Məhkəmə qərarları › İş №1(101)-238/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-238/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-238/2021 08.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olan, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 181.2.2 və 181.2.5ci madələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək təkrarən quldurluq etmiş və zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakım açıq talayaraq təkrarən soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2011-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4. 181.2.2 və 181.2.5-ci maddələri ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində tanışı Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu. M.Məmmədov küçəsi 3 saylı evin 17 saylı mənzilində hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib masanın üzərində olan silah qismində istifadə etdiyi bıçağı götürüb tətbiq edərək həmin bıçaqla sonuncunun bir dəfə sol yan nahiyəsindən vurub ona döş qəfəsinin sol yarısının bayır səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs2 əynindəki şalvarının sol yan cibindən 450 manat nağd pulunu ələ keçirərək quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 14:45 radələrində tanışı Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi 3 saylı evin 17 saylı mənzilində Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə bir dəfə yumruqla sifət nahiyəsindən vurub 50 manat nağd pulunu, üzərində 5 manat dəyərində 055-203- 20-23 saylı mobil telefon nömrəsi və 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 100 manat dəyərində «Samsung A6» markalı mobil telefonunu açıq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 160 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə Özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində ünvan 3 ünvanda yerləşən «Pub» kafesinin yanında hücuma məruz qalmış şəxs, Zərərçəkmiş şəxs1 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi bıçağı tətbiq edərək həmin bıçağı Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə dirəyib ona boyunun sol bayır səthinin cızıqları, sol çiyin qurşağının qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək sonuncunun içərisində 5 manat dəyərində 077-501- 60-51 saylı mobil telefon nömrəsi olan ekranı zədələnmiş vəziyyətdə 80 manat dəyərində «Samsung» markalı «SM-A105F/DS» modelli mobil telefonunu və içərisində 1500 manat məbləğdə nağd pul olan 2 manat dəyərində pul kisəsini ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 1587 manat maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təxminən 15 ildən çoxdur ki, tanıyır. Son illərdə həbsdə olduğu üçün Elvinlə əlaqələri kəsilmişdir. O, təxminən 2019-cu ilin sentyabr ayında Elvinlə təsadüfən görüşmüş, əvvəlcədən tanış olduğu üçün aralarında yenidən münasibət yaranmışdır. Bundan sonra arabir görüşürmüşlər. Təxminən xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində Elvinin yaşadığı ünvana getmiş və həmin vaxtı aralarında mübahisə yaranmışdır. Həmin vaxt Elvinin 450 manat pulunu götürməmiş, amma təxminən yarım qrama yaxın narkotik vasitə olan metamfetamin götürmüşdür. Elvin narkotik vasitə satmış və onun pulu olmadığından Elvin ona narkotik vasitə satmamışdır. Buna görə də, aralarında mübahisə yaranmış və Elvindən zorla narkotik vasitə metamfetamin almışdır. Daha sonra münasibətləri düzəlmiş və tez-tez görüşürmüşlər. O, xx xxxxxx 2019-cu il tarixdə, saat 12:30 radələrində Elvinin yaşadığı evə getmiş və ondan 23 manat borc pul alıb getmişdir. Daha sonra, həmin gün saat 14:45 radələrində yenə Elvinin yaşadığı evə getmiş, həmin vaxtı da heç bir mübahisə olmamışdır, belə ki, Elvinin evinə getdikdə Elvin narkotik vasitə olan metamfetamin istifadə edirmiş və həmin vaxtı da masanın üzərində 50 manatlıq əskinasın bükülmüş vəziyyətdə olduğunu görmüşdür. Elvinə həmin pula ehtiyacı olduğunu bildirmiş, Elvin də 50 manat pulu ona vermiş, o da axşam qaytaracağına söz vermişdir. Elvin heç bir şey deməmiş və o, pulu götürüb getmişdir. Elvinə məxsus «Samsung A6» markalı mobil telefon götürməmişdir. Bundan başqa o, Elvinin göstərdiklərinin qismən doğru olduğunu, belə ki, Elvinə bıçaqla xəsarət yetirmədiyini və zorla onun cibindən 450 manat pul götürmədiyini, təxminən yarım qrama yaxın narkotik vasitə metamfetamini götürüb getdiyini bildirmişdir. Həmçinin narkotik vasitədən istifadə etdiyindən həmin narkotik vasitəni də özü üçün istifadə etmişdir. O, Zərərçəkmiş şəxs1 tanımış, onunla birlikdə cəzaçəkmə müəssisində cəza çəkmişdir. Azadlığa buraxıldıqdan sonra da onunla münasibəti davam etdirmiş, İslamla hər həftə demək olar ki, görüşüb, bir yerdə oturub pivə içib və söhbət etmişlər. Sonuncu dəfə İslamla xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 20 radələrində Nərimanov rayonunda Təbriz küçəsində təsadüfən görüşmüşdür. İslam onunla hal-əhval etmiş və sonra bir nəfərlə görüşmək üçün pilləkənlərlə aşağı düşdüyünü və İslama da təklif etmişdir ki, bir yerdə getsinlər. Onlar aşağı düşüb orada gözləməyə başlamışlar, həmin vaxt hava soyuq olduğundan İslamı «Pub»a dəvət etmişdir. İslam razılaşmış və içəri girmişlər. Özünə və İslama pivə sifariş etmiş, qohumu Kamalə də şəxsi işi olduğundan onu axtarırmış, buna görə də Kamaləni də oraya dəvət etmiş və o da gəlib onlarla oturmuşdur. İslam bir neçə dəqiqə oturduqdan sonra bayıra çıxıb telefonla danışmağa başlamışdır. O, İslamın ardınca bayıra çıxmış və getmək istədiklərini, lakin İslamı gözlədiklərindən gedə bilmədiklərini bildirmişdir. İslam isə ona əhəmiyyət verməmiş və telefonla danışa-danışa yola çıxıb avtomobilə oturub getmişdir. Oturduqları masaya qayıtdıqda görmüşdür ki, İslamın pul kisəsi və mobil telefonu masanın üstündə qalmışdır. O, həmin pul kisəsini və mobil telefonu da götürmüşdür ki, saxlasın sonra İslama versin. Bundan sonra, Kamalə ilə birlikdə oradan çıxıb Təbriz küçəsində taksi saxlatdırmış və hər ikisi yaşadığı evə getmişlər. Evdə pul kisəsini yoxlamaq üçün içərisinə baxmış və pul kisəsinin tamamilə boş olduğunu görmüşdür. Sonradan onu 18-ci polis şöbəsinə dəvət etmişlər və bildirmişlər ki, İslamın boynuna bıçaq dirəyib onun mobil telefonunu və içərisində 1500 manat olan pul kisəsini quldurluq edərək ələ keçirmişdir. Lakin, İslamın yalan dediyini, İslamın pul kisəsini və mobil telefonunu onun boynuna bıçaq dirəyərək almadığını, İslamın özü həmin əşyaları masada unudub «Pub»dan çıxıb getdiyini bildirmişdir. Həmçinin, pul kisəsinin içərisində də pul olmadığını və pul kisəsinin boş olduğunu, həmin mobil telefonu və pul kisəsini istintaq zamanı təqdim etmişdir. Bundan başqa o, İslamın tam yalan dediyini, xx xxxxxx 2020-ci il tarixdə İslamla ümumiyyətlə görüşmədiyini, həmin gün səhərdən gecəyədək evdə olduğunu, bir dəqiqəlik də olsun evdən bayıra çıxmadığını və İslamın bütün dediklərinin özündən uydurduğunu bildirmişdir. O, hər hansı bir quldurluq və soyğunçuluq cinayət əməllərini törətməmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 uşaqlara narkotik vasitələr satdıqlarını bilərək qarşısını almaq istəmiş, bu səbəbdən həmin şəxslər ona şər atmışlar. Onun heç bir günahı olmamış və ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır. Həmçinin əvvəllər məhkum olduğunu və təxminən 2019-cu ilin yay aylarında azadlığa buraxıldığını bildirmişdir. Təqsirləndirilən şəxsla azadlığa çıxdıqdan sonra təxminən 3 ay əvvəl təsadüfən görüşmüş və keçmiş tanışı olduğu üçün aralarında yenidən münasibət yaranmışdır. Bundan sonra onunla ara-sıra görüşməyə başlamışdır. Təxminən xx.xx.2019-cu il tarixdə səhər saat 08 radələrində Anar onun yaşadığı ünvana gəlmiş və onu oyatmışdır. O. qapını açaraq Anarı içəri dəvət etmişdir. Anar ona bildirmişdir ki, guya o, Anara hörmətsizlik etmiş və narkotik vasitə verməmişdir. O isə Anara əl çəkməsini və çıxıb getməsini bildirmişdir. Bu zaman Anar onun üzərinə hücum çəkərək yumruqla vurmağa başlamış, o, isə özünü qorumaq üçün müqavimət göstərməyə çalışmışdır. Anar həmin vaxtı masanın üzərində olan özünə məxsus mətbəx bıçağını əlinə götürüb onun bədəninin sol tərəfinə vurmuşdur. Həmin vaxtı o, yuxulu olduğundan yaralandığını hiss etməmiş, bundan sonra Anar əlini onun cibinə ataraq sol cibində olan 450 manat pulunu zorla götürüb getmişdir. Anar getdikdən sonra hiss etmişdir ki, onu bıçaqla vurub xəsarət yetirmişdir. Həmçinin Anar ona bıçaqla xəsarət yetirdikdən sonra əlindəki bıçağı mətbəxə tullamışdır. O, özü-özünə ilkin tibbi yardım etmiş və bıçaq yarası dərin olmadığından həkimə müraciət etməmişdir. Anarın valideynlərini və qardaşını tanıdığından baş vermiş hadisə barədə polisə şikayət etməmiş və fikirləşmişdir ki, Anar səhvini başa düşüb pulu geri qaytarar. Bir neçə saat sonra Anar əmisi oğlu Samiri onun yanına göndərmişdir. Samir Anarın ondan götürdüyü pulu xx.xx.2019-cu il tarixdə qaytaracağını bildirmişdir. Hətta Samir onun bıçaqlandığını özü də görmüş və yarasına yod vurmuşdur. Bundan bir neçə gün sonra o, Anarla barışmış və bir neçə dəfə görüşmüşlər. xx.xx.2019-cu il tarixdə saat 12:30 radələrində Anar onun yaşadığı ünvana gəlmiş, bir qədər söhbət etdikdən sonra Anar ondan borc pul istəmişdir. O, Anara 23 manat pul vermiş və Anar çıxıb getmişdir. Həmin gün təxminən saat 14:45 radələrində Anar yenə onun yaşadığı ünvana gəlmişdir. Anarı evə buraxmış, həmin vaxtı özünün dostu Şahid3 də onunla birlikdə evdə olmuşdur. Həmin vaxt 50 manat pulunu və özünə məxsus «Samsung A6» markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Anar yenə ona məxsus 50 manat pulu masanın üzərindən götürərək ona lazım olduğunu və axşam qaytaracağını bildirmişdir. O, etiraz etmiş və Anarın əlindən 50 manat pulu almaq istəmiş, lakin Anar qaytarmadığından aralarında mübahisə yaranmış, bir-birinin yaxasından tutan zaman Anar onun çənəsindən yumruqla vurub itələyərək masanın üzərindən «Samsung A6» markalı mobil telefonunu da götürərək qaçıb çıxıb getmişdir. Həmin vaxtı dostu Yusifdə onları aralaşdırmağa çalışmışdır. Bundan başqa o, hadisə nəticəsində ilk dəfə Anar ondan 450 manat pulunu götürərək çıxıb getdiyini və ikinci dəfə isə 50 manat nəğd pul, işlənmiş vəziyyətdə olan 100 manat dəyərində «Samsung A6» markalı mobil telefon, üzərində təxminən 5 manat dəyərində və balansında pul olmayan ***-***-**-** nömrəsi və 5 manat dəyərində, balansında pul olmayan ***-***-**-** nömrəsi olan mobil telefonunu götürüb getdiyini bildirmişdir. Beləliklə də ona ümumilikdə 610 manat maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin Anarın onu vuraraq xəsarət yetirdiyi bıçaq onun özünə məxsus olduğunu, həmin bıçağı Nəsimi rayon ərzsisində yerləşən «Setkalı» bazar adlanan bazardan mətbəxdə istifadə etmək üçün aldığını, bundan sonra isə bıçağın üzərində laqonda ilə 4 ədəd iz qoyduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, fərdi qaydada usta-rəngsaz işləyir. Özü Azərbaycan Respublikası CM-nin 177ci maddəsi ilə 4 il yarım müddətinə 1 saylı cəzaçəkmə müəssisəsində həbsdə olmuş və 3 ildən artıqdır ki, həbsdən çıxmışdır. Cəzaçəkmə müəssisəsində Təqsirləndirilən şəxsla tanış olmıış və hər ikisi həbsdən çıxdıqdan sonra da münasibət saxlamışlar. xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu C.Hacıbəyli küçəsinə ev təmir etməyə gəlmiş, saat 22.30 radələrində C.Hacıbəyli küçəsi ev 10 ünvanının qarşısında Anarla qarşılaşmışdır. Anar onu gördükdə ondan 50 manat borc pul istəmiş, o isə ona verməyə pulu olmadığını, xəstə olmaqla müalicə aldığını bildirmişdir. Sonra o, marketə siqaret almağa girmişdir. Anar isə marketin qarşısında gözləmişdir. Siqareti alıb marketdən çıxmış, satıcının qaytardığı xırda pulları səhmana salmaq üçün pulları yerbəyer etməyə başlamış, əlində cəmi 255 manat pul olmuşdur. Həmin vaxt Anar onun əlində pul olduğunu görüb ona yaxınlaşmış və pul əskinaslarının içərisində 100 manatlıq əskinasın olduğunu görüb ona demişdir ki, «nə vaxtdır əlim 100 manata dəymir. 100 manatı ver baxım». O, 100 manatlıq əskinası Anara vermiş, Anar da bir neçə saniyə ərzində 100 manata baxmış, sonra isə əlindəki 155 manatı da dartıb alaraq demişdir ki, «ver pullarını sayım». Anar pulları dartıb aldıqdan sonra ondan xahiş etmişdir ki, pullarını qaytarsın. Anar isə demişdir ki, «hara tələsirsən, yemirəm ki, pulunu verəcəm də». Bundan sonra Anar ara yollarla «Çanaqqala» restoranının yaxınlığına gəlmiş, o, da Anann ardınca düşüb pulunu istəmişdir. Lakin, Anar pulu qaytarmayıb demişdir ki, «gedək pulu evdə verəcəm». X3 küçəsində taksi saxlatdırmış və hər ikisi taksiyə əyləşmişlər. Yolda isə o, getmək istəmədiyini bildirib pulunu tələb etmişdir. Anar taksini saxlatdırmış və taksidən düşmüşlər. Anar əlindəki telefonla kiməsə zəng etmək istəmiş, lakin konturunun olmadığını bildirərək ona kontur almasını demişdir. O, pulu olmadığını pullarını özü götürdüyünü dedikdə Anar onun pulunun üstündən 2 manat pul verib demişdir ki, «gir marketdən kontur al». O, kontur almaq üçün marketə girmiş, kontur alıb marketdən çıxdıqda görmüşdür ki, Anar dayandığı yerdən qaçıb çıxıb getmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat 18.30 radələrində C.Hacıbəyli küçəsi 10 ünvanda yerləşən təmir etdiyi evdən küçəyə çıxıb öz evinə gedərkən küçədə yenə də Anarla rastlaşmışdır. Ona yaxınlaşıb demişdir ki, «ayıb olsun sənə, dünən mənə qarşı elədiyin hərəkət düz hərəkət deyildi. Mən axı sənə demişdim ki, həmin pul müalicəmin puludur». Anar isə üzrxahlıq edib demişdir ki, «bu gün sənin pulunu qaytaracam. Lakin mənimlə bir obyektə gedək, həmin obyektin müdiri mənə 300 manat verməlidir». O, Anara inanıb piyada gəzərək Təbriz küçəsi 52 ünvanda yerləşən «Pub»a getmişlər. İçəriyə keçib masanın arxasında oturmuş, Anar pivə sifariş edib bir bakal pivə içmiş və həmin vaxt zəng edib kiminləsə danışaraq həmin şəxsi də «Pub»a dəvət etmişdir. Anarla bir neçə dəqiqə oturduqdan sonra ayağa qalxıb ayaqyoluna getmiş və geri qayıtdıqda görmüşdür ki, Anarın yanında bir qadın oturub. Həmin qadını görən kimi tanımış, və Anarın vəfat etmiş əmisi arvadı olduğunu görmüşdür. Anar həmin qadınla yaşamışdır. Anarı həmin qadınla gördükdə fikirləşmişdir ki, onların özlərinin şəxsi işləri vardır, buna görə də, masada oturmayıb ayaq üstə dayanmışdır. Anar ona bir neçə dəfə oturmağı təklif etsə də, o, Anargilə mane olmamaq üçün bayıra siqaret çəkməyə çıxıb gözləmişdir ki, Anar pulu həmin şəxsdən alıb ona qaytarsın. Bir neçə dəqiqədən sonra Anar da bayıra çıxıb sağ əlini onun boynuna keçirdərək oradakı pilləkənlərlə aşağı düşürüb demişdir ki, «gəl bura dəyək, burda bir az işim var». Həmin yer çox qaranlıq və hava da soyuq olduğundan həmin vaxt yaxınlıqda kimsə olmamışdır. Saat təxminən 22.30 radələri olmüşdur. Anar onu dediyi yerə gətirən kimi boynundan yapışıb divara söykəmiş, dirsəyi ilə boynunu sıxıb boğmağa başlamış, sağ qolunun içəri tərəfindən, köynəyinin qolundan bıçaq çıxarıb boynuna dirəmiş və «üstündə nə var çıxar» demişdir. O, səhər evdən çıxarkən anasından kreditlə alacağı avtomobilə ilkin ödəniş etmək üçün götürdüyü 1500 manat pul, pul kisəsinin içərisində olmuşdur. Anar əvvəlcə sol əli ilə ona məxsus olan və içərisində ***-***-**-** nömrə olan 600 manat dəyərindəki, 2018-ci il buraxılışlı ekranı zədələnmiş vəziyyətdə olan «Samsung» markalı «SM-A105F/DS» modelli mobil telefonu onun cibindən çıxarıb öz cibinə qoymuş, bundan sonra Anar sol əli ilə onun ciblərini yoxlamağa başlamışdır. Pul kisəsini əynindəki qara rəngli gödəkçənin sağ tərəfdə yerləşən iç cibində aşkar edib götürmüş və pul kisəsinin içərisində pul olduğunu görüb həmin pul kisəsini çıxarıb öz cibinə qoymuşdur. Sonra Anar demişdir ki, «mən çıxıram, sən qəti səsküy salma, gözlə mən çıxdıqdan sonra sən də çıxarsan». Anar «Pub»a tərəf gedən kimi oradan çıxıb Anarın dalınca getməyə başlamış, Anar da arxaya dönüb onun ardınca getdiyini gördükdə, bıçağı ona göstərib demişdir ki, «arxamca gəlmə, yoxsa səni vuracam». Sonra o, «Pub»a girib əmisi arvadı ilə birlikdə çıxmışlar. Anar onun orada gözlədiyini görüb yaxınlaşmış, əmisi arvadı isə xeyli aralıda dayanmışdır. Anardan pul kisəsini və telefonunu istədikdə Anar «yeri get burdan» deyərək əmisi arvadının yanına qayıtmışdır. Anarın əmisi arvadı ilə birlikdə pilləkanları çıxmağını gözləmiş və sonra özü pilləkanları çıxmışdır. Anar həmin qadınla yola çıxdıqdan sonra bir neçə taksiyə əl etsə də, taksilərdən heç biri onlara maşın saxlamamışdır. Anarı Təbriz küçəsində yerləşən «Megastore» mağazasına qədər izləmiş, daha sonra həmin mağazaya girmişdir ki, orada kimdənsə telefon tapıb 102 xidmətinə bu barədə məlumat versin. Lakin heç kim ona mobil telefon verməmişdir. Bir neçə dəqiqə sonra mağazadan çıxdıqda Anarı və qadını oralıqda görməmiş və evə getmişdir. O, yorğun olduğundan evdə yatmış, sonra isə ailə üzvləri ilə məsləhətləşib 102 xidmətinə məlumat verməyin ən doğru yol olduğu qərarına gəlmişdir. O, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan başqa Anar tərəfindən onun boğaz nahiyəsinə dirədiyi dəqiq olaraq bıçaq olduğunu, cib bıçağı olmaqla tiyəsi açıq vəziyyətdə olduğunu bildirmişdir, Anar mobil telefonu ələ keçirən zaman mobil telefonunun ekranı zədəli vəziyyətdə olmuşdur. Telefonum geri qaytarılan zaman da elə eyni vəziyyətdə təhvil götürmüşdür. Həmin mobil telefon nömrəsinin balansında pul olmamış, nömrəni isə 5 manata almışdır, ekspertiza rəyində göstərilən qiymətlərə etiraz etməmiş, çünki, o. ərizə və ifadəsində telefonun yeni vəziyyətdə qiymətini qeyd etmiş, lakin, uzun müddət işlətdiyinə görə və ekranı da sınıq halda olduğu üçün ekspert rəyində göstərilən qiymətə etiraz etməmişdir. Onların sovetski ərazisində evləri olmuş, həmin evləri plana düşmüş və pulun bir qismini əvvəlcədən, qalan qismini isə sonradan vermişlər, belə ki, sonuncu dəfə verilən 6.500 manat puldan 1.500 manat onun payına düşdüyü üçün anası Mətanət avtomobilə ilkin ödəniş verməyi üçün ona 1500 manat pul vermişdir. Həmin pul da avtomobil almağı üçün ona aid olan pul olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynı oğludur. Anar QİÇS xəstəsi olduğu üçün anası ondan xahiş etmidir ki, Anara qulluq etsin. O da Anarı bir neçə dəfə öz evində saxlamış və ona qulluq etmişdir. O, Anar evdən çıxdıqda narahat olur, tez evə çağırır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, Anara zəng etmiş və harada olduğunu soruşmuşdur. Anar isə Nərimanov rayonu Təbriz küçəsində yerləşən «Pub»da oturduğunu bildirib onuda həmin yerə dəvət etmişdir. O, həmin yerə gəlib içəri keçdikdə Anar masanın arxasında oturub pivə içdiyini görmüşdür. Anarın masasına yaxınlaşıb onunla oturmuş, bu zaman Anarın bir nəfər tanışı, adını sonradan bildiyi İslam adlı şəxsin içəri keçib Anarla görüşmüşdür. İslam bir neçə dəqiqə ayaq üstə dayandıqdan sonra Anarla bir yerdə bayıra çıxmışlar. Anarın telefonu isə masanın üstündə qalmışdır. Bir neçə dəqiqədən sonra Anar geriyə qayıdıb evə getməklərini və durmağını bildirmişdir. Anarla bir yerdə qalxıb bayıra çıxmış, həmin vaxtı İslam bayırda olmuşdur. Anar İslamı gördükdə ona tərəf getmiş və kənarda dayanıb söhbət etmişlər, lakin ondan uzaqda dayandıqları üçün Anar və İslamın arasında olan söhbətləri eşitməmişdir. Bir neçə dəqiqədən sonra Anar geriyə qayıtmış və piyada yeriyib yola çıxaraq taksi saxlatdırıb evə getmişlər. Bundan başqa o, Anarla İslam bayıra çıxdıqdan sonra masanın üzərində İslama məxsus telefon və ya pul kisəsinin qalmadığını, tam olaraq yadında olduğunu və masanın üzərində özünün «Samsung» markalı telefonu və Anara məxsus «Nokia» markalı telefonun qaldığını. Anar İslamdan ayrılıb geriyə qayıtdıqda Anar öz mobil telefonunu masanın üzərindən götürdüyünü bildirmişdir. Həmçinin onun yanında Anar və İslam mübahisə etmədiklərini, lakin bayırda olanlardan xəbəri olmadığını, həmçinin Anarın əlində İslama məxsus mobil telefon və ya pul kisəsi görmədiyini, lakin həmin vaxt Anarın ciblərində nə olduğunu bilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir və fərdi qaydada avtomobil ustası işləyir. Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Zərərçəkmiş şəxs2 isə təxminən 10 il olar ki, tanıyır, belə ki yaxın məhəllədə yaşamışlar. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Anar ona zəng vurmuş və Zərərçəkmiş şəxs2 zəng etdiyini amma Elvinin onun telefonuna cavab vermədiyini bildirmişdir. Onun işlədiyi sex Elvingilin evinin yanı olduğundan ondan xahiş etmişdir ki, Elvinin yaşadığı ünvana getsin və Anara zəng edərək telefonu Elvinə versin. O, etiraz etməmiş və Elvinin yaşadığı ünvana getmiş Anar ona zəng vurduqdan sonra mobil telefonu danışması üçün Elvinə vermişdir. Anar və Elvin bir qədər telefonla danışmışlar. Həmin vaxtı Elvin özünü narahat hiss etdiyini və sol tərəfini tutduğunu görmüşdür. O, Elvinin sol böyrünə baxdıqda cızılıdığını və biraz qanadığını görmüşdür. O, dərhal Elvinə köməklik etmiş və yarasına yod vurmuşdur. Bundan sonra o, tələsdiyi üçün tez çıxıb getmişdir. Daha sonra nə baş verdiyindən xəbəri olmadığını bildirmişdir. Bundan başqa o, Elvinin göstərdiklərinin qismən doğru olduğunu belə ki, o, Anarın xahişi ilə Elvingilə getdiyini amma onların arasında nə baş verdiyindən xəbərinin olmadığını, Elvinin sol böyründə cızıq olduğunu gördüyünü və yardım etdiyini amma həmin cızığın hansı şəraitdə və kim tərəfindən yetirilməsindən xəbəri olmadığını və özünün də Elvindən bu barədə soruşmadığını bildirmişdir. Anarın Elvindən götürdüyü pulu xx.xx.2019-cu il tarixdə qaytaracağını demədiyini bildirmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildrmişdir ki, Zərərçəkmiş şəxs1 oğlu onun doğma oğludur, ailəlidir və iki övladı vardır. İslam əvəllər məhkum olunmuş, lakin sonra islah olunduğundan azadlığa buraxılmışdır. Onlar əvvəllər Bakı şəhərində «Sovetski» adlanan ərazidə yaşamışlar, sonra oranı sökdüklərindən onlara pul vermişlər və onlar Binəqədi rayon ərazisində ev alaraq orada yaşamağa başlamışlar. Hələ onlar Sovetskidə yaşayarkən evlərin sökülməsi məsələsi ortaya çıxanda İslam ondan xahiş etmişdir ki, İslam avtomobil alması üçün İslamın payına düşən puldan versin ki, İslam özünə avtomobil alsın. O, isə razılaşaraq mənzil aldıqdan sonra qalan puldan İslamın payına düşəni verəcəyini bildirmişdir. Təxminən 2019-eu ilin sonlarında onlara mənzillərinin sökülməsi ilə əlaqədar əlavə kompensasiya veriləcəyini bildirmişlər. Təxminən 2020-ci il yeni ildən sonra onlara 6500 manat pul verilmişdir. O, isə həmin puldan İslamın payına düşən 1500 manat pulu İslama vermiş və özü üçün münasib bir avtomobil almasını bildirmişdir. İslam təxminən xx xxxxxx 2020-ci il tarixdə səhər evdən çıxaraq işə gedən zaman avtomobil tapdığını və 1500 manat pulunu götürərək razılaşdığı təqdirdə kreditlə alacağı avtomobilə ilkin ödəniş etməsi üçün götürmüşdür. O, isə xeyir dua edərək xeyirli olmasını bildirmişdir. Lakin həmin gün axşam İslam gec gəlmiş və kefsiz olduğunu görmüşdür. O, İslamın boğazında çızıqların olduğunu görmüş və nə baş verməsini soruşmuşdur. Lakin İslam heç nə deməmişdir. O, xeyli israr etdikdən sonra İslam tanışının belə bir hərəkət etdiyini və üzərində olan pulları və mobil telefonunu boğazına bıçaq dayayaraq aldığını bildirmişdir. O, DİN-nin 102 xidmətinə zəng vurmasını tələb etmişdir. Lakin İslam özü həll edəcəyini və tanışı olduğundan sabah peşman olub qaytaracağını bildirmişdir. Lakin həmin şəxs növbəti gündə qaytarmadığı üçün İslam DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Həmçinin 1500 manat pulun İslama məxsus olduğunu qeyd etmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildrmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2004-2005-ci illərdən tanıyır, belə ki, həmin vaxtı atası onun avtomobilini rəngləmişdir və Anar da atasının yanında işləmişdir. Zərərçəkmiş şəxs2 isə təxminən 1-2 ildir ki, tanıyır və münasibəti vardır. xx.xx.2019-cu il tarixdə saat günorta radələrində özünə məxsus mobil telefonun ekranın şüşəsi sındığından Elvinin yaşadığı ünvana gedərək mobil telefonuna baxmasını və köməklik etməsini xahiş etmişdir. Elvin hansısa telefon təmiri yerinə zəng vurmuş və orada həmin şüşəni 110 manata demişlər. O isə həmin vaxt maddi vəziyyətinin yaxşı olmadığından həmin qiymətə ona sərf eləmədiyini bildirmiş və Elvindən başqa alternativ bir şey fikirləşməsini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Elvinin yaşadığı ünvana gəlmiş, o, onların arasında təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində mübahisələrinin olmasını və Anarm Elvinə bıçaqla xəsarət yetirməsini eşitmiş, buna görə də Anarın gəlməsinə təəcüblənmişdir. Anar onlarla görüşdükdə o, onların barışdıqlarını anlamış, bir qədər sonra söhbət zamanı Anar və Elvin bir-birləri ilə pul üstündə tonla danışmağa başlamışlar. O isə onları biraz sakitləşdirməyə çalışmış, daha sonra onlar arasında sözlü mübahisə birazda qızışmış və onlar bir-birinin yaxasından tutmaq istədikdə o, onların arasına girərək aralaşdırmışdır. O, əli ilə Anarı kənara itələmiş və sakitləşməsini bildirmişdir. Bu zaman Elvin yenə Anarın üzərinə gedən zaman bu dəfə üzünü Elvinə tərəf çevirmiş və onu qucaqlayaraq kənara çəkmişdir. Bu zaman Anar onun arxa tərəfindən keçib çıxıb getmişdir. Elvin isə Anarın 50 manatını götürdüyünü bildirmişdir. Bir neçə dəqiqə sonra isə Elvin bildirmişdir ki, Anar ona məxsus mobil telefonunu da götürmüşdür. Elvin şikayət edəcəyini bildirmiş, o isə tələsməməsini və bir siqaret çəkib biraz fikirləşməsini bildirmiş, çünki qonşu olduqlarını və sabah üzbəüz gələcəklərini bildirmişdir. Daha sonra o, çıxıb getmiş, bir neçə gün sonra o, Elvini görmüş və o, ona Anarın barəsində şikayətçi olduğunu bildirmişdir. Qeyd etdiyi kimi Elvinlə Anarın arasında pula görə sözlü mübahisə olmuş və o, araya girərək onları aralaşdırmışdır. Həmçinin o, Anarın Elvinə məxsus pulunu və mobil telefonu götürməsini isə üzü Elvinə tərəf olduğundan görməmişdir. Amma sonra Anar getdikdən sonra Elvin 50 manat pulunun və mobil telefonunun Anar tərəfindən götürüldüyünü bildirmişdir. Hətta bu barədə şikayət edəcəyini də bildirmişdir. Anarın göstərdiklərinin yalan olduğunu, Anar Elvinin evinə gələn zaman həmin vaxt Elvinin narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı ünvana gəlməmişdən qabaq Elvinə məxsus mobil telefon masanın üzərində olmuşdur. Cinayət işinin 1-ci cildinin 50-52-ci vərəqində olan protokoldan görünür ki, ilkin istintaq zamanı Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi, Zərərçəkmiş şəxs1 məxsus olan ««Samsung» markalı «SM-A105F/DS» modelli mobil telefon və pul kisəsi ondan götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 80-84-cü vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 196-199-cu vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 218-219-cu vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı törətdiyi cinayət hadisəsi üzrə ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 44-46-cı vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı «xxxx» MMC-dən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinə daxil olan və çıxan zənglərin rekvizitləri barədə məlumatlar göstərilməklə, daxil olan və göndərilən mesajların məzmunları, eyni zamanda edilən zənglər zamanı zəng edən və zəng olunan nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması siyahısı barədə məlumatlar götürülmüşdür. «xxxx» MMC-dən götürülmüş AZF/LGL- 1972/20 saylı, xx.xx.2020-ci il tarixli məktubla alınmış zənglərin giriş-çıxış və anten məlumatlarına dair olan 1 ədəd CD diskin məzmununda olan məlumatlara baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan 077-501-60- 51 nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında 20.01,2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ümumiyyətlə heç bir danışıq aparılmamışdır. Lakin Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nar nömrəsi xx.xx.2020-ci il tarixdən saat 15:28-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanı əhatə dairəsində aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 119-120-ci vərəqlərində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4119 №-li rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş, istifadədə olmuş «Samsung» markalı «SM-A105F/DS» modelli mobil telefonun ekranı zədəli vəziyyətdə qiyməti 80.0 manat, ekranı zədələnməmişdən əvvəl qiyməti 160,0 manat olmuş, təqdim olunmuş 1 ədəd süni dəri materialdan olan pul kisəsinin dəyəri 2.0 manatdır. Cinayət işinin 1-ci cildinin 235-236-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli N-73 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - boyunun sol bayır səthinin cızıqları, sol çiyin qurşağının qançırı. Qeyd olunan xəsarətlərdən cızıqlar şiş uca malik alətin (əşyanın, ola bilsin bıçağın və s.), qançır isə küt əşyanın təsirindən törənib, müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cildinin 166-167-ci vərəqlərində olan istintaq zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarətlərin olub-olmamasını, vardırsa ağırlıq dərəcələrini müəyyən etmək məqsədi ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli N-1117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər döş qəfəsinin sol yarısının bayır səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin dediyi xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 2-ci cildinin 11-12-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 959 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 112-114-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1299 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təh1ükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 29-cü vərəqlərində olan məhkəmə kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 3/222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, tiyənin üzərində olan 4 ədəd kəsik onun təyinatını dəyişdirmir. Cinayət işinin 1-ci cildinin 228-229-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «Samsung» markalı «SM-A105F/DS» modelli mobil telefon və süni dəridən olan pul kisəsi istintaq zamanı maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cildinin 117-136-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 quldurluq cinayətini törədən zaman istifadə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus bıçaq istintaq əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, məsuliyyətdən azad olunması üçün müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və həmin ifadəni inandırıcı hesab etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 40-41 və 95-97-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 103-106, 123-141, 2-ci cildinin 117-136-cı vərəqlərində olan tələbnamə və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.2 və 181.2.5-ci maddələri ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 177.2.-ci maddəsi hökmdən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum edilmə cəzası 9 il 6 ay təyin edilmiş və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 1 il 1 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini cəzadan vaxtından əvvəl şərti azad edildiyi dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6-cı maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən sonuncu məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən ağır cinayət törətdiyindən məhkumluğu olan hesab edilir və onun əməli CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayətlərin təhlükəli residivi olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 quldurluq cinayətini törədən zaman istifadə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi AZN 300 (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə 05 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddəsi ilə 09 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə çəkilməmiş 1 il 1 ay 21 gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə qəti olaraq 11 (on bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 quldurluq cinayətini törədən zaman istifadə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus bıçaq məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi AZN 300 (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar