440 mm ölçüdə olan bir ədəd göy rəngli idman köynəyinə və hadisə vaxtı əynində olmuş uzunluğu 690 mm. bel hissəsinin eni isə 390 mm ölçüdə olan bir ədəd göy rəngli cins şalvara keçirilmiş baxış zamanı üzərlərində hər hansı bir zədə və ya zədə izləri müəyyən olunmamış; istintaqa təqdim olunmuş həmin paltarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (01-ci cild, iş vərəqi 108-109). İş materiallarındakı vətəndaş Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna ünvanladığı ərizədən görünür ki, qardaşı Təqsirləndirilən şəxs onu bıçaqla vurması faktı ilə əlaqədar istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğundan onunla üzləşdirmə istintaq hərəkətində iştirak etmək istəmir (01-ci cild, iş vərəqi 136). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 30 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq təyinatına görə oxşar əlamətlərə malik digər bıçaqlar arasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim edilərkən, sonuncu həmin bıçağı tanıyaraq 2019-cu il iyulun 24-də təqsirləndirilən şəxs Baba Əlyievin ona çoxsaylı zərbələr vurduğu bıçaq olduğunu bildirmiş; fotocədvəllər protokola əlavə olunmuşdur (01-ci cild, 137-139-cu vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasının 06 avqust 2019-cu il tarixli 5587 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (01-ci cild, iş vərəqi 160). İş materiallarındakı vətəndaş Şahid1 Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna ünvanladığı ərizədən görünür ki, qardaşı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs bıçaqla vurması faktı ilə əlaqədar istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğundan onunla üzləşdirmə istintaq hərəkətində iştirak etmək istəmir (01-ci cild, iş vərəqi 180). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə nümayəndəliyinin tərtib etdiyi 27 avqust 2019-cu il tarixli 791 nömrəli arayış və həmin tarixli 29 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri və iki qardaşından ibarət tərkibdə ailəsi ilə birlikdə Yeni Suraxanı qəsəbəsi, Ə.Dadaşov küçəsi, ev 3 ünvanında yaşayır və müsbət xarakterizə olunur (01-ci cild, iş vərəqi 198-199). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 02 sentyabr 2019-cu il tarixli 098-11390-1219 nömrəli məktubundan görünür ki, Yeni Suraxanı qəsəbəsi, Ə.Dadaşov küçəsi, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barələrində bölməyə təqsirləndirici material daxil olmamış, həmin ailə münaqişəli ailə kimi qeydiyyata götürülməmişdir (01-ci cild, 206-cı vərəq). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Bakı Şəhər Narkoloji Dispanserinin 04 sentyabr 2019-cu il tarixli 2196 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur (01-ci cild, iş vərəqi 222). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 18 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Şahid8 ifadəsinin yerində yoxlanması zamanı ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani olaraq göstərərək təsdiq etmiş; fotocədvəllər protokola əlavə olunmuşdur (01-ci cild, iş vərəqi 225-229). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x10-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 27 avqust 2019-cu il tarixli 634 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – iki tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin hər iki yarısının plevra boşluqlarına nüfuz edən üç ədəd deşilmiş-kəsilmiş yaraları, sağ budun deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), ola bilsin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 24.07.2019-cu il tarixdə əmələ gələ bilər, dərəcələrinə görə döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ budun deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər; qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə özü-özünə yetirilməsi nəticəsində əmələ gəlmələri az inandırıcıdır (01-ci cild, iş vərəqi 249-251). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x10-Təcrübi və x8 rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 27 iyul 2019-cu il tarixli 617 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir (01-ci cild, iş vərəqi 253-254). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 18 sentyabr 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (01-ci cild, iş vərəqi 257-258). İş materiallarındakı vətəndaş Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna ünvanladığı ərizədən görünür ki, qardaşı Təqsirləndirilən şəxs onu 21 iyul 2019-cu il tarixdə Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən istirahət parkının yaxınlığında bıçaqla öldürəcəyi ilə hədələməsi və eyni zamanda 24 iyul 2019-cu il tarixdə bacısı Şahid1 yaşadığı evdə bıçaqla ona çoxsaylı bədən xəsarətləri yetirməsi ilə bağlı qardaşını bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barışıblar və ərizəsinin nəzərə alınmasını xahiş edir (01-ci cild, iş vərəqi 259). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 avqust 2019-cu il tarixli 1992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı narokmaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir, narkomaniya və xroniki alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (01-ci cild, iş vərəqi 260-261). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 09 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, şahidlər Şahid8 və Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid8 dənizə getmək barədə ilk dəfə Şahid1 ondan xahiş etdiyini, Şahid1 isə ona və Zərərçəkmiş şəxs dənizə getməyi Şahid8 təklif etdiyini bildirmişdir (01-ci cild, iş vərəqi 262-264) İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 12 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, «xxxxxxx» MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən telefon danışıqları və sms mətnləri aşkar olunmamışdır (01-ci cild, iş vərəqi 266). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x10-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 05 sentyabr 2019-cu il tarixli 593/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H/İİ; Zərərçəkmiş şəxs məxsus kofta, qısa lasin (brici şavlar), Şahid1 məxsus kofta, hadisə yerindən götürülmüş odeyal üzərindəki ləkələrdə və hadisə yerindən götürülmüş maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş bir ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olunmuş, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda, A,H antigenləri və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alınmış, beləliklə, bu qan ləkələri A-beta /H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər; təqdim edilən mətbəx bıçağının üzərində qan, Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, cins şalvar və hadisə yerindən götürülmüş kiçik yastıq üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (01-ci cild, iş vərəqi 268-273). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2019-cu il tarixli 19851/52 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən dəyişikliklər aşkar edilməmiş; paltarlardan Zərərçəkmiş şəxs məxsus koftanın sol yan yuxarı qoltuqaltı sahədə 15 mm ölçüdə, sol yan aşağı ətək sahədə 10 mm ölçüdə, sağ qoltuqaltı sahədə 15 mm ölçüdə, bir ədəd qara rəngli qısa idman şalvarının ayaqlığının yan orta sahədə 20 mm ölçüdə zədə izləri vadır, həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir, belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir; Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli idman köynəyi və bir ədəd göy rəngli cins şalvarın üzərində hər hansı bir mexaniki zədə aşkar edilməmişdir; ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir (01-ci cild, iş vərəqi 275-278). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2019-cu il tarixli 19853 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qara rəngli qısa şalvarın üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlir, Təqsirləndirilən şəxs məxsus açıq göy rəngli köynək üzərindən tapılmış tünd yaşıl rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus köynəyin tərkib liflərinə uyğun gəlir; liflərin mikroskopik tədqiqatının nəticələrinə dair cədvəl ekspert rəyinə əlavə edilmişdir; ekspertiza tədqiqatının dəyəri 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik təşkil edir (02-ci cild, iş vərəqi 05-08). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 13 sentyabr 2019-cu il tarixli 1759 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda, həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək, onlara iradi nəzarət etmək iqtidarında olmuş, fizioloji affekt vəziyyətində olmamışdır (02-ci cild, iş vərəqi 09-11). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun sübutların qiymətləndirilməsi barədə 04 noyabr 2019-cu il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134, 221, 228.4-cü maddələrinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş; Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 297, 307-ci maddələrinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş; hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd odeyal, bir ədəd yastıq, Şahid1 məxsus kofta, Zərərçəkmiş şəxs məxsus kofta, qısa lasin şalvar, Təqsirləndirilən şəxs məxsus kofta, cins şalvar, bıçaq maddi sübut hesab edilərək məhkəmənin yekun qərarı ilə onların taleyi həll edilənədək Suraxanı rayon Prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir (02-ci cild, iş vərəqi 38-62). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 04 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (02-ci cild, iş vərəqi 68-69). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq edilmiş 19 dekabr 2019-cu il tarixli və 08 yanvar 2020-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona yüngül cəza verilməsini və qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim olunan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində müdafiə olunmuşdur. İbtidai araşdırma orqanı tərəfindən onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimaitəhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Sözügedən Qərarın 6-cı bəndinə görə qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Bəhs olunan Qərarın 8-ci bəndində o da göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Bu Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs bıçaqla vurarkən digər bacısı Şahid1 yanlarında olmaması, yaxud otaqda olub-olmamasını xatırlamadığı, habelə Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs onu bıçaqla vuranda otaqda ikisindən başqa heç kimin olmaması, həmçinin Şahid1 qardaşı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs yaşadığı evdə bıçaqla vurduğu anı görməməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onların bu ifadələrini müvafiq olaraq özünü və təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq və yayındırmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməsi cinayət əməlini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin qismən etirafedici ifadələri, üzləşmə, baxış və ifadənin yerində yoxlanılması protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə görə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63.3.-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd odeyal, bir ədəd yastıq, bir ədəd bıçaq, Şahid1 məxsus kofta, Zərərçəkmiş şəxs məxsus kofta, qısa lasin şalvar, Təqsirləndirilən şəxs məxsus kofta, cins şalvar məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 308 (üç yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən – 24 iyul 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11(on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 24 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 308 (üç yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd odeyal, bir ədəd yastıq, bir ədəd bıçaq, Şahid1 məxsus kofta, Zərərçəkmiş şəxs məxsus kofta, qısa lasin şalvar, Təqsirləndirilən şəxs məxsus kofta, cins şalvar məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-234/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-234/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver