Məhkəmə qərarları › İş №1(101)-239/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-239/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-239/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1985-cı ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, Yataqxana-2 ünvanında qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Göygöl rayonu, Üçtəpələr kəndində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla, təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının Antalya şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb sonuncuya həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək Zərərçəkmiş şəxs1 18 sentyabr 2016-cı il tarixdə, saat 01:23-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə, Türkiyə Respublikasının Antalya şəhərinə aparıb orada kirayəyə götürdüyü mənzildə yerləşdirərək 20 sentyabr 2016-cı il tarixdən 22 sentyabr 2016-cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2016-cı ilin noyabr ayının ortalarında ünvan 3 ünvanında yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının Antalya şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb sonuncunun 20 sentyabr 2016-cı il tarixdən 22 sentyabr 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Antalya şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək Zərərçəkmiş şəxs1 24 noyabr 2016-cı tarixdə, saat 19:26-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Antalya şəhərinə aparıb orada kirayəyə götürdüyü mənzildə yerləşdirərək 26 noyabr 2016-cı il tarixdən 21 dekabr 2016-cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs2 ilə ünvan 5obil telefon vasitəsilə əlaqə saxlayıb sonuncuya həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərcini ödəyərək onu 08 fevral 2018-ci il tarixdə, saat 08:28-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı X5 keçirməklə Türkiyə Respublikasının Antalya şəhərinə aparıb orada kirayəyə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 10 yanvar 2018-ci il tarixdən 03 fevral 2018-ci il tarixədək olan mqddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Həsnova Ülviyyə Surxay qızı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 2016-cı ilin əvvəllərində Biləsuvar rayonunda yerləşən kafelərin birində işləmişdir. Həmin vaxt o, əslən Tovuz rayonundan olan Ruhiyyə adlı qadınla tanış olmuşdur. Orada verilən əmək haqqı onları qane etmədiyindən onlar birlikdə Türkiyə Respublikasına gedib orada fahişəliklə məşğul olmaq qərarına gəlmişlər. Bu məqsədlə Ruhiyyə onun istifadə etdiyi “Whatsapp” proqramı vasitəsilə Türkiyə Respublikasında olan tanışına zəng edərək ora gəlmək istədiyini bildirmişdir. Bir müddət sonra o, Bakı şəhərində olarkən Türkiyə Respublikasından ona zəng etmişlər. Zəng edən şəxs ona Antalya şəhərində işləməklə yaxşı qazanc əldə edəcəyini deyib ona ora gəlməyi bildirmişdir. Onunla türk vətəndaşı arasında olan telefon danışığından Ruhiyyənin xəbəri olmamışdır. 2016-cı ilin iyun ayında o, Heydər Əliyev adına X5 təyyarə ilə Türkiyə Respublikasının Antalya şəhərinə, oradan da taksi ilə Finikiya rayonuna getmişdir. Orada onu Osman adlı şəxs qarşılayaraq kirayəyə tutduğu evə aparmışdır. Həmin evdə ondan başqa onun tanımadığı 2 (iki) azərbaycanlı qadın da olmuşdur. O, getdiyi gündən etibarən Osmanın kirayəyə götürdüyü evdə digər azərbaycanlı qadınlar kimi kişilərə cinsi xidmət göstərməyə başlamışdır. 2017-ci ilin axırlarında onun Osmanla münasibəti daha da yaxşılaşdığından onlar ər-arvad kimi yaşamağa başlamışlar. Sonra Osman onun üçün Antalya şəhərinin Finikiya rayonunda ayrıca ev tutmuş və o, Osmanla birlikdə həmin evdə yaşamağa başlamışdır. Osman özü Finikiya rayonunda “Serpil” ləqəbli, əsl adı isə Məryəm Özkaya olan Türkiyə Respublikasının vətəndaşı ilə qadınların fahişəliyə cəlb edilməsi işi ilə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Antalya şəhərində Osmanın kirayəyə tutduğu evdə olarkən tanımışdır. Sonradan o, bilmişdir ki, Sona da Osmanın tapdığı qızlardan biri olmuş və orada Osmanın nəzarəti altında fahişəliklə məşğul olmuşdur. Sona Osmanın nəzarəti altında fahişəliklə məşğul olan zaman öz tanışı Könülü Osmanla tanış etmiş və bundan sonra Könül də Osmanın nəzarəti altında Finikiya rayonunda fahişəliklə məşğul olmuşdur. O, nə Sonanı, nədə ki, Könülü Türkiyə Respublikasına aparmamış, sonuncuları orada cinsi istismar etməmişdir. O, özü Türkiyə Respublikasında Osman tərəfindən fahişəliklə məşğul olmağa məcbur edilmişdir. O, heç vaxt azərbaycanlı qadınları Türkiyədə cinsi istismar etməmişdir. Könül Sonanın tanışı olmuş və Könülü Osmanın yanına Sona göndərmişdir. X14 tərəfindən cinsi istismar edilmiş və bu istismarın səbəbkarı Sonanın özü olmuşdur. O, nə Sonanı, nə də ki, Könülü cinsi istismar etməmişdir. Könül iki dəfə özü Türkiyə Respublikasına gedərək orada fahişəliklə məşğul olmuşdur. Sona və Könül özləri istəyərək Türkiyəyə gedib orada Osmanın nəzarəti altında fahişəliklə məşğul olmuşlar. Sonanı və Könülü orada heç kəs cinsi istismar etməmişdir. Sona və Könül könüllü şəkildə orada fahişəliklə məşğul olmuşlar. Hətta sonradan Könül Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı quraraq Osmanın yanından getmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, habelə onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldatma yolu ilə zəiflik vəziyyətlərindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportunu götürüb saxlamaqla, təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edərək qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyd edilən hissədə verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Həsənva Ülviyyə Surxay qızı məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi məqsədi güdmüşdür. Məhkəmə zərərçəkmiş şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri, habelə elan olunmuş şahid ifadəsini (şahid xəstə olduğundan onun iştirakını məhkəmə iclasında təmin etmək mümkün olmamışdır), eləcə də cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4 maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi məhkəmə istintaqında sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, çay evində ofisiant işləmişdir. Ülviyyə də onun işlədiyi çay evinə gəlib-getmişdir. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı belə yaranmışdır. Bir gün Ülviyyə onun işlədiyi çay evinə gəlmiş və onu Türkiyə Respublikasına apararaq orada işlə təmin edə biləcəyini bildirmişdir. Həmin vaxt onun evində problemlər və maddi sıxıntılar olduğundan o, Ülviyyənin təklifi ilə razılaşmışdır. Nəticədə Ülviyyə onun təyyarə biletini öz şəxsi pulu hesabına almışdır. Sonra o, Ülviyyə ilə birlikdə Türkiyə Respublikasına getmişdir. O, Ülviyyə ilə Türkiyə Respublikasına çatdıqdan sonra birlikdə qalacaqları evə getmişdir. Orada Ülviyyə onun pasportunu əlindən almış və guya Türkiyədə “oturum” (qanuni əsaslarla yaşamaq) icazəsi almaq üçün pasportunu verməli olduğunu bildirmişdir. O da Ülviyyənin dediklərinə inanaraq, öz pasportunu Ülviyyəyə vermişdir. Sonra Ülviyyə onun pasportunu qaytarmamışdır. O da Ülviyyənin onu saxladığı evdə qalmağa məcbur olmuşdur. Ülviyyə onu həmin evdə işlətmiş, yəni cinsi istismara məruz qalmasına şərait yaratmış, tanımadığı kişilərlə görüşdürmüş, həmin şəxslərlə cinsi əlaqədə olmağa onu məcbur etmişdir. Ülviyyənin yanında onun tanımadığı türk vətəndaşı olan bir kişi də olmuşdur. Ülviyyə bütün bu çirkin əməlllərini həmin şəxslə birlikdə həyata keçirmişdir. Onun analığı xərçəng xəstəliyindən əziyyət çəkdiyindən ömrünün son günlərini yaşamışdır. O, analığı ilə Türkiyədə telefon vasitəsilə videogörüntülü əlaqə saxlamış və analığının vəziyyəti barədə məlumat almışdır. O, analığının xəstə olması, ömrünün son günlərini yaşaması barədə Ülviyyəyə bildirmiş və sonuncudan onu buraxmağını xahiş etmişdir. Buna görə də Ülviyyə Azərbaycana gəlmək üçün ona şərait yaratmışdır. O da bundan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmadığını bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, bu hadisəyə qədər bir neçə dəfə müalicə almaq üçün Türkiyə Respublikasına getmişdir. O, Türkiyə Respublikasından qayıdarkən yolda Ruhiyyə adlı qadınla tanış olmuş və onların arasında səmimi münasibətlər yaranmışdır. Onlar Bakı şəhərinə gəldikdən sonra yenə bir-biri ilə əlaqə saxlamışlar. Onların arasında olan söhbət zamanı o, maddi çətinlikləri barədə Ruhiyyə ilə danışmışdır. Ruhiyyə də ona Türkiyə Respublikasında Ülviyyə adlı tanışının olduğunu və Ülviyyənin ona iş tapmaqda kömək edə biləcəyini deyərək onları tanış edəcəyini bildirmişdir. Sonra Ruhiyyə onu Ülviyyə ilə “calaşdırmışdır”. O, Ülviyyə ilə danışanda sonuncu ona Türkiyə Respublikasına, yəni özünün yanına gələcəyi halda orada yaxşı və gəlirli işə düzəldəcəyini ona bildirmişdir. O, Ülviyyəyə maddi imkanının olmadığını bildirdikdə, Ülviyyə ona bilet almaq üçün pul göndərəcəyini demişdir. Bundan sonra, yəni 2016-cı ilin xatırlamadığı ayında o, təyyarə ilə Türkiyə Respublikasının Antalya şəhərinə getmişdir. Türkiyədə hava limanında onu Ülviyyə və sonuncunun yanında gələn “Baba” ləqəbli şəxs qarşılamışdır. Sonra Ülviyyə onu özünün yaşadığı evə aparmışdır. O, bir gün həmin evdə qalmışdır. Növbəti gün Ülviyyə onun telefonunu və pasportunu götürərək ona hədə-qorxu gəlib onun Türkiyədə işinin özünün tapdığı kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmaqdan ibarət olacağını bildirmişdir. O, Ülviyyəyə etiraz etsə də, sonuncu buna məhəl qoymayaraq onun özünə borclu olduğunu, dediklərini etməyəcəyi təqdirdə qohumlarına onun həmin şəhərdə fahişəliklə məşğul olacağını deyəcəni bildirmişdir. O da orada heç kimi tanımadığından və Bakı şəhərinə qayıtmaq üçün pulu olmadığından Ülviyyə ilə razılaşmaq məcburiyyətində qalmışdır. Belə ki, o, orada qaldığı müddət ərzində Ülviyyənin dediklərini etməyən qızların döyülməsinin şahidi olmuşdur. Həmçinin Ülviyyə ona müştəridən alınan pulun yarısını ona verəcəyini, qalan yarısını isə özünə götürəcəyini bildirmişdir. Bundan sonra Ülviyyə onu öz tanışı olan müştərilərlə görüşdürməyə başlamışdır. O, orada gün ərzində azı 10 (on) kişi ilə cinsi əlaqədə olaraq pul qazanmışdır. Müştərilərdən pulu Ülviyyə özü götürmuş və kişilərdən aldığı pulun yarısını sonradan ona vermişdir. O, təxminən Ülviyyənin yanında 1 (bir) ay qalmışdır. O, telefonla anası ilə əlaqə saxlayaraq anasına Ülviyyənin başına gətirdiyi oyun barədə məlumat vermişdir. Sonra onun anası Ülviyyəyə zəng etmiş və sonuncunu polisə verəcəyini bildirərək qorxutmuşdur. Onun anası Ülviyyə ilə danışdıqdan sonra Ülviyyə onun Azərbaycana qayıtmağına icazə vermişdir. O, Ülviyyənin tapdığı kişi cinsindən olan şəxslərlə cinsi əlaqədə olduğu zaman türk vətəndaşı olan İsa Kıvrak adlı şəxslə tanış olmuşdur. O, İsa Kıvraka da bu barədə məlumat vermişdir. İsa Kıvrak da onun Azərbaycana qayıtmağına kömək etmişdir. Sonradan o, İsa Kıvrak ilə rəsmi nikaha daxil olmuş və ailə qurduqdan sonra X11 yanına getmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Şahid onun doğma qızıdır. Onun qızı Könül 2015-ci ildə müalicə məqsədilə bir neçə dəfə Türkiyə Respublikasına getmişdir. Təxminən 2016-cı ilin sonlarında Könül ona zəng edərək Türkiyə Respublikasında olduğunu, Ülviyyə adlı qadın tərəfindən cinsi istismar olunduğunu, Ülviyyə tərəfindən orada təzyiqlərə məruz qaldığını, Ülviyənin onu Azərbaycan Respublikasına buraxmadığını bildirmişdir. Bu zaman o, Könüldən Ülviyyənin mobil telefon nömrəsini alaraq, Ülviyyə ilə əlaqə saxlamışdır. Söhbət zamanı o, Ülviyyəyə bildirmişdir ki, əgər Ülviyyə onun qızını sərbəsət buraxmasa bu barədə polisə şikayət edəcək. Bu vaxt Ülviyyə ondan qorxaraq onun qızını tez bir zamanda Azərbaycan Respublikasına yola salacağını bildirmişdir. Təxminən 23 dekabr 2016-cı il tarixdə Könül Azərbaycana gəlmişdir. Bundan sonra qızı Könül ona hər şeyi dəyərək, Ülviyyəni öz tanışı sayəsində tanıdığını, Ülviyyənin onu Türkiyədə iki dəfə cinsi istismar edib pul qarşılığında öz müştəriləri ilə görüşdürdüyünü, həmin puldan çox az miqdarda pul verdiyini bildirmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun yaxın rəfiqəsidir. O, Ülviyyə ilə birlikdə Türkiyənin Antalya şəhərinin Finikiya rayonunda bir evdə yaşamışdır. Həmin evdə onlar kişilərlə görüşmüşlər və bunun müqabilində pul qazanmışlar. Ülviyyənin bacısı qızı xəstə olduğundan əməliyyat olunmalı imiş. Ülviyyənin həmin vaxt pula ehtiyacı olduğundan Ülviyyə də Türkiyəyə gedərək orada fahişəliklə məşğul olmaqla pul qazanmış və bacısı qızının əməliyyatı üçün Azərbaycanda yaşayan bacısına pul göndərmişdir. O, zərərçəkmiş şəxs Könülü də tanıyır. Könül də onların qaldıqları Antalya şəhərinin Finikiya rayonuna işləməyə gəlmişdir. O, ifadəsində işləmək dediyi zaman kişilərlə cinsi əlaqədə olmaqla pul qazanmağı nəzərdə tutmuşdur. Könül əvvəllər də Antalya şəhərinə gəlib-getmişdir. O, Antalya şəhərində yaşamamışdan əvvəl Könül həmin şəhərə işləməyə gəlmişdir. O, Finikiya rayonunda olduqda, Könül bir qızla ora gəlmişdir. Könül onların qaldıqları evə gəlmişdir. Konül əvvəllər də həmin evə gəlib-getmiş və orada kişilərlə cinsi əlaqədə olmuşdur. Könül öz rəfiqəsi ilə onların evinə gəlmiş və onlarla birlikdə qalmışdır. Lakin sonra Könülgil onlarla dalaşmışlar və onlara demişlər ki, “biz burada oturmağa gəlməmişik, biz bura işləməyə gəlmişik”. Onlar da Könülgilə demişlər ki, “bura gəlmisinizsə işinizin adı bəllidir, burada başqa iş yoxdur, qalmaq istəyirsizsə siz də bizim kimi kişilərlə görüşməlisiniz”. Buna görə də Könül və yanındaki qız çıxıb getmişlər. Könül onların qaldıqları evə gələnə qədər o, Antalyada Finikiya rayonunda bir evdə yaşamışdır. Könül ora gələnə qədər o, həmin evdə işləmiş, yəni kişilərlə görüşərək fahişəliklə məşğul olmuşdur. Onun Finikiya rayonunda yaşadığı evdə Osman adlı bir şəxs də olmuşdur. Osman kişi müştərilər taparaq onu və onun kimi digər qızları həmin kişilərlə görüşdürmüşdür. Könül gələnə qədər onunla həmin evdə 3 (üç) nəfər qız olmuşdur. Onu və digər qızları kişi müştərilərlə Osman görüşdürmüşdür. Osmanın bir nəfər kişi şəriki də olmuşdur. Hər ikisi birlikdə onlara kişi müştərilər tapmışlar. Osman onlara demişdir ki, “evdən çölə çıxmayın, ancaq müştərilər gələndə qapını açın”. Orada həmin evdə o da, digər qızlar da, Könül də kişi müştərilər üçün qapı açmışdır. Onların kişi müşərilərlə görüşməmək imkanları da olmuşdur. Əgər onlar deyirdilərsə ki, hansısa kişi müştəri ilə görüşmək istəmirlər, onları heç kim həmin kişi müştəri ilə görüşməyə məcbur etməmişdir. O, Könülün gəldiyi tarixi xatırlamır. Lakin həmin vaxt orucluq vaxtı olmuşdur. O, bunu xatırlayır. Könül gəlib 2-3 gün qalmış, sonra demişdir ki, “burada oturmağa gəlməmişəm”. Buna görə də Könül öz rəfiqəsi ilə birlikdə İstanbula getmişdir. Könül 2-3 gün pulsuz-parasız İstanbulda qaldıqdan sonra Könülün anası Osmana zəng edərək demişdir ki, “mənim qızımı Antalyadan qovmusuz gedib İstanbula, orada pulsuz qalıb. Onu çağır gəlsin yanına, qoy biraz da Könül işləsin pul qazansın”. Onlar da bundan sonra Osmandan xahiş edərək demişlər ki, “Könül yazıqdır, yerlimizdir, çağır gəlsin Finikiyadə işləsin, küçədə qalmasın”. Osman da onların sözünə görə Könülü Finikiyaya onların yaşadıqları evə çağırmışdır. Könül İstanbulda 2-3 gün qaldıqdan sonra yenidən Finikiyaya gəlmişdir. O, Könülün Finikiyadə adının Könül olduğunu bilməmişdir. Onlar Könülün adının Aydan olduğunu bilmişlər. Könülü elə Azərbaycanda da hamı Aydan kimi tanımışdır. Onu heç vaxt Finikiyadə Ülviyyə hər hansı bir kişi ilə məcburi şəkildə görüşdürməmişdir. Ülviyyə heç vaxt onun pasportunu əlindən almamış, kişilərlə görüşməyinə görə qazandığı pulları əlindən almamış, onlar hər bir qazancı ortaq bölmüşlər. Ülviyyəyə çatan pullar da ev xərclərinə, kirayə və kommunal xərclərə sərf edilmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. O, Ülviyyəni ilk dəfə Antalya şəhərində Finikiyadə yaşadığı evdə görmüşdür. O, əvvəlcə Türkiyədəki tanışı olan bir qadının yanında işləməyə getmişdir. Həmin qadının yanında bir şəxs olmuşdur. Həmin şəxsin adı Yasin olmuşdur. Yasin onu Osmanla tanış etmişdir. Osman da onu və digər qızları Finikiyada kişi müştərilərlə görüşdürmüş və beləliklə onlar orada fahişəlik edərək pul qazanmışlar. Ülviyyə və Sona Osman ilə birlikdə onun yaşadığı Finikiya rayonundakı evə gəlmişlər. O, Sona və Ülviyyədən 4 (dörd) gün əvvəl Finikiyaya getmişdir. O, Zərərçəkmiş şəxs1 tanımır, lakin digər Zərərçəkmiş şəxs2 tanıyır. O, Sonanı tanıması barədə bildirmişdir ki, Türkiyənin Antalya şəhərinin Finikiya rayonunda Osman adlı şəxs olmuş və həmin Osman onu Sona ilə tanış etmişdir. Osman onları Finikiyada bir evdə saxlamış və orada onları kişi müştərilərlə görüşdürmüşdür. O, Sonanı həmin evdə tanımışdır. Sona da onlarla birlikdə həmin evdə yaşamışdır. Həmin evdə onlar 4 (dörd) qız olaraq yaşamışlar. Belə ki, o, Aysel, Turanə və Sona həmin evdə birlikdə yaşayaraq kişi müştərilərlə görüşmüşlər. O, Finikiyada fahişəliklə məşğul olmuşdur. Kişi müştəriləri Osman onlara tapmışdır. Osman onlara saxladığı evdə telefon vermişdir. Onlar həmin telefon vasitəsi ilə Osmanla əlaqə saxlamışlar. Osman onlara müştərilər barədə məlumat vermiş və onlar da həmin evdə müştərilərlə görüşürək cinsi əlaqədə olmuşlar. Kişi müştərilərdən pulu onlar özləri almışlar. Kim hansı kişi ilə cinsi əlaqədə olurdusa pulu da həmin kişidən cinsi əlaqədə olan qız almışdır. Sonra onlar pulları Osmana vermişlər, Osman da pulları bölüşdürmüşdür. Onlar cinsi əlaqədə olmağın qarşılığında kişilərdən 100 türk lirəsi məbləğində pul almışlar. Onlar pulu öz aralarında 50/50-yə bölmüşlər. Onların kişi müşərilərlə görüşməmək imkanları da olmuşdur. Əgər onlar deyirdilərsə hansısa kişi müştəri ilə görüşmək istəmirlər, o zaman heç kim onları həmin kişi müştəriləri ilə görüşməyə məcbur etməmişdir. O, Təqsirləndirilən şəxs Türkiyənin Finikiya rayonunda tanımışdır. Sona ilə Ülviyyə ondan 4 (dörd) gün sonra Finikiyaya Osmanın yanına gəlmişlər. Ülviyyə və Sona Osmanın yanına gəldikdə, o, Osmanın yanında olmuşdur. Ülviyyə gəldikdən sonra Antalyada yaşadığı evə getmişdir. O isə Sona ilə birlikdə Finikiyada qalmışdır. Həmin evdə onlar 4 (dörd) qız olmuşlar. Heç kim onları cinsi əlaqədə olmağa məcbur etməmişdir. Hamı (bütün qızlar) həmin evə kişilərlə cinsi əlaqədə olmaq üçün könüllü olaraq gəlmişlər. Heç kim heç kəsə qarşı zor tətbiq etməmişdir. Bütün qızlar cinsi əlaqədə olmaq müqabilində pul qazanmışlar. Sona da orada onlar kimi kişilərlə görüşərək cinsi əlaqədə olmuş, pul qazanmış və qazandığı puldan da evinə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və əlavə şahidlərin ifadələri) ilə yanaşı, elan olunmuş şahid ifadəsini, məhkəmə istintaqında tədqiq edilmiş və cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 5) görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək 2018-ci ildə Türkiyə Respublikasının Antalya şəhərində Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qaldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 6) görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək 2016-ci ilin müxtəlif aylarında Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Antalya şəhərində cinsi istismara məruz qaldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, 2 saylı Yataqxanada qeydiyyatdadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 71) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 78) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 104-105) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsindən həmin Məcəllənin 144-1.2.1,144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 107-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-621/2021 saylı qərarından (cild 1, iş vərəqə 140-145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-815/2021 saylı qərarından (cild 1, iş vərəqə 219-224) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 23 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 240-252) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqları məhkəmənin müdafiəsi altındadır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Əfəndiyevin Azərbaycan Respublikasına” qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 mart 2015-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutun mümkünlüyü məsələsi ilk növbədə milli qanunvericiliklə tənzim olunan məsələdir və bir qayda olaraq ölkə məhkəmələri özləri işdə olan müstəqil şəkildə sübutları qiymətləndirməlidir. Konvensiyaya əsasən Avropa Məhkəmənin vəzifəsi şahidlərin ifadələrinin sübut kimi lazımı qaydada qəbul edilib-edilmədiyi ilə bağlı mühakimə yürütmək deyil, bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə tərzinin ədalətli olubolmadığını müəyyən etməkdir. Qeyd edilən hüquqi mövqe, həmçinin “X4 Rusiya Federasiyasına” qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa Məhkəməsi dəfələrlə öz presedent qərarlarıda göstərmişdir ki, “şahid” kateqoriyası dar mənada istifadə edilməməlidir. Əksinə “şahid” kateqoriyasına cinayət prosesində ifadəsi alına biləcək və ya ifadə verə biləcək istənilən proses iştirakçısı aiddir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona tam imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmü qanuni, əsaslı və ədalətli olmalıdır. Məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, məhkəkə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla iki şəxs barəsində, təkrarən insan alveri cinayət əməllərini, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini Türkiyə Respublikasının Antalya şəhərinin Finikiya rayonunda hansı şəraitdə və hansı məkanlarda (hotellərdə, mənzillərdə və sair yerlərdə) törətməsini müəyyən etmək mümkün olmamışdır. Törədilmiş cinayət əməllərinin transmilli cinayətlər kateqoriyasına aid edilməsinə baxmayaraq, əməliyyat və ibtidai istintaq orqanı tərəfindən cinayətin törədilmə yerinin, üsulunun, mexanizminin, vasitəsinin, cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində heç bir tədbir görülməmiş, Türkiyə Respublikasının səlahiyyətli orqanlarına sorğu göndərilməmişdir. Bu səbəbdən məhkəmə bu hissədə ibtidai istintaq orqanının apardığı ibtidai araşdırmanı natamam sayaraq ona tənqidi yanaşır. Lakin buna baxmayaraq, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər ayrıayrılıqda ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək Təqsirləndirilən şəxs və sonuncunun əlbir olduğu Osman adlı şəxs tərəfindən maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edilərək aldatma və hədəqorxu məcbur etmə vəsitəsindən istifadə etmə nəticəsində cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiklərini, Türkiyə Respublikasının ərazisində insan alveri məqsədi ilə pasportlarının götürülüb saxlanmaqla insan alveri cinayətinin qurbanları olmasını təsdiq etmişlər. Zərərçəkmiş şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri şübhə altına almaq üçün heç bir əsas yoxdur. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin tövsifi və təqsirinin sübuta yetirilməsi məsələsində zərərçəkmiş şəxslərin ifadələrini yeganə əsas sübut kimi qəbul edir və həmin sübutlar əsasında belə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verməklə müxtəlif hallara istinad etmişdir. Lakin o, istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələrində göstərmiş olduqları halları təqzib etsə də, özünün istinad etdiyi hallara dair heç bir əsaslı arqumenti irəli sürə bilməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə istintaqında zərərçəkmiş şəxslərin ifadələrində göstərilmiş halları təqzib və istisna edə biləcək digər sübutlar və hallar da müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin əməllərinin tövsifi məsələsində zərərçəkmiş şəxslərin məhkəmə istintaqında vermiş olduqları ifadələri təqzibedilməz, əsaslı və həlledici sübutlar kimi qəbul edir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında X6 və X10 əlavə şahid qismində dindirilmişdir. Məhkəmə qeyd edilən şəxslərin Təqsirləndirilən şəxs ilə yaxın münasibətlərinin olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əlavə şahid qismində dindirilmiş şəxslər Təqsirləndirilən şəxs xeyrinə ifadə verməklə əsl həqiqəti gizlətmişlər və Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Bundan başqa, X6 və X10 məhkəmə istintaqında qeyri-müəyyən məzmunda ifadə vermişlər. Onlar ifadələrində ititham tərəfinin gəldiyini nəticəni və zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri halları əsaslı şəkildə təqzib edə bilməmişlər. Bu səbəbdən də məhkəmə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrini mötəbər sübut hesab etmir. Beləliklə məhkəmə istintaqında müəyyən edilmiş və yuxarıda sadalanan hallardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Yəni cinayət hadisəsi həqiqətən baş vermiş, göstərilən cinayət əməlləri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Bu cinayət əməllərinin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsində təqsiri məhkəmə istintaqında tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin “Qeydinin” 1-ci bəndinə görə - bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Sözügedən “Qeydin” 2-ci bəndinə görə - insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin/maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də mütləq qaydada həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona həmin maddələr üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, onun əməlləri cinayətlərin məcmusunu yaratdığından ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri üzrə qeyd edilən hal nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4 maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi üzrə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar