Məhkəmə qərarları › İş №1(101)-236/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-236/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-236/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3 dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X4, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “AAAF Park” yaşayış kompleksi, nömrəsiz evdə yaşamış və hazırda ƏN-nin PX-in Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib ünvan 3 ünvanının yaxınlığınadək üzərində gəzdirmiş, həmçinin, başqa mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 5,047 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 20:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı və əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 5,047 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, 21 noyabr 2023-cü il tarixində kafedə çay içdikləri zaman polis əməkdaşları onları oradan idarəyə aparmışlar. Saxlanılarkən onun üzərində bıçaq olmuşdur, amma narkotik vasitə olmayıb. Onu döyüb narkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər. Onu 9-cu Mikrorayonda saxlayıblar. Onunla birlikdə saxlanılan hər kəsdən beş qram narkotik vasitə aşkar etmişlər. Onu etirafedici ifadə verməyə məcbur etmişlər. Əvvəllər məhkum olunmamışdır, lakin beş-altı ay marixuana istifadə etmişdir. Saxlanılarkən üzərində ancaq adapter, çanta, telefon və bıçaq olub. Bıçağı üzərində suvenir kimi gəzdirmişdir. Ona polis əməkdaşları tərəfindən yetirilmiş xəsarətlərlə bağlı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Onlar saxlanılarkən kafedə səkkiz nəfər olmuşlar. Onları saxlayan polis əməkdaşları yeddi səkkiz nəfər idilər. Polis əməkdaşları onlara qarşı silah çıxarmışdılar. Onları iki saat ayaq üstə saxlamışlar. O vəkil ilə video çəkiliş zamanı tanış olmuşdur. Onu çəkilişə apararkən narkotik vasitə artıq üzərində idi. Hamıya təzyiq göstərirdilər. Ona bildirdilər ki, çəkilişdə narkotik vasitəni öz istifadədi üçün üzərində saxladığını desin. Yaxınlarına zəng etməyinə icazə vermədilər. Onunla birlikdə saxlanılanlar narkotik vasitə istifadə etmirlər. Ona bildirdilər ki, çəkilişdə narkotik vasitəni sayğacdan tapdığını desin. Polis əməkdaşlarını tanımır. Polis əməkdaşları ilə ədavəti yoxdur. Saxlanılanlardan üç nəfər azadlıqda qaldı. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, onu məcbur ediblər. Kafedə bıçağı çıxardıb təqdim etmişdir, çantası da üzərində idi. Bıçağı götürdülər, çanta isə onda qaldı. Çəkiliş zamanı çanta yox idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamda nəzərdə tutlan əməlləri törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. Hərbi xidmət üçün qeydiyyata alınıb, amma hələ getməyib. Əvvəllər bir neçə müddət Moskva Univermağında qızıl ustası yanında köməkçi işləyib. Sonradan işdən çıxıb və hazırda işsizdir. Mahiyyəti üzrə bildirir ki, əvvəllər bir neçə dəfə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edib. Həmin maddələrin aludəçisi olmayıb və arabir istifadə edib. Həmçinin, onu da qeyd edib ki, Murad adlı dostu ölkəni tərk edən zaman ona bıçaq hədiyyə edib və onun da bıçaqlara marağı olduğundan və özünü müdafiə etmək üçün həmin bıçağı arabir üzərində saxlayıb. 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. O və Şahid1, Şahid3, Şahid2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf ediblər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. İlk öncə Şahid3 şəxsi axtarışı aparılıb. Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Daha sonra Şahid2 üzərinə şəxsi axtarış aparılıb. Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra onun üzərinə şəxsi axtarış aparılıb. O üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Eyni zamanda 01 ədəd bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılıb. Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməyib. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılıb. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağın isə “Murad” adlı dostu tərəfindən hədiyə verildiyini, özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirib. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapıb və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb, tapdığı maddənin üzərindən götürüb istifadə etməyib, necə tapıbsa o cür də təqdim edib, narkotik vasitə aludəçisi deyil və ona görə də arabir istifadə edir, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərində psixotrop maddə və bıçaq olmasından heç kimin xəbəri olmayıb, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, bıçaqlara marağı olduğu üçün və özünü müdafiə etmək məqsədi ilə üzərində saxlayır və həmin bıçaqdan hər hansı bir cinayətin törədilməsində istifadə olunmayıb, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edib, üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməyib, polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmayıb, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. Şahid7 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hüseyn adlı dostu var, onun yanına getmişdir, Tural da orada idi. Polis əməkdaşları onları saxlayanda onlar səkkiz nəfər olmuşlar. onlardan döodü həbs olundu. Onlar orada ancaq çay içmişlər, narkotik vasitə istifadə etməyiblər. Çay içdikləri yer 9-cu mikrorayonda yerləşirdi. Onlar da 9-cu mikrorayonda saxlanılıblar. Onları saxladıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Turalla onu ayrı-ayrı maşında aparıblar. Saxlanılanların üzərində bıçaq və narkotik vasitə olduğunu bilməmişdir. Çəkilişdə Turalın üzərindən bıçaq və narkotik vasitə çıxartdılar. İdarədə ona qarşı təzyiq olunub. Turala da təzyiq olunub. Saxlanılmaları ilə bağlı məsələnin “Yetim Sabir” kimi tanınan şəxslə bağlı olduğunu eşitməmişdir. Onu idarədə neçənci mərtəbəyə apardıqları yadında deyil. Polis əməkdaşları onu təhqir ediblər. Həmin hadisədən yeddi ay sonra o da tutulmuşdur. Kafedə narkotik vasitə barədə söhbət olmayıb. Kafeyə Hüseynin dostları ilə tanış olmaq üçün getmişdir. Polis əməkdaşları mülki geyimdə idilər. Turalla eyni vaxt saxlanılmışdır. Turaldan bıçaq və narkotik vasitə aşkar olundu. Polis əməkdaşları ilə Turalın ədavətinin olub-olmamasını bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 ibtidai istintaq zamanı göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında tanışları Hüseyn, Tural, Sənan, Kamran, Raqil, Yelmar və Nihat ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kənana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. Bundan sonra onlar səmimi olaraq etiraf edib bildirdilər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olundu. Daha sonra narkotik vasitələr və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şifahi sorğu zamanı Raqil, Yelmar, Nihat və o, həmin narkotik vasitələrdən və bıçaqlardan xəbərlərinin olmadığını söylədilər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olundu və onun düzgünlüyü imzalarla təsdiq olundu. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 21 noyabr 2023cü il tarixində onlar kafedə olduqları zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları orada onların hamısını saxladılar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. İdarədə onları döydülər və narkotik vasitə yüklədilər. Onlar narkotik vasitə istifadə etmir, onları şərləyiblər. Əvvəlcə onları eyni otaqda döydülər. Turalın üzərindən bıçaq və telefon çıxdı. Turalın, onun və Sənanın üzərinə narkotik vasitə qoydular. Çəkilişdə Turalın üzərindən polislərin qoyduqları narkotik vasitə çıxdı. Saxlanıldıqları kafedə kənar adamlar da var idi. Polis əməkdaşları silahla gəldilər. Polis əməkdaşları kafedə onların üzərilərini axtardılar. Turalın üzərindən bıçaq və telefon çıxdı. Onları ayrı maşında apardılar. Onları idarədə eyni otaqda döydülər. Sonra ayrı-ayrı otaqlarda döydülər. Turalın üzündə qızartı var idi. Vəkili çəkiliş zamanı görmüşlər. Kafedə saxlanılanların hamısı onun dostlarıdır. Polis əməkdaşları kafeyə onu saxlamağa gəlmişdilər. Onların əlehlərinə ifadə verdiklərinə görə, onlarla birlikdə saxlanılanlardan dörd nəfəri buraxdılar. İdarədə Turalı döydüklərini özü görmüşdür. Turalı narkotik vasitəni üzərinə götürsün deyə döyürdülər. Polis əməkdaşları ilə ədavətləri olmayıb. Çəkilişdən dörd-beş saat əvvəl onların hər birinin üzərinə narkotik vasitə qoydular. Narkotik vasitəni üzərilərindən atmaq imkanları olmayıb. Polis əməkdaşları üç-dörd dəfə çəkilişi dayandırdılar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında tanışları Təqsirləndirilən şəxs, Şahid3, Şahid2, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. O və Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf ediblər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. İlk öncə Şahid3 şəxsi axtarışı aparılıb. Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Daha sonra Şahid2 üzərinə şəxsi axtarış aparılıb. Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra onun üzərinə şəxsi axtarış və götürmə aparılıb. O əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Eyni zamanda bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməyib. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılıb. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 2 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 9 saylı Tam Orta Məktəbin yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağı isə iki-üç ay öncə Sədərək Ticarət Mərkəzindən aldığını özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirib. Həmçinin şifahi sorğu zamanı Şahid4, Şahid6, Şahid7 və Şahid5 Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan məlumatlarının olmadığını bildiriblər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapıb və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb, tapdığı maddənin üzərindən götürüb istifadə etməyib, necə tapmışdırsa o cür də təqdim edib, narkotik vasitə aludəçisi deyil və ona görə də arabir istifadə edir, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərində psixotrop maddə və bıçaq olmasından heç kimin xəbəri olmayıb, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, bıçaqlara marağı olduğu üçün üzərində saxlayır və həmin bıçaqdan hər hansı bir cinayətin törədilməsində istifadə olunmayıb, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edib, onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməyib, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmayıb, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. Şahid9 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. 21 noyabr 2023-cü il tarixdə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradıldı və o həmin əməliyyat qrupuna daxil edildi. 21 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində həmin şəxslərin Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ərazisində olmaları müəyyən edib və həmin yerə getmişlər. ünvan 4 ünvanının yaxınlığında həmin şəxslərə oxşar dörd nəfər şəxsi müəyyən etdilər. Həmin vaxt onların yanında başqa dörd nəfər də var idi. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib onlara da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdilər. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış edib onları DİN-in BMCMİ-nə dəvət etdilər. Onlar etiraz etmədən BMCMİ-nə gəldilər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakları ilə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 şübhəli şəxs qismində tutularaq onlara hüquq və vəzifələri izah edildi və şəxsi axtarış aparılmasına başlanıldı. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü və “Samsung” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı idi. Turalı 9-cu mikrorayon, M.Cəlal küçəsində saxladılar. Saxlayarkən şərait uyğun olmadığına görə onun çaxlanıldığı yerdə onların üzərilərinə baxış keçirməmişlər. Turalqili saxlanılanda səkkiz-doqquz nəfər idilər. Onları saxlayandan sonra Baş idarəyə aparmışlar. Turalın üzərindən metamfetamin aşkar olundu. Turalın üzərinə baxış keçirilməsində iştirak etmişdir. Turalı idarədə təhqiqatçının otağında saxlamışlar. Turalı idarədə sənədləşmə başa çatana qədər saxladılar. Turala zor tətbiq olunmayıb. Otaqda Turalın yanında neçə nəfər olması yadında deyil. Turalı küçədə saxlamışdılar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid9 ibtidai istintaq zamanı ifadərində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 21 noyabr 2023-cü il tarixdə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilib. Həmin qərarın icrası ilə bağlı olaraq Şahid8 rəhbərliyi altında əməliyyat qrupu yaradılıb və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X9, X13, X10, X11, X17 və X5 və o daxil edilib. 21 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində həmin şəxslərin Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ərazisində olmaları müəyyən edilib və həmin yerə gediblər. Saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında həmin şəxslərə oxşar dörd nəfər şəxsi müəyyən ediblər. Həmin vaxt onların yanında başqa dörd nəfər də olub. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib və onların da özlərini təqdim etmələrini xahiş ediblər. Həmin şəxslər özlərini təqdim edərək Şahid1, Təqsirləndirilən şəxs, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid5 olduqlarını bildiriblər. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış ediblər və onları DİN-in BMCMİ-nə dəvət ediblər. Həmçinin, həmin vaxt onların 8 yanında olan Şahid4, Şahid6, Şahid7 və Şahid5 də BMCMİ-yə dəvət olunublar. Onlar etiraz etmədən BMCMİ-nə gəliblər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakları ilə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 şübhəli şəxs qismində tutularaq onlara hüquq və vəzifələri izah edilib və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış aparılmasına başlanılıb. İlk öncə Şahid3 üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilib və əvvəlcə Şahid3 təklif edilib ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid3 üzərində metamfetamin və 01 ədəd bıçaq olduğunu bildirib, əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü, əynində olan gödəkcənin cibindən isə 01 ədəd bıçaq tipli predmeti çıxardıb masanın üstünə qoymaqla təqdim edib. Şahid3 təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. Bundan sonra Şahid3 üstündən aşkar olunmuş maddə və 01 ədəd bıçaq tipli predmet qablaşdırılıb, iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış davam etdirilərkən Şahid3 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Bundan sonra Şahid2 üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini və “İphone” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülüb. Şəxsi axtarış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Samsung” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülüb. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Redmi” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülüb. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməyib. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunub və həmin protokolu imzalayıblar. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslərə qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmayıb, saxlanılan şəxslər onlara heç bir müqavimət göstərməyib və onlara heç bir xəsarət yetirməyiblər. Şahid8 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. 21 noyabr 2023-cü il tarixdə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun rəhbərliyi altında əməliyyat qrupu yaradıldı. 21 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində həmin şəxslərin Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ərazisində olmaları müəyyən edib və həmin yerə getmişlər. ünvan 4 ünvanının yaxınlığında həmin şəxslərə oxşar dörd nəfər şəxsi müəyyən etmişlər. Həmin vaxt onların yanında başqa dörd nəfər də var idi. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib onların da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdilər. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış edib onları DİN-in BMCMİ-nə dəvət etdilər. Onlar etiraz etmədən BMCMİ-nə gəldilər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakları ilə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 şübhəli şəxs qismində tutularaq onlara hüquq və vəzifələri izah edildi və şəxsi axtarış aparılmasına başlanıldı. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü və “Samsung” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoydu. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edildi. Tural ilə birlikdə saxlanılan şəxslərin üzərlərində bıçaq var idi. Turala hər hansı zor tətbiq olunmayıb. Əməliyyat məlumatı narkotik vasitələrin dövriyyəsi ilə bağlı idi. Narkotik vasitələrin satışı müəyyən olunmadı. Turalı 9-cu mikrorayon, M.Cəlal küçəsində saxlamışlar. Saxlanılan şəxslər səkkiz nəfər idilər. Polis əməkdaşları da skkiz-doqquz nəfər idilər. Onlar Turalgili saxlayarkən saxlanıldıqları yerdə onların üzərlərinə baxış keçirməmişlər. Buna şərait olmayıb. Turalın üzərində şəxsi axtarış aparılanda o da iştirak etmişdir. Turalın vəkil gəldikdən sonra Turalın üzərinə baxış keçirilib. Saxlanılarkən Turalın qoluna qandal vurulmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 ibtidai istintaq zamanı göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 21 noyabr 2023-cü il tarixdə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilib. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılıb və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid9, X9, X13, X10, X11, X17 və X5 daxil edilib. 21 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində həmin şəxslərin Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ərazisində olmaları müəyyən edilib və həmin yerə gediblər. Saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında həmin şəxslərə oxşar dörd nəfər şəxsi müəyyən ediblər. Həmin vaxt onların yanında başqa dörd nəfər də olub. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib və onların da özlərini təqdim etmələrini xahiş ediblər. Həmin şəxslər özlərini təqdim edərək Şahid1, Təqsirləndirilən şəxs, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid5 olduqlarını bildiriblər. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış ediblər və onları DİN-in BMCMİ-nə dəvət ediblər. Həmçinin, həmin vaxt onların 8 yanında olan Şahid4, Şahid6, Şahid7 və Şahid5 də BMCMİ-yə dəvət olunublar. Onlar etiraz etmədən BMCMİ-nə gəliblər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakları ilə Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 şübhəli şəxs qismində tutularaq onlara hüquq və vəzifələri izah edilib və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış aparılmasına başlanılıb. İlk öncə Şahid3 üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilib və əvvəlcə Şahid3 təklif edilib ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid3 üzərində metamfetamin və 01 ədəd bıçaq olduğunu bildirib, əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü, əynində olan gödəkcənin cibindən isə 01 ədəd bıçaq tipli predmeti çıxardıb masanın üstünə qoymaqla təqdim edib. Şahid3 təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. Bundan sonra Şahid3 üstündən aşkar olunmuş maddə və 01 ədəd bıçaq tipli predmet qablaşdırılıb, iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış davam etdirilərkən Şahid3 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Bundan sonra Şahid2 üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini və “İphone” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülüb. Şəxsi axtarış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Samsung” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülüb. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Redmi” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülüb. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməyib. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunub və həmin protokolu imzalayıblar. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslərə qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmayıb, saxlanılan şəxslər onlara heç bir müqavimət göstərməyib və onlara heç bir xəsarət yetirməyiblər. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs Tural onun uşaqlıq dostudur. Onlar kafedə oturmuşdular, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onları saxladılar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Saxlanılarkən üzərilərində bıçaq olub, lakin narkotik vasitə onlara məxsus deyil. İdarədə onlara zor tətbiq etdilər və ciblərinə narkotik vasitə qoydular. Turalın üzərindən üzərinə qoyduqları narkotik vasitə aşkar olundu. Çəkilişdə Tural narkotik vasitəni yerdən tapdığını bildirdi. Onun üzərindən polislərin qoyduğu narkotik vasitə çıxdı. Çəkilişdən əvvəl Turalın üzərinə narkotik vasitə qoydular, Turalı döydüklərinə görə, qəbul etdi. Onlar kafedə səkkiz nəfər olublar. Kafedə şahidlər var idi. Onların başlarına polis əməkdaşları silah dirədilər. Polis əməkdaşları kafedə üzərilərini yoxladılar, lakin heç nə çıxmadı. Turalın əllərini qandalladılar, Tural üzərindəkiləri özü təqdim etdi. Tural bıçaq və telefonu təqdim etdi. Turalın üzərində narkotik vasitə yox idi. Turalı başqa maşınla apardılar. İdarədə Turalla eyni otaqda idilər. İdarədə dörd-beş saat qalmışlar. Turalın sol cibinə narkotik vasitə qoydular. Şəxsi axtarış aparılarkın videoçəkilişdə vəkil var idi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, oxumadan imzalamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı ifadərində göstərmişdir ki, uzun müddətdir patı kimi tanıdığı narkotik vasitədən istifadə edir. 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında tanışları Təqsirləndirilən şəxs, Şahid3, Şahid1, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. O və Təqsirləndirilən şəxs, Şahid3, Şahid1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf ediblər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. İlk öncə Şahid3 şəxsi axtarışı aparılıb. Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Daha sonra onun üzərinə şəxsi axtarış aparılıb. O üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid1in üzərinə şəxsi axtarış və götürmə aparılıb. Şahid1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Eyni zamanda bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməyib. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılıb. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini təsadüfən yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağı isə iki-üç ay öncə Sədərək Ticarət Mərkəzindən aldığını özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirib. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ifadələrində göstərdi ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Hüseyn, Tural, Sənan, Kamran, Bəhram, Nihat və Raqil ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kamrana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. Bundan sonra onlar səmimi olaraq etiraf edib bildiriblər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində Hüseyn, Tural, Sənan və Kamranın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olunub. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar hər biri ayrılıqda qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şifahi sorğu zamanı Bəhram, Nihat, Raqil, eləcə də o, onların üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaqdan məlumatları olmadığını bildiriblər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 üzərində psixotrop maddə və bıçaq olmasından məlumatı olmayıb, əgər məlumatı olsaydı bu barədə polisə məlumat verərdi, narkotik vasitələ və psixotrop maddə istifadə etmir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Hüseyn, Tural, Sənan, Kamran, Bəhram, Yelmar və Raqil ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kamrana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. Bundan sonra onlar səmimi olaraq etiraf edib bildiriblər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində Hüseyn, Tural, Sənan və Kamranın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olunub. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar hər biri ayrılıqda qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şifahi sorğu zamanı Bəhram, Nihat, Raqil, eləcə də o, onların üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaqdan məlumatları olmadığını bildiriblər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 üzərində psixotrop maddə və bıçaq olmasından məlumatı olmayıb, əgər məlumatı olsaydı bu barədə polisə məlumat verərdi, narkotik vasitələ və psixotrop maddə istifadə etmir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Hüseyn, Tural, Sənan, Kamran, Bəhram, Yelmar və Nihat ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kamrana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. Bundan sonra onlar səmimi olaraq etiraf edib bildiriblər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində Hüseyn, Tural, Sənan və Kamranın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olunub. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar hər biri ayrılıqda qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şifahi sorğu zamanı Bəhram, Nihat, Raqil, eləcə də o, onların üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaqdan məlumatları olmadığını bildiriblər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 üzərində psixotrop maddə və bıçaq olmasından məlumatı olmayıb, əgər məlumatı olsaydı bu barədə polisə məlumat verərdi, narkotik vasitələ və psixotrop maddə istifadə etmir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 5 aydır ki, narkotik vasitə marixuanadan və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edirdi. Həmin vasitələrdən arabir istifadə etmişdir. Təxminən 1 ay öncə “Sədərək bazarı” adlanan ərazidən bıçaq almışdır və həmin bıçağı özünü müdafiə etmək üçün üzərində gəzdirir. 20 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində piyada hərəkət edən zaman yerdə bir büküm diqqətini çəkdi və həmin bükümdə “patı” olduğunu görəndən sonra cibinə qoydu ki, istifadə edər. 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında tanışları Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. O, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf ediblər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. İlk öncə onun üzərinə şəxsi axtarış aparıldı. O, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Daha sonra Şahid2 üzərinə şəxsi axtarış aparılıb. Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra onun üzərinə şəxsi axtarış və götürmə aparılıb. O əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Eyni zamanda bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməyib. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılıb. Şifahi sorğu zamanı Şahid4, Şahid6, Şahid7 və Şahid5 Təqsirləndirilən şəxs, onun, Şahid2 və Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan məlumatlarının olmadığını bildiriblər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapıb və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb, tapdığı maddənin üzərindən götürüb istifadə etməyib, necə tapmışdırsa o cür də təqdim edib, narkotik vasitə aludəçisi deyil və ona görə də arabir istifadə edir, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərində psixotrop maddə və bıçaq olmasından heç kimin xəbəri olmayıb. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmayıb, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs zamanı digər şəxslərlə birlikdə 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 3 ünvanının yaxınlığında tanışları Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, sağ yan cibindən “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilmişdir. Aşkar edilmiş maddə və bıçaq qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6107 nömrəli məhkəmə fizikikimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan 4 ədəd zərfdə olan; - üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,047 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetaminin təmiz çəkisi -5,047 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-4,997 qr. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/1986 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilən və üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X16 daxil olmuş 07 dekabr 2023-cü il tarixli 4285/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid, fenilalkilamin qrupuna aid olan metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” və tramal aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,997 qram qalmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçaq maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş 07 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə təqsirliliyinin sübuta yetirilməsi üçün onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki təzyiqlər edilməsi ilə əlaqələndirdi. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bəzi hallarda marixuanadan istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, soyuq silahın ona məxsus olduğunu, habelə onu küçədə deyil çay evində saxladıqlarını göstərdi. Məhkəmədə onun bu ifadələri araşdırılarkən qismən öz təsdiqini tapdı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib saxlamaqla daşımasında təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitə və psixo-aktiv maddələrdən istifadə etməsini təsdiq edən ekspertiza rəyini nəzərə alıb onun marixuanadan istifadə etməsi barəsindəki iddiasını həqiqətə uyğun sayır, lakin onun üzərindən aşkar olunmuş psixotrop maddələrin ona aid olmaması barəsindəki ifadələrinin şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir və həmin şübhələri onun xeyrinə həll etmək üçün sübut müəyyən olunmadı. Təqsirləndirilən şəxs özü də məhkəməyə belə sübut təqdim etmədi. Həmçinin məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona bu və ya başqa formada təsir göstərilməsi ilə bağlı olan ifadələri araşdırılarkən bu ifadələr öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə, onun bu iddialarını faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmənin bu mövqeyi Nərimanov Rayon Prokurorluğundan daxil olmuş 07 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar baxımından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iddiaları ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi iddia olunan psixotrop maddələrin polis əməkdaşları tərfiəndən ona verilib, çəkiliş zamanı özününkü kimi təqdim edilməsi barədə göstəriş verdikləri və polis əməkdaşları tərəfindən ona fiziki zor göstərilməsi barəsindəki ifadələrini onun təqsirləndirilən şəxs kimi malik olduğu ifadə verməkdə sərbəst olmaq hüququndan yanlış yararlanmaq cəhdi kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə, şahidlər Şahid7, Şahid1 və Şahid2 bu məzmunda ifadələrini Təqsirləndirilən şəxs təyin olunacağını ehtimal etdikləri cəzadan yayınmasını cəhd kimi qiymətləndirir. Məhkəmə onların bu cəhdini həmin şəxslərin Təqsirləndirilən şəxs ilə dostluq münasibətlərində olmalarının, onun lehinə ifadə verməkdə özlərini «psevdo» borclu hiss etmələrinin nəticəsi kimi qiymətləndirərək həmin ifadələri həqiqəti əks etdirməyən, işin faktiki halları ilə uzlaşmayan Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş uğursuz ifadələr kimi nəzərə alır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmənin gəldiyi bu qənaət Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri, “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, maddi sübut kimi tanınma qərarları və işin digər faktiki halları baxımından da əsaslıdır. Beləliklə məhkəmə, yuxarıda göstərilən qənaətə gəldiyindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinməsini və bu əməllərə görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 129 (yüz iyirmi doqquz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN- in BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,997 qram qalmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçağın məhv edilməsini, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 23 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əhmədov Vüsal əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması, ibtidai istintaq zamanı təqsirli bilindiyi cinayət əməli barəsində ətraflı ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır və təyin olunacaq cəzanın növünü müzakirə edərkən ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli olması qənaətinə gəlir. Çünki məhkəmənin qənatinə görə Təqsirləndirilən şəxs qanuna riskli münasibətdədir. O, narkotik vasilərdən istifadə etmiş, üzərində gəzdirmiş, heç bir səbəb olmadan soyuq silah əldə edib üzərində gəzdirmiş, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcələrinə məhəl qoymur, peşmanlıq ifadə etmir, davranış və fikirlərində ardıcıl deyildir. Bu səbəbdən də məhkəmə, ona azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan digər cəzanın təyin olunmasına faktiki əsas olmadığı və belə cəzanının təyin edilməsinin cəzanının məqsədinə xidmət etmədiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2023-cü il tarixli 7654 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs formal olaraq yetkinlik yaşına çatmasına baxmayaraq təqsirli bilindiyi əməli yetkinlik yaşına çatdıqdan az sonra törətməsini, həm həmin dövrdə, həm də hazırda onun sosiallaşmasının fəal dövrü olduğunu, bu dövrün onun gələcək həyatında və inkişafında əsaslı rol oynadığını nəzərə alıb onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzalarının aşağı hədlərində cəza təyin edilməsini əsaslı sayıb, təyin olunacaq cəzanın müdətində onun cəza çəkməsi ilə əlaqədar çəkiləcək xərclərin əsassız israfçılığa səbəb olmayacağı, təqsirləndirilən şəxsin isə ona təyin olunacaq cəza müddətində nisbətən az riskli təsirlərə məruz qalıb islah olunacağı qənaətinə gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 3 ( üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 21 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 129 (yüz iyirmi doqquz) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,997 qram qalmış psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar