Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-234/2021 21.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxsin hüquqi varisi X2, müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və X1 iştirakı ilə, xx xxxxx 1970-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, heç yerdə işləməyən, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 151, mənzil 3-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətə azadlıqan məhrum etmə cəzasına məhkum olunub, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 12 iyul 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 3 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqan məhrum etmə cəzasına məhkum olunub, cəzasını çəkdiyi müddətdə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 5 il 6 ay müddətə azadlıqan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 01 avqust 2019cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 23 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində vəfat etmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 197, mənzil 6-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 23 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2020-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Şahid4 küçəsi, ev 24, mənzil 20-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 23 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən törətdiyi ağır və az ağır cinayətlərə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmasına, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 12 iyul 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 3 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmaqla, Bakı Apelyasiya Məhkəməsinin 28 aprel 2015-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə və cəzasını çəkdiyi müddət ərzində Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmasına, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə qohumları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti məlum olmayan qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 17,633 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda – 2,438 qram çəkidə kustar usulla hazırlanmış narkotik vasitə heroini əldə edib, psixotrop maddə metamfetaminin külli miqdarda – 9,422 qram çəkidə olan hissəsini yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D, giriş 2, mənzil 99-a daşıyıb orada gizlətməklə saxlamış, narkotik vasitə və psixotrop maddənin qalan hissəsini aralarında bölməklə, Yasəf Mehdiyev külli miqdarda– 5,011 qram çəkidə psixotrop maddə metamfetamini üstündə saxlamaqla ünvan 2 ünvanının yaxınlığına, Təqsirləndirilən şəxs2 külli miqdarda – 2,865 qram çəkidə psixotrop maddə metamfetamini və Təqsirləndirilən şəxs3 0,335 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 2,438 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D ünvanının qarşısına daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 17:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda - 5,011 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 19:00-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D ünvanının qarşısında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins materiallı gödəkçəsinin sol içəri döş cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 2,865 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 əynindəki qara rəngli cins materiallı şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə 0,335 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda - 2,438 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 27 aprel 2020-ci il tarixdə saat 17:05-də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D, giriş 2, mənzil 99-da axtarış və götürmə aparılan zaman həmin mənzilin birinci yataq otağında olan güzgülü türmonun yuxarı rəfindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qram, 0,100 qram və 9,299 qram, olmaqla ümumilikdə 9,422 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan plastik qaşıq, ikinci yataq otağında olan türmonun üzərindən isə bir ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, polis işçiləri tərəfindən saxlanılarkən onda narkotik vasitələr olmamışdır. Həmin narkotiki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları onun cibinə qoymuş və onun işini CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyini demişlər. Tutulduqdan sonra ona polis işçiləri tərəfindən onların dedikləri ilə razılaşması üçün təzyiqlər göstərilmişdir. 23 aprel 2020-ci il tarixdə təxminən 12-13 nəfər polis işçiləri onların kirayə qaldıqları evə daxil olub axtarış keçirmişlər, ancaq evdən heç nə aşkar etməmişlər. Həmçinin, onun üzərindən də heç nə çıxmamışdır. Sonra 27 aprel 2020-ci il tarixdə müstəntiq evə gedib və guya narkotik vasitə aşkar etmişdir. Ona görə də, onun və qohumları olan Babəklə Arazın işinin obyektiv şəkildə araşdırılmasını məhkəmədən xahiş edir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadə verməkdən imtina etdiyini, hətta izahat da vermədiyini, onları təcridxanaya gətirəndə bədənində xəsarət izləri olduğunu, qara ciyər serrozuna və şəkərə görə 3 ay müalicə aldığını, onların heç bir yerə şikayət etmədiklərini, prokurorluqdan heç kimin onun yanına gəlmədiyini və ondan aldığı xəsarətlərlə bağlı izahat alınmadığını, 2005-ci ildə də onun sifariş əsasında həbs olunduğunu və 2006-cı ildə barəsində hökm çıxarıldığını, hazırkı iş üzrə tutulmasının isə ona qarşı təxribat olduğunu bildirdi. Cinayət işinin materialları tədqiq edilərkən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ümumiyyətlə ifadə verməkdən və suallara cavab verməkdən imtina etdiyi müəyyən olundu (cild 1, iş vərəqi 132-133, cild 1, iş vərəqi 196-197). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis işçiləri tərəfindən saxlanılarkən onda, həm də Yasəf və Arazda narkotik vasitələr olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində zorla narkotik vasitələri onların boyunlarına qoymuşlar. Narkotiki onun cibinə həmin idarənin əməkdaşları qoymuşlar. Hətta qohumları olan Fəqanı da onlara qoşacağı ilə hədələmişlər. O da, polis işçiləri tərəfindən edilmiş təzyiqlərə dözməyərək istintaqa etirafedici ifadələr vermişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs3 özünün heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, polis işçilərinin istədiklərini istintaqda onlara yazdırdıqlarını, kirayə qaldıqları evdə heç vaxt tərəzi olmadığını, həmin tərəzini və narkotik vasitələri kirayə qaldıqları evə polis işçilərinin qoyduqlarını, onda narkomaniya xəstəliyinin aşkar edilməsinin mümkünsüz olduğunu, onda «Hepatit V» xəstəliyi olduğunu, ekspertlərin onda narkomaniya xəstəliyi aşkar edildiyini yazmalarının səbəbini bilmədiyini ifadəsinə əlavə etdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilən Təqsirləndirilən şəxs3 həmin ifadəsində göstərmişdir ki, 1 aya yaxındır psixotrop maddə metamfetamini və narkotik vasitə heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir. Qəbul etdiyi psixotrop maddə metamfetamin şüşə qırıntılarına bənzədiyi üçün həmin maddəyə narkomanlar arasında şüşə deyilir. Hətta avtomobilin qabaq şüşəsi - padpresin qırıntılarına oxşadığı üçün patı də adlanır. Şüşə və heroin qəbul etsə də, heç vaxt satışı ilə məşğul olmamışdır. Hərdən kiməsə hədiyyə vermiş, qəbul etdiyi malı tanımadığı təsadüfən yaşadığı evin yaxınlığında yaşayan şəxslərdən, hərdən isə xalası oğlu Arazdan təmənnasız götürmüşdür. Ona lazım olduqda isə özündə olanda o, xalası oğluna şüşə vermişdir. Cünki Araz də onun kimi şüşə qəbul etmiş, lakin satışı ilə məşğul olmamışdır. Belə ki, anasının ailəsi 7 bacıdan ibarət olmuş, onun anası Əsli, Arazın anası Sevil və Yasəfin anası Əsmət yeddi bacıdan üçüdür. Əsmət xalasının oğlu Yasəf uzun müddətdir ki, Bakı şəhərində yaşamış, o, özü 2001-2005-ci illər ərzində Bədən tərbiyəsi akademiyasında təhsil alan zaman Yasəfin yaşadığı Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən evində qalmışdır. Təxminən 1 il bundan əvvəl Yasəf həmin mənzili satmışdır və kirayə yaşamağa başlamışdır. Hazırda dəqiq ünvanı bilmədiyi, təzə köçdüyü «Şamaxinka» deyilən yerin yaxınlığında yerləşən mənzildə kirayə yaşamışdır. Təxminən 5-10 gün bundan əvvəl o, şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmiş, Yasəfin yanına qonaq getmişdir. Bakıda qalmağa yeri olmadığı üçün Yasəfin evində qalmışdır. Ondan başqa Yasəfgilə xalası oğlu Araz da qonaq gəlmişdir. Yasəf evdə tək yaşadığı üçün onlar onun yanına qalmağa gəlmişlər. Belə ki, həmin mənzil iki yataq, bir qonaq otaqlarından və bir mətbəxdən ibarət olmuşdur. Yataq otağın birində Arazla o, digər yataq otağında isə Yasəf qalmışdır. Yasəf də narkotik vasitə qəbul etdiyi üçün onda narkotik vasitə olduğunu düşünmüşdür. Lakin ondan heç vaxt narkotik istəməmiş və üzərində və ya evində narkotik olmasından xəbəri və məlumatı olmamışdır. Araz ilə birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Həmçinin Araz pay olaraq bir neçə dəfə ona narkotik vasitə vermişdir. O da, Araza hədiyyə olaraq heroin və şüşə vermişdir. Bakı şəhərinə gəldikdən təxminən bir həftə əvvəl 17 aprel 2020-ci il tarixdə tələbə yoldaşı, anket məlumatlarını bilmədiyi Rövşən ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Gənclik Mall» ticarət mərkəzinin qarşısında qarşılaşmış və söhbət zamanı ondan üzərində narkotik vasitə olubolmaması barədə soruşmuşdur. Çünki o tələbəlikdən bilmişdir ki, Rövşən narkotik vasitə qəbul edəndir. Rövşən adlı tələbə yoldaşının soyadı, atasının adı və digər anket məlumatları barədə heç bir məlumatı yoxdur. Rövşən isə üzərində bir büküm narkotik vasitə heroin olduğunu bildirmiş, o, həmin narkotik vasitəni Rövşəndən ona verməsini xahiş etmişdir. Rövşən isə narkotik vasitə olan heroini ona pay olaraq verəcəyini bildirərək bir ədəd şəffaf rəngli selofan bükümdə olan heroini ona vermişdir. Rövşəndən uzaqlaşandan sonra aldığı heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şalvarının sağ yan cibinə qoymuşdur. Bundan başqa, 22 aprel 2020-ci il tarixdə Araz Bakı şəhərinə gələndən sonra psixotrop maddə şüşə tapdığını demiş, Yasəfin yaşadığı evdə olarkən özündə saxladığı bir ədəd şəffaf rəngli selofan bükümdəki psixotrop maddə şüşəni ona uzatmış və demişdir ki, onun özünün var, bunu da ona pay verir. O da, həmin şüşəni götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Yasəf evdə olmamış və onların alış-verişindən xəbəri olmamışdır. 23 aprel 2020-ci il tarixdə saat 19:00 radələrində Yasəfin kirayə yaşadığı evin qarşısında qohumları Elvin, Fəqan və Araz ilə birlikdə dayanıb söhbət etdiyi zaman polis əməkdaşları yaxınlaşaraq Baş Mütəşəkkil Cinayıtkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə BMCMİ-yə getmişlər. İdarədə onun və Arazın üzərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Daha sonra ona və Araza vəkil dəvət olunnuşdur. Vəkil gəldikdən sonra o və Araz şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra isə üzərilərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmış və şəxsi axtarışda Elvin, Fəqan, vəkilləri və polis əməkdaşları iştirak etmişlər. Şəxsi axtarış zamanı polis əməkdaşları onların üzərində olan əşyaları stolun üzərinə qoymaqlarını bildirmişlər. O da, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli selofan bükümdəki heroini və bir ədəd şəffaf rəngli selofan bükümdəki şüşə adlandırılan psixotrop maddə metanfetamini stolun üzərinə qoymuşdur. Araz isə əynində olan qara rəngli gödəkçəsinin sol iç döş cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə olan şüşə adlanırılan psixotrop maddə metanfetamini stolun üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı ona üzərində aşkar edilmiş əşyaları təqdim etmək təklif etmiş, o, bir ədəd şəffaf rəngli selofan bükümdə olan heroini göstərərək, həmin heroini təxminən bir həftə əvvəl Rövşən adlı tələbə yoldaşından pay olaraq aldığını, üzərində çəkmək məqsədi ilə saxladığını, bir ədəd şəffaf rəngli selofan bükümdə olan şüşə adlandırılan psixotrop maddə metanfetamini isə iki gün əvvəl xalası oğlu Arazdan aldığını bildirmişdir. Araz isə üzərində saxladığı psixotrop maddə metanfetamini 5-6 ay əvvəl Şirvan şəhərində tanışı Ramil adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra onun və Arazın üzərində aşkar olunmuş narkotik vasitələr müvafiq olaraq zərfə qoyularaq qablaşdırılmışdır. Təhqiqatçı Elvin və Fəqanın üzərində narkotik vasitə və ya üzərində qanunsuz əşya olub olmadığını soruşduqda, onlar üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirmiş, ciblərini göstərmişlər. Onların üzərindən qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə videoçəkiliş protokol tərtib edilməsi məqsədi ilə dayandırılmışdır. Bundan sonra protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və vəsatət daxil olmadığı üçün həmin protokolu imzalamışdır (cild 1, iş vərəqi 215-217). Elan olunmuş ifadə ilə bağlı suallara cavabında Təqsirləndirilən şəxs3 protokoldakı imzaların özünə məxsus olduğunu, lakin həmin ifadəsini təsdiq etmədiyini, ifadənin ondan polis əməkdaşlarının təzyiqi ilə alındığını, narkotik vasitənin onun üzərinə polis işçiləri tərəfindən qoyulduğunu bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona verilmiş ittihamla razı deyildir. Onun cibinə narkotik vasitəni polis əməkdaşları qoymuş və onu aldadaraq işinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyini demişlər. İstintaq başa çatanda isə görmüşdür ki, ona 234.4.3-cü maddəni vermişlər. Onun və Babəkin, həmçinin Yasəfin iştirakı olmadan müstəntiq onların kirayə yaşadıqları evə gedib guya evdən narkotik vasitə aşkar etmişdir. Əslində isə, onların evində heç vaxt narkotik olmamışdır. Polis işçiləri onlarla bir yerdə olan xalası oğlu Fəqanı da narkotiklə həbs edəcəklərini dediklərinə görə o, razılaşmış və bütün sənədləri imzalamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 əvvəllər Rusiyada yaşadığı zaman narkotik vasitədən istifadə etdiyini və əsasən nəşə çəkdiyini, xalası oğlu Fəqan astma xəstəsi olduğunu və polis işçiləri ona təzyiq göstərəndə məcbur qalıb hər şeyi boynuna götürdüyünü, polis işçilərinin narkotik vasitəni hansı qaydada onun cibinə atdıqlarını özü də bilmədiyini, kirayə qaldıqları evi Babəklə birlikdə tutduqlarını və xalası oğlu Fəqanın isə iş üçün Bakıya gəldiyini və onlarla bir yerdə qaldığını, evdən aşkar olunan narkotikləri də polis işçilərinin özlərinin qoyduqlarını, Yasəflə Babəkin narkotik vasitədən istifadə edib-etmədiklərini bilmədiyini, onlarla bu barədə söhbətləri olmadığını, onların yaşadıqları evdə heç vaxt tərəzi görmədiyini, həmin evə tutulmamışdan təxminən 5-6 gün qabaq gəldiklərini, evin sahibini tanımadığını və həmin evi kirayə kimi hansısa maklerin tapdığını, Babəkin evə narkotik və ya başqa qanunsuz əşyalar gətirməsi halları olsaydı, yəqin ki, bundan özünün də xəbəri olacağını, «şüşə»nin nə olduğunu bilmədiyini, ona ifadəni zorla yazdırdıqlarını, istintaq dövründə heç kim barədə şikayət etmədiyini və məhkəmənin başlamasını gözlədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilən Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir. Qəbul etdiyi psixotrop maddə şüşə qırıntılarına bənzədiyi üçün həmin maddəyə narkomanlar arasında «şüşə» deyilir. «Şüşə» qəbul etsə də, heç vaxt satışı ilə məşğul olmamış, hərdən kiməsə hədiyyə vermişdir. Qəbul etdiyi şüşəni əvvəllər tanımadığı, təsadüfən yaşadığı evin yaxınlığında yaşayan şəxslərdən, hərdən isə xalası oğlu Təqsirləndirilən şəxs3 təmənnasız götürmüşdür. Babəkə lazım olduqda isə, özündə olan şüşədən ona vermişdir. Çünki Babək də onun kimi şüşə qəbul etmişdir. Bundan başqa, bildiyinə görə, Babək hərdən narkotik vasitə heroin da qəbul etmişdir. Babəkin narkotik vasitə satışı ilə məşğul olmasından onun xəbəri və məlumatı olmamışdır. Belə ki, anasının ailəsi 7 bacıdan ibarət olub, onun anası Sevil, Babəkin anası Əsli və Yasəfin anası Əsmət yeddi bacıdan üçüdür. Əsmət xalasının oğlu Yasəf uzun müddətdir ki, Bakı şəhərində yaşamış, əvvəl Memar Əcəmi metrostansiyası yaxınlığında evi olmuş, sonra isə həmin evi satmışdır. Təxminən bir həftə bundan əvvəl o, iş axtarmaq məqsədi ilə Bakı şəhərinə gələrək, Yasəfin yanına qonaq getmiş və son bir hətfədir ki, onun kirayə götürdüyü evdə yaşamışdır. Ondan əvvəl xalası oğlu Babək də Bakı şəhərində gəldiyindən Yasəfin evində qonaq qalmışdır. Həmin evdə Yasəfin otağı ayrı olmuş, o isə, Babəklə başqa otaqda qalmışdır. Bildiyinə görə, Yasəf də narkotik vasitə aludəçisi olmuşdur. Yasəf ondan yaşda böyük olduğundan o, narkotik barədə onunla danışmamışdır. 23 aprel 2020-ci il tarixdə saat 19 radələrində onlara qonaq gəlmiş şəxsləri, yəni Yasəfin bacısı oğlu Fəqanı və tanışı Elvini Babəklə birlikdə yola salmaq üçün yaşadıqları binanın blokunun qarşısına düşmüşlər. Həmin vaxt Yasəf evdə olmamışdır. Blokun qarşısında dayanıb söhbət edərkən mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini təqdim etmişlər və Babəklə onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını, onlarla getməli olduqlarını bildirmişlər. Həmçinin yanlarında olan Elvin və Fəqanı da onlarla birlikdə getməyə dəvət etmişlər, onlar da könüllü olaraq razı olmuşlar. Sonra onlar polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Orada o və Babək vəkillərlə təmin olunmuşlar, hüquq və vəzifələri izah edilmiş, həmçinin Elvin və Fəqanın iştirakı ilə, eləcə də videoçəkilişlə onun və Babəkin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona olan təklifə əsasən əynindəki gödəkçənin sol içəri döş cibində saxladığı, təxminən 5-6 ay əvvəl Şirvan şəhərində yaşayan Ramil adlı şəxsdən pay olaraq aldığı bir ədəd selofan bükülüdə olan psixotrop maddə metafetamini təqdim etmişdir. Həmçinin, Babək də ona olunan təklifə əsasən əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd selofan bükülüdə tələbə yoldaşı Rövşəndən aldığını bildirdiyi narkotik vasitə heroini və daha bir ədəd selofan bükülüdə ondan pay kimi aldığı metafetamini çıxarıb təqdim etmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Həmçinin, Elvin və Fəqandan üzərilərində olan əşyaları təqdim etmələri təklif olunmuş, lakin onlardan heç bir qanunsuz predmet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş və onlara oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər (cild 1, iş vərəqi 205-206). Məhkəmədə Təqsirləndirilən şəxs2 28 aprel 2020-ci il tarixli əlavə dindirmə protokolu tədqiq edilərkən müəyyən olundu ki, o, əvvəllər istintaqa verdiyi ifadələrini bir daha təsdiq edərək, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D, giriş 2, mənzil 99-u Təqsirləndirilən şəxs1 yeni kirayə götürmüşdür. O, təxminən bir həftə orada qalmış, onunla Babək Yasəfin yanına qonaq gəldiklərində evə daxil olduqda, solda yerləşən birinci yataq otağında qalmışlar. Həmin yataq otağında kiçik ölçülü elektron tərəzi olmuşdur. Lakin həmin tərəzi ona və Babəkə lazımsız olduğundan, onu istifadə etməmişlər. Həmin tərəzi çox güman ki, Yasəfin olmuşdur. Evin ikinci yataq otağında isə hansı əşyaların olubolmadığını onunla Babək bilməmiş, çünki həmin otaqda Yasəf qaldığından onlar həmin otağa heç vaxt keçməmişlər (cild 1, iş vərəqi 77-78). Elan olunmuş ifadələrlə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs2 protokollardakı imzaların ona məxsus olduğunu, lakin ifadələri təsdiq etmədiyini, həmin ifadələrin polis əməkdaşlarının təzyiqi nəticəsində ondan alındığını, narkotik vasitənin onun üzərinə polis işçiləri tərəfindən qoyulduğunu və evdə heç vaxt elektron tərəzi görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Baş İdarəyə Yasəf, Rasəf, Babək və Araz adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Baş İdarənin rəhbərliyinə məruzə edilmiş və həmin şəxslərin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 23 aprel 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin gün saat 17:30 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, həmin vaxt onun yanında olmuş Şahid10 adlı şəxs və Yasəfin özü Baş İdarənin inzibati binasına gətirilmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuş, saxlanılan şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs1 onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçiriləcəyi bildirilmiş, lakin şübhəli şəxs videoçəkilişin aparılmasına etiraz etdiyindən, iki nəfər hal şahidi dəvət olunmuş, onların iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf selofan bükümü və mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsdən təqdim etdiyi bükümdə olan maddənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs1 şəffaf selofan bükümdə olan maddənin “şüşə” adı ilə adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən orada olan maddənin ağ rəngli kristallardan ibarət iysiz maddələr olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 qeyd olunan maddələri bir neçə gün əvvəl şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetaminə bənzər maddə özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etsələr də, Təqsirləndirilən şəxs1 heç bir səbəb göstərmədən qablaşmanın üzərinə və tərtib olunmuş protokola imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid7 Təqsirləndirilən şəxs1 saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2020-ci il aprel ayında dəqiq tarixi yadında qalmayan bir gün axşam saatlarında “Su Sonası” şadlıq evinin yaxınlığında olarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən bir nəfərin üzərində şəxsi axtarış keçiriləcəyi barədə olna məlumat verərək, şəxsi axtarış zamanı hal şahidi qismində iştirak etməyi xahiş etmişdir. O, etiraz etməyərək polis işçisi ilə birlikdə Baş idarəyə gəlmişdir. Orada ondan əlavə bir nəfər də tanımadığı şəxsin hal şahidi qismində dəvət olunduğunu görmüşdür. Polis əməkdaşları onları üzərində şəxsi axtarış aparılacaq şəxsə təqdim etmiş, həmin şəxsin adının Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Saxlanılan şəxsə vəkil də təqdim olunmuş və onların hamısının iştirakı ilə Yasəfin üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr, psixotrop maddələr varsa, təqdim etməsini təklif etmiş, sonuncu da, əynində olan qara rəngli gödəkçəsinin cibindən bir ədəd selofan büküm və digər cibindən mobil telefonu çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üstü yoxlanılmış, başqa əşyalar aşkar edilməmişdir. Polis əməkdaşları Yasəfdən bükümün içində nə olduğunu soruşduqda, sonuncu, təqdim etdiyi bükümün içində “şüşə” adlandırdığı maddə olduğunu bildirmişdir. Onların yanında polis əməkdaşları həmin selofan bükümü açmış və bükümün içərisində ağ rəngli şüşəyə oxşar maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddəni bir neçə gün əvvəl şəxsi istifadəsi və satış məqsədilə əldə etdiyini bildirmişdir. Yasəfin üzərindən aşkar edilmiş bir ədəd selofan büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzərinə hal şahidi kimi onlar və vəkil imza etmiş, lakin Təqsirləndirilən şəxs1 heç bir səbəb göstərmədən qablaşmanın üzərini imzalamaqdan imtina etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmiş, o da, həmin protokolun düzgün yazıldığını görüb onu imzalamışdır. Təqsirləndirilən şəxs1 isə həmin protokolu da imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı hal şahidi qismində iştirak etdiyini bildirərək, digər hal şahidi Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 təxminən 1994-cü ildən etibarən tanıyır, həmin vaxtdan onunla dostluq münasibətləri vardır. Yasəfin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə onun məlumatı olmuş, hətta buna görə Yasəfin uzun müddət həbsdə cəza çəkdiyini də bilmişdir. Onun özü də arabir fasilərlə narkotik vasitə olan marixuanadan istifadə etmiş, Yasəf dəfələrlə ona marixuana hədiyyə etmişdir. 23 aprel 2020-ci il tarixdə saat 17 radələrində Yasəfin kirayədə yaşadığı mənzilə getmiş, oraya getməkdə məqsədi ona satılması üçün verilmiş “Longines” markalı saata müştəri tapılmasında köməklik etməsini Yasəfdən xahiş etməsi olmuşdur. Yasəf bir nəfərlə Nərimanov rayonu ərazisində görüşməli olduğunu bildirib, onunla yol yoldaşı olmağı xahiş etmş, Yasəfin idarə etdiyi avtomobillə Bakı şəhəri, Atatürk prospektinə gəlmişlər. Saat təxminən 17:30 radələrində mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşaraq Yasəfin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da, Yasəfin yanında Baş İdarəyə getməyə etiraz etməmişdir. Baş İdarəyə gəldikdən sonra Yasəfə vəkil təqdim edilmiş və üzərində şəxsi axtarış keçirilmişdir. Videoçəkilişlə şəxsi axtarış aparılmasına Yasəf etiraz etdiyinə görə iki nəfər hal şahidinin iştirakı ilə həmin tədbir keçirilmişdir. Yasəfə üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Yasəf də əynində olan qara rəngli gödəkçəsinin cibindən bir ədəd şəffaf selofan bükümü və mobil telefonu təqdim etmiş, şəffaf selofan bükümdə olan maddənin “şüşə” adlandırdığı metamfetamin olduğunu, qeyd olunan maddəni bir neçə gün əvvəl şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmiş, onlar həmin qablaşdırmanın üzərinə imza etsələr də, Yasəf heç bir səbəb göstərmədən qablaşmanın üzərinə və tərtib olunmuş protokola imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, 23 aprel 2020-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs1, X6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məlumatda adları çəkilən şəxslərin müəyyən edilib ifşa olunmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 23 aprel 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin gün saat 19:00 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, 1-ci mikrorayon, Moskva prospekti, ev 56 D ünvanının qarşısında saxlanılmış və onlar həmin vaxt onların yanında olmuş Şahid11 və Şahid12 ilə birlikdə Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vəkillərlə təmin edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla onların üzərində şəxsi axtarış aparılmışdır. Onlara qanunsuz narkotik vasitə və psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmalarında şübhəli bilindikləri elan edilməklə, üzərlərində olan qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddələri könüllü təqdim etmələri təklif olunmuşdur. İlk olaraq Təqsirləndirilən şəxs2 qara rəngli cins gödəkçəsinin döş cibindən bir ədəd şəffaf selofan bükümdə maddələri çıxarıb təqdim etmişdir. Həmin bükümdəki maddələrə baxış keçirilərkən, ağ rəngli kristallardan ibarət iysiz maddələrin olduğu məlum olmuş, sorğu zamanı Araz qeyd olunan maddənin metamfetamin olduğunu və həmin maddəni uzun müddət əvvəl Şirvan şəhərində onunla qonşuluqda yaşamış Ramin adlı şəxsdən aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümdə olan metamfetaminə bənzər maddə qablaşdırılmış və götürülmüşdür. Bundan sonra digər şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs3 də qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf selofan bükümlərdə maddələri çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş, birinci bükümdə tünd qəhvəyi rəngli, kəskin iyli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddənin, ikinci bükümdə isə ağ rəngli kristallardan ibarət iysiz psixotrop maddə metamfetaminə oxşar maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Babək qeyd olunan maddələrdən narkotik vasitə heroini 1 həftə əvvəl tələbə yoldaşı Rövşən adlı şəxsdən aldığını, digər bükümdəki metamfetamini isə şəxsi axtarış və götürmədə iştirak edən digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 təxminən 2 gün əvvəl aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 həmçinin Təqsirləndirilən şəxs2la bir-birlərinə narkotik vasitə və psixotrop maddə verdiklərini etiraf etmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan bükümdə olan heronə və metamfetaminə bənzər maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, onlarla birlikdə Baş İdarəyə dəvət edilmiş və baxışda iştirak etmiş Şahid11 və Şahid12 narkotik vasitə və psixotrop maddə istifadəçiləri olub-olmadıqları, həmçinin şübhəli şəxslərlə nə kimi əlaqələrinin olması, şübhəli şəxslərin üzərində narkotik vasitə və psixotrop maddənin olduğunu bilib-bilmədikləri soruşulmuş, Şahid11 və Şahid12 onlarda hər hansı qanunsuz əşyalar olmadığını bildirmiş, özləri əyinlərindəki paltarların və şalvarlarının ciblərini açıb göstərmişlər. Hər iki şəxs Bakı şəhərinə Təqsirləndirilən şəxs1lə görüşmək üçün gəldiklərini bildirmişlər. Bundan sonra baxış protokolu tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid4, Şahid5 və Şahid3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılaraq üzərlərində şəxsi axtarışlar keçirilərkən əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid6 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahidlər Şahid11 və Şahid12 ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq olunarkən müəyyən olundu ki, onlar da 23 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və hər birinin üzərindən narkotik və psixotrop maddələr aşkar olunaraq götürülmüş, onların özlərinin də üzərinə polis əməkdaşları tərəfindən baxılmış, lakin heç bir qanunsuz əşyalar aşkar olunmamış və bu səbəbdən onlar sərbəst buraxılmışlar. Şahid11 və Şahid12 ibtidai istintaq zamanı iş üzrə dindirilmiş polis əməkdaşları Şahid6 və qeyrilərinin məhkəmə iclasında verdikləri ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqi 20-23, 24-27). Məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, 2017-ci ildə o, Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D, giriş 2, mənzil 99-u almış, lakin həmin mənzildə yaşamamışdır. Maddi vəziyyəti ilə bağlı 2020-ci ilin aprel ayında həmin mənzili kirayə verməyə qərara almış, əmlak şirkətinin vasitəsi ilə mənzili 05 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsə aylıq 450 manata kirayə vermişdir. Həmin şəxs ona ailəli şəxs kimi təqdim edilmişdir. Beləliklə, razılığı əsasında həmin mənzilin kirayə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Ona bildirilmişdir ki, 23.04.2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq üzərində axtarış aparılan zaman külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, 27.04.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona məxsus olan Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D, giriş 2, mənzil 99-a axtarış aparılan zaman oradan psixotrop maddəyə oxşar maddələr, bir ədəd elektron tərəzi və bir ədəd qələm tapancaya oxşar əşya aşkar edilərək götürülmüşdür. Kirayə verdiyi mənzildə qanunsuz maddələrin saxlanılmasından xəbəri və məlumatı olmamışdır. O, həmin mənzili Yasəfə kirayə vermişdir (cild 2, iş vərəqi 52-57). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 aprel 2020-ci il tarixli üzləşdirmə protokollarına əsasən, istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə onun əleyhinə ifadə vermiş şahidlər arasında üzləşdirmələr keçirilmiş, həmin istintaq hərəkətləri zamanı şahidlər X7, Şahid7, Şahid1, Şahid9 və Şahid8 sərbəst ifadələrində göstərdikləri halları şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək onu ifşa etmişlər (cild 1, iş vərəqi 174-188). Cinayət işində olan 23 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və qeyriləri barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 17:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 6 yerləşən BMCMİ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda - 5,011 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 36-38). İş materiallarına əlavə edilmiş 23 aprel 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq, həmin gün saat 19:00-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D ünvanın qarşısında saxlanılaraq, ünvan 6 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins materiallı gödəkçəsinin sol içəri döş cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 2,865 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 əynindəki qara rəngli cins materiallı şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə 0,335 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda - 2,438 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 82-85). Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2020-ci il tarixli qərarı ilə əməliyyataxtarış aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Rövşən Canalov tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 23.04.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 2, iş vərəqi 123-125). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş 27 aprel 2020-ci il tarixli məktubda Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması göstərilmişdir. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 27 aprel 2020-ci il tarixli qərarına əsasən, həmin tarixdə saat 17:05-də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56D, giriş 2, mənzil 99-da axtarış və götürmə aparılmışdır. Axtarış zamanı həmin mənzilin birinci yataq otağında olan güzgülü tryumonun yuxarı rəfindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,023 qram, 0,100 qram və 9,299 qram, olmaqla ümumilikdə 9,422 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd üzərində metamfetamin izləri olan plastik qaşıq, ikinci yataq otağında olan tryumonun üzərindən isə bir ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32-51). Məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2020-ci il tarixli 6/539 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan zərfdəki (№1) təmiz çəkisi 5,011 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan zərfdə (№2) təmiz çəkisi 2,865 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan zərfdəki (№3) təmiz çəkisi 0,335 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və həmin zərfdəki təmiz çəkisi 2,438 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Vət. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş metamfetamin maddələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qalıq : metamfetamin – 8,061 qram, heroin- 2,388 qram təşkil edir (cild 1, iş vərəqi 110-115). Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2020-ci il tarixli 6/565 №li rəyindən görünür ki: - üzərində “Bakı şəh. Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56 D. mənzil 99da götürülmüş maddələr...” yazılar olan zərfdəki (№2) 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,023qram, 0,100 qram, 9,299 qram, ümumi təmiz çəkisi 9,422 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 3 ədəd bükümdəki metamfetaminlər öz aralarında və 24.04.2020-d il il tarixli 6/539 saylı ekspert rəyində tədqiqat nəticələri verilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilərək götürülmüş metamfetaminlə tərkiblərinə görə uyğunluq təşkil edirlər. Həmin zərfdəki 1 ədəd plastik qaşığın səthində metamfetaminə məxsus izlər müəyyən edildi; - üzərində “Bakı şəh. Nəsimi rayonu, 3004-cü məhəllə, Moskva prospekti, ev 56 D, mənzil 99da götürülmüş tərəzi...” yazılar olan zərfdəki (№1) 1 ədəd qabarit ölçüləri 11x6sm olan elektron tərəzinin səthində metamfetaminə məxsus izlər müəyyən edildi; Qaşıq və elektron tərəzidə aşkar edilən metamfetaminə məxsus iz mikrohissəcikləri yetərsiz olduğu üçün eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. Qalıq : 2 №-li zərfdə metamfetamin - 9,362qram; 3 №-li paketdə : - 1№-li zərfdə metamfetamin – 4,911qram; - 2№-li zərfdə metamfetamin – 2,765 qram; - 3№-li zərfdə metamfetamin - 0,235qram; Narkotik vasitə heroin istifadə olunmamışdır (cild 2, iş vərəqi 65-66). İbtidai istintaq orqanının 28 aprel 2020-ci il tarixli qərarına əsasən, iş üzrə aşkar olunub götürülmüş tədqiqatdan sonra qalıq qalan bir ədəd zərfdə qablaşdırılmış 2,388 qram çəkidə narkotik vasitə heroin, 17,273 qram çəkidə psixotrop maddə metamfetamin, üzərlərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd plastik qaşıq və bir ədəd elektron tərəzi, elecə də bir ədəd zərfdə qablaşdırılmış bir ədəd avtoqələm formasında olan əşya maddi sübut hesab edilərək təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 100-102). Cinayət işinə əlavə edilmiş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 18 may 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 isifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə 20.04.2020-ci il tarixdən 22.04.2020-ci il tarixədək 7 telefon danışğıı, Təqsirləndirilən şəxs3 oğlunun isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 17.04.2020-ci il tarixdən 22.04.2020-ci il tarixədək 44 telefon danışığı, Təqsirləndirilən şəxs3 oğlunun isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə isə 06.04.2020-ci il tarixdən 21.04.2020-ci il tarixədək 25 telefon danışığı qeydə alınmışdır (cild 2, iş vərəqi 164-168). İş materiallarında olan telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 30 iyun 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** və Təqsirləndirilən şəxs3 adına olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs3 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və Təqsirləndirilən şəxs3 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefon danışıqları qeydə alınmasa da, Təqsirləndirilən şəxs2 oğlunun isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 22.04.2020-ci il tarixdə 7 telefon danışığı qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefon danışığı qeydə alınmasa da, Təqsirləndirilən şəxs2 oğlunun isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 17.04.2020-ci il tarixdən 22.04.2020-ci il tarixədək 44 telefon danışığı qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefon danışığı qeydə alınmasa da, Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 06.04.2020-ci il tarixdən 21.04.2020-ci il tarixədək 26 telefon danışığı qeydə alınmışdır (cild 2, iş vərəqi 221-226). Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2020-ci il tarixli 1698 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 227-228). Məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2020-ci il tarixli 1713 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 229-230). Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2020-ci il tarixli 1694 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 231- 232). Cinayət işinə əlavə edilmiş 08.05.2020-ci il tarixli 2389 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 197, mənzil 6-da qeydiyyatda olmaqla valideynləri ilə yaşayır, ərazi dairə nümayəndəliyinə onun barəsində yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 150-152). Cinayət işində olan 08.05.2020-ci il tarixli 2391 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, Şahid4 küçəsi, ev 24, mənzil 20-də qeydiyyatda olmaqla həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır, ərazi dairə nümayəndəliyinə onun barəsində yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 153-155). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən daxil olmuş 26 iyul 2016-cı il tarixli 17/36-1615 saylı məlumatdan görünür ki, xx.xx.1970-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 10.06.2021-ci il tarixdə Bakı İstintaq təcridxanasından təcili etapla “Qaraciyər serrozu. Qida borusunun qanaxması” diaqnozu ilə Müalicə müəssisəsinin İntensiv terapiya şöbəsinə köçürülmüşdür. Aparılan müalicə tədbirləri nəticəsində həbs edilmiş Təqsirləndirilən şəxs1 səhhətində müsbət dinamika müşahidə edilməmiş, daha da ağırlaşmış və 26.07.2021-ci il tarixdə saat 11:35 radələrində müəssisənin İntensiv terapiya şöbəsində “Qaraciyərin qarışıq mənşəli serrozu, dekompensasiya mərhələsi. Assit. Qida borusunun aşağı 1/3, mədənin kardial hissəsinin varikoz genişlənmiş venalarından profuz qanaxma. Posthemorragik anemiya. Şəkərli diabet, İİ tip. Kəskin ürək-damar və tənəffüs çatışmamazlığı” diaqnozu ilə ölmüşdür. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri, Nizami rayon prokurorluğundan məhkəməyə daxil olmuş meyitin məhkəmə-tibbi müayinəsinə dair 101 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 ölümünə səbəb qaraciyərin portal serrozu xəstəliyinin kəskinləşməsi nəticəsində yaranmış qida borusunun abdominal (çıxış), mədənin kardial (giriş) hissəsinin varikoz genişlənmiş venoz damarlardan profuz (massiv) qanaxma olmuşdur. Cinayət işinin materiallarında olan 28.04.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluqları barədə məlumat yoxdur (cild 2, iş vərəqi 103-105). İş materiallarında olan 30.04.2020-ci il tarixli tələbnamədən, hökmlərin və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 12 iyul 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 3 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, bundan sonra Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkdiyi müddətdə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 2, iş vərəqi 108-110, 177-185, 201-220). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlillər gətirərək, verilmiş ittihamlarda göstərilən narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən onların üzərinə və kirayə yaşadıqları mənzilə qoyulduğunu, ibtidai istintaq zamanı etirafedici ifadələri polis işçilərinin təzyiqləri nəticəsində verdiklərini, bu səbəbdən elan olunmuş ittihamlarla razı olmadıqlarını və ittihamı qəbul etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan və məhkəmə iclasında tədqiq olunmuş çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədəki mövqelərini onların cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi dəyərləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə baxışı dövründə ölmüş Təqsirləndirilən şəxs1 münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-1ci maddəsinin tələbinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPMnin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda – ölmüş təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.1970-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 qaraciyərin portal serrozu xəstəliyinin kəskinləşməsi nəticəsində yaranmış qida borusunun abdominal (çıxış), mədənin kardial (giriş) hissəsinin varikoz genişlənmiş venoz damarlardan profuz (massiv) qanaxma səbəbindən həbsdə saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində 26.07.2021-ci il tarixdə saat 11:35 radələrində ölmüşdür. Bununla əlaqədar, mərhum Təqsirləndirilən şəxs1 bacısı X5 cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada məlumatlandırılmış və o, bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etmiş, bu səbəbdən Yeganə Həsənova hüquqi varis qismində tanınaraq ümumi qaydada məhkəmə baxışı davam etdirilmişdir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Mərhum Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Lakin Təqsirləndirilən şəxs1 26 iyul 2021ci il tarixdə öldüyündən ona cəza təyin olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 aprel 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adları çəkilən şəxslər Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Babək Şirəliyyevin və Təqsirləndirilən şəxs2 23 aprel 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.6-cı maddəsinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar – ekspertiza tədqiqatlarından sonra qalıq qalan bir ədəd zərfdə qablaşdırılmış 2,388 qram çəkidə narkotik vasitə heroin, 17,273 qram çəkidə psixotrop maddə metamfetamin, üzərlərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd plastik qaşıq və bir ədəd elektron tərəzi, elecə də bir ədəd zərfdə qablaşdırılmış bir ədəd avtoqələm formasında olan əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 218 (iki yüz on səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 218 (iki yüz on səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 109 (yüz doqquz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 öldüyündən onun hüquqi varisi hesab edilən X5 qeyd olunan məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2020-ci il tarixli 1698 saylı və 1694 saylı rəylərinə əsasən, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən, Təqsirləndirilən şəxs2 isə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların hər ikisinin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, adları çəkilən təqsirləndirilən şəxslər barədə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 26 iyul 2021-ci il tarixdə öldüyündən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan bir ədəd zərfdə qablaşdırılmış 2,388 qram çəkidə narkotik vasitə heroin, 17,273 qram çəkidə psixotrop maddə metamfetamin, üzərlərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd plastik qaşıq və bir ədəd elektron tərəzi, elecə də bir ədəd zərfdə qablaşdırılmış bir ədəd avtoqələm formasında olan əşya hökm qaununi qüvvəyə mindikdən sonra məhv edilsin; - təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 218 (iki yüz on səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 109 (yüz doqquz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs1 öldüyündən onun hüquqi varisi hesab edilən X5 qeyd olunan məhkəmə məsrəflərinin ödənilməsindən azad edilsin. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-234/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-234/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver