Məhkəmə qərarları › İş №1(101)-239/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-239/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-239/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – Bakı şəhəri, "Kredo" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 2-ci qup əlil, işsiz, məhkum olunmuş, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 39 ünvanında yaşamış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 03 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ********* saylı cinayət işi üzrə 27 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərək həmin tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin qərarı ilə əvvəli 27 iyun 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 15 avqust 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismindlə tutulmuş, 17 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 16 sentyabr 2022-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2022-ci ii tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərək, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 27 iyun 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,092 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 22:00 radələrində ünvan 3 ünvanında yerləşən “Elit market”in yanında Binəqədi rayon Polis idarəsi, 5-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanaraq polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 1,092 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 yenidən 15 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə saat 19-30 radələrində Binəqədi RPİ, 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti, 89 ünvanda yerləşən polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,261 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 16 sentyabr 2022-ci tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən 25 manata satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd şəffaf selofanda təmiz çəkisi 0,703 qram və 1 ədəd qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,209 qram olan cəmi iki bükümdə, ümumilikdə 0,912 qram çəkidə psixotrop maddə metamfetamin, 30 manata satış məqsədi ilə qanunsuz olaraq çəkisi 3,242 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamış, həmin tarixdə saat 15:30 radələrində ünvan 7 ünvanın qarşısında heroinin bir bükümdə 1,017 qram olan hissəsini Təqsirləndirilən şəxs2 20 manata satmış, bundan sonra saat 22:30 radələrində ünvan 8 ünvanın yaxınlığında olarkən Binəqədi RPİ, 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda təmiz çəkisi 0,703 qram və 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,209 qram olmaqla, ümumilikdə iki bükümdə 0,912 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf selofana bükülmüş, Təqsirləndirilən şəxs2 İldrım oğluna satdıqdan sonra qalıq qalan külli miqdarda, yəni 2,225 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 16 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində ünvan 9 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd gümüşü rəngli kağız bükümdə 1,017 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 20 radələrində ünvan 10 ünvanın qarşısında olarkən Binəqədi RPİ, 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq polis bölməsinə gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü kağız bükümündə 1,017 qram çəkidə qəhvəyi rəngli tozşəkilli halda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ittiham aktında göstərilənlərlə razı olmadığını, kiməsə narkotik vasitə satmadığını və heç kimə pul müqabilində «mal» vermədiyini bildirdi. Təqsirləndirilən şəxs1 ifadəsinə görə, saxlanılarkən onun üstündə yarım qram narkotik vasitə olmuşdur. Narkotik vasitələrin satışından xəbəri olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 göstərdi ki, ittihamda göstərilən digər narkotiklər ona məxsus deyildir. O, üzərinə polis şöbəsində narkotik qoyulması ilə bağlı heç yerə şikayət etməmişdir. Polis işçiləri tərəfindən saxlanılarkən döyülmüş və bu barədə öz vəkilinə də demişdir. Sonuncu dəfə polis işçiləri onu evdən çıxarkən saxlamışlar. Anarı bir məhəllə uşağı kimi tanımış, lakin Anara pul müqabilində narkotik vasitə verməmişdir. 16 sentyabr tarixində polis işçiləri onu saxlayarkən üzərində yarım qram narkotik vasitə heroin olmuşdur. Videoçəkiliş zamanı cibindən narkotik vasitəni çıxarıb təqdim etmiş və həmin narkotikin özünə məxsus olduğunu, onu “Papanin»dən tanımadığı şəxsdən aldığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərmişdir ki, hərbi xidmətdə olarkən cərimə cəzasına, daha sonra 2020-ci ildə onda qanunsuz narkotik vasitə aşkar edildiyi üçün məhkum olunmuşdur. O, bir neçə ildir ki, bədənində ağrılar olduğundan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qəbul etmişdir. Psixotrop maddə və narkotik vasitəni çox vaxt «Papanin» deyilən ərazidən və Dərnəgül qəsəbəsində küçədə gəzərkən rast gəldiyi tanımadığı şəxslərdən əldə etmişdir. Narkotik vasitəni əldə etdikdən sonra cibində saxlayaraq şərait yarandıqda və bədənində ağrı olduqda qəbul etmişdir. 27 iyun 2022-ci il saat 22 radələrində Dərnəgül qəsəbəsi, “Elit” marketin yaxınlığında olan zaman ona yaxınlaşan şəxslər polis əməkdaşları olduqlarını, onun narkotik maddələr saxlamaqda şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 5-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona müdafiəçi təyin olunmuş, o, müdafiəçinin iştirakı olmadan üzərinə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən onun üzərində videoçəkilişlə baxış və axtarış keçirilmiş, ondan üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə «kokos» deyilən maddə bükümünü və özünə məxsus mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra o, üzərindən çıxan 1 ədəd bükümü açıb içini göstərmiş və demişdir ki, bu maddə narkotik vasitə “kokos" deyilən heroindir, onu xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Binəqədi rayonu, Dərnəgül qəsəbəsində tanımadığı şəxsdən istifadəsi üçün 30 manata almışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. 15 avqust 2022-ci il tarixdə səhər saat 8 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» küçəsində tanımadığı, üzündən narkotik vasitə qəbul edənə oxşatdığı şəxsə ağrıdığını deyib öz istifadəsi üçün «mal» istəmiş və ondan 35 manata 1 bükümdə heroin alıb əynindəki tünd göy rəngli şalvarının cibində saxlamışdır. Həmin tarixdə saat 19-30 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində olan zaman ona mülki geyimdə olan Binəqədi RPİ, 4-cü polis şöbəsinin əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik maddələrin saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə dəvət etmiş, ona müdafiəçi təyin olunmuş, lakin o, müdafiəçinin iştirakı olmadan üzərinə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən videoçəkilişlə üzərinə baxış və axtarış keçirilmişdir. Ondan üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. O, həmin maddəni həmin gün «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən aldığıı demişdir. Ona üzərindən çıxan 1 ədəd bükümü açması təklif olunmuş, o, həmin bükümü açdıqda, içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmişdir. O, həmin maddənin narkotik vasitə heroin olduğunu və özü qəbul etmək üçün alıb saxladığını bildirmişdir. Həmin narkotik maddəni polis əməkdaşı zərfə qoyaraq möhürləmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, 16 sentyabr 2022ci il tarixdə təxminən saat 15:00 radələrində Nəsimi rayonu “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 2 bükümdə “patı” deyilən narkotik vasitəni 25 manata, 1 ədəd bükümdə “kokos” deyilən narkotik vasitə heroini isə satmaq və həmçinin özü qəbul etmək məqsədi ilə 30 manata almış, «kokos» narkotik vasitəni çox olduğu bir hissəsini özü qəbul etmək üçün, 1 hissəsini isə satmaq üçün 2 yerə bölmüşdür. Həmin gün saat təxminən 16 radələrində yaşadığı Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 39 ünvanının qarşısında həmin ünvanın yaxınlığında yaşayan Təqsirləndirilən şəxs2 ilə görüşmüş və Anar ondan qəbul etmək üçün narkotik maddə «kokos» istəmişdir. Ona görə də həmin aldığı «kokos»un bir bükümünü Anara 20 manata satmışdır. Həmin gün saat təxminən 22:30 radələlərində yaşadığı Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 39 ünvanının qarşısında olarkən ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 5-cı polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis şöbəsində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış və axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümdə “patı” deyilən narkotik vasitə, 1 ədəd bükümdə “kokos” deyilən narkotik vasitə və sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Onda aşkar olunmuş “patı” və “kokos” adlanan narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfin üzərini imzaları ilə təsdiq etmişdir. O, yalnız tanışı Təqsirləndirilən şəxs2 narkotik maddə «kokos» satmış, başqa şəxslərə narkotik maddə satmamışdır (Cild 2, iş vərəqi 171-175). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, həmin ifadələrin düzgün olmadığını, oxumadan imzaladığını, vəkili tutularkən gördüyünü, birinci dəfə tutularkən ona 3 ay müddətinə ev dustaqlığı verildiyini, ikinci dəfə tutulanda onu həbs etmədiklərini, hər üç dəfə tutulanda ona vəkil verildiyini, vəkildən imtina etməsi barədə ərizə yazmadığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası işdən evə gələn vaxtı onun qabağına çıxmış və orada olan budkanın yanından polis əməkdaşları onu tutub polis bölməsimnə gətirmişlər. Oraya vəkil dəvət etmişlər və təxminən 5 dəqiqədən sonra vəkil çıxıb getmişdir. Onu polis bölməsinə zorla tutub gətirmişlər. Bölmədə üzərinə baxış keçirmişlər, lakin üstündən heç nə aşkar olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, onun üzərinə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. O, nə vaxt saxlanıldığını xatırlamır. Özünə lazım olanda narkotik vasitəni Dərnəgüldə Kənan adlı şəxsdən almışdır. Elməddini narkotik istifadəçisi kimi tanımış, onun da narkotikdən istifadə etdiyini bilmişdir. Tutulduğu gün narkotik vasitəni Elməddindən almışdır. Həmin narkotikə görə Elməddinə 20 manat pul vermiş və ondan iki çet narkotik almışdır. O, Elməddinlə görüşüb ondan narkotiki alanda hava işıqlı, tutulanda isə qaranlıq olmuş, saat təxminən 18-19 radələri olmuşdur. Elməddindən narkotiki aldıqdan sonra bir hissəsini istifadə etmişdir. Tutulan yerdə onun üzərinə baxış keçirlməmiş və saxlanılandan təxminən yarım saat sonra onu polis bölməsinə aparmışlar. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 7-8 ay olar ki, narkotik vasitə qəbul edir. 16 sentyabr 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Binəqədi rayonu, Dərnəgül qəsəbəsində tanıdığı Elməddin adlı şəxsdən narkotik vasitə almaq üçün Elməddin adlı şəxsin evinin yanında onunla görüşmüş, ondan qəbul etmək üçün narkotik maddə “kokos” istəmiş, ona 20 manat pulu olmasını demişdir. Elməddin cibindən 1 büküm narkotik vasitə çıxarıb ona verib “kokos” olduğunu bildirmiş, özü isə Elməddinə 20 manat pulu vermişdir. 16 sentyabr 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evə yaxın olan Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 39 ünvanın qarşısında olduğu zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu 5-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində ona müdafiəçi təyin olunmuş, sonra inzibati otaqların birində üzərinə baxış və axtarış keçirilmişdir. Ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarın sol yan cibində olan Elməddindən aldığı gümüşü kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində nə olması soruşulduqda, el arasında “kokos” deyilən narkotik vasitə heroin olmasını, həmin maddəni tutulduğu gün Elməddin aldı tanıdığı şəxsdən özü qəbul etmək üçün 20 manata aldığını demişdir. Ondan aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənib götürülmüş və bu barədə protokol tərtib edilmişdir (Cild 2, iş vərəqi 124-126). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu və həmin ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 15 avqust 2022-cı il tarixdə şöbəyə Təqsirləndirilən şəxs1 narkotik maddələrdən istifadə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə ondan və sahə inspektoru Şahid3 Şücəddin oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin saat 19-30 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində saxlanılaraq 4-cü polis şöbəsinə gətirilmişdir. Şöbədə təhqiqatçı tərəfindən onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxsə üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın cibindən 1 ədəd şəffaf selofanda olan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, Elməddin həmin maddənin narkotik vasitə heroin olduğunu, onu bir gün əvvəl «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 35 manata aldığını və öz istifadəsi üçün cibində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyulub möhürlənmiş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixoloji təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 4-cü Polis şöbəsinin sahə inspektoru Şahid3 Şücəddin oğlu 15 avqust 2022-ci il tarixdə saat 19-30 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 saxlanılıb Binəqədi RPİ, 4-cü Polis şöbəsinə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroinin aşkar olunub götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 5-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 16 sentyabr 2022-cı il tarixdə ona Təqsirləndirilən şəxs1 narkotik vasitələri saxlaması və satması barədə məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün ondan və bölmənin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Şahid7 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 22-30 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısında saxlanılaraq 5-ci Polis bölməsinə gətirilmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşyalar olduğu təqdirdə, onları təqdim etməsi təklif edildikdə, sonuncu, əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü, 1ədəd qızılı bükümdə «patı» deyilən narkotik vasitəni və 1 ədəd şəffaf selofan bükümdə «kokos» deyilən narkotik vasitəni təqdim etmişdir. Elməddin aşkar edilmiş 2 bükümdə metamfetamini 25 manata, 1 bükümdə heroini isə 30 manata 16 sentyabr 2022-ci il tarixdə «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən satmaq məqsədi ilə aldığını bildirmişdir. Aşkar edilmiş narkotik və psixotrop maddələr qablaşdırılaraq götürülmüş, protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixoloji təsir və təzyiq göstərilməmişdir. Polis işçiləri tərəfindən döyülməsi barədə Elməddinin məhkəmədə dedikləri onlara qarşı böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 5-ci Polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Şahid7 16 sentyabr 2022-ci il tarixdə saat 22-30 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 saxlanılıb Binəqədi RPİ, 5-ci Polis bölməsinə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunub götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 5-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, polis bölməsinə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuş və həmin məlumat üzrə əməliyyat tədbirində əməliyyat müvəkkili Şahid1lə birlikdə iştirak etmişdir. 27 iyun 2022-ci il tarixdə saat 22-00 radələrində onlar Təqsirləndirilən şəxs1 Dərnəgül qəsəbəsində «Elit» marketin yanında saxlamış və 5-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən 1 ədəd şəffaf selofanda olan bükülünü təqdim etmişdir. Elməddin aşkar edilmiş selofan bükümdə olan maddənin «kokos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, özünün narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni saxlanıldığı gün öz istifadəsi üçün Dərnəgül qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Onlar tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Binəqədi RPİ, 5-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 27 iyun 2022-ci il tarixdə saat 22 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 saxlanılıb Binəqədi RPİ, 5-ci Polis bölməsinə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etməsi, bununla bağlı həmkarı Şahid6 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 5-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid8 Sayad oğlu ifadəsində göstərdi ki, 16 sentyabr 2022-cı il tarixdə ona Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə ondan və sahə inspektoru Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 20 radələrində həyata keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsində saxlanılaraq 5-ci Polis bölməsinə gətirilmiş, xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Anar əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilmiş, qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Təhqiqatçının aşkar olunmuş maddənin nə olması və haradan əldə etməsi barədə sualına cavab olaraq Anar bildirmişdir ki, təqdim etdiyi bükümdəki maddə «kokos» kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni 16 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində öz istifadəsi üçün Dərnəgül qəsəbəsində Elməddin adlı şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və möhürlənib götürülmüşdür. Bununla bağlı protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onlar tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Binəqədi RPİ, 5-ci Polis bölməsinin sahə inspektoru Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 16 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 saxlanılıb Binəqədi RPİ, 5-ci Polis bölməsinə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etməsi, bununla bağlı həmkarı Şahid8 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 18 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəni ona Təqsirləndirilən şəxs1 20 manat müqabilində satdığını təsdiq etmişdir (Cild 2, iş vərəqi 127-128). İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 1 ədəd DVD diskə baxış protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı ona hüquq və vəzifələri izah edilmiş, üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş və 1 ədəd qızılı rəngli kağıza bükülmüş maddələri təqdim edərək, onların içində “patı” deyilən narkotik maddə və 1 ədəd şəffaf selofan bükülünü təqdim edərək içərisində narkotik vasitə “kokos” deyilən narkotik maddə olduğunu bildirmiş, sağ yan cibindən isə 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 paltarı və cibləri axtarılmış, lakin hər hansı maddə və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddələri xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 25 manata iki bükümdə olan “patı” narkotik vasitələri, 30 manata isə 1 bükümdə “kokos” kimi tanıdığı narkotik vasitəni satmaq məqsədi ilə aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür (Cild 1, iş vərəqi 33-35, cild 2, iş vərəqi 217). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə baxış protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı şübhəli şəxsə hüquq və vəzifələri izah edilmiş, sonra ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni təqdim etmiş, üzərində başqa heç bir maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində və ciblərində axtarış aparılmış, lakin hər hansı maddə və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 ondan aşkar edilmiş maddənin “kokos” adlandırılan narkotik vasitə olduğunu, həmin maddəni 16 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Dərnəgül qəsəbəsində Elməddin adlı şəxsdən 20 manata alaraq cibində saxladığını bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır (Cild 2, iş vərəqi 79-81). Cinayət işinə əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə baxış protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı ona hüquq və vəzifələri izah edilmiş, ona üstündə, paltarının ciblərində və bədənində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 təklifdən sonra əynində olan şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofanda olan bükülünü və “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı onda hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 şalvarının cibindən çıxarıb təqdim etdiyi bükümün içərisində olan maddənin “kokos” adlı narkotik vasitə olmasını, həmin maddəni öz şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Dərnəgül qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq cibində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş və protokol tərtib olunaraq imzalanmışdır (Cild 1, iş vərəqi 127-129). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokola və həmin protokola əlavə edilmiş DVD diskə baxış protokoluna əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı şübhəli şəxsə hüquq və vəzifələri izah edilmiş, ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan bükülünü təqdim etmişdir. Həmin büküm açılıb baxılarkən içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddənin narkotik maddə heroin olmasını, həmin maddəni “Papanin” adlanan ərazidə xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 35 manata əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılaraq götürülmüş, protokol tərtib olunaraq imzalanmışdır (Cild 1, iş vərəqi 235-236). Məhkəmə kimyəvi-ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5261 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №174» dairəvi möhür əksi və «...vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş büküm - Təqsirləndirilən şəxs1 imza, üç imza, imza...» yazı əlavəsi qeyd edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,225 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümlərdə təmiiz çəkiləri - 0,703 qram, 0,209 qram, ümumi təmiz çəkisi 0,912 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 götürülmüş heroin ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir (Cild 1, iş vərəqi 53-58). Məhkəmə kimyəvi-ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5262 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №174» dairəvi möhür əksi və «şübhəli şəxs - Mikayıllı - imza, üç imza. Tərtib etdi: E.Bəşirov - imza ...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,017 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir (Cild 2, iş vərəqi 91-95). Məhkəmə kimyəvi-ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3569 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №174» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs1» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,092 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (Cild 1, iş vərəqi 149-153). Məhkəmə kimyəvi-ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4353 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN arayışlar üçün №173» dairəvi möhür əksləri olan «şübhəli şəxs ...Təqsirləndirilən şəxs1 o. ...» ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir (Cild 1, iş vərəqi 244-248). Ambulator məhkəmə-psixatrik eksreptizasının xx.xx.2022-ci il tarixli 2615 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini, dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqi 27-28). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3534 saylı rəyinə əsasən, müayinə olunan Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqi 187-188). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5310 saylı rəyinə əsasən, müayinə olunan Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 145-146). İbtidai istintaq orqanının 18 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 üzərinə 27 iyun 2022-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən götürülmüş 1 bükümdə 1,092 qram çəkidə narkotik vasitə heroin, 15 avqust 2022-ci il tarixdə şəxsi axtarış zamanı götürülmüş 0,261 qram çəkidə narkotik vasitə heroin, 16 sentyabr 2022-ci il tarixdə şəxsi axtarış zamanı götürülmüş 1 ədəd bükümdə 2,225 qram çəkidə narkotik vasitə heroin, 1 bükümdə 0,703 qram, 1 bükümdə 0,209 qram çəkidə, cəmi 0,912 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 16 sentyabr 2022-ci il il tarixdə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı götürülmüş 1 bükümdə 1,017 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübüt kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 0,992 qram heroin, 0,211 qram heroin, 2,125 qram heroin, 0,967 qram heroin və 0,812 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. İstintaq orqanının həmin qərarına əsasən Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin qeydə alındığı 3 ədəd, həmçinin təqsirləndirilən şəxs Mİikayıllı Anar İldırım oğlunun şəxsi axtarışı və götürmə aparılması görüntülərinin əks olunduğu 1 ədəd, cəmi 4 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2, iş vərəqi 262-275 Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyul 2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (Cild 1, iş vərəqi 99-100, 191-198). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur (Cild 2 vərəqi 149). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ittiham aktında göstərilənlərlə razı olmadığını, kiməsə narkotik vasitə satmadığını, 16 sentyabr tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində yarım qram narkotik vasitə heroin olduğunu, üzərinə polis şöbəsində narkotik vasitə qoyulduğunu, saxlanılarkən polis işçiləri tərəfindən döyüldüyünü, Anarı bir məhəllə uşağı kimi tanıdığını, lakin Anara pul müqabilində narkotik vasitə vermədiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə müxtəlif tarixlərdə Binəqədi RPİ 4-cü və 5-ci Polis şöbələrinin müxtəlif polis işçiləri tərəfindən 3 dəfə – 27 iyun, 15 avqust və 16 sentyabr 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulmuşdur. İlk iki dəfə tutularkən ondan aşkar olunmuş narkotik vasitələrin miqdarı nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmiş, bu səbəbdən barəsində həbs qətimkan tədbiri seçilməyərək həbsdən azad edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona edilmiş güzəştlərdən nəinki düzgün nəticə çıxarmış, əksinə barəsində ev dustaqlığı qətimkan seçilməsinə baxmayaraq, 16 sentyabr 2022-ci il tarixdə növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hər üç halda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışlar videoçəkiliş aparılmaqla keçirilmişdir. Həmin istintaq hərəkətləri zamanı onun özü heç bir kənar təsir olmadan ittihamlarda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 təhqiqatçıya verdiyi ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində hər üç halda aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu, onları tutulmamışdan qabaq Dərnəgül qəsəbəsində və «Papanin» adlanan ərazidə üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən aldığını, sonuncu dəfə aldığı narkotik vasitə heroinin bir hissəsini hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 20 manata satdığını bildirmişdir. Həmçinin, həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı ondan aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 20 manat müqabilində aldığını göstərmişdir. İttihamda qeyd olunan narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu polis əməkdaşlarının fiziki təzyiqləri və onu döymələri nəticəsində etiraf etməsi barədə Təqsirləndirilən şəxs1 məhkəmədə gətirdiyi dəlillə bağlı isə qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı həmin hal yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 hər üç halda saxlanılması və üzərinə şəxsi axtarışlar keçirilməsində iştirak etmiş polis əməkdaşları məhkəmə iclasında bununla bağlı verilmiş suallara cavab olaraq saxlanılarkən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixoloji təsir və təzyiq göstərilmədiyini, guya polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı deyilənlərin böhtan olduğunu bildirdilər. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 gətirdiyi həmin dəlilin yoxlanılması məqsədilə onun saxlanıldığı Bakı İstintaq təcridxanasına sorğu göndərilmiş, onun müayinəsi zamanı bədənində xəsarətlər aşkar olunmamışdır. Həmçinin sorğu əsasında Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş 24 oktyabr 2023-cü il tarixli 494-C-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilmədiyindən 24 oktyabr 2023-cü tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı qəbul edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin onun üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu səmimi etiraf etməsini, onun həmin narkotik vasitənin bir qismini hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 satmasını və sonuncunun həmin gün qeyd olunan maddi sübutla yaxalanmasını, ilkin soğru zamanı aşkar olunmuş narkotik vasitəni 20 manat müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirməsini və həmin gün sonuncunun da cinayət başında saxlanılaraq həbs olunmasını, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həm narkotik vasitə, həm də psixotrop maddə olmaqla iki növ qanunsuz maddələrin aşkar edilməsini, onların xırda bağlamalara bükülmüş vəziyyətdə olmasını və narkotik vasitənin kütləsinin külli miqdar həcmindən artıq olmasını nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 münasibətdə cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət hesab edilən həmin əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən az ağır və ağır cinayət əməlləri törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə 27 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərək həmin tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin qərarı ilə əvvəli 27 iyun 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmin qətimkan tədbirinin qüvvədə olduğu müddətdə Təqsirləndirilən şəxs1 15 avqust 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 17 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 16 sentyabr 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək həmin vaxtdan hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 27 iyun 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 19 (on doqquz) gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılmalı, onun üzərində qəti cəza müəyyən edilməli, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2022-ci ii tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona ittiham elan edilərək, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə çıxılmalı, qəti cəza müəyyən olunmalı, həmçinin onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı 24 yanvar 2024-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5310 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə olunan Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyindən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişi olmadığından, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3534 saylı rəyi ilə müayinə olunan Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilsə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 3-cü qrup əlil olması səbəbindən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilə bilməz. Belə ki, qeyd olunan qərarla təsdiq olunmuş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən, məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalan 0,992 qram heroin, 0,211 qram heroin, 2,125 qram heroin, 0,812 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,967 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmələr zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 3 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntüləri əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs1 münasibətdə 217 manat (iki yüz on yeddi) manat, Təqsirləndirilən şəxs2 münasibətdə isə 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 217 (iki yüz on yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, 92 (doxsan iki) manat elspertiza xərci isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderlərdən və hesabatlardan görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs1 hüquqlarını vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını isə Müdafiəçi1 müdafiə etmiş və onlar bununla bağlı hər biri ayrı-ayrılıqda 50 saat vaxt sərf etmişdir. Odur ki, vəkillər Müdafiəçi2 və Müdafiəçi1 ayrı-ayrılıqda ödənilməli olan 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaiti "Kredo" Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 27 iyun 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 19 (on doqquz) gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 6 (altı) il 3 (üç) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 16 sentyabr 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalan 0,992 qram heroin, 0,211 qram heroin, 2,125 qram heroin, 0,812 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,967 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmələr zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 3 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntüləri əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən: - ekspertiza tədqiqatlarının dəyəri olan 271 (iki yüz yetmiş bir) manat Təqsirləndirilən şəxs1, 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsini həyata keçirmiş vəkillər Müdafiəçi2 və Müdafiəçi1 hər birinə ayrılıqda ödəniləcək 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat pul vəsaiti "Kredo" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar