Məhkəmə qərarları › İş №1(101)-238/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-238/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-238/2023 12.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - " Mirzəyev və Partnyorları " Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından 15% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 04 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istifadə məqsədilə ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,305 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in İ siyahısına daxil olan 2 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 23 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə saat 19:30-da qeyd edilən ünvanda saxlanılaraq ünvan 3ş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 21:05-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 2 ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,542 qram və 2,763 qram olmaqla, ümumi təmiz çəkisi 6,305 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyə yazılı şəkildə təqdim etdiyi ifadəsində göstərdi ki, ömrü boyu ləyaqətli olmağa çalışmış, davranışlarını əxlaq və etika çərçivəsi ilə məhdudlaşdırmışdır. Bütün pis vərdişlərdən uzaq olmaqla peşəkar səviyyədə idmanla məşğul olmuşdur. Bu gün burada olmağının səbəbini, onu nə səbəbə belə yüklədiklərini, başına niyə belə bir iş gəldiyini anlamır. Lakin əmindir ki, məhkəmənin “Yalnız ədalətin və haqqın qalib gəldiyi yer” anlayışı rəhbər tutularaq barəsində qərar veriləcəkdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, ibtidai istintaq zamanı ilkin ifadədə guya haradansa narkotik tapması, guya istifadə etmək üçün üzərində saxlamağı ilə bağlı qeyd edilənlər tamamilə yanlışdır, saxta, psixoloji və fiziki təzyiq əsasında yazılmış məlumatlardır. O, “Banditizm” adlı idarədə saxlanarkən həmin saxta, etirafedici ifadəni vermişdir. Bakı istintaq təcridxanasına aparıldıqdan sonra isə qeyd etdiyi təzyiq aradan qalxdığı, lakin həqiqətin yalnız məhkəmə prosesi zamanı üzə çıxacağına inandığı üçün ifadə verməkdən imtina etmişdir. Hazırda isə əsl həqiqəti danışmaq istəyir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirdi ki, həqiqətən də 04 iyul 2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi BMW markalı avtomobillə Azadlıq prospekti ilə hərəkət edərək Neft və Sənaye universitetinin qarşısından keçib sağa – konservatoriya istiqamətinə dönərək maşını saxlamış, oraya mobil telefonunu təmir etdirmək üçün getmişdir. Avtomobildən düşən kimi, adlarını sonradan bildiyi “banditizm” əməkdaşları – Hətəm, Şamil və Tərlan ona yaxınlaşıb, idarələrinin adını çəkərək qoluna girmişlər. Əksəriyyətin bildiyi kimi, o da, onların istədikləri hər şeyi edə biləcəklərini bildiyi üçün dərhal hörmətsizlik etməmələrini xahiş etmişdir. Bundan sonra maşına əyləşmişlər, Hətəm və Şamil onun sağ və sol tərəflərində arxa oturacaqda oturmuş, Tərlan isə maşını idarə etməyə başlamışdır. Qolları qandallanmışdır. Onlar “banditizmə” çatmış, orada maşından düşüb yuxarı mərtəbəyə qalxmışlar. Orada ondan bir müddət əvvəl onu təhqir etdiyi üçün dava etdiyi adam barədə sorğu-sual etmişlər. O, bunun səbəbinin qarşı tərəfin söyüş söyməsi olduğunu bildirmişdir. Bir qədər dava etdiyi adam barədə söhbət etdikdən sonra Hətəm otaqdan çıxıb tez də qayıtmışdır. Qayıdarkən onun əlində 2 ədəd büküm olmuşdur. Bükümlər siqaret klyonkasında olmuşdur. Hətəm həmin bükümləri onun şalvarının sol yan cibinə qoyub, “getməlisən” demişdir. O, artıq narkotiklə “yükləndiyini” anlamışdır. Peşəkar idmançı, idmandan təlim keçən, ibadətlə məşğul olan, heç vaxt narkotik istifadə etməmiş bir şəxs kimi onlara bildirmişdir ki, kimsə onun narkotik istifadə etdiyinə, bu işlə məşğul olduğuna inanmaz, bu “ləkə” ona yapışmaz. Bu səbəbdən də xahiş etmişdir ki, əgər mütləq “yüklənməlidirsə”, onda üstünə silah qoysunlar ki, guya qanunsuz silah gəzdirir. Onlar həmin sözə gülmüş, yalnız xidməti silahlarının olduğunu deyib, bunun mümkünsüz olduğunu, narkotiklə “yüklənməyinin” məsləhət olduğunu bildirmişlər. O, idarədə - qapalı şəraitdə tam rahat şəkildə ona istənilən işgəncəni verə biləcəklərini, şəxsiyyəti, ləyaqəti alçaldan istənilən hərəkəti kimsənin maneəsi olmadan rahat edə biləcəklərini düşünüb, həmin hərəkətlərə məruz qalmamaq üçün narkotiklə “yüklənməyə” razılıq vermişdir. Sonra ona demişlər ki, izahatında qeyd etsin ki, guya hələ onlar küçədə yaxınlaşan zaman onun özü könüllü olaraq üzərində heroin olduğunu bildirmiş, sonra onlarla idarəyə gəlib video çəkiliş aparılmaqla cibindən narkotiki çıxarıb onlara təqdim etmiş, həmçinin bildirmişdir ki, guya arabir tanımadığı şəxslərdən heroin alaraq istifadə edir və guya üzərindən çıxmış narkotikləri bir gün əvvəl – 03 iyul 2022-ci il tarixdə yaşadığı ərazidə hasarın dibindən tapmış, narkotik olduğunu görüb istifadə etmək üçün üstündə saxlamışdır. Ona bildirmişlər ki, razılıq verməsə, qərəzli olaraq onu “sındıracaqlar”, dəfələrlə artıq çəkidə narkotiklə “yükləyəcəklər”. Bu səbəbdən çox uzun müddətli cəza ala biləcəyini, telefonunda şəkilləri olan dostlarını “banditizmə” çağıraraq incidəcəklərini, guya onun onlar barədə mənfi məlumatlar verdiyini deyəcəklərini bildirmişlər. Odur ki, o, etiraz etməmiş, çünki əhəmiyyətsiz olmuşdur. Bundan sonra qarşına xeyli yazılı kağız qoyaraq, müvafiq yerləri imzalamağını demişlər. O, kağızları oxumadan hamısını imzalamış, müvafiq yerlərə onların dedikləri qeydləri yazmışdır. Ardınca onu video çəkiliş otağına aparacaqlarını demişlər. Şamil yenə də əvvəlki kimi xəbərdarlıq edərək, onu çəkiliş otağına aparacaqlarını, orada çəkiliş olacağını, vəkil olacağını, narkotikləri cibindən çıxararaq təqdim etməyi, guya hasarın yanından tapdığını və ona məxsus olduğunu boynuna almağı tələb etmişdir. Bundan sonra onlar qandalı açmış, telefonunu, maşınının açarını cibinə qoymuşlar və onu bir mərtəbə aşağıdakı otaqlardan birinə aparmışlar. İçəridə vəkil oturmuşdur. Hər şey onların səhnələşdirdiyi kimi olmuşdur. Ardından vəkil onun imzaladığı sənədləri imzalamışdır. Sonra “ivs” deyilən saxlama yerinə düşürülmüşdür. Səhəri gün - xx.xx.2022-ci il tarixdə onu narkoloji ekspertizadan keçirmək üçün Maştağa qəsəbəsinə aparmışlar. Eyni qaydada, ekspertlərə də narkotik istifadəçisi olmağı barədə yalan məlumat verməyini tələb etmişlər. Etiraz etmək mənasız olduğu üçün razılaşmışdır. Bundan sonra 20 yanvar ərazisindəki ekspertizaya aparılmış və Maştağadakı vəziyyət təkrarlanmışdır. Sonra isə idarəyə qayıtmış, müəyyən sənədləri imzalamış və məhkəməyə aparılmışdır. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçmiş və səhv etmirsə, həmin gecəni də ivs-də qalaraq, səhəri gün Bakı istintaq təcridxanasına göndərilmişdir. Bakı istintaq təcridxanasına yerləşdirildikdən sonra isə “banditizmin” əməkdaşlarının oraya gəlib ona qarşı hansısa şəxsiyyəti alçaldacaq hərəkət etməyə imkanlarının olmadığını bilmiş və növbəti dəfə müstəntiq ondan ifadə almağa gələrkən özünü təqsirli bilmədiyini deyərək, sənədləri imzalamaqdan imtina etmişdir. O, heç vaxt narkotik istifadə etməmiş, alğı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə narkotikə düşmən mövqeyində olmuşdur. O, günahsızdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs idmanla məşğul olduğunu, nəinki narkotik vasitə satdığını, heç vaxt narkotiklərdən istifadə etmədiyini, öz şəxsiyyətini qorumaq üçün narkotiki boynuna götürdüyünü, onun döyülmədiyini, ona işgəncə verilmədiyini və təcridxanaya daxil olan üzərində hər hansı xəsarət izləri olmadığını, tutulduqdan sonra həkim müayinəsindən keçdiyini, respublika xəstəxanasında müayinə olunduğunu, sidikdən və qandan analiz götürdüklərini, məhkəmədə sanksiya verilərkən polis əməkdaşlarının dediyi kimi edərək, bir-iki aydır ki, narkotikdən istifadə etməsini göstərdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri tədqiq olundu. İstintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2021-ci ildə ailə həyatı qurmuş və hazırda himayəsində bir azyaşlı övladı var. Daimi iş yeri olmasa da, müxtəlif idman zallarında uşaqlara idman dərsi keçir. Bir müddətdir arabir “kakos” kimi tanıdığı heroindən istifadə edir. Həmin maddənin aludəçisi deyil. İstifadə etdiyi maddələri Abşeron rayonu ərazisində tanımadığı şəxslərdən alır. 03 iyul 2022-ci il tarixdə günorta saat 13-14 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26- cı məhəllədə piyada hərəkət edən zaman hasarın kənarından 2 ədəd selofan büküm aşkar etmişdir. Həmin bükümlər onun diqqətini çəkmiş və onların narkotik vasitə olmasından şübhələnmişdir. Belə ki, o, bilmişdir ki, narkotik vasitə alan şəxslər bir çox hallarda satan şəxslərlə əlbəəl görüşüb mal almırlar və buna görə də satan şəxslər malı harasa atıb müştərisinə məlumat verirlər. Ona görə də, düşünmüşdür ki, yəqin həmin bükümlər narkotikdir və oraya atıblar ki, kimsə gəlib götürsün. Həmin bükümləri götürüb baxan zaman içərisində “kakos” kimi tanıdığı heroinin olmasını müəyyən etmişdir. Həmin bükümləri cibinə qoymuşdur ki, nə vaxtsa istifadə edər. 04 iyul 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 23 ünvanının yaxınlığında idarə etdiyi “BMW 525” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən ruhiəsəb xəstəliyi yoxdur. 2016-2017-ci illər ərzində hərbi xidmətdə olmuşdur. 2021-ci ildə ailə həyatı qurmuş və hazırda himayəsində bir azyaşlı övladı var. İdmanla məşğul olur. Daimi iş yeri olmasa da müxtəlif idman zallarında uşaqlara idman dərsi keçir. Məlumat üçün bildirmişdir ki, bir müddətdir ki, arabir “kakos” kimi tanıdığı heroindən istifadə edir. Həmin maddənin aludəçisi deyil. İstifadə etdiyi maddələri Abşeron rayonu ərazisində tanımadığı şəxslərdən alır. Mahiyyəti üzrə bildirmişdir ki, 03 iyul 2022-ci il tarixdə günorta saat 13-14 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26- cı məhəllədə piyada hərəkət edən zaman hasarın kənarından 02 ədəd sellofan büküm aşkar etmişdir. Həmin bükümlər onun diqqətini çəkmiş və onların narkotik vasitə olmasından şübhələnmişdir. Belə ki, o, bilirmiş ki, narkotik vasitə alan şəxslər bir çox hallarda satan şəxslərlə əlbəəl görüşüb mal almırlar və buna görə də satan şəxslər malı harasa atıb müştərisinə məlumat verirlər. Ona görə də, düşünmüşdür ki, yəqin həmin bükümlər narkotikdir və oraya atıblar ki, kimsə gəlib götürsün. Həmin bükümləri götürüb baxan zaman içərisində “kakos” kimi tanıdığı heroinin olmasını müəyyən etmişdir. Həmin bükümləri cibinə qoymuşdur ki, nə vaxtsa istifadə edər. Hadisə ilə bağlı onu bildirmişdir ki, 04 iyul 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 23 ünvanının yaxınlığında idarə etdiyi “BMW 525” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyi xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətikarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Ona üzərindən narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd selofan bükümü, sağ yan cibindən “İphone” markalı mobil telefonu və avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 2 ədəd selofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 2 ədəd selofan bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 1 ədəd avtomobil açarı ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini yaşadığı ünvanının yaxınlığında yerdən tapdığını bildirmişdir. O, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış zamanı heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır (cild 1, iş vərəqi 40-41,63-66, 77-80). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri polis işçilərinin təhdidi altında verdiyini, ona qarşı hər hansı fiziki təzyiq göstərilə biləcəyindən ehtiyat edərək, istintaqın ilkin vaxtlarında polis işçilərinin dedikləri ilə razılaşdığını, əslində isə aşkar olunmuş narkotik vasitələrin ona heç bir aidiyyatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, təqsrləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. 04 iyul 2022-ci il tarixdə Baş idarəyə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməlyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə şəxsi «Azadlıq» metrostansiyasının yanında maşını ilə görmüş və onu saxlayaqaq özlərini təqdim etmişlər. Onu əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərarla tanış etmişlər və Baş idarəyə dəvət etmişlər. İdarədə vəkil dəvət olunmuş, sonra təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərindən iki büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Azad narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiini, yaşadığı yerə yaxın ərazidə yerdən tapdığını bildirmişdir. Bundan sonra şəxsin avtomobilinə də baxış keçirilmişdir. Avtomobildən isə qeyri-qanuni heç nə aşkar olunmamışdır. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. Verilən sualları cavablandıran Şahid1 saxlanılan şəxs barəsində əvvəllər onda hər hansı məlumat olmadığını, daxil olmuş əməliyyat məlumatının şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olduğunu, məlumat daxil olduqdan sonra onların gedib Təqsirləndirilən şəxs saxladıqlarını və idarəyə dəvət etdiklərini, məlumatın idarəyə daxil olduğunu, lakin icrasının ona tapşırıldığını, məlumatın şəxsin narkotik vasitələri əldə edib yayması barədə olduğunu, lakin həmin şəxsin narkotikləri kiməsə verməsi və ya satmasının öz təsdiqiini tapmadığını, tutulduqdan sonra da Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxslərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat tədbirlərinin həyata keçirildiyini, lakin heç bir müsbət nəticə əldə edilmədiyini, saxlanılarkən Azadın heç bir narazılıq etmədiyini və özünü normal apardığını, sonra Baş idarədə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildiyini, şəxsin narkotik vasitələrdən istifadəsini təsdiq edən fakt kimi üzərindən narkotik aşkar olunduğunu, Təqsirləndirilən şəxs kiməsə narkotik satmasını müəyyən edə bilmədiklərini, əlverişli şərait olmadığı üçün şəxsin saxlanıldığı yerdə üzərinə baxış keçirilmədiyini, təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün narkotik vasitənin guya onun tərəfindən üzərinə qoyulmasını dediyini, əslində belə bir şey olmadığını və ona böhtan atıldığını, şəxsin qollarına qandal vurulmadığını, ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini, şəxsin kimlərlə dalaşması barədə onlarda hər hansı məlumat olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılması, Baş idarədə üzərinə şəxsi axtarış keçirilərkən 2 büküm narkotik vasitə heroinin aşkar edilib götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini, əməliyyat məlumatının Şahid1 daxil olduğunu və sonuncunun qrup rəhbəri olduğunu, məlumatın hansı məzmunda olmasını dəqiq bilmədiklərini, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirdiyini, şübhəli şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini, narkotik vasitələrin satış məqsədilə əldə edilməsinin təsdiq olunmadığını qeyd edərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri tədqiq olunarkən onların məhkəmədə dindirilərkən verdikləri ifadələrlə oxşar məzmunlu ifadələr verdiyi müəyyən edildi (cild 1, iş vərəqi 124-126, 136-138, 141-143). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 04 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 23 ünvanının yaxınlığında idarə etdiyi “BMW 525” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq avtomobillə birlikdə BMCMİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncu, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd selofan bükümü, sağ yan cibindən “İphone” markalı mobil telefonu və avtomobil açarını təqdim etmişdir. Təqdim edilmiş 2 ədəd selofan bükümə baxış zamanı içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Həmin 2 ədəd selofan büküm və mobil telefon götürülmüş, avtomobil açarı isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 04 iyul 2022-ci il tarixdə saat 21:05-də başlamış və həmin tarixdə saat 21:18-də bitmişdir (cild 1, iş vərəqi 28-29). İbtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 34, 182) Məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli 6/3664 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd selofan...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,542 qram və 2,763 qram, ümumi təmiz çəkisi 6,305 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 6,305 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 6,205 qramdır (cild 1, iş vərəqi 49-53). Ambulator məcburi narkoloji ekspertizasının 05 iyul 2022-ci il tarixli 3655 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 145-146). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 tərəfindən daxil olmuş məhkəmə-tibbi ekspertizasının 18 iyul 2022-ci il tarixli 2426/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, iş vərəqi 153-156). İbtidai istintaq orqanının 06 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6,305 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 6,205 qram hissəsi iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 113-115). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(005)-862/2022 nömrəli qərarı ilə hazırkı iş üzrə əməliyyat-axtarış tədbirinin aparılması barədə 04 iyul 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 123). Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş xx.xx.2022-ci il tarixli ***-**** nömrəli əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni aldığı şəxsin müəyyən edilməsi, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 133). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən, həmçinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev X3 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 5/52 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda anası, həyat yoldaşı və bir azyaşlı uşağı ilə birlikdə yaşayır, onun barəsində MKİS-nə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından 15% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 131-132, 157-161). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, idmanla məşğul olduğunu, heç vaxt narkotiklərdən istifadə etmədiyini və onun satışı ilə məşğul olmadığını, ittihamda göstərilən narkotiklərin ona aidiyyatı olmadığını, həmin narkotiki polis əməkdaşlarının ona verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu dediklərini, şəxsiyyətini qorumaq üçün həmin narkotikin özünə məxsus olmasını etiraf etdiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan cibində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu, lakin həmin narkotiki satış məqsədilə deyil, təsadüfən taparaq üzərində saxladığını bildirmişdir. Həmçinin məhkəmədə tədqiq olunmuş ekspertiza rəylərindən də görünür ki, Təqsirləndirilən şəxs müayinə vaxtı narkomaniya xəstəliyi aşkar olunmuş, eləcə də ondan götürülmüş qan və sidik nümunələrində heroin şkar olunmuşdur. Həmin hal iş üzrə toplanmış digər sübutlarla da öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlaması və daşıması barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Bununla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 6,305 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinə əlavə olunmuş təhqiqat materiallarında Təqsirləndirilən şəxs haqqında daxil olmuş əməliyyat məlumatının şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə olsa da, həmin məlumat ibtidai istintaq zamanı, eləcə də məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 əməliyyat məlumatının şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olduğunu, lakin həmin məlumatın ibtidai istintaq zamanı öz təsdiqini tapmadığını, tutulduqdan sonra da Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxslərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat tədbirlərinin keçirildiyini, lakin heç bir müsbət nəticə əldə edilmədiyini bildirdilər. Həmçinin, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitələri satması faktının və şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilsə də, müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon şəxsi axtarış zamanı götürülüb 28 iyul 2022-ci il tarixdə onun baxışı keçirilmiş, həmçinin 055 578-30-36 saylı mobil nömrə üzrə aparılmış danışıqlara dair məlumatlar “Baksell” və “Azersell” mobil operatorlarından götürülüb iş materiallarına əlavə edilmişdir. Bununla bağlı müvafiq istintaq hərəkətlərinin protokolları (cild 1, iş vərəqi 135, 139, 147-149) məhkəmədə tədqiq olunsa da, iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 6,305 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından 15% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası CM-nin 18.4.4cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəasına uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən yaranmış məhkumluğu residiv yaratmadığından, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı 04 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2022-ci il tarixli 3655 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,305 qram təşkil edən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 6,205 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə DİN-nin BMCMİ-də şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,205 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar