Məhkəmə qərarları › İş №1(101)-234/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-234/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-234/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində üç nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 16 sentyabr 2021-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının sonlarında şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə tamah məqsədilə külli miqdarda brilyant qaşları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə, Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirmə və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş Türkiyə Respublikasında olan üzvünün vasitəsilə ümumilikdə külli miqdarda- 259390 manat dəyərində 2267,5 karat brilyant qaşların 772,4 karatdan ibarət 118659,50 manat dəyərində olan hissəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərində “AC&CO” yazılmış göy rəngli bir cüt idman ayaqqabısının hər tayının uc hissəsində 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd kiçik ölçülü polietilen paketdə qablaşdırılaraq onun adına göndərilmiş poçt bağlamasının içərisində, 1495,1 karatdan ibarət 140730,50 manat dəyərində olan hissəsini isə malların aşkar edilməsini çətinləşdirən eyni üsullardan istifadə edilməklə üzərində “LC Waikiki” yazılmış boz rəngli 1 cüt idman ayaqqabısının sol tayının uc hissəsində 6 ədəd, sağ tayının uc hissəsində isə 4 ədəd olmaqla, ümumilikdə 10 ədəd kiçik ölçülü polietilen paketdə qablaşdırılaraq cinayətin törədilməsindən xəbəri olmayan Azərbaycan Respublikası vətəndaşı Şahid1 adına göndərilmiş poçt bağlamasının içərisində gizlədilməsini və hər iki bağlamanın “Smart Customs” proqramı ilə “ayaqqabı və köynəklər” kimi bəyan edərək 28.04.2021-ci il tarixdə beynəlxalq poçt göndərişləri vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilməsini təşkil etmiş, müvafiq olaraq 29 və 30 aprel 2021-ci il tarixlərində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postunda qeyd olunan brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, həmin tarixlərdə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş qeyd edilən brilyant qaşlar aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdar təşkil edən brilyant qaşları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından keçirib Azərbaycan Respublikasına gətirməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əşyaların külli miqdarda qaçaqmalçılığı cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, səyyar şəkildə zərgərlik fəaliyyəti ilə, o cümlədən Bakı şəhərində «Moskva» univermağının ətrafında qızıl-zinət əşyaların təmiri, eyni zamanda satışı ilə məşğul olmuşdur. Pandemiya başladıqdan sonra işsiz qalmışdır. Lakin COVİD-19 virusu ilə bağlı pandemiya məhdudiyyətləri başlamazdan əvvəl Dior adlı Özbəkistan Respublikası vətəndaşı ondan qızıl-zinət əşyaları alaraq Özbəkistan Respublikasına aparmış, bəzən ondan aldığı qızıl-zinət əşyalarının pulunu tam ödəsə də, bəzən borclu qalmışdır. Daha sonra alış-veriş etdiyi zaman gətirib pulu ödəyirmiş. Pandemiya dövründən öncə sonuncu alış-verişdən sonra Diorun ona 20000 ABŞ dolları borcu yaranmışdır. Pandemiya başladıqdan sonra borcunu tələb etdikdə, Dior işləmədiyini əsas gətirərək borcunu qaytara bilmədiyini demişdir. Dior borcunun əvəzinə ona brilyant daşlar göndərə biləcəyini dedikdə, o, bununla razılaşmışdır. Dior adlı şəxsin göndərəcəyi brilyant daşlar 20.000 ABŞ dollarından çox olmuşdur. Plana əsasən o, həmin daşları ölkə ərazisində satıb Diorun ona olan borcunu götürəcək, artıq qalan hissəsini isə daha sonra Diorla alış-veriş zamanı haqq-hesab edəcəkmişlər. Dior həmin daşları İstanbul şəhərinə gətirə biləcəyini söyləmiş, o, Diora İstanbul şəhərindən Azərbaycan Respublikasına göndərməsi üçün əvvəllər sifariş etdiyi “tibiex” sürətli poçt daşıma şirkətinə təhvil verməyi təklif etmiş, həmçinin öz adı ilə bərabər əvvəlcədən tanıdığı Şahid1 adına da geyim əşyalarından ibarət poçt bağlaması göndərməyini və brilyant daşları geyim əşyalarının içinə qoyub gizlədərək göndərməyi xahiş etmişdir. Diorun özünün isə həmin daşları İstanbula necə gətirməsini o, bilməmişdir. Əlaqə nəticəsində öyrənmişdir ki, Dior İstanbulda geyim əşyaları, o cümlədən 2 cüt idman ayaqqabıları almış, həmin brilyantları iki hissəyə bölmüş, onlardan bir hissəsini onun adına göndərəcəyi idman ayaqqabısının hər iki tayının içərisində, digər hissəsini isə Cəmilənin adına göndərəcəyi idman ayaqqabısının hər iki tayının içərisində gizlətmiş, “tibiex” sürətli poçt daşıma şirkətinin İstanbul şəhərində yerləşən ofisinə gedərək onun və tanışı Şahid1 adına poçt bağlaması göndərmişdir. Həmin bağlamalar Bakıda Hava Nəqliyyatında xidmət edən gömrükçülər tərəfindən gömrük nəzarəti zamanı yoxlanılarkən idman ayaqqabılarının içərisində aşkar edilərək götürülmüş və sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, pandemiya ilə əlaqədar onun maddi problemləri yaranmış və borcları çoxalmışdır. Məhz bu səbəbdən o, gətizdirdiyi malların gömrük ödənişlərini ödəməmək üçün özünün və Şahid1 adına göndərilən bağlamada aşkar edilmiş daşları gömrük orqanından gizlətmişdir. Bundan başqa o, ölkəyə gömrük nəzarətindən gizlədilmiş şəkildə qızıl-zinət əşyaları və qiymətli daşlar gətirməmiş və yaxud sifariş etməmişdir. Poçt bağlamasında olan geyim əşyalarını Dior adlı şəxs onun məsləhəti ilə İstanbul şəhərində almış və özü birbaşa “Tibiex” sürətli poçt daşıma şirkətinin İstanbul şəhərində olan ofisinə aparıb təhvil vermişdir. İçərisindən gömrük nəzarətindən gizlədilmiş brilyant qaşlar aşkar edilmiş malları onun öz adından və Şahid1 adından “smart customs” vasitəsilə gömrük orqanına özü o, özü bəyan etmişdir. Ona göndərilən daşları konkret satacağı adam olmamış, əvvəlcədən heç kimlə razılaşmamışdır. O, Şahid1 onun adına poçt bağlaması göndərilməsi üçün hər hansı bir formada pul və ya digər hədiyyə verməmiş, vəd etməmişdir. Sadəcə əvvəlcədən tanıdığı üçün Cəmilənin adına bağlama göndərilməsinə icazə verməsini xahiş etmişdir. Cəmilə də bunu qəbul etmişdir. Brilyant qaşların hamısını öz adına və bir bağlamada gətirmək çox riskli olacağından o, Diordan həmin brilyantları 2 hissəyə bölməsini, onların bir hissəsini onun adına göndərəcəyi malların içərisində, bir hissəsini isə Cəmilənin adına göndərəcəyi malların içərisində gizlədib göndərməsini xahiş etmişdir. Dior isə həmin poçt bağlamalarını “tibiex” sürətli poçt daşıma şirkətinin İstanbul şəhərində yerləşən ofisinə eyni gündə təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, tutduğu əməldən səmimi peşiman olmuşdur. İşsizlik səbəbəindən bu üsula əl atmışdır. Ona məxsus malların gömrük ödənişlərini etməyə hazırdır. Cəza təyin olunarkən himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, onun özünün ailəsinin yeganə qazancgətirəni olmasını nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 1995-1998-ci illər ərzində Bakı şəhərində yerləşən “Moskva» univermağı adlanan univermaqda müxtəlif mağazalarda satıcı kimi işləmiş, orada işlədiyi müddətdə, həmçinin qızıl-zinət əşyalarının satışı ilə məşğul olan şəxslərlə də münasibəti yaranmışdır. «Moskva» univermağından uzaqlaşdıqdan sonra bəzən hədiyyəlik zərgərlik məmulatları almaq və ya hər hansı zərgərlik məmulatlarını düzəltdirmək üçün həmin univermağa gedib-gəlmişdir. Təxminən 5-6 il əvvəl üzüyünün qaşını düzəltdirmək üçün yenə həmin univermağa getmiş, orada zərgər kimi işləyən, hazırda baxılan iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin vaxtdan sonra o, ildə 1-2 dəfə bu cür işlərlə bağlı “Moskva» univermağına getmiş, hər getdiyində Rüstəmlə əlaqə saxlayıb, işlərini ona gördürmüşdür. Şahid1 ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin aprel ayının təxminən sonlarında yenə də üzüyüü düzəltdirmək üçün «Moskva» univermağına getmiş, Rüstəm onu qarşılamış, təmir üçün təqdim etdiyi üzüyü təmir etmişdir. Həmin vaxt Rüstəm ona Türkiyədən müxtəlif geyim əşyaları sifariş verdiyini bildirmiş, poçt göndərişlərində müəyyən olunan limiti keçdiyi üçün sifarişləri başqasının adına adına vermək lazım olduğunu, evdəkilərə geyim əşyası sifariş vermək istədiyini demiş və bunun üçün ondan şəxsiyyət vəsiqəsini və mobil telefonunu istəmişdir. O, bunun bir qanunsuzluq olmadığını fikirləşib etiraz etməmiş və mobil telefonla şəxsiyyət vəsiqəsini Rüstəmə vermişdir. Rüstəm 5-10 dəqiqə sonra hər ikisini ona qaytararaq öz minnatdarlığını bildirmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, 03 may 2021-ci il tarixdə gömrük əməkdaşı kimi özünü təqdim edən bir nəfər onun mobil nömrəsinə zəng edərək adına gələn poçt bağlamasının saxlanıldığını və bu səbəbdən izahat vermək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gəlməli olduğunu ona bildirmişdir. O, 04 may 2021-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gəldikdən sonra TBX00063868 nömrəli izləmə kodu ilə onun adına gələn poçt bağlamasının içərisindəki 1 cüt ayaqqabının hər tayının içərisində gizlədilmiş formada ümumilikdə 306 qram brilyant qaşlara bənzər daşlar aşkar edilmiş və saxlanılmışdır. Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsini və telefonunu götürməyə görə və ya adına poçt bağlaması sifariş verməyə görə ona hər hansı məbləğdə pul ödəməmiş və ya bu barədə vəd verməmişdir. Rüstəm onun adına sifariş edəcəyi malların içərisində hər hansı qanunsuz bir əşya olacağı barədə onu xəbərdar etməmişdir. O, ancaq insanlıq xatirinə Rüstəmin xahişini yerinə yetirmişdir. O, bundan əvvəl poçt vasitəsilə onlayn qaydada hər hansı mallar sifariş verməmiş, onlayn qaydada mallar sifariş verməyi ümumiyyətlə bacarmamışdır. O, Dior adlı şəxsi tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs onun adına mallar sifariş verməsi ilə yanaşı, öz adına da həmin vaxt başqa mallar sifariş verməsi barədə ona heç nə bildirməmişdir. Bundan başqa, iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki,, o, 6 ildir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində işləyir. 29 aprel 2021-ci il tarixdə xidməti vəzifəsini Bakı Karqo Terminalında həyata keçirirmiş. Həmin gün saat 15 radələrində gömrük əməkdaşı Şahid4 “Tibiex” sürətli poçt daşıma şirkəti vasitəsilə daşınan poçt bağlamalarına rentgen qurğusu vasitəsilə gömrük nəzarəti həyata keçirərkən poçt bağlamalarının birində qiymətli daşlara məxsus təsvirlər görmüş və ona poçt bağlamasına yoxlama keçirilməli olduğunu bildirmişdir. Həmin poçt bağlaması Türkiyə Respublikasından göndərilmiş və üzərində TBX00063869 saylı izləmə kodu olan və “Smart Customs” proqramı ilə 250,00 Türkiyə lirəsi dəyərində 1 cüt kişi ayaqqabısı və 540,00 Türkiyə lirəsi dəyərində 3 ədəd kişi köynəyi kimi bəyan edilmiş, göndərən qismində Trendyol, alıcı qismində Rustam İbrahimov (AZE********, Sumqayıt, +**********86) kimi göstərilmiş üzərində “Tibiex” poçt daşıma şirkətinin adı yazılmış ağ rəngli sellofan paketdən ibarət olmuşdur. Daha sonra o, gömrük əməkdaşı Şahid4 və 2 nəfər hal şahidinin iştirakı ilə həmin poçt bağlamasına yoxlama keçirmişdir. Yoxlama zamanı həmin bağlamanın içərisində olan qara rəngli sellofan paketdə 3 ədəd kişi köynəyi və 1 ədəd üzərində “AC&CO” yazılmış karton qutunun içində üzərində “AC&CO” yazılmış göy rəngli 1 cüt idman ayaqqabısı olduğu müəyyən edilmişdir. Ayaqqabının sol tayının içindən bükülmüş kağız çıxarılandan sonra uc hissəsində gömrük nəzarətindən gizlədilmiş yapışqan lentlə sarılmış 1 ədəd büküm aşkar edilmiş, həmin büküm açıldıqda üzərlərində “173.45” və “235.19” rəqəmləri yazılmış 2 ədəd kiçik ölçülü polietilənlərdə qablaşdırılmış vəziyyətdə çəkiləri 36 qram və 48 qram təşkil edən müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar olunmuşdur. Daha sonra ayaqqabının sağ tayının içindən bükülmüş kağız çıxarılmış və ayaqqabının uc hissəsindən 1 ədəd yapışqan lentə sarılmış büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda üzərlərində “110.30” və “253.66” rəqəmləri yazılmış 2 ədəd kiçik ölçülü polietilənlərdə qablaşdırılmış vəziyyətdə çəkiləri 23 qram və 52 qram təşkil edən müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar edilmiş, bundan sonra həmin predmetlər araşdırma ilə əlaqədar qanunauyğun şəkildə qablaşdırılaraq götürülmüşdür. “Tibiex” sürətli poçt daşıma şirkəti vasitəsilə gəlmiş həmin mal partiyasında olan digər mallara gömrük nəzarəti növbəti gün yəni, 30 aprel 2021-ci il tarixində həyata keçirilən zaman “Tibiex” sürətli poçt daşıma şirkəti vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilən, üzərində TBX00063868 saylı izləmə kodu olan və “Smart Customs” proqramı ilə 85,00 Türkiyə lirəsi dəyərində 1 cüt ayaqqabı və 235,00 Türkiyə lirəsi dəyərində 3 ədəd köynək kimi bəyan edilmiş, göndərən qismində Trendyol, alıcı qismində Şahid1 (AZE********, Bakı şəh., Binəqədi ray., Rəsulzadə qəs., 2-ci sıra, ev 18, +**********65) kimi göstərilmiş üzərində “Tibiex” poçt daşıma şirkətinin adı yazılmış ağ rəngli sellofan paketdən ibarət poçt bağlaması rentgen qurğusundan keçirilərkən, bağlamanın içərisində qiymətli qaşlara aid olan təsvir görsənmiş və poçt bağlaması yoxlama keçirilməsi üçün gömrük əməkdaşı Şahid7 tərəfindən saxlanılmışdır. Daha sonra onun və hal şahidlərinin iştirakı ilə poçt bağlamasına Şahid7 yoxlama keçirmiş, yoxlama zamanı həmin bağlamanın içərisində olan ağ rəngli üzərində “LC Waikiki” yazılmış sellofan paketdə 3 ədəd qadın paltarı və 1 ədəd üzərində “LC Waikiki” yazılmış boz rəngli 1 cüt idman ayaqqabısı olduğu müəyyən edilmişdir. Ayaqqabının sol tayının içindən bükülmüş kağız çıxarılandan sonra ayaqqabının uc hissəsində 29 aprel 2021-ci il tarixdə aşkar edilmiş faktda olduğu kimi eyni üsulla gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda 6 ədəd kiçik ölçülü polietilen paketlərə qablaşdırılmış vəziyyətdə müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar olunmuşdur. Daha sonra ayaqqabının sağ tayının içindən bükülmüş kağız çıxarılmış və uc hissəsindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda 4 ədəd kiçik ölçülü polietilən paketlərdə qablaşdırılmış vəziyyətdə müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar edilmişdir. Aşkar olunan bükümlər nömrələnmiş və ardıcıl olaraq elektron tərəzi ilə çəkilmişdir. Qablaşdırmaları ilə birlikdə 1-ci büküm 14 qram, 2-ci büküm 21 qram, 3-cü büküm 40 qram, 4-cü büküm 21 qram, 5-ci büküm 21 qram, 6-cı büküm 23 qram, 7-ci büküm 39 qram, 8-ci büküm 42 qram, 9-cu büküm 44 qram, 10-cu büküm 41 qram təşkil etmişdir. Bundan sonra həmin predmetlər də müvafiq qaydada qablaşdırılaraq götürülüb və bununla bağlı müvafiq protokol tərtib edildikdən sonra o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 və Şahid4 ifadəsində Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etmiş və sonuncu ilə oxşar məzmunlu ifadələr vermişlər (iş vərəqə - 118-120, 145-147). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, son 6 il ərizində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X3 Tətbiqi şöbəsində işləyir. 30 aprel 2021-ci il tarixində poçt göndərişləri vasitəsilə göndərilmiş poçt bağlamalarına gömrük nəzarəti zamanı “Tibiex” sürətli poçt daşıma şirkəti vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilən, üzərində TBX00063868 saylı izləmə kodu olan və “Smart Customs” proqramı ilə 85,00 Türkiyə lirəsi dəyərində 1 cüt ayaqqabı və 235,00 Türkiyə lirəsi dəyərində 3 ədəd köynək kimi bəyan edilmiş, göndərən qismində Trendyol, alıcı qismində Şahid1 (AZE********, Bakı şəh., Binəqədi ray., Rəsulzadə qəs., 2-ci sıra, ev 18, +**********65) kimi göstərilmiş üzərində “Tibiex” poçt daşıma şirkətinin adı yazılmış ağ rəngli sellofan paketdən ibarət poçt bağlaması rentgen qurğusundan keçirilərkən, bağlamanın içərisində qiymətli qaşlara aid olan təsvir görsənmiş və poçt bağlaması yoxlama keçirilməsi üçün saxlanılmışdır. Yoxlama zamanı həmin bağlamanın içərisində olan ağ rəngli üzərində “LC Waikiki” yazılmış sellofan paketdə 3 ədəd qadın donu və 1 ədəd üzərində “LC Waikiki” yazılmış boz rəngli 1 cüt idman ayaqqabısı olduğu müəyyən edilmişdir. Ayaqqabının sol tayının içindən bükülmüş kağız çıxarılandan sonra uc hissəsində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda 6 ədəd kiçik ölçülü polietilen paketlərdə qablaşdırılmış vəziyyətdə müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar olunmuşdur. Daha sonra ayaqqabının sağ tayının içindən bükülmüş kağız çıxarılmış və uc hissəsindən 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda 4 ədəd kiçik ölçülü polietilən paketlərdə qablaşdırılmış vəziyyətdə müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar edilmişdir. Aşkar olunan bükümlər nömrələnmiş və ardıcıl olaraq elektron tərəzi ilə çəkilmişdir. Qablaşdırmaları ilə birlikdə 1-ci büküm 14 qram, 2-ci büküm 21 qram, 3-cü büküm 40 qram, 4-cü büküm 21 qram, 5-ci büküm 21 qram, 6-cı büküm 23 qram, 7-ci büküm 39 qram, 8-ci büküm 42 qram, 9-cu büküm 44 qram, 10-cu büküm 41 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş qaşlar polietilən zərfə yerləşdirilərək hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüş və Təhqiat şöbəsinə təhvil verilmişdir. Daha sonra iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, o, işləri ilə əlaqədar 30 aprel 2021-ci il tarixində Bakı Karqo Terminalında olarkən, gömrük əməkdaşı ona yaxınlaşaraq “Tibiex” sürətli poçt daşıma şirkəti vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilən poçt bağlamasının yoxlanışında hal şahidi qismində iştirak etməyini xahiş etmiş və o da buna etiraz etməyərək qəbul etmişdir. Gömrük əməkdaşı ona və digər hal şahidi Zaur adlı şəxsə hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində TBX00063868 saylı izləmə kodu olan, göndərən qismində Trendyol, alıcı qismində Şahid1 kimi göstərilmiş üzərində “Tibiex” poçt daşıma şirkətinin adı yazılmış ağ rəngli sellofan paketdən ibarət poçt bağlamasına yoxlama keçirilmişdir. Yoxlama zamanı həmin bağlamanın içərisində paltarlar və 1 cüt idman ayaqqabısı olduğu müəyyən edilmiş, ayaqqabının hər iki tayının içərisindən gizlədilmiş şəkildə 10 ədəd kiçik ölçülü paketlərə qablaşdırılmış vəziyyətdə müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar olunmuşdur. Aşkar olunan bükümlər gömrük əməkdaşları tərəfindən nömrələnmiş və tərəzi ilə çəkilmişdir. Qablaşdırmaları ilə birlikdə 1-ci büküm 14 qram, 2-ci büküm 21 qram, 3-cü büküm 40 qram, 4-cü büküm 21 qram, 5-ci büküm 21 qram, 6-cı büküm 23 qram, 7-ci büküm 39 qram, 8-ci büküm 42 qram, 9-cu büküm 44 qram, 10-cu büküm 41 qram təşkil etmişdir. Bu barədə gömrük əməkdaşları tərəfindən protokol tərtib edilmiş və o da həmin protokolu imzası ilə təsdiq etmişdir. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid9 məhkəmə baxışında iştirakı mümkün olmadığından onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid9 tədqiq olunan ifadəsində məhkəmədə şahid kimi dindirilmiş Şahid8 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 164-166). Daha sonra məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid5 məhkəmə baxışında iştirakı mümkün olmadığından onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 29 aprel 2021-ci il tarixdə, saat təxminən 15 radələrində işi ilə əlaqədar Bakı Karqo Terminalında olan zaman bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq poçt bağlamasına yoxlama keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o da bu xahişi qəbul etmişdir. Onunla birlikdə Anar adlı daha bir nəfər hal şahidi iştirak edirmiş. Gömrük əməkdaşı ona və digər hal şahidinə həmin poçt bağlamasının Türkiyə Respublikasından göndərildiyini söyləmiş və həmçinin bildirmişdir ki, üzərində TBX00063869 saylı izləmə kodu olan və “Smart Customs” proqramı ilə 250,00 Türkiyə lirəsi dəyərində 1 cüt kişi ayaqqabısı və 540,00 Türkiyə lirəsi dəyərində 3 ədəd kişi köynəyi kimi bəyan edilmiş, göndərən qismində Trendyol, alıcı qismində Rustam İbrahimov (AZE********, Sumqayıt, +**********86) kimi göstərilmiş üzərində “Tibiex” poçt daşıma şirkətinin adı yazılmış ağ rəngli sellofan paketdən ibarətdir. Daha sonra həmin poçt bağlamasına yoxlama keçirilmiş, yoxlama zamanı həmin bağlamanın içərisində olan qara rəngli sellofan paketdə 3 ədəd kişi köynəyi və 1 ədəd üzərində “AC&CO” yazılmış karton qutunun içində üzərində “AC&CO” yazılmış göy rəngli 1 cüt idman ayaqqabısı olduğu müəyyən edilmişdir. Ayaqqabının sol tayının içindən bükülmüş kağız çıxarılandan sonra uc hissəsində gömrük nəzarətindən gizlədilmiş yapışqan lentlə sarılmış 1 ədəd büküm aşkar edilmiş, həmin büküm açıldıqda üzərlərində “173.45” və “235.19” rəqəmləri yazılmış 2 ədəd kiçik ölçülü polietilenlərdə qablaşdırılmış vəziyyətdə çəkiləri 36 qram və 48 qram təşkil edən müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar olunmuşdur. Daha sonra ayaqqabının sağ tayının içindən bükülmüş kağız çıxarılmış və uc hissəsindən 1 ədəd yapışqan lentə sarılmış büküm aşkar edilmiş, həmin büküm açıldıqda üzərlərində “110.30” və “253.66” rəqəmləri yazılmış 2 ədəd kiçik ölçülü polietilenlərdə qablaşdırılmış vəziyyətdə çəkiləri 23 qram və 52 qram təşkil edən müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar edilmişdir. Bu barədə gömrük əməkdaşları tərəfindən protokol tərtib edilmiş və o da həmin protokolu imzası ilə təsdiq etmişdir (iş vərəqə - 132-134). İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid6 məhkəmə baxışında iştirakı mümkün olmadığından onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid6 tədqiq olunan ifadəsində məhkəmədə şahid kimi dindirilmiş Şahid5lə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 161-163). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı Karqo Terminalında tərtib edilmiş “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 29 aprel 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, gömrük nəzarəti zamanı üzərində TBX00063869 saylı izləmə kodu olan və “Smart Customs” proqramı ilə 250,00 Türkiyə lirəsi dəyərində 1 cüt kişi ayaqqabısı və 540,00 Türkiyə lirəsi dəyərində 3 ədəd kişi köynəyi kimi bəyan edilmiş və göndərən qismində Trendyol, alıcı qismində Rustam İbrahimov (AZE********, Sumqayıt, +**********86) kimi göstərilmiş üzərində “Tibiex” poçt daşıma şirkətinin adı yazılmış ağ rəngli sellofan paketdən ibarət poçt bağlaması rentgen qurğusundan keçirilərkən, bağlamanın içərisində qiymətli qaşlara aid olan təsvir görsəndiyindən poçt bağlaması saxlanılmış və yoxlama zamanı həmin bağlamanın içərisində olan qara rəngli sellofan paketdə 3 ədəd kişi köynəyi və 1 ədəd üzərində “AC&CO” yazılmış karton qutunun içində üzərində “AC&CO” yazılmış göy rəngli 1 cüt idman ayaqqabısı olduğu müəyyən edilmişdir. Həmin ayaqqabının sol tayının içindən bükülmüş kağız çıxarılandan sonra uc hissəsində gömrük nəzarətindən gizlədilmiş yapışqan lentlə sarılmış 1 ədəd büküm aşkar edilmiş, həmin büküm açıldıqda üzərlərində “173.45” və “235.19” rəqəmləri yazılmış 2 ədəd kiçik ölçülü polietilənlərdə qablaşdırılmış vəziyyətdə çəkiləri 36 qram və 48 qram təşkil edən müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar olunmuşdur. Daha sonra ayaqqabının sağ tayının içindən bükülmüş kağız çıxarılmış və uc hissəsindən 1 ədəd yapışqan lentə sarılmış büküm aşkar edilmiş, həmin büküm açıldıqda üzərlərində “110.30” və “253.66” rəqəmləri yazılmış 2 ədəd kiçik ölçülü polietilənlərdə qablaşdırılmış vəziyyətdə çəkiləri 23 qram və 52 qram təşkil edən müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar edilərək götürülmüşdür (iş vərəqə: 8-9). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı Karqo Terminalında tərtib edilmiş “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 30 aprel 2021-ci il tarixli protokoldan isə görünür ki, gömrük nəzarəti zamanı üzərində TBX00063868 saylı izləmə kodu olan və “Smart Customs” proqramı ilə 85,00 Türkiyə lirəsi dəyərində 1 cüt ayaqqabı və 235,00 Türkiyə lirəsi dəyərində 3 ədəd köynək kimi bəyan edilmiş və göndərən qismində Trendyol, alıcı qismində Şahid1 (AZE********, Bakı şəh., Binəqədi ray., Rəsulzadə qəs., 2-ci sıra, ev 18, +**********65) kimi göstərilmiş üzərində “Tibiex” poçt daşıma şirkətinin adı yazılmış ağ rəngli sellofan paketdən ibarət poçt bağlaması rentgen qurğusundan keçirilərkən, bağlamanın içərisində qiymətli qaşlara aid olan təsvir görsəndiyindən poçt bağlaması saxlanılmış və yoxlama zamanı həmin bağlamanın içərisində olan ağ rəngli üzərində “LC Waikiki” yazılmış sellofan paketdə 3 ədəd qadın donu və 1 ədəd üzərində “LC Waikiki” yazılmış boz rəngli 1 cüt idman ayaqqabısı olduğu müəyyən edilmişdir. Həmin ayaqqabının sol tayının içindən bükülmüş kağız çıxarılandan sonra uc hissəsində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda 6 ədəd kiçik ölçülü polietilen paketlərə qablaşdırılmış vəziyyətdə müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar olunmuşdur. Daha sonra ayaqqabının sağ tayının içindən bükülmüş kağız çıxarılmış və uc hissəsindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda 4 ədəd kiçik ölçülü polietilən paketlərdə qablaşdırılmış vəziyyətdə müxtəlif ölçülü brilyanta bənzər daşlar aşkar edilmişdir. Aşkar olunan bükümlər nömrələnmiş və ardıcıl olaraq elektron tərəzi ilə çəkilmiş, qablaşdırmaları ilə birlikdə 1-ci büküm 14 qram, 2-ci büküm 21 qram, 3-cü büküm 40 qram, 4-cü büküm 21 qram, 5-ci büküm 21 qram, 6-cı büküm 23 qram, 7-ci büküm 39 qram, 8-ci büküm 42 qram, 9-cu büküm 44 qram, 10-cu büküm 41 qram təşkil etmişdir (iş vərəqə: 57-58). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2021-ci il tarixli, 6/1832 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş P1-P4 nömrəli paketlərdə olan qaşlar qiymətli qaşlara aid olub brilyantdır. Onlardan: - P1 paketdə olan qaşların ölçüləri 0,148-0,435 karat intervalındadır. Ümumi kütləsi 110,25 karat təşkil edir. Ümumilikdə 4/5 keyfiyyətlidir; - P2 paketdə olan qaşların ölçüləri 0,023-0,065 karat intervalındadır. Ümumi kütləsi 235,15 karat təşkil edir. Ümumilikdə 4/4 keyfiyyətlidir; - P3 paketdə olan qaşların ölçüləri 0,022-0,066 karat intervalındadır. Ümumi kütləsi 173,40 karat təşkil edir. Ümumilikdə 3/4 keyfiyyətlidir; - P4 paketdə olan qaşların ölçüləri 0,002-0,064 karat intervalındadır. Ümumi kütləsi 253,60 karat təşkil edir. Ümumilikdə 3/3 keyfiyyətlidir (iş vərəqə: 40-44). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-fiziki-kimyəvi ekspertizanın 27 may 2021-ci il tarixli, 9/2918 saylı ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqat nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş P1-P4 nömrəli paketlərdə olan brilyant qaşların aşağı keyfiyyətli olması nəzərə alınmaqla ümumilikdə 29 aprel 2021-ci il tarixə orta qiyməti təxminən 118659,50 manat təşkid edir (iş vərəqə: 48-51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 16 may 2021-ci il tarixli, 6/1831 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş P1-P10 nömrəli paketlərdə olan qaşlar qiymətli qaşlara aid olub brilyantdır. Onlardan: - P1 paketdə olan qaşların ölçüləri 0,002-0,007 karat intervalındadır. Ümumi kütləsi 67,15 karat təşkil edir. Ümumilikdə 4/3 keyfiyyətlidir; - P2 paketdə olan qaşların ölçüləri 0,022-0,072 karat intervalındadır. Ümumi kütləsi 100,65 karat təşkil edir. Ümumilikdə 3/4 keyfiyyətlidir; - P3 paketdə olan qaşların ölçüləri 0,005-0,019 karat intervalındadır. Ümumi kütləsi 199,45 karat təşkil edir. Ümumilikdə 3/3 keyfiyyətlidir; - P4 paketdə olan qaşların ölçüləri 0,018-0,063 karat intervalındadı. Ümumi kütləsi 101,40 karat təşkil edir. Ümumilikdə 3/3 keyfiyyətlidir; - P5 paketdə olan qaşların ölçüləri 0,003-0,006 karat intervalındadır. Ümumi kütləsi 100,65 karat təşkil edir. Ümumilikdə 4/4 keyfiyyətlidir; - P6 paketdə olan qaşların ölçüləri 0,069-0,348 karat intervalındadır. Ümumi kütləsi 111,80 karat təşkil edir. Ümumilikdə 4/5 keyfiyyətlidir; - P7 paketdə olan qaşların ölçüləri 0,007-0,018 karat intervalındadır. Ümumi kütləsi 193,35 karat təşkil edir. Ümumilikdə 3/4 keyfiyyətlidir; - P8 paketdə olan qaşların ölçüləri 0,003-0,005 karat intervalındadır. Ümumi kütləsi 200,10 karat təşkil edir. Ümumilikdə 4/3 keyfiyyətlidir; - P9 paketdə olan qaşların ölçüləri 0,002-0,006 karat intervalındadır. Ümumi kütləsi 219,60 karat təşkil edir. Ümumilikdə 4/4 keyfiyyətlidir; - P10 paketdə olan qaşların ölçüləri 0,003-0,006 karat intervalındadır. Ümumi kütləsi 200,95 karat təşkil edir. Ümumilikdə 4/4 keyfiyyətlidir (iş vərəqə: 90-94). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-fiziki-kimyəvi ekspertizanın 27 may 2021-ci il tarixli, 9/2917 saylı ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqat nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş P1-P10 nömrəli paketlərdə olan brilyant qaşların aşağı keyfiyyətli olması nəzərə alınmaqla ümumilikdə 30 aprel 2021-ci il tarixə orta qiyməti təxminən 140730,50 manat təşkid edir (iş vərəqə: 96- 100). Məhkəmə baxışı zamanı tədqiq olunan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məxsus 34/012/015420 və 34/012/015435 saylı 14 iyun 2021-ci il tarixli raportlardan görünür ki, cinayət işi üzrə qaçaqmalçılıq predmeti olan, ümumilikdə 259390 manat dəyərində 2267,5 karat brilyant qaşların gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişləri cəmi 57339,03 (əlli yeddi min üç yüz otuz doqquz manat üç qəpik) manat, o cümlədən mülki iddia məbləği qaçaqmalçılıq predmetinin gömrük dəyərindən X10 (bundan sonra: ƏDV) olaraq hesablanmış 18 %-ni, yəni 33045,32 (otuz üç min qırx beş manat, 32 qəpik) manatını, idxal rüsumu olaraq hesablanmış 15 %-ni, yəni 23893,71 (iyirmi üç min səkkiz yüz doxsan üç manat, 71 qəpik) manatını və əməliyyat haqqı olaraq hesablanmış 400 (dörd yüz) manatını təşkil etmişdir (iş vərəqə: 53, 102). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdar təşkil edən brilyant qaşları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından keçirib Azərbaycan Respublikasına gətirməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əşyaların külli miqdarda qaçaqmalçılığı cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunur və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 №-li qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi» Qaydalarına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməlidir, malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə şəxs tərəfindən mallar barədə sahiblik, istifadə və (və ya) sərəncam vermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd təqdim edilməlidir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, cinayətin predmeti olan brilliant qaşlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından keçirib Azərbaycan Respublikasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən 1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qaçaqmalçılıq predmeti olan brilliant qaşların dəyərinin iki yüz min manatdan yuxarı - 259390 (iki yüz əlli doqquz min üç yüz doxsan) manat təşkil etməsi məhkəmə baxıqşı zamanı tədqiq olunan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin yuxarıda qeyd olunan 22 iyul 2014-cü il tarixli, 263 №-li Qərarın 19-cu bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəmə araşdırması aparılan cinayət hadisəsini təkbaşına deyil, Türkiyə Respublikası ərazisində olan, lakin şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. Araşdırılan materiallarla müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində cinayətkar qrupun müəyyənləşdirilməmiş üzvləri barədə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 223-225). Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2021-ci il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 125). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2006, 2009 və 2016-cı il təvəllüdlü üç nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: səh. 178- 180). İşdə olan Azərbaycan Respublikası Suiqayıt şəhər 9 saylı Mənzil-Kommunal İstismar sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: səh. 159). Bundan başqa, məhkəməyə təqdim olunan sənədlərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs qardaşı X5 İ Qarabağ müharibəsində Azərbaycan Respublikasının Müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanıb sağ ayağını itirmişdir, İİ qrup müharibə əlilidir. Təqsirləndirilən şəxs qardaşı, İİ qrup müharibə əlili X1 Əli Rövşən oğlu isə İİ Qarabağ - Vətən müharibəsi iştirakçısıdır, «Bədənin bir neçə nahiyyəsini əhatə edən çox saylı qəlpə yaraları» diaqnozu ilə ağır yaralanmışdır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli, 2353 saylı cərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur. İstər məhkəmə baxışı zamanı dindirilərkən və istərsə də son sözlə məhkəməyə müraciət edərkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olduğunu bildirmiş və məhkəmənin cəza təyin edərkən himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, özünün ailənin yeganə qazancgətirəni olmasını və əməlindən səmimi peşmanlığını nəzərə almağı xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, onun əvvəllər məhkum olunmadığını, əməlindən səmimi peşman olmasını, qardaşının və qardaşı oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələrini, yaralanmalarını, isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində müəyyən olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində (burada: CM-nin 206-cı maddəsi) cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhəri üzrə Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində və məhkəmə baxışı mərhələsində tutulmamış, həbsdə və ya ev dustaqlığında saxlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, şərti məhkum etmənin tətbiqi ilə əlaqədar onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə iş üzrə verilən mülki iddia ilə bağlı məsələni müzakirə edərkən müəyyən olundu ki, iş üzrə mülki iddiaçı qismində tanınmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ümumilikdə 259.390 manat dəyər təşkil edən 2267,5 karat brilyant qaşların gömrük rəsmiləşdirilməsi üçün cəmi 57339,03 (əlli yeddi min üç yüz otuz doqquz manat üç qəpik) manat məbləğində gömrük ödənişləri hesablanmış və həmin məbləğin Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsi barədə mülki iddia qaldırılmışdır. Ümumi mülki iddia məbləği qaçaqmalçılıq predmetinin gömrük dəyərindən ƏDV olaraq hesablanmış 18 %-ni, yəni 33045,32 (otuz üç min qırx beş manat, 32 qəpik) manatını, idxal rüsumu olaraq hesablanmış 15 %-ni, yəni 23893,71 (iyirmi üç min səkkiz yüz doxsan üç manat, 71 qəpik) manatını və əməliyyat haqqı olaraq hesablanmış 400 (dörd yüz) manatını təşkil etmişdir. Məhkəmə qaldırılmış mülki iddianın əsaslı olub-olmaması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Dövlət Gömrük Komitəsinin Təqsirləndirilən şəxs qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 57339,03 (əlli yeddi min üç yüz otuz doqquz manat üç qəpik) manat gömrük ödənişinin ödənilməsi tələbinə dair mülki iddiası tam deyil, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırda qüvvədə olan 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarının 1.4 bəndinə əsasən 7102 10 000 0, ...... 7118 90 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “0” rəqəmi ilə əvəz edilmişdir, yəni qərarın məzmununda qeyd olunan kod altı mallar 01 yanvar 2021-ci il tarixdən üç il müddətində idxal gömrük rüsumlarından azad edilmişdir. Qeyd olunan qərara əsasən 7102 yarımmövqelerinə aid sətrdəki mallara emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar aiddir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırda qüvvədə olan 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarı baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi 28-30 aprel 2021-ci il tarixdən əvvələ təsadüf etsə də, həmin qərar daha sonra - 05 may 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Yəni baxılan iş üzrə cinayət hadisəsinin baş vermə tarixi Nazirlər Kabinetinin həmin qərarının qanuni qüvvəsini almasından əvvələ aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddia ilə bağlı belə nəticəyə gəlir ki, 259390 manat dəyərində 2267,5 karat brilyant qaşların gömrük rəsmiləşdirilməsi üçün ödənilməsi üçün hesablanmış və mülki iddia üzrə tələb olunan 57339,03 (əlli yeddi min üç yüz otuz doqquz manat üç qəpik) manat pul məbləğindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarına əsasən ləğv edilmiş idxal rüsumu olaraq hesablanmış 15 %, yəni 23893,71 (iyirmi üç min səkkiz yüz doxsan üç manat, 71 qəpik) manat ümumi mülki iddia müddətindən çıxılmaqla mülki iddia bu hissədə təmin edilməməli, ƏDV olaraq hesablanmış 18 %, yəni 33045,32 (otuz üç min qırx beş manat, 32 qəpik) manat və əməliyyat haqqı olaraq hesablanmış 400 (dörd yüz) manat – cəmi 33445,32 (otuz üç min dörd yüz qırx beş manat, 32 qəpik) manat gömrük ödənişi Təqsirləndirilən şəxs alınaraq Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödənilməklə mülki iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan P1-P4 nömrəli paketlər üzrə: P1 nömrəli paketdə olan qaşların ölçüləri 0.148-0.435 karat intervalında, ümumi kütləsi 110,25 karat, 4/5 keyfiyyətli; P2 nömrəli paketdə olan qaşların ölçüləri 0.023-0.065 karat intervalında, ümumi kütləsi 235,15 karat, 4/4 keyfiyyətli; P3 nömrəli paketdə olan qaşların ölçüləri 0,022-0,066 karat intervalında, ümumi kütləsi 173,40 karat, 3/4 keyfiyyətli; P4 nömrəli paketdə olan qaşların ölçüləri 0,002-0,064 karat intervalında, ümumi kütləsi 253,60 karat, 3/3 keyfiyyətli, P1-P10 nömrəli paketlər üzrə: P1 nömrəli paketdə olan qaşların ölçüləri 0,002-0,007 karat intervalında, ümumi kütləsi 67,15 karat, 4/3 keyfiyyətli, P2 nömrəli paketdə olan qaşların ölçüləri 0,022-0,072 karat intervalında, ümumi kütləsi 100,65 karat, 3/4 keyfiyyətli, P3 nömrəli paketdə olan qaşların ölçüləri 0,005-0,019 karat intervalında, ümumi kütləsi 199,45 karat, 3/3 keyfiyyətli, P4 nömrəli paketdə olan qaşların ölçüləri 0,018-0,063 karat intervalında, ümumi kütləsi 101,40 karat, 3/3 keyfiyyətli, P5 nömrəli paketdə olan qaşların ölçüləri 0,003-0,006 karat intervalında, ümumi kütləsi 100,65 karat, 4/4 keyfiyyətli, P6 nömrəli paketdə olan qaşların ölçüləri 0,069-0,348 karat intervalında, ümumi kütləsi 111,80 karat, 4/5 keyfiyyətli, P7 nömrəli paketdə olan qaşların ölçüləri 0,007-0,018 karat intervalında, ümumi kütləsi 193,35 karat, 3/4 keyfiyyətli, P8 nömrəli paketdə olan qaşların ölçüləri 0,003-0,005 karat intervalında, ümumi kütləsi 200,10 karat, ümumilikdə 4/3 keyfiyyətli, P9 nömrəli paketdə olan qaşların ölçüləri 0,002-0,006 karat intervalında, ümumi kütləsi 219,60 karat, 4/4 keyfiyyətli, P10 nömrəli paketdə olan qaşların ölçüləri 0,003-0,006 karat intervalında, ümumi kütləsi 200,95 karat, 4/4 keyfiyyətli, ümumilikdə çəkisi 2267,5 karat təşkil edən brilyant qaşlar gömrük ödənişləri ödənilməklə Təqsirləndirilən şəxs geri qaytarılmalı, həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan, üzərində “AC&CO” yazılmış göy rəngli bir cüt və üzərində “LC Waikiki” yazılmış boz rəngli daha bir cüt - cəmi 2 cüt idman ayaqqabıları və 6 ədəd müxtəlif geyim əşyaları Təqsirləndirilən şəxs özünə geri qaytarılmalıdır. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 320 (üç yüz iyirmi) manat ekspertiza xərci X4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmün icrası qalan hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər İcra İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 57339,03 (əlli yeddi min üç yüz otuz doqquz manat üç qəpik) manat gömrük ödənişinin ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilsin. Gömrük rəsmiləşdirilməsi məqsədi üçün X10 (ƏDV) olaraq hesablanmış 33045,32 (otuz üç min qırx beş manat, 32 qəpik) manat və əməliyyat haqqı olaraq hesablanmış 400 (dörd yüz) manat – cəmi 33445,32 (otuz üç min dörd yüz qırx beş manat, 32 qəpik) manat gömrük ödənişi Təqsirləndirilən şəxs alınaraq Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödənilsin. Mülki iddia gömrük rəsmiləşdirilməsi məqsədi üçün idxal rüsumu olaraq hesablanmış 23893,71 (iyirmi üç min səkkiz yüz doxsan üç manat, 71 qəpik) manat gömrük ödənişinə dair hissədə təmin edilməsin. İş üzrə maddi sübutlar: hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan P1-P4 nömrəli paketlər üzrə: P1 nömrəli paketdə olan qaşların ölçüləri 0.148-0.435 karat intervalında, ümumi kütləsi 110,25 karat, 4/5 keyfiyyətli; P2 nömrəli paketdə olan qaşların ölçüləri 0.023-0.065 karat intervalında, ümumi kütləsi 235,15 karat, 4/4 keyfiyyətli; P3 nömrəli paketdə olan qaşların ölçüləri 0,022-0,066 karat intervalında, ümumi kütləsi 173,40 karat, 3/4 keyfiyyətli; P4 nömrəli paketdə olan qaşların ölçüləri 0,002-0,064 karat intervalında, ümumi kütləsi 253,60 karat, 3/3 keyfiyyətli, P1-P10 nömrəli paketlər üzrə: P1 nömrəli paketdə olan qaşların ölçüləri 0,002-0,007 karat intervalında, ümumi kütləsi 67,15 karat, 4/3 keyfiyyətli, P2 nömrəli paketdə olan qaşların ölçüləri 0,022-0,072 karat intervalında, ümumi kütləsi 100,65 karat, 3/4 keyfiyyətli, P3 nömrəli paketdə olan qaşların ölçüləri 0,005-0,019 karat intervalında, ümumi kütləsi 199,45 karat, 3/3 keyfiyyətli, P4 nömrəli paketdə olan qaşların ölçüləri 0,018-0,063 karat intervalında, ümumi kütləsi 101,40 karat, 3/3 keyfiyyətli, P5 nömrəli paketdə olan qaşların ölçüləri 0,003-0,006 karat intervalında, ümumi kütləsi 100,65 karat, 4/4 keyfiyyətli, P6 nömrəli paketdə olan qaşların ölçüləri 0,069-0,348 karat intervalında, ümumi kütləsi 111,80 karat, 4/5 keyfiyyətli, P7 nömrəli paketdə olan qaşların ölçüləri 0,007-0,018 karat intervalında, ümumi kütləsi 193,35 karat, 3/4 keyfiyyətli, P8 nömrəli paketdə olan qaşların ölçüləri 0,003-0,005 karat intervalında, ümumi kütləsi 200,10 karat, ümumilikdə 4/3 keyfiyyətli, P9 nömrəli paketdə olan qaşların ölçüləri 0,002-0,006 karat intervalında, ümumi kütləsi 219,60 karat, 4/4 keyfiyyətli, P10 nömrəli paketdə olan qaşların ölçüləri 0,003-0,006 karat intervalında, ümumi kütləsi 200,95 karat, 4/4 keyfiyyətli, ümumilikdə çəkisi 2267,5 karat təşkil edən brilyant qaşlar gömrük ödənişləri ödənilməklə Təqsirləndirilən şəxs geri qaytarılsın; Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan, üzərində “AC&CO” yazılmış göy rəngli bir cüt və üzərində “LC Waikiki” yazılmış boz rəngli daha bir cüt - cəmi 2 cüt idman ayaqqabıları və 6 ədəd müxtəlif geyim əşyaları Təqsirləndirilən şəxs özünə geri qaytarılsın. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 320 (üç yüz iyirmi) manat ekspertiza xərci X4 alınaraq dövlət büdcəsinə ödənilsin. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar