Məhkəmə qərarları › İş №1(101)-234/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-234/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-234/2023 26.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X2 iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Türkiyə Respublikasının Qars şəhərində anadan olmuş. Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Türkiyə Respublikası, İstanbul şəhəri, Başakşəhir rayonu, Güvərcintəpə məhəlləsi, Osmanlı küçəsi, Ərəboğlu binası, mənzil 2/8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır; belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışı X11 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs İzzət Amanovun istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə etdiyi külli miqdarda 71,358 qram çəkidə narkotik vasitə kokaini və ümumi sayı 925 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 83,25 qram külli miqdarda psixotrop maddə MDMA tərkibli ekstazi həblərini Gürcüstan Respublikası ərazisində sonuncudan təhvil alıb əldə etməklə naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib satış məqsədi ilə qanunsuz olaraq saxlayaraq Bakı-Salyan avtomagistralının Bakı şəhəri, Səbail rayonu ərazisindən keçən hissəsinin 15ci kilometrliyinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02:20-də Bakı-Salyan avtomagistralının Bakı şəhəri, Səbail rayonu ərazisindən keçən hissəsinin 15-ci kilometrliyinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 25 aprel 2022-ci il tarixdə saat 03:30-dan etibarən üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə üzərində saxladığı bir ədəd bükümdə 71.583 qram çəkidə külli miqdarda narkotik vasitə kokain və ümumi sayı 925 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 83,25 qram külli miqdarda psixotrop maddə MDMA tərkibli ekstazi həbləri əynində olan gödəkçəsinin sol yan iç cibindən bir ədəd göy rəngli sellofan torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, TİR (yük avtomobili) sürücüsüdür, 10 ilə yaxın müddətdir ki, Azərbaycan Respublikası və Türkiyə Respubikası arasında yüklərin daşınması ilə məşğul olmuşdur, onun İzzət adlı tanış olmuş, İzzətlə görüşdüyü vaxt sonuncu ona bir sellofan paket vermiş, 100 ABŞ dolları müqabilində Bakı şəhərinə aparmasını xahiş etmiş, o, İzzətin təklifi ilə ilə razı olmuş, Sabirabad rayonu ərazisində olarkən İzzət zəng edərək ona tanımadığı bir nəfərin mobil telefon nömrəsini vermiş, İzzətin verdiyi nömrəyə WhatsAppla zəng vurmuş, həmin şəxsə Bakı şəhərinə axşam saatlarında gələcəyini demiş, sonuncudan taksi pulu verməsini də xahiş etmiş, bundan sonrattanışı və otelə getmişdir. Oteldə olarkən İzzətin verdiyi bağlamaya baxdığı vaxt içərisində nəisə şübhəli maddələr olduğunu görmüş, İzzətə zəng etmiş və həmin maddələri atacağını demiş, həmin danışığını videoçəkilişini aparmış, İzzət isə maddələri atmamağı ondan xahiş etmiş, Sabirabad rayonundan Bakı şəhərinə Səcdat Azərpur adlı tanışı ilə gəlmiş və sonuncu ilə Bakı-Salyan şossesində yerləşən oteldə yerləşmiş, oraya 3 qadın da dəvət etmişlər, oteldə olarkən ona zəng gəlmiş, zəng edən şəxs ona oteldən aşağı düşməsini demiş, aşağı düşərkən onu polis əməkdaşları saxlamış, onu otel otağına qaldırmışlar, orada polis əməkdaşları ona təzyiq göstərmiş, bundan sonra onu, Sədcadı və otel otağında olan qadınları qızları Baş Naroktiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada videoçəkilişlə onun üzərində axtarış aparılmış, İzzətin ona verdiyi sellofan paketin polis əməkdaşlarına təqdim etmişdir, bir gün sonra Sədcadı və qadınları buraxsalar da, onu saxlamışlar, hesab edir ki, İzzət adlı şəxs vasitəsilə polis əməkdaşları onu özü də bilmədən narkotik vasitələri daşımağa təhrik etmişlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə etmişdir. O, adı çəkilən psixotrop maddəni yandırıb tüstüsünü çəkmək yolu ilə narkotik vasitəni isə siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. O həmin maddələrdən mütəmadi olaraq istifadə etməmişdir. O TİR sürücüsü olduğunu. 10 ilə yaxın müddətdir Azərbaycan-Türkiyə arasında yüklərin daşınması ilə məşğul olmuşdur, onun Gürcüstan Respublikasında yaşayan əslən azərbaycanlı İzzət adlı tanışı olmuşdur. 24 aprel 2022-ci il tarixdə o, Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Burada İzzət onunla əlaqə saxlayıb Qazax rayonu ərazisində İzzətlə görüşməsini istədiyini bildirmişdir. O da Qazax rayonunda olduğunu və İzzətlə görüşə biləcəyini demişdir. O, İzzətlə görüşdükdə İzət ona bir bağlamada dərman olduğunu, həmin bağlamanı Bakı şəhərinə çatdırmasmı bildirmişdir. O isə Bakı şəhərinə getmədiyini və TİR-da olan yükü boşaltmaq üçün Şirvan şəhərinə getdiyini demişdir. Ancaq İzzət ona dərmanı aparması müqabilində 1000 dollar pul verəcəyini demiş, o də İzzətlə razılaşmışdır. Yolda gələrkən həmin bağlamanın içərisinə baxdıqda orada külli miqdarda kokain və ekstazi həbləri olduğunu görmüşdür. Buna görə də İzzətlə əlaqə saxlayıb həmin malları Bakıya apara bilməyəcəyini demişdir. Lakin İzzət heç bir problem olmadığını və həmin malları apardığına görə ona əlavə 1000 dollar da pul verəcəyini demişdir. O da İzzətlə razılaşmışdır. 25 aprel 2022-ci il tarixdə Bakı şəhərinə çatmışdır. İzzətlə əlaqə saxladıqda İzzət ona gözləməsini və onunla əlaqə saxlayaraq həmin kokain və ekstazi həblərini ondan götürəcəklərini demişdir. Ona görə də İzzətdən xəbər gözləməyə başlamışdır. 25 aprel 2022-ci il tarixdə gecə saat 02:20 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan öz anket məlumatlarını bildirməsini tələb etmişlər. O öz anket məlumatlarını bildirdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin və tərcüməçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən 1 bükümdə ağ rəngli tozşəkilli narkotik vasitə kokain və 2 ədəd qara rəngli bükümdə qablaşdırılmış 925 ədəd göy rəngli ekstazi həbləri aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd "Samsung'' və 1 ədəd "Redmi” markalı mobil telefonlar, sağ yan cibindən 200 ABŞ dolları, 181 manat nağd pul, sağ arxa cibindən isə içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Təqdim etdiyi kokain elektron tərəzidə çəkilmiş, sonra ekstazi həbləri və kokain zərfdə qablaşdırılmış, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanıb götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” və “Redmi” markalı mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürülmüş, 200 ABŞ dolları, 181 manat nağd pul və siqaret qutusu ona geri qaytarılmışdır; verilən suallara cavab olaraq TİR sürücüsü olduğunu, təxminən 10 ildən çoxdur Türkİyə-Azərbaycan marşrutu üzrə hərəkət etdiyini, bu səbəbdən Azərbaycan dilində tam başa düşdüyünü, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gürcüstan Respublikası ərazisindən keçərək Qazax gömrüyündən idarə etdiyi TİR avtomaşını ilə Azərbaycan Respublikasına gəldiyini, həmin vaxtı Qazax rayonu ərazisində "İzzət" adlı şəxsin ona yaxınlaşaraq içində narkotik vasitə və psixotrop maddələr olan bir bağlama verdiyini, həmin bağlamanı 1000 ABŞ dolları müqabilində Bakı şəhərinə çatdıracağı barədə İzzətlə razılaşdığını, qutunu açıb içində narkotik vasitə olan ekstazi və kokain otduğunu gördüyünü, İzzətə zəng edib həmin bağlamanı geri götürməsini dediyini, daha sonra “İzzətin” həmin bağlamanı Bakı şəhərinə çatdırması üçün əlavə 1000 ABŞ dolları, yəni ümumilikdə 2000 ABŞ dolları pul təklif etdiyini, pul qazanmaq məqsədi ilə “İzzətlə” razılaşdığını, narkotik vasitəni yenidən özünə məxsus sellofan torbada qablaşdırıb əynində olan gödəkçənin çibində gizlədərək Bakı şəhərinə gəldiyini və gecə saatlarında Bakı şəhəri ərazisində piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O pul qazanmaq məqsədi ilə İzzət adlı şəxslə razılaşıb narkotik vasitə və psixotrop maddələrin dövriyyəsini təşkil etmişdir. Törətdiyi əməldən peşiman olduğunu və özünü təqsirli bildiyini göstərmişdir. İzzət adlı şəxs onunla (055) *** ** ** nömrəsinə qeydiyyatlı olan Whatsapp şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni “İzzət” adlı şəxsin xahişi ilə 2000 ABŞ dolları müqabilində Bakı şəhərinə çatdırmaq üçün götürmüşdür. O psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. X1 olduğunu bildirmişdir (1-ci cild iş vərəqi 97-99). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxxxx 1971-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası, İstanbul şəhəri, Başakşəhir rayonu, Güvərcintəpə məhəlləsi, Osmanlı küçəsi, Ərəboğlu binası, mənzil 2/8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 24 aprel 2022-ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid2, XMİÜ baş əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Səbail rayonu ərazisindən keçən Bakı-Salyan magistral yolunun 15-ci kilometrliyinin yaxınlığına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 25 aprel 2022-ci il tarixdə saat 02:20 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisindən keçən Bakı-Salyan magistral yolunun 15-ci kilometrliyinin yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin edilmişdir. Daha sonra hüquqlarının müdafiə edilməsi üçün Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxsla müdafiəçisinə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 1 ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 1 bükümdə ağ rəngli tozşəkilli narkotik vasitə kokainə bənzər maddə və 2 ədəd qara rəngli bükümdə qablaşdırılmış 925 ədəd göy rəngli ekstazi həblərinə bənzər maddələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung’" və 1 ədəd “Redmi” markalı mobil telefonlar, sağ yan cibindən 200 ABŞ dolları, 181 manat nağd pul, sağ arxa cibindən isə içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Təqdim edilən kokainə bənzər maddə elektron tərəzidə çəkilmiş, sonra ekstazi həblərinə və kokainə bənzər maddələr zərfə qablaşdırılmış, zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanıb götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” və “Redmi” markalı mobil telefonlar bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 200 ABŞ dolları, 181 manat nağd pul və siqaret qutusu isə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq TİR sürücüsü olduğunu, təxminən 10 ildən çoxdur Türkiyə-Azərbaycan marşrutu üzrə hərəkət etdiyini, bu səbəbdən Azərbaycan dilində tam başa düşdüyünü, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gürcüstan Respublikası ərazisindən keçərək Qazax gömrüyündən idarə etdiyi TİR avtomaşını ilə Azərbaycan Respublikasına gəldiyini, həmin vaxtı Qazax rayonu ərazisində “İzzət” adlı şəxsin ona yaxınlaşaraq içərisində narkotik vasitə və psixotrop maddələr olan bir bağlama verdiyini və həmin bağlamanın 1000 ABŞ dolları müqabilində Bakı şəhərinə çatdıracağı barədə İzzətlə razılaşdığını, daha sonra qutunu açıb içərisində narkotik vasitə olan ekstazi və kokain olduğunu gördüyünü, İzzətə zəng edib həmin bağlamanı geri götürməsini dediyini, daha sonra “İzzətin” həmin bağlamanı Bakı şəhərinə çatdırması üçün əlavə 1000 ABŞ dolları, yəni ümumilikdə 2000 ABŞ dolları pul təklif etdiyini, pul qazanmaq məqsədi ilə “İzzətlə” razılaşdığını, narkotik vasitəni yenidən özünə məxsus sellofan torbada qablaşdırıb əynində olan gödəkçənin cibində gizlədərək Bakı şəhərinə gəldiyini, gecə saatlarında Bakı şəhəri ərazisində piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, İzzət adlı şəxsin Təqsirləndirilən şəxsla (055) *** ** ** nömrəsinə qeydiyyatlı olan Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxladığını bildirmişdir. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, Şirvan şəhərində “Şaurma” kafesini işlətmiş, TİR (yük avtomobili) sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs onların müştərisi olmuş, sonuncu xasiyyətcə istiqanlı olmuş, xətrini çox istəmişlər, 25 aprel 2022-ci il tarixdə Hakan Azərbaycan nömrəsindən ona zəng edərək Sabirabadda olduğunu demiş və Sabirabaddan götürə bilib-bilməyəcyimi soruşmuş, o da götürə biləcəyini demiş, Sabirabad rayonuna gedərək idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxsı oradan götürmüş və birlikdə Lokbatan qəsəbəsinə getmişlər, Lökbatanda Hakan ona «Xəzər» otelinə getməyi təklif etmiş, o, razılaşmış, Hakan zəng vuraraq kafeyə 3 qadın dəvət etmiş, oteldə otaqların birində yeyib-içmək üçün süfrə açmışlar, 15 dəqiqə sonra Hakana zəng gəlmiş, Hakan aşağı düşüb gələcəyini demiş, çıxıb gedəndən 5-10 dəqiqə sonra qapı döyülmüş, qadınlarlardan biri qapını açmış, özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən 5-10 nəfər otağa daxil olaraq onun qolunu bağlamışlar, həmin vaxt otelin işıqları söndürülmüş, bun sonra sonra bizi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, səhəri gün isə onu və qadınları sərbəst buraxmışlar, Təqsirləndirilən şəxs isə orada qalmışdır. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 25 aprel 2022-ci il tarixli 6/2371 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ...” yazısı və imzalar olan kağız paketdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 71,358 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - kokaindir və 925 ədəd tünd mavi rəngli dairəvi formalı həblər metilendioksimetamfetamin - MDMA tərkibli həblərdir (“ekstazi”). 925 ədəd həbdən ibarət MDMA-nın ümumi miqdarı 83,25 qram təşkil edir (bir həbdə 0,09 qram MDMA olmaqla). Həblər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər (1-ci cild iş vərəqi 56-61). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 04 iyul 2022-ci il tarixli 3622 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniaydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (1-ci cild iş vərəqi 163-164). İşdə olan 24 may 2022-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 71,258 qram qalmış narkotik vasitə kokain və 917 ədəd qalmış MDMA həbləri maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild işvərəqi 151-153). İşdə olan 25 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə saat 02.20 radələrində Bakı- Salyan avtomagistralının Bakı şəhəri. Səbail rayonu ərazisindən keçən hissəsinin 15-ci kilometrliyinin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan iç cibindən bir ədəd göy rəngli sellofan torbadan bir ədəd bükümdə 71,583 qram çəkidə narkotik vasitə kokain və ümumi sayı 925 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 83,25 qram psixotrop maddə MDMA tərkibli ekstazi həbləri aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 42-47). İşdə olan Baş Nakotiklərlə Mübarizə İdarəsinin 20 may 2022-ciil tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə kokakin və psixotrop maddə MDMA tərkibli ekstazi həblərinin əldə edilmə mənbəyinin müəyyən olunması məqsədilə BNMİ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli tapşırığa cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddəni də qaçaqmalçılıq yolu ilə satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs və İzzət Amanovun digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 147). İşdə olan 26 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur; Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri daşımasını özündə əks etdirən video görüntünün yerləşdiyi 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur; içərisində iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar olduğundan Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 141-151). İşdə olan 27 aprel 2022-ci il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefona keçirilmiş baxış zamanı həmin telefonda olan Whatsapp ani mesajlaşma mübadilə sistemində “İzzet Azeri” adlı ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə və “İzzet 2” adlı ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə danışıqlar aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs +**********23 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Araz Azeri” adlı istifadəçiyə narkotik vasitəni üzərində daşıdığını, telefona cavab verməsə həmin şəxsə narkotik vasitəni verməyəcəyini bildirən videogörüntii çəkərək göndərmişdir (1-ci cild iş vərəqi 125). İşdə olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli SDS- 3544 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 24 aprel 2022-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir (1-ci cild iş vərəqi 134-138). İşdə olan şübhəli şəxsin tutulması haqqında 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 29). İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 25 aprel 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 112-116). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməllərinə görə məsuliyyətini yüngülləşdirmək və ya məsuliyyətdən tam yayınmaq məqsədi daşıyır, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə, o cümlədən iş üzrə dindirilmiş şahidlərin ifadələri, əməliyyat tədbiri zamanı müəyyən edilmiş hallar, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən, təqsrləndirilən şəxsin həmin ifadələrini də sübut kimi qəbul edir, Təqsirləndirilən şəxs Cİnayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 24 aprel 2022-ci il tarixli Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid1 İdarənin rəisinə ünvanladığı raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Turkiyə Respublikası, İstanbul şəhəri, Başakşəhir rayonu, Güvərcintəpə məhəlləsi, Osmanlı küçəsi, Ərəboğlu binası, mənzil 2/8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması göstərilmiş, qeyd edilən raport əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin 24 aprel 2022-ci il tarixlə əmrinə əsasən əməliyyat qrupu yaradılmış, 25 aprel 2022-ci il tarixdə saat 02:20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu ərazisindən keçən Bakı Salyan magistral yolununu 15-ci kilometrinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq BNMİnə gətirilmiş, təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin (Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X12) və tərcüməçinin (X4) iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs 1 ədəd göy rəngli sellofan, həmin sellofanın içərisində 1 bükümdə kokakinə bənzər maddə və 2 bükümdə 925 ədəd ekstazi həbinə bənzər kütlələr aşkar edilmiş, sorğu zamanı külli miqdarda kokain və ekstazi həblərini 2000 ABŞ dolları müqabilində Bakı şəhərinə aparmağa razılaşdığını etiraf etmişdir (1-ci cild iş vərəqi 6, 11, 12, 26, 42-44). Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində polis əməkdaşları tərəfindən cinayət törədilməsinə təhrik edilməsi, İzzət adlı şəxs tərəfindən ona verilən bağlamada nakotik vasitə olması barədə xəbərinin olmaması, həmin bağlamanı Bakı şəhərinə cəmi 100 ABŞ dolları müqabilində çatdırmağa razılaşması barədə bildirməmiş, 26 aprel 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə aparılarkən işə baxan hakimə özünün müdafiəsi üçün dəlillər gətirməmiş, yalnız barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin və təqdimatın təmin edilməsinə etiraz etmişdir. Bundan əlavə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan Samsung” markalı mobil telefondakı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində “İzzet Azeri” adlı (050)-479-89-50 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə və “İzzet 2” adlı (055)-548-96-21 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə narkotik vasitə ilə əlaqədar danışıqlar aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs +**********23 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Araz Azeri” adlı istifadəçiyə narkotik vasitəni üzərində daşıdığı, telefona cavab verməzsə həmin şəxsə narkotik vasitəni verməyəcəyini bildirən videogörüntü çəkərək göndərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, kokain narkotik vasitəsinin külli miqdarının aşağı həddi 1 qram, MDMA psixotrop maddəsinin külli miqdarının aşağı həddi isə 5 qram müəyyən edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs İzzət Amanovdan götürdüyü 71,358 qram çəkidə narkotik vasitə kokain və ümumi sayı 925 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 83,25 qram olan psixotrop maddə MDMA tərkibli ekstazi həbləri külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarının 13-cü maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-in 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-in 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-in 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-in 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 19-cu maddəsinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildirlər. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, Cinayət Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan ona cəza təyin edilərkən, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi qanunun tələblərinə və cəza siyasətinin məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 25 aprel 2022-ci il tarixdən hesablanmasını, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini, Cinayət Məcələsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 04 iyul 2022-ci il tarixli 3622 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünə məxsus “Samsung” markalı mobil telefonla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar çox saylı danışıqlar apararaq mobil telefondan cinayətin törədilməsində vasitə kimi istifadə etdiyindən Azərbaycan Respublikasının CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinə əsasən “Samsung” markalı mobil telefon xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 25 aprel 2022-ci il tarixli 6/2371 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata tədqiqatda təqdim edilmiş 71,358 qram narkotik vasitə kokain və 925 ədəd tünd mavi rəngli dairəvi formalı həblər metilendioksimetamfetamin - MDMA tərkibli həblərdir kustar üsulla hazırlanmışdır. Göstərilənlərə əsasən iş üzrə maddi sübutlar - Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 71,258 qram narkotik vasitə kokain, 917 ədəd psixotrop maddə MDMA həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk və Təqsirləndirilən şəxs «Samsung» markalı mobil teleonundan aşkar edilmiş narkotik vasitəni daşımasını etiraf etdiyi videogörüntünün əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 71,258 qram narkotik vasitə kokain, 917 ədəd psixotrop maddə MDMA həbləri məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk və Təqsirləndirilən şəxs «Samsung» markalı mobil teleonundan aşkar edilmiş narkotik vasitəni daşımasını etiraf etdiyi videogörüntünün əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs X5 məxsus “Redmi” markalı mobil telefon Azərbaycan Respublikasının CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinə əsasən xüsusi müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar