Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-237/2021 23.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1986-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, fərdi yaşayış evində yaşamış, 23 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 may 2020-ci il tarixdə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 23 may 2020-ci il tarixdə, saat 12:00 radələrində ünvan 3 ünvanda yerləşən “Cherry” gözəllik salonunun qarşısında X2 üzərinə hücum edib hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək Zərərçəkmiş şəxs zərblə itələmiş və sonuncunun yerə yıxılması nəticəsində sol göz yuvasının ətraf yumşaq toxumalarının və sol yanaq nahiyəsinin qançırları, sol çənə alt nahiyəsinin şişkinlik halında əzilməsi - hematoması, sol bazu oynağının şişkinlik halında əzilməsi - qançırı ilə müşayiət olunan sol bazu oynağının önə çıxığı və sol bazu sümüyünün böyük qabarın yerdəyişmiş qapalı sınığı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə içərisində 1135 manat pul, istifadəsində 5 manat dəyərində ***-***-**-** saylı nömrə olan 200 manat dəyərində “Samsung” markalı mobil telefon, 10 manat dəyərində “Beynəlxalq Bank”-a məxsus kart və şəxsiyyət vəsiqəsi olan dəyəri 10 manat təşkil edən qara rəngli çantanı onun əlindən alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1360 manat məbləğdə maddi ziyan vuraraq quldurluq etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun zərər çəkmiş şəxs X2 əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib, ona az ağır bədən xəsarəti yetirməklə bağlı basqın edərək quldurluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2004-cü ildə keçirdiyi avtomobil qəzasından sonra onun psixi vəziyyətində dəyişiklik olmuş, bir neçə dəfə psixiatrik xəstəxanalarda müalicə almışdır. Sonuncu dəfə 2011-ci il tarixdə 2 saylı Psixiatriya xəstəxanasında müalicə olunmuşdur. Psixi vəziyyəti ilə əlaqədar mütəmadi olaraq dərmanlar qəbul edir və iynələr vurdurur. Evlidir, o, valideynləri, həyat yoldaşı Ayşən Şərifova və 5 yaşlı oğlu Kamalla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi yaşayış evində yaşamışdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə göstərdi ki, hadisədən bir neçə gün əvvəl həyat yoldaşı ilə aralarında mübahisə yarandığından evdən getmiş, dayısı Məhərrəmə məxsus Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən evdə yaşamışdır. 23 may 2020-ci il tarixdə, saat 12 radələrində isə Nərimanov rayonu ərazisində gəzərkən əlində qara rəngli çanta olan bir nəfər yaşlı qadının A.Nemətulla küçəsində ona tərəf gəldiyini görmüş, həmin vaxt cibində pul olmadığından, həmçinin istifadə etməli olduğu dərmanlar bitdiyindən həmin qadının çantasını ələ keçirmək qərarına gəlmişdir. Üzbəüz hərəkətdə qadının yanından keçmiş, çevrilib ətrafa baxmış, başqa şəxslərin olmadığını görüb qadının arxasınca getmiş və “Cherry” gözəllik salonunun qarşısında qadına çatıb onun çantasını əlindən dartıb qopararaq qaçmışdır. Həmin vaxt yaşlı qadının müvazinətini saxlaya bilməyib yerə yıxıldığını görmüşdür. Çantanı ələ keçirdikdən sonra elə orda olan hündürmərtəbə yaşayış binasının arkasından içəri tərəfə qaçıb keçərək məhəllələrin arasına girmiş, qaça-qaça çantanın içərisinə baxmış, çantanın içərisində bir ədəd kaşelok (pul cüzdanı), mobil telefon və müxtəlif sənədlər olmasını görmüşdür. Kaşeloku açdıqda isə içərisində 70 manat pul olduğunu görmüş, həmin pulu götürüb kaşeloku sumkanın içərisinə qoymuş və sumkanı digər əşyalarla birlikdə kənar bir yerə atmışdır. Artıq qaçmağını dayandırıb adi yerişlə gedərkən heç 1-2 dəqiqə keçməmiş bir nəfər polis əməkdaşı onu saxlamış, polis avtomobili çağırmışdır. Maşın gəldikdən sonra birlikdə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə getmişlər. Polis Şöbəsində onun izahatı alınmış, izahat verərəkən törətdiyi əməli səmimi etiraf etmiş və ələ keçirdiyi 70 manat pulu polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, zərər çəkmiş Tamella Qurbanovanın əlindəki çantanı dartıb alarkən onu itələməmiş, ona hər hansi bir zərbə vurmamış, sadəcə çantanı dartıb alarkən qadın müvazinətini saxlaya bilməyib yıxılmışdır. Tamella Qurbanovanın üzərinə hücum edib onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməmişdir. Zərər çəkmiş Tamella Qurbanovanın çantasından 70 manatdan artıq pul götürməmiş, çantada başqa məbləğdə pul olub-olmamasını görməmişdir. O, ələ keçirdiyi 70 manat pulu xərcləməyə imkan tapmamış, saxlanılarkən üzərində 70 manatdan artıq pul olmamışdır. Çantanın isə kim tərəfindən atdığı yerdən götürülməsini bilməmişdir. Belə ki, o, polis əməkdaşları tərəfindən hadisə yerinə və çantanı atdığı yerə aparılmış, lakin çanta onun atdığı yerdə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, əvvəllər heç bir hadisə törətməmiş, qanunsuz hərəkətlərə yol verməmişdir. Onun psixi xəstəliyi onu cinayət hadisəsi törətməyə aparıb çıxarmışdır. Valideynləri tərəfindən zərər çəkmiş Tamella Qurbanovaya vurulmuş maddi zərər artıqlaması ilə ödənilmişdir. Əməlindən çox peşimandır, cəza təyin olunarkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 23 may 2020-ci il tarixdə, saat 12 radələrində ərzaq malları almaq üçün Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Araz” marketə getmişdir. Evdən çıxarkən ona məxsus qara rəngli çantada cəmi 1140 manat nağd pul, “Araz” marketdə cəmi 5 manat dəyərində alış-veriş etmiş və marketdən çıxıb yaxınlıqdakı aptekə getmək qərarına gəlmişdir. A.Nemətulla küçəsində yerləşən “Cherry” gözəllik salonunun qarşısı ilə piyada hərəkətdə olarkən tanımadığı bir nəfər onu arxadan zərblə itələmiş, əlində olan qara rəngli çantanı dartıb almaq istəmişdir. Müqavimət göstərmək istəsə də bunu bacarmamış, o, yerə yıxılmış, çantanı dartan orta yaşlı bir kişi isə onun əlindən çantanı dartıb alaraq qaçmışdır. Həmin vaxt o, müvazinətini itirib yerə yıxılmış, müxtəlif xəsarətlər almışdır və aldığı xəsarətin ağrısından qışqırmağa başlamışdır. Gözəllik salonunda işləyən bir qadın ona yaxınlaşaraq köməklik göstərmiş və təcili-tibbi yardıma məlumat vermişdir. Ona tibbi-yardımlar göstərilmişdir. Sonra isə müstəntiq tərəfindən onun ifadəsi alınmış və hadisəni olduğu kimi sərbəst ifadəsində təsvir etmişdir. İstintaqın gedişatında hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs adlı xəstə bir uşaq olduğunu öyrənmişdir. Lakin üzləşdirmə istintaq hərəkətinin keçirilməsi üçün 3 saylı İstintaq Təcridxanasına dəvət olunsa da, o, koronavirus pandemiyası dövründə həm yaşı, həm də səhhəti ilə əlaqədar getməkdən imtina etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə vaxtı onun çantanın içərisində kaşelokunda 95 manat, sumkada ayrıca Beynəlxalq Bankın bankomatından çıxardığı iki aylıq pensiyası olan 1040 manat nağd pul, puldan başqa istifadəsində 5 manat dəyərində ***-***-**-** nömrə olan 200 manat dəyərində “Samsung” markalı mobil telefon, habelə içərisində heç bir məbləğ olmayan 10 manat dəyərində “Beynəlxalq Bank”-a, «Bank of Baku”ya məxsus plastik kart və özünə məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. Çantanın da qiymətinin 10 manat təşkil etdiyini nəzərə alsaq, ona ümumilikdə 1360 manat məbləğdə maddi ziyan dəymişdir. O, adətən “Beynəlxalq Bank”dan aldığı pensiyasını «Bank of Baku”ya məxsus plastik kart hesabına köçürmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs valideynləri tərəfindən ona vuruloan maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi qalmamış, onu bağışlamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nərimanov RPİ-nin PPXnin polis nəfər Şahid1 ifadəsində göstərdi ki, 23 may 2020-ci il tarixdə təsdiq olunmuş qrafik üzrə Nərimanov rayonu, A.Nemətulla küçəsi istiqamətində post-patrul xidmətdə ictimai asayişin mühafizəsində olarkən saat 12:00 radələrində xidməti istifadəsində olan avtomobili köhnə Nərimanov rayon məhkəməsinin yerləşdiyi binanın arxasında yerləşən avtoyuyucu məntəqəyə verərək piyada xidmətə başlamışdır. Yuyucu məntəqənin yerləşdiyi məhəllə ilə geri qayıdarkən bir nəfər tanımadığı orta yaşlı kişinin əlində qadın çantası ilə binanın arkasından içəri keçib məhəlləyə daxil olaraq qaçdığını görmüşdür. Naməlum kişinin əlində qadın çantası ilə qaçmasından şübhələnib, həmin şəxsin arxasınca qaçmış, lakin qısa zaman kəsiyində onu gözdən itirmişdir. Lakin ara məhəllələrdən keçdikdən sonra A.Heydərov küçəsindən H.Əliyev prospekti istiqamətinə qaçarkən həmin şəxsi təkrar görüb onu təqib etməklə tutmuşdur. Amma tutduqdan sonra tanımadığı həmin şəxsin, yəni hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs əlində hər hansı çantanın olmadığını görmüşdür. Müşfiqdən nə üçün qaçdığını, qara rəngli qadın çantasının kimə məxsus olmasını və çantanı nə etdiyini soruşduqda o, cavab verə bilməmiş, çox həyəcanlı olmuş və özünü şübhəli aparmışdır. Ona görə də polis avtopatrul çağırmış və həmin şəxsi ərazi üzrə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə aparıb təhvil vermişdir. Elə həmin vaxt Tamilla adlı bir qadının Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə zəng edərək tanımadığı şəxsin onu itələyərək əlindən çantasını alıb qaçması barədə məlumat verməsini öyrənmişdir. O, və Təqsirləndirilən şəxs18-ci polis şöbəsinə təhvil verdikdən sonra yenidən xidmətə qayıtmışdır. Daha sonra məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 2011-ci ildən etibarən Nərimanov rayonu, A.Nemətulla küçəsi 23 ünvanda yerləşən “Cherry” gözəllik salonunda işləməkdədir. 23 may 2020-ci il tarixdə, saat 12 radələrində işdə olan zaman çöldən səs-küy gəldiyini eşitmiş, lakin həmin vaxt salonda müştərilərə qulluq olunduğu üçün gələn həmin səs-küyün mahiyyətini başa düşməmişdir. Sonra həmin səs-küyün davam etdiyini eşitdikdə pəncərədən çölə baxmış və həmin vaxt işlədiyi salona yaxın ünvanda yaşayan, tanıdığı Tamilla adlı yaşlı qadının yerdə oturub qışqırmasını görmüş və dərhal küçəyə çıxaraq kömək edib onu işlədiyi salona gətirmişdir. Belə ki, o, Nərimanovda “Çudo peçka”nın yanında gözəllik salonu işlədən vaxt Tamilla xanım “Sədərək” TM-dən pal-paltarlar alıb salona gətirib satmışdır. O, Tamillanı həmin vaxtdan tanımışdır. Tamilla qolunu tutaraq ağrıdığını deyərək qışqırmışdır. Ona görə də o, təcili tibbi-yardıma - 103-ə zəng edərək məlumat vermişdir. Bir müddət sonra isə Tamilla “çantam” deyə qışqırmağa başlamış və bir nəfər şəxsin Tamilla xanımın əlindən çantasını dartıb alaraq qaçdığını həmin vaxt öyrənmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Tamilla «çantam» deyib qışqırarkən çantasında mobil telefonunun, vəsiqə və kartlarının, habelə 1000 manatdan yuxarı məbləğdə nağd pulunun olması barədə məlumat vermişdir. Ona görə də o, DİN-nin «102 xidməti»nə zəng edib hadisə barədə məlumat vermişdir. Polislər gələndə isə artıq hadisəni törətmiş şəxsi tutduqlarını bildirmişlər. Hətta təqsirləndirilən şəxsin özünü belə onlar salona gətirmiş və Tamilla xanımla birlikdə onları aparmışlar. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan götürmə barədə 23 may 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılıb Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə aparıldıqdan sonra bir ədəd 50 manatlıq və bir ədəd 20 manatlıq pul əskinaslarını – cəmi 70 manat pulu istintaq orqanına könüllü olaraq təqdim etmişdir. İbtidai istintaq orqanının 24 may 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 70 manat pul iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır (iş vərəqə: 53-58). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 03 iyun 2020-ci il tarixli, 359 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol göz yuvasının ətraf yumşaq toxumalarının və sol yanaq nahiyəsinin qançırları, sol çənə alt nahiyəsinin şişkinlik halında əzilməsi - hematoması, sol bazu oynağının şişkinlik halında əzilməsi - qançırı ilə müşayiət olunan sol bazu oynağının önə çıxığı və sol bazu sümüyünün böyük qabarın yerdəyişmiş qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, 23.05.2020-ci il tarixdə, yəni hadisə günündə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun kənar şəxs tərəfindən vurulması nəticəsində öz boyu hündürlüyündən yıxılması zamanı ətrafda olan küt əşyalara dəyməsindən törənə bilər. Aşakr edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə şəxsin öz-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (iş vərəqə: 114-117). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 29.06.2020-ci il tarixli, 1072 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər, cinayəti törədən vaxt xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuşdur, hazırda da “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ekspertlər tərəfindən törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Tədqiq olunan rəyə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, o, öz psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil və məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə : 118-119). Lakin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti üzrə təyin edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan komission məhkəmə-psixiatrik ekspertizasının 22 fevral 2021-ci il tarixli 20 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən «Paranoid şizofreniya» kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidanndan məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniyaya xas əlamətlər müəyyən edilir. Lakin həmin patologiya hazırda dayanıqlı remissiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «Paranoid şizofreniya» kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür (iş materialları). İstər məhkəmə istintaqı zamanı dindirilərkən və istərsə də son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs tutduğu əməldən səmimi peşiman olduğunu bildirdi və cəza təyin olunarkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X2 əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib, ona az ağır bədən xəsarəti yetirməklə bağlı basqın edərək quldurluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdiklərini, ziddiyyətli ifadələrini onun özünü müdafiə üçün seçmiş olduğu taktika kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər həm zərər çəkmiş şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı vermiş olduğu ifadələri, həm digər şahid ifadələri, həm də məhkəmə baxışı zamanı araşdırılan digər mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 6cı bəndində göstərilir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin qərarın 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 108-109). Məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs X4 Təqsirləndirilən şəxsla aralarında barışıq əldə olunduğunu, sonuncu tərəfindən ona vurulan 1360 manat maddi ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqə: 92; iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 2014-cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır (iş vərəqə: 142, 144). İşdə olan Bakı şəhəri, Nərimanov rayon 36 saylı MKİS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: 143). Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, zərər çəkmiş şəxs X2 valideynləri ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmadığı və tutduğu əməldən səmimi peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxs X2 Təqsirləndirilən şəxs valideynləri ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın könüllü olaraq tamamilə ödəməsini, Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmadığını və tutduğu əməldən səmimi peşiman olmasını məcmu olaraq müstəsna hal kimi nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ədalət və humanizm prinsipləri baxımından qeyri-obyektiv və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə zidd olmuş olardı. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsini və buna görə onun məcburi müalicəyə ehtiyacının olmamasını müzakirə edib, komission məhkəmə-psixiatrik ekspertizasının 22 fevral 2021-ci il tarixli 20 saylı rəyini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində hər hansı növdən olan tibbi xarakterli məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 23 may 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi və maddi sübut kimi tanınmış 70 manat pulun zərərçəkmiş şəxsin özünə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs saxlanılarkən ondan götürülmüş 70 manat pulun məhkəməyədək icraat mərhələsində sahibi - zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Komission məhkəmə-psixiatrik ekspertizasının 22 fevral 2021-ci il tarixli, 20 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməsin. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-237/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-237/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver