Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-239/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər– «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8 M-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 89-da yaşamış və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 29-da qeydiyyatda olan və yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Məhəmməd» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 9041,106 qram çəkidə narkotik vasitə heroini pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib “Məhəmməd’ adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhərinə daşımaqla həmin narkotik vasitənin 72,237 qramını Təqsirləndirilən şəxs2 öz üzərində, Təqsirləndirilən şəxs1 isə 100,569 qramını üzərində, 1075 qramını etibarnamə əsasında İdarə etdiyi «BMW-316İ» markalı, 99-FL-82* dövlət nömrə nişanlı avtomobildə, 7793,3 qramını yaşadığı ünvan 1 ünvanda qanunsuz saxlamışlar, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 fevral 2022-ci il tarixdə saat 22:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada 07 fevral 2022-ci il tarixdə saat 00:10-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 100,569 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 isə əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan heroinlə eyni olan, təmiz çəkisi külli miqdarda 72,237 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 07 fevral 2022-ci il tarixdə saat 00:55-dən etibarən Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi «BMW-316İ» markalı, 99- FL-821 dövlət nömrə nişanlı avtomobilə özünün razılığı, Təqsirləndirilən şəxs2 və onun iştirakı ilə baxış keçirilərkən avtomobilin qabaq sol oturacağının alt hissəsindən bir ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan heroinlərlə eyni olan təmiz çəkisi külli miqdarda 1075 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 07 ferval 2022-ci il tarixdə saat 01:50-dən etibarən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvana özünün razılığı, Təqsirləndirilən şəxs2 və onun iştirakı ilə baxış keçirilərkən evin eyvanında yığılmış kərpiclərin arxa hissəsində gizlətdikləri 06 (altı) ədəd bükümlərdə Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən, eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan heroinlərlə eyni tərkibli ayrı-ayrılıqda 1870,4 qram, 1912,6 qram, 997,7 qram, 1002,3 qram, 1006,4 qram və 1003,9 qram olmaqla ümumilikdə külli miqdarda 7793,3 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Məhəmməd» adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs2 ilə birlikdə Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 9041,106 qram çəkidə narkotik vasitə heroini pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib “Məhəmməd” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhərinə daşımaqla həmin narkotik vasitənin 72,237 qramını Təqsirləndirilən şəxs2 öz üzərində, Təqsirləndirilən şəxs1 isə 100,569 qramını öz üzərində, 1075 qramını Təqsirləndirilən şəxs1 onunla birlikdə etibarnamə əsasında idarə etdiyi «BMW-316İ» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobildə, 7793,3 qramını isə Təqsirləndirilən şəxs1 onunla birlikdə özünün yaşadığı ünvan 1 ünvanda gizlətməklə qanunsuz saxlamışlar, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 fevral 2022-ci il tarixdə saat 22:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada 07 fevral 2022-ci il tarixdə saat 00:10-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 100,569 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 isə əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan heroinlə eyni olan, təmiz çəkisi külli miqdarda 72,237 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 07 fevral 2022-ci il tarixdə saat 00:55-dən etibarən Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi «BMW-316İ» markalı, 99- FL-821 dövlət nömrə nişanlı avtomobilə özünün razılığı, Təqsirləndirilən şəxs2 və onun iştirakı ilə baxış keçirilərkən avtomobilin qabaq sol oturacağının alt hissəsindən bir ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan heroinlərlə eyni olan təmiz çəkisi külli miqdarda 1075 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 07 ferval 2022-ci i! tarixdə saat 01:50-dən etibarən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvana özünün razılığı, Təqsirləndirilən şəxs2 və onun iştirakı ilə baxış keçirilərkən evin eyvanında yığılmış kərpiclərin arxa hissəsində gizlətdikləri 06 (altı) ədəd bükümlərdə Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən, eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan heroinlərlə eyni tərkibli ayrı-ayrılıqda 1870,4 qram, 1912,6 qram, 997,7 qram, 1002,3 qram, 1006,4 qram və 1003,9 qram olmaqla ümumilikdə külli miqdarda 7793,3 qram təmiz çəkicə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə xalası oğlu ilə 4-cü mikrorayon dairsəində tanışlarının evinə gəlmişlər. 05 fevral 2022-ci il tarixdə tanışlarının evindən qayıdanda maşına minmişlər. Həmin vaxt bir neçə nəfər üstlərinə tökülüşmüşlər və onları tutmuşlar. Onları maşına mindirib Narkotiklərlə mübarizə idarəsinə gətirmişlər. Orada onları sorğu sual etmişlər, üzərilərini axtarmağa başlamışlar. Üzərilərindən heç nə aşkar olunmamış, sonra maşına baxış keçirmişlər, maşından da heç nə aşkar olunmamışdır. Səhərisi günü onları evə gətirmişlər, evdə də çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı evdən də heç nə aşkar olunmamışdır. Sonra təzyiqlə boyunlarına qoymuşlar ki, onlarda narkotik vasitə aşkar olunmuşdur. Onlar heç vaxt narkotik vasitələrin satışı və saxlaması ilə məşqul olmamışdır. Onun evinə də polis əməkdaşları əvvəlcədən gedərək aşkar etdikləri narkotik vasitələri həmin yerdə gizlətmişlər, sonra həmin narkotik vasitələri guya evin ikinci mərtəbəsindən kərpiclərin arasından aşkar ediblər. Bütün bunlar hamısı ona qarşı atılmış şər və böhtandır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuşdur. 2 ildir ki, narkotik vasitə heroindən İstifadə edir. Hazırda ünvan 3 ünvanında yaşayır. Arvadı ilə aralarında problemlər olduğundan o, atasıgildə yaşayır. Təqsirləndirilən şəxs2 xalasının oğludur. Saleh də, narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitə heroini Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən alır. «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Belə ki, həmin avtomobil üçün hər ay 325 manat kredit ödəyir. İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsi mərhum qardaşına görə tanımışdır. Belə ki, qardaşı vəfat edikdən sonra Məhəmmədlə “Whatsapp” tətbiqetməsi vasitəsi ilə əlaqə saxlamışdır. Tutulmamışdan bir müddət öncə Məhəmməd onunla əlaqə saxlayan zaman yaxın günlərdə satmaq məqsədilə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satıb pul əldə edəcəklərini demiş, tutulmamışdan təxminən 1 həftə öncə Məhəmmədlə əlaqə saxlayan zaman 3-4 gün ərzində ona satmaq məqsədilə narkotik vasitə heroin göndərəcəyini demişdir. Belə olan halda Məhəmmədlə razılaşıb ondan zəng gözləməyə başlamış, tutulmamışdan təxminən 2-3 gün öncə Məhəmməd yenidən ona zəng vuraraq Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, X4 postunu keçdikdən sonra sürət radarı olmasını bildirən yol nişanın altına narkotik vasitə heroin qoyulacağını bildirmiş, belə olan halda Salehə birlikdə gedib narkotik vasitəni götürməyi təklif edib, qarşılığında ona istifadə etmək üçün ona narkotik vasitə heroin verəcəyini demişdir. Saleh də, onunla razılaşmış, bundan sonra narkotik vasitəni götürmək məqsədilə Bakı şəhərindən çıxıb etibarnamə əsasında idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil ilə yola düzəlmiş, axşam saatlarında həmin ünvana çatıb qeyd olunan yol nişanı dirəyinin altında bir ədəd sellofan paket olduğunu görmüş, sellofan paketin içərisinə nəzər yetirdikdə orada 7 ədəd böyük bağlama və bir ədəd elektron tərəzi olmasını bilmiş, belə olan halda həmin sellofanı götürüb idarə etdiyi avtomobillə qoymuş, bundan sonra Salehlə birlikdə yaşadığı Bakı şəhərinə qayıtmaq üçün yola düzəlmiş, razılaşmaya əsasən həmin narkotik vasitəni Məhəmmədin deyəcəyi yerə qoyduqdan sonra 1000 manat pul almalı olmuş, həmin puldan Salehə də, verməli olmuşdur. Bakı şəhərinə qayıtdıqdan sonra bükümlərin birinin üzərindən Salehin və özünün İstifadə etməyi üçün təxminən 200 qram heroin götürmüş, götürüdüyü heroinin yarısını isə Salehə vermiş, geriyə qalan bükümləri isə yaşadığı evdə eyvanda yığılmış kərpiclərin arxa hissəsində gizlətmişdir. 06 fevral 2022-ci il tarixdə Məhəmmədlə əlaqə saxlayan zaman o, narkotik vasitə heroinin 1 kiloqramını özü ilə götürməyini, qoyacağı yer barədə ona məlumat verəcəyini demiş, belə olan halda onunla razılaşıb narkotik vasitə heroinin bir bükümünü və elektron tərəzini götürüb idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol oturacağının altında gizlətmiş, Məhəmmədlə əlaqə saxlayan zaman o həmin bükümü Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşdirməyini demiş, ona Mərdəkan qəsəbəsinin uzaq olduğunu bildirib onun təklifi İlə razılaşmamış, Məhəmməd daha sonra onunla əlaqə saxlayacağını demişdir. Həmin gün saat 22:30-da Salehlə birlikdə ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yanında olan zaman 4 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuş, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğumu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Həmin vaxt istifadə etmək üçün götürdükləri heroin üzərilərində, digər büküm və elektron tərəzi isə avtomobildə olmuş, bundan sonra polis əməkdaşları onu və Salehi idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmiş, polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, sonra üzərilərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ilk öncə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynimdə olan şalvarın sağ yan cibindən 2(iki) ədəd açar və həmin şalvarın sol yan cibindən birinin içərisində simkart nömrəsi olmayan, digərində isə ***-***- **-** simkart nömrəsi olan 2(iki) ədəd “Nokia” markalı mobil telefon və 50 (əlli) manat pul aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri möhürlənərək tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd “Nokia” markalı mobil telefon ona məlumat verildikdən sonra götürülmüş, 2 (iki) ədəd açar və 50 (əlli) manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra Saleh polis əməkdaşı tərəfindən qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Saleh əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Salehin təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və içərisi boş olan ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri möhürlənmiş və imzalanmışdır. Saleh verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə Kürdəmir rayonuna narkotik vasitə götürməyə getdiyi üçün onun verdiyini, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 2-3 gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Məhəmməd adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə Saleh ilə birlikdə əldə etdiyini, Məhəmməd adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, Salehin üzərindən aşkar olunmuş narkotik vasitəni ondan əldə etməyi ilə bağlı dediklərini təsdiq etdiyini, əvvəllər məhkum olunduğunu, idarə etdiyi avtomobildə və yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, avtomobilə və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Daha sonra avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmış, idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yanında olarkən ona avtomobildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra avtomobilin qabaq sol oturacağının alt hissəsindən 01 ədəd bükümdə heroini və 01 ədəd elektron tərəzini təqdim etmiş, baxış zamanı heroin elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılacaq möhürlənmiş və üzərinə imza etmişlər. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamış, şifahi sorğu zamanı, təqdim etdiyi kütlələrin özümə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 2-3 gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Məhəmməd adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə Saleh ilə birlikdə əldə etdiyini, “Məhəmməd” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini bir daha qeyd etmiş, daha sonra videoçəkiliş dayandırılaraq bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiqləmişlər. Bundan sonra polis əməkdaşları, Saleh və müdafiəçilərlə birlikdə onun yaşadığı ünvan 3 ünvanına getmiş, orada ona evdə saxladığı kütlələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra balkonda kərpiclərin arxa hissəsindən 06 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və polis əməkdaşı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, İştirakçılarla birlikdə qablaşdırmanın üzərinə imza etmiş, daha sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı evindən aşkar edilmiş narkotik vasitələri də, Məhəmməd adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə Saleh ilə birlikdə əldə etdiyini qeyd etmiş, baxış başa çatdıqdan sonra Baş İdarəyə qayıtmış, orada baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuş, daha sonra iştirakçılarla birlikdə protokola imza etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə 4-cü mikrorayon dairəsində tanışları var Səbuhinin maşını ilə birlikdə ora getmişlər. Səhəri günü oradan çıxanda maşına minmək istəyərkən maşının yanında dayanan zaman üstlərinə tökülüb onları avtomaşınlarına mindirib Narkotiklərlə Mübarizə idarəsinə aparmışlar. Səhərə yaxın onları evə aparmışlar baxış keçirməyə. Orada da çəkilişlə evə baxış keçirmişlər. Baxış zamanı da evdən guya narkotik maddə aşkar olunmuş, lakin üzərilərindən və ya maşından heç bir şey aşkar olunmamışdır. Onları incidib təzyiq göstərib bounlarına almalarına məcbur etmişlər. Onlar heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, satışı ilə məşqul olmamışlar. Məhəmməd adlı şəxsin də adını birinci dəfə orada polis əməkdaşlarından eşitmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Hazırda ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 xalası oğludur. Səbuhi də, narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitə heroini Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən alır. Səbuhi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Belə ki, həmin avtomobil üçün hər ay müəyyən məbləğdə kredit ödəyir. İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs Səbuhinin tanışıdır. Onunla hər hansı əlaqəsi yoxdur. Tutulmamışdan təxminən 3-4 gün öncə Səbuhi Məhəmmədin ona zəng vuraraq Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, X4 postunu keçdikdən sonra sürət radarı olmasını bildirən yol nişanın altına narkotik vasitə heroin qoyulacağı barədə məlumat verdiyini bildirmiş, Səbuhi ona birlikdə gedib narkotik vasitəni götürməyi təklif edib, qarşılığında ona istifadə etmək üçün narkotik vasitə heroin verəcəyini demiş, Səbuhi ilə razlaşmışdır. Bundan sonra narkotik vasitəni götürmək məqsədilə Bakı şəhərindən çıxıb Səbuhinin idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil ilə yola düzəlmiş, axşam saatlarında həmin ünvana çatıb qeyd olunan yol nişanı dirəyinin altında bir ədəd sellofan paket olduğunu görmüş, sellofan paketin içərisinə nəzər yetirdikdə orada 7 ədəd böyük bağlama və bir ədəd elektron tərəzi olmasını bilmiş, belə olan halda Səbuhi həmin sellofanı götürüb idarə etdiyi avtomobilə qoymuş, bundan sonra Səbuhi ilə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola düzəlmişlər. Razılaşmaya əsasən həmin narkotik vasitəni Məhəmmədin deyəcəyi yerə qoyduqdan sonra Səbuhi 1000 manat pul almalı olmuş, Səbuhi həmin puldan ona da, verəcəyini demişdir. Bakı şəhərinə qayıtdıqdan sonra Səbuhi bükümlərin birinin üzərindən onun və özünün istifadə etməkləri üçün təxminən 200 qram heroin götürmüş, götürüdüyü heroinin yarısını isə ona vermiş, geriyə qalan bükümləri isə yaşadığı evdə eyvanda yığılmış kərpiclərin arxa hissəsində gizlətmişdir. 06 fevral 2022- ci il tarixdə Səbuhi Məhəmmədlə əlaqə saxlayan zaman o, narkotik vasitə heroinin 1 kiloqramını özü ilə götürməyini, qoyacaqları yer barədə ona məlumat verəcəyini demiş, belə olan halda Səbuhi onunla razılaşıb narkotik vasitə heroinin bir bükümünü və elektron tərəzini götürüb idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol oturacağının altında gizlətmiş, Məhəmmədlə əlaqə saxlayan zaman o həmin büküm Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşdirməyi təklif etmiş, Səbuhi isə Mərdəkan qəsəbəsinin uzaq olduğunu bildirib onun təklifi ilə razılaşmamış, Məhəmməd daha sonra əlaqə saxlayacağını demişdir. Həmin gün saat 22:30-da Səbuhi ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında Səbuhinin idarə etdiyi «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yanında olan zaman onlara 4 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuş, özlərini təqdim etdikdən sonra polis əməkdaşları Səbuhinin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Həmin vaxt istifadə etmək üçün götürdükləri heroin üzərilərində, digər büküm və elektron tərəzi isə avtomobildə olmuş, bundan sonra polis əməkdaşları onu və Səbuhini «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ilk öncə Səbuhiyə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 2(iki) ədəd açar və həmin şalvarın sol yan cibindən birinin içərisində simkart nömrəsi olmayan, digərində isə 050- ***-**-** simkart nömrəsi olan 2(iki) ədəd “Nokia” markalı mobil telefon və 50 (əlli) manat pul aşkar edilmiş, daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Səbuhinin təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri möhürlənərək tərəflərindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd “Nokia” markalı mobil telefon götürülmüş, 2 (iki) ədəd açar və 50 (əlli) manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşı tərəfindən qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və içərisi boş olan ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri imzalanmışdır. Verilən suallara cavab olaraq üzərimdən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Səbuhi ilə birlikdə Kürdəmir rayonuna narkotik vasitə götürməyə getdiyi üçün onun verdiyini, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, başqa yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Şifahi sorğu zamanı Səbuhi verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan Məhəmməd adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə onunla birlikdə əldə etdiyini, Məhəmməd adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, üzərindən aşkar olunmuş narkotik vasitəni ondan əldə etməyi ilə bağlı dediklərini təsdiq etdiyini, əvvəllər məhkum olunduğunu, idarə etdiyi avtomobildə və yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, avtomobilə və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Daha sonra avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmış, «BMW» markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yanında olarkən Səbuhiyə avtomobildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, avtomobilin qabaq sol oturacağının alt hissəsindən 01 ədəd bükümdə heroini və 01 ədəd elektron tərəzini təqdim etmiş, baxış zamanı heroin elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdınlaraq möhürlənmiş və üzərinə imza etmişlər. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamış, şifahi sorğu zamanı, Səbuhi təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı o‘an Məhəmməd adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə onunla birlikdə əldə etdiyini, “Məhəmməd” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini bir daha qeyd etmiş daha sonra videoçəkiliş dayandırılaraq bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiqləmişlər. Bundan sonra polis əməkdaşları, Səbuhi və müdafiəçilərlə birlikdə Səbuhinin yaşadığı ünvan 8 ünvanına getmiş, orada Səbuhiyə evdə saxladığı kütlələri təqdim etməyi təkiif olunmuş, bu təklifdən sonra Səbuhi, balkonda kərpiclərin arxa hissəsindən 06 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və polis əməkdaşı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılarla birlikdə qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Səbuhi evindən aşkar edilmiş narkotik vasitələri də, Məhəmməd adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə onunla birlikdə əldə etdiyini qeyd etmiş, baxış başa çatdıqdan sonra Baş İdarəyə qayıtmış, orada baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra iştirakçılarla birlikdə protokola İmza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 fevral 2022-ci il tarixdə Səbuhi adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və həmin günü axşam Nəsimi rayon ərazisinə getmişlər, orada Səbuhiyə məxsus avtomaşının yanında Saleh və Səbuhi tərəflərindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər. İdarədə üzərilərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan gödəkcəsinin cibindən bir büküm narkotik vasitə heroin çıxarıb masanın üzərinə qoymuşlar. Sonra Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o da gödəkcəsinin cibindən bir büküm narkotik vasitə çıxarıb təqdim etmişdir. Bundan sonra videoçəkilişlə Səbuhinin idarə etdiyi avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının qabaq oturacağının altından bir ədəd sellofanda narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan sonra Səbuhinin yaşadığı Yasamal rayonu 2-ci Alatava qəsəbəsinə getmişlər, orada Səbuhinin yaşadığı evdə kərpiclərin arxasından 6 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim edərək həmin narkotik vasitələri İran vətəndaşı Məhəmməd adlı şəxsin sifarişi ilə onun göstərdiyi yerlərə qoyacağı qarşılığında ona 1000 manat pul vercəyini vəd verdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının əvvəllərində Səbuhi adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Nəsimi rayon ərazisində Səbuhi ilə Saleh tərəflərindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmişdir. İdarədə üzərilərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman Səbuhi ilə Salehin üzərilərindən narkotik vasitə aşkar olunmuş, bundan sonra baxış zamanı Səbuhiyə məxsus avtomaşından da narkotik vasitə və tərəzi aşkar olunmuş, sonra Səbuhinin yaşadığı Yasamal rayonu 2-ci Alatava qəsəbəsinə getmişlər, orada Səbuhinin yaşadığı evdə kərpiclərin arxasından da narkotik vsitələr aşkar olunmuşdur. Səbuhi bildirmişdir ki, həmin narkotik vasitələri İran vətəndaşı Məhəmməd adlı şəxsin sifarişi ilə qoyduğu yerdən götürərək pul müqabilində onun deyəcəyi yerlərə qoyacaqlarmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 və ibtidai istintaq zamanı şazhid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2022-ci il tarixli 6/735 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş .. ” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 100,569 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində:“Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş... “ yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1075 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində: “ Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş....” yazısı və imzalar olan bağlamadakı 6(altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1870,4qr, 1912,6qr, 997,7qr, 1002,3qr, 1006,4qr, 1003,9qr, ümumi təmiz çəkisi 7793,3qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 72,237 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 8968,869 qram (8kq 968,869qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyndirlər. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş tərəzinin üzərində heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlər və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyndirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2981 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 deməsinə görə 2 ildir ki, narkotik vasitə heroindən istifadə etdiyini qeyd edir. Narkotik vasitələrin qəbulundan fiziki və psixi asılılıq vardır. Öz psixi vəziyyətinə tənqidi nünasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2989 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 deməsinə görə 1 ildir ki, narkotik vasitə neroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Narkotik vasitələrin qəbulundan fiziki və psixi asılılıq vardır. Öz psixi vəziyyətinə tənqidi nünasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs1 üzərindən, idarə etdiyi avtomobildən, yaşadığı evdən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 9041,106 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalığı- 9040,466 qram heroin və 01 ədəd elektron tərəzi saxlanması üçün DİN-in BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. 07 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BNMİnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında “BMW” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilib üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Qeyd edilən şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. 07 fevral 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında “BMW” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilib idarə etdiyi “BMW” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sol oturacağının alt hissəsindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. 07 fevral 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında “BMW” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, yaşadığı ünvan 9 ünvanına baxış keçirilən zaman evin balkonunda kərpiclərin arxa hissəsindən altı ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. "Azercell” MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 3575 saylı məktubdan görünür ki, əldə edilmiş məlumatlar 01 ədəd CD disk formasında istintaqa təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********22 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:
1. xx.xx.2021-ci il tarixdə saat 04:40-da +**********3636 saylı mobil nömrəsindən “Qaqa temiz 05 vere bilsen gelim hec olmasa 04 olsun. Qaqa sene amanet plravam sabaha kimi 1112 kimi"
2. xx.xx.2021-ci il tarixdə saat 01:20-də -**********3636 saylı mobil nömrəsindən “Qaqa bu azdı qaytararam 05 gedim onu götürüm qonağım var”
3. 27.11,2021-ci il tarixdə saat 04:22-də +**********3636 saylı mobil nömrəsindən “Kakozu 15 manat sut 05”
4. xx.xx.2021-ci il tarixdə saat 19:51-də +**********35 saylı mobil nömrəsindən “Qardaş e/e diri 200 olsun kolanı artır qurban sene” "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 5272/22 saylı məktubdan görünür ki, əldə edilmiş məlumatlar 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********01 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:
1. xx.xx.2021 -ci il tarixdə saat 19:42-də +**********13 saylı mobil nömrəsindən “Ay qardaşım vallah ölürəm anam cani yoxsa demərəm bir damcı wey vericeysen 3 saatdi məni firladirsan”
2. xx.xx.2021-ci il tarixdə saat 00:32-də +**********16 saylı mobil nömrəsindən "qaqas sen yatmada. men saba tezden 8de mebeli yigmaga getmeliyem. gelim sizden gedim, yoxsa olerem. eger yatasi olsan pencereye qoyda qurban olum nolar. 0.5+pat” "xxxx" MMC və “Azercell" MMC-dən götürülmüş mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu iki ədəd CD disklər maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadə verərək bildirmişdir ki, onlar, «Məhəmməd» adlı şəxslə telefonla danışaraq sonuncudan Kürdəmir rayon ərazsindən narkotik vasitə və psixatrop maddəni götürərək deyiləcək yerə qoyduqları halda 1000 manat pul alacaqlarını bildirmişlər və onlar da razılaşmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən halları inkar edərək heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, əksinə faktiki olaraq Məhəmməd adlı şəxsin kuryeri qismində çıxış edərək sonuncunun tapşırığı və sifarişi əsasında, ən əsası isə muzd müqabilində şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxs və ya şəxslər tərəfindən Bakı şəhərinə naməlum şəraitdə və tarixdə gətirilməklə yerləşdirilmiş narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin digər yerlərinə (ərazilərə) daşıyaraq yerləşdirmək niyyətində olmuşlar. Başqa sözlə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələrində törətmiş olduqları cinayət əməlinin üsulunu və mexanizmini izah edərək Bakı şəhəri ərazisində yerləşdirəcəyi külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri muzd (pul) müqabilində qanunsuz olaraq bir ərazidən (yerdən) götürüb (əldə edib) üzərində saxlamaqla daşıyaraq başqa əraziyə (yerə) yerləşdirəcəyini bildirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onların külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlama faktı öz təsdini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən hərəkətləri, yəni külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edib üzərilərində, avtomaşında və yaşadığı evdə saxlamaqla daşımaları cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Bundan başqa, onların digər şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşmaları, belə bir razılığın onların arasında aparılmış danışıqlar, həmin narkotik vasitələri kiməsə aparılıb verilməsi ilə razılaşdırılması da məhkəmə istintaqında müəyyən edilmiş hallardan birini təşkil edir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hansısa şəxsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş sair hərəkətləri etməsi, “müştəri bazasına” malik olması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrlə bağlı müraciət etməsi halları da SMS danışıqları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Məmmədov X1 rayon ərazisinə başqa şəxs və ya şəxslər tərəfindən yerləşdirilmiş külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən faktiki olaraq həmin vasitə və maddələrin bir ərazidən başqa əraziyə daşınmasında kuryer funksiyasını icra etmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəz halıdır. Məhkəmə bu hissədə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq bir ərazidən götürüb (əldə edib) başqa əraziyə yerləşdirərkən onun məqsədi əldə edib yerləşdirdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisinə uyğun şəkildə qazanc əldə etmək olmamışdır. Əksinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən bu əməlləri icra edərkən onun məqsədi kuryer qismində funksiyasını icra etdiyi hərəkətlərin müqabilində pul qazanmaq olmuşdur. Belə ki, kuryer qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 muzd kimi verilmiş pul vəsaitinin məbləği realizə edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin real dəyərindən dəfələrlə və qat-qat aşağı məbləğdə ifadə olunmuşdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan başqa şəxslə (Məhəmməd adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Məhəmməd adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə telefon vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin müxtəlif yerlərdə narkotik vasitə və psixotrop maddələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin edəcəyi ilə razılaşmasını, bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəqiq məlumatlar ötürməsini, külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdi onların cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamdan birinin, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə xitam verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini qəsdən törətmişdir. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən –ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir və yenidən qəsdən ağır cinayət trətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə kisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərində onun cəzasını yünğülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməllərində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza ümumi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 06 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində saxlanıldıqları 06 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı- 9040,466 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk, və anten məlumatlarının olduğu 2 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza xərcləri 114 (bir yüz on dörd) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs2, 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 246 (iki yüz qırx altı) manat pul və Müdafiəçi2 246 (iki yüz qırx altı) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 246 (iki yüz qırx altı) manat pul və Müdafiəçi2 246 (iki yüz qırx altı) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı- 9040,466 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk, və anten məlumatlarının olduğu 2 ədəd SD disk iş materiallarında saxlanılsın. Ekspertiza xərcləri, 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs2, 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.