Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-234/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,294 qram psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi 2,868 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 14 noyabr 2022-ci il tarixdə saat 19:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ yan iç cibindən 01 bükümdə təmiz çəkisi 3,294 qram təşkil edən ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 01 bükümdə təmiz çəkisi 2,868 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində qeyd etmişdir ki, Sabunçu rayonunda yerləşən evində olarkən saat 19:00-da 6 nəfər polis evə daxil olmuş, digər 2 nəfər çöldə dayanmışdır. Evdə axtarış aparılmış, heçnə aşkar olunmamışdır. Qardaşı ilə onu ayrı-ayrı maşında birinci 12-ci polis bölməsinə aparmışlar, oradan idarəyə, sonra isə 13-cü polis bölməsinə aparmışlar. Orada ona təzyiq göstərmişlər və qardaşı ilə təhdid etmişlər. Üzərində polisə aparılana qədər narkotik vasitə olmamışdır. Üzərində “Samsung” markalı, ***-***-**-** nömrəli telefonu olmuş, amma olmadığı yazılmışdır. Narkotik vasitələrdən istifadə etmir. Polis bölməsində ona “kruasan” adlı şirniyyat verilmiş, buna görə analizində narkotik çıxmışdır. Həbs qərarı seçilənə qədər döyülmüşdür. Bölmədə təzyiqdən sonra videoçəkiliş olmuş və onların dediklərini demişdir. Təhdid edəndən sonra polis əməkdaşi Bəxtiyar Abbasov ona 2 büküm vermişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, latın qrafikası ilə sərbəst yazıb oxuya bilir. Bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Onun əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkumluğu olmuşdur. Bir neçə il olar ki, narkotik vasitə olan heroini və “şüşə” kimi tanıdığı psixotrop maddəni çəkmək yolu ilə qəbul edir. Qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 150 manata alaraq üzərində saxlamışdır. O, xx.xx.2022-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Akkord” yaşayış kompleksinin yanında olarkən 2 nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün o, verilən suallara yayındırıcı cavab verərək polis əməkdaşlarından yayınmaq istəmişdir. Bu vaxt polis əməkdaşları ondan şübhələndikləri üçün onu saxlayaraq Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək polis bölməsinə gətirilmişdir. Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinin inzibati otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün istəməmişdir ki, müdafiəçi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan göy rəngli gödəkçənin sağ yan iç cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd bükümlərin birinin içərisində "Şüşə" deyilən psixotrop maddə və birinin içərisində isə "kakos" kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda həmin maddələri şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 18:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 150 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi 02 ədəd bükümlər qablaşdırılaraq möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddə ekspertiza mərkəzinə göndəriləcəkdir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, o, bir neçə il olar ki, narkotik vasitədən istifadə edir. O, nə narkoloji, nə vərəm, nədə ki, psixo-nevroloji dispanserdə qeydiyyatda deyildir. Bildirmişdir ki, o, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi şəxsi üzdən tanımış, adını və yaşadığı ünvanı bilməmişdir. O, tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən 150 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, əldə etdiyi narkotik vasitə və psixotrop maddə metamfetamini özü üçün almış, kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Əldə etdiyi narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsindən məlumatı olmamışdır. Bildirmişdir ki, saxlanılarkən üzərində mobil telefon olmamış, bir neçə müddətdir ki, mobil nömrə və mobil telefondan istifadə etmir. Bir daha qeyd etmişdir ki, o, narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, 01 bükümdə içərisində külli miqdarda narkotik vasitə heroini və 01 bükümdə külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmiş və heç bir təzyiqə məruz qalmamışdır (İ cild, səh. 147-151). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman Sabunçu rayonu ərazisində Yavər Əliyev küçəsi, “Akkord” binaları tərəfdə təxminən keçən il noyabr ayında özünü şübhəli apardığına görə şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Polis bölməsinə dəvət edilmiş, polis bölməsində təhqiqatçının otağında videoçəkiliş vasitəsilə ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim edilməsi təklif olunduqda özü metamfetamin və heroini təqdim etmişdir. Sonra zərfə qoyulub, imzalanaraq ekspertizaya göndərilmişdir. Şəxsə qarşı heç bir zorakılıq və heç bir təsir olmamışdır. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Bildirmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat 19:00-da ünvan 6 ünvanda inzibati ərazidə Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyəti təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək verilən suallara yayındırıcı cavablar verdiyindən həmin şəxsdən şübhələndikləri üçün həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlməyə razılaşmışdır. Bundan sonra, onlar bölmənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin bölməyə gətirildiyini, bu barədə növbətçi vəkillə əlaqə saxlayıb məlumat verməsini bildirmişlər. Daha sonra, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs polis bölməsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Belə ki, polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil İlqar Qədirov təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan iç cibindən 01 ədəd şəffaf selofana bükülmüş 02 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin birinin içərisində “şüşə” deyilən narkotik maddə və digər ikinci bükümün içərisində “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümlər ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri nə məqsədlə əldə edildiyi sual edildikdə Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 18:15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir (İ cild, səh. 50-52). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayında həmin şəxsi şübhəli şəxs kimi Bakıxanov qəsəbəsində saxlayaraq polis şöbəsinə dəvət etmişlər, üzərinə şəxsi axtarış inzibati binada keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Uzun müddət keçdiyindən bütün halları xatırlamadığını bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 53- 55). 9.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun qardaşıdır. Sabunçu rayonunda yerləşən evlərində olduqları zaman polislər evə daxil olmuş, evdə axtarış aparmışlar. Daha sonra onu və qardaşını polis bölmməsinə aparmışlar, ayrı-ayrı otaqlarda saxlamışlar. Gecə saat 4-də onu buraxmışlar. Qardaşını evdə döymüşlər, səsini eşitmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 6/6530 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 160” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,294 qram ağ rəngli, kristalşəkilli kütlə ksutar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,868 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 37-41). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 09 fevral 2023-cü il tarixli, 714 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 116-117). 12.«Şəxsin üzərində axtarış və götürmə aparılması haqqında» 14 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ kristal şəklində, spesifik iyə malik narkotik vasitəyə bənzər maddəni və bir ədəd şəffaf sellofana bükülmüş içərisində açıq qəhvəyi rəngli toz və xırda daş şəklində maddəni təqdim edərək həmin maddələrin bir bükümünün “şüşə” deyilən narkotik maddə və bir bükümünün “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 18:15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 150 manat nəğd pula aldığını bildirmişdir (İ cild, səh. 29-30). 13.«Sübutların qiymətləndirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında» 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 3,294 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, bir bükümdə təmiz çəkisi 2,868 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış psixotrop maddə metamfetaminin 3,194 qram hissəsi və narkotik vasitə heroinin 2,768 qram hissəsi saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır (İ cild, səh. 118- 125). 14.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin MSY-nə gətirilən vaxt onun üzərinə tam baxış keçirilmiş, baxış zamanı hər iki qollarında köhnə kəsik izləri aşkar olunmuşdur. Vət. Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə il əvvəl özünə xəsarət yetiribdir. Bu barədə vət. Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib olunmuşdur. 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki saidin ön səthində çapıq toxuması aşkar edilmişdir. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. 16.«Şübhəli şəxsin tutulması haqqında» 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 17). 17.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 4(008)- 933/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 noyabr 2022ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 80-83). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-161/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsinin tələbləri nəzərə alınaraq 1500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinin tələbləri nəzərə alınaraq 09 ay 09 gün islah işləri cəzası təyin edilmiş, 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. 2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (İ cild, səh. 88-90, 92-96). 19.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən alınmış 12 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin 1(009)-161/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü və onun icrası barədə xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-161/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdirr. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
24. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.
25. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 26.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 27.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 28.Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut müəyyən olunmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini deməsini qeyd etmişlər. 29.Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan «Şəxsin üzərində axtarış və götürmə aparılması haqqında» 14 noyabr 2022-ci il protokolda da Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün aldığını bildirməsi göstərilmişdir. 30.İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 6/6530 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin narkotik vasitə və psixotrop maddə olmasını təsdiq etsə də həmin narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X3 barədə 09 fevral 2023-cü il tarixli, 714 nömrəli rəyi isə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu təsdiq edir. 31.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi maddi sübutları göstərmişdir. «Sübutların qiymətləndirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında» 03 mart 2023-cü il tarixli qərardan göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 3,294 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir bükümdə təmiz çəkisi 2,868 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitənin və psixotrop maddənin mövcudluğunu, eləcə də həmin narkotik vasitənin və psixotrop maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «digər iş materialları» ilə tam sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də digər iş materiallarının nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi hər hansı «digər iş materialları» müəyyən edilməmişdir. 32.Həmçinin həmin ittiham aktında göstərilmişdir ki, «Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilən zaman özünü təqsirli bilmədiyini qeyd edərək istintaq sənədlərinə imza etməkdən imtina edərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirməsi, həmçinin cinayət işi üzrə ibtidai istintaqın qurtarması barədə məlumat verilən zaman və cinayət işinin materialları İlə tanış olarkən tərtib edilmiş protokollara imza etməkdən imtina etməsi kimi dəlillər gətirsə də onun gətirdiyi dəlillər istintaq zamanı toplanmış sübutlarla tam təkzib olunduğundan özünü müdafiə xarakterli hesab edilərək rədd edilmişdir». İstintaq orqanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamasına dair qeyd etdiklərini özünü madafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirmiş, belə qənaətə gəlməyıə səbəb kimi isə təqsirləndirilən şəxsin gətirdiyi dəlillərin özünü müdafiə xarakteri daşıması və istintaq zamanı toplanmış sübutlarla tam təkzib edilməsi göstərilmişdir. Yenə də istintaq orqanının gəldiyi göstərilən nəticə heç bir əsası olmayan ümumi sözlərdən ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxsin gətirdiyi dəlillərin toplanmış sübutların məcmusu ilə təkzib edilməsi göstərilsə də, lakin həmin sübutların və ya sübutların məcmusunun nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 33.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin və psixotrop maddəninin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 34."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 35.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 36.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 37.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 38.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 39.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə külli miqdarda - 2,868 qram çəkidə narkotik vasitə heroini və bir bükümdə külli miqdarda - 3,294 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarının külli miqdar təşkil etməsi həmin narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 40.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X3 barədə 09 fevral 2023-cü il tarixli, 714 nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 41.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 42.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 44.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 45.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 46.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 48.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 49.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,868 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 3,294 qram çəkidə psixotrop maddə metamfetamin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 50.Məhkəmə təqsirləndirilən şəxsin üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilməməsi, narkotik vasitənin və psixotrop maddənin onun boynuna qoyulması, təzyiq olunduğuna görə etirafedici məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 51.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 52.Məhkəmə iclasında təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilməməsini və ona təzyiq edildiyinə görə boynuna almasını bildirsə də məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. 53.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 54.Məhkəmə təkrar edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 55.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 56.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 57.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 58.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 59.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 61.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 64.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 65.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 67.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 69.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 71.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 72.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-161/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 73.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 161/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
75. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-161/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 76.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 77.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 78.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 79.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 80.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. 81.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 82.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 83.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 84.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,768 qram çəkidə narkotik vasitə heroinin və 3,194 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 85.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 86.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 87.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 88.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 89.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 manat təşkil edir. 90.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. 91.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-161/2022 nömrəli, 29 sentyabr 2022-ci l tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,768 qram çəkidə narkotik vasitə heroin və 3,194 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev