Məhkəmə qərarları › İş №1(101)-236/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-236/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-236/2023 18.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd bükümdə təmiz çəkisi 3,881qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, həmin psixotrop maddənin bir ədəd bükümünü sol ayağının aşağı hissəsində qara rəngli corabın boğaz hissəsində daşıyaraq üzərində saxlamış, 28 aprel 2022-ci il tarixdə, səhər saat 05 radələrində, ünvan 3 ünvanın qarşısında Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanılıb, ünvan 5 ünvanda yerləşən Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, sol ayağının aşağı hissəsində qara rəngli corabın boğaz hissəsində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 3,881 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edib götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Badamdarda yerləşən həyətə baxır orada yaşayır. Dəmir yığıb satmaqla məşğul olur. O, Badamdarda olan “Bazarstore” marketin yanında polislər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Üzərində narkotik vasitə olmamış, narkotik vasitə polislər tərəfindən cibinə qoyulmuşdur. Polislər buraxılacağını demişlər və o, bu səbəbdən razılaşmışdır. 3.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o,1997-ci ildən narkotik vasitə olan “kokos”, “şüşə, “patı” və sair narkotik tərkibli maddələri ineksiyə yəni şprislə damara vurmaqla və ya iynəmə yolu ilə qəbul edir. 27 aprel 2022- ci il tarixdə axşam saat 22 radələrində o, təsadüfən tanış olduğu şəxs vasitəsi ilə internet üzərindən onlayn şəkildə özünü İran İslam Respublikası vətəndaşı kimi və Şahin adı ilə təqdim etdiyi şəxsdən Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən yanacaq doldurma məntəqəsi yaxınlığında yol kənarında qoyduğu yerdən cəmi 60 manata bir ədəd şəffaf selofan bükülünün içərisində “şüşə”və“patı” kimi tanıdığı narkotik maddəni özü istifadə etmək üçün almış və mütəmadi qəbul etmək üçün üzərində gəzdirərək saxlamışdır .28 aprel 2022-ci il tarixdə səhər saat 05 radələrində Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 9 ünvanında yerləşən “Aptek" mağazasına gəlmiş və mağaza bağlı olmuş, o, mağaza qarşısında olarkən, ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib ondan kimliyini soruşduqda o, özünü təqdim edərək orada nə etdiyini izah edə bilməmiş, verdiyi cavablarda və hərəkətləri şübhə yaratmış, polis əməkdaşları onu narkotik vasitələrin istifadəsində şübhəli bildiklərini deyərək onu 41-ci PB-yə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə 41-ci PB-yə gəlmiş, orada polis əməkdaşları ilə söhbət edən zaman o, narkotik vasitə qəbul etməsini və üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonra polis əməkdaşı onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib təqdim etməklə vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə baxş keçirən zaman o, əlində olan 1 ədəd göy rəngli pul qabını təqdim etmiş, polis əməkdaşı həmin pulqabını açdıqda içərisində 1 ədəd içərisinə qəhvəyi rəngli maye doldurulmuş 2 qramlıq şpris olmasını gördükdə o, həmin şprisdəki mayenin özü damarına vurmaq üçün hazırladığı narkotik vasitənin məhlulu olmasını bildirmişdir. Sonra polis əməkdaşı onun üzərinə səxsi axtarış apararkən o, sol ayağının aşağı hissəsində qara rəngli corabın boğaz hissəsində gizlədib saxladığı bir ədəd sellofan bükülü omasını, həmin bükülünün içərisində özü istifadə etmək üçün əldə etdiyi “şüşə" və “patı" kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Polis əməkdaşı onun göstərdiyi və corabda gizlətdiyi narkotik vasitə olan bükülünü çıxartmış, həmin bükülü açıldıqda içərisində narkotik vasitə metamfetamin adlanan maddəyə oxşar kütlə aşkar edilmişdir. O, həmin şəffaf selofan bükülünün içərisində saxladığı “şüşə” və “patı” kimi tanıdığı metamfetamini özü istifadə etmək üçün özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən adını “Şahin" kimi bildiyi şəxsdən 60 manata internet vasitəsilə onlayn qaydada sifariş edib almasını və üzərində saxlamasını bildirmişdir. Bundan sonra polis əməkdaşı həmin bükümü də bir ədəd şprisi qoyduğu zərfə qoyub möhürləmiş , həmin zərf və üzərində axtarış aparılması barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra onun tərəfindən, orada olan vəkili və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin o mobil telefon istifadə etmədiyini, heç bir zaman narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasını, aldığı psixotrop madəni Şahin adlı şəxsə sifariş vermiş şəxsi tanımamasını və etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir (İ cild, səh. 60,69-70,103). 4.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Səbail RPİ-nin 41-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs barəsində narkotik vasitələrin istifadəçisi kimi məlumat daxil olmuşdur. Gecə saatlarında Şahid2la ərazidə xidmət apararkən şəxs saxlanılmış, bölməyə dəvət etdikdən sonra müdafiəçi dəvət edilmişdir. Üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Şəxsə qarşı heç bir zorakılıq və təzyiq olmamışdır. 5.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2022-ci ilin aprel ayının 27-dən 28-nə keçən gecə o, Səbail RPl-nin 41-ci PB-də xidmətdə olarkən, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində “Elman" adlı şəxsin narkotik vasitələri qanunsuz saxlaması və mütəmadi olaraq qəbul etməsi barədə əməliyyat məlumatı alıb, bu barədə 41-ci PB-nin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Vasif Həsənova raportla məruzə etməklə, həmin əməliyyat məlumatını yoxlanması, tərəfindən şəxsiyyəti müəyyən edilmiş, xx.xx.1975-ci il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 39-da qeydiyyatda olmaqla Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi ö/t evdə yaşayan Təqsirləndirilən şəxs yerini müəyyən edib, cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair onun tərəfindən qərarlar qəbul edilmişdir. Həmin qərarlar Səbail RPl-nin 41-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən təsdiq edilmiş, sonra əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar əsasında onun rəhbəliyi, 41-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması barədə 41-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən V.Həsənov tərəfindən əmr imzalanmış, əmrə əsasən əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilməsinə dair tərəfindən protokol tərtib etmişdir. Sonra əməliyyat qrupu tərəfindən “Elman" adlı şəxsi müəyyən edib cinayət əməlini ifşa etmək məqsədi ilə 2022-ci ilin aprel ayının 27-dən 28-nə keçən gecə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində əməliyyat-axtarış tədbiri keçirərkən, 28 aprel 2022-ci il tarixdə səhər saat 05 radələrində, ünvan 7 ünvanın qarşısına əvvəlcədən əldə olunmuş məlumata əsasən zahiri görünüşü “Elman" adlı şəxsə oxşar şəxsi müəyyən edib, o, əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid2lə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirərək vəsiqələrini təqdim etmiş, sonra isə həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda, sonuncu özünü xx.xx.1975-ci il təvəllüdlü, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 39-da qeydiyyatda olmaqla Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ö/t evdə yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhə edildiyini, bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirib, Təqsirləndirilən şəxs Səbail RPl-nin 41-ci PB-nin inzibati binasına dəvət etmiş, sonuncu etiraz etmədən PB-nin inzibati binası yerləşdiyi ünvan 8 ünvana gəlmişdir. Orada o və əməliyyat müvəkkili Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs PB-yə gətirilməsi və barəsində araşdırma aparılması üçün PB-nin rəhbərliyə raportla məruzə etmişdir. Səbail RPl-nin 41-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edəri V.Həsənov tərəfindən fakla bağlı müvafiq araşdırma aparılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış apanlmaqla müvafiq qərar qəbul edilməsi 41-ci PB-nə ezam olunmuş baş təhqiqatçı polis mayoru Mehman Dolxanova həvalə etmişdir. Sonra baş təhqiqatçı M.Dolxanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim etmiş, sonuncunu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla, hüquq və vəzifələri izah etmişdir. Sonra baş təhqiqatçı M.Dolxanovun qəbul etdiyi şəxsi axtarış və götürülmə aparılmasına dair qərar əsasında, əməliyyat-axtarış tədbirinin iştirakçılarının, yəni onun, əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Aqil Azadovun iştirakları ilə onun tərəfindən videoçəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlamazdan öncə şübhəli şəxsə təkrarən baş təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan bir ədəd göy rəngli pul kisəsini təqdim etmiş, həmin pul kisəsi baş təhqiqatçı M.Dolxanov tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar məhlul olan bir ədəd 2 ml qramlıq şpris aşkar edilmiş, sorğular zamanı Təqsirləndirilən şəxs sprisdəki məhlulun narkotik tərkibli olmasını və özü venasına vurması üçün hazırladığını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən, onun sol ayağındakı qara rəngli corabın boğaz hissəsində saxladığı bir ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm baş təhqiqatçı M.Dolxanov tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar xırda kristal formada kütlə olması aşkar edilmiş, sorğular zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “şüşə” və “patı” kimi tanıdığı narkotik vasitə olmasını, özü istifadə etmək üçün İran İslam Respublikası vətəndaşı olan Şahin adlı şəxsdən cəmi 60 manata internet üzərindən onlayn şəkildə sifariş verib aldığını və mütəmadi qəbul etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baş təhqiqatçı tərəfindən əlavə axtarış aparılmış və üzərində heç bir əşya aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı M.Dolxanov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində narkotik vasitənin məhluluna oxşar maye olan bir ədəd şpris və içərisində narkotik vasitəyə oxşar kütlə olan bir ədəd sellofan büküm boş zərfə qoyulub möhürlənmiş, həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində narkotik vasitənin məhluluna oxşar maye olan bir ədəd şpris və içərisində narkotik vasitəyə oxşar kütlə olan bir ədəd sellofan bükümün aşkar edilib götürülməsi barədə baş təhqiqatçı M.Dolxanov tərəfindən protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs özü, vəkili, axtarışda iştirak etmiş o və digər polis əməkdaşı tərəfindən imzalanmışdır. Sonra baş təhqiqatçı M.Dolxanov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şprisin içərisindəki məhlulun narkotik tərkibli və bir ədəd selofan bükümdəki kütlələrin psixotrop maddə olmasına dair müvafiq ekspert rəyi alınmış, həmin fakt üzrə baş təhqiqatçı M.Dolxanov tərəfindən toplanmış material aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir (İ cild, səh. 61-62). 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, şəxsi polis əməkdaşı Şahid1 ilə birlikdə təxminən saat 12-1 radələrdə T.Məmmədov küçəsində saxlayaraq bölməyə aparmışlar. Bölmədə videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə axtarış olmuş və şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 7.Məhkəmə baxışında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir (İ cild, səh. 77-78). 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 6/2448 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN zərflər üçün № 239 dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs:..Təqsirləndirilən şəxs..’’sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,881 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 1(bir) ədəd 2 ml həcmli şprisdə 0,6 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi 0,005 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (İ cild, səh. 41-46). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 07 may 2022-ci il tarixli, 2320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 63-64). 10.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd göy rəngli pul pulqabıdan bir ədəd iki qramlıq şprisin içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik maddəyə oxşar kütləni təqdim etmiş, bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun sol ayağının aşağı hissəsində qara rəngli corabının boğaz hissəsində saxladığı bir ədəd sellofana bükülü qəhvəyi rəngli ilk baxışdan narkotik vasitəyə bənzər xırda kristal formada kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan bükülünün içərisində “şüşə, patı” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni özü istifadə etmək üçün İran İslam Respublikası vətəndaşı adını “Şahin” kimi bildiyi şəxsdən cəmi 60 manata internet vasitəsilə onlayn qaydada sifariş edib aldığını və üzərində saxladığını bildirmişdir. Həmçinin baxış zamanı onun əlində olan pulqabıdan iki ədəd alışqan, bir ədəd metro kartı aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan möhürlənərək götürülmüşdür (İ cild, səh. 31-32). 11.«Maddi sübut kimi tanıma haqqında» 11 may 2022-ci il tarixli qərardan görünür ki, ilkin təhqiqat zamanı protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,881 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd 02 ml həcmli şprisdə 0,6 ml həcmində narkotik vasitə heroin məhlulu, heroinin quru maddəsinin çəkisi 0,005 qram kütlə iş üzrə əhəmiyyətli oİduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 3,831 qram çəkidə psixotrop maddə metamfetamin və 0,4 ml həcmində narkotik vasitə heroin məhlulu olan bir ədəd 02 ml həcmli şpris olan bir ədəd zərf saxlanması üçün Bakı şəhəri Səbal Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild, səh. 81). 12.«Sübutların qiymətləndirilməsi haqqında» 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə ilkin təhqiqat zamanı 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı çəkilmiş videogörüntülər köçürülmüş bir ədəd “DVD” formatlı “CD” diski iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişidir (İ cild, səh. 90-95). 13.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 21). 14.«Qətimkan tədbirinin seçilməsi haqqında» 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 75). 15.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 88-89). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 16.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 17.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

20. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.

21. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 22.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 23.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 24.Cinayət işinin materiallarında olan 28 aprel 2022-ci il tarixli raportda “Elman” adlı şəxsin narkotik vasitələri saxlaması və qəbulu barədə məlumatın daxil olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni öz şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etmək üçün aldığını deməsini qeyd etmişlər. Bunun əksi nə şahid, nə də təqsirləndirilən şəxsin ifadəsində qeyd edilməmişdir. 25.28 aprel 2022-ci il tarixli digər raportda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılması qeyd edilmişdir. Həmin raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi göstərilsə də, qanunsuz dövriyyənin nədən ibarət olması konkret göstərilməmiş, ibtidai istintaqın sonrakı mərhələlərində bu hala aydınlıq gətirilməmiş, eləcə də ibtidai istintaq zamanı qeyd olunan faktla əlaqədar hər hansı sübut növü əldə edilərək araşdırılmamışdır. 26.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış şəxsi axtarış və götürmə aparılması protokolu ilə, protokola əlaqə edilmiş video görüntü və maddi sübutlarla, şəxsin bilavasitə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş maddi sübutlarla, hüqüqi sənədlərlə və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin özünün bilavasitə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin ifadələrin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən etirafedici ifadə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, ümumiyyətlə istintaqın bütün mərhələlərində narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini deməsini qeyd etmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan «Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 28 aprel 2022-ci il tarixli protokolda da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirməsi göstərilmişdir. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 6/2448 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin psixotrop maddə metamfetamin olmasını təsdiq etsə də həmin psixotrop maddənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 07 may 2022-ci il tarixli, 2320 nömrəli rəyi isə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu təsdiq edir. İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş videogörüntünü qeyd etmişdir. Həmin istintaq hərəkətinin videogörüntüsünə baxış keçirilərkən aydın şəkildə eşidilir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri öz istifadəsi üçün əldə etdiyini, bir dəfə alaraq xılrda-xırda istifadə etdiyini bildirir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növü Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq etmir. İstintaq orqanı istinad etdiyi digər sübut növü kimi isə maddi sübutları göstərmişdir. «Maddi sübut kimi tanıma haqqında» 11 may 2022-ci il tarixli qərardan göründüyü kimi ilkin təhqiqat zamanı protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,881 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd 02 ml həcmli şprisdə 0,6 ml həcmində narkotik vasitə heroin məhlulu, heroinin quru maddəsinin çəkisi 0,005 qram kütlə iş üzrə əhəmiyyətli oİduğundan maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitənin və psixotrop maddənin mövcudluğunu, eləcə də həmin narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxs Elman Məmməd-Kərim oğlunun üzərindən aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «hüqüqi sənədlərlə və digər istintaq materialları» ilə kifayət qədər sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də həmin hüqüqi sənədlərin və digər istintaq materiallarının nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi hər hansı «hüqüqi sənədlər və digər istintaq materialları» müəyyən edilməmişdir. 27.Həmçinin həmin ittiham aktında göstərilmişdir ki, «İstintaq prosesində Təqsirləndirilən şəxs əldə etdiyi küllü miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımasında niyyəti satış oİmamasına, özü qəbul etmək məqsədi daşımasına dair gətirdiyi dəlil özünü müdafiə xarakteri daşıdığından və toplanmış sübutların məcmusu ilə təkzib edildiyindən özünü madafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiıdir». İstintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədi ilə daşımasına dair qeyd etdiklərini özünü madafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirmiş, belə qənaətə gəlməyıə səbəb kimi isə təqsirləndirilən şəxsin gətirdiyi dəlilin özünü müdafiə xarakteri daşıması və toplanmış sübutların məcmusu ilə təkzib edilməsi göstərilmişdir. Yenə də istintaq orqanının gəldiyi göstərilən nəticə heç bir əsası olmayan ümumi sözlərdən ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxsin gətirdiyi dəlilin toplanmış sübutların məcmusu ilə təkzib edilməsi göstərilsə də, lakin həmin sübutların və ya sübutların məcmusunun nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 28.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 29."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 30.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 31.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 32.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz (CPM-351.2). 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 34.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə külli miqdarda - 3,881 qram çəkidə psixotrop maddə metafetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Çünki, şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair mötəbər sübutlar olmadığı təqdirdə psixotrop maddənin miqdarının külli miqdarda olması şəxsin həmin psixotrop maddəni məhz satış məqsədilə əldə edib saxlamasına dəlalət edə bilməz. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş psixotrop maddə metafetaminin miqdarının külli miqdar təşkil etməsi həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 35.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 07 may 2022-ci il tarixli, 2320 nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs opioidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 36.Məhkəmə hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. 37.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 38.Beləliklə, məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 40.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 41.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 42.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 43.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 44.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 45.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 3,881 qram çəkidə psixotrop maddə metafetamin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 46.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 49.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 51.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 52.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 57.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 58.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. 59.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 60.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 62.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,831 qram çəkidə psixotrop maddə metamfetaminin və içərisində 0,4 ml həcmində narkotik vasitə heroin məhlulu olan bir ədəd 2 ml həcmli şprisin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 63.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 64.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 65.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 66.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 67.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 manat təşkil edir. 68.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına ödənilməlidir. 69.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 100 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,831 qram çəkidə psixotrop maddə metamfetamin və içərisində 0,4 ml həcmində narkotik vasitə heroin məhlulu olan bir ədəd 2 ml həcmli şpris məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar