Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-237/2024 09.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 51, mənzil 10-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci il sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən fərdi nömrəsiz evin həyətində xx xxxx 2013-cü il təvəllüdlü azyaşlı olan aşkar surətdə 14 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə həyətdə tək qalarkən sonuncunun köməksiz vəziyyətindən istifadə edərək dodaqlarından yalamaqla öpmüş, arxasına keçərək hər iki əlləri ilə köynəyin altından əllərini daxil edərək sinə nahiyəsinə əlləri ilə toxunmuş, arxa nahiyədən sürtünərək toxunmuş, şalvarını və alt paltarını aşağı salaraq qeyri təbii yolla cinsi əlaqədə olub uşaqbazlıq edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Zərəngiz adlı qadını tanıyır. Zərəngizi Könül adlı şəxsin vasitəsi ilə tanımış, aralarında normal münasibət olmuşdur. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 2 ay əvvəl Könül ondan Zərəngiz adlı rəfiqəsinə Binə qəsəbəsində torpaq sahəsi tapmasını xahiş etmişdir. O da razılaşaraq Binə qəsəbəsində torpaq sahəsi tapmışdır. Zərəngiz torpağı bəyənmişdir. 200 manat beh olaraq Zərəngizdən almışdır. Sonra Zərəngiz xahiş edərək bildirmişdir ki, həmin torpaqda ev tikdikləri müddətdə yaşamaq üçün Binə qəsəbəsində kirayə ev tapsın. O razılaşaraq kirayə ev axtarmağa başlamışdır. Təxminən 2022-ci ilin sentyabrın əvvəllərində Binə Atçılıq qəsəbəsində Zərəngiz ilə Könül xanımın evində görüşmüşlər. Həmin vaxt Zərəngizin yanında azyaşlı adını bilmədiyi nəvəsi var imiş. O, Zərəngiz ilə görüşüb nəvəsinin yanağından Zərəngizin yanında öpmüşdür. Sonra Zərəngiz və nəvəsi ilə kirayə baxmağa getmişlər. O evləri göstərirmiş. Binə qəsəbəsi, Bolluq yaşayış massivində evə baxmışlar. Evə baxarkən orada tanımadığı ev sahibi olan kişi və onun əlavə olaraq 2 nəfər qohumu var imiş. Birlikdə evə daxil olub evə baxmışlar. Əvvəlcə həyətdə olan çardağın yanında dayanmışlar. Sonra ev sahibləri ilə Zərəngiz evdə pul söhbəti edərkən həyətə düşüb siqaret çəkmişdir. Həmin vaxt Zərəngizin nəvəsi azyaşlı qız da yanında imiş. O, siqaret çəkərkən həmin azyaşlı qız ağacdan giləmeyvə dərib yeyirmiş. Həmin vaxt qızcığaz ilə həyətin çardağ olan hissəsində ikisi tək dayanmışlar. Zərəngiz də evin içində ev sahibləri ilə söhbət edirmiş. Həmin vaxt ağacdan özü də giləmeyvə dərib Zərəngizin nəvəsinə vermişdir. Həmin vaxt uşağın arxa tərəfdən qoltuq altı nahiyədən tutub fırladaraq oynadırmış. Sonra Zərəngiz onlara yaxınlaşmış və demişdir ki, uşağı incitmə. O da demişdir ki, «uşaqla oynayıram da neynəyirəm ki». Sonra birlikdə çıxıb getmişlər. Uşağın dodağından öpməmiş, oynadarkən başqa məqsədi olmamışdır. Uşaqbazlıq etməmiş və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Ev alınmadığına görə uşağın nənəsi verdiyi 200 manat behi geri istəmiş, aralarında başqa söz-söhbət olmamışdır. uşağın öyrədildiyini hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 3cü sinifdə təhsil alır. Nənəsi ilə tez-tez görüşür. Məhərrəmi nənəsi ilə birlikdə ev axtaran zaman tanımışdır. Kirayə yaşamaq üçün ev tapdqıları zaman nənəsi ev sahibləri ilə evdə söhbət edərkən o, Məhərrəmlə həyətdə tək qalmış, Məhərrəm onu evə keçməyə icazə verməmiş, təqsirləndirilən şəxs onu həyətdə saxlamış, dodağından öpmüş, daha sonra arxa hissəyə keçmiş və ona qarşı pis hərəkətlər etmişdir. Utandığı üçün nənəsini hadisə yerinə çağırmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək bildirmişdir ki, ailəlidir, hüquq təhsili almışdır, lakin hazırda əmək fəaliyyəti ilə məşğul olmur. Hadisə baş verdikdən 1 gün sonra zərərçəkmiş şəxsdə aqressivlik müşahidə etmiş, lakin belə bir hadisənin baş verməsini təxmin etməmişdir. Zərərçəkmiş şəxslə birlikdə əyləncə parkına gedərkən o, nənəsi ilə birlikdə gördükləri “makler”i təsvir edərək ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmiş, qardaşına görə narahat olduğu üçün bugünədək bu haqda danışmadığını bildirmişdir. O, hadisənin baxmağa getdikləri evin arxa hissəsində, ağaclıq ərzidə baş verdiyini, nənəsinin həmin müddətdə evdə söhbət etdiyini, təqsirləndirilən şəxsin onu tutduğuna görə qaça bilmədiyini və utandığına görə qışqıra bilmədiyini qeyd etmişdir. Ekspertiza zamanı həkim onu dəfələrlə yoxlamışdır. O, zərərçəkmiş şəxsə narahat olmamasını, yalnız özü istədiyi təqdirdə hadisəni danışmasını bildirmişdir. Zərəçəkmiş şəxs heç vaxt yalan danışmadığına görə onun bu hadisəni yalandan danışması inandırıcı deyil. Ona şikayət verməməsini, təqsirləndirilən şəxsin vəzifəli şəxslərin evində də bağban işlədiyini bildirsələr də o, təqsirləndirilən şəxsin bu əmələ görə qanun qarşısında cavab verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə şəxsən və ailəsi tərəfindən heç bir tanışlığı və ədavəti olmamışdır. Həmin hadisədən əvvəl təqsirləndirlən şəxslə heç bir danışığı olmamış, hadisədən sonra təqsirləndirilən şəxs haqqında heç nə eşitməmişdir. Təqsirləndirilən şəxs onun xalası ilə ev tapmaqla bağlı əlaqə saxlamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, zərərçəkmiş şəxs X7 atasıdır. Məktəbə ya dayısı, ya da özü tərəfindən aparılır. Hadisədən yalnız hər kəsdən sonra məlumatlı olmuşdur. Əvvəllər məhkumluğum olunmayıb. Taksi sürücüsü kimi fəaliyyət göstərir, səhər 7-də işdən çıxıb axşam 9-10 arası evə gəlir. Bir qızı var. Digər övladı virusa yaxalanma səbəbindən rəhmətə getmişdir. Dənizin yalan danışmağına inanmır. Məhkəmə iclasında 13 oktyabr 2022-ci il tarixli ekspertiza rəyi ilə əlaqədar izahat verən ekspert X8 bildirmişdir ki, Dənizi anasının iştirakı ilə 1 saat ərzində kliniki söhbət edərək muayinə etmiş, psixoloji testlərdən keçirtmişdir. Sorğu-sual zamanı Dənizin anasının hər hansı müdaxiləsi olmamışdır. Söhbət zamanı Dəniz tərəfindən hər hansı halı gizlədilməsi onun qorxu hissi ilə əlaqədar ola bilərdi. Bundan başqa müayinə edilən şəxs yaxşı sirr saxlayandırsa həmin sirri söhbət zamanı müəyyən etmək mümükün deyil. Müayinə zamanı Dənizin emosionallığı sabit olmuş, hadisə ilə bağlı suallar verdikdə isə gərginlik keçirmişdir. Dəniz ümumən hadisənin yaxşı bir şey olmadığını dərk etmişdir. Dənizdə danışarkən yalan danışmağa meyillilik olmasını hiss etməmişdir. Dəniz ünsiyyətcil və inadkar uşaq olmuş, verilən suallara normal cavab versə də gərgin olmuşdur. Məhkəmə iclasında 22 sentyabr 2022-ci il tarixli ekspertiza rəyi ilə əlaqədar izahat verən ekspert Günay Hacıyeva bildirmişdir ki, müayinə zamanı zərərçəkmiş şəxslərdə müayinə zamanı xəsarət barələrində yol verilən hərəkətlər nəticəsində aldıqları təqdirdə aşkar oluna bilər.Həmçinin xəsarət aşkar edilmədiyi təqdirdə hadisənin baş verməsi müddətinin müəyyən edilməsi mümkün olmur. Zərərçəkmiş şəxsdə mütəmadi olaraq qeyritəbii yolla cinsi əlaqədə olması halları müəyyən edilmişdir. Mütəmadilik dedikdə müxtəlif vaxtlarda təkrarlanan qeyri-təbii yolla cinsi əlaqənin əlamətləri başa düşülür. Bundan başqa səkkiz ay, bir il ərzində uşağa hər hansı bir cinsi müdaxilə edilməyi təqdirdə inkişafda olan orqanizm özü özünü bərpa edib xəsarətləri itirə bilər. Mütəmadilik bağırsaqda hamarlaşma və boşalma prosesinə əsasən qiymətləndirilir. Məhkəmə iclasında 22 sentyabr 2022-ci il tarixli ekspertiza rəyi ilə əlaqədar izahat verən ekspert X3 bildirmişdir ki, zərərçəkmiş şəxsdə xəsarət olmadığından sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olma faktının baş vermə müddəti müəyyən edilə bilinməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə şüavari büküşlərlə bağlı müəyyən edilmiş əlamətlər zərərçəkmiş şəxsə qarşı qeyd edilən əməlin dəfələrlə törədildiyinə işarət etmişdir. Qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı və bundan sonra arxa keçəcəkdə ağrı və digər halların baş verməsi orqanizmin fərdi xüsusiyyətləri ilə əlaqədardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsinin bağbanı kimi tanımışdır. Sonuncu ona torpaq sahəsi və yaşayış yeri axtarılmasına köməklik göstərmişdir. Rəfiqəsinin təklifinə əsasən nəvəsi ilə birlikdə evə baxmağa getmiş, evin sahibi ilə otaqlarını nəzərdən keçirərkən nəvəsi 20-30 dəqiqə həyətdə Məhərrəmin yanında olmuş, uşağın səsini eşitdikdə təqsirləndirilən şəxslə uşağın oynadığını düşünmüş, həyətə çıxdıqda uşaq pörtmüş vəziyyətdə Məhhərəmə onu incitməməsini deməsini xahiş etmişdir. O, Məhərrəmə uşağı incitməməsini bildirmiş, sonra ev sahibinin idarə etdiyi avtomobillə nəvəsi, o, Məhhərəm avtobus dayanacağına gəlmişlər. Yolda Məhərrəm uşaqla təmasda olarkən uşaq əsəbləşmişdir. Baxdıqları evi ala bilmədiklərindən Məhərrəmdən beh pulunun qaytarılmasını xahiş etsə də sonuncu pulun notariusda olmasını bildirmişdir. Nəvəsi barəsində yol verilən hərəkətlər barədə məlumatı qızından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, kənddə evini satmaq istəməsi ilə bağlı elan vermişdir. Bir gün Məhərrəm ona zəng edərək evi almaq istəyən adamın olduğu barədə məlumat vermişdir. Məhərrəm evə yaşlı qadın və uşaqla gəlmişdir. Xanımla evin içində söhbət etmiş, həmin anda Məhərrəm evin həyətində olmuşdur. Birmərtəbəli ev açıq ərazidə olmuşdur. Qonşuların evindən evin həyətini görmək mümkün olmuşdur. Həyətlərindəki üzüm ağacları yerdən olmuşdur. Məhərrəmin uşağa üzüm dərib verdiyini görmüşdür. 30 dəqiqəyə yaxın uşağın nənəsi ilə mətbəxdə söhbət etmişdir. Evinin həyətində gizli yer olmuşdur. Zərəngiz xanımla evdən həyətə çıxanda Məhərrəmlə qızın həmin gizli tərəfdən yanbayan gəldiyini müşahidə etmişdir. Uşağın evə gəldiyi və evdən getdiyi əhvalı fərqli olmuşdur. Uşaq evə şən formada daxil olsa da, lakin gedəndə o çox sakit olmuşdur. Uşağın nənəsi ilə içəridə olanda, uşaq həyətdə Məhərrəmlə oynamış və təxminən bir müddət uşağın səsi kəsilmişdir. Məhərrəmin uşağın boynuna sarıldığını görmüş və həmin anda uşağın Məhərrəmdən qaçdığını hiss etmişdir. Məhərrəm uşağı normal vəziyyətdə öpmüşdür. Məhərrəmin uşağı qucağına aldığını görməmişdir. Məhərrəmlə evin qiyməti ilə bağlı pul söhbəti etməmişdir. Məhərrəmlə uşaq çöldə təxminən yarım saat olmuş, onun 10 dəqiqəsində Məhərrəmlə uşağın oynamaq səslərini eşitmişdir. Evdə olarkən kömək xarakterli qışqırıq səsi eşitməmiş və uşağın üzərini də dağılmış vəziyyətdə görmədiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 22 sentyabr 2022-ci il tarixli “Raport” dan görünür ki, Qanuni nümayəndə ərizə müraciət edərək Məhərrəm adlı şəxsin xx xxxx 2013-cü il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir (cild 1, iş vərəqə 2). Ambulator-məhkəmə psixatrik ekspertizasının 12 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli törədərkən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırk psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 81-84). Məhkəmə tibbi ekspertizasının 07 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir (cild 1, iş vərəqə 85-86). Məhkəmə tibbi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, arxa keçəcəyində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmiş, arxa keçəcəkdə xəsarət və ya xəsarət izi qalmadığından müddət haqqında fikir söyləmək mümkün olmamış, sonuncunun qızlıq pərdəsinin tamlığı pozulmamış, qızlıq pərdəsinin tamlığı pozulmadığından ondan nümunə götürmək mümkün olmamışdır (cild 1, iş vərəqə 88-90). Məhkəmə-psixoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamış, Zərərçəkmiş şəxs əqli və intelektual imkanları, idrak prosesləri (diqqət, təfəkkür, yaddaş, qavrama və s.) yaş xüsusiyyətlərinə uyğundur. O, hadisələri düzgün qavramaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional halında narahatlıq, həyəcan yaranmışdır (cild 1, iş vərəqə 92-93). İfadələrin yerində yoxlanılması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivində nömrəsiz evin darvazasını göstərərək hasisənin orada baş verdiyini bildirmiş, içəri həyətə daxil olaraq evi və həyəti göstərmiş, çardağın yanında Zərəngizin nəvəsinə giləmeyvə dərib verdiyini, uşağın arxa tərəfdən qoltuq altı nahiyədən tutub fırladaraq oynatdığını, lakin onun dodağından öpmədiyini, ona münasibətdə uşaqbazlıq etmədiyini, onunla qeyri –təbii yolla cinsi əlaqədə olmadığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı həmçinin müəyyən olunmuşdur ki, azyaşlı Zərərçəkmiş şəxs göstərdiyi çardağ olan yer evin sol küncündə evlə hasarın arasında ensiz gözdən uzaq yerdir (cild 1, iş vərəqə 108-109). İş üzrə elan edilərək tədqiq edilmiş məhkəmə tibb eksperti Cavid Cahangirlinin ifadəsindən görünmüşdür ki, müayinə zamanı Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmiş və bu əlamət heç bir halda qəbzlikdən yarana bilməzdi (cild 1, iş vərəqə 137-139). Sübutların qiymətləndirilməsi haqqında 06 mart 2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə tərəfindən söhbət edərkən çəkilmiş videonun əks olunduğu disk maddi sübut kimi tanınmaqla iş materiallara əlavə edilmişdir (cild 1, iş vərəqə 142- 147). Müdafiə tərəfinin təşəbbüsü ilə təyin edilmiş təkrar komisyon məhkəmə tibbi ekspertizasının 06 noyabr 2023-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi ekspertizası zamanı onda qeyri-təbii yolla cinsi əlaqədə olma faktı şüavari büküşlərin bir qədər hamarlaşması və düz bağırsağın xarici büzücü əzələsinin bir qədər boşalması ilə müəyyən edilmişdir. Düz bağırsaqda qeyri-təbii yolla cinsi əlaqə zamanı digər əlamətlər,yəni travmatik xəsarətlər- qancır,sıyrıq,çat və s. müşahidə oluna bilər. Lakin sözügedən işdə Zərərçəkmiş şəxs düz bağırsağında qeyri-təbii yolla cinsi əlaqədən sonra travmatik xəsarət qeyd edilməmişdir. Bu da orqanizmin fərdi xüsusiyyətlərindən asılı ola bilər. Qeyri-təbii yolla cinsi əlaqə faktı baş verdikdən sonra arxa keçəcəkdə travmatik xəsarət ( cırılma) olduğu halda, müəyyən müddət sonra həmin nahiyədə çapıq formalaşmalıdır. Lakin sözügedən işdə Zərərçəkmiş şəxs anal dəliyində qeyri-təbii yolla cinsi əlaədən sonra travmatik xəsarət qeyd edilməmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcəkdə travmatik xəsarət ( cırılma) olduğu halda, həmin nahiyədə qanaxma,iltihablaşma,ağrı və s. kimi dəyişikliklər qeyd oluna bilər.Lakin sözügedən işdə Zərərçəkmiş şəxs düz bağırsağında qeyri-təbii yolla cinsi əlaqədən sonra travmatik xəsarət qeyd edilməmişdir. Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi ekspertizası zamanı onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlərin xarakteri, bu halın onda bir neçə dəfə baş verməsiə əsas verir. Müdafiə tərəfinin təşəbbüsü ilə təyin edilmiş təkrar komisyon məhkəmə psixoloji ekspertizasının 19 iyul 2024-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində yalan danışmağa meyillilik əlamətləri müəyyən edilməmişdir. Belə qənaətə gəlinmişdir ki, zərərçəkmiş şəxsin ilkin ifadələrində onunla qeyri-təbii cinsi əlaqədə olma faktını gizlətməsi, onun azyaşlı olması, fərdi-psixoloji xüsusiyyətləri (çəkingənlik,emosionallıq,tez təsirlənmək və s.),həmçinin bu barədə məlumat verəcəyi halda valideynlərinin pis olacağını düşünərək narahatlıq keçirməsi, ona qarşı edilən hərəkətlərin mahiyyətini yaş xüsusiyyətləri çərçivəsində dərk edərək ( psixoloji müayinə zamanı təqsirləndirilən şəxsin hərəkətlərinin onu narahat etdiyini,incitdiyini deməsi,sonuncunun etdiyi hərəkətlərin ona pis gəldiyini,həmin hərəkətin “pis hərəkət” olmasını başa düşdüyünü söyləməsi və s.) bu haqda məlumat verməyə utanması və s. kimi amillərlə əlaqədar ola bilərdi. Müayinə zamanı Zərərçəkmiş şəxs kənar şəxsin və ya şəxslərin təsiri və ya təzyiqi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilmiş hadisə zamanı,azyaşlı olduğundan, ona qarşı edilmiş qanunazidd hərəkətlərin sosial-psixoloji mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmasa da, həmin hərəkətlərin mahiyyətini yaş xüsusiyyətləri çərçivəsində dərk edə bilərdi.Həmin hadisə zamanı Zərərçəkmiş şəxs azyaşlı olması (həmçinin fiziki cəhətdən) və fərdipsixoloji xüsusiyyətləri ilə əlaqədar təqsirləndirilən şəxsə müqavimət göstərməyə bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Xalq Məhkəməsinin 12 fevral 1998-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 143-cu maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək brəsində əmlakı müsadirə olunmaqla 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 19 dekabr 2003-cü ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 140-141). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 150.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməməsi barədə ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, hadisə zamanı və hadisədən sonra Zərərçəkmiş şəxs hərəkətləri, yəni onda hər hansı ağrı hissinin olmaması barədə müdafiə tərəfindən mübahisələndirilən hallara məhkəmə iclasında Zərərçəkmiş şəxs barədə tibbi rəy verən ekspertlərin həmin halların insan orqanizminin fərdi xüsusiyyətləri ilə əlaqədar olmasına dair izahatı ilə aydınlıq gətirilmişdir. Digər tərəfdən Zərərçəkmiş şəxs ilkin ifadəsində təqsirləndirilən şəxsin onunla qeyri-təbii yolla cinsi əlaqədə olması faktını yalnız barəsində məhkəmə -tibbi ekspertizası rəyi ilə müəyyən olunmasından sonra bildirməsi halının onun yalan danışmağa meyilli olub-olmaması barədə müdafiə tərəfindən mübahisələndirilən hal da zərərçəkmiş şəxs barəsində psixoloji rəy tərtib edən ekspertin izahatı ilə dəqiqləşdirilmiş və sonuncu bu faktın qorxu hissi ilə əlaqədar olmasını bildirmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında təkrar komisyon məhkəmə tibbi və məhkəmə psixoloji ekspertiza təyin edilmiş, lakin həmin ekspert rəyləri ilə ilkin ekspert rəyləri ilə müəyyən edilən hallar təsdiq edilmişdir. Məhkəmə, zərərçəmiş şəxs və onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 37), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 65-67). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış azyaşlı Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə tərəfindən söhbət edərkən çəkilmiş video görüntüləri özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən, məhkəmə zamanı onun hüquqlarının müdafiəsi isə dövlət büdcəsi vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X4 işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 100 (yüz ) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 10(on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə tərəfindən söhbət edərkən çəkilmiş video görüntüləri özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın . İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X4 işlədiyi 8 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 100 (yüz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 600(altı yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-237/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-237/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver