Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2370/2024 05.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, Saatlı rayonu, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan metadonu, psixotrop maddə olan metamfetamini və MDMA həblərini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əvvəlcədən aralarında olan razılaşmaya əsasən müəyyən ünvanlara çatdırılması üçün onun istifadəsində olan «İphone 13» markalı mobil telefonunda «Watsapp» ani mesajllaşma vasitəsilə naməlum şəxsin istifadəsində olan istintaqla müəyyən edilməyən nömrə ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən müxtəlif ünvanlarda torpağa basdırılaraq göndərilmiş fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerdə torpağa basdırılmış bir ədəd şəffaf torbada külli miqdarda təmiz çəkisi 4,682 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, külli miqdarda psixotrop maddə olan MDMA-nın təsir maddəsinin ümumi miqdarı 7,75 qram olan 31 ədəd həbləri, psixotrop maddə olan MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,35 qram olan 09 ədəd həbləri və Azərbaycan Repsublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan 20 ədəd həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,8 qram (bir həbdə 0,04 qram) olan narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamış və xx.xx.2024-cü il tarixdə saat 03:20-də ünvan 5 ünvanın yaxınlığında olarkən hərəkətləri şübhə doğurduğu üçün Azərbaycan Respublikası DİN-nin X14 Alayının əməkdaşları tərəfindən saxlanılıb ünvan 6 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən külli miqarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,682 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şalvarın sol yan cibindən üç ədəd sarı rəngli plastmas qablarda MDMA-nın təsir maddəsinin ümumi miqdarı 7,75 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 31 ədəd tünd qəhvəyi rəngli külli miqdarda psixotrop maddə hesab edilən həbləri, MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,35 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 09 ədəd açıq narıncı rəngli psixotrop maddə hesab edilən həbləri və şalvarın arxa sol cibindən Azərbaycan Repsublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan ümumi sayı 20 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,8 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edən və xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız metadon və MDMA həblərin istifadəçisi kimi təqsirli bilir və saxlanılarkən üzərində həqiqətən də metadon və MDMA həbləri olmuş, lakin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin ona məxsus olmamışdır. Belə ki, o, 2008-ci ildə yol nəqliyyat qəzası keçirmiş, həmin qəza nəticəsində bədəninin müxtəlif nahiyələrində sınıqlar olmuş və bundan sonra dəfələrlə müalicə alsa da ağrıları davam etmişdir. Daha sonra həmin həblərin ağrıları aradan qaldırması barədə məlumat eşitmiş və 2014-cü il tarixdən etibarən həmin həbləri bu səbəblə əldə edərək istifadə etmişdir. Həbləri əldə etdiyi şəxslə instagram sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış, ona göndərilən kart hesabına ödəniş etdikdən sonra ona deyilən ünvanlardan həbləri götürmüşdür. Sonuncu dəfə yenidən həmin həblərdən almaq məqsədilə telegram sosial şəbəkəsindən tanımadığı şəxslə əlaqə saxlamış və sonuncunun bildirdiyi ünvana gedərək oradan dərmanları götürmüşdür. Yaşadığı ünvana qayıtdığı zaman isə binanın qarşısında polis əməkdaşları ona yaxınlaşmış, bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və həmin vaxt üzərində daşıdığı 2 və ya 3 bükümdə olan həbləri aşkar etmişlər. Daha sonra polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PŞnə dəvət etmiş o da razılaşaraq polis əməkdaşları ilə birlikdə Şöbəyə getmişdir. Orada olarkən binanın qarşısında üzərindən aşkar edilən həblər yenidən üzərinə yerləşdirilmiş və video çəkiliş zamanı onların özünə aid olmasını bildirməsi ondan tələb edilmişdir. PŞ-nə gedərkən onun üzərində psixotrop maddə olan metamfetamin olmamış və ümumiyyətlə o, heç vaxt psixotrop maddə istifadə etməmişdir. Şəxsi axtarış zamanı da psixi təzyiqə məruz qaldığı üçün metamfetaminin ona aid olduğunu etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində İİR-nın vətəndaşının göndərişi ilə həmin ərazidə yerə basdırılmış psixotrop maddələri və narkotik vasitələri götürmüş, həmin psixotrop maddələri və narkotik vasitəni İranlının dediyi yerlərdə basdırması barədə razılaşmış, bundan əvvəl də pul qazanmaq müqabilində həmin iranlının göstərişi ilə narkotik və psixotrop maddələri xatırlamadığı ünvanlarda basdırmışdır. xx.xx.2024-cü il tarixdə saat 03:20-də ünvan 8 ünvanın qarşısında olduğu zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu 36-cı PŞ-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə şöbəyə getmişdir. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış həyata keçirilmiş, həmin vaxt üzərində olan qanunsuz əşyaları könüllü olaraq çıxarıb təqdim etmək təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf torbadakı kristal şəkilli kütləni çıxarıb təqdim edərək onun psixotrop maddə olan metamfetamin olmasını, şalvarın sol arxa cibindən 02 ədəd şəffaf torbadakı maddəni təqdim edərək narkotik vasitə olan marixuana olmasını və 34 ədəd dərman həblərini təqdim edərək tərkibində güclü təsiredici maddə olmasını, şalvarın sol yan cibindən üç ədəd sarı rəngli palstmas qablarda 40 ədəd psixotrop maddə həblərini təqdim edərək həmin kütlələrin özünə məxsus olmasını, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində İİR-nın vətəndaşının göndərişi ilə basdırdığı yerdən götürdüyünü və onun göstərişi ilə də dediyi yerlərdə basdırıb pul alacağını bildirmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş həmin maddələr zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən saxlanılan və şöbəyə aparılan zaman ona fiziki təzyiq göstərilməmişdir. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki təzyiq göstərilməmiş, lakin psixi təzyiq olmuşdur. Polis əməkdaşları tərəfindən ona psixi təzyiq edilsə də bununla bağlı hər hansı orqana şikayət və ya vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, himayəsində 3 az yaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələrin 4 növdə olması, DVD diskdə olan videogörüntülər, və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə ÇPA-nın 3-cü Patrul Bölüyünün polisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Əlahiddə ÇPAnın 3-cü PB-nün polisləri Şahid2 və Şahid3 ilə xidmətdə olduqları zaman saat 03:20-də inzibati ərazidə xidmət apararkən ünvan 9 ünvanın qarşısında bir nəfər şəxsin onları gördükdə özünü şübhəli aparmasını və yayınmaq istədiyini görmüşlər. Həmin şəxsdən şübhələndikləri üçün yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını və onlara getmək istədiyini bildirmişdir. Sonuncunun narkotik vasitələrin qanunsuz istifadəsindən və üzərində saxlayıb daşımasından şübhələndiklərinə görə Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmiş və bu barədə şöbə rəisinə raportla məruzə etmişlər. Daha sonra müvafiq tədbirlərin aparılması şöbənin təhqiqatçısı Anar Xəlilova təhvil verilmiş, sonuncu tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən sonuncuya üzərində olan qeyri-qanunu əşyalar varsa könüllü olaraq çıxarıb masanın üzərinə qoyması təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın yan ciblərindən 01 ədəd şəffaf torbada kristal şəkilli kütləni çıxarıb təqdim edərək psixotrop maddə olan metamfetamin olmasını, 02 ədəd şəffaf torbada maddəni və 74 ədəd dərman həblərini təqdim edərək tərkibində güclü təsiredici maddə olmasını, həmin maddələrin özünə məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Qala qəsəbəsindən İİR-nın vətəndaşının tapşırığı ilə basdırılmış yerdən götürdüyünü bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən 01 ədəd şəffaf torbadakı psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərək çəkisinin 5 qram olması, 02 ədəd şəffaf torbada narkotik vasitə olan marixuananın çəkisinin isə 2,50 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana və 74 ədəd həb kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, bundan sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd DVD disk isə protokola əlavə edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın yan ciblərindən 01 ədəd şəffaf torbada kristal şəkilli kütləni çıxarıb təqdim edərək psixotrop maddə olan metamfetamin olmasını, 02 ədəd şəffaf torbadakı narkotik vasitəni və 74 ədəd dərman həblərini təqdim edərək tərkibində güclü təsiredici maddə olmasını, həmin maddələrin özünə məxsus olduğunu və xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Qala qəsəbəsindən İİR-nın vətəndaşının tapşırığı ilə basdırılmış yerdən götürdüyünü bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Əlahiddə ÇPA-nın 3-cü PB-nün polisi Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələrinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarın yan ciblərindən 01 ədəd şəffaf torbada psixotrop maddə metamfetamini, 02 ədəd şəffaf torbada narkotik vasitəni və 74 ədəd dərman həblərini təqdim etmişdir. Həmin maddələrin özünə məxsus olduğunu və xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Qala qəsəbəsindən İİR-nın vətəndaşının tapşırığı ilə basdırılmış yerdən götürdüyünü bildirmişdir. Cinayət işinin İ cild 12-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 72-76-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işininin İİ cild 17-20-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 31-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1152 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf polietilen torbacıqda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,957 qram və 0,999 qram olmaqla ümumi çəkisi 1,956 qram olan bitki mənşəli kütlələrin tərkibində kannabinoidli komponentlər yoxdur və onlar bitki mənşəli narkotik vasitələrə aid deyildir. Qeyd: bitki mənşəli kütlələrin ümumi çəkisi 1,956 qram, tədqiqata sərf edilən miqdar – 0,1 qram, qalıq 1,856 qram. Cinayət işinin İ cild 35-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3645 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,682 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqdim olunmuş ümumi sayı 20 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblər metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,8 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir və xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. - üzərində «P300» göstəricisi olan ümumilikdə 14 ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 4,2 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi və xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş 31 ədəd tünd qəhvəyi rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 7,75 qram olduğu müəyyən edildi və xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş 9 ədəd açıq narıncı rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 1,35 qram olduğu müəyyən edildi və xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Qeyd: metamfetaminin təmiz çəkisi – 4,682 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 4,632 qram. Metadon həblərinin ümumi sayı – 20 ədəd, tədqiqata sərf edildi – 1 ədəd, qalıq - 19 ədəd. Preqabalin kapsulasının sayı – 14 ədəd, tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 13 ədəd. MDMA həblərinin sayı – 31 ədəd, tədqiqata sərf edildi – 2 ədəd, qalıq – 29 ədəd. MDMA həblərinin sayı – 9 ədəd, tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 8 ədəd. Cinayət işinin 32 və 36-cı vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) və 70 (yetmiş) manat olmaqla ümumi cəmi 135 (bir yüz otuz beş) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5219 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici Preqabalinin (sedativ və konvulsant) birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 169-178-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə digər maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 4,632 qram psixotrop maddə olan metamfetamin, 19 ədəd metadon həbləri, 29 ədəd MDMA həbləri və 8 ədəd MDMA həbləri saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. Cinayət işinin İ cild 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 22-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılmasını əks etdirən DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 04:20-dən 04:38-dək Bakı şəhəri Xətai RPİ-nin 36cı PŞ-də qeydə alınmışdır. Həmin bölmənin təhqiqatçısı Anar Xəlilov tərəfindən bölməyə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf torbada kristal şəkilli kütləni çıxarıb təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu, şalvarın sol arxa cibindən 02 ədəd şəffaf torbadakı maddəni və 34 ədəd dərman həblərini təqdim edərək tərkibində güclü təsiredici maddə olduğunu bildirərək şalvarın sol yan cibindən üç ədəd sarı rəngli plastmas qablarda 40 ədəd psixotrop maddə həblərini təqdim edir. Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olmasını, təqdim etdiyi kütləni xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsindən İİR-nın vətəndaşının tapşırığı ilə basdırılmış yerdən götürdüyünü bildirir. Daha sonra həmin kütlələr kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülür. Həmçinin sonuncu saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirir. Cinayət işinin İ cild 149-cu vərəqəsində olan AZ-İİ № 071776 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X10 xx.xx.2015-ci il tarixində nikaha daxil olmuşlar. Cinayət işinin İ cild 150-ci vərəqəsində olan AZ-İİİ № 658611 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə A.Müdafiəçi1adır. Cinayət işinin İ cild 151-ci vərəqəsində olan AZ-İİİ № 658612 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə A.Müdafiəçi1adır. Cinayət işinin İ cild 152-ci vərəqəsində olan AZ-İV № 379810 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə A.Müdafiəçi1adır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini, MDMA həblərini və xeyli miqdarda narkotik vasitə olan metadonu əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı əks etdirən DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri, üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələrin 4 növdə olması və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, üzərindən aşkar edilən psixotrop maddə MDMA həblərinin külli miqdarda və metadon həblərinin xeyli miqdarda olmasına baxmayaraq yalnız özünün ağrılarının qarşısını almaq məqsədilə şəxsi istifadəsi üçün əldə etməsi, həmin maddələrin satışı ilə məşğul olmaması, həmçinin saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmadığı və polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qaldığı üçün şəxsi axtarış zamanı onu qəbul etməsi barədə verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin izahatından, şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokollarından (İ cild i/v 29, 48-49, 62-64), şəxsi axtarış və götürmə protokolundan (İ cild i/v 20-21) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf torbada psixotrop maddəni, şalvarın sol arxa cibindən 02 ədəd şəffaf torbadakı maddəni, 34 ədəd dərman həblərini və şalvarın sol yan cibindən üç ədəd plastmas qablarda 40 ədəd psixotrop maddə həblərini təqdim edərək aşkar edilmiş maddələrin özünə məxsus olduğunu, onları xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsindən İİR-nın vətəndaşının tapşırığı ilə basdırılmış yerdən götürdüyünü, həmçinin Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini vəkilin yanında bildirir (İ cild i/v 22). Həmçinin məhkəmə iclasında xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokollarının (İ cild i/v 161-163, 196-198) tədqiqi zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin müqavilə ilə müdafiəçisi Müdafiəçi2 işə qoşulduqdan sonra Təqsirləndirilən şəxs sonuncu verdiyi ifadələrində saxlanılarkən üzərində narkotik vasitə, psixotrop maddə və həblərin olduğunu və həmin maddələrin ona məxsus olmasını etiraf etmişdir. Lakin, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən sonuncu verdiyi ifadələrinə ziddiyyətli ifadə verərək təkidlə göstərmişdir ki, o, polis əməkaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmamış sadəcə həblər olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5219 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs yalnız kannabinoidlərin (qurudulmuş marixuana), narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici Preqabalinin (sedativ və konvulsant) istifadə etmə halları müəyyən olunub (İ cild i/v 153-154). Ekspert rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs psixostimulyatorlardan (psixotrop maddə olan metamfetamin) istifadə etmə halları müəyyən olunmur. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həmin maddələri yalnız şəxsi istifadəsi üçün deyil, həmçinin satış məqsədilə əldə etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetaminin xeyli miqdarından 31.2 dəfə, külli miqdarından 2.3 dəfə artıq, psixotrop maddə olan MDMA həblərinin xeyli miqdarından 258 dəfə, külli miqdarından 1.5 dəfə, narkotik vasitə olan metadon həblərinin xeyli miqdarından 40 dəfə artıq olmasının müəyyən edilməsi bir daha təsdiq edir ki, o, psixotrop maddələri məhz satış məqsədi ilə əldə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı psixi təsir göstərildiyini bildirsə də o, bununla bağlı heç bir orqana şikayət və vəsatət verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 3 az yaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni 3 az yaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5219 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 153-154). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, sonuncuya məxsus 01 ədəd “İphone-11 Pro Max” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, Bakı şəhəri Xətai RPİ-də saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,632 qram psixotrop maddə olan metamfetamin, 19 ədəd metadon həbləri, 29 ədəd MDMA həbləri və 8 ədəd MDMA həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 135 (bir yüz otuz beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone- 11 Pro Max” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Bakı şəhəri Xətai RPİ-də saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,632 qram psixotrop maddə olan metamfetamin, 19 ədəd metadon həbləri, 29 ədəd MDMA həbləri və 8 ədəd MDMA həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 135 (bir yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 17 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2370/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2370/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver