Məhkəmə qərarları › İş №1(101)-235/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-235/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-235/2022 24.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əzimovun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1974-cü il martın 16-da Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il iyunun 30-da saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs Əzimovun yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Zavod arxası» adlanan ərazidəki nömrəsiz fərdi yaşayış evinə gedib sonuncunun həmin tarixdə səhər saatlarında onun qardaşı X4 ilə birgə işlədikləri emalatxanaya kənar adamlar toplamasına görə aralarındakı narazılığa aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs Əzimova iradını bildirmiş, göstərilən vaxt sonuncunun ona nalayiq söyüşlər söyməsi səbəbindən şəxsi münasibətlərinin pozulması zəminində yaranan mübahisə zamanı əlbəyəxa olaraq Zərərçəkmiş şəxs Əzimovun boynundakı sol qalçanın sıyrıqları, münaqişənin davamında isə onu vurmaq üçün adı çəkilən şəxsin üzərinə gəlməsini gördükdə sonuncunu zərərsizləşdirməkdən ötrü qucaqlamaqla zərər çəkmiş şəxsin bel kəmərinə bərkidilmiş bıçağı götürüb qəsdən onun bel nahiyyəsinə bir dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının qarın boşluğuna (daxilə) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətindən ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid xəsarət yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməklə ifadəsində göstərdi ki, 10 ildən çoxdur tanıdığı Zərərçəkmiş şəxs Əzimovla münasibətləri normal olmuşdur. O, bir müddət əvvəl Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində avtomobil çilingəri işləyən qardaşı X2 yanında işə düzəltmiş, aradan bir neçə gün ötmüş sonuncu ona zəng edərək Zərərçəkmiş şəxs yanına çox adam gəlib-getdiyindən narahat olduğunu bildirdikdə o, sonuncu ilə bu barədə özünün danışacağını söyləmiş, 2021-ci il iyunun 30-da saat 21 radələrində bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı evə gedib qapını döyəndə sonuncu onun qarşısına tumanla çıxmışdır. O, Zərərçəkmiş şəxs «mənim qarşıma belə geyimdə çıxma» deyərək iradını tutduqda sonuncu «gözlə, gəlirəm» deyərək içəri keçmişdir, sonra yenidən evdən çıxaraq ona ağır söyüş söydüyü üçün onlar əlbəyaxa olmuşlar. Bu zaman Zərərçəkmiş şəxs onu nə iləsə vurmuş, o isə növbəti zərbəni vurmaması üçün sonuncunu qucaqlayıb saxlayanda Zərərçəkmiş şəxs belində gördüyü bıçağı çıxarıb bir dəfə sonuncunun belindən vurmuşdur. Zərərçəkmiş şəxs ayrılmaqla geri çevrilərək qaçmaq istəyərkən ayağı daşa ilişdiyindən yerə yıxılmış, özündən getmiş və ayılanda xəstəxanada olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs evinə dalaşmaq və ya xəsarət yetirmək məqsədi ilə gəlməmiş, bıçaqla sonuncunu vurarkən öldürmək niyyətində olmamışdır. Əməlindən çox peşmandır. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Əzimov ifadəsində göstərdi ki, 10 ildən çoxdur tanıdığı Təqsirləndirilən şəxslə münasibətləri normal olmuşdur. Teymur onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində avtomobil çilingəri işləyən qardaşı X2 yanında işə düzəltmiş, işdə olduğu zaman yanına tanışları gəldiyinə görə Nazim ona son vaxtlar iradlarını bildirmiş və bu barədə Teymura da məlumat vermişdir. 2021-ci il iyun ayının 30-da saat 21 radələrində o, yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşidib yay fəslində evdə tuman geyindiyinə görə bu halda da qapını açıb Teymuru görmüş, sonuncunun ona «mənim qarşıma belə geyimdə çıxma» deyərək irad bildirməsinə görə əsəbiləşməklə «gözlə, gəlirəm» deyib evə qayıtmış, paltarını geyinərək qapıya çıxıb Teymura söyüş söymüş və bundan sonra sonuncu ilə aralarında əlbəyaxa dalaşma yaranmışdır. O, Teymuru əli ilə bir dəfə vurmuş və buna görə sonuncu onu qucaqlamaqla tutmuşdur. O, Teymurun əlindən çıxmaq istəyəndə sonuncu onun şalvarına arxadan keçirdiyi mətbəx bıçağını çıxarıb onun bel nahiyyəsinə bir dəfə vurmuş və bıçaq onun belində qalmışdır. Sonra Teymurun qaçarkən ayağının daşa ilişərək yıxıldığını görmüş, bu anda yerdən əlinə keçirib atdığı kiçik dəmir parçası Teymura dəymişdir. Daha sonra isə o, belindəki bıçağı çıxarmaqla xatırlamadığı istiqamətə tullamış, daha sonra oradakı xatırlamadığı qonşulardan biri təcili tibbi yardıma zəng etmiş və birazdan gələn təcili tibbi yardım maşını onu xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 iyul tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin təqdim etdiyi, Zərərçəkmiş şəxs Əzimova məxsus üzərində qan ləkələri, ön tərəfində kəsilmə-deşilmə izi olan bir ədəd qırmızı rəngli qolsuz köynək götürülmüş, fotoşəkillərin kserosurəti protokola əlavə edilmişdir (iş vərəqi 7-9). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 2019-cu il 27 sentyabr tarixli çıxarışının və Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DSMF-nun Xəzər Rayon Şöbəsinin 2019-cu il 04 oktyabr tarixli 025721 №-li vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs «Odlu silah mərmi patlaması nəticəsində başın alın, qaş arası və sol gicgah nahiyəsinin yaralanmasından sonrakı vəziyyət. Keçirilmiş qapalı kəllə-beyin travması baş beynin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Poskontuzion sindrom. Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmalar (ayda 8-9 dəfə) kəllə daxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar, diensefal sindrom, paroksizmal baş gicəllənmə. Üzvü mənşəli emosional labil (astenik) pozuntu kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzun müddətli (2 ildən çox təzahür edən psixotik hallar). Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, başın alın, qaş arası və sol gicgah nahiyəsində, sağ almacıq sümüyü proyeksiyasında, sağ baldırın aşağı 1/3 arxa səthində köhnə qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. İ B dərəcəli xroniki qan dövranının çatışmamazlığı» diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlildir (iş vərəqi 18-19). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 16-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 1997-ci il 20 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 143-cü maddəsinin 3-cü hissəsi və 243-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 38-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kolleqiyasının 1998-ci il 24 iyun tarixli qərarı ilə cəza müddəti 06 ilə endirilmişdir (iş vərəqi 26). İş materiallarında olan 2021-ci il 26 iyul tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Əzimovun və Təqsirləndirilən şəxs barışmışlar, bir-birlərinə qarşı şikayətləri və tələbləri yoxdur (iş vərəqi 38-39). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin 2021-ci il 12 sentyabr tarixli 0581971-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əzimova xəsarət yetirdiyi mətbəx bıçağının yerinin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bıçağın yerinin, atıldığı yerdən kimlər tərəfindən götürülməsinin, qeyd olunan hadisənin şahidi olan şəxslərin müəyyənləşdirilməsi mümkün olmamışdır (iş vərəqi 44). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 17 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadə yerində yoxlanılarkən sonuncu Zərərçəkmiş şəxs Əzimovun yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Zavod arxası» adlanan ərazidəki nömrəsiz fərdi yaşayış evini göstərib ifadəsini təsdiq etmiş, fotoşəkillərin kserosurətləri protokola əlavə olunmuşdur (iş vərəqi 48-49). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 28 iyul tarixli 767 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Əzimovun bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ yarısının qarın boşluğuna (daxilə) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya alətin, ola bilsin, bıçağın, boynun, sol qalçanın sıyrıqları isə küt əşyanın (əşyalar) təsirindən törənməklə müddəti 2021-ci il iyunun 30-na uyğun gəlir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 51-53). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 28 iyul tarixli 766 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin, sol dirsəyin, sol ayağın döş qəfəsinin yumşaq toxumalarının əziməsi, qarnın qapalı küt travması, küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il iyunun 30-na uyğun, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir, kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur (iş vərəqi 55-57). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin maddi sübutların müayinəsinə dair 2021-ci il 30 iyul tarixli 494/MTBŞ-2021 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs Əzimova məxsus köynək üzərində aşkarlanan insan qanının qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda «A» antigeni alınmaqla A(ll) qruplu şəxsə məxsus ola bilər (iş vərəqi 59-62). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021ci il 10 avqust tarixli 329/MTKŞ-2021 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs Əzimova məxsus qısaqol köynəyin arxa səthinin sağ yarısının aşağı hissəsindəki bir ədəd deşilmiş-kəsilmiş zədə iti uclu, ülgüc və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənməklə qeyd edilən konstruktiv xüsusiyyətlərə malik bıçağın tiyəsinin təsirindən də törənə bilər (iş vərəqi 64-65). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2021-ci il 02 avqust tarixli 1680 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil (astenik) pozuntu aşkarlanmaqla bu pozuntu sonuncunu ittiham olunduğu əməlin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncunun emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, dəyişkən əhvalruhiyyəlilik müşahidə olunmaqla Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin törədildiyi dövrdə fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 67-69). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 22 sentyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə 2021-ci il 24 sentyabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif edilməklə ona qeyd olunan maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əzimovla barışdığından sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs Əzimovun əynində olan bir ədəd qısaqol köynək maddi sübut kimi tanınaraq idarənin saxlancına təhvil verilmişdir (iş vərəqi 70-75 və 84-85). İş materiallarında olan 2021-ci il 27 sentyabr tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 10 iş saatı müddətində müdafiə olunmuşdur (iş vərəqi 111). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2018-ci il 28 iyun tarixli 1132 №-li Qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində bir ədəd, qaşarası nahiyəsində bir ədəd, sol gicgah nahiyəsində bir ədəd, sağ almacıq sümüyü proyeksiyasında bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində bir ədəd, sol baldırın yuxarı 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyinin 2019-cu il 27 sentyabr tarixli Ə 017453 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəməyə təqdim olunan 2021-ci il 20 dekabr tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün etirafedici və zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlililliyini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs Əzimovun əynində olan bir ədəd qısaqol köynək məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat, Müdafiəçi vəkil işlədiyi 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs Əzimovun əynində olan bir ədəd qısaqol köynək məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat, Müdafiəçi vəkil işlədiyi 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar