Məhkəmə qərarları › İş №1(101)-235/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-235/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-235/2025 22.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Əliyev Firdovsi Zülfü oğlundan ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X15, Müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Fides” Vəkil Bürosunun vəkili X34, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə-CM) 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində “X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs9 Gennadiyeviçə yalan vəd verib, 03 oktyabr 2022-ci ildən həmin ilin noyabr ayının 24-dək olan müddət ərzində Bakı şəhərı Nərimanov rayonu Heydər Əliyev prospektində onun arvadı Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 4972 manat 50 qəpik məbləğdə pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək zərərçəkmiş şəxs Maksim Gennadiyeviçə qeyd olunan miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs18 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-cü ilin noyabr ayında Bakı şəhəri Nərimov Rayonu Ziya Bünyadov küçəsində yerləşən marketdəki “Emanat” ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla üç dəfəyə onun arvadı Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 5.400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs18 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs17 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-cü ilin noyabr ayının əvvəlindən həmin ilin dekabr ayının əvvəlinədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Emanat” ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla onun arvadı Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 12.200 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs17 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs11 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-ci ilin ilin noyabr ayının əvvəllərindən həmin ayın 27 tarixədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində hissə-hissə olmaqla onun arvadı Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 4690 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs11 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs21 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-ci ilin noyabr ayının 19-dan həmin ayın 27 tarixədək olan müddət ərzində, sonuncu dəfə isə ünvan 3 ünvanında onun arvadı Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 3230 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirdərək, vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs21 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı yalan vəd verib Zərərçəkmiş şəxs7 Fazıl qızının etibarından sui-istifadə edərək, 10 noyabr 2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanın qarşısında 1700 manat, 20 noyabr 2022-ci il tarixdə rəfiqəsi Aytacın vasitəsi ilə hissə-hissə olmaqla Bakı şəhəri Nərimanov rayonunda cəmi 3400 manat, 2023-cü ilin yanvar ayında Yasamal rayonu Qanlı göl qəsəbəsi ev 110B saylı ünvanın qarşısında onun arvadı Şahid2 bank hesab kartına 1000 manat, ümumilikdə köçürtdüyü 6100 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək vermiş olduğu vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "İnstagram" şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq, 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı yalan vəd verib Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edərək, 11 noyabr 2022-cı il tarixdən başlayaraq Bakı şəhəri Yasamal, Nəsimi və Binəqədi rayonları ərazisində bank hesab kartına hissə-hissə olmaqla köçürmə və nağd olaraq, sonuncu dəfə isə 16 yanvar 2023-cü il tarixdə Nərimanov rayonu Atatürk prospekti 27 ünvanında yerləşən “ASK” plazadan 3400 manat pulu nağd olaraq, ümumilikdə 39.950 manat məbləğdə pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, vermiş oldugu vədə əməl etməyərək Zərərçəkmiş şəxs20 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" şəkəsində "X72" adlı elektron səhifə yaradaraq, 1.000 ABŞ dollar məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı yalan vəd verib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, 2022-ci ilin noyabr ayının 14-dən 2023-cü ilin mart ayının 02-dək olan müddət ərzində Bakı şəhəri Nəimanov rayonu ərazisındə olan “Kapital Bank» ASC-in Bakı şəhəri Nərimanov rayonu Bünyad Sərdarov kuçəsi "xxxx" ASC-yə aid ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla onun arvadı Şahid2 bank kartı hesabına köçürdüyü ümumilikdə 25.500 manat məbləğdə pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək vermiş oldugu vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə, yəni xeyli mıqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internetin "instagram" sosial şəbəkəsındə “X72” adlı elektron səhifə yaradaraq, 1.000 ABŞ dollar məbləğdə pul vəsaiti “yatırım” edib gündəlik 100 manat pul qazanmağa dair yalan vəd verib X2 etibarından suiistifadə edərək, 2022-ci ilin noyabr ayının 16-dan həmin ilin noyabr ayının 21-dək olan müddət ərzində Bakı şəhəri Nərimanov Rayon ərazisində ödəmə sistemi vasitəsi ilə onun arvadı Şahid2 bank hesab karına hissə-hissə olmaqla köçürtdüyü ümumilikdə 1340 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək zərərçəkmış şəxs Memik Zərərçəkmiş şəxs19 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində “X72” adlı elektron səhifə yaradaraq, 1.000 ABŞ dollar məbləğdə pul vəsaiti “yatırım” edib gündəlik 100 manat pul qazanmağa dair yalandan vəd verib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, 24 noyabr 2022-ci tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləsən "Nərimanov" adına parkda 21.420 manat məbləğində pulu nağd olaraq alıb ələ keçirərək, vermiş oldugu vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində “X72” adlı elektron səhifə yaradaraq, 1.000 ABŞ dollar məbləğdə pul vəsaiti “yatırım” edib gündəlik 100 manat pul qazanmağa dair yalan vəd verib Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, 2022-ci ilin noyabr ayının 14-dən 2023-cü ilin yanvar ayının 23-dək müddət ərzində hissə-hissə olmaqla köçürmə və nağd olaraq Bakı şəhəri Nəsimi, Səbail rayonu və sonuncu dəfə isə Nərimanov rayonu X75 küçəsi 46C ünvanında yerləşən “Bolmart” mağazasında Emanat ödəmə terminalı vasitəsi ilə onun arvadı Şahid2 bank hesab kartına köçürtdüyü, ümumilikdə 10.370 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş oldugu vədə əməl etməyərək, Zərərçəkmiş şəxs5 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində “X72” adlı elektron səhifə yaradaraq, 1.000 ABŞ dollar məbləğdə pul vəsaiti “yatırım” edib gündəlik 100 manat pul qazanmağa dair yalan vəd verib Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, 17 noyabr 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ünvan 7 ünvanın qarşısında ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla 6.800 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək zərərçəkmış şəxs Zərərçəkmiş şəxs10 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs8 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 16 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixə kimi olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində "xxxx" bank hesab kartından 3.020 manat, sonuncu dəfə isə 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Bank of Baku” kartından onun arvadı Şahid2 bank hesab kartına 1400 manat, ümumilikdə hissə-hissə olmaqla köçürtdüyü 4420 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs8 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq hər bir 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 (yüz) manat pul qazanmağı X36 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 17 noyabr 2022-ci il tarixdə 2040 manat və sonuncu dəfə isə 30 noyabr 2022-ci il tarixdə 1700 manat pulu Nərimanov rayon ərazisində özünün bank kart hesabından onun arvadı Şahid2 bank hesab kartına hissə-hissə olmaqla köçürtdüyü ümumilikdə 3740 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı X18 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-cü ilin noyabr ayının 19-da Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti 57 ünvanında yerləşən “Üç qardaş” marketində olan Emanat ödəmə terminalı vasitəsi ilə 1700 manat məbləğində onun arvadı Şahid2 hesab kartına köçürülmüş pul vəsaitini alıb ələ keçirməklə, vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs15 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs16 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-cü ilin noyabr ayının 22-dən həmin ayın 27-dək Nərimanov rayon ərazisində Emanat ödəmə terminalı vasitəsi ilə onun arvadı Şahid2 hesab kartına hissə-hissə olmaqala köçürtdüyü ümumilikdə 6800 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə, vermiş olduğu vədə əməl etməyərək Zərərçəkmiş şəxs16 qeyd olunan miqdarda, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs1 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon ərazisində özünün "xxxx" hesab kartından onun arvadı Şahid2 bank hesab kartına köçürmüş 1700 manat məbləğdə pul vəsaitini alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etmədən Zərərçəkmiş şəxs1 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsındə “X72” adlı elektron səhifə yaradaraq, 1.000 ABŞ dollar məbləgdə pul vəsaiti “yatırım”edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs6 Rafıq oğluna yalan vəd verib onun etibarından sui-istifadə edərək, 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində elektron ödəmə sistemi vasitəsi ilə 6800 manat pulu onun arvadı Şahid2 adına olan hesab kartına köçürmüş, sonuncu dəfə isə 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən "xxxx" MMC-nin qarşısında 5100 manat pulu nağd olaraq, ümumilikdə hissə-hissə olmaqla 11.900 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək, Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı X17 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2023-cü ilin yanvar ayının 21-də Bakı şəhəri Nərimaov rayonu ərazisində Emanat ödəmə terminalı vasitəsi ilə 1000 manat məbləğində pulu onun arvadı Şahid2 hesab kartına köçürməklə alıb ələ keçirməklə, vermiş olduğu vədə əməl etməyərək zərərçəkmiş şəxs İsgəndər Şıxseyidova qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs22 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-ci ilin noyabr ayının 27-dən 2023-cu ilin aprel ayının 4-dək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonunda 15.350 manat pulu hissə-hissə köçürmə və nağd olaraq, sonuncu dəfə isə 28 may 2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən Nərimanov metro stansiyasının yaxınlığında elektron ödəmə sistemi vasitəsi ilə Şahid2 bank hesab kartına köçürülmüş 300 manat, ümumilikdə 15.650 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək zərərçəkmis şəxs Zərərçəkmiş şəxs22 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz internet hesabında 350.000 avro pul olduğunu həmin pulu Almaniya Respublikasında hər hansı bir bank kartına köçürəcəyini və həmin məbləği nağdlaşdıracağı təqdirdə 10 faiz qazanc verəcəyini Zərərçəkmiş şəxs13 vəd edərək etibarını qazanıb onu aldadaraq, 2023-cü ilin aprel ayının əvvəllərindən, həmin ilin may ayının 29 tarixədək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu, sonuncu dəfə isə Nərimanov rayonu ərazisində hissə-hissə olmaqla 52.355 manat pulunu köçürmə və nağd olaraq, sonuncu dəfə isə 29 may 2023-cü il tarixdə Nərimanov rayon ərazisində Emanat ödəmə terminalı vasitəsi ilə köçürmə yolu ilə 200 manat, ümumilikdə 52.555 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, ona vermiş olduğu vədə əməl etməyərək, zərərçəkmis şəxs Namıq Əliyevə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs23 yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2022-ci ilin avqust ayından 2023-cu ilin avqust ayın əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 1-ci döngə yerləşən ödəmə terminalı vasitəsi ilə və yaşadığı ünvan 11 ünvandan onun arvadı Şahid2 bank hesab kartına hissə-hissə olmaqla göndərdiyi ümumilikdə 30.100 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək vermiş olduğu vədə əməl etməyərək zərərçəkmis şəxs Zərərçəkmiş şəxs23 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internetin "instagram" sosial şəbəkəsində "X72" adlı elektron səhifə yaradaraq 1.000 ABŞ dolları məbləğdə pul vəsaiti «yatırım» edib gündəlik 100 manat pul qazanmağı Zərərçəkmiş şəxs14 Mugbil oğluna yalan vəd verib onun etibarından sui-istifadə edərək, 2023-cü ilin fevral ayınının 18-dən həmin ilin sentyabr ayının 11-dək olan müddət ərzində Bakı şəhəri Yasamal, Sabunçu, Nəsimi rayonlarının ərazisində nağd olaraq onun özünə və arvadı Şahid2 bank hesab kartına cəmi 18.950 manat pulu, sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 11-də ünvan 12 ünvanında mobil telefonu vasitəsi ilə hesab kartından Təqsirləndirilən şəxs arvadı Şahid2 bank hesab kartına köçürtdüyü 300 manat məbləğində, ümumilikdə hissəhissə olmaqla 19.250 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vermiş olduğu vədə əməl etməyərək zərərçəkmis şəxs Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ilk öncə qeyd etmək istəyir ki, verilən ittiham üzrə bəzi məbləğləri çıxmaq şərti ilə qalan digər məbləğləri qəbul edir, amma niyyəti həmin şəxslərin pullarını ələ keçirmək olmayıb, məqsəd pulları "xxxx" adlı şirkətə yatırıb, qazanc əldə etmək olmuşdur. Hər epizod üzrə ayrı-ayrılıqda bildirmək istəyir ki, Zərərçəkmiş şəxs9 Gennadiyeviçə 4972 manat 50 qəpik məbləğdə pul vəsaitini almağını qəbul edir. Zərərçəkmiş şəxs18 5.400 manat pul vəsaitini almağını da qəbul edir, həmin məbləğdən ödəniş etmişdir, amma nə qədər ödəniş etməyini dəqiq bilmirəm. Zərərçəkmiş şəxs17 12.200 manat pul vəsaitini almağını qəbul edir, sonuncuya vurulmuş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs11dan 4690 manat məbləğində pul vəsaitini almağını qəbul edir, aldığı pulu qaytarmışdır. Zərərçəkmiş şəxs21 3230 manat məbləğində pul vəsaitini almağını qəbul edir. Zərərçəkmiş şəxs7 Fazıl qızından 6100 manat məbləğində pul vəsaitini almağını qəbul edir. Zərərçəkmiş şəxs20 39.950 manat məbləğində pul vəsaiti almağı qeyd olunub, amma sonuncudan 44.000 manat pul almışdır. Zərərçəkmiş şəxs3 25.500 manat məbləğdə pul vəsaitini almağı qeyd olunub, Zərərçəkmiş şəxs3 10.000 manat pul almışdır, həmin puldan 7.000 manatını borc verib, 3000 manatı isə qazanc əldə etmək üçün almağını qəbul edir. X1 1340 manat məbləğdə pulu almağını qəbul edir. Zərərçəkmiş şəxs4 21.420 manat məbləğində pulu almağını qəbul edir, aldığı pulu qaytarmışdır. Zərərçəkmiş şəxs5 epizodu üzrə Zərərçəkmiş şəxs5 cəmi 1700 manat pul almışdır, qalan pulu ona Vüsal adlı şəxs özü şəxsən vermişdir, onları Samirə tanış etsə də pulu Vüsaldan almışdır, amma Zərərçəkmiş şəxs5 şikayət etmişdir. Zərərçəkmiş şəxs10 6.800 manat pul vəsaitini almağını qəbul edir. Zərərçəkmiş şəxs8 4420 manat məbləğində pul vəsaitini almağını qəbul edir. X23 ümumilikdə 3740 manat məbləğində pul vəsaitini almağını qəbul edir. X10 1700 manat məbləğində almağını qəbul edir, həmin pulu qaytarmışdır. Zərərçəkmiş şəxs16 ümumilikdə 6800 manat pul vəsaitini almağını qəbul edir. Zərərçəkmiş şəxs1 1700 manat məbləğdə pul vəsaitini almağını qəbul edir. Zərərçəkmiş şəxs6 Rafıq oğlundan ümumilikdə hissə-hissə olmaqla 11.900 manat pul vəsaitini almağını qəbul edir. X9 1000 manat məbləğində pul vəsaitini almağımı qəbul edir. Zərərçəkmiş şəxs22 ümumilikdə 15.650 manat məbləğində pul vəsaitini almağını qəbul edir, pulu tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs13 ümumilikdə 52.555 manat məbləğində pul vəsaitini almağını qəbul etmir, Namiq ona maksimum 20.000 manat pul verib, Namiqlə Mais və Eyyub vasitəsilə tanış olmuşdur. Mais ona pul verməli idi, sonra onu Namiqlə tanış etdi. Namiq də ona birinci 10.000 manat, sonra 5000, qalanı 2000 və sair məbləğdə, ümumilikdə 25.000 manat borc pul verib. O, Namiqdən 15.000 manatı 10 faizə almışdır, hər ay 1500 manat pul qaytarmalı idi. Sonuncu ondan 40.000 manat pul istəyirdi, o, 30.000 manata razı idi. Həmin puldan 14.000 manat qaytarmışdır. Zərərçəkmiş şəxs23 epizodu üzrə 30.1000 manatı qəbul etmir, "X72" adlı elektron səhifəni sonuncu özü açıb, ona təklif edib ki, adam yığar və o, işləyər. X60 tanış edib. Vüsalə xanımla 2022-ci ilin oktyabr-noyabr ayında tanış olmuşlar. Zərərçəkmiş şəxslərin 90 faizini Vüsalə xanım gətirib onunla tanış etmişdi. Zərərçəkmiş şəxs14 19.250 manat pul vəsaitini almağını qəbul edir. O, suallara cavab olaraq bildirmişdir ki, Namiq və Vüsalə epizodları istisna olmaqla, qalan bütün məbləğləri qəbul edir. "X72" adlı elektron səhifəni Vüsalə açmayıb, Vüsalə whatsapp qrupu açmışdı. Vüsalə xanımla danışıqları olmuşdu, 5 faiz sonuncuya verilməli idi. Zərərçəkmiş şəxslərə pulu hara yatıracağı barədə məlumat vermişdi. Onlara həmin işin riski barədə məlumat verməmişdi. Zərərçəkmiş şəxs9 ona cəmi 6800 manat pul vermişdir. İttiham aktında qeyd olunan Zərərçəkmiş şəxs9 4972 manat 50 qəpik verməyi necə müəyyən olunub bilmir. Zərərçəkmiş şəxs17 12200 manat pul aldığını qəbul edir və qaytaracağına söz verir. Zərərçəkmiş şəxs4 ona qarşı bəd dualar edib kobud danışdığından o da sonuncuya qarşılıq vermişdir. Zərərçəkmiş şəxs4 onun ailəsini təhqir etdiyi ilə bağlı onda da sübutlar var. Zərərçəkmiş şəxs4 ona yazmamasını deyib whatsapda onu əngəlləmişdir. O, Zərərçəkmiş şəxs4 bütün pulları qaytarmışdır və bununla bağlı bütün sübutlar cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs4 verdiyi 5000 manat və 1700 manat məbləğində pulları verdikdən sonra 2000 manat da vermişdir. Zərərçəkmiş şəxs4 whatsapda onu əngəllədiyinə görə o, sonuncu ilə əlaqə saxlaya bilmirdi. Bu səbəbdən Zərərçəkmiş şəxs4 onun üzərinə göndərdiyi şəxslərə 10000 (on min) manat vermişdir ki Zərərçəkmiş şəxs4 çatdırsın. Zərərçəkmiş şəxs4 onu whatsapda əngəllədiyindən həmin pulları sonuncunun göndərdiyi şəxslərə verdiyini deyə bilməmişdir. Zərərçəkmiş şəxs4 çatdırılması üçün 10000 manatı qeyd etdiyi şəxslərə verdiyini həmin şəxslərin özləri və onlarla yazışmaları sübut edə bilər. Zərərçəkmiş şəxs4 anasının bankın qabağında gözləməyi ilə bağlı bildirdikləri doğrudur. Zərərçəkmiş şəxs4 600 000 manat məbləğində pulun anasının hesabında olması ilə bağlı bildirdikləri doğrudur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadənin əksəriyyəti doğru deyil. Zərərçəkmiş şəxs4 onun adına hesab açmadığı ilə bağlı dedikləri doğrudur. Zərərçəkmiş şəxs4 ona 13600 manatı ondan alacağını bildirmişdir. Zərərçəkmiş şəxs4 ilə aralarında olan başqa yazışmalar onda var və məhkəməyə təqdim edəcək. Zərərçəkmiş şəxs4 ödədiyi 13600 manat pulun qəbzlərini sonuncuya göndərmişdir. Zərərçəkmiş şəxs8 ona 4420 manat vermişdir, lakin ifadəsində vurğuladığı bəzi məsələlər doğru deyildir. O, Zərərçəkmiş şəxs8 mərcə pul yatırılma məsələsini açıqlamışdır. Zərərçəkmiş şəxs8 ona mərc oynamaq istəmədiyini bildirməmişdir. O, pulların mərc oyunlarına yatırıldığı barədə Zərərçəkmiş şəxs8 məlumatlandırmışdır. A.Məmmədov ona 44.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 dedikləri, verdiyi məbləğlə bağlı dedikləri də düzdür. Zərərçəkmiş şəxs18 düz danışır. Zərərçəkmiş şəxs14 düz deyir, o, sonuncudan pulu borc kimi almışdır. Zərərçəkmiş şəxs23 nə qədər pul verdiyini xatırlamır, onda yazışmalarda var. Zərərçəkmiş şəxs23 onların ofisində olmamışdır. Onları Elmar tanış etmişdir. Müdafiəçilərinin dedikləri ilə razıdır, zərərçəkmiş Zərərçəkmiş şəxs13 ona 52.000 manat verməsi barədə heç bir sübut yoxdur, işdə Zərərçəkmiş şəxs13 barışıq ərizəsi vardır. İstintaq zamanı onun Fərid adında müdafiəçisi var idi, o, müvəqqəti saxlama yerində Fəridlə dalaşmışdır ki, onun vəsatətini niyə verib, onun bu işlə bağlı sübutları var, o, sonuncuya demişdi ki, müstəntiq Elnur Məmmədov onun işinə necə baxa bilər o, onun barəsində 2022-ci ildə şikayət yazmışdır, sonradan ondan barışıq ərizəsi vermişdir. Deməli bu işə o baxa bilməzdi, bundan sonra Cavidlə bağlı qaldırdığı cinayət işi ilə bağlı ciddi məsuliyyətə cəlb olunmuşdu. O, sübut etmişdir ki, müstəntiq Elnur Məmmədov tərəfindən qanunsuz işlər görülüb və bu səbəbdən də məsuliyyətə cəlb olunublar. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını və ya işinə CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birgə yaşamış, təxminən 3 ilə yaxındır ki Qazaxıstan Respublikasından işləmək üçün Azərbaycan Respublikası Bakı şəhərinə gəlmişdir. O, azərbaycan dilini tam sərbəst başa düşür və yazıb oxuya bilir. Qazaxıstanda onun pul yatırdığı mərc oyunları saytı olan "xxxx" adlı şirkət olmuşdur. O, həmin şirkətin saytında Qazaxıstanda yaşayan anası X24 adına hesab açmış və online müqavilə bağlamışdır. O, təxminən 5 ildən çoxdur ki, həmin şirkətlə əməkdaşlıq etmiş və oraya 100.000 dollardan çox pul yatırmışdır. Həmin sayt mərc saytı olmuş və sayta pul qoyaraq oradan kiçik faizli pul götürürmüş. Misal üçün 1000 ABŞ dollar pula 100-200 manat arası pul götürürmüş. Zərərçəkmiş şəxs7 ilə 2022-cı ilin sonları İnstagram sosial şəbəkəsində tanış olmuşdur. O, ona "xxxx" şirkətində olan yatırımından və "Tennisı" saytına olan yatırımlardan danışdığı üçün ona maraqlı gəlmişdir. O, həmin vaxt Yasamal rayonu Tiblisi prospektindəki Ask Plazanın 5-ci mərtəbəsində özünə ofis icarəyə götürmüş və online işlərini orada görmüşdür. Elnarə online yatırımlarla maraqlandığı üçün işlədiyi yerə gəlib onunla görüşmək istədiyini bildirmişdir. O, onun ofisinə gəlmiş və o, həmin "xxxx" saytının iş prinsipini izah etdikdən sonra ona 1000 ABŞ dolları yatırım etsə o, ona günə 100 manat pul ödəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarıxdə Elnarə ona yazaraq ona kart yollamağını və ona 1000 dollar pul göndərəcəyini bildirmişdir. O, həmin gün ona öz Kapital bankının onun adına olan debet kartının nömrəsini (**********924604) göndərmişdir. O, həmin gün ona 500 manat, 1200 manat pul göndərmişdir. O, bu 1700 manat pulun qarşılığında Elnarəyə 1000 manat pul ödəmişdir. O, 10 gün, hər gün olmaqla ona 100 manat pul ödədiyi üçün Elnarə ona daha çox pul vermək istədiyini bildirmişdir. Bu səbəbdən o, rəfiqəsi Aytac vasitəsi ilə xx.xx.2022-cı il tarixdə onun M10 adlanan online hesabına 3235 manat və 165 manat pul olmaqla cəmi 3400 manat pul göndərmişdir. Onun onda olan pulu 5100 manat olmuşdur. O, 3400 manat qarşılığında isə Elnarəyə 6 günə gündəlik 200 manat olmaqla 1200 manat pul verəcəyini demişdir. Bundan sonra isə həmin "xxxx" saytında anası X24 adına açdığı hesab sayt tərəfindən bağlanılmışdır. Hal-hazırda o, həmin saytı Qazaxıstanda məhkəməyə vermişdir. Həmin sayt anasının adına olan hesabının Azərbaycandan başqasının idarə etdiyini əsas gətirərək hesabı bağlamışdır. Bu səbəbdəndə o, Zərərçəkmiş şəxs7 pulunu qaytara bilməmişdir. Lakin Elnarəyə onun pulunu qaytaracağına söz vermişdir. Onun pulunun hamısı həmin hesabda donduğu üçün Elnarədən xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə isə 400 manat borc pul istəmişdir. O, da sağ olsun onun həmin kartına bu pulları göndərmişdir. O, ondan borc alanda qısa müddətə qaytaracağını bildirsə də maddi imkanının pis olduğu üçün bunu edə bilməmişdir. Lakin qısa müddət ərzində Zərərçəkmiş şəxs7 verməli olduğu 6100 manat pulun hamsını ona qaytaracağını bildirmişdir. Bundan başqa, 2022-ci ilin oktyabr ayının əvvəlindən başlayaraq həmin ilin noyabr ayının 24-dək olan müddət ərzində Zərərçəkmiş şəxs9 Gennadiyeviç arvadı Şahid2 bank kart hesabına 4.972 manat məbləğində pul köçürtmüş və o, ona həmin pul yatrımına görə gündəlik 100 manat məbləğində pul verəcəyini vəd vermişdir. Lakin üzürlü səbəblərdən pul ödəyə bilməmişdir. Hazırda onun ona verdiyi 4.972 manat məbləğində pulu tam şəkildə ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs20 11 noyabr 2022-ci il tarixdən başlayaraq 2023-cü ilin yanvar ayının 16-dək olan müddət ərzində Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonları ərazisində bank hesab kartına köçürsə və nağd yolla hissə-hissə olmaqla cəmi 39.950 manat məbləğində pul almış və həmin məbləğ pulun qarşılığında qazanc kimi gündəlik 100 ABŞ dolları məbləğində pul verəcəyini ona vəd etmişdir. Üzürlü səbəblərdən ona verdiyi vədi icra edə bilməmişdir. Zərərçəkmiş şəxs20 ondan aldığı pulu tam şəkildə qaytaracağına söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 2022-ci ilin noyabr ayının 14-dən başlayaraq 2023-cü ilin yanvar ayının 23-dək olan müddət ərzində bank kart hesabına köçürmə yolu ilə 25.500 manat ekvivalentində 15.000 ABŞ dolları məbləğində pulu hissə-hissə olmaqla almış və ona gündəlik olaraq 100 manat yatırtdığı pul vəsaitinə görə pul verəcəyini vəd vermişdir. Lakin üzrlü səbəblərdən ona cəmi 9000 manat pulu qazanc kimi hissə-hissə ödəsə də, lakin qalan məbləği qaytara bilməmişdir. O, yaxın vaxtlarda Zərərçəkmiş şəxs3 pulu tam şəkildə ödəyəcəyini bildirmişdir. Bundan başqa, X4 edəcəyi pul yatırımına görə qazanc kimi ona gündəlik 100 manat məbləğində pul verəcəyinə söz vermiş və ondan 2022-ci ilin noyabr ayının 16-dan başlayaraq həmin ilin noyabr ayının 21-dək olan müddət ərzində bank hesab kartına köçürmə yolu ilə 1340 manat məbləğində pul göndərmişdir, həmin pulu almış, lakin üzürlü səbəblərə görə Gülməmmədova Memikə verdiyi vədə əməl edə bilməmişdir. Memik Gülməmmədovaya 1340 manat pulun yaxın vaxtlarda tam şəkildə ödəyəciyinə söz verdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 etdiyi pul yatırımına görə hər ay ona müvafiq məbləğdə pulu qazanc verəcəyinə söz vermiş və ondan 2022-ci ilin 24 noyabr ayı tarixindən 12.600 ABŞ dolları məbləğində nağd şəkildə pul almışdır, müəyyən səbəblər görə həmin məbləğ pulu ona vaxtında ödəyə bilməmişdir. Hazırda onun pulunun tam şəkildə ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 ona 2022-ci ilin noyabr ayının 14-dən 2023-cü ilin yanvar ayına kimi olan müddət ərzində Bakı şəhəri Səbayıl, Nəsimi və Nərimanov rayonları ərazisində hissə-hissə olmaqla onun bank hesab kartına köçürmə və nağd olaraq ümumilikdə 6100 ABŞ dolları məbləğində pul vermişdir, ona həmin pul vəsaitinin yatırımına görə gündəlik 100 manat məbləğində pul verəcəyini vəd etmişdir. Lakin işində yaranmış problemlərə görə Zərərçəkmiş şəxs5 pul ödənişi edə bilməmişdir. Çox qısa zamanda Zərərçəkmiş şəxs5 6100 ABŞ dolları məbləğində pulu qaytaracağına söz vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 gündəlik qazanc kimi 100 manat pul ödəyəcəyini vəd vermiş və ondan 17 noyabr 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Sabunçu rayonundan onun kart hesabına göndərilmiş 4000 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. Həmin məbləğ pulu o, yaxın vaxtlarda Zərərçəkmiş şəxs10 ödəcəyinə söz verdiyini bildirmişdir. Bundan başqa, X37 gündəlik olaraq qasanc kimi 100 manat verəcəyini vəd vermiş və ondan 16 noyabr 2022-ci il tarixdən həmin ilin dekabr ayının 1-dək olan müddət ərzində hissə-hissə olmaqla ondan 4420 manat məbləğində pulu hesab kartına köçürməklə almış və ona 1200 manat məbləğində pul ödənişi etmişdir. Lakin işində yaranmış problemlərlə bağlı ona pulu vəsaitini ödəyə bilməmişdir. Bundan başqa, X38 gündəlik 100 manat qazanc ödəmək şərti ilə ondan hissə-hissə olmaqla 17 noyabr 2022-ci il tarixdən həmin ilin noyabr ayının 3-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə onun bank hesab kartına köçürdülmüş 3740 manat pulu almışdır. Lakin işində yaranmış problemlərə görə ona pul ödənişi edə bilməmişdir. Əliyeva Mominatdan almış olduğu pul vəsaitini tam şəkildə yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 Nazım qızına gündəlik olaraq 100 manat ödəmək şərti ilə ondan 1700 manat məbləğində pul almış, həmin pulu onun kart hesabına Zərnişan tərəfindən köçürülmüşdür. Hazırda onun pulunu tam şəkildə ödəməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 gündəlik 100 manat qazanc ödəmək şərti ilə ondan 11.900 manat məbləğində pul almış, həmin pulu hissə-hissə olmaqla 2022-ci ilin dekabr ayının 30-dan 2023-cü ilin yanvar ayının 15-dək olan müddət ərzində bank kart hesabına köçürməklə almışdır. Hazırda onun pulunu tam şəkildə ödədiyini bildirmişdir. Bundan başqa X39 gündəlik 100 manat məbləğində qazanc verəcəyini vəd vermiş, ondan 2022-ci ilin noyabr ayının 27-dən 2023-cü ilin may ayının 29dək olan müddət ərzində 3500 ABŞ dolları məbləğində pul almış və hazırda onun pulunu tam şəkildə ödəmişdir. Onda olan bank kartı arvadı Şahid2 adına olmuş, o, həmin kartdan pul vəsaitlərinin köçürülməsində istifadə etmişdir. Həmin kartı onun xahişi ilə arvadı ona vermişdir. Qeyd etdiyi üzürlü səbəb və işdə yaranmış problemlər, onun Qazaxstan Respublikasında pul vəsaitləri banklarda bloklanmış, ona görə də çıxılmaz vəziyyətə düşmüş və ödənişləri vaxtında edə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 2022ci ilin ilin noyabr ayının əvvəllərindən həmin ayın 27 tarixədək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu ərazisində hissə-hissə olmaqla arvadı Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 4690 manat məbləğində pul almışdır və onun pulunu maddi vəziyyəti ilə bağlı ödəyə bilməmişdir. Söz verir ki, yaxın vaxtlarda Zərərçəkmiş şəxs11 4690 manat məbləğində pulunu tam qaytaracaq. Bundan başqa, Zərərçəkmiş şəxs18 2022-cü ilin noyabr ayında Astara şəhəri “Emanat” ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla üç dəfəyə bank hesab kartına köçürtdüyü ümumilikdə 5.400 manat pul vəsaitini almış və ona cəmi 500 manat məbləğində qazanc pul vermişdir. Onun da pulunu yaxın vaxtlarda tam şəkildə ödəyəcək. X14 2023-cü ilin yanvar ayının 21-də Emanat ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğində pulu arvadı Şahid2 hesab kartına köçürməklə almış və həmin məbləğ pulu ona qaytarmağa söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs10 17 noyabr 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla bank hesab kartına köçürtdüyü ümunilikdə 6.800 manat pul vəsaitini almışdır, yaxın vaxtlarda onun pulunu tam şəkildə ödəyəcək. Zərərçəkmiş şəxs22 2022-ci ilin noyabr ayının 27-dən 2023-cü ilin aprel ayının 4-dək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonunda 15.650 manat deyil, cəmi 12.150 manat pulu hissə-hissə köçürmə və nağd olaraq almış və ona Almaniyadan göndərilmiş 12 evro və 1700 manat pulu ona vermişdir, beləliklə də ona borcu qalmamışdır. Zərərçəkmiş şəxs22 tam yalan danışır. Bundan başqa, Zərərçəkmiş şəxs14 Mugbil oğlundan 2023-cü ilin fevral ayınının 18-dən həmin ilin sentyabr ayının 11-dək olan müddət ərzində Bakı şəhəri, Yasamal, Sabunçu, Nəsimi rayonlarının ərazisində nağd olaraq ona və arvadı Şahid2 bank hesab kartına 18.950 manat pul, sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 11-də bank hesab kartına köçürtmüş, 300 manat məbləğində, ümumilikdə hissə-hissə olmaqla 19.250 manat pul vəsaitini borc olaraq almışdır, bu barədə borc müqaviləsi bağlamışdır, aralarında müqaviləni imzalamışlar. O, ondan həmin pulu yatrım etmək adı ilə almamış və ona qazanc verəcəyini deməmişdir. Borc müqaviləsinin işə əlavə edilmişdir. Zərərçəkmiş şəxs14 ona qarşı düz ifadə verməmişdir. O, üzləşmə zamanı aralarında borc pul aldığını ona bir daha bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs23 tanıyır, 2022-ci ilin avqust ayınından 2023-cu ilin avqust ayın əvvələrinədək olan müddət ərzində Gəncə şəhəri Şahsevənlər küçəsi 1-ci döngə yerləşən ödəmə terminalı vasitəsi ilə və yaşadığı ünvan 13 ünvandan Şahid2 bank hesab kartına hissə-hissə olmaqla ümumilikdə 30.100 manat məbləğində pul vəsaitini göndərməsi həqiqət deyil və belə ki, o, ondan göstərdiyi məbləğdə pulu almamışdır. Onlar birlikdə investisiya yatırımı ilə məşğul olmuşlar. Onun Zərərçəkmiş şəxs23 heç bir məbləğdə borcu olmamışdır. O, ona qarşı yalan ifadə verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs15 2022-ci ilin noyabr ayının 19-da Emanat ödəmə terminalı vasitəsi ilə 1700 manat məbləğində Şahid2 hesab kartına köçürülmüş pul vəsaitini almış və ona heç bir məbləğdə pul qaytarmamışdır. Zərərçəkmiş şəxs15 aldığı pulu tam şəkildə qaytaracağına dair söz verir. Bundan başqa, Zərərçəkmiş şəxs17 2022-ci ilin noyabr ayının əvvəlindən həmin ilin dekabr ayının əvvəlinədək olan müddət ərzində “Emanat” ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 12.200 manat pul vəsaitini almışdır, imkanı olmadığına görə pulu qaytara bilməmişdir. Onun pulunu tam şəkildə qaytaracağına dair söz verir. Bundan başqa, Zərərçəkmiş şəxs21 2022-ci ilin ilin noyabr ayının 19-dan həmin ayın 27 tarixədək olan müddət ərzində Şahid2 bank hesab kartına köçürtdüyü ümumilikdə 3230 manat məbləğində pul vəsaitini almış və ona heç bir məbləğdə pul ödəməmişdir, qısa bir zaman kəsiyində Zərərçəkmiş şəxs21 pulunu tam şəkildə ödəyəcək. Zərərçəkmiş şəxs16 2022-cü ilin noyabr ayının 22-dən həmin ayın 27dək olan müddət ərzində Emanat ödəmə terminalı vasitəsi ilə Şahid2 hesab kartına hissəhissə olmaqala köçürtdüyü ümumilikdə 6800 manat pul vəsaitini almış və ona 700 manat məbləğində pul ödəmişdir. Yaxın vaxtlarda onun pulunu tam şəkildə qaytaracaq. Bundan başqa, Zərərçəkmiş şəxs13 tanıyır, onun göstərdiyi ümumilikdə 52.555 manat məbləğində pul vəsaitini ondan almamışdır, aldığı pulları ona tam şəkildə qaytarmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Nazım qızı ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayı idi, təqsirləndirilən şəxsi tanımırdı, sosial şəbəkələrin birində "xxxx" adı ilə tanınırdı. Rayonda olduğu üçün sonuncunun özünə zəng etmişdir, telefonla görüşmüşlər. Belə bir şeyin qarşısına çıxdığını bildirib işinin nə olduğunu soruşmuşdur. Shafkyat demişdir ki, 1700 manat qoyacaqsınız günə 100 manat götürəcəksiniz. Onu qrupa dəvət etmiş, qrupda baxmışdır. Sonra o, özünə pulu bankdan götürdüyünü bildirərək, itki, ziyanın olub-olmamasını soruşmuşdur. Shafkyat ona ziyan olmayacağını, gündəlik pul alacağını, bu sistem bağlansa belə qoyduğu ana pulun olduğu kimi qalacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının 1-i yatırım etmişdir, Vüsalə xanım köməkçisi idi, Vüsalə xanımla danışıb Shafkyatın kartına 1700 manat pul yatırım etmişdir. Dekabr ayının 1-i yatırım etmişdir, 2-i sistem bağlanmışdır. Onun bir manat belə xeyri olmamışdır. Sonra yanvar ayında təqsirləndirilən şəxsə pulunun nə olduğunu, ordan bir manat da xeyrinin olmadığını yazmışdır. Heç bir şey istəmədiyini, onun qoyduğu məbləğin geri qaytarılmasını istəmiş, banka verməli olduğunu, çünki üstünə faiz gəldiyini bildirmişdir. Shafkyat bu dəqiqə imkanı olmadığını, 1-2 aya pulu qaytaracağını demişdir. Shafkyatin özü ilə əlaqə saxlamışdır, sonuncu “gedin şikayət edin, nə istəyirsiz edin, sizin pulunuzu ödəyən deyilik” demişdir. Sonra 300 manat pulu karta atmışdır, 1400 manat qalmışdır. Onun təqsirləndirilən şəxslə şəxsi qərəzliyi yoxdur, tutulmağını istəməz, ziyanını ödəsin şikayətini geri götürəcək. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şirkət barədə məlumat instaqramda "xxxx" adı ilə qarşısına çıxmışdır, nömrə qoyulmuşdu, ordan nömrəni götürüb şəxsin özünə zəng etmiş, telefonla danışmışlar. Birinci dəfə Shafkyatın özü ilə danışmışdır. Ona 1700 - 1000 dollar qoyacağını, günə 100 manat göturəcəyini, sistem bağlansa belə qoyduğu 1700 manatı geri qaytaracağını demişdir. O, ayın 1-i pulu qoymuşdur, ayın 2-i sistem bağlanmışdır, yəni pul verilməmişdir. Vüsalə xanım köməkçisi idi, yəni pulları paylayan Vüsalə xanımdır. Pul yatırana qədər Vüsalə xanımı tanımamış, ilk dəfə Shafkyatın özünü tanımışdır, pulu da özü kartına köçürmüşdür, sadəcə qrupa girəndə, qrupda bilmişdir ki, Shafkyat Vüsalə xanıma pulları ötürür, sonuncu da camaatın kartına 100 manat, 100 manat pul vurur. 300 manat pulu Shafkyat özü ona göndərdi, o, sonuncuya uşağının xəstə olduğunu, heç olmasa 300-400 manat köməklik etməsini yazmışdır. Təqsirləndirilən şəxs 300 manat atdığını, qalanını da verəcəyini demişdir, amma vermədi. O, sonuncuya çox zəng etmiş, axırda şikayət etmişdir. Şikayət etmək istəmədiyini demişdir, yəni Zaqataladan bura gəlirlər, yol uzaqdır, onlara xoş deyil gəlibgetmək, körpə uşaqları var. Shafkyat pulu vermədiyini, gedib şikayət etmələrini, şikayət etdiklərinə görə pullarının ödənməyəcəyini demişdir. Shafkyat dedi treyd edir, qrupa girin, qrupda görün 1700 manat, 1700 manatdan çox pul qoyublar, o pula uyğun pul vurulub. Yəni 1700 manat 100 manat pul verilir. O, treyd dedikdə nə nəzərdə tutulduğunu bilmir, sadəcə eşitmişdir ki, treyd edirlər. İlk dəfə qoşulmuşdur, başına belə oyunlar gəlmişdir. Ofisdə olmamışdır, Shafkyat özü ofisinə onu çağırmışdır, məktəbdə işlədiyini, gələ bilmədiyini bildirmişdir. Gəlməyə ehtiyac olmadığını deyib sözünə inanmışdır. Vüsalə xanım ona heç bir vəd verməyib, o, ancaq Shafkyatın özü ilə danışmışdır, özü də təsdiqləmişdir. 1700 manat ziyandan 300 manatı Shafkyat ödəyib, 1400 manatı ödəsə şikayəti geri götürəcək. Şikayətçidir, heç bir sözünə inanmır. Təqsirləndirilən şəxs cavandır, tutulmasını istəməz, pullarını ödəsin, şikayətlərini götürüb getsinlər. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial şəbəkədən tanımış, daha sonra whatsapp sosial şəbəkəsi vasitəsi ilə sonuncu ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs 3740 manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağını və pullarının geri ödəniləcəyini bildirsə də ödəməmişdir. O, Təqsirləndirilən şəxs pulları verdikdən 1-2 gün sonra ona pulu qazandığı sayıtın bağlandığını bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin puldan hər hansı məbləğ geri qaytarmamışdır. Ona vurulan zərərin ödənilməsini tələb edir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki,Təqsirləndirilən şəxs pulları kartdan karta köçürmə yolu ilə 2 dəfəyə 3740 manat ödəmişdir. Təqsirləndirilən şəxs həmin məbləğdən ona heç bir ödəniş geri qaytarmamışdır. Təqsirləndirilən şəxs verdiyi pulların hamısını tələb edir. Sosial şəbəkədən ona qrupa daxil olmaq üçün link atmışlar. O da həmin link vasitəsilə qrupa daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsidə yazıb hər hansı problemin yaranacağını soruşmuşdur və sonuncu da hər hansı problemin olmayacağını, pullarının qaydasında ödəniləcəyini bildirmişdir. Bu danışıqları mesajlaşma formasında whatsapp sosial şəbəkəsi vasitəsilə olmuşdur. O, Təqsirləndirilən şəxs özünü Nərimanov RPİ-də görmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir və ona vurulan zərərin ödənilməsini tələb edir. Məhkəmənin çıxış mərhələsi zamanı Təqsirləndirilən şəxs zərərini ödədiyi təqdirdə şikayətçi olmadığını, zərərini ödəməsə cəzasını çəkməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə instagram sosial şəbəkəsində “X72” adlı hesab vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs öz fəaliyyətini dövlət qeydiyyatına alınan MMC formasında şirkət olaraq və 100% zəmanətlə, pulun itirilməməsi qarantiyası ilə həyata keçirdiyini bildirmişdi. Bu şirkətin birjada hərrac etdiyini və bu hərrac vasitəsi ilə həm özünün, həm də digər insanların pul qazanacağını bildirmişdi. Təqsirləndirilən şəxs yatırım edilən hər 1000 ABŞ dolları üçün günlük 100 AZN, yatırılan hər 1000 AZN üçün 50 AZN qazanc əldə edildiyini bildirirdi. Daha kiçik məbləğlərlə yatırım şərtləri də var idi, amma o, yüksək məbləğlər yatırmışdır. O, tək yaşayırdı və az yaşlı övladı var. Evi yoxdur və ev almağa çox ehtiyacı var. AZTV-də işləyir və əmək haqqı olduqca aşağıdır. Banklara kredit borcu olduğundan 1 il, 5 ay olar ki, aldığı əmək haqqı həmin borclara çıxılır. Təqsirləndirilən şəxs bu fəaliyyətini fürsət bilib o da yatırım adı ilə sonuncuya 1700 manat məbləğdə pul ödəmişdir. İnstagramdakı qeyd etdiyi səhifədən keçid edərkən whatsapp sosial şəbəkəsində söhbət qrupu açılırdı və o da həmin qrupa əlavə edilmişdir. Qrupda müxtəlif şəxslərə gündəlik 100-150 manat məbləğində pullar göndərildiyini görmüş və düşünmüşdür ki, bu qazanaraq başqalarına da qazandırır. Belə olduqda, bunun bir fürsət olduğunu və daha artıq məbləğdə yatırımlar etməyi düşünmüşdür. Azər-türk Bank, Unibank, Kapital Bank, Bank of Baku və başqa banklardan əmək haqqına uyğun kreditlər əldə edib, hissə-hissə, əvvəlcə 1000 ABŞ dolları, sonra daha yüksək məbləğlər isə Təqsirləndirilən şəxs vermişdir. Qeyd etdiyi məbləğləri Təqsirləndirilən şəxs həmin vaxtı birlikdə yaşadığı, lakin, rəsmi nikahı olmadığı Firuzə xanımın Unibank və Kapital Bank kartlarına göndərmişdir. Whatsapp sosial şəbəkəsində olan söhbət qrupunda tanıdığı şəxslər də həmin hesaba pullar ödəyirdi. 1000 ABŞ dollar yatırıma görə həftənin bazar günü istisna digər hər günündə ona 100 manat qazanc göndərirdi. Lakin, qazanc kimi göndərdiyi həmin məbləğləri çətinliklə, günün sonlarında, gecə saatlarında göndərirdi. Təqsirləndirilən şəxs Whatsapp qrupunda olan bir xanımı özünə köməkçi seçmişdi və onlara qazanc kimi göndəriləcək pulları əvvəlcə həmin xanıma göndərdi və həmin xanım da onlara göndərirdi. İlk başlarda 100 manat məbləği qazanc kimi göndərirdi. Lakin, Təqsirləndirilən şəxs başqalarından aldığı pullardan onlara göndərirmiş və Təqsirləndirilən şəxs hər hansısa şirkəti olmamışdır. xx.xx.2022-ci il tarixinədək 10 min ABŞ dollar pulu yatırım kimi Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qazanc kimi ona qaytardığı məbləğləri toplayıb yenə də yatırım olaraq sonuncuya qaytarmışdır. xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs özünün toy məclisinin olacağını və birjada hərrac edib çox pul çəkdiyini, həmin pullarda problem olduğunu bildirib qazancları 2022-ci ilin dekabr ayında verəcəyini bildirmişdir. Belə olduqda Whatsapp qrupunda ilk şikayətlər başlamışdır. Təqsirləndirilən şəxs toy məclisinin olacağını və pul qazana bilmədiyini bildirib ondan yatırımlarını artırmağını təklif etmişdir. 2800 manat məbləğində bankdan kredit əldə etmişdir. Yaxın tanışı Lombarda qızıllarını qoyub onun üçün 3000 manat pul götürmüşdür. Beləliklə, 5800 manat pulu əldə edib Təqsirləndirilən şəxs toy məclisi üçün kömək məqsədi ilə və həmin məbləği yatırım olaraq ona vermişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında yenidən qazanclar əldə edəcəklərini bildirdiyindən qeyd etdiyi məbləği ona vermişdir. Dekabr ayı keçmiş və Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında qazanclarını qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında hesabının bağlandığını və buna görə pul qazana bilmədiyini, yeni hesab açıb onların pullarını qaytarmaq üçün sonuncuya pul verməli olduqlarını bildirmişdir. 2023-cü ilin yanvar ayında 1000 ABŞ dolları pulu Firuzə xanımın kartına göndərmişdir. Təqsirləndirilən şəxs özünü, anasını, keçmiş vəkilini evinə dəvət etmiş və yaşadığı evi görmüşlər. Az yaşlı övladının olduğunu, bankarla kredit borclarının olduğu barədə Təqsirləndirilən şəxs məlumatı var. Daha sonra Təqsirləndirilən şəxs qazanc kimi göndərəcəyi pulları ancaq ABŞ-da qeydiyyatda olan bank kartlarına göndərə biləcəyini bildirmişdir. ABŞ-da yaşayan rəfiqəsinin kart hesabını Təqsirləndirilən şəxs vermişdir və sonuncu həmin kart hesabına 8 min ABŞ dolları məbləğində pul köçürmüşdür. Həmin vaxtlarda Bakı Apellyasiya Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində iş aparılırdı. Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu Firuzə xanımla onun yaşadığı mənzilə gələrək ondan rəfiqəsinin kart hesabına köçürülən 8 min ABŞ dolları haqqında ərizə yazmağını istəmişdir. Belə ki, ərizə həmin pul məbləğinin onun və rəfiqəsinin arasında olan məsələdən ibarət olduğu barəsində olmuşdur. Təqsirləndirilən şəxs bu ərizə ilə Bakı Apellyasiya Məhkəməsindəki işini həll etmişdir. Bundan sonra rəfiqəsinin kartına köçürdüyü 8 min ABŞ dollar məbləğindəki pulu geri çəkmişdir. Təqsirləndirilən şəxs nə etdiyini soruşduqda, sonuncu cavabında pulları bu gün göndərəcəyini, axşam göndərəcəyini bildirib onu aldatmışdır. Təqsirləndirilən şəxs ona barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçildikdən sonra 1000 manat, onu polis orqanlarına şikayət edərkən müstəntiqin yanında 500 manat, polis orqanlarına şikayət etməmişdən əvvəl isə 2000 manat pul qaytarmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qaytaracağı pul məbləği cəmi 25 500 manatdır. Təqsirləndirilən şəxs ona barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçildikdən sonra 1000 manat, sonuncunu polis orqanlarına şikayət edərkən müstəntiqin yanında 500 manat, polis orqanlarına şikayət etməmişdən əvvəl isə 2000 manat pul qaytarmışdır. Həmçinin Təqsirləndirilən şəxs ona gəlir kimi verdiyi pulları Təqsirləndirilən şəxs özünə yatırım kimi qaytarıb vermişdir. Təqsirləndirilən şəxs İnstagram sosial şəbəkəsində istifadə etdiyi “X72” adlı hesabı özü tapmışdır. Təqsirləndirilən şəxs Tiflisi prospektində, ASK plazanın 5-ci mərtəbəsində ofisi var idi və ora gedərkən qeyd olunan bu işləri ilə bağlı, MMC kimi fəaliyyət göstərdiyini sübut edən möhürlü sənədlər təqdim edirdi. Təqsirləndirilən şəxs həmin ofisi yalnız qeyd etdiyi işlər üçün istifadə etdiyini bilmir. Təqsirləndirilən şəxs həmin ofisdə tək olurdu. Dəhlizdə bir neçə nəfər xanımlar görmüşdü, lakin, həmin xanımların Təqsirləndirilən şəxs ilə birlikdə işlədiyini bilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdə 1000 ABŞ dolları yatırım edib, günlük 100 manat qazanc əldə etmək barədə hər hansı qeyd olmamışdır. İfadəsində qeyd etdiyi qrup Whatsapp sosial şəbəkəsində idi. Təqsirləndirilən şəxs həmin qrupa insanlara pul göndərdiyinə dair qəbzin şəkillərini göndərirdi və hər kəs həvəslənirdi. Təqsirləndirilən şəxs razılaşdığı insanlara 2023-cü ilin fevral ayınadək bu işləri aparacağını, həmin ayda sonuncuya lazım olan məbləği tamamlayıb bu işi dayandıracağını bildirirdi. 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs pul məbləğləri göndərmişdir. Təqsirləndirilən şəxs yatırım üçün verdiyi pullar qarşılığında sonuncunun ona gəlir kimi verdiyi pulları yığıb yenidən yatırım kimi Təqsirləndirilən şəxs özünə qaytarmışdır. Təqsirləndirilən şəxs göndərdiyi pulları Firuzə xanımın kart hesabına köçürürdü. Təqsirləndirilən şəxs verdiyi pulların qəbzi onda olmasa da sonuncu ilə yazışmalarda həmin məbləğlər qeyd olunmuşdur. Təqsirləndirilən şəxs göndərdiyi pullardan 6700 manat məbləği nağd olaraq, digər məbləğləri isə Firuzə xanımın kart hesablarına köçürmüşdür. Təqsirləndirilən şəxs əvvəllərdə 50-100 manat məbləğdə pulları gəlir kimi ona ödəyirdi. Təqsirləndirilən şəxs bu pulları birjada hərrac edib qazandığını bildirirdi. Lakin, sonradan Qazaxıstan Respublikasında qanuni olan, onların ölkəsində isə qanunun icazə vermədiyi "xxxx" adlı oyunla qumar oynamışdır. Təqsirləndirilən şəxs MMC formasında şirkət olaraq fəaliyyət göstərdiyini və həmin şirkətin pul itirmə təhlükəsinin heç olmadığı barədə sənədlər təqdim etmişdi. Həmçinin sonuncunun Whatsapp və İnstagram sosial şəbəkələrində yerləşdirdiyi elanlarda 100% zəmanət ilə və halal yolla pul qazanması barədə paylaşımlar edirdi. Onların Təqsirləndirilən şəxs yatırım kimi verdikləri pulların itirilmə təhlükəsi zərrə qədər olmadığı barədə Təqsirləndirilən şəxs təminat vermişdi. Təqsirləndirilən şəxs qanuni fəaliyyət göstərən MMC formasında şirkət olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs ancaq maddi gəlirlərlə bağlı vəd vermişdir. Sonuncu tərəfindən başqa hər hansı vəd olmamışdır. Təqsirləndirilən şəxs özünün toy məclisi üçün pul məbləğini borc olaraq istəmişdi. O da sonuncuya həmin məbləği borc olaraq deyil, yatırım kimi vermişdi. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş zərərin ödənilməsini istəyir. Ona dəymiş zərər 25500 manatdır. Lakin, 7 min manatdan keçir, 18 min ödəməyi kifayət edir. Ona dəymiş zərər 25500 manat olmuşdur. Təqsirləndirilən şəxs ödədiyi pullara aid qəbzlər yoxdur. Lakin, whatsapp mesajlarında həmin ödənişləri etməyi öz əksini tapır. Təqsirləndirilən şəxs ödənişləri ilkin olaraq 2022-ci ilin noyabr ayında ödəməyə başlamışdır və sonuncu olaraq 2023-cü ilin yanvar ayında pul ödəmişdir. Təqsirləndirilən şəxs ödədiyi hər 1000 manata görə bazar günü çıxmaqla hər gün üçün 100 manat qazanc əldə etməyi vəd etmişdir. O, Təqsirləndirilən şəxs ilk başlarda ödəniş etdikdən iki həftə ərzində ona vəd etdiyi günlük qazancı verirdi. Ona görə 25 min manat zərərdən 7 min manatın çıxılaraq ziyanının ödənilməsini bildirir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə tanış olduğu zaman sonuncu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanda yerləşən "ASK" Plazanın, səhv etmirsə, 4-cü mərtəbəsində işlətdiyi ofisində işləyirdi və ona demişdi ki, vətəndaşı olduğu Qazaxıstan Respublikasında olarkən, "Binanse Trade" adlı birjada özünə hesab açmışdır, Bakı şəhərində "xxxx" MMC adlı şirkət qurmuşdur və burada şəxslərdən müəyyən məbləğdə pul vəsaitlərini götürüb öz adından birjaya yerləşdirir, sonra hər 1.000 ABŞ dolları məbləğdə pula görə gündəlik 100 manat məbləğdə pul ödəyir, "maya" pul isə, öz yerində qalır və istənilən vaxt pul sahibi öz “maya" pulunu götürə bilər. Whatsap qrupuna günlük 100 manat qazancların ödənilməsi ilə bağlı qəbzlər göndərilirdi. Whatsap qrupunda tanışı Vəfa adlı xanım da vardı. Vəfa ilə əlaqə saxlamış və Təqsirləndirilən şəxs işlədiyi ofisə getmişlər. Təqsirləndirilən şəxs kompüterdə "Binanse Trade" adlı birjaya məxsus cədvəlləri göstərmişdir. Həmin birjalar haqqında soruşduqda hazırda izah edə bilməyəcəyini, toy məclisi edəcəyini və məşğul olduğunu, daha sonra izah edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qurduğu iş ona sərfəli gəldiyi üçün o, sonuncunun təklifi ilə razılaşmışdır və ilkin olaraq 1000 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs təqdim etdikləri pulların 100 faiz qarantlı olmaqla itirilməyəcəyini bildirmişdi. Belə olduqda, 24 noyabr 2022-ci il tarixdə özünə məxsus avtomobilini Lombarda girov qoyaraq, tanışı “Vəfa” adlı xanımla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanda yerləşən "ASK" Plazada icarəyə götürdüyü ofisində Təqsirləndirilən şəxs 12.000 manat məbləğdə pul vəsaitini vermişdir. Təqsirləndirilən şəxs pulları dollarla qəbul etdiyini və 12 000 manat məbləğində puldan 100 manat qaytarmaqla cəmi 7 000 ABŞ dolları məbləğində (11 900 manat) qəbul etdiyini bildirmişdir. Beləliklə, o, əvvəlcə 1000 ABŞ dolları məbləğində, daha sonra 7000 ABŞ dolları məbləğində pulları vermişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 7000 ABŞ dollarına görə ona günlük qazanc kimi qaytaracağı pulları həftədə bir dəfə verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs da bununla razılaşmışdır. 25 noyabr 2022-ci il tarixdə Tovuz rayonuna getmişdir və orada atası qəfil rəhmətə getdiyinə görə bir həftə Tovuz rayonunda qalaraq, yas mərasimi ilə məşğul olmuşdur. Bir həftə sonra o, Təqsirləndirilən şəxs tərəfindən onun hesabına heç bir məbləğdə pul vəsaiti köçürülmədiyini görüb sonuncu ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs zəng etmiş və irad bildirmişdir. Ondan 4 gün sonra Firuzə adlı xanımın adından onun hesabına 200 manat məbləğində pul göndərilmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Qazaxıstan vətəndaşı olduğundan, guya sonuncunun "Binance Trade" birjası Qazaxıstanda qeydiyyatdan keçib və orada problem yaranmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, 14 gün ərzində hər bir günün qazancları hesablanılmaqla bütün məbləğlər ödəniləcək. O, Bakı şəhərinə qayıdanda Təqsirləndirilən şəxs yanına getmişdir, avtomobilinin kredit ödənişinin yaxınlaşdığını, atasının ehsanı üçün pulun lazım olduğunu bildirmişdir. Sonuncu ona 1000 manat pul vermişdir. Bundan sonra yenə də Təqsirləndirilən şəxs onun hesabına hər hansı məbləğ köçürməmişdir. Aradan bir müddət keçmiş və Təqsirləndirilən şəxs toyu olmuşdur. Artıq 2022-ci ilin dekabr ayının sonlarında Whatsap qrupunda olan hər kəs şikayətlənməyə başlamışdır. 22 dekabr 2022-ci il tarixdə 2000 manat ona və 2000 manat Vəfa xanıma qazanc kimi ödənilmişdir. Həmçinin, qrupda olan şəxslərə də müəyyən məbləğlər ödəmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Qazaxıstanda bu iş bağlıdır və müraciət etmişlər, 07 yanvar 2023-cü il tarixdə yenidən açılacaq və pulları çıxaracaqlar. Təqsirləndirilən şəxs qeyd etdiyi tarix də keçmiş və yenə də ondan bir xəbər gəlməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Whatsap qrupuna bukmeyker yazışmalarını göndərmişdir. Onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, bukmeyker binansda olmayan, mərc oyunlarında olan bir anlayışdır. Qrupda olan şəxslər bundan sonra oyanmış və bunun nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs tennis.az saytında oyun oynayıb pul qazandığını bildirmişdir. Təqsirləndirilən şəxs anasının Qazaxıstana getdiyini, orada bank işçisi olduğunu və sonuncunun adına 8500 ABŞ dolları bağlanmayan borcu qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, anası həmin borc məbləğini bağlayıb, hesabında olan 40 000 ABŞ dollarını götürəcək və anası həmin məbləği götürənə qədər onlara pullarını ödəyəcək. Təqsirləndirilən şəxs anasının nömrəsini almışdır və sonuncu ilə danışmışlar. Təqsirləndirilən şəxs anası oğlunun dediyini təsdiqləmişdir və əlavə olaraq bildirmişdir ki, onların Qazaxıstanda 600 000 manat pulu var, iki vəkillə müqavilə bağlamışlar ki, həmin pulları oradan çıxarsınlar. Təqsirləndirilən şəxs anası bildirmişdir ki, həmin pulları 12 fevral 2023-cü il tarixdə çıxarasıdırlar və həmin məbləğin 300 000 manatı vəkillərə, 300 000 manatı isə ona qalacaq. Təqsirləndirilən şəxs anası bildirmişdir ki, bütün pullar ödəniləcək və hər hansı bir şəxsə borclu qalmayacaqlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, yenidən həmin oyuna yatırım edilsə oyun açılar və yenə də pul qazanmağa davam edər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, 10 000 manat məbləğində pul yatırılsa günə 2000 manat pul qazanmaq mümkün olar. Onlar yenidən müəyyən məbləğlər hazırlayıb Təqsirləndirilən şəxs vermişlər. Məhsəti xanım 3000 ABŞ dolları, o da 4000 ABŞ dolları hazırlayıb Təqsirləndirilən şəxs vermişlər ki, anası gedib banka olan 8500 ABŞ dolları məbləğində borcunu bağlasın. Təqsirləndirilən şəxs anası onlara bankın qabağında olması ilə bağlı şəkil atmışdır. Daha sonra onlar hər hansı məbləğin ödənilmədiyini və Təqsirləndirilən şəxs və anasının yalan danışdığını görmüşlər. 03 fevral 2023-cü il tarixində polis orqanına Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də cinayət işi açılmışdır və Təqsirləndirilən şəxs həbs etmişlər. Səbail Rayon Məhkəməsində hakim ondan Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı məbləğdə pul qaytarıldığını soruşmuşdur və o, Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pulu ona qaytarmadığını bildirmişdir. Həmin vaxtadək Təqsirləndirilən şəxs ümumilikdə 8000 və 4000 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs işi Səbail RPİ-də olanda sonuncu bildirmişdir ki, hesabında bir milyon manatdan çox pul var və həmin pulları ancaq Almaniya və ABŞ-da olan taksit kartlarına göndərə bilər. Məhsəti xanımın oğlu ABŞ-da yaşadığından sonuncunun kart məlumatlarını təqdim etmişdir. Məhsəti xanım iki gün sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs verdiyi pulların faizləri ilə birlikdə 5100 manat həmin karta pul göndərmişdir. Daha sonra məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs həmin karta göndərdiyi pullar saxtadır, qırmızı rəngdə görsənir, hesaba tam olaraq yerləşmir və 3 gün sonra silinir. Məhsəti xanımın oğlu kartdan pulun silindiyini görsə də Məhsəti xanımın özünə bildirməmişdir. Təqsirləndirilən şəxs Məhsəti xanımdan bir neçə xarici ölkələrə aid kart məlumatları almışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində 7 nəfər ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə razılıq versə də o, razı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsinə razılıq verməyi üçün Səbail RPİdə olarkən Təqsirləndirilən şəxs qaynatası vəkili ilə birlikdə ona 5000 manat məbləğində pul vermişlər. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs azadlığa buraxılmış və iki gün sonra Məhsəti xanım onun unibank kartına 1700 manat məbləğində pul göndərmiş və Təqsirləndirilən şəxs oğlunun hesabına göndərdiyini bildirmişdir. Bunun üzərindən bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs qaynanası onunla əlaqə saxlayaraq iki həftə ərzində bütün pulların ödəniləcəyini bildirmişdir. Lakin, ondan sonra hər hansı məbləğdə pul ödənilməmişdir. Təqsirləndirilən şəxs ona cəmi 6700 manat məbləğində pul qaytarmışdır. Daha sonra Rahib adlı bir şəxs onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs təcridxanadan otaq yoldaşı olduğunu, Təqsirləndirilən şəxs bir həftə ərzində bütün pulları qaytaracağını bildirmiş və şikayətini geri götürməyini xahiş etmişdir. O, sonuncudan dəfələrlə dəqiq ödəniləcəyi barədə söz almışdır və söz vermişdir ki, bütün pulları ödəyəcək. O da notariat ofisinə gedib hər hansı şikayət və tələbinin olmadığı barədə ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü, anası, onunla əlaqə saxlayan Rahib adlı şəxs onunla əlaqə saxlamamışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona ümumilikdə 20400 (iyirmi min dörd yüz) manat zərər vurmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə həmin məbləğdən 1000 manat və 2000 manat qazanc kimi ona ödəmişdir. Təqsirləndirilən şəxs daha sonra 5000 və 1700 manat qaytarmışdır. Təqsirləndirilən şəxs ona cəmi 13700 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs 13700 manat məbləğ pulu qaytarmaq üçün onunla hər hansı danışıq aparmamış və əksinə, bütün pulları ödədiyini bildirib ona qeyri-etik ifadələr ünvanlamışdır. Bütün bu qeyd etdikləri Whatsap yazışmalarında öz əksini tapmışdır. Təqsirləndirilən şəxs qara “Niva” markalı avtomobillə aparılıb döydürülməsi barədə bildirdikləri yalandır. O, Təqsirləndirilən şəxs 1000 ABŞ dolları verdikdə sonuncu hər hansı hesab açmadı. Əlavə olaraq Qazaxıstan vətəndaşı olsa adına hesab açıla bildiyini qeyd etdi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 1000 manat verdikdən sonra sonuncu ona xx.xx.2022-ci il tarixədək günlük 100 manat ödəyirdi. Həmin pulları ona Vüsalə adlı xanım unibank kartına göndərirdi. xx.xx.2022-ci il tarixdən sonra Təqsirləndirilən şəxs tərəfindən yalnız bir dəfə kartına 200 manat pul göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ödənilən pulların təxmini məbləği 800 manat təşkil edir. Təqsirləndirilən şəxs 7000 ABŞ dolları məbləğində puldan ona hər hansı günlük ödənişlər etməmişdir. Təqsirləndirilən şəxs 7000 ABŞ dolları məbləğində puldan 1000 manat və 2000 manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxs pulların itirilmə ehtimalının olmadığını bildirdiyinə görə o da həmin məbləğləri sonuncuya güvənib ödəmişdir. Təqsirləndirilən şəxs ona “keçmisən B variantına” kimi yazdığı mesajın mənası guya başqa şəxslərin vasitəsi ilə pulunu geri almağa çalışmağıdır. Təqsirləndirilən şəxs Ruhid adlı bildirdiyi şəxs ondan bir həftə vaxt verməyini və Təqsirləndirilən şəxs onun pullarını qaytaracağını bildirdiyi şəxsdir. “heyif ki sənin kimi insanlar var onun yanında” mesajını Təqsirləndirilən şəxs ona yazmışdır. Təqsirləndirilən şəxs Ruhid adlı şəxsin vasitəsi ilə şikayətini geri qaytarmağını xahiş edib və o, şikayətini geri götürdükdən sonra ona bu mesajları göndərmişdir. O, guya başqa şəxslərdən Təqsirləndirilən şəxs pulunu almağını xahiş etmişdir. Təqsirləndirilən şəxs Ruhid adlı şəxsin vasitəsilə onun şikayətini götürməyini xahiş etmişdir. O, şikayətini geri götürdükdən sonra Təqsirləndirilən şəxs ona “Ruhid xahiş etsə belə mən pulu sənə verməyəcəm” yazmışdır. Məhkəməyə təqdim etdiyi materiallardan başqa pul məsələləri ilə bağlı Təqsirləndirilən şəxsla aralarında olan hər hansı yazışmalar olmamışdır. Təqsirləndirilən şəxs ona ödədiyi 1000 manat və digər xırda pulların bank çıxarışları ondadır. Lakin, Təqsirləndirilən şəxs verdiyi 13600 manat pulun geri ödənilməsi ilə bağlı ona hər hansı qəbz göndərməmişdir. O, Təqsirləndirilən şəxs cəmi 20 400 manat pul vermişdir. Təqsirləndirilən şəxs barəsində polis orqanlarına şikayət etməmişdən əvvəl sonuncu ona 600 manat, 1000 manat, 2000 manat vermiş və Təqsirləndirilən şəxs barəsində polis orqanlarına şikayət etdikdən sonra ona 5000 manat və 1 700 manat məbləğində pul qaytarmışdır. Beləliklə, hazırda Təqsirləndirilən şəxs ona qalan cəmi borcu 13 700 manat təşkil edir. İbtidai istintaq dövründə ikinci dəfə dindirilən zaman Təqsirləndirilən şəxs ona qaytardığı pulları bildirmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və 13 700 manat məbləğində pulunu tələb edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hissə-hissə 40.000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə 1000 ABŞ dolları vermişdir. Oyunların gedişində Təqsirləndirilən şəxs ona ümumilikdə 4500-5000 manat pul qaytarmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Teymur Əliyevdə bağça müdirəsi işləyirdi. O, yaşadığı ev tərəflərdə Təqsirləndirilən şəxs 11.600 manat və daha sonra 6700 manat pul vermişdir. O, ilk dəfə Təqsirləndirilən şəxs 1000 ABŞ dolları vermişdir. Təqsirləndirilən şəxs ümumi oyunun gedişatında ona 4500 manat pul vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə ona 35.000 manat verməlidir. O, Təqsirləndirilən şəxs 1 ay ərzində 40.000 manat vermişdir. Təqsirləndirilən şəxs ona 1 ay ərzində 3500 manat pul verdi, daha sonra 1000 manat verdi. O, “Whatsapp” qrupu vasitəsilə Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. O, ilk dəfə Az Plazada yerləşən ofisdə Təqsirləndirilən şəxsla görüşüb sonuncuya 1000 ABŞ dolları vermişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və 30.000 manat ödəməsini tələb edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla o, 2022-ci ilin dekabr ayında tanış olmuşdur və sonuncu həyata keçirtdiyi real elektron sistem üzərindən vəsait yatırım qəbul etdiyini bildirmişdir. Aylıq qazanc verdiyini söyləmişdir. Məsələn yatırılmış yatırımın 50% miqdarında ilkin olaraq, sonra da 40% miqdarında yatırım edəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayının 30-da o, sonuncuya «E-manat» elektron sistem vasitəsi ilə 6.800 manat məbləğində pul vəsaitini təqdim etdiyi karta mədaxil etmişdir. Sonradan o, 2023-cü ilin yanvar ayında həmin sistemdə problem olduğunu bildirmiş və yanvar ayının 16-sı ona 2000 manat ödəniş etmişdir, halbuki ilk ay üçün ona 3400 manat ödəniş edəcəyini bildirmişdir. 2000 manatını ödəmiş və 1400 manatı sistem üzərində nasazlıq olduğundan yaxın zamanlarda ödəyəcəyini bildirmişdir. Daha sonra yanvar ayının 16-da ondan 3000 ABŞ dolları məbləğində, milli valyutaya nisbətdə 5100 pul istəmiş, o da həmin pul vəsaitini «Merkuriy» bank olmayan kredit təşkilatından kredit yolu ilə əldə edərək 16 yanvar 2023cü il tarixdə şəxsə ödəmişdir. Şəxs onu yatırım kimi nəzərə alacağını bildirmiş, yararlanacağını demiş və bu dəfəki yatırıma görə də aylıq 5100 manat verəcəyini söyləmişdir. Lakin şəxs ilk dəfə yanvar ayında 2000 manatı ödədiyi vaxtda, şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, sonra özünün qohumları, yaxınları onlarla əlaqə saxlamışdır və həbs qətimkan tədbirinin əvəz olunması ilə bağlı birlikdə qərardan apellyasiya şikayəti verəcəklərini bildirmişlər və onlardan etiraz etməməklərini xahiş etmişlər. Ev dustaqlığına çıxsa, ödənişləri edəcəyini bildirmişlər. İlk növbədə də onun ödənişinin icrasına çalışacaqlarını demişlər. O, özü şəxsə çox köməklik etmişdir, digər zərərçəkənlərin qarşısında öhdəlik götürüb onlara borcun ödənilməsinə zamin durmuşdur, Shafkyatın yaxşı insan olduğunu, borcları ödəyəcəyini, vəziyyətinin qəlizləşdiyini, ödəmə qabiliyyətinin azaldığını bildirmişdir. Həqiqətən də onun təqsirləndirilən şəxsə münasibəti adekvat olub. Sonradan müəyyən proseslər getdi və artıq etimad azalmağa başladı. O, həmişə xoşməramlı danışmışdır. Dəfələrlə Shafkyata problemi varsa da yavaş-yavaş, hissə-hissə ödəməsini demişdir. Hər dəfə də sabah olacaq, birisi gün olacaq demişdir. Ona bir dəfə ödəniş edib, həbs qətimkan tədbiri ev dustaqlığı əvəz olundandan sonra ona 1000 manat pul ödəniş etmişdir. Onun verdiyi vəsait 7000 ABŞ dolları olmuşdur. Onun məqsədi odur ki, adam iş görür pul qazanır və ona pul qazandırır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, heç bir ödəniş olmamışdır. 2022-ci ildə Vüsalə xanım tanış edib dedi ki, Shafkyatdır, özü də sonuncunu tanıyır, işi var, qazanc verir. Nömrəsini Vüsalə xanım verib. Pulu Shafkyatın kart nömrəsinə mədaxil etmişdir. Ona sistem üzərindən qazanc əldə etdiyini demişdir. Açığı ona Vüsalə xanım onun həqiqətən də gəlir əldə etdiyini, neçə nəfərə ödənişləri etdiyini bildirmişdir. O, sistemlə tanış deyil, amma inanıb etimad göstərmişdir. Vüsalə xanım Shafkyatın yaxını olduğunu, işi bildiyini demişdir. Onun da məqsədi qazanıb və ona xeyir verməsi idi. Adını bilmirdi, qəti məlumatı yoxdur. Onun sistemə qoşulmaq imkanı yox idi. Heç ümumiyyətlə sistemin nə olduğunu bilmirdi, sadəcə adama inanmışdı. Onu tanış edən şəxs Vüsalə xanım Shafkyatın işlədiyini, proqram vasitəsini istifadə edib gəlir də əldə etdiyini, qazanc verdiyini demişdir. Vüsalə yoldaşı ilə rəfiqə olduğundan sonuncunun sözünə inanmışdır. Ona bir dəfə 2000 manat verib, bir dəfə 1000 manat verib. Bu proses 5100 manata qədər olan prosesdir. Ümumilikdə Shafkyata o, 12.900 manat pul vermişdir. Qaytardığı 3000 manat pulu qazanc kimi qiymətləndirir. Onun əsas məsələsi pulu ödəməsidir. Ortada Vüsalə xanım var, yoldaşı ilə rəfiqədir. Məqsəd odur ki, sistemdir, deyir orda çəngəllərdir, burda qazanc əldə edir. Bu sistemdir və bir neçə adam təsdiq etdilər ki, həqiqətən də verdiyin pulun 40-50%ni verir. O da inanıb vermişdir. Hal-hazırda ziyan ödənilməmişdir, verdiyi 3000 manat pul da qazanc kimi qiymətləndirir. Barışıq yoxdur. Cəza hissəsini o, məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs ilə “İnstagram” adlı tətbiq vasitəsilə tanış olmuşlar. Təqsirləndirilən şəxs “İnstagram” adlı tətbiqdə “X72” adlı elektron səhifədə binance tradelə bağlı elanlar vermişdir. Onun bu məsələ ilə bağlı çox anlayışı olmasa da, elektron səhifə diqqətini cəlb etdimişdir. Təqsirləndirilən şəxs onlara əvvəlcədən yatırım qarşılığında müəyyən faizlər əldə olunmasını və yatırım etdikləri pulların batmayacağını bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs onların yatırım etdikləri pulları xarici ölkədə mərcə qoyduğunu bilmirdi. Təqsirləndirilən şəxs çox inandırıcı danışdığından o, sonuncuya inanmışdır və 4420 manat pul yatırım etmişdir. O, Təqsirləndirilən şəxs sonuncu dəfə 2022-ci ilin noyabrın axırında pul vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi pul onun yatırımdan qazandığı puldur. Təqsirləndirilən şəxs dəfələrlə onu təhqir edərək hədə-qorxu gəlmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs binance trade edirlər sözlərinə inanaraq yatırım edib gəlir əldə edəcəyini düşünürdü. Təqsirləndirilən şəxs onlara gündəlik yatırım etdikləri pulun standart faizi miqdarında gəlir əldə edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs ilk 10 gün ərzində əldə etdiyi gəlirləri ona ödəyirdi. Bir müddət keçdikdən sonra gecikmələr başlamışdır. O, “İnstagram” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs köməkçisi Vüsalə xanımla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs “whatsapp” qrupu vasitəsilə onlarla əlaqə saxlayırdı. O, binance trade məsələsini “İnstagram” tətbiqindəki elandan görmüşdür. Təqsirləndirilən şəxs köməkçisinin “X72” şirkəti haqqında verdiyi məlumatlarla “İnstagram” tətbiqində qeyd olunan məlumatlar üst-üstə düşürdü. O, Təqsirləndirilən şəxs barədə ilk dəfə şikayəti 2022-ci il dekabr ayında vermişdir. “Whatsapp” qrupunu idarə edən və onları məlumatlandıran Təqsirləndirilən şəxs olmuşdur. O, yatırım etdiyi pulları təqsirləndirilən şəxsin arvadı İ.Firuzənin bank kartına köçürürdü. O, Təqsirləndirilən şəxs 3420 manat ödəməsini tələb edir. Təqsirləndirilən şəxs anası ona 1000 manat ödəmişdir. Lakin, yerdə qalan 3420 manat pulu ödəyəcəyini bildirsə də, ödəməmişdir. Təqsirləndirilən şəxs ona 1000 manat vermişdir, lakin o, 1000 manatın üzərinə 700 manat qoyub sonuncuya geri qaytarmışdır. O, qazanc əldə edəcəyini düşünərək Təqsirləndirilən şəxs şirkətinə yatırım etmişdir. O, yatırım etdikləri pulları Təqsirləndirilən şəxs mərcə yatırdığını bilmirdi. O, təqsirləndirilən şəxsdən 3420 manat ödəməsini tələb edir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur və sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 Qennadyeviç ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxsla aralarında pulla bağlı mübahisə olmuşdur. Lakin, Təqsirləndirilən şəxs ilk dəfə azadlığa buraxıldıqdan sonra ona qaytarılacaq pulu tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ondan başqa bir neçə şəxsin də pullarını qaytarmışdır. Təqsirləndirilən şəxs azadlıqda olsa zərərçəkmiş şəxslərə qaytarılacaq pulları ödəyə biləcəyini düşünür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ödədiyi pullar borc kimi deyil, qazanc əldə etməklə bağlı olmuşdur. Təqsirləndirilən şəxs pulları verdikdən sonra ilk başlarda işlər yolunda getmişdir, amma daha sonra hər hansı problemlər olmuşdur. O, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında pulu vermişdir. Təqsirləndirilən şəxs da 2023-cü ilin iyul ayında pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs xüsusilə onun pulunu qaytarmasına səbəb həmin ərəfələrdə yalnız xaricdən pul köçürmələrini həyata keçirə bilməsidir. Təqsirləndirilən şəxs həmin ərəfələrdə ondan bank rekvizitlərini istəmiş və onun İBAN hesabı pul köçürməsi üçün uyğun olmuş və sonuncu da pulunu həmin hesaba köçürmüşdür. Təqsirləndirilən şəxsla hər 3 min dollara görə günlük 50-100 dollar qazancla bağlı razılaşmışlar. Təqsirləndirilən şəxs ilkin pulu ödəyəndən 4-5 gün sonra gecikmələr olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" adlı oyunla pullar qazandığını ona bildirmişdir. Həmin oyun Qazaxıstanda qanuni olsa da Azərbaycandə qadağandır. Onun Qazaxıstan saytına daxil olub oynaya bilməməyinə səbəb isə Qazaxıstanda rezitentinin olmamasıdır. 4-5 gün sonra həmin "xxxx" oyunun sistemində problem olmuş və sistem dayanmışdır. Belə olduqda Təqsirləndirilən şəxs vəd etdiyi pulları ona verə bilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmışdır. Sonda Təqsirləndirilən şəxs ondan bank rekvizitlərini istəmiş və o da sonuncuya həmin rekvizitləri təqdim etmişdir. Təqsirləndirilən şəxs da bank hesabına pulu köçürmüş və məsələ yekunlaşmışdır. Təqsirləndirilən şəxs verdiyi pulların məbləği tam dəqiq bilmir, amma 4 min dollar təşkil etməli idi. S.Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Onun özü də tennis oyunundan istifadə etmişdir. Lakin, o, istifadə edəndə həmin oyuna yerləşdirdiyi pullar bloklanmamışdır. Təqsirləndirilən şəxs pulları verdikdən sonra sonuncunun onun pulları ilə tennis oyununda hansısa əməliyyat etdiyinə şahid olmamışdır. Lakin, Təqsirləndirilən şəxs pulları verməmişdən əvvəl, sonuncu tennis oyununda 30 manatlıq əməliyyat edib 35 manat gəlir əldə etmiş və onun kartına həmin pulu köçürmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs inanıb pulları sonuncuya vermişdir. Təqsirləndirilən şəxs verdiyi pulları "xxxx" oyununa yatırması ilə bağlı ona telefonda qəbz təqdim etmişdi və həmin qəbzdə Təqsirləndirilən şəxs verdiyi pul məbləğlərinin hamısının köçürüldüyü əks olunmuşdur. İbtidai istintaq dövründə ifadə verməmişdir. Səbail Pİ-nə dəvət olunmuşdur və həmin vaxtı Təqsirləndirilən şəxs onun pullarını qaytarmamışdı. Daha sonra Nərimanov Pİ-nə dəvət olunmuşdur və imzalamağı üçün ona bir çox sənədlər təqdim olunmuşdur. O, həmin sənədləri imzalasa da polis əməkdaşlarına Təqsirləndirilən şəxs onun pullarını qaytardığını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr və ya noyabr ayından tanıyır. Həmin vaxtdan əvvəl Təqsirləndirilən şəxsla heç bir tanışlıq və əlaqəsi olmamışdır. Ruhulla və Ramin adlı şəxsin əlaqələndirməsi ilə Təqsirləndirilən şəxsla görüşüb sonuncunu tanımışdır. Təqsirləndirilən şəxsla ilk dəfə Nizami rayon, Qara Qarayev prospekti ərazisində görüşmüşlər və ilkin olaraq sonuncuya 1000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra qazancların olduğunu gördükdə 2-3 gün sonra Təqsirləndirilən şəxsla yenidən görüşüb 2000 ABŞ dolları bir dəfə, 3000 ABŞ dolları məblğində pulu də bir dəfə vermişdir. Təqsirləndirilən şəxs "xxxx" oyununu həyata keçirən zaman sonuncunu görməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, yəqin ki, ibtidai istintaq dövründəki ifadəni toplu olaraq yazıblar və o, oxumamışdır. Hazırda məhkəmə istintaqında verdiyi ifadəsi daha doğrudur. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onun pullarını tam olaraq ödəyib və sonuncu ilə barışmışdır. Növbəti məhkəmə iclaslarında iştirak etmək istəmir. Məhkəmənin çıxış mərhələsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə zərərini ödədiyi təqdirdə azadlığa buraxılmağını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsdən şikayətçi deyil, şikayətini geri götürmüşdür. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona 5800 manat ziyan dəyib. 5800 manatdan ona 2500 manat pul ödənilib. Əməliyyat olunmağı ilə bağlı məcburiyyətdən şikayətini geri götürmüşdür. Əlavə 500 manat pulun verilməsi söz verilmişdir, amma ödəniş olunmadı. Məcburiyyətdən şikayətini geri götürmüşdür. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, barışmışdır. Təqsirləndirilən şəxsə cəza təyin olunacağı təqdirdə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, dəqiq bütün tarixlər yadında deyil, orada məbləğlər qeyd olunmuşdur. Verilən məbləğin müqabilində iş görüləcəkdi və faiz əldə olunacaqdı. 15600 manat məbləğində pul verilmişdir. 1000 dollar da başqa şəxsə verilmişdi, o geri qayıtmışdı, lakin digər məbləğ geri qayıtmamışdı. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ramin adında bir yoldaş var idi, sonuncunun vasitəsilə öncə 1000 dollar atmışdır. Birbaşa təqsirləndirilən şəxsə yox, Raminə atmışdır. Ramin daha sonra həmin məbləği təqsirləndirilən şəxsə yönləndirmişdir. Ümumilikdə 15600 məbləğində pul atmışdır. O, təqsirləndirilən şəxsin tutulmasını arzulamır. Onun istəyi odur ki, təqsirləndirilən şəxs azadlığa buraxılsın və insanların pulunu geri qaytarsın. Pulu fərqli üsullarla, nağd, əldən-ələ, terminal vasitəsilə, telefondan atmışlar. Öncə Ramin ona zəng etmişdir ki, belə bir məsələ var, o da razılaşmışdır. Həmin vaxt o, rayonda idi, burda deyildi. Raminin kartına pulu atmışdır, sonuncu da təqsirləndirilən şəxsin kart hesabına yönləndirmişdir. Oyun "xxxx" oyunu idi, Ramin özü də pul yatırmışdı, amma nə qədər məbləğdə yatırdığını bilmir. Onların təqsirləndirilən şəxlə münasibətləri pis deyildi, normal münasibətləri var idi. Onu arxayın etmişdilər ki, pulun batma ehtimalı sıfıra bərabərdir. Onlar ofisdə görüşüb söhbət etmişlər. “Whatsapp” qrupuna qoşulmuşdur, amma hansı dövrdə qoşulduğu tam olaraq yadında deyil. Nağd formasında pulu təqsirləndirilən şəxsə vermişdir. Təqsirləndirilən şəxs ona vəd vermişdi ki, pulun batma ehtimalı sıfıra bərabərdir. Az müddət sonra məlum oldu ki, yatırılan pullar dondurulub. Necə bir dondurulma olduğu ilə bağlı heç bir məlumat verilmirdi. Pulunun geri qaytarılmasını tələb edir. Şəxsin azadlıqdan məhrum olunmasını arzulamır, bunun tərəfdarı deyil, çünki sonuncunun azyaşlı övladı var. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs sistemi ilə bir xanımın vasitəsilə tanış olmuşdur. Həmin xanım da, bu sistem haqqında məlumatı sosial şəbəkədən əldə etmişdir. Həmin xanım onun bu işlərdən yaxşı anlayışının olduğunu, məsləhət verməyi üçün ondan sonuncu ilə getməyi xahiş etmişdir. Əslində o, həmin xanımla getmək istəmirdi, amma çox israr etdikdən sonra o, sonuncu ilə razılaşmış və təklifini qəbul etmişdir. Həmin vaxt ASK Plazada Təqsirləndirilən şəxs özü ilə tanış olmuşlar və sonuncu ona təklif etdiyi sistemi göstərmişdir. Təqsirləndirilən şəxsin təqdim etdiyi sistemlə əvvəlcədən tanış idi. Qardaşından çox onun bu sistemlə bağlı anlayışı var idi. Bu sistem “vilka” adlanır. Mərc oyunlarında elə bir sistem var ki, həmin sistemlər də uduzmaq şansı olmur. “Vilka”lar haqqında o qədər də məlumatı yox idi. Sadəcə mərc oyunları sistemini biraz bildiyinə görə, Təqsirləndirilən şəxs ona 2 ədəd iskodun olduğunu və 2-indən birinin qazandığını izah etmişdir. Hər iki halda əmsallara görə, hansı tərəfin qazanmağından asılı olmayaraq qazanc var idi. Onun bu işin dəqiqliyinə inancı tam idi, ona görə də qazanc əldə etmək üçün bu işə qatılmışdır. Belə işlərlə məşğul olan bəzi fırıldaqçılar bu işlərdən yalandan ayda 100% qazanc verəcəklərini deyirdilər. Bununla bağlı bəzi şəxslər ondan yığıb belə bir sistemin doğruluğunu öyrənirdilər. O da cavab olaraq həmin adamların nə ilə məşğul olduğunu, onların heç bir qazanc mənbəyinin olmadığını deyirdi. Təqsirləndirilən şəxs isə onlardan fərqli olaraq, qazanc mənbəyinin olduğunu düşündü. Bir müddət Təqsirləndirilən şəxs ona müəyyən məbləğ ödəniş etmişdir. Ondan qabaq bəzi şəxslər qoşulduqları sistəmlə bağlı bir müddət pul qazanmışlar. Onda isə onlardan fərqli olaraq qısa müddət ərzində ona ödəniş olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsla aralarında problemlər yaşanmış və sonuncu ödəniş edə bilmədiyini, gözləməli olduqlarını demişdir. Gözləməkləri uzun çəkmiş və bu məsələ məhkəməyə kimi gəlib çıxmışdır. Yaxın müddət ərzində də Təqsirləndirilən şəxs ona və qardaşına dəymiş ziyanı ödədiyindən, sonuncu barəsində heç bir şikayətləri yoxdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bəzən dostundan da götürdüyü borcun hesabına Təqsirləndirilən şəxs cəmi 4700 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılan ana qədər ona müəyyən məbləğdə ödəniş olunmuşdu, amma ödənişin miqdarı yadında deyil. Bu ərəfələrdə isə ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun hal-hazırda başqa istəyi yoxdur, çünki tək istəyi pullarının ona qaytarılması idi. Həmin problem də artıq həll olunmuşdur. Onlar bu ödənişi öz hesablarına etmirdilər. Məbləği sistemin sirrlərini bilən Təqsirləndirilən şəxs hesabına göndərirdilər ki, sonuncu hesaba köçürtdükləri pulları işlədib daha çox gəlir əldə etsin və onlara pullarını geri qaytarsın. Ona əslində şirkət deyə bilməzlər, səhv etmirsə, hansısa Qazaxıstan Respublikası hüdudlarında fəaliyyət göstərən bir şirkət idi. Kontorun düzü heç bir fərqi yoxdur, əsas ordan gəlir götürmək olsun. O bu sistemə bir çox adamın pul yolladığını bilirdi, amma onların dəqiq kimlər olduğunu bilmirdi. Ümumi məbləğə hamı ödəniş edirdi ki, pul qazansınlar. Bu ümumi atılan ödənişlər isə Təqsirləndirilən şəxs öz hesabına daxil olurdu. Onu dəqiq bilmir, ola bilsin ki, hər bir şəxs bir neçə hesab aça bilər. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilib, heç bir şikayət tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o bu məsələni qardaşı vasitəsilə öyrənmişdir. O, qardaşı ilə danışmış və sonuncu bu məsələni ona ətraflı başa salmışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə də görüşmüş və sonuncu ilə bu barədə danışmışlar, ona aydınlıq vermişdir. Bu prosessin necə həyata keçirildiyini təqsirləndirilən şəxs ona ətraflı başa salmışdır. Beləliklə, o da bu işdə iştirak etməyə qərar vermişdir. Ona göndərilən karta 1000 manat ödəniş etmişdir. 3 gün sonra ona 150 manat ödəniş olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona karta ödəniş etdiyi 1000 manatdan 850 manatı ödənilməmişdir. Təqsirləndirilən şəxs səhv etmirsə, ona gündəlik 50 manat şəklində ödəniş edəcəyini vəd etmişdir. Uzun müddət keçəndən sonra, qardaşı ona Təqsirləndirilən şəxs yanına getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs nə zənglərə, nə də mesajlarına cavab verirdi. O bu prosesə mərc məqsədi ilə girmişdir, ancaq mərcin əsl mahiyyətini nə olduğunu bilmirdi. Təqsirləndirilən şəxs ona işin mahiyyətini izah etmişdi, amma indi unutmuşdur. Sonradan qalan 850 manatı Təqsirləndirilən şəxs onun xəbəri olmadan qardaşına qaytarmışdır. Ona da Təqsirləndirilən şəxs 1000 manatdan qalan 150 manatı isə özünə qaytarmışdır. Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam ödənilib, sonuncu barəsində heç bir şikayət tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Shafkyatla onu Musa tanış etmişdir. Sonra pul məsələsi olmuş, onların şirkətlə bağlı pul köçürmə məsələsi olmuşdur. Ona görə Shafkyata pul vermişlər. Hissə-hissə vermişlər, amma pulun hamısını vermişlər. Sonra qəbzlər onlara gəlib, qəbzlər beşinci gün axşam onlara gəlib, altı-bazar olduğuna görə qəbzlərdə göstərilir. Musa onları Shafkyat ilə tanış etmişdir. Pul orda vurulacaqdı. Pul vurulması zamanı onlara depozit verməliydilər ki, pul gəlib onlara çıxsın. Həmin gün müqavilələr bağlanır, həmin axşam bütün qəbzlər onlara gəlir. Hamısı işin içində var. Pul gəlir çıxır, beşinci gün axşam qəbzlər yoxlanılır, axşam gəlir onlara çıxır. Bundan sonra onlar Shafkyata hissə-hissə pul verirlər. Ümumi Shafkyata 52.500 manat pul verilmişdir. Ondan 5000 manat bir, 4000 manat bir və 2000 manat da bir yoldaşının kartına vurulur, qalanı da əlbəəl verilib. Bundan sonra Shafkyat telefonlara çıxmamış, məsələ bağlanmışdır. Sonra Shafkyatı tapa bilməmişlər, qəbzlər saxta çıxmışdır. Orda Almaniyadan bir adam var, guya pul onun hesabından gəlib çıxacaq, amma yoxlamışlar ki, heç nə yoxdur. Bundan sonra araşdırma olmuşdur. Sonra Shafkyat gedib ondan şikayət etmişdir ki, güya onun sonuncuya borcu var. 300 min, ya 500 min, dəqiq xatırlamır. Bu məsələ Səbail rayonunda olub. Bundan sonra onu Səbail rayon Polis İdarəsindən müstəntiq çağırmışdı. Gedib ora sənədini vermiş, onun borcu olmadığını demişdir. Əgər belə söhbət varsa onları üzləşdirməsini istəmişdir. Sonra üzləşmə olmuş, hamısı danışmışlar, sonra da araşdırmışlar. Amma o, şikayət ərizəsi verməmişdir. Shafkyat ondan şikayət vermişdir, güya onun sonuncuya borcu var. Sonra orda araşdırılmış və sübuta yetirilmişdir ki, Shafkyat onlardan pulu alıb, aldadıb. Amma Səbail rayon polis idarəsində ona hissə-hissə pul veriblər. Nərimanov rayon Polis İdarəsində 8000 manat bir, 2000 manat bir, 3000 manat da bir, yəni hissə-hissə pulu qaytarıblar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlara dəyən ziyan 52.500 manatdır, bir də 1800 manat da onlar ziyan çəkmişlər. Cəmi 13.000 manat pul qaytarılmışdır. Qalanı qalmışdır. O, barışıq ərizəsi vermişdir. Onların hansısa xeyir, gəlir götürülməsi ilə bağlı işlərə aidiyyatı yoxdur. Ümumiyyətlə onların piramidaya aidiyyatları yoxdur. Onlar faktiki pul verirlər, onlara depozit verilir. Onlar həmin pulu çıxardır, 30%-ni götürür, qalanını rəsmi qaytarırlar. Sadəcə olaraq onlara verdikləri qəbzlərdə pul göstərilir, beşinci gün aşxam olduğuna görə, altı-bazar onlar işləmədiklərinə görə birinci gün yoxlatdırmışlar ki, sistem boşdur, yəni həmin pul yalançı puldur, görsənir, amma yoxdur. Onun istifadəsində 070 ***-**-** nömrəli telefon nömrəsi var. O, istifadə etdiyi telefonla Təqsirləndirilən şəxs şirkəti ilə whatsap üzərindən danışıqlar aparmışdır. 28 mayda onların arasında danışıqlar olub, orda ona “40.000 manat sənə vermişəm” yazılanlarını təsdiq edir. Bir ara onların arası pozuldu, sonra özü gəldi ortaya çıxdı. Həmin o hərbiçi var idi, onunla oturub danışmışlar, Shafkyat dedi ki, bu məsələni başqa cür həll edir. Əvvəlcə 5000 manatı öz evində yoldaşının kartına vurmuşdur. 40.000 manat söhbətdən sonra onu evinə dəvət etmiş, evinə getmiş 5000 manatı gəlib evində öz yoldaşının kartına vurmuşdur. Tarix yadında deyil, amma sənədlərdə qəbz var. Öz kartından pulu vurmuşdur. Verdiyi pulun şirkətinə qayıtmasında marağı pul qazanmaqdır. Onların da pul qazancı ordandır. Verildiyi pulun 30% hissəsi ona çatır. O, Shafkyata 52.500 manat pulu hissəhissə vermişdir. Ən böyük verdiyi məbləğ 17.000 manat olmuşdur. Hissə-hissə verdiyi puldan qazancı olmamışdır. Məbləğlər arasında müddətlər hamısı bir ay çəkdi, axırıncı dəfə bir az çox çəkdi. Bir həftə Shafkyatı tapa bilməmiş, sonra tapmışlar. Məsələn 100.000 manat vurulsaydı, onların ordan xərclə bir yerdə 30.000 manat xeyri olacaqdı. O, Shafkyata borc pul verməmişdir. Shafkyatın maşına borcu var idi. Shafkyatın borcu var idi. Sənədlər də vurulub. Sonuncunun bir maşını girovda olub. Girovdan çıxartmaq üçün pul verməsini, səhər onların puldan çıxılmasını demişdir. Dedi bu məbləğ vurulacaq, o da gecə 28 May metrosunun qabağında pulu vurmuşdur. Bunun videoçəkilişi də var, maşında pul aldıqları da hamısı videoçəkilişdə var. O, onlarla Nərimanovda restoranda olmuşdur. Eyyubla Shafkyat onun yanına gəlmişlər, onun qonaqları olmuşlar. Shafkyat bu gün pul verilməsə onların işinin batdığını demişdir. Ordan Mərdəkana getmişlər, orda obyekti var, ordan pul götürmüş və Shafkyata vermişdir ki, 2 gündür iş açıblar işləri batmasın deyə pulu vermişdir. Sonra 17.000 manat Nərimanovda maşında vermişdir. Bunların hamısının videosunu çıxartdırmışlar, hamısı yazılıb. 350.000 avro beşinci gün axşam oturub. Çeklər onlara gəlib. Altıncı gün və bazar günü yoxlaya bilməmişlər. Birinci gün yoxlamışlar ki, kart boşdur və rəsmi Almaniya bankından məktub almışıq ki, bu karta bu pul oturmayıb. Buna yalançı pul deyilir. Telefon nömrəsindən Shafkyat ilə aralarında yazışmalar olub. 40.000 manatdan sonra Shafkyata 12.000 manatın da verilməsini təsdiq edir, hamısının qəbzləri var. Həmin ərizəni (xx.xx.2025-ci il tarixli izahat) Müdafiəçi1 yazıb, o da qol çəkmişdir. Nə istəyirlərsə yazmalarını demişdir, ancaq Shafkyat çıxsın, uşağı var, yazıqdır. Ziddiyyətli ifadələri onunla bağlıdır ki, bir gün o, rayonda olmuşdur, Shafkyat ona zəng edib, orda söhbətləri düz gəlməmişdir. Shafkyata çıxması üçün addım atdığını bildirmiş, amma sonuncu içəridə ola-ola ona pulun hamısını verdiyini deməsini və təzədən ondan pul istəmişdir. O, Shafkyata verdiyi ərizəni gəlib cıracağını demişdir. Orda da vəkili yığmışdır, demişdir ki, “siz deyirsiz onu buraxdırın, amma o burda mənim üzümə durur ki, pulu sənə vermişəm”. Məhkəmədə verdiyi ifadəsi düzdür. Hamısının da sübutu var. Ərizəni isə uşağına görə, azadlığa çıxmasına görə yazmışdır. Shafkyatdan şikayətçi deyil. Ziyandan ona 13.000 manat pul ödənilib, qalan hissəni tələb edir. Shafkyatla aralarında borc müqaviləsi yoxdur. Shafkyat demişdi ki, “bir iş var, biz məktubu alandan sonra, güya onların dostu Shafkyatı aldadıb, ondan alıb sizə vuracam”. O da Melissa parkda bir dənə 4 otaqlı ev olduğunu, orda Musa adında adamın ona 183.000 manat borcu olduğunu, həmin evin çıxarışını verəcəyini, köçüb burda yaşamasını, Musanın ordan çıxmasını, Musaya evsiz qalmaması, gedib uşaqlarına ev tutması üçün 10.000 manat pul verməsini bildirmişdir. Onlar belə razılaşmışlar, amma Shafkyat Anarla, Maislə həmin pulu vurur. Onlar evi vermişlər. Həmin vaxt onlar görmüşlər ki, bunlar hamısı orda video çəkir, bu işi orda pozmuş, evi verməmişlər. Sonra Shafkyat həmin sənədlə onu şantaj etmişdir. O, sonuncudan heç yerə şikayət etməmişdir. O, pulu işə görə vermişdir. O, Shafkyata 100.000 manat vermişdir, onların danışıqları 100.000 manat olmuşdur. Zərərçəkmiş şəxs13 çıxışında ona dəymiş 52.100 manat ziyandan 10.000 manat təqsirləndirilən şəxsin anasına verilmiş məbləğ idi, həmin 10.000 manat məbləğ və qalan 42.100 manat məbləğin yarısı ona ödənilib, qalan məbləği Təqsirləndirilən şəxs söz verib ki, ödəyəcək, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, iki müharibə veteranıdır, qazidir, döyüşdə başından ağır zədə almışdır. Yaddaş cəhətdən ola bilər ki, nəsə yadından çıxsın. Shafkyatı yaxın dostu vasitəsi ilə tanımışdır, toyunda da iştirak etmiş, evlərində də olmuşdur. Bir gün bir yerdə oturanda Shafkyat ondan borca pul istəmiş, o da sonuncuya pul vermişdir. Onlar aralarında borc müqaviləsi bağlamışlar. Həmin şəxs Zərərçəkmiş şəxs22 da zərərçəkmiş kimi burda qeyd olunmuşdur. Sonuncu da şahid kimi həmin vərəqə qol çəkmişdir. Üç aya Shafkyat ona pulu qaytarmalı idi, elə oldu ki, həmin müddətdə həbs olundu, çıxandan sonra ailədə problemləri olduğuna görə pulu ödəyə bilmədi. Amma keçən ilin avqustsentyabr aylarında anası gətirib ona nağd şəkildə pulunu qaytardı. O da notariusda təsdiqlənmiş şəkildə arayış verdi ki, həqiqətən də Təqsirləndirilən şəxs ona borcunu tam şəkildə qaytardı. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Shafkyata 19.000 manatdan artıq borc pul vermişdir. Ziyan tam şəkildə ona ödənilmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Shafkyatla yaxın olduqları üçün sonuncunun müəyyən problemləri olduğunu bilirdi, problemlərini həll etməsinə görə pul vermişdir. Shafkyatın borcları var idi, iş görürdü, işi ilə bağlı sonuncuya zənglər gəlirdi. Kömək məqsədi ilə borc pul vermişdir, pulu qaytaracağını bilirdi, pulu tam şəkildə də qaytarmışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, elan olunan ifadəni təsdiq etmir, belə olmayıb, o, müstəntiqə aralarında borc bağladıqları barədə kağız vermişdir. Hadisə barədə də məhkəmədə danışdığı kimi danışmışdır. Orda da ifadəsində gözlərinin zəif gördüyünü qeyd etmişdir, müstəntiq oxuyub, amma belə şeylər oxumamışdır. Onun orda borc müqaviləsi bağladıqları barədə kağızı var. Ona ziyan tam şəkildə ödənilmişdir. Hazırda şikafətçi deyil. Ən yüngül cəza verilməsini xahiş edir, çünki körpə uşağı var, əgər qanun çərçivəsində ev həbsinə buraxılsa idi, yerdə qalan şəxslərin borclarını qaytarmağa imkanı olardı. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs "xxxx" şəbəkəsi üzərində onlara qazanc verəcəyini vəd etmişdi, digər yatırımçılar kimi o da pul yatırmışdı. Daha sonra Təqsirləndirilən şəxs hesabının bloklandığını, pulların içində qaldığını bildirmişdir. Bundan sonra da onlar pullarını ala bilməmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Shafkyatı sosial şəbəkədən tanımışdır. Elmar adlı şəxs var idi onu da sosial şəbəkədən tanımışdır. 1000 dollar qarşılığında ona gündəlik 100 manat xeyir verməli idi. 1000 dollar verdikdən sonra məbləği hissə-hissə artırırdı. Toplam 30.000 manat pul vermişdi. Oradan heç 2000 manat gəlir olardı-olmazdı həmin pulu da özünə qaytarmışdır ki, həmin verdiyi pulun üzərinə qoysun. Həmin puldan ona heç bir məbləğ qaytarılmamışdır. Sosial şəbəkədən tanıdığı Elmar adlı şəxs ona demişdi ki, “belə bir yatırım var, istəyirsən sən də investisiya qoy qazanc əldə edə bilərsən”. Shafkyatın üzünü istintaqda görmüşdür. Deməsinə görə Elmar özü də yatırım etmişdi. Pulları milli-ön vasitəsilə və kartdan-karta göndərirdi, istintaq zamanı bütün çekləri təqdim etmişdi. Pulu göndərdiyi kart “Firuzə” adlı xanımın adına idi, həmin xanım Shafkyatın həyat yoldaşı idi. Shafkyatdan niyə görə öz kartının olmamasını soruşmuşdur, sonuncu bura vətəndaşı olmadığına görə kart ala bilmədiyini bildirmişdir. Yatırım etdiyi şirkəti vizual olaraq görməmişdir. Shafkyat telefon vasitəsilə ofisi və sənədləri onlara göstərirdi, həmin vaxt ofisin olmasına inanırdılar. O, heç kimi bu işə cəlb etməmişdir. Sadəcə olaraq Anarın yoldaşı ondan hara yatırım etməyini soruşub, o da bu işi sonuncuya demişdir, amma ona da sistemin blokda olmasını bildirmişdir. Birinci dəfə 13.000 dollar yatırım etmişdir. Birinci yatırımla, ikinci yatırım arasında 6 ay ara olardı. 2000 manatdan az gəlir gəlib, onu da özünə qaytarmışdır. Shafkyat hər gün ödəniş etmirdi. Noyabr ayından avqusta qədər heç bir vəsait əldə etməsə də, Shafkyat sistemin bloka düşdüyünü demişdir, hamı da şikayətə gedirdi, o da Shafkyat tutulsa pullarını heç kimin verməyəcəyini demişdir. Shafkyat da onlara anasının 7-8 min dollar kredit borcu olduğunu, həmin kredit bağlansa anası 50.000 məbləğində kredit çəkə biləcəyini demişdi. Dollar və ya manat olması yadında deyil idi. Shafkyat həmin pulla sistemdə işləyib onların pulunu verəcəyini bildirmişdi, onlar da yığışıb həmin pulu ona vermişik, ona görə bu qədər müddət keçib. O, Anar müəllimi bu işə cəlb etməmişdir, onlara özünün bu işə pul yatırmağını demişdir. Anara Shafkyatın nömrəsini o, vermişdir. Shafkyatın ona verdiyi qazanc heç 2000 manat olmazdı. Ona 30.100 manat ziyan dəymişdir. Whatsap qrupunu o, açmamışdır, onlardan bir ay öncə həmin whatsap qrupu açılıb, şəxslərin yığılmasında o, təşkilatçılıq etməmişdir. İdarəçiliyi o, etməmişdir, ola bilər ki, o, kiməsə nəyisə başa salar, amma idarəetməni o, etməmişdir. Sonu 24-47 olan mobil nömrəsi hal-hazırda aktivdir. Həmin vaxtda bu nömrəni istifadə etmirdi. Əvvəlki nömrəni o, xatırlamır. Kimin adına olması yadında deyil. Yatırım etdiyi məbləğin müqabilində 2000 manatdan az vəsait əldə etmişdir, onu da özünə qaytarmışdır. Şikayətçilərdən onun kartına heç kim pul atmamışdır. Ona vurulmuş ziyan ödənilməyib, şikayətçidir. Gəlir gəlmədən ardıcıl olaraq pul göndərməyinin səbəbi o idi ki, sonuncu dəfə anasının borcunu bağlamaq üçün göndərmişlər, digərlərini isə investesiya olmadığını deyirdi, o da pul göndərirdi ki, qazanc gəlsin. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, bütün zərərçəkmiş şəxslər kimi, Zubanova etibar edərək ona 6800 manat pul vermişdir, yatırım müqabilində pul qazanacaqlarını onlara vəd etmişdir, bir müddət verdiyi vədləri tutaraq işlədiyi müddətdə 1200 manat, daha sonra 1000 manat pul qaytarmışdır. Qalan məbləğlə bağlı ona qarşı şikayət və tələbi yoxdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxsin özü ilə görüşmüşdür. Bitkoin alqı-satqısı etdiyini bildirmişdir. Hər 1000 dollara günə 100 manat qazanc verəcəkdi. 6800 manat ona ziyan dəyib, ondan 2200 manat qaytarıb. Hal-hazırda şikayət və tələbi yoxdur. Cəza təyin oluncağı təqdirdə həbslə bağlı olmayan cəza təyin olunmasını istəyir. Təqsirləndirilən şəxsin pulu "xxxx" Şirkətinə yatırdığını bilirdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Whatsapp sosial şəbəkəsində tanımadığı bir nəfər onu söhbət qrupuna əlavə etmişdir. Qrupda pul qazanclarının olduğunu görmüşdür və ehtiyacı olduğundan o da qoşulmuşdur. Həmin qrupda qəbzlər və inandırıcı məlumatlar olduğundan o da inanmışdır və müvafiq ödənişləri kartlara köçürmüşdür. Lakin, pul qazanmaq əvəzinə sayt bloklanmış və qazanmaq mümkün olmamışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyərdi. İnanır ki, Təqsirləndirilən şəxs azadlığa buraxılsa vurulan ziyanı geri qaytaracaq. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri ödəməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, amma ev dustaqlığına buraxılmasını istəyir. Təqsirləndirilən şəxs ona vurduğu zərəri bağışlamır, amma ödəyəcəyinə söz vermişdir. O, Təqsirləndirilən şəxs onun pullarını qaytaracağına inanır. Təqsirləndirilən şəxs anası ona vurulmuş zərəri ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs özü isə əvvəlcədən ona vurduğu zərəri işləyib ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs 12 200 manat pulu təxminən 2022-ci ilin noyabr, dekabr aylarında vermişdir. Təqsirləndirilən şəxs həmin puldan ona hər hansı məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu zərəri bağışlamır, amma azadlığa buraxılmasını istəyir. Təqsirləndirilən şəxs və anasını tanımırdı. Onları burada tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər görməmişdir. İlk dəfə məhkəmədə görmüşdür. Whatsappda tanımadığı bir nəfər onu söhbət qrupuna əlavə etmiş və orada insanların bu işə inandığını görüb o da qoşulmuşdur. Firuzə adlı xanımın kartına ödənişi etmişdir. Firuzə xanımla telefonda danışmamışdır. İlkin olaraq 1000 manat daha sonra da ardıcıl olaraq ödənişlər etmişdir. Firuzə xanımın adına olan kartdan başqa hər hansı karta pul köçürdüyünü xatırlamır. Təqsirləndirilən şəxsla telefonda danışmışdır və ona telefonda danışarkən ödənişləri geri qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs ilkin olaraq 1000 manat, sonra 1700 manat, ondan sonra 1010 manat və daha sonra 8500 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs həmin pullardan ona geri ödəniş etməmişdir. Təqsirləndirilən şəxs Nərgiz adlı xanımın adından 1000 manat pul ödəmişdir və sonuncu bunun qarşılığında bir neçə dəfə, hər dəfə 100 manat olmaqla ona geri ödəniş etmişdir. Təqsirləndirilən şəxs pulunun hamısını, yəni 12200 manat pul məbləğini tələb edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Whatsapp qrupların birində şəxsin treyd etdiyi qrup rastına çıxmışdır. O, qrupa daxil olmuşdur. O, qrupda olan adamların söhbətlərini bir həftə izləmiş, sonra şəxsin özünə yazmış, bu məsələ barədə soruşmuşdur. Həmin zaman onun pula çox ehtiyacı var idi. Şəxs ona instaqram səhifəsi olduğunu, ordan baxa biləcəyini, ofisinin də olduğunu bildirmişdir. O, həmin şəxsə dediyi treyd barədə anlayışının olmadığını, başa düşmədiyini, amma həqiqətən də bu ona qazanc verəcəksə, kredit götürüb onlarla işləyə biləcəyini demişdir. Şəxs ona heç bir problem olmayacağını, yazılı şəkildə izahat verib qol da çəkdiyini, pulu götürüb bir yerdə işləyəcəklərini demişdir. O, gedib 2500 manat məbləğində kredit götürmüşdür, 2500 manatdan 1700 manat atmışdır, çünki günə 100 manat verəcəkdi. Həmin puldan şəxs ona 3 gün ödəniş etmişdir. O, baxıb ödəniş etdiyini görmüşdür. Sonra orda Vüsalə xanım var idi, sonuncu ilə danışmışdır. Vüsalə xanım bu qrupda hamının pul verdiyini, ödənişlərinin də edildiyini bildirmişdir. O, Vüsalə xanıma çox böyük problemi olduğunu, gedib qızıllarını qoyaraq təzədən 5000 manatlıq kredit götürüb, 5700 manat yatırım edərək ordan günlük qazancını götürüb kreditlərini bağlamaq istədiyini demişdir. Sonuncu heç bir problem olmadığını demişdir. 3 gün ərzində şəxs ona 1700 manatdan 300 manatı ödəmişdir. Gedib ardını da götürüb şəxsən Shafkyatın öz kartına pulu atmışdır. 300 manat pulu ona ödədikdən sonra o, gedib qızıllarını qoyub 5000 manat kredit götürmüşdür. Daha sonra 5700 manat ödəniş etmişdir. Sonra oyun dayanmışdır, yatırımların batdığını demişlər. O, şəxsən özü Shafkyata zəng etmişdir, sonuncu heç bir problem olmadığını, sadəcə ödənişlərdə bir müddət oynadığını ordan çıxarışını edə bilmədiyini, çıxarışlarla bağlı problemi olduğunu demişdir. Shafkyat danışıqları ilə onu inandırmışdır, sonuncu çox səmimi danışırdı, o, gözləyəcəyini demişdir. Qrupun bir qismi şikayətə başlamışlar. O və Zərnişan xanım, ikisi şikayət etməmişlər. Özü ilə dəfələrlə danışmışdır. Shafkyata ondan şikayət etmək istəmədiyini demişdir. Ailəsində heç kəs bilmir. Məcburiyyət qarşısında bura girmişdir və başına belə oyun gəlmişdir. Əgər ödəyə bilmirsə, heç olmasa kreditlərdən çıxmağı üçün ona həftədə 100 manat, 200 manat ödəniş etməsini xahiş etmişdir, narahat olmamasını bildirmiş, lakin heç bir ödəniş olunmamışdır. Sonra o, bir də yazıb çox çətin vəziyyətdə olduğunu, uşağının xəstə olmasını, kreditləri ödəyə bilməyəcəyini bildirərək heç olmasa bu ay ona 300 manat göndərməsini demişdir. Shafkyat axşamçağı pulu atacağını demiş, amma atmamışdır. Sabahısı gün yazmış olmamışdır, sonra şikayət edəcəyini demişdir. Əslində onlardan pulu alanda ana məbləğin yerində qalacağını, bu oyun istər 5 il getsin ordan qazancını götürəcəyini, istədiyi zaman da ana məbləği ordan götürə biləcəyini demişdir. Amma nə qazancı vermiş, nə də ki, qoyduğu pulu qaytarmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2500 manat pulu o vaxtı 23 %-lə götürmüşdür. Həmin puldan 1700 manatını Shafkyata göndərmişdir. Shafkyat ona gününə 100 manat pul verəcəkdi. 1700 manat verib aya 3000 manat götürəcəkdi. 1700 manat puldan 3 günə 300 manat ödəniş etmişdir, tək ona yox, qrupda hər kəsə ödəniş edirdi. Shafkyat deyirdi treyd edirlər. Onun treyd barədə anlayışı yox idi, amma ətrafında anlayışı olanlar var idi, həqiqətən də belə bir sistem olduğunu, günə istədiyin məbləği ordan götürə biləcəyini deyirdilər. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, Shafkyatın özündən də Vüsalə xanımı soruşmuşdur, sonuncunu tanıdığını demişdir. O, qrupa girəndən sonra Vüsalə xanımdan onların fəaliyyəti barədə soruşmuş, sonuncu da şəxsin anlatdıqlarını ona anlatmışdır, həqiqətən də bu sistemin olduğunu, şirkətin, ofisin olduğunu demişdir. Amma o, pulu ona inanıb qoymamışdır. Özü də pul qoymuşdu. Ona 300 manat pulu, gündə 100 manatı Shafkyat özü göndərirdi. O, pulu Shafkyatın özünə göndərmişdi. Ona verdiyi 5700 manat puldan Shafkyatdan 5000 manatının qaytarılmasını istəyir, onun tutulmasını istəmir, şəxsi qərəzliyi yoxdur. Təqsirləndirilən şəxsdən şikafətçidir, barışıq olmayıb, verdiyi puldan 5000 manat pulunu istəyir. Ödənişi etsə ona ağır cəza verilməsini istəməz. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının əvvəllərində tanışı Ruhulla ona “X56" kontorunun fəaliyyət göstərdiyini, Təqsirləndirilən şəxs tərəfindən vhatsap qrupunda paylaşaraq 1000 manata 100 manat pul qazandırdığını bildirmişdir. Ona da, maraqlı olduğu üçün Zubanovun Yasamal rayonunda yerləşən ofisinə Ruhulla ilə bir yerdə getmişlər, orada Zubanov adlı şəxsin özü ilə görüşüb söhbət etmişlər, Zubanov ona 1000 ABŞ dolları yatırım edildiyi təqdirdə hər gün 100 manat ona pul qazancı verəcəyini izah edərək demişdir. O, da Zubanova inanmışdır, bir iki gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə Zubanovun Yasamal rayonunda yerləşən ofisində 300 ABŞ dolları və 200 manat nağd şəkildə ona vermişdir, sonra həmin yerdə mobil proqram vasitəsi ilə 480 manat pulu Zubanovun hesab kartına köçürtmüşdür. Əlavə olaraq xx.xx.2023-cü il tarixdə 1700 manat pulu Binəqədi rayonu 9-cu mikrorayon Cavadxan küçəsində yerləşən 3A saylı binanın 494 saylı mənzilində mobil proqram vasitəsi ilə onun kart hesabına köçürtmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı həmin evdə olarkən 340 manat pulu kartından onun kart hesabına atmışdır. Pulu göndərdikdən sonra təxminən iki-üç gün, təxminən 300 manata yaxın pul vermiş, sonra ödəniş etməmişdir, lakin ödəyəcəyini, ayda verilən pulun 100 faizini ödəyəcəyini demişdir, ancaq onu da etməmişdir, ona qarşı dələduzluq etmişdir. Bir neçə dəfə Zubanovla görüşmüşdür, Zubanov ona səbirli olmasını, oyunun bağlandığını, açılan kimi ödənişin olacağını bildirmişdir. Lakin bu günə kimi ödəniş etməyərək onu aldatmışdır. Zubanovun ona göndərdiyi kartın nömrəsi 4098-5844-6740- 6177 leo bank kartı və kapital banka məxsus 4169-7388-9322-4604 kart nömrəsi olmuşdur, həmin kartların Şahid2 adına olan kartlar olmuşdur. Hadisə nəticəsində 3230 manat məbləğində maddi ziyan dəymişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs internet saytında yaratdığı «X72» şirkətinə pul yatırım edərək 1000 ABŞ dollarına günə 100 manat ödəyəcəyini bildirərək bu oyuna qoşulmağı təklif etmişdir. Təxminən 1 il əvvəl sosial şəbəkədə 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxsla tanış olmuşdur, Zubanov qazanc eldə etmək üçün müəyyən paylaşımlar etmişdir. Onun etdiyi paylaşımlar onda maraq yaratdığından o, onunla mobil telefon vasitəsi ilə danışmış və qazanc əldə etmək məqsədilə onun dediyi formada 29 noyabr 2022-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospekti 57 ünvanında üç qardaş adlı marketdə millön ödəmə terminalı vasitəsi ilə 1700 manat məbləğində pul göndərmişdir. O, göndərdiyi məbləğdə, hər gün 100 manat qazanc verəcəyini Zubanov vəd versə də, onu aldatmağa başlamış, heç bir məbləğdə ona qazanc verməmişdir, 1700 manat pulunu qaytarmamışdır. Dəfələrlə onunla əlaqə saxlamaq istəsə də, o, yayınaraq gizlənmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, “Vhatsap Online” qazanc qrupunda Təqsirləndirilən şəxs paylaşdığı elan əsasında onun "xxxx" adlı qrupuna qoşulmuşdur. Qrupda “Binance» platformasında ticarət və burada yüksək məbləğdə qazandıra biləcəyini vəd etmişdir. Belə ki, hər 1000 manat investisiya qarşısında gündəlik 50 manat və həftəlik 200 dollar qarşılığında 50 manat qazanacağını vəd etmişdir. Qrupda bir həftə müşahidə etmiş, çox sayda insanların qoşulduğunu, investisiya edib gündəlik qazanc götürdüyünü bilmişdir. O, Shafkyat bəylə vhatsapla telefonla danışmış, həmin ticarətdə riskin olub-olmadığını soruşmuş, o, isə heç bir riskin olmadığını, investisiya etdiyi pulun istədiyi vaxt geri götürə biləcəyini söyləmişdir. Ancaq o, verdiyi sözə əməl etməmiş, sonra dekabrın 1-nə ödəniş edəcəyini bu vaxtında gəlib çatdığını, dekabrın 16-na qədər gözləməsini xahiş etmişdir. Bundan sonra ancaq növbəti aya möhlət istəmiş və beləliklə vədlər davam etmiş və heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ona ödəniş etməsi üçün Firuzə adlı xanımın adına olan “Kapital bank kart hesabından özünün həmin bank kart hesabından 1240 manat məbləğində ödəniş etmiş, o da qrupdakı digər şəxslər kimi ona inanmışdır. Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədikdə, o pulunu geri qaytarılmasını tələb etmiş, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış, sonradan nə mesajlarına, nə dəki telefon zənglərinə cavab verməmişdir, qrupda şikayət olunacağını bildikdə şikayət edənlərə deyil, şikayət etməyənlərə iki qat ödəniş edəcəyinə vəd etmişdir, insanları şikayətdən yayındırmağa çalışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğ ödənilməmişdir, ondan şikayətçidir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 14 noyabr 2022-ci il tarixdə «instagram» sosial şəbəkəsində "X72" adlı səhifəyə rast gəlmişdir. Orada asan yolla pul qazanmaq təklif edilmişdir. Belə ki, səhifənin və şirkətin sahibi olan Təqsirləndirilən şəxsı səhifədə olan məlumatında elanla rastlaşmış və həmin elanda - pul yatırımı edilən hər 1.000 ABŞ dolları (1.700 manat) müqabilində hər gün 100 manat qazanc verəcəyi vəd edilmişdir, hər 1.000 manat pul üçün isə gündəlik 50 manat pul təklif olunduğu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs pulu haradan qazandığını isə belə izah edərək - «Biz pulu treyd edərək, yəni ticarətə qoyaraq, qazanırıq, ponzi sistemi deyil, pulunuzu tam risksiz bizə etibar edə bilərsiniz, dövlətə vergi ödəyən rəsmi şirkətik.»- deyə qeyd olunmuşdur. Beləliklə, o, həmin səhifədə qeyd edilən «whatsapp» sosial mediada olan qrupuna qoşulmuş, həmin gün, yəni 14 noyabr 2022-ci il tarixdə yaşadığı ünvan 16 ünvanda olarkən, tanışı X25 məxsus olan və "xxxx" ASC-yə aid **********005545 bank hesabına 1.000 ABŞ dolları məbləğdə pul yatırımı etmişdir. Daha sonra yenə yaşadıgı evdə olarkən 15 noyabr 2022-ci il tarixdə tanışı X26 adına "xxxx" ASC-yə aid «Leobank» **********406177 saylı bank kartı hesabına özünə məxsus 1.000 manat pul yatırımı etmiş, həmin yatırımdan 05 gün ərzində 250 manat məbləğində qazanc pul götürmüşdür. 19 noyabr 2022-ci il tarixdə o, ilk gəliri kimi 100 manat məbləğdə pul almışdır. 20 noyabr 2022-ci il tarixdə ikinci gəliri kimi 100 manat məbləğdə pul əldə etmişdir. Sonra 25 noyabr 2022-ci il tarixdə o, əlavə olaraq Təqsirləndirilən şəxs verdiyi bank kartı hesabına 700 manat məbləğdə pul yatırım etmiş, lakin bu puldan heç bir qazanc əldə etməmişdir. Elə həmin gün, yəni 25 noyabr 2022-ci il tarixdə yaşadığı ünvan 17 ünvanda yerləşən evində olarkən, yatırım etmək məqsədi ilə "xxxx" ASC-yə aid **********224604 şifrəsi olan, Təqsirləndirilən şəxs arvadı X16 adına olan bank kartı hesabına köçürmə yolu ilə 1.000 ABŞ dolları məbləğdə pul göndərmişdir. 25 noyabr 2022 il tarixdə qızı X7 adına o, yenidən 1.000 ABŞ dolları, yəni 1.700 manat məbləğdə təkrar yatırım məqsədi ilə yaşadığı ünvan 17 ünvanda yerləşən evində olarkən, yenə Təqsirləndirilən şəxs arvadı X16 adına olan **********406177 "xxxx" ASC-yə aid «Leobank» kartına yatırım etmişdir. 29 noyabr 2022-ci il tarixdə o, yaşadığı ünvan 18 ünvanda yerləşən evində olarkən dostu X27 adına 1.000 ABŞ dolları pul yatırmışdır. 27 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iş gördüyü profilində problem olduğunu və pul çəkə bilmədiyini bildirmişdir. Bundan sonra o, heç bir məbləğdə pul yatırımını etmədən gözləməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs gündəlik «gəlir» verə bilməyəcəyini, ancaq ayın sonunda, yənı 2022-ci ilin dekabr ayının sonunda yatırım etdiyi məbləğin özü qədər gəlir verəcəyini, kim istərsə, yatırımını saxlayıb növbəti ay yenə 100% gəlir əldə edə biləcəyini, kim istəməzsə, dekabrın sonunda gəlir və yatırımı ilə birlikdə çəkib çıxa biləcəyini demişdir. O, davam etmək istədiyini demiş, lakin ay sonunda yenə Təqsirləndirilən şəxs tərəfindən heç bir məbləğdə pul ödənişi həyata keçirilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən şirkətinin «whastapp» sosial mediada qrupuna mesajlar yazaraq, birjada olan köhnə hesabı bağlı olduğu üçün yeni hesab açdığını, əgər ona 1.000 ABŞ dolları məbləğdə pul verilərsə, o, əvvəlki kimi hər gün üçün daha 100 manat deyil, 300-500 manat pul verəcəyini, borclarını qaytarılacağını təklif etmişdir. O, artıq başqa çıxış yolu görmədiyi uçun məcbur olub onun təklifı ilə razılaşmışdır. Bu məqsədlə o, 23 yanvar 2023-cü il tarixdə tanışı X11 öz adına Bakı şəhəri Nərimanov rayonu X76 küçəsi 46C ünvanında yerləşən «Bolmart» mağazasında quraşdırılmış «E-manat» ödəmə terminalından 1.000 ABŞ dolları məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs arvadı X16 adına olan "xxxx" ASC-yə aid **********224604 şifrəli bank kartı hesabına yatırım etmək məqsədi ilə köçürtmüşdür. Buna baxmayaraq, o, həmin yatırıma görə, heç bir məbləğdə pul qazancı götürə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus bütün pulların ələ keçirilmiş və ona heç bir məbləğdə pul ödənişi edilməmişdir. O, onun barəsində Yasamal RPİ-nin 27-ci Polis bölməsinə müraciət etmişdir, daha sonra Yasamal RPİ-nin İstintaq Şöbəsinə və oradan da Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona verdiyi «maya» puldan heç bir məbləğdə pul qaytarmamışdır. O, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını anladıqdan sonra adlarını göstərdiyi şəxslərə məxsus pullarını qaytarmışdır, çünki onlar yalnız onu tanımışlar və pullarını ona görə Təqsirləndirilən şəxs biznesinə yatırım etmişlər. Bu səbəbdən, o, həmin şəxslərin pullarını özlərinə qaytarmış və ziyan yalnız ona dəymişdir. Təqsirləndirilən şəxs dələduzluq cinayətləri nəticəsində ona cəmi 6.000 ABŞ dolları, yəni 10.200 manat məbləğdə maddi ziyan dəymişdir. Bundan əlavə, Shafkyat ona söz verdiyinə görə, ona qazanc kimi 24.000 ABŞ dolları, yəni 29.950 manat məbləğdə pul vəsaiti verməli idi. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsı instaqram sosial şəbəkəsində "Asia broker.az" səhifəsindən tanmışdır. O, onun mobil nömrəsinə zəng vurub danışaraq onunla görüşə getmişdir. O, ona online trade ilə məşğul olduğunu və veriləcək hər 1000 ABŞ dolları pula gündəlik 100 manat xeyir verəcəyini bildirmişdir. 2022ci ilin oktyabr ayının əvvəllərində onun icarəyə götürmüş olduğu Tbilisi prospekti ASK plaza adlanan yerdə ofisinə getmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs ona Qazaxıstan Respublikasında "Tennis” mərc sayıtının olduğunu bildirmiş, həmin sayt vasitəsi ilə işlədiyini demişdir. O, bu zaman onun vermiş olduğu vədlərə aldanmış və həmin sayta yatırım etmək istədiyini bildirmişdir. o, ona **********24604 nömrəli hesab kartı göndərmiş və o, ilkin olaraq onun kartına 500 azn sonra isə 1200 azn pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona 5 gün 100 manat pul göndərmişdir. Bundan sonra o, ona daha da inanmış və rəfiqəsi Aytacdan 3400 manat pul alaraq Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs dekabr ayına qədər ona 200 manat pul göndərmişdir, lakin sonradan saytın bloka düşdüyünü və pulu çıxarda bilmədiyini bildirmişdir. O, ondan vermiş olduğu pulunu geri istəyəndə o, müxtəlif bəhanələr gətirərək onun pulu geri qaytarmaqdan boyun qaçırtmışdır. Hətta 2023-cu ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng vuraraq əlavə 1000 manat pul istəyərək saytı bərpa etdirəcəyini və sonradan bütün pulları geri qaytaracağını vəd etmişdir. O, yenə onun dediklərinə inanmış və 1000 manat puluda onun hesabına göndərmişdir. Lakin hal-hazırkı vaxta qədər Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 6100 manat pul vermişdir, almış olduğu puldan hissə-hissə olmaqla 2022-ci ilin noyabr ayında ümumilikdə 1200 manat pulu geri qaytarmışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməsinə dair teleqram ünvanlamış, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin noyabr ayının 11-də toyları olmuş və ailə həyatı qurmuşlar. Əri Təqsirləndirilən şəxs “X73” şirkəti yaratmışdır. 4098.5844-6740-6177 nömrəli Leobanka məxsus və 4169-7388-9322-4604 nomrəli Kapital banka məxsus plastik kartları öz istifadəsi üçün almışdır. Lakin bir müddət sonra əri Təqsirləndirilən şəxs ona məxsus olan plastik kartlara ehtiyacı olduğu üçün həmin kartları ona vermişdir. Həmin plastik kartlara edilən ödənişlər barədə heç bir məlumatı olmamışdır. Kartına ödəniş etmiş Zərərçəkmiş şəxs20 xanımla tanışlığı olmamışdır, lakin onu toy olan günü toyda iştirak edən zaman görmüşdür. Aysel xanımın kartına hər hansı məbləğdə ödəniş etməsi barədə onun məlumatı olmamışdır. Zərərçəkmiş şəxs7 Fazıl qızını, X31, X5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, X40, X41, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs6 Rafıq oğlunu, X42, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs22 tanımır və onlar tərəfindən onun hesab kartına pul vəsaitlərinin köçürülməsindən və çıxarılmasından xəbərsiz olmuşdur. O, hazırda Bakı Dövlət Univerisitetinin tarix fakültəsində 3-cü kursunda təhsil alır, əri Təqsirləndirilən şəxs “X72” şirkətində gördüyü işlər barədə onun heç bir məlumatı olmamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, xx.xx.2024cü ildə vəfat etmiş məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, əvvəllər tanımadığı Təqsirləndirilən şəxsı dostu Zərərçəkmiş şəxs13 onun iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrosunun yanında milli pul vahidi ilə 3400 manat məbləğində 2000 ABŞ dollarını, 2023cü ilin may ayının 26-da Nərimanov rayonunda “Şəki restoranının yaxınlığında 1500 manat pulu əlbəl Zubanova vermişdir, daha sonra 29 may 2023-cü ildə 200 manat pulu onun bank hesab kartından Zubanovun arvadı Firuzənin bank hesab kartına köçürülmüşdür. Belə ki, həmin məbləğlərdə pulun köçürülmələrini dostu Zərərçəkmiş şəxs13 ondan xahiş etdiyinə görə o, pulu köçürtmüşdür. Sonradan həmin məbləğ pulları Namiqlə hesablaşaraq almışdır. Həmin məbləğ pulu Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs verməkdə məqsədi öz aralarında olan işləri ilə bağlı olmuşdur, lakin dəqiq təfərrüatı ilə bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs 52.000 manatdan çox məbləğdə pul almışdır, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs13 aldatmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 30) xx.xx.2023-cü il tarixli pul köçürülməsinə və telefon yazışmalarına dair çıxarışlara baxış keçirilməsi barədə protokoldan görünür ki, bank hesab kartından 1400 manat, 1700 manat 18 noyabr 2022-ci il tarixdə, Firuzə adlı xanımın bank hesab kartına köçürüldüyü və pulun qəbul edildiyi, daha sonra 300 manat pulun, bank kartı vasitəsi ilə 680 və 340 manat pulun köçürüldüyü müəyyən edilmişdir. Bundan sonra 994-50-777-77-96 mobil telefonun vhatsap yaddaşında qeyd olunmuş yazışmadan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 mobil telefon vasitəsi ilə yazışma aparılmışdır və həmin yazışmanın mətinində 2600 dollar pulun ayın sonunda qeyd edilən tarixlər içində ona ödəniləcəyi, depozitin öz yerində qalacağı, əsas məbləğə aidiyyəti olmadığı, minimum yatrımın 1000 ABŞ dollardan başlayaraq investisiya qəbul edildiyi, aylıq gəlirin 15 faizədək olmağı, investisiya yalnız müqavilə əsasında qəbul edildiyi, Binace - treyd edərək qazandığı və qazandırdığı, yəni qazanc planı, 1000 ABŞ dolları və yuxarı yatırımlar üçün həftəlik 15 faiz, 1000 ABŞ dollarından aşağı məbləğlər həftəlik 10 faiz, referal qazanclar bir həftəlik saxlanlıdığı və digər qeydlərin olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs8 həmin yazışmaların Təqsirləndirilən şəxs ilə aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (l cild i.v. 36-46, lİİ cild i.v. 148) xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışın təqdim edilməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X2 təqdim etdiyi “ödəniş kartı üzrə çıxarış”a baxış keçirilmiş və baxış zamanı həmin çıxarışın "xxxx" ASC-nə aid olduğu müəyyən edilməklə yanaşı X8 tərəfindən 16 noyabr 2023-cü il tarixdə 1000 manat, 21 noyabr 2023-cü il tarixdə isə 340 manat məbləğində pul vəsaitinin bank hesab kartı vasitəsi ilə köçürüldüyü qeyd olunmuşdur. X8 tərəfindən həmin məbləğin Təqsirləndirilən şəxs arvadı Firuzə adlı xanımın bank hesab kartına köçürüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs X8 həmin ödənişləri Təqsirləndirilən şəxsla aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına köçürməsini bildirmişdir. (l cild i.v. 77-78) Zərərçəkmiş şəxs1 Nazım qızının təqdim etdiyi pul “ödəniş kartının üzrə çıxarış”dan görünür ki, həmin bank hesab kartından 1700 manat pulun 01 dekabr 2022-ci il tarixdə köçürüldüyü müəyyən edilmişdir. (l cild i.v. 82) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 100) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 müxtəlif vaxtlarda hissə-hissə olmaqla Təqsirləndirilən şəxs kart hesabına 5100 pul göndərdiyini, 17 yanvar 2023-cü il tarixdə yaşadığı ünvanda 600, daha sonra 400 manat pulu onun kart hesabına köçürtdüyünü, 29 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu “Qanlı Göl” 105 ünvanında pulu Zubanovun hesabına köçürtdüyünü ümumilikdə 6100 manat pul vəsaitini ona göndərdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (l cild i.v. 107-110) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X48 23 yanvar 2023-cü il tarixli bank qəbzi təqdim etmiş və həmin qəbzə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs arvadı Şahid2 bank hesab kartına 1700 manat pulun Yasamal rayonu B.Sərdarov 14 ünvanında yerləşən "xxxx"a aid terminaldan köçürtdüyü qeyd olunmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (l cild i.v. 178-181) Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş 16 vərəqədən ibarət Təqsirləndirilən şəxsla aralarında olan mobil telefon vasitəsi ilə aparılmış yazışmalarına dair çıxarışlardan görünür ki, onlar tərəfindən göndərilmiş pul vəsaitlərini Təqsirləndirilən şəxs aldığını təsdiq mesajları barədə, eləcə də Zubanovun onlara qazanclar verəcəyini bildirməsinə dair məlumatların olduğu, onların Təqsirləndirilən şəxs ilə yazışmaların 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarını əhatə edildiyi müəyyən edilmişdir. (l cild i.v. 146-161) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:00-da CM-in 178.2.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (lİ cild i.v. 15-16) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild i.v. 26-28) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. (İİ cild i.v. 40-41, 43-45) Zərərçəkmiş şəxs9 Qennadyeviç tərəfindən təqdim edilmiş pul köçürülməsinə dair qəbzdən görünür ki, Zərərçəkmiş şəxs9 tərəfindən 20 noyabr 2022-ci il tarixdə 2422 manat və 24 noyabr 2022-ci il tarixdə isə 850 manat məbləğində Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürülməsi qeyd olunmuşdur. (İİ cild i.v. 97) Zərərçəkmiş şəxs13 təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, Emanat ödəmə terminalı vasitəsi ilə 07 may 2023-cü il tarixdə 1700 manat, bank kart hesabından 1800 manat, 04 may 2023-cü ildə 20 manat, 30 aprel 2023-cü ildə 120 manat, 25 manat, 05 may 2023-cü ildə 20 manat, Emanat ödəmə terminalı vasitəsi ilə 17 aprel 2023-cü ildə 1100 manat, Leo bank vasitəsi ilə 12 aprel 2023-cü ildə 1000 manat, Emanat ödəmə terminalı vasitəsi ilə 29 may 2023-cü ildə 200 manat, Kapital bank vasitəsi ilə 2400 manat, bank kart hesabından 25 may 2023-cü ildə 40 manat, 20 may 2023-cü ildə 100 manat, 06 may 2023-cü ildə 1730 manat Zubanovun arvadı Firuzənin bank hesab kartına köçürtmüşdür. (lİ cild i.v. 135-150, 164) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-in 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilişdir. (İİ cild i.v. 226-227) xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:10 radələrində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. (İİ cild i.v. 230) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (İİ cild i.v. 235-237) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-440/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(103)-646/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, ev dustaqlığının müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunmuş həbsdə saxlanılma müddəti ilə məhdudlaşdırılmışdır. (İİİ cild i.v. 6-11, 22-26) Zərərçəkmiş şəxs4 təqdim etdiyi qəbzdən görünür ki, ona dəymiş ziyandan 5000 manat pulu qəbul etmişdir. (İİİ cild i.v. 12) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs13 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək pulları Təqsirləndirilən şəxs harada verdiyi yerləri tam dəqiqliklə göstərmiş, onun Təqsirləndirilən şəxs pulların qalan hissəsini harada verməsini göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİİ cild i.v. 17-18, İV cild i.v. 11-16) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (lİİ cild i.v. 55) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (lİİ cild i.v. 60-63) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməlləri CM-in 178.2.2 və 178.3.2-ci maddələrindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilişdir. (İİİ cild i.v. 75-79) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (lİİ cild i.v. 81-85) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1256/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. (İİİ cild i.v. 131-132) xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmışdır. (İİİ cild i.v. 133-138) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs13 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (lİİ cild i.v. 141-142) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov” parkında yerləşən “İsgəndər” ailəvi restoranının qarşısında 1000 dollar, daha sonra Yasamal rayonu, Tibilisi prospektində yerləşən “ASK” plazanın 5-ci mərtəbəsində 7000 və 4000 ABŞ dolları, milli pul vahidi ilə cəmi 21.400 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİİ cild i.v. 145-147) Zərərçəkmiş şəxs3 xx.xx.2023, xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 14600 manat ödənilmişdir. (İİİ cild i.v. 152) xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışın, mobil telefon yazışmalarının təqdim edilməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs20 tərəfindən təqdim edilən “ödəniş kartı üzrə və telefon yazışmalarına dair çıxarış”lara baxış zamanı həmin çıxarışın “Kapital Bank ASC-nə aid olduğu müəyyən edilməklə yanaşı Zərərçəkmiş şəxs20 tərəfindən 11 noyabr 2022-ci il tarixdə 700 manat, 11 dekabr 2022-ci il taridə isə 6.800 manat məbləğində pulu vəsaitinin Zubanovun bank hesab kartına köçürüldüyü qeyd olunmuşdur. Telefon yazışmalarına aid çıxarışların mətnindən görünür ki, Zərərçəkmiş şəxs20 Shafkayat Zubanova verdiyi pulların təsdiq mesajları barədə, eləcə də Zubanovun ona qazancları verəcəyini bildirməsinə dair olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs20 həmin yazışmalarının Təqsirləndirilən şəxs ilə aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (İİİ cild i.v. 180-187) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs20 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək o, 11 noyabr 2022-ci il tarixdə 1000 manat pulu Yasamal rayonu, Tibilisi prospekti 27 ünvanında yerləşən ASK Plazanın qarşısında, 11 noyabr 2022-ci il tarixdə Nərimanov rayonu, Y.Çəmənzəminli küşəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən “Olimpik Starın” içərisində yerləşən Leo bank kartı vasitəsi ilə 700 manat, 18 noyabr 2022-ci il tarixdə ünvan 24 ünvanında “Bravo” marketin içərisində yerləşən MilliÖn ödəmə terminalı vasitəsi ilə 15.300 manat, 14 noyabr 2022-ci il tarixdə Yasamal rayonu, Tibilisi prospekti 27 ünvanında yerləşən ASK Plazanın qarşısında 1700 manat, 11 dekabr 2022-ci il tarixdə Əcəmi ünvan 25 ünvanında “Bravo” marketin içərisində yerləşən MilliÖn ödəmə terminalı vasitəsi ilə 6800 manat, 13 dekabr 2022-ci il tarixdə Məmməd Araz küçəsi 33 ünvanında 11.000 manat pulu Zubanova verdiyini, 16 yanvar 2023-cü il tarixdə Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləşən ASK Plazanın qarşısında 3.400 manat pulu hesab kartına köçürtdüyü yerləri tam dəqiqliklə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİİ cild i.v. 191-199) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs22 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək ünvan 27 ünvanda bank terminalı vasitəsi ilə, sonuncu dəfə isə 28 may 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən metrostansiyanın yaxınlığındakı MilliÖn aparatı vasitəsi Firuzə adlı qadının bank hesab kartına köçürtdüyünü bildirmiş və pulu köçürtdüyü yerlərəri tam dəqiqliklə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİİ cild i.v. 226-229) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ödəniş kartı üzrə çıxarışlara, mobil telefon yazışmalarına və baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs22 təqdim etdiyi “ödəniş kartı üzrə və telefon yazışmalarına dair 1 ədəd DVD diskinə köçürülmüş yazışmalar”a baxış zamanı həmin çıxarışın “PaşaPay MMC-nə aid olan 28 may 2023-cü il tarixdə ünvan 28 ünvanında yerləşən Xəzər marketdə 300 manat, Bir bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 99 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci ildə 8000 manat, 11.12 2022-ci ildə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində Emanat ödəmə terminalı vasitəsi ilə pul köçürüldüyü müəyyən edilmişdir. Telefon yazışmalarına dair DVD diskinə köçürülmüş yazışmalarda pulun Zubanova göndərilməsi barədə, pulu götürməsini təsdiq etməsi barədə qeydlərin olduğu müəyyən edildi. Telefon yazışmalarına aid çıxarışların mətinindən görünür ki, Zərərçəkmiş şəxs22 tərəfindən Təqsirləndirilən şəxs verdiyi pulların təsdiq mesajları barədə, eləcə də Zubanovun ondan pulları almasını bildirməsinə dair məlumatların olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs22 həmin yazışmalarının Təqsirləndirilən şəxsla aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini qalan məbləğlərin Zubanova əlbəl verdiyini bildirmişdir. (İİİ cild i.v. 213-219, 231) xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə qəbzin, mobil telefon yazışmalarının təqdim edilməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi “ödəniş kartı üzrə qəbzlərə və telefon yazışmalarına dair çıxarış”lara baxış zamanı 29 may 2022-ci il tarixdə Şahid2 bank hesab kartına 1700 manat, 16 noyabr 2022-ci il tarixdə 1700 manat məbləğində, digər qəbzlərdə Nərimanov rayonu, X77 küçəsində yerləşən "xxxx" ASC-nə aid “eManat” terminalı vasitəsi ilə pul köçürülməsi müəyyən edilmişdir. Həmin qəbzdə 25 noyabr 2022-ci il tarixdə ünvan 30 ünvanında yerləşən “Bravo” supermarketdə olan “eManat” terminalı vasitəsi ilə 700 manat məbləğində pulun Şahid2 bank hesab kartına köçürüldüyü, 2-ci qəbzdə isə Nərimanov rayonu X77 küçəsində yerləşən "xxxx" terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 1700 manat məbləğdə bank hesab kartına köçürüldüyü görünür. Telefon yazışmalarına aid çıxarışların mətinindən görünür ki, 2023-cü ilin yanvar ayının 12, 17, 18 və 21-də Zərərçəkmiş şəxs5 Shafkayat Zubanova verdiyi pulların təsdiq mesajları barədə eləcə də Zubanovun ona qazanclar verəcəyini bildirməsinə dair məlumatların olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs5 həmin yazışmalarının Təqsirləndirilən şəxs ilə aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (İİİ cild i.v. 236-240) xx.xx.2023-cü il tarixli mobil telefon yazışmalarının təqdim edilməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi “telefon yazışmalarına dair çıxarış”lara baxış zamanı Zərərçəkmiş şəxs6 ilə Shafkayat Zubanov arasında mobil telefon vasitəsi ilə yazışmalarının olduğu görünür. Telefon yazışmalarına aid çıxarışların mətinindən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən göndərilmiş pul vəsaitlərini Shafkayat Zubanov aldığını təsdiq mesajları barədə eləcə də Zubanovun ona qazancları verəcəyini bildirməsinə dair məlumatların olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs6 həmin yazışmalarının Təqsirləndirilən şəxs ilə aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (İİİ cild i.v. 248-264) xx.xx.2023-cü il tarixli pul köçürülməsinə dair çıxarışlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi pul köçürülməsinə dair çıxarışlara baxış zamanı Bakı şəhəri Fizuli 71 ünvanından xx.xx.2022-ci il tarixdə birbank hesab kartı vasitəsi ilə 2040 manat, daha sonra xx.xx.2022-ci il tarixdə 1700 manat Şahid2 aid bank hesab kartına köçürüldüyü və pulun qəbul edildiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 ümimilikdə Təqsirləndirilən şəxs arvadı Şahid2 bank hesab kartlarına 3740 manat məbləğində pul köçürməsini bildirmişdir. (İİİ cild i.v. 34-36, İV cild i.v. 1) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İV cild i.v. 34-39) Zərərçəkmiş şəxs9 Qennadyeviçin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş dələduzluq nəticəsində vurulmuş 4972 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir iddiası və şikayəti yoxdur. (İV cild i.v. 55) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X3 rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 143 ünvanında yerləşən “Rahat” marketin içərisində olan Emanat ödəmə terminalı vasitəsilə pulların ödənişini həyata keçirildiyi qeyd olunmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İV cild i.v. 86-88) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Araz” marketin içərisində olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs pulların ödənişini həyata keçirildiyi qeyd olunmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İV cild i.v. 103-105) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs21 ünvan 33 ünvanında özünə məxsus bank hesab kartından Təqsirləndirilən şəxs ödənişi həyata keçirildiyi qeyd olunmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İV cild i.v. 123-125) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-89/2022 saylı hökmündən, xx.xx.2022-ci il tarixli, 1(004)- 89/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-in 263-1.1-ci maddəsi təqsirli bilinərək, CM-in 69.4-cü maddəsinə əsasən 01 il 06 ay müddətinə nəqliyyat vasitələrindən idarə etmək hüququndan məhrum edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-89/2022 saylı hökümü üzrə təyin edilmiş 2000 manat cərimə cəzasından heç bir ödəniş edilməmişdir. (İV cild, i.v. 140-142, 194-199, Vİ cild, i.v. 15) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs23 yaşadığı Gəncə şəhəri, Şahsevənlər küçəsi 1-ci döngə 250 saylı evdən özünə məxsus bank hesab kartından Təqsirləndirilən şəxs ödənişi həyata keçirildiyi qeyd olunmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. (İV cild i.v. 181-183) Zərərçəkmiş şəxs13 təqdim etdiyi qəbzdən görünür ki, ona dəymiş ziyandan 8000 manat pulu qəbul etmişdir. (İV cild i.v. 192) xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, həmin tarixdə, saat 01:00 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov RPİnin MSY-nə təhvil verilmişdir. (V cild i.v. 31) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (V cild i.v. 49-54) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-233/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 01:00-dan hesablanmışdır. (V cild i.v. 99-108) xx.xx.2024-cü il tarixli ödəniş kartına aid çıxarışlara borc müqaviləsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilən “ödəniş kartı üzrə çıxarışlara və borc müqaviləsinə baxış zamanı Leo bank ödəmə sistemi vasitəsi ilə 07 aprel 2023-cü il tarixdə 1700 manat, xx.xx.2023-cü il tarixdə150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü ildə Kapital bank ödəmə terminalı vasitəsi ilə 900 manat, həmin gün 800 manat, sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 11-də ünvan 12 ünvanında mobil telefonu vasitəsi ilə hesab kartından Təqsirləndirilən şəxs arvadı Şahid2 bank hesab kartına köçürtdüyü 300 manat məbləğində pul vəsaitlərinin Təqsirləndirilən şəxs arvadı Şahid2 kart hesabına göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, 18 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs14 ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs22 şahidliyi ilə tərtib edilmiş borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 15.300 manat məbləğində Zərərçəkmiş şəxs14 pul aldığını və borcu 3 ay müddətinə götürdüyünü 18 may 2023-cü il tarixədək ödəyəcəyini bildirməsi qeyd olunmuşdur. Mayis Qubanov həmin müqavilənin borc kimi formal olaraq tərtib edildiyini, əslində həmin pulu Zubanova yatrım kimi verdiyini bildirmişdir. (V cild i.v. 11-17, 123) xx.xx.2024-cü il tarixli ödəniş kartına aid çıxarışlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs23 təqdim etdiyi “ödəniş kartı üzrə çıxarış”lara baxış zamanı Zərərçəkmiş şəxs23 tərəfindən Gəncə şəhərində 02 noyabr 2022-ci il tarixdə Unibank ödəmə terminalı vasitəsi ilə 1700 manat, 03 noyabr 2022-ci il tarixdə 2050 manat pulu Unibank ödəmə terminalı vasitəsi ilə, 03 noyabr 2022-ci il tarixdə Emanat ödəmə terminalı vasitəsi ilə 340 manat, 10 noyabr 2022-ci il tarixdə Unibank ödəmə terminalı vasitəsi ilə 1000 manat, 11 noyabr 2022-ci il tarixdə Emanat ödəmə sistemi ilə 1000 manat, 11 noyabr 2022-ci il tarixdə Unibank ödəmə terminalı vasitəsi ilə 1150 manat, 700 manat, 15 noyabr 2022-ci il tarixdə 700 manat, 18 noyabr 2022-ci il tarixdə 2210 manat, 19 noyabr 2022-ci il tarixdə Unibank ödəmə terminalı vasitəsi ilə 3.400 manat, 21 noyabr 2022-ci il tarixdə Unibank ödəmə terminalı vasitəsi ilə 1500 manat, 200 manat, 01 avqust 2023-cü il tarixdə elektron ödəmə sistemi ilə 850 manat, 16 avqust 2023-cü il tarixdə 8000 manat məbləğində pul vəsaitlərinin Təqsirləndirilən şəxs arvadı Şahid2 kart hesabına göndərildiyi müəyyən edilmişdir. (İV cild i.v. 169-178, V cild i.v. 131) xx.xx.2024-cü il tarixli ödəniş kartına aid çıxarışa baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs15 təqdim etdiyi ödəniş kartı üzrə çıxarışa onun iştirakı ilə baxış zamanı həmin çıxarış-qəbzin Paşha Pay MMC ödəmə sistemi vasitəsi ilə 29 noyabr 2022-ci il tarixdə 1700 manat Təqsirləndirilən şəxs arvadı Şahid2 bank hesab kartına köçürüldüyü müəyyən edilmişdir. Zərərçəkmiş şəxs15 təqdim etdiyi pul köçürülməsinə dair 01 ədəd çıxarış-qəbz iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. (V cild i.v. 139-140) xx.xx.2024-cü il tarixli mobil telefon yazışmalarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs18 təqdim etdiyi “telefon yazışmalarına dair çıxarış”lara baxış zamanı həmin yazışmaların mətinində - Xahiş edirəm bir cavab yazardız mənə -Salam, Şükür yaxşıyam. Çekler var? Zəhmət olmasa göndərərsiz.-Səsli mesaj - Oldu -Axşamınız xeyir İnşAllah haçandan başlayarsız? Ödənişlərə birinci mənəm inşAllah səbirsizliklə gözdüyürəm qardaş. Çünki ehtiyacım var birinci borcumu verim rahat olum.- Salam, inşAllah sabah atacam -İnşAllah Allah köməyin olsun sənində canın qutarsın inşAllah, Salam Necəsiz? Dünən çox gözlədim bəlkə atarsız bir səs çıxmadı, Axşamınız xeyir, deyesən alınmadı. -Nə oldu yenə siz cavab yazmırsız ay qardaş. Ürəyimiz puçalıb qurtardı. Allah köməyin olsun bir kəlmədə yazmırsan. Qardaş siz niyə belə eləyirsiz bizi yola verirsiz mənə elə gəlir -Salam, Vallah hələ götürməmişəm. -Hə -Bugündə ata olmuşam -Məndə dil verdim Şükür -Vallah özümdə çox pis vəziyyətdəyəm - cümlələri qeyd olunmuşdur. Həmin yazışmaların mətnindən görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs pul vəsaitini yatrım etdiyini, pulun ödənişləri ilə bağlı söhbətlər etdiyini, pulunun ödənişini edilməsini xahiş etdiyi qeyd olunmuşdur. (V cild i.v. 154-155, 162) xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışlara, mobil telefon yazışmalarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 təqdim etdiyi “ödəniş kartı üzrə çıxarışa və mobil telefon yazışmalarına” baxış zamanı həmin çıxarışın ödəmə sistemi vasitəsi ilə 1000 manat, 1700 manat, 1010 manat, 8500 manat məbləğində pul vəsaitlərinin Şahid2 kart hesabına göndərildiyi müəyyən edilmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs17 ilə Zubanov Şhafkyat arasında 04 aprel 2023-cü il tarixdə telefon vasitəsi ilə aparılmış danışıqların məzmunundan görünür ki, - belə çıxır ki, şikayət edənlərin pulunu qaytaracaqsan. Biz şikayət etmədik, mən qoymadım. Sən kişi kimi demisən, şikayət etməyənlərin pulunu verəcəksən. kişi kimi pulları qaytar. Başqasını bilmirəm 1-ci qrup qazinin pulunu qaytarmalısan. Çox ziyan çəkərsən, çox cavansan, xeyr görməzsən. Zubanov ona cavabında – salam, mən həll edirəm, hissə-hissə yox, bütün məbləğlər qayıdacaq. Gülnar- Elə belə söz demə, düz de, mən həmişə dualar etmişəm, yenə də edirəm. Amma düz ol,12.200 manat sənə heç bir zaman xeyr gətirməz, 1-ci qrup əlilin puludur, dərman, iynə puludur”- deyə bildirdiyi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs17 həmin yazışmalarının Təqsirləndirilən şəxs ilə aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (V cild i.v. 23-27, 193) xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışlara, mobil telefon yazışmalarına baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X14 təqdim etdiyi “ödəniş kartı üzrə və telefon yazışmalarına dair çıxarış”lara baxış zamanı həmin çıxarışın eManat ödəmə terminalına aid olan 21 yanvar 2023-cü il tarixdə ünvan 34 ünvanında yerləşən Araz marketdən 1000 manat məbləğində pul vəsaitinin həmin terminal vasitəsi ilə köçürüldüyü müəyyən edilmişdir. Bundan başqa mobil telefon vasitəsi ilə aparılmış yazışmaların mətinindən görünür ki, onun Zubanovla pulun göndərilməsi barədə və pulu götürməsini təsdiq etməsi barədə mesaj qeydlərin olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X20 həmin yazışmalarının Təqsirləndirilən şəxs ilə aparıldığını, eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (İV cild i.v. 97-99, V cild i.v. 200) xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışlara, mobil telefon yazışmalarına baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X12 təqdim etdiyi kart vasitəsi ilə həyata keçirilmiş ödənişlərə və telefon yazışmalarına dair çıxarışlara baxış zamanı həmin çıxarışın xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu M.Cəlal küçəsində 143B ünvanından Şahid2 bank kart hesabına 510 manat pul vəsaitinin E.Manat ödəmə terminalı xx.xx.2022-ci il tarixdə 2350 manat, 15 noyabr 2022-ci il tarixdə 100 manat, 16 noyabr 2023-cü il tarixdə 100 manat və 150 manat, 19 noyabr 2022-ci il tarixdə 151 manat, 20 noyabr 2022-ci il tarixdə 90 manat 90 qəpik pul vəsaitinin Emanat ödəmə terminalı vasitəsi Zubanova pul köçürüldüyü müəyyən edilmişdir. Bundan başqa mobil telefon vasitəsi ilə aparılmış yazışmaların mətnindən görünür ki, onun Zubanova pulun göndərilməsi barədə və pulu götürməsini təsdiq etməsi barədə mesaj qeydlərin olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X21 həmin yazışmalarının Təqsirləndirilən şəxs ilə aparıldığını və eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (İV cild i.v. 75-83, V cild i.v. 201) xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışlara, mobil telefon yazışmalarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs21 təqdim etdiyi kart vasitəsi ilə həyata keçirilmiş ödənişlərə və telefon yazışmalarına dair çıxarışlara baxış zamanı həmin çıxarışın 19 noyabr 2022-ci il tarixdə 480 manat, 25 noyabr 2022-ci il tarixdə 1700 manat 27 noyabr 2022-ci il tarixdə 340 manat pul vəsaitinin ödəmə vasitəsi ilə Zubanova pul köçürüldüyü müəyyən edilmişdir. Bundan başqa mobil telefon vasitəsi ilə aparılmış yazışmaların mətinindən görünür ki, onun Zubanova 300 ABŞ dolları və 200 manat məbləğində pulun ofisdə verilməsini təsdiq etməsi barədə mesaj qeydlərin olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs21 həmin yazışmalarının Təqsirləndirilən şəxs ilə aparıldığını, eləcə də onun göstərişi ilə bank hesab kartlarına pul köçürməsini bildirmişdir. (İV cild i.v. 116-119, V cild i.v. 202) xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X21, Zərərçəkmiş şəxs1 Nazım qızı və Zərərçəkmiş şəxs2 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (V cild i.v. 217-247, Vİ cild i.v. 1-4) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X65 Ambulator X13 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1175 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(Vİ cild i.v. 16-17) xx.xx.2024-cü il tarixli bank məlumatlarına baxış keçirilməsi barədə protokoldan müəyyən olunur ki, "xxxx" Bank ASC-nin 01 mart 2024-cü il tarixli 2024/111/5765 saylı pul köçürmələrinə dair mədaxil və məxaric çıxarışlarına baxış zamanı həmin çıxarışlardan görünür ki, 4169-73........ 4604 nömrəli plastik kartın Zubanova/İbrahimova/Firuzə Yunis qızının istifadəsində olduğu məlum olmuşdur. Ödəniş kartı üzrə çıxarışlardan görünür ki, X22 istifadəsində olmuş plastik kartdan 25 avqust 2022-ci il tarixdən başlayaraq, 2023-cü ilin sentyabr ayının 28-dən aktiv olmuş və həmin dövr üzrə pul vəsaitlərinin məxaric və mədaxil olması müəyyən edilmişdir. (Vİ cild i.v. 123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəlilliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəlilliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Vİ cild i.v. 124-128) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 ərizəsinə əlavə etdiyi pul köçürülməsinə və telefon yazışmalarına dair çıxarışlar, zərərçəkmiş şəxs X6 aid pul “ödəniş kartının üzrə çıxarış”, Zərərçəkmiş şəxs3 aid pul köçürülməsinə dair 01 ədəd bank qəbz, Zərərçəkmiş şəxs5 tərəfindən telefon yazışmalarına dair 16 ədəd vərəqədən ibarət çıxarışlar, Zərərçəkmiş şəxs2 “ödəniş kartının üzrə çıxarış - qəbz, Zərərçəkmiş şəxs1 Nazım qızına aid pul “ödəniş kartının üzrə çıxarış - qəbz, Zərərçəkmiş şəxs13 aid və Zərərçəkmiş şəxs6 aid pul ödənişi qəbzi və telefon yazışmasına dair çıxarışlar, "xxxx" MMC-in internetin instaqram səhifəsində yerləşdirilmiş elana dair çıxarışlar, Zərərçəkmiş şəxs9 Qennadyeviçin pul ödənişinə dair qəbz, Zərərçəkmiş şəxs22 aid pul köçürmələrinə dair qəbzlər, telefon yazışmalarına dair çıxarışlar, Zərərçəkmiş şəxs18 təqdim etdiyi 02 ədəd vərəqdə yazışma-çıxarış, Zərərçəkmiş şəxs17 təqdim etdiyi 02 ədəd çıxarış-qəbz, telefon yazışmalarına dair 03 ədəd çıxarış, Zərərçəkmiş şəxs15 təqdim etdiyi pul köçürülməsinə dair 01 ədəd çıxarışqəbz, Zərərçəkmiş şəxs14 təqdim etdiyi pul köçürülməsinə dair 06 ədəd çıxarış-qəbz və 01 ədəd vərəqdə borc müqaviləsi, Zərərçəkmiş şəxs23 təqdim etdiyi pul köçürülməsinə dair 10 ədəd çıxarış-qəbz, Zərərçəkmiş şəxs21 aid pul köçürülməsinə dair və telefon yazışmalarına dair 04 ədəd çıxarış, Zərərçəkmiş şəxs12 və Şixseyidov Ruhullanın təqdim etdiyi, qəbz-çıxarış, telefon yazışmalarına dair çıxarış maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (Vİ cild i.v. 131-170) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Vİ cild i.v. 173-179) Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs10 xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə geri qaytarılmışdır, ona qarşı şikayətləri yoxdur. Zərərçəkmiş şəxs15 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ondan heş bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs12 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onlar barışmışlar. Zərərçəkmiş şəxs X12 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onlar barışmışlar. Zərərçəkmiş şəxs14 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Aralarında heç bir anlaşılmazlıq qalmamış, razılıq əldə etmişlər və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs17 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, onunla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs21 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs23 xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, təqsirləndirilən şəxs barışmamışdır, ona dəymiş 30100 manat pulu tələb edir. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs22 xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onunla barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsdən şikayətçidir, pulunu tələb edir. Barışmamışdır. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsdən şikayətçidir, pulunu tələb edir. Barışmamışdır. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X74 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşıdırılmasına dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-89/2022 saylı hökmü icra olunmuş, bu barədə Baş X74 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılma müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cərimə növündə cəzadan azad edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X19 adlı azyaşlı uşağı vardır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, niyyətinin zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək olmaması, Zərərçəkmiş şəxs23 30.1000 manatı almaması, Zərərçəkmiş şəxs3 10.000 manat pul alması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokollar, üzləşdirmə protokolları, Zərərçəkmiş şəxs23 təqdim etdiyi “ödəniş kartı üzrə çıxarış”larla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs13 52.555 manat məbləğində pul vəsaitini almaması ilə bağlı verdiyi ifadələrə münasibətdə isə qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı dindirilirkən də, xx.xx.2023-cü il tarixdə üzləşdirmə zamanı ifadələrində də, 52000 manat pulunun Təqsirləndirilən şəxs ələ keçirdiyini bildirir. Bundan başqa məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 əvvəlcə məhkəməyə ondan alınan pulun 32000 manat olduğu, yəni Təqsirləndirilən şəxs ona 32000 manat qarşılığında 42000 manat verəcəyini, 10000 manata əldə olunacaq qazanc olması ilə bağlı izahat göndərmiş, daha sonra məhkəmə iclasında verdiyi ifadələrində həmin xx.xx.2025-ci il tarixli izahatını təsdiq etməyərək bildirmişdir ki, həmin izahatı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 yazıb, o da qol çəkmişdir. Nə istəyirlərsə yazmalarını demişdir, ancaq Shafkyat çıxsın, uşağı var, yazıqdır. Ziddiyyətli ifadələri onunla bağlıdır ki, bir gün o, rayonda olmuşdur, Shafkyat ona zəng edib, orda söhbətləri düz gəlməmişdir. Shafkyata çıxması üçün addım atmış, amma içəridə ola-ola Təqsirləndirilən şəxs ona pulun hamısını verdiyini və təzədən ondan pul istəmişdir. O, Shafkyata verdiyi ərizəni gəlib cıracağını demişdir. Orda da vəkili yığmışdır, demişdir ki, “siz deyirsiz onu buraxdırın, amma o burda mənim üzümə durur ki, pulu sənə vermişəm”. Məhkəmədə verdiyi ifadəsi düzdür. Hamısının da sübutu var. Ərizəni isə uşağına görə, azadlığa çıxmasına görə yazmışdır. Bundan başqa məhkəmə iclsında verdiyi ifadələrində göstərmişdir ki, ümumilikdə Shafkyata 52.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs13 sonradan yenidən gəlib çıxışında ona dəymiş 52.100 manat ziyandan 10.000 manat hissəsinin təqsirləndirilən şəxsin anasına verilmiş məbləğ olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs13 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə pulun 52000 manatdan artıq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs13 ifadələrinin məhkəməyə göndərdiyi izahatında (hansı ki sonradan müdafiəçinin yazdığını bildirmişdir) və çıxışında dəyişməsi və hər dəfə də fərqli formada şərh etməsi Təqsirləndirilən şəxs məsuliyyətinin yüngülləşdirilməsi üçün atılmış addım kimi məhkəmə qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 bütün pulları qaytarması ilə bağlı verdiyi ifadələrə münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadələrdə bildirmişdir ki, Təqsirləndirilən şəxs bir həftə ərzində bütün pulları qaytaracağını bildirdi və şikayətini geri götürməyini xahiş etdi. O, sonuncudan dəfələrlə dəqiq ödəniləcəyi barədə söz almış və Təqsirləndirilən şəxs da söz verdi ki, bütün pulları ödəyəcəkdir. O da notariat ofisinə gedib hər hansı şikayət və tələbinin olmadığı barədə ərizə vermişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir və 13 700 manat məbləğində pulunu tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs14 pulu borc kimi alması ilə bağlı verdiyi ifadələrə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş kartına aid çıxarışlara borc müqaviləsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilən “ödəniş kartı üzrə çıxarışlara və borc müqaviləsinə baxış zamanı Leo bank ödəmə sistemi vasitəsi ilə 07 aprel 2023-cü il tarixdə 1700 manat, xx.xx.2023-cü il tarixdə150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü ildə Kapital bank ödəmə terminalı vasitəsi ilə 900 manat, həmin gün 800 manat, sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 11-də ünvan 12 ünvanında mobil telefonu vasitəsi ilə hesab kartından Təqsirləndirilən şəxs arvadı Şahid2 bank hesab kartına köçürtdüyü 300 manat məbləğində pul vəsaitlərinin Təqsirləndirilən şəxs arvadı Şahid2 kart hesabına göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, 18 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs14 ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs22 şahidliyi ilə tərtib edilmiş borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 15.300 manat məbləğində Zərərçəkmiş şəxs14 pul aldığını və borcu 3 ay müddətinə götürdüyünü 18 may 2023-cü il tarixədək ödəyəcəyini bildirməsi qeyd olunmuşdur. Mayis Qubanov həmin müqavilənin borc kimi formal olaraq tərtib edildiyini, əslində həmin pulu Zubanova yatırım kimi verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs14 həm ibtidai istintaq zamanı, həm də üzləşdirmə zamanı eyni ifadələri vermiş, lakin məhkəmə istintaqı zamanı ziyan tam ödənildikdən sonra verdiyi ifadələrində pulu borc kimi verdiyini bildirmişdir. Məhkəmə zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin məbləğinin borc kimi verilməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, zərər çəkmiş şəxs bu cür ifadələrini dəyişməklə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə çalışmış(belə ki, ziyanı ödənilmişdir), təqsirləndirilən şəxs də eyni qaydada məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, ona qarşı heç bir şikayət və tələblərin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 03 ay müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli saxlanıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə saxlanılaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs8 ərizəsinə əlavə etdiyi pul köçürülməsinə və telefon yazışmalarına dair çıxarışlar, zərərçəkmiş şəxs X6 aid pul ödəniş kartının üzrə çıxarış, Zərərçəkmiş şəxs3 aid pul köçürülməsinə dair 01 ədəd bank qəbz, Zərərçəkmiş şəxs5 tərəfindən telefon yazışmalarına dair 16 ədəd vərəqədən ibarət çıxarışlar, Zərərçəkmiş şəxs2 ödəniş kartının üzrə çıxarış-qəbz, Zərərçəkmiş şəxs1 Nazım qızına aid pul ödəniş kartının üzrə çıxarış - qəbz, Zərərçəkmiş şəxs13 aid və Zərərçəkmiş şəxs6 aid pul ödənişi qəbzi və telefon yazışmasına dair çıxarışlar, "xxxx" MMC-in internetin instaqram səhifəsində yerləşdirilmiş elana dair çıxarışlar, Zərərçəkmiş şəxs9 Gennadyeviçin pul ödənişinə dair qəbz, Zərərçəkmiş şəxs22 aid pul köçürmələrinə dair qəbzlər, telefon yazışmalarına dair çıxarışlar, Zərərçəkmiş şəxs18 təqdim etdiyi 02 ədəd vərəqdə yazışma-çıxarış, Zərərçəkmiş şəxs17 təqdim etdiyi 02 ədəd çıxarış-qəbz, telefon yazışmalarına dair 03 ədəd çıxarış, Zərərçəkmiş şəxs15 təqdim etdiyi pul köçürülməsinə dair 01 ədəd çıxarış-qəbz, Zərərçəkmiş şəxs14 təqdim etdiyi pul köçürülməsinə dair 06 ədəd çıxarış-qəbz və 01 ədəd vərəqdə borc müqaviləsi, Zərərçəkmiş şəxs23 təqdim etdiyi pul köçürülməsinə dair 10 ədəd çıxarış-qəbz, Zərərçəkmiş şəxs21 aid pul köçürülməsinə dair və telefon yazışmalarına dair 04 ədəd çıxarış, Zərərçəkmiş şəxs12 və Şixseyidov Ruhullanın təqdim etdiyi, qəbz-çıxarış, telefon yazışmalarına dair çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat hesab edilməklə, cəmi 300 manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 03 ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs8 ərizəsinə əlavə etdiyi pul köçürülməsinə və telefon yazışmalarına dair çıxarışlar, zərərçəkmiş şəxs X6 aid pul “ödəniş kartının üzrə çıxarış”, Zərərçəkmiş şəxs3 aid pul köçürülməsinə dair 01 ədəd bank qəbz, Zərərçəkmiş şəxs5 tərəfindən - telefon yazışmalarına dair 16 ədəd vərəqədən ibarət çıxarışlar, Zərərçəkmiş şəxs2 “ödəniş kartının üzrə çıxarış - qəbz, Zərərçəkmiş şəxs1 Nazım qızına aid pul “ödəniş kartının üzrə çıxarış - qəbz, Zərərçəkmiş şəxs13 aid və Zərərçəkmiş şəxs6 aid pul ödənişi qəbzi və telefon yazışmasına dair çıxarışlar, "xxxx" MMC-in internetin instaqram səhifəsində yerləşdirilmiş elana dair çıxarışlar, Zərərçəkmiş şəxs9 Qennadyeviçin pul ödənişinə dair qəbz, Zərərçəkmiş şəxs22 aid pul köçürmələrinə dair qəbzlər, telefon yazışmalarına dair çıxarışlar, Zərərçəkmiş şəxs18 təqdim etdiyi 02 ədəd vərəqdə yazışma-çıxarış, Zərərçəkmiş şəxs17 təqdim etdiyi 02 ədəd çıxarış-qəbz, telefon yazışmalarına dair 03 ədəd çıxarış, Zərərçəkmiş şəxs15 təqdim etdiyi pul köçürülməsinə dair 01 ədəd çıxarış-qəbz, Zərərçəkmiş şəxs14 təqdim etdiyi pul köçürülməsinə dair 06 ədəd çıxarış-qəbz və 01 ədəd vərəqdə borc müqaviləsi, Zərərçəkmiş şəxs23 təqdim etdiyi pul köçürülməsinə dair 10 ədəd çıxarış-qəbz, Zərərçəkmiş şəxs21nya aid pul köçürülməsinə dair və telefon yazışmalarına dair 04 ədəd çıxarış, Zərərçəkmiş şəxs12 və Şixseyidov Ruhullanın təqdim etdiyi, qəbz-çıxarış, telefon yazışmalarına dair çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia, ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar