Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-237/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, X13 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 1-də yerləşən Zərərçəkmiş şəxs məxsus stomotoloji kabinetə gələrək həmin yerin plastik pəncərəsini özü ilə gətirdiyi vint açanla açıb qanunsuz oradan hər biri iki qram olmaqla 900 əyarlı qızıldan hazırlanmış, ümumi dəyəri 1620 manat təşkil edən 9 ədəd diş protezini, 1 ədəd 2500 manat dəyərində “Vizyo qraf’ rentgen aparatını, 1 ədəd 15 diaqonal, 2000 manata dəyərində “HP” markalı notbuku və 1210 manat pulu götürüb hadisə yerindən qaçmaqla açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 7330 (yeddi min üç yüz otuz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 3,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, 17 dekabr 2023-cü il tarixdə, saat 22:00 radələrində 32-ci Polis bölməsinin əməkdaşlarının bölmədə aparılan təhqiqat araşdırması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ərazisində saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, bölmənin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 3,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən üsulla tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5-ci maddələri ilə elan edilmiş ittiham qəbul edilsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməllərinin Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də soyğunçuluq cinayəti əməlini törətmiş, lakin narkotik vasitə ilə bağlı ona elan edilmiş ittiham üzrə o, həmin cinayət əməlini törətməmişdir. O, soyğunçuluq cinayət əməlini 14 dekabr 2023-cü il tarixdə törətmişdir. Cinayət işi üzrə ittiham aktında soyğunçuluqla bağlı göstərilən xüsusatlar tamamilə doğru qeyd edilmişdir. O, Zərərçəkmiş şəxs məxsus stomatoloji kabinetə pəncərədən daxil olmuşdur. Fikirləşmişdir ki, orada qızıl və ya pul ola bilər. Həmin kabinetdən qızıl, 1210 manat pul, notbuk, 9 ədəd diş protezi və rentgen aparatını götürmüşdür. Bu cinayət əməlini törətdikdən sonra yaşadığı evə qayıtmış və yorğun olduğuna görə yatmışdır. O, 1-2 gün evdə qaldıqdan sonra törətdiyi cinayətdən əldə etdiyi əşyaları aparıb satmış və yenidən evə dönmüşdür. Axşam saatlarında qapı döyülmüş, dörd nəfər şəxs özlərini Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onu avtomobilə əyləşdirərək Polis idarəsinə aparmışlar. Ona elan edilmiş ittihamda güya onun məhlədə tutulduğu göstərilsə də, əslində polis əməkdaşları onu evində saxlamışlar. O, Polis şöbəsində hər şeyi tam səmimi şəkildə etiraf etmişdir. Polis şöbəsində ona əvvəlcə kiçik bükümdə narkotik vasitəni üzərinə götürməsini təklif etmişlər və bunun cəzasında təxminən altı ay fərq yaradacağını demişlər. Daha sonra istintaq təcridxanasında ona məlum olmuşdur, narkotik vasitələrlə bağlı ona elan edilmiş ittiham Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Daha sonra o, bu ittihamla razılaşmamışdır. O, istintaq təcridxanasında olarkən özünə xəsarət yetirmişdir. İbtidai istintaq zamanı ona nə fiziki, nə də psixoloji təzyiq göstərilməmişdir, o, sadəcə aldadılmışdır. İbtidai istintaq zamanı o, X5 gecə vaxtı buraxılmış, daha sonra yenidən tutulmuşdur. Buraxılmasının və yenidən tutulmasının səbəbi ona aydın olmamışdır. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, stomatoloji kabinetə daxil olmuş, əşyaları götürüb oradan çıxarkən həmin obyektin sahibinin anası ilə qarşılaşmışdır. O, həmin obyektdən götürdüyü əşyaların hamısını satmışdır. Onun borcu olmuş və həmin əşyaları sataraq əldə etdiyi pulla borcunu ödəmişdir. O, narkotik maddə istifadəçisidir, belə ki, narkotik maddə heroin və psixotrop maddə metamfetamin istifadə etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, ibtidai istintaq zamanı etirafedici ifadələrini verərkən ona heç bir fiziki və ya psixioloji təzyiqlər göstərilməmişdir. Sadəcə polis əməkdaşları onu aldadaraq, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyini və cəzasında çox az fərq olacağını demişlər, ona görə də o, ittihamda göstərilən narkotik maddənin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 dekabr 2023-cü il tarixli izahatında, həmçinin 20 dekabr 2023-cü il tarixdə şübhəli şəxs və 21 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 ildən artıq müddətdə müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Qaraçuxur ərazisində gəzməyə çıxmışdır. Stomotoloji mərkəzin yanından keçərkən pəncərədə dəmir barmaqlıq olmadığını görmüşdür. O, yerdən dəmir parçası götürüb həmin pəncərəni açmış və içəri daxil olmuşdur. İçəri girdiyi bilinməsin deyə pəncərəni bağlamışdır. Daha sonra otaqları gəzməyə və oradakı şkaf və siyirtmələri dağıtmağa başlamışdır. O, otaqlardan birində notbuk görmüş, onu elektrik cərəyanından ayırıb kənara qoymuşdur ki, çıxarkən özü ilə aparsın. Digər otağa daxil olduqda divara birləşdirilmiş televizoru çıxarmış və yerə qoymuşdur. Otaqdakı şkafı açmış, içəridə böyük bir adyal görmüş və onu yerə sərib televizoru həmin adyala bükmüşdür. Sonra başqa otağa keçib siyirtmələri axtarmağa başlamış və 6 ədəd qızıla bənzər dişi götürüb şalvarının sol cibinə qoymuşdur. O, təxminən 3 saata yaxın içəridə olmuş, otaqları gəzib götürə biləcəyi dəyərli əşyalar axtarmışdır. Bu vaxt dəhlizdə işıq yanmışdır. O, dəhlizin qapısına yaxınlaşıb kimin gəldiyini görmək istəmişdir. Yaşlı bir qadın qapını açarla açıb içəri girmiş, onu görüb kim olduğunu və orada nə etdiyini soruşmuşdur. Qadın özünü diş kabinetinin sahibi kimi təqdim etmişdir. O qadın ona usta olub olmadığını soruşduqda, o, “hə, mən ustayam” demişdir. Daha sonra qadının yanından otağa keçib notbuku götürmüş və diş kabinetinin çıxış qapısından çıxmışdır. Sola dönüb yaşayış binasının qarşısı ilə bir qədər getmiş və sonra qaçaraq uzaqlaşmışdır. O, təxminən 2 kilometr piyada getdikdən sonra 103 nömrəli avtobusa minmiş və Bakıxanov ticarət mərkəzinin yanında düşmüşdür. Oradan piyada evə getmişdir. Evə girdikdən sonra otağına keçib yatmışdır. Ertəsi gün günorta saatlarında oyanmış, oğurladığı notbuku plastik sellofana qoymuş və evdən çıxmışdır. O, notbuku 8-ci km bazarında tanımadığı bir şəxsə 80 manata satmışdır. Daha sonra suallara cavab olaraq göstərmişdir ki, oğurluq etdiyi zaman qadın içəri gəlmişdir və qadın onu gördükdə oğlunun göndərdiyi usta olduğunu düşünmüşdür. O isə həmin vaxt qadına qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq etməmişdir. Özü narkotik vasitə aludəçisi olmuşdur və buna görə də oğurluq etmişdir ki, əldə etdiyi gəlirlə narkotik vasitəyə olan ehtiyaclarını ödəsin. O, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbul etmişdir (iş vərəqə: cild İ, səh.19-20, 48-49, 62-63). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 dekabr 2023cü il tarixli izahatında, həmçinin 18 dekabr 2023-cü il tarixdə şübhəli şəxs və 19 dekabr 2023-cü il təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə Bakıxanov qəsəbəsində tanımadığı bir şəxsdən 80 manat ödəməklə bir ədəd bükümdə heroin kimi tanıdığı narkotik vasitəni almışdır və həmin narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:30 radələrində yaşadığı Sabunçu rayonu, Sülh küçəsində olduğu zaman özünü Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşı kimi təqdim edən şəxs ona oğurluqda şübhəli olduğunu və barəsində təhqiqat araşdırması aparıldığını bildirmişdir və onu 32-ci polis bölməsinə dəvət etmişdir. Onlar 32-ci polis bölməsində olduqları zaman o, üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə olduğunu demişdir və xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman ona təklif olunmuşdur ki, üzərində olan göy rəngli cins şalvarının sol yan cibindəki şəffaf sellofana bükülmüş bükümü təqdim etsin. O isə həmin bükümü təqdim edərək içərisində heroin kimi tanıdığı maddənin olduğunu bildirmişdir. Onun üzərində aşkar edilmiş bükümdə olan narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmişdir, protokol ucadan oxunmuş, onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Daha sonra suallara cavab olaraq göstərmişdir ki, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 80 manata almışdır. Narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, təxminən 10 il müddətində narkotik vasitə olan heroindən istifadə etmişdir. Heroini çəkmək yolu ilə istifadə etmişdir, Heroini aldığı şəxsin mobil nömrəsini və ev ünvanını bilməmişdir (iş vərəqə: cild İ, səh.96-97, 112-114, 127-128). Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi də əvvəlki ifadələrlə eyni məzmunlu olmuşdur (iş vərəqə: cild İ, səh.156-158). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsinə imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh. 264-266). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ifadələrində fərqli və ziddiyyətli halların səbəbini polis əməkdaşları tərəfindən aldanılması ilə izah etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, diş həkimidir. Hadisə günü səhər saatlarında onun anası zəng edərək bildirmişdir ki, evlərinin daxilində yerləşən diş kabinetinə kənar şəxs daxil olmuş və otağı dağıtmışdır. O özü həmin evdə yaşamır, orada valideynləri yaşayır. Hadisədən sonra o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gələndə otağın dağınıq vəziyyətdə olduğunu görmüşlər. Bəzi əşyalar aparılmışdır, lakin hadisə vaxtı onun anası Təqsirləndirilən şəxs gördüyünə görə o, monitoru götürə bilməmiş və monitor örtüyə bükülü halda yerdə qalmışdır. Qalan əşyalar da dağınıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı 20 dekabr 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” mərkəzi zəng xidmətinə və 32-ci polis bölməsinə stomotoloji kabinetindən oğurluq olması barədə məlumatı o, vermişdir. Onun Qaraçuxur qəsəbəsində diş kabineti vardır. 14 dekabr 2023cü il tarixdə, təxminən saat 05 radələrində anası Şahid3 onun mobil telefonuna zəng vuraraq stomotoloji kabinetinə oğru girdiyini və buranı dağıtdığını demişdir. O da dərhal yuxudan oyanaraq Daxili İşlər Nazirliyinin “102” mərkəzi zəng xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra paltarlarını geyinib Qaraçuxur qəsəbəsində evinə bitişik olan stomotoloji kabinetinə tərəf yollanmışdır. Həmin yerə çatdıqda anasının orada olduğunu görmüşdür. Anası ona içəridə həmin oğrunu gördüyünü demişdir. O, içəri daxil olduqda içərinin dağınıq olmasını görmüş, baxış keçirtdikdə içəridə olan 1 ədəd təxminən 1 il bundan əvvəl 2500 manata alınmış, işlənmiş “Vizyo qraf’ rentgen aparatının, 9 ədəd hər biri 900 əyarlı, 2 qram çəkidə qızıl dişlərin, 1 ədəd 15 diaqonal, təxminən 1 il bundan əvvəl 2000 manata alınmış, işlənmiş, “HP” markalı notbukun, çəkməcədə olan 1210 manat pulun oğurlandığını görmüşdür. Bir müddət keçdikdən sonra hadisə yerinə 32-ci polis bölməsinin əməkdaşları gəlmiş və həmin yeri müayinə etmişlər. Daha sonra 32-ci polis bölməsindən ona stomotoloji kabinetindən oğurluq edən şəxsin müəyyən edilərək tutulması barədə məlumat vermişlər (iş vərəqə: cild İ, səh.27-29). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ildə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Onun işlədiyi 32-ci Polis Bölməsinə Zərərçəkmiş şəxs tərəfindən sonuncunun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X10, döngə 1 ünvanında yerləşən diş klinikasında oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar müraciət edilmişdir. Klinikadan 9 ədəd qızıl diş protezi, 4500 manat dəyərində avadanlıq və xatırladığı qədər təxminən 1200-1300 manat pulun oğurlandığı müəyyən edilmişdir. Bu faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə şübhəli bilinmişdir. 17 dekabr 2023-cü il tarixdə, təxminən saat 22 radələrində onlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşılıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs bölməyə gətirilmişdir. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verdikləri zaman sonuncu üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Həmin maddə müvafiq qaydada qablaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğurluq etdiyini könüllü şəkildə etiraf etmişdir. Üzərindən aşkar edilən narkotik vasitəyə bənzər maddənin isə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxslə bağlı narkotik vasitələrlə əlaqədar əməliyyat-axtarış tədbiri keçirməmişlər. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri oğurluq faktı ilə bağlı keçirilmişdir. Polis bölməsində həmin şəxsin üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ərazisində məhəllə daxilində tutmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddənin ona məxsus olmaması barədə heç bir etiraz bildirməmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində “narkotik vasitələrin polislər tərəfindən onun üzərinə qoyulması, güya həmin narkotik maddənin ona məxsus olduğunu etiraf etdiyi təqdirdə cəzasında altı ay fərq olacağının polislər tərəfindən ona bildirilməsi” barədə dedikləri tamamilə yalandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü gecə saat 2 radələrində qızı ilə danışırmış. Müəyyən qədər vaxt keçdikdən sonra otaqdan səs gəlmişdir. Düşünmüşdür ki, işıqlar sönüb. Həmin vaxt səs-küy çox olmuş və səhər saat 5-ə qədər bu səslər davam etmişdir. Əvvəl düşünmüşdür ki, həmin otaqda iki nəfər ola bilər. O, dəfələrlə çölə çıxmış və işığın yanmadığını görmüşdür. Saat beşə on dəqiqə qalmış açarı götürüb səs gələn otağa girmiş və otaqda olan şəxsi görmüşdür. Otaqda olan şəxsin oğru olduğunu görmüşdür, ancaq bunu ona hiss etdirməmişdir. Otaqda hər şeyin yerə dağıldığını görmüşdür. Sonra baxmışdır ki, arxa otağın işığı yanmır. O, yerdə ağ nə isə görmüş və çölə qaçmışdır. Həmin şəxs əlində nə isə götürüb çıxmışdır. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı təqsirləndirilən şəxs onu vurmamış, təhdid etməmişdir. Şahid3 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid3 məhkəməyədək icraat zamanı 06 yanvar 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Elvinin onun yaşadığı ünvanda diş kabineti vardır. Diş kabineti evin həyətində yerləşsə də, giriş qapısı küçəyə açılır. Diş kabinetinə daxil olmaq üçün evin həyətindən küçəyə çıxaraq daxil olurlar. 14 dekabr 2023cü il tarixdə, təxminən saat 05 radələrində yaşadığı evdə oyaq olmuşdur. Bu vaxt səs eşitmiş və küçəyə çıxıb baxmışdır. Lakin həyətdə heç kəsi görməmişdir. Həmin vaxt diş kabinetinin işıqları yanmadığı üçün o, kabinetə daxil olub baxmamış, geri qayıdıb evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra yenə səs eşitmiş və diş kabinetinin açarlarını götürüb küçəyə çıxmışdır. Diş kabinetinin qapısını açıb içəri daxil olmuş, bu vaxt içəridə üzündə tibbi maska olan bir nəfər kişini görmüşdür. Onun üzünü maska ötrdüyü üçün üzünü dəqiq görə bilməmişdir. Ona yaxınlaşıb bu vaxt diş kabinetində nə iş gördüyünü soruşmuşdur. O, bir qədər ona baxmış və ondan oğlu Elvinin onu çağırıb-çağırmadığını, həmçinin usta olub-olmadığını soruşmuşdur. Belə ki, Elvin ona kabinetə usta çağıracağını demişdir. O, həmin şəxsdən Elvinin göndərib-göndərmədiyini soruşduqda həmin şəxs Elvin göndərdiyini və usta olduğunu demişdir. Həmin şəxs kabinetin döşəməsinə örtük sərib kabinetdə olan bəzi əşyaları həmin örtüyün üzərinə yığmışdır. O, həmin şəxsin ustaya oxşamadığını başa düşmüş, həmin şəxsin kabinetdə olan əşyaları oğurladığını anlamışdır. O, qorxduğu üçün həmin şəxsə bəlli etmədən bayıra çıxıb oğlu Elvinə zəng etmək istəmişdir. Lakin mobil telefonu evdə qalmışdır. O özünü müdafiə etmək üçün dırmıq götürmüşdür. O, bayıra çıxmaq istəmiş, bu vaxt həmin şəxs əlində notbuk bayıra çıxmış və ona “indi ekspertlər gələcək” demiş, daha sonra isə çıxıb getmişdir. O, həmin şəxsin ona nə üçün bu sözü dediyini başa düşməmişdir. Həmin şəxs gedərkən o da evə daxil olub oğlu Elvinə zəng edib məlumat vermişdir. Bundan sonra isə oğlu Elvin polis çağırmış və özü də diş kabinetinə gəlib çıxmışdır. Elvin onun yaşadığı ünvanda işləsə də, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşamışdır (iş vərəqə: cild İ, səh.184-187). Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid1 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə 28 sentyabr 2023-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq sahəsi, döngə 1 ünvanında yerləşən özünə məxsus diş kabinetindən 1220 manat pulunun, 9 ədəd qızıl dişin və 4500 manat dəyərində avadanlıqların oğurlandığını bildirmişdir. Həmin oğurluq hadisəsini kimin törətməsini müəyyən etmək məqsədi ilə tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin oğurluq hadisəsini törətməkdə Təqsirləndirilən şəxs şübhəli olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs harada olmasını müəyyən etmək üçün keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış və 32-ci polis bölməsinin inzibati binasına aparılmışdır. Təqsirləndirilən şəxs 32-ci X7 Hissəsinə təhvil verilərkən o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də, o, bu barədə bölmə rəhbərliyinə raport yazaraq məruzə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış və onun hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə olan narkotik vasitənin heroin olduğunu və həmin heroini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus diş kabinetindən oğurluq etməsini də etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan edilmiş başqa əşya, predmet və digər hər hansı narkotik vasitə aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.204-207). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _17 dekabr 2023-cü il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış sahəsi, döngə 1 ünvanında yerləşən stomotoloji mərkəzdir (iş vərəqə: cild İ, səh.14-18). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkilinin 17 dekabr 2023-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 32-ci X7 Hissəsinə təhvil verilərkən üzərində narkotik vasitə olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.73). _18 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 19 dekabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddəni təqdim edərək həmin bükümdə heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni tanımadığı şəxsdən 80 manat ödəməklə aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.93-94, 129). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6455 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 196” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; Şübhəli şəxs: “imza” F. Babayev” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (iş vərəqə: cild İ, səh.101-104). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə daktiloskopik ekspertizasının 19 fevral 2024-cü il tarixli, 24/390 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 1 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus "Stomatoloji" mərkəzdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 15 ədəd kağız parçasının üzərinə yapışdırılmış 15 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 13 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 07 ədədi xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş Zərərçəkmiş şəxs sol əlinin böyük (05 dəfə), orta və sağ əlinin adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Digər 01 ədədi xx.xx.2006-cı il tarixdə Göyçay rayonunda anadan olmuş X1 əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər 01 ədədi xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.217-226). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2024-cü il tarixli, 270 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.227-229). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli, 9/941 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd 900 əyarlı, 2 qram çəkidə qızıl dişlərin qırıntı kimi 2023-cü ilin dekabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180 manat (2 qr x 90) manat, 9 ədədi 1620 manat müəyyən edilir. Digər iki adda mallar haqqında kifayət qədər məlumat (modeli, texniki göstəriciləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı (iş vərəqə: cild İ, səh.230-232). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli, 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.215-216). _08 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,265 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, bundan başqa həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus stomotoloji kabinetdən talanmış 1 ədəd “Vizyo qraf” rentgen aparatının dəyəri 2500 manat, 1 ədəd 15 diaqonal, “HP” martkalı notbukun dəyəri 2000 manat kimi, yəni zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi qiymətləndirilmişdir, bundan başqa Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini müəyyən etmək məqsədilə hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.238-248). _18 dekabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 dekabr 2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (iş vərəqə: cild İ, səh.90). _19 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, 19 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Suraxanı rayon Polis İdarəsinin X5 azad edilmişdir (iş vərəqə: cild İ, səh.140-141). _20 dekabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.40). _Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.179-183). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Babayev X4 Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.190-191). _Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 24 noyabr 2025-ci il tarixli teleqramdan görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5 və 234.4.3-cü maddələrinə münasibətdə onun əməllərinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5 və 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 1-də yerləşən Zərərçəkmiş şəxs məxsus stomotoloji kabinetə gələrək həmin yerin plastik pəncərəsini özü ilə gətirdiyi vint açanla açıb qanunsuz olub oradan hər biri iki qram olmaqla 900 əyarlı qızıldan hazırlanmış, ümumi dəyəri 1620 manat təşkil edən 9 ədəd diş protezini, 1 ədəd 2500 manat dəyərində “Vizyo qraf’ rentgen aparatını, 1 ədəd 15 diaqonal, 2000 manata dəyərində “HP” markalı notbuku və 1210 manat pulu götürüb hadisə yerindən qaçmaqla açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 7330 (yedi min üç yüz otuz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin əldə edib sataraq mənfəət əldə etmək üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,315 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, 17 dekabr 2023-cü il tarixdə, saat 22:00 radələrində 32-ci Polis bölməsinin əməkdaşlarının bölmədə aparılan təhqiqat araşdırması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ərazisində saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs bölmənin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,315 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5-ci maddələri ilə düzgün tövsif edilsə də, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə həmin əməli düzgün ixtisaslaşdırılmamış, onun həmin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür”. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər.” Hazırki cinayət işi üzrə həm Təqsirləndirilən şəxs, həm də hadisə yerində olmuş Şahid3 istər məhkəmə istintaqı zamanı, istərsə də ibtidai istintaq zamanı verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs stomotoloji kabinetə girərək Zərərçəkmiş şəxs məxsus olan, ittihamda göstərilən əmlakı talayıb ələ keçirərkən həmin yerdə Zərərçəkmiş şəxs anası Şahid3 gördüyü, həmçinin Şahid3 da həmin vaxt təqsirləndirilən şəxsi gördüyünü, sonuncunun ora əşyaları talamaq üçün gəldiyini başa düşdüyü, Təqsirləndirilən şəxs də Şahid3 gözləri qarşısında taladığı əşyaları götürüb qaçıb getdiyi təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs əmlakını açıq talayaraq xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etiraf edici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin cinayət əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində Təqsirləndirilən şəxs oğurluq hadisəsi ilə əlaqədar saxlanıldığını, onun barəsində narkotik vasitələrlə bağlı əməliyyataxtarış tədbirinin keçirilmədiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində onun narkotik maddələri satış məqsədilə əldə etməsi və ya onun hər hansı şəkildə narkotik maddələrin satışını həyata keçirməsinə dair hər hansı əməliyyat məlumatının olduğunu bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitənin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 3,315 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin 3,315 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə narkotik maddələrin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik vasitənin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdar həddində olsa da, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin həmin maddəni məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmişdir. Buna görə də yalnız narkotik vasitənin külli miqdar həddində olması əsasına görə buna dair heç bir sübutlar olmadığı təqdirdə, ehtimal və fərziyyə əsasında həmin maddənin satış məqsədilə saxlanması qənatinə gəlinməsi heç bir hüquqi əsası olmayan tamamilə yanlış gəlinmiş nəticədir. Cinayət işi üzrə həmçinin məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutlar müəyyən edilməmiş və bununla da təqsirləndirilən şəxsin həmin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş həmin maddəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib saxlayıb daşıması formal olaraq göstərilsə də, Təqsirləndirilən şəxs kiminlə, nə zaman, hansı qaydada narkotik vasitələrin satışına dair sövdələşməsinin və ya razılığının olması, həmin maddələri kimə, hansı qaydada, nə zaman satacağı ümumiyyətlə müəyyən edilməmiş, satış məqsədinin nədə ifadə olunduğu göstərilməmiş və buna dair təqdim edilmiş sübutlar da ittihamın faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 3,315 qram narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş heroin satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun həmin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımaqla və tamah niyyəti ilə binaya qanunsuz daxil olaraq özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq soyğunçuluq etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla (“şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin video görüntüsünün əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri), həmçinin cinayət işinin obyektiv halları ilə təsdiq edildiyindən onun cinayət əməlləri Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5, 234.1-1-ci maddələri ilə tövsif olunmalıdır. Göstərilənlərdən başqa, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotiklə bağlı cinayət əməlini mübahisələndirərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamasına, həmin narkotik maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına, həmin narkotik maddənin ona məxsus olduğunu etiraf edərkən polis əməkdaşları tərəfindən aldanıldığına dair göstərdiklərini məhkəmə cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırıb tədqiq edərkən müəyyən olunmuşdur ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə videoçəkilişlə üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirildiyi video çəkiliş məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddə heroinin ona məxsus olduğunu, tanımadığı şəxsdən 80 manata aldığını bildirmiş, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, cinayət işinin materialları və təqdim edilmiş sübutlarla bütün istintaq hərəkətlərinin və prosessual hərəkətlərin keçirilməsi zamanı hər hansı qanun pozuntularına yol verilməsi müəyyən edilməmiş, keçirilmiş istintaq hərəkəti videoçəkilişlə aparılmış, həmin videoçəkilişə məhkəmədə baxış zamanı da hər hansı pozuntulara yol verilməsi müəyyən edilməmiş, təqsirləndirilən şəxsin bütün izahat və ifadələri ilə bağlı prosessual hərəkətlər də təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə psixi zorakılığın tətbiq edilməsinə dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün təqsirsizliyi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini təsdiq edən sübutları (“şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətinin protokolu, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları) təkzib edən hər hansı hallar müəyyən edilməmiş, müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutlarla dəstəklənməmiş və işin obyektiv halları ilə təkzib edilmişdir. Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı psixoloji və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Odur ki, təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi inkaredici hallar “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri və həmin obyektiv sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onun göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, maddi sübutu, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5, 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5-ci maddələri ilə cəza təyin edilərkən həmin maddəyə münasibətdə Cinayət Məcəlləsinin 60cı maddəsinin tətbiqini mümkün edir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsini, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5, 234.1-1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, həmçinin cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 20 dekabr 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 dekabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək 2 (iki) gün müddətində tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizalarının 27 yanvar 2024-cü il tarixli, 500 nömrəli nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,265 qram narkotik vasitə heroin məhv edilməlidir, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5, 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3, 180.2.5-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 dekabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, Təqsirləndirilən şəxs üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,265 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-237/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-237/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver