Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-236/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X2, X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri "Faiq Nağıyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi4 oğlunun, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv ev 12-də qeydiyyatda olan və yaşayan və barəsində Bakı şəhər Xəzər rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv ev 27A-da qeydiyyatda olan və yaşayan və barəsində 18 noyabr 2022-ci il tarixli qərarla “başqa yerə getməmək barədə İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 , 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək «Siyavuş» adlı şəxsin Təqsirləndirilən şəxs1 ilə arasında olan razılaşmaya əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə qoyulmuş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1.090 qram olan heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 16 noyabr 2022-ci il tarixdə Xəzər rayonu X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin gün, saat 12:00-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolunun sol tərəfində saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xəzər Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən özünün üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməsə də, onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən birlikdə əldə etdikləri 01 ədəd şəffaf rəngli bükümdə, təmiz çəkisi 1.090 qram olan qəhvəyi rəngli, tozşəkilli və kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 tutulduğu günü mübahisələndirmədən bildirmişdir ki, İİ qrup əlildir, əvvəllər məhkum olunmamışdır, zərgərlik peşəsi ilə məşğul olmuş, arabir ayda 1-2 dəfə 40 manat ödəməklə narkotik vasitədən istifadə etmişdir. Son zamanlar işləməmiş və ayağına görə 245 manat pensiya almışdır. Himayəsində 3 uşağı və yoldaşı vardır.Evin ehtiyaclarını müəyyən qədər özü ödəmişdir. İstifadə üçün narkotik vasitəni 3-4 dəfə Ramil adlı şəxsdən “zakladka” üsulu ilə əldə etmişdir. Ramil, yəni Səyavuş adlı şəxsi yoldaşları sayəsində tanımış, sonuncu azərbaycan dilində danışmışdır.16 noyabr 2022-ci il tarixdə narkotik vasitə almağa gedərkən Elmardan taksi sürücüsü kimi onu aparmasını xahiş etmişdir. Elmarla taksi xidməti haqqının məbləğini 40 manat müəyyən etdikdən sonra Lökbatan qəsəbəsindən Qum bazarı istiqamətində narkotik vasitəsinin əvvəlcədən zakladka üsulu ilə yerləşdirildiyi sahəyə çataraq maşından düşdükdən sonra gecə saat 1 radələrində hər ikisi 6 -7 nəfər mülki geyimdə olan polis əməkdaşları tərəfindən tutulmuşlar. Götürməyə getdiyi 1 qram narkotik vasitə üçün 40 manat pul ödəməsi razılaşdırılmışdır.Rəhman onun narkotik vasitə götürəcəyini bilməmişdir. Tutulduğu gün üzərindən narkotik vasitə aşkar edilməmişdir. Narkotik vasitə götürməyə getdiyinə və Həsən adlı Polis İdarəsinin əməkdaşı tərəfindən döyüldüyünə görə Azərvbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona verilmiş ittihamla razılaşmışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hansı maddələrlə məhkəməyə çıxarıldığını bilmiş, məhkəmədə döyüldüyünü qeyd etmişdir. Tutularkən üzərində +**********58 mobil nömrə vasitəsilə istifadə etdiyi telefonu olmuşdur. Üzərinə baxışı idarədə həyata keçirilmişdir.Polis əməkdaşlarına tərəfindən müqavimət göstərilməmişdir. Mobil telefonunda “kontakt”lar bölməsində adı “Səyavuş” kimi yazılan şəxslə təxminən 5-6 dəfə danışmış və ondan 3-4 dəfə narkotik vasitə əldə etmişdir. Elmara zor tətbiq etməklə narkotik vasitəni götürməsi tələb edilmiş və üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2022-ci ilin aprel ayında Tural adlı tanışı onu “Siyavuş” adlı İran vətəndaşı ilə tanış etmişdir. Bir müddətdən sonra həmin Siyavuş adlı İran vətəndaşı ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı təklif etsə də, o buna razı olmamışdır. Lakin dostu Tural rəhmətə getdikdən sonra İranlının təklifi ona cəzbedici gəlmişdir. Belə ki, İran vətəndaşı olan Siyavuş adlı şəxs bu iş müqabilində ona 200-300 manat pul təklif etmişdir. İşsiz olduğu üçün o İranlı ilə birlikdə işləmək qərarına gəlmişdir. Görəcəyi işin müqabilində isə İran vətəndaşı olan Siyavuş adlı şəxs ona 200 manat pul verəcəyini demişdir. O da razılaşmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur. O Elmarı çoxdan tanıyır. Elmar taksilik fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o Elmara yaxınlaşaraq narkotik vasitə almaq üçün İran vətəndaşı ilə danışdığını, İran vətəndaşının ona “Whatsapp” sosial şəbəkəsində məkan atdığını, məkan atıldığı yerdə içərisində narkotik vasitə olan bağlama olacağını, həmin bağlamanı götürüb İran vətəndaşı tərəfindən deyiləcək növbəti ünvana aparmaq lazım olduğunu demişdir. Bağlamanı Elmarın götürməyini istəmiş və bunun müqabilində Elmara 50 manat pul verəcəyini demişdir. Elmar da onunla razılaşmışdır. Bu məqsədlə onlar Lökbatan qəsəbəsi ərazisindən çıxaraq məkanın atıldığı ünvana, yəni Mərdəkan qəsəbəsi ərazisində gəlmişlər. Ünvana çatan zaman Mərdəkan-Qala yolunun sol tərəfində yerləşən tanımadığı yarımtikilinin qabağında saxlamışlar. O Elmara telefonunda şəkil göstərərək bağlamanın yarımtikilinin içərisindəki taxtalar olan yerdə olduğunu bildirmişdir. Həmin yarım tikilinin qapısı olmamışdır. Elmar sərbəst şəkildə avtomobildən düşüb yarımtikiliyə daxil olmuşdur. Taxtaların arasından bağlamanı götürüb avtomobilə qayıtmaq istəyərkən polis əməkdaşları Elmarı və onu yaxalamışlar və onları birlikdə Xəzər rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub - olmaması barədə sual verilmişdir. O üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olmadığını demişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Baxış zamanı üzərindən bir ədəd “Honor” markalı mobil telefon aşkar edilmişdir. Üzərindən qeyri-qanuni heç nə aşkar olunmamasına baxmayaraq şifahi sorğu zamanı o xx.xx.2022-ci il tarixdə səhər saatlarında Elmara yaxınlaşaraq narkotik vasitə almaq üçün “Siyavuş” adlı İran vətəndaşı ilə danışdığını, İran vətəndaşının ona “Whatsapp” sosial şəbəkəsində məkan atdığını, məkan atıldığı yerdə içərisində narkotik vasitə olan bağlama olacağını, həmin bağlamanı götürüb İran vətəndaşı tərəfindən deyiləcək növbəti ünvana aparmaq lazım olduğunu, bağlamanı Elmarın götürməyini istədiyini və bunun müqabilində Elmara 50 manat pul verəcəyini, Elmarın da onunla razılaşdığını demişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, taksi xidməti ilə məşğul olur, narkotik vasitə istifadəçisi deyildir və narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkumluğu olmamışdır.Təqsirləndirilən şəxs1 16 noyabr 2022ci il tarixdə yaşadığı məhəllədən 40 manat müqabilində Mərdəkana aparmaq barədə razılaşmışlar. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğu, Mərdəkana nə üçün getməyi ona məlum olmamış, sonuncu getdiyi yerdə 10-15 dəqiqəlik işinin olduğunu ona bildirmişdir. Çatdıqları ünvan çəpərlik olmuş, həmin ünvana kiminsə gəlib-gəlməyəcəyi barədə Mehman ona hər hansı məlumat verməmişdir. Böyrəklərində problem olduğuna görə Mərdəkana çatanda açıqlıq yerdə təbii ehtiyacını qarşıladığı zaman 3 nəfər mülki geyimdə polis əməkdaşı ona daş ata-ata üstünə hücum etmişlər. Əvvəlcə onu daşlayan şəxsin ev yiyəsi olduğunu düşünmüş, sonra həmin şəxslərin Mehmanın üzərinə hücum çəkməsini müşaiyət etmişdir. Polis əməkdaşları tərəfindən əvvəlcə Mehman, sonra isə özü döyülmüş, telefonları əllərindən alınmışdır. Döyülə, döyülə idarəyə gətirilmiş, əlinə qandal vurulmuşdur. Müstəntiqin otağında olarkən narkotik vasitə gətirilmiş və çəkiliş zamanı ondan həmin narkotik vasitənin təqdim edilməsi tələb edilmişdir. Polis əməkdaşlarının dediklərini edəcəyi təqdirdə buraxılacağı bildirilmişdir. Tutularkən üzərində +**********19 mobil nömrə vasitəsilə istifadə etdiyi telefonu olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, tərəfindən 01 aprel 2023-cü il tarixli məhkəməyə təqdim olunmuş ərizə tədqiq edilərkən verilmiş sualları cavablandırarkən bildirmişdir ki, həmin ərizə onun öz sözləri ilə yazılmışdır. O, Mehmanla birlikdə gedərkən Mehman ona nə üçün Mərdəkana getdiyini bildirməmiş, Mərdəkanın girişinə qədər olan hissəni tanıdığına görə həmin əraziyə çatdıqdan sonra gedəcəkləri ünvanı Mehman izah etmiş, sonuncunun dediyi ərazidə maşını saxlamışdır. Mehman ona bağlamanı gətirməsini xahiş etsə də o maşından endikdən sonra təbii ehtiyaclarını ödəmək isətəyərkən polis əməkdaşları tərəfindən tutulmuşdur. O, 16 noyabr 2022-ci il tarixdə, gecə saat 12-1-ə işləmiş saxlanılmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, əvvəllər bir çox sahələrdə işləsə də, təxminən 2-3 ay olar ki, “Kia Rio” markalı avtomobili gündəlik 30 manat pul müqabilində icarəyə götürüb taksilik fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 onun qonşusudur. O Mehmanı uşaqlıqdan tanıyır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mehman ona yaxınlaşaraq narkotik vasitə almaq üçün İran vətəndaşı ilə danışdığını, İran vətəndaşının özünə “Whatsapp" sosial şəbəkəsində məkan atdığını, məkan atıldığı yerdə içərisində narkotik vasitə olan bağlama olacağını, həmin bağlamanı götürüb İran vətəndaşı tərəfindən deyiləcək növbəti ünvana aparmaq lazım olduğunu demişdir. Mehman bağlamanı onun götürməsini istəmiş və bunun müqabilində ona 50 manat pul verəcəyini demişdir. O da razılaşmışdır. Bu məqsədlə onlar Lökbatan qəsəbəsi ərazisindən çıxaraq məkanın atıldığı ünvana yəni, Mərdəkan qəsəbəsi ərazisində gəlmişlər. Ünvana çatan zaman Mərdəkan-Qala yolunun sol tərəfində yerləşən tanımadığı yarımtikilinin qabağında saxlamışdır. Mehman ona telefonunda şəkil göstərərək bağlamanın yarımtikilinin içərisindəki taxtalar olan yerdə olduğunu bildirmişdir. Həmin yarım tikilinin qapısı olmamışdır. Elmar sərbəst şəkildə avtomobildən düşüb yarımtikiliyə daxil olmuşdur. Taxtaların arasından bağlamanı tapıb əynindəki gödəkçənin sol iç cibinə qoymuşdur. O yarımtikilidən çıxıb avtomobilə qayıtmaq istəyərkən polis əməkdaşları onu yaxalamışlar və Mehmanla onu birlikdə Xəzər rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O əynindəki qara rəngli gödəkçənin sol iç cibində saxladığı və içərisində narkotik maddə olan bağlamanı təqdim etmişdir. Bağlama açılmış və həmin bağlamada nə olduğu ondan soruşulmuşdur. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə narkotik vasitədir və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mehmanın ona yaxınlaşaraq narkotik vasitə almaq üçün İran vətəndaşı ilə danışdığını, İran vətəndaşının ona “Whatsapp" sosial şəbəkəsində məkan atdığını, məkan atıldığı yerdə içərisində narkotik vasitə olan bağlama olacağını, həmin bağlamanı götürüb İran vətəndaşı tərəfindən deyiləcək növbəti ünvana aparmaq lazım olduğunu, bağlamanı onun götürməyini istədiyini və bunun müqabilində ona 50 manat pul verəcəyini, onun da Mehmanın təklifi ilə razılaşaraq həmin bağlamanı götürdüyünü demişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti onunla izah etmişdir ki, həmin ifadələri polis əməkdaşlarının onu buraxacaqları barədə verdiyi vədə inanaraq oxumadan imzalamışdır. Bundan başqa döyülsə də döyülməsi barədə qorxduğu üçün müvafiq orqanlara şikayət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, ərazidə xidmət aparılan zaman narkotik vasitənin istifadəsin və saxlanılması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxslər olduqları yer müəyyən edilərək saxlanılmış və Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxslərdən biri taksi sürücüsü kimi maşını idarə etdiyini bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı narkotik vastiənin külli miqdarda əldə edilməsi barədə informasiyanı ehtiva etmişdir. Əməliyyatı məlumatı Təqsirləndirilən şəxs1 barəsində olsa da əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi zamanı taksi sürücüsü də ibtidai istintaq orqanına təhvil verilmişdir. Hər iki şəxs gündüz saatlarında Mərdəkan- Qala yolunun üzərində saxlanılmış, xatırladığı qədər təqsirləndirilən şəxslər saxlanıldıqları zaman onların mobil telefonları üzərilərində olmuşdur. Hər iki təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti ayrıayrılıqda həyata keçirilmiş, təqsirləndirilən şəxslərdən birində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 16 noyabr 2022-ci il tarixində Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz əldə edərək daşıması, istifadəsi və saxlaması üzrə əməliyyat məlumatı daxil olmuş, onlar həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 saxlamış, onun yanında olan Elmar adlı şəxsin idarə etdiyi “Kia” markalı avtomobilə yaxınlaşaraq onu idarəyə dəvət etmiş, saxlanılan şəxsləri raportla müstəntiqə təhvil vermiş, saxlanılan şəxslərin üzərinə videoçəkilişlə baxış həyata keçirmiş və vəkilin iştirakını da təmin etmişdirlər. Mehman adlı şəxs İran vətəndaşı ilə sosial şəbəkə üzərindən tanış olmuş və Elmara narkotik vasitə heroini götürərək ona kömək etməsini bildirmişdir. Mehmanın səhhəti yaxşı olmadığına görə Elmarı özü ilə birlikdə aparmış və müqabilində ona pul verəcəyini bildirmişdir. Bu məlumatları Elmar özü müstəntiqə etiraf etmiş və Mehman da idarədə səmimi etiraf etmişdir. Şahid1 videoçəkiliş zamanı iştirak etmiş, istintaq zamanı isə iştirak etməmiş, videoçəkiliş zamanı Orxan adlı müstəntiq də iştirak etmişdir. Şəxsləri saxladıqları yer Mərdəkan istiqamətində yolun sol tərəfində olmuş, onlar ilk öncə Elmara daha sonra Mehmana yaxınlaşmışdırlar. Əməliyyat qrupunun rəhbərinə saxlanılan şəxslərin olacaqları ünvan barədə əməliyyat məlumatı daxil olmuşdur. Elmar narkotik vasitəni götürənə qədər maşında oturmuşdur. Onlar maşının harada dayanacağını əməliyyat məlumatı əsasənda bilmişdirlər. Onlara Mehmanla bağlı əməliyyat məlumatı daxil olmuş və Mehmanın narkotik vasitəni götürəcəyi ünvana neçə nəfərlə gələcəyi barəsində onlarda məlumat olmamışdır. Təqsirləndirilən şəxsin nə qədər narkotik vasitə götürəsi olduğunu dəqiq bilməsədə onun külli miqdar olduğunu bilmişdir. Elmar polis idarəsində verdiyi etirafedici ifadəsinə əsasən məsuliyyətə cəlb olunmuş, narkotik vasitə Elmarın üzərində olmuşdur. Onlar Elmarı saxlayarkən narkotik vasitə onun üzərində olmuş, videoçəkiliş zamanı da bunu etiraf etmişdir. Mehman onlar olduğu ünvandan narkotik vasitəni götürüb, 200 manata harasa çatdırmalı idi. Elmar taksi sürücüsü kimi fəaliyyət göstərmiş və 50 manat müqabilində Mehmanla razılaşıb ona kömək etmişdir. Təqsirləndirilən şəxsləri idarəyə apardıqda onlara qarşı fiziki təzyiq göstərilməmişdir. Əməliyyat qrupu 2 nəfərdən ibarət olmaqla qrupun rəhbəri Şahid2 olmuş, məlumatının məzmununda Mehman barədə məlumat qeyd olunmuşdur. Əməliyyat keçirilməsi barədə qrup rəhbəri raportla rəisə məruzə etmişdir. Əməliyyat tədbiri keçirən zaman Mehmanın telefonu üzərində olmuş, onun telefonuna baxışı müstəntiq həyata keçirmiş, raportu baş əməliyyat müvəkkili tərtib etmişdir. Əməliyyat məlumatına əsasən saxlanılan şəxslərin olacaqları ünvan Mərdəkan qəsəbəsi Qala yolu sol tərəfi olmuş, saxlanılan şəxslər günorta saat 12-də müstəntiqə təhvil verilmişdirlər. Saxlanılan şəxslərə qarşı fiziki təzyiq göstərilməmiş, şikayətləri olduğu halda məhkəməyə qədər istintaq zamanı bunu bildirmək imkanları olmuşdur. Onlar şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, o şəxsən Elmarı tutmuşdur. Onlar saxlanılan şəxsləri öz avtomaşınları ilə birlikdə polis idarəsinə aparmış, o şəxsən avtomobili idarə etmişdir. Şəxslərin ikisinidə öz avtomobillərinə qoymuş, o da avtomobili sürüb idarəyə aparmış, Mehman da maşının ön tərəfində oturmuşdur. Şəxsi axtarışın ilk öncə kimin üzərində keçirildiyini xatırlamır. Əməliyyat tədbiri keçirilən zaman üzərində olan nömrə ********** nömrəli olmuşdur. Onlar təxmini günorta saatlarında saxlanılan şəxslərin olduğu ünvana getmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 16 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Mehman adlı şəxsin Mərdəkan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur(Cinayət işi cild 1, iş vərəqə 3). 16 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar (Cinayət işi cild 1, iş vərəqə 6) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir (Cinayət işi cild 1, iş vərəqə 143). 16 noyabr 2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mərdəkan-Qala yolunun sol tərəfində 77- BG678 dövlət nömrə nişanlı “Kio-Rio” markalı avtomobildə olarkən həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə gətirilmişdir (Cinayət işi cild 1, iş vərəqə 10). 16 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri- qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sol iç cibindən şəffaf rəngli selofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisinə müstəntiq tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş maddə barədə Təqsirləndirilən şəxs2 sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, 16 noyabr 2022-ci il tarixdə səhər saatlarında Mehman adlı tanışının özünə yaxınlaşaraq narkotik vasitə almaq üçün İran vətəndaşı ilə danışdığını, İran vətəndaşının Mehmana “Whatsapp” sosial şəbəkəsində məkan atdığını, məkan atıldığı yerdə içərisində narkotik vasitə olan bağlama olacağını, həmin bağlamanı götürüb İran vətəndaşı tərəfindən deyiləcək növbəti ünvana aparmaq lazım olduğunu, Mehmanın bağlamanı onun götürməyini istədiyini və bunun müqabilində ona 50 manat pul verəcəyini, onun da Mehmanın təklifi ilə razılaşaraq həmin bağlamanı götürdüyünü demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman isə üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. (Cinayət işi cild 1, iş vərəqə 29-30). 16 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən bir ədəd “Honor” markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman isə üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birgə saxlanılaraq idarəyə gətirilidiyini xatırladıb Təqsirləndirilən şəxs2 ilə nə kimi əlaqəsinin olduğunu və sonuncunun üzərindən aşkar olunmuş maddə barədə Təqsirləndirilən şəxs1 sual verərkən sonuncu xx.xx.2022-ci il tarixdə səhər saatlarında Elmar adlı şəxsə yaxınlaşaraq narkotik vasitə almaq üçün “Siyavuş” adlı İran vətəndaşı ilə danışdığını, İran vətəndaşının özünə “Whatsapp” sosial şəbəkəsində məkan atdığını, məkan atıldığı yerdə içərisində narkotik vasitə olan bağlama olacağını, həmin bağlamanı götürüb İran vətəndaşı tərəfindən deyiləcək növbəti ünvana aparmaq lazım olduğunu, bağlamanı Elmarın götürməyini istədiyini və bunun müqabilində Elmara 50 manat pul verəcəyini, Elmarın da özü ilə razılaşdığını, özünün isə bu işin müqabilində 200 manat gəlir əldə edəcəyini demişdir (Cinayət işi cild 1, iş vərəqə 51-52). 16 noyabr 2022- ci il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün N 43” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 (imza)” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1090 qram (1 kq 90 qr) qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kusta üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 1089,8 qram təşkil etmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Cinayət işi cild 1, iş vərəqə 61-65). 17 noyabr 2022-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fototoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş mobil telefon “Honor” markalıdır və qara rənglidir. Mobil telefonun idarəetməsi sensor vasitəsilə həyata keçirilir. Mobil telefonun içərisində mobil proqramların yerləşdiyi “Menyu” bölməsinə, fotoşəkillərin olduğu “Qalereya” bölməsinə, o cümlədən əlaqə saxlamaq üçün mobil nömrələrin şəxslərin adlan ilə birlikdə qeydiyyata alındığı "Kontakt” bölməsinə həmçinin sms mətnlərinin yazıldığı və qəbul edildiyi “Mesajlar” bölməsinə baxış keçirilmişdir. “Menyu” bölməsinə baxış keçirilərkən orada yerləşən “Whatsapp” mobil tətbiqi proqramına daxil olan zaman orada İran İslam Respublikasına məxsus +98 919 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Siyavuş” adlı profilin olması aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 “Whatsapp” sosial şəbəkəsində +98 919 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş "Siyavuş” adlı profilin sahibinin həmin qeyd etdiyi və ona “Whatsapp” - da məkan atan İran vətəndaşı “Siyavuş” olduğunu bildirdi. Siyavuşun məkan atmasının nə üçün qeyd olunmaması barədə Təqsirləndirilən şəxs1 sual verilərkən sonuncu bundan xəbərinin olmadığını və çox güman ki, mesajların “Whatsapp” mobil tətbiqində öz-özünə silindiyini bildirmişdir. Həmçinin fotoşəkillərdən də görünür ki, “Siyavuş “adlı şəxs “Whatsapp” mobil tətbiqinin mesajlar göndərilməsindən sonra 24 saat ərzində silinməsi xidmətindən istifadə edir. (Cinayət işi cild 1, iş vərəqə 79- 81). 17 noyabr 202-ci il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 77-BG678 dövlət nömrə nişanlı “Kio-Rio” markalı avtomobilə keçirilmiş baxış zamanı qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir (Cinayət işi cild 1, iş vərəqə 84-87). “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1089,8 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması, şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Honor” markalı mobil telefonun məhkəmə prosesinin sonuna kimi saxlanılması üçün özünə qaytarılması və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Honor” markalı mobil telefon isə Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 166-167). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat mövcud deyildir (Cinayət işi cild 1, iş vərəqə 144-146). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların ( köhnə redaksiyada) 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Cinayət işi materiallarından görünür ki, hər iki təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həm barələrində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Mehman adlı tanışının ona yaxınlaşaraq narkotik vasitə almaq üçün İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, İran vətəndaşının Mehmana “Whatsapp” sosial şəbəkəsində məkan atdığını, məkan atıldığı yerdə içərisində narkotik vasitə olan bağlama olacağını, həmin bağlamanı götürüb İran vətəndaşı tərəfindən deyiləcək növbəti ünvana aparmaq lazım olduğunu, Mehmanın bağlamanı onun götürməyini istədiyini və bunun müqabilində ona 50 manat pul verəcəyini, onun da Mehmanın təklifi ilə razılaşaraq həmin bağlamanı götürdüyünü bildirmişlər. Məhkəmə iclasında hər iki təqsirləndirilən şəxs qeyd edilən ifadələri təkzib edərək döyülmələri səbəbindən oxşarməzmunlu ifadələr verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxslərin həmin ifadələrindən göstərilən xüsusatların araşdırılması məqsədilə, onların bilavasitə iştirakı ilə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilərkən sonuncunun qulaq ətrafı sahədə qızartı izləri müşahidə olunmuşdur. Məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xirmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan və ona əlavə edilmiş tibbi müayinə sənədlərindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 Təcridxanaya daxil olarkən həkim müayinəsindən keçirilmiş və xəsarət aldığını bildirmiş, sonuncunun sağ bazu nahiyəsində bənövşəyi rəngli qançır aşkar edilmiş, lakin qulaq nahiyəsində hər hansı xəsarət izləri qeydə alınmamışdır. Məhkəmə iclasında həmçinin həmin halların yoxlanılması üçün müvafiq sənədlər əlavə edilməklə Bakı şəhəri Xəzər rayon Prokurorluğuna göndərilmiş məlumat əsasında isə aparılmış araşdırma zamanı 3 fevral 2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən təqsirləndirilən şəxslərin tutulmasında iştirak etmiş polis əməkdaşları Şahid2, Şahid1 tərəflərindən nə Təqsirləndirilən şəxs1, nə Təqsirləndirilən şəxs2 fiziki təzyiq göstərilməməsi, işgəncə verilməməsi barədə verilmiş izahatları və məhkəmə tibbi ekspertizasının rəyi əsas götürülmüşdür. Material üzrə keçirilmiş həmin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarət-sağ bazu qançırı küt əşya təsirindən törənmiş, törəmə müddəti 3 saylı İstintaq Təcridxanasının tibb məntəqəsinə müraciətindən və müayinəsindən 4-5 gün əvvəl olmaqla qərarda göstərilən 16 noyabr 2022-ci il tarixə uyğun gələ bilər. Aşkar olunmuş xəsarətlər müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Təqsirləndirilən şəxs2 barəsində verilmiş 03 fevral 2024-cü il tarixli ekspertiza rəyindən isə görünür ki, sonuncunun üzərində travma almasını göstərən xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilməmişdir, o məhkəməyə gec müraciət etdiyindən hadisədən uzun müddət keçdiyindən xəsarət alması barədə konkret fikir söyləmək mümkün olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 həmçinin döyüldüyü barədə hansısa dövlət orqanına və ya tibb müəssiəsinə müraciə etməsi halları araşdırılmış, lakin sonuncu daha çox Təqsirləndirilən şəxs1 döyüldüyünü , bu səbəbdən səhiyyə müəsisəsinə müracə etməməsini, barəsində cinayət işi başlanamayacağı ilə aldadıldığı üçün etirafedici ifadələr verdiyini və döyülməsi barədə hər hansı dövlət orqanına müraciət etməməsini bildirmişdir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Lakin iş materiallarından da göründüyü kimi hər iki təqsirləndirilən şəxs ibtidai istintaq dövründə döyülmələri barədə hər hansı dövlət orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxs2 isə barəsində həbs qətimkan tədbiri seçilmədiyinə görə yalnız iş məhkəməyə gedərkən barəsində olan cinayət işinə xitam verilmədiyi dərk etdiyini bilidrsə də cinayət işi materiallarından görünür ki, 09 mart 2023-cü il tarixdə ibtidai istintaqın bitməsinə dair cinayət prosesi iştirakçılarına məlumat verilməsindən əvvəl 03 mart 2009cu il tarixdə Təqsirləndirilən şəxs2 yenidən təqsirləndirilən şəxs qismində dindirilmiş və ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərkən də döyülməsi barədə məlumat verməmiş, Siyavuş adlı İran İslam Respublikası vətəndaşından 200 manat müqabilində Mərdəkan –Qala yolunda 10 qram heroini götürdükdən sonra onun dediyi yerə aparıb qoymalı olduğunu, əlil olduğuna görə bağlamanı Təqsirləndirilən şəxs2 götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin məhkəməyə ünvanladığı ərizəsində də 16 noyabr 2022-ci il tarixdə Mehmanın ona yaxınlaşması, Mərdəkana onu aparmasını, razılaşdırılmış ünvana çatdıqda ondan bağlamanı yol qırağından götürməsini xahiş etməsi barədə xüsusatlar öz əksini tapır. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs2 verilmiş sualları cavablandırarkən “bağlamanın” ölçüsü barədə razılaşmamalarını qeyd etsə də, müdafiəçisi tərəfindən verilmiş suala Lökbatandan Mərdəkana “siqaret qutusu” götürməyə getdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün Mərdəkana getməsi faktını mübahisələndirməsə də hazırki məhkəmə iclasında 1 qram, barəsində həbs qətimkan tədbiri seçilərkən 10 qram heroin əldə etməsi barədə ziddiyyətli ifadələri Təqsirləndirilən şəxs2 sonuncunun ona Mərdəkan –Qala yolunda “bağlama” (daha sonra “siqaret qutusu”)götürülməli olması barədə ifadəsi ilə təkzib edilir. Digər tərəfdən məhz bir qram heroin əldə etmək üçün taksi sürücüsünə 40 manat ödənilməklə Lökbətandan Mərdakana gedilməsi barədə ifadəsi də məhkəmə tərəfindən həqiqətə uyğun hesab edilmir. Digər tərəfdən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu, onun Mərdəkana getməsi səbəblərini bilməməsi barədə ifadələri iş materialları ilə təkzib edilir. Belə ki, həm Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı ərizəsinin, həm də verdiyi ifadələrdən aydın olur ki, gediləcək son ünvan hər hansı fərdiləşdirmə aparılmadan(məsələn, hansı evə, restorana, küçəyə və s. gedilməli olması) tərəflər arasında müəyyən edilməmişdir. Ünvan dəqiqləşdirilmədən tərəflər arasında xidmət haqqının müəyyən edilməsi (belə ki, “Mərdəkan” anlayışı geniş anlayışdır və gediləcək yerdən asılı olaraq xidmət haqqı dəyişilə bilər), Mehmanın getdikləri yerdə cəmi 10-15 dəqiqəlik işinin olması, getdikdən sonra həmin ərazinin çəpərlik olması və həmin ərazidən bağlama götürməyə razılaşması da Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hara və hansı səbəbdən aparmasını bilməməsi, narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşımasına yönələn hərəkətləri yerinə yetirməməsi barədə söylədiklərinin “ağlabatan” ifadələr kimi qəbul edilməsini istisna edir. Bundan başqa Təqsirləndirilən şəxs1la əvvəlcədən hər hansı razılığın olması, aralarında nə bir gün əvvəl, nə həmin gün telefon vasitəsilə danışıqlarının olması barədə ifadələri məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən 7 noyabr 2023-cü il tarixli məktubla daxil olmuş CD diskdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 noyabr 2022-ci il tarixlərində aralarında olan telefon zənginə dair məlumatla təkzib olunur. Təqsirləndirilən şəxs1 həmin zənglərin taksi xidmətlərinin göstərilməsi ilə izah etsə də həmin telefon zənginin məhz Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 edildiyi və 42 saniyə davam etdiyi görünür. Digər tərəfdən Lökbətandan Mərdəkana ünvanı müəyyənləşdirilməmiş (yarımtikili) ərazidən bağlama və ya siqaret qutusunun götürülməsi üçün getmək barədə Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşması Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında narkotik vasitə əldə edilməsinə dair əvvəlcədən razılığa gəlməsinə dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxslərin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, Təqsirləndirilən şəxs1 döyülməsi iddia edilsə də narkotik vasitənin məhz Təqsirləndirilən şəxs2 təqdim etməsini, eləcə də təqsirləndirilən şəxslərin hər biri barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti, ibtidai istintaq dövründəki şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri və iş üzrə toplanmış digər sübutlara birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olmuş bir qrup şəxs halında əldə etməmələri ona aid olmaması barədə məhkəmədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə həmin narkotik vasitə olan bağlamanı götürməsi üçü Mərdəkan Qala ərazisinə getməsi işin mübahisəsiz halını təşkil edir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs1 telefonunda İran İslam Respublikasına məxsus operator nömrəsinin “Siyavuş” adlı şəxsin adı kimi qeydiyyatdan keçməsi sonuncunun həqiqətən onunla əvvəlcədən narkotik vasitə əldə etmə barədə razılaşmasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs1 elə ilkin ifadəsində göstərdiyi kimi Səyavuş adlı şəxslə qabaqcadan əlbir olması, iş materialları ilə təsdiq edilir. Digər tərəfdən müdafiə tərəfinin təqsirləndirilən şəxslərin gecə saatlarında tutulması və müvafiq rəsmiləşdirmənin səhər saatlarında aparılması halları barədə dəlilləri də iş materialları ilə təsdiq edilmir. "xxxx" MMC-dən əldə olunmuş CD diskdən də görünür ki, təqsirləndirilən şəxslərdən biri Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon zəngləri detallaşması gecə saatlarından Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 102 A, ATS- 54 göstərmişdir. Həmin məlumatlar tədqiq edilərkən məlum olmuşdur ki, ATS-54 Xəzər rayon qovşağı olmaqla ünvanı Segey Yesenin 102 kimi göstərilsə də əslində Buzovna qəsəbəsində Aruz Mirzəyev küçəsində yerləşir və Sabunçu rayonu Polis İdarəsinin ünvanına yaxın olan ərazi olmamaqla aralarında 15 dəqiqəlik yol məsafəsi vardır. Görünüyü kimi anten məlumatları eyni vaxtda bir neçə ünvanı birlikdə göstərdiyindən təqsirləndirilən şəxslərin olması yeri barədə məlumatları dəqiqliklə göstərmədiyindən iş üzrə bu və ya digər halının təkzib edilməsində sübut qismində istifadə edilə bilməz. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Hər iki təqsirləndirilən şəxs, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 12 fevral 2024-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində həmin maddələrdə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində atası, anası, həyat yoldaşı, iki yetkinlik yaşına çatmış, bir 14 mart 2009-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan övladları var. İİ qrup əlildir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində atası, anası, həyat yoldaşı, iki yetkinlik yaşına çatmış, bir 14 mart 2009-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan övladlarının olmasını, özünün İİ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinin tələblərinə uyğun olaraq, İran İslam Respublikası vətəndaşı ilə məhz Təqsirləndirilən şəxs1 əlaqə saxlaması, əldə olunacaq məbləğin 200 manat hissəsinin Təqsirləndirilən şəxs1, 40 manat hissəsinin Təqsirləndirilən şəxs2 çatmalı olması kimi hallar nəzərə alınmaqla həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və t234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 16 noyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 43), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 16 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 126-128). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21), 18 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 120). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2023-cü il tarixli, rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cinayət işi cild 1, iş vərəqə 159-160) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı ‘‘narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir (Cinayət işi cild 1, iş vərəqə 164-166) . Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1089,8 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Honor” markalı mobil telefonun, idarə etdyi **-BG-*** dövlət nömrə nişanlı, “Kia-Rio” markalı avtomobilin özünə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş “Honor” markalı mobil telefon isə onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə elan edilmiş ittihama daxil olan narkotik vasitələrin ekspertizasına çəkilmiş 114 (yüz on dörd)manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bərabər bölünməklə hər birindən ayrı-ayrılıqda 57(əlli yeddi) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 62). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9, məhkəmə zamanı “Presedent” Vəkil Bürosunun vəkili X8 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10, məhkəmə zamanı “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, ibtidai istintaq mərhələsində göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X5 və 20 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri, 8 saylı vəkil bürosunun hesabına müvafiq olaraq ödənilməsi üçün 180 (yüz səksən) manat və 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X4 və Müdafiəçi1 vəkil işlədiyi “Presedent” Vəkil Bürosunun hesabına hər birinə ödənilməsi üçün 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən iki gün tutulduğu müddət ona təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən yəni, 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1089,8 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd CD disk, cinayət işinin materiallarında saxlanılsın; Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Honor” markalı mobil telefonun, avtomobilinə baxış keçirilməsi istintaq hərəkəti keçirildikdən sonra**-BG-*** dövlət nömrə nişanlı, “Kia-Rio” markalı avtomobilin özünə qaytarılması nəzərə alınsın; Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş “Honor” markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılsın. 114 (yüz on dörd) manat məbləğində ekspertiza bərabər hissələrə bölünməklə Təqsirləndirilən şəxs1 57(əlli yeddi), Təqsirləndirilən şəxs2 57(əlli yeddi) manat tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 30 (otuz) saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına 8 saylı Vəkil Bürosunun hesabına vəkil X10 üçün 180 (yüz səksən) manat və 20 (iyirmi) saat həcmində hüquqi yardımla bağlı X9 üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 18 (on səkkiz) saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun hesabına vəkillər X8 və Müdafiəçi1 ödənilməsi üçün hər birinə ayrı-ayrılıqda 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədov Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-236/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-236/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver