Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-234/2025 03.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X12 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Sübhan Məmmədov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 179.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və elektron bildiriş əsasında kredit üzrə ekspert vəzifəsində işlədiyi ünvan 3 ünvanında yerləşən “Phonex.az” mobil telefon və digər elektron cihazların satışı mağazasında mağaza sahibi tərəfindən ona həvalə edilmiş vəzifə təlimatlarına uyğun olaraq fiziki şəxs kimi VÖEN əsasında mağaza sahibi Zərərçəkmiş şəxs1 məxsus mobil telefonlar və elektron cihazların kredit üzrə satışını və müştərilər tərəfindən aylıq ödənişlərə nəzarəti həyata keçirməli olduğu halda qulluq mövqeyindən istifadə edərək müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə mağazada həyata keçirilən satışlarla bağlı məlumatların daxil edildiyi elektron proqrama mağazanın keçmiş müştərilərinin anket məlumatlarını həmin şəxslərin məlumatı olmadan daxil etməklə onların adlarına kredit üzrə satış kimi rəsmiləşdirdiyi və başqa şəxslərə satdığı 799 manat dəyərindəki 01 ədəd “Samsung A336” black 6/128 gb markalı, 569 manat dəyərindəki 01 ədəd “Samsung A235” black 4/128 gb markalı, 619 manat dəyərindəki 01 ədəd “Samsung A235” black 4/128 gb markalı və 415 manat dəyərindəki 01 ədəd “Samsung A135” Black 4/64 gb markalı mobil telefonların satışından əldə etdiyi 2402 manat pulu, 2696 manat dəyərində olan 01 ədəd “İphone 13 Pro” Sierra Blue 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1896 manatını, 2700 manat dəyərində 01 ədəd “İphone 13 Pro” Sierra Blue 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2090 manatını, 580 manat dəyərindəki 01 ədəd “Samsung A325” Black 4/128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 372 manatını, 2139 manat dəyərindəki 01 ədəd “İphone 12 Pro Max” Pacific Blue 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1589 manatını, 2719 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Alpine Green 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2010 manatını, 2779 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Sierra Blue 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2174 manatını, 2099 manat dəyərindəki 01 ədəd “İphone 13” Midnight 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1574 manatını, 2439 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro” Gold 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1914 manatını, 2649 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Sierra Blue 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2299 manatını, 1399 manat dəyərindəki 01 ədəd “İphone 11” White 64 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 700 manatını, 2152 manat dəyərindəki 01 ədəd “İphone 12 Pro Max” Gold 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 967 manatını, 3199 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Graphite 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2148 manatını, 2048 manat dəyərindəki 01 ədəd “İphone 12 Pro Max” Gold 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1648 manatını, 499 manat dəyərindəki 01 ədəd “Samsung A236” Black 4/64 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 359 manatını, 2539 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro” Gold 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1939 manatını, 999 manat dəyərindəki 01 ədəd “Samsung A725” Black 6/128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 826 manatını, 859 manat dəyərindəki “Mi 11 Lite” Snowflake White 8/128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 592 manatını, 3838 manat dəyərindəki “İphone 14 Pro Max” Deep Purple 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2988 manatını, 3244 manat dəyərindəki 01 ədəd “İphone 14 Pro” X40 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2544 manatını, 549 manat dəyərindəki 01 ədəd “Samsung A325” black 4/128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 453 manatını, 569 manat dəyərindəki 01 ədəd “Samsung A236” Orange 4/128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 407 manatını, 2420 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Sierra Blue 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1500 manatını, 1705 manat dəyərindəki 01 ədəd “İphone 12 Pro” Pacific Blue 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1416 manatını, 2699 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro” Gold 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2299 manatını, 1879 manat dəyərindəki “İphone 12 Pro” Graphite 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1131 manatını, 2519 manat dəyərindəki “İphone 13 Pro” Gold 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1869 manatını, 2149 manat dəyərindəki “İphone 12 Pro Max” Gold 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1749 manatını, 580 manat dəyərindəki “Samsung A325” Black 4/128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 530 manatını, 2519 manat dəyərindəki “İphone 13 Pro” Graphite 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2099 manatını, 1876 manat dəyərindəki 01 ədəd “İphone 12 Pro” Gold 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1201 manatını, 720 manat dəyərindəki 01 ədəd “Samsung A525” Black 4/128gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 420 manatını, 2539 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro” Sierra Blue 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1869 manatını, 2700 manat dəyərindəki 01 ədəd “İpad Pro” 12.9-X43 128 gb markalı planşetin satışından əldə edilən vəsaitin 200 manatını, 2779 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Graphite 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2089 manatını, 319 manat dəyərindəki “Airpods 2” markalı qulaqcığın satışından əldə edilən vəsaitin 269 manatını, 999 manat dəyərindəki “X36 7 41 Midnight” markalı qol saatının satışından əldə edilən vəsaitin 636 manatını, 1199 manat dəyərindəki 01 ədəd “Acer Aspire 3 A315 57G 312Z” markalı notebook kompyuterin satışından əldə edilən vəsaitin 898.07 manatını, 1600 manat dəyərində 01 ədəd “Acer Aspire 3 A315-56-594W” markalı notebook kompyuterin satışından əldə edilən vəsaitin 600 manatını, eləcə də real alıcılara nağd qiymətə satdığı halda həmin alıcıların adına kreditə rəsmiləşdirməklə Zərərçəkmiş şəxs1 məxsus 349 manat dəyərində 01 ədəd “Redmi 10A” Sky blue 3/64gb markalı mobil telefonun satışından əldə etdiyi 349 manat pulu, 3524 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Sierra Blue 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1439 manatını, 3190 manat dəyərindəki 01 ədəd “İphone 14 Pro” X40 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2340 manatını, 2798 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Sierra Blue 128 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 1932 manatını, 3049 manat dəyərindəki 01 ədəd “İphone 13 Pro Max” Sierra Blue 256 gb markalı mobil telefonun satışından əldə edilən vəsaitin 2649 manatını, olocə də mağazanın real müştəriləri tərəfindən kreditə götürülmüş 580 manat dəyərində 01 ədəd “Samsung A325” Violet 4/128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 337 manatını, 719 manat dəyərindəki 01 ədəd “Samsung A525” black 4/128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 659 manatını, 539 manat dəyərindəki 01 ədəd “Samsung A325” black 4/64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 190 manatını, 1200 manat dəyərindəki 01 ədəd “İphone 12” Mini Blue 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 960 manatını, 3300 manat dəyərindəki 01 ədəd “İphone 14 Pro” Deep Purple 256 gb markalı mobil telefonun aylıq ödənişlərinin 1600 manatını, 849 manat dəyərindəki 01 ədəci “Poco X3 Pro” Frost Blue 8/256 gb markalı mobil telefonun aylıq ödənişlərinin 134 manatını, 1149 manat dəyərindəki 01 ədəd “Samsung A725” White 8/256 gb markalı mobil telefonun aylıq ödənişlərinin 190 manatını, 599 manat dəyərindəki “Redmi Note 11” Graphite Gray 6/128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 213 manatını, 3049 manat dəyərindəki “İphone 13 Pro Max” Silver 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 1424 manatını, 1500 manat dəyərindəki “İphone Pro” Midnight Green 256 gb markalı mobil telefonun aylıq ödənişlərinin 680 manatını, 389 manat dəyərindəki “Samsung A125” Black 4/64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 72 manatını, 2649 manat dəyərindəki “İphone 13 Pro” X41 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 2139 manatını, 2082 manat dəyərindəki “İphone 12 Pro Max” X39 256 gb markalı mobil telefonun aylıq ödənişlərinin 1590 manatını, 2279 manat dəyərindəki “İphone 13” Midnight 128 gb mmkalı mobil telefonun aylıq ödənişlərinin 1179 manatını, 2280 manat dəyərindəki “İphone 12 Pro Max” Pacific Blue 256 gb markalı mobil telefonun aylıq ödənişlərinin 780 manatını, 599 manat dəyərindəki “Redmi Note 11” graphite Gray 6/128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 126 manatını, 1223 manat dəyərindəki İphone 11 yellow 64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 235 manatını, 1359 manat dəyərindəki “İphone 11 Pro Max” Midnight Green 64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 886 manatını, 1779 manat dəyərindəki “İphone 11 Pro Max” Silver 64 gb markalı mobil telefonun aylıq ödənişlərin 276 manatını, 3094 manat dəyərindəki “İphone 12 Pro Max” Pacific Blue 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 208 manatını, 3099 manat dəyərindəki “İphone 12 Pro Max” Gold 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 379 manatını, 2484 manat dəyərindəki “İphone 12 Pro” Graphite 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 246 manatını, 2874 manat dəyərindəki “İphone 11 Pro” Midnight Green 250 gb markalı mobil telefonun aylıq ödənişlərinin 311 manatını, 429 manat dəyərindəki “Samsung A125” Black 4/128gb markalı mobil telefonun aylıq ödənişlərinin 317 manatını, 1950 manat dəyərindəki 01 ədəd “İphone Pro” Silver 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 964 manatını, 399 manat dəyərindəki 01 ədəd “Redmi Note 8” Neptune Blue 4/64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 165 manatını, 1500 manat dəyərindəki 01 ədəd “İphone 11 Pro Max” gold 64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 600 manatını, 1645 manat dəyərindəki 01 ədəd “İphone 11” Black 64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 130 manatını, 2424 manat dəyərindəki 01 ədəd “İphone 12 Pro” Pacific Puo 128 gb markalı mobil telefonun aylıq ödənişlərinin 208 manatını, 409 manat dəyərindəki 01 ədəd “Samsung A207” Green 3/32gb markalı mobil telefonun aylıq ödənişlərinin 232 manatını, 409 manat dəyərindəki 01 ədəd “Samsung A207” Green 3/32gb markalı mobil telefonun aylıq ödənişlərinin 231 manatını, 1070 manat dəyərindəki 01 ədəd “X46” Gr 64 gb markalı mobil telefonun aylıq ödənişlərinin 82 manatını, 619 manat dəyərindəki 01 ədəd “Redmi Note 10S” Onyx Gray 6/128 gb markalı mobil telefonun aylıq ödənişlərinin ;60 manatını, 1919 manat dəyərindəki 01 ədəd “İphone 122 Black 64 gb markalı ırobil tel onun aylıq ödənişlərinin 400 manatını, 1049 manat dəyərindəki “X36 6” 44n m Space Gray markalı qol saatının aylıq ödənişlərinin 660 manatını, 1100 manat do ərindəki 01 ədəd “HP 250 G7” markalı notebook kompyuterin aylıq ödənişlərinin 550 manatını, yəni ümumilikdə 82828.07 manat (səksən iki min səkkiz yüz iyirmi səkkiz manat yeddi qəpik) pul vəsaitini nağd qaydada və eləcə də özünə məxsus “**********722095” nömrəli “Leo Bank”a aid kart hesabına, həmçinin mağazada pul köçürmələri üçün istifadə edilən “Leo Bank”a aid “**********616160”, **********836166”, “**********979495” nömrəli və “Kapital Bank”a aid “**********640563” nömrəli kart hesablarına köçürülməsini müştərilərdən tələb edib buna nail olduqdan sonra köçürülmüş həmin pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib ümumilikdə 82828.07 manat (səksən iki min səkkiz yüz iyirmi səkkiz manat yeddi qəpik) külli miqdarda pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə mənimsəmişdir. Bundan əlavə o, “Phonex.az" telefon satış mağazasında kredit üzrə ekspert vəzifəsində işləmədiyi və ölkə sərhədlərindən kənarda olduğu halda istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinin “WhatsApp” tətbiqi ilə əlaqə saxlayan Zərərçəkmiş şəxs2 özünü “Phonex.az” telefon mağazasının işçisi kimi təqdim edərək əvvəlcədən ödəniş etməklə münasib qiymətə işlənmiş “İphone 14 Pro Max” markalı mobil telefon tapacağını vəd edib sonuncudan xx.xx.2023-cü il tarixdə özünə məxsus “**********722095” nömrəli “Leo Bank” kart hesabına Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Saleh Hüseynzadə küçəsində yerləşən “Yaşıl Market’’də “eManat” aparatı vasitəsilə 530 manat, həmin tarixdə ünvan 4 ünvanında yerləşən “Araz Supermarket”də “Milli Ön’ aparatı vasitəsilə 100 manat, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Araz Supermarket”də “Milli Ön” aparatı vasitəsilə 370 manat, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında Zərərçəkmiş şəxs2 qohumu Şahid12 ğlunun kart hesabından mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 195 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında Şahid12 kart hesabından mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 165 manat pul vəsaitinin köçürülməsinə nail olub Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə onu aldadaraq ümumilikdə 1360 (min üç yüz altmış) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründəki ifadəsini təsdiq edərək ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. O, bildirmişdir ki, müvafiq əməllərin törədilməsi üzrə özünü təqsirli bilsə də ümumi mənimsənilmiş məbləğlərlə razı deyildir. O, “Phonex.az” mağazasında kredit mütəxəssisi qismində işləmiş, mağazada kredit işlərini həll etmişdir. Komputer sisteminə mağaza müdiri özü də girə bilmişdir. Məhsulların satışını sistemə kredit satışı kimi qeyd etmişdir. Əgər onun mənimsəmə niyyəti olsaydı əvvəl götürdüyü məhsulların kreditini bağlamazdı. Əldə etdiyi pulları öz borclarını bağlamaq üçün götürmüşdür. O, şəxsi əmlakı olan evini satıb borclarını bağlamağı düşünmüşdür. Borcu olduğu müddətdə evini satışa çıxartmışdır. Əvvəlki borcu 15000 manat olmuşdur. Həmin borcları bağlamaq üçün o, məhsulları tanışlarının adına kreditlə rəsmiləşdirmişdir. 81 telefonu rəsmiləşdirdiyi şəxslərin bəziləri tanışlarıdır. Telefon kreditlərini rəsmiləşdirdikdən sonra telefon onun əlinə keçmiş və o da telefonları satmışdır. Mobil telefonlardan əldə etdiyi gəliri bilmir. Zərərçəkmiş şəxs2 ilə bağlı anlaşılmazlıq olmuşdur. Əcəbnaz adlı şəxs ona zəng edərək mobil telefon istədiyini bildirmiş, o da sonuncuya gözləməsini bildirmişdir. Müəyyən müddətdən sonra Əcəbnaz adlı şəxs ona zəng edərək əlində pulunun olduğunu, həmin pulu ona göndərmək istədiyini və mobil telefon olarsa sonra götürəcəyini bildirmişdir. Həmin mobil telefon təxminən 2000 manat dəyərindəki “İphone” markalı mobil telefon olmuşdur. Əcəbnaz adlı şəxs ona 1360 manat pul göndərmişdir. Həmin şəxsin əmək haqqısı az olduğu üçün pulları hissə-hissə ödəmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, bahalı telefon modellərinin kredit qiymətilə nağd qiymətlərinin arasında 150-300 manat fərq var. Misal üçün 3000 manatlıq telefon nağd satışı ilə kredit satışı arasında 400-450 manat fərq olur. 81 telefonun ümumi qiyməti təxminən 55000-60000 manat etmişdir. Şahid2 adına olan borc telefonu da onun adına qeyd etmişlər. Halbuki, həmin borc ona aid olmamışdır. Vurulan zərərdən 20000 manat ödəmişdir. Zərərçəkmiş şəxs2 vurduğu zərəri ödəmişdir. Siyahıda qeyd olunan mobil telefonların əksəriyyəti ikinci əl telefonlarıdır. Telefonların qeydiyyatdan keçmə tarixinə baxıldıqda onların köhnə telefon olduğu bilinir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, 2019-cu il tarixdən əvvəllər “Satel” adı ilə fəaliyyət göstərən “Phonex.az” telefon satış mağazasında kredit üzrə mütəxəssis vəzifəsində işləmişdir. Mağaza sahibi Zərərçəkmiş şəxs1 olmuşdur. Kredit üzrə ekspert vəzifəsində işlədiyi dövrdə vəzifəsi mobil telefonların kredit üzrə satışını həyata keçirməkdən, yəni ilkin ödənişi kassaya etmiş müştəriyə müvafiq telefonu vermək və sənədləşmə işlərini həyata keçirməkdən ibarət olmuşdur. Təqribən 2022-ci il iyun-iyul aylarında onun “Unibank”da krediti olmuş, “KontaktHome”a krediti olmuş, bundan əlavə maddi çətinlikləri ilə də əlaqədar pula ehtiyacı olduğu üçün işlədiyi “Phonex.az” telefon satış mağazasından tanışı və ya əvvəlki müştərilərin adına elektron sistemdə kreditə telefon götürmüş və həmin telefonları satmaqla pul əldə edib maddi ehtiyaclarını ödəmişdir. Bəzən isə bir çox hallarda həmin kreditləri tam şəkildə pulunu mağazanın hesabına ödəmişdir. Lakin, 2022-ci il dekabr ayında artıq müəyyən etmişdir ki, pulunu ödəmədiyi və sataraq maddi ehtiyacları üçün xərclədiyi mobil telefonların sayı çoxalmış və mağazanın hesabında kəsr yaranmışdır. O, həmin pulu işləyib ödəmək istədiyi üçün bu barədə mağaza müdiri Vasifə heç bir məlumat verməmişdir. Lakin, 2022-ci il dekabr ayının əvvəlində Vasif gəlib ona demişdir ki, hesabda kəsr yaranmışdır və çatışmazlıq vardır. O da Vasifə vəziyyətin nə yerdə olduğunu ətraflı bildirmiş və başqa şəxslərin adına rəsmiləşdirərək satıb pulunu ələ keçirdiyi telefonların qarşılığında ona dəymiş zərəri ödəyəcəyini bildirmişdir. Həmin vaxt qeyd olunan telefonların siyahısını əlyazma ilə yazaraq Vasifə təhvil vermişdir. Lakin, həmin siyahıdakı telefonların bir qismi real alıcıdadır və həmin şəxslər də mağazaya borcludurlar. Bundan sonra Vasif onu işdən kənarlaşdırmışdır. Daha sonra Vasif onun barəsində Nəsimi rayon Polis İdarəsinə şikayət etmişdir. Araşdırma zamanı 20000 manat zərəri Vasifə ödəmişdir. Daha sonra isə işləyib pulu qaytarmaq üçün Rusiya Federasiyasına getmişdir. xx.xx.2023-cü il tarixdə isə Bakı şəhərində gəldikdə hava limanında onu saxlayıb barəsində olan cinayət işi üzrə ona stop qoyulduğunu deyib Nəsimi rayon Polis İdarəsinə aparmışlar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin mağazada əvvəllər usta vəzifəsində işləmişdir. 2022-ci il təqribən sentyabr ayından isə təqribən 3-4 ay müddətində kredit üzrə ekspert vəzifəsində işləmişdir. Kredit müqavilələrinin hamısı Zərərçəkmiş şəxs1 adından bağlanmışdır. Kredit üzrə telefon almaq istəyən şəxs ona müraciət etdikdə o, NSP adlı proqrama daxil olub müştərinin məlumatlarını həmin proqramda qeyd etdikdən sonra hazır müqavilə forması çap edilmiş, bundan sonra şəxs kassaya ilkin ödənişi edib müqaviləyə qol çəkməklə telefonu götürmüşdür. Həmin şəxslərin şəxsi məlumatları onda olduğu üçün onların məlumatı olmadan onların adlarını sistemə daxil edib lakin, müvafiq müqaviləni tərtib etmədən həmin məlumat əsasında telefonu özü götürmüşdür. Sistemə baxdıqda isə müvafiq telefonun həmin şəxs tərəfindən kreditə götürüldüyü görünmüşdür, istənilən müştəri kredit üzrə aylıq ödəniş etdikdə kassir müvafiq müqavilə kodu üzrə həmin sistemə məlumat daxil edir və avtomatik olaraq həmin müştərinin aylıq ödənişi sistemdə görünür. Hər bir işçinin həmin sistemdə müvafiq şifrə və adı var. Satıcı öz vəzifəsinə uyğun olaraq sistemə daxil olduqda yalnız nağd satışları edir və kassaya mədaxil edir. O, yəni kredit üzrə mütəxəssis kredit satışlarını həyata keçirir. Vəzifəsi fərqli olan şəxs ona aid olmayan işləri görə bilmir. Sistem buna icazə vermir. Administrator yəni Zərərçəkmiş şəxs1 isə istənilən funksiya üzrə fəaliyyəti həyata keçirə bilir. O, götürdüyü telefonlar üzrə daxil etdiyi saxta məlumatlarla bağlı kredit ödənişlərinin ödənməsi kimi məlumatları sistemə daxil edə bilmir. Çünki, pul kassaya daxil olmamış həmin şəxsin adının qarşısında pulun ödənilməsi qeyd edilmir. O, mağazadan götürdüyü telefonların dəqiq sayını və dəyərini bilmir. O, kassadan hər hansı məbləğdə pul götürməmişdir. Yalnız tanışlarından birbaşa pul qəbul edib onu da kassaya ödəmişdir. O, sistemə hər hansı müdaxilə etmir. Çünki, müdaxilə etsə kassada həmin günün sayımında və kassada olan qəbzlərdə ziddiyyət yaranar. O, yalnız sistemdə başqa şəxslərin adına telefon götürüb satmış və pulunu ələ keçirmişdir. O, müəyyən sayda telefonları sataraq pulunu ələ keçirmişdir. Lakin, audit rəyində qeyd olunan məbləğ real deyildir. Belə ki, audit rəyinə əlavə edilmiş telefonların bəziləri real alıcılardadır və hansı ki, onlar tərəfindən pul ödənilməmişdir. Bundan əlavə həmin siyahıda olan telefonlar maya dəyəri üzrə deyil, satış qiymətləri, faiz və komissiya üzərinə gəlməklə hesablanır. Buna görə də məbləğ bu qədər çox görünür. Lakin, real olaraq məbləğ 82.828 manatdan xeyli aşağıdır. İş materiallarına əlavə edilmiş damadama vərəq üzərində onun tərəfindən yazılması iddia edilən əlyazma onun tərəfindən yazılmışdır. Həmin əlyazmanın yazılmasına səbəb o olmuşdur ki, Vasif onun telefonları sataraq kassaya mədaxil etmədiyini öyrəndikdən sonra ona bildirmişdir ki, qeyd etdiyi kimi həmin əlyazmanı yazsa ondan şikayət etməyəcək və o da həmin pul vəsaitini Elşənə ödəyəcək. Əlyazmada olan şəxs adları və qarşılarındakı məbləğ mağazanın sistemindən Vasif tərəfindən aşkar edilərək ona diktə edilmiş və onun tərəfindən yazılmışdır. Həmin məlumatların hansı hissəsinin real, hansı hissəsinin səhv olduğunu yalnız tək-tək yoxlamaqla deyə bilər. ***-***-**-** mobil nömrəni 5 il işlətmişdir. 2023-cü il tarixdə Rusiya Federasiyasına getdikdən bir müddət sonra həmin nömrə deaktiv olmuşdur. Lakin, “WhatsApp” tətbiqi işləmişdir. Zərərçəkmiş şəxs2 tanımır. Əcəbnaz adlı şəxs onu “Phonex.az” mağazasının işçisi kimi tanımışdır. Belə ki, həmin mağazadan kreditə alınmış mobil telefon başqa mağazada nağd olaraq satılmış və həmin telefona onun tərəfindən məhdudiyyət qoyulmuşdur. Bu problem həll edildikdən müəyyən müddət sonra həmin şəxs ona yazaraq “İphone pro max” almaq istədiyini bildirmiş, o da tapdıqda məlumat verəcəyini demişdir. Əcəbnaz tez-tez zəng edib telefon almaq istədiyini deyib pulunu əvvəlcədən vermək istəmişdir. Məbləğini xatırlmadığı pul vəsaitini ona məxsus nömrəsini xatırlamadığı “LeoBank” hesabına köçürtmüşdür. Bir neçə telefon göstərsə də razı olmamışdır. Lakin, o, telefonu tapa bilməmişdir. Əcəbnaza 3 dəfə mesaj yazmşıdır ki, “kart hesabını göndər pulunu geri qaytarım”. Lakin, o, göndərməmiş, daha sonra isə ona məxsus mobil telefon əlindən düşərək sındığı üçün həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Buna görə də pulu onda qalmışdır. Əcəbnaz ifadəsində yalan demiş, o, Əcəbnaza pulunu qaytarmağı təklif etdikdə özü razı olmamış və sonra da telefonu sındığı üçün əlaqə saxlaya bilməmişdir. O, 2022-ci il 16 fevral tarixində Rusiya Federasiyasına getmiş və həmin vaxt da orada olmuşdur. “Phonex.az” adı ilə qeyd edilmiş şəxsdən Zərərçəkmiş şəxs2 göndərilmiş sms onun tərəfindən göndərilməmişdir. Belə ki, rəsmi olaraq “Phonex.az” adı ilə sms mətni yalnız şirkət tərəfindən göndərilə bilər. Həm də ki, o, həmin şəxslə vatsap tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Təqdim edilmiş sms mətni isə vatsapla deyil nömrə ilə göndərilmişdir. O, Zərərçəkmiş şəxs2 özünü “Phonex.az” mağazasının işçisi kimi təqdim edib-etmədiyini xatırlamır. Ola bilər ki, əvvəlcədən onu oranın işçisi kimi tanımışdır. O, pərakəndə telefon satışı ilə bağlı çox adamı tanıdığı üçün telefon satışını onlar vasitəsilə həyata keçirəcəkdi. Ola bilər ki, o, internet vasitəsilə “Phonex.az” mağazasının rəsmi internet saytına Zərərçəkmiş şəxs2 adından mesaj yazaraq onun mobil telefon nömrəsini qeyd etmişdir. Buna görə də mağaza tərəfindən Əcəbnaza mesajlar gəlmişdir. Əcəbnaz kreditə telefon götürmək istədiyi və o da rəsmi olaraq kreditə telefon verə bilməyəcəyi üçün “Phonex.az” mağazasının adından Əcəbnaza kreditə telefon verilməsini təşkil edəcəkdi. Onun pərakəndə satış üzrə tanışları “Phonex.az” mağazasına gəlib Zərərçəkmiş şəxs2 onların müştərisi olduqlarını, onlar tərəfindən müştərinin həmin mağazaya yönləndirildiyini bildirib həmin satışdan xeyir əldə edəcəkdilər, həmin xeyirdən bir hissəsi ona çatacaqdı. Çünki, kreditə mobil telefonu yalnız rəsmi mağazalar verə bildiyi üçün telefon bazarında satışlar bu cür həyata keçirilir. Pərakəndə satış məntəqlərinə “Phonex.az” mağazası yaxın olduğu üçün həmin mağazadan telefon götürlməsini təmin etmək istəmişdir. Həm də ki, həmin mağazada işlədiyi üçün oranın şərtlərinə bələddir. Onun mənimsədiyi mobil telefonlar üzrə mağazanın hər hansı işçisinin və ya digər şəxsin məlumatı olmamışdır. O, bunu tək özü etmişdir. İşdən ayrıldıqdan sonra mağaza işçiləri ilə yalnız hal-əhval tutmaq üçün əlaqə saxlamışdır. Hər hansı telefon alqı-satqısı ilə bağlı əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, 179.3.2-ci maddə ilə ona elan olunmuş ittihamla isə qismən razı olduğunu bildirmişdir. Belə ki, qeyd olunan mobil telefonların real qiymətləri deyil şişirdilmiş qiymətləri yazılmışdır. Həmin telefonlardan bir çoxu ikinci əl telefon olmaqla real dəyərləri cəlb qərarında göstərilən dəyərlərdən qat-qat aşağıdır. Buna görə də ona elan olunan ittiham real məbləğləri əks etdirmir. Məsələn “Samsung A135” markalı mobil telefonun qiyməti 415 manat göstərilsə də həmin telefonun yeni satışa çıxarılarkən qiyməti 289 manat təşkil etmişdir. Bu qiymətlərlə bağlı müvafiq vəsatət də verilmişdir ki, həmin qiymətlərin real məbləğinin müəyyən edilməsi üçün əlavə ekspertiza keçirilsin. Onun tərəfindən yazılmış əlyazmanı xx.xx.2022-ci il tarixdə mağazada Zərərçəkmiş şəxs1 yanında yazmışdır. Belə ki, Vasif özü komputerə baxaraq həmin məbləğləri və adları ona diqtə etdiyi üçün o, belə yazmışdır. Ona problem olmaması, Vasifin ondan şikayət etməməsi üçün belə yazmışdır. Həmin əlyazmada olan müştərilərin bir qismi real alıcılardır. Belə ki, orada olan Ceyhun Niftəliyev, Gülnar Əlimərdanova, Şahid2, Vüqar Zülfüqarlı, Ravil Tağızadə, öz adına olan telefona görə özü və.sair şəxslər realdır. Məsələn həmin şəxslərdən Elnarə Əhmədova adlı şəxsin adına olan telefonlardan biri Elnarənin adına yazılsa da real olaraq Elnarəyə satılmamışdır və telefonu nə etdiyni də xatırlamır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən tərtib edilmiş aktda olan mobil cihazların bir çoxu real qiyməti əks etdirmir. Misal üçün “İphone 11” Black 64 gb markalı mobil telefonun qarşısında 130 manat qeyd olunmuşdur. Həmin alıcı real alıcıdır və sadəcə olaraq krediti ödəməmişdir. Bundan əlavə “Samsung A10” markalı telefonun məbləği 337 qeyd olunsa da real qiyməti 219-dur. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş excel faylında olan mənimsənilmiş telefonların alıcıları, qalıq qiymətləri və telefon məlumatları qeyd edilmiş cədvəl rəsmi olmadığı və Zərərçəkmiş şəxs1 özü tərəfindən təqdim edildiyi üçün həmin cədvəldəki məlumatların düzgünlüyü barədə bir söz deyə bilmir. Elektron sistemdən çıxarışlara və qeyd edilən məlumatlara əsasən Şahid9 tanışıdır və “Redmi A10” markalı telefonu ona real nağd olaraq 289 manata satsa da adına kreditə 349 manata rəsmiləşdirmiş və 35 manat da əlavə komissiya pulu qeyd etmişdir. 289 manatı xərcləmiş, sistemə isə 45 manat komissiyanı oturtmuşdur. Şəmistan Əsgərzadənin real alıcı olub-olmadığını bilmir. Lakin, həmin şəxsin adına satılmış mobil telefona komissiya haqları çıxıldıqda real olaraq 1500 manatdan az vəsait qalır. Bu formada digər şəxslər üzrə də məbləğlərin hamısı kredit üzrə satış qiymətləri və komissiya məbləğləri üzərinə gəlməklə hesablanmışdır. Qiymətlər real deyildir. Təqdim olunan sənədlərdə telefon və digər cihazlar komissiya qiyməti və faizlər üzərinə gəldikdən sonra hesablanaraq ümumi məbləğ çıxarılmışdır. Həmin telefon və cihazlar üzrə komissiya və faiz qiymətləri çıxılaraq ümumi məbləğ çıxarılmalıdır. Bundan əlavə həmin müştərilər arasında real olaraq qeyd olunan mobil telefonları alan şəxslər vardır ki, həmin şəxslər real alıcı olmaqla bəzi ödənişləri həqiqətən etməmişlər. Həmin çatışmazlıqların ona aidiyyəti yoxdur (cild 3, iş vərəqə 142-144, 153-158, cild 4, iş vərəqə 115-120). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Oqtay qızı ifadə verərək göstərmişdir ki, Nərimanov rayonunda mağazaların birindən ikinci əl “İphone 12” markalı mobil telefon almışdır. Mobil telefona “telefonun kreditini ödəməsəniz telefonunuz bağlanacaq” məzmunlu mesaj gəlmişdir. Həmin mesajın ardında Təqsirləndirilən şəxs nömrəsi qeyd edilmişdir. O, Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verdikdə sonuncu ona “telefonu hansısa bir şəxs bizdən kreditə götürüb başqa mağazaya satıb” demişdir. Elşən ona həmin mağaza ilə danışıb ödənişin qaytarılacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona “istəsəniz bizdən mobil telefon götürə bilərsiniz” demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs “WhatsApp” statusunda 2100 manata “İphone” markalı mobil telefonun satışa çıxarıldığını görmüşdür. O, həmin telefonu kreditlə almaq istəmişdir. Təqsirləndirilən şəxs ona “sən vəsiqənin şəklini bizə göndər kredit alınsa telefonu kreditlə sənə verək” demişdir. O, vəsiqəsinin şəklini Təqsirləndirilən şəxs atdıqdan sonra ona “sizə kreditlə telefon verilə bilər” məzmunlu sms gəlmişdir. Təqsirləndirilən şəxs ona “telefonu bu gün nağd şəkildə alan var, bu gün gəlməsəniz satılacaq” demişdir. O, işdən çıxa bilmədiyi üçün telefonu ala bilməmişdir. Təqsirləndirilən şəxs da yaxşı telefon olsa ona məlumat verəcəyini demişdir. “Foneks” saytından ona “telefon əldə etmək üçün ilkin olaraq telefonun dəyərinin müəyyən qismini əvvəlcədən ödəməlisiniz” məzmunlu mesaj gəlmişdir. O, pulun 70 faizini ödədikdən bir həftə sonra Təqsirləndirilən şəxs mobil telefon olduğunu bildirərək ondan ilkin ödəniş tələb etmişdir. O, hissə-hissə Təqsirləndirilən şəxs 1360 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs da ona birinci gün gəlib telefonu götürə biləcəyini demişdir. Sonradan isə Təqsirləndirilən şəxs zəng çatmamışdır. “Foneks” saytına zəng etdikdə Təqsirləndirilən şəxs artıq orada işləmədiyini və dələduz olduğunu öyrənmişdir. Ona vurulmuş zərər ödənildiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Phonex.az”ın nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onların mağazasından 83 ədəd mobil telefon götürmüşdür. 5 dekabr 2022-ci il tarixdə mağazada maddi sıxıntıların yaşandığını görmüşdür. Onlar sonradan mobil telefonların Təqsirləndirilən şəxs tərəfindən kreditə verilib mənimsənildiyini anlamışlar. Təqsirləndirilən şəxs özü də siyahı şəklində həmin şəxslərin adını onlara təqdim etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs mağazada kredit verilməsi və ödənişlərin yığılması üzrə səlahiyyətli şəxs olmuşdur. Mağazada satış və kredit faizsiz olmuşdur. Mobil telefonların satış faizinin aşağı olması müxtəlif mobil telefonlarda fərqli olmuşdur. Mobil telefonların satış qiymətini özləri təyin etmişlər. Hüquq mühafizə orqanlarına mobil telefonların siyahısını verərkən həmin telefonların qiymətini satış qiyməti ilə hesablayıb vermişdir. Mağazada pulların yığılmasına Elşən və başqa bir şəxs də nəzarət etmişdir. Siyahıda qeyd olunan 83 ədəd mobil telefonun 40 ədədi real müştəriyə aid olan telefondur. Həmin müştərilər mobil telefonun pulunu ödəsələr də Elşən həmin pulları kassaya qoymamışdır. Qalan 43 ədəd mobil telefonu Elşən müştərilərə nağd qiymətə satıb, sistemə kredit şəklində vurmuş və pulları özünə götürmüşdür. Telefon kreditlə satılarkən həmin mobil telefona görə 5 faiz xidmət haqqı ödənilməli idi. Yəni, nağd satış kreditlə satışdan 5 faiz ucuz olmuşdur. 83 ədəd mobil telefonun maya dəyəri təxminən 66000 manat olmuşdur. Məhkəmə iclasında Şahid28 ifadə verərək göstərmişdir ki, 14 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxsin işlədiyi mağazaya yaxınlaşıb hazırda işlətdiyi “İphone 12 Pro Max” markalı mobil telefonu ilkin ödənişlə əldə etmişdir. Təqsirləndirilən şəxslə heç bir tanışlığı yoxdur. Mobil telefonu kreditlə əldə etmişdir. Mobil telefonun kreditində gecikmə olan zaman pulun üzərinə faiz gəlmişdir. Pulları Təqsirləndirilən şəxs bank kartına göndərmişdir. Mobil telefona ümumilikdə 2700-2800 manat pul ödəmişdir. Aldığı mobil telefon 1-2 ayın mobil telefonu olmuşdur. Ondan əlavə xidmət haqqı alınmamışdır. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, “Phonex az” dükanında satıcı işləyir. Onlar ödənişlərin gecikdirilməsini müəyyən etdikdə Təqsirləndirilən şəxs yanlarına çağırmışlar və Elşən pulların onun tərəfindən mənimsənildiyini bildirmişdir. Məhkəmə iclasında Şahid15 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir yerdə işləmişlər. O da “Phonex az” da satıcı işləmişdir. Vasif və Tural bəzi müqavilələr üzrə ödənişlərdə çatışmazlıq olduğunu anladıqdan sonra müştərilərlə əlaqə saxlamağa başlamışılar. Həmin müştərilər çatışmazlığın səbəbinin onlar olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs müvafiq pozuntulara özü tərəfindən yol verildiyini bildirmişdir. Sənədlərdə Fin kodlar səhv göstərilmişdir. Satılmış mobil telefonların bir qismi işlənmiş, bir qismi yeni olmuşdur. Məhkəmə iclasında Şahid27 ifadə verərək göstərmişdir ki, “Phonex az” dükanında məhsulların sayında iştirak edən zaman məhsulların miqdarında kəsr gəldiyini öyrənəndə müdiriyyət tərəfindən Təqsirləndirilən şəxs bu barədə məlumat verilmiş və sonuncu pulların onun tərəfindən götürüldüyünü bildirmişdir. Mobil telefonların siyahılaşdırılmasında iştirak etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid18 Şahid27 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir (cild 3, iş vərəqə 182-184). Məhkəmə iclasında Şahid25 ifadə verərək göstərmişdir ki, “Phonex az” da satıcı texniki servisdə işləmişdir. Rəhbərlik tərəfindən mağazada yoxlama keçirilən zaman mağazanın məhsullarının təxminən 80000 manatlıq hissəsi mağazada olmamışdır. Araşdırma zamanı həmin çatışmazlığın Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər nəticəsində yarandığı müəyyən edilmişdir. Mobil telefonların siyahılaşdırılmasında iştirak etmişdir. Mobil telefonların içində yeni və köhnə olan modellər olmuşdur. Məhkəmə iclasında Şahid21 ifadə verərək göstərmişdir ki, təxminən 2021-ci il tarixdə “28 May” ərazisindən ikinci əl “İphone 11 Pro Max” mobil telefonunu kreditlə 1800 manata almışdır. O, mobil telefonu kreditlə alsa da ödənişi tez etdiyi üçün mobil telefonun qiyməti 1400 manata düşmüşdür. Pulları Təqsirləndirilən şəxs kart vasitəsilə ödəmişdir. Həmin dövrdə mobil telefonun yenisinin qiyməti 2000-2100 manat olmuşdur. Məhkəmə iclasında Şahid6 ifadə verərək göstərmişdir ki, Təxminən 2022-ci ildə Təqsirləndirilən şəxs işlədiyi telefon mağazasından mobil telefon və telefon aksesuarları almışdır. O, ödəniş etdiyi çeklərdə olan imei kodlarla ibtidai istintaq dövründə ona göstərilən imei kodlar fərqli olmuşdur. Məhkəmə iclasında Şahid29 ifadə verərək göstərmişdir ki, “Phonex az” mağazasından kreditlə mobil telefon əldə etmişdir. İbtidai istintaq dövründə ona göstərilən mobil telefonun imei kodu ilə onun aldığı mobil telefonun imei kodu olmuşdur. Onun Təqsirləndirilən şəxs borcu qalmamışdır.. Məhkəmə iclasında Şahid19 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə dəfə mobil telefon almışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs saat aldığı üçün ibtidai istintaq dövründə ifadə vermiş, aldığı saatın pulunu ödədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, karantin dövründə Təqsirləndirilən şəxs işlənmiş “İphone 11 Pro” markalı mobil telefon almışdır. Təqsirləndirilən şəxs ona zəng edərək kreditin ödənilməli olduğunu bildirmişdir. 2022-ci ildə Təqsirləndirilən şəxs ilkin ödənişi 800 manat olan yeni “İphone 13 Pro Max” markalı mobil telefon almışdır. Onun yeni aldığı mobil telefonu bağlandığından o, telefonu aldığı mağazaya yaxınlaşmış və ona mobil telefonun 6 aylıq haqqı ödənilmədiyi üçün bağlanıldığı deyilmişdir. Məhkəmə iclasında Şahid5 ifadə verərək göstərmişdir ki, 2018-2019-cu illərdə Təqsirləndirilən şəxs ilkin ödənişlə mobil telefon götürdükdən sonra qalan 3 ayın məbləğini təqsirləndirilən şəxsin kart hesabına atmışdır. Məhsulun dəyərini ödəmişdir. Məhkəmə iclasında Şahid17 ifadə verərək göstərmişdir ki, 20 aprel 2020-ci il tarixdə təqsirləndirilən şəxsin işlədiyi mağazadan “İphone” markalı mobil telefon almışdır. Həmin mobil telefonun dəyərini tam ödəmişdir. O, ödənişləri onlayn şəkildə etmişdir. Məhkəmə iclasında Şahid23 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsdən “İphone” markalı mobil telefon almışdır. Aldığı telefonun ödənişini bank hesab kartına ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Phonex.az” mağazasından “İphone 13 Pro Grphite 128GB” markalı “**********26404” və “**********12503” İMEİ kodlu mobil telefonu nağd olaraq 2099 manata almışdır. Həmin mağazadan əvvəllər də satıcı işləyən Elşəndən kreditə və nağd mobil telefonlar almış, kreditini də ödəmişdir. xx.xx.2022-ci il tarixdə mağazada Elşəndən “İphone 13 Pro” mobil telefonu almış, 2099 manat ödənişi nağd şəkildə Elşənə vermiş və telefonu götürüb getmişdir. xx.xx.2023-cü il tarixdə telefonunda əlaqə kəsilmişdir. O da “lMEl.az”-da telefonun imei kodunu yoxladıqda görmüşdür ki, “Phonex.az” tərəfindən məhdudiyyət qoyulmuşdur. Elşənin onda olan ***-***-**-** nömrəsinə zəng etdikdə zəng çatmamışdır. Bundan sonra “Phonex.az-ın rəsmi nömrəsinə zəng edib nəyə görə telefona məhdudiyyət qoyulduğunu soruşduqda ona Elşənin onları aldadtdığını demişlər. Elşən ondan da pul alıb telefonu başqasının adına rəsmiləşdirmiş, buna görə də telefona məhdudiyyət qoyulmuşdur. O da “102” xidmətinə bu barədə məlumat vermişdir. Sonradan Elşən “WhatsApp”dan ona zəng edərək demişdir ki, Vasif guya onu şərləyir, mağaza ilə problemini özü həll etsin. O, ödənişdən sonra qəbz götürməmişdir. Əvvəllər də həmin mağazadan mobil telefon aldığı üçün qəbz götürməyə ehtiyac olmamışdır. Ola bilər ki, şöbədə səhv məlumat vermişdir. Dəqiq olaraq 2099 manat Elşənə ödəniş etmişdir. Şahid29 adlı şəxsi tanımır. O, həmin telefonu nağd olaraq Elşəndən almışdır. O pulu Elşənə verərkən dostu yanında olmuşdur. “İphone 12 X42 Blue 128 gb” markalı “**********67302” və “**********54391” İMEİ kodlu mobil telefonu vaxtı ilə Elşəndən kreditə almışdır. Belə ki, həmin telefonun bütün ödənişlərini etmişdir. Sonuncu 208 manatın ödənişi ilə bağlı Elşənlə arasında olan “WhatsApp” yazışması və çekləri təqdim edir. Həmin telefonun aylıq ödənişlərini Zərərçəkmiş şəxs1 adına olan “Kapital Bank” kartına etmişdir. Lakin sonuncu 208 manatı isə təqdim etdiyi şəkillərdən də göründüyü kimi Elşənin ona göndərdiyi “Leo Banka” məxsus **********616160 nömrəli karta xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə iki dəfəyə göndərmişdir (cild 2, iş vərəqə 192-197). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Phonex.az” mağazasından “İphone 13 Pro X41 256 GB” markalı “**********40330" və “**********29188” İMEİ kodlu mobil telefonu nağd şəkildə 2500 manata Elşən adlı satıcıdan almışdır. O, ödənişi nağd olaraq Elşənə onun otağında etmişdir. Həmin mağazada Elşən adlı satıcıdan əvvəllər kreditə 01 ədəd “İphone” markalı mobil telefon almışdır. xx.xx.2023-cü il tarixdə onun mobil nömrəsinə “Phonex.az” mağazasından mesaj daxil olmuşdur ki, ona məxsus mobil telefonla bağlı ödəniş etmədiyi halda telefon deaktiv ediləcək. O da əvvəlcə Elşənin istifadəsində olan ***-***-**-** saylı nöməyə zəng etdikdə nömrəsi bağlı olmuşdur. Bundan sonra mağazanın rəsmi nömrəsinə zəng etdikdə ona Elşənin başqa şəxsləri də aldadaraq pullarını alıb telefonu kredit kimi qeydiyyata saldığını demişlər. Mağaza özü mesaj yollamışdır ki, kimlərin zərərçəkdiyini müəyyən etsin. O da “102” xidmətinə bu barədə məlumat vermişdir. Hal-hazırda telefonu işləyir və hər hansı məhdudiyyət yoxdur. O, ödənişdən sonra qəbz götürməmişdir. Çünki, Elşən qəbz verməmişdir. Həm də ki, əvvəllər telefon aldığı üçün etibar etmişdir. 2649 manat telefonun yəqin ki kredit üzrə satış qiymətidir. O, isə 2500 manata nağd olaraq almışdır. O, pulu Elşənə ikinci mərtəbədə öz otağında, yəni kredit şöbəsində vermiş və yanlaırnda heç kim olmamışdır. ERP proqramından çıxarışda ona, yaxın qohumları və tanışlarına məxsus mobil nömrələr təhrif edilmiş formada yazılmışdır. Belə ki, həmin nömrələr nə ona, nə də onun yaxınlarına məxsus deyildir. Fərqli nömrələrdir (cild 2, iş vərəqə 202-206). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 göstərmişdir ki, “Poco X3 X45 8/256gb” markalı “**********54645” və “**********54652” İMEİ kodlu mobil telefonu xx.xx.2021-ci il tarixdə əvvəllər adı “Satel” olan hazırda “Phonex.az” adlı mobil telefon mağazasından Elşən adlı kredit üzrə satış işçisindən təxminən 850 manata kreditə almış və ilkin ödənişlə yanaşı aylıq kreditlərini də 100 manat olmaqla 6 ay ərzində ödəmişdir. Uzun müddət keçdiyi üçün tarixləri və kredit müddətlərini dəqiq xatırlamır. Lakin, qeyd olunan “Samsung A236 A23 Black 4/128gb” markalı “**********62371” və “**********52372” İMEİ kodlu 619 manat dəyərindəki mobil telefonu almamışdır. Ümumiyyətlə həmin mağazadan “Poco” markalı telefondan başqa telefon almamışdır. O, ödənişləri tam şəkildə ödəmişdir. Ödənişləri də Zərərçəkmiş şəxs1 adına olan bank kartına etmişdir. Bir neçə dəfə isə Elşənin ona göndərdiyi Şahid25 adlı şəxsin kart hesabına köçürmə etmişdir. Heç bir tanışı və yaxını onun adına telefon almamışdır (cild 2, iş vərəqə 227-230). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə “Phonex.az” mağazasından uşaqları üçün iki ədəd mobil telefon almışdır. Telefonlardan biri “Samsung A207 A20S” Green 3/32gb markalı **********68315 və **********68313 imei kodlu olmuş, digəri də “A207 A20S” Green 3/32gb markalı **********69877 və **********69875 imei kodlu olmuşdur. Hər iki telefonu birlikdə kreditlə ümumilikdə səhv etmirsə 800 manata, yəni birini 400 manata kreditə almış və ilkin ödəniş olaraq hər birinə 50 manat ödəniş etmişdir. Adını bilmədiyi əməkdaş tərəfindən ona göndərilən bank kartına aylıq ödənişləri köçürtmüşdür. O, ödənişlərin hər birini etmişdir və borcu qlamamışdır. Uzun müddət keçdiyi üçün qəbz və ödəniş etdiyi bank kartı haqqında məlumatlar onda qalmamışdır. Təxminən 2023-cü il fevral ayının sonlarında telefonla danışıq zamanı əlaqə kəsilmiş və bərpa olunmamışdır. Buna görə də “Phonex.az” mağazasına zəng etmiş və problem barədə məlumat verdikdə ona borcu olduğu üçün məhdudiyyət qoyulduğu deyilmişdir. O da mağazaya getdikdə mağazadan ona bildirmişlər ki, bəs Elşən adlı şəxs başqa şəxsləri də aldadaraq pullarını alıb telefonu kredit kimi qeydiyyata salmışdır. O, qəbzləri saxlamamışdır, “İphone 14 Pro” X40 256 gb markalı “**********94793” və “**********40827” İMEİ kodlu mobil telefon üzrə əvvəlcə 1000 manat ilkin ödəniş edərək telefonu kreditə almış və kreditə rəsmiləşdirilmişdir. 2340 manat da ödəniş qalmışdır. Növbəti gün isə krediti ləğv etdirib 1900 manat da ödəməklə telefonu almışdır. 2340 manat ola bilsin ki, kredit üçün hesablanmış məbləğdir (cild 2, iş vərəqə 231-236). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 göstərmişdir ki,2021-ci il tarixdə “Phonex.az” mağazasından iki ədəd “Redmi Note8” markalı telefonu kreditə Elşəndən almışdır.Elşəni 2017-ci ildən tanıyır, əvvəllər “İçərişəhər”də restoranda administrator işləmişdir.Onun mağazası da həmin restoranla qonşu olmuşdur.Həmin telefonun kreditini də ödəmişdir.Bundan başqa da həmin mağazadan xx.xx.2022-ci il tarixdə bacısı üçün “Redmi 10A Sky Blue 3/64 gb” markalı **********86383 və **********86391 İMEİ kodlu telefonu nağd olaraq Elşəndən təxminən 349 manata almışdır.Ödənişi də Ukraynaya məxsus bank kartı ilə Elşənin ona göndərdiyi və hal-hazırda məlumatları onda qalmayan bank hesab kartına göndərmişdir.Ödəniş barədə qəbz almamışdır, lakin telefonun qaranti talonu, qabı hələdə ondadır (cild 2, iş vərəqə 237-239). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 göstərmişdir ki, 01 may 2020-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək əvvəllər “Satel” adı ilə fəaliyyət göstərən və son iki il ərzində “Phonex.az” adı ilə fəaliyyət göstərən və ünvan 3 ünvanında yerləşən telefon mağazasında satıcı kimi işləmişdir. Zərərçəkmiş şəxs1 mağazanın sahibi və onun müdiri olmuşdur. Həmin mağazada Eşqin, Elvina, o və satıcı Təqsirləndirilən şəxs isə kredit üzrə mütəxəssis olmuşdur. Onların işi satıcı kimi müştərilərə məhsulları təqdim edib nağd alış zamanı pulu kassaya mədaxil etməklə müştərilərə telefon satmaqdan ibarət olmuşdur. Kredit üzrə satışları isə yalnız Elşən həyata keçirmişdir. Çünki, müdir Elşənə etibar etmişdir. 2022-ci il dekabr ayının əvvəli Vasif kassanı və kredit üzrə satışları yoxlayarkən 4-5 telefon üzrə aylıq ödənişlərin olmadığını müəyyən etmiş və Elşəni çağırmışdır. Elşən isə gəlib 4-5 telefon deyil, xeyli sayda telefonlar üzrə ödənişlərin edildiyini, lakin kassaya köçürmədiyini, pulları özünün götürdüyünü bildirmişdir. Hətta Elşən hansı telefonlar üzrə hansı məbləğdə ödənişlərin pulunu götürdüyünü də vərəqdə qeyd etmiş və bildirmişdir ki, həmin pulları özü götürmüşdür və qaytaracaqdır. Bundan sonra Vasif onun da Elşənlə əlbir olduğunu bildirmiş və aralarında sözlə mübahisə olmuşdur. O da bir müddət işlədikdən sonra 2022-ci il dekabr ayının 27-dən etibarən həmin mağazada işdən çıxmışdır. Lakin, Vasif bu məsələnin həll olunmasına qədər rəsmi olaraq işdə qalmağını bildirdiyi üçün etiraz etməmişdir. “Phonex.az” mağazasında kassir yoxdur. Satışı həyata keçirən hər bir satıcı aldığı pulu kassaya mədaxil edib müştəriyə qəbz verir. Həmin qəbzin bir nüsxəsi də kassada qalır. Bəzən işləri çox olanda digər işçilərdən nağd ödənişləri qəbul etməyi xahiş etmişlər. Kredit üzrə ilkin və aylıq ödənişləri Elşən kassaya mədaxil etmişdir. Bəzən onlardan xahiş etdikdə o və digər satıcılar da həmin ödənişləri kassaya mədaxil etmişlər. Təqsirləndirilən şəxs “Phonex.az” mağazasında kreditə satılmış telefonlar üzrə əldə etdiyi pulları kassaya mədaxil etməməsi barədə məlumatı olmamışdır. Çünki, o, Elənin işinə nəzarət etmir. Kredit ödənişlərinə nəzarət də Elşənin öhdəsindədir. O və digər satıcılar yalnız nağd və nisyə alışlar zamanı satışı həyata keçirmişlər. Təxminən bir il ərzində Elşən 5-6 telefon üzrə ondan həmin telefonların bazar qiymətlərini və sata biləcəyi yerləri soruşmuşdur. Elşən həmin telefonların özünə ya da tanışlarına məxsus olduğunu bildirmişdir. O da məsləhət kimi Elşənə hansı mağazada neçəyə sata biləcəyini demişdir. Bundan başqa aralarında söhbət olmamışdır. Telefon satışı ilə məşğul olduğu üçün bazar qiymətlərini bildiyi üçün digər işçilər, eləcə də tanışları ondan bu barədə həmişə soruşmuşlar. Vasif ona etibar etdiyi və Vasif olmayanda mağazaya o, nəzarət etdiyi üçün onun da Elşənlə əlbir olduğunu demişdir. Lakin, hesab-kitab işlərinə Vasif özü nəzarət etmişdir. O, nəzarət dedikdə digər mağazalardan telefonların alınması, müştərilərlə olan problemlərin həllini nəzərdə tutmuşdur. Onun kredit üzrə satışla bağlı aylıq ödənişlərə nəzarət etmək səlahiyyəti yoxdur. Vasif həmin işi Elşənə həvalə etmiş, ona da etibar etmişdir. O, Elşənin qumar və ya mərc oyunları oynadığını görməmişdir. Elşənin “Toyota Prius” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobilin görünüşünü yaxşılaşdırmaq üçün xeyli xərc çəkmişdir. Elşənlə söhbət zamanı Elşən müxtəlif qızlarla görüşdüyünü, həmin qızların bahalı olduğunu demişdir (cild 2, iş vərəqə 245-252). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid11 göstərmişdir ki, 2022-ci il may-iyun aylarından 2022-ci il 15 dekabr tarixinədək Nəsimi rayonu, 28 May küçəsi 52 ünvanında yerləşən “Phonex.az'' mobil telefon satış mağazasında operator vəzifəsində işləmişdir. Onun işi operator kimi mağaza ilə əlaqə yaradan müştərilərə kredit şərtləri barədə məlumat vermək, “İnstagram” sosial şəbəkəsində müştərilərin suallarını cavablandırmaq, eləcə də gecikən kreditlər barədə həmin müştərilərə ödəniş etmək barədə məlumat verməkdən ibarət olmuşdur. O, bütün gecikən kreditlərlə bağlı deyil, yalnız yaxın dövrdə kredit götürmüş müştərilərlə əlaqə saxlamışdır. Problemli və uzun müddət ödənilməyən kreditlərə isə o, baxmamışdır. O, işə qəbul olarkən ilk olaraq kredit üzrə satışa nəzarət edən Təqsirləndirilən şəxs onu qəbul etmişdir. Bundan sonra müdir Vasif bəy onu qəbul etmişdir. Elşənlə Vasif çox yaxın olmuşlar və Elşən ona etibar etmişdir. Kredit üzrə satışı yalnız Elşən həyata keçirmişdir. 2022-ci il dekabr ayının əvvəli mağazada işçilər arasında söhbət yayılmışdır ki, Elşən mağazaya aid telefonları satıb pulunu ələ keçirmişdir. Həmin dövrdə Elşənlə Vasif söhbət etmiş, hesab-kitab aparmışlar. Bu məsələyə görə mağazada işlər qarışmışdır. O da dekabr ayının 13-də iki günlük icazə almışdır. xx.xx.2022-ci il tarixdə isə Vasif ona işə gəlməməyi, mağazada yeyinti olduğunu, bu məsələləri yoluna qoyduqdan sonra əlaqə saxlayacağını bildirmişdir. O da həmin vaxtdan sonra işə gəlməmiş və rəsmi olaraq işdən çıxmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən mağazaya məxsus mobil telelfonların nağd olaraq satılmaqla elektron sistemdə kreditə satılmış telefonlar kimi göstərilməklə həmin telefonların pullarını ələ keçirməsi barədə məlumatı olmamışdır. O, yalnız 2022-ci il dekabr ayının əvvəli həmin məsələdən xəbər tutmuşdur. Hətta Elşən özü də ona, eləcə də digər işçilərə etdiyi hərəkətə görə utandığını demişdir. O, işdən çıxmamışdan iki-üç ay əvvəl öz kompyuteri xarab olduğu üçün Elşənin kompyuterindən müştərilərə zəng etmək üçün istifadə etmişdir. Həmin vaxt onun kompyuterində olmayan, yalnız Elşənin kompyuterində olan müştərilərin olduğunu görmüşdür. Elşən həmin müştərilərə zəng etməməyi, yalnız əvvəlcədən əlaqə saxladığı müştərilərlə danışmağı tələb etmiş və bildirmişdir ki, digər müştərilər onun müştəriləridir. Bəzən də onun kompyuterində olan siyahıdakı müştərilərə zəng etmək istədikdə Elşən tanışı olduğunu, zəng etməməyini, qısa müddətə krediti ödəyəcəyini demişdir. Elşənin mağazaya məxsus pulları ələ keçirməsi barədə məlumatı olmamışdır. O da hamı kimi sonradan məlumatlı olmuşdur (cild 3, iş vərəqə 1-5). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid12 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Əcəbnazın atası onun atasının xalası oğludur. O, Əcəbnazgildə olarkən Əcəbnaz telefon alacağını, buna görə də telefon mağazasının kart hesabına pul köçürmək lazım olduğunu demişdir. O da Əcəbnazın xahişi ilə xx.xx.2023-cü il tarixdə özünə məxsus “Kapital bank” hesab kartından mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs adına olan **********722095 nömrəli kart hesabına 195 manat pul köçürtmüş və Əcəbnaz da ona 195 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Əcəbnaz ona zəng edərək mağazadan telefon alacağını, 165 manat əlavə ödəniş etmək lazım olduğunu, özündə pul olmadığını onun əvəzinə həmin pulu ödməyini xahiş etmişdir. Əcəbnaz “WhatsApp” vasitəsilə ona Təqsirləndirilən şəxs adına olan **********722095 nömrəli “Leo Bank” kart hesabını göndərmişdir. O da xx.xx.2023-cü il tarixdə, saat 15:30-da həmin kart hesabına yenə də ona məxsus **********847614 nömrəli “Kapital Bank”a məxsus plastik kartdan mobil tətbiq vasitəsilə Əcəbnazın əvəzinə 165 manat pul köçürtmüşdür. Sonra Əcəbnaz ona demişdir ki, bəs həmin Elşən adlı şəxs onu aldadıb telefon almaq adı ilə 1360 manatını ələ keçirib, eləcə də işlədiyi mağazaya da ziyan vurmuşdur. Şahid12 ilkin ifadəsində pul köçürərkən işlədiyi tikinti şirkətinin, yəni “X16” MMC-nin inzibati binasında olduğunu bildirsə də şahid qismində əlavə ifadəsində ilkin ifadəsinin qismən doğru olduğunu, xx.xx.2023-cü il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs adına olan **********722095 nömrəli “Leo Bank” kart hesabına 165 manat pul köçürdərkən bazar günü olduğunu, bazar günləri işləmədiyini, həmin vaxt işdə olmadığını, həmin gün pulu köçürərkən şəhər mərkəzində, yəni metronun “28 May” stansiyası yaxınlığında olmuşdur (cild 3, iş vərəqə 6-10). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid13 göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşı oğludur. Qardaşı, yəni Elşənin atası 2012-ci il tarixdə vəfat etmişdir. Elşən anası, bacısı və öz ailəsi ilə birlikdə Səbail rayonu ərazisində ünvanını dəqiq bilmədiyi evdə yaşamışlar. Elşən telefon satışı ilə məşğul olmuşdur. Əvvəllər Füzuli küçəsində “Satel” adlı mağazada Elşəndən 4 il əvvəl oğluna “Xiaomi” markalı telefonu kreditə almışıdır və kreditini də 1 il ərzində bitirmişdir. 2023-cü il mart ayında xalası Elşənin iş yerində problemi olduğunu, borcu yarandığını və Rusiyaya getdiyini demişdir. Daha sonra isə onu Nəsimi rayon prokurorluğundan çağırmışlar və onun adından “Phonex.az” mağazasından “İpad” alındığını bildirmişlər. Lakin, o, həmin mağazadan heç nə almamışdır. Elşən hal-hazırda anası dediyinə görə Rusiyaya işləməyə getmişdir. O, “İpad Pro 12.9-X43 128 gb" markalı “DMPDK8GPV03” seriyalı cihaz almamışdır. Heç bir tanışı və yaxını onun adına telefon və ya cihaz almamışdır. ERP proqramından çıxarışdakı məlumatlar qismən düzgündür. Belə ki, 4 il əvvəl o, telefon alanda qaynı Natiq zamin durmuşdur. Lakin, Natiqin və onun ev telefon nömrələri düzgün deyildir (cild 3, iş vərəqə 11-14). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid14 göstərmişdir ki, əvvəlki adı ilə “Satel” indiki adı ilə “Phonex.az” telefon mağazasından son 3-4 il ərzində yalnız “RedMi” markalı telefonları kreditə almışdır və pullarını da tam şəkildə ödəmişdir. Həmin telefonları mağazada Elşən adlı şəxsdən almışdır. “Samsung A135 A13 Black 4/128gb markalı, **********31692 və **********31697 imei kodlu mobil telefon almamışdır. Heç vaxt “Samsung” markalı telefon almamış və aldığı telefonların da pulunu uzun müddətdir ki, verib bitirmişdir (cild 3, iş vərəqə 159-161). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid16 göstərmişdir ki, əvvəlki adı ilə “Satel”, indiki adı ilə “Phonex.az” telefon mağazasından əvvəllər bir neçə dəfə telefon almışdır. Sonuncu dəfə kreditə xx.xx.2021-ci il tarixdə “İphone 12 Pro” Pacific Blue 128 gb markalı mobil telefon almışdır. Səhv etmirsə Elşən adlı işçi ilə 2500 manata razılaşmış və məbləğin 50 faizini ilkin ödəniş etmiş, bundan sonra isə hər ay 210 manat ödəmişdir. Sonuncu ödənişi də xx.xx.2021-ci il tarixdə 190 manat Şahid25 adlı şəxsin kart hesabına ödəmişdir. Həmin kartın nömrəsini də Elşən oa göndərmişdir. Həmin telefonu satdığı üçün imei kodu onda qalmamışdır. O, bütün ödənişləri etmişdir (cild 3, iş vərəqə 165-172). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid20 göstərmişdir ki, tanışı vasitəsilə “Phonex.az” mağazasından xx.xx.2022-ci il tarixdə “İphone 13 Pro” X41 256 gb markalı **********58825 və **********49475 imei kodlu mobil telefonu 3500 manata nağd olaraq Təqsirləndirilən şəxs almışdır. Hətta Elşəndən qaimə istəsə də aparatda problem olduğunu və sonra göndərəcəyini bildirmiş, lakin göndərməmişdir. Pulu da Elşənə nağd olaraq ödəmişdir (cild 3, iş vərəqə 204-207). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid22 göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə “Phonex.az” mağazasından uşaqları üçün iki ədəd mobil telefon almışdır. Telefonlardan biri “Samsung A207 A20S” Green 3/32gb markalı **********68315 və **********68313 imei kodlu olmuş, digəri də “A207 A20S” Green 3/32gb markalı **********69877 və **********69875 imei kodlu olmuşdur. Hər iki telefonu birlikdə kreditlə ümumilikdə 800 manata, yəni birini 400 manata kreditə almış və ilkin ödəniş olaraq hər birinə 50 manat ödəniş etmişdir. Adını bilmədiyi əməkdaş tərəfindən ona göndərilən bank kartına aylıq ödənişləri köçürtmüşdür. O, ödənişlərin hər birini etmişdir və borcu qlamamışdır. Uzun müddət keçdiyi üçün qəbz və ödəniş etdiyi bank kartı haqqında məlumatlar onda qalmamışdır (cild 3, iş vərəqə 212- 215). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid24 göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən “Mobilux” telefon satış mağazasının sahibidir. “Phonex.az” telefon satış mağazası ilə qonşudur və sahibi Zərərçəkmiş şəxs1 da tanıyır. Təqsirləndirilən şəxs isə Vasifin işçisidir. Lazım oldquda bir-birilərindən telefon alıb-satırlar. 2022-ci il dekabr ayında Vasif onunla əlaqə saxlayaraq mağazasında yeyinti olduğunu, Elşənin telefonları kredit adı ilə guya satdığını, lakin pullarını kassaya vurmadığını bildirmişdir. Bundan sonra hesabat apardıqda görmüşdür ki, həmin telefonlardan 5 ədədi onun mağazasına satılmışdır. Təqdim etdiyi vərəqdən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Samsung A23”gb orange markalı **********12964 imei kodlu mobil telefonu 407 manata, “Samsung A23” 64 gb black markalı **********80619 imei kodlu mobil telefonu xx.xx.2022-ci il tarixdə 357 manata, “İphone 14 Pro Max” 256gb purple markalı **********79481 və **********42720 imei kodlu mobil telefonu xx.xx.2022-ci il tarixdə 1688 dollara, yəni 1.703-dən hesabladıqda milli məzənnə ilə 2875 manata, “Samsung A32” 128 gb black markalı **********88801 imei kodlu mobil telefonu xx.xx.2022-ci il tarixdə 407 manata və “Samsung A23” 128 gb black markalı **********92056 imei kodlu mobil telefonu xx.xx.2022-ci il tarixdə 407 manata ona satmışdır və həmin məbləği nağd olaraq Elşənə ödəmişdir. Lakin, o, Elşənin həmin telefonları ona sataraq pulunu Vasifə vermədiyini bilməmişdir. Həmin telefonların alışını və satışını yalnız mağzanın elektron prqoramında qeyd edirlər və həmin çıxarışı da təqdim etmişdir (cild 4, iş vərəqə 04-07). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid26 göstərmişdir ki, həm sərbəst auditor, həm də vəkil kimi fəaliyyət göstərir. Fərdi sahibkar Zərərçəkmiş şəxs1 məxsus “Phonex.az” telefon satış mağazasında olan çatışmazlıqlarla bağlı onun tərəfindən audit keçirilmiş və xx.xx.2023-cü il tarixdə audit rəyi tərtib edilmişdir. Həmin audit rəyi Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən mobil cihazların müvafiq şirkətlərdən alış qaimələri, eyni zamanda ayrı-ayrı fiziki şəxslərdən alınmış cihazlar üzrə zəruri qeydlər, mağaza işçilərinin izahatları, Təqsirləndirilən şəxs özü tərəfindən tərtib edilmiş əlyazması və həmin sənədlər əsasında tərtib edilmiş akt əsasında yazılmışdır. Audit rəyi düzgün yazılmışdır və əsaslıdır. O, həmin mobil cihazlar üzrə həmin dövrdəki orta bazar qiymətini əsas götürərək rəy vermişdir. Belə ki, audit dövründə çatışmazlığı müəyyən edilmiş telefon və digər cihazların "xxxx" MMCdən alınmış xx.xx.2023-cü il tarixli cədvəlində çatışmazlıqların olduğu dövr üçün orta bazar qiymətini əsas götürmüşdür (cild 4, iş vərəqə 47-49). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 15 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, iş vərəqə 35-39). 17 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 4, iş vərəqə 40-46). Hadisə yerinə baxış keçirilməsi barədə 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Azərcell Phonex.az” telefon alqı-satqı mağazasıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edimişdir (cild 1, iş vərəqə 39-41). 16 mart 2023-cü il tarixli sərbəst auditor rəyindən görünür ki, “Phonex.az” mağazasında kredit üzrə ekspert vəzifəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 82828.07 manat məbləğində nağd pul vəsaiti kassadan yayındırılaraq mənimsənilmiş və həmin məbləğin 20000 manatı Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır (cild 1, iş vərəqə 101-103). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 01 ədəd dama-dama vərəq üzərindəki yazıdan görünür ki, sonuncu “Phonex.az” mağazasından 80187 manat pul vəasitini mənimsədiyini etiraf etmiş, eyni zamanda mobil telefonları adlarına kreditə rəsmiləşdirdiyi şəxslərin adlarını və qarşılarında mobil telefonlar üzrə əldə etdiyi vəsaitlərin məbləğlərini qeyd etmiş, həmin əlyazmanı da öz istəyi ilə heç bir müdaxilə olmadan yazdığını bildirmişdir (cild 1, iş vərəqə 114). 16 may 2020-ci il tarixli əmək müqaviləsi və həmin tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs sahibkar Zərərçəkmiş şəxs1 tərəfindən kredit üzrə ekspert vəzifəsinə işə götürülmüşdür (cild 1, iş vərəqə 115-125). 18 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan 01 ədəd videogörüntüyə baxış zamanı videoçəkilişin “Phonex.az” telefon mağazasının ikinci mərtəbəsindəki təhlükəsizlik kamerasının çəkilişi olduğu, videogörüntünün xx.xx.2022-ci il tarixdə saat 16:07-dən 16:39-dək olan dövrü əhatə etdiyini, həmin müddətdə Təqsirləndirilən şəxs ikinci mərtəbədə kompyuter arxasında əyləşdiyi və sərbəst şəkildə kompyuterin ekranına baxmaqla vərəq üzərində yazı yazdığı, həmin vaxt Təqsirləndirilən şəxs təzyiq göstərən və ya onu yönləndirən hər hansı şəxs olmadığı, videoçəkilişin sonuna yaxın Təqsirləndirilən şəxs yazdığı vərəqi dəftərin arasına qoyaraq aşağı mərtəbəyə düşdüyü, Zərərçəkmiş şəxs1 isə həmin vərəqi götürdüyü müəyyən edilmişdir (cild 1, iş vərəqə 209, cild 2, iş vərəqə 154). Cinayət işinin materiallarına əlavə edilmiş sərhəd giriş-çıxış məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Moskva şəhərinə getmişdir (cild 2, iş vərəqə 179-180). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, sonuncu Təqsirləndirilən şəxs məxsus “**********722095” nömrəli “Leo Bank” kart hesabına xx.xx.2023-cü il tarixdə 530 manat və 100 manat, xx.xx.2023-cü il tarixdə 370 manat, xx.xx.2023-cü il tarixdə 195 manat və xx.xx.2023-cü il tarixdə 165 manat olmaqla ümumilikdə 1360 manat pul vəsaitini “eManat” və “MilliÖn” elektron ödəmə sistemi, eləcə də “KapitalBank” mobil tətbiqi vasitəsilə köçürtmüşdür (cild 3, iş vərəqə 32). 11 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan Təqsirləndirilən şəxsla aralarındakı “WhatsApp” tətbiqindəki mesajlaşmanı əks etdirən videogörüntüyə baxış zamanı həmin mesajlaşmanın 24 mart 2023-cü il tarixdə “Phonex.az” adı ilə qeyd edilmiş şəxslə Zərərçəkmiş şəxs2 arasında olduğu müəyyən edilmişdir. Həmin mesajlardan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs telefonun bu gün və ya sabah gəlib gəlməyəcəyini soruşur. Təqsirləndirilən şəxs isə telefonun gələcəyini, gəlməyəcəyi halda pulunu karta atacağını, ideal bir şey olmamış ona verməyəcəyini, alınmadığı təqdirdə 7 gün ərzində pulun karta göndəriləcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs bir tanışında telefon olduğunu, ideal vəziyyətdə “İphone” markalı mobil telefon olduğunu bildirir və Zərərçəkmiş şəxs2 qalan məbləği necə ödəyə biləcəyini, 2 aya ödəməyi bacarıbbacarmayacağını soruşur (cild 3, iş vərəqə 34). Cinayət işinin materiallarına əlavə edilmiş arayışlardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan “Excell” faylındakı adlarına mobil telefon və digər elektron cihazlar rəsmiləşdirilmiş şəxslərin telefon nömrələri ilə əlaqə saxladıqda müəyyən edilmişdir ki, X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Asiman Mustafayevanın atası Alı Mustafayev kimi təqdim edərək qızının “Phonex.az” adlı mağazadan “İphone 12 Pro Max” markalı telefon aldığını, həmin telefonun qarşılığında da 1582 manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərdiyini bildirmişdir. X13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladıqda zəngə cavab verən şəxs Aysel Balayeva olduğunu, xx.xx.2022-ci il tarixdə “Phonex.az” mağazasından Elşən adlı şəxsdən xatırlamadığı qiymətdə kreditə “İphone 12” markalı mobil telefon aldığını və kreditləri ödədiyini bildirmişdir. Sonradan həmin mağazadan ikinci telefon almaq istəyərkən ona son ödənişləri etmədiyi bildirilmişdir. X14 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etdikdə nömrənin işləmədiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə isə zəngə cavab verən şəxs X8 olduğunu, heç vaxt “İphone 14 Pro” markalı mobil telefon almadığını, “Satel" adlı mağazadan 2019-cu il tarixdə bir dəfə kreditə telefon aldığını, bundan sonra hər hansı bir telefon almadığını, Aytən adlı qohumu və ya tanışı olmadığını bildirmişdir. X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Elnarə Əhmədova kimi təqdim edərək “Phonex.az” adlı mağazadan “Redmi Note 11” markalı mobil telefonu kreditə aldığını, aylıq ödənişləri tam şəkildə ödədiyini, lakin həmin mağazadan heç vaxt “Samsung A325” markalı mobil telefon almadığını bildirmişdir. X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Elnarə Hüseynova kimi təqdim edərək “Phonex.az” mağazasından “Redmi Note 8” markalı mobil telefon aldığını və ödənişlərini də etdiyini bildirmişdir. X9 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Kamran Dursunov kimi təqdim edərək “Phonex.az” adlı mağazadan “İphone 11” markalı telefon aldığını, pulunu tam şəkildə ödədiyini və həmin telefonu satdığını bildirmişdir. X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs Kamran Nuruşov olduğunu, lakin “Samsung A 525” markalı telefon almadığını, “Phonex.az” adlı mağazadan əvvəllər “Samsung A51” markalı telefon aldığını və pulunu tam şəkildə ödədiyini bildirmişdir. ŞahmŞahid10ğa Əliağa oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng çatmamış, ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs ŞahmŞahid10ağa olduğunu, lakin “Phonex.az” mağazasından “İphone 12 Pro” markalı mobil telefon almadığını, həmin mağazaya və ya hər hansı şəxsə borcu olmadığını bildirmişdir. X17 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Qüdrət Qüdrətli kimi təqdim edərək, hərbiçi olduğunu, işğaldan azad olunmuş ərazidə hərbi xidmətdə olduğunu, “Phonex.az” adlı mağazadan “Redmi Note 11” markalı mobil telefonu 599 manata kreditə aldığını, aylıq ödənişləri isə Təqsirləndirilən şəxs adlı şəxsin göndərdiyi və hazırda onda nömrəsi qalmayan kart hesabına etdiyini və mağazaya borcu olmadığını bildirmişdir. X11 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs heç vaxt “Phonex.az” və ya “Satel” adlı mağazadan telefon almadığını bildirmişdir. X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Zaur Məmmədyarov kimi təqdim edərək “Phonex.az” mağazasından “Samsung A 125” markalı mobil telefonu kreditə aldığını və aylıq ödənişləri də tam şəkildə Təqsirləndirilən şəxs ona atdığı, xatırlamadığı kart hesabına etdiyini bildirmişdir. X18 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Rəşad Alıyev kimi təqdim edərək “Phonex.az” mağazasından “Samsung A3 25” markalı telefon aldığını və kreditini də uzun müddət əvvəl ödədiyini bildirmişdir, X19 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs özünü Fərid İslamov kimi təqdim edərək “Phonex.az” mağazasından “İphone 11 pro” markalı telefon aldığını, lakin kreditini ödədiyini bildirmişdir. X1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs Elşən Qaragözov olduğunu, Badamdar qəsəbəsində bərbər salonunda işlədiyini, xx.xx.2022-ci il tarixdə müştərisi Təqsirləndirilən şəxs bərbər salonunda 2200 manata “İphone 13 Pro Max” markalı mobil telefon aldığını və ödənişi nağd şəkildə Elşənin özünə etdiyini bildirmişdir. X15 istifadəsində olan ***-***-**-** saylı nömrəyə cavab verən şəxs özünü İlahə Əliyeva kimi təqdim edərək “Phonex.az” mağazasından hər hansı məhsul almadığını, hal hazırda ünvan 8 ünvanında yaşadığını, həmin evi uzun müddətdir ki, Təqsirləndirilən şəxs ailəsindən aldıqlarını bildirmişdir. X38 adı ilə qeyd edilmiş şəxsə məxsus 050- ***-**-** saylı mobil nömrəyə zəng etdikdə zəngə cavab verən şəxs adının Mahir olduğunu, Təqsirləndirilən şəxs “Phonex.az” adlı mağazadan tanıdığını, həmin mağazadan “İphone” markalı telefon aldığını və pulunu da Elşənə tam şəkildə ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş siyahıdakı digər şəxsləri telefon məlumatları düzgün olmadığı üçün müəyyən etmək mümkün olmamışdır (cild 3, iş vərəqə 178- 181,185-193, cild 4, iş vərəqə 1-3, 22, 32-34, 60-64, 83-85). 18 yanvar 2024-cü il tarixli məhkəmə mühasibat ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan auditor aktı, hesabdan çıxarış məlumatları, elektron qaimələr və sair məlumatların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda ünvan 3 ünvanında yerləşən “Phonex.az” telefon satış mağazasında yaranmış çatışmazlıq 82.828.07 manat məbləğində müəyyən olunmuşdur (cild 4, iş vərəqə 15-21). 01 mart 2024-cü il tarixli Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin məktubunda Nəsimi rayon Prokurorluğu tərəfindən verilmiş siyahıda qeyd edilən şəxslərin müəyyən olunaraq ifadələrinin alınması üçün rayon prokurorluğuna gəlmələrinin təmin edilməsinə dair 01 fevral 2024-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq təqdim edilmiş siyahıda olan şəxslərdən istintaq dövründə ifadə vermiş şəxslər istisna olmaqla digər şəxslərin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir (cild 4, iş vərəqə 72). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu 82828.07 manat zərərin 20000 manatını sonuncuya ödəmişdir (cild 4, iş vərəqə 96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən daxil olmuş 22 may 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 199). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin dispozisiyasına görə mənimsəmə dedikdə təqsirkara etibar edilmiş özgə əmlakının talanması başa düşülür. Qeyd edilən əməllərin külli miqdarda (CM-nin 177-ci maddəsinin Qeydinə əsasən külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür) ziyan vurmaqla törədilməsi həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Obyektiv cəhətdən talamada ifadə olunsa da qüvvədə olan cinayət qanunvericiliyi qeyd olunan cinayət əməlini digər talama cinayətlərindən differensiasiya edərək əməlin törədilməsinin mənimsəmə və ya israf etmə kimi alternativ üsullarını müəyyən etmişdir. Əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə tövsif edilməsi həmin üsullardan, yəni mənimsəmə və ya israf etmə hərəkətlərindən birinin və ya hər ikisinin eyni vaxtda mövcud olduğu təqdirdə mümkündür. Talamanın əsas əlamətlərindən biri də onun hüquqa zidd olmasıdır. Hüquqa zidd dedikdə qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına uyğun istifadə etməmək, yəni hüquqdan sui-istifadə etmək başa düşülür. Hüquqdan sui-istifadə dedikdə başqalarına ziyan vuran şəkildə elə istifadə nəzərdə tutulur ki, bu zaman mənafe üstünlüyü ya dəqiq ifadə edilmir, ya belə hərəkətlərin zəruriliyi əsaslandırıla bilmir. Şərh olunan cinayətin predmeti özgə əmlakıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak dedikdə istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusu başa düşülür. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən qeyri-maddi əmlak nemətləri dedikdə başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarına əsasən əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi öhdəsinə götürdüyü...... ilə bağlı müddəasında da əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını... əhatə edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarından görünür ki, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər. Talama cinayətlərinin bir növü kimi mənimsəmə və ya israf etmə etibar olunmuş əmlaka münasibətdə törədilir. Əmlak müqavilə, qohumluq, yaxınlıq münasibətləri və ya qulluq səlahiyyətlərinin icrası ilə əlaqədar etibar edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham aktında göstərilən məbləğdə mənimsəmə cinayətinə yol verməməsi, Zərərçəkmiş şəxs2 ilə bağlı ona irəli sürülmüş itihamın düzgün olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 82828,07 manat məbləğində maddi ziyanın vurulması ilə yolu ilə mənimsəmə və Zərərçəkmiş şəxs2 1360 manat ziyan vurulması ilə müşayiət edilən dələduzluq əməllərini törətməsi cinayət işinin materialları ilə sübuta yetirilmişdir. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi əsası ilə cinayət məsuliyyətindən azad edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində isə müdafiə tərəfinin əsas dəlili təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məbləğinin telefonların maya dəyərində müəyyən edilməsi tələbi ilə əlaqədar olmuş, qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatət isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, Ali Məhkəməsinin Plenumunun qərarları mövqeyini əsas götürərək hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə mənimsəmə ilə əlaqədar elan edilmiş ittiham telefonların talanması ilə deyil, telefonların satışından əldə edilən pul vəsaitlərinin- yəni Zərərçəkmiş şəxs1 əldə etməli olduğu gəlirlərin mənimsənilməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs həmin telefonları Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim edilmiş siyahıda göstərilən qiymətə satılıb–satılmaması, həmin qiymətlərdən fərqli qiymətlərə(daha ucuz) satılmışdırsa müvafiq halları təkzib edən sübutların məhkəməyə təqdim etmək imkanlarına malik olub-olmamasına dair verilmiş sualları cavablandıra bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən həm ibtidai istintaq orqanına təqdim edilən öz təşəbbüsü ilə yazdığı başqa şəxslərin adlarına kredit rəsmiləşdirdiyi mobil telefonlar üzrə əldə etdiyi məbləğlərə dair məlumatları əks etdirən 1 ədəd vərəqdən ibarət və mötəbərliliyi şübhə altına alınmayan maddi sübutu, həm də başqa şəxslərin adlarına rəsmiləşdirilən telefonların sayının 83 ədəd təşkil etməsini, ayrıayrı şəxslərin adına rəsmiləşdirilməsini, markalarının və qiymətlərinin fərqli olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən müəyyən etdiyi qiymətlərdən başqa qiymətə satdığı təqdirdə həmin məbləğləri yalnız yadda saxlama üsulu ilə ödənişlərini əldə edə bilməzdi. Bu səbəblərdən məhkəmə Zərərçəkmiş şəxs1 məxsus telefonların satışından əldə edilməli olan 82828,07 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi ilə əlaqədar ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsndə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 noyabr 2017-ci il və 21 noyabr 2021-ci təvəllüdlü iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət nəticəsində dəymiş ziyanın qismən(20000 manatın) ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi kimi barəsində cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri, ictimai təlükəliliyi və xarakterini nəzərə alaraq, cəzanın məqsədlərinə nail olmaq nöqteyi nəzərindən hesab edir ki, ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında göstərilən həddlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 11 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş (cild 3, iş vərəqə 49-50), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmış (cild 3, iş vərəqə 60-64), 13 noyabr 2023-cü il tarixdə isə tutulmuşdur (cild 03, iş vərəqə 129). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi və mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığının müəyyən edilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 4, iş vərəqə 16). Cinayət işi materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsində maddi ziyana görə 82828,07 (səksən iki min səkkiz yüz iyirmi səkkiz) manat 7 (yeddi) qəpik pulun, ödənilmiş 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumunun, 20000 (iyirmi min) manat itirilmiş gəlirin və mənəvi zərərə görə 5000 (beş min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd olunan mülki iddia ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət nəticəsində 82828,07 (səksən iki min səkkiz yüz iyirmi səkkiz) manat 7 (yeddi) qəpik məbləğdən 20000 manat hissəsi ibtidai istintaq dövründə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənildiyindən, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla telefonların satış qiyməti ehtiva edildiyindən mülki iddia tələbi qismən təmin edilməli, eyni zamanda mülki iddia ilə bağlı ödənilmiş 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 120(bir yüz iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 720(yeddi yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi zərərlə bağlı Təqsirləndirilən şəxs 62828,07 (altmış iki min səkkiz yüz iyirmi səkkiz) manat 7 (yeddi) qəpik və ödənilmiş 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 120(bir yüz iyirmi) iş saatı üçün dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 720 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-234/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-234/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver