Məhkəmə qərarları › İş №1(101)-235/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-235/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-235/2023 09.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçilər X2 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və müdafiəçi: Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 avqust 1989-cu ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri Nəsimi rayonu, Tramvay döngəsi, ev 10, mənzil 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,735 qram çəkidə psixotrop maddə metamfetamini və 0,605 qram çəkidə narkotik vasitə kokaini əldə edib yaşadığı ünvan 1 ünvana daşıdıqdan sonra psixotrop maddə metamfetaminin 1,430 qram hissəsini üzərində, narkotik vasitə kokain və psixotrop maddə metamfetaminin 3,305 qram hissəsini isə yaşadığı mənzildə saxlamış, 22 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 1,430 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əməliyyat tədbirinin davamı olaraq həmin gün yaşadığı ünvan 1 ünvana baxış keçirilən zaman yataq otağında olan dolabın içərisindən 01 bükümdə təmiz çəkisi 3,305 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və 01 bükümdə 0,605 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə kokain aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Nəsimi rayonu Tramvay döngəsi, ev 10, mənzil 5-də Aylin adlı azyaşlı qızı ilə birlikdə yaşayır. Bir neçə ildir ki, narkotik vasitə kokaindən istifadə edir. Adətən kokaini inernetdə tanış olduğu Türkiyədə yaşayan Orxan adlı şəxsdən almışdır. Belə ki, sonuncu ilə «Whatsapp» vasitəsi ilə əlaqə saxlayıb kokain sifariş vermiş, pul göndərdikdən sonra Orxan ona kokainin qoyulduğu yerin şəklini göndərmiş və o, gedib narkotik vasitəni götürmüşdür. Daimi müştərisi olduğuna görə Orxan ona kokaini 50 manata satmışdır. Tutulmamışdan bir gün qabaq Orxanın vasitəsilə Nəsimi rayon ərazisində Papanin adlanan ərazidə körpünün yaxınlığında gizlədilən 1 qram kokaini götürmüşdür. Onun yarısını istifadə etmiş, yarısını isə evdə saxlamışdır. Orxan tutulandan sonra onun mobil telefonu polislərin əlinə keçmiş, polislər telefondakı yazışmaları oxuyub onun barəsində məlumat əldə etmişlər. 22 aprel 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Evdən 0,5 qram kokain aşkar edilmişdir. Daha sonra 22-ci polis bölməsinə aparılmış, orada polislərlərin təzyiqindən sonra videoçəkilişlə axtarış zamanı üzərində və evində metamfetamin olmasını demişdir. Belə ki, polis əməkdaşları himayəsində körpə uşağının olmasına görə gələcəkdə ona kömək edəcəklərini deyib, metamfetamini boynuna götürməsini bildirmişlər. Əslində isə onda metamfetamin olmamış, cəmi 0,5 qram kokain olmuşdur. Şəxsi axtarış zamanı müdafiəçisi iştirak etsə də, qorxusundan ona həqiqəti danışmamışdır. Polis əməkdaşları kokaini skoç bükümə yerləşdirdiyinə görə çəkisi bir qədər də artıq gəlmişdir. Narkotik vasitə kokaini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt onun satışını həyata keçirməmişdir. Əməlindən peşmandır. Himayəsində 6 mart 2021-ci il təvəllüdlü hələ iki yaşı tamam olmamış körpə qız uşağının olmasını nəzərə alıb ona ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin rəis müavinidir. 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nəsimi rayonu ərazisində dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o və idarənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat tədbiri zamanı saat 18:00da Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Orada xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifi ilə əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şəxsi axtarış davam etdirilmiş, sonuncunun köynəyinin cibindən içərisində ***-***-**-** saylı simkart nömrəsi olan bir ədəd «İphone» markalı mobil telefon, əynində olan şalvarın sağ yan cibindən bir ədəd üzərində 4169 7385 8647 1298 nömrəsi olan Umico plastik bank kartı, bir ədəd açar və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda da narkotik maddə olduğunu bildirdiyindən sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və bir ədəd bükümdə ağ rəngli toz şəkilli narkotik vasitə kokainə bənzər kütləni təqdim etmişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminlər və narkotik vasitə kokainin özünə məxsus olduğunu, onları iki gün əvvəl «Orxan» adlı şəxsə 250 manat pul göndərməklə Nəsimi rayonu ərazisində əvvəlcədən qoyulmuş yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilərkən sonuncuya qarşı heç bir təsir, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 124-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs qıznın üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı videogörüntülərin olduğu DVD disklərin birinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və əynində olan köynəyin cibindən içərisində ***-***-**-** saylı simkart nömrəsi olan bir ədəd «İphone» markalı mobil telefon, əynində olan şalvarın sağ yan cibindən bir ədəd üzərində 4169 7385 8647 1298 nömrəsi olan Umico plastik bank kartı, bir ədəd açar və bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilir. Metamfetaminə bənzər kütlənin çəkisi 2,8 qram olur. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qabşaldırılır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd «İphone» markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd plastik bank kartı G.Səmədoyaya izah verilərək götürülür, bir ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılır. Güllər Səmədoyava üzərində olan pixotrop maddə metamfetaminə bənzər kütləni haradan əldə etməsi və nə məqsəslə üzərində gəzdirməsi sual ediləndə Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni «Orxan» kimi tanıdığı şəxsdən iki bundan əvvəl Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 250 manata əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda narkotik maddə olduğunu, polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək ərizə yazır. Bundan sonra yaşadığı evə iştirakçılar tərəfindən baxış keçirilir. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya, narkotik vasitələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında taxta konstruksiyalı dolabın içərisində bir ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni, bir ədəd bükümdə ağ rəngli toz şəkilli narkotik vasitə olan kokainə bənzər kütləni təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir. Metamfetaminə bənzər kütlənin çəkisi 4,3 qram, kokainə bənzər kütlənin çəkisi 0,7 qram olur. Daha sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs mənzilində olan psixotrop maddə metamfetaminin və narkotik vasitə kokainin özünə məxsus olduğunu, həmin kütlələri «Orxan» kimi tanıdığı şəxsdən iki bundan əvvəl Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 250 manata əldə etdiyini bildirir. İşin 121-ci vərəqindəki protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 15:27:51-də **********36 saylı mobil telefon nömrəsinə «olurdume patı cekıp yatmısam» sms mətni göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2022-ci il tarixli, 6/2311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,430 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,305 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,605 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4,735 qram təşkil edir və həmin metamfetamin kimyəvi tərkibinə və xarici əlamətlərinə görə eynidir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 3912 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1887 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətçilik, özünü psixoloji müdafiə etməyə meyillilik, situativlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İşin 3-cü vərəqindəki raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İşin 139-149-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında»29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş külli miqdarda 4,735 (tədqiqatdan sonra qalıq 4,635) qram çəkidə psixotrop maddə metamfetamin və 0,605 (tədqiqatdan sonra qalıq 0,575) qram çəkidə narkotik vasitə kokain maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nə təhvil verilmişdir. İşin 100-102, 104-110-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 2 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 7.000 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Lənkəran rayon məhkəməsinin qərarı ilə cərimə cəzası 480 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-in 66.4 və 67.5-ci maddələrinə əsasən üzərində qəti olaraq 2 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasının müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İşdəki Azərbaycan Respublikası DİN BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası barədə idarəyə rəsmi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası CM-in 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs ona Yasamal rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasını çəkmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 78-79-cu vərəqlərindəki qərardan görünür ki, 24 aprel 2022-ci cil tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 96-cı vərəqindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı (X1) vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham özünü qismən təqsirli bilərək yaşadığı evdən cəmi 0,5 qram şəxsi istifadəsi üçün aldığı nakotik vasitə kokain aşkar olunduğunu bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 22 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-nin 79.1-ci madəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan 6 mart 2021-ci il təvəllüdlü uşağı X1 14 yaşına çatanadək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmalı, həmin vaxtadək Təqsirləndirilən şəxs üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası müstəqil icra edilməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş külli miqdarda 4,735 (tədqiqatdan sonra qalıq 4,635) qram çəkidə psixotrop maddə metamfetamin və 0,605 (tədqiqatdan sonra qalıq 0,575) qram çəkidə narkotik vasitə kokain hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 22 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci madəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan 6 mart 2021-ci il təvəllüdlü uşağı X1 14 yaşına çatanadək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Həmin vaxtadək Təqsirləndirilən şəxs üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası müstəqil icra edilsin, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş külli miqdarda 4,735 (tədqiqatdan sonra qalıq 4,635) qram çəkidə psixotrop maddə metamfetamin və 0,605 (tədqiqatdan sonra qalıq 0,575) qram çəkidə narkotik vasitə kokain hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar