Məhkəmə qərarları › İş №1(101)-238/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-238/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-238/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 228.4, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 23 iyul 2021-ci il tarixdə tamah niyyəti ilə qanunuz olaraq satış məqsədilə istintaqa məlum olmayan mənbədən 4 ədəd bükümlərdə ümumilikdə 27,416 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 24 iyul 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsinə gətirmiş, orada həmin heroinin 0,499 qram çəkidə olan hissəsini əvəzsiz olaraq X4 verdikdən sonra həmin ünvanda Xəzər RPİ-nin əməkdaşları tərəfindən X10, X8 ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldıqları zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla xidməti vəzifələrini yerinə yetirən Xəzər RPİ-nin CAŞ-m əməliyyat müvəkkili Zərərçəkmiş şəxs sağ budun deşilmiş kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirib hakimiyyət nümayəndəsi hesab olunan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmaqla, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq RPİ-nə gətirilib üzərində aparılan şəxsi axtarış zamanı həmin metamfetaminin 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,018 qram və 4,422 qram olan hissəsi onun əynindəki şalvarının sağ yan cibindən, 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 5,079 və 7,319 qram olan hissəsi isə saxlandığı zaman yerə atdıqdan sonra onu götürüb üzərində saxlayan X6 üzərindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 24 iyul, axşam saat 2 də, Keşlə qəsəbəsində idi. Dostu Emilin anası ona zəng elədi və Emili polislərin tutduqlarını deyib, ondan Türkan qəsəbəsinə gəlməyini istədi. Türkan qəsəbəsinə girəndə arxasınca iki nəfər polis əməkdaşı gəldi. Ondan nə etdiyini soruşduqda, o Emilgilə gəldiyini dedi. O Emilin ailəsini, yəni onun həyat yoldaşı və 2 uşağını taksiyə əyləşdirib yola saldı. Bundan sonra mülki geyimdə şəxslər gəldi. O onların polis əməkdaşı olduğunu bilmirdi. Onlar çatan kimi onu vurdular, dişləri töküldü. O həyətdə çölə çıxanda Rafiq ona təpik vuranda, o da bıçaqla onun ayağına vurdu. Sonra onu avtomobilə əyləşdirib Xəzər rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirdilər. Orada üzərinə narkotik vasitə qoydular. Emil dostudur, Tapdığı tanımır, Emillə birgə narkotik vasitədən istifadə etməmişdir, tutulmamışdan əvvəl metamfetamin qəbul etmişdir, metamfetamini Emildən alırdı. Emili 15 ildir ki, Keşlə qəsəbəsindən tanıyır. Rafiq idarədə yox idi, Rafiq ayağını sarımağa getdi. O biri şəxslər polis əməkdaşını vurduğu üçün onu döydülər. O isə həmin şəxsin polis əməkdaşı olduğunu bilmədiyini dedi. Üzərindən qramını bilmir, amma iki ədəd büküm çıxartdılar, əlavə 2 ədəd bükümü kimin əlavə etdiyini bilmir. Emil gilə getməkdə məqsədi, Emilin ailə üzvlərini Keşlə qəsəbəsinə, evlərinə aparmaq idi, Emili hansı səbəbdən tutduqlarını soruşmadı. Emil narkotik vasitə satırdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə baş verən zaman Xəzər RPİ-də İŞ-də böyük müstəntiq yox, CAB-də əməliyyat müvəkkili işləyirdi. Emil, Tapdıq və Zahid adlı şəxsin narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil odu. Əməlyyat qrupu yaradıldı. 24 iyul 2021-ci ildə Türkan qəsəbəsinə gəldilər. Emil adlı şəxsin evdən çıxdığını gördülər, Tapdıqla Emilə özlərini təqdim edəndə, Zahid yoldan onları gördü, qaçdılar ki, Zahidi tutsunlar. Zahid onlara bıçaq çıxardı. Ayağına bıçaqla vurdu. Digər polis əməkdaşları gəldi. Zahidi saxladılar. Bundan sonra onları apardılar Xəzər RPİ-nə. Orada üzərərinə baxış keçirildi. İlk Tapdığın üzərinə baxış oldu .Onun üzərindən metamfetamin aşkar edildi. Zahidin də üzərindən metafetamin aşkar edildi. Dedi ki, narkotiki Emildən əldə edib. Emil də Ramil adlı şəxsdən aldığını bildirdi. Sonra Ramil də saxlanıldı və narkotik vasitə aşkar edildi. Xəsarəti ağır deyildi. Zahid ayağına bıçaq vurmuşdu. Əməliyyat qrupunda o, Elnur, Kamil, Orxan, Səttar idilər, əməliyyat qrupu səhər saatlarında təxminən saat 12:00-dan tez yaradildi. 5 nəfər onun maşını və əlavə olaraq polis maşını ilə getdilər. Zahid hadisə yerinə çox çəkmədən gəldi. Zahid piyada onlara tərəf gəlirdi. Saxlayanda özünü təqdim etdi. Zahid onlarda 40-50 metr uzaqda idi. Zahidi o qovaladı. Zahidə polis olduğunu deyib dayanmağnı tələb etsədə, Zahid dayanmadı. Əvvəl bıçaqla qarnına atdı, arxaya çəkildi. Sonra bıçaq ayağına dəydi, sonra da polis əməkdaşları gəldi. Zahidi tutub birbaşa polis idarəsinə gəldilər. Xəzər rayon Polis İdarəsinə hamısını gətirdilər. Zahidin üzündə, bədənindəki xəsarət yadında deyil. O Zahidi vurmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, müalicə üçün 2000 manatadək xərc çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-də əməliyyatçı vəzifəsində çalışır. Təqsirləndirilən şəxslə heç bir qohumluq əlaqəsi, heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs iş yoldaşıdır. 24 iyul 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradıldı. Məlumatın məzmunu Emil, Tapdıq və Zahidin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idi. X21 Rafiq Kamil və o idi.Türkan qəsəbəsinə getdilər. Hansı ki orada bu şəxslər yaşayır. Biri Emil biri Tapdıq olmaqla 2 nəfər evdən çıxdı. Zahid evdən qıraqda idi. Həmin vaxt Rafiq Zahidin yanına yaxınlaşdı. Zahid qaçmağa başladı. Rafiq də onun arxasınca qaçırdı. Onlar artıq gördülər ki, Rafiqlə Zahid uzaqlaşıblar. Onlar da məcbur olub onların arxasına düşdülər. Gedəndə gördülər ki, Rafiq ayağından bıçaqlanıb. Zahid isə bıçağı tuturdu. X22 saxlaya bilmişdi. Onların hər üçünü idarəyə apardılar. Üzərlərinə baxış zamanı hər üçündən narkotik vasitə olan metafetamin çıxdı. Satış olduğunu dəqiqləşdirmək məqsədil məxfi əməkdaşlardan məlumat əldə etdilər. Əməliyyata 24 iyulda səhər saatlarında getdilər. Zahid onları görəndə anladı ki, polis əməkdaşıdırlar. Zahidin üzündə hansısa xəsrət olduğunu xatırlamır, onlar Zahidə xəsarət yetirməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli “əşyaya baxış və götürmə barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində narkotik vasitələrin satışında, saxlanması və daşınmasında şübhəli olduğu üçün saxlanılmış Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirərkən əynində olduğunu bildirərək təqdim etdiyi 1 ədəd şalvara və sonuncunun əlindən aldığını bildirərək təqdim etdiyi 1 ədəd bıçağa baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş 1 ədəd şalvar göy rəngli cins materialından olmaqla uzunluğu 102 sm, bel nahiyəsinin eni 50 sm-dir. Öndə 2 arxada 2 cibi vardır. Şalvarın ön səthində sağda, bud nahiyyəsində tikişdən təxminən 7-8 sağda uzunluğu təxminən 1,5-2 sm olan dəlinmişkəsilmiş zədə izi aşkara edilmişdir. Təqdim olunmuş bıçaq qatlanan olmaqla tiyəsinin uzunluğu 103 mm, dəstəyinin uzunluğu 130 mm-dir. Tiyə qara boy ilə boyanmış metaldandır, dəstək isə qara və boz rəngli boyalarla boyanmış metaldan olmaqla üzərində qeyri müəyyən relyefli və formalı qəhvəyi rəngli lövhələr bərkidilmişdir. Bıçağın dəstəyi və tiyəsi üzərində hər hansı bir ləkələr aşkar edilməmişdir. Təqdim olunmuş 1 ədəd şalvar və 1 ədəd bıçaq maddi sübut əhəmiyyəti daşıması ehtimal edildiyinə görə ayrı ayrılıqda kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan 03 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X7 üzərindən aşkar olunmuş narkotik vasitələrin Təqsirləndirilən şəxs məxsus olması kimi qiymətləndirilərək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-40/2022 saylı hökmündən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 2 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-907/2022 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən ayrı-ayrılıqda 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələri təqdim etmiş, həmin maddələrin hansı növə aid olduğunu, hansı mənbədən və nə məqsədlə əldə edib üzərində saxladığı soruşulduqda o, təqdim etdiyi maddənin şüşə adlanan psixortop maddə metamfetamin olduğunu, həmin metamfetamin bükümlərini 1 gün əvvəl yəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsindən tanışı X5 başqa şəxslərə sataraq gəlir əldə etməsi məqsədilə aldığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları onu saxlayan zaman qaçmağa cəhd göstərdiyini və üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşının ayağından xəsarət yetirdiyini bildirmişdir. İstintaqa təqdim edilmiş bıçaq Təqsirləndirilən şəxs təqdim olunmuş və o, həmin bıçağın polis əməkdaşına xəsarət yetirdiyi bıçaq olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik olan əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-cü il tarixli, 6/3068 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №43” dairəvi möhür əksi olan: Üzərində “X3” sözləri və imzalar qeyd edilmiş zərfdə 2 ədəd sellofan bükümdə bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,079 qram, 7,319 qram ümumi təmiz çəkisi 12,398 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Şübhəli Təqsirləndirilən şəxs" sözləri və imzalar qeyd edilmiş zərfdə 2 ədəd sellofan bükümdə bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,596 qram, 4,422 qram ümumi təmiz çəkisi 15,018, qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “X1” sözləri və imzalar qeyd edilmiş zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,499 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eynilik təşkil edir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 15,108 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 15,008 qram, metamfetaminin ümumi təmiz çəkisi 12,398 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq 12,298 qram, metamfetaminin ümumi təmiz çəkisi 0,499 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 0,449 qram (Ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan müəyən olunur ki, X10 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha X6 üzünə qarşı deyərək təsdiq etmişdir.(152) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X14 ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2021-ci il tarixli, 3954 nömrəli rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 xx.xx.2021-ci il tarixli, 737/2021-MTBŞ saylı rəyindən göstərilmişdir ki; Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi 0(1) şəxsiyyəti təsdiq edən sənədlər vəsiqəsinin kserosurətinə əsasən: Ekspertizaya təqdim olunmuş məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanun qrup göstəricisi AB) sistemi üzrə tədqiq olunduqda yalnız H antiqeni alındı. Həmin qan ləkələri 0 alfa beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş buçaq üzərində ləkələrdə insan qanı aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 xx.xx.2021-ci il tarixli, 612-MTKŞ/2021 saylı rəyindən göstərilmişdir ki; ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində sağda bir ədəd dəlib-keçən zədə aşkar edilmişdir. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli kəsici-deşici alətin təsirindən törənə bilər. Eksrertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində sağda bir ədəd dəlib-keçən zədə ekspertizaya təqdinə olunmuş bıçağın tiyəsi və ya xüsusiyyətə malik olan digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Şalvar üzərində olan qan ləkəsi qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) və ya dinamik kontakt və fiziki kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik olan soyuq silahdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan müəyən olunur ki, iş materiallarına əlavə edilmiş 1 ədəd dvd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xəzər RPİ-nin inzibati binasında xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxışda iştirak edən şəxslər özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Baxışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqsim etdiyi 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə ağ rəngli kristallik formalı maddə aşkar edilərək müvafiq qaydada kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu və onu 23 iyul 2021-ci il tarixdə tanışı X5 özünün şəxsi istehlakı və başqa şəxslərə satmaq məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 xx.xx.2021-ci il tarixli, 1464 saylı rəyindən görünür ki; Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ budun deşilmiş kəsilmiş yarası deşici - kəsici təsirə malik əşya olan bilsin bıçaq təsirindən törənmiş, törənmə müddəti xx.xx.2021 -ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətində pozulmasına səbəb olduğuna görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. 3 saylı İstintaq Təcridxanasından sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəninin sol gözaltı nahiyəsində bənövşəyi rəngli qançır ləkələri və sol qarnın bayır səthində qərtməkli yara izləri aşkar olunmuşdur. Dediyinə görə həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Həmçinin sağ dirsəkdə 2 ədəd qərtməkli yara izi vardır. Sağ əlin İ barmağının daraq sümüyündə minimal ölçüdə kəsik izi vardır. Bakı şəhəri Xəzər rayon Prokurorluğundan sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Xəzər rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X11 tərəfindən toplanmış 3C-347/22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs “Epilepsiya tezlənmiş qıc olma tutmaları olduğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Xəzər RPİnin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aid olan X6 üzərindən aşkar olunub götürülmüş qalıq qalmış 12,298 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,008 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65(altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65(altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aid olan X6 üzərindən aşkar olunub götürülmüş qalıq qalmış 12,298 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,008 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar