Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-235/2021 29.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X10, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olan, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmayan, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 6-da qeydiyyatda olan, faktiki olaraq Xaçmaz şəhəri, Yeni Yaşayış massivi, İ. Məmmədov küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsi olan avtomobili sərxoş vəziyyətdə idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və bundan sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmışdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq «Volkswagen CC lux minik» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edib Xaçmaz-Sayad avtomobil yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində Sayad kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksimum sürət həddinin məhdudlaşdırılması» yol nişanı) tələblərini pozaraq sürət həddinin 50 km/saata qədər məhdudlaşdırıldığı yol sahəsində avtomobili 80-85 km/saat sürətlə idarə elmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, Sayad kəndi istiqamətində yolun solundan sağına keçən piyada Zərərçəkmiş şəxs idarə eldiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya hadisə yerində ölümünə səbəb olan onurğa beyinin zədələnməsi ilə V-Vl boyun fəqərələrinin qəlpəli sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki aşağı ətrafın diz oynağından travmatik amputasiyası kimi xəsarət yetirmiş, bundan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X16 mülki iddia ərizəsi ilə ibtidai istintaq orqanına müraciət edərək ona vurulmuş 23700 (iyirmi üç min yeddi yüz) manat məbləğində ziyanın Təqsirləndirilən şəxs xeyrinə tutulmasını xahiş etmişdir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi X16 mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X16 mülki iddianı müdafiə etdiyini bildirərək ona vurulmuş 23700 (iyirmi üç min yeddi yüz) manat məbləğində ziyanın Təqsirləndirilən şəxs xeyrinə tutulmasını məhkəmən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 17:10-17:20 radələrində idarə etdiyi «Volkswagen» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Şahid2 və oğlu Şahid1lə birlikdə qaynanası X13 İl münasibəti ilə təbrik etmək üçün Xaçmaz rayonunun Çarxı kəndinə yola düşmüşdür. O, Çarxı kəndi yaxınlığında olan dəmiryol xəttini yavaş-yavaş keçdikdən sonra orada yerləşən marketin qarşısında avtomobili saxlamışdır. Oğlu Asim ondan “Bizon” içkisi almağını xahiş etmişdir. O da oğlu Asimə “Bizon” içkisi alması üçün 5 (beş) manat pul vermişdir. Asim avtomobildən düşüb marketə getmişdir. Lakin Asim marketdən əliboş qayıtmış və azyaşlı olduğuna görə marketdə “Bizon” içkisi satmadıqlarını ona demişdir. Bundan sonra o, avtomobildən düşmüş və marketə getmişdir. O, marketdən “Bizon” içkisi alıb avtomobilə qayıtmışdır. Sonra o, avtomobili işə salaraq yoluna davam etmişdir. Həmin vaxt hava qaranlıq və yağışlı olmuşdur. O, avtomobili işə salıb marketdən bir qədər kənarlaşdıqdan sonra birdən avtomobilin qabaq şüşəsinin sındığını görmüşdür. Əvvəlcə o, avtomobilə daş atıldığını düşünmüşdür. Sonra o, ağac budağının qırılıb avtomobilin üzərinə düşdüyünü fikirləşmişdir. Ona görə də o, avtomobili saxlayıb düşmüş və avtomobilin qabağının əzildiyini görmüşdür. Sonra arvadı Xəyalə və oğlu Asim avtomobildən düşmüşlər. Arvadı avtomobildən düşdükdən sonra onun kimisə vurduğunu demişdir. O, yolun kənarına baxdıqda, bir qadının qan içində uzandığını görmüş və möhkəm qorxmuşdur. O, həmin vaxta qədər avtomobillə adam vurduğunu bilməmişdir. Həmin vaxt o, qorxsa da cəld mobil telefonunu çıxararaq 102 xidmətinə zəng vurmuşdur. Lakin birdən “Bizon” içkisi aldığı market tərəfdə olan şəxslərin onlar tərəfə gəldiyini görüb operatorla danışmamış və telefonu söndürmüşdür. Həmin adamlar onun və ailəsinin üzərinə gəldiklərindən o, öz ailəsi üçün qorxmuşdur. O, həmin şəxslərin onun ailəsinə zərər yetirəcəklərini düşünmüşdür. Buna görə də o, məcbur olub arvadını və oğlunu avtomobilə mindirmiş və sonuncuları qorumaq məqsədi ilə qaynanasıgilə aparmışdır. O, arvadını və oğlunu qaynanasıgildə düşürdükdən sonra avtomobilin mühərrikini işə salıb hadisə yerinə qayıtmaq istəmişdir. Lakin həmin vaxt avtomobil işə düşməmişdir. Həmin vaxt o, qaynının qaynı olan Səyavuşu görmüşdür. O, Səyavuşun avtomobilinə əyləşib hadisə barədə məlumat vermiş və tez onu hadisə yerinə aparmasını Səyavuşdan xahiş etmişdir. O və Səyavuş hadisə yerinə çatdıqda, orada çoxlu adamların olduğunu görmüşlər. O, avtomobildən düşmək istədikdə, Səyavuş hadisə yerində mərhumun qohumlarının olduğunu və onu görəcəkləri təqdirdə dava-dalaş olacağını bildirmişdir. O da ona görə hadisə yerində avtomobildən düşməmiş və Səyavuşdan onu birbaşa Xaçmaz rayon Polis şöbəsinə aparmasını xahiş etmişdir. Səyavuş da onu Xaçmaz rayon Polis şöbəsinə aparmışdır. O, avtomobildən düşüb Polis şöbəsinə getmiş və orada olan polislərə adam vurduğunu bildirmişdir. Həmin vaxta qədər Polis şöbəsində olan polis əməkdaşlarının baş vermiş hadisədən xəbərləri olmamışdır. O, polis əməkdaşlarına hadisə törətdiyini bildirmişdir. Həmin vaxt Polis şöbəsinə zəng gəlmişdir. Polis şöbəsində onunla danışan polis əməkdaşına yol-nəqliyyat hadisəsinin baş verməsi və sürücünün hadisə yerindən qaçması bildirilmişdir. Həmin polis əməkdaşı da telefonla danışdığı şəxsə hadisə törədən şəxsin qaçmadığını, hazırda yanında olduğunu bildirmişdir. Bundan sonra 2 (iki) nəfər həkim onun yanına gəlib alkotester vasitəsi ilə onun içkili olub-olmadığını yoxlamışlar. Alkotester vasitəsi ilə həmin vaxt onun sərxoş olmadığı müəyyən edilmiş və bu barədə rəy tərtib edilmişdir. Bundan sonra onun narkotik vasitə qəbul edib-etmədiyini yoxlamaq üçün onu ekspertizaya aparmışlar. Lakin həmin ekspertiza zamanı da onun narkotik vasitədən istifadə etmədiyi məlum olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə həkim onu müayinə etmiş və onun sərxoş olmaması barədə rəy yazmışdır. Lakin sonra onun işinə baxan müstəntiq onun sərxoş olmaması barədə rəyi işə əlavə etməmiş və ona törətmədiyi cinayətlərlə bağlı ağır ittiham irəli sürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərmişdir ki, o, dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etsə də, sonuncu onunla barışmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs bildirmişdir ki, onun böyük oğlu Rəşad Səfərəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx xxxxxxxx 2020-ci il tarixdə şəhid olmuşdur. Onun himayəsində olan arvadı və azyaşlı oğlu Asim işləmirlər və o, ailəni dolandıran yeganə şəxsdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə barəsində yüngül cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə barəsində bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında işlətdikləri mağazada olmuşdur. Saat 17:00 radələrində o, marketdən çıxıb evə getmişdir. O, evə çatdıqdan təxminən 10-15 dəqiqə sonra qardaşı Vahab ona zəng edərək anasının avtomobillə vurulduğunu demişdir. O, dərhal avtomobilinə əyləşib hadisə yerinə getmişdir. O, hadisə yerinə çatdıqda, anasının yolun qırağında qan içində olduğunu görmüşdür. Anası həmin vaxt danışa bilməsə də, nəfəs almışdır. O, anasını xəstəxanaya aparmışdır. Anasının aldığı xəsarətlər nəticəsində iki ayağı qopmuşdur. O, anasını xəstəxanaya çatdırdıqda, həkimlər artıq gec olduğunu və anasının öldüyünü demişlər. Anasının ölməsi nəticəsində ona 23700 (iyirmi üç min yeddi yüz) manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X16 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, mülki iddiasının tam həcmdə təmin edilərək Təqsirləndirilən şəxs ona vurulmuş 23700 (iyirmi üç min yeddi yüz) manat ziyanın onun xeyrinə tutulmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun əri Fərman xx xxxxxx 2019-cu il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə spirtli içki olan çaxır içmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, əri Fərman və oğlu Asim ilə birlikdə Fərmanın idarə etdiyi avtomobillə anasıgilə getmək üçün yola düşmüşdür. Yolda Fərman avtomobili saxlamışdır. Asim “Bizon” içkisi almaq üçün avtomobildən düşüb mağazaya getmişdir. Lakin çox keçmədən Asim qayıtmış və yaşı az olduğuna görə marketdə “Bizon” içkisi satılmadığını bildirmişdir. Sonra Fərman avtomobildən düşüb mağazaya getmiş və “Bizon” içkisi alıb geri qayıtmışdır. O, arxada oturduğuna görə nə baş verdiyini bilməmişdir. Birdən o, avtomobilin ön şüşəsinin sındığını görmüşdür. Fərman tez avtomobili saxlamışdır. Onlar avtomobildən düşmüşlər. O, avtomobildən düşdükdən sonra yerdə qadın görmüşdür. O, qadını gördükdə, şok vəziyyətinə düşmüş və halı pisləşmişdir. Onlar həmin qadına kömək etmək istədikdə, market tərəfdən bir neçə nəfərin “neylədiz” deyə-deyə onların üzərlərinə gəldiklərini görmüşlər. Bundan sonra o, nə baş verdiyini bilməmişdir. O, ayıldıqda, anasının evində olduğunu görmüşdür. Sonra o, bilmişdir ki, Fərman onu və oğlu Asimi qorumaq üçün tez avtomobilə mindirərək onun anasıgilə aparmış və sonradan polisə könüllü olaraq təslim olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə atası Fərman və anası Xəyalə ilə birlikdə nənəsigilə getmişdir. O, avtomobildə qabaqda əyləşib öz telefonu ilə oynamışdır. Birdən avtomobilin ön şüşəsi sınmışdır. Atası avtomobili saxlayıb düşmüşdür. Sonra anası və o, avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra yolun kənarında bir qadının qanlı vəziyyətdə yerdə uzandığını görmüşlər. Sonra onlar yaxınlıqdaki marketin yanında olan şəxslərin qışqıraraq onların üzərlərinə gəldiklərini görmüşlər. Atası da onlara görə qorxduğundan tez onu və anasını avtomobilə mindirib nənəsigilə aparmışdır. Atası onu və anasını nənəsigildə düşürdükdən sonra hadisə baş verən yerə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında idarə etdiyi «Vaz 21105» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə qayıdan zaman yolda Fərman ilə rastlaşmışdır. Həmin vaxt Fərman şok vəziyyətində olmuşdur. Fərman onun avtomobilinə əyləşib bir qadını avtomobili ilə vurduğunu, öz avtomobilini işə sala bilmədiyini demiş və hadisə yerinə aparmağını ondan xahiş etmişdir. O da Fərmanla razılaşmış və sonuncunu öz avtomobili ilə hadisə yerinə aparmışdır. Onlar hadisə yerinə yaxınlaşan zaman meyitin orada olmadığını, ətrafda isə çoxlu insanın olduğunu görmüşlər. O, ora yığışan şəxslərin Fərmana zərər yetirə biləcəyini düşünərək Fərmanı avtomobildən düşməyə qoymamışdır. Bu vaxt Fərman ondan Xaçmaz rayon Polis şöbəsinə aparmasını xahiş etmişdir. O da Fərmanı Polis şöbəsinə aparıb orada düşürtmüş və sonra öz evinə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində həmkəndlisi Cəlil ilə birlikdə yaşadıqları Çarxı kəndində olarkən onun tanışı Elbrus ona zəng edərək Çarxı kəndində yerləşən və onlara məxsus dükanın yaxınlığında avtomobilin bir nəfər piyadanı vurduğunu demişdir. O, Cəlil ilə birlikdə Elbrusun dediyi yerə getmişdir. O, həmin yerə çatdıqda, anasının Çarxı istiqamətindən Xaçmaz şəhəri istiqamətinə gedən yolun sağ tərəfində qan içində yerdə uzandığını və hər iki ayağının dizdən aşağı hissəsinin olmadığını görmüşdür. O, dərhal qardaşı Raminə zəng edərək anasının avtomobillə vurulduğunu demişdir. Bir neçə dəqiqədən sonra onun qardaşı Ramin ora gəlmiş və əli ilə anasının sifətinə toxunmuşdur. Həmin vaxt onlar anasının artıq keçindiyini bilmişlər. Sonra Ramin anasını avtomobilə qoyaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına göndərmişdir. Xəstəxanada onlara anasının öldüyünü demişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində kəndçisi Aslanla birlikdə Aslanın avtomobili ilə dəyirmandan qayıtmışdır. Həmin vaxt artıq hava qaralmışdır. O, birdən yolun kənarında nəsə olduğunu görmüşdür. O, dərhal Aslana avtomobili saxlamasını bildirmişdir. Aslan avtomobili saxladıqdan sonra o, avtomobildən düşmüş və yolun kənarında insan meyitinə oxşar bir şey görmüşdür. O, ölən şəxsə yaxınlaşdıqda, ölən şəxsin onun atasının əmisi qızı Zenfira olduğunu görmüşdür. O, Zenfiranı gördükdə, sonuncunun dizdən aşağı ayaqları olmamışdır. O, Zenfiranı gördükdə, sonuncu hələ nəfəs alırmış. Lakin həmin vaxt Zenfira özündə olmamışdır. O, tez Zenfiranın oğlu Raminə zəng etmiş və Ramini hadisə yerinə çağırmışdır. Lakin o, Raminə anası Zenfiranın öldüyünü deməmişdir. Ramin hadisə yerinə gəldikdə, anasının öldüyünü görmüşdür. Ramin gəldikdə, anası Zenfira hələ sağ olmuşdur. Sonra Ramin anasını avtomobilinə mindirmiş və onlar birlikdə Zenfiranı Xaçmaz rayon Xəstəxanasına aparmışlar. Xəstəxənada isə Zenfira ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində evində olduğu zaman əmisi Qalib ona zəng edərək onun bibisi Zenfiranın sonuncunun işlətdiyi dükanın yaxınlığında avtomobillə vurulduğunu demişdir. O da tez atası ilə birlikdə evdən çıxaraq hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatdıqda, bibisi Zenfiranın xəstəxanaya aparıldığını görmüşlər və onlar da bibisinin olduğu təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişlər. Onlar xəstəxanaya çatdıqda, bibisi Zenfiranın dizdən aşağa hər iki ayağının qoparaq hadisə yerində qaldığını öyrənmişlər. Bundan sonra o, bibisi oğlu Raminlə birlikdə hadisə yerinə qayıtmış və yolun kənarındakı kolluqlarda bibisinin qoppuş ayaqlarını axtarmağa başlamışlar. Onlar bir qədər axtardıqdan sonra yolun kənarından təxminən 5-6 metr aralıda Zenfiranın ayaqlarını tapmışlar və bundan sonra xəstəxanaya qayıtmışlar. Sonra da onlar bibisi Zenfiranı dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, onun bibisi Zenfiranı Təqsirləndirilən şəxs avtomobillə vuraraq qaçmışdır. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində evdə olduğu zaman oğlu Elnur ona zəng edərək Zenfiranın avtomobillə vurulduğunu demişdir. Sonra Elnur evə gəlmiş və o, Elnurun avtomobilinə əyləşib bacısıgilə gedərkən dükanın qarşısında xeyli adamın yığışdığını görmüşdür. O, avtomobildən düşüb evinə qayıtmışdır. Bir qədər sonra bacısı oğlu Ramin onlara gələrək bacısı Zenfiranın cəsədinin morqda olduğunu bildirmişdir. O, Elnurla birlikdə hadisə yerinə qayıtmış və ətrafdakı kolluğu axtardıqda, Elnur onun bacısı Zenfiranın dizdən aşağı ayaqlarını kolluqdan tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020ci il tarixli raportdan (cild 1, iş vərəq 3) görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Xaçmaz rayonu, Çarxı kəndində yaşayan, lakin özünü təqdim etməyən bir şəxs (kişi) ***-***-**-** nömrədən “102” xidmətinə zəng edərək Xaçmaz rayonu, Çarxı kəndində anasının markasını bilmədiyi avtomobil tərəfindən vurulması və anasının xəstəxanaya aparılması barədə məlumat vermiş, həmçinin sualları cavablandırmaqdan imtina edərək dəstəyi atmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 5-14) görünür ki, yol-nəqliyyat hadisəsi Xaçmaz rayonu, Çarxı-Sayad kənd yolunda baş vermiş və hadisədə bir piyada qadın avtomobillə vurulmuşdur. Hadisə yerində yolun sağ hissəsindəki kolluqdan Zərərçəkmiş şəxs məxsus 2 (iki) ədəd dizdən aşağı ayaqlar aşkarlanmışdır. 2 (İki) ayaq arasında olan məsafə 6 metr 90 santimetr təşkil etmişdir. Bundan başqa, hadisə yerində tormoz izləri müəyyən edilməmiş, həmçinin hadisə yerində nəqliyyat vasitəsinin ön farasının kənar hissəsi və buferin sınmış bir parçası aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 16-20) görünür ki, həmin gün Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmişdir. Baxış zamanı meyitin bədən səthində - sol təpə nahiyəsində kənarları nahamar, bucaqları küt əzilmiş-cırılmış yaraları kimi xəsarətlər aşkarlanmışdır. Həmin meyit ayaq hissəsində dizdən aşağı iki ayağı olmayan qadın cinsindən olan şəxsə məxsus olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması barədə qərardan (cild 1, iş vərəq 25) görünür ki, cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs spirtli içki təsiri altında olub-olmamasını müəyyən etmək məqsədi ilə ondan qan nümunələrinin götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan (cild 1, iş vərəq 26-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 5 ml-lik şprisdə qan nümunələri götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və X8 rayon şöbəsinin 01 nömrəli meyitin ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 90-91) görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində onurğa beyin zədələnməsi ilə V-Vl boyun fəqərələrinin qəlpəli sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki aşağı ətrafın diz oynağından travmatik amputasiyası müəyyən edilmişdir. Həmin xəsarətlər həyati olub, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və ya narkotik vasitə aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 50-55) görünür ki, Təqsirləndirilən şəxs məxsus **-ZV-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen” markalı avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobilin ön şüşəsi, həmçinin avtomobilin kapotunun sağ tərəfi, sağ işıq və buferin sağ hissəsi sınmış vəziyyətdə olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəq 93-94) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.2 və 264-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 101) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin 153/K nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 243-244) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmiş və etil spirtinin qatılığı 0,4% olmuşdur. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 106- 107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 125-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin 4 nömrəli arayışından (cild 2, iş vərəq 10) görünür ki, Təqsirləndirilən şəxs oğlu X4 xx xxxxxxx 2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 1356 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 216-220) görünür ki, tədqiqata təqdim edilmiş «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağın oturacaq hissələrindən götürüldüyü qeyd edilən üzlük səthi üzərində tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Şahid2 məxsus olduğu qeyd edilən 1 (bir) ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Həmçinin, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağın oturacaq hissələrindən götürüldüyü qeyd edilən üzlüyün səthi üzərində tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 (bir) ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/362 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən (cild 1, iş vərəqə 211-212) görünür ki, «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-85 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürət həddinin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-192/2020 saylı qərarından (cild 1, iş vərəqə 197) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X17 cavab məktubundan (cild 1, iş vərəqə 202) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 205) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-269/2020 saylı qərarından (cild 2, iş vərəqə 1-3) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti yenidən iki ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X18 628 nömrəli arayışından və ona əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 72 TTTYS-nin çağırış vərəqəsindən (cild 2, iş vərəq 146-147) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “Xaşmaz Rayon Mərkəzi Xəstəxanası” X19 həkim işləyən İ. Məmmədov tərəfindən müayinə olunmuş və həmin vaxt Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu təyin olunmamışdır. Bu barədə 72 nömrəli TTTYS-nin çağırış vərəqəsi tərtib olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli 72 TTTYS-nin çağırış vərəqəsinə əsasən həmin gün Təqsirləndirilən şəxs barəsində aparılmış müayinə zamanı onun sərxoşluğu yoxlanılmış və nəticədə onda sərxoşluq təyin olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 36-43) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrindən həmin Məcəllənin 263-1.3 və 264-cü maddələrinə tövsif edilməsi, «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin avtomobilin qabaq sol oturacağının üzlüyünün, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd şalvarın və Şahid2 məxsus 1 (bir) ədəd şalvarın maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 46-47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X18 Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi 922 nömrəli arayışdan və ona əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 02 nömrəli aktdan (cild 2, iş vərəq 172 və cild 2, iş vərəq 190-191) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:10-da sərxoşluq dərəcəsinin təyin edilməsi məqsədi ilə polisin müşayiəti ilə Xaçmaz TTTYS-na gətirilmiş, orada o, həkim Şahid8 Mustafa oğlu tərəfindən müayinə olunmuş və ona “Ayıq vəziyyət” diaqnozu qoyulmuşdur. Bu barədə 02 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 02 nömrəli akta əsasən xx xxxxxx 2020-ci il tarixdə, saat 22:10-da Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsində Təqsirləndirilən şəxs spirtli içki qəbul etməməsi, müayinə keçirilən zaman onun alkoqol sərxoşluğu vəziyyətində olmaması və onun ayıq olması müayinə aparmış həkim tərəfindən təsdiq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən (cild 2, iş vərəq 167) görünür ki, Təqsirləndirilən şəxs böyük oğlu Rəşad Səfərəliyev xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ölmüşdür (şəhid olmuşdur). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2009-cu il tarixli V seriyalı 012131 nömrəli vəsiqənin surətindən (cild 2, iş vərəq 11) görünür ki, Təqsirləndirilən şəxs Qarabağ müharibəsi veteranıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2011-ci il tarixli sürücülük vəsiqəsindən (cild 1, iş vərəq 48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2015-ci il tarixli 17960 nömrəli vəsiqənin surətindən (cild 1, iş vərəq 49) görünür ki, Təqsirləndirilən şəxs 2ci qrup əlildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən (cild 1, iş vərəq 48) görünür ki, **-ZV-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen” markalı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən (cild 2, iş vərəqə 35) görünür ki, «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs arvadı Şahid2 qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X14 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında tədqiq edilmiş sübutları və onların mötəbərliyini, eləcə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər, bundan başqa, yeni sübutlar təqdim etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Zərərçəkmiş şəxs ölümünə səbəb - zədə şoku olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncu ehtiyatsızlıqdan ölmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqında xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətməsi və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölməsi öz təsdiqini tapsa da, Təqsirləndirilən şəxs həmin yol-nəqliyyat hadisəsini törətdiyi vaxt alkoqol sərxoşluğu vəziyyətində olması öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və Təqsirləndirilən şəxs ilkin olaraq həmin maddə üzrə ittiham elan edilmişdir. Lakin sonradan ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263- 1.3 və 264-cü maddələri üzrə daha ağır ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittihamın elan edilməsinə yeganə əsas xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 153/K nömrəli ekspertiza rəyi olmuşdur. Həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmiş və etil spirtinin qatılığı 0,4% olmuşdur. Məhkəmə istintaqında müdafiə tərəfi “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X18 xx xxxx 2020-ci il tarixli, 628 nömrəli arayışını yeni sübut kimi məhkəməyə təqdim edərək cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu mübahisələndirmiş və hadisə baş verən vaxt onun ayıq vəziyyətdə olduğunu iddia etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan 72 saylı TTTYS-nin çağırış vərəqəsindən görünür ki, hadisə baş verən gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs sərxoş olub-olmaması yoxlanılmış və müayinə nəticəsində onun sərxoş olmaması müayinə edən həkim tərəfindən təsdiq edilmişdir. Məhkəmə istintaqı davam etdiyi dövrdə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdiyi vaxt sərxoş vəziyyətdə olub-olmamasını müəyyən etmək məqsədi ilə onun barəsində məhkəmə ekspertizasının keçirilməsinin praktiki cəhətdən mümkün olmadığını nəzərə alaraq, məhkəmə tərəfindən “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X21 sorğu göndərilərək Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə sərxoş olubolmamasının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilib-keçirilməməsi, keçirildiyi halda tibbi müayinənin hansı həkim tərəfindən keçirilməsi və tibbi müayinənin nəticəsi məsələlərinin aydınlaşdırılması tələb olunmuşdur. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən məhkəmənin sorğusuna verilmiş 922 nömrəli cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:10-da sərxoşluq dərəcəsinin təyin edilməsi məqsədi ilə polisin müşayiəti ilə Xaçmaz TTTYS-na gətirilmiş, həkim Şahid8 tərəfindən müayinə olunmuş və ona “Ayıq vəziyyət” diaqnozu qoyulmuşdur. Bu barədə 02 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib olunmuşdur. 02 nömrəli aktdan isə görünür ki, xx xxxxxx 2020ci il tarixdə, saat 22:10-da Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs spirtli içki qəbul etməməsi, onun alkoqol sərxoşluğu vəziyyətində olmaması və onun həmin vaxt ayıq olması halları müayinə aparmış həkim tərəfindən təsdiq edilmişdir. Yuxarıda sadalan mötəbər sübutları məcmu halda təhlil edərək və hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olması mübahisəlidir. Bu hissədə məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qeyd edilən xüsusatları nəzərə almadan, cinayət işinin ibtidai istintaqını obyektiv və tam aparmadan, eləcə də kifayət qədər ziddiyyətli məqamlara aydınlıq gətirmədən təqsirləndirilən şəxsin qanunla qorunan hüquqlarını ciddi şəkildə pozaraq ona daha ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 153/K nömrəli ekspertiza rəyində - Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən vaxt sərxoş vəziyyətdə olması qeyd olunsa da, məhkəmə istintaqında ətraflı şəkildə tədqiq edilmiş başqa mötəbər sübutlar əsasında cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olması təsdiq edilməmişdir. Əksinə məhkəmə istintaqında Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurduğu vaxt sərxoş vəziyyətdə olmaması (ayıq olması) müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olması hissəsində gəldiyi nəticəyə dair ciddi şübhələr var və həmin şübhələri hazırki mərhələdə digər sübutlarla aradan qaldırmaq mümkün deyil. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə alkoqol sərxoşluğu vəziyyətində olmasına dair şübhəli məqamlar olmadığı halda ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülə bilərdi. Lakin göründüyü kimi hələ ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən vaxt alkoqol sərxoşluğu vəziyyətində olmasına dair ciddi şübhələr olduğu halda həmin şübhələr aradan qaldırılmadan ona daha ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Buna dəlalət edən hallardan biri də ondan ibarətdir ki, baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış, ona həmin Məcəllənin 263.2-ci maddəsi üzrə ittiham elan edilmiş və xeyli müddət sözügedən ittiham üzrə cinayət işinin ibtidai istintaqı davam etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə daha ağır cinayətlə bağlı ittiham elan edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilsə də, sonradan şübhəli məqamlar və hallar aradan qaldırılmadan onun əməli səhvən Cinayət Məcəlləsinin 263.1- 3-cü maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, ona həmin ittiham mübahisəli və şübhəli məqamlar aradan qaldırılmadan əsassız şəkildə irəli sürülmüşdür. Məhkəmə baş vermiş yol-nəqliyyat hadisəsinin ağır nəticələrə səbəb olmasını, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldüyünü, hadisə nəticəsində sonuncunun iki ayağının dizdən aşağı amputasiya olunduğunu və baş vermiş ağır nəticələrin məhz Təqsirləndirilən şəxs təqsiri üzündən baş verdiyini qəbul edir. Lakin məhkəmə belə nəticəyə gəlir ki, o, yolnəqliyyat hadisəsini törədərkən, yəni idarə etdiyi avtomobillə mərhum Zərərçəkmiş şəxs vurarkən alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri yoxdur. Lakin o, həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarə etdiyi avtomobillə mərhum Zərərçəkmiş şəxs vurmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu ehtiyatsızlıqdan ölmüşdür. Bununla da onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətləri var. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edir. Təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı məhkəmə, həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə onun təqsirli bilindiyi cinayət əməli (Cinayət Məcəlləsinin 263.2-ci maddəsi) həmcins cinayətlərdir və həmin cinayətlərin bir-birindən fərqi təqsirkarın cinayət əməlini məhz sərxoş halda törətməsindən ibarətdir. Bu səbəbdən də onun əməlinin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb ola bilməz. Əksinə onun əməlinin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsi onun pozulmuş hüquqlarının bərpasına və müdafiə hüququnun təmin edilməsinə yönəlmiş təminatdır. Göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə mərhum Zərərçəkmiş şəxs vurduqdan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif olunur. Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən xx xxxxx 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərərçəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini bir daha nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri üzrə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin cinayətlərin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükəli olmayan cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri üzrə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, həmin döyüşlərdə yaralanmasını və nəticədə 2-ci qrup əlil olmasını, oğlu Rəşad Səfərəliyevin də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xx xxxxxxxx 2020-ci il tarixdə həlak olmasını (şəhid), onun ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışmağa cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin (Cinayət Məcəlləsinin 263.2-ci maddəsi) xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi bu cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona həmin maddələr üzrə cəza Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri (Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri) ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəllənin 17.1 maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsində, həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinə əsasən həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin göstərilən maddələr üzrə ona ayrıayrılıqda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin ediləcək əsas cəzalar və əlavə cəzalar qismən toplanılmalı, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilərək ona qəti cəza olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş qəti əsas cəzaya daxil ediməklə həmin cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışmağa cəhd etməsini, habelə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, həmin döyüşlərdə yaralanmasını və nəticədə 2-ci qrup əlil olmasını, təqsirləndirilən şəxsin böyük oğlu Rəşad Səfərəliyevin də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xx xxxxxxxx 2020-ci il tarixdə həlak olmasını (şəhid olmasını), təqsirləndirilən şəxsin himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, habelə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, məhkəmə istintaqında təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə özünü təqsirli bilərək törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və həmin əməldən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və cəza çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun ailə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində saxlanılacaq qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Xaçmaz rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən və özündə cinayət hadisəsinin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun arvadı Şahid2 qaytarılması nəzərə alınmalıdır. Bundan bqaşa, hökm qüvvəyə mindikdən sonra maddi sübut qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və X12 Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat İdarəsinin saxlanc otağında saxlanılan «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyü məhv edilməlidir. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 204 (iki yüz dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 204 (iki yüz dörd) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X16 ibtidai istintaq zamanı mülki iddia ərizəsi ilə ibtidai istintaq orqanına müraciət etmiş, ibtidai istintaq orqanı tərəfindən mülki iddia cinayət işinin materiallarına əlavə edilmiş və o, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddianı müdafiə etdiyini bildirmiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, mülki iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmuna uyğun olmayan qaydada ibtidai istintaq orqanına təqdim edilmişdir. Həmçinin, mülki iddia ərizəsi cinayət işinin materiallarına əlavə edilsə də, mülki iddia ilə bağlı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi ona vurulmuş ziyan kimi 23700 (iyirmi üç min yeddi yüz) manat məbləğində ziyanın təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmasını tələb etsə də, ona vurulmuş ziyanın nədən ibarət olmasını və nədə ifadə olunmasını göstərməmiş, həmçinin ona ziyanın vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı tərəfindən irəli sürülmüş mülki iddia baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 264cü maddəsi ilə təyin edilmiş əsas cəza ilə, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əlavə cəza həmin Məcəllənin 264-cü maddəsi ilə təyin edilmiş əlavə cəza ilə qismən toplanılsın, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən qismən toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 11 (on bir) gün müddət ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 3 (üç) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 4 (dörd) il 3 (üç) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən hazırki iş üzrə hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Xaçmaz rayon Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X15 mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində çıxış edən və özündə cinayət hadisəsinin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq dövründə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs mülkiyyətində olan «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Təqsirləndirilən şəxs arvadı Şahid2 qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və X12 Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat İdarəsinin saxlanc otağında saxlanılan «Volkswagen» minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyü məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 204 (iki yüz dörd) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-235/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-235/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver