Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-238/2022 29.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 14 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayan yetkinlik yaşına çatmayan X5 əvvəllər tanımadığı Şahid1 ilə sevgi münasibətində olduğunu bilib, Aynur Aslanovanın yaşının az olması və ailə üzvlərini tanıması ilə əlaqədar bu münasibətdən çəkindirici məzmunda sonuncuya mobil telefonun «İnstagram» proqramı vasitəsi ilə mesajlar göndərmiş, Aynur Aslanovanın razılığı ilə həmin proqrama daxil olub gələn mesajları oxumaq imkanı olan Şahid1 qeyd edilən mesajlar ilə tanış olub onunla əlaqə saxladıqda, Şahid1 Aynur Aslanova ilə aralarında olan münasibəti aydınlaşdırmaq üçün görüşmələri barədə onun təklifini Şahid1 rədd etdikdən sonra, mobil telefonla Aynur Aslanovaya zərər verən şəxsin ünvanına nalayiq məzmunlu mesajı sonuncuya göndərdikdə, bu mesajla tanış olan Şahid1 qeyd edilən mesajın onun haqqında yazıldığını hesab edərək, tanışları Şahid2 və Şahid3 ilə birlikdə ona zəng edərək və səsli mesaj göndərməklə öz aralarında bu məsələyə aydınlıq gətirilməsinə dair razılığa gəlib, 13 iyun 2021-ci il tarixdə saat 23:20 radələrində ünvan 3 ünvanının qarşısında o, Şahid1, Şahid3, Şahid2, sonuncuların tanışları Zərərçəkmiş şəxs1 və qeyriləri ilə görüşüb kənar şəxslərin hərəkətinə maneə yaratmamaq üçün Bəkir Çobanzadə küçəsi, 57 nömrəli binanın arxa hissəsinə keçdikdən sonra, onların görüşündən məlumatlı olan Şahid1 tanışı Zərərçəkmiş şəxs2 da həmin yerə gəlmiş, orada söhbət zamanı Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb yazdığı nalayiq mesaja görə Şahid1 üzr istəməli olduğunu bildirmiş, o isə, bundan imtina etdikdə, Zərərçəkmiş şəxs1 yumruqla onun sinə nahiyəsindən vurub yazdığı nalayiq məzmunlu mesaja görə diz çöküb Şahid1 üzr istəməsini təkrar tələb etdikdə, o, Zərərçəkmiş şəxs1 bu hərəkət və sözlərindən hiddətlənməklə özünü alçaldılmış hesab edib, qisas almaq niyyəti ilə məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş qara rəngli qatlanan tipli bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs1 həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi qarın nahiyəsinin yuxarı hissəsinə bir dəfə zərbə endirməklə, Zərərçəkmiş şəxs1 mədənin ön və arxa divarlarının zədələnməsi ilə müşaiyət olunan, qarnın ön divarının daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarət yetirmiş, bundan sonra onun Zərərçəkmiş şəxs1 bıçaqla vurub xəsarət yetirməsini görən sonuncunun tanışı Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb yumruqla çənə nahiyəsindən zərbə endirməklə sol çənə bucağı nahiyəsinin qançırları ilə nəticələnən, dərəcəsi təyin edilməyən xəsarət yetirib yerə yıxdıqdan sonra o, ayağa qalxıb, buna cavab olaraq əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə bir dəfə zərbə endirməklə, sonuncuya qarnın sağ yarısının ön səthinin daxilə nüfuz etməyən, sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 isə hadisə yerinə gəlmiş polis əməkdaşlarının çağırdığı Təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılarkən aldığı xəsarət nəticəsində baş vemiş kəskin qanitirmə səbəbindən ölmüş və bu hərəkətləri ilə o, Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmiş və Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünü CM-nin 120.1 və 128-ci maddələri ilə qismən təqsirli bildiyini, mərhum Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olmadığını, Murtuzun birinci onu vurmasından sonra və təkrar-təkrar Şahid1 üzr istəməsini tələb etməsinə görə onu qorxutmaq məqsədi ilə bıçaqla xəsarət yetirdiyini, bununla Murtuzu cəzalandırmaq istədiyini bildirdi. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onunla qonşuluqda yaşayan Aynur Aslanova ilə dost kimi münasibəti olmuşdur. 10 iyun 2021-ci il tarixdə saat 14-15 radələrində yaşadığı məhəllədə Aynur Aslanovanı görüb hal-əhval tutmuş, bundan sonra Aynurun «İnstagram» hesabına mesaj yazdıqda, bir nəfər həmin hesabdan ona cavab yazaraq Aynurun sevgilisi olduğunu, öz şəxsi hesabından ona yazacağını demişdir. Həmin gün axşam xatırlamadığı profildən ona Aynur Aslanovanı haradan tanıması barədə ismarış gəlmiş, kim olduğunu soruşduqda, həmin şəxs adının Şahid1 olduğunu, Aynur Aslanovanın sevgilisi olduğunu bildirmişdir. Şahid1 əvvəllər Aynur Aslanova ilə dost münasibətində olduğunu deyib, ondan Aynur Aslanova ilə aralarındakı münasibətin ciddi olubolmadığını soruşduqda, sonuncu Aynur Aslanovanı dəyişmək istədiyini söyləmişdir. O, Aynur Aslanovanın arabir siqaret çəkdiyini, spirtli içki qəbul etdiyini bildiyinə görə, Şahid1 bacarırsa, Aynuru bu vərdişlərdən çəkindirməsini demişdir. 12 iyun 2021-ci il tarixdə «İnstagram» proqramında Aynura yazıb, Şahid1 ilə ciddi münasibətdə olub-olmamasını soruşduqda, Aynur ona ciddi münasibətdə olduğunu demişdir. Lakin o, Aynurun yaşının az olması səbəbindən kiminləsə ciddi münasibətdə olmasına inanmamış, belə münasibətin sonuncuya zərər vuracağını düşündüyü üçün Aynur Aslanovaya söyüşlə ona zərər gəlməsinə imkan verməyəcəyi barədə mesaj yazmışdır. Həmin gün gecə saatlarında Şahid1 «WhatsApp» proqramında ona yazıb nə lazım olduğunu soruşduqda o, sonuncuya əgər Aynurla ciddi münasibətdədirsə, yaşadıqları məhəlləyə gəlməsini, onu Aynur Aslanovanın qardaşı ilə tanış edəcəyini demişdir. Şahid1 razılaşmayıb, istəyirsə ona yaşadığı Əhmədli qəsəbəsinə gəlməsini təklif etmiş, söhbət zamanı onlar görüşmək üçün yeri dəqiqləşdirə bilməmiş, Şahid1 ona sonra yazacağını demiş və onlar sağollaşmışlar. 13 iyun 2021ci il tarixdə saat 20 radələrində Şahid1 «WhatsApp» proqramında ona yazıb həmin gün saat 22:00da Əhmədli qəsəbəsində görüşməyi təklif etdikdə, imtina edib, əgər görüşmək istəyirsə gecə 02-03 radələrində «Sərhədçi» idman kompleksinin yanına gəlməsini demiş, lakin Şahid1 yenə də razılaşmamış, yalnız saat 22 radələrində görüşə biləcəyini bildirmiş, o da, həmin vaxt işinin olduğunu söyləmişdir. Daha sonra Şahid1 zəng edib onu söhbət etməyə çağırmış, bundan əlavə Şahid1 dostu Şahid3 ona səsli mesaj göndərmiş, onunla telefonla danışmış, görüşüb ətraflı danışmalarını təklif etmişdir. Həmin vaxt artıq Şahid1 tək olmadığını başa düşüb saat 21:30 radələrində onunla eyni məhəllədə yaşayan dostu Şahid4 zəng edib Əhmədli uşaqları ilə mübahisəsi olduğunu, tək olduğunu deyib, sonuncunu yanına çağırmışdır. Şahid4 işi olduğuna görə hazırda gələ bilməyəcəyini bildirmiş, bir qədər sonra telefonuna sonu «11-12» ilə bitən nömrədən zəng daxil olmuş, zəng edən şəxs özünü Şahid1 yaxın dostu Şahid2 kimi təqdim etmiş, söyüşə görə onunla görüşüb söhbət etmək istədiyini demiş və onu Əhmədli qəsəbəsinə çağırmışdır. O, tək olsa Şahid1 və tanışları ilə söhbət etməyin çətin olacağını düşündüyü üçün yenidən Şahid4 zəng etmiş, təkidlə onun yanına gəlməsini xahiş etmiş, nəhayət Şahid4 razılaşmış və işlərini həll edib gələcəyini demişdir. Bundan sonra Şahid2 zəng edib onlara «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında olan parkın aşağı hissəsinə gəlməsini demişdir. Saat 23 radələrində dostları Fariz Əfəndiyev və Hafiz Mehdiyevi yolda avtomobildə görmüş, onlardan bir nəfər ilə söhbət edəcəyini, yanında olmalarını xahiş etmiş, Fariz Əfəndiyevin idarə etdiyi avtomobil ilə «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında yerləşən parkın aşağı hissəsinə getmişlər. «Şam bağı» restoranı ilə üzbəüz olan yolun kənarına çatıb avtomobildən düşmüş, parkın yuxarı hissəsi ilə Şahid1 tanımadığı təxminən 10-15 nəfər şəxslə onlara tərəf gəldiklərini görmüşdür. Həmin şəxslər onun yanına çatmış, onlarla söhbət edə-edə Çobanzadə küçəsi, 57 nömrəli bina istiqamətində hərəkət etmişlər. Onunla telefonla danışan Şahid2 kim olduğunu soruşduqda, sonuncu qabağa çıxmış, əlini boynuna atıb onunla birlikdə getməyə başlamış, ona mobil telefonda acı şəkildə danışdığına görə əsəbi formada hələ söhbət edəcəklərini demişdir. Yolun sağ tərəfində olan marketi keçib 57 nömrəli binanın qarşısına çatdıqda, onların arasında nisbətən yaşca böyük olan Şahid1 sonradan adını bildiyi dostu Ümid Əhmədzadə adam çox olduğuna görə digər şəxslərin gəliş-gedişinə maneəçilik etməmək üçün marketin arxa tərəfinə keçib orada rahat danışmağı təklif etmişdir. Onlar əvvəlcə marketin arxasında zibil qutuları olan yerin yaxınlığına keçmiş, bir neçə nəfər Şahid1 dostu da onlar tərəfə gəlmişdir. Həmin şəxslərdən sonradan adını bildiyi Zərərçəkmiş şəxs1, Şahid2 və Şahid3 orada olmasını xatırlamış, onlar Şahid1, Ümid Əhmədzadə və onun yanında dayanmasalar da, yaxınlıqda olmuşlar. Bu zaman məhəllədən tanışı Orxan Əliyevə məxsus avtomobili idarə edən dostu Şahid4 57 nömrəli binanın yanına çatıb avtomobili saxlamış, avtomobilin sağ sərnişin oturacağından Orxan Əliyev, sükan arxasından isə Şahid4 düşmüş, onları görüb yanına çağırmışdır. Orxan Əliyev onun olduğu tərəfə gəlmiş, yaşca onlardan böyük olduqlarına görə Orxan Əliyev və Ümid Əhmədzadə birlikdə kənara keçib söhbət etməyə qərar vermiş və onlardan bir qədər aralanmışlar. Bundan sonra Murtuz onlara yaxınlaşmış, onun Aynura söyüşlə söylədiyi sözləri Şahid1 barəsində dediyini bildirib, ondan bu söyüşə görə Şahid1 üzr istəməsini tələb etmişdir. O, həmin söyüşü Şahid1 barəsində deyil, ümumi mənada işlətdiyini demiş və üzr istəməkdən imtina etmişdir. Bundan sonra Murtuz onunla kobud formada söyüşlə danışaraq təkrar onun Rauldan üzr istəməsini tələb etmiş, lakin o, bundan qəti şəkildə imtina etmişdir. Bu zaman Murtuz yumruqla onun sinə nahiyəsindən bir dəfə vurmuş və söyüşlə diz çöküb Rauldan üzr istəməsini demişdir. O, bir qədər arxaya çəkilmiş, Murtuzun hərəkəti ilə özünü alçaldılmış kimi hiss etmiş, əsəbləşib əvvəlcədən üzərində götürdüyü bıçağı çıxartmış, Murtuzun üzərinə gedib ona bir dəfə zərbə endirmişdir. Bunu görən, Şahid1 sonradan adını bildiyi dostu Zərərçəkmiş şəxs2 qəfildən qışqıra-qışqıra ona yaxınlaşaraq yumruqla sol tərəfindən sifət nahiyəsindən bir dəfə zərbə endirmiş və o, yerə yıxılmışdır. Həmin an Şahid2 sağ tərəfdən və Şahid3 isə sol tərəfdən yaxınlaşıb yumruq və təpiklə onu vurmuşdur. Hər şey ani zamanda baş vermiş, yerə yıxılsa da, bıçaq əlində olmuş, ayağa qalxaraq, qorxutmaq məqsədilə üzərinə gələn Zərərçəkmiş şəxs2 tərəf bıçağı sağa-sola tərəf hərəkət etdirmiş, bıçaq zərbələrindən biri Zərərçəkmiş şəxs2 dəydikdə, sonuncu geri çəkilmişdir. O, arxaya çevrilib 57 nömrəli binanın qarşısı istiqamətində qaçmış, Zərərçəkmiş şəxs2 də onun arxasınca qaçdığını görmüş, lakin sonuncu, yolda dayanmış, polis əməkdaşlarının gəldiyini eşidib Şahid1 ilə birlikdə həmin yerdən uzaqlaşmışlar. Qaçmaq istəyərkən yolun kənarında Orxan Əliyevin istifadəsində olan avtomobili idarə edən Şahid4 onu görüb avtomobilə oturmasını demiş, qaçıb həmin avtomobilə arxa oturacaqda əyləşmiş, bundan əlavə Hafiz Mehdiyev də avtomobilə əyləşmişdir. Üzərində olan bıçağı görünməməsi üçün qapının kənarında olan saxlanc yerinə qoymuş, cinayət törətdiyini bilmələrini istəmədiyindən kimisə bıçaqla vurduğunu onlara deməmiş, onlar nə baş verdiyini soruşduqda, heç nə bilmədiyini, polis əməkdaşları gəldiyinə görə hər kəsin qaçdığını söyləmişdir. Onlar əvvəlcə Hafiz Mehdiyevi yaşadığı məhəlləyə düşürtmüş, daha sonra onu yaşadığı yerə aparmış, binanın qarşısına çatdıqda, o, avtomobildən düşərkən bıçağı götürüb cibinə qoymuş, lakin bıçaq yerə düşmüşdür. Bunu görən Orxan Əliyev bıçağı haradan götürdüyünü, niyə üzərinin qan olduğunu soruşmuş, o, Orxan Əliyevə barmağının kəsildiyi üçün bıçaqda qan ləkələrinin olduğunu demişdir. Həqiqətdə isə, hadisə zamanı bıçağı sağa-sola hərəkət etdirərkən və yerə yıxıldıqda bıçaq əlində olduğundan barmağı kəsilmiş, kəsilmiş barmağını göstərdikdə, onlar inanmış, bundan sonra yaşadığı məhəllədə olan su kranında əllərini və bıçağı yuyub, mənzilə qalxmışdır. Bir neçə saat sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə çağırmış, hadisəni törətdiyi bıçağı polis əməkdaşlarına təqdim etmiş, orada hadisə zamanı onun yetirdiyi xəsarət nəticəsində Zərərçəkmiş şəxs1 öldüyünü bilmişdir. Hadisə zamanı onun Zərərçəkmiş şəxs1 öldürmək məqsədi olmamış, etdiyi hərəkətə görə sonuncunu cəzalandırmaq istəmiş, Zərərçəkmiş şəxs2 isə qorxutmaq məqsədilə vurmuş, etdiyi hərəkətdən peşimandır. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, kiçik övladı Zərərçəkmiş şəxs1 qaydasız döyüş növü ilə məşğul olmuş, tərbiyəli, ağıllı, gülərüz, mehriban uşaq olsa da, mübahisə edərkən bir qədər emosional olmuşdur. 14 iyun 2021-ci il tarixdə təxminən saat 02 radələrində yaşadığı ərazinin polis əməkdaşları onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 bıçaqlandığını və yaralı vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına aparıldığını demişdir. Bundan sonra dərhal oğluna zəng etmiş, kimsə mobil telefonu açsa da, onunla heç kim danışmamış, bu xəbərin doğru olduğunu başa düşüb dərhal həmin xəstəxanaya getmişdir. Xəstəxananın həkimləri Murtuzun aldığı xəsarətdən ölməsini, meyitinin müayinə edilməsi üçün meyitxanaya aparıldığını demişdir. Bir müddətdən sonra oğlunun Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən bıçaqlandığını bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Murtuzov hadisə baş verdikdən sonra təqsirləndirilən şəxsin valideynlərinin və ya qohumlarının onunla barışığa cəhd göstərmədiklərini, onun oğul itirdiyini, buna görə təqsirləndirilən şəxsi bağışlamadığını, ona qarşı şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 12 iyun 2021-ci il tarixdə 16 radələrində uşaqlıqdan tanıdığı Şahid1 ilə əlaqə saxlayıb hal-əhval tutduqda, sonuncu ona 8-ci km qəsəbəsində yaşayan «Maqa» kimi tanıdığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə mübahisəsi düşdüyünü, yaxın vaxtlarda Təqsirləndirilən şəxs ilə görüşüb məsələni aydınlaşdıracağını demişdir. Səhəri gün bərbər işlədiyi salonda işlərini bitirib, həmin söhbətin necə yekunlaşdığını öyrənmək üçün Şahid1 zəng etmiş, Şahid1 hazırda məsələyə aydınlıq gətirmək üçün Təqsirləndirilən şəxs ilə görüşməyə getdiyini, gəlməsinə ehtiyac olmadığını, mübahisəni özünün həll edəcəyini bildirmişdir. Buna baxmayaraq o, yoldan keçən taksiyə minib Şahid1 harada olduğunu soruşduqda, sonuncu Heydər Əliyev adına parkın aşağı hissəsində yerləşən «Şam bağı» restoranının yaxınlığında olduğunu demişdir. O, həmin yerə getmiş, marketin yanında çoxlu sayda şəxslərin toplaşdığını görmüşdür. Orada Şahid1 yanında Əhmədli qəsəbəsindən tanışı Zərərçəkmiş şəxs1 da olmuş, digər şəxslər isə nisbətən kənarda dayanmış və söhbət etmişlər. Qaranlıq olduğuna görə orada kimlərin olmasını görə bilməmişdir. Şahid1 və Zərərçəkmiş şəxs1 sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə danışmışlar. Bu zaman Murtuz Təqsirləndirilən şəxs yumruqla vurmuş, həmin vaxt Məhəmməd bir qədər geriyə çəkilərək söyüşlə qışqırmış, onlar qarşıqarşıya dayanmışlar. Həmin yerdə olan digər şəxslər Məhəmmədin əlində bıçaq olmasına görə onlara yaxınlaşmamışlar. Məhəmməd və Murtuz onun dayandığı yerə tərəf yaxınlaşdıqlarına görə o, hər şeyi aydın şəkildə görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3-4 dəfə bıçaqla vurmaq istəmiş, zərbələrdən biri Zərərçəkmiş şəxs1 dəydiyindən sonuncu arxaya çəkilmiş, buna əsəbiləşib qaçaraq həmin yerə çatmış və sağ əli ilə yumruqla Təqsirləndirilən şəxs çənəsindən vurmuşdur. Məhəmməd yerə yıxılmış, ayağa qalxaraq bıçağı ona tərəf tutub sağa-sola hərəkət etdirmiş, əynindəki sarı rəngli qısaqol köynəyi qana bulaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sürətlə arxaya qaçmış, o da, sonuncunun arxası ilə qaçmışdır. Məhəmməd yaxınlıqdakı binanın girişinin qarşısında dayanmış, lakin oraya çatdıqda bir nəfərin polis gəldiyini qışqırmasını eşitmişdir. Şahid1 onu saxlayıb, yoldan keçən taksi ilə Əhmədli qəsəbəsinə yola salmışdır. Taksi ilə evə getmiş, orada olarkən polis əməkdaşları gəlib onu şöbəyə çağırmışlar. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Anya kimi tanıdığı Aynur Aslanova ilə 2021-ci ilin may ayında Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən parkda tanış olmuş, sonradan həmin qızla «İnstagram» və «WhatsApp» sosial şəbəkələrində yazışmış, ara-sıra görüşmüşlər. Sevgi münasibətləri yarandığı üçün Aynur Aslanovaya «İnstagram» sosial şəbəkəsində olan şəxsi profilinin parolunu ona verməsini təklif etdikdə, sonuncu razılaşmış və parolu ona vermişdir. 10 iyun 2021-ci il tarixdə Aynurun profilinin mesaj bölməsinə baxdıqda, «mammadov_1» adlı hesabdan ona sevgilisinin kim olması məzmununda mesaj yazıldığını görmüşdür. Aynurdan həmin hesabın Təqsirləndirilən şəxs adlı şəxsə məxsus olduğunu, həmin şəxsin sonuncu ilə eyni məhəllədə yaşadığını öyrənmiş, bir qədər sonra Məhəmmədə mesaj yazıb kim olduğunu, nə üçün Aynur Aslanovaya yazdığını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ondan mobil telefon nömrəsini istəmiş, o da, telefon nömrəsini vermişdir. Məhəmməd «WhatsApp» proqramında ona yazmış, söhbət zamanı ondan neçə yaşının olduğunu soruşduqda, o, 18 yaşının olduğunu demişdir. Təqsirləndirilən şəxs ona Aynur Aslanovanı haradan tanıması barədə hesab verməyəcəyini bildirdikdə, həmin vaxt mübahisə ilə qurtaracağını gördüyündən söhbəti oradaca kəsmiş, bir neçə saat sonra Təqsirləndirilən şəxs ona zəng edərək mübahisə etməyə başlamış, onunla görüşmək istədiyini demişdir. Lakin o, yenə də heç bir kobud ifadə işlətmədən görüşüb birbirilərini tanıyacaqlarını, dostluq münasibəti quracaqlarını bildirərək telefon danışığını bitirmişdir. 12 iyun 2021-ci il tarixdə gecə saatlarında Aynur Aslanovanın «İnstagram» hesabında olan şəxsi profilinin mesaj bölməsinə baxdıqda, orada Məhəmmədin yenə Aynura yazıb onun barəsində soruşduğunu, Aynur Aslanovaya zərər vermək istəmədiyini, zərər verənə qarşı isə ana söyüşü yazdığını görmüşdür. Bu mesajları görüb, həmin sözlərin onun haqqında yazıldığını düşünmüşdür. Buna görə də artlq 13 iyun 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs özünə yazaraq onu niyə axtardığını soruşmuş, sonuncu, ona 8-ci km ərazisinə gəlməsini, onunla işi olduğunu dedikdə, Təqsirləndirilən şəxs əgər vacib bir işi varsa, özünün gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona Aynur Aslanovanın qardaşı ilə tanış edəcəyini dedikdə, belə bir şeyə ehtiyacının olmadığını, əgər lazım olarsa, özü gəlib tanış ola biləcəyini söyləmişdir. Lakin Məhəmməd onunla dərdləşmək istədiyini deyərək, təkidlə onu «Neftçilər» metrostansiyasının yanına çağırmışdır. Məhəmmədin idmançı olduğunu ehtimal etdiyindən, Ümid Əhmədzadə adlı uzun müddətdir ki, qaydasız döyüşlə məşğul olan məşq yoldaşına zəng edib həmin görüşə çağırmışdır. 13 iyun 2021-ci il tarixdə axşam saat 20 radələrində Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda, o, sonuncuya saat 22 radələrində Əhmədli qəsəbəsində görüşməyi təklif etdikdə, Məhəmməd həmin vaxt başqa işinin olmasını, görüşə bilməyəcəyini demişdir. Bu zaman o, «Diaqnoz» tibb mərkəzinin qarşısında olan parkda voleybol oynayarkən tanıdığı Şahid3la görüşmüş, sonuncu onun kefsiz olduğunu görüb, nə baş verdiyini soruşduqda olanları danışıb Təqsirləndirilən şəxs ilə görüşmək istədiyini bildirmişdir. Şahid3 onun istifadəsində olan mobil telefonun «WhatsApp» proqramından Təqsirləndirilən şəxs səsli mesaj yazaraq məsələ ilə maraqlanmış, bundan sonra Şahid2 adlı dostu «WhatsApp» proqramında ona yazaraq harada olduğunu soruşduqda, olduğu yeri demiş, sonuncu da, həmin yerə gəlmişdir. Telefonunun batareyası zəiflədiyinə görə Şahid2 istifadəsində olan mobil telefondan Təqsirləndirilən şəxs zəng edərək harada olduğunu soruşmuş, Məhəmməd «Xalqlar Dostluğu» metrostansiyası yaxınlığında olduğunu demiş, onlar həmin yerə gedib Təqsirləndirilən şəxs ilə söhbət etməyə qərar vermişlər. O, Şahid2 və Şahid3 ilə həmin yerə getmiş, daha sonra Ümid Əhmədzadə, sonuncunun dostu Zərərçəkmiş şəxs1 da həmin yerə gəlmişlər. Orada başqa nisbətən yaşca kiçik oğlanlar da olmuş, lakin onların əksəriyyətini tanımamışdır. Onlar «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında olan Heydər Əliyev adına parkın aşağı hissəsinə enərək, Təqsirləndirilən şəxs və onunla birlikdə gələn 2-3 nəfər şəxslərlə görüşmüşlər. Oradan gəzə-gəzə Çobanzadə küçəsi 57 ünvanında yerləşən binanın qarşısına getmiş, binanın yanında olan marketin qarşısında Ümid Əhmədzadə adamların sayının çox olduğuna görə yol ilə keçən insanların gediş-gəlişinə mane olmamaq məqsədilə kənara keçib söhbət etməyi təklif etdikdə, o, Təqsirləndirilən şəxs və Ümid Əhmədzadə arxaya keçmişdir. Saat təxminən 23:20 radələri olmuş, o, Ümid Əhmədzadə və Təqsirləndirilən şəxs marketin arxasında olan zibil qutularının yaxınlığında dayanıb söhbət etməyə başlamışlar. Təqsirləndirilən şəxs tanışı olan sonradan adını bildiyi Orxan Əliyev də başqa bir şəxsin idarə etdiyi «Kia Optima» markalı avtomobil ilə həmin yerə yaxınlaşmış, sonuncu onlardan yaşca böyük olmuş, aralarında yaşca böyük olan Ümid Əhmədzadə ilə birlikdə bir qədər kənara çəkilib söhbət etməyə başlamış, bundan sonra dostu Zərərçəkmiş şəxs2 də həmin yerə çatıb ondan bir kənarda dayanmışdır. Bir qədər sonra onlara yaxınlaşan Zərərçəkmiş şəxs1 söhbət zamanı Təqsirləndirilən şəxs yazdığı nalayiq mesaja görə ondan üzr istəməsini tələb etmiş, lakin Məhəmməd söyüşü ümumi mənada işlətdiyini deyib, üzr istəməkdən imtina etdikdə, Murtuz yumruqla Məhəmmədin sinə nahiyəsindən vurub yazdığı nalayiq məzmunlu mesaja görə diz çöküb ondan üzr istəməsini təkrar tələb etmişdir. Məhəmməd zərbədən geri çəkilmiş, Murtuz da onun üzərinə tərəf getmiş, onlar təkbətək qarşı-qarşıya dayanmış, Təqsirləndirilən şəxs əsəbi halda ucadan qışqırıb əlini belinə ataraq bıçaq çıxartmış, həmin bıçağı Zərərçəkmiş şəxs1 istiqamətində irəli-geri, sağa-sola doğru hərəkət etdirməyə başlamışdır. Bıçağın Murtuza dəyib-dəymədiyini konkret olaraq görməmiş, lakin sonuncu geri çəkilmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 kənardan gəlib Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs yerə yıxılmış, ayağa qalxıb əlindəki bıçağı onun üzərinə gələn Zərərçəkmiş şəxs2 tərəf hərəkət etdirmiş, bu zaman bıçağın Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən dəydiyini görmüş, bundan sonra Təqsirləndirilən şəxs geri çəkilib qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs arxasınca qaçdıqda, o da, onların arxasınca getmiş, yaxınlıqdakı binanın girişinin qarşısında Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs üzbəüz dayanmışdır. Həmin yerə çatdıqda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə yenidən dalaşmaq istədiyini başa düşmüş, sonuncu bıçaq xəsarəti aldığından, habelə hadisə yerində olan şəxslərdən kimsə qışqıraraq «polis gəlir» sözlərini dediyindən Zərərçəkmiş şəxs2 tutub, hadisə yerindən uzaqlaşmasını tələb etmiş, yoldan keçən taksiyə mindirmiş, özü də «Xalqlar Dostluğu» metrostansiyası istiqamətində qaçmışdır. Yaşadığı evə getmiş, bir neçə saat sonra polis əməkdaşları onu 24-cü Polis şöbəsinə çağırdıqda Zərərçəkmiş şəxs1 hadisədən sonra ölməsini öyrənmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 və Şahid3 oxşar məzmunlu ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində bildirdi ki, 13 iyun 2021-ci il tarixdə saat təxminən 21 radələrində dostu Orxan Əliyev ona zəng edərək spirtli içki qəbul etdiyinə görə Bibiheybət qəsəbəsində yerləşən Dəniz restoranına gəlib avtomobilini idarə edib onu evə aparmasını xahiş etdikdə, Orxan Əliyevi götürməyə getmişdir. Yolda olarkən əvvəllər cüdo ilə məşğul olarkən tanıdığı, onunla eyni məhəllədə yaşayan tanışı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Əhmədli qəsəbəsindən kimlərləsə mübahisəsi düşdüyünü, onlarla parkın yaxınlığında görüşəcəklərini demiş, sonuncu tək olduğuna görə onu da həmin yerə çağırmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs işinin olduğunu, gələ bilməyəcəyimi demiş, təxminən yarım saat sonra restorana çatıb Orxan Əliyevə məxsus «Kia Optima» markalı avtomobilin sükanı arxasına əyləşmiş, Orxan Əliyev də onun yanında sərnişin oturacağına oturmuş, onlar Orxan Əliyevin yaşadıqları ünvan istiqamətində yola düşmüşlər. Yolda olarkən Təqsirləndirilən şəxs yenə də onunla əlaqə saxlayıb, təkidlə onu yanına çağırdıqda, Orxan Əliyev bunu eşitmiş, sonuncu Təqsirləndirilən şəxs yaşadıqları məhəllədən tanıdığına və münasibətləri olduğuna görə atasının dostunu «Neftçilər» metrostansiyasının yaxınlığından götürüb «Ayna Sultanova» heykəlinin yaxınlığına düşürtdükdən sonra Təqsirləndirilən şəxs olduğu yerə gedə biləcəyini demiş, lakin nə onun, nə də ki, Orxan Əliyevin mübahisənin nə haqqında olması barədə hər hansı bir məlumatı olmamışdır. Hadisə yerinə getmələrinə səbəb Təqsirləndirilən şəxs orada tək olmasını deməsi olmuşdur. Orxan Əliyevin atasının dostunu «Ayna Sultanova» heykəlinin yanına düşürtdükdən sonra Təqsirləndirilən şəxs olduğu Çobanzadə 57 ünvanın yaxınlığında yerləşən marketin yanına getmiş, avtomobili binaların arasında saxlayıb, hər ikisi avtomobildən düşmüşlər. Bu zaman marketin arxasında təxminən 10-15 nəfərin dayanıb bir-biriləri ilə söhbət etdiklərinin görmüş, onlardan kimsə Təqsirləndirilən şəxs ilə kobud formada danışmış, lakin qaranlıq olduğuna kim olduğunu görə bilməmişdir. Orxan Əliyev də Təqsirləndirilən şəxs görüb sonuncunun olduğu yerə yaxınlaşmış, bir neçə dəqiqədən sonra qəfildən dava-dalaş düşmüş, qaranlıq olduğuna görə Təqsirləndirilən şəxs kimi vurmasını və ya sonuncuya kimin xəsarət yetirməsini görməmişdir. Davadalaş düşdükdən sonra orada olan şəxslərdən biri kənardan işıq siqnallarını yandıran Post patrul xidməti avtomobilinin yaxınlaşdığını demiş və bundan sonra hərə bir tərəfə dağılışmışdır. Orxan Əliyev avtomobilə yaxınlaşıb onu çağırmış, onlar yenidən avtomobilə əyləşmiş, o, sükan arxasına, Orxan Əliyev isə yanında oturmuşdur. Avtomobili hərəkət etdirdiyi zaman Çobanzadə küçəsi 57 nömrəli binanın qarşısı tərəfdən Təqsirləndirilən şəxs gəldiyini görmüş, aparıb yaşadığı mənzilə düşürtmək üçün sonuncunu avtomobilə çağırmışdır. Təqsirləndirilən şəxs avtomobildə əyləşmiş, nə baş verdiyini soruşduqda, sonuncu heç bir söz deməmişdir. Eləcə də, onunla eyni məktəbdə oxumuş və məşq yoldaşı olmuş Hafiz Mehdiyevi də görüb, avtomobilə çağırmış, həmin vaxt Hafiz Mehdiyevin də hadisə yerində olduğunu bilmiş, sonuncudan nə baş verdiyini soruşduqda heç nə görmədiyini, polislərin gəldiyini eşidib qaçdığını demişdir. Təqsirləndirilən şəxs avtomobildə çox həyacanlı olmuş, Orxan Əliyev dəfələrlə nə baş verdiyini soruşsa da, suallara cavab verməmişdir. O, əvvəlcə Hafiz Mehdiyevi yaşadığı məhəlləyə aparıb düşürtmüş, bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Çobanzadə küçəsi 33 nömrəli binanın yanında düşürdərkən sonuncunun cibindən bir ədəd qan ləkələrinə bulaşmış, düymə ilə açılıb-bağlanan qara rəngli bıçağın yerə düşdüyünü görmüş, Orxan Əliyev nə üçün bıçağın qana bulaşdığını soruşduqda, Təqsirləndirilən şəxs boş şey olduğunu demişdir. Orxan Əliyev bıçaqla kimisə vurubsa, gedib təslim olmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs bıçaqla heç kimi vurmadığını, yalnız öz əlinin kəsildiyini, həmin qan ləkələrinin öz qanı olduğunu bildirib sol əlinin ikinci barmağının kəsildiyini göstərmişdir. Bundan sonra inanıb Təqsirləndirilən şəxs ilə sağollaşmış, səhər saatlarında evdə olduğu zaman polis əməkdaşları onu və Orxan Əliyevi 24-cü Polis şöbəsinə apardıqda hadisə yerində olmuş Zərərçəkmiş şəxs1 öldürüldüyünü bilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 57 nömrəli binanın arxa tərəfində olan otluq sahənin içərisində üzərində qanabənzər ləkələr və kəsicideşici alət ilə yetirilməyə xarakterik zədə izləri olan boz rəngli köynək və ağ rəngli mayka aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 5-14). Cinayət işinə əlavə edilmiş 15 iyun 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, sərbəst ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla hansı qaydada vurmasını əyani olaraq göstərib təsvir etmiş, müəyyən edilmişdir ki, Nizami rayonu, Çobanzadə küçəsi 57 nömrəli bina Şahid1 ilə Təqsirləndirilən şəxs dostları ilə birlikdə görüşdükləri yerdən 230 metr məsafədə yerləşməklə, binaya çatmamış ərzaq məhsullarının satıldığı market ilə binanın arasında 6 metr enində yol, marketin arxasında məişət tullantıları qutuları vardır. Zərərçəkmiş şəxs1 qanlı paltarlarının aşkar edildiyi 57 nömrəli binanın arxasındakı otluq sahə ilə Təqsirləndirilən şəxs göstərdiyi hadisənin baş verdiyi yer arasındakı məsafə 92 metrdir (cild 1, iş vərəqi 167-172). Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onu bıçaqla hansı qaydada vurmasını əyani olaraq göstərib təsvir etmişdir (cild 2, iş vərəqi 30-34). Şahid1 ifadəsi yerində yoxlanılarkən o, sərbəst ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərib təsvir etmişdir (cild 2, iş vərəqi 24-29). İş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin qarnın ön divarı nahiyəsində çəp-köndələn istiqamətli deşilmiş-kəsilmiş yara, sağ baldır nahiyəsində isə sıyrıq xəsarətləri aşkar edilmiş, meyitin əynində olan qəhvəyimtil rəngli şalvar götürülmüşdür (cild 1, iş vərəqi 20-24). İş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli əşyanın götürülməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq, hadisə zamanı əynində olmuş qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş sarı rəngli qısaqol mayka və mavi rəngli cins şalvar götürülmüşdür (cild 1, iş vərəqi 35, 122-124, 113-116, 78, 153-156). Məhkəmə-tibbi ekspertizasının 14 iyun tarixli 83 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində mədənin ön və arxa divarının zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara və sağ baldırın sıyrığı xəsarətləri aşkar edilmiş, qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl əmələ gəlmiş, mədənin ön və arxa divarının zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Sağ baldırın sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyır, baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 ölümünə mədənin ön və arxa divarının zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvəl baş verə bilərdi. Qarnın ön divarının deşilmiş-kəsilmiş yarası öndən arxaya, azacıq sağdan sola, nisbətən yuxarıdan aşağıya doğru yönəlmişdir. Deşilmişkəsilmiş yara eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilən bıçağın da təsirindən alına bilərdi. Qarnındakı xəsarəti alarkən Zərərçəkmiş şəxs1 müxtəlif duruş (şaquli, yarımoturaq və s.) və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə (yan-yana, ön-arxa və s.) ola bilərdilər. Sağ baldırın sıyrığı müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma nəticəsində, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Təcili tibbi yardım avtomobilinə Zərərçəkmiş şəxs1 yerləşdirilməsi zamanı da əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2, iş vərəqi 68-73). Məhkəmə-tibbi ekspertizasının 14 iyun tarixli 490 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində qarnın sağ yarısının ön səthinin cərrahi müdaxiləyə ehtiyacı olan deşilmişkəsilmiş yarası xəsarəti olmuş, qeyd edilən xəsarət deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsririndən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 14 iyun 2021-ci il tarixdə yarana bilər, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cild 1, iş vərəqi 204-206). Məhkəmə-tibbi ekspertizasının 14 iyun tarixli 489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sol bazunun aşağı 1/3 və dirsək oynağının arxa səthinin iri ölçülü şişkinlik halında əzilməsi, sol əlin İİ barmağının arxa-bayır səthinin kəsilmiş yarası, sol çənə bucağı nahiyəsi və sağ saidin ön səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrığı xəsarətləri olmuş, qeyd edilən xəsarətlərdən qançır və sıyrıqlar bərk küt əşyanın (əşyaların), kəsilmiş yara isə kəsici kənara malik əşyanın təsirindən törənmiş, 14 iyun 2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə şişkinlik halında əzilmə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (cild 01, iş vərəqi 207- 209). Məhkəmə-trasoloji ekspertizasının 14 iyul 2021-ci il tarixli 3/1113, 3/1114 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus iki ədəd köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus iki ədəd köynəyin üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsir nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş Məhəmməd Məmmədəliyə məxsus geyim əşyaları, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus iki ədəd şalvarın üzərində trasoloji zədə aşkar edilməmişdir (cild 2, iş vərəqi 48-52). Məhkəmə-lifli ekspertizasının 16 iyul 2021-ci il tarixli 6/2564 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən bir ədəd köynəyin səthi üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən bir ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd köynəyin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri yoxdur (cild 2, iş vərəqi 53-60). Məhkəmə tibbi-bioloji ekspertizasının 19 avqust 2021-ci il tarixli 454/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/-, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/-, Zərərçəkmiş şəxs2 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu-O/İ/-dir. Ekspertizaya təqdim olunmuş bir ədəd qatlanan bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka, Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar, alt mayka üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka üzərindəki ləkələrdən başqa bütün ləkələrdə «A» və «H» antigenləri, Zərərçəkmiş şəxs1 məxsus köynək və alt mayka üzərindəki ləkələrdə, həmçinin, beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onların qanında müşayiətçi «H» antigeni varsa. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa, beta/İ/ qruplu Zərərçəkmiş şəxs2 də qarışmış qanının olması inkar olunmur. Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka üzərindəki ləkələrdə isə «H» antigeni və alfa, beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Zərərçəkmiş şəxs2 məxsus şalvar üzərində qana şübhəli ləkələr aşkar edilməmişdir (cild 2, iş vərəqi 61-67). Kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 2876 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanların normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. İctimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər və öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. O, kobudluq, mübahisəyə meyillilik, hövsələsizlik, nümayişkəranəlik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Cinayət əməlini törədərkən emosional halında hirslilik, həyəcan əmələ gəlmiş, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtlənmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 130- 134). "xxxx" MMC-dən 26 avqust 2021-ci il tarixli BKC/LGL-14986/21 nömrəli məktubla daxil olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs2 Rəşid oğlunun istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan zəngləri əks etdirən diskə baxış keçirilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 10 iyun 2021-ci il tarixdə saat 12:07:06-da 39 saniyə davam edən, 10 iyun 2021-ci il tarixdə saat 12:36:48-də 593 saniyə davam edən, 10 iyun 2021-ci il tarixdə saat 13:33:01-də 181 saniyə davam edən, 13 iyun 2021-ci il tarixdə saat 21:06:31-də 188 saniyə davam edən, 13 iyun 2021-ci il tarixdə saat 21:56:03-də 459 saniyə davam edən telefon zəngləri edilmiş, Təqsirləndirilən şəxs Şahid1 10 iyun 2021-ci il tarixdə saat 13:22:43-də «Whatsappa Kec» məzmununda mesaj göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 13 iyun 2021-ci il tarixdə saat 21:33:43-də 45 saniyə davam edən, saat 21:46:56-da 19 saniyə davam edən, saat 22:33:52-də 60 saniyə davam edən zənglər edilmişdir. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə saat 22:27:55-də 228 saniyə davam edən zəng edilmiş, Təqsirləndirilən şəxs isə saat 22:47:15-də Şahid2 zəng etmiş və aralarında 21 saniyə davam edən danışıq olmuşdur. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid1 13 iyun 2021-ci il tarixdə saat 22:15:32-də zəng edilmiş və aralarında 35 saniyə davam edən danışıq olmuşdur. Şahid1 ilə Aynur Aslanovanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 10 iyun 2021-ci il tarixdə saat 19:12:35-də 38 saniyə davam edən, saat 20:13:42-də 15 saniyə davam edən, 13 iyun 2021-ci il tarixdə saat 20:02:06-da 60 saniyə davam edən danışıqlar olmuşdur. Şahid2 13 iyun 2021ci il tarixdə saat 23:34:00-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və aralarında 13 saniyə davam edən danışıq olmuşdur. Zərərçəkmiş şəxs2 13 iyul 2021-ci il tarixdə saat 23:01:51-də Ümid Əhmədzadənin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və aralarında 59 saniyə davam edən danışıq olmuşdur (cild 2, iş vərəqi 88- 89). "xxxx" MMC-dən 06 sentyabr 2021-ci il tarixli AZF/LGL-25381/21 nömrəli məktubla daxil olan Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəngləri əks etdirən diskə baxış keçirilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən Ümid Əhmədzadənin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 12 iyun 2021-ci il tarixdə saat 22:56:23-də 25 saniyə davam edən, 13 iyun 2021-ci il tarixdə saat 00:01:13-də 08 saniyə davam edən, saat 14:47:35-də 79 saniyə davam edən, saat 20:33:15-də 08 saniyə davam edən, saat 21:35:10-da 53 saniyə davam edən, saat 21:36:52-də 39 saniyə davam edən danışıqlar aparılmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 13 iyun 2021-ci il tarixdə saat 23:34:00-da 13 saniyə davam edən zəng daxil olmuş, zəng zamanı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu, 2404 məhəllə, M.Əliyev 17 ünvanında olan anten əhatə dairəsində olmuşdur. Bəxtiyar Murtuzovun istifadəsində olan mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 14 iyun 2021-ci il tarixdə saat 01:51:39-da 3 saniyə davam edən zəng daxil olmuşdur (cild 2, iş vərəqi 91). İbtidai istintaq zamanı Şahid1 könüllü istintaqa təqdim etdiyi istifadəsində olan «İphone XS» markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə yüklüdür. Mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı 10 iyun 2021-ci il tarixdə saat 12:06-da adı «Maqa Vasmoy» kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan nömrəyə cavablandırılmamış bir zəng, saat 12:07-də 39 saniyə davam edən, saat 12:36-da 09 dəqiqə davam edən, saat 13:33-də 03 dəqiqə davam edən zəng daxil olmuşdur. Bundan başqa, hadisə baş verən gün, yəni 13 iyun 2021-ci il tarixdə saat 18:03-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə cavablandırılmamış zəng, saat 21:06-da 3 dəqiqə davam edən, saat 21:56-da 7 dəqiqə davam edən zəng daxil olmuşdur. Adı «Xəyal Əxi» kimi qeyd edilmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 13 iyun 2021-ci il tarixdə saat 23:03də edilmiş zəng cavablandırılmamış, saat 23:03-də 40 saniyə davam edən, saat 23:17-də 53 saniyə davam edən zəng daxil olmuşdur. Mobil telefonda olan «WhatsApp» sosial şəbəkəsinin tətbiqi proqramında «Maqa Vasmoy» kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 10 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixdək mesajlaşmalar vardır. Danışıq Təqsirləndirilən şəxs Aynur Aslanovanı haradan tanıması, Şahid1 ilə Aynur Aslanova arasında olan münasibətin hansı dərəcədə olması ilə başlayaraq, Təqsirləndirilən şəxs Şahid1 «Vasmoy» adlı əraziyə çağırması, Şahid1 əgər onunla işi varsa Təqsirləndirilən şəxs görüşmək üçün Əhmədli qəsəbəsinə gəlməsini deməsini sonuncu öz ayağına çağırmaq kimi qəbul etmişdir. Bundan başqa «Anya» kimi qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə arasında olan danışığa baxış zamanı danışığın sevgi, məhəbbət məzmunlu olduğu görünür. Baxış iştirakçısı həmin mobil telefon nömrəsinin X5 istifadəsində olduğunu bildirmişdir. Mobil telefonda «İnstagram» sosial şəbəkəsinin tətbiqi proqramında «justraul_a» adlı sosial şəbəkə hesabı ilə «mammadovv_1» hesabı arasında ismarışlar olduğu görünür. İsmarışların əsas məzmunu «mammadovv_1» adlı sosial şəbəkə hesabı adı X7 haradan tanıması ilə bağlıdır. Baxış iştirakçısı Şahid1 «justraul_a» adlı sosial şəbəkə hesabının ona, «mammadovv_1» adlı hesabın isə Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Mobil telefonun qalereyasına baxış zamanı ekran görüntüləri olan bölmədə «mammadovv_1» adlı sosial şəbəkə hesabı ilə danışıqların görüntülərinin olduğu beş ədəd fotoşəkil olduğu görünür. Baxış iştirakçısı Şahid1 həmin danışığın Aynur Aslanova ilə Təqsirləndirilən şəxs arasında olduğunu bildirmiş, həmin danışıqda Təqsirləndirilən şəxs Aynur Aslanovadan Şahid1 ciddi istədiyini soruşub, ona zərər gəlməsini istəmədiyini demiş, Aynur Aslanovanın onunla eyni məhəllədə qalmasını, anasını, qardaşını tanıdığından adının pis çıxmasını istəmədiyini bildirərək Aynur Aslanovaya zərər verən adamın ünvanına ana söyüşü söyərək ona ziyan gəlməsinə imkan verməyəcəyini söyləmişdir (cild 1, iş vərəqi 96-107). İş materiallarına əlavə edilmiş 25.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsində məlumat yoxdur (cild 2, iş vərəqi 19). Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 120.1 və 128-ci maddələri ilə özünü qismən təqsirli bildiyini, mərhum Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olmadığını, Murtuzun birinci onu vurmasından və təkrar-təkrar Şahid1 üzr istəməsini tələb etməsindən sonra qorxutmaq məqsədi ilə ona bıçaqla xəsarət yetirdiyini, bununla Murtuzu cəzalandırmaq istədiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq olunmuş çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət-prosessual qanunvericiliyinin həmin müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulduğundan və həmin vaxtdan fasiləsiz olaraq həbsdə saxlanıldığından, qeyd olunan həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinin tələblərinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin dəyəri olmayan digər əşyalar məhv olunmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qatlanan bıçaq, həmçinin ona məxsus şalvar, köynək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka, şalvar və mərhum Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar və alt mayka dəyərini itirdiyindən məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 284 (iki yüz səksən dörd) manat 16 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 284 (iki yüz səksən dörd) manat 16 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən, hesabatdan və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında vəkil Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkilə ödənilməli olan 300 (üç yüz) manat məbləğində pul Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd qatlanan bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka və şalvar, mərhum Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar və alt mayka məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 284 (iki yüz səksən dörd) manat 16 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 300 (üç yüz) manat Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-238/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-238/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver