Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-236/2022 20.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 19 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan “Zaur” adlı şəxsdən satış məqsədilə təmiz çəkisi 10,091 qram təşkil edən külli miqdarda narkotik vasitə heroinı və təmiz çəkisi 1,820 qram təşkil edən psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 02 iyul 2021-ci il tarixdə saat 16 radələrində həmin narkotik vasitə heroinin 01 bükümdə 3,314 qram hissəsini ünvan 1 ünvanın qarşısında tanışı Şahid1 100 manat nəğd pul müqabilində satmış, 03 iyul 2021-ci il tarixdə saat 13:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsini 21-ci polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən ayrıayrılıqda təmiz çəkiləri 5,888 qram, 0,254 qram, 0,208 qram, 0,223 qram və 0,204 qram olmaqla ümumi təmiz çəkisi 6,777 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 1,820 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 01 ədəd narkotik vasitə - psixotrop maddələrin satışında istifadə etmək məqsədilə üzərində saxladığı işlək vəziyyətdə olan “Aosai” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, tutulduğu zaman üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar olunmamış, bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirməmişdir. Onun heç bir günahı yoxdur və ona verilmiş ittiham tamamilə əsassızdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində ünvan 4 ünvanının yaxınlığında Şahid1 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nəsimi RPİ-nin 21 -cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya vardırsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sol yan cibindən içərisində 5 ədəd bükümdə narkotik vasitə olan heroin və 1 ədəd bükümdə kristall şəkilli psixotrop maddə olan metamfetamin maddəsi olan salfeti təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzi, həmin şalvarın sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefon, 10 manat pul və içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin kütlələri elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, içərisində siqaret dənələri olan siqaret qutusu və 10 manat pul isə özünə geri qaytarılmışdır. Sonra barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan şalvarın sol yan cibindən içərisində 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. 5 manat pul isə Şahid1 geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin bükümlərinin, metamfetaminin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 4 gün bundan əvvəl tanışı “Zaur” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Kömür bazarı yaxınlığından satış məqsədi ilə əldə etdiyini, narkotik vasitə olan heroinin kiçik bükümlərini 2-3 manatdan satışım həyata keçirdiyini, başqa yerlərdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid1 isə verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin bükümünün özünə məxsus olduğunu, həmin kütləni bir gün bundan əvvəl ondan öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini, başqa yerlərdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Nəsimi RPİ-nin 21-ci PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddət tanımış, onlar qonşu olmuşlar və birlikdə maşın alveri ilə məşğul olmuşlar. O, Elşaddan heç bir narkotik vasitə almamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi 106 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək tanışı Elşadın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Nəsimi RPİ-nin 21-cı polis bölməsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı tanışı Elşada üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Elşad əynində olan şalvarının sol yan cibindən içərisində 5 bükümdə narkotik vasitə olan heroin və 1 bükümdə, kristall şəkilli, psixotrop maddə olan metamfetamin kütləsi olan salfeti təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elşadın üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzi, həmin şalvarın sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefon, 10 manat pul və içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Elşadın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, madda və ya predmet aşkar edilməmişdir. Daha sonra Elşadm təqdim etdiyi heroin kütlələri elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 8.80 qram, metamfetamin kütləsinin çəkisi isə 2.50 qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Elşad, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon bu barədə Elşada izah verildikdən sonra götürülmüş, içərisində siqaret dənələri olan siqaret qutusu və 10 manat pııl isə Elşada geri qaytarılmışdır. Sonra ona üzərində qanunsuz əşya, predmet və ya maddə, narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən içərisində 1 bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 3.80 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. 5 manat pul isə özünə geri qaytarılmışdır. Elşad verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin bükümlərinin, metamfetaminin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 4 gün bundan əvvəl tanışı “Zaur” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Kömür bazarı yaxınlığından satış məqsədi ilə əldə etdiyini, narkotik vasitə olan heroinin kiçik bükümlərini 2-3 manatdan satışını həyata keçirdiyini, başqa yerlərdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O da verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin bükümünün özünə məxsus olduğunu, həmin kütləni bir gün bundan əvvəl tanışı Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışım həyata keçirmədiyini, başqa yerlərdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Nəsimi RPİ-nin 21-cı PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün 02 iyul 2021-ci il tarixdə saat 16 radələrində ünvan 5 ünvanın yanında Təqsirləndirilən şəxs 100 manat müqabilində əldə etmişdir. Məhkəmə iş üzrə ifadələri alınmış Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəyə tənqidi yanaşır, onun belə ifadə verməsini təqsirləndirilən şəxsi bu üsulla cinayət məsuliyyətindən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 03 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq ktilli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra qərarın icra olunması ilə bağlı İdarə rəisi tərəfindən müvafiq əmrlə o, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra saat 12:30 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsinə getmişlər. Orada əməliyyat tədbirləri keçirilərkən 106 saylı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yanında adını sonradan bildikləri Şahid1 ilə piyada hərəkət edən zaman görüb onlara yaxınlaşmışlar və özlərini təqdim edərək Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gəlməli olduqlarını demişlər. Təqsirləndirilən şəxs və Şahid1 da etiraz etməyib onlarla birlikdə 21-ci PB-yə gəlmişlər. 21-ci PB-yə gəldikdən sonra o, raportla rəhbərliyə müraciət edib Təqsirləndirilən şəxs və Şahid1 gətirilmələri barədə məlumat vermiş və tərtib etdiyi raport üzrə araşdırma aparılması təhqiqat qrupunun təhqiqatçısına həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 şübhəli şəxs qismində tutularaq onlara hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk Öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və va psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən içərisində 5 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd biikümdə psixotrop maddə metamfetaminə bənzər maddə olan salfeti çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, həmin şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, 10 manat pul və siqaret qutusu aşkar olunmuş, başqa qanunsuz hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır, Sonra aşkar olunmuş maddələr və elektron tərəzi içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, bir ədəd mobil telefon götürülmüş, 10 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə heroin bükümləri və psixotrop maddə metamfetamin olan büküm, elektron tərəzi özünə məxsusdur, həmin narkotik vasitə və psixotrop maddəni 4 gün əvvəl tanışı «Zaur» adlı şəxsin vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Kömür bazarının yaxınlığında satış məqsədi ilə əldə etmiş, narkotik vasitə heroinin kiçik bükümlərini 2-3 manatdan satışını həyata keçirir, başqa yerdə narkotik vasitə saxlamır. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Şahid1 təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Şahid1 əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Şahid1 əynində olan şalvarın sağ yan cibindən 5 manat pul aşkar olunmuş, başqa qanunsuz hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Sonra aşkar olunmuş maddə içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Verilən şifahi suallara cavab olaraq Şahid1 bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə heroini bir gün əvvəl tanışı Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışını həyata keçirmir, başqa yerlərdə narkotik vasitə saxlamır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyala keçirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuş və məhz bu səbəbdən sonuncu barəsində sonuncu dəfə məlumat daxil olduqda saxlanılaraq 21-ci PB-yə gətirilmişdir. Lakin Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə BNMİ-yə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid4 Şahid2la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid4 və Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 52-56-cı vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİnin 21-ci polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sol yan cibindən içərisində beş ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olan salfet, həmçinin bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 84-86-cı vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. Cinayət işinin 65-71-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2021-ci il tarixli, 6/2684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Şahid1 təqdim etdiyi 1 büküm...» yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,314 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd elektron tərəzi, 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər və 5 büküm narkotik vasitə olan heroina bənzər kütlə..» yazısı olan kağız paketdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,888 qram, 0,254 qram, 0,208 qram. 0,223 qram, 0,204 qram, ümumi təmiz çəkisi 6,777 qram qəhvəyi tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 1,820 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd «Aosai» markalı qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamletaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. Şahid1 aşkar edilərək götürülmüş heroin. Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin 194-195-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 3537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 196-208-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6,777 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 6,577 qram qalığı və 1,820 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra 1,720 qram qalığı, bir ədəd elektron tərəzi, həmçinin Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 3,314 qram narkotik vasitə heroinin ekspert tədqiqatından sonrakı 3,214 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün- Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlama otağına verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroin, o cümlədən psixotrop maddə olan metafetamin aşkar edilməsini, elektron tərəzinin aşkar edilməsini və Şahid1 narkotik vasitə satmasınıı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 24 və 125-129-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 156-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 03 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 20 sentyabr 2021-ci il tarixli, 3537 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş 6,777 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 6,577 qram qalığı və 1,820 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 1,720 qram qalığı, bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 3,314 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,214 qram qalığının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhv edilməsinin qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 03 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş 6,777 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 6,577 qram qalığı və 1,820 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 1,720 qram qalığı, bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 3,314 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,214 qram qalığının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhv edilməsinin qərara alınması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov