Məhkəmə qərarları › İş №1(101)-236/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-236/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-236/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi - 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi qaydada fəhləliklə məşğul olan, Kəlbəcər rayonu, Zar ərazi dairəsi, Zar kəndində qeydiyyatda olan, Bakı şəhərində daimi olmadan müxtəlif ünvanlarda kirayə yaşamış və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əmlak əldə etmək məqsədilə 2019-cu ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs2 onunla tanışlıq zamanı mobil telefon vasitəsi ilə intim mövzuda apardığı danışıqlarını, səs yazılarını internet saytlarda yerləşdirməklə, barəsində şərəf və ləyaqətini alçaldan, şəxsiyyətini alçaldacaq rüsvayedici məlumatlar yayacağını, eləcə də ərinə göndərəcəyini, ailəsini dağıdacağına dair hədə-qorxu gələrək, sonuncudan 100 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 həmin hədəni real və həyata keçirilə bilən hədə kimi qəbul edərək 29 oktyabr 2019-cu ildə saat 12:07-də ünvan 3 ünvanda yerləşən “Bizim” marketdə quraşdırılmış “MilliÖn“ elektron ödəmə sistemi vasitəsilə 100 manatı Təqsirləndirilən şəxs “Kapital Bank“-da adına olan ******************** nömrəli hesabına göndərmiş, Təqsirləndirilən şəxs isə həmin gün qeyd olunan məbləği Bakı şəhəri, Səbail rayonunda quraşdırılmış bankomatdan çıxarıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən, əmlak əldə etmək məqsədilə 2018-ci ilin noyabr ayından etibarən Zərərçəkmiş şəxs1 1.500 manat borcu olduğunu yalandan iddia edib, həmin pulu ondan tələb etmiş, əks təqdirdə özünün və yaxın qohumlarının şəkillərini, səs yazılarını “QAN.AZ” internet saytına yerləşdirib, barələrində şərəf və ləyaqətlərini alçaldan, şəxsiyyətlərini alçaldacaq rüsvayedici məlumatlar yayaraq hədə-qorxu gəlmiş, Zərərçəkmiş şəxs1 10 dekabr 2019-cu il tarixdə saat 05:00-da həmin hədəni real və həyata keçirilə bilən hədə kimi qəbul edərək 10 dekabr 2019-cu il tarixdə saat 16:22-də Bakı şəhəri Xətai rayonu, Bakı metrpoliteninin “Əhmədli” stansiyasının girişində quraşdırılmış “MilliÖn'' elektron ödəmə sistemi vasitəsilə 300 manat, 10 dekabr 2019-cu il tarixdə saat 20:09-da ünvan 4 ünvanda yerləşən “Bolmart” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 100 manat, 11 dekabr 2019-cu il tarixdə saat 03:19-da ünvan 5 ünvanında sərnişinlər üçün nəzərdə tutulmuş avtodayanacaqda quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 105 manat, ümumilikdə 505 manatı Təqsirləndirilən şəxs “Kapital Bank"-da adına olan ******************** nömrəli hesabına göndərmiş, sonuncu həmin puldan 400 manatını Gəncə şəhəri Mərkəzi Xəstəxananın yanında quraşdırılmış bankomatdan çıxarmış, qalan 105 manat pulu isə 23 dekabr 2019-cu il tarixdə saat 19:21 radələrindən başlayaraq ünvan 6 ünvanda yerləşən Xətai metro stansiyasının qarşısında istifadə etdiyi (055) ***-**-** nömrəli telefon vasitəsi ilə “V*EPAY.15.1,ROYALPAY.RU” internet oyun saytına göndərməklə ələ keçirmişdir.. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir: Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildən etibarən internet sosial şəbəkəsi olan «Qan.az» saytında «Kabus Bərdəli» adı ilə qeydiyyata alınıb, həmin saytdan mütəmadi olaraq istifadə etmiş, saytda xatırlamadığı sayda və adda istifadəçilərlə tanış olmuş, telefon nömrələrini götürüb, görüşüb əlaqə saxlamışdır, «Qan.az» saytında tanışlıqdan başqa əyləncə üçün oyun-yarışmaları olumuş, yarışmanın adı şəkil şou olmuşdur. Həmin yarışmada yarışçılar şəkillərini saytda yerləşdirib topladıqları xallar üzrə birinci yerə çıxan reytinq qazanaraq qalib gəlmişdir. İstifadəçi istədiyi müxtəlif mövzularda şəkillər yerləşdirirdi. Belə ki, «Qan.az» saytın "adminin” hesabına pul köçürməklə admin onun hesabına həmin pulu köçürürdü və həmin pulu şəkil şouda istifadə edirdi. Əgər iştirakçı istəməsə istifadə elmirdi və pul iştirakçının hesabında qalırdı. Həmin pulu geri götürmək olmurdu və nəğdləşdırılməsı mümkün deyildi. Tariyelin nömrəsinə xatırlamadığı bank hesabına «MilliÖn» ödəmə terminalı vasitəsi ilə pul ödəyirdi. Tariyel də admin olduğu üçün pulu onun həmin saytda olan hesabına yerləşdirirdi. Həmin yarışmada iştirak etmiş, lakin oyun zamanı görmüşdür ki, oyunda saxtakarlıq var. Dəfələrlə Tariyelin özü ilə telefon nömrəsi ilə əlaqə saxlayıb ona rəqibinin həqiqətən pul ilə oynadığını, yoxsa pulu ona hədiyyə etdiyini soruşduqda Tariyel and içib demişdir ki, həmin oyun düzgündür, hamı öz pulu ilə oynayır, heç kimə pulsuz bonus verilmir. Buna baxmayaraq saytın admini olan Tariyelin hesabına pul yatırıb bonus alıb, həmin şəkil şouda oyun oynamağa davam etmişdir. Bu qaydada həmin saytın admini Tariyelin bank hesabına hissə-hissə olmaqla, ümumlikdə 2018-2019-cu il dövr ərzində təxminən 1.500-2.000 manat pul köçürmüşdür. Lakin yarışmalarda yenə də Tariyel tərəfindən saxtakarlığı görüb şəkil-şouda uduzmuşdur. Bundan sonra Tariyelə zəng edib yenə də ona saxtakarlığına görə iradını bildirmişdir. Bu səbəbdən aralarında narazılıqlar yaranmış və bir-birilərini saytda təhqiredici sözlərlə söyüb təhqir etmişlər. Hətta Tariyel onu «Qan.az» saytından çıxarmış və həmin sayta girişinə qadağa qoyub onun ünvanına nalayiq sözlərlə mesajlar yazıb göndərmişdir. Təxminən 2018-ci ilin noyabr-dekabr ayında Tariyeli söyüb təhqir etdiyi üçün Tariyel onun barəsində Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma zamanı birbirilərindən şikayətçi olmadıqları və barışdıqları üçün material üzrə cinayət işi başlanmamışdır. Təxminən 10-15 gün keçdikdən sonra Tariyel «Qan.az» saytında onun barəsində yazaraq, guya 700 manat verib onun başına polis bölməsində butulkanın içərisində olan sidiyi tökdüyünü bildirmişdir. Həqiqətdə isə belə bir hal olmamışdır. Dəfələrlə Tariyelə həmin yazıları silməsini desə də, Tariyel silmədiyi üçün məcbur olub Tariyelin ünvanına söyüşlər söyüb Tariyelin «Youtube» internet saytında yerləşdirmiş və Tariyelə bildirmişdir ki, əgər onun barəsində «Qan.az» saytında yazdıqlarını silməsə o, da «Youtube» saytında yerləşdirdiklərini silməyəcəkdir; Tariyel də məcbur olub «Qan.az» saytından barəsində yerləşdirdiyi həqiqətə uyğun olmayan məlumatları silmiş o, isə «Youtube» da yerləşdirdiyi məlumatları silmişdir. Bundan sonra aralarında olan narazılıqlar aradan qalxmışdır. Tariyelin adının olduğu «Qan.az» saytından çıxıb başqa saytlarda üzv olmuşdur. Tariyel saytında olan bır nəfər adını bilmədiyi istifadəçi ilə dalaşıb və saytda yazıb demişdir ki, vaxtı ilə saytın istifadəçisi olmuş «Kabus Bərdəli» də, yola getmədiyi üçün onu sındırmışdır. Təxminən 2019-cu ilin oktyabr-noyabr aylarında (050) ***-**-** saylı nömrədən özünü Rahim kimi təqdim etmiş şəxs ona zəng edib bildirmişdir ki, Tariyel onun barəsində «Qan.ax»da təhqiredici ifadələr yazıb, lazım olarsa ona köməklik edib Tariyelin ailə şəkillərini və yazışmalarını ona göndərər, o da Tariyeldən qisasını çıxar, lakin Rahim ilk olaraq ona heçnə göndərməmişdir. Bundan sonra o, Tariyelə zəng edib ona 1.500 manat borclu olduğunu deyib ondan borcunu istəmişdir. Tariyel isə heç bir borcu olmadığını bildirmişdir. Bundan sonra Rahim ona Ülviyyə adlı qadının şəklini və Tariyel ilə olan yazışmalarını göndərmişdir. Həmin qadının «Qan.az» saytında Ayşən adı ilə “Bəlkə bir Gün" nikində şəkilini görmüşdür. Ülviyyə Tariyellə yaxın sevgi münasibətində olmuşdur. Rahimdən həmin şəkilləri haradan əldə etdiyini soruşduqda Rahim ona bildirmişdir ki, Tariyelin arvadı Aysellə Tariyel ilə evlənməmişdən əvvəl vaxın münasibətdə olmuş, hazırda da onunla yaxın münasibətləri var, şəkilləri də ona Aysel Tariyelin telefonundan götürüb göndərmişdir. Tariyelin şəxsi həyatında olan sirlərini bilib, Tariyelə zəng edərək: «Sənin saytına qoyduğum pulları qaytar»,- demiş, Rahimin ona göndərdiyi Ayşənlə olan səs yazılarını Tariyelə göndərmiş və sonuncuya bildirmişdir ki, əgər 1.500 manat göndərməsə, həmin səs yazısını onun saytına yerləşdirəcək və onu rüsvay edəcəkdir. Bu qaydada Tariyellə danışığı yaranmış və hətta Tariyel ona cavab verməyib bir neçə dəfə telefonunda onun nömrəsini bloka atmışdır. Bundan sonra Tariyelin arvadının və onunla münasibətdə olan Ayşənin şəkillərini «Qan.az» saytına yerləşdirib, altında təhqiredici şərhlər yazmışdır. Sonra isə Tariyelin arvadının ayrıca bir şəklini yenidən sayta yerləşdirib. Tariyeli təhqir etmişdir. Tariyel bunları görüb onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, yazdığı şəkilləri çıxarsın, buna görə ona 1.500 manat deyil, 700 manat göndərəcəkdir. Tariyelə 500 manat göndərməsini bildirmişdir. Bundan sonra Tariyel onun göndərdiyi bank hesab nömrəsinə bir gün ərzində hissə-hissə olmaqla, ümumilikdə 505 manat pul göndərmişdir. Həmin pulu bankomat vasitəsi ilə çıxarıb mərc oyunlarında uduzmuşdur. Tariyel ondan şəkilləri haradan əldə etdiyini soruşsa da Rahimin adını ondan gizlətmişdir. Həmçinin 2019-cu ilin yay aylarında «Can.az» saytında Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və onunla internet saytı vasitəsi ilə, sonra telefonla əlaqə saxlamışdır. Lalədən eşidib bildiyinə görə Lalə ailəlidir. Lalə ilə görüşməmiş, ərini görməmiş və tanımır. Bir müddət Lalə ilə münasibət saxlamış, intim münasibətlər barədə söhbəti olmuşdur. Sonra Lalənin saytda başqa kişilərlə münasibət saxladığını bilib, onu başqa kişilərə qısqanıb, onunla əlaqələrini kəsmişdir. Lalə də onun saytda başqa qadınlarla münasibət saxladığını görüb barəsində «Can.az» saytında həqiqətə uyğun olmayan məlumatlar yazıb, ünvanına nalayiq sözlər yazıb göndərmişdir. Buna görə də əsəbləşib Lalədən 2019-cu ilin iyul-avqust ayından oktyabr ayınadək olan müddət ərzində ona zəng edib danışdığı konturların pulunu, yəni 350-400 manatı geri tələb etmişdir. Lalə də imtina etdiyi üçün aralarında olan münasibətlər, danışıqlar barədə ərinə mesajlar yazıb, danışıqlarını göndərəcəyini, ailəsini dağıdacağını, rüsvay edəcəyini deyib hədələmişdir. Bunu etməməkdən ötrü Lalədən 350 manat ona göndərməsini tələb etmiş və pulu göndərməsi üçün öz bank hesab nömrəsini demişdir. Əvvəl Lalə razılaşmasa da, sonradan qorxub onun bank hesabına 100 manat pul göndərmişdir. Həmin pulu 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Səbail rayonu ərazisində «Torqovı» deyilən ərazidə bankomatdan çıxarmışdır. Zərərçəkmiş şəxs1, Rahimə, Zərərçəkmiş şəxs2 istifadəsində olan (051) 950-42-42, (055) 594- 92-42 mobil nömrələrdən zəng etmişdir. Şahid4 ona Zərərçəkmiş şəxs1 və onun ailəsinə aid şəkilləri, səs yazılarını məhz Zərərçəkmiş şəxs1 «QAN.AZ» saytında xar etmək üçün, yəni Tariyeli saytda nüfuzdan salmaq üçün göndərmişdir. Bunun səbəbi isə Zərərçəkmiş şəxs1 admin olduğu saytda Şahid4 saytdan kənarlaşdırması həmin saytda Tariyelin hegemon və kobud aparması olmuşdur. Həmçinin Şahid4 Tariyelin arvadı Ayseldən qisas almaq üçün ona həmin materialları göndər, ona Tariyeldən 5.000-10.000 manat və ya daha çox pul tələb edib bölüşməyi təklif etsə də, o, Rahimə razılıq versə də, Tariyeldən ancan oyuna sərf etdiyi 1.500 manat pulunu tələb etmiş, 1.500 manatdan artıq, yəni 5.000-10.000 manat pul tələb etməmiş, ancaq yuxarıda qeyd etdiyi kimi sonuncunun «Qan.az» saytında onu aldadaraq ələ keçirdiyi 1.500 manat pulu tələb etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 28 avqust 2018-ci il tarixdə «QAN.AZ» saytını 40.000 manat müqabilində satın almış və həmin saytın admini kimi fəaliyyət göstərir. Həmin sayt tanışlıq, əyləncə, reklam, bir sözlə sosial fəaliyyət üçün nəzərdə tutulmuşdur. 2018-ci ilin noyabr ayından «Kabus Bərdəli» kimi saytda qeydiyyatdan keçmiş, Təqsirləndirilən şəxs ona 1.500 manat məbləğində borcunun olmasını bildirmişdir. 2018-ci ilin dekabr ayının sonlarında da Qalib «Youtube» sosial şəbəkəsində ona qarşı eyni əməli törətmiş və onu rüsvay etmişdir. Bununla bağlı Xətai RPİ-nin 35-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Qalib polis orqanına dəvət olunaraq izahatı alınmış, izahatında ona heç bir borcunun olmadığını, ona böhtan atdığını və buna görə çox peşman olduğunu bildirmişdir. Lakin buna baxmayaq Təqsirləndirilən şəxs yenidən ona qarşı eyni əmələ əl atmışdır. 2019-cu ilin noyabr və dekabr aylarında Təqsirləndirilən şəxs yenidən onu narahat edərək ondan pul tələb etməyə başlamışdır. Pul verməkdən imtina etdiyi üçün Təqsirləndirilən şəxs onun, ailə üzvlərinin və tanışlarının fotoşəkillərini, səs yazılarını internet saytlarda paylaşaraq, şərhlər olan hissədə onun, ailə üzvlərinin barəsində həqiqətə uyğun olmayan, rüsvayedici məlumatlar yazmış və həmin fotoşəkilləri, səs yazılarını saytlardan silməkdən ötrü ondan pul tələb etmiş, əks təqdirdə onu və ailə üzvlərini rüsvay edəcəyi ilə hədələmişdir. 10 dekabr 2019-cu il tarixdən 11 dekabr 2019-cu il tarixə qədər ümumilikdə 305 manatı Təqsirləndirilən şəxs "xxxx"-da adına olan ******************** nömrəli hesabına göndərmişdir. Buna baxmayaraq Qabil ondan əl çəkməmiş, əlavə pul tələb etmişdir. Pulu verməyəcəyi təqdirdə onu "Youtube" və digər internet sosial şəbəkələrində rüsvay edəcəyi ilə yenidən hədələmişdir. Bundan başqa onun tanışı "Ayşən" kimi çağırdıqları, rəsmiyyətdə isə adı Ülviyyə olan qadına zəng edib, guya onun Qalibə borclu olduğunu bildirib ondan da pul tələb elmişdir. Qalıb Nəcəfovun onun və ailə üzvlərinin fotoşəkillərini haradan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs (051) 950-42-42, (055) 594-92-42, (070) ***-**-** mobil nömrələrdən istifadə etmişdir. Arvadı Şahid2 (055) 290-50-11, (055) ***-**-** və (055) ***- **-** saylı mobil nömrələrdən istifadə edir. (055) ***-**-** və (055) ***-**-** saylı nömrələr onun adına qeydiyyata alınıb, (055) ***-**-** saylı nömrənin isə kimin adına qeydiyyata alındığını bilmir. Təqsirləndirilən şəxs onun istifadəsində olan (055) ***-**-** və (050) ***-**- ** saylı nömrələrinə zəng edib onunla əlaqə saxlamışdır. 10 dekabr 2019-cu il tarixdə saat 05:00 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu General Şıxlinski küyəsi ev 49 mənzil 67-də olarkən Təqsirləndirilən şəxs istifadə etdiyi (051) ***-**-** mobil nömrədən onun istidafəsində olan (050) ***-**-** mobil nömrəsinə zəng edib ona hədə qorxu gəlmişdir. Ülviyyə adlı qadınla qeyri-rəsmi ər-arvad münasibətində yaşadığını sosial şəbəkələrdə yayacağını bildirmişdir. Qalib həmin səs yazılarını və şəkilləri «QAN.AZ» saytına göndərdikdən sonra artıq təhlükəni və hədə qorxunu dərk edib, rüsvay olacağından çəkinərək Qalibə 1.500 manat deyil, 700 manat pulu gün ərzində tapıb göndərəcəyini söz vermiş və ondan xahiş etmişdir ki, həmin səs yazılarını və fotoşəkilləri saytdan çıxarsın. 10 dekabr 2019-cu il tarixdə saat 16:22-də Bakı şəhəri Xətai rayonu "Əhmədli” metro stansiyası girişində quraşdırılmış "MilliÖn” ödəmə terminalı vasitəsilə 300 manat, 10 dekabr 2019-cu il tarixdə saat 20:09-da ünvan 8 ünvanda yerləşən "Bolmart” marketdə quraşdırılmış ''MilliÖn” ödəmə terminalı vasitəsilə 100 manat, 11 dekabr 2019-cu ildə saat 03:19-da ünvan 9 ünvanda quraşdırılmış "MilliÖn” ödəmə terminalı vasitəsilə 105 manat, ümumilikdə 505 manatı Təqsirləndirilən şəxs "Kapital Bank”-da adına olan ******************** nömrəli hesaba göndərmişdir. Təqsirləndirilən şəxs heç vaxt borcu olmamışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin may-iyun ayında internet səhifələrində yayılan reklamlardan «Can.az» tanışlıq saytı olduğunu öyrənib maraq üçün həmin sayta öz mobil telefonu ilə daxil olub xatırlamadığı adla qeydiyyatdan keçmişdir. Günlərin bir günü «Kabus Bərdəli» adı ilə həmin saytda qeydiyyatdan keçmiş bir nəfər şəxsin çat vasitəsilə saytda olan şəxslər tərəfindən nalayiq sözlərlə söyülüb təhqir edildiyini, ona güldüklərini, məsxərəyə qoyduqlarını görüb tanımadan həmin şəxsi, yəni «Kabus Bərdəli»nin tərəfindən çıxış edib, söhbətin məzmununu bilmədən onun tərəfini tutmuş və onu təhqir edən şəxlərə iradını bildirmişdir. Bununla onun «Kabus Bərdəli» ilə tanışlığı yaranmış və bir-birilərindən telefon nömrələrini öyrənib əlaqə saxlamağa başlamışlar. Onunla yaxın münasibəti yarandığı üçün aralarında hətta intim söhbətlər belə aparılmışdır. 2019-cu ilin sentyabr ayından etibarən «Kabus Bərdəli» kimi tanıdığı, sonradan özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs onunla danışılqlarını telefon yaddaşına yazdığını, əgər ona istədiyi məbləğdə pul verməsə həmin səs yazılarını ərinə göndərəcəyini, ailəsini dağıdacağını, barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını deyib onu hədələmişdir. Əvvəl Qalibin sözlərinə əhəmiyyət verməsə də, Təqsirləndirilən şəxs bu kimi hərəkətləri ona qarşı davamlı olduğundan və dayanmadığı üçün məcbur olub 29 oktyabr 2019-cu ildə saat 12:07-də yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən «Bizim» marketin içərisində quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi bank hesab nömrəsinə 100 manat ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə ona zəng edib onunla danışmaq istəsə də, o, telefonunu söndürmüşdür. Qalib isə günün müxtəlif saatlarında, müxtəlif məzmunlu nalayiq sözlərlə mesajlar yazıb göndərmişdir. Təqsirləndirilən şəxs onun telefon nömrəsini saytlarda yerləşdirdiyi üçün tanımadığı kişilər ona zəng edib onunla tanış olmaq istədiklərini bildirib, onu əxlaqsız bir qadın kimi qəbul etmişlər. Təqsirləndirilən şəxs (055) 594-92-42, (051) ***-**-** mobil nömrələrdən, taksofonlardan onun istifadəsində olan (050) ***-**-** və (055) ***-**-** mobil nömrələrinə zəng edib, günün müxtəlif saatlarında mesajlar yazıb, pul vermədiyi həldə ailəsini dağıdacağını, barəsində rüsvayedici məlumatlar yayacağını deyib ona hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, 16 fevral 2020-ci il tarixdə Tariyel onun (055) ***-**-** mobil nömrəsinə zəng edib nömrəsinin «Can.az» saytında və digər internet saytlarında yayıldığını və guya o, öz nömrəsinin altında kişilərlə tanış olmaq istədiyini yazıb yerləşdirdiyini bildirmişdir. Tariyelə «Kabus Bərdəli» ləqəbli, Təqsirləndirilən şəxs adlı şəxsin ona hədə-qorxu gəldiyini, barəsində rüsvayedici məlumatlar yayacağı, ailəsini dağıdacağı ilə hədələyib ondan pul tələb etdiyini, nömrəsini saytlarda yaydığını bildirmişdir. Tariyel isə bildirmişdir ki, o, «Qan.az» saytın əməkdaşıdır, «Kabus Bərdəli» onun da barəsində rüsvayedici məlumatlar yayır, ailəsini dağıdıb, ondan da hədə-qorxu ilə pul tələb eldiyi üçün Qalibin barəsində artıq hüquq mühafizə orqanına rəsmi şikayət etmiş, Tariyellə görüşüb bu barədə söhbət etmişdir. Təqsirləndirilən şəxs onun ərini şəxsən tanımamış, onunla görüşməmiş, ünsiyyətləri olmamışdır. Qalib onun sözlərindən əri və ailə üzvləri barəsində məlumatlıdır. Təqsirləndirilən şəxs şəxsən sifətdən görməmişdir. «Can,az» saytına istifadəsində olan «LG K10» modelli mobil telefonundan daxil olub həmin saytdan şəhərin müxtəlif yerlərindən, evindən istifadə etmişdir Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin payız aylarında oğlu Zərərçəkmiş şəxs1 evə əsəbi halda gəldiyini görüb ondan nə baş verdiyini soruşduqda Tariyel ona açdığı «QAN.AZ» saytında bir nəfər şəxsin onun ünvanına nalayiq söyüşlər söyərək, başqa şəxslərin adının altında Tariyelin adı və soyadını yazıb, onu el arasında rüsvay və təhqir etdiyini demişdir. Sonradan Tariyeldən eşidib bildiyinə görə Tariyel həmin şəxslə, yəni «Kabus Bərdəli» ləqəbli, əslən Kəlbəcərdən olan Təqsirləndirilən şəxs ilə, əlaqə saxlayıb sonuncudan sosial şəbəkələrdə yazdığı yazıları silməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs Tariyel Tacıyevdən bunun müqabilində 1.000 manat pul tələb etmiş, Tariyel isə Qalibə pul verməkdən imtina elmişdir. Tariyelin əsəblərinin gərgin olduğunu görüb Tariyelə Qalibin telefon nömrəsini ona verməsini, əslən Kəlbəcər rayonundan olduğu üçün Qaliblə danışıb bu söhbəti yoluna qoyacağını demişdir. Tariyel də öz növbəsində WhatsApp vasitəsi ilə onun (055) ***-**-** mobil nömrəsini Təqsirləndirilən şəxs göndərmişdir. Tariyel Qalibə pul verməkdən imtina etdiyi üçün, Qalib onların ailə üzvlərinin və tanışlarının fotoşəkillərini, səs yazılarını sosial şəbəkələrdə paylaşaraq, şərhlər olan hissədə ailə üzvlərinin barəsində həqiqətə uyğun olmayan, rüsvayedici məlumatlar yazmışdır. Dəqiq xatırlamadığı tarixdə Tariyel Qaliblə söhbət edərkən Tariyelin əlindən telefonu alıb Qalibə öz mobil nömrəsini verib nə sözü olsa ona zəng etməsini demişdir. Sonradan Qalib onun istifadə etdiyi (055) ***-**-** mobil nömrəsinə müxtəlif nömrələrdən zəng edib Tariyelin ünvanına nalayiq sözlər ifadə etmiş, Tariyel pul vermədiyi halda ailə üzvlərinin və tanışlarının şəkillərini, səs yazılarını internet saytlarda paylaşıb, şərhlər olan hissədə, ailə üzvlərinin barəsində rüsvayedici məlumatlar yaymaqda davam edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu əməlindən çəkinməsini, onunla təklikdə görüşməsini xahiş elsə də Təqsirləndirilən şəxs öz hərəkətlərini davam edib, onunla görüşməkdən yayınmışdır. Bu səbəbdən Tariyel məcbur olub Xətai RPİ-nin 35-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis bölməsinə dəvət olunaraq izahatı alınmışdır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən Tariyelə zəng edib bu dəfə sosial şəbəkələrdə Tariyelin arvadının fotoşəkillərini yerləşdirib, arvadının barəsində həqiqətə uyğun olmayan, rüsvayedici məlumatlar yazıb onları təhqir etməyə başlamış və fotoşəkilləri sosial şəbəkədən götürməkdən ötrü Tariyeldən pul tələb etmişdir. Tariyel məcbur olub 10 dekabr 2019-cu ildə bir dəfə 300, ikinci dəfə 100 manat, üçüncü dəfə 105 manat, ümumilikdə 505 manat pulu «MilliÖn» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" hesabına göndərmişdir. Buna baxmayaraq Qalib onlardan əl çəkməmiş, Tariyeldən 1.500 manat pulun qalan hissəsini tələb etməkdə davam etmiş, pulu verməyəcəyi təqdirdə onları "Youtube" və digər internet sosial şəbəkələrdə ailə üzvlərinin şəkillərini paylaşaraq rüsvay edəcəyi ilə hədələmişdir. Tariyeldən eşidib bildiyinə görə Təqsirləndirilən şəxs bundan başqa tanışı Ayşən adlı qadına zəng edərək guya Tariyelin ona borclu olduğunu deyib ondan da pul tələb etmişdir. Təqsirləndirilən şəxs oğlu Tariyeldən 1.500 manatdan başqa pul istəməmişdir, 5.000-10.000 manat məbləğində pul verilməsni tələb etməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən oktyabr-noyabr ayında istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***- **-** mobil nömrədən "WhatsApp" proqramı vasitəsi ilə «Şəkillərin məndədi, əgər mən dediyimi etməsən "Youtube" internet səhifəsində şəkillərini yerləşdirəcəm» məzmunlu mesaj yazıb göndərilmişdi. Mesajı yazan şəxs ona özünü «Kabus Bərdəli» kimi təqdim edib, «Qan.az.» saytının istifadəçisi olduğunu, həmin saytın rəhbəri olan Zərərçəkmiş şəxs1lə mübahisəsi olduğunu, Tariyellə yaxın münasibəti olduğunu bildiyini, Tariyelə onun üçün pul göndərməsini, onunla əlaqə yaratmasını deməsə Tariyelə ziyan vuracağını, barəsində internet saytlarında şəkillərini yayacağını demişdir. Zərərçəkmiş şəxs1 istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib özünü «Kabus Bərdəli» kimi təqdim etmiş şəxsin dediyi sözləri Tariyelə demiş və xahiş etmişdir ki, onlar özləri məsələni həll etsinlər. «Kabus Bərdəli» onun mobil nömrəsini müxtəlif internet saytlarında yerləşdirib, altında guya onun Tariyellə yaxın münasibəti olduğunu, kişilərlə tanış olmaq istəyində və əxlaqsız qadın olması barədə şərhlər yerləşdirdiyi üçün müxtəlif nömrələrdən kişilər ona zəng edib, nömrəsini internet səhifələrindən götürdüklərini və onunla tanış olmaq istəyində olduqlarını deyib, onu narahat etmişlər. Zərərçəkmiş şəxs1lə özünü «Kabus Bərdəli» kimi təqdim etmiş şəxs arasında nə kimi münasibətlərin olması, aralarında ədavət və düşmənçilik, bir-birilərinə pul borclarının olub-olmaması barədə məlumatı yoxdur. «Kabus Bərdəli» ona dəfələrlə Zərərçəkmiş şəxs1 onun üçün 1.500 manat pul göndərməsini demişdir. Lakin nə üçün pul istədiyini deməmişdir. Tariyeldən eşitdiyinə görə o, «Kabus Bərdəli»nin bank hesabına «MilliÖn» ödəmə terminalı vasitəsi ilə 505 manat göndərmişdir. Zərərçəkmiş şəxs1lə təxminən 2018-ci ilin avqust ayında «Qan.az» saytında tanış olmuşdur. Belə ki, həmin saytda istifadəçi kimi qeydiyyatdan keçdikdən sonra saytın rəhbəri olan Zərərçəkmiş şəxs1lə onlayn vasitəsi ilə tanış olub münasibət saxlamışdır. Tariyellə yalnız onlayn vasitəsi ilə münasibəti olub, onunla yaxınlıq etməmiş, onun ailəsini dağıtmaq və ya digər niyyəti olmamışdır. «Qan.az» saytında istifadəçi kimi adı «Bəlkə bir gün», adı isə Ayşən kimi qeyd olunmuşdur. «Kabus Bərdəli» ilə əyani olaraq görüşü olmamış, fotoşəkilini belə görməmişdir. Araşdırma zamanı bilmişdir ki, “Kabus Bərdəli”-nin adı Qalib, soyadı isə Nəcəfovdur. «Kabus Bərdəli» ona 055-594- 92- 42 və ***-***-**-** mobil nömrələrdən zəng elmişdir. Zərərçəkmiş şəxs1 arvadını və digər ailə üzvlərini şəxsən görməmiş, onlarla yaxın münasibəti olmamışdır . 2019-cu ilin təxminən noyabr-dekabr ayında bir nəfər qadın istifadəsində olan mobil telefonun «WhatsApp»ına hazırda xatırlamadığı mobil nömrədən mesaj yazıb, özünü Zərərçəkmiş şəxs1 arvadı Aysel kimi təqdim edərək: «Mən artıq Tariyellə ayrılmışam, bilirəm Tariyellə sənin münasibətin var, əgər istəyirsənsə get Tariyellə yaşa»,- məzmunlu mesaj yazıb göndərmişdir. Gələcəkdə «Kabus Bərdəli» tərəfindən əsl adını biləcəyindən ehtiyyat edib ərizəsində və ilkin izahatında adını Ayşo kimi qeyd etmişdir. Rəsmiyyətdə adı Ülviyyədir. «Kabus Bərdəli» bir neçə dəfə onun vasitəsi ilə Tariyelə təzyiq edib ondan pul almağa çalışmış, lakin özündən pul istəməmişdir. Təqsirləndirilən şəxs şəxsən ondan pul tələb etməmiş və almamışdır. Rahim adlı şəxsi tanımır, belə bir adda tanışı yoxdur, Rahim adlı şəxsin onun fotoşəkillərini haradan əldə etdiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2010-cu ilin avqust ayının 10-da Zərərçəkmiş şəxs1lə rəsmi olaraq birgə nikaha daxil olmuş, birgə nikahlarından 25 iyul 2011-ci ildə oğlu Tahir anadan olmuşdur. Son zamanlar Tariyellə aralarında şəxsi münasibətlər zəminində mütəmadi olaraq narazılıqları yarandığı üçün onunla ayrılmaq qərarına gəlib Sabunçu rayon məhkəməsinə nikahlarının ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş, nikahları 24 yanvar 2020-ci ildə ləğv olunmuş, nikahlarının ləğv edilməsinə əsas səbəb əri Tariyelin özünü Ayşən adlandıran Ülviyyə adlı qadınla qeyri rəsmi ər-arvad kimi münasibət saxlaması olmuş, dəfələrlə Ülviyyə və Tariyelə bu kimi hərəkətlərdən çəkinmələrini desə də Ayşən və Tariyel heç biri onun sözlərinə əhəmiyyət verməmişlər, hətta Tariyelin telefonundan Ayşənlə yazışmasını öz telefonunda skrinşot edib həm Ülviyyəyə, həm Tariyelə, həm də Tariyelin anası Minaya göndərmiş, 2019-cu ilin dekabr ayının 18-də Ülviyyə xatırlamadığı mobil nömrədən onun istifadəsində olan (055) ***-**-** mobil nömrəsinə zəng edib ona: «Nə üçün mənim şəkillərimi Kabus Bərdəliyə göndərmisən?»,- deyib ona irad bildirmiş, Ülviyyəyə «Kabus Bərdəli»yə heç bir şəkil göndərmədiyini, «Kabus Bərdəli» ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. 10 dekabr 2019-cu ildə Tariyel, qaynanası Mina ona «Kabus Bərdəli»yə Ülviyyənin şəkillərini göndərdiyini zənn edib iradlarını bildirmişlər, onlara da «Kabus Bərdəli»ni tanımadığını, sonuncunu tanımadığını və heç bir münasibəti olmadığını demişdir. «Kabus Bərdəli» ləqəbli şəxsin əri Zərərçəkmiş şəxs1lə nə kimi münasibətdə olması, aralarında ədavət və ya düşmənçilik olub-olmaması barədə məlumatı olmamışdır. «Qan.az», «Can.az» və ya hər hansı bir digər tanışlıq saytların istifadəçisi deyil, hər hansı bir tanışlıq saytında qeydiyyatdan keçməmişdir. Özünü Ayşən kimi qələmə verən Ülviyyə ilə əyani olaraq görüşü olmasa da sonuncunun fotoşəkillərini Tariyelin telefonunda görmüşdür. Tariyelin ona xəyanət etdiyini başa düşüb, 2009-cu ildə təsadüfən ona zəng vuraraq tanış olduğu, zəngdən sonra aralarında münasibət yarandığı, Bakı şəhərinə gələndə isə görüşdüyü, dost münasibəti yaratdığı, aralarında heç-bir intim münasibətləri olmadan müxtəlif vaxtlarda və yerlərdə görüşüb söhbət etdiyi, həmçinin ara-sıra fotoşəkillər və video yazılar çəkdiyi Rəhim Əliyev adlı şəxsin «WhatsApp»ına 2019-cu ilin iyun ayında özünün, Ülviyyənin, Tariyelin fotoşəkillərini, Tariyellə Ülviyyənin bir neçə audioyazılannı, Tariyellə Ülviyyənin skrinşot etdiyi fotolarını göndərmiş və Rahimə qadının adının Ülviyyə olduğunu, Ülviyyənin əri Tariyelin sevgilisi olduğunu, audioyazıda olan səs yazısının Tariyellə Ülviyyənin danışıqları olduğunu, həmçinin Rahimə əri Tariyelin Ülviyyə ilə əlaqə saxlamasını sübuta yetirə bilmədiyini deyib, audioyazıları və fotoşəkilləri müvəqqəti saxlaması üçün Rahimə göndərmiş, lazım olanda onları Rahimdən istəyəcəyini demiş, həmçinin Rahimdən dönə-dönə həmin fotoşəkilləri, audioyazıları heç kimə verməməsini, yaymamasını, özündə saxlamasını xahiş və tələb etmiş, belə ki, Tariyel hər zaman onun telefonunu yoxlamış və həmin şəkilləri və audio yazıları gördüyü halda siləcəyini bildirmişdir. Rahim onunla razılaşmış, lakin Rahim onun razılığı olmadan Rahimə göndərdiyi fotoşəkilləri, səs yazılarını və yazışmaları Tariyelin internetdə ədavəti olan «Kabus Bərdəli» nikindən istifadə edən Təqsirləndirilən şəxs göndərmiş, Təqsirləndirilən şəxs isə bundan istifadə edib Tariyelə hədə qorxu gələrək 505 manat pulunu ələ keçirmişdir. «Kabus Bərdəli» ləqəbli şəxsi tanımır, onunla münasibəti olmamış, yalnız telefonla danışmış, ona internet və ya telefonla mesaj yazmamışdır. Rahimə həmin şəkilləri, fotoları və audio yazıları kiməsə göndərib-göndərməməsini soruşduqda. Rahim ona heç kimə göndərmədiyini deyərək inkar etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, təxminən 2009-cu ilin aprel ayında Zərərçəkmiş şəxs1 arvadı Şahid2 ilə təsadüfən tanış olub sonuncu ilə münasibəti yaranmış, belə ki, telefon nömrəsini səhf yığaraq Ayselin mobil nömrəsinə zəng etmiş, Aysellə tanış olandan təxminən 1 il sonra Aysel 2010-cu ildə Zərərçəkmiş şəxs1lə ailə qurmuş, Aysel ailə qurandan sonra da onların əlaqələri kəsilməmiş və tez-tez telefonla əlaqə saxlamışlar, Zərərçəkmiş şəxs1 şəxsən görməmiş, sonuncunu tanımamış, bir dəfə xahişi əsasında Aysel ona Tariyelin fotoşəklini WhatsAppla göndərmişdir. 2019-cu ilin iyun ayında Aysel ona dəqiq xatırlamadığı mobil nömrənin WhatsAppından bir neçə ədəd qadın fotoşəkli, bir neçə audioyazı göndərmiş, qadının adının Ayşən olduğunu, Ayşən əri Tariyelin sevgilisi olduğunu, audioyazıda olan səs yazısı Tariyellə Ayşənin danışıqları olduğunu, Tariyelə Ayşən ilə əlaqə saxlamasını sübuta yetirə bilmədiyini, audioyazıları və fotoşəkilləri ona müvəqqəti göndərdiyini, lazım olanda onları istəyəcəyini, həmin fotoşəkillərlə və audioyazılarla Tariyelə onun xəyanətini sübut edəcəyini bildirmişdir. 2019-cu ilin avqust ayında Aysel ona WhatsAppla «Youtube» saytından bir iki fayl göndərmiş, həmin fayllara baxdıqda «Kabus Bərdəli» kimi qeydə alınmış, əsl adı Qalıb Nəcəfov olan bir şəxsin saytda audioyazı yerləşdirdiyini, Qalib həmin audioyazıda Tariyelin ona guya 1.500 manat borcu olduğunu demiş, Tariyelin, arvadının, anasının ünvanına nalayiq söyüşlər söyüb, həmçinin bir qadının fotoşəklini yerləşdirib guya Tariyelin arvadı olduğunu bildirmiş, həqiqətən isə Qalibin saytda yerləşdirdiyi qadın şəkili Ayselin şəkili olmamışdır. 2019-cu ilin təxminən sentyabr ayında Aysel ona zəng edib əri Tariyellə münasibətləri pozulduğu üçün ər evindən çıxıb xalası evinə getdiyini bildirmiş, narahat olub Bakı şəhərinə gəlmiş və Sabunçu rayonu Sabunçu qəsəbəsində dəqiq ünvanını bilmədiyi evdə Aysellə görüşmüş, Aysel ona oğlunu idman məktəbinə qoyduğunu, məktəbdə işləyən bir yaşlı müəllim ona ərindən boşanıb onunla ailə qurmasını dediyini, əks təqdirdə onun barəsində həqiqətə uyğun olmayan şər atacağını demiş, hətta bir dəfə həmin müəllim onların evinə gəldikdə Tariyellə rastlaşmış və məsələyə Tariyel müdaxilə etmiş, bu səbəbdən də aralarında narazılıq yaranmış, Ayselin ona düzgün danışmadığını hiss etmiş, Aysel öz istəyi ilə həmin şəxslə əlaqə saxlamış, hətta həmin müəllimdən pul da aldığını güman etmiş, sonra əri Tariyel Ayselin həmin müəllimlə əlaqəsi olduğunu bildiyi üçün özünü təmizə çıxartmaqdan ötrü yalan danışdığını fikirləşmiş, Ayselə artıq inamı itdiyi üçün 2019-cu ilin təxminən oktyabr ayında «Kabus Bərdəli»-in "Youtube'' kanalında yerləşdirdiyi audioyazının altında qeyd etdiyi, dəqiq xatırlamadığı 42-92 ilə bitən "xxxx" operatoruna məxsus mobil telefona zəng edib Təqsirləndirilən şəxs Aysellə nə kimi əlaqəsi olduğunu soruşmuş, Təqsirləndirilən şəxs Ayselin bir dəfə ona zəng edib «Youtube» da yerləşdirdiyi səs yazısını silməyi xahiş etdiyini, əvəzində ona Tariyelin borclu olduğu 1.500 manatı da verməyi boyun olduğunu bildirmiş, Təqsirləndirilən şəxs Ayşən adlı qadını tanıyıb-tanımadığını soruşduqda Qalib onu tanıdığını, hətta Ayşənlə yaxın əlaqəsi də olduğunu bildirmiş, Qalibə inanmayıb, Ayşənin Tariyelin sevgilisi olduğunu demiş, bir müddətdən sonra Ayselin ona göndərdiyi Tariyellə Ayşənin fotoşəkillərini, ayudioyazılarını, yəni danışıqlarını WhatsAppla Qalibə göndərmiş, bir neçə gün keçdikdən sonra Aysel ona zəng edib Ayşənlə Tariyelin danışıqlarını hər hansı bir şəxsə veribvermədiyini soruşduqda yalandan heç kimə vermədiyini demiş, Aysel isə ona həmin səs yazısının «Qan.az» saytında yerləşdirildiyini demiş, bundan sonra əvvəldən «Qan.az» saytının istifadəçisi olduğu üçün həmin sayta daxil olub orada həqiqətən «Kabus Bərdəli»in həmin səs yazısını yerləşdirdiyini görmüş, Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlayıb ondan həmin səs yazısını saytdan götürməsini xahiş etmiş, Qalib isə ona narahat olmamağını demişdir. Sonradan həmin səs yazısını Zərərçəkmiş şəxs1 özü silmiş, Tariyel həmin saytın admini olduğu üçün lazım olmayan səs yazılarını, videoları, şəkilləri silə bilmişdir. Sonradan «Qan.az» saytından yazılardan Tariyellə Qalibin münasibətləri yaxşılaşmış, hətta Aysel əri Tariyelin evinə qayıtmış, onların da münasibətləri bərpa olmuşdur. Qalibə söhbət əsnasında Tariyelin arvadı Aysellə münasibəti olduğunu demişdir. Təxminən 2020-ei ilin mart ayının birinci 10 günlüyünədək istifadə etdiyi (050) ***-**-** mobil nömrəsi ilə Aysellə sonuncunun istifadə etdiyi (050) ***-**-** nömrəli telefonla əlaqə saxlamış, Qalib həbs olunduqdan sonra onun Aysellə əlaqəsi kəsilmişdir. Aysel həmin müddətdə ona zəng edib Tariyellə Ayşənin arasında olan səs yazılarını Qalibə göndərdiyinə görə narazılığını bildirib onu söyüb təhqir etmişdir. Təqsirləndirilən şəxsla təxminən 2020-ci ilin yanvar ayında bır və ya iki dəfə Bakı şəhərində dəqiq bilmədiyi ünvanda yerləşən kafedə görüşmüş, görüşməkdə məqsədi Qalibə göndərdiyi Tariyellə Ayşən arısında olan səs yazıları, fotoşəkil olan mobil telefonu Qalibdən almaq olmuş, lakin həmin telefonu ala bilməmişdir. Sonradan Ayşəniin adının X10 olduğunu bilmiş, Ülviyyəni özünü hes vaxt görməmiş, sonuncunun yalnız fotoşəklini görmüşdür. Təqsirləndirilən şəxs eşidib bildiyinə görə Qalib «Qan.az» saytında şəkil yarışmalarında iştirak etmiş və 1.500 manatı sayta oyunlara yükləmiş, həmin oyunda Qalib Tariyellə birlikdə oynamış, Qalib oyunda qalib gəlmiş, lakin Tariyel Qalibin pulunu verməmiş, beləliklə də Tariyelin Qalibə 1.500 manat pul borcu yaranmışdır. Həmçinin özü də «Qan.az» saytında qeydiyyatdan keçib orada yarışlarda yazışmalarda iştirak etdiyi üçün yazışmalardan Tariyelin bir çox şəxslərlə kobud rəftar etdiyini, söyüb təhqir etməsinin şahidi olmuşdur. Ona görə də Tariyelə qarşı onda neqativ münasibət yaranmış, bu səbəbdən də Qalibə WhatsAppla «əgər Tariyelin admin olduğu «Qan.az» saytının parolu məndə olsaydı saylı bağlatdırardım, sonra Tariyeldən 5.000-10.000 manat alardım» məzmunda səs yazısı göndərmişdir. Həmin səsi göndərərkən bır qədər spirtli içkinin təsiri altında olmuş və sözün mənasını tam dərk etməmişdir. Təqsirləndirilən şəxsla Tariyelin əmlakını əldə etmək niyyəti olmamışdır. Şəxsən və ya Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs1 hədə qorxu gəlməmiş, ondan hər hansı bir şəkildə pul tələb etməmiş və almamışdır. Təqsirləndirilən şəxs söhbətlərin birində Tariyeldən 1.500 manat borcundan 505 manat aldığını bildirmiş, Qalib ona hədə qorxu ilə hər hansı bır şəxsdən pul almasını deməmişdir. Tariyeli «QAN.AZ» saytında nüfuzdan salmaq məqsədi ilə Təqsirləndirilən şəxs şəkil, audioyazı. videoyazı göndərməmişdir. Tariyelin əmlakını ələ keçirməsi barədə Təqsirləndirilən şəxsla təklifi, planı və razılaşması olmamışdır. Qalib 505 manat pulu Tariyeldən aldıqdan sonra, həmin puldan ona verməmiş və nədə ki, onunla xərcləməmişdir. İşdə olan CD diskə baxış keçirilməsi haqqında 03 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 01 ədəd diskə köçürülüb istintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqlarına dair səs yazısı və sonuncuya 505 manatın «Million» ödəmə terminalı vasitəsi ilə göndərməsini əks etdirən 03 ədəd qəbzlərə baxış keçirilməsi haqqında protokolundan görünür ki, 10 dekabr 2019-cu ildə saat 16:22:01-də Xətai rayonu. Əhmədli metrostansiyası girişində quraşdırılmış «Million» elektron ödəmə sistemi vasitəsi ilə 300 manat, həmin tarixdə saat 20:09:49-da ünvan 12 ünvanda fəaliyyət göstərən «Bolmart» marketdə quraşdırılmış «Million» elektron ödəmə sistemi vasitəsi ilə 100 manat və 11 dekabr 2019-cu ildə saat 03:19-da ünvan 13 ünvanda clayanacaqda quraşdırılmış «Million» elektron ödəmə sistemi vasitəsi ilə 105 manat Təqsirləndirilən şəxs adma «Kapital» bankda açlımış ******************** №-li hesab nömrəsinə göndərilmişdir. CD diskə baxış keçirdikdə aşağıdakı məzmunda səs yazısının olduğu müəyyən edilmişdir:«Tariyel necəsən mənəm Kabus, mən indi bu dəqiqə Füzulidəyəm, imenno Ayşənin atasını tapmaq üçün, Ayşənin özünü, Ayşənin özünü yox. Ayşənin özünü neynirəm, Ayşənin atasını tapmaq üçün, görüm onda videolar nədi, necədi, yəni bütün bu gün, yəni indi bu dəqiqə kafedə çörək yeyirəm, bu gün, sabah, nəyin bahasına olur olsun mən Ayşənin atasını Lapacam, nəyin bahasına olursa olsun, mən o. insanın atasını tapacam, tapacam görüm ondaki. videolar nədi, Füzuli balaca bir yerdi, böyük bir yer deyil ha deyim ki. tapa bilməyəcəm, bu başından girəcəm o biri başına kəndlərdi, neujeli Füzuli boyda bir yerdə Ayşəni tanıyan olmayacaq, neçə dənə şəkilləri var, neujeli Ayşənin tanıyan olmayacaq, elə şey ola bilər?, yəni nəyin bahasına olur olsun, deməyim odur ki, onu lapacam, sırf onda ki, videolara görə başqa hey nəyə görə yox. «O birisi nömrəni bloka atmısan, ona görə bundan atdım, yəni deməyim odur ki, ay Tariyel səninlə aramızda nə haqq-hesab var. necə var onlar Öz yerində o heç, amma mənim bu günləri, indi bu dəqiqə Füzulidə Ayşənin atasını tapmaq. Ayşənin nəslini kökünü tapmağımın bir nömrəli səbəbi odur ki. sənin ona göndərdiyin videolar, başqa heç bir şey başqa səbəb yoxdur. Görüm o videolar onda hardandır, bütün hər şey də telefondadır. Bu gün də, yəni bütün yazışmalar, Ayşən orada boynundan ata bilər ki, yox mən Tariyel tanımıram, səs yazmaları var Ayşənin səs yazılarını neujeli tanımır, Ayşənin atası da Ayşənin səsini tanımayacaq bəyəm?. Yəni deməyim odur ki, nəyin bahasına olur olsun, necə olur olsun mən bu gün, sabah neçə gündür vaxtımı ayırmışam. Görürsən ki, neçə gündür ki, susmuşam, bu qədər vaxtımı ayırdığıma görə sırf' Ayşənin özünü yox, Ayşəni (nalayiq ifadə), Ayşəni tapmağa qalsa yarım saata taparam. Mənim üçün bez problem, amma sırf Ayşənin nəslini, kökünü neujeli bu kənddə. Füzuli boyda yerdə kənddə neujeli onları tanıyan olmayacaq?. Tapıb o insanın atasını çağırtdıra cam, nəslindən, kökündən yaginki bir ağsaqqalı çıxacaq da, şəkilləri, yəni bıı yazmaları, səs, mənə səs atmaları, bütün hər şeyi qarşısına qoyacam ki, onda olan videolar nədi, nə videolardır. Başqa cürə mümkün deyil, sırf buna görə başqa şeyə görə yox ay Tariyel.» «Özün də bilirsən ki. Füzuli balaca bir yerdi da. yəni orda tapmamaq qeyri bir mümkünsüzdür, qeyri bir mümkünsüzdür, tem bole mən vaxtımı bura ayırırpamsa, vaxtımı sənə ayırmışamsa, ki sənin atanı tapacam görüm o videolar nə videolardır. Mənim əlimdən bu həyatı boyu çıxası şey deyil, yenə deyirəm bir dən inamın olmaz, səni inandırmaq məcburiyyətində deyiləm ey. bir dən inamın olmasa da, problem deyil görün tülü yığarsan, görün tülü bir başa göstərərəm Fizuli neujeli tanımırsan, əhmədbəyli Füzuli, neujeli buraları sən tanımırsan, yəni özün də görəcəksən ki, bax burda imenno səndən ötəri gəlirəm, başqa heç nəyə görə yox. səndə ki videolara görə. Başqa yenə də deyirəm səni rüsvay eləmək üçün səni biabır eləmək üçün o allah şahiddir ki. yox. ona görə yox. Sırf o videolara görə, başqa heç nəyə görə yox.Bundan əlavə istintaq zamanı Zərərçəkmiş şəxs1 könüllü təqdim etdiyi 08 vərəqədən ibarət “Qan.az?" saytının admini olması barədə və 04 vərəqədən ibarət "Qan.az” sayımın ölkə kodlıı yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi haqqında qaydalar tərəfimdən götürülərək cinayət işinə əlavə edilmişdir. (1-ci cild iş vərəq 49-54). İşdə olan Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılması haqqında 16 iyul 2020-ci il tarixli protkoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, o, vermiş olduğu ifadəsini təsdiq etmiş və Təqsirləndirilən şəxs “Miil ion” ödəmə terminalı vasitəsi ilə pul göndərdiyi ünvanlan göstərmişdir (3-cü cild iş vərəq 53-56). İşdə olan 12 mart 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 197-200). İşdə olan 12 mart 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 189-191). İşdə olan 11 may 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, şahid X9 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı şahid Ülviyyə Eyvazova ifadəsində göstərdiklərini təsdiq etmişdir (2-ci cild iş vərəqi 129-130). İşdə olan CD diskə baxış keçirilməsi haqqında 17 fevral 2020-ci il tarixli protkoldan görünür ki, X9 tərəfindən 01 ədəd diskə köçürülüb istintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aralarında aparılmış telefon danışıqlarına dair səs yazısı müqayisəli tədqiqata təqdim olunmasından ötrü tərəfimdən götürülüb baxış keçirilmiş, baxış zamanı aşağıdakı məzmunda səs yazısı aşkar edilmişdir; - Yox -yox başım xarab deyi İki ay Ayşəm Allah haqqı əbəs yerə sən gedəcəksən sənin bütün yazıların, sənin ona atdıqların yazıların məndədir və sonra hər şeyi məndədir, o insan mənə borcunu verməsə mən işədiyimi edəcəm. Sadəcə mən borcumuin yeyəsiyəm; -İndi zəhmət olmasa səndən bir şey xahiş edim. Tariyelə zəng vurub deki. mənə zəng vursun, əks halda sənin ona yazdığı səsləri sənin ona yazdığı səsləri və başqasına yazdığı səsələr, sonra onun mutlllim səsləri hamısı yotuba yerləşdiriləcək, sadece mənə yazsın işimizi həll edək və istəyirsən bu səssimi ona at. Deki işimizi həll etsin məni borcumu ödəsin və onunla mənim işim olmasın. Əks halda əls halda sənin ona yazdığı səsləri sənin ona yazdığı səsləri və başqasına yazdığı səslər, sonar onun mutfilim səsləri hamısı yotuba yerləşdiriləcək. Başqa yolu yoxdur. Mən bundan artıq ondan heç nə istəmirəm. Sənin onun nəyinə inanırsan.Bir kişiki arvadını satır. 102 bilməyəcək bir başa bandotdel biləcək, nə 102 sən nə danışırsan,səni şantaj etmirəmə səninlə nə işim var, nə səndən mənə bir pislik gəlməyib nədə ki sənin mənə pisliyin dəyməyib. Mənim işim bir başa Tariyelnədi sən ona de ki, get ea a matın borcunu ver. Verməsə özü biabır olacaq təssüfür et ki elə səs yazıları var ki, qulaq assan ölərsən gülməkdən, danışıq səsələri, yazılar var, Hardasa 150 qədər sənin onunla skrin olunmuş vatsap yazıların var və 60 dənədə səs yazmaların var. (1-ci cild iş vərəqi 67-68). İşdə olan Şahid4 könüllü təqdim DVD dskin götürülməsi və diskə baxış keçirilməsi haqqında 16 iyul 2020-ci il tarixli proktoldan görünür ki, Şahid4lə Şahid2 qucaqlaşmış vəziyyətdə çəkilmiş fotoşəkili, 02 ədəd DVD diskə baxış keçirildikdə isə Şahid4 Şahid2 ilə birlikdə qara salonlu avtomobildə musiqi sədaları altımla hərəkətdə olmaları əks olunmuşdur (3-cü cild iş vərəqi 40). İşdə olan 12 mart 2020-ci il tarixli götürmə haqqında qərardan, və əşyanın götürülmiəsi haqqında protokoldan, 662335 №-li girov biletindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Samsung SM-A520F" modelli **********48801 və **********48809 İmei kodlu mobil telefon 100 manat ödənilməklə fiziki şəxs X1 lombardından götürülmüşdür (1-ci cild iş vərəqi 19-193 və 195-196). İşdə olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung SM-A52GF" modelli, **********48801 və **********48809 İmei kodlu mobil telefona baxış keçirilməsi haqqında 12 mart 2020-ci il tarixli və əlavə baxış keçirilməsi haqqında 28 aprel 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs "Whatsapp” proqramını ***-***-**-** mobil nömrə ilə istifadə etmiş, müxtəlif mobil nömrələrlə SMS yazışmalar və videoçək ilişlər paylaşmış, Təqsirləndirilən şəxs Rahim adlı şəxslə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlaması müəyyən edilmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, telefonda iki "Whatsapp" proqramı, "Whatsapplardan biri adi digəri isə VA Business "Whatsapp" proqramı var. Busines "Whatsapp" səhifəsini açdıqda iş ü/rə əhəmiyyət kəsb edən "Sim Rahim” yazılan qovluqda Təqsirləndirilən şəxs Rahim adlı şəxslə səs yazmaları və bir birilərinə SMS yazışmaların olması müəyən olunur. «Sim Rahim» qovluğu açıldıqda, yəni Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun "Whatsapp" saytında "Sim Rahim" adı ilə yazılmış səhifə var, həmin səhifə ***-***-**-** nömrə ilə istifadə olunur. Həmin səhifə açıldıqda bir nəfər Rahim adlı şəxsin Kabus Bərdəli ləqəbli şəxslə səsyazma yazıları ilə və SMS yazışma ilə əlaqə saxlaması müəyyən olunur. Səhifədə 09 dekabr 2019-cu il tarixdə saat 20:39 radələrində bir nəfər deyir ki, sən bir nömrə ilə yığarsan məni sənə lazım olanı görün tülü göstərərəm. Bundan sonra Zərərçəkmiş şəxs1 şəxsi münasibətlərlə bağlı olan bir nəfər qadınla danışmalarını əks etdirən fayllar Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun nömrəsinə göndərilməsi əks olunur. Göndərilmiş fayllarda Zərərçəkmiş şəxs1 bir nələr kişi səsli adamla danışması əks olunur, həmin şəxsə Ayşən adlı şəxsdən əl çəkməsini tələb edir . Səsli faylların 16-ci fayllında Təqsirləndirilən şəxs oğltmım səsləri əldə etdikdən sonra. Zərərçəkmiş şəxs1 1500 manat yox, bu səslərə görə 5.000-10.000 manat alacaqdır , Tariyel verməsə bu səsləri "Yolube" kanalma alacağını bildirmiş və bu səslərlə onu mənəvi sındırmağını deməsi müəyyən olunur. Həmçinin həmin faylda göstərilir ki, biz ayın 25-ni gözləyək ki, gəlin boşansın ona heç-bir zərər dəyməsin . Səsli faylın 17-ci sayında "hə qaqa bir-bir qulaq asıram". Səsli faylı 18 sayında bildirilir ki. səslər çoxdur sənə elə səslər verəcəyəm ki. onun anasını ağladacaqsan. Səsli faylın sonrası faylında Təqsirləndirilən şəxs bildirir ki, lazım olsa Lərikə gələcəyəm səninlə görüşəcəm ondan 1500 yox 5000- 10.000 manat alacam. Səsli fayılda Təqsirləndirilən şəxs bildirir ki. ondan 1500 yoxe 19.000 almaq lazımdır. Sonra ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun "Whatsapp" nömrəsinə çoxlu sayda skrinşort olunmuş Tariyel Tağiyevin şəxsi həyatı ilə bağlı əks olunan foto şəkillər göndirilməsi əks olunur.Səsli faylda deyilir ki. Sən o vaxtdan mənim telefonuma cavab versəydin onun saytım darmadağın edərdik, o qadına deyərdim ki hardan girib parolu ələ keçirərdi ondan rahat 19.000 və ya 15.909 qoparardın. Sonra isə səsli faylda Qalıb Nəcəfov deyir ki. Tariyel 590 manat göndərib onun var yoxu ilə oynayacam gir sayta görəcəksən, mənə Tariyel dedim ki 500 manat gönderecem mən isə ona dedim 500 "çayevoydu" 1500 verməlisən. Sonra Təqsirləndirilən şəxs deyir ki, Özü bilməsin beləde ne bilir ki. Təqsirləndirilən şəxsla danışan şəxs deyir ki, Ömür boyu bilmez mən qız adı ilə girirəm. Sonra Zərərçəkmiş şəxs1 yataqda uzanmış vəziyyətdə olan fotonun göndərilməsi əks olunur. Faylın sonrakı səsində deyir ki. təmiz çöküb ki, onu inlakt vuracaq. Baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki. skrinşort olunaraq göndərilmiş fotoşəkillər onun X9 ilə olan yazışmalardı və səs yazmalardı, digər ikinci şəxs Təqsirləndirilən şəxs məxsus, üçünçü şəxsi isə səsindən tanımır. Həmin qovluqda «Tariyel Sim» adlı l'aylın olması müəyyən olunur. Eayl açıldıqda l'aylın üzərində Zərərçəkmiş şəxs1 fotoşəkli aks olunur və sonuncu ***-***-**-** saylı nömrə ilə "Whatsapp" sosial şəbəkədən istilada edir. «Tariyel Sim» faylını dinləyərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr, səs yazmalar Zərərçəkmiş şəxs1 göndərərək, onu şəxsi fotolarını Zərərçəkmiş şəxs1 göndərmiş. Zərərçəkmiş şəxs1 başqa qadınla əlaqədə olmasını şantaj etmiş və həmin qadını bü/ulı rayonu əra/ısında axtarıb taparaq, bu barədə həmin qadının atasına Zərərçəkmiş şəxs1lə əlaqə saxlamasını deyib, hədə qorxu gəlmişdir. Bundan başqa Təqsirləndirilən şəxs "Whatsapp'1 istifadə etdiyi 055- ***-**-** saylı nömrədən X5 istifadəsində olan 050- ***-**- ** saylı nömrə ilə yazışaraq ona Tariyellə münasibətlərinin olmasım bildirib ona bu barədə fotoşəkillərin olmasım deyib, ona təsir göstərərək Tariyelin ona zəng edib məsələnin həll edilməsini tələb edib.Telefonun CALLU loqosunun yalnız 20 fevral 2020-ci il tarixdə işləməsi və başqa tarixlərin olmaması müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 234-235 və 2-ci cild iş vərəqi 68-69). İşdə olan məhkəmə-fonoskopik ekspertiza üzrə 03 iyul 2020-ci il tarixli 4/154 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 4 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrində "Kİ" kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs və X6, "K2" kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 4 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır (2-ci cild iş vərəqə 222-230). İşdə olan "xxxx" MMC-dən daxil olmuş 21 aprel 2020-ci il tarixli 68887 saylı məktuba əlavə olunmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə aşağıda qeyd olunan SMS mətnlərinin olduğu aşkar edilmişdir: -04/11/2019,13:22:50,**********23,**********42,Qalib zənglərə niyə cavab vermirsiz götürdüyün telefonu gətir ver, -09/11/2019,19:24:46,**********76.9945 ********.Gəlmirsen deki gəlmirəmdə telefonu bağlamaq nədi okıız. qurumuş balıq. -09/11/2019.19:41:16,9945 1950x242.**********76,Salam. eixib burdan, qurtuluşa getdi, yadindan eixib lel qalib dükanda. -10/11/2019.19:38:46,**********70,**********42.1 lec vaxt mənə yalan daniwmaaci olsun ama duzunu de, -11/11/2019.11:05:28.**********42.**********54,Salam. Sabahmiz xeyir olsun. Xanim Ataniz idi sizinle daniwmaq isteven. Deyir konpensas\a ptılımu btıgun vuracaqlar?, bir xeber vermeyinizi isteyir. -11/11/2019,14:17:58,**********42.99450635 1535.çətinlik yaransa, xeber edərsiniz, hələki Zakir əmi yanimdadir. -12/11/201941:09:41,**********42.**********54, Salam. Sabahiniz xeyir. Ataniz deyirki. karti itirmişəm. Yeni kart almayıb. Deyir Pulu vuranda, əyər bankdan hesab nomresi ilə vuracaqsimzsa, hesab deyir, -12/11/2019.1 1:09:51,**********42,**********54.iki kartın uzerindeki yeni 16 reqemli kartin nomresi budur, 4169 7413 4571 9528, bu koda vurar. Birdeki Ataniz deyirki. bu gun ucun pıılıı vuracaqlar? -27/11/2019,21:25:49,**********42.**********16.Salam, kmın tele cavab vermemekle. adboy etmeknen duz herekct etmirsen. kn azından coıvk kesmiwik. Senin bizc elediyin hereketi ancaq (sö\üs) qanvi oluınır, -27/11/2019,21:25:54,**********42.**********16,ler. Bu gun pulu vcrc bilərsən . olmasada evbi yoxdu olmayandan sonra neynemek olarkı. Telefonu gətirərsən hazir klent var, borcum var. mənide diriyibler, vajni satmaliyam. Bu gunden kecmesin borcum var, məndə pis vəziyyətdəyəm, başa duş 1:min satmaliyam. -29/11/2019.18:28:03.**********42.********** 16.1 ,ybi \o\dıt. Bu gun mutleq getir ver. Ozün gələ bilməsəndə hara desən verİvı miitleq vazarsan mən gəlib götürərəm. Mən -29/11/2019,19:43:05,**********42.**********16,Yekə kişisen. cavab ver. Mesaj yazdım oxu. Sabah cavab verib deməki görməmişəm. Pulun olmamağıvı bildim, bu gun telfonu ya gətir ver. vacibdi satmalıyam, başa duş. -06/12/2019,01:45:34,**********42,**********96,Yanimda adam \'ar. cavab verə bilmirəm, tez tez yiğma, pul məndədir, birazdan gelecem kluba -06/12/2019,0] :47:49.**********96.**********42.Mən sənə görə qalmışam, burda deyirsən yanımda Adam var 3 saatdı səni gözləyirəm evdədə narahatdılar belə demədə -12/12/2019.1 1:10:20,**********04.**********42.Qadin əllərini kasib bax Özunıı öldürər -12/12/2019,12:32:09,**********04.**********42. Nivə aymrsan telefonu ay Qalib -12/12/2019,12:44:15,**********04,**********42.Xahis edirəm ac söz deyirəm -12/12/2019,14:55:01,**********04.**********2. Yaxşi açma fikrin nədi de halə, mən sənə pislik elmədim -12/12/2019.15:20:29,**********04.**********42.Yeka oğlansan mana cavab ver -12/12/2019,15:20:51,**********04,**********42,Bax poxa salınsan məni -17/12/2019,18:12:25,**********63,**********42, Qalib sen bilirsen efqanistannan azerbaycana nece pul gondermeg olur -19/12/2019,13:48:14,**********42,**********32,Salam, Gözəlim bacin gilden cİxaıı kimi zəng alarsan vigaram. Oanişa bilsən danışarıq, danişa bilməsanda eybi yoxdu, telefonu qoyarsan cibine mən özüm ad boy edəcəm (2-ci cild iş vərəqi 12-67). İşdə olan "xxxx" MMC-dən daxil olmuş 23 aprel 2020-ei il tarixli 5143/20 saylı məktuba əlavə olunmuş diskə baxış keçirilməsi haqqında proktoldan görünür ki, aşağıdakı məzmunda SMS mətnlər aşkar edilmişdir: 11/18/2019 20:23:36,11/18/2019 20:29:22, .**********33.1 .**********42,Salam bu nömreden /eng gelib ses ewidilmir kimdi, 12/24/2019 18:31:12., 12/24/2019 18:31; 12.1.1.**********48.1.1.**********422 Yığma özüm yığacam vanimdadi. 12/24/2019 19:21:17,„ 1.1.**********48.1.1.**********42,0 \ devem. 12/24/2019 19:21:26,„ 1.1.**********48,1.1.**********42,Atma zeng. 12/25/201921:18:54. 1.1.**********48.1.1,**********42,Axşaamın xeyir mama yanımdadı imkan yoxdu sayta gele bilirsense gel ora* 12/22/2019 00:42:51..1.1.**********42.1.1.**********63,Salam. Ocrid menem Kabus. 12ger vaünamisansa vizov at danışaq 12/24/2019 18:18:23,, l.l.**********42. l.l.**********48,"Salam. Zehra niye cavab vermirsenki?, nese olubki, bir cavab ver. nesə yaz görck, mende narahatam axi. Danişmaq istəmirsənsə sənidə başa düşürəm Təqsirləndirilən şəxs istifadə etdiyi 055-594- 92-42 nömrəli mobil telefonla, /ərərçəkmış şəxs Zərərçəkmiş şəxs1 anası Şahid1 məxsus ********** saylı mobil nömrə ilə, /ərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus ********** saylı mobil nömrə ilə, Şahid4 məxsus ********** saylı nömrəli mobil nömrə ilə. şahid X2 istifadə eldiyi ***-***-**-** saylı nömrəli mobil nömrə ilə və Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-**, 050- ***-**-** saylı mobil nömrə ilə müxtəlif müddət və vaxtlarda danışıqlar aparılması müəyyən olunmuşdur; Anten dairəsində olan məlumatlara əsəssən müəyyən olunur ki, X7 istifadə eldiyi ***-***-**-** nömrəli mobil telefon 10 dekabr 2019-cu il tarixdən 11 dekabr 2019-cu il tarixədək Gəncə şəhərində, 23 dekabr 2019-cu il tarixdə saat 19:21 radələrindən başlayaraq ünvan 14 ünvanda yerləşən "Xətai” metro stansiyasının qarşısında olmuşdur (2-ci cild iş vərəqi 72-108). İşdə olan "xxxx" ASC-nin 08 iyun 2020-ci il tarixli 157000/2-2043 və 25 iyun 2020-ci il tarixli 157000/2-2351 nömrəli məktubuna əlavə olunmuş sənədlərə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs ******************** nömrəli hesabına 29 oktyabr 2019-cu ildə saat 12;07;03-də 100 manat , 10 dekabr 2019-cu il saat 16:22:03do 300 manat, 10 dekabr 2019-cu il saat 20:09:50-da 100 manat və 11 dekabr 2019-cu ildə saat 03:19:31 də 105 manat daxil olmuşdu (2-ci cild iş vərəqi 184-202 və 211-215). İşdə olan məhkəmə kompüter-lexniki ekspertizası üzrə 03 iyul 2020-ci il tarixli 5/135 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan "Android" əməliyyat sistemi ilə təchiz olunmuş, internet şəKəkəsinə daxil olmaları təmin edən, "Samsung" markalı. "SM-A520E" modelli "**********48801". "**********48809" İMEY nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd "Samsung" _ markalı. "SM-A520E" modelli "**********48801", "**********48809" İMEY nömrəli mobil smartfon un yaddaşında mövcud olan və silinmiş halda yüklənmiş fayllar. SMS mesajlar, avtomatik qeyd edilmiş məlumatlar, zənglər jurnalı, baxılmış veb saytlar, kontaktlar, məkan koordinatları, şifrələnmiş axtarış sorğuları, cihaz istifadəçiləri, cihazda texniki hadisələr, quraşdırılmış proqramlar, istifadəçilərin qeydiyyat məlumatları. C'ookie tipli fayllar, yazışmalar (imo. Yhatsarr. Vhalsapp Busines, Elektron poçt), zaman ardjıcıllığı, məlamat ilə lay !lar(audio. verilən bazaları, videogörüntülər, foto, sazlanma, proqram tətbiqləri, mətn) müəyyən edilmişdir. Eləmin məlumatlara dair hesabat tərtib edilmişdir, hesabatlarda məlumatların adı. növü, sayı, həcmi, məzmunu və digər məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş "DVD" tipli optik disklərə köçürülərək rəyə əlavə edilmişdir. Rəyə əlavə edilmiş disklərə baxış keçirildikdə yuxarıda göstərilən xusıısallardan başqa iş üçün əlavə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (2-ci cild iş vərəqə 216-221). İşdə olan 2 nömrəli kliniki pisxiatriya xəstəxanasından daxil olmuş 18 fevral 2020-ci il tarixli 1/181 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri KPX-na müraciət etməyib (1-ci cild iş vərəqi 104). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublikaı Psixiatriya Xəstəxanası” X18 29 fevral 2020-ci il tarixli 1710 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə 17 oktyabr 2014-cü il Laridən 12 noyabr 2014cıi il tarixdə Respublika Psixiatriya Xəstəxanasında "şəxsiyyətin paranoıd tipli pozuntusu” diaqnozu ilə müalicədə olmuşdur. İşdə olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza üzrə 07 aprel 2020-ci il tarixli 670 №-İi ekspert rəyindən görünür ki, rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, ondan hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuş, onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir, cinayət əməlini törədərkən anlaqlı olmuş, hal-hazırda da anlaqlıdır, hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir.Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O. baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Eqosenlri/.m, inadkarlıq, başqalarının hiss və həyacanlarına qarşı biganəlik, kobudluq kimi xarakterik xüsusiyyətlərə malik olduğu müəyyən edilir. Onda yalan danışmağa. Özündən uydurmağa patoloji meylilik əlamətləri aşkar olunmur, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. X11 cinayət əmiəlini törədərkən əqli və psixi inkişafı, intellektual imkanları nəzərə alınmaqla, öz hərəkətlərini idarə etmək, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, fizioloji aflckt və s.) yaranmamışdır (2-ci cild iş vərəqi 231-234) İşdə olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 103). İşdə olan tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 24-27). İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 mart 2020-cu il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 10 mart 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 229-233) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alır. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədəqorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədəqorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələtrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarına əsasn, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasnıı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 182.2.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Avropa Məhkəməsinin hüquqi mövqeyinə və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 10 mart 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 182.2.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzaçəkməsinin başlanğıcının 10 mart 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə kollegiyası iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahlarını da nəzərə alır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 510 manat pulun, Zərərçəkmiş şəxs2 isə 100 manat pulun Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsinə dair mülki iddia vermişlər. Bu səbəbdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 510 manat və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 100 manat mülki iddia təmin edilməli, 510 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X8 və 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini mülkiyyətində olan «Samsung» markalı «S-A520F» modelli mobil telefon vasitəsilə törətmişdir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən Samsung» markalı «S- A520F» modelli mobil telefon xüsusi müsadirə edilməli və cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə-fonoskopik ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat və məhkəmə-kompüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 361 manat 34 qəpik (üç yüz altmış bir manat otuz dörd qəpik), cəmi 661 manat 34 qəpik 61 manat 34 qəpik (altı yüz altmış bir manat otuz dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 10 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - cinayət işinin materiallarında saxlanılan bir ədəd «Samsung» markalı «S-A520F» modelli mobil telefon xüsusi müsadirə olunsun və cinayət işinin materiallarına əlavə edilsin. Mülki iddialar təmin edilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 510 manat və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 100 manat mülki iddia təmin edilsin, 510 manat məbləğində pul vəsaiti müolki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X8 və 100 manat məbləğində pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə məhkəmə-fonoskopik ekspertiza üzrə tədqiqatlarının dəyəri 300 (üç yüz) manat və məhkəmə-kompüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 361 manat 34 qəpik (üç yüz altmış bir manat otuz dörd qəpik), cəmi 661 manat 34 qəpik 61 manat 34 qəpik (altı yüz altmış bir manat otuz dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Şahid2 və Şahid4 barələrində toplanmış materiallar və məlumat əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar