Məhkəmə qərarları › İş №1(101)-238/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-238/2020

24.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-238/2020 24.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi x1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili x3 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi “xxxxx” Firmasına məxsus 204 saylı marşrut xəttinə aid «Daevvo» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 278 saylı orta məktəbin qarşısı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmi, 278 saylı məktəbin qarşısında olan yolun hərəkət istiqamətinin sol hissəsindən sağ hissəsinə keçən piyada Zərərçəkmiş şəxs Marif qızını idarə etdiyi avtomobilin qabaq sol burun hissəsi ilə vuraraq ona ölümünə səbəb olmuş ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə işləmək üçün Qazaxıstan Respublikasına getmiş, Qazaxıstan Respublikasından təxminən iki ay olardı ki, Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra ailəsini dolandırmaq üçün özünə iş axtarmış, lakin özünə iş tapa bilməmiş, bundan sonra ictimai nəqliyyat vasitələrində sürücüyə ehtiyac olduğundan, onun müvafiq kateqoriyası olmasa da sürücülük vəsiqəsi olduğundan və uzun müddət sürücü işlədiyindən sürücü işləməyə qərar vermişdir. Bunun üçün o, xx xxxxxx 2019-cu il tarixində, saat 17:00 radələrində ilk əvvəl 204 saylı marşrut xəttində sürücüyə ehtiyac olub-olmamasını maraqlanmaq üçün Sabunçu rayonunda yerləşən “Sabunçu” bazarının qarşısına getmişdir. Bazarın qarşısında dayandığı zaman uzun müddət tanıdığı Rəşadı görmüş, onu gördüyü zaman o, 204 saylı marşrut xətti üzrə hərəkət edən “Daevvo” markalı, ** TG *** dövlət nömrə nişanlı avtobusu idarə etmişdir. Rəşadla görüşdükdən sonra sürücü kimi 204 saylı marşrut xəttində işləmək istədiyini deyib qazanc olub-olmamasını soruşmuş, Rəşadda məktəblilərin yay tətilində olduğu üçün gündəlik 15-20 manat pul qaldığını bildirmişdir. Bundan sonra Rəşad ona birlikdə “Koroğlu” metrostansiyasına getməyi təklif etmiş, o da Rəşadla razılaşdıqdan sonra Rəşad onun sürücü olduğunu bildiyi üçün ona avtobusu idarə etməyini xahiş etmişdir. Rəşadın xahişini nəzərə alaraq avtobusun sükanı arxasına keçərək “Koroğlu” metrostansiyasına tərəf hərəkət etmiş, ora çatdıqdan sonra yenidən Rəşadla birlikdə “Sabunçu” bazarının qarşısına getmişlər. Onlar bazarın qarşısında olarkən Rəşad yemək yemədiyini deyib bu səbəbdən başının ağrıdığını bildirərək ondan avtobusla Ramana qəsəbəsinə gedib qayıtmağını xahiş etmişdir. Bu zaman o, Rəşada onun özünün də yemək yemədiyini bildirmişdir. O, bunu dedikdən sonra Rəşad ona oradan iki ədəd dönər alacağını deyərək ondan Ramana qəsəbəsinə gedib-gəlməsini, gəldikdən sonra “Koroğlu” metrostansiyasında birlikdə dönər yeməyi təklif etmişdir. O, Rəşadın təklifi ilə razılaşmış və avtobusla Ramana qəsəbəsinə doğru hərəkət etməyə başlamışdır. Təxminən saat 18:30 radələrində Ramana qəsəbəsində yerləşən 278 saylı orta məktəbin yanına çatmamış dayanacaqda avtobusu saxlamışdır. Həmin dayanacaqda düşən sərnişinlər avtobusdan düşmüş və o, yenidən hərəkət etməyə başlamışdır. O, hərəkətə başladıqdan sonra məktəbin qarşısında düşmək istəyən sərnişinlərin olubolmamasını soruşmuşdur. Orada heç kimin düşmək istəmədiyini dəqiqləşdirdikdən sonra yoluna davam etmişdir. Məktəbdən sonra yerləşən dayanacağa çatmasına az qalmış avtobusun içərisində olan güzgüdən salona baxaraq düşmək istəyən sərnişinlərin olubolmamasını bir daha soruşmuşdur. Bundan sonra yola baxdığı zaman yolun sol tərəfindən iki nəfər qadının yola tərəf iti sürətlərlə əl-ələ gəldiyini, onlardan birinin sonradan adının Zərərçəkmiş şəxs Marif qızı olduğunu bildiyi qadının yanındakı qadının əlindən buraxaraq avtobusun üzərinə qaçaraq avtobusun sol burun nahiyyəsinə dəydiyini görüb dərhal sükanı sağa çəkib avtobusu saxlamışdır. Avtobusu Sağa çəkib saxladıqdan sonra avtobusdan yerə düşüb dərhal 103 xidmətinə zəng edərək x9 çağırmışdır. x9 gəldikdən sonra xəsarət alan piyadanı TTY avtomobilinə qoyaraq 3 saylı şəhər xəstəxanasına göndərmişdir. Özü isə oradan çıxaraq 3 saylı şəhər xəstəxanasına getmiş, 3 saylı şəhər Xəstəxanasında olduğu zaman polis əməkdaşları oraya gəlmiş, o da onlara özünü təqdim edərək avtobusu yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sükanı arxasında onun olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qızıdır. xx xxxxxx 2019-cu il tarixində, saat 18:10 radələrində evə alınmalı olan bir sıra ərzaq məhsulları lazım olduğundan qızı Fatimədən həmin məhsulları almaq üçün Ramana bazarına getməsini xahiş etmişdir. Qızı paltarlarını geyinərək 18:25 radələrində yaşadığı evdən çıxmış, qızının arxasınca o da çölə çıxıb, qızının yolu keçməsinə baxmışdır. Bu zaman Sabunçu qəsəbəsindən üzü Ramana qəsəbəsinin mərkəzinə doğru gedən avtobusun qızını vurduğunu görmüşdür. Zərbənin təsirindən qızı yerə yıxılmış və o, dərhal həyəcanlı vəziyyətdə qızının vurulduğu yerə yaxınlaşmışdır. Həmin vaxtı qonşular da oraya yığılmış və bir neçə dəqiqədən sonra hadisə yerinə x9 avtomobili gəlmiş, qızını həmin avtomobilə qoyaraq Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Orada həkimlər qızının vəziyyətinin ağır olduğunu bildirərək reanimasiya şöbəsinə yerləşdirmişlər. xx xxxxxx 2019-cu il tarixində, saat 08:30 radələrində onun mobil telefonuna 3 saylı şəhər kliniki xəstəxanasından zəng gəlmiş və qızının aldığı xəsarətlərdən öldüyünü bildirilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, uzun müddətdir 204 saylı marşrut xəttində sürücü kimi işləyir. Bir müddət bundan əvvəl isə “Daewo” markalı, ** TG *** dövlət nömrə nişanlı avtobusun idarə edilməsi ona həvalə edilmişdir. xx xxxxxx 2019-cu il tarixində, saat 17:00 radələrində idarə 0etdiyi “Daewo" markalı, ** TG *** dövlət nömrə nişanlı avtobusla Sabunçu rayonunda yerləşən “Sabunçu” bazarının qarşısında dayanaraq çıxmaq üçün vaxtını gözləmişdir. Bazarın qarşısında uzun müddət tanıdığı Sərxanı görmüş, onunla görüşdükdən sonra Sərxan ondan sürücüyə ehtiyac olub-olmamasını, gəlirlərin hansı səviyyədə olmasını soruşmuşdur. O da Sərxana məktəblilərin yay tətilində olduğu üçün gündəlik 15- 20 manat pul qaldığını bildirmişdir. Sonra Sərxana birlikdə “Koroğlu” metrostansiyasına getməyi təklif etmiş, Sərxanda onunla razılaşmış, sonra o, Sərxandan yorğun olduğu üçün avtobusu idarə etməsini xahiş etmişdir. Sərxan onun xahişini nəzərə alaraq avtobusun sükanı arxasına keçərək “Koroğlu” metrostansiyasına doğru hərəkət etmişdir. Onlar oraya çatdıqdan sonra yenidən Sərxanla birlikdə “Sabunçu” bazarının qarşısına getmişlər. O, bazarın qarşısında Sərxana yemək yemədiyini, bu səbəbdən başının ağrıdığını deyərək Sərxandan avtobusla Ramana qəsəbəsinə gedib qayıtmasını xahiş etmişdir. Bu zaman Sərxan onunda yemək yemədiyini bildirmiş, o, bunu dedikdən sonra o da Sərxana iki ədəd dönər alacağını deyərək ondan Ramana qəsəbəsinə gedib-gəlməsini, gəldikdən sonra “Koroğlu” metrostansiyasında birlikdə dönər yeməyi təklif etmişdir. Onun bu təklifindən sonra Sərxan onunla razılaşmış və avtobusla Ramana qəsəbəsinə doğru hərəkət etməyə başlamışdır. Saat 18:30 radələrində Ramana qəsəbəsində yerləşən 278 saylı orta məktəbə çatmamış Sərxan dayanacaqda avtobusu saxlamışdır. Orada düşən sərnişinlər avtobusdan düşmüş və onlar yenidən hərəkət etməyə başlamışlar. Hərəkətə başladıqdan sonra məktəbin qarşısında Sərxan düşmək istəyən şəxslərin olub-olmamasını soruşmuşdur. Orada heç kimin düşmək istəmədiyini dəqiqləşdirdikdən sonra Sərxan yoluna davam etmişdir. Məktəbdən sonra yerləşən dayanacağa çatmasına az qalmış Sərxan avtobusun içərisində olan güzgüdən salona baxaraq düşmək istəyən şəxslərin olub-olmamasını soruşmuşdur. Bu zaman yolun sol tərəfindən iki nəfər qadının yola tərəf iti sürətlərlə əl-ələ gəldiyini, onlardan birinin sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qadının yanındakı qadının əlindən əlini buraxaraq avtobusun üzərinə qaçaraq avtobusun sol burun nahiyyəsinə dəydiyini görmüşdür. Bundan sonra Sərxan dərhal sükanı sağa çəkərək avtobusu saxlamış və onlar avtobusdan yerə düşmüşlər. Həmin vaxtı Sərxan dərhal 103 xidmətinə zəng edərək x9 çağırmışdır. x9 gəldikdən sonra xəsarət alan piyadanı TTY avtomobilinə qoyaraq 3 saylı şəhər xəstəxanasına göndərmişlər. Bundan sonra o, Sərxanla birlikdə oradan çıxaraq 3 saylı şəhər Xəstəxanasına getmişlər. 3 saylı şəhər Xəstəxanasında olduqları zaman polis əməkdaşları oraya gəlmiş və Sərxan onlara özünü təqdim edərək yol-nəqliyyat hadisəsi baş verdiyi zaman avtobusun sükanı arxasında onun olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2018-ci il tarixli 20610 nömrəli rəyindən görünür ki, “Daewo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50- ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Səfərov “Daewo” markalı avtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş vərəqə 48- 50) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Elmi-təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 117 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin üzərində aşağıdakı xəsarətlər vardır: baş beyin maddəsinin əzilməsi. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Ənsə nahiyyəsinin əzilmiş yarası. Sağ İİ, İV və V qabırğaların yerini dəyişən qapalı sınıqları. Sol sağrı, sol bud və sol baldır nahiyyələrinin sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya, əşyalar təsirindən Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmasından (xx.xx.2019*-cu il, saat 18:30) az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2019-cu il tarixdə, saat 07:30-da xəstəxanada baş vermişdir, buda ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə 145-150) İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 045795 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs qabırğaların çoxsaylı sınıqları səbəbindən xx.xx.2019-cu il tarixdə ölmüşdür. (iş vərəqə 156) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1/4396 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və alkoqoldan istifadə etməsi faktı aşkar edilməmişdir. (iş vərəqə 16) Azərbaycan Respublikası DİN-in Baş Dövlət x6 Qeydiyyat-imtahan İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə AD 020998 saylı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, Xəzər rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə xx.xx.2018-ci il tarixədək müddətə sürücülük hüququndan məhrum edilmişdir. (iş vərəqə 172) Beləliklə, Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 158-159) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi x2 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, hadisə nəticəsində onlara dəymiş ziyan Təqsirləndirilən şəxs valideynləri tərəfindən tamamilə ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, əməlini etiraf edərək peşmançılıq çəkməsini, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüququ varisinin onu bağışlamasını, vurulmuş ziyanın tamamilə ödənilməsini, himayəsində iki azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 70 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 4(008)-341/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. (iş vərəqə 72-74) Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi x4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 390 (üç yüz doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İbtida istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi x4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 390 (üç yüz doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar